Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-212/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, müdafiəçi: «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Nəriman Nərimanov küçəsi, ev 67-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsi 56, mənzil 28-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəyərək talamışdır. Belə ki, o, 01 mart 2021-ci il tarixdən 19 may 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Şimal bölgəsi üzrə satış meneceri vəzifəsində işləyərkən həmin Cəmiyyətlə aralarında bağlanmış 01 yanvar 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, əmək müqaviləsinə əsasən işəgötürən tərəfindən ona etibar edilərək təhvil verilən malların pərakəndə və ya topdan satış yerlərində nağd və nisyə satış dövriyyəsini təhlil etmək, nağd və nisyə satışın mütənasibliyini qoruyub saxlamaq, yerlərdə malların satışından əldə olunan pul vəsaitləri barəsində dərhal texniki vasitələr (mobil telefon və s. qurğular) vasitəsi ilə və ya kağız daşıyıcıda (çek, faktura) müvafiq qeydlərin aparılması ilə işəgötürəni məlumatlandırmaq və pul vəsaitlərinin əldə olunduğu gündən etibarən ən son növbəti iş gününün ən son iş saatınadək şirkətin xəzinəsinə mədaxil etmək, şirkətə vurulan maddi və mənəvi zərərə görə məsuliyyət daşımaq, satış yerlərində mal qalıqlarına ciddi nəzarət etmək və digər səlahiyyətlərə malik tam məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə ona təhkim olunmuş 114 nömrəli terminal ilə yazdığı 01 mart 2021-ci il tarixli 1371 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 324 manat, 01 mart 2021-ci il tarixli 1372 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 5122,0 manat, 01 mart 2021-ci il tarixli 1373 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 720 manat, 01 mart 2021-ci il tarixli 1374 nömrəli «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 200 manat, 01 mart 2021-ci il tarixli 1375 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1376 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1377 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1378 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 1665 manat, 02 mart 2021-ci il tarixli 1379 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 953,90 manat, 02 mart 2021-ci il tarixli 1380 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 126 manat, 02 mart 2021-ci il tarixli 1381 nömrəli faktura əsasında «Xeyyam-Quba» satış nöqtəsinə 1854 manat, 08 mart 2021-ci il tarixli 1382 nömrəli faktura əsasında «İbrahim Quba vitrin» satış nöqtəsinə 1052 manat, 08 mart 2021-ci il tarixli 1383 nömrəli faktura əsasında «İmam-Xaçmaz vitrin» satış nöqtəsinə 650 manat, 08 mart 2021-ci il tarixli 1384 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 672 manat, 08 mart 2021-ci il tarixli 1385 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 697 manat, 09 mart 2021-ci il tarixli 1386 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 1547 manat, 09 mart 2021-ci il tarixli 1387 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 344 manat, 09 mart 2021-ci il tarixli 1388 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 135 manat, 09 mart 2021-ci il tarixli 1389 nömrəli faktura əsasında «Oktay- Quba vitrin» satış nöqtəsinə 64 manat, 09 mart 2021-ci il tarixli 1390 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 1094 manat, 09 mart 2021-ci il tarixli 1391 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 784 manat, 09 mart 2021-ci il tarixli 1392 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 168 manat, 09 mart 2021-ci il tarixli 1393 nömrəli faktura əsasında «Yalçın-Quba vitrin» satış nöqtəsinə 250 manat, 10 mart 2021-ci il tarixli 1394 nömrəli faktura əsasında «Oktay- Quba vitrin» satış nöqtəsinə 404 manat, 10 mart 2021-ci il tarixli 1395 nömrəli faktura əsasında «X19» satış nöqtəsinə 94 manat, 10 mart 2021-ci il tarixli 1396 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 1116,80 manat, 11 mart 2021-ci il tarixli 1397 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 240 manat, 11 mart 2021-ci il tarixli 1398 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 375 manat, 11 mart 2021-ci il tarixli 1399 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 504 manat, 11 mart 2021-ci il tarixli 1400 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 206,40 manat, 12 mart 2021-ci il tarixli 1401 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 320 manat, 12 mart 2021-ci il tarixli 1402 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 260 manat, 15 mart 2021-ci il tarixli 1403 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 180 manat, 16 mart 2021-ci il tarixli 1404 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 560 manat, 16 mart 2021-ci il tarixli 1405 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 512 manat, 17 mart 2021-ci il tarixli 1406 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 1870 manat, 17 mart 2021-ci il tarixli 1407 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 3384,40 manat, 17 mart 2021-ci il tarixli 1408 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 230 manat, 17 mart 2021-ci il tarixli 1409 nömrəli faktura əsasında «Mirseyid Quba» satış nöqtəsinə 69,60 manat, 17 mart 2021-ci il tarixli 1410 nömrəli faktura əsasında «Şahmar Dəvəçi- Şabran» satış nöqtəsinə 120 manat, 18 mart 2021-ci il tarixli 1411 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 2376 manat, 18 mart 2021-ci il tarixli 1412 nömrəli faktura əsasında «Xeyyam-Quba» satış nöqtəsinə 23,50 manat, 19 mart 2021-ci il tarixli 1413 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 208 manat, 19 mart 2021-ci il tarixli 1414 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 743 manat, 19 mart 2021-ci il tarixli 1415 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 368 manat, 19 mart 2021-ci il tarixli 1416 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 940 manat, 22 mart 2021-ci il tarixli 1417 nömrəli faktura əsasında «Ceyhun-Qala» satış nöqtəsinə 49 manat və digər fakturalar əsasında ümumilikdə 1006858,68 (bir milyon altı min səkkiz yüz əlli səkkiz manat altımış səkkiz qəpik) manat məbləğində satış üçün müxtəlif növ avtomobil ehtiyat hissələrini şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu 1006858,68 (bir milyon altı min səkkiz yüz əlli səkkiz manat altımış səkkiz qəpik) manat məbləğindən 146843,10 (yüz qırx altı min səkkiz yüz qırx üç manat on qəpik) manat dəyərində malı geri qaytarmaqla 696329,00 (altı yüz doxsan altı min üç yüz iyirmi doqquz) manat məbləğdə pul vəsaitini xəzinəyə mədaxil etdikdən sonra nəticədə satış nöqtələrində və ona təhkim olunmuş yük avtomobilində olmaqla öhdəsində olan 163686,58 (yüz altmış üç min altı yüz səksən altı manat əlli səkkiz qəpik) manat məbləğində mallardan 21-27 may 2022-ci il tarixli inventarizasiya zamanı satış nöqtələrində və ona təhkim olunmuş yük avtomobilində 110394,88 (yüz on min üç yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat faktiki mal qalığının olmasını nəzərə alındıqda "xxxx" MMC-nin 06 yanvar 2020-ci il tarixli P0xx/xx/2020 nömrəli partnyorluq müqaviləsi əsasında birgə fəaliyyət göstərdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 53291,7 (əlli üç min iki yüz doxsan bir manat yetmiş qəpik) manat məbləğində pulu Zərərçəkmiş şəxs MMC-nin kassasına təhvil verməyərək ona etibar edilmiş külli miqdarda Zərərçəkmiş şəxs MMC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hal-hazırda başqa bir şirkətdə işləyir. Lakin 2021-ci ilin mart ayında "xxxx" MMC-də satış meneceri vəzifəsində işə başlamış, həmin şirkətlə tam maddi məsuliyyət haqqında və əmək müqavilələri bağlamışdır. "xxxx" MMC avtomobili ehtiyat hissələrinin (mühərrik yağı, akkumulyator, təkər və sair) satışını həyata keçirmiş, həmin şirkət Zərərçəkmiş şəxs MMC ilə birgə fəaliyyət göstərmiş, işlədiyi şirkət Zərərçəkmiş şəxs MMC-yə məxsus malların satışını həyata keçirmişdir. Xidməti öhdəliklərinə müştərilərin sifarişləri əsasında malların sifariş edilməsi, müştərilərdən malların pulunu yığaraq kassaya çatdırılması daxil olmuşdur. O, Cəmiyyətin Şimal bölgəsi üzrə satış meneceri vəzifəsində işləmiş, işlədiyi əraziyə Quba, Qusar, Xaçmaz və Şabran rayonları daxil olmuşdur. Həmin rayonlarda təxminən 20-30 mağazaya məhsulları həm nisyə, həm də nağd ödənişlə vermişdir. Ona şirkət tərəfindən “Ateko” markalı yük avtomobili və terminal cihazı təhkim olunmuş, yük avtomobili ilə sifariş olunan malları satış nöqtələrinə daşımış, terminal cihazında isə mal dövriyyəsini qeyd etmişdir. İşdən çıxarıldığı zaman maşını və terminal cihazını təslim etmişdir. Onun şirkətə heç bir borcu yoxdur. Mağazalara təqdim etdiyi mallar ya həmin mağazalarda satışda olmuş, ya da ki, mağazalardan əldə etdiyi pulları şirkətin kassiri Elvira xanıma nağd şəklində kassaya və yaxud Elvira xanımın kartına köçürmüşdür. Sonuncu onun fəaliyyətində kəsirlər aşkar edən auditdən əvvəlki auditlər onun işində heç bir nöqsan aşkar etməmişdir. Audit və ona təhkim olunmuş mağazalarla uzlaşma onun iştirakı olmadan keçirilmişdir. Təbii ki, mağazaların sahibləri borcları olsa belə borcları olmadığını auditə bildirmişlər. O, malları Zərərçəkmiş şəxs MMC-nin anbarından qəbul etdiyi zaman üç nüsxədən ibarət qayimə tərtib edilirdi. Həmin qayimədə malların sayı və çeşidi göstərilmiş, qayimələrdən biri anbardarda, biri onda, 3-cüsü isə müştəri mağazaya təqdim edilirdi. Pulların toplanması və şirkətə ödənilməsi məhz bu qayimələr əsasında həyata keçirilirdi. Qeyd etmək istəyir ki, malların qəbulu ona təhkim olunmuş terminal cihazında da öz əksini tapırdı. İdarə etdiyi yük avtomobili 2022-ci ilin may ayında ondan şirkət tərəfindən götürülmüşdür. Avtomobili ondan Şahid2 və onun yanında gələn iki nəfər şəxs götürmüş, həmin vaxt avtomobilin arxasında 28.000 manatlıq mallar olmuşdur. Onlar malları saymaq istəmiş, lakin yük avtomobilində mallar çox olduğuna görə saymamış və yük avtomobilini götürüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, anbar tərəfindən həmin malların dəyəri 11.000 manat kimi göstərilmişdir. Bundan təxminən 2 ay sonra o Quba rayon prokurorluğuna çağırıldıqda bilmişdir ki, onun şirkətə 70 min manata yaxın borcu vardır. Qeyd etmək istəyir ki, o, anbardan hər dəfə aldığı mallara görə müştərilərin ona verdiyi pulları anbardan növbəti sifariş zamanı həmin pulları kassaya təhvil verirdi. Göstərdiyi kimi bəzi hallarda şirkətin kassiri Elvira xanımın kartına köçürmüşdür. O hər dəfə satış nöqtəsindən pul götürən zaman terminalda mağazanın adını və ödədiyi məbləği göstərməklə ödəniş barədə terminalda qeydlər aparmış, həmin qeydlər əsasında sistemdən mağazanın borcu silinirdi. Satış fakturalarında da müştərilərin borcu qeyd olunmuş, o sistemə ödəniş barədə məlumat daxil edəndə növbəti dəfə satış fakturası çıxarılanda satış fakturasında borcun məbləği azalmışdır. O, şirkətdən heç bir məbləğdə pul mənimsəməmiş, satış nöqtələrindən yığılmış pulu vaxtlı-vaxtında şirkətin kassına ödəmiş, işlədiyi dövr ərzində heç kim ona əskiklik olması barədə məlumat verməmiş, işlədiyi dövrdə demək olar ki, hər ay şirkətin işçiləri satış nöqtələrinə gələrək, müştərilərin mal qalığını və faktiki borclarını yoxlamış, yoxlama zamanı heç bir problem yaranmamışdır. 21-27 may 2022-ci il tarixdə keçirilən təftiş zamanı satış nöqtələrinin sistem üzərində olan borclarını təsdiqləməmələrinin və ya həmin məbləğdən az məbləğdə borclarının olmasını demələrinin səbəbini bilməmişdir. Satış nöqtələrinin bəzilərinin ona borcu olduğu halda bu hal audit tərəfindən nəzərə alınmamışdır. O, həqiqətən də 15 min manat məbləğdə pulu “TikTok” sosial şəbəkəsinə köçürmüş, canlı yayımlara «hədiyyə» atmış, həmin hədiyyələri şəxsi pulları hesabına, həmçinin bankdan götürdüyü kredit hesabına almış, həmin dövrdə o, ayda 1500 manat məbləğində əmək haqqı almış, həmçinin özünə məxsus iki ədəd nəqliyyat vasitəsini sataraq pul əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla birlikdə işləmişdir. Belə ki, o, 2013-cü ildən 2022-ci ilin iyul ayına kimi Zərərçəkmiş şəxs MMC-nin audit rəhbəri vəzifəsində işləmiş, vəzifəsinə şirkətin maliyyə əməliyyatlarına, maliyyə şöbəsinin işçilərinə nəzarəti həyata keçirmək, müştərilərin borclarına nəzarət etmək və sair daxil olmuşdur. Hal-hazırda başqa yerdə çalışır. Təqsirləndirilən şəxs onun üzərinə qoyulmuş vəzifələrə uyğun olaraq Zərərçəkmiş şəxs MMC-nin anbarından avtomobil ehtiyat hissələrini qəbul edərək respublikaının ona təhkim olunmuş 5 şimal rayonunda 20-yə yaxın mağazaya satışını həyata keçirmişdir. Əvvəl-əvvəl Tehranın fəaliyyətində heç bir problem olmamışdır. Şirkət ona yük maşını vermişdir ki, həmin maşınla ehtiyyat hissələrini müştərilərə çatdırsın. Lakin Quba rayonundan olan müştərilərdən biri zəng edib bildirmişdir ki, onun şirkətə olan pul borcu şişirdilmişdir. Belə ki, o, pulları Təqsirləndirilən şəxs ödədiyi halda sistemdə bu ödənişlər əksini tapmamışdır. Həmin gün o, xəstə olduğu üçün işdə deyildi. Lakin buna baxmayaraq dərhal rəhbərliyə zəng etmiş və tövsiyyə etmişdir ki, günü sabahdan Təqsirləndirilən şəxs fəaliyyətinin auditi keçirilsin. Belə də olmuşdur. Növbəti gün şirkətin əməkdaşları Tehranın əlaqələri olan bütün mağazaları yoxlamış və təxminən 70.000 manat pulun kəsir olması müəyyən edilmişdir. Lakin o, xəstə olduğu üçün bu yoxlamada iştirak etməmişdir. Bildiyi qədər Təqsirləndirilən şəxs şirkətin ona verdiyi yük maşını da geri alınmış, maşının içindəki ehtiyyat hissələri isə anbara qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2018-ci ildən "xxxx" MMC-də maliyyə rəhbəri vəzifəsində işləmiş, vəzifəsi şirkətin maliyyə əməliyyatlarına, maliyyə şöbəsinin işçilərinə nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Hal-hazırda isə həmin şirkətdən çıxıb başqa yerdə işləyir. Əvvəl işlədiyi "xxxx" MMC Zərərçəkmiş şəxs MMC-yə məxsus avtomobil ehtiyat hissələrinin satışını həyata keçirmiş, partnyorluq müqaviləsi əsasında Zərərçəkmiş şəxs MMC ilə birgə fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs əvvəl, 2021-ci ildə "xxxx" MMC-də sürücü işləmiş, sonra isə malların şimal zonasında satış təmsilçisi vəzifəsində işləmişdir. Tehrana şirkət tərəfindən yük maşını təhkim olunmuş və o, şimal zonasının 5 rayonu üzrə satış nöqtələrinə avtomaşın ehtiyyat hissələrini qayimə əsasında təqdim edirdi. Həmin ehtiyyat hissələrini Tehran Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində olan anbarından qayimə əsasında qəbul edib ünvanlara çatdırırdı. Tehranın satış təmsilçisi işlədiyi ilk dövrlər hər şey normal idi. Lakin satış nöqtələrinin birinin nümayəndəsi şirkətə müraciət edərək Tehranın verdiyi mallara görə ödənişi sistemdə tam göstərmədiyini bildirmişdir. Bundan sonra Tehranın fəaliyyətinin auditi keçirilmiş, onun verilən mallara görə ödənilən pulların bir hissəsinin şirkətin mühasibatlığına təqdim etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən Tehrana təhkim olunmuş yük avtmobili ondan geri alınaraq şirkətin anbarına gətirilmiş, maşının yük yerində olan ehtiyyat hissələri də anbara boşaldılmışdır. Xatırladığı qədər Tehranın şirkətə vurduğu zərərin məbləği 70.707 manat olmuş, lakin yük maşınında olan mallar nəzərə alınmaqla həmin rəqəm bir qədər azaldılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2021-ci ilin iyun ayından Zərərçəkmiş şəxs MMCdə şimal bölgəsi üzrə satış rəhbəri vəzifəsində işləmiş, bu şirkətə işə daxil olan zaman Təqsirləndirilən şəxs artıq həmin şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir.Zərərçəkmiş şəxs MMC partnyorluq müqaviləsi əsasında "xxxx" MMC ilə birgə fəaliyyət göstərmiş, Zərərçəkmiş şəxs MMC avtomobil ehtiyat hissələrini satmış və satışı "xxxx" MMC vasitəsi ilə həyata keçirmişdir. Cəmiyyət malların satışını satış menecerləri vasitəsi ilə təşkil etmiş, belə ki, hər satış menecerinə terminal təhkim olunmuş, həmin terminal vasitəsi ilə satış meneceri satış nöqtələrinə yaxınlaşaraq müştərilərin istədikləri sifarişlərə uyğun, sifariş verən müştərinin adını, sifariş verilən malların miqdarı və adını qeyd etməklə terminalda əməliyyat icra etmişdir. Belə satış təmsilçilərindən biri də Təqsirləndirilən şəxs olmaqla şimal zonasının 5 rayonuna xidmət etmişdir. Yəni, həmin rayonlarda satış yerlərinə şirkətin mallarını anbardan alıb çatdırmaqla ödənişi şirkətin mühasibatlığına təhvil verməli idi. İlk vaxtlar Təqsirləndirilən şəxs işində heç bir problem olmamış, lakin son zamanlar şimal zonasında olan bəzi müştərilər şirkətlə əlaqə saxlayaraq borclarının fakturalardan silinməməsi barədə məlumat vermiş, həmçinin sistem üzərində müştərilərin borclarının artması və ödənişlərin olmaması görünmüşdür. Ona görə də Şahid1 mağazalara gedərək müştərilərin faktiki borclarını yoxlamış, təftiş zamanı sistem üzərində bir çox müştərinin borcunun olması görsənmiş, lakin təhvil-təslim zamanı müştərilər borclarını təsdiq etməmiş və yaxud daha az məbləğdə borcunun olmasını bildirmişlər. Tehran işlədiyi dövrdə ümumilikdə Zərərçəkmiş şəxs MMC-nin anbarından 1006858,68 manat dəyərində mal sifariş vermiş, 146843,10 manat dəyərində malı geri qaytarmış, kassaya isə 696329,00 manat pul ödəmişdir. Sistem çıxarışlarına əsasən mağazaların şirkətə 163686,45 manat məbləğində borcu olmuş, lakin təftiş zamanı mağazalar faktiki olaraq 92979,23 manat borclarını təsdiq etmişlər. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin 70707 manat pulunun mənimsədiyi aşkar edilmişdir. Həmin vaxt Tehrana təhkim olunmuş yük avtomobilində mallar olmuş, buna görə də rəhbərliyin göstərişi ilə onlar Quba rayonuna gəlmiş və Tehranla görüşmüşlər. Həmin vaxt onunla birlikdə Şahin və sürücü Əkbər olmuş, onlar Tehranla onun evinin qarşısında görüşmüş, o Şahinə yük avtomobilində olan malları təhvil almasını tapşırmış, avtomobil təhvil alınan zaman Tehran onunla söhbət etmək istədiyini bildirərək, onu çay içməyə dəvət etmiş, söhbət zamanı o Tehrandan çatışmayan pulları hara xərcləməsini soruşmuş, Tehran isə pulları xərclədiyini etiraf edərək, yaxın müddət ərzində pulu qaytaracağını bildirmişdir. Tehran ona pulları hara xərcləməsini deməmiş, sadəcə bu barədə onun valideynlərinə xəbər verməməsini xahiş etmişdir. Yük avtomobilini Tehrandan təhvil almış, lakin buna dair heç bir sənəd tərtib olunmamışdır. Onlar avtomobili şirkətin anbarında saxlamış və Tehranı bir neçə dəfə yük avtomobilində olan malları anbara təhvil verməsi üçün anbara dəvət etsələr də, Tehran gəlmədiyinə görə onlar geri qaytarma fakturası ilə malları anbara təhvil almışlar. Yük avtomobili Təqsirləndirilən şəxs götürülən zaman orada mal olmuş, sistem çıxarışlarına əsasən həmin vaxtda yük avtomobilində 28881 manat dəyərində mal olmuş, anbardar malları təhvil alan zaman yük avtomobilində 11465 manat məbləğində malın olması aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2022-ci ilin yanvar ayının 17-dən "xxxx" MMC-də Şimal bölgəsinin müdiri vəzifəsində işləmiş, şimal bölgəsinə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları daxil olmuşdur. O, həmin vəzifəyə təyin edildiyi dövrdə Təqsirləndirilən şəxs artıq bu şirkətdə satış meneceri işləmişdir. Təqsirləndirilən şəxs 2021-ci ildə işə başlamış, onunla tam maddi məsuliyyət haqqında və əmək müqaviləsi bağlanmışdır.Təqsirləndirilən şəxs onun tabeçiliyində olan şimal bölgəsi üzrə satış meneceri idi. Bölgə müdiri kimi vəzifəsinə satışın təşkili, ticarətin idarə olunması, satış təmsilçilərinə nəzarət və sair daxil olmuşdur. "xxxx" MMC Zərərçəkmiş şəxs MMC ilə partnyorluq müqaviləsi əsasında birgə fəaliyyət göstərmiş, Zərərçəkmiş şəxs MMC avtomobil ehtiyat hissələrinin satışını həyata keçirmişdir. "xxxx" MMC isə Zərərçəkmiş şəxs MMC məxsus malların satmışdır. Şimal bölgəsində otuza yaxın satış nöqtəsi olmuş, həmin satış nöqtələrinə Zərərçəkmiş şəxs MMC-nin mallarını satmışlar. Satış nöqtələri həmin malları öz istədikləri qiymətə satdıqdan sonra Cəmiyyətə malın ilkin qiymətini ödəmişlər. Hər həftə satış meneceri satış nöqtələrinə gedərək malların satılıbsatılmamasını yoxlamış, satılan mal olan zaman satış meneceri həmin malların yerinə yeni mal gətirmişdir. O hər ay satış nöqtələrinə gedərək müştərilərin Cəmiyyətə olan borcunu Cəmiyyətin sistem çıxarışlarına əsasən yoxlamış, Tehranla işlədiyi ilk aylarda onun çatışmazlığı olmamışdır. Axırıncı dəfə o mağazaları 2022-ci ilin fevral ayında yoxlamış, həmin dövrdə də Tehranın çatışmazlığı olmamışdır. 2022-ci ilin may ayında şirkət rəhbəri ona Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması tapşırığı vermiş, o 2022-ci ilin may ayının 21-dən 27-sinə kimi bölgədə olan satış nöqtələrinə gedərək müştərilərin Cəmiyyətə olan borcunu yoxlamışdır. Yekunda Təqsirləndirilən şəxs 70707,22 manat dəyərində malın satışından əldə olunmuş pul vəsaitinin Cəmiyyətin kassasına ödəmədiyi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı audit yoxlaması keçirilmiş, lakin o, həmin audit yoxlamasında iştirak etməmişdir. Auditlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış nöqtələrinə gedərək malların satışıdan əldə olunmuş pulları yığaraq şirkətin kassasına ödəməmiş və bu barədə də terminala məlumat daxil etməyərək pulları mənimsəmişdir. O Təqsirləndirilən şəxsla bu barədə söhbət etmiş, Tehran mənimsədiyi pulları xərcləməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs çatışmazlığının olması müəyyən ediləndən sonra, sonuncunun qalan malları da mənimsəməsinin qarşısını almaq məqsədi ilə, onun yük avtomobilində olan mallar götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin malları təhvil verməsi üçün şirkətə çağırılsa da, gəlməkdən imtina etmiş, ona görə də anbardar özü malları anbara təhvil almışdır. Məhkəmə iclasında şahid qismində dindirirlmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, o, 2021-ci ildən "xxxx" MMC-də mühasib vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs isə onun təxminən bir ay müddətində işlədikdən sonra işdən çıxmışdır. Bildiyi qədər Təqsirləndirilən şəxs Şimal rayonlarının supervayzeri idi. Ödənişləri qeyd etmək üçün Tehrana mühasibatlıqdan terminal aparatı vermişlər. Həmin aparatda mağazalar tərəfindən Təqsirləndirilən şəxs ödənişlər qeyd edir, lakin pul məbləğlərini nağd şəkildə kassaya ödənişini həyata keçirməli idi. Pul ödənildikdən sonra kompyuterdə olan şirkətin sistemində ödənişlər əks olunurdu. Təqsirləndirilən şəxs işində yaranmış problemlərlə tanış deyildir, daha doğrusu Tehran işdən çıxandan sonra məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2021-ci ilin mart ayından "xxxx" MMC-də anbardar işləyir. Təqsirləndirilən şəxs isə Şimal rayonları üzrə supervayzer idi, yəni ondan avtomobil ehtiyyat hissələri sifarişçilərinin sifarişi əsasında qayimə ilə alıb ona təhkim olunmuş yük maşınına yığaraq aidiyyatı üzrə çatdırırdı. Qayimələr 3 nüsxədən ibarət olmaqla Tehran imzaladıqdan sonra biri onda qalır, digər qayimələrdən biri malı alan müştəriyə təqdim olunur, biri isə müştərinin imzası ilə Tehranın özündə olurdu. O, anbardar olaraq yalnız rəsmi sənəd əsasında, yəni qayimə əsasında malları supervayzerlərə təqdim edilməsinə cavabdeh idi. Bildiyi qədər Təqsirləndirilən şəxs fəaliyyətində yaranmış nöqsanlarla bağlı şirkətin şimal zonası üzrə müdiri Şahid1 və şirkətdə sürücü işləyən Şahid6 şimal zonasına gedərək Təqsirləndirilən şəxs şirkətin sonuncuya təhkim olunmuş maşını qəbul edib şirkətin anbarına gətirib ona təhvil vermişlər. Maşının yük yeri qıfılla bağlı olmuş, maşında olan malları təhvil vermək üçün Təqsirləndirilən şəxs özü anbara dəvət olunmuş, lakin o, anbara 3 gün müddətinə gəlmədiyi üçün şirkətin auditoru işləyən Telli xanımın göstərişi əsasında maşının yük yeri açılaraq içərisində olan təxminən 11.000 manatlıq mal anbara boşaldılmışdır. Bununla bağlı faktura tərtib edilmiş, maşından anbara boşaldılmış malların sayı və çeşidi orada göstərilmişdir. Həmin sənəd şirkətin mühasibatlığına təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dinrilmiş Şahid14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Belə ki, o, 2021-ci ilin may ayından fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Quba şəhərində yerləşən mağazada avtomobil ehtiyat hissələrinin satışını həyata keçirmişdir. Mal aldığı şirkətlərdən biri də, "xxxx" MMC olmuşdur. Həmin şirkətin satış meneceri Təqsirləndirilən şəxs olmuş, Tehran sifariş olunmuş malları özünün idarə etdiyi yük avtomobili ilə gətirib mağazaya qaimə ilə təhvil vermiş, pul olduqda pulu nağd ödəmiş, olmadıqda isə malı satdıqdan sonra ödəyirdi. Onun Təqsirləndirilən şəxs şirkətdən yoxlama gələn günə heç bir borcu qalmamışdır. Sonuncu nağd ödənişi 1400 manat olmuşdur. Lakin şirkətdən gələn nümayəndə bildirmişdir ki, onun Tehrana ödədiyi 1400 manat pul sonuncu tərəfindən şirkətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyır. Onun Qubada maşın təmiri sexi vardır.. tehran həmin sexə işlədiyi şirkətdən mühərrik yağları gətirib satmışdır. Sonuncu ödənişi 1941,65 manat olmuşdur. Həmin məbləği nağd olaraq ödəmiş və ödənişə dair sənədləri məhkəməyə təqdim edir. Həmin sənədlərdə sonuncu ödəmə ilə bağlı Təqsirləndirilən şəxs yazılı qeydi var ki, onun Təqsirləndirilən şəxs heç bir borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, hər ikisi "xxxx" MMC-də işləmiş, Təqsirləndirilən şəxs şimal zonası üzrə satış meneceri, o isə sürücü işləmişdir. Hal-hazırda həmin şirkətdən öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs şirkətin avtomobil ehtiyat hissələrinin ölkənin şimal rayonlarına satışını həyata keçirmişdir. Tehrana şirkət tərəfindən yük avtomobili təhkim olunmuş və o Bakı şəhərində yerləşən anbardan satış nöqtələrinə firmanın mallarını paylamışdır. 2022-ci ilin may ayında şirkətin rəhbərlərindən biri olan Taleh Mürşüdzadə ona onunla birlikdə Quba şəhərinə gedərək Təqsirləndirilən şəxs təhkim olunmuş yük avtomobilini götürməsini tapşırmış, həmin gün o, Şahid2 və audit işləyən Şahin Süleymanov ilə Quba şəhərinə Tehranın yaşadığı evin qarşısına gəlmişlər. Tehran Tale ilə söhbət etdikdən sonra Şahin yük avtomobilini təhvil almışdır. Həmin maşının yük yerində şirkətin malları olmuş, lakin malların sayı və çeşidi barədə heç bir məlumat verə bilməz. Taleh Mürşüdzadə ilə Tehran söhbət edəndən sonra yük avtomobilinin arxası qıfıl ilə bağlanmış və açarı ona verilmişdir. O da avtomobili sürərək Bakı şəhərinə, firmanın anbarına gətirmiş, avtomobili anbarın ərazisində saxlamışdır. Avtomobilin yük hissəsinin açarını və avtomobilin öz açarını növbəti gün şirkətin işçisi Telli xanıma vermişdir. Onun bundan başqa heç bir şeydən məlumatı olmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, o, rayon prokurorluğuna dəvət olunmamışdan əvvəl Tehran firmaya gələrək onunla firmanın yaxınlığında görüşmüş, Tehran ona rayon prokurorluğuna dəvət olunduğu təqdirdə getməməsini demiş, o da bunun səbəbini ondan soruşanda Tehran ona “sənin işin yoxdur, mən sənə deyirəm getmə” demişdir. Lakin o, Tehranın sözlərinə əhəmiyyət verməmiş və prokurorluğa gedərək bu iş üzrə ifadəsini vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, o, Tehrandan əvvəl şirkətdə Şimal bölgəsi üzrə satış meneceri işləmiş, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarına mal satmışdır. Əmək haqqının az olmasına görə işdən ayrılmaq qərarına gəlmiş, buna görə də "xxxx" MMC-nin rəhbərliyinin göstərişinə əsasən o, yeni işə düzələn satış meneceri Təqsirləndirilən şəxs və firmanın nümayəndəsi ilə satış nöqtələrinə gedərək təhvil-təslim etmişlər. Təhvil-təslim zamanı heç bir problem yaranmamış, o, ərazini sıfır borcla Təqsirləndirilən şəxs təhvil vermiş, Təqsirləndirilən şəxs isə ərazini təhvil almışdır. Bununla bağlı akt tərtib olunmuş və onlar da həmin akta imza atmışlar. Başqa onun Tehran və MMC barədə məlumatı olmamışdır. İki obyekt üzrə ödənilməmiş məbləğlə bağlı şirkət məhkəməyə müraciət etmiş, həmin məhkəmələrdə şirkəti təmsil etmiş, məhkəmənin qətnamələri ilə borcların şirkətə ödənilməsi qət edilmişdir. Həmin iki borc məbləğinin Tehrana heç bir aidiyyatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, 2021-ci ildən Xaçmaz şəhərində yerləşən avtomobil ehtiyat hissələri satılan mağaza işlətmiş, mağazanın adı olmamış, lakin satış fakturalarında mağazanın adı “X16” kimi qeyd olunmuşdur. O, mağaza açılandan "xxxx" MMC ilə əməkdaşlıq etmiş, mağazaya malları həmin firmanın satış meneceri Təqsirləndirilən şəxs vasitəsi ilə sifariş etmişdir. O, malları sifariş verəndən bir neçə gün sonra Tehran özünün idarə etdiyi yük avtomobili ilə malları gətirmiş, malları gələn kimi o malların pulunu Tehrana ödəmişdir. 22 may 2022-ci il tarixdə şirkətin nümayəndəsi Şahid1 gələrək mağazanın firmaya borcunun olub-olmamasını soruşmuş, həmin vaxt mağazanın firmaya vitrində olan mallar üzrə 14745 manat, özünün sifariş verdiyi mallar üzrə isə 116 manat borcu olmuşdur. Həmçinin, satış fakturalarında mağazanın əvvəlki sifarişdən firmaya qalan borcu göstərilmiş, axırıncı dəfə Tehran mağazaya mal gətirəndə ona satış fakturası təqdim etmiş, həmin satış fakturasında əvvəlki borc göstərilən qrafa ağardıcı ilə ağardılmışdır. Satış fakturasında onun borcunun olmasını görünməməsi üçün Tehran həmin qrafaları ağartmışdır. Fakturaya arxadan baxanda orada 2449 manat firmaya borcunun olması göstərilmiş, lakin həmin vaxt onun firmaya borcu olmamışdır. Vitrində olan mallara görə pulu ödəmiş, 400 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, o, Quba şəhərində yerləşən «X18» avtomobil ehtiyat hissələri mağazasını işlətmiş, o mağaza açılandan "xxxx" MMC ilə əməkdaşlıq etmiş, mağazaya malları həmin firmanın satış meneceri Təqsirləndirilən şəxs vasitəsi ilə sifariş etmişdir. 22 may 2022-ci il tarixdə şirkətin nümayəndəsi Şahid1 gələrək mağazanın firmaya borcunun olub-olmamasını soruşmuş, həmin tarixə onun firmaya 1200 yaxud da 1300 manat borcu olmuşdur. Sonuncu mallara görə iki dəfəyə 2022-ci ildə 5.000 manat bir və 10.020 manat bir nağd şəkildə Tehrana ödəmişdir. Nümayəndənin dediyi kimi onun şirkətə 15.000 manat borcu olmamışdır. Ödədiyi məbləğdən 10.000 manat sifariş verdiyi mallar olmuş, 5.000 manatlıq mallar isə mağazanın vitrininə qoyulmuş mallar olmuşdur. 2 ay bundan qabaq qalan borcu tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, müstəqil auditor Şahid9 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi bu işlə bağlı Sumqayıt Ağır Cinayətlər məhkəməsində ifadə verərkən tanımışdır. Bu işlə bağlı keçirdiyi audit rəyini, həmçinin istintaqa verdiyi ifadəsini tam təsdiq edir. Həqiqətən Təqsirləndirilən şəxs işlədiyi MMC ilə müqavilə əsasında sonuncunun iş fəaliyyətini yoxlamış, yoxlama ona təqdim olunmuş malların qəbulu qaimələri, həmin malmaterialların satış nöqtələrinə edilmiş ödəniş qrafiklərinə və satış nöqtələrində aparılmış üzləşdirmə aktları nəzərdən keçirilməklə aparılmışdır. 2 dəfə Təqsirləndirilən şəxs şirkətin ona təqdim etdiyi mobil telefon vasitəsilə əlaqə saxlamış, ona auditdə iştirak etməyi təklif etmiş, lakin Təqsirləndirilən şəxs gələcəyinə söz versə də gəlməmişdir. Audit nəticəsində kəsir müəyyən edildikdən sonra bu barədə Təqsirləndirilən şəxs məlumatlandırılmış, sonuncu şirkətə vurduğu ziyanı bir ay ərzində ödəyəcəyinə söz vermiş, hətta o, bu müddəti gözləmiş, lakin Təqsirləndirilən şəxs vədini yerinə yetirmədiyi üçün rəyi tərtib edərək şirkətə təqdim etmişdir. Hazırda çox vaxt keçdiyi üçün audit rəyində aşkar etdiyi kəsirin məbləğini təxmini 70.000 manat ətrafında olduğunu deyə bilər. Audit zamanı o, yalnız ona şirkət tərəfindən təqdim olunmuş mal-materialın Təqsirləndirilən şəxs verilməsinə dair qəbzlərə, həmin mal-materiallara görə Təqsirləndirilən şəxs şirkətə etdiyi ödənişlərin qrafikinə və üzləşdirmə aktlarından istifadə etmiş, həmçinin özünün auditlə bağlı aldığı izahatlara əsaslanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri yoxdur. O, Quba şəhəri sakini olmaqla 2012-ci ildən Quba şəhərində yerləşən avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən mağaza işlədir.Onun mağazasının adı fakturalarda “Mehman Quba” kimi qeyd olunmuşdur. O malları müxtəlif şirkətlərdən, həmçinin Zərərçəkmiş şəxs MMC-dən sifariş vermiş, həmin şirkətlə 2018-ci ildən əməkdaşlıq etmişdir. O malları həmin şirkətdən satış təmsilçisi olan Təqsirləndirilən şəxs vasitəsi ilə almışdır. Tehran m malları yük maşını vasitəsi ilə ona verdiyi sifariş əsasında gətirirdi. O malların pulunu mallar çatdırılan kimi Təqsirləndirilən şəxs pulu olduqda nağd şəkildə, malları satdıqda isə bank vasitısi ilə Zərərçəkmiş şəxs MMC-nin bank hesabına və yaxud kartdan-karta ödəmişdir. Mallar yük avtomobili ilə mağazaya gətirilmiş, mallar ilə birlikdə satış fakturası təqdim edilmiş, həmin satış fakturasına əsasən o malları sayıb mağazaya qəbul etmişdir. Malları qəbul etməyi ilə bağlı satış təmsilçisində qalan satış fakturasına imza atmışdır. O Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi işləmiş, Tehrandan əvvəl satış təmsilçisi Elvin adlı şəxs olmuşdur. Elvin ilə işləyən zaman onun heç bir problemi olmamış, lakin Təqsirləndirilən şəxsla işləyən zaman problemlər yaranmışdır. Belə ki, Tehran işlədiyi dövrdə o malları sifariş vermiş, malları sifariş verəndən sonra onun borcu avtomatik olaraq satış fakturasında qeyd olunmuş, daha sonra o Tehranın özünə ödəniş etmiş, ödənişdən sonra o yeni mal sifariş verən zaman, yeni tərtib olunan fakturada onun borcu silinməmiş, borcu artıq məbləğdə göstərilmişdir. Bununla bağlı o, öz iradını Tehrana bildirəndə, sonuncu ona bunun şirkətin probleminin olduğunu bildirmişdir. Tehran bəzi hallarda terminalda onun mağazasının adını qeyd edərək malları başqa yerlərə çatdırmışdır. 22 may 2022-ci il tarixdə o mağazada olan zaman Cəmiyyətin Vüqar adlı işçisi gəlmiş, onun Cəmiyyətə nə qədər borcunun olduğunu soruşmuş, onun həmin vaxt Cəmiyyətə vitrində olan mallar üzrə 5172 manat borcu olmuş, başqa borcu olmamışdır. Lakin Vüqar onun Cəmiyyətə əlavə olaraq 3157 manat borcunun olduğunu bildirmişdir. Bunu aydınlaşdırmaq üçün Vüqar Təqsirləndirilən şəxs zəng etmiş, lakin Tehran zənglərə cavab verməmişdir. O aldığı malların pulunu tam şəkildə əlbəəl Tehranın özünə ödəmiş, lakin Tehran həmin pulları Cəmiyyətə təhvil verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs satdığı məhsullara görə ödənişləri şirkətin sistemində tam şəkildə əks edilmiş, onun anbardan qəbul etdiyi mallar üç ədəd qaimə verilməklə təqdim edilmiş, həmin qaimələrə satış nöqtələrində mallar qəbul olunduqda mağaza sahibləri qaiməyə imza atırdılar.Həmçinin şirkətin maliyyə rəhbəri olan Şahid3 odənişlərin aparılmasına dair qeydləri aparmış, həmin qeydlər sistemə müvafiq şəkildə işlənmişdir.Auditora Təqsirləndirilən şəxs malların satışından odənildiyi pul məbləği barədə, geri qaytarılan mallar barədə və ödənilməyən məbləğ barədə sənədlər təqdim edilmişdir.Yalnız Təqsirləndirilən şəxs geri alınan yük maşınında olan malların qalığına dair mühasibatlıq ayrıca sənəd tərtib edilmiş və bu malların dəyəridə Təqsirləndirilən şəxs borcundan çıxılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs MMC və "xxxx" MMC-nin birgə xx.xx.2022-ci il tarixli Quba rayon prokurorluğuna ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, "xxxx" MMC-də satış-maliyyə meneceri vəzifəsində işləyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən satış üçün ona etibar edilmiş və öhdəsində olan malların müqabilində təhvil aldığı pul vəsaitini mənimsəmişdir. Mənimsədiyi pul vəsaiti 70.707 (yetmiş min yeddi yüz yeddi) manatdan çoxdur.Müəssisələr arasında bağlanmış əməkdaşlıq (partnyorluq) müqaviləsinə əsasən tərəflər kommersiya fəaliyyəti ilə əlaqədar olaraq qarşılıqlı yardım və iqtisadi faydalılığın təmin olunması çərçivəsində "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs MMC-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerlərdə müştəri bazasının yaxşılaşdırılası, malların yerlərdə satış istiqamətlərinə paylanması və ödənişlərin yığılmasında sonuncuya dəstək göstərməkdədir. Bu baxımdan "xxxx" MMC-də satış-maliyyə meneceri vəzifəsində işləyən Təqsirləndirilən şəxs satış məntəqələrinə çatdırılması üçün Zərərçəkmiş şəxs MMC tərəfindən ona təqdim edilən mallara dair ödənişləri aidiyyatı müəssisəyə təhvil verməmiş və bununlada həmin pul vəsaitlərini mənimsəmişdir. Əldə edilən məlumata görə Təqsirləndirilən şəxs mənimsədiyi pul vəsaitlərinin müəyyən hissəsini “Tik-tok” sosial şəbəkəsində virtual hədiyyə və bəxşişlərə xərcləmişdir. Məhkəmədə elan edilib araşdırılmış 06 yanvar 2020-ci il tarixli P0xx/xx/2020 nömrəli partnyorluq müqaviləsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru Mehman Məmmədov ilə "xxxx" MMC-nin direktoru Samir Kərimov arasında partnyorluq müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər kommersiya fəaliyyəti ilə əlaqədar bir-birinə əvəzsiz (təmənnasız) olaraq qarşılıqlı əməkdaşlıq göstərməyi, işçi qüvvəsi, maliyyə, digər vasitə və vəsaitlərin cəlb edilməsi, malların daşınması, satış nöqtələrinə paylanması və ödənişlərin yığımında köməklik barədə razılığa gəlmişlər. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin 01 yanvar 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən və əmək müaviləsinin bağlanması ilə bağlı həmin tarixli bildirişdən müəyyən olunur ki, işəgötürən ("xxxx" MMC) tərəfindən X6 (işçi) ona etibar edilərək təhvil verilən malların pərakəndə və ya topdan satış yerlərində nağd və nisyə satış dövriyyəsini təhlil etmək, nağd və nisyə satışın mütənasibliyini qoruyub saxlamaq, yerlərdə malların satışından əldə olunan pul vəsaitləri barəsində dərhal texniki vasitələr (mobil telefon və s. qurğular) vasitəsi ilə və ya kağız daşıyıcıda (çek, faktura) müvafiq qeydlərin aparılması ilə işəgötürəni məlumatlandırmaq və pul vəsaitlərinin əldə olunduğu gündən etibarən ən son növbəti iş gününün ən son iş saatınadək şirkətin xəzinəsinə mədaxil etmək, şirkətə vurulan maddi və mənəvi zərərə görə məsuliyyət daşımaq, satış yerlərində mal qalıqlarına ciddi nəzarət etmək və digər səlahiyyətlərə malik tam məsul şəxs olması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 01 iyun 2022-ci il tarixli auditor rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 05 sentyabr 2016-ci il tarixli SA/030 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor Şahid9 Zərərçəkmiş şəxs MMC ilə bağlanmış 23 may 2022-ci il tarixli 24/22 saylı müqaviləyə əsasən Zərərçəkmiş şəxs MMC-nin partnyoru "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs həmin vəzifədə işlədiyi dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış və MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs öhdəsində 70707 (yetmiş min yeddi yüz yeddi) manat məbləğində əskikgəlmənin olmasını müəyyən etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları auditor köməkçisi Şahin Süleymanov, menecer Şahid1, mühasib Şahid3, mühasib Şahid5, kassir Assena Heydərlinin iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs MMC-nin partnyorluq münasibətində olduğu "xxxx" MMC-nin satış-maliyyə meneceri vəzifəsində işləyən Təqsirləndirilən şəxs mal-pul hesabını rəhbərliyin nümayəndəsi Taleh Mürşüdzadənin tövsiyyəsi ilə araşdırmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Bakı ofisindən ticarət və texniki xidmət nöqtələrinə paylaması və satılması məqsədi ilə qəbul etdiyi mallardan 70.707 manat dəyərində olan hissəsini mənimsəmiş və Zərərçəkmiş şəxs MMC-yə ziyan vurmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim edilən sənədlərin götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-nin bölgə müdiri Şahid1 həmin şirkətin satış təmsilçisi olan Təqsirləndirilən şəxs təhkim olunmuş terminal vasitəsi ilə verilən sifarişlər əsasında tərtib olunmuş 126 vərəq sayda satış fakturalarını təqdim etmişdir və həmin fakturalarda cari hesab kodu 02438 olan “Adil Xaçmaz” adlı müştərinin proqram üzərindən müştəri borcu 1209.55 manat, müştərinin təsdiq etdiyi məbləğ 540 manat, şirkətə dəymiş ziyan 669.55 manat olmuşdur, cari hesab kodu 00717 olan “Asif Xaçmaz” adlı müştərinin proqram üzərindən müştəri borcu 570 manat, müştərinin təsdiq etdiyi məbləğ 0 manat, şirkətə dəymiş ziyan 570 manat olmuşdur, cari hesab kodu 01806 olan “X17” adlı müştərinin proqram üzərindən müştəri borcu 1001.20 manat, müştərinin təsdiq etdiyi məbləğ 0 manat, şirkətə dəymiş ziyan 1001.20 manat olmuşdur, cari hesab kodu 00657 olan “Əhəd Quba” adlı müştərinin proqram üzərindən müştəri borcu 1941.65 manat, müştərinin təsdiq etdiyi məbləğ 0 manat, şirkətə dəymiş ziyan 1941.65 manat olmuşdur,cari hesab kodu 03411 olan “El-El Avto MMC” adlı müştərinin proqram üzərindən müştəri borcu 839.98 manat, müştərinin təsdiq etdiyi məbləğ 540 manat, şirkətə dəymiş ziyan 299.98 manat olmuşdur, cari hesab kodu 02550 olan “El-El Avto MMC- Vitrin” adlı müştərinin proqram üzərindən müştəri borcu 5.561.20 manat, müştərinin təsdiq etdiyi məbləğ 5409.2 manat, şirkətə dəymiş ziyan 152 manat olmuşdur, cari hesab kodu 05274 olan “Şahid11 Quba Vitrin” adlı müştərinin proqram üzərindən müştəri borcu 11050.06 manat, müştərinin təsdiq etdiyi məbləğ 10071.6 manat, şirkətə dəymiş ziyan 978.46 manat olmuşdur, cari hesab kodu 05273 olan “Şahid11 Quba” adlı müştərinin proqram üzərindən müştəri borcu 6389.06 manat, müştərinin təsdiq etdiyi məbləğ 536 manat, şirkətə dəymiş ziyan 5853.06 manat olmuşdur, əlavə olaraq müxtəlif cari hesab kodları olan müştərilərdə proqram üzərindən borcları qeyd olunmasına baxmyaraq, özlərinin təsdiq etdiyi borclar ya az olmuş yada ki ümumiyyətlər borcu olmamışdır, nəticə etibarı ilə şirkətə proqram üzərindən müştəri borcu ümumilikdə 163686.45 manat olmuş, müştərinin təsdiq etdiyi borc isə 92979.23 manat olmuşdur, belə olan halda şirkətə dəymiş ziyan 70707.22 manat olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin 3-21-3-34/2-1717/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7385 0889 1763 nömrəli plastik kartla aparılan əməliyyatlara dair məlumatları özündə əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif məbləğlərdə və müxtəlif vaxtlarda pul vəsaitləri mədaxil və məxaric olunmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə “Tiktok” sosial şəbəkəsinə ümumilikdı 15273.72 (on beş min iki yüz yetmiş üç manat yetmiş iki qəpik) manat məbləğində pul məxaric edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 mart 2021ci il tarixdən 16 may 2022-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin anbarından ona təhkim olunmuş 114 nömrəli terminal ilə 01 mart 2021-ci il tarixli 1371 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 324 manat, 01 mart 2021-ci il tarixli 1372 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 5122,0 manat, 01 mart 2021-ci il tarixli 1373 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 720 manat, 01 mart 2021-ci il tarixli 1374 nömrəli «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 200 manat, 01 mart 2021-ci il tarixli 1375 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1376 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1377 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 222 manat, 01 mart 2021-ci il tarixli 1378 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 1665 manat, 02 mart 2021-ci il tarixli 1379 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 953,90 manat, 02 mart 2021-ci il tarixli 1380 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 126 manat, 02 mart 2021-ci il tarixli 1381 nömrəli faktura əsasında «Xeyyam-Quba» satış nöqtəsinə 1854 manat, 08 mart 2021-ci il tarixli 1382 nömrəli faktura əsasında «İbrahim Quba vitrin» satış nöqtəsinə 1052 manat, 08 mart 2021-ci il tarixli 1383 nömrəli faktura əsasında «İmam-Xaçmaz vitrin» satış nöqtəsinə 650 manat, 08 mart 2021-ci il tarixli 1384 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 672 manat, 08 mart 2021-ci il tarixli 1385 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 697 manat, 09 mart 2021-ci il tarixli 1386 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 1547 manat, 09 mart 2021-ci il tarixli 1387 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 344 manat, 09 mart 2021-ci il tarixli 1388 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 135 manat, 09 mart 2021-ci il tarixli 1389 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 64 manat, 09 mart 2021-ci il tarixli 1390 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 1094 manat, 09 mart 2021-ci il tarixli 1391 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 784 manat, 09 mart 2021-ci il tarixli 1392 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 168 manat, 09 mart 2021-ci il tarixli 1393 nömrəli faktura əsasında «Yalçın-Quba vitrin» satış nöqtəsinə 250 manat, 10 mart 2021-ci il tarixli 1394 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 404 manat, 10 mart 2021-ci il tarixli 1395 nömrəli faktura əsasında «X19» satış nöqtəsinə 94 manat, 10 mart 2021-ci il tarixli 1396 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 1116,80 manat, 11 mart 2021-ci il tarixli 1397 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 240 manat, 11 mart 2021-ci il tarixli 1398 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 375 manat, 11 mart 2021-ci il tarixli 1399 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 504 manat, 11 mart 2021ci il tarixli 1400 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 206,40 manat, 12 mart 2021-ci il tarixli 1401 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 320 manat, 12 mart 2021-ci il tarixli 1402 nömrəli faktura əsasında «Əzizağa- Xaçmaz vitrin» satış nöqtəsinə 260 manat, 15 mart 2021-ci il tarixli 1403 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 180 manat, 16 mart 2021-ci il tarixli 1404 nömrəli faktura əsasında «Kamran Quba» satış nöqtəsinə 560 manat, 16 mart 2021-ci il tarixli 1405 nömrəli faktura əsasında «Əhəd Quba» satış nöqtəsinə 512 manat, 17 mart 2021-ci il tarixli 1406 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 1870 manat, 17 mart 2021-ci il tarixli 1407 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 3384,40 manat, 17 mart 2021-ci il tarixli 1408 nömrəli faktura əsasında «Oktay- Quba vitrin» satış nöqtəsinə 230 manat, 17 mart 2021-ci il tarixli 1409 nömrəli faktura əsasında «Mirseyid Quba» satış nöqtəsinə 69,60 manat, 17 mart 2021-ci il tarixli 1410 nömrəli faktura əsasında «Şahmar Dəvəçi-Şabran» satış nöqtəsinə 120 manat, 18 mart 2021-ci il tarixli 1411 nömrəli faktura əsasında «Oktay-Quba vitrin» satış nöqtəsinə 2376 manat, 18 mart 2021-ci il tarixli 1412 nömrəli faktura əsasında «Xeyyam-Quba» satış nöqtəsinə 23,50 manat, 19 mart 2021-ci il tarixli 1413 nömrəli faktura əsasında «Ferid Devechi vitrin» satış nöqtəsinə 208 manat, 19 mart 2021-ci il tarixli 1414 nömrəli faktura əsasında «Mehman Quba vitrin» satış nöqtəsinə 743 manat, 19 mart 2021-ci il tarixli 1415 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 368 manat, 19 mart 2021-ci il tarixli 1416 nömrəli faktura əsasında «Əzizağa-Xaçmaz vitrin» satış nöqtəsinə 940 manat, 22 mart 2021-ci il tarixli 1417 nömrəli faktura əsasında «Ceyhun-Qala» satış nöqtəsinə 49 manat və digər satış fakturaları (çıxış fakturası) əsasında ümumilikdə 1006858,68 (bir milyon altı min səkkiz yüz əlli səkkiz manat altımış səkkiz qəpik) manat dəyərində müxtəlif növ avtomobil ehtiyat hissələrini satış nöqtələrinə və ona təhkim olunmuş yük avtomobilinə sifariş vermiş, 01 mart 2021-ci il tarixdən 17 may 2022-ci il tarixədək terminal ilə yazdığı 01 mart 2021-ci il tarixli 9278 nömrəli faktura əsasında “Əzizağa Xaçmaz vitrin” satış nöqtəsindən 324 manat, 01 mart 2021-ci il tarixli 9279 nömrəli faktura əsasında “Oktay-Quba vitrin” satış nöqtəsindən 41122 manat, 01 mart 2021-ci il tarixli 9280 nömrəli faktura əsasında “Əzizağa Xaçmaz vitrin” satış nöqtəsindən 200 manat, 02 mart 2021-ci il tarixli 9284 nömrəli faktura əsasında “X19” satış nöqtəsindən 105 manat, 11 mart 2021-ci il tarixli 9426 nömrəli faktura əsasında “Əzizağa Xaçmaz vitrin” satış nöqtəsindən 552 manat, 15 mart 2021-ci il tarixli 9493 nömrəli faktura əsasında “Ferid Devechi vitrin” satış nöqtəsindən 71 manat, 15 mart 2021-ci il tarixli 9494 nömrəli faktura əsasında “Əzizağa Xaçmaz vitrin” satış nöqtəsindən 224 manat, 15 mart 2021-ci il tarixli 9495 nömrəli faktura əsasında “Mehman Quba vitrin” satış nöqtəsindən 164 manat, 15 mart 2021-ci il tarixli 9496 nömrəli faktura əsasında “Mehman Quba vitrin” satış nöqtəsindən 240 manat, 19 mart 2021-ci il tarixli 9553 nömrəli faktura əsasında “Əzizağa Xaçmaz vitrin” satış nöqtəsindən 368 manat, 19 mart 2021-ci il tarixli 9556 nömrəli faktura əsasında “Ferid Devechi vitrin” satış nöqtəsindən 288 manat, 19 mart 2021-ci il tarixli 9557 nömrəli faktura əsasında “Kamran Quba” satış nöqtəsindən 336 manat, 19 mart 2021-ci il tarixli 9561 nömrəli faktura əsasında “İbrahim Quba vitrin” satış nöqtəsindən 150 manat, 26 mart 2021-ci il tarixli 9608 nömrəli faktura əsasında “Mehman Quba vitrin” satış nöqtəsindən 55 manat, 26 mart 2021-ci il tarixli 9609 nömrəli faktura əsasında “Ferid Devechi vitrin” satış nöqtəsindən 170 manat, 30 mart 2021-ci il tarixli 9650 nömrəli faktura əsasında “Mirseyid Quba” satış nöqtəsindən 94 manat, 13 aprel 2021-ci il tarixli 9776 nömrəli faktura əsasında “Əzizağa Xaçmaz vitrin” satış nöqtəsindən 94 manat, 13 aprel 2021-ci il tarixli 9777 nömrəli faktura əsasında “Yalçın-Quba” satış nöqtəsindən 55 manat, 14 aprel 2021-ci il tarixli 9779 nömrəli faktura əsasında “İbrahim Quba vitrin” satış nöqtəsindən 282 manat, 19 aprel 2021-ci il tarixli 9819 nömrəli faktura əsasında “Yalçın-Quba” satış nöqtəsindən 1882 manat və digər geriqaytarma fakturaları (giriş fakturası) əsasında Zərərçəkmiş şəxs MMC-nin anbarına 146843,10 (yüz qırx altı min səkkiz yüz qırx üç manat on qəpik) manat dəyərində mal geri qaytarmış, 19 mart 2021-ci il tarixdən 19 may 2022-ci il tarixədək Cəmiyyətin hesabına 696329,00 (altı yüz doxsan altı min üç yüz iyirmi doqquz) manat məbləğdə pul vəsaiti mədaxil etmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs təhkim olunmuş yük avtomobilində olan malların dövriyyəsinə dair sistem çıxarışına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 29 aprel 2022-ci il tarixinə Təqsirləndirilən şəxs yük avtomobilində 28881,05 manat dəyərində mal qalığı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə” dair xx.xx.2023-cü il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir və barəsində başqa yerə getməmək iltizam qətimkan tədbirinin seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 9/6555 nömrəli rəyindən müəyyən olunur ki, işin materiallarında öz əksini tapmış sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 70.707,22 manat məbləğində müəyyən edilmiş, əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyinin yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter daşıdığından bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Quba rayon X1 486 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Quba şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Quba rayon PNRM-ya müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Quba rayon Mərkəzə Xəstəxanasının 6-56/2- 445/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan müəssisənin narkoloji və psxiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan arayış və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və ailə tərkibi atası X7, anası X8 və qardaşı X5 ibarət olmuş, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yük avtomobilində olan mal-materialın dəyəri olan 17415,65 manat ittihamdan çıxılmaqla sonuncunun hesabında yaranmış pul çatışmazlığı 53291,7 manat məbləğində qiymətləndirilmiş, Zərərçəkmiş şəxs MMC-yə 53291,7 manat maddi ziyan vurulmasını nəzərə almaqla, həmin Cəmiyyət zərərçəkmiş şəxs qismində tanınmış, 21-27 may 2022-ci il tarixlərdə keçirilmiş yoxlama zamanı tərtib olunmuş təhvil-təslim aktları, 01 iyun 2022-ci il tarixli auditor rəyi sübut əhəmiyyətinə malik olduğundan cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-1473/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədibiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Quba RPŞ-nin 24 noyabr 2023-cü il tarixli 146- 32321-1223 №-li məktubu ilə daxil olmuş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 noyabr 2022-ci il tarixli tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsədiyini nəzərə alaraq hesab edir ki, barəsində Azərbaycan Respublikası CM-nin 46-cı maddəsi ilə nəzərdə tutulmuş əlavə cəza tətbiq edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs özünün və şahidlərin dindirilməsi protokolları, "xxxx" MMC-nin 114 nömrəli terminal çıxarışlarına baxış keçirilməsi haqqında protokol, CD diskə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 9/6555 nömrəli rəyi, 21-27 may 2022-ci il tarixlərdə keçirilmiş yoxlama zamanı tərtib olunmuş təhvil-təslim aktları, 01 iyun 2022-ci il tarixli auditor rəyi və toplanmış digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini 01 yanvar 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MMC-nin satış təmsilçisi vəzifəsində işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 iyul 2024-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, ittiham aktına uyğun olaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs 70.707 (yetmiş min yeddi yüz yeddi manat) manat dəymiş maddi ziyan və ödənilmiş 303 (üç yüz üç) manat dövlət rüsumunun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmasına dair mülki iddiası Təqsirləndirilən şəxs verilmiş ittihama uyğun olaraq 53291,70 (əlli üç min iki yüz doxsan bir manat yetmiş qəpik) manat məbləğində və 303 (üç yüz üç) manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İşi üzrə maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs 70.707 (yetmiş min yeddi yüz yeddi manat) manat dəymiş maddi ziyan və ödənilmiş 303 (üç yüz üç) manat dövlət rüsumunun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmasına dair mülki iddiası Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmiş 53291,70 (əlli üç min iki yüz doxsan bir manat yetmiş qəpik) manat maddi ziyan və 303 (üç yüz üç) manat məbləğində dövlət rüsumunun tutulması hissəsində təmin edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova
Məhkəmə qərarları › İş №1(101)-212/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-212/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver