Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-212/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X2 və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili X3 və «Kredo» Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, , işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulana qədər ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhərində, Nəsimi rayonu, “Papanin” adlı yerdə başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 0,629 qram miqdarında kustar üsulla hazırlanmış narkotik maddə heroin və 04 ədəd bükümdə ümumi təmiz çəkisi 0,832 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib alıb üzərində saxlamaqla daşımış və 11 yanvar 2022-ci il tarixdə saat 02:10-da ünvan 4 ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, 26-cı PB-nin inzibati binasına gətirilmiş,orada müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0,629 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroin və 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram, 0,385 qram, 0,230 qram və 0,030 qram, ümumi təmiz çəkisi 0,832 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 01 fevral 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 59 ünvanında yerləşən Kaktus adlı restoranın yaxınlığında başqa şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 14,493 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə saat 10:50-da ünvan 6 ünvanının qarşısında saxlanılaraq, PŞ-nə gətirilib orada həmin tarixdə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 14,493 qram olan 01 bükümdə qəhvəyi rəngli maddə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, narkotik vasitələri onun üzərinə qoymuşlar. Onu gecə saat on iki və ya bir radələrində tutublar. Polis əməkdaşları tərəfindən o, tutulanda yanında iki nəfər sərnişin olmuşdur. Onlardan bir nəfəri onun telefonunu götürüb getdi. O, guya digərindən də qaçmışdı. Səkkiz nəfər polis əməkdaşından qaçması real görünməsə də, polislər onun qaçdığını bildirmişlər. Polislər onu uzun müddət döysələr də o, cinayət əməlini boynuna almamışdır. Neçə dəfə ürəyi tutsa da, məcbur qalıb dözmüşdür, lakin sonda işgəncəyə dözə bilməyərək, əməli boynuna almışdır. Polis əməkdaşları onun pulunu, sepini və üzüyünü götürmüşlər, lakin bunların heç birini ona qaytarmamışlar. O, psixi dərmanlar qəbul edir və sözügedən narkotik maddələrə heç bir aidiyyatı yoxdur. Uşaqlıqdan xəstədir və bu il psixoloji xəstəxanada müalicə almışdır. Müxtəlif dərmanlar qəbul etməli olsa da, Bakı İstintaq təcridxanasında dərmanlar ona verilmir. Ona dövlət dərmanları vermir. Ona “Tramal” verirdilər. Əvvəl həkimlərin yazdığı dərmanları verirdilər, amma sonradan vermədilər. O, gün ərzində 18-20 ədəd dərman atır. Onun telefon yazışmalarında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə yazışmaların ona aidiyyəti yoxdur. Onun telefonunu ondan başqa heç kim istifadə etmir. Yazışmaların yazıldığı tarixdə telefon onda olub. O, narkoman deyil, müxtəlif dərmanlar qəbul etsə də, narkotik istifadəçisi deyildir. Onun narkomaniyadan əziyyət çəkməsi ilə bağlı ekspertizanın rəyi ilə razı deyil. O, heç bir analiz verməmişdir, buna görə də ekspertin rəyi yalan məlumatdır. Polis əməkdaşları onunla düşmənçilik aparırlar. Bunun səbəbini bilmir. Onu ikinci dəfə “Nərimanov” metro stansiyasının arxa küçəsi ilə gedərkən, həmin ərazidə məhəllələrin birində saxlayıblar. O, maşın sürmür. “189” taksi xidmətində müştəri idi. Həmin iki nəfər də taksini çağırmışdılar və onlar da o, taksinin daimi müştərisidirlər. Həmin müştərilərin ad-soyadlarını bilmir. Həmin ərazidən onun evinə qədər təxminən iki-üç kilometr məsafə var idi. Həmin yeddisəkkiz nəfər polis bir neçə maşında əyləşmişdilər. Ağ rəngli VAZ 2107, hansısa qara cip, üçünçü maşını isə xatırlamır. O, maşının qabaq oturacağında əyləşmişdi. Taksiyə yaxınlaşdılar, bir neçə dəqiqədən sonra o biri adamları apardılar, onu isə saxladılar. Onu saxlayanda həyat yoldaşı da maşında olmuşdur, sonra o getdi. Onu həmin VAZ 2107 markalı maşına mindirmişdilər. Daha sonra onu bölməyə gətirdilər. Gecə vaxtı idi. Onu 3cü mərtəbəyə qaldıraraq orada döyməyə başladılar. Onu döyənlərdən başqa mülki geyimli şəxslər də orada idi. Onu döyən şəxslərin kimliyini tanımır. İçəri otaqda isə bir nəfər formada idi. Maşında olanda onunla heç bir danışıq aparılmamışdı. O, tutulanda onun cibində 720 manat məbləğində pul olmuşdur. Sonradan pul itdi. Üzərində həm onun pensiya aldığı pul, həm də başqa pul var idi. 400 manata yaxın pensiya alır. Polis əməkdaşlarının onun cibinə girmişlər. Polis bölməsinə gətiriləndə, əlləri qandallı olmuşdur. Üzərində narkotik olduğunu boynuna alması üçün, polis əməkdaşları ona zor tətbiq etmişdilər. Onun iki ədəd “samsung” markalı telefonu və sepi olmuşdur. Telefonunun biri polislərdə qalmışdır. Ona polislər demişlər ki, onu telefonu hadisə yerindən tapılıb. Həmin telefonda olan nömrələri xatırlamır. Video çəkilişdən qabaq onu məcbur etmişdilər ki, onların öyrətdiyi kimi ifadə versin. Lakin o, ifadəni onların öyrətdiyi kimi demədiyi üçün, video çəkiliş üç dəfə keçirilib. Onun vəkili də orada idi və olanların hamısını görmüşdü. Vəkil heç bir müdaxilə etmədi, əksinə polis əməkdaşları ilə əlbir idi. Vəkilin adını unutmuşdu və o, çəkilişdən sonra vəkili görməmişdi. Vəkilə əşyalarının olmadığını bildirdikdə, vəkil həmin əşyaları polislərdən aldı. Hansı sənədlərə qol çəkdiyini unutmuşdur. O, sənədlərə qol çəkməyə məcbur edilib. Vəkil ona heç bir sənədi oxutdurmayıb. Narkotik maddə olan kurtka ona məxsus deyil. Onun öz kurtkası maşında qalmışdı. Narkotiklə dolu olan kurtkanı ona məcbur geyindirmişdilər. Qarşısındakı stolun üstündə selafan paketi və elektron tərəzi var idi. Üzərindəki kurtkanın cibindən narkotikdən başqa heç bir şey çıxmadı. Polis əməkdaşları ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndiriləcəyini bildirdilər. O, bütün hadisələri müstəntiqə bildirib, hadisələrin araşdırılmasını xahiş etmişdir.. Lakin polisdə xəsarətlərinin olub-olmamasını qeyd etmələri ilə bağlı məlumatı yoxdur. Müstəntiqə ifadə verərkən, müdafiəçisi olmamışdır və o, müstəntiqdən görüntüləri araşdırmağı xahiş etsə də, müstəntiq altı ay əvvəlki görüntülərin silindiyini bildirdi. Xəsarətləri ilə bağlı hər bir yerə şikayət etmişdir. Ona işgəncə verən insanları üzdən tanıyır, lakin onların adlarınını, soyadlarını, tutduğu vəzifələri bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. . Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2000-ci ildən Amalya Aslanova ilə ailə həyatı qurmuş, evliliyindən iki övladı dünyaya gəlmişdir. Lakin, təxminən bir ilə yaxındır Şahid3 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Əvvəllər FHN-nin əmakdaşı olmuşdur. Səhhətində yaranan psixi pozuntular nəticəsində işdən çıxmışdır. Səhhəti ilə əlaqədar olaraq, müalicə müəssisələrində müalicələr almışdır. Özü təxminən bir neçə ildir narkotik vasitələrdən çəkmə və damara iynə vurulması vasitəsilə istifadə etmişdir. İlk dəfə tutulmamışdan əvvəl “Mersedes” markalı **-ZZ-*** qeydiyyat nişanlı avtomobil rəsmi həyat yoldaşı Amalya Aslanovanın bacısı Ruhiyyə Bayramovaya məxsusdur, lakin etibarnamə əsasında o, idarə etmiş və taksi fəaliyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsində olarkən, polis əməkdaşları ona yaxınlaşıb 26-cı Polis bölməsinə aparmışlar. Orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman falqa aşkarlanmışdır. Polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini bildikləri üçün onu döyüb cibinə 5 büküm narkotik vasitə qoyub həmin narkotiklərin ona məxsus olduğunu bildirmişlər. O da döyülməkdən qorxduğu üçün onların dediyini izahatında, ifadəsində və videoçəkiliş zamanı bildirmişdir. Lakin, o, tutulduqdan sonra bu barədə Yasamal rayon prokurorluğuna atası vasitəsilə şikayət etmişdir. Bir daha bildirmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-də və Yasamal RPİ-nin 26-cı PB-də üzərinə şəxsi axtarış keçirilərək aşkar edilən narkotik vasitələr ona məxsus deyildir. O, döyüldüyü üçün polis əməkdaşlarından qorxub ilkin verdiyi izahatlarda narkotik vasitələrin ona məxsus olduğunu qeyd etmişdir. Bundan başqa, 01 fevral 2022-ci il tarixdə saat 09 radələrində o, idarə etdiyi “Mersedes” markalı **-ZZ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, Montin adlanan ərazidə olan zaman iki nəfər tanımadığı oğlan avtomobilə əyləşərək onları Yasamal rayonunda yerləşən “Kaktus” restoranının yanına aparmasını bildirmişlər. O da həmin şəxsləri qeyd etdikləri ünvana aparmışdır. Həmin ünvana çatdıqda arxa oturacaqda əyləşən şəxs avtomobildən enərək bir neçə dəqiqəyə gələcəyini bildirib onu gözləməsini demişdir. Digər şəxs isə avtomobil sağ ön oturacağında əyləşmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs gələrək onları ilkin götürdüyü, Nərimanov rayonu, Montin qəsəbəsinə aparmasını bildirmişlər. O da həmin şəxsləri qeyd etdikləri ünvana aparmışdır. Həmin ünvana çatan zaman polis əməkdaşları onlara yaxınlaşaraq onu tutmuşlar, avtomobildə olan digər şəxslər isə oradan qaçıb uzaqlaşmışlar. Polis əməkdaşları isə onu polis bölməsinə aparmışlar. Polis bölməsinə daxil olan zaman polis əməkdaşları onun avtomobildə olan sərnişinin gödəkçəsini geyinməsini tələb etmişlər. O da qara rəngli gödəkçəni geyinib bölməyə daxil olmuşdur. Bölmədə ona vəkil dəvət olunmuş və videoçəklişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı gödəkçəsinin cibindən narktoik vasitə və tərəzi çıxmışdır. Həmin narkotik vasitə və tərəzinin ona məxsus olmadığını, narkotik vasitə və tərəzinin avtomobilinə sərnişin kimi əyləşmiş şəxslərə aid olduğunu bildirmişdir. Onu bölməyə gətirən polis əməkdaşları onu döydükləri üçün o, orada həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, bu barədə izahat vermişdir. Lakin, baxış zamanı şalvarının cibindən çıxan əşyaların ona məxsus olduğunu bildirmişdir. Baxış zamanı üzərindən iki ədəd mobil telefon aşkar edilmişdir. Markalarını və içərisində olan nömrələri bilməmişdir. Telefonlardan biri ona, digəri isə Əhmədov İlhaməyə məxsus olduğunu bildirmişdir. Bundan başqa, iki ədəd bank kartı aşkar edilmişdir. Onlardan “Beynalxalq Bank”-a məxsus plastik kart Şahid3, “Unibank”-a məxsus plastik kart isə ona məxsusdur. Həmin kartlardan gündəlik alış-veriş üçün istifadə etmişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur, narkotik vasitələrin alışı və satışı ilə bağlı olan yazışmalar bərədə isə heç bir məlumatı yoxdur. Həmin sms mətnlərinin sonradan saxta yazılmışdır. O düşünür ki, qeyd olunan sms mətnləri saxtadır. Nərimanov RPİ və Yasamal RPİ-nin polis əməkdaşları mənə təzyiq göstərib zor tətbiq edərək, ona məxsus olmayan narkotik vasitə və psixotrop maddəni üzərinə yükləyiblər, bu səbəbdən həmin sms mətnlərinin də polis əməkdaşları tərəfindən saxtalaşdırıldığını düşünür. Yasamal RPİ-nin 26-cı Polis bölməsində onu Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəmənin tutmayacağı ilə inandırdıqları üçün o, müstəntiqə yalan ifadə vermiş, lakin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün atası ilə əlaqə saxlayıb reallıqları bildirmişdir. O, birinci dəfə xəstə olduğu üçün özündə olmadığından istintaq orqanına gələ bilməmişdir. Hal-hazırda isə o, mobil tefon istifadə etmədiyini bildirmişdir. Polis İdarəsinə şəxsi axtarış və götürmə zamanı üzərində olan mobil telefonları götürmək üçün axşam saatlarında gəlmişdir. Ondan sonra isə səhhətilə əlaqədar olaraq istintaq orqanına gələ bilməmişdir. Hal-hazırda Yasamal rayonu, Zahid Xəlilov küçəsi “Aydın” marketin yanında olan binada İlhamə ilə birlikdə yaşayır. İlhamənin mobil telefon istifadə etmir. Şahid4 ifadələrində göstərdi ki, 01 fevral 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsində xidmət edir. Təqsirləndirilən şəxs tutanda tanımışdı və başqa tanışlıqları olmayıb. Onun qohumluğu və ədavəti yoxdur. «022-ci ilin fevral ayının əvvəlləri idi, əməkdaşlar Ruslan adlı şəxsi gətirdilər. Ruslan əməliyyat məlumatına əsasən üzərində narkotik vasitənin gəzdirməsi ilə bağlı “Nərimanov” ərazisində tutmuşdular. Onun üzərinə baxış keçirmişlər. Şəxsin üzərinə baxış video çəkiliş tətəbiq olunmaqla keçirildi. Baxış zamanı Ruslanın əynində qara rəngli gödəkcə var idi. Gödəkəçə onun özünündür. Axtarış zamanı gödəkcənin ciblərində narkotik vasitə və iki ədəd mobil telefon aşkar olundu. Onun əynindəki şalvarın şalvarının cibindən kartlar, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobil açarı aşkar olundu. Bütün bunlar barədə onların və vəkilin iştirakları ilə protokol tərtib olundu. Protokol iştirakçılar tərəfindən imzalandı. Sonra isə Ruslan barəsində sənədləşmə aparıldı və narkotik vasitlə dair ekspertiza təyin olundu. Narkotikin çəkisi müəyyən olundu. Müəyyən olunandan sonra material toplanılıb istintaqa göndərildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə bir büküm narkotik idi. Həmin maddə narkotik vasitə heroin idi. Şəxsin keçmiş məhkumluğu barədə məlumatları var idi. Səhv etmirsə, Təqsirləndirilən şəxs narkotik satışı ilə bağlı məhkumluğun olması barədə məlumat var idi. Onun narkotik vasitə alması üçün istifadə etdiyi kart hesablarının məlumatları hal-hazırda onlarda var və lazım gələrsə məhkəməyə təqdim edə bilər. Həmin kartlar dediyinə görə özünə aid idi. Narkotiklərin satışı ilə əlaqəsi olub-olmamasını xatırlamır. Pulu iranlıya atırdı, o, isə narkotik vasitəni ağacın dibində bastırmalı idi. Polis şöbəsinin baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs Yasamalda yaşayırdı. Daha doğrusu Səbail rayonunda qeydiyyatdadır, amma faktiki Yasamalda yaşayırdı. Özü də əməliyyat tədbirində iştirak etmişdir. Onlar təqsirləndirilən şəxsi “Nəriman Nərimanov” ərazisində saxlamışdılar. Həmin ünvana aidiyyatının nə olmasını bilmir, sadəcə oraya gəlmişdir, onlar da onu orada tutmuşdular. Təxminən evinin harada yerləşdiyini bilirdilər. Əməliyyat qrupunda iki nəfər iştirak edirdi. Ora onlar qırmızı VAZ 2107 markalı maşınla getmişdilər. Əməliyyat tədbiri zamanı başqa bir maşın olmayıb, başqa əməkdaş da olmayıb. Əməliyyata iki nəfər gediblər, başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxsı saxlayanda üzərində baxış keçirilməmişdir. Həmin vaxt şəxs avtomobildə tək olmuş və sükan tərəfdə əyləşmişdir. Əməliyyat məlumatı var idi ki, avtomobil ona məxsusdur. Həmin avtomobilin kimə məxsus oilmasını xatırlamır. Şəxsin üzərində sürücülük vəsiqəsi var idi. Hadisədən bir il keçdiyi üçün bəzi nüansları tam dəqiq xatırlamır. Əməliyyat məlumatına əsasən, bank qəbzi narkotik vasitə alış-verişinin qəbzidir. Şöbəyə təqsirləndirilən şəxsin maşınında getmişlər, avtomobili də şəxs özü idarə etmişdir. Əməliyyat yerinə gəldikləri avtomobil orada qaldı. Ruslanı 17-ci polis bölməsinə təhvil verdikdən sonra qısa ümumi sual-cavab etdilər. Ruslan onlara avtomobildə heçnə təqdim etməmişdir. Polis şöbəsində onun üzərinə video çəkiliş aparılmaqla baxış keçirildi. Həmin çəkilişdə vəkil də iştirak etmişdir. Həmin çəkilişdə iştirak edən vəkili xatırlayır və onun kişi cinsinə mənsub olduğu yadındadır.Vəkilin adını xatırlamır. Çəkilişdə üç nəfər iştirak etmişdir. Şahid5, o və vəkil. Çəkilişi ekspert-kriminalist aparırdı. Çəkiliş video çəkiliş üçün nəzərdə tutulmuş avadanlıqla aparılırdı. Ruslan ifadəsində dedi ki, Ağa adlı şəxsdən alıb. Ağa adlı şəxs İran İslam Respublikasının vətəndaşıdır. . Həmin şəxsin kimliyi istintaq zamanı müəyyən olunmamışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol da tərtib olunmuşdur. Onların Ruslana qarşı işgəncələr etməsi,onun pulunun götürülməsi, əşyalarının götürülməsi və ya cibinə girilməsi yalandır, şər-böhtandır. Hadisə yerində və daha sonra Ruslana məxsus pul və sep görməmişdir. Ruslana zeç bir təsir və təzyiq göstərilməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə “Ruslan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması və narkotik vasitə isifadəçisi olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərara əsasən “Ruslan” adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuş, qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun rəhbəri o seçilmiş, üzvü isə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 təyin edilmişdir. Bundan sora, Nərimanov rayon Məhkəməsi tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin təsdiq edilməsinə dair” qərar qəbul edilmişdir. Bundan sonra, əməliyyat qrupunun üzvü 17-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ilə birlikdə 01 fevral 2022-ci il tarixdə saat 10:35 radələrində ünvan 8 ünvanın qarşında tərəflərindən müşahidə aparılmasına başlanılmışdır. Həmin tarixdə saat 10:50 radələrində A.Neymətulla küçəsi 62 saylı ünvanın qarşısında “Mersedes” markalı **-ZZ-*** qeydiyyat nişanlı avtomobilin sükanı arxasında zahiri əlamətləri “Ruslan” adlı şəxsə oxşayan bir nəfəri müşahidə edib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini ona təqdim edib Nərimanov RPİnin 17-ci Polis şöbəsinin polis əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edildikdə, o, özünü xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması və istifadə etməsində şübhəli olması bildirilmiş və onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə gəlməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs onların bu təklifinə heç bir etiraz etməyib birlikdə 17-ci Polis şöbəsinə getməyə razılaşmışdır. Nərimanov RPİ-nin 17ci PŞ-nin inzibati binasına çatdıqda xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması bildirilmiş, daha öncə isə o, şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təklif olumuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir qutu “Maqna” markalı siqaret, bir ədəd qızılı rəngli alışqan, həmin şalvarın sağ yan cibindən bir ədəd “Albalı” bank kartı, bir ədəd Şahid3 məxsus “Beynəlxalq bank” plastik kartını, özünə məxsus sürücülük vəsiqəsini, “Mercedes” markalı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsini, avtomobilin idarəetmə açarını, qara rəngli gödəkçənin sol cibindən 2 ədəd “Samsung” markalı mobil telefonları, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm və 01 ədəd tərəzi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində onlayn ödəmə yolu ilə 150 manat pul müqabilində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi Ağa adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar ediliş 01 ədəd sellofan bükümə baxış zamanı içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bu səbəbdən həmin 01 ədəd sellofan büküm və 01 ədəd tərəzi Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, eləcə də Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yalan olduğunu və həqiqətə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən, qəbul edilmiş qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saxlanılaraq 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı onun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin özünə məxsus olduğunu, gödəkçənin cibindən aşkar edilmiş narkotik vasitə və tərəzinin də onun özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində döyülməmiş, ona qarşı, zor və ya təzyiq tətbiq edilməmiş, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək narkotik vasitə və tərəzinin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məzmunlu ifadə verdiyini bildirmişdir. Şahid5 ifadələrində göstərdi ki, o, Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. TTəqsirləndirilən şəxs tanıyır, şəxsi tanışlıqları olmayıb. 2022-ci ilin fevral ayının 1-də, saat 10-11 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Ruslan saxlanılanda o, göy rəngli “Mercedes-Benz C» class maşınında idi. Onlar ona yaxınlaşıb, özlərini təqdim edib onuü polisə şöbəsinə dəvət etmişlər. Ruslan etiraz etmədi. Onlar birlikdə şöbəyə getmişər. Orada Ruslanın təklifi ilə ona vəkil təyin olundu, həmin vəkilin iştirakı ilə video çəkilişlə Ruslanın üzərinə axtarış keçirildi. Axtarış zamanı Ruslanın üzərində nə var idisə Ruslanın özü təqdim etdi. O, üzərində olan kartları, telefonları, narkotik vasitə və tərəzini təqdim etdi. Nakotik vasitənin miqdarını xatırlamır. Narkotik vasitənin miqdarı ekspertiza rəylərində göstərilmişdir. Ruslan barəsində əməliyyat məlumatı digər polis əməkdaşına daxil olmuşdur. Ruslandan onun üzərində aşkar olunan kartların kimə məxsus olmasını soruşduqda dedi ki, kartlar onun ailəsinə məxsusdur. Xatırladığına görə həmin kartlar bir qadının adına idi. Şəxsin polis əməkdaşları tərəfindən döyülməsi tamamilə böhtandır, onun pulları və sepi barədə heç bir məlumatları yoxdur. O hadisə yerinə öz maşınıyla getmişdir. Polis şöbəsinə qayıtdıqda isə təqsirləndirilən şəxsin avtomobilində arxada əyləşmişdir, avtomobili isə Ruslan idarə edirdi. Həmin vaxt şəxsin əlləri açıq idi, qandallanmamışdı. Ruslan özü dedi ki, taksi fəaliyyəti ilə məşğuldur və maşın da onun özünə məxsusdur. Onların hadisə yerinə getdikləri iki ədəd avtomobil həmin ərazidə qaldı. Bölməyə ilk olaraq vəkil daha sonra isə çəkilişi aparacaq olan şəxs gəldi. Vəkil gələndə Ruslanın əlləri açıq idi. Bölmədə həmin vaxt təhqiqatçı, iki nəfər polis əməkdaşı, çəkilişi aparan inspektor, həmçinin də vəkil olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmayıb. Onun üzərindən aşkar olunan narkotik maddənin heroin olmasını ekspertizadan sonra müəyyən edildi. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Çəkiliş zamanı Ruslan tərəfindən heç bir müqavimət g.stərilməmişdir. O, özü könüllü şəkildə hər şeyi polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs tutulduğu vaxtı dəqiq xatırlamır, təxminən səhər saatları idi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə “Ruslan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması və narkotik vasitə isifadəçisi olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərara əsasən “Ruslan” adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuş, qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun rəhbəri o seçilmiş, üzvü isə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 təyin edilmişdir. Bundan sora, Nərimanov rayon Məhkəməsi tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin təsdiq edilməsinə dair” qərar qəbul edilmişdir. Bundan sonra, əməliyyat qrupunun üzvü 17-ci Polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ilə birlikdə 01 fevral 2022-ci il tarixdə saat 10:35 radələrində ünvan 8 ünvanın qarşında tərəflərindən müşahidə aparılmasına başlanılmışdır. Həmin tarixdə saat 10:50 radələrində A.Neymətulla küçəsi 62 saylı ünvanın qarşısında “Mersedes” markalı **-ZZ-*** qeydiyyat nişanlı avtomobilin sükanı arxasında zahiri əlamətləri “Ruslan” adlı şəxsə oxaşayan bir nəfəri müşahidə edib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özünü ona təqdim edib Nərimanov RPİnin 17-ci Polis şöbəsinin polis əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edildikdə, o, özünü xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması və istifadə etməsində şübhəli olması bildirilmiş və onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə gəlməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs onların bu təklifinə heç bir etiraz etməyib birlikdə 17-ci Polis şöbəsinə getməyə razılaşmışdır. Nərimanov RPİ-nin 17ci PŞ-nin inzibati binasına çatdıqda xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması bildirilmiş, daha öncə isə o, şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir qutu “Maqna” markalı siqaret, bir ədəd qızılı rəngli alışqan, həmin şalvarın sağ yan cibindən bir ədəd “Albalı” bank kartı, bir ədəd Şahid3 məxsus “Beynəlxalq bank” plastik kartını, özünə məxsus sürücülük vəsiqəsini, “Mercedes” markalı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, avtomobilin idarəetmə açarını, qara rəngli gödəkçənin sol cibindən 2 ədəd “Samsung” markalı mobul telefonları, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm və 01 ədəd tərəzi çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində onlayn ödəmə yolu ilə 150 manat pul müqabilində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi Ağa adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar ediliş 01 ədəd sellofan bükümə baxış zamanı içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bu səbəbdən həmin 01 ədəd sellofan büküm və 01 ədəd tərəzi Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, eləcə də Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yalan olduğunu və həqiqətə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən, qəbul edilmiş qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saxlanılaraq 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı onun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin özünə məxsus olduğunu, gödəkçənin cibindən aşkar edilmiş narkotik vasitə və tərəzinin də onun özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində döyülməmiş, ona qarşı, zor və ya təzyiq tətbiq edilməmiş, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək narkotik vasitə və tərəzinin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məzmunlu ifadə verdiyini bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.Tarixi dəqiq xatırlamır, təqsirləndirilən şəxsi gecə tutmuşlar. Təqsirləndirilən şəxs gecə saatlarında küçədə şübhəli hərəkətlər etdiyinə görə ona yaxınlaşmış, şəxs isə onlara heç bir əsas olmadan pul təklif etmişdir. Bu hərəkət də polis əməkdaşlı kim onlarda şübhə yaratmışdır və onlar onu polis bölməsinə dəvət etmişlər. Hadisədən uzun müddət keçməsi ilə əlaqədar olaraq bəzi nüansları tam olaraq xatırlamır. İbtidai istintaq zamanı ifadəsini sərbəst şəkildə vermişdir və onu təsdiq edir. Şəxsin üzərindən aşkar olunan narkotik maddələr videogörüntüdə öz əksini tapır. O bildirdi ki, şəxsi axtarış zamanı o da iştirak etmişdir. Üzərindən hansı narkotik vasitələrin çıxmasını dəqiq xatırlamır. Vətəndaş polis əməkdaşlarını gördüyü anda özünü şübhəli aparmağa başladı və “məni buraxın sizə pul da verim” dedi. Onu polis bölməsinə təmin etmişlər. Şəxs saxlanarkən polis əməkdaşlarına ciddi bir müqavimət göstərməmişdir. Bölməyə getmək istəmirdi. Ruslan saxlanılarkən onun narkotik vasitənin təsiri altında olub-olmamasını xatırlamır, lakin ola bilər. Şəxsi ayıltma məntəqəsinə və ya başqa bir tibbi mərkəzə aparmağa onların səlahiyyəti yol vermir. Şəxsi saxlayarkən ağrılarının olmasını deməsi və buraxmağı xahiş edib ağlaması onun xatirindədir. Şəxsin üzərinə baxış keçirməyə onların səlahiyyəti yoxdur. Onlar PPX-nın əməkdaşları olduğu üçün istintaq hərəkətləri aparmağa, narkotik vasitənin mənbəyini araşdırmağa səlahiyyəti çatmır. Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı tərəfindən fiziki və psixi təsir olmamışdır.İstintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 göstərmişdir : « 11 yanvar 2022-ci il tarixdə ünvan 9 ünvanın qarşısında Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1lə birlikdə xidmətdə olarkən, saat 02:10 radələrində bir nəfər əvvəllər tanımadığı, ortayaşlı kişi cinsli şəxsin özünü qeyri-adekvat aparmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər və onun qeyri-adekvat cavablar verdiyini görüb, narkotik vasitə təsiri altında olmasından şübhələndiklərindən onu Yasamal RPİ-nin 26-cı Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına çatdıqda xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması bildirilmiş, daha öncə isə o, şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ümumilikdə 05 ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması soruşulduqda 04 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini nə vaxt, haradan və kimdən əldə etməsi soruşulduqda o, təqdim etdiyi 04 ədəd bükümdəki psixotrop maddə metamfetamin və 01 ədəd bükümdəki narkotik vasitə heroini 10 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən 50 manat pul müqabilində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar ediliş 05 ədəd sellofan bükümə baxış zamanı içərisində spesifik iyə malik narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Bu səbəbdən həmin 05 ədəd büküm Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, eləcə də Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yalan olduğunu və həqiqətə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində döyülməmiş, ona qarşı, zor və ya təzyiq tətbiq edilməmiş, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məzmunlu ifadə verdiyini bildirmişdir. Şahid1 ifadələrində Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, vəzifəsində xidmət etdiyiyni bildirib göstərdi ki, Təqsirləndirilən şəxs ilə hər hansı tanışlığı yoxdur, onlar Yasamal rayonu ərazisində öz xidməti vəzifəsini yerinə yetirərkən Ruslanı saxlayıb polis bölməsinə gətirilməsini təmin etmişdir. Ruslanı səhv etmirsə Səudiyyə Ərəbistanı səfirliyi yaxınlığında saxlamışlar. Ona yaxınlaşmalarında səbəb Ruslanın n özünü şübhəli aparması olub. Onlar Ruslanı polis bölməsinə gətirilməsini təmin etmişlər. Bölmədə də ona məlum olmuşdur ki, Ruslanın üzərində narkotik vasitə var. Daha sonra Polis İdarəsinin əməkdaşları digər prosessual hərəkətləri həyata keçirmişlər. Şəxsi saxlayan zaman digər PPX-nin əməkdaşı Şahid2 ilə birlikdə olmuşlar. Həmin tarix dəqiq xatirində deyil. Ruslanın üzərindən çıxan narkotik vasitəni polis bölməsinin əməkdaşları qablaşdırıb ekspertizaya təqdim etmişlər. Bu hərəkətlər Polis bölməsinin əməkdaşlarının vəzifəsidir, PPX-nin bu hərəkətləri etməyə səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs qarşı nə onlar tərəfindən, nə də onlar polis bölməsində olan zaman digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir olmamışdır. Ruslan saxlanılan zaman şübhəli davranış sərgiləyib, ağladı və onu buraxması üçün onlara pul təklif etdi. Onun bu hərəkətləri də onlarda şübhə yaratmışdır. Bu səbəbədən də onlar Ruslanı polis bölməsinə aparmışlar. Həmin vaxtdan çox uzun müddət keçdiyiyndən narkotikin növünü və miqdarını xatırlamır. Bu barədə istintaq zamanı ətraflı ifadələr verib. Həmin ifadələrini də təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə ünvan 9 ünvanın qarşısında Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, saat 02:10 radələrində bir nəfər əvvəllər tanımadığı, ortayaşlı kişi cinsli şəxsin özünü qeyri-adekvat aparmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər və onun qeyriadekvat cavablar verdiyini görüb, narkotik vasitə təsiri altında olmasından şübhələndiklərindən onu Yasamal RPİ-nin 26-cı Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gəlmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına çatdıqda xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması bildirilmiş, daha öncə isə o, şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ümumilikdə 05 ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması soruşulduqda 04 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini nə vaxt, haradan və kimdən əldə etməsi soruşulduqda o, təqdim etdiyi 04 ədəd bükümdəki psixotrop maddə metamfetamin və 01 ədəd bükümdəki narkotik vasitə heroini 10 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən 50 manat pul müqabilində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar ediliş 05 ədəd sellofan bükümə baxış zamanı içərisində spesifik iyə malik narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Bu səbəbdən həmin 05 ədəd büküm Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, eləcə də Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yalan olduğunu və həqiqətə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində döyülməmiş, ona qarşı, zor və ya təzyiq tətbiq edilməmiş, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məzmunlu ifadə verdiyini bildirmişdir. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Polis əməkdaşları Ruslanı tutan zaman o, Ruslanla birlikdə olmuşlar. Ayın tarixini xatırlamır. 2022-ci ilin yanvar ayı idi. Gecə saat 01:00 radələriolardı. Polis əməkdaşları onlara yaxınlaşmazdan əvvəl onlar maşında olublar. Avtomobildə onlardan başqa iki nəfər sərnişin də olub. Polis əməkdaşları heç bir əsas olmadan və heç nə demədən Ruslanı avtomobildən düşürüb əllərini bağladılar və öz maşınlarına əyləşdirdilər. Həmin vaxt Ruslanın üzərində 700-750 manat pul var idi, onun özünün isə üzərində pul olmayıb. yox idi. Ruslanın üzərində həmin miqdarda pul olmasını haradan bilməsini, xecə vaxtı küçədə əmisi oğlu və tanmadığı şəxslərlə eyni maşında olmasının səbəbəini bilmir. Daha sonra polis əməkdaşları onların maşını ilə Ruslanı polis bölməsinə apardılar, o, isə həmin yerdə qalmışdır. Polis əməkdaşları təxminən yeddi-səkkiz nəfər idilər. Avtomobilin içərisində olan bütün əşyaları, onun Ruslana aldığı bahalı hədiyyələr, 1500 manat dəyərində gümüş dəst, bahalı saat polis əməkdaşları tərəfindən alınmış, lakin onlara qaytarılmamışdır. Ruslanın üzərində onun döyülməsinə dair olan izləri o gözləri ilə görmüşdür. Ruslan tutlandan sonra onu harada gördüyünü xatırlamır.Onu polis bölməsinə aparmamışlar. Ruslanın narkotik vasitələrlə əlaqəsi olmamışdır, o heç bir zaman nə istifadə etmiş, nə də narkotik vasitə satmışdır. Ruslanla birgə yaşayır. Bank Ruslanın adına kart vermədiyi üçün Ruslanın kartı onun adına almışdı.Bankın Ruslanın adına kart açmamasının səbəbəini bilmirp. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Ruslan onun əmisi oğludur. 2022-ci ilin yanvar ayının ortalarında Ruslan ona demiş ki, mobil telefonu olmadığından ona iki ədəd mobil telefon versin. O da özünə məxsus olan iki ədəd “Samsung” markalı mobil telefonları Ruslana vermişdir. Mobil telefonların üzərində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Həmin nömrələri o, yeni alıb Ruslana vermişdir. Həmçinin Ruslan ondan öz adına olan bankdan plastik kart götürüb ona verməyini xahiş etmişdir. O da “Beynəlxalq” bankdan bir ədəd plastik kart götürüb Ruslana vermişdir. Ruslanın həmin mobil nömrlərədən və plastik kartdan hansı formada istifadə etməsindən məlumatım olmamışdır. Çünki Ruslan onun əmisi oğlu olduğundan ondan bu barədə maraqlanmamışdır. Ruslan ona narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat verməmişdir. Məhkəmədə elan olunub araşdırılmış 11 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəxsi axtarış və götürmə zamanı 01 ədəd şəffaf sellofan bükümdə nakrotik vasitəyə bənzər heroin, 03 ədəd sellofan bükümdə psixotrop maddəyə bənzər metamfetamin və 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddəyə bənzər metamfetamin aşkar olunaraq, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 01 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən şəxsi axtarış və götürmə zamanı 01 ədəd elektron tərəzi və 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik maddəyə bənzər büküm aşkar olunaraq, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 01 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD-R diskə kompyuter vasitəsi ilə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin 01 ədəd diskdə 01 fevral 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış 01 ədəd videogörüntü vardır. Nərimanov RPİnin 17-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində həmin polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Sarvan Rüstəmov tərəfindən Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 və 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X10 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir qutu “Maqna” markalı siqaret, bir ədəd qızılı rəngli alışqan, həmin şalvarın sağ yan cibindən bir ədəd “Albalı” bank kartı, bir ədəd Şahid3 məxsus “Beynəlxalq bank” plastik kartını, özünə məxsus sürücülük vəsiqəsini, “Mercedes” markalı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, avtomobilin açarını, qara rəngli gödəkçənin sol cibindən 2 ədəd “Samsung” markalı mobul telefonları, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşulduqda, o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 01 fevral.2022-ci il tarixdə saat 01:00 radələrində onlayn ödəmə yolu ilə 150 manat pul müqabilində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi Ağa adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilr, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmur. Təqsirləndirilən şəxs aşkar ediliş 01 ədəd sellofan bükümə baxış zamanı içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Bu səbəbdən həmin 01 ədəd sellofan büküm Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırıldı və möhürlənir, zərfin üzəri imzalarla təsdiq edilir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs üzərində 11 yanvar 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD-R diskə kompyuter vasitəsi ilə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin 01 ədəd diskdə 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış 01 ədəd videogörüntü vardır. Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasındakı xidməti otaqlardan birində həmin polis şöbəsinin təhqiqatçısı, polis mayoru Rüfət Mustafazadə tərəfindən Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 və 22 saylı Vəkil bürosunun vəkili Şahid1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ümumilikdə 05 ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etdİ. Ondan həmin bükümlərin içərisində nə olması soruşulduqda 04 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini nə vaxt, haradan və kimdən əldə etməsi soruşulduqda o, təqdim etdiyi 04 ədəd bükümdəki psixotrop maddə metamfetamin və 01 ədəd bükümdəki narkotik vasitə heroini 10 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən ə 50 manat pul müqabilində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin onun üzərindən başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs aşkar ediliş 05 ədəd sellofan bükümə baxış zamanı içərisində spesifik iyə malik narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edildi. Bu səbəbdən həmin 05 ədəd büküm Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırıldı və möhürləndi, zərfin üzəri imzalarla təsdiq edildi. Həmçinin, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü bizim, eləcə də Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 6/159 nömrəli rəyindən görünür ki, “....Təqsirləndirilən şəxsA ....” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,187 qram, 0,385 qram, 0,230 qram, 0,030 qram, ümumi təmiz çəkisi 0,832 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hzırlanmış psixotrop maddə - metamfetamindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,629 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2022-ci il tarixli, 6/639 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi – 14,493 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2022-ci il tarixli, 6/785 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ““Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd elektron tərəzi” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Digital Scale” sözləri olan bir ədəd qara rəngli elektron tərəzidə heroinin izləri aşkar edilmişdir. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs oğundan aşkar edilmiş (6/639 nömrəli rəy) heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,832 qram təşkil edən psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi – 0,629 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış, metamfetaminin təqdiqatdan sonra qalıq qalmış - 0,782 qram hissəsi və heroinin tədqiqatdan sonra qalıq qalmış – 0,579 qram hissəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin msateriallarından görünür ki. Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi – 14,493 qram olan narkotik vasitə heroin, eləcə də 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 14,443 qram olan narkotik vasitə heroin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə-psixiatrik ekspertizasın 04 may 2022-ci il tarixli, 1116 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” vardır. Təqsirləndirilən şəxs müəyyən edilən “emosional davamsız şəxsiyyət pozuntusu” anlaqlığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs qeyd edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarından məhrum etməmişdir. Bununla yanaşı qeyd olunmlıdır ki, Təqsirləndirilən şəxs faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs 10 noyabr 2019-cu il tarixdə ambulator məhkəmə-psixiatrik ekspertizasından keçərkən onda “emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilmiş və həmin vaxt dekompensasiya vəziyyətində olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Hazırki, müayinənin nəticələrinə görə “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunsa da törətdiyi əməl dövründə kompenasasiya (yaxşılaşma) vəziyyətində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən “emosional davamsız şəxsiyyət pozuntusu” hal-hazırda kompenasasiya vəziyyətindədir, bu səbəbdən Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyətli hesab edilməlidir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə prosessual hüquqlarını şəxsən həyata keçirə bilər. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 01 noyabr 2023-ci il tarixli, 1167 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən şəxsiyyətin impulsiv tipli emosional davamsız pozuntusundan əziyyət çəkmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyətin impulsiv tipli emosional davamsız pozuntusu natamam kompensasiya vəziyyətində olduğundan cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs həmin dövrdə şəxsiyyətin impulsiv tipli emosional davamsız pozuntusundan əziyyət çəksə də, həmin psixi pozuntunun ifadə olunma dərəcəsinə görə öz hüquqların və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməlidir. Bundan başqa, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edildi. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmasa da, onda aşkarlanan şəxsiyyətin impulsiv tip emosional davamsız pozuntusunun dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Təqsirləndirilən şəxs daim nəzarət altında saxlanılması və zərurət yarandıqda həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrənin giriş-çıxış zəngləri və sms mətnləri barədə məlumatları özündə əks etdirən “Azercell Telecom” LTD-dən xx.xx.2022-ci il tarixli 3723 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı ilə məşğul olması barədə yetəri qədər sübutlar olduğundan protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrənin giriş-çıxış zəngləri və sms mətnləri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-4375/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı ilə məşğul olması barədə yetəri qədər sübutlar olduğundan protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrənin giriş-çıxış zəngləri və sms mətnləri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən xx.xx.2022-ci il AZF/LGL-5309/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı ilə məşğul olması barədə yetəri qədər sübutlar olduğundan protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ittiham aktfnda göstərilən narkotik vasitələrin və psixotrop maddələrin ona aidiyyətiyyət olmamasını göstərib, polis əməkdaşları tərəfiəndən ona fiziki təsirlər edilib döyüldüyünü göstərdi. Məhkəmədə onun bu iddiaları araşdırıldıqda həmin iddialar təsdiqini tapmadı. Çünkü məhkəmədə onun 11 yanvar gjecə saatlarpın narkotik vasitələrin dövriyyəisi ilə bilavasitə mübarizə aparmağa səlahiyyətələndirilməmiş post patrul xidmətəiəni əməkdaşları tərəfiəndən şəxsiyyətini müəyyənləşdirmək zamanı həmin polis işçilərinə pul təklif edib özünə şübhə yaratdığı səbəbəindən onun polis bölməsinə aparılıb orada onun üzərinə baxış keçirilərəkən orada onun üzərinədə bir bükümdə narkotik vasitə heroin, dörd bükümdə isə psixotrop maddə aşkar olunması, ikin cəfə onun narkotik vasitələrinq qanunsuz dövriyüyəsi ilə məşqul olması barəsində daxil olmış əməliyyət məlumatı yoxlapnılarkən o, saxlanıldıqdan sonra üzərinə şəxsi axtarpış keçirilərəkən küllü miqdar narkotik vasitə heroin aşkar olaraq götürülməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs üzərəiəndən narkotik vasitə və psixotrop maddə aşkar olunub götürülməsi və onun polis əməkdaşları ilə ə xidməti münasibətdə olduğu dövr ərzində ona fiziki və psixi təsir göstərilməməsi şahidlər Şahid4, Şahid2, Şahid5, Şahid1 ifadələri ifadələri ilə "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil narkotik vasitələrin və maddələrin satışı məşqul olmasını təsdiq edən yazı mətnlərlər, iş üzərə keçirilmiş ekspertizə rəyləri, maddi sübütlarla və işin faktiki halları ilə sübuta yetirildi. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs ittihamı inkar edən ifadələrini özünün müdafiəsinə yönələn faktiki əsəası olmayan ifadələr kimi qiymtələndir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxsdan götürülmüş telefonların yaddaşına baxış keçirilərəkən onların yaddaşlarında tutulmamışdan qabaq, telefonlar onda olarkən həmin telefonlara daxil olmuş və həmin telefonlardan başqa şəxslərə göndərilmiş narkotik vasitlərin satışı və başqa formada qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən real mövcud olan yazışmalar baxmından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki davranışlarını nəzərə alıb, göstərilənlərlə bərabər qeyd edir ki, o, qanuna münasibətdə riskli, qanuna zidd hərəkətlər törətməyə yönümlü olub törədəcəyi əməllərin nəticələrinə görə məsuliyyət daşımamaq üçün qabaqlayıcı tədbirlər görməyə meyilldir. Məhkəmə, bu əsaslarla Təqsirləndirilən şəxs ittihama münasibətdəki davranışını həmin mövqeydən yanaşma kimi qiymətələndir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə 195 (yüz doxsan beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili X9 tərəfindən 30 ( otuz ) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 180 (yüz səksən ) manat ödənilməli olması, «Kredo» Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 ( yetmiş ) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 420 (dörd yüz iyirmi) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 195 (yüz doxsan beş) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən məbləğlərdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,832 qram təşkil edən psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi – 0,629 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış, metamfetaminin təqdiqatdan sonra qalıq qalmış - 0,782 qram hissəsi və heroinin tədqiqatdan sonra qalıq qalmış – 0,579 qram hissəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş maddi sübutların sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 14,493 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış – 14,443 qram hissəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş maddi sübutun sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və psixotrop maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı götürülmüş 01 ədəd “Samsung Galaxy A7” və 01 ədəd “Samsung Galaxy A7 2017” markalı mobil telefonlar maddi sübut kimi tanınmış, saxlanmaları üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun, 11 yanvar .2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək, 01 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətləri, 03 mart .2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək və 16 iyul 2022-ci il tarixdən 18 iyul.2022-ci il tarixədək həbsədə saxlanılması müddətələrini, 28 sentyabr 2022-ci il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanılmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan vəziyyətdə törətməsi müəyyən olundu. Məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 05 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinət əməllərini törətdərəkənq məhkumluğu olmamışdır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxsnın şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxsnın cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 5932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxsnın İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsnın narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 01 noyabr 2023-ci il tarixli, 1167 saylı ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmasa da, onda aşkarlanan şəxsiyyətin impulsiv tip emosional davamsız pozuntusunun dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Təqsirləndirilən şəxs daim nəzarət altında saxlanılması və zərurət yarandıqda həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdən 18 yanvar 2022-ci ilə qədər, 01 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci ilə qədər, 03 may 2022-ci il tarixdən 05 may 2022-ci ilə qədər və 16 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci ilə qədər həbsdə olduğu 21(iyirmi bir) gün ona təyin olunmuş cəza müddətinə daxil olunsun, onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 04 (dörd) il 11 (on bir) ay 09 (doqquz) gün kimi müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə həkim nəzarət altında saxlanılsın, zərurət yarandıqda həkim-psixiatrın müşahidəsi altına verilsin. Dövlət büdcəsi hesabına 195 (yüz doxsan beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili X4 ödənilməsi üçün 180 (yüz səksən ) manat, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs 11 yanvar .2022-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,832 qram təşkil edən psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi – 0,629 qram təşkil edən narkotik vasitə heroin, metamfetaminin təqdiqatdan sonra qalıq qalmış - 0,782 qram hissəsi və heroinin tədqiqatdan sonra qalıq qalmış – 0,579 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs 01. Fevral 2022-ci tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 14,493 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi, tədqiqatdan sonra qalıq qalmış – 14,443 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı götürülmüş 01 ədəd “Samsung Galaxy A7” və 01 ədəd “Samsung Galaxy A7 2017” markalı mobil telefonlar onun atası Qanuni nümayəndə qaytarılsın. 11 yanvar 2022-ci il və 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntülər olan 02 ədəd DVD-R disk, Təqsirləndirilən şəxs istidafəsində olan mobil telefon nömrəsinə dair "xxxx" MMC, "xxxx" MMC və “”Azerfon” MMC-dən əldə edilmiş telefon məlumatlarınının əks edildiyi 03 ədəd CD disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-212/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-212/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver