Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2127/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonu Xaspolad kəndində qeydiyyatda olmaqla yaşamış, iki az yaşlı uşağı olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Mamed” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Mamed” adlı şəxsin sifarişi və 5.000 manat pul təklifi ilə onun dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşdirilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxil olan külli miqdarda 23339,56 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Astara-Ələt-Bakı avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 719-cu taqımının stasionar postunun yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 03:50 dəqiqədə Astara-Ələt-Bakı avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayon ərazisində yerləşən DİN-in BDYPİ-nin Yol Patrul Xidməti Alayının 719-cu taqımının stasionar postunda “Toyota Corolla” markalı, **- UY-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 06:10-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki gödəkcəsinin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə 9,56 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 11 may 2024-cü il tarixdə saat 07:05-dən etibarən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binanın həyətində Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmə zamanı avtomobilin yük yerindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd kisədə 20 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2015,0 qram, 2180,0 qram, 1015,0 qram, 1020,0 qram, 1030,0 qram, 1030,0 qram, 1020,0 qram, 1015,0 qram, 1040,0 qram, 1800,0 qram, 1015,0 qram, 1020,0 qram, 1015,0 qram, 1015,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1030 qram və 1010,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 23330,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o törətdiyi əməli tam etiraf edir. İranlı şəxs ona zəng vuraraq 25 kiloqrama qədər marixuananı lazım olan yerə çatdırması üçün getməli olduğunu demişdir. Bu səbəbdən o ona atılmış yerə əsasən Qaradağ postuna getmişdir. Gördüyü iş müqabilində ona 5000 manat pul veriləcəkmiş. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 2-3 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Mamed adlı şəxslə 1 il olar ki, tanıyır. Belə ki, Mamed adlı şəxsi taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olduğu yaxın adam sayəsində tanımışdır. Bundan əvvəl Mamed ona bir dəfə də narkotik vasitə çatdırması üçün iş tapşırmış, lakin həmin iş alınmamışdır. Gördüyü iş müqabilində ona 5000 manat pul və 200 qram marixuana təklif olunmuşdur. O deyilən ünvanlara yalnız qurudulmuş marixuana çatdırmışdır. Mamedlə aralarında 2 dəfə belə alış-veriş olmuşdur. Birinci dəfə 4-5 kq marixuana olmuş, qarşılığında 2500 manat və 50 qram qurudulmuş marixuana təklif olunmuşdur. Birinci dəfə çatdırılma 7-8 ay bundan əvvəl olmuşdur. Narkotik vasitəni Qaradağ postunun yaxınlığından götürməli olmuşdur. Qaradağ postuna çatdıqdan 5 dəqiqə sonra polis əməkdaşları onu saxlamışdır. Sonuncu dəfə Mamed 20-25 kiloqram narkotik vasitə olacağını demişdir. Ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə qəbul edir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur. O, orta məktəbi Quba rayonu Xaspolad kənd tam orta məktəbində Azərbaycan dilində oxumuşdur. 2009-2010-cu illərdə hərbi xidmətdə olmuşdur. 2015-ci ildə işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş və orada X1 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən 2016-cı il təvəllüdlü Sabina və 2018-ci il təvəllüdlü Amir adlı övladları vardır. 2020-ci ildə sənədlərində yaranmış problemlə bağlı Azərbaycan Respublikasına qayıtmış, lakin sonradan Rusiya Federasiyasına gedə bilməmişdir. Lakin ailə üzvləri ilə mütəmadi olaraq əlaqə saxlayır və onlara maddi köməklik göstərir. Rəsmi olaraq heç yerdə işləməsə də, icarəyə götürdüyü “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobillə Bakı və Quba şəhərləri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitəni Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən əldə edirmiş. Təxminən 4-5 ay əvvəl Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobilinə əvvəllər tanımadığı bir nəfər müştəri əyləşmişdir. Həmin şəxslə söhbət edən zaman həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və narkotik vasitə lazım olduğu zaman “Mamed” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlaya biləcəyini bildirmiş və “Mamed” adlı şəxsin +98-936-405-1912 saylı “Whatsapp" nömrəsini ona vermişdir. Bundan sonra o, “Mamed” adlı şəxslə əlaqə saxlayıb onunla tanış olmuş və narkotik vasitələri həmin şəxsdən almağa başlamışdır. Belə ki, o, öz istifadəsində olan nömrə ilə “Mamed” adlı şəxsin istifadəsində olan nömrə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışırmış, sifariş verdiyi narkotik vasitənin pulunu “Mamed” adlı şəxsin dediyi bank hesabına köçürməklə ödəyirmiş, sonra həmin şəxs ona Bakı şəhərində narkotik vasitənin qoyulduğu yerin şəkilini və məkan göndərirmiş və o, da gedib narkotik vasitəni gizlədildiyi yerdən götürürmüş. “Mamed” adlı şəxsdən bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana aldıqdan sonra onların arasında münasibət yaranmış və sonra “Mamed” adlı şəxs onunla əlaqə saxlayıb təklif etmişdir ki, birlikdə narkotik vasitələrin satışı ilə məşğul olsunlar. Belə ki, həmin şəxs ona külli miqdarda narkotik vasitələr göndərsin, o, da həmin maddələri götürüb özündə saxlasın, sonra götürdüyü narkotik vasitələri onun dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib “Mamed” adlı şəxsə göndərsin və həmin şəxs də bunun müqabilində ona pul versin. Onun da pula ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb “Mamed” adlı şəxsin təklifi ilə razılaşmışdır. Birinci dəfə tutulmamışdan təxminən üç ay əvvəl dəqiq tarix yadında qalmamışdır, “Mamed” adlı şəxs onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona külli miqdarda 5 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini və həmin narkotik vasitələri götürüb özündə saxlamasını, sonra isə onun deyəcəyi ünvanlara qoymasını və bunun müqabilində ona 2500 manat pul verəcəyini bildirmişdir. O, da “Mamed” adlı şəxsin təklifi ilə razılaşmış və həmin günü gecə vaxtı “Mamed" adlı şəxs ona narkotik vasitələrin qoyulduğu yerin şəkillərini və məkan göndərmişdir. O, da həmin gecə idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə gedib onun mobil telefonuna göndərilən şəkillər və məkan əsasında “Mamed” adlı şəxs tərəfindən göndərilən narkotik vasitənin yerini müəyyən etmiş və 01 ədəd kisədə olan narkotik vasitəni götürüb idarə etdiyi avtomobilə qoyaraq Bakı şəhərinə gətirmişdir. Narkotik vasitələr təxminən 3-4 saat onun idarə etdiyi avtomobildə qaldıqdan sonra “Mamed" adlı şəxs onunla təkrar əlaqə saxlayıb narkotik vasitələri Lökbatan dairəsindən “Beynəlxalq Avtovağzal” istiqamətində olan yolun kənarında uyğun bir yerdə gizlədib, həmin yerin şəkillərini çəkib ona göndərməsini bildirmişdir. O, da “Mamed” adlı şəxsin dediyi kimi narkotik vasitəni Lökbatan dairəsindən “Beynəlxalq Avtovağzal” istiqamətində olan yolun kənarında gizlədib həmin yerin şəkillərini və məkanı “Mamed" adlı şəxsə göndərmişdir. “Mamed” adlı şəxs gördüyü işin müqabilində ona 2500 manat pul vermişdir. Bundan sonra onun “Mamed” adlı şəxslə uzun müddət əlaqəsi olmamışdır. Daha sonra 11 may 2024-cü il tarixdə gecə saat 01 radələrində “Mamed” adlı şəxs onunla +98-936-405-1912 saylı “Whatsapp” nömrəsi ilə əlaqə saxlayıb Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana qoyulacağını, gedib həmin narkotik vasitəni götürməsini və narkotik vasitəni özündə saxlamasını, daha sonra həmin şəxsin dediyi vaxtda və dediyi çəkidə narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoymasını və bunun müqabilində ona 5.000 manat pul verəcəyini bildirmişdir. “Mamed” adlı şəxs göndərdiyi narkotik vasitələrin çəkisinin təxminən 20-25 kiloqram arasında olacağını qeyd etmişdir. Onun pula ehtiyacı olduğu üçün yenə də məcburiyyət qarşısında qalıb “Mamed” adlı şəxsin təklifi ilə razılaşmışdır. O, “Mamed” adlı şəxsdən xahiş etmişdir ki, puldan əlavə ona özü istifadə etmək üçün 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana göndərsin. “Mamed” adlı şəxs də onun təklifi ilə razılaşmışdır. “Mamed” adlı şəxs ona bildirmişdi ki, o, Ələt qəsəbəsinə gedib orada gözləsin, bu müddət ərzində isə narkotik vasitələrin qoyulduğu yerin şəkillərini və məkanı ona göndərəcəkdir. O, da bundan sonra idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə getmiş və bir qədər gözlədikdən sonra “Mamed” adlı şəxs onun mobil telefonuna narkotik vasitələrin qoyulduğu yerin şəkillərini və məkan göndərmişdir. Eyni zamanda ona zəng edib narkotik vasitələrin qoyulduğu yeri izah etmiş və bildirmişdi ki, narkotik vasitələr 02 ədəd kisədə və ümumilikdə 20 ədəd bağlamada olacağını, narkotik vasitəni götürdükdən sonra kisələri açmasını və kisələrin içərisində olan bağlamaları sayıb ona məlumat verməsini tapşırmışdır. O, da göndərilən şəkillər və məkan əsasında “Mamed” adlı şəxsin göndərdiyi narkotik vasitələrin qoyulduğu yeri müəyyən etmişdir. Belə ki, narkotik vasitələr Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində əsas magistral yolun sağ kənarında kolların arasında gizlədilmiş 02 ədəd ağ rəngli sintetik kisənin içərisində olmuşdur. O, narkotik vasitələri müəyyən etdikdən sonra həmin kisələri götürüb idarə etdiyi avtomobilin arxa yük yerinə qoyub oradan uzaqlaşmış, sonra avtomobili kənar bir yerdə saxlayıb kisələri açıb içərisində olan bağlamaları saymış və narkotik vasitələrin 20 ədəd üzəri yapışqan lentlə bağlanmış qara və yaşıl rəngli sellofan bağlamalarda olduğunu müəyyən etmiş və qara rəngli bağlamanın birini açıb içərisindən təxminən 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürmüş və sellofana bükərək əynində olan gödəkcəsinin cibinə qoymuş və avtomobildə olan yapışqan lentlə həmin bağlamanın kəsilmiş hissəsini yenidən bağlayıb, bağlamaları kisələrə yığıb kisələrin ağzını bağlayıb avtomobilin yük yerinə qoyaraq Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Eyni zamanda zəng edib bu barədə “Mamed” adlı şəxsə məlumat vermişdir. “Mamed” adlı şəxs narkotik vasitələri özündə saxlamasını və 3-4 saat ərzində narkotik vasitələri qoyacağı yeri ona bildirəcəyini qeyd etmişdir. O, da “Mamed” adlı şəxsdən xahiş etmişdir ki, hava işıqlaşana kimi ona məlumat versin. Bundan sonra o, avtomobili idarə edərək Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamış, həmin gecə saat 03:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin postuna çatan zaman polis əməkdaşları tərəfindən ona avtomobili saxlaması üçün işarə verilmişdir. O, avtomobili saxlamış və bu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib və ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Sonra isə üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr və ya psixotrop maddələr olub-olmaması barədə soruşulduqda, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üstündə və idarə etdiyi avtomobildə narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, da buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, əynində olan qara rəngli şalvarının sağ arxa cibində olan 01 ədəd “Honor” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 15 manat 20 qəpik pulu, şalvarının sağ yan cibində olan avtomobilin açarını və əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində olan 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya və predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd qara rəngli sellofan büküm şahidlərin iştirakı ilə açıldıqda bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitənin İran İslam Respublikasının vətəndaşı olan “Mamed” adlı şəxs tərəfindən göndərildiyini, “Mamed” adlı şəxsin göndərdiyi narkotik vasitələrin qalan hissəsinin idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olduğunu, həmin narkotik vasitələri 11 may 2024-cü il tarixdə gecə vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində magistral yolun kənarından götürdüyünü və sonradan həmin şəxsin deyəcəyi ünvanlara qoyacağını, bunun müqabilində “Mamed” adlı şəxsin ona 5.000 manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana verəcəyini, üzərindən aşkar edilmiş narkotik vasitəni isə avtomobildə olan narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürdüyünü və idarə etdiyi avtomobildə olan narkotik vasitələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa təxminən 3 ay əvvəl “Mamed” adlı şəxs tərəfindən ona külli miqdarda narkotik vasitələr göndərildiyini, həmin narkotik vasitələri gedib Ələt qəsəbəsi ərazisindən götürərək Bakı şəhəri ərazisində həmin şəxsin dediyi ünvana qoyduğunu və bunun müqabilində “Mamed” adlı şəxsin ona 2.500 manat pul verdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş, sonra isə 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, o və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Bundan əlavə üzərindən aşkar edilmiş 15 manat 20 qəpik pul və avtomobil açarı onun özünə qaytarılmış və üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçiriləcəyi ona izah edilmiş, o, da avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə vermişdir. Həmin günü polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilə onun icazəsi və iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə vardırsa təqdim etsin. Bundan sonra o, idarə etdiyi avtomobilin yük yerində narkotik vasitələr olduğunu bildirmiş, özündə olan açarla avtomobilin qapılarını açmış və avtomobilin yük yerində olan 02 ədəd ağ rəngli sintetik kisəni polis əməkdaşlarına təqdim etmiş və həmin kisələrin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin kisələrə onun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı birinci kisənin içərisindən 02 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama və 07 ədəd yaşıl rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalara baxış keçirilərkən bağlamaların içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra ikinci kisəyə baxış zamanı kisənin içərisindən 01 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama və 10 ədəd yaşıl rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalara baxış keçirilən zaman bağlamaların içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamalar 02 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir. Sonra onun özü və iştirakçılar tərəfindən qablaşmaların üzəri imzalanmışdır. Sorğu zamanı o, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin İran İslam Respublikasının vətəndaşı olan “Mamed” adlı şəxs tərəfindən göndərildiyini, həmin narkotik vasitələri 11 may 2024-cü il tarixdə gecə vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində magistral yolun kənarından götürdüyünü və sonradan həmin şəxsin deyəcəyi ünvanlara qoyacağını, bunun müqabilində "Mamed” adlı şəxsin ona 5.000 manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində üzərindən və “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitələrin “Mamed” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri idarə etdiyi avtomobillə gedib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində gizlədildiyi yerdən götürdüyünü, narkotik vasitələrin Ələt qəsəbəsi ərazisindən götürdüyü yerə kimlər tərəfindən qoyulduğunu və eləcə də həmin narkotik vasitələri sonradan qoyacağı ünvanlardan kimlərin gəlib götürməsi barəsində heç bir məlumatının olmadığını, o, yalnız narkotik vasitələri qoyacağı ünvanın fotoşəkillərini çəkib və məkanı mobil telefon vasitəsi ilə “Mamed” adlı şəxsə göndərəcəyini, sonradan həmin narkotik vasitələrin kimlər tərəfindən götürüləcəyini bilmədiyini, birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün “Mamed” adlı şəxsin ona 5.000 manat pul və özü istifadə etmək üçün narkotik vasitə verəcəyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. (Cild 1; iş vərəqə; 86-94) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 10 may 2024-cü il tarixdə BNMİ-nin əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, daha sonra əməliyyat qrupu yaradılmış və o da həmin qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxs may ayının 10-dan 11-nə keçən gecə Qaradağ postunda avtomobili ilə saxlanılmış və İdarəyə gətirilmişdir. Şəxsi axtarış və avtomobilə baxış zamanı külli miqdarda qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri iranlı şəxslə danışdığını və həmin narkotik vasitələri Ələtdən götürdüyünü bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupu 4 nəfərdən ibarət olmuş: təhqiqatçı, o, Şahid3 və Şahid1. Qrup rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs tutularkən tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman gecə saat 2-3 olarmış. Şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərindən bir büküm, maşınından isə 2 kisə aşkar edilmişdir. Maşından çıxan narkotik vasitənin çəkisi 20 kiloqramdan çox olarmış. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı müdafiəçi də iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılmışdır. İdarəyə gətirildikdən sonra üzərinə və avtomobilinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu 4 nəfərdən ibarət olub: təhqiqatçı, o, Şahid2 və Şahid1. Təqsirləndirilən şəxs Qaradağ postu yaxınlığında təxminən gecə saatlarında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən 2 kisə qurudlmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən nə aşkar edildiyini xatırlamır. Şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcə üzərinə baxış keçirilmiş, dərhal sonra avtomobilinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. Tərəflərin razılığı ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. Şahid1 bildirmişdir ki, 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 10 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupuna BNMİ-nin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, BNMİ-nin X5 Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və BNMİ-nin X5 Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 daxil edilmişlər. 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixə keçən gecə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobillə Astara-Bakı avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edir. Həmin şəxsin saxlanılması üçün əməliyyat qrupunun üzvləri Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 719-cu taqımının stasionar postuna gəlmişlər. Həmin gecə saat 03:50 radələrində “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkət edib Yol Patrul Xidməti Alayının 719-cu taqımının stasionar postundan keçən zaman həmin avtomobilə əməliyyat qrupunun üzvləri tərəfindən durması barədə işarə verilmişdir. “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarının saxla işarəsinə tabe olub avtomobili saxladıqdan sonra o və digər əməkdaşlar həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr olub-olmaması barədə soruşulduqda, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yarandığı üçün sonuncu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobillə birlikdə BNMİnin inzibati binasına gətirilmişdir. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə BNMİ-nin X5 Şöbəsinin təhqiqatçısı Ömər İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etmədiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs üzərində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ arxa cibində olan 01 ədəd “Honor” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 15 manat 20 qəpik pulu, şalvarının sağ yan cibində olan avtomobilin açarını və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan büküm şahidlərin iştirakı ilə açıldıqda bükümün içərisindən yaşıl rəngli, ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin İran İslam Respublikasının vətəndaşı olan “Mamed” adlı şəxs tərəfindən ona göndərildiyini, “Mamed” adlı şəxsin göndərdiyi narkotik vasitələrin qalan hissəsinin idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində olduğunu, həmin narkotik vasitələri 11 may 2024-cü il tarixdə gecə vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən götürdüyünü və sonradan həmin şəxsin deyəcəyi ünvanlara qoyacağını, bunun müqabilində “Mamed” adlı şəxsin ona 5.000 manat pul verəcəyini, üzərindən aşkar edilmiş narkotik vasitəni isə avtomobildə olan narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürdüyünü və idarə etdiyi avtomobildə olan narkotik vasitələri də təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa təxminən 3 ay əvvəl “Mamed” adlı şəxs tərəfindən ona göndərilən külli miqdarda narkotik vasitələri Ələt qəsəbəsi ərazisindən götürərək Bakı şəhəri ərazisində həmin şəxsin dediyi ünvana qoyduğunu və bunun müqabilində “Mamed” adlı şəxsin ona 2.500 manat pul verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən tərəzidə çəkilmiş, sonra isə 01 ədəd kağız zərfə qoyub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 15 manat 20 qəpik pul və avtomobil açarı onun özünə qaytarılmış və onun üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçiriləcəyi ona izah edilmiş, o, da avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həmin günü təhqiqatçı tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilə onun özünün icazəsi və iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə vardırsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerində narkotik vasitələr olduğunu bildirib özündə olan açarla avtomobilin qapılarını açmış, avtomobilin yük yerində olan 02 ədəd ağ rəngli sintetik kisəni təqdim edərək həmin kisələrin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin kisələrə şahidlərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı birinci kisənin içərisindən 02 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama və 07 ədəd yaşıl rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalara baxış keçirilən zaman bağlamaların içərisindən yaşıl rəngli, ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Bundan sonra ikinci kisəyə baxış zamanı kisənin içərisindən 01 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama və 10 ədəd yaşıl rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalara baxış keçirilən zaman bağlamaların içərisindən yaşıl rəngli, ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və sonra həmin bağlamalar 02 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən qablaşmaların üzəri imzalanmışdır. Bundan sonra avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən başqa hər hansı bir qanunsuz əşya, predmet və maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin İran İslam Respublikasının vətəndaşı olan “Mamed" adlı şəxs tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri 11 may 2024-cü il tarixdə gecə vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən götürdüyünü və sonradan həmin şəxsin deyəcəyi ünvanlara qoyacağını, bunun müqabilində “Mamed” adlı şəxsin ona 5.000 manat pul verəcəyini bildirmişdir. Sonra avtomobilə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Polis İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir və belə hallar olmamışdır. Eləcə də həmin şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmişdir. (cild 1, iş vərəqə 120-123) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1-2) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində və avtomobilində saxlaması, daşıması, Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (cild 1, iş vərəqə 6) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli, 3-137/Ə140/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü bağlı əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-8,11) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə, saat 03:50-də Bakı-Astara-İran sərhədi avtomobil yolunun 47-ci kilometrliyində yerləşən BDYPİ YPX alayının 719 saylı stasionar postunda idarə etdiyi “Toyota Corolla” markalı, 90UY701 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmiş, avtomobil isə idarənin həyətinə yerləşdirilmişdir. (cild 1, iş vərəqə 12) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından xx.xx.2024-cü il tarixdə, saat 05:40-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 22-24) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki şalvarının sağ arxa cibindən 01 ədəd “Honor” markalı mobil telefon, şalvarının sol yan cibindən 15 manat 20 qəpik pul, şalvarının sağ yan cibindən avtomobilin açarı və əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd sellofan büküm və “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, pul və avtomobil açarı isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. (Cild 1, iş vərəqə 32-36) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, BNMİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs iştirakı və sonuncunun razılığı ilə “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmə zamanı avtomobilin yük yerindən 02 ədəd ağ rəngli sintetik kisə aşkar olunmuşdur. Həmin kisələrə baxış zamanı birinci kisədən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 02 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama və 07 ədəd yaşıl rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama, ikinci kisədən isə içərisində 01 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama və 10 ədəd yaşıl rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar olunmuşdur. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan sellofan bağlamalar polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 38-42) Məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/729 nömrəli 11 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində - “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...” yazı və imzalar olan zərfdə 01 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 9,56 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...” yazı və imzalar olan ağ rəngli sintetik torbada üzəri şəffaf yapışqan lentlə yapışdırılmış 02 (iki) ədəd qara rəngli sellofan və 07 (yeddi) ədəd ağ-yaşıl sellofan bağlamada və hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2015,0 qram, 2180,0 qram, 1015,0 qram, 1020,0 qram, 1030,0 qram, 1030,0 qram, 1020.0 qram, 1015,0 qram və 1040,0 qram olmaqla ümumi çəkisi 11365,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində üzəri şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...” yazı və imzalar olan digər ağ rəngli sintetik torbada üzəri şəffaf yapışqan lentlə yapışdırılmış 01 (bir) ədəd qara rəngli sellofan və 10 (on) ədəd ağ - yaşıl sellofan bağlamada və hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1800,0 qram, 1015,0 qram, 1020,0 qram, 1015,0 qram, 1015,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1030,0 qram və 1010,0 qram olmaqla, ümumi çəkisi 11965,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 23339,56 qram, tədqiqata sərf edilən ümumi miqdar -1,05 qram, qalıq - 23338,51 qram. (Cild 1, iş vərəqə 51-55) “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 74-75) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-644/2024 saylı qərarından (hakim: M.X.Əfəndizadə) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 105-110) Maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və onun idarə etdiyi “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi qalıq çəkisi 23338,51 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(cild 1, iş vərəqə 112-114) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ona məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Honor” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun yaddaşında “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində “Mamaed” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98-936-405-1912 mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında danışıqlar aparıldığı müəyyən edilmişdir: Belə ki, 03 may 2024-cü il tarixdə saat 11:28 və 11:29-da “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 02 dəfə görüntülü zəng edilmiş və Təqsirləndirilən şəxs zəngə cavab verməmişdir. 03 may 2024-cü il tarixdə saat 11:34-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrənin istifadəçisinə “Salam qardaşım, sabahın xeyir, yaxşısan, nə xəbər, nə iş görürsən, yatmışdım, qoy durum zəng edirəm” məzmunlu səsli ismarıc göndərmişdir. 03 may 2024-cü il tarixdə saat 11:35-də “Mamaed” adı ilə qeyd olunmuş +98-936- 405- 1912 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs “Sabahın xeyir olsun, duranda yığarsan” məzmunlu səsli ismarıc göndərmişdir. 03 may 2024-cü il tarixdə saat 15:04-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 3 dəqiqəlik səsli danışıq aparılmışdır. 09 may 2024-cü il tarixdə saat 15:04-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 5 dəqiqəlik səsli danışıq aparılmışdır. 11 may 2024-cü il tarixdə saat 01:05-də və 01:06-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 02 dəfə görüntülü danışıq aparılmışdır. 11 may 2024-cü il tarixdə saat 01:36-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrəyə avtomobilin salon hissəsində yerləşən sürət göstərici monitorun şəkilini göndərmişdir. 11 may 2024-cü il tarixdə saat 01:37-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrəyə “Qazax 460 km, Şuşa 345 km, Astara 260 km, Ələt 55 km” sözləri yazılmış yol nişanının şəkilini göndərmişdir. 11 may 2024-cü il tarixdə saat 01:45-də “Mamaed” adı ilə qeyd olunmuş +98-936- 405- 1912 nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Kapital Bank” məxsus “7920” nömrəli hesaba 200 manat pulun köçürülməsinə dair qəbzin şəkilini göndərmişdir. 11 may 2024-cü il tarixdə saat 01:46-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 1 dəqiqəlik səsli danışıq aparılmışdır. 11 may 2024-cü il tarixdə saat 02:05-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 48 saniyəlik görüntülü danışıq aparılmışdır. (cild 1, iş vərəqə 116-117). xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, daxil olmuş ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmiş, eləcə də sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda narkotik vasitələri onun İran İslam Respublikası vətəndaşının sifarişi ilə əldə etdiyi və pul müqabilində həmin şəxsin deyəcəyi ünvanlara qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədi ilə saxladığı müəyyən edilmiş, eləcə də onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikası vətəndaşlarının, o cümlədən “Mamed” ləqəbli şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 149) Qaradağ Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 5(002)-142/2024 saylı qərarından görünür ki, DİN-nin BNMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 10 may 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 152-155) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 156-157) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 158-159) Məhkəmə-narkoloji ekspertizasının 5152 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 177-178) Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti Başçısının Zərqava İƏDÜ nümayənəliyinin verdiyi 20 iyul 2024-cü il tarixli, 244 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 179) Sübutların qiymətləndirilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, 11 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, eləcə də “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 23338,51 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Honor” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli AZF/LGL- 8390/24 nömrəli məktubla götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınmadan cinayət işininin materiallarına əlavə edilmiş, “Toyota Corolla” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçısı X3 qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs ailə üzvlərinin və digər yaxın qohumlarının barələrində Azərbaycan Respublikası CM-in 234 və 307-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə və qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələr əldə edib istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və avtomobilə baxış keçirilən zaman narkotik vasitələri təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs izahatı, onun 11 may 2024-cü il tarixdə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, 11 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və “avtomobilə baxış və götürmə aparılması haqqında” protokol, həmin proseslər zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (cild 1, iş vərəqə 181-196) xx.xx.2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə və qrupun üzvü İran islam Respublikasının vətəndaşı “Mamed” ləqəbli şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (cild 1, vərəqə 198-199) İşdə olan 25 oktyabr 2016-cı il tarixli, 150 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş Sabina adlı uşağın atası Təqsirləndirilən şəxsdur. İşdə olan 06 noyabr 2018-ci il tarixli, ******************** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş Amir adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilmiş, ittihamı mübahisələndirməmiş və özünü müdafiə üçün heç bir dəlil göstərməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadəsi, işin faktiki halları, cinayət işinin materialları, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, “Mobil telefona baxış keçirilməsi haqqında” protokol, ekspert rəyi və iş üzrə toplanmış digər sübutların məcmusu ilə sübuta yetirilir. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən 01 ədəd sellofan bükümdə 9,56 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi, həmçinin avtomobilin yük yerindən 02 ədəd kisədə 20 ədəd sellofan bağlamada ayrıayrılıqda təmiz çəkiləri 2015,0 qram, 2180,0 qram, 1015,0 qram, 1020,0 qram, 1030,0 qram, 1030,0 qram, 1020,0 qram, 1015,0 qram, 1040,0 qram, 1800,0 qram, 1015,0 qram, 1020,0 qram, 1015,0 qram, 1015,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1030 qram və 1010,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 23330,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ona məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Honor” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun yaddaşında “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində “Mamaed” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98-936- 405-1912 mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında danışıqlar aparıldığı müəyyən edilmişdir: Belə ki, 03 may 2024-cü il tarixdə saat 11:28 və 11:29-da “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 02 dəfə görüntülü zəng edilmiş və Təqsirləndirilən şəxs zəngə cavab verməmişdir. 03 may 2024-cü il tarixdə saat 11:34-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrənin istifadəçisinə “Salam qardaşım, sabahın xeyir, yaxşısan, nə xəbər, nə iş görürsən, yatmışdım, qoy durum zəng edirəm” məzmunlu səsli ismarıc göndərmişdir. 03 may 2024-cü il tarixdə saat 11:35-də “Mamaed” adı ilə qeyd olunmuş +98-936- 405- 1912 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs “Sabahın xeyir olsun, duranda yığarsan” məzmunlu səsli ismarıc göndərmişdir. 03 may 2024-cü il tarixdə saat 15:04-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 3 dəqiqəlik səsli danışıq aparılmışdır. 09 may 2024-cü il tarixdə saat 15:04-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 5 dəqiqəlik səsli danışıq aparılmışdır. 11 may 2024-cü il tarixdə saat 01:05-də və 01:06-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 02 dəfə görüntülü danışıq aparılmışdır. 11 may 2024-cü il tarixdə saat 01:36-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrəyə avtomobilin salon hissəsində yerləşən sürət göstərici monitorun şəkilini göndərmişdir. 11 may 2024-cü il tarixdə saat 01:37-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrəyə “Qazax 460 km, Şuşa 345 km, Astara 260 km, Ələt 55 km” sözləri yazılmış yol nişanının şəkilini göndərmişdir. 11 may 2024-cü il tarixdə saat 01:45-də “Mamaed” adı ilə qeyd olunmuş +98-936- 405- 1912 nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə “Kapital 7920” nömrəli hesaba 200 manat pulun köçürülməsinə dair qəbzin şəkilini göndərmişdir. 11 may 2024-cü il tarixdə saat 01:46-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 1 dəqiqəlik səsli danışıq aparılmışdır. 11 may 2024-cü il tarixdə saat 02:05-də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Mamaed” adı ilə qeyd olunmuş +98-936-405-1912 nömrə arasında 48 saniyəlik görüntülü danışıq aparılmışdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onun ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi etirafedici ifadələrində narkotik vasitəni qabaqcadan razılaşdığı İran İslam Respublikasının vətəndaşının dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırmasını göstərməsi, əldə etdiyi narkotik vasitəni üzərində və avtomobilində gəzdirməsi, ona məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Honor” markalı mobil telefonun“Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində “Mamaed” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98-936-405-1912 mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında danışıqlar aparılması kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkətləri zamanı aşkar edilmiş narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət törətməsini və törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halları, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, BMCMİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 23338,51 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi və götürmənin əks edildiyi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Honor » markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 192 (bir yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİnin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 23338,51 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsi və götürmənin əks edildiyi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «Honor» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 192 (bir yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-2127/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2127/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver