Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2125/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X9 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyəm, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü (CM 67.1,68.2) maddəsi ilə təqsirli bilinib barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, İmişli rayonu, İmişli şəhəri, M.Əsədov küçəsi ev 19 mənzil 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 iyul 2023cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Nəsimi rayonu, S.Rəhimov küçəsi 167 saylı binanın 2- ci mərtəbəsində yerləşən 35 saylı mənzilin giriş qapısının açıq olmasından istifadə edib giriş hissəsinə quraşdırılmış toru əli ilə cıraraq oraya qanunsuz daxil olub mənzilin zalında olan dolabdakı pul kisəsindən 260 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 avqust 2023-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı mənzilin arxa pəncərəsinin tor nəfəsliyini əli ilə cırdıqdan sonra həmin yerdən mənzilə qanunsuz daxil olaraq qonaq otağında qoyulmuş dolabdakı qabın içərisindən 30 manat nağd pulu, 01 cüt 510 manat dəyərində 585 əyarlı 6 qram çəkidə mirvari qaşlı qızıl sırğanı, 01 ədəd 765 manat dəyərində 585 əyarlı 9 qram çəkidə düzbucaq formalı qızıl üzüyü, 01 ədəd 425 manat dəyərində 585 əyarlı 5 qram çəkidə moruq formalı üzüyü, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 cüt 774 manat dəyərində 585 əyarlı 6 qram çəkidə brilliant qaşlı gül formalı qızıl sırğanı və dəhlizdə qoyulmuş paltaryuyan maşının üzərindən 220 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 2724 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 avqust 2023-cü il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi ünvan 2 ünvanında yerləşən “Məhəllə Market” ərzaq mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs1 mağazanın digər hissəsində olmasından istifadə edib saxlanc yeri hesab edilən kassa aparatından 588 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,499 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 11 avqust 2023-cü il tarixdə saat 07:30-da ünvan 3 ünvanında yerləşən “Məhəllə Market” ərzaq mağazasından oğurluq cinayəti törədib hadisə yerindən uzaqlaşdıqdan sonra həmin gün saat 08 radələrində qeyd olunan ünvanın yaxınlığında mağaza sahibi Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinə təhvil verilmiş və orada şifahi sorğu-sual əsnasında üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etdiyindən barəsində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 4,499 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,029 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 29 mart 2024-cü il tarixdə saat 17:00-da ünvan 6 ünvanının qarşısında saxlanılaraq ünvan 7 yerləşən 21-ci polis bölməsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,029 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir, istintaq dövrü verdiyi ifadəsini təsdiq edir və hər şey ittiham aktında olduğu kimi baş vermişdir. Oğurluq hadisələri və narkotiklə bağlı qeyd olunmuş məlumtların hər biri doğru olmuş və narkotik vasitədən istifadə etmişdir. Kəmalə xanımdan oğurladığı qızılları tanımadığı bir adama satmışdır. Törətdiyi əməllərdən peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə və pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. 21 iyul 2023-cü il saat təxminən səhərsaat 05 radələrində piyada Bakı şəhəri, 28 May metrosunun yaxınlığında gəzə-gəzə Süleyman Rəhimov küçəsinə gəlmişdir. Orada məhəlləyə daxil olub pilləkən ilə ikinci mərtəbəyə qalxmış və mənzilin qapısının açıq olmasını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Qapıya yaxınlaşdıqda qapının açıq olduğunu, lakin içəri tərəfdən tor setka olduğunu görmüşdür. Həmin tor setkanı əli ilə cıraraq içəri daxil olmuş, mənzilə daxil olduqda zalda olan dolabın üzərində qara rəngli qadın çantasını götürüb mənzildən çölə çıxmış, çantanın içərisindəki qırmızı rəngli pulqabmın içindən 260 manat pulu götürmüş, çantanın içində sənədlər olduğundan çantanı qapıdan evin içinə qoyaraq oradan uzaqlaşmışdır. Oradan uzaqlaşaraq Kubinka adlanan əraziyə getmiş orada gecəsi iki manatlıq evdə bir qədər qalmış, sonra isə oğurladığı pulları özünə xərcləmişdir. Bundan başqa 10 avqust 2023-cü il tarixdə yenə pulu pul olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi dalan 6 ilə hərəkət edərkən evlərdən birinin nəfəsliyinin açıq olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin arxa qapısından həyətə daxil olduqdan sonra açıq nəfəslikdən içəri daxil olmuşdur. Pəncərinin tor-setkasmı əli ilə cıraraq qapını açıb mənzilə daxil olmuşdur. Evdə hamı yatmış vəziyyətdə olmuş, əvvəlcə zalda olan servanta yaxınlaşmış və servantda qabın içində 1 cüt qızıl sırğa, 1 cüt mirvari daşlı qızıl sırğa, 1 ədəd düzbucaq formalı qızıl üzük və 1 ədəd qızıl üzük və 30 manat pul olduğunu görüb götürüb cibinə qoymuşdur. Oradan dəhlizə keçmiş, dəhlizdə olan paltaryuyanın üzərindəki tülü qaldıran zaman 220 manat pul olduğunu görüb oğurlayaraq evdən çıxmışdır. Oğurladığı qızıl əşyalarını İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsə 700 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əvvəllər azadlıqda olanda narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Təxminən 3-4 aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 10 avqust 2023-cü il tarixdə axşam saatlarında Binəqədi qəsəbəsində yerləşən məsçidin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul verib 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 11 avqust 2023-cü il tarixdə səhər saatlarında Binəqədi qəsəbəsində piyada hərəkət edərkən su almaq üçün marketə daxil olmuş, marketə daxil olarkən görmüşdür ki, içəridə heç kim yoxdur. Təxminən 20-25 saniyə gözləmiş, satıcının gəlmədiyini görüb marketdən oğurluq etmək qərarına gəlmişdir. Yaxınlaşıb kassanı açmış, kassada bütün manat pul əskinaslarından olduğunu görüb götürüb saymadan cibinə qoymuşdur. Mağazanı tərk etmək istəyən zaman satıcı arxa tərəfdən gəlmiş, ondan nəsə lazım olub-olmadığını soruşarkən, onu şübhələndirməmək üçün su alacağını amma lazım olmadığını bildirmişdir. Əslində su almaq fikri olmuşdur, lakin su alası olsaydı, satıcı kassanı açarkən pulların olmadığını görəcəkdir deyə heç nə almadan mağazadan çıxıb piyada, adi yerişlə oradan uzaqlaşmışdır. Bir qədər piyada getdikdən sonra pulu sayanda 200, 100, 50, 20, 10, 5 və 1 manatlıq müxtəlif sayda əskinaslar formasında ümumilikdə 588 manat pul olduğunu bilmişdir. 5 dəqiqə piyada getdikdən sonra mağazalardan birinə daxil olub enerji içkisi, şokolad, yemək üçün şirniyyat və siqaret alıb pulun 20 manatını xərcləmişdir. Sonra piyada oradan uzaqlaşıb üzərində olan metamfetamindən istifadə etmək istəmişdir. Binəqədi şossesində olan zaman gözlənilmədən bir nəfər arxadan onu tutmuş, dönüb baxanda oğurluq etdiyi mağazanın satıcısı olduğunu görmüşdür. Həmin şəxs ona mağazadan 588 manat pul oğurlamasını demiş, lakin o, oğurluğu boynuna almamışdır. Bundan sonra həmin oğlan demişdir ki, yaxınlıqda polis bölməsi var, gəl gedək, məsələni orada aydınlaşdıraq. Həmin şəxsə etiraz etsə də, məcbur olub onunla birlikdə piyada hərəkət edərək Binəqədi RPİ-nin 43-cü PB-yə gəlmişlər. Onu PB-nə gətirən şəxs bu barədə məlumat verib onu polis əməkdaşlarına təhvil vermişdir. Polis Bölməsində şifahi sorğu zamanı marketdən oğurluq etdiyini etiraf etmişdir. PB-də ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 43-cü PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən hüquq və vəzifələri onaizah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar ona elan edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi ona təklif olunmuş, bu təklifdən sonra könüllü olaraq əynində olan boz rəngli şalvarın sol yan cibində olan oğurladığı müxtəlif əskinaslar formasında ümumilikdə 568 manat nağd pulu və həmin şalvarın sağ yan cibindən içində “patı” olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı ona aşkar edilmiş pul və həmin maddə barədə məlumat verməyi dedikdə aşkar olunan pul vəsaitini bu gün səhər tanımadığı şəxsə məxsus marketdən oğurladığını, bir bükümdəki maddənin isə psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddənin istifadəçisi olduğunu, aşkar edilən maddəni bir gün əvvəl axşam saatlarında Binəqədi qəsəbəsində məscidin yanında tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli sellofan büküm elektron tərəzidə çəkilmiş 4,690 qram olduğu müəyyən edilmişdir, Daha sonra həmin büküm içərisindəki “patı” şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edildikdən sonra həmin protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olubolmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirib protokola imza etmişdir. Bununla əlaqədar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində barəsində aparılan cinayət işi ilə əlaqədar Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2023-cü ilin mart ayının 2-nə qədər həbsdə olmuşdur. Həbsdən çıxdıqdan bir neçə gün keçmiş yenidən narkotik vasitə və psixatrop maddə qəbul eləməyə başlamışdır.Təxminən 10-15 gün əvvəl “Sovetski” kimi tanınan yerdə üzdən tanıdığı lakin,adını bilmədyi şəxsdən 80 manat müqabilində şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almış, həmin bükümü sonradan istifadə etmək məqsədiə üzərində saxlamışdır. 29 mart 2024-cü il tarixdə Nəsimi rayonu, Sarabski küçəsi ilə hərəkət edən zaman saat 17:00-da tanımadığı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini polis kimi təqdim etmiş, onadn ad,soyad və atasının adımı soruşmuşlar. Onları suallarını cavablandırdıqdan sonra polis əməkdaşları onun narkotik vasitə alüdəçisi olduğudan şübhələnib Nəsimi RPİ- nin 21-PBnə dəvət etmişlər. PB-də onu xidməti otaqların birinə dəvət etmiş orada ona hüquqlarının müdafiəsi üçün, öz xahişilə dövlət hesabına vəkillə təmin etmiş, polis bölməsində olduğu zaman videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Polis bölməsində vəkilin, mütəxəssisin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli şalvarının yan cibindən bir ədəd iyirmi manatlıq pul əskinasım və şəffaf selofana bükülmüş içərisində metamfetamin olan bükümü çıxarıb masının üzərinə qoymuşdur. Sonra üstündə axtarış aparılsa da, başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi büküm açılaraq baxılmış, bükümdəki maddənin nə olduğu soruşularkən həmin maddənin psixotrop maddə olduğunu, onu tanımadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığım bildirmişdir. Şəxsi axtarış zamanı ona qarşı heç bir fiziki və psixi təsir göstəırilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürüləcəyi bildirilmiş, aşkar edilmiş psixotrop maddə metamfetamin boş zərfə qoyularaq, qablaşdırılıb möhürlənmiş, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. 20 manatlıq pul əskinası isə özünə qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, yaşadığı evin qapısını bağlamamışdır. Həyat yoldaşının sumkası qapının yanında olmuşdur. Səhər sumkanın içərisinə baxan zaman orada pulun olmadığını görərək polisə şikayət etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə saat 03 radələrində hava isti olduğuna görə evin giriş qapısım açıq qoyaraq yatmışdır. Saat təxminən 06 radələrində yuxudan oyanan zaman, yoldaşına məxsus əl çantasının yerdə olduğunu, giriş qapısının içəri hissəsinə quraşdırılan setkanm cırıldığını görüb yaşadığı mənzilə kiminsə daxil olmasından şübhələnmişdir. Yoldaşı əl çantasına baxış keçirdikdə məlum olmuşdur ki, əl çantasının içərisindən 260 manat nağd pul naməlum şəraitdə oğurlanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 09 avqust 2023-cü il tarixdə 1 yaşlı nəvəsi ilə evdə tək olmuşdur. Həmin gün saat 12 radələrində qapıları bağladıqdan sonra yatmış, səhər saat 7:30-da oyanmışdır. Mətbəxə keçib nəvəsinə yemək hazırlayan zaman mətbəxin həyətə açılan pəncərəsinin açıq olduğunu görmüş və başa düşmüşdür ki,naməlum şəxsin evin arxa pəncərənin setkasmı cıraraq arxa qapını açıb evə daxil ölmüşdür. Bundan sonra qonaq otağına keçərək oradakı servanta baxmış və o orada olan qabın içərisində olan qızılların, həmçinin orada olan 30 manat pulun yerində olmadığını, dəhlizdə paltaryuyanın altına baxan zaman orada olan 220 manat pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o dərhal 102 xidmətinə müraciət edərək məlumat vermiş,bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadığı mənzilə gəlmişlər. Evindəki servantdan 774 manat dəyərində 585 əyarlı 1 cüt gül formalı 6 qramlıq, sotunu dəqiq bilmədiyi brilyant qaşlı qızıl sırğa, 516 manat dəyərində 585 əyarlı 1 cüt mirvari daşlı 6 qramlıq qızıl sırğa, 1 ədəd 585 əyarlı düzbucaq formalı, 9 qramlıq qızıl üzük və 444 manat dəyərində 1 ədəd moruq formalı, 5 qram olanl ədəd qılzıl üzük oğurlanmışdır. Zərərçəkmiş şəxs3 tərəfimdən əlavə olaraq dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təstiq edərək məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərlə razı olduğunu, qiymətləndirilməyən brilliant qaşlı 1 cüt sırğanın qimətinin ifadəsində göstərdiyi kimi 774 manat hesablanmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, yaşadığı ünvanda yerləşən evə bitişik ərzaq mağazası var və bir neçə ildir ki,həmin mağazanı işlədir,özü də satıcıdır. xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində mağaza açıq vəziyyətdə olmuş və o da mağazada olmuşdur. Lakin mağazanın arxa otağında oturmuşdur ki, müştəri gələndə qapının səsini eşidib qarşı tərəfə, yəni vitrinin arxasına keçər.Həmin vaxt onu qeyri-ixtiyari olaraq yuxu aparmışdır. Bir neçə dəqiqə sonra o mağazanın içindən səs eşitmiş və oyanmışdır. Bundan sonra cəld qarşı otağa keçmiş və 25-28 yaşlarında, orta boylu, normal bədənli tanımadığı bir oğlanın mağazanın qapısında olduğunu və çölə çıxmaq istədiyini görmüşdür.Həmin şəxsə yaxınlaşıb nəsə lazım olduğunu soruşmuş, c həmin şəxs ona demişdir ki, su alacağını, daha lazım olmadığını bildirmişdir. Bu sözləri deyəndən sonra həmin oğlan mağazadan çıxmışdır. Həmin oğlanın bu sözü ona şübhəli gəlmiş, lakin yuxulu olduğu üçün çox da fikir verməmişdir. Təxminən 2-3 dəqiqə sonra mağazanın kassasını yoxlamaq qərarına gəlmiş və kassanı açdıqda kassanın boş olmasını, orada olan 588 manat pulun olmadığını görmüşdür.Bu vaxt həmin şəxsin kassada olan 588 manat pulu oğurlmasım başa düşmüşdür. Marketdən çölə çıxarkən həmin şəxsi görməmiş,həmin oğlanın arxası ilə getmək üçün mağazanın qapısını kilidləyib, ətrafda gəzərək onu axtarmağa başlamışdır. Təxminən 40-45 dəqiqə gəzdikdən sonra Binəqədi şossesində yerləşən 16 saylı TTYS-nin yanında həmin oğlanın dayandığını görmüşdür. Həmin oğlana hiss etdirmədən arxadan yaxınlaşıb onu tutmuş və mağazadan 588 manat pul oğurladığnı bildirmişdir.Həmin oğlan bunu inkar etmiş, ona demişdir ki, yaxınlıqda polis bölməsi var, gəl gedək məsələni orada aydınlaşdıraq. Həmin oğlan əvvəlcə etiraz etsə də, sonradan könülsüz də olsa razılaşmış və birlikdə piyada hərəkət edərək Binəqədi RPİ-nin 43-cü PB-yə getmişlər.Orada o polislərə baş vermiş hadisə barədə məlumat vermiş və həmin şəxsi də onlara təhvil vermişdir. Təxminən 3 saat sonra polis əməkdaşları həmin şəxsin oğurluq cinayəti törətdiyini etiraf etdiyini, üzərindən 568 manat pulun, eləcə də “patı”ya bənzər maddənin aşkar edildiyini bildirmişlər. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, adı ona sonradan məlum olan Sərhəd adlı şəxsi yaxalayarkən,o, qaçmağa da cəhd etməmiş, nə Sərhəd ona, nə də o, Sərhədə xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə bir nəfər şəxs yanında Təqsirləndirilən şəxslə birlikdə idarəyə yaxınlaşaraq Sərhədin onun dükanından 600 manat pul oğurladığını demişdir. Təqsirləndirilən şəxs dindirilərkən narkotik vasitələrindən istifadə etdiyini demişdir. Onun üzərinə idarədə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı üzərindən pul və narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Cibindən çıxan pul oğurlanmış məbləğ ilə uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə saat 08:50 radələrində xidmətdə olan zaman vətəndaş X4 PB-yə yaxınlaşmış və yanında başqa bir şəxs də olmuşdur. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin şəxs ona məxsus mağazadan 588 manat pulu oğurlayıb. O həmin şəxsdən anket məlumatlarını soruşmuş və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər də məhkum olunduğunu və psixotrop maddə istifadəçisi olduğun bildirmişdir. Bundan sonra bununla bağlı raportla rəhbərliyə məruzə edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən kağız pul əskinaslarmı və sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Pul müxtəlif əskinaslar formasında olmaqla ümumilikdə 568 manat idi. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli bükümün içində isə ağ rəngli maddənin olduğu görülürdü. Daha sonra Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən pulları həmin gün səhər saatlarında Binəqədi qəsəbəsində yerləşən marketdən oğurladığını, 01 ədəd şəffaf rəngli bükümün içində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddənini istifadəçisi olduğunu, həmin maddəni 01 gün əvvəl axşam saatlarında Binəqədi qəsəbəsində yerləşən məscidin yanında öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilən 01 ədəd şəffaf rəngli büküm elektron tərəziyə qoyulmuş və 4,690 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilən metamfetaminə bənzər maddə boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X8 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi,O.Cabbarov Küçəsi 18 ünvanında yerləşən “Məhəllə Market” ərzaq mağazasından 588 manat pul oğurladığı üçün mağazanın sahibi Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılraq 43-cü PB-yə təhvil verilmiş,bununla bağlı PB-nin əməliyyat müvəkkili,polis leytenantı Şahid1 tərəfindən raport tərtib edilmiş,sonrakı araşdırma ona həvalə edilmişdir.Lakin bəzi prosessual sənədlər tərtib edilən zaman o diqqətsizlik edərək Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08:30-da həyata keçirilmiş tədbir zamanı ünvan 9 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-yə gətirildiyini qeyd etməklə mexaniki səhvə yol vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X10 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 29 mart 2024-cü il tarixdə «Sərhəd» adlı şəxsin qanunsuz olaraq narkotok vasitələr, psixotrop maddələr əldə etməsi, saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirləri nəticəsində ’’Sərhəd adlı şəxs Təqsirləndirilən şəxs olması və onun ünvan 11 ünvanda olduğu müəyyən edilmişdir. 29 mart 2024-cü il tarixdə əməliiyat qrupunun üzvü 21-ci PBnin əməliyyat müvəkkili polis leytenatı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat tədbiri zamanı saat 17-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi 41 saylı ünvınm qarşısında tərəflərindən müəyyən edilərək 21-ci PB-nə gətirilmiş və raportla rəhbərliyə məruzə edilmişdir. 21-ci PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edildi. Bundan sonra Təqsirləndirilən şəxs video çəkliş aparmaqla xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə aparılması bildirildi. Axtarışa başlamazdan əvvəl tərəfimizdən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Sərhəd əynində olan qara rəngli vilvet şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və 20 manatlıq əskinası çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs əinində olan gödəkcəsinin ciblərində, şalvarının ətəyində, ayağındakı ayaqqabının içərisində axtarış aparılsa da hər hansı maddə və ya əşya müəyyən edilmədi. Şifahi sorğu zamanı Sərhəd təqdim etdiyi bir ədəd bükümün içərisindəki maddənin «patı» yəni psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni özü istifadə etməsi üçün 10-15 gün əvvəl “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən 80 manat pul verib aldığını bildirdi. Bükümə baxış keçirilən zaman içərisində ağ rəngdə kristalşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş həmin büküm Sərhədin özünün yanında zərfə qoyulub 21-ci PB-nin zərflər üçün möhürü ilə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manatlıq pulu özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş X6 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizəraportlardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 müvafiq polis orqanına müraciət etmişlər. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın yan cibindən 01 ədəd 200 manatlıq, 01 ədəd 100 manatlıq, 03 ədəd 50 manatlıq, 02 ədəd 20 manatlıq, 04 ədəd 10 manatlıq, 05 ədəd 5 manatlıq və 13 ədəd 1 manatlıq pul əskinası və həmin şalvarın digər cibindən isə 01 ədəd şəffaf rəngli sellofan bükümdə, içində patı olduğunu bildirdiyi maddə aşkar edilərək götürülür. Şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/4309 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza),,,” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,499 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” PHŞ-nin ambulator məhkəmə-narkoloji ekspertizasının 5254 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq - cinayət işi ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-1 -ci maddələri ilə olan ********* nömrəli cinayət işi sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-1-ci maddələrilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinyət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə cinyət təqibinə xitam verilmiş və ********* nömrəli cinayət işinin materiallarından cinayət işi ayrıca icraata ayrılmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 177.2.3 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ittiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılması və Təqsirləndirilən şəxs həbsdən azad olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2024-cü il tarixdə isə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli vilvet şalvarının cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd 20 manatlıq əskinazı çıxarıb masanın üzərinə qoyur.Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində nə olduğunu soruşularkən həmin bükümdəki ağ rəngli, kristal şəkilli maddənin psixotrop maddə patı olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin maddəni haradan və kimdən əldə etdiyi, nə məqsədlə üzərində gəzdirdiyi soruşularkən o, uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini, həmin bükümdə olan patı adlandırdığı psixotrop maddəni təxminən 10- 15 gün əvvəl Sovetski adlanan ərazidən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 80 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş içərisində ağ rəngli kristalşəkilli maddə olan sellofan büküm zərfə qablaşdırılır. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1729 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ’’Azərbaycan Respublikası DİN Zərflər üçün № 189” dairəvi möhür əksi,’’Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,029 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatlarından sonra qalıq çəkiləri 4,449 qram və 2,929 qram olan metamfetamin Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respubikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-1 maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinin bir icraatda birləşdirilməsi üçün ********* nömrəli cinayət işi Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin ekspert rəyindən görünür ki, qərarda qeyd olunan zərgərlik məmulatlarının 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümüri dəyəri təxminən 1700 manat müəyyən olunur, lakin 585 əyarlı brilyant qaşlı bir cüt qızıl sırğanın qiymətini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-1 maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir) . Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə özgənin əmlakını gizli olaraq talama - oğurluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilir, bununla yanaşı məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadə verərək təqsirli olduğunu və törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Bundan əlavə iş materiallarından görünür ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkətləri aparılmaqla protokollar tərtib edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və yaxud da psixoloji təzyiq edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsinə dair ifadəsində göstərdiyi xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlləri özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1- 1-ci maddələri ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar və sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvələr bir neçə dəfə mənkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü (CM 67.1, 68.2) maddəsi ilə təqsirli bilinib barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan İmişli Rayon İcra və Probasiya Şöbəsinin 29 oktyabr 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən barəsində təyin edilmiş 300 manat cərimə cəzasını ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə müvafiq olaraq az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Bununla yanaşı, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin təkrar törədilməsi halı da mövcuddur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin təkrar törədilməsini (Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə münasibətdə) və cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 məhkəməyə müraciət ünvanlayaraq təqsirləndiriləm şəxsdən şikayətçi olduğunu və cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini (təqsirini) səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, gənc olmasını, Zərərçəkmiş şəxs1 dəmiş ziyanın çox hissəsinin ödənilməsini (geri qaytarılmasını) və Zərərçəkmiş şəxs2 şikayətinin (tələbinin) olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30-da tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, bundan sonra isə məhkəmənin digər qərarları ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli təqdimatından müəyyən olunur ki, Azərbaycan Respublikası CPM-nin 292.1-1-ci maddəsinin tələbləri də rəhbər tutularaq təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması barədə qərar qəbul edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ittiham aktının təsdiq edilməyərək cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılması və Təqsirləndirilən şəxs həbsdən azad olunması üçün qərarın müvafiq quruma təqdim olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:25-də X7 azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli arayışından (məktubundan) müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi işi və Binəqədi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli şəxsin həbsdən azad edilməsi barədə qərarı xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təqdim olunmuşdur. Yuxarıda sadalananlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:30-dan - xx.xx.2024-cü il tarixə saat 20:25-dək olmaqla ümumilikdə 07 (yeddi) ay 03 gün tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da tutulmuşdur. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, sonuncu dəfə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, bundan sonra isə məhkəmənin digər qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı xx.xx.2023-cü il tarixdə saat 08:30-dan xx.xx.2024-cü il tarixə saat 20:25-dək tutularaq həbsdə saxlanıldığı 07 (yeddi) ay 03 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma - xx.xx.2024-cü il tarixdən) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,929 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 4,449 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalı, 568 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş (müəyyən edilmiş) 300 manat miqdarda cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 300 manat miqdarda cərimə cəzası və 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 07 (yeddi) ay 03 gün müddət ona hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 300 manat miqdarda cərimə cəzası və 05 (beş) il 04 (dörd) ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 300 manat miqdarda cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma - xx.xx.2024-cü il tarixdən) müddəti cəzaçəkmə müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,929 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 4,449 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 245 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.