Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2123/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X15 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, həbs edilənədək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan və həbs olunanadək Masallı rayonu, Həsənli kəndində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində ünvan 1 ünvanında quraşdırılmış, toy mərasimi keçirilən mağarın yaxınlığında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ucadan nalayiq sözlər işlətməklə qohumu Zərərçəkmiş şəxs onu sakitləşdirməyə çalışdığını cuzi bir səbəb kimi gətirərək heç bir əsaslı səbəb olmadan özündə olan bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sol bel nahiyəsindən 1 (bir) dəfə vuraraq sonuncuya sol ağciyərin və diafraqmanın yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısından döş və qarın boşluqlarına keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Masallı rayonu, Həsənli kəndində anadan olmuş və həbs olunanadək həmin kənddə yaşamışdır. O, hadisə baş verən əraziyə dəvət edildiyi toy məclisində iştirak etmək üçün gəlmişdir. Baş vermiş cinayəti törədərkən onun xuliqanlıq niyyəti olmamışdır. Toy məclisi keçirildiyi zaman onun üzərində bıçaq olmamışdır. Toy davam edən zaman o, heç kəsi təhqir etməmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla qəsdən xəsarət yetirmişdir. Lakin o, bu cinayəti toy məclisinin keçirildiyi mağardan təxminən 40-50 metr aralıda yerləşən ərazidə törətmişdir. Həmin vaxt ətafda ondan başqa 4 (dörd) nəfər şəxs olmuşdur. Buna görə də o, hesab edir ki, törətdiyi cinayət əməlində heç bir xuliqanlıq niyyəti yoxdur. Cinayət hadisəsinin baş verməsinə səbəb isə onun toy məclisindən çıxıb evə gedərkən tanımadığı şəxslərlə çiyninin toqquşması olmuşdur. Onun çiyni tanımadığı şəxsin çiyni ilə toqquşduqdan sonra onların arasında mübahisə yaranmış və həmin şəxs onun qoluna zərbə vurmuşdur. O da hadisə yerinə yaxın məsafədə olan masanın üstündən meyvə bıçağını götürərək başqa şəxslərlə dalaşdığı zaman bilmədən Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Cinayət hadisəsi baş verdikdən sonra o, könüllü şəkildə Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə gedərək təslim olmuş və bıçağı da həmin vaxt polisə könüllü şəkildə təqdim etmişdir. Polis bölməsinə gedərək könüllü şəkildə təslim olmasına və bıçağı könüllü şəkildə təqdim etməsinə baxmayaraq, bunların heç biri polis əməkdaşları tərəfindən nəzərə alınmamış və bununla bağlı sənədlər cinayət işinə əlavə edilməmişdir. Hadisə baş verən gün onun xalası qızının toy məclisi olmuşdur. O, toy məclisində olduğu vaxt təxminən saat 22:00 radələrinədək heç kəslə mübahisə etməmişdir. Saat 22:30 radələrində o, toy məclisinin keçirildiyi mağardan çölə çıxmışdır. O, mağardan çıxdıqdan sonra bir neçə metr aralıda dayanmış və sonra tanımadığı şəxslə çiyni toqquşmuşdur. O, həmin şəxslə toqquşan zaman spirtli içkinin təsiri altında olmuşdur. O, tanımadığı şəxslə toqquşduqdan sonra həmin şəxsdən üzr istəmiş, lakin həmin şəxs onu itələyərək “nə üzür?” deyə cavab vermişdir. Daha sonra o və hadisə yerində olan 4 (dörd) nəfər şəxs mübahisə etmək üçün kənara çəkilmişlər. Kənara çəkildikdən sonra həmin 4 (dörd) nəfər şəxs ona zərbə endirmişlər. Hadisə baş verən zaman hava qaranlıq olmuşdur. Zərərçəkmiş şəxs onu dalaşdığı şəxslərdən aralamaq niyyətilə qucaqlayarkən o, bilmədən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. O, zərərçəkmiş şəxsi bıçaqladıqdan sonra həmin 4 (dörd) nəfər şəxs hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Daha sonra o, Rəvanı toy məclisi keçirilən yerə apararaq qohumlarına təhvil vermiş və orada Rəvanı bilmədən bıçaqladığını bildirmişdir. O, Rəvanı mağara aparıb orada qohumlarına təhvil verdikdən sonra taksiyə əyləşib könüllü şəkildə təslim olmaq məqsədilə Sabunçu RPİ-nin Polis bölməsinə getmişdir. O, mübahisə etdiyi 4 (dörd) nəfər şəxsin adını bilmir. O, Zərərçəkmiş şəxsla qohum olduğundan sonuncu ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs qəsdən bıçaqlamaması və toy keçirilən mağarda xuliqanlıq cinayətini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüş, bu mümkün olmadıqda isə məsuliyyətini yüngülləşdirmək və qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə baş verən gün qohumunun dəvəti ilə toy məclisində iştirak etmişdir. Toy məclisi davam edən zaman o, şadlıq evinin həyətində səs-küy eşitmişdir. O, həyətə çıxan zaman davanın olduğunu görmüşdür. Toy məclisi davam edən zaman Təqsirləndirilən şəxs davranışı normal olmuşdur. O, mübahisəni sakitləşdirmək məqsədilə Təqsirləndirilən şəxs arxadan yaxınlaşaraq Əmrahdan mübahisəni sonlandırmasını istəmişdir. Lakin Təqsirləndirilən şəxs həmin vaxt həyəcanlı olduğundan təsadüfən və özündən asılı olmayan səbəblərdən əlində tutduğu bıçaq ilə ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onun qohumudur. O, bilir ki, Əmrah təsadüfən onu bıçaqlamışdır. O, Təqsirləndirilən şəxsla barışmış, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqında vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məhkəmədə elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dayısı nəvəsi Zahirənin əridir. xx.xx.2023-cü il tarixdə Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında dayısı nəvəsi Əhmədin toy mərasimi keçirilmişdir. Toy yolun kənarında quraşdırılmış mağarda saat 18:00-dan başlayaraq şən və mehriban keçmişdir. Axşam saatlarında Əmrah alkoqol sərxoşluğu vəziyyətində olduğu üçün toy keçirilən mağarda qohum və qonaqlara söz atmağa başlamış, ətrafdakılara oynamağa imkan verməmiş, əlində bıçağı yelləyərək nümayiş etdirmiş, başqalarına musiqi sifariş verməyə imkan verməyərək yalnız özü musiqi sifariş vermişdir. Əmrahın bu hərəkətləri hamının, yəni qonaqların narahatçılığına səbəb olmuşdur. Saat 22:00 radələrində Əmrah mağardan bayıra çıxmış və orada da sərxoş vəziyyətdə ucadan təhqiredici ifadələr işlətməyə başlamışdır. O, Əmraha yaxınlaşıb sakitləşdirməyə çalışmış və ətrafda toya gələn qohumlardan ayıb olduğunu demişdir. Bu zaman Əmrah əsaslı bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və yenə də ucadan söyüş söyərək ona əl-qol atmışdır. Onun Əmrahla dava etmək kimi fikri olmamışdır. Lakin buna baxmayaraq, Əmrah özündə olan bıçaqla onun üstünə hücum çəkmiş və həmin bıçaqla onun sol bel nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bu vaxt onları görən toy iştirakçıları onlara yaxınlaşmışlar. Əmrah isə kənara çəkilib bıçağı yelləyərək heç kimi yaxına buraxmamışdır. Bu səbəbdən də bıçağı Əmrahın əlindən ala bilməmişlər. Lakin o, kimin onlara yaxınlaşdığını xatırlamır. Daha sonra nə baş verdiyini o, bilmir. Belə ki, hadisə yerinə X18 ekipajı gələrək onu X11 aparmışlar. Hadisə zamanı hava qaranlıq olduğundan o, Təqsirləndirilən şəxs əlindəki bıçağı yaxşı görə bilməmiş və ona görə də həmin bıçağı təsvir edə bilmir. Təqsirləndirilən şəxs onun üstünə gəlib əl-qol atdığı zaman o, Əmrahın qolunu özündən çəkmək istəmişdir. Bu vaxt o, Əmrahın xəsarət aldığını zənn etmiş, lakin Əmrahı yumruqla vurmamışdır. Hadisə zamanı orada toy məclisinin iştirakçıları olmuş, lakin konkret kimlərin olduğunu o, xatırlamır. Hadisə təxminən 5 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs bayırda səs-küy salıb təhqiredici ifadələr işlətdiyinə görə o, Əmrahı sakitləşdirməyə çalışmışdır. Lakin Əmrah heç bir əsaslı səbəb olmadan ona əl-qol atmağa başlamış və sonradan özündə olan bıçaqla ona xəsarət yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş olduğundan öz hərəkətlərini bilməmiş və ona görə də özünü aqressiv aparmışdır. Hadisə zamanı başqa heç kəs ona xəsarət yetirməmiş, eləcə də o da başqa şəxsə xəsarət yetirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, toy məclisi keçirilən yerdə Təqsirləndirilən şəxs dava salmaq niyyəti olmamışdır. O, xalası oğlunun toyunda iştirak etmək üçün toy məclisində iştirak etmişdir. Saat 21:00 radələrinə qədər toy məclisində heç bir mübahisə baş verməmişdir. Toy məclisində kişilər və qadınlar birlikdə iştirak etmişdir. Toy məclisində dava salan şəxs Təqsirləndirilən şəxs olmamışdır. Toy zamanı Əliyev Həsənağa ilə Əmrahın bacanağı Əliyev Hafizin arasında musiqi üstündə mübahisə yaranmışdır. Bu mübahisənin Əmraha heç bir aidiyyəti olmamışdır. Əliyev Hafiz toy məclisinin keçirildiyi mağarın bütün işıqlarını söndürmüşdür. Bu səbəbdən də toy məclisində münaqişə yaranmışdır. Bu zaman toy iştirakçıları davanın başlamasına Təqsirləndirilən şəxs səbəb olmasını düşünmüşlər. Halbuki Təqsirləndirilən şəxs baş verən münaqişəyə heç bir aidiyyəti olmamışdır. O, elə zənn edir ki, Təqsirləndirilən şəxs əlində meyvə bıçağı olduğundan toy iştirakçıları Əmrahın yaranmış münaqişənin səbəbkarı olduğunu düşünmüşlər. Təqsirləndirilən şəxs əlindəki bıçaq meyvə bıçağı olmuşdur. Təqsirləndirilən şəxs heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Toy məclisinin iştirakçıları baş vermiş münaqişədə Təqsirləndirilən şəxsı günahlandıraraq Əmrahın üzərinə getmişlər. Təqsirləndirilən şəxs isə baş vermiş münaqişəyə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs baş vermiş münaqişəni sakitləşdirmək üçün münaqişə olan yerə getmişdir. Onun başqa məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqında vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məhkəmədə elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Belə ki, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir, onların arasında rəsmi nikah yoxdur, lakin onların ümumi 1 (bir) azyaşlı Yağmur adlı övladı var. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, əri Əmrahla birlikdə xalası oğlu Əhmədin toy mərasimi ilə əlaqədar yaşadıqları Masallı rayonu, Həsənli kəndindən çıxaraq Bakı şəhərinə gəlmişlər. Həmin toy mərasimi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində Əhmədin yaşadığı evin qarşısındakı mağarda keçirilmişdir. Toy məclisi axşam saat 18:00-dan başlayaraq şən və mehriban keçmişdir. Axşam saat 21:45 radələrində Əmrahın xalasının kürəkəni Hafiz bir neçə dəfə təkrar eyni musiqi sifariş vermiş, bu onun anasının xalası oğlu Həsənağanın xoşuna gəlməmiş və eyni musiqini təkrar sifariş verdiyi üçün Həsənağa Hafizə irad bildirmişdir. Bu səbəbdən də Həsənağa ilə Hafizin arasında sözlü mübahisə baş vermiş və həmin vaxt Əmrah Həsənağagilə yaxınlaşaraq ayırmağa çalışmışdır. Daha sonra həmin şəxslərin hamısı mağarın çölünə çıxmışlar. Bir neçə dəqiqə sonra bayırda dava-dalaş baş vermiş, lakin kimlərin dava etdiklərini o, görməmişdir. O, bir onu eşitmişdir ki, Əmrah ucadan kimisə bıçaqla vurduğunu demişdir. Sonradan isə ona məlum olmuşdur ki, bayırda Əmrahla onun anasının bibisi oğlu Rəvanın arasında mübahisə baş vermiş, yaranmış mübahisə zamanı Əmrah 1 (bir) dəfə bıçaqla Rəvanı vurmuşdur. Lakin o, bayırda hadisənin hansı şəkildə baş verdiyini və Əmrahın hansı səbəbə görə Rəvanı bıçaqla vurduğunu bilmir, eləcə də Əmrahın bıçaqla Rəvanı vurduğunu görməmişdir. Baş vermiş dava-dalaş hadisəsi toy mərasiminin keçirilməsinə narahatçılıq yaratmış, yəni dava-dalaşa görə qonaqlar mağardan bayıra çıxmışlar, habelə balaca uşaqlar da oradan uzaqlaşmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə toy məclisindən kənarda, yəni toy keçirilən mağardan təxminən 25-30 metr aralıqda baş vermişdir. Onun xalası oğlu Əmrah toy məclisində iştirak edərkən toy məclisinin iştirakçılarına narahatçılıq yaratmamışdır. Əmrahın sadəcə toy məclisində içkili vəziyyətdə olması belə bir hadisənin baş verməsinə gətirib çıxarmışdır. O, toy məclisində olan zaman mağarın kənarında dava düşdüyünü ona demişlər. Qısa müddət sonra o, bibisi oğlu Rəvanın Əmrah tərəfindən bıçaqlandığını eşitmişdir. Ona görə də dərhal X18 maşını çağırılmış və Rəvan X18 maşını ilə xəstəxanaya aparılmışdır. O, xalası oğlu Əmrahla bibisi oğlu Rəvanın arasında yaranmış mübahisənin bitməsini istəyir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, toy sahibi olduğundan mağarın kənarında baş verən mübahisə ilə bağlı ona məlumat verilmiş, bibisi oğlu Rəvan bıçaqlandıqdan sonra toy məclisini tez bitirməyə çalışmış, çünki bibisi oğlu Rəvan xəstəxanaya aparıldığı halda onun toy məclisini davam etdirməsi doğru olmazdı, eləcə də toy məclisi davam edən zaman onun oğlu Əhmədxan təqsirləndirilən şəxs Əmraha yaxınlaşaraq toy məclisini pozmamasını və sakitləşməsini xahiş etmiş, Əmrah isə içkili olduğundan musiqi sifariş etdirmək üstündə mübahisə etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə oğlu X3 toy mərasimi ilə əlaqədar yaxın və uzaq qohumlarını, o cümlədən tanışlarını toya dəvət etmişdir. Toy mərasimi onun yaşadığı evin yaxınlığında dalan 22 ünvanında keçirilmişdir. Belə ki, orada mağar qurulmuşdur. Həmin toy mərasiminə onun bibisi oğlu Zərərçəkmiş şəxs öz ailə üzvləri ilə birlikdə gəlmişdir. Həmçinin onun xalası oğlu Təqsirləndirilən şəxs da Masallı rayonundan öz ailə üzvləri ilə birlikdə dəvət olunmuş toya gəlmişdir. Toy məclisi axşam saat 18:00-dan başlayaraq şən və mehriban keçmişdir. Axşam saat təxminən 21:45 radələrində Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olduğundan toy mərasimi keçirilən mağarda hamıya söz atmış, ətrafdakılara oynamağa imkan verməmiş, həm də ki, əlində bıçağı nümayiş etdirmişdir. Əmrahın bu hərəkətlərinə görə onun oğlu Əhmədxan bəy masasından duraraq Əmraha yaxınlaşaraq sonuncunu sakitləşdirməyə çalışmışdır. Lakin Əmrah buna əhəmiyyət verməmiş və bayıra çıxmışdır. Üstündən təxminən 10-15 dəqiqə keçdikdən sonra o, bayırda səs-küy eşitmiş və ona görə də bayıra çıxmışdır. O, bayıra çıxdıqda, Əmrahın əlində olan bıçaqla onun bibisi oğlu Rəvanı vuraraq oradan uzaqlaşdığını görmüşdür. Lakin o, bayırda hadisənin hansı şəkildə baş verdiyini və Əmrahın hansı səbəbə görə Rəvanı bıçaqla vurduğunu bilmir. Yəni o, Əmrahın bıçaqla Rəvanı vurduğunu görməmişdir. Baş vermiş dava-dalaş hadisəsi toy mərasiminin keçirilməsinə narahatçılıq yaratmışdır. Belə ki, dava-dalaşa görə toyda iştirak edən qonaqlar bayıra çıxmışlar, balaca uşaqlar da oradan uzaqlaşmışlar. Əmrahın etdiyi hərəkətlərə görə toy mərasimi yarımçıq yekunlaşmış və qonaqlar çıxıb getmişlər. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə əmisi nəvəsi X3 toy mərasiminə getmişdir. Toy mərasimi Əhmədxanın Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında quraşdırılmış mağarda keçirilmişdir. Toy məclisi axşam saat 18:00-dan başlayaraq şən və mehriban keçmişdir. Axşam saat təxminən 21:45 radələrində Əmrah alkoqol sərxoşluğu vəziyyətində olduğu üçün toy mərasimi keçirilən mağarda hamıya söz atmış, ətrafdakılara oynamağa və şənlənməyə imkan verməmiş, həm də əlində bıçağı nümayiş etdirmişdir. Əmrahın bu hərəkətlərinə görə Əhmədxan bəy masasından duraraq Əmraha yaxınlaşmış və sonuncunu sakitləşdirməyə çalışmışdır. Lakin Əmrah buna əhəmiyyət verməmiş, əksinə bayıra çıxmışdır. Üstündən təxminən 10-15 dəqiqə keçdikdən sonra o, bayırda səs-küy eşitmiş və səs-küyə görə çölə çıxdıqda, görmüşdür ki, Əmrah əlində bıçaqla onun bibisi oğlu Rəvanı vuraraq oradan uzaqlaşmışdır. Lakin o, bayırda hadisənin hansı şəkildə baş verdiyini və Əmrahın hansı səbəbə görə Rəvanı bıçaqla vurduğunu bilməmişdir. Həmçinin o, Əmrahın bıçaqla Rəvanı vurduğunu görməmişdir. Bundan sonra hadisə yerinə X18 ekipajı gəlmiş və bundan sonra həkimlər Rəvanı xəstəxanaya aparmışlar. Baş vermiş dava-dalaş hadisəsi toy mərasiminin keçirilməsinə narahatçılıq yaratmışdır. Belə ki, davadalaşa görə qonaqlar bayıra çıxmışlar, balaca uşaqlar da oradan uzaqlaşmışlar. Əmrahın etdiyi hərəkətlərə görə toy mərasimi yarımçıq yekunlaşmış və qonaqlar çıxıb getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 22:15-də X18 stansiyasından bir nəfər qadın zəng edərək özünü təqdim etmədən toy məclisində bıçaqlanma hadisəsinin baş verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gələrək orada Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə aparmışlar. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 7-10) görünür ki, cinayət hadisəsinin baş verdiyi əraziyə və həmin yerdə quraşdırılmış mağara baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/1628 saylı protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, həmin gün gecə saat 00:59-da Təqsirləndirilən şəxs sərxoş olub-olmaması yoxlanılmış və həmin vaxt onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Həmin yoxlama zamanı Təqsirləndirilən şəxs toy məclisində təxminən 750 qram spirtli içki olan araq içdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-384/2023 saylı qərarından (cild 1, iş vərəqə 66-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 1062 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 147-149) görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin və diafraqmanın yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısından döş və qarın boşluqlarına keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə heç bir qeydiyyat yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 1377 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 151- 152) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 101-103) görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 1 il 2 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 104) görünür ki, yaşadığı yer üzrə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 158-161) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və həmin üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə demişdir ki, sonuncu alkoqol sərxoşluğu vəziyyətində olduğundan ucadan təhqiredici ifadələr işlətmiş, buna görə də o, Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış, sonra yenidən ucadan söyüş söyərək ona əl-qol atmış, daha sonra isə Təqsirləndirilən şəxs əlində bıçaqla onun üstünə hücum çəkərək həmin bıçaqla onun bel nahiyəsinə xəsarət yetirmişdir. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 163) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona cinayət nəticəsində vurulmuş ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 536/2023-MTBŞ saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 166- 169) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən/.- Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» antigeni, Zərərçəkmiş şəxs qolsuz maykası üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta (11) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 170-174) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi ərazidə törətmiş olduğu cinayət əməlinin üsulu və mexanizmi barədə əyani şəkildə ətraflı ifadə vermişdir. xx.xx.2023-cü sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 175-180) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilməklə həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 182-183) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 384/2023-MTKŞ saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 196- 197) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin sol yan nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 21) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona cinayət nəticəsində vurulmuş ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2019-cu il tarixli Masallı Rayon Məhkəməsinin 1(050)-107/2019 saylı hökmünün surətindən (cild 1, iş vərəqə 106-134) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 135-143) görünür ki, başqa cinayət işi üzrə X6 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, X9, Təqsirləndirilən şəxs və X4 barəsində Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Hərbi biletin surətindən (cild 2, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs səhhətinə görə hərbi xidmət üzrə yararsız hesab edilmişdir. Əlillik vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs atası Kalam Alışov İİ qrup əlildir. Əlillik barədə arayışdan (cild 1, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs anası Namizəd Quliyeva İİ qrup əlildir. Doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid1 xx.xx.2017-ci il təvəllüdlü Gülxas Əliyev adlı övladı var. Doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Yağmur adlı övladı var. Tibbi sənəd sayılan epikrizdən (cild 2, iş vərəqə 30-34) görünür ki, Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında keçirilən toy məclisində iştirak etmiş, həmin toy məclisi quraşdırılmış mağarda keçirilmiş, orada orta sərxoşluq dərəcəsi vəziyyətində ola biləcək qədər spirtli içki sayılan araq içmiş və nəticədə sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ucadan nalayiq sözlər işlətmişdir. Onun bu hərəkətləri isə ətrafda olan və toy məclisində iştirak edən şəxslərin haqlı narazılığna səbəb olmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətləri toy məclisi keçirilən mağarda başlayıb mağardan kənarda da davam etmişdir. Belə ki, Təqsirləndirilən şəxs mağardan çıxıb qanunsuz hərəkətlərinə davam edən zaman qohumu Zərərçəkmiş şəxs onun yanına gələrək sakitləşdirməyə çalışmış və qanunsuz hərəkətləri ilə bağlı Təqsirləndirilən şəxs haqlı iradını bildirmişdir. Zərərçəkmiş şəxs haqlı iradı isə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin toy məclisində iştirak edən, eləcə də mağarın ətrafında olan şəxslərin narazılığına səbəb olmasında ifadə olunmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqlı iradına məhəl qoymamış, bunun əksinə olaraq qanunsuz və əxlaqsız hərəkətlərini davam etdirməklə haqlı iradı özünə qarşı təhqir kimi qəbul edərək, başqa sözlə, heç bir əsaslı səbəb olmadan əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol bel nahiyəsinə 1 (bir) dəfə zərbə endirərək sonuncuya sol ağciyərin və diafraqmanın yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısından döş və qarın boşluqlarına keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansı alətlə, yəni hansı bıçaqla Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş üzrə cinayətin aləti qismində bıçaq müəyyən edilmədiyi və cinayət işinə əlavə edilmədiyi üçün Təqsirləndirilən şəxs hansı bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt üzərində bıçaq olmadığını, əksinə həmin vaxt mağara yaxın yerdə olan masanın üstündən bıçağı götürərək Zərərçəkmiş şəxs zərbə endirdiyi göstərsə də, həmin bıçaq maddi sübut kimi müəyyən edilmədiyindən onun iddia etdiyi halı təsdiq etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra könüllü şəkildə polis orqanına gedərək təslim olduğunu iddia etsə də, bu hal məhkəmə istintaqında müəyyən edilməmişdir. Bunun əksinə olaraq cinayət işinin materiallarından görünür ki, toy mərasimi keçirilən əraziyə X18 briqadası gəlmiş, sonra Zərərçəkmiş şəxs həmin yardım briqadası tərəfindən xəstəxanaya aparılmış və orada onun üzərində cərrahiyyə əməliyyatı keçirilmiş, habelə bir nəfər şəxs DİN-in 102 xidmətinə zəng edərək toy məclisində bir nəfər şəxsin bıçaqlandığını bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş raportdan görünür ki, X13 verilmiş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gələrək orada Təqsirləndirilən şəxs saxlamışlar. Göstərilənlər açıq-aşkar ona dəlalət edir ki, bu hissədə Təqsirləndirilən şəxs iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bundan başqa, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs və şahidlər ifadə verərək cinayət işi üzrə yeni halları bildirmişlər və bununla da ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdən tamamilə fərqli məzmunda ifadə vermişlər. Belə olduğu halda göstərilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş və yaranmış ziddiyyətlə əlaqədar onların mövqeyi aydınlaşdırılmışdır. Lakin zərərçəkmiş şəxs və şahidlər ifadələrində yaranmış ziddiyyətlə bağlı ağlabatan fikir bildirə bilməmişlər. Məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və şahidlər bilavasitə Təqsirləndirilən şəxsla qohumluq münasibətlərində olduqlarından məhkəmədə dindirilərkən əvvəlki ifadələrindən fərqli məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına, bu alınmadıqda isə məsuliyyətinin yüngülləşdirilməsinə nail olmaq istəmişlər. Əks nəticəyə gəlmək üçün başqa nəticəyə gəlmək mümkün olmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, anası və atasının İİ qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və müxtəlif xəstəliklərdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən cəzanı ağırlaşdıran hal kimi residiv müəyyən edilmir, habelə onun üzərində çəkilməmiş cəzası yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-2123/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2123/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver