Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2120/2023 10.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X17 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, tərcüməçi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 07 mart 1975-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Təbriz şəhəri, Qarağat küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə turist qismində pərdələnməklə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən“Təbriz” hotelinə gələrək həmin hotelin baş qeydiyyatçısı vəzifəsində işləyən Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə tanış olub münasibət yaratmış, söhbət əsnasında sonuncunun maddi imkanlarının aşağı və görmə qabiliyyətinin zəif olması ilə əlaqədar tibbi əməliyyata ehtiyacının olmasını öyrənərək, Şahid1 İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X7 Korpusunun (SEPAH) nümayəndələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək məqsədilə məxfi əməkdaşlığa cəlb edilməsini təmin etməkdən ötrü bu ehtiyaclarının ödənilməsi adı altında İran İslam Respublikasına dəvət etmişdir. Şahid1 12 fevral 2022-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərinə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüş və görüş zamanı X36 Quliyevin şəxsiyyətinə dair məlumatları ətraflı öyrənərək, özünün İranın xüsusi xidmət orqanlarında işlədiyini deyib, sonuncunun maddi- sosial vəziyyətinin yaxşılaşdırılacağı barədə vədlər verərək, gələcəkdə Şahid1 məxfi əməkdaşlığa cəlb edilməsi üçün zəmin yaratmışdır. Astan X13 Kamran Asif oğlunu SEPAH nümayəndələri ilə görüşdürüb onu məxfi əməkdaşlığa cəlb etmək məqsədilə 04 mart 2022-ci il tarixdə İran İslam Respublikasına dəvət edərək, onun Təbriz şəhərindəki evində SEPAH-ın nümayəndələri ilə birbaşa əlaqəsi olan İran İslam Respublikasının vətəndaşı, ehtiyyatda olan SEPAH əməkdaşı X2 ilə görüşünü təşkil etmiş, sonuncu Şahid1 onun anket məlumatlarını, İran İslam Respublikasına qarşı mövqeyini, xüsusi xidmət orqanlarına hansı məlumatları vermək imkanlarının olmasını və sair məlumatları öyrənib, Şahid1 onu gələcəkdə SEPAH nümayəndələri ilə görüşdürəcəyini və görüşdən sonra ona məxfi əməkdaşlıq müqabilində aylıq pul təminatının veriləcəyini bildirmişdir. 11 may 2022-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs dəvəti ilə İran İslam Respublikasının Təbriz şəhərinə getmiş, Təqsirləndirilən şəxs Şahid1 Təbriz şəhərinin Teleqani və Pastor küçələrinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsindəki ofislərin birində SEPAH nümayəndələri ilə görüşünü təşkil etmiş, SEPAH nümayəndələri Şahid1 özlərinin İran İslam Respublikasının xüsusi xidmət orqanlarına mənsub olduqlarını açıqlayaraq onu konfidensial əməkdaşlığa cəlb edib, əlaqə üsulları və konspirasiya qaydaları barədə təlimatlandırmaqla, növbəti dəfə Təqsirləndirilən şəxs vasitəsilə yenidən görüşəcəklərini bildirmiş və Şahid1 100 manat məbləğində pul vəsaiti təqdim etmişlər. Bundan sonra 27 may 2023-cü il tarixədək olan dövr ərzində Astan X13 Kamran Asif oğlu tərəfindən əldə edilən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ön cəbhə hərbi postları, digər hərbi hissələr, hərbi hissələrdə xidmət edən hərbi qulluqçular, xarici ölkələrin hərbi qurumlarının nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərləri, hərbi hissələrdə mövcud olan hərbi texnikaların növləri, sayı və sair barədə dövlət sirri təşkil edən məlumatları, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün digər məlumatları toplayaraq İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X7 Korpusunun Kəşfiyyat İdarəsinin (SEPAH) nümayəndələrinə verərək, həmçinin 26 may 2023-cü il tarixdə müvəqqəti yaşadığı ünvan 1 ünvanında Şahid1 vasitəsilə topladığı Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələr və onların koordinatları, həmin hərbi hissələrdə xidmət edən bəzi hərbi qulluqçular, muxtar respublikada baş verən ictimai-siyasi proseslər və sair barədə məlumatların yazıldığı elektron yaddaş qurğusunu İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələrinə vermək məqsədilə əldə edib saxlamaqla casusluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Təbriz şəhərində doğulmuşdur. İran İslam Respublikasının vətəndaşı olsa da əslən azərbaycanlıdır. Biri 20 yaşında, biri 14 yaşında, biri 1 yaşında və biri 3 aylıq olan dörd uşağı vardır. İki ali təhsili vardır. Hərbi xidmətdə olmuşdur. O, 2014-cü ildə Təbriz şəhəri Ərteş küçəsində ofis icarəyə götürərək həmkarlar ittifaqının (Vizarəti tavun və kar) səlahiyyətlərini, eləcə də Azərbaycan və Türkiyədə yerləşən Universitetlərə tələbə qəbulunu həyata keçirməyə başlamış, həmin işləri icra etməkdə qardaşı Əlirza ona kömək göstərmişdir. Bir il sözügedən ofisdə işlədikdən sonra Ərteşdə yerləşən ofisinin ünvanını dəyişərək yaşadığı evin birinci mərtəbəsini ofisə çevirmiş və orada fəaliyyətinə davam etmişdir. Fəaliyyət istiqaməti üzrə Azərbaycan Respublikasında, xüsusilə Naxçıvan və Bakı şəhərində fəaliyyət göstərən universitetlərdə (Tibb Universitetində, Elmlər Akademiyasında və Naxçıvan Dövlət Universitetində) təhsil almaq istəyən iranlı tələbələri Azərbaycana gətirərək sözügedən universitetlərdə yerləşdirmək üçün müraciətlər etmişdir. İstifadəsində **********8226, **********0418 mobil nömrələri, Azərbaycan mobil operatorlarına məxsus olan isə **********, **********, **********, ********** və ********** nömrələri olmuşdur. "xxxx" MMC-yə məxsus mobil nömrələri Naxçıvan şəhərindən, "xxxx" MMC-yə məxsus mobil nömrəni isə Bakı şəhərindən xarici pasportu əsasında satın almışdır. O, ilk dəfə Azərbaycana iranlı tələbələri 5 il bundan əvvəl gətirmiş, bundan əvvəl isə dəfələrlə Azərbaycan Respublikasına ailəsilə və ya tək səfər etmişdir. İlk dəfə Azərbaycana 2007-ci ildə ailəsilə birlikdə istirahət məqsədilə səfər etmiş, səfər zamanı Bakıda 2-3 gün müddətinə kirayə tapdığı evlərdə qalmışdır. İlk əvvəllər o, Biləsuvar rayonunda olan gömrük nəzarət postundan keçərək Azərbaycana gəlsə də, son 4 ildə (pandemiya ilə əlaqədar olaraq Azərbaycan quru sərhədlərini bağladığına görə) Naxçıvanla sərhəddə yerləşən Culfa sərhədkeçmə məntəqəsindən keçərək Naxçıvana və daha sonra hava yolu vasitəsilə Bakı şəhərinə gəlmişdir. Naxçıvana istirahət məqsədilə ilk səfəri ailəsilə birlikdə Covid-19 pandemiyasından əvvəl, təxminən 2019-cu ildə olmuşdur. O, ailəsi ilə birlikdə 3 gün Naxçıvan şəhərinin mərkəzində yerləşən “Təbriz” otelində qalmışdır. Naxçıvanda yerləşən Universitetə tələbə göndərmək istəsə də buna nail ola bilməmişdir. Daha sonra dəfələrlə Naxçıvan şəhərinə səfər etmişdir. 2021-ci ilin noyabr ayında yenidən Naxçıvan şəhərinə ailəsilə birlikdə istirahətə gəldikdə “Təbriz” otelində yerləşmiş və orada qeydiyyat şöbəsində işləyən Şahid1 ilə tanış olmuşdur. Belə ki, o, Kamrandan yaxşı şəraiti olan otaq verməyini istəmiş, Kamran da ona otelin ən yaxşı otaqlarından birini vermişdir. Daha sonra otelin qeydiyyat şöbəsinə zəng vuraraq otaqda çay olmadığını, onlara çay gətirmələrini xahiş etmişdir. Otağa çayı və elektrikli qızdırıcını Kamran gətirmişdir. O Kamranla söhbət etməyə başlamışdır. Kamran ona gözlərinin görmə qabiliyyətinin zəiflədiyini, müalicə üçün Türkiyəyə getsə də, imkanı olmadığına görə geri qayıtdığını, gözünün müalicəyə ehtiyacı olduğunu, lakin əməliyyat üçün kifayət qədər maddi imkanı olmadığını demiş, o da Kamrana İranda həkim tanışlarının olduğunu, müalicəsinə kömək edəcəyini demişdir. Naxçıvanda təhsilini başa vuran iranlıların aldıqları diplom İran dövləti tərəfindən tanınmadığından, sonuncu kurs iranlı tələbələrin İrana geri qaytarılmasında Kamranın ona kömək edəcəyi təqdirdə Kamrana maddi kömək edə biləcəyini, eləcə də müalicəsinin pulunu qarşılayacağını demiş, Kamran da ona kömək etməyə çalışacağını bildirmişdir. Beləliklə Kamranla onun münasibətləri yaranmışdır. Kamranın onunla əlaqə saxlaması üçün o mobil nömrəsini Kamrana vermiş, Kamranın nömrəsini isə öz mobil telefonuna “Bakı Naxçıvan Kamran” adı ilə qeyd etmişdir. O, həmin səfərində ailəsilə birlikdə Naxçıvan şəhərində 3 gün qalmış və daha sonra Təbriz şəhərinə qayıtmamışdan bir gün əvvəl Kamranla görüşüb Təbriz şəhərinə qayıtmağı ilə bağlı məlumat vermişdir. Təbriz şəhərinə qayıtdıqdan təxminən 10-15 gün sonra “whatsapp” vasitəsilə Kamrana zəng vuraraq həkim tapdığını, müayinə olunması üçün İrana gəlməli olduğunu bildirmişdir. Daha sonra 2022-ci ilin fevral ayında Kamran Təbrizə gəlmişdir. Kamran İrana gəlməmişdən əvvəl onun tanışı və taksi fəaliyyəti ilə məşğul olan Raminin nömrəsini Kamrana vermişdir ki, sərhədkeçmə məntəqəsini keçən kimi ona zəng vurub məlumat versin. Belə ki, taksi sürücüsü Ramin Kamranı onun ofisinə gətirəcəkmiş. Bundan sonra Kamran Raminlə əlaqə saxlayıb görüşmüşdür. Ramin Kamranı onun Ərteş küçəsində yerləşən ofisinə axşam saatlarında gətirmiş, ofisdə söhbət edən zaman Kamrandan Azərbaycanda nə işlə məşğul olduğunu, ailəsi haqqında suallar vermiş, Kamran da ona bildirmişdir ki, atası Azərbaycanda yüksək vəzifəli şəxsin şəxsi sürücüsüdür, özü də karate idman növü üzrə qəhvəyi kəmər diplomunu almağa nail olubdur. O da Kamrana əgər istəsə, İranda heç bir imtahan vermədən qara kəmər diplomunu Kamran üçün əldə edə biləcəyini bildirmişdir. Daha sonra ailəsi və Kamranla bərabər “Lale park” adlanan restorana gedərək orada nahar etmişlər, gecə isə Kamran onun evində qalmışdır. Növbəti gün Kamranı Təbriz şəhərində fəaliyyət göstərən “Mehr” xəstəxanasına apararaq gözlərini müayinə etdirmiş, Kamranın bütün müayinə xərclərini özü qarşılamış, Kamran 3-4 gün İranda qaldıqdan sonra Kamranı yenidən Naxçıvana yola salmışdır. Kamran İranda olduğu zaman o, Kamrana tapşırmışdır ki, Azərbaycanda təhsil alan iranlı tələbələr tapsın, onlarla münasibət yaratsın, əgər onları İranda təhsil almağa razı sala bilsə, Kamrana müəyyən məbləğdə pul verəcəkdir. Kamran Naxçıvana qayıtdıqdan sonra onunla mütəmadi olaraq “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Telefon danışıqlarının birində Kamran ona bildirmişdir ki, Naxçıvan Dövlət Universitetində təhsil alan İran vətəndaşı Arina adlı tələbəni İranda təhsil almağa razı salmışdır. O, növbəti dəfə Naxçıvana ikinci həyat yoldaşı Nəirlə birlikdə gəlmiş və “Grand” adlı oteldə qalmışdır. Kamranla əlaqə saxlayıb Naxçıvanda olduğunu bildirmiş və Arina ilə görüşməyi təklif etmişdir. Kamran da buna razılıq vermişdir. Növbəti gün Kamran Arina ilə birlikdə “Grand” otelə gəlmişdir. O, Arina ilə həmin otelin lobisində görüşmüş, həmin görüşdə Nəir və Kamran da iştirak etmişdir. Arina ilə söhbət zamanı o, Arinaya demişdir ki, iranlı tələbələrdən kimsə 4 ildən artıq burada təhsil alırsa, İrandakı universitetlərdə yerləşdirə bilər. Arina da cavabında bildirmişdir ki, o, Naxçıvanda təhsil alan iranlı tələbələrin nümayəndəsidir, belə bir mübadilə istəyən iranlı tələbə olsa, ona bildirəcək. Ona Arinaya bildirmişdir ki, 15-20 nəfər tələbə tapsa, onun mübadiləsilə bağlı özündən ödəniş almayacaq, Arina da bununla razılaşmışdır. Arinanın Azərbaycan mobil operatoruna məxsus nömrəsi olmuşdur və əlaqə saxlamaq üçün həmin nömrəni o götürmüş, bununla da Arina ilə söhbətləri yekunlaşmışdır. O, 3 gün Naxçıvanda qaldıqdan sonra Nəir ilə birlikdə Təbrizə qayıtmışdır. Təbrizə qayıtdıqdan təxminən 20 gün sonra Kamrana zəng vuraraq karate idman növündə qara kəmər diplomunun hazır olduğunu, bununla əlaqədar Təbrizə gəlməli olduğunu demişdir. Kamran da onun dəvətilə Təbrizə gəlmiş və Kamrana sözügedən diplomu vermiş və Kamrana bildirmişdir ki, onların dostluq münasibətləri davam edəcəkdir. Təxminən 2 il əvvəl Mansour Khalidi adlı tələbinin Universitetə qəbul məsələsi ilə bağlı Azərbaycana səfər etmək qərarına gəlmiş, Naxçıvana sonuncu səfərindən təxminən 1 ay sonra köməkçisi Babək Abbasiyə və 3 tələbə ilə birlikdə yenidən Naxçıvana gəlmişdir. Həmin səfərlərində də Naxçıvan şəhərində yerləşən “Grand” oteldə qalmışlar. Naxçıvanda olarkən Kamranla görüşmüş və Kamrana bildirmişdir ki, Mansour Khalidi adlı tələbənin universitetə tələbə qəbulu ilə bağlı Bakı şəhərinə getməlidir. Kamran da atasının Prezident Aparatında sürücü işlədiyinə, eləcə də həyat yoldaşının ailəsinin Bakı şəhərində yaşadığına və qayınanasının xəstəxanada olduğuna görə Bakı şəhərinə getməli olduğunu bildirmiş, o da Kamrana təklif etmişdir ki, onlarla birlikdə Bakı şəhərinə gəlsin. O, Kamrana və özlərinə bilet almış, həmin gün üçün Bakı şəhərinə gəlmişdir. Kamranın bütün səyahət xərclərini o qarşılaşmışdır. Bakıya gəldikdən sonra növbəti gün Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Sosiologiya universitetinə getmiş, orada fars dilini yaxşı bilən Qabil Camalov ilə görüşmüşdür. O, Qabili iranlı tələbələr vasitəsilə tanımışdır. Qabillə tələbəsi Mansour Khalidinin sənədlərini tərcümə etdirmək məqsədi ilə görüşmüşdür. Qabillə onun xidməti otağında Abbasiyə və Kamranın iştirakı ilə görüşmüşdür. X18 Azərbaycan Tibb Universitetinə qəbul olunmasına kömək etmiş, hazırda Mansour Khalidi Azərbaycan Respublikası Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alır. Onlar Bakıda olarkən Kamran ailə üzvləri ilə görüşüb orada qalacağını bildirmiş, o və köməkçisi isə Kamranın vasitəsilə icarəyə götürdükləri, Nərimanov rayonunda yerləşən bina evində qalmışdılar. Bakıda 3 gün qaldıqdan sonra yenidən Kamranla görüşüb birlikdə Naxçıvana qayıtmışdırlar. Kamran Naxçıvanda qalmış, o və köməkçisi Abbasiyə isə Təbrizə qayıtmışdır. X10 aparmaqda məqsədi onun Azərbaycana səfər edə bilmədiyi təqdirdə işləri Kamranın icra etməsi, buna görə Kamrana pul ödəyəcəyi olmuşdur. O, 3 il bundan əvvəl Məhərrəmlik və Səfər aylarında keçirilən dini mərasimlərdə iştirak etmək, həmçinin dini mərasimlərin keçirilməsinə kömək etmək üçün İranın Samirə şəhərinə səfər etmişdir. Dini mərasimlərin təşkili isə ondan ibarətdir ki, həmin səfər zamanı 15-30 gün orada qalıb həmin mərasimlərdə iştirak edirlər, “Mokabe Aşurayan” adlı yerdə çadır qurulur, orada “İmam Zaman” məscidini ziyarətə gələnlərə pulsuz yemək (ehsan) və qalmaq yeri verilir. O, Təbriz şəhərindən gələn digər şəxslərlə birlikdə həmin çadırda zəvvarlara xidmət etmişdir. Bu zaman “Mokabe Aşurayan”ın rəhbəri İran İslam Respublikasının “SEPAH” adlı xüsusi xidmət orqanının nümayəndəsi X29muşdur. İranda keçirilən bütün dini mərasimlərdə mütləq xüsusi xidmət orqanının əməkdaşları rəhbərlik edir. Həmin vaxt Hacı Kərim onu həmçinin “SEPAH” adlı xüsusi xidmət orqanının digər nümayəndəsi Şafaqimolan ilə tanış etmişdir. Hacı Kərim və Şafaqimolanın xidmət yerləri Təbriz şəhərində yerləşir. “Mokabe Aşurayan”-da mərasimlər keçirildiyi zaman “SEPAH” xüsusi xidmət orqanının nümayəndələri həmin tədbirdə iştirak edən şəxslər barədə məlumat toplamaq üçün “Whatsapp” tətbiqində “Mokabe Aşurayan” adlı qrup yaratmışdırlar. Həmin qrupda mərasimdə işləyən şəxslər barədə, eləcə də ziyarətə gələn şəxslərin pasportları əlavə edilirmiş və görüləcək işlərlə bağlı tapşırıqlar verilirmişdir. O da həmin qrupun üzvü olmuşdur. X9 “Sepah”-da “sərdari”, yəni “general” rütbəsində olmuşdur. Mobil telefonunda aşkar edilmiş nömrələr həmin qrupun üzvlərinə aiddir. Təbriz şəhərinə qayıtdıqdan təxminən 1 ay sonra Kamran ona zəng vuraraq müalicə üçün İrana gəlmək, həmçinin İranda şirniyyat istehsal edən şirkətdə işləyib pul qazanmaq istədiyini bildirmişdir. O da Kamrana Təbriz şəhərinə gəldiyi zaman onun evində qala biləcəyini demişdir. Həmin danışıqdan bir neçə gün sonra Kamran Təbriz şəhərinə gəlmişdir. Ofisində Kamranla görüşmüşdür. O dövlət nümayəndəsi olduğundan onun ofisinə işi ilə bağlı çox adamlar gəlirlər. Həmin vaxt təsadüfən Şafaqimolan Mouradəli də oğlunun işi ilə bağlı onun ofisində olmuşdur. O namaz qılmaq üçün başqa otağa keçmiş, qayıdan zaman Kamranın Şafaqimolanla danışdığını və hansısa sənədə barmaq basdığını görmüşdür. Səfəqimolan gedəndən sonra Kamranı danlamış, ondan xəbərsiz iş tutmasına irad bildirmiş, ona “sən onunla danışmalı deyildin. Mən otaqdan çıxanda sən də çıxmalı idin. Adam torpağını satmaz, Allahdan qorx” demişdir. X14 söhbətindən məlumatı olmamışdır. Təxminən 2023cü ilin mart ayının sonunda Kamran ona zəng vuraraq oğluna sünnət toyu edəcəyini, bu münasibətlə onu da toy mərasiminə dəvət etdiyini bildirmişdir. Sünnət toyu onun üçün maraqlı olduğundan Kamranın dəvətini qəbul etmişdir. Ondan başqa Kamran Şafaqimolanı da həmin toya dəvət etmişdir. Özünün və Şafaqimolanın təyyarə biletlərinin xərcini özü ödəmişdir. 26 may 2023-cü il tarixində Heydər Əliyev adına hava limanına gəlmiş və onu Kamran qarşılamışdır. Kamran Şafaqimolanın nəyə görə gəlmədiyini soruşduqda o, Kamrana “Sepah” rəhbərliyininin Şafaqimolana icazə vermədiyini bildirmişdir. Onlar Kamranın icarəyə götürdüyü bina evinə getmiş, birlikdə axşam yeməyi yemişdirlər. Daha sonra Kamran ona yaddaş qurğusu uzadaraq içərisində İran xüsusi xidmət orqanları üçün topladığı məlumatlar olduğunu və bunu “Mühəndis”ə çatdırmağını bildirmişdir. Kamran yaddaş qurğusunu ona verdikdə bildirmişdir ki, həmin yaddaş qurğusunun içərisində hərbi hissələr, hərbi hissələrin koordinatları və sair barədə məlumatlar var və həmin yaddaş qurğusunu o İrana qayıtdığı zaman orada ya “Mühəndis”, ya da başqa bir xüsusi xidmət orqanının əməkdaşı ondan götürəcək. Həmin vaxt xəstə olduğundan Kamrana etiraz etməyərək yaddaş qurğusunu götürmüşdür. Xəstə olduğu üçün hətta Kamranı dərman almağa göndərmişdir. Səhərisi gün Kamrandan soruşanda Kamran ona demişdir ki, “bu yaddaş qurğusunu apar ver Şafaqə, o sənə yaxşı pul verəcək” O isə cavabında bildirmişdir ki, o pulları neynəyir, torpağı satana Allah lənət etsin. 27 may 2023-cü il tarixdə isə DTX əməkdaşları Şahid1 və onun Bakı şəhərində müvəqqəti yaşadıqları ünvana daxil olaraq onları saxlamışlar. O, “SEPAH”ın əməkdaşı olmamışdır. Üzərində aşkar edilən kartda onun “Bəsic”in üzvü olmasına dair qeyd var. O, hərbi xidmətdə olduğuna görə ona həmin kart verilmişdir və həmin kart ona müəyyən imtiyazlar verir. O Şahid1 hər hansı məxfi əməkdaşlığa cəlb etməmişdir. Ümumiyyətlə heç bir casusluq etməmişdir. Ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisələrlə bağlı tanıyır, onunla heç bir qohmluğu və ya ədavəti yoxdur. Təxminən 2021-ci ilin noyabr ayında qeydiyyat şöbəsində işlədiyi “Təbriz” otelə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs bir nəfər adını xatırlamadığı xanımla gəlmişdir. O Babakı otelin qeydiyyat şöbəsində qarşıladıqda Babak ona 3 gün qonaq qalacağını, şəraiti yaxşı olan otaq verməyini istəmişdir. Babak onunla azərbaycan dilində danışmışdır. O, Babaka otağı göstərdikdən təxminən 1-2 saat sonra Babak zəng vuraraq çay sifariş vermişdir. O, çayı otağa apardıqda Babak onunla söhbət etməyə başlamış və onun gözündə olan problemin nə ilə bağlı olduğunu soruşmuşdur. O da gözünün əməliyyata ehtiyacı olduğunu bildirmiş və İranda tanış həkimi varsa, əməliyyatı ilə bağlı ona kömək göstərməsini xahiş etmişdir. Babak da cavabında ona kömək edəcəyini bildirmiş və onun mobil telefon nömrəsini götürmüşdür. Babak və yanındakılar 3 gün oteldə gecələmiş və Babak oteli tərk edən zaman həkimlə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Bu söhbətlərindən təxminən 15-20 gün sonra Babak onunla “whatsapp" mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq həkim tapdığını, yoxlanışdan keçmək üçün Təbrizə gəlməli olduğunu bildirmişdir. O, 2022-ci il fevral ayının əvvəllərində Culfa gömrük nəzarət postundan keçərək İrana getmiş, orada onu Babakın əlaqələndirdiyi Ramin adlı şəxs qarşılamışdır, Ramin taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ramin onu Təbiz şəhərinə Cənubi Ərtəş küçəsində yerləşən, Babakın rəhbəri olduğu, üzərində “Əndəşmani İftxari Azərbaycan” loqosu olan ofisə gətirmişdir. Sözügedən ofis şirkətin nəzdində fəaliyyət göstərmiş, həmin şirkətin direktoru da Babak olmuşdur. Babak onu ofisdə qarşılamış, daha sonra onlar birlikdə ofisdə yemək yemiş və Babak ona suallar verməyə başlamışdır. Babak ondan Azərbaycanda hüquq-mühafizə orqanlarında dostunun olub-olmadığını, hərbiçi dostlarının olub-olmadığını maraqlanmışdır. Söhbət əsnasında o, ad günü olduğunu bildirmiş və o, Babak, Abbasiye (Təqsirləndirilən şəxs köməkçisi), Nəyimə (Babakın qızı), Əmirhüseyn (Babakın oğlu) və həyat yoldaşı ilə birlikdə Şah gölünə, daha sonra “Lalə” parkda yerləşən restorana getmişlər. Daha sonra onlar birlikdə evə qayıdaraq Babakın evində gecələmişlər. O, Babakla söhbət etdiyi zaman idmançı olduğunu və karate idman növü üzrə qəhvəyi kəmərə sahib olduğunu bildirmiş, Babak da ona İranda heç bir imtahan vermədən qara kəmər alacağını bildirmişdir. Babak sabahsı gün onu xəstəxanaya apararaq gözlərini müayinə etdirmişdir. Onun İranda müayinə və digər xərclərini Babak qarşılamış və bütün ödəniş çeklərini özünə götürmüşdür. 3 gün orada qaldıqdan sonra o, Naxçıvana qayıtmışdır. Babak ona Naxçıvanda təhsil alan iranlı tələbələr tapmağını, onları İranda fəaliyyət göstərən universitetlərə yerləşdirəcəyini, tələbələr tapdığı təqdirdə isə ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. 2022-ci ilin fevral ayının sonlarında Babak yenidən Naxçıvana köməkçisi Babak Abbasiye ilə birlikdə gəlmişdir. O, onları “Təbriz” otelində yerləşdirdikdən sonra birlikdə yemək yeməyə getmişlər və onların münasibətləri daha da yaxşılaşmışdır. Söhbətləri zamanı o, X24 Universitetində təhsil alan, iranlı Arina adlı tələbənin olduğunu bildirmiş, Babak da həmin tələbəylə görüşmək istədiyini ona demişdir. Daha sonra o, Arinaya zəng vuraraq Arinanı Babakla görüşə dəvət etmiş, görüş zamanı isə Babak və Arina farsca danışmışdırlar. Babak və köməkçisi Abbasiye 3 gün “Təbriz” otelində gecələdikdən sonra yenidən İrana qayıtmışdırlar. Daha sonra o, Arinadan farsca nə danışdıqlarını soruşduqda Arina ona bildirmişdir ki, Təqsirləndirilən şəxs “SEPAH” əməkdaşıdır, bunu Arinaya Babakın özü deyib. Təxminən 20-25 gün sonra o, Babakın dəvəti ilə yenidən Təbrizə getmişdir. Babakın ofisində olduqları zaman Babak ona bildirmişdir ki, onun İranda vəzifəli dostları var və onlar onun üçün karete üzrə qara kəmər diplomu ala bilərlər. O da bunun üçün istənilən imtahanı verə biləcəyini bildirmiş, Babak isə buna ehtiyac olmadığını, diplomu ona hədiyyə edəcəyini demiş, bundan 1 gün sonra sözügedən diplomu ona verərək dostluqlarının davam edəcəyini bildirmiş və onu Naxçıvana yola salmışdır. Babak təxminən 1 ay sonra Babak Abbasiye ilə birlikdə Naxçıvana gəlmişdir. Babakın təkilifinə əsasən o, Babak və köməkçisi Abbasiye birlikdə Bakı şəhərinə gəlmiş, bir yerdə Milli Elmlər Akademiyasına getmişlər. Təqsirləndirilən şəxs orada Qabil Camalov adlı şəxslə görüşmüş, sonuncuya gördüyü işlərlə əlaqədar 100 manat pul vermişdir. Bakı şəhərində 2 gün qaldıqdan sonra onlar birlikdə Naxçıvana qayıtmış, Təqsirləndirilən şəxsla köməkçisi isə daha sonra İrana getmişdirlər. Babakla onun sonuncu görüşlərindən təxminən 1 ay sonra Babakın dəvətilə o yenidən Təbriz şəhərinə getmişdir. Babakla ofisdə olduqları zaman ondan oteldə nə qədər maaş aldığını soruşmuş və ona demişdir ki, yaxşı iş var, istəsə, onu da həmin işlə təmin edə bilər. Həmin işin aylıq maaşı 1000 manatdır. O da işin nədən ibarət olduğunu soruşduqda Babak ona işin İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək olduğunu, bunu edərsə, maddi vəziyyətinin yaxşı olacağını bildirmiş, o da həmin təkliflə razılaşmışdır. Babak ona “SEPAH” əməkdaşı olduğunu demişdir. Onlarla məxfi əməkdaşlıqda razılaşdığı üçün Babak rəhbəri olan sərdariyə zəng vuraraq onu ofisə dəvət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona üzərində farsca yazılar yazılan kağızı vermiş və bildirmişdir ki, kağıza o imza etməlidir, həmin kağız onun məxfi əməkdaşlığı qəbul etməsi ilə bağlıdır. O da həmin kağıza barmaq basaraq imza etmiş, daha sonra kağızı Babaka qaytarmışdır. Təxminən 30 dəqiqə sonra Babakın dəvət etdiyi “sərdari” ofisə gəlmiş və onunla söhbət etməyə başlamışdır. “Sərdari” adlanan şəxs ona bildirmişdir ki, onun adı X4, xüsusi xidmət orqanın ehtiyatda olan əməkdaşıdır, onlarla məxfi əməkdaşlıq edəcəyi təqdirdə ona pul verəcəkdir. O da onunla razılaşmış, daha sonra Şafaqimolan Mouradəli ona üzərində farsca yazılar olan məxfi əməkdaşlıqla bağlı sənədi təqdim etmiş, o da barmaq basaraq kağızı yenidən Şafaqimolana qaytarmışdır. O onlarla ofisdə görüşdüyü zaman ona bildirmişdirlər ki, onun İrana növbəti səfərində İran tərəfində ondan gömrük işçiləri səfərinin məqsədilə bağlı sual versələr, heç kəsə bu əməkdaşlıq barədə məlumat verməsin. Şafaqimolan Mouradəli onunla söhbət əsnasında bildirmişdir ki, Naxçıvanda olmayıb, oranı gəzmək istəyir, bu səbəbdən də Təbrizdə 2 gün qaldıqdan sonra Təqsirləndirilən şəxs, Şafaqimolan Mouradəli və o birlikdə Naxçıvana qayıtmışlar. Şafaqimolan ondan Naxçıvanda faəliyyət göstərən “Qrand” oteldə otaq tutmağını istəmiş, 2 gün Naxçıvanda olduqları müddətdə o Şafaqimolanı gəzdirmiş, daha sonra Babak X1yıtmışdırlar. Onun onlarla sonuncu görüşündən təxminən 20 gün sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq İran xüsusi xidmət orqanında müvafiq yoxlamasının yekunlaşdığını, Təbrizə gəlməli olduğunu bildirmiş, o da onun dəvətiylə yenidən İrana getdikdə gömrük işçiləri onu nəzarət postundan keçərkən saxlamış və ondan İrana səfərənin məqsədini soruşmuşdur, o da onlara tələbə işi ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs yanına gəldiyini bildirərək Babakın şəklini onlara göstərmiş, onlar da onun İrana keçməyinə icazə vermişdirlər. Gömrükdən keçdikdən sonra onu orada gözləyən Babakın onunla tanış etdiyi taksi sürücüsü Raminlə birlikdə Təbrizdə yerləşən Təqsirləndirilən şəxs ofisinə getmişdir. Yolda Təqsirləndirilən şəxs zəng vuraraq onu gömrükdə saxladıqlarını bildirdikdə Babak ona məlumatının olduğunu, ona zəng vurduqlarını demişdir. Ofisə gəldikdə Təqsirləndirilən şəxs tək olmuş və ona bildirmişdir ki işi hazırdır. O da Babaka hər dəfə gedib gələndə xərcinin çıxdığını bildirdikdə Babak ona narahat olmamağını, onu dostlarının gözlədiyini, onların yanına getdikdə bütün xərclərini verəcəklərini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Teleqani ilə Pastor küçəsinin kəsişməsində yerləşən ofisə gəlmişdir. Təqsirləndirilən şəxs onu ofisin qarşısına kimi gətirmiş, orada onları 1 nəfər qarşılamışdır. Həmin şəxs Babakla görüşdükdən sonra Babak getmiş, o isə onu gözləyən şəxslə birlikdə ofisə daxil olmuşdur. Orada onu qarşılayandan başqa 2 nəfər də olmuşdur, onlar ofisdə əyləşdikdə onlar ona adlarını bildirməmişlər. Onlardan yalnız biri ona sual vermiş, ondan anket məlumatlarından başqa, hərbi hissələr, hərbi hissələrdə işləyən dostlarının olub-olmaması barədə suallar vermiş və ona bildirmişlər ki, narahat olmasın, İran dövləti hər zaman onun arxasında duracaq. Daha sonra ona 100 manat pul verərək onu Naxçıvana yola salmışlar. O, Naxçıvana qayıtdıqdan sonra, Şafaqimolan ona zəng vuraraq Təqsirləndirilən şəxsla ona 350 manat pul göndərdiyini demişdir. Babak Naxçıvana gəldikdə o Babakla görüşmüş, lakin Babak ona heç bir pul məbləği verməmişdir. O da Şafaqimolana zəng vuraraq belə iş getməyəcəyini, Babakın ona pul vermədiyini bildirmişdir. Şafaqimolan isə Babakla özünün danışacağını, pul barədə də narahat olmamamasını ona tapşırmışdır. Onunla Şafaqimolanın sonuncu danışığından bir müddət sonra Şafaqimolan ona zəng vuraraq İran xüsusi xidmət orqanı əməkdaşlarının onu görmək istədiyini bildirərək onu Təbrizə dəvət etmişdir. Təbrizə getdikdə Şafaqimolan ona “Mühəndis” ləqəbli şəxsin mobil telefon nömrəsini vermiş və Təbriz şəhərində yerləşən “Azərbaycan meydanı” adlanan bölgədə “Mühəndis”i gözləməyini tapşırmışdır. Sözügedən meydandan Şafaqimolan öz avtomobili ilə onu götürərək tanımadığı yerə aparmış və orada başqa bir avtomobildə “Mühəndis" ləqəbli şəxs onu gözləmişdir. Daha sonra o “Mühəndis”in avtomobilinə əyləşmiş, “Mühəndis” də onu başqa bir ofisə aparmışdır. Ofisdə olduqda “Mühəndis” ona bundan sonra onunla onun əlaqə saxlayacağını bildirmiş və ona 200 ABŞ dolları verərək qəbzə imza etdirmişdir. Bundan əlavə “Mühəndis” Şafaqimolanın onun adını Təbriz universitetində magistratura təhsilinə yazdıracağını, bununla da pandemiya dövründə İrana rahat gedib-gələcəyini bildirmişdir. Görüş yekunlaşdıqdan sonra Şafaqimolan gəlib onu götürmüş və ona tələbə biletini və magistrdə oxuduğunu təsdiq edən sənədi vermişdir. Daha sonra “Mühəndis" ona yazaraq hərbi hissələr barədə məlumat toplamağını tapşırmışdır. Təxminən 2 ay sonra o, yenidən Təbrizə getmiş, “Mühəndis”lə görüşmüş, həmin görüşdə “Mühəndis”in yanında Hacı adlı şəxs də olmuşdur. Həmin görüşdə ona 600 ABŞ dolları pul məbləği vermişdirlər. Bundan başqa “Mühəndis” onunla daim əlaqə saxlayaraq hərbiçilər, hərbi hissələr barədə məlumat toplamağını, həm də İsrailin Azərbaycanda fəaliyyət göstərən səfirlik binasının giriş-çıxışını çəkməyini tapşırmışdır. Onlar həm də ondan hərbiçi kimi işləməyini istəmişdirlər. O da gözünün zəif olduğu üçün işə girə bilmədiyini dedikdə onlar onun bank kartına 1000 ABŞ dolları göndərmişlər, o, daha sonra iş üçün əlavə olaraq 1000 ABŞ dolları rüşvət verməli olduğunu dedikdə yenidən ona, qayınanası X11 adına olan bank kartına 1000 ABŞ dolları göndərmişdirlər. Sonuncu dəfə o, həm Şafaqimolana, həm də Təqsirləndirilən şəxs oğlunu sünnət etdirəcəyini demiş və bununla əlaqədar onları Bakıya dəvət etmişdir. O, 26 may 2023-cü il tarixdə axşam saatlarında hava limanına gedərək Tehran-Bakı aviareysi ilə gəlmiş Təqsirləndirilən şəxsı qarşılamış və metronun “Sahil” stansiyasının yaxınlığında kirayə tutduğu evə aparmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Şafaqimolanın Bakıya gəlməsinə “Sepah” icazə verməyib. Bir qədər söhbət etdikdən sonra o Babaka hərbi hissələrin koordinatlarını yazdığı mikro yaddaş kartını vermiş və həmin yaddaş kartını “Mühəndis” ləqəbli şəxsə verməsini, “Mühəndis” ləqəbli şəxsin isə Babaka pul vəsaiti verəcəyini, həmin vəsaiti yarıya böləcəklərini demişdir. O, Təqsirləndirilən şəxs konkret olaraq nə qədər pul veriləcəyini deməmiş, buna səbəb isə toplanılan məlumata görə veriləcək dəqiq pul vəsaitinin miqdarını bilməməsi olmuşdur. Lakin ehtimal etmişdir ki, “Mühəndis” ləqəbli şəxs həmin məlumatlara görə Babakla ona 3000 ABŞ dolları, yəni təxminən 5000 manat pul verəcəkdir. O, Təqsirləndirilən şəxs söhbət əsnasında Babak barəsində Şafaqimolan və “Mühəndis” ləqəbli şəxsin ona məlumat verdiyini demişdir. Təqsirləndirilən şəxs isə ona böyük adam olduğunu demişdir. Bundan sonra Babak onun Babaka verdiyi yaddaş kartını pencəyinin cibinə qoymuş, daha sonra həmin yaddaş kartını çantasına qoyub-qoymamasına fikir verməmişdir. O, Şafaqimolan gəlsə idi yaddaş kartını Şafaqə verəcəyini Babaka bildirmiş, lakin Şafaqimolan gəlmədiyi üçün yaddaş kartını İran xüsusi xidmət orqanının əməkdaşlarına çatdırması üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs verdiyi həmin yaddaş qurğusunun içərisindəki hərbi hissələr, hərbi hissələrin koordinatları, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçular barədə məlumatlar həqiqəti əks etdirmir, Naxçıvan MR-də gedən siyasi proseslər barədə məlumatlar isə hər kəsə açıq şəkildə internet resurslarında paylaşılan məlumatlar olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı X21 tərəfindən tərtib olunmuş, hal şahidləri X3 və X22, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 27 may 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən ünvan 1 ünvan 2 otaq, mətbəx, sanitar qovşaq və 1 balkondan ibarətdir. Baxış zamanı mənzilə daxil olduqda sol tərəfdə yerləşən qonaq otağında Təqsirləndirilən şəxs məxsus çantada aşağıdakı əşyalar müəyyən edildi: 01 ədəd İphone 7 plus markalı, **********78614 və **********7861 İMEİ nömrəli mobil telefon və ona quraşdırılmış üzərində xarici mobil operatora məxsus olmasını göstərən xarici dildə yazılar və **********050730828 nömrəsi qeyd olunmuş simkart – 01 ədəd Samsung Galaxy A71 markalı mobil telefon (İMEİ1: **********54548, İMEİ2:**********54546) və ona quraşdırılmış 01 ədəd üzərində ********* rəqəmləri həkk edilmiş xarici mobil operatora məxsus sim kart “Azercell” mobil rabitə operatoruna məxsus sim kart və 01 ədəd üzərində “Advance” yazısı həkk edilmiş 64 gb həcmli yaddaş micro sd kartı yuvası; 01 ədəd üzərində “Ken xin da Homnar” yazısı olan, düyməli qara sarı rəngli mobil telefon və Təqsirləndirilən şəxs sözlərinə əsasən ona quraşdırılmış 02 ədəd “Naxtell” mobil rabitə operatoruna məxsus sim kart; 01 ədəd üzərində “ADAPTER” yazısı həkk edilmiş mikro kart yuvası və onun içərisində üzərində “Corsairnk 4 gb memory kard" mikro sd yaddaş kartı; 01 ədəd üzərində “micro sd 4 gb” yazısı həkk edilmiş micro sd yaddaş kartı; 01 ədəd üzərində “Kingmax 2 gb” yazısı həkk edilmiş micro sd yaddaş kartı; 01 ədəd üzərində “********************” rəqəmləri həkk edilmiş “Azercell” mobil rabitə operatoruna məxsus sim kart; 01 ədəd üzərində “**********731005447” rəqəmləri həkk edilmiş "xxxx" mobil rabitə operatoruna məxsus sim kart; 01 ədəd üzərində “**********719046710” rəqəmləri həkk edilmiş "xxxx" mobil rabitə operatoruna məxsus sim kart; ümumilikdə 1500 ABŞ dolları (15 ədəd yüzlük, 03 ədəd 50lik, 06 ədəd 20-lik, 03 ədəd 10-luq); 08 ABŞ dolları (08 ədəd təklik); Təqsirləndirilən şəxs məxsus Z.48506628 nömrəli İİR-in pasportu; ümumilikdə 711 manat; 14 ədəd İraq pul əskinasları; 06 ədəd üzəridə “2000000” rəqəmləri həkk edilmiş və “TWO MİLLİON RİALS” yazıları həkk edilmiş İran İslam Respublikası pul əskinasları; 123 ədəd üzərində “1000000” rəqəmləri və “one million rials” sözləri həkk edilmiş İİR əskinasları; 22 ədəd beşlik, 12 ədəd 10-luq, 02 ədəd yüzlük, 09 ədəd 20-lik, 02 ədəd 50-lik, 04 ədəd 200-lük Türkiya pul əskinasları; 35 ədəd 500000-lik, 01 ədəd 50000-lik, 05 ədəd 50000-lik, 01 ədəd 500000lik, 25 ədəd 100000-lik, 15 ədəd 100000-lik, 04 ədəd 500000-lik, 01 ədəd 50000-lik, 01 ədəd 2000-lik İİR əskinasları; 02 ədəd qovluqda fars dilində olması görünən sənədlərin surəti; 01 ədəd üzərində Təqsirləndirilən şəxs fotoşəkli əks edilmiş ”137-916687-1” nömrəli sənəd; 05 ədəd bank kartı (**********514366, **********368142, **********627583, **********540611, **********316826); 01 ədəd “**********” nömrəli şəxsiyyəti təsdiq edən Təqsirləndirilən şəxs məxsus sənəd; Təqsirləndirilən şəxs məxsus 01 ədəd cüzdan və içərisində müxtəlif kartlar; 01 ədəd üzərində “Enerfizar” və 01 ədəd üzərində “Abodos” sözləri yazılmış powerbanklar (cild 1, i/v 15-19). - “Əşyalara baxış keçirilməsi haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 1. Təqsirləndirilən şəxs məxsus olan çantadan aşkar edilmiş 02 ədəd smartfon tipli mobil telefon: 1-ci mobil telefon “İphone 7+” markalı mobil telefondur, qara rənglidir. 2-ci mobil telefon “Samsung Galaxy A71” markalıdır, ön tərəfi qara, arxa tərəfi isə açıq göy rənglidir. 2. 01 ədəd üzərində “147284971” rəqəmləri həkk edilmiş xarici mobil rabitə operatoruna məxsus sim kart, “Azercell” mobil operatoruna məxsus 02 ədəd sim kart, "xxxx" mobil operatoruna məxsus 02 ədəd sim kart. “Azercell” mobil operatoruna məxsus olan nömrələr telefona daxil edildikdə istifadəyə yararsız olduğu müəyyən edildi. "xxxx" mobil operatoruna məxsus 02 ədəd mobil telefon nömrələri istifadəyə yararsızdır. 3. 01 ədəd üzərində “X38 Homner” yazısı olan qara rəngli mobil telefon. Mobil telefon istifadəyə yararsızdır. 4. 01 ədəd üzərində “ADAPTER” yazısı həkk edilmiş mikro kart yuvası və onun içərisində üzərində “Corsairnk 4 gb memory kard” mikro sd kart. Mikro sd kartı “HP” markalı kompüterə daxil etdikdə içərisində 11 ədəd şəkil formatında faylların olduğu görsənir. Həmin fayllarda Naxçıvan MR-də yaşayan vətəndaşların sabiq NMR, Ali Məclisinin sədri olan Vasif Talıbova qarşı münasibətləri, Rza Talıbov və Seymur Talıbovun əmlaklarının müsadirə olunması, yeni təyin olunan NMR, Ali Məclisinin sədrinin gördüyü işlər, DSX-də mühasib vəzifəsində işləyən Quliyev Sultanın mobil telefon nömrəsi, rütbəsi, XTQ-də xidmət edən Emin və Bayramov Turan adlı şəxslər barədə məlumatlar, əməkdaşı, Naxçıvanda gedən siyasi proseslər, Naxçıvan MR-də dislokasiya olunmuş hərbi hissələr və hərbi hissələrin koordinatları və s barədə məlumatların olduğu aşkar edildi. 5. 01 ədəd üzərində “Advabce” yazısı yazılmış 64 gb yaddaş kartı. Yaddaş kartı “HP” markalı içərisinin boş olduğu müəyyən edildi. 6. 01 ədəd üzərində “Kingmax” yazılmış micro sd kart. “HP” markalı kompüterə daxil etdikdə boş olduğu müəyyən edildi. 7. 01 ədəd vicro sd kart. Kartı “HP” markalı kompüterə daxil etdikdə içərisində iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. 8. 1808 ABŞ dolları, 711 manat, 14 ədəd İraq pul əskinasları, 06 ədəd “2000000” rəqəmləri yazılmış İran İslam Respublikasının pul əskinasları, 123 ədəd “1000000” rəqəmləri yazılmış İran İslam Respublikasının pul əskinasları, 22 ədəd beşlik, 12 ədəd onluq, 02 ədəd yüzlük, 09 ədəd iyirmilik, 02 ədəd əllilik, 04 ədəd iki yüzlük Türkiyə Respublikasının pul əskinasları, 40 ədəd 500000-lik, 07 ədəd 50000-lik, 40 ədəd 100000lik, 01 ədəd 20000-lik İran İslam Respublikasının pul əskinasları. 9. 02 ədəd qovluqda fars dilində olan sənədlərin surətləri. Sənədlərə baxış keçirilən zaman ali təhsil müəssisələrinə qəbulla bağlı sənədlərin olması müəyyən edildi. 01 ədəd üzərində “6037 9971 2161 7583” rəqəmləri yazılmış Bank Milli İrana məxsus plastik bank kartı. Bank kartının üzərində farsca “X25” sözləri yazılmışdır, debit kartıdır. 01 ədəd üzərində “5892 1039 2554 0611” rəqəmləri yazılmış hədiyyə kartı. 01 ədəd “6037 99 81 57 36 8142” rəqəmləri yazılmış plastik bank kartı, üzərində farsca “çempion” sözləri yazılmışdır, debit kartıdır. 01 ədəd “6037 99 82 3951 4366” rəqəmləri yazılmış plastik bank kartı, üzərində farsca “Zəhra Çeşmi” sözləri yazılmışdır. 10. 01 ədəd “5047 6028 1631 6826” rəqəmləri hədiyyə kartı, üzərində farsca “Şəhər Bankı” sözləri yazılmışdır. 11. 01 ədəd “137-1-916687” nömrəli İran İslam Respublikasının şəxsiyyət vəsiqəsi. Üzərində farsca soyad: Astan, Ad: Babak, Ata adı: Soleiman sözləri, doğum tarixi qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsinin arxasında kartın yenilənməsi ilə bağlı qeydləri yazılmışdır. 12. 01 ədəd Təqsirləndirilən şəxs məxsus qəhvəyi rəngli cüzdan. Cüzdanın işərisində 03 ədəd kart mövcuddur. 1-ci kart: üzərində farsca “İstehlakçıların hüquqlarının müdafiəsi milli assossiyası” sözləri, soyadı: Astan, ad: Babak, etibarlıq müddəti: 1 il, vəzifə: Təbrizə dəstək dərnəyinin üzvü və xüsusi müfəttiş, buraxılış ili: xx.xx.2019 sözləri yazılmışdır, sol yuxarı hissəsində Təqsirləndirilən şəxs foto şəkli mövcuddur. Kartın arxa hissəsində bu kartdan sui-istifadə halında məsuliyyətlə bağlı yazılı xəbərdarlıq qeyd olunmuşdur. 2-ci kart: kartın ön hissəsinin yuxarısında İran İslam Respublikasının bayrağının təsviri mövcuddur. Yuxarı ön hissədə İran xüsusi xidmət orqanı X7 Korpusunun (SEPAH) emblemi mövcuddur. Kartın üzərində Təqsirləndirilən şəxs adı, soyadı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi qeyd olunmuşdur. Verilmə tarixi İran təqvimi ilə xx.xx.1399 kimi qeyd olunmuşdur. Kartın aşağı sol hissəsində X19, Xüsusi Qədir Təbrizinin müqavimət bölgəsinin komandirinin imzası sözləri yazılmış və qarşısında imza çəkilmişdir. Bundan başqa kartın üzərində farsca Bəsic İD: **********0602 sözləri yazılmışdır. Kartın arxasında farsca “İstənilən missiya üçün ayrıca əmr verilir, kartı tapan şəxs poçt qutusuna atmalıdır”, “Bu kartdan istifadəyə yalnız onun sahibinə icazə verilir”, “Kartdan sui-istifadə məsuliyyətə səbəb olur” və “etibarlıq müddəti verildiyi tarixdən 1 ildir” yazıları yazılmışdır. 3-cü kart: kart açıq göy rəngdədir. Kartın ön-yuxarı hissəsində İran xüsusi xidmət orqanı X8 Korpusunun (SEPAH) emblemi və Şərgi Azərbaycan vilayətinin dəstək qərargahı sözləri yazılmış, Təqsirləndirilən şəxs foto şəkili mövcuddur. Kartın üzərində X20 mühafizəçilərinin dəstək qərargahı sözləri həkk olunmuşdur. Bundan başqa kartın üzərində Təqsirləndirilən şəxs barədə də məlumatlar mövcuddur. 13. 01 ədəd üzərində “Enefizar” sözü yazılmış və 01 ədəd “Abodos” sözləri yazılmış powerbank (cild 1, i/v -135-143). - “Baxış keçirilməsi haqqında” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya “İphone 7+” markalı qara rəngli mobil telefondur. Qeyd olunan mobil telefonun **********78614 saylı İMEİ ünvanı mövcuddur. Mobil telefona giriş etmək üçün “1852” şifrə kodu tətbiq olunmalıdır. Seriya nömrəsi F2LV19YPHG00-dır. Mobil telefonun yaddaş həcmi 32 GB-dir. Mobil telefonun yaddaşında 3243 ədəd kontakt mövcuddur ki, həmin kontaktlar İİR (+98), Ermənistan (+374), Azərbaycan (+994), Maldiv adaları (+960), Sinqapur (+65) və ABŞ (+1) mobil operatorlarına məxsus mobil telefon nömrələridir. Mobil telefonun mesajlar bölməsinə daxil olduqda Ermənistan mobil operatoruna bağlı +**********9 nömrədən Təqsirləndirilən şəxs farsca “Həkim, gəl whatsapp mən Ermənistandayam" mesajının yazıldığı müəyyən edildi. Bundan başqa mobil telefonun kontaktlar bölməsində Ermənistan Respublikasının mobil operatoruna məxsus olan +**********5 mobil nömrəsi “ Erməni bezdirən” kimi qeyd olunmuşdur. Mobil telefona whatsapp və teleqram ani yazışma mobil tətbiqləri quraşdırılmışdır. Whatsapp və teleqram mobil tətbiqlərində +**********18 nömrəsi ilə qeydiyyatdan keçilmişdir. Mobil tətbiqlərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. Baxış keçirilən digər telefon “Samsung Galaxy А71“ markalı açıq göy rəngli telefondur. Mobil telefona İİR-ə məxsus +**********26 mobil telefon nömrəsi quraşdırılmışdır. Mobil telefonun **********54548 və **********54546 saylı İmei ünvanları mövcuddur. Mobil telefonun daxili yaddaşı 128 GB, SD kart həcmi 64 GB-dır. Mobil telefonun “Whatsapp” mobil tətbiqində +**********26, “Whatsapp Business” mobil tətbiqində +**********26 və “Teleqram” mobil tətbiqində isə +**********26 nömrələri ilə qeydiyyatdan keçilmişdir. Sözügedən mobil tətbiqlərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. Mobil telefonun kontaktlar bölməsində 5517 ədəd kontakt mövcuddur ki, həmin kontaktlar İİR, Maldiv adaları, Sinqapur, ABŞ, Afrika və digər mobil ölkələrin mobil operatorlarına məxsusdur. Kontaktlar bölməsində İran Xüsusi Xidmət orqanları olan SEPAH və ETTEALAT əmədaşları olan aşağıdakı nömrələr müəyyən edilmişdir: 1. **********8081 (Hacı Ahad SEPAH kimi qeyd olunmuşdur); 2. **********3278 (Calal SEPAH kimi qeyd olunmuşdur); 3. **********9074 (Ali Agabalai ETTEALAT kimi qeyd olunmuşdur); 4. **********1042 (Ramin Mozafari SEPAH kimi qeyd olunmuşdur); 5. **********3131 (Ali SEPAH kimi qeyd olunmuşdur); 6. **********6978 (Alifa SEPAH kimi qeyd olunmuşdur); 7. **********5226 (Hacı Nadir SEPAH kimi qeyd olunmuşdur); 8. **********9416 (X28 Əli Şafak kimi qeyd olunmuşdur); 9. **********2175 (Karim Hörməti SEPAH kimi qeyd olunmuşdur)
10. **********9479 (Mehdi Qahramani ETTEALAT kimi qeyd olunmuşdur) 11. **********6038 (Kamal ETTEALAT kimi qeyd olunmuşdur) 12.**********5653 (Ahad Studə ETTEALAT kimi qeyd olunmuşdur (cild 1, i/v 144-152). - 27 may 2023-cü il tarixli, 9-1839 nömrəli məktubla daxil olmuş 1 ədəd üzərində “AUDİO” yazılmış CD diskdəki danışıqlara baxış keçirilməsi barədə” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirlən diskdə 01 ədəd “Audio001.wav” adlı səs yazısı mövcuddur ki, həmin səslərdə Təqsirləndirilən şəxs Şahid1 ilə apardığı danışıqlar öz əksini tapmışdır, qeydə alınmış danışıqlar 6 saat 5 dəqiqə 33 saniyədən ibarətdir. “Audio001.wav” adlı səs danışığındaki danışıqlar aşağıdaki kimidir: 00:47:55-00:49:00 aralığında: Kamran: Vəziyyət nətərdi e, bizim xidmətlər ilə nə iş görürüsən. Babak: O şeynən görüşdüm. Kamran: Kimnən. Babak: Pul veribdir, deyirlər vermişik pul əslində. Kamran: Almışam? Babak: Hə, fəqət demə ha başını 2 eliyərlər, bildin nəcür. Kamran: Ə yox e, məndən niyə inciyirsən, mənə deyirlər ki demə. Babak: Bilirəm, bax bir gör nə deyirəm, mən nə deyirəm onlara bax, sən gəldine İrana universitetə, universitetdə ödəməyə heç nəyin yoxdu, mənnən olacaqsan, çün sabahlar orda sənə nə olsa mən sənə dayaq ola bilim, sənin gedib gəlməyinin hamısını mən bilirəm, havax gəlmisən, havax getmisən, kimlə gəlmisən, kimlə getmisən hamısını mən bilirəm, ona görə deyirəm mən. 01:06:00-01:08:00 Babak: Səni mən orda böyütmüşəm, sənə 1 nəfər söz deyə bilməz, sənə görə mən getdim gizlin idarəsində savaşdım sərdarnan, nahar aldılar mənə dedilər bağışla. Kamran: Gizlin idarəsində? Babak:Hə. Kamran:Savaşdın? . Babak:Hə. Kamran:Niyə?. Babak:Deyirlər ki yaxşı işləyə bilmir filan eliyəmmir. Kamran:Mən?. Babak:Həə Dedim olsun, mən ona kömək eliyərəm mən sənə köməklik elədim də sənə 3- 4 dənə mənbəə dedim beləsinə həll elə. Kamran:Başa düşmədim axı. Babak:Deyirəm də eşşəysən e sən qalmışam eşşəyin əlində. Kamran:Ə narahat olma sən keçdine bura burda problem yoxdu, orada problemin olar, gizlin idarəsindən niyə xoşum gəlmir mənə bacara bilməyəcəyim işlər tapşırıllar məni yandıracaq işlər. Babak:Olsun da sən mənə de mən sənə yol öyrədim elə adamları sənə qoşdurum ki. Kamran:Qoş da qoş mənə bir nəfəri qoş. Babak: Görək Əsgərlərin böyüyünü sənə qoşdum. Kamran: Qoş da qoş işləyim hərbidə, mən deyirəm ki məni yandıralar doxtur. Babak:Mən ki varam heç nə olmaz. Kamran:Şeyi deyirəme adı nəydi mühəndis bildin kimi deyirəm gizlin idarəsində vare. Babak:Cavan oğlandı?. Kamran:Həə 35 zad yaşı olar. Babak:Dedim də mənə nahar aldılar. Kamran:Sənə?. Babak:Həə. Kamran: Alarlar da, mən sənin adamınam da, sərdar niyə ortalıqda gəzir mən sənin adamınamsa keçən səfər dedim də məni qoymadılar ki bacının yoldaşı rəhmətə gedəndə gəlim yanına mən də dedim ki qardaş getməliyəm də axşama kimi saxladılar məni orda sorğu-sual sorğu-sual mənim elədiyim işləri Naxçıvanda gördüyüm işləri çox adamın işi deyil. 01:19:25-01:21:55 Babak: Məndən, bax bir, sənə xeyir yetişər, mənim dostlarımdan sənə xeyir yetişməz, hətta sərdardan da. Kamran: Mən açıq deyim sərdardan ayrılmaq istəyirəm. Babak: Hə. Kamran:Sən ki məni bu işə soxmusan, gizlin idarəyə sən soxmusan. Babak: Həə. Kamran:Mən istmirəm o qazansın, mən bilirəm ki qazanır. Babak: Qazanır, qəşəng də qazanır. Kamran:Həə, mən oraya gəldim, indi dedilər demə də, qəşəng də pul verdilər, sərdara da verdilər. Babak: O heç mənə verdi. Kamran:Verdi?. Babak: Yox sənöl, fəqət deyir ki Kamran işləyə bilmir, dedim işləyə bilmirsə niyə çağırırsız, niyə yalan danışırsız. Kamran:Yenə çağırır getmirəm, hər gün bir şey istəyirlər, qardaş mən hər gün siz istəyəni eləyə bilmərəm axı, dedim çıxartsın, mənim vecimə də deyil, dedim sən olmuyacaqsansa istəmirəm çıxartsın, məndən elə şey istəyirlər ki onu mən burda eləsəm tutulacam. Babak: Sərdar yaxşı pul alır heç bizə də vermir. Kamran:Sənin işin yoxdu, mən gələn səfər gələndə deyəcəm ki, mən sənnən iş görürüəm. Babak: Danışarıq. 01:23:05-01:24:15. Babak: Görmədin bidənə qıza görə aləm dəydi bir birinə. Kamran: O kürd qız nə idi, onu deyirsən. Babak:1 dənə nədiki çox öldürdülər. Kamran:Görürəm əşi, baxıram arada. Babak:Bidənə qız varıydı, vermişdilər ki mən dindirim, sonda dedim qızım çıx get. Kamran:Sən gizlin idarədən çıxmısan?. Babak:Onun sənə dəxli yoxdu. Kamran:Yaxşı doxtur, nə deyirəm ki, yaxşı. 04:55:10- 05:00:40. Kamran: Neyniyəcik, bir plan cızdın sən?. Babak: deyəcəm də, səbrli ol. Kamran:Elə elə ki doxtur, sərdar yığıb *** qoymasın ağzıma, deməsin ki niyə dedin ona, demişdim demə, aramızda sirr olsun, dövlət sirri, sən də mənə burda hərbçi cürrə, sən mənə ver hərbçi cürrəmələrini, mən onları verim Sepaha, bilirsən nə qədər pulumuz olacaq, 500 dollar məndən sənə, mən eliyəcəm sənə. Babak: Deyəcəm sənə. Kamran:Prosta elə şey cürrə ki, problem olmasın mənə, mən qorxuram yoxsa eliyərəm, mən bilirsən nədən qorxuram, o mənə deyir tap, tapdım sonra o məni satdı, sən bilirəm ki arxamda duracaqsan o duracaqmı, o da deyire, deyir tutulsan sənə problem olacaq mənə olmuyacaq ki. Babak: O heç deyiləsi sözdümü. Kamran:Məni yolluyur Bakıya, Bakıda nə deyir eləmişəm, mənim elədiyim işin qiyməti 2000-3000 dollardı, doxtur, mənə 1 qəpik pul vermədi, deyirəm pula ehtiyacım var, uşağım olasıdı, 1200 manata ehtiyacım var, həkim deyir ki əməliyyat eləməsək ya yoldaşın öləcək ya da uşağın, deyir biz Sepahıq bizə heçnə olası deyil, olan sənə olacaq, dostum çoxdu e 50000 dənə dostum var deyərəm vəsiqəsini sonra gedər KQB-ə dedi bu adam məndən vəsiqəsini istədi, sonra da mənim uşağım qalacaq yetim. 20 il, damğanı vuracaqlar, hər xidmətlərinə yetmişəm, bunu da eliyərəm ee risk eliyərəm deyərəm eliyirəm. Babak: Əvvəlcədən versinlər də elə pulu. Kamran:Onu sən deməlisən də, durmusan qıraqda, 2 dənə nahar alırlar. Babak: Mənə alırlar naharı?. Kamran:Özün demədin?. Babak: Mənə nahar aldılar mən onlarla savaşdım. Kamran:Yemə heç, denən sən mənə pul vermirsən, sərdarı doyuzdurursan. Baxış keçirilən səs danışığının digər hissələrində məişət xarakterli söhbətlər olunur, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilmədi (cild 1, i/v181-183). - 27 may 2023-cü il tarixli, 9-1839 nömrəli məktubla daxil olmuş 3 ədəd DVD disklərinə baxış keçirilməsi haqqında 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 1-ci disk: Üzərində “CD-19 xx.xx.2023” yazılan DVD diskdə 04 ədəd video görüntü mövcuddur, video görüntülərin hər birinin həcmi 30 dəqiqədən ibarətdir. İlk 2 video görüntüdə qaranlıq olduğundan əhəmiyyət kəsb edən hallar aşkar etmək mümkün deyil. 3-cü video görüntüyə daxil olduqda əvvəllərdə qaranlıq olsa da 3-cü dəqiqədən sonra Təqsirləndirilən şəxs smartfon tipli mobil telefona baxdığı görünür, video görüntüdə 00:03:55-də Şahid1 Təqsirləndirilən şəxs yanına gələrək “wifi”-nin şifrəsini ona dediyi görsənir, daha sonra video görüntünün sonunadək Təqsirləndirilən şəxs telefona baxır. 4-cü videonun əvvəllərində Təqsirləndirilən şəxs mobil telefona baxır, video görüntüdə 00:15:30-da Şahid1 Təqsirləndirilən şəxs yanına gələrək salamlaşır, Kamranın əlində yeməyin olduğu görsənilir, daha sonra onlar qarşı-qarşıya əyləşərək yemək yeyərək telefonda kimləsə danışırlar, video görüntünün 00:22:39-cu dəqiqəsində Şahid1 pencəyinin cibindən pul çıxardaraq Təqsirləndirilən şəxsla söhbətləşir və həmin pulu Təqsirləndirilən şəxs təqdim edir, lakin pul məbləğinin miqdarı videoda tam görsənmir, onlar öz aralarında söhbətləşsələr də səslərini tam eşitmək mümkün deyil. Video görüntünün 00:25:37-ci dəqiqəsində Şahid1 əlini yenidən pencəyinin cibinə salır və oradan yaddaş qurğusunu (flashcardı) çıxararaq Təqsirləndirilən şəxs uzadır, o da yaddaş qurğusunu götürərək pulun üzərinə qoyur, daha sonra isə pulu və yaddaş qurğusunu yaşıl divanın üzərinə qoyur. Onlar öz aralarında söhbətləşsələr də səslərini anlamaq mümkün deyil. Daha sonra onlar yemək yeyərək söhbətləşməyə davam etdikləri müəyyən edilmişdir. 2-ci disk: Üzərində “CD-36 xx.xx.2023” yazılmışdır. DVD diskə daxil olduqda 4 ədəd video görüntü və 1 ədəd səs yazısının olduğu görsənilir. 1-ci videonun 00:22:36-cı dəqiqəsində DTX əməkdaşlarının ünvana daxil olaraq Təqsirləndirilən şəxs və Şahid1 saxladıqları görünür, video görüntünün digər hissələrində isə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarının elan edilməsi, şəxsiyyətlərin dəqiqləşdirilməsi aparılır. 2-ci video görüntünün 00:09:20-ci dəqiqəsində Şahid1 üzərində axtarış aparılır, videonun yerdə qalan hissələrində isə Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilir. 3 və 4-cü videolarda əhəmiyyət kəsb edən hallar aşkar edilmədi. DVD diskin içərisində olan 1 ədəd səs yazısında danışıqlar aşağıdakı kimidir: 03:10:55-03:20:45 aralığında: Kamran: Biletlərə nə qədər verdin?. Babak: Mən verməmişəm, Rza verib, pulu alıb verəcəm ona. Kamran: Qardaş, mən ki səni çağırmışam bura, mən sənin hesabına çörək yeyirəm, sənin haqqını ödəyə bilmərəm, sənin hesabına mən dolanıram. Babak: Heç birproblem yoxdu, biz qardaşıq. Kamran: Yox, qardaş, mən ki səni çağırmışam bura artıqlaması ilə olacaq bu ortalamasıdı, toydan sonra pul yığılacaq ordan da verəcəm. Babak: Sağol, sağol. Kamran: Sən narahat olma, sən ki məni eşitdin gəldin, Allah köməyində olsun, amma sərdari mənim kefimi xarab elədi, deyirsən dostuq qardaşıq gəlmirsən, indi bax mən sənə deyirəm gəl. Babak: İndi sənə bir söz deyəcəm aramızda qalsın. Kamran: Bizim aramızda sirr var narahat olma, nə cür istəsən deyərsən, mən də sənə bir şey deyəcəm, mən ayın 30u gedəcəm ərteşə, 30-dan 5-ə qədər, 10-12 gün vaxtım var, ordan mənə 2000 dollar atıblar, o pulu sənə görə qazanmışam mən pulu. Babak: Ye, kef elə. Kamran: 2000 dolların 1000 dollarını verdim işə girməyimə papaq deyirlər də. 1700 manatı verdim ora-dövlətə, 1000 dolları da qalıb məndə oğumun sünnnəti və s mən işləməsəm o pulu mənə verərlər? İş görmüşəm ki veriblər də hə? İndi doxtur gəlsəydibir şey verəcəydim ona, aparacaqdı ora, gəlmədi sənə verirəm. Babak: Sən ver mənə. Kamran: Al, orda gedəndə. Babak: Gərək gizlədək. Kamran: Qoy telefonun arxasına. Babak: Deyərəm sənə neyniyək. Kamran: O pulun yarısı sənindi yarısı mənim. Babak: Yox verəcəm pulun hamısını sənə. Kamran: Yox yox biz qardaşıq, orda çox şey var, burda buranın, sən indi özümünküsən də, Sepahın adamısan da, sənin haqqında da deyiblər mənə, Sərdarın da. Babak: Mən çox böyük adamam. Kamran: Bilirəm, xəbərim var səndən, sən unu apar ver ora, səni qəşəng görəcəklər, qəşəng görəcəklər ha səni elə belə yox, mühəndis ağa vare deyəcəm ver ona başqa adama vermə, orda çox gizlin şeylər var, hərbi hissələr, hərbi hissələrin koordinatları var, sən narahat olma, o ki gəlmədi özü itirdi, mən uşaq deyiləme. Babak: Orda KQB mənim dalımdaydı. Kamran: Orda, İranda?. Babak: Yox yox burda səni axtarırdım ki görsədəm elə getdi ki mənə ordan zəng vurdular ki bir nəfər Kmarana oxşar adam var getdi, Şafaq ona görə qorxusundan gəlmədi. Kamran: Qorxur, qorxsun, mən sərdara görə onlarla küsdüm, mühəndis nəydi Sepahın işçisi, adı Hüseyndi. Babak: Həə Xuruqi. Kamran: Day bilmirəm, bilirəm ki adı Hüseyndi, aramızda qalsın mənə mühəndis deyin, sərdara da doxtur deyərsən, orada Kazıım var Kazımı tanıyırsan, Kazım da belə oğlandı, Hacını tanıyırsan?. Babak: Onlar hamısı mənim əlimin altında keçib. Kamran: Qohumum rəhmətə getmişdi e, onda mənə 600 dollar pul verdilər, sonra da 1000 dollar, 1000 dollar pul veriblər. Babak: Hamısını ilirəm, Raminlə gəlmisən, getmisən, hamsından xəbərim var. Kamran: Kartı itirmə ha. Babak: Bu dəqiqə yer tapacam, bax bir, mən yuxarıyam ya Sərdar, mən yaxşıyam ya o. Kamran: Sərdar deyir mən yuxarıyam. Babak: Olsun, olsun. Kamran: Sərdar deyir ki mən gördüyüm işləri doxtur görə bilməz. 03:30:40-00:31:33 Kamran: Hüseyn vare, Sepah olur olmur fərqi yoxdu, səninlə necəyəm, sənə çatammaz ha çörəyi sən vermisən, heçnə eləməsəm də yaxşılıq eliyir, mən də eliyirəm. Babak: Sən eləməmisən ee mən eləmişəm, eləmişəm ki 1 ömür çörəyin olsun. Kamran: Düzdü e mən də elirəm, heç kim eliyəmməz mən eliyirəm. Babak: Hamısını bilirəm. Kamran: Bunların da işi ancaq hərbiynəndie ona görə gedirəm xüsusi təyinatlıya gedirəm də doxtur, Bundan sonra görüşümüz mən icazə alandan alana olacaq. 03:32:20-03:35:00 Babak: (kiməsə zəng vurur) Salam İlqar müəllim, mən Təbrizdən döxtürəm. K1: Kimdi?. Babak: Təbrizdən, bulvarda gəzmişdik. K1: Həə həə. Babak: Yaxşısan?. K1: Həə şükür şükür. Babak: Sabah Bakıda olsan görüm səni də. K1: Sabah mənim işlərim vare. Babak: Nə vaxt görə bilərəm?. K1: Zəngləşərik də. Babak: Mən yuxuda görmüşdüm, dostlarınla bahəm, anam gəlmişdi yuxuma ki, Qarabağda döyüşənləri apar Məşədə, əgər getmək istəsəz mənə deyin aparım sizi Məşədə. K1: İnşallah inşallah zəngləşərik də adamlar var onlarla görüşərik. Babak: Bax da alınsa birigün görüşək. K1: Sağol sağol. Kamran: Kimdiki bu?. Babak: Bunlar sərhəddə olurlar. Kamran: Hərbçidi?. Babak: Həə. Kamran: Aparırsan ora şey eləməyə?. Babak: Həə, aparmışam çoxusunu, hamsını demişəm Kamran verib. Kamran: Öpürəm səni. Babak: Onlar adam deyil ki. Kamran: Bəs səni görürlər pul verillər doxtur? Mənə 2000 dollar verdilər sənə heç nə vermədilər?. Babak: 1 qram vermiyiblər, heç nə vermiyiblər. Kamran: Amma sərdara verillər ha. Babak: Həə o qəşəng alır. Kamran: Bəlkə Sərdarı qırım səni salım. Babak: Hə ötür. Səs yazısının digər hissələrində Təqsirləndirilən şəxsla Şahid1 ümumi mövzular barədə söhbətləşirlər. 3-cü disk: Üzərində “CD-20 xx.xx.2023” yazılmışdır. DVD diskə daxil olduqda 4 ədəd video görüntünün olduğu görsənilir, video görüntülərin hər birinin həcmi 30 dəqiqədən ibarətdir. 1-ci video görüntüyə daxil olduqda Təqsirləndirilən şəxsla Şahid1 qarşı-qarşıya əyləşərək söhbət etdikləri görünür. Videonun 00:00:26-cı saniyəsində Təqsirləndirilən şəxs Kamranın içərisində hərbi hissələr və onların koordinatları var deyərək Təqsirləndirilən şəxs verdiyi yaddaş qurğusunu və pulu divanın üzərindən götürərək çantanın içərisinə qoyduğu və üzərinə sollefon torba qoyduğu görsənilir. Daha sonra isə söhbətləşməyə davam edirlər. Təqsirləndirilən şəxs mobil telefonda Şahid1 videoda görünməyən nələr isə göstərir. 2-ci video görüntüyə daxil olduqda 00:17:57-ci dəqiqəyə qədər Təqsirləndirilən şəxsla Şahid1lə söhbətləşdiyi görünür, qeyd etdiyim dəqiqədən sonra isə Kamran onun yanından uzaqlaşır, daha sonra Babaka qəhvəyi rəngdə çantanı gətirir, Babak onun içərisindən əşyalarını götürdükdən sonra çantanı bağlayaraq yanına qoyur. 00:19:05-ci dəqiqədən sonra Kamranla Astan biraz söhbət etdikdən sonra Kamran oradan uzaqlaşır və Babakın yatır. 3 və 4-cü videolarda isə Astan Babkın yatdığı görsənir (cild 1, i/v 187-190). - 20 iyul 2023-cü il tarixli DTX Naxçıvan MR üzrə baş idarəsindən xx.xx.2023-cü il tarixli, 9-1839 nömrəli məktubla daxil olan 01 ədəd üzərində “F-14 xx.xx.2023” yazılan 01 ədəd yaddaş qurğusuna “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən əşya boz rəngli yaddaş qurğusudur. Yaddaş qurğusuna daxil olduqda 26 ədəd şəkil formatında faylların olduğu görünür. Fayllara baxış zamanı “Mohandes” adlı istifadəçinin Azərbaycan Respublikası, xüsusilə də Naxçıvan MR-də dislokasiya olunmuş hərbi hissələr, onların tərkibi, pilotsuz uçuş aparatları, Bayraktar barədə məlumatlar əldə etmək istədiyi görünür. Bundan başqa İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********16 mobil telefon nömrəsinin Kamranla yazışmalarında Kamranı Mohandes ilə əlaqə yaratmasını istədiyi yazışmalar, Təqsirləndirilən şəxs ilə Şahid1 da şəkli mövcuddur. Sözügedən şəkil formatında fayllar baxış protokoluna əlavə olunmuşdur (cild 1, i/v 240-257). - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin xx.xx.2023-cü il tarixli, 17/1152 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “İphone7+” və “Samsung GalaxyA71” markalı mobil telefonların yaddaşında Ermənistan Respublikasının mobil operatorlarına məxsus olan +**********9 mobil telefon nömrəsi Təqsirləndirilən şəxs “Həkim gəl, whatsapp mən Ermənistandayam” mesajını yazmış, bundan başqa həmin telefonların kontaktlar bölməsində İİR, Ermənistan, Maldiv Adaları, Sinqapur, ABŞ və Afrika mobil operatorlarına məxsus nömələr və İran xüsusi xidmət orqanları SEPAH və ETTEALAT-ın adlarını qeyd etdiyi mobil telefon nömrələri mövcuddur. Təqdim edilən materiallar fars dilindədir (cild 1, i/v 288-292). - "xxxx" ASC-dən 01 avqust 2023-cü il tarixli, 2023/111/6501 nömrəli məktubla daxil olmuş bank əməliyyatlarına dair sənədlərdən görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş **********741401 nömrəli plastik bank kartına 10 oktyabr 1951-ci il təvəllüdlü X6 adına rəsmiləşdirilmiş plastik bank kartı vasitəsilə 1000 və 700 manat olmaqla 2 dəfəyə cəmi 1700 manat pul vəsaiti köçürülmüşdür (cild 1, i/v 262-270). - "xxxx" ASC-dən 01 avqust 2023-cü il tarixli, 6-2-41/2- 20221/2023 nömrəli məktubla daxil olmuş bank əməliyyatlarına dair sənədlərdən görünür ki, X11 adına (Şahid1 qaynanası) rəsmiləşdirilmiş **********220832 nömrəli plastik bank kartına xx.xx.2023-cü il tarixdə xx.xx.1966-cı il təvəllüdlü X12 adına rəsmiləşdirilmiş **********694204 nömrəli plastik bank kartından 1700 manat pul vəsaiti köçürülmüşdür (cild 1, i/v 272-275). - “Əşyaların təyinatı üzrə həll edilməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan İİR şəxsiyyət vəsiqəsinin və xarici pasportunun İran İslam Respublikası vətəndaşının şəxsiyyətini təsdiq etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus 2 ədəd “Azercell” mobil operatoruna məxsus olan sim kartın, üzərində “Advance” yazılan micro sd kart yuvasının, 01 ədəd üzərində “Ken xin da Hamner” yazılan mobil telefonun, 01 ədəd üzərində “micro sd 4gb” yazılan mikro sd kartın, 01 ədəd üzərində “kingmax” yazılan mikro sd kartın, 02 ədəd "xxxx" mobil operatoruna məxsus mobil nömrənin, 1808 ABŞ dollarının, 711 manatın, 14 ədəd İraq pul əskinaslarının, 06 ədəd “2000000” rəqəmləri yazılmış İran İslam Respublikasının pul əskinaslarının, 123 ədəd onluq, 02 ədəd yüzlük, 09 ədəd iyirmilik, 02 ədəd əlillik, 04 ədəd iki yüzlük Türkiyə Respublikasının pul əskinaslarının, 40 ədəd 5000000-lük, 07 ədəd 50000-lük, 40 ədəd 100000-lik, 01 ədəd 20000-lik İran İslam Respublikasının pil əskinaslarının, 02 ədəd qovluqda fars dilində olan sənədlərin surətlərinin, 01 ədəd ********** nömrəli sənədin, 01 ədəd cüzdanın, 01 ədəd farsca “İstehlakçıların hüquqlarının müdafiəsi milli assossasiyası” yazılan kartın, 01 ədəd üzərində “Energizer” və 01 ədəd üzərində “abodos” yazılan powerbanların şəxsi əşyalarına əlavə edilməsi üçün saxlanıldıqları Dövlət Təhlükəsizliyi Xidmətinin X27 və İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır (cild 1, i/v 308-309). - “Əşyaların maddi sübut kimi tanınması haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “İphone7+” və “Samsung Galaxy A71” markalı mobil telefonların, üzərində Təqsirləndirilən şəxs foto şəkli və İİR xüsusi xidmət orqanı SEPAH-ın emblemləri həkk olunmuş 02 ədəd kartın, 01 ədəd üzərində “Adapter” sözü yazılmış mikro kart yuvası və onun içərisində 01 ədəd üzərində “corsair nk” yazılan mikro sd kartın, DTX Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsindən 27 may 2023-cü il tarixli, 9-1839 nömrəli məktubla istintaqa daxil olmuş 20 ədəd CD və DVD disklərin, üzərində “F-14 xx.xx.2023” yazılmış yaddaş qurğusunun, DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən xx.xx.2023-cü il tarixli, 9-2729 saylı məktubla istintaqa daxil olmuş 06 ədəd CD disklərin iş üzrə maddi sübut kimi tanınması qərara alınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır (cild 1, i/v 315-317). - Təqsirləndirilən şəxs sərhədkeçmə haqqında məlumatlarından görünür ki, o, xx.xx.2007, xx.xx.2008-xx.xx.2008, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009xx.xx.2009, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2012-xx.xx.2012, xx.xx.2012xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2013-xx.xx.2013, xx.xx.2013-xx.xx.2013, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasında səfərdə olmuşdur (cild 1, i/v 129-133). - 27 may 2023-cü il tarixli “tutulma” protokolundan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli, 4(009)-366/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v , 49-50, 104-108). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli, 1576 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, onda hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür (cild 1, i/v 293-296). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 3-16-16/2-4/1339-4/1342 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD-R diskdə və 1 ədəd “imation” markalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardaki danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD-R diskdə 1 ədəd “imation” markalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardaki danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD-R diskdə 1 ədəd “imation” markalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardaki danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audiosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmadı (cild 1, i/v 320-325). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 128). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinin dispozisiyasına görə dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə cinayət məsuliyyəti yaradır. “Casusluq” cinayəti obyektiv cəhətdən yalnız dövlət sirri təşkil edən məlumatlara münasibətdə dispozisiyada göstərilən hərəkətlərin edilməsini deyil, həm də xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının zərərinə olaraq istifadə etmək üçün sair məlumatların verilməsini, vermək məqsədi ilə oğurlanmasını və ya toplanmasını ehtiva edir. Göründüyü kimi cinayətin predmeti qismində iki qrup məlumatlar çıxış edir: 1) Dövlət sirri olan məlumatlar; 2) Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə olunan bilən sair məlumatlar Dövlət sirinə aid oluna bilən məlumatların siyahısı “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2005-ci il tarixli, 248 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”ilə müəyyən olunur. Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə olunan bilən sair məlumatlar dedikdə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanuna əsasən dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatlar başa düşülür. Buraya müxtəlif xarakterli hər hansı məlumat (dövlət sirri istisna olmaqla) aid edilə bilər. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Astan X13 Kamran Asif oğlu barəsində məlumatları toplayıb İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH-ın əməkdaşına verməklə, həmçinin 26 may 2023-cü il tarixdə müvəqqəti yaşadığı ünvan 1 ünvanında Şahid1 məxfi məlumatların yerləşdirildiyi yaddaş qurğusunu vətəndaşı olduğu xarici ölkənin xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün dövlət sirri olan məlumatları xarici dövlətin nümayəndələrinə vermək məqsədi ilə qəbul edib saxlamaqla casusluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Şahid1 qəbul edib gizlətdiyi yaddaş qurğusunun içərisində hərbi hissələr, hərbi hissələrin koordinatları, həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçular, Naxçıvan MR-da gedən siyasi proseslər və s. barədə məlumatlar dövlət sirri təşkil edən məlumatlar kimi qəbul olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni vətəndaşı olduğu İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X7 Korpusunun (SEPAH) nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı Şahid1 vasitəsilə dövlət sirri olan və sair məlumatları toplamaqla və SEPAH nümayəndələrinə verməklə casusluq etməsi özü tərəfindən inkar ediləsə də məhkəmə istintaqı zamanı dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyləri və tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs ailə vəziyyətini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmasa da məhkəmə təqsirləndirilən şəxsin özünün dediyinə əsasən himayəsində ikisi azyaşlı, biri yetkinlik yaşına çatmayan üç uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə eyni zamanda cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “İphone7+” və “Samsung Galaxy A71” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış üzərində Təqsirləndirilən şəxs foto şəkli və İİR xüsusi xidmət orqanı SEPAH-ın emblemləri həkk olunmuş 02 ədəd kartın, 01 ədəd üzərində “Adapter” sözü yazılmış mikro kart yuvasının və onun içərisində 01 ədəd üzərində “corsair nk” yazılan mikro sd kartın, DTX Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsindən 27 may 2023-cü il tarixli, 9-1839 nömrəli məktubla istintaqa daxil olmuş 20 ədəd CD və DVD disklərin, üzərində “F-14 xx.xx.2023” yazılmış yaddaş qurğusunun, DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən xx.xx.2023-cü il tarixli, 9-2729 nömrəli məktubla istintaqa daxil olmuş 06 ədəd CD disklərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma təyin edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əlavə cəza o, əsas cəza növünü çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “İphone7+” və “Samsung Galaxy A71” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış üzərində Təqsirləndirilən şəxs foto şəkli və İİR xüsusi xidmət orqanı SEPAH-ın emblemləri həkk olunmuş 02 ədəd kartın, 01 ədəd üzərində “Adapter” sözü yazılmış mikro kart yuvasının və onun içərisində 01 ədəd üzərində “corsair nk” yazılan mikro sd kartın, DTX Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsindən 27 may 2023-cü il tarixli, 9-1839 nömrəli məktubla istintaqa daxil olmuş 20 ədəd CD və DVD disklərin, üzərində “F-14 xx.xx.2023” yazılmış yaddaş qurğusunun, DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən xx.xx.2023-cü il tarixli, 9-2729 nömrəli məktubla istintaqa daxil olmuş 06 ədəd CD disklərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə salınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev