Məhkəmə qərarları › İş №1(101)-2120/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2120/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2120/2024 25.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X14 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1978-ci ildə Ermənistan, Spitak (Hamamlı) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, ünvan 3-cü il tarixli qərarına əsasən barəsində əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunduqdan sonra, həmin xüsusi xidmət orqanı nümayəndələrindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün jurnalist və siyasi şərhçi fəaliyyəti adı altında pərdələnərək Azərbaycan Respublikasının daxilində ictimai və dövlət xadimlərinin, ictimai fəalların dairəsinin müəyyən edilərək onlarla əlaqə saxlanılması, mülahizələri öyrənilməklə əldə olunan məlumatların ötürülməsi, habelə bu kateqoriyadan olan mümkün şəxslərin Azərbaycan Respublikasından kənara xarici ölkə ərazisinə çıxarılaraq xarici xüsusi xidmət orqanı əməkdaşları ilə görüşlərinin təşkili və onların əlaqəsinə verilməsi, internet üzərindən, o cümlədən “Youtube” şəbəkəsində televiziya kanalı yaratmaqla maraq kəsb edən şəxslərin həmin kanalda müsahibələrinin təşkil olunması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan “X8” təşkilatının (BAH) Azərbaycandakı nümayəndəliyinin rəhbərləri ilə bağlı aparılan araşdırmalara dair məlumatları xarici xüsusi xidmət orqanının nümayəndəsinə “Telegram” ani yazışma tətbiqi vasitəsilə ötürülməsi barədə tapşırıqlar almışdır. Təqsirləndirilən şəxs xarici xüsusi xidmət orqanının nəzarəti altında aldığı cinayət tapşırıqlarının icrası istiqamətində tamah niyyəti ilə Bakı şəhərində fəaliyyət göstərərək 15 dekabr 2021-ci il tarixdə “Youtube” sosial şəbəkəsində yaratdığı “Alfa TV” kanalına maraq kəsb edən ictimai fəalları və siyasi şərhçiləri dəvət edərək müsahibələr almış, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən məktəbin direktor müavini Şahid5 və həmin vaxt Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində xidmət edən tanışı Şahid4 xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi üçün Azərbaycan Respublikasının hüdudlarından kənara səfərə dəvət etmiş, 2021-ci ilin oktyabr ayından başlayaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə xarici ölkə ərazisində, o cümlədən “X8” təşkilatı tərəfindən 07-09 oktyabr 2021-ci il və 09 sentyabr - 09 oktyabr 2023-cü il tarixlərində keçirilən konfranslar zamanı xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski ilə müxtəlif yerlərdə, eləcə də konspirativ məxfi görüş mənzilində görüşüb azərbaycanlı ictimai xadimin BAH təşkilatının maliyyə dəstəyi ilə xarici ölkəyə çıxarılaraq xüsusi xidmət orqanının nümayəndəsi və təşkilatın rəhbər şəxslərilə görüşdürülməsi ilə bağlı zəruri danışıqlar aparmaqla onun barəsində əldə etdiyi məlumatları Y.Xoroşevskiyə təqdim etmiş, habelə sonuncudan konspirasiya qaydalarına riayət edilməsinin zəruriliyi, ikitərəfli təcili əlaqə üsulları, pul vəsaitlərinin göndərilməsi və nağdlaşdırılması yolları barədə təlimatlar alıb BAH təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər şəxsləri barədə məlumatları xüsusi xidmət orqanının nümayəndəsinə ötürməklə onların barəsində aparılan araşdırmalara beynəlxalq təsir mexanizminin işlənib hazırlanmasına dair məsləhətləşmələr aparmış və bunun müqabilində xarici xüsusi xidmət orqanının əməkdaşı X3 göstərişi ilə maliyyə məsələləri üzrə mütəxəssis X9 tərəfindən göndərilən məbləğlərin izlərini itirmək məqsədilə “Zolotaya Korona” və “Kontakt” sürətli pul köçürmə sistemləri vasitəsilə cinayətin törədilməsinə aidiyyəti olmayan digər tanışlarının adlarına, sonuncu dəfə 07 sentyabr 2023-cü il tarixdə 800 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin yaxınlığında əldə etməklə, 2022-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində göndərilmiş ümumilikdə 24.309,40 AZN (iyirmi dörd min üç yüz doqquz manat, 40 qəpik) ekvivalentində olan 14.300 (on dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitlərini qəbul edərək qəsdən dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Moskva şəhərində konfranslarda iştirak etmiş və hərbi jurnalist kimi çəkilişlər həyata keçirmişdir. O, heç kəs ilə gizli görüş keçirməmişdir. Rusiyada müəyyən kanallarda iştirak etmiş və buna görə də qonorarlar almışdır. 2021-ci ilin oktyabr ayında Rusiya Federasiyasına aspirantura təhsili almaq ilə bağlı getmişdir. Əgər casus olsaydı ondan iltizam alınmalı idi, lakin cinayət işinin materiallarında elə bir iltizam yoxdur.Onun həmçinin Rusiya mətbuatında çoxsaylı məqalələri də var. O, yalnızca Rusiyada dövlət siyasətini təbliğ etmişdir. “Beynəlxalq Avrasiya” Təşkilatının rəhbəri ilə Moskva şəhərində görüşü olub lakin bu görüşün casusluq ilə heç bir əlaqəsi olmamışdır. İbrahimlə isə sosial şəbəkədə tanış olmuşlar, sonuncu sosial şəbəkə üzərindən ona yazaraq 9 may tarixindəki tədbiri çəkməsini ondan xahiş etmişdir. Tədbirlərin biri də elə onların ofisində keçirilmişdir. O, 13.500 dollar məbləğində pulu Rusiya mətbuatında etdiyi çıxışlara görə qonorar olaraq almışdır. Gizlin şəkildə pul almaq kimi bir niyyəti olsaydı, Moskva şəhərində pulu alıb nağd şəkildə ölkəyə gətirərdi. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, keçmiş həyat yoldaşının onun rəsmi gəliri olmasını bilməyini istəmədiyindən ona göndərilən pulları öz adına almamışdır. Onun dəvət aldığı konfransa getməsi ilə bağlı xərcləri olub, həmin xərclərin müqabilində ona ödəniş olunub. Pul Anarın adına gəlib və o da pulu sonuncudan götürüb. Pullar ona müvafiq media agentlikləri tərəfindən göndərilib. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə xidməti otağında olarkən bir nəfər yanına yaxınlaşmış və öz xidməti vəsiqəsini göstərib Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu deməklə «Melissa park» yaşayış kompleksində olan mənzillərdən birində məhkəmənin qərarı əsasında baxış keçirilməsində iştirak etməyi təklif etmişdir. O da həmin əməkdaşa bildirdiyi ünvanda keçiriləcək baxışda iştirak etməyinə könüllü olaraq razılığını bildirdirmiş və onunla birlikdə həmin ünvana yollanmışdır. Baxış keçirilən mənzil Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 192 ünvanındakı «Melissa park» yaşayış kompleksinin ərazisində olan binanın 9-cu mərtəbəsindəki 5 №-li mənzili olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və iki nəfər adları yadında qalmayan hal şahidləri ilə birlikdə həmin mənzilə daxil olmuşlar. Mənzil 1 otaqlı, sahəsi isə 27 kvadrat metr olmuşdur. DTX əməkdaşı ona və digərlərinə hüquq və vəzifələrini izah etdikdən sonra baxış başlanmışdır. Baxış zamanı mənzildən 01 ədəd “Samsung” SMT 295 markalı planşet, 01 ədəd “Samsung Galaxy A 50” markalı mobil telefon aşkar edilmişdir. Mənzildən başqa heç nə aşkar edilməmişdir. Baxışın sonunda baxışın keçirilməsi barədə protokol tərtib olunmuş, o və baxışda iştirak edən digər şəxslər baxış protokolunu oxumuş, orada yazılanların doğru və düzgün olduğunu əmin olduqdan sonra protokolu imzalamışlar. DTX əməkdaşı baxışda aşkar edilmiş əşyaları qablaşdırmış və möhürləyərək götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında xidməti ərazidə olarkən bir nəfər ona yaxınlaşmış və xidməti vəsiqəsini ona təqdim edib Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğu bildirərək «Melissa park» yaşayış kompleksində olan mənzillərdən birində məhkəmənin qərarı əsasında baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O da həmin əməkdaşa ünvanda keçiriləcək baxışda iştirak etməyinə könüllü olaraq razılığını bildirdirmiş və onunla birlikdə həmin ünvana yollanmışdır. Bir qədər sonra o baxış keçirilən ünvana - Bakı şəhəri, Həsən bəy ünvan 4ompleksinin ərazisindəki binanın 9-cu mərtəbəsindəki 5 saylı mənzilin qarşısına gəlmişdir. Orada o MTK-da işləyən Xəqani adlı başqa bir fəhləni də görmüş, sonuncunu da oraya hal şahidi kimi dəvət etmişdirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı həmin mənzilin qapısını döydükdən sonra, qapını sonradan adının Nəzakət, soyadının Məmmədova olduğunu bildiyi bir qadın açmış, DTX əməkdaşı xidməti vəsiqəsini ünvan sahibinə göstərmiş, DTX əməkdaşı baxış keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu məhkəmə qərarı ilə tanış olaraq heç bir əsas və səbəb göstərmədən qərarla tanış olması barədə qeydlər və imza etməkdən imtina etmişdir. Bundan sonra DTX əməkdaşı ev sahibinə və hal şahidi kimi ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra DTX əməkdaşı ev sahibinə yaşadığı ünvanda qanunsuz hər hansı əşya və sənədin olduğu təqdirdə onları könüllü təqdim etməyi təklif etmiş, ev sahibi yaşadığı evdə heç bir qanunsuz əşya və predmetlərin, sənədlərin olmadığını bildirmiş və yalnız bundan sonra baxış başlanmışdır. Baxış təzə başlamışdır ki, ev sahibi Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparmağa başlamış, yəni bəzi evdə olan əşyaları sındırmağa başlamış, həmin hərəkətlərini dayandırması, səbrli olması barədə DTX əməkdaşı tərəfindən dəfələrlə ona edilmiş xəbərdarlığa məhəl qoymamışdır. Bu səbəbdən DTX əməkdaşının dəvəti ilə həmin ünvana binanın komendantı İlqar adlı şəxs gəlmiş və sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra mənzildə baxış davam etdirilmişdir. Baxış zamanı mənzildən 01 ədəd “Samsung” SMT 295 markalı planşet, 01 ədəd ’’Samsung Galaxy A 50” markalı mobil telefon aşkar edilmişdir. Mənzildən başqa heç nə aşkar edilməmişdir. Baxışın sonunda baxışın keçirilməsi barədə protokol tərtib olunmuş, o və baxışda iştirak edən digər şəxslər baxış protokolunu oxumuş, orada yazılanların doğru və düzgün olduğunu əmin olduqdan sonra protokolu imzalamışlar. DTX əməkdaşı baxışda aşkar edilmiş əşyaları qablaşdırmış və möhürləyərək götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Oxu məni” qəzetində işləyərkən orada Tibb Universitetinin tələbəsi olan Əfqanə Məmmədova adlı tibb köşəsinin yazarı ilə tanış olmuş, sonuncu ilə dost münasibəti yarandıqdan bir müddət sonra, yəni 2002-2003-cü illərdə Əfqanəyə ingilis dili biliklərini inkişaf etdirmək istədiyini bildirmiş, Əfqanə isə cavabında sonuncunun ingilis və başqa xarici dilləri bilən bacısı olduğunu ona demiş, o da öz növbəsində bacısını onunla tanış etməyi xahiş etmişdir. Bir müddət sonra o, Əfqanəgilin evinə getməyə və Əfqanənin bacısı Təqsirləndirilən şəxs ingilis dili dərslərini almağa başlamışdır. Bu zəmində o, Əfqanə və Nəzakətin iki qardaşı, habelə anası və atası ilə tanış olmuş və təxminən 6 ay sonuncuların evinə gedərək pul müqabilində Təqsirləndirilən şəxs ingilis dili dərslərini almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Avropa yönümlü fikirləri olmuş, ingilis və italyan dillərini bilmiş, Avropada təhsilin davam etdirmək niyyətində olmuşdur. Rusiya ilə bağlı isə hər hansı fikri olmamışdır. Bundan sonra, onların dostluq münasibəti yaranmış, Təqsirləndirilən şəxs bacısı Əfqanə onu həmin vaxt gələcək həyat yoldaşı ilə tanış etmişdir. Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvləri 2005-ci ildə onun toyunda da iştirak etmişlər, Nəzakəti onun anası belə şəxsən tanımışdır. Təxminən 2006-cı ildə Təqsirləndirilən şəxs ona ləğv olunmuş keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmətə başladığını bildirmiş, 2016-cı ildə də xidmətdən ehtiyata buraxılması barədə xəbəri də Təqsirləndirilən şəxs ona özü bildirmişdir. Uzun müddət ailəvi olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, xidmətdən ehtiyata buraxılandan sonra və boşanandan sonra belə Təqsirləndirilən şəxs rus yönümlü çıxışlarını görməmişdir. Ancaq koronavirus pandemiyası müddətində, yəni təxminən 2021ci ilin birinci yarısında “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs birdən-birə Rusiya yönümlü statuslar paylaşmağa başlamış, bununla bağlı o, Təqsirləndirilən şəxs sual verdikdə sonuncu Azərbaycanda kifayət qədər qərb yönümlü qüvvələrin olduğunu, ancaq rus yönümlü şəxslərin çox az olduğunu və o səbəbdən Rusiya Federasiyasında olan ekspertlərlə əməkdaşlığa başladığını, müəyyən təbliğat aparacağını və ümumiyyətlə maddi vəziyyətinin yaxşı olmadığını, Rusiyadan pul vəsaitləri aldığını və ona görə də əməkdaşlığa başladığını ona bildirmişdir. 2021-ci ilin təxminən ikinci yarısında Təqsirləndirilən şəxs qızı Nigar ilə onun evinə qonaq gəlmiş, sonuncu ilə söhbət əsnasında Təqsirləndirilən şəxs maddi vəziyyətinin yaxşı olmadığını dəfələrlə vurğulamış, sonra Rusiyadan olan dostları, yəni həmin ekspertlər tərəfindən bir dəfə pul vəsaitinin göndəriləcəyini ona deyərək, boşandığını, keçmiş ərindən aliment aldığını, özünün adına pul vəsaitlərinin göndəriləcəyi təqdirdə alimentlərdən məhrum ola biləcəyini bildirərək Rusiyadan olan ekspert dostları tərəfindən göndərilən pul vəsaitlərinin onun adına göndərilməsini xahiş etmişdir. O da uzun müddətli tanışlığı, habelə Təqsirləndirilən şəxs qızı Nigara yazığı gəldiyindən həmin təkliflə razılaşmışdır. İlk dəfə ona 2021-ci ilin ikinci yarısında 800 ABŞ dolları miqdarında olan pul vəsaiti göndərilmiş və o çalışdığı İqtisad Universitetinin yanında yerləşən «Premium Bank»ın filialından, “Zolotaya Korona” sürətli pul köçürmələri vasitəsilə göndərilən 800 ABŞ dollarının ekvivalenti olan 1352 AZN pulu götürmüş, o barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu İqtisad Universiteti ilə üzbəüz olan dönərxananın yanına gəlmiş və o, orada 1352 manat pulu ve çeki Təqsirləndirilən şəxs təhvil vermişdir. Ancaq sonrakı aylarda da Təqsirləndirilən şəxs ona zəng etməyə və inandığı tək adamın o olduğunu bildirərək, pul vəsaitlərinin onun adına göndərilməsinə razılıq bildirməsini xahiş etməyə başlamış, onun Təqsirləndirilən şəxs yazığı gəldiyindən və hər dəfə maddi vəziyyətinin pis olduğu barədə gileylərindən dolayı Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 2021-ci ilin ikinci yarısından 2023-cü ilin iyul ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs Rusiyada olan dostlarından demək olar ki, hər ay (2022-ci ildə iki ay istisna olmaqla) 800 ABŞ dolları pul məbləği Gennadiy Fedorçenko adlı şəxsdən onun adına göndərilmiş, o da əvvəl «Premium Bank»dan, sonra isə «Bank Respublika»dan həmin pul vəsaitlərini nağdlaşdırıb yuxarıda qeyd etdiyi şəkildə Təqsirləndirilən şəxs təhvil vermişdir. İlkin vaxtlarda pul vəsaitləri «Zolotaya Korona» sürətli pul köçürmələri vasitəsilə göndərilirdisə, sonradan həmin pul vəsaitləri «Kontakt» sürətli pul köçürmələri vasitəsilə göndərilməyə başlanmış, hər hansı dəyişikliyə baxmadan o, hər dəfə pul vəsaitini götürüb Təqsirləndirilən şəxs çatdırmışdır. 2021-ci ilin təxminən sonlarında Təqsirləndirilən şəxs ilə növbəti görüş zamanı, sonuncu ona Rusiyadakı dostlarının tapşırığı ilə “Youtube” şəbəkəsində “Alfa TV” adlı kanal yaratdığını, kanalın Rusiyadan göndərilən və onun tərəfindən qəbul edilib Təqsirləndirilən şəxs çatdırdığı pul vəsaitləri əsasında fəaliyyət göstərdiyi barədə söhbət etmiş, lakin Təqsirləndirilən şəxs mənzilinin kirayə pulunun da həmin puldan ödədiyindən, həmin 800 ABŞ dolları pulun kifayət etmədiyini ona demişdir. O, 2023-cü ilin iyul ayında artıq boşandığından Təqsirləndirilən şəxs ilə növbəti görüşündə sonuncuya keçmiş həyat yoldaşına aliment verdiyini və adına göndərilən pul vəsaitlərinin düzgün başa düşülməyəcəyini vurğulayaraq bundan sonra pul vəsaitlərini qəbul edib Təqsirləndirilən şəxs verə bilməyəcəyini vurğuladıqdan sonra, 2023-cü ilin iyul ayından Təqsirləndirilən şəxs o barədə ona müraciət etməmişdir. Son 2-3 ildə Təqsirləndirilən şəxs tam dəyişərək rus yönümlü fikirlər səsləndirməyə, “Youtube” sosial şəbəkəsində “Alfa TV” adlı kanal yaradaraq orada Rusiya yönümlü verilişlər çəkməyə, habelə Rusiya yönümlü ekspertləri dəvət edərək onlardan müsahibə almağa başlamışdır. 2021-ci ilin sonlarında, artıq o, pul vəsaitlərini Gennadiy Fedorçenkodan alıb Təqsirləndirilən şəxs verməyə başladıqdan bir neçə ay sonra, sonuncu onun beynəlxalq münasibətlər üzrə müəllim olduğunu, həmin sahəni yaxşı bildiyini, Rusiyada yaxşı tanışlarının olduğunu, onun maddi vəziyyətinin daha da yaxşı olacağını vurğulayaraq, onu Rusiyada olan dostları, əsasən də Avrasiya Hərəkatı təşkilatının nümayəndələri ilə tanış edə biləcəyini demiş, habelə ekspert kimi Rusiyada müxtəlif konfranslarda da iştirak edə biləcəyini ona bildirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs rus dostlarının Azərbaycanda imkanlarının geniş olduğunu, hətta onun iş karyerasına belə kömək edə biləcəklərini vurğulamışdır. Lakin o, hər hansı təşkilata üzv olmaq istəmədiyini və azad ekspert kimi iştirak edə biləcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs hər 4-5 aydan bir ona həmin təklifi etmişdir. Bununla da o, Təqsirləndirilən şəxs sözlərindən sonuncunun Azərbaycanda rus yönümlü şəxslərin sayının artmasına çalışdığını və intellektual səviyyəsi daha da yüksək olan şəxsləri isə Moskva şəhərinə apararaq orada əməkdaşlıq etdiyi şəxslərlə tanış etmək istədiyini başa düşmüşdür. Hətta növbəti dəfə Təqsirləndirilən şəxs Rusiya ilə əməkdaşlığı ona təklif etdikdə o, Rusiya prezidenti Vladimir Putinə müsbət yanaşmadığını Təqsirləndirilən şəxs demiş, sonuncu isə cavabında ona “ Putini sevmək lazım deyil, ancaq tənqid etmə” sözlərini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona Aleksandr Duqinin kitabının tərcüməsi ilə bağlı müraciət etmiş və bunun müqabilində ona müəyyən məbləğdə Moskva şəhərindəki tərəfdaşlar tərəfindən pul veriləcəyini qeyd etmişdir. O, bununla razılaşmış, çünki əvvəllər də tərcümə işi ilə məşğul olmuş, Çingiz Abdullayevin bəzi kitablarını rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Lakin təxminən bir həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək Moskva şəhərindəki rəhbərlikdən tərcüməçinin X10 təşkilatının üzvü olmağının məcbur olduğunu bildirmiş, o isə dərhal bundan imtina etmiş və hər hansı təşkilata üzv olmaq niyyətinin olmadığını Təqsirləndirilən şəxs demişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, il yarım ərzində (bir neçə ay istisna olmaqla) təqsirləndirilən şəxsə pullar gəlib. Nəzakət ona pulun təşkilatdan gəldiyini bildirmişdir. Sonuncu ona Rusiyaya konfranslara gedəcəyini desə də, qonorar barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-2020-ci illərdə özünün politoloq kimi iştirak etdiyi “Lider” telekanalında yayımlanan “Panorama” verilişdən tanımış, 2023-cü ilin mart ayında “Alfa Tv”nin növbəti buraxılışların birində Təqsirləndirilən şəxs ona “Avrasiya Hərəkatı” təşkilatının Azərbaycan nümayəndəliyinin varlığı barədə məlumat verərək Azərbaycan dövlətinin o barədə məlumatlı olduğunu, yaxınlarda Hərəkatın Sumqayıt şəhərində görüşünün olacağını bildirmişdir. 2023-cü ilin aprel ayında Şahid7 ona “Facebook Messenger” vasitəsilə yazıb “Avrasiya Hərəkatı”nın görüşlərinə dəvət etmiş, lakin ilkin mərhələdə bir neçə dəvətdən imtina etdikdən sonra 2023-cü ilin may ayında Şahid7 görüş barədə təklifi ilə razılaşmış və Bakı şəhərinin Rəşid Behbudov küçəsində Mahnı teatrının yanında yerləşən kafenin zirzəmisində Şahid7 və hərəkatın digər üzvləri ilə görüşmüş, həmin görüşdə əvvəllər tanımadığı 10-12 nəfər şəxs olmuşdur. İnternet televiziyanın təşkil olunması, habelə müvafiq çəkiliş aparatların alınması və icarəyə götürülməsi üçün külli miqdarda vəsait tələb olunduğundan o, Təqsirləndirilən şəxs internet kanalı olan “Alfa tv”nin “Avrasiya Hərəkatı” təşkilatı tərəfindən maliyyələşməsini ehtimal etmiş, bundan əlavə müharibə zonasına getmək üçün dövlətdən icazə alınmalı, habelə təhlükəsizliyə zəmanət verilməli olduğundan Təqsirləndirilən şəxs müharibə gedən Donbas bölgəsinə getməsini də (ancaq Rusiya dövləti edə bilər) “Avrasiya Hərəkatının” dəstəyi ilə olması barədə ehtimalları olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Avrasiya Hərəkatı” təşkilatının hər hansı görüşünə təqsirləndirilən şəxs tərəfindən dəvət almamış, İbrahimin dəvəti ilə görüşə getmişmişdir. Korovin Bakı şəhərində keçirilən görüşlərdə olmayıb. Moskvadakı görüşlərə getmək üçün olan xərclərini Duqinin rəhbərlik etdiyi mərkəz qarşılayıb. Tədbirlər ilə bağlı pullar İbrahimə köçürülüb. Ona qonorar şəklində hər hansı məbləğdə pul göndərilməyib. İbrahimin missiyası əlavə şəxsləri təşkilata cəlb etmək olub. Nəzakət tərəfindən təlimatlandırma və ya yönləndirilmə olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1984-cü ildən sürücü işləyir, özünə məxsus «Ford» markalı ağ rəngli, 15 nəfərlik tutumu olan nəqliyyat vasitəsi ilə «Bakı-Gədəbəy» marşrutu üzrə sürücülük fəaliyyəti ilə məşğuldur. 2023-cü ilin yay aylarının dəqiq xatırlamadığı tarixində bir qadın ona zəng edərək rəfiqəsi ilə birlikdə Gədəbəy rayonuna getmək istədiyini, bunun mümkün olubolmadığını soruşmuş, o isə cavabında səhəri gün üçün tezdən saat 9-da Bakı şəhərindən çıxacağını və bir yerdə gedə biləcəyini ona bildirmişdir. Vədələşdikləri gün həmin 2 qadın taksi ilə gəlmiş və ağ rəngli maşınına əyləşmişlər. Rəfiqələrin biri dolubədənli, qara saçlı, digəri isə müqayisədə nisbətən arıq, açıq sarı saçlı Təqsirləndirilən şəxs adlı qadın olmuşdur. O çox söhbətləşən adam olmamış, ancaq yolları uzun, yəni təxminən 7 saat çəkdiyindən, o 1-2 dəfə həmin 2 qadınla söhbətləşmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona jurnalist olmağını və bir neçə günlük sanatoriyaya istirahətə getməklərini demişdir. Gədəbəy rayonuna çatmağa az qaldıqda açıq saçlı qadın, yəni Təqsirləndirilən şəxs ona müraciət edərək şəxsiyyət vəsiqəsinin evdə qaldığını və ona Rusiyadan pul gələcəyini, mümkün olduqda onun şəxsiyyət vəsiqəsi ilə həmin Rusiyadan gələn pulun götürə bilib-bilməyəcəyini soruşmuş, o isə cavabında nə lazımdısa edə biləcəyini və Gədəbəyin qonaqpərvər olduğunu Təqsirləndirilən şəxs adlı şəxsə bildirmişdir. Gədəbəy şəhərinə çatdıqda o və 2 qadın «Kapital Bank»ın Gədəbəy filialına yaxınlaşmış, hər iki rəfiqə bankın filialına daxil olmuş, o isə maşında onları gözləmişdir. Bir müddət sonra onlar maşına qayıtmış və Təqsirləndirilən şəxs pulu ancaq poçtdan götürməyin mümkün olacağını ona demişdir. O da Təqsirləndirilən şəxs poçtun artıq bağlı olduğunu və pul vəsaitini səhəri gün üçün götürə biləcəyini bildirmiş və onun qızı qadınlara öz nömrəsini vermişdir. Sonra onlar şəhərin mərkəzində maşından düşmüşlər, yol pulu kimi ona verilməli olan 30 AZN isə Təqsirləndirilən şəxs yox, digər qara saçlı qadın vermişdir. Həmin günün səhəri, Təqsirləndirilən şəxs və onun rəfiqəsindən qızına sms yazılmış və pulun götürülməsi üçün şəhərin mərkəzində görüşmək təklif edilmişdir O və həmin 2 qadın görüşüb poçta getmişlər. O Təqsirləndirilən şəxs ilə poçta daxil olmuş, sonuncu poçtda işləyən qadına yaxınlaşmış və pul barədə maraqlanmışdır. Sonra o öz şəxsiyyət vəsiqəsini poçtda işləyən qadına vermiş, biraz sonra isə poçtda işləyən qadın ona sənəd vermiş, o sənədi imzalamış və sonra qadın dəqiq yadında olmayan, ancaq təxminən 600-900 AZN miqdarında olan pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ona etdiyi yaxşılıq müqabilində 16-18 manat pul vermişdir. Təqsirləndirilən şəxs poçtdan çıxandan sonra onun maşınına minmiş və o, Təqsirləndirilən şəxs və onun rəqfiqəsini şəhərin mərkəzində maşından düşürmüşdür. Bundan sonra o bir də Təqsirləndirilən şəxs və onun yanında olan qara saçlı qadını görməmişdir. O Gədəbəy rayon poçtundan əldə etdiyi və Təqsirləndirilən şəxs götürdüyü pul barədə məlumatı həmin poçt məntəqəsindən əldə edib könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid7 ifadəsində göstərmişdir ki, politoloq Təqsirləndirilən şəxs təşkilatın rəhbərliyi ilə o, tanış etmişdir. Bir müddət sonra Nadir Qocabəylidən öyrənmiş ki, Təqsirləndirilən şəxs ləğv olunmuş keçmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib. O, aldığı həmin məlumatı Korovinə ötürmüşdür. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yuri ona “Telegram” tətbiqi vasitəsilə yazmış və Donbas şəhərində çəkilişlər aparmaq, habelə orada olan hadisələri Rusiya tərəfindən işıqlandırmaq məqsədilə bir jurnalistin tapılmasını tapşırmışdır. Bununla bağlı olaraq axtarışlara başlamış, lakin o tapşırıq gec, yəni cəmi gedişə 2-3 gün qalmış deyildiyindən həmin məsələni həll edə bilməmiş. Bununla yanaşı Təqsirləndirilən şəxs rus dilində sərbəst danışa bilib-bilməməsi barədə sualına da “yəqin ki yaxşı bilir” cavabını vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində yazmış və “Avrasiya Hərəkatı” təşkilatının tədbirinə getmək istəyibistəməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs Valeri Korovini tanıdığını və həmin tədbirdə iştirak etmək istədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Korovinin «Telegram» sosial şəbəkəsindəki “adını” göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs “Avrasiya Hərəkatı” təşkilatı ilə hər hansı işləri görüb-görməməsi barədə xəbəri olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi sosial şəbəkələrdən və çıxışlarından tanıyır. Təqsirləndirilən şəxsə pul ödənilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, «ATV» kanalında rejissor və prodüser, «ARB» telekanalında rejissor və prodüser işləmiş, hazırda isə «X26»da efir rejissoru vəzifəsində işləyir. Əlavə olaraq o müxtəlif şəxslərlə və qurumlarla işləyərək, yəni onlar üçün proqramlar montaj edib rejissorluq etməklə göstərdiyi xidmətlər üçün əlavə məbləğlər alır. Əməkdaşlıq etdiyi şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs 2021-ci ildən tanımış, sonuncu onun işlədiyi «Səs» Media Qrupa gələrək müxtəlif verilişlərdə iştirak etmiş və həmin əsnada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun işlədiyi kanala gələndə “Youtube” şəbəkəsində işlətdiyi “Alfa TV” kanalı barəsində onunla danışmış, növbəti dəfə “Səs” media qrupa verilişə politoloq qismində gələndə ona müraciət etmiş, verilişlərinin montajı ilə bağlı problemləri olduğunu və köməklik lazım olduğu barədə ondan xahiş etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona mobil nömrəsin verərək “City Mail” adlanan ünvanda yerləşən studiyasına dəvət etmişdir. Təqsirləndirilən şəxs oradakı ofisi 150-200 manat icarəyə götürmüş, internet üçün 20 azn, tullantıların atılması üçün isə 10 manat pul verirmiş. O “City Mail” adlanan yerə getmiş və baxış keçirərək avadanlığın az olması barədə Təqsirləndirilən şəxs məlumat vermiş, habelə onunla aylıq əmək haqqı olan 300 manat pul məbləğinə razılaşmışlar. Daha sonra o 2022-ci ilin iyun ayından Təqsirləndirilən şəxs ilə əməkdaşlığa başlamış, ancaq sonuncu ayda ona 150-200 manat pul verirmiş. Ümumilikdə Təqsirləndirilən şəxs ona 2022-ci ilin iyun ayından 800-900 manat pul vermişdir. Təqsirləndirilən şəxs bir çox hallarda yaratdlğı “Alfa TV” kanalı barədə yüksək fikirdə olduğunu və perspektivdə böyük planlarının olması barədə danışırmış. Ümumilikdə, hazırlanan verilişlərdən o görürmüş ki, həmin internet kanal Rusiya yönümlü kanaldır. Hətta bir dəfə o “Alfa tv” kanalında Rusiyanın Ukraynaya hərbi təcavüzü barədə özü xəbər paylaşmış, lakin Təqsirləndirilən şəxs tez ona zəng edərək hirsli şəkildə ona həmin videonu silməyi tapşırmış, çünki həmin videodan Rusiya ordusunun işğalçılıq siyasəti görünürmüş. Bundan əlavə Təqsirləndirilən şəxs vurğulamışdır ki, Rusiya Federasiyasının maraqlarına toxunan, onun əksinə gedən, Rusiyanı pisləyən və Rusiya ordusuna xələl gətirən hər hansı paylaşımlar olmasın. Ümumilikdə “Alfa Tv” kanalında Rusiya yönümlü videolar, reportajlar, Təqsirləndirilən şəxs Donbass və Luqansk şəhərində olarkən çəkdiyi videolar, habelə Rusiyanın işğal etdiyi və öz ərazisinə daxil etdiyi Ukrayna şəhərlərinin Rusiyaya birləşməsi ilə bağlı Qırmızı meydanda keçirilən tədbir və Rusiya prezidenti Vladimir Putinin çıxışı, azərbaycanlı tələbələrin Rusiyaya gedib orada təhsil alması, bunun yolları və ayrı-ayrı politoloqlarla Rusiyanın nüfuzunu qaldıracaq müxtəlif müsahibələr yer almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, “Facebook” sosial şəbəkəsində olan hesabının dostluq bölməsində qeyd olunmuş «Təqsirləndirilən şəxs» adlı hesabdan ona dostluq göndərilmiş, 2022-ci ilin fevral-mart aylarında Təqsirləndirilən şəxs ona yazaraq Rusiya-Ukrayna müharibəsi barədə müsahibə götürməklə bağlı təklif edərək əlaqə saxlamışdır. Daha sonra o Təqsirləndirilən şəxs Bakı şəhərində 3 mikrorayon ərazisində yerləşən ofisinə getmiş və orada başqa bir operatorun da Təqsirləndirilən şəxs yanında olduğunu görmüşdür. Sonuncu özünü jurnalist kimi təqdim etmiş və özünü Rusiyayönümlü jürnalist kimi göstərmişdir. Ümumilikdə, həmin ofisdə 3 dəfə olaraq müsahibələr vermiş, bütün müsahibələr Rusiya barəsində olmuşdur. Təqsirləndirilən şəxs ona Rusiyada olan tanışları ilə görüşməyi təklif etmiş, özünün tanıdığı alimlərin olduğundan təklif olunan görüşə ehtiyacı olmadığını bildirmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər istəsə onu Duqinlə tanış edə bilər. Təqsirləndirilən şəxslə aralarında Azərbaycan əleyhinə heç bir danışıq olmayıb. Ona sonuncu tərəfindən hər hansı təlimat verilməyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında xidməti ərazidə olarkən bir nəfər ona yaxınlaşmış və xidməti vəsiqəsini ona təqdim edib Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğu bildirərək «Melissa park» yaşayış kompleksində olan mənzillərdən birində məhkəmənin qərarı əsasında baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O da həmin əməkdaşa ünvanda keçiriləcək baxışda iştirak etməyinə könüllü olaraq razılığını bildirdirmiş və onunla birlikdə həmin ünvana yollanmışdır. Bir qədər sonra o baxış keçirilən ünvana - Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi,192 ünvanında yerləşən «Melissa park» yaşayış kompleksinin ərazisindəki binanın 9-cu mərtəbəsindəki 5 saylı mənzilin qarşısına gəlmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı həmin mənzilin qapısını döydükdən sonra, qapını sonradan adının Nəzakət, soyadının Məmmədova olduğunu bildiyi bir qadın açmış, DTX əməkdaşı xidməti vəsiqəsini ünvan sahibinə göstərmiş, DTX əməkdaşı baxış keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu məhkəmə qərarı ilə tanış olaraq heç bir əsas və səbəb göstərmədən qərarla tanış olması barədə qeydlər və imza etməkdən imtina etmişdir. Bundan sonra DTX əməkdaşı ev sahibinə və hal şahidi kimi ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra DTX əməkdaşı ev sahibinə yaşadığı ünvanda qanunsuz hər hansı əşya və sənədin olduğu təqdirdə onları könüllü təqdim etməyi təklif etmiş, ev sahibi yaşadığı evdə heç bir qanunsuz əşya və predmetlərin, sənədlərin olmadığını bildirmiş və yalnız bundan sonra baxış başlanmışdır. Baxış təzə başlamışdır ki, ev sahibi Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparmağa başlamış, yəni bəzi evdə olan əşyaları sındırmağa başlamış, bu hərəkətlərini dayandırması, səbrli olması barədə dəfələrlə ona edilmiş xəbərdarlığa məhəl qoymamışdır. Bu səbəbdən DTX əməkdaşının dəvəti ilə həmin ünvana binanın komendantı İlqar adlı şəxs gəlmiş və sonuncuya da hüquq və vəzifələri izah edildikdən sonra mənzildə baxış davam etdirilmişdir. Baxış zamanı mənzildən 01 ədəd “Samsung” SMT 295 markalı planşet, 01 ədəd ’’Samsung Galaxy A 50” markalı mobil telefon aşkar edilmişdir. Mənzildən başqa heç nə aşkar edilməmişdir. Baxışın sonunda baxışın keçirilməsi barədə protokol tərtib olunmuş, o və baxışda iştirak edən digər şəxslər baxış protokolunu oxumuş, orada yazılanların doğru və düzgün olduğunu əmin olduqdan sonra protokolu imzalamışlar. DTX əməkdaşı baxışda aşkar edilmiş əşyaları qablaşdırmış və möhürləyərək götürmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə təxminən 2010-cu ildə ləğv edilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında tanış olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Akademiyaya imtahan vermək üçün gəlmiş, Təqsirləndirilən şəxs ilə söhbət etdiyi zaman sonuncu Bakı Dövlət Universitetinin dissertantı olduğu barədə ona məlumat vermiş, Təqsirləndirilən şəxs ona köməklik göstərə biləcəyini demiş, hətta ona bəzi ədəbiyyatları tövsiyə edərək özünün Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs çox ağıllı və bilikli şəxs olduğunu düşünərək həmin vaxtdan sonuncu ilə münasibət saxlamağa başlamışdır. Həmin il Təqsirləndirilən şəxs ləğv olunmuş MTN-nin digər əməkdaşı ilə toy mərasimi olmuş, Təqsirləndirilən şəxs onu da həmin mərasimə dəvət etmişdir. 2010-2015ci illər ərzində onun Təqsirləndirilən şəxs ilə hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs 2015-ci ildə boşanandan sonra onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, telefonu götürdükdə zəng edənin Təqsirləndirilən şəxs olduğunu bilmiş və sonuncu onu görüşə çağırmışdır. O, Təqsirləndirilən şəxs ilə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs öz uğursuz ailə həyatı barədə ona danışmış və o zaman onun Təqsirləndirilən şəxs yazığı gəlmişdir. 2016-cı ildə Təqsirləndirilən şəxs öz ərizəsilə tutduğu vəzifədən azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onu tez-tez görüşə çağırmış, lakin vaxtı az olduğu üçün onunla görüşə bilməmişdir. Sonrakı vaxtlarda Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə bağlı ona ayrı-ayrı sənədlərin tərtibatında kömək edə biləcəyini təklifinə razılığını bildirmişdir. 2018-ci ilin avqustunda o, Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasının Ankara şəhərinə getmişdir. Orada Təqsirləndirilən şəxs Ramin adlı tanışı olmuş, bütün səfərin maliyyəsi onun tərəfindən həll olunmuş, lakin o, Raminlə danışan zaman Ramin ona Təqsirləndirilən şəxs kiməsə zəng etməsi və sonuncunun hesabına pulun göndərilməsi barədə məlumat vermişdir. Ancaq o, Təqsirləndirilən şəxs heç yerdə işləmədiyini və maliyyə vəziyyətinin yaxşı olmadığını bilmiş, Təqsirləndirilən şəxs pulları haradan alması barədə məlumatı olmamışdır. Həmin səfər zamanı Təqsirləndirilən şəxs ilə sözü düz gəlmədiyindən və sözləşdiyindən özü tək Bakı şəhərinə qayıtmış, ondan sonrakı uzun müddətdə Təqsirləndirilən şəxs ilə hər hansı əlaqəsi olmamışdır. 2019-cu ildən o, yenidən Təqsirləndirilən şəxs ilə görüşməyə başlamış, daha təcrübəli olduğundan sonuncu ona əmək fəaliyyətində kömək etmiş və müəyyən xidməti işləri üzrə məlumatların alınma qaydaları barədə mühazirələr vermişdir. Təxminən 2021-ci ildə Təqsirləndirilən şəxs ilə görüşlər zamanı sonuncu ona Rusiyadan qrant əldə etdiyini və Rusiyaya səfər etdiyini demişdir. Təqsirləndirilən şəxs ondan Dövlət Təhlükəsizli Xidmətinin bəzi əməkdaşları barədə maraqlanmış, ancaq o, ehtiyatlanaraq DTX əməkdaşları barədə ona dəqiq məlumat verməmişdir. 2022-ci ildə Təqsirləndirilən şəxs ilə sonuncunun Bakı şəhərinin Dərnəgül ərazisində kirayəyə götürdüyü mənzildə növbəti görüşləri zamanı Təqsirləndirilən şəxs ona Rusiyadan Sputnik adlı qurumdan Moskva şəhərinə dəvət alması, Moskva şəhərində keçirilən konfranslarda iştirak edəcəyi barədə məlumat vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə görüş zamanı sonuncu ona Moskva şəhərində təşkil olunan geosiyasi konfranslarda iştirak etdiyini, Rusiya Federasiyası ilə dərin əlaqələr qurduğunu, oradan qrantlar alacağını, ondan əlavə orada Yaşa Paşayeviç adlı şəxslə tanış olduğunu, sonuncuya işində köməklik etdiyini və həmin şəxsdən də pullar aldığını bildirmiş, Moskva şəhərində çəkilən şəkilləri ona göstərmiş, bütün şəkillərdə Təqsirləndirilən şəxs tək olmuşdur. Hətta o, həmin şəkillərin kimin tərəfindən çəkildiyini Təqsirləndirilən şəxs soruşduqda, sonuncu ona şəkillərin yoldan keçən şəxslər tərəfindən çəkildiyini bildirmişdir. 2021-ci ildə Təqsirləndirilən şəxs ona xidmətdən təqaüdə çıxandan sonra bir yerdə işləməyi, Rusiyada olan dostlarının köməkliyi ilə regionlararası təhlil mərkəzi yaratmağı, Rusiyada lazımi əlaqələrinin olması, kifayət qədər qrantlar əldə edə biləcəyini və külli miqdarda pul əldə edərək müxtəlif ölkələri gəzə biləcəyini təklif etmiş, o, cavabında təhlil işini yaxşı bilmədiyini deyəndə isə, Təqsirləndirilən şəxs onun ingilis dilini yaxşı bildiyini və bu işdə kömək edə biləcəyini demişdir. Hər dəfə məzuniyyətə çıxanda Təqsirləndirilən şəxs birlikdə Moskva şəhərinə getməyi, özünün konfranslarda iştirak edəcəyi vaxt Moskva şəhərini gəzməyi ona təklif etmişdir. O Təqsirləndirilən şəxs müalicəsi ilə bağlı gedə biləcəyini, ancaq Moskva şəhərini tək gəzə bilməyəcəyini, yalnız Təqsirləndirilən şəxs ilə bir yerdə gəzmək istədiyini, Moskva şəhərini yaxşı tanımadığını bildirmiş, bunun cavabında Təqsirləndirilən şəxs orada başqa işlərinin olduğunu, konfransda iştirak edərək görüşəcəyi adamların olduğunu, hətta ona həmin konfransda dinləyici kimi iştirak edə biləcəyini, kifayət qədər maariflənəcəyini, biliklərə yiyələnəcəyini təklif etmiş, o isə bu barədə həqiqi hərbi xidmətdə olduğu iş yerində DTX-ə məruzə etməli olduğunu demiş, sonuncu fikirləri eşidən kimi Təqsirləndirilən şəxs ona etdiyi həmin təklifindən imtina edərək məruzəyə ehtiyac olmadığını və tək gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq Rusiyanın Azərbaycandakı səfirliyinə dəvət edərək maariflənmək məqsədilə səfirlikdə görüşlərdə iştirak etməyi ona təklif etmiş, lakin o, hər dəfə DTX-nin əməkdaşı olduğunu, bunun mümkünsüz olduğunu Təqsirləndirilən şəxs bildirdikdə sonuncu onun “qorxaq” adlandırmışdır. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Həsən bəy ünvan 6 ünvanında yerləşən «Melissa park» yaşayış kompleksinin ərazisindəki binanın 9-cu mərtəbəsində olan 5 saylı mənzilinə keçirilmiş 17 oktyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə yaşadığı ünvanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin ünvana məhkəmə qərarı əsasında keçirilmiş baxış zamanı oradan dövlətə xəyanət cinayət əməli üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan “Samsung” SMT 295 markalı 01 ədəd planşet, ’’Samsung Galaxy A 50” markalı 01 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsinin 17 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlətə xəyanət cinayət əməli üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan “Samsung Galaxy A12” markalı mobil telefon həmin gün istintaq orqanfına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən istintaqa daxil olunmuş 12 iyun 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə məxfi əməkdaşlıq edərək Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə tapşırıqlar vermiş, «X8»nın (BAH) Azərbaycan üzrə nümayəndəliyinin kuratoru X11 Rusiya Federasiyasının xüsusi xidmət orqanının əməkdaşıdır. Yuri Xoroşevskinin Azərbaycan Respublikası vətəndaşları ilə agentura münasibətlərinə dair ictimai fəaliyyətlə məşğul olmasına baxmayaraq, sosial şəbəkə hesablarının olmaması, ailə üzvlərinə və yaxınlarına iş yeri, eləcə də faktiki məşğuliyyəti ilə bağlı məlumat verməməsi, BAH-ın üzvlərindən olan əlaqələri ilə apardığı yazışmaları dərhal silməsi və həmsöhbətlərinə də bu barədə tapşırıq verməsi, müvafiq tapşırıqlarının yerinə yetirilməsi müqabilində göndərdiyi maliyyə vəsaitinin mənşəyini gizlətmək məqsədilə Yuri Xoroşevskinin Azərbaycandakı əlaqələri üçün Rusiya banklarına məxsus kartların əldə edilməsinə şərait yaratması, konspirasiya məqsədilə adının telefon kitabçalarına azərbaycanlı adı ilə qeyd olunmasını tapşırması onun xüsusi xidmət orqanının əməkdaşı olmasına dəlalət edən faktorlardandır. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən 17 oktyabr 2023-cü il tarixdə istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs yazışmalarının olduğu diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz mobil telefonundan «X8»nın əməkdaşı Natalya Makeyeva ilə əvvəlcədən razılaşdırılmış konspirasiya qaydalarına uyğun danışıq aparmış, Natalya Makeyevaya mobil telefonundan bütün məlumatları silməsi barədə məlumat vermiş, özünün işlədəcəyi digər nömrəni isə Natalya Makeyevaya ötürmüşdür. Sonuncu ilə danışığının dinlənilməsindən şübhələnmiş, həbsdə olan «X8»nın üzvləri Şahid7 və İbrahim Hümbətov barədə özündə olan məlumatları Natalya Makeyevaya çatdırmışdır. Təqsirləndirilən şəxs xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevski ilə əlaqəyə keçərək pul vəsaitlərinin göndərilməsi ilə bağlı rekvizitləri də ötürəcəyi barədə Natalya Makeyevaya məlumat vermişdir. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən 17 oktyabr 2023-cü il tarixdə istintaqa təqdim etdiyi diskə keçirilmiş 19 oktyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə xarici xüsusi xidmət orqanının əməkdaşı X5, onun əlaqəsi Gennadi Fedorçenko və Təqsirləndirilən şəxs anası Səhərgül Tağıyeva ilə danışıqlar vardır. Həmin danışıla həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında tanışına məxsus mobil telefon nömrəsindən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat attaşesi Alina Zolotaryovaya zəng edərək Dövlət Təhlükəsizliyi Xidmətində «X8»nın üzvləri Şahid7 və İbrahim Hümbətovla bağlı aparılan cinayət işi barədə məlumat vermiş, konspirasiya qaydalarına uyğun olaraq növbəti dəfə taksofondan zəng edəcəyini, habelə həmin danışıq zamanı özünü şərti olaraq “tanış adam” kimi təqdim edəcəyi barədə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs “X8” təşkilatının dəvəti və maliyyə dəstəyi ilə 2023-cü ilin sentyabr ayında “Cənubi Qafqazın geosiyasəti. ABŞ- Rusiya rəqabəti” adlı konfranslarda iştirak adı altında Rusiya Federasiyasının Moskva şəhərinə səfərində xarici xüsusi xidmət orqanı əməkdaşı Yuri Xoroşevski ilə danışıqlarda Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, fəlsəfə üzrə elmlər doktoru Şahid10, habelə politoloq Şahid8 “X8” təşkilatının maliyyə dəstəyi ilə Moskva şəhərinə apararaq xüsusi xidmət orqanının nümayəndəsi və təşkilatın rəhbər şəxsləri ilə görüşdürmək barədə sövdələşmiş, onların barəsində olan məlumatları Yuri Xoroşevskiyə təqdim etmiş, eləcə də “X8” təşkilatının qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçməyən Azərbaycan Respublikasında olan nümayəndəliyinin rəhbərləri kimi fəaliyyət göstərən və hazırda həbsdə olan Şahid7 və İbrahim Hümbətov barədə məlumatları xüsusi xidmət orqanının nümayəndəsinə ötürərək sonuncuların həbsdən azad olunmalarına nail olmaq məqsədilə ölkə rəhbərliyinə hansı üsullarla “təzyiq” göstərməyin daha səmərəli olacağı barədə fikir mübadiləsi aparmış, həbsdə olan şəxslərin ailəsi, media, habelə beynəlxalq ictimaiyyət vasitəsilə ibtidai istintaqın gedişinə təsir göstərilməsi ilə bağlı tapşırıqlar almışdır. X15 Həsənov və İbrahim Hümbətovun həbsdən azad olunması üçün “X8” təşkilatının vasitəsilə Rusiya Federasiyasının Prezident Administrasiyasına müraciət edilməsi, bundan əlavə, həbsdə olan şəxslərlə bağlı maliyyə məsələləri həll olunandan sonra Fransa vətəndaşı olan amerikalı vəkilin cinayət prosesinə qoşulacağı barədə məlumat vermişdir. Görüşlər zamanı Təqsirləndirilən şəxs konspirasiya qaydalarına riayət edilməsinin zəruriliyi, şərtləşmiş ikitərəfli əlaqə üsulları, pul vəsaitlərinin göndərilməsi və nağdlaşdırılması yolları barədə Yuri Xoroşevskiydən təlimatlar almışdır. Bundan başqa Təqsirləndirilən şəxs Yuri Xoroşevski ilə söhbət zamanı Azərbaycanda ölkə rəhbərliyində kimin olmasından asılı olmayaraq, Rusiyanın nüfuzunun və Avrasiya ideyalarının təbliği ilə məşğul olacaqlarını və Qafqazın yeganə “yiyəsi”nin Rusiya olduğunu vurğulamış, Təqsirləndirilən şəxs isə cavabında tezliklə öz dövlətlərinin yaradılacağına ümid etdiyini bildirmişdir. Həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs Moskva şəhərinə getməzdən əvvəl həmin səfər zamanı “X8” təşkilatı vasitəsilə Rusiya Federasiyasının Prezident Administrasiyasının əməkdaşlarına Azərbaycan Respublikasının rəhbərliyinin onlarla “ikili oyun” oynaması fikirlərini çatdırmaq üçün görüşmək və bununla bağlı müvafiq tədbirlərin görülməsinə nail olmaq üçün müzakirələr aparmaq barədə sövdələşməsi də qeydə alınmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs xarici xüsusi xidmət orqanı əməkdaşı Yuri Xoroşevskidən müvafiq tapşırıq almış, sonuncu mobil telefonda onun adını başqa adla və ya “Ramil Mamedov” kimi qeydə alınması ilə bağlı tapşırıq verərək konspirasiya qaydalarına riayət etməyin zəruriliyi qeyd etmiş, bir müddət əvvəl həbs olunan Şahid7 və İbrahim Hümbətovun yazışmaları silmədikləri səbəbindən hazırda çətin vəziyyətdə olduqlarını demişdir. Təqsirləndirilən şəxs ona verilən tapşırıqların icrası ilə bağlı növbəti dəfə xarici xüsusi xidmət orqanı əməkdaşı Yuri Xoroşevski ilə əlaqə zamanı sonuncuya “salam, yoldaş Mamedov” ifadəsi ilə müraciət etmiş, Bakı şəhərinə yola düşərkən isə Təqsirləndirilən şəxs mobil telefonunun götürülməsindən qorxaraq xarici xüsusi xidmət orqanı əməkdaşına parol fikirləşməyi təklif edib “əgər hər şey yaxşı olsa “hava çox istidir” sözlərini şərti olaraq işlətməyi təklif edib sövdələşmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus və daim onun istifadəsində olmuş «X23 8.0» markalı planşetə keçirilmiş 02 noyabr 2023-cü il tarixli baxış protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətli casusluq fəaliyyətini həyata keçirmək və kənardan diqqəti cəlb etməmək məqsədilə məxfi əməkdaşlıq etdiyi xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevskinin +**********8 ad və nömrəsini planşetin yaddaşına “yuliya” adı ilə qeyd etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus və daim onun istifadəsində olmuş «Samsung Galaxy A50» markalı mobil telefona keçirilmiş 04 noyabr 2023-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, mobil telefonun yaddaşında xarici xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevskinin ad və telefon nömrəsi “+**********8” “Yura” qeydləri ilə həkk edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs sərhədkeçmə blankındakı məlumatlarla müəyyən edilmişdir ki, o xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə və casusluq etməklə qəsdən dövlətə xəyanət cinayət əməlini törətdiyi müddətdə etmişdirxarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etdiyi müddətdə Rusiya Federasiyasına çoxsaylı səfərlər etmiş, o cümlədən 07 oktyabr 2021-ci il tarixdə Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, 10 oktyabr 2021-ci il tarixdə oradan geri qayıtmış, 07 dekabr 2021 -ci il tarixdə Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, 12 dekabr 2021-ci il tarixdə ölkəyə qayıtmış, 07 iyul 2022-ci il tarixdə Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, 19 iyul 2022-ci il tarixdə ölkəyə qayıtmış, 08 sentyabr 2022-ci il tarixdə Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, 04 oktyabr 2022-ci il tarixdə ölkəyə qayıtmış, 14 dekabr 2022-ci il tarixdə Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, 16 dekabr 2022-ci il tarixdə ölkəyə qayıtmış, 18 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, 23 sentyabr 2023-cü il tarixdə ölkəyə qayıtmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X24 tərəfindən verilmiş 2997 saylı rəylə; həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunan dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Şahid5 27 yanvar 2024-cü il tarixdə istintaqa təqdim etdiyi bank çıxarışlarından görünür ki, xarici xüsusi xidmət orqanının əməkdaşı X3 göstərişi ilə maliyyə məsələləri üzrə mütəxəssis X9 tərəfindən göndərilən məbləğlərin izlərini itirmək məqsədilə “Zolotaya Korona” və “Kontakt” sürətli pul köçürmə sistemləri vasitəsilə Şahid5 adına 2022-ci ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində ümumilikdə 22,950 manat ekvivalentində olan 13500 ABŞ dolları göndərilmişdir. Cinayət işinin materiallarında olan Şahid5 könüllü olaraq təqdim istintaqa təqdim etdiyi “Samsung Galaxy” mobil telefona keçirilmiş 25 yanvar 2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxfi əməkdaşlıq etdiyi müddətdə ona verilmiş tapşırıqların icrası ilə bağlı konkret fəaliyyət göstərərək Azərbaycan Respublikasının İqtisad Universitetinin Rus məktəbinin rəis müavini Şahid5 barədə məlumatları xarici xüsusi xidmət orqanı əməkdaşına ötürmüş, nəticədə X13 Eyyubova “Salam! X25 Məmmədova məsləhət görüb. Sabah Zəngəzur koridoru ilə bağlı konfransda iştirak edə biləcəysinizmi?” məzmunlu SMS gəlmişdir. Baxış protokolu ilə Təqsirləndirilən şəxs pul vəsaitlərinin alınması izlərinin itirilməsi məqsədilə Şahid5 vasitəsilə alacağı pul vəsaitlərinin görüş və verilmə yerləri, vaxtları barədə danışıqların aparılması da müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şahid qismində dindirilmiş Şahid6 könüllü olaraq istintaqa təqdim etdiyi poçt qəbzlərinə keçirilmiş 06 fevral 2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Şahid6 16 avqust 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən poçt məntəqəsində X9 tərəfindən göndərilən 800 ABŞ dolları ekvivalentində olan 1359,4 AZN pul vəsaitini qəbul edib həmin məntəqənin ərazisində Təqsirləndirilən şəxs təqdim etmişdir. Cinayət işinin materiallarında olan 05 may 2024-cü il tarixli internet ünvana keçirilmiş baxış protokolundan görünür ki, 06 mart 2024-cü il tarixli Əks-kəşfiyyat baş idasindən daxil olan məlumat və Şahid5 ifadəsində qeyd olunduğu kimi xarici xüsusi xidmət orqanının tapşırığı və maliyyə dəstəyi ilə 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən “Youtube” şəbəkəsində yaradılmış “Alfa TV” kanalında Rusiyayönümlü şəxslərin, o cümlədən Şahid7 tərəfindən Rusiya Federasiyasının Moskva şəhərinə aparılaraq müvafiq şəxslərlə görüşdürülmüş və ya müəyyənedici məlumatları ötürülmüş Şahid8 və Təqsirləndirilən şəxs müsahibələri, habelə Təqsirləndirilən şəxs Rusiya xüsusi xidmət orqanının əməkdaşı Yuri Xoroşevskinin əlaqəsinə verəcəyi və məlumatlarının 2023-cü ilin sentyabr ayında Moskva şəhərinə səfərində sonuncuya ötürdüyü Elmlər Akademiyasının həqiqi üzvü Şahid10 müsahibələri, bununla yanaşı Rusiyayönümlü reportajlar Təqsirləndirilən şəxs tərəfindən hazırlanıb yayınlamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə-texniki ekspertizasının 5/1598 saylı rəyindən görünür ki, tədqiq olunan Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşında “+**********8” abonent nömrəsi mobil cihazın yaddaşında “Yura ” adı ilə yadda saxlanması müəyyən olunmuşdur; - Təqdim edilmiş “Samsung Galaxy A50” markalı “SM-A505FN/DS” modelli mobil smartfonun yaddaşında “**********8” abonent nömrəsinin “Öpa” adı ilə və “+**********6” abonent nömrəsinin isə “Valeriy” adı ilə yadda saxlanması müəyyən olunmuşdur; - Təqdim edilmiş “X23 A” markalı “SM-T295” modelli planşetin yaddaşında “+**********8” abonent nömrəsinin “Yuliya” adı ilə və “+**********6” abonent nömrəsinin isə ‘Valeriy” adı ilə qeydə alınması müəyyən olunmuşdur; Tədqiq olunan “X23 A” markalı “SM-T295” modelli planşetin yaddaşında olan “Whatsapp” proqram təminatında mobil smartfonun yaddaşında “Yuliya” adı ilə qeydə alınmış “+**********8” abonent nömrəsi aparılmış məlumat mübadiləsinə dair rəqəmsal izlər aşkar olunsada, həmin məlumat mübadiləsinin məzmunu müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və qeyrilərinin danışıqlarının yazıldığı və 19 oktyabr 2023-cü il tarixdə baxışı aparılmış danışıqlarla bağlı təyin edilərək keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının 09 fevral 2024-cü il tarixli 3-16-16/2-4/2086-4/2104 saylı rəyindən görünür ki, tədqiqat üçün ekspertizaya təqdim olunmuş həmin danışıqlarda Q1 səsinin - Təqsirləndirilən şəxs Məmmədova Kamran qızına aid olması müəyyən olunmuşdur. Bundan əlavə ekspertizaya təqdim olunmuş səs yazılarında situasiya ilə əsaslanmayan yarımçıq söz və ifadələr, diktorların emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlər və cümlələrarası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən məhkəmə-fonoskopik ekspertizasının 09 fevral 2024-cü il tarixli 3-16-16/2-4/2086-4/2104 saylı rəyi ilə danışıqların Təqsirləndirilən şəxs tərəfindən aparılması müəyyən edildikdən sonra iş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş məhkəmə-linqvistik ekspertizasının 08 may 2024-cü il tarixli 3-16-16/2-4/368 saylı rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təqdim olunmuş material “TextAnalyzer” universal mətn təhlili proqramı vasitəsilə statistik təhlil edilmişdir. Təqdim olunan mətndə bir dəfə işlənən (unikal) sözlər ümumilikdə mətndəki sözlərin (6307) 31%-ni, mətndə təkrarlanan sözlər 69%-ni təşkil edir. Mətnin konseptual sferası ilə bağlı təsəvvürü ortaya qoyan bu tipli ifadələrlə yanaşı, materiallarda “neqativ” məzmunla bağlı olan mənfi semantikaya malik leksemlərə də təsadüf olunur. Ekspertizaya təqdim olunan mətndə ümumi məzmun və üslub xüsusiyyətləri ilə səsləşən mənfi səciyyəli ifadələrin bir qismi daxili keyfiyyət və münasibətlərin təsviri üçün işlədilmişdir. Mətndə işlənmiş bu tipli ifadələr mənfi mənəvi dəyərlərə malik olan şəxsə şamil oluna biləcəyindən aid edildiyi obyekt haqqında mənfi rəyin formalaşmasına xidmət edir və kontekstdə mənfi məzmunun formalaşması üçün alət kimi işləndiyi müşahidə olunmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs və onun əlaqələrinin telefon danışıqları üzrə materialın linqvistik təhlilindən görünür ki, mətnlər məzmun baxımdan xüsusi xidmət orqanları əməkdaşlarının məxfi fəaliyyətinə uyğun olmaqla bu sahədə çalışan şəxslərin leksik fonduna aid olması müəyyən oluynmuşdur. Danışıqlar zamanı gizliliyin maksimum qorunması, mövzuların bu və ya digər hərbi-siyasi, habelə dövlət təhlükəsizliyi, xüsusi halda kəşfiyyat xarakterli məsələlər ilə bağlı olması daha çox diqqəti cəlb etmişdir. Tədqiq olunan materialda Təqsirləndirilən şəxs hətta öz anası ilə danışarkən belə səsin yazılacağından, mesajlarının sonradan ələ keçməsindən ehtiyat etdiyini görmək mümkündür. Təqsirləndirilən şəxs hər bir addımını həmkarı ilə məsləhətləşməsi, onun fikrini öyrənməsi, verdiyi təlimatlara uyğun hərəkət etməsi, ondan tapşırıq alması göstərir ki, bu şəxslə arasında iyerarxik məqamları əks etdirən əməkdaşlıq münasibəti mövcuddur. Həmçinin, Təqsirləndirilən şəxs azərbaycanlılarla ehtiyatlı davranması (məsələn, ona telefon satan oğlanın azərbaycanlı olmasını pis hesab etməsi), çətin vəziyyət yaranarsa qanunsuz əldə etdiyi Rusiya pasportundan, bu ölkənin vətəndaşı olmasından sui-istifadə etməklə Azərbaycan dövləti qarşısında məsuliyyətdən yayınması, həmkarı ilə danışıqlarda yalnız Rusiyanın mənafeyinə xidmət edən mövqedən çıxış etməsi (X20, Böyük Pyotr kimi dövlət rəhbərlərinin geosiyasi vəzifəsinə istinad edilməsi), bununla belə Azərbaycan haqqında neqativ informasiyalar ifadə etməsi Təqsirləndirilən şəxs Rusiya Federasiyasına məqsədyönlü ehtiramının bariz nümunələridir. Beləliklə məhkəmə-linqvistik ekspertizasının 20 fevral 2024-cü il tarixli 3-16-16/2- 4/368 saylı rəyinin nəticə hissəsi ilə aşağıdakılar müəyyən edilmişdir: Ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda mətnin məzmununa görə şəxslər arasında müəyyən iyerarxik məqamları əks etdirən əməkdaşlıq münasibəti müşahidə olunur; Tədqiqata təqdim edilmiş mətndəki sözlərdən məqsədyönlü şəkildə istifadə edilərsə, bu halda söhbətin Rusiya Federasiyasının xüsusi xidmət orqanlarından getdiyi qənaətinə gəlmək olar; Tədqiqata təqdim edilmiş mətnin məzmununa görə şəxslər arasında informasiya alınması-ötürülməsi əlamətləri müəyyən edilir. Materiala əsasən, bu “mübadilə”nin Rusiya Federasiyasnın mənafeyinə uyğun olduğunu söyləmək mümkündür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə özünü təqsirli bilməməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, sonuncunun sağlamlıq vəziyyətini, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulatov kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2013-cü il təvəllüdlü uşağı X6 atipik autizm diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsiyini onun cəzasının ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 3-cü il tarixli qərarına əsasən barəsində əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 55-ci bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Cinayət işinin məhkəmə istintaqı gedişində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs azyaşlı uşağı 04 mart 2013-cü il təvəllüdlü X12 (FİN № 73709GW) təqsirləndirilən şəxs anası 15 mart 1959-cu il təvəllüdlü X7 (FİN № 37BV1DV) himayəsindədir. Bu baxımdan məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs azyaşlı uşağı 04 mart 2013-cü il təvəllüdlü X12 (FİN № 73709GW) Təqsirləndirilən şəxs anası 15 mart 1959-cu il təvəllüdlü X7 (FİN № 37BV1DV) himayəsinə verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş baxış zamanı oradan aşkar edilərək götürülmüş “Samsung” SMT 295 markalı 01 ədəd planşet,’’Samsung Galaxy A 50” markalı 01 ədəd mobil telefon, eləcə də istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus və daimi olaraq onun istifadəsində olmuş “Samsung Galaxy A12” markalı 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalı, “Premium Bank”da olan hesabdan xx.xx.2024-cü il tarixli və “Bank Respublikada” olan hesabdan xx.xx.2024-cü il tarixli çıxarışlar, habelə xx.xx.2024-cü il tarixli poçt çıxarışları, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azyaşlı uşağı 04 mart 2013-cü il təvəllüdlü X12 hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası 15 mart 1959-cu il təvəllüdlü X7 himayəsinə verilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş “Samsung” SMT 295 markalı 01 ədəd planşet, “Samsung Galaxy A 50” markalı 01 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş “Premium Bank”a məxsus olan hesabdan xx.xx.2024-cü il tarixli çıxarış və “Bank Respublika”a məxsus olan hesabdan xx.xx.2024-cü il tarixli çıxarışlar, habelə xx.xx.2024-cü il tarixli poçt çıxarışları, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar