Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-213/2021 02.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 44-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.: Belə ki, o, tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq onun həbsdə olan əri Şahid1 azad edilməsinə köməklik edəcəyi adı ilə 2017-ci ilin yanvar ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 10.000 manat, Şahid1 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında baxılan cinayət işində köməklik edəcəyi adı ilə 2017-ci ilin may ayının əvvəlində Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 42, mənzil 13-də 7.000 manat, həmin məqsədlə 2017-ci ilin may ayının ortasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin inzibati binasının qarşısında 8.000 manat, Şahid1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 21 aprel 2017-ci il tarixdə çıxarılmış bəraət hökmünün Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmasına köməklik edəcəyi adı ilə 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 43-də yerləşən «Karvan» adlı kafenin yanında Şahid1 20.000 manat, Şahid1 övladı Şahid4 və kürəkəni Şahid3 əmlaklarının məhkəmə tərəfindən müsadirə olunmamasına köməklik edəcəyi adı ilə 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 42, ev 13də Şahid1 17.000 manat olmaqla, ümumilikdə 62.000 manat pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək, həmin pul vəsaitlərini özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü vəzifəli şəxslərlə yaxın əlaqələri olan şəxs kimi təqdim edib etibarından sui-istifadə etmiş, həmin əlaqələrindən istifadə etməklə 160.000 manat pul müqabilində Zərərçəkmiş şəxs2 «X7» yüksək vəzifəyə təyin olunmasına köməklik edəcəyini bildirməklə onu inandırıb aldatmış, bundan sonra Təqsirləndirilən şəxs bu adla Zərərçəkmiş şəxs2 2017-ci ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən «Babək» mərasim evinin qarşısında yolun kənarında özünün idarə etdiyi qara rəngli «BMW X-5» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə 40.000 manat, 2017-ci ilin iyun ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində, Bakı metropoliteninin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında, yerləşən «İstanbul» marketin qarşısında özünün idarə etdiyi «BMW X-5»markalı avtomobildə 85.000 manat, 2017-ci İlin noyabr ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində, metropolitenin «Nəriman Nərimanov» stansiyasının yaxınlığında, yerləşən «İstanbul» marketin qarşısında özünün idarə etdiyi «BMW X-5» markalı avtomobildə 35.000 manat, ümumilikdə 160.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü vəzifəli şəxslərlə yaxın əlaqələri olan şəxs kimi təqdim edib etibarından sui-istifadə etmiş, həmin əlaqələrindən istifadə etməklə 3.500 manat pul müqabilində Zərərçəkmiş şəxs3 qardaşı Şahid2 qısa müddətdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almasına köməklik edəcəyini bildirməklə onu inandırıb aldatmış, bundan sonra Təqsirləndirilən şəxs bu adla 2018-ci ilin avqust ayında Bakı şəhəri Nizami rayonu ərazisində, Bakı metropolitenin «Koroğlu» stansiyasının yanında Zərərçəkmiş şəxs3 3.500 manat pul vəsaitini alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünü Təhsil Nazirliyində işləyən vəzifəli şəxslərlə yaxın əlaqələri olan şəxs kimi təqdim edib etibarından sui-istifadə etmiş, həmin əlaqələrindən istifadə etməklə 5.000 manat pul müqabilində Zərərçəkmiş şəxs4 «X9 İnstitutu»nu bitirməsinə dair diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsinə köməklik edəcəyini bildirməklə onu inandırıb aldatmış, bundan sonra Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu ərazisində, Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mersedes Vito» markalı ** NA *** dövlət qeydiyyatlı avtomobildə sonuncudan 5.000 manat pul vəsaitini alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir: Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir: - Zərərçəkmiş şəxs1 yoldaşı Şahid1lə 2006-cı ildən 2015-ci ilə qədər Rövşənlə iş yoldaşı olmuş və çox yaxın münasibətləri olmuşdur. Rövşən 2016-cı ildə dələduzluq cinayətini törətdiyinə görə həbs edilmiş, barəsində olan iş Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş, məhkəmə tərəfindən ona bəraət verilsə də, Bakı Apellyasiya məhkəməsi tərəfindən həmin bəraət hökmü ləğv edilmiş, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Xanımqız müraciətində bildirmişdir ki, guya o, 2017-ci ilin may ayında Xanımqızdan 7.000 manat almış və Rövşənin barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsində köməklik edəcəyinə söz vermişdir; lakin Xanımqızın bu sözləri həqiqət deyil, o, bu məqsədlə Xanımqızdan pul almamışdır, Xanımqız həmçinin bildirmişdir ki, guya o, yenə də həmin məqsədlə onlardan 8.000 manat almışdır, lakin bu da tamamilə yalandır, düzdür, Rövşənin barəsində Nərimanov rayon məhkəməsində iş aparılmış, lakin o, həmin işdə Rövşənə köməklik edilməsi adı ilə sonuncudan və ya arvadı Xanımqızdan heç bir pul vəsaiti almamışdır; Xanımqız həmçinin bildirmişdir ki, 2017-c6i ilin iyun ayında vəkil Ülkərin yanında Rövşən ona 20.000 manat pul vermiş, o da həmin pulu Ülkərə vermişdir. Belə ki, Rövşənin barəsində Nərimanov rayon məhkəməsində təhqirlə bağlı iş gedən zaman o, Rövşən və Xanımqız birlikdə Ülkərin iş yerinə getmiş, Rövşən çöldə gözləmiş, o və Xanımqız isə içəriyə daxil olmuş, Xanımqız Nərimanov məhkəməsində gedən prosesdə Rövşəni müdafiə etməsini Ülkərdən xahiş etmiş, Ülkər də yeni müqavilə bağlanmasını təklif etmiş, həmin vaxt Rövşən də içəriyə daxil olmuş və Rövşən cibindən 120 manat çıxarıb Ülkərə vermiş, Ülkər pulu almamamış və sabah proses günü 150 manat düzəldib vermələrini xahiş etmişdir, həqiqətən də səhəri günü o, Rövşən, Xanımqız və Ülkər Nərimanov rayon məhkəməsinin yanına gəlmiş, həmin ərəfədə Rövşən Ülkərə 150 manat vermiş, amma o, Ülkərə 20.000 manat verilməsini görməmişdir; Xanımqız ərizəsində bildirmişdir ki, guya o, Rövşənin barəsində Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən çıxarılmış bəraət hökmünün Apellyasiya məhkəməsində qüvvəsində saxlanılması üçün Rövşəndən 20.000 manat almışdır, lakin bu deyilənlər də həqiqət olmamış, belə ki, o, həmin məqsədlə Rövşəndən pul almamışdır; Xanımqız həmçinin bildirmişdir ki, guya o, Bakı Apellyasiya məhkəməsində aparılan işdə Xanımqızın kürəkəninin və qızının əmlaklarının üzərinə həbs qoyulmasının qarşısının alınması üçün onlardan 17.000 manat pul almış, lakin Xanımqız bunları da yalan danışmışdır; Xanımqız müraciətində bildirmişdir ki, guya o, Rövşənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik etmək adı ilə ondan 10.000 manat pul almış, lakin bu da həqiqət olmamışdır; Xanımqız həmçinin bildirmişdir ki, Rövşən özünün “taksi trans” şirkətinə dair ona etibarnamə vermiş və o da həmin etibarnamə əsasında şirkəti satmış, şirkətin satılması nəticəsində əldə etdiyi pulu da şəxsi məqsədlərinə xərcləmiş, lakin Xanımqızın bu dedikləri də yalan xarakteri daşımışdır; belə ki, Rövşənin ona 123.000 manat pul borcu olmuş, amma Rövşən həbsdə olduğu üçün o, həmin pulu tələb etməmiş, lakin Rövşən həbsdən çıxandan sonra 2017-ci ilin aprel ayının sonunda Rövşəndən pulunu istəmiş, Rövşən özünün «Taksi trans» şirkətinin olduğunu, həmin şirkəti satıb onun pulunu ödəyəcxəyini bildirmişdir Rövşən, onu sakitləşdirmək üçün Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 50 saylı notariat kontorunda həmin şirkətə dair ona baş etibarnamə vermişdir; həmin şirkət əslində mövcud olmamış, sadəcə olaraq ünvanı olmuş, həmin ünvan da Bakı-Sumqayıt yolunun 28-ci kilometrliyində yerləşən 1,44 sot torpaq sahəsindən ibarət olmuşdur; Rövşənlə birlikdə həmin torpaq sahəsinin satılması üçün müştəri axtarmış, aradan xeyli müddət keçsə də, həmin yerin alınması üçün müştəri tapa bilməmişlər, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğuna görə onlar Sumqayıt şəhər bələdiyyəsinə getmiş və torpağın alqı-satqısını rəsmiləşdirmək istəmişlər, bələdiyyədən həmin torpağa görə Rövşənin 60.000 manat əmlak borcunun olduğu bildirilmiş, o da Rövşənə bu barədə demiş və belə olan halda torpağın satılmasının mümkün olmayacağını bildirmişdir; Rövşən Bakı-Salyan yolunda 1 hektar torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini satıb onun pulunu qaytaracağını demiş, hətta həmin torpağın çıxarışını da ona vermişdir; bir müddət sonra Xanımqız həmin 1 hektar torpaq sahəsinin sənədlərini almış və həmin torpağı özü satacağını və ərinin borcunu qaytaracağını demişdir; Xanımqız sonradan ondan «Taksi trans» şirkətinin original sənədlərini istəmiş, lakin o, həmin sənədləri verməmişdir; lakin o, həmin «Taksi trans» şirkətini satmamış, həmin şirkətin sənədlərinin original nüsxəsini də istintaqa təqdim etmişdir; bundan başqa Xanımqız bildirmişdir ki, guya o, Rövşənin BMW X5 markalı maşınını və onun ikinci şirkəti olan «Comfort taksi» şirkətinə məxsus ** AA *** markalı maşın nömrəsini satmış və pullarını mənimsəmişdir, lakin bu da yalan xarakterli məlumat olmuşdur, belə ki, Rövşən Salyanda mal-qara bazarı işlətmiş, mal-qara bazarı Rövşənin müdiri Çingizin adına olmuş, direktor isə Rövşən olmuşdur; rayonun icra hakimiyyəti tərəfindən bazar bağlanmış, onlar da tanışları Abdulla adlı şəxsdən həmin bazarın açılmasına kömək etməsini xahiş etmişlər; Abdulla da buna görə onlardan 20.000 dollar zəhmət haqqı istəmiş, o və Rövşən də razı olandan sonra Abdullanın köməkliyi ilə həmin bazar açılmışdır; Rövşən də Abdullanın istədiyi 20.000 dolların 5.000 dollarını vermiş, qalan 15.000 dollar isə qalmış, Rövşən həmin vaxtı tutulduğuna görə qalan pulu vermək mümkün olmamış, o da Alim adlı tanışından 15.000 dollar almış və onu Abdullaya vermiş, nəticədə o Alimə borclu qalmışdır, Abdullanın atasının adı və soyadını bilməmiş, Abdullanın Bakı şəhəri Sabunçu rayonu Yeni Günəşli qəsəbəsində yaşadığını, Abdullanın 2 il əvvəl vəfat etdiyini eşitmişdir; Alimin soyadı Əliyev, atasının adı Xıdır olmuş, onu Gürcüstan vətəndaşı kimi tanımış, lakin mobil nömrəsini xatırlamamışdır; Rövşən də həbsdən çıxandan sonra o, Rövşənə bu barədə demiş, Rövşən də pulun əvəzində BMW X5 maşınına görə ona etibarnamə vermiş, o da maşını 15.000 dollara satıb Alimə olan borcunu qaytarmışdır, yəni o, həmin maşını satıb pulunu şəxsi məqsədləri üçün xərcləməmiş, Rövşənə görə aldığı borcu qaytarmışdır; lakin ** AA *** nömrəsi Çingizin nömrəsi olmuş və hazırda da Çingizin istifadəsində olmuşdur, o, həmin nömrəni satmamış və həmin nömrəni satmaq üçün də onun heç bir səlahiyyəti olmamışdır; Rövşəni 2006-cı ildən tanımış, hər ikisi Nəqliyyat Nazirliyində birlikdə işləmiş, o, yükdaşımalar şöbəsinin rəisi olmuş, Rövşən isə texniki müayinə şöbəsinin rəisi olmuşdur, bir iş yoldaşı kimi bizim münasibətləri olmuş, lakin münasibətləri yalnız iş yoldaşı olmaqla kifayətlənməyib, həm də ailəvi şəkildə yaxın olmuşllar, bir-birinin evinə də gəlib-gediblər, buna görə də Rövşənin arvadı Xanımqızı da tanımış, Xanımqızla və Rövşənlə onun arasında həmişə yaxşı münasibət olmuş, aralarında düşmənçilik olmamışdır, Rövşən qızı X1 Odlar yurdu universitetinə dəyişdirmək üçün 2013-cü ildə ondan 15.000 dollar borc almış, həmin ildə oğlu Şahmarın ali məktəbə qəbul olunmasına kömək etmək üçün ondan əlavə 10.000 dollar borc almışdır; həmin ilin sonunda Rövşən nəqliyyat nazirliyinin xətti ilə ölkəyə «İveko» markalı avtobuslar gətizdiriləcəyini bildirmiş, həmin avtobuslardan birini ona satmaq adı ilə ondan 52.000 dollar almışdır; Rövşən ondan 77.000 dollar pul almış, bir dollar 1,70 manat kursla hesablananda 130.000 manat pul təşkil etmişdir, o, Rövşəndən həmin pulunu tələb etmiş, Rövşən isə həmin pulun əvəzində ona «Taksi trans» şirkətinin sənədlərini vermiş, onun Rövşənlə münasibətləri çox yaxın olduğuna görə o, Rövşənə pul verəndə ondan hər hansı bir sənəd tələb etməmişdir; - Zərərçəkmiş şəxs2 istintaq orqanına yazdığı ərizədə və verdiyi ifadələrdə göstərdiyi xüsusatlar, yəni Nizaminin X7 yüksək vəzifəyə işə düzəlməsinə köməklik etmək adı ilə 2017ci ildə Nizamidən ümumilikdə 160.000 manat pul alması həqiqətə uyğun olmamış, Nizami ilə hazırda vəfat etmiş Elçin adlı şəxsin vasitəsi ilə tanış olmuş, Elçin onunla birlikdə Nərimanov rayonunda Nəqliyyat Departamentində işləmiş, (050) ***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmuş, təxminən 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2 ona zəng edərək tanış nevropatoloq lazım olduğunu və həmin şəxsdən xəstə olması ilə bağlı arayış almaq lazım olduğunu bildirmiş, o isə Sabunçu rayon xəstəxanasında tanış nevropatoloq olduğunu, həmin həkimlə danışa biləcəyini demiş, aralarında olan yazışmalar bununla bağlı olmuşdur. Onunla Nizaminin arasında «Ne oldu yene 2 il erzində olan yalan ne vaxt bitecek deleduzluq yolu ilə rehberliyin adından istifadə ederek almış olduqun küllü miqdarı tecili getir ver» və «men seni anlaya bilmirəm ki ne demek istəyirsen düzelir ya düzelmir de mende bilim» məzmunlu yazışmalar olmuşdur. İkinci SMS tibbi arayışın alınıb-alınmaması ilə bağlı olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs2lə onun tanışı Əli İsakov arasında pulla bağlı mübahisə olmuş, yəni Əlidən külli miqdarda pul almış və həmin pulu da qaytarmamış, Əli də bunları ona danışmışdır, o da Nizamidən Əlidən aldığı pulu qaytarmasını xahiş etmiş, Nizami də ona əsəbiləşmiş, bu məsələyə müdaxilə etməməsini tələb etmişdir, buna görə də Nizami əsəbiləşmiş, ona qarşı aqressiyası yaranmış və qisas almaq üçün onun barəsində həqiqətə uyğun olmayan şikayət yazmışdır, həm də Nizami özü qəsdən ona elə məzmunda olan SMS göndərmiş, həmin mesajlardan istifadə etməklə gələcəkdə onu şərləmək niyyəti güdmüşdür; Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə ona pul verməsində tanışları Oktay Xudaverdiyev və Hüseyn adlı şəxsləri şahid kimi göstərmiş, X3 qohumu olmuş, Hüseyn adlı şəxsi isə tanımamışdır; - 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs3 söhbət zamanı ona Gürcustan vətəndaşı olan qardaşı Şahid2 şəxsiyyət vəsiqəsi almaq istədiyini, lakin qardaşı Eldarın şəxsiyyət vəsiqəsi almaq üçün əsas olan sənədləri itirdiyini bildirmiş və həmin sənədlərin alınmasında ona köməklik göstərməsini xahiş etmişdir, o da bu işi görə biləcəyini demiş və zəhmət haqqı olaraq 3.500 manat istəmiş, Həsən də ona 3.500 manat vermişdir; o, Gürcüstan səfirliyindən Eldarın doğum haqqında şəhadətnaməsinin surətini, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbə nümayəndəliyindən onun yaşayış yeri haqqında arayış, Müdafiə Nazirliyinin arxivindən onun hərbi xidmətə çağırılması haqqında arayış almış, həmin sənədləri Suraxanı rayon hərbi komissarlığına təhvil vermiş və Həsənə qardaşının «Asan xidmət»ə gedib şəxsiyyət vəsiqəsi ala biləcəyini demişdir. Zərərçəkmiş şəxs3 qeyd edilən məsələlərlə bağlı ərizəsi və Şahid2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qısa müddətdə almasına köməklik etməsi üçün ona 3.500 manat pul verməsi barədə ifadəsində göstərilən xüsusatlar həqiqətə uyğun deyil; - Zərərçəkmiş şəxs4 ərizəsində və ifadəsində bildirmişdir ki, guya o, Vüsalın diplomunun Azərbaycan Respublikasında təsdiq edilməsinə köməklik etmək adı ilə sonuncudan 5.000 manat pul almışdır; həqiqətən də Vüsalın dipolmunun təsdiq edilməsinə kömək etmək üçün Vüsaldan 2018-ci ildə 5.000 manat almış, Vüsal Rusiya Federasiyasının X9 İnstitutunu bitirərək diplom almış və həmin diplomun ölkə ərazisində təsdiq edilməsində kömək etməsini ondan xahiş etmiş, o da Vüsala bununla bağlı məhkəməyə müraciət edib məhkəmə qətnaməsi almasını və həmin qətnaməni ona verməsini bildirmişdir və lakin bundan sonra qətnamənin Təhsil Nazirliyində tanınmasına köməklik edəcəyinə söz vermiş, bu işə görə 5.000 manat istəmiş, Vüsal da razılaşmışdır, Vüsal ona 11 oktyabr 2018-ci ildə Nizami rayonu ərazisində 5.000 manat pul, həmçinin şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini vermiş, Vüsaldan Təhsil nazirliyinin adına ərizə də almışdır, Vüsaldan aldığı 5.000 manatı Elvar adlı şəxsə vermiş, Elvarı o, təxminən 5 ildir ki, tanımış, müxtəlif özəl şirkətlərdə hüquqşünas kimi işləmişdir. Elvar söhbət zamanı xalası qızı Fəridənin Təhsil Nazirliyində işlədiyini və həmin diplomun təsdiq edilməsində kömək edə biləcəyini demiş, buna görə də o, həmin 5.000 manatı Vüsaldan götürdüyü gündən iki gün sonra Elvara Bakı şəhəri Yasamal rayonu ərazisində, metropolitenin «Elmlər Akademiyası» stansiyasının yanında vermiş, pulu Elvara verəndə yanlarında heç kim olmamışdır, Pulu Elvara verəndə Vüsalın digər sənədlərinin surətini də Elvara vermişdir, Elvar ondan pulu alsa da, heç bir iş görməmiş, o da Vüsalın yanında yalançı olmuşdur, Vüsal şikayət etməyə başlamış və pulunu istəmişdir, o, ilkin araşdırma zamanı verdiyi izahatda fikrini düzgün izah edə bilməmiş, yəni Vüsaldan pul almadığını demiş, lakin sonradan düzünü deyərək həqiqətən də Vüsaldan 5000 manat aldığını bildirmişdir, o, Elvarın və Fəridənin soyad və atalarının adlarını, yaşadıqları yeri bilməmiş, Elvar bildiyinə görə özəl şirkətlərdə hüquqşünas işləmiş, Fəridə isə Elvarın dediyinə görə Təhsil Nazirliyində işləmişdir, Şahid2 və Zərərçəkmiş şəxs4 arasında qohumluq münasibəti olmuş, o, Vüsalın pulunu qaytarmaqda çətinlik çəkmiş, həmin ərəfədə, 2019-cu ilin aprel ayının 5-də Eldarın qardaşı Zərərçəkmiş şəxs3 onu Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən «Aura» şadlıq sarayı ilə üzbəüz tərəfdə olan adı yadında qalmayan kafeyə dəvət etmiş, həmin vaxtı Həsən onunla görüşmüş, yanında tanımadığı iki nəfər adam olmuş,həmin adamlar onukafenin otaqlarından birinə salıb qapını arxadan bağlamış, Həsən 3.500 manatı qaytarmasını tələb etmiş, o da həmin pulun müqabilində əziyyət çəkdiyini, buna görə də pulu qaytarmayacağını bildirmiş, Həsənin yanında olan şəxslərdən hündürboylu bir nəfər ona kağız və qələm vermiş, o da qorxusundan həmin adamın diktəsi ilə sonuncunun dediklərini yazmışdır, həmin sənəddə yazıb həqiqətən də Eldardan 3500 manat, Vüsaldan isə 5.000 manat aldığını bildirmiş və həmin pulu da qısa müddətdə ödəyəcəyinə söz vermişdir, həmin sənəddə yazdıqları düz olmuş, həqiqətən də həmin məbləğləri almış, sadəcə olaraq həmin sənədi o, hədə-qorxu və təsir altında yazmış, lakin bu barədə polisə şikayət etməmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, həyat yoldaşı Şahid1 2003-cü ildən 2016-cı ilin aprel ayına qədər Nəqliyyat Nazirliyi Departamentində müfəttiş vəzifəsində işləmiş və 2016-cı ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulmuş və barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə istintaq aparılmış, daha sonra iş Bakı Ağır Cinayətlər məhkəməsinə verilmiş, məhkəmənin 21 aprel 2017-ci il tarixli hökmünə əsasən əri barəsində bəraət hökmü çıxarılmışdır. Bakı apellyasiya məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarı ilə həmin bəraət hökmü ləğv edilmiş, həyat yoldaşı hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir, Təqsirləndirilən şəxs onun ərinin keçmiş iş yoldaşı olmuş, eyni zamanda Ədalət onlarla ailəvi yaxın olmuş, Ədalət onların evinin ən yaxın adamı olmuş, birbirilərinin evlərinə gedib-gəlmiş, söhbət zamanı Ədalət həmişə müxtəlif vəzifələrdə işləyən tanışlarının və güclü əlaqələrinin olduğunu və həmin əlaqələrindən istifadə etməklə istənilən problemi həll etmək iqtidarında olduğunu bildirmişdir; əri Rövşənin barəsində çıxarılmış bəraət hökmündən prokuror 2017-ci ili aprel ayında apellyasiya protesti verdikdən sonra o, həyəcan keçirmiş, həmin bəraət hökmünün ləğv edilməsindən qorxub ehtiyat etmiş, həmin an onun ağlına ilk olaraq Ədalət gəlmiş, Ədalətin güclü əlaqələrinin olduğunu, həmin əlaqələrindən istifadə etməklə onlara kömək edə biləcəyini düşünmüş, bu niyyətlə Ədalətə müraciət edərək ərinin barəsində çıxarılmış bəraət hökmündən apellyasiya şikayəti verildiyini bildirmiş, həmin hökmün qüvvədə saxlanılmasına köməklik göstərilməsini xahiş etmiş, Ədalət də onlara köməklik edəcəyini demişdir; əri Rövşən təqsirləndirildiyi cinayət işində zərər çəkmiş kimi tanınmış Çingiz Baxşıyevin barəsində mətbuatda müəyyən açıqlamalar vermiş, Çingiz də buna görə xüsusi ittiham qaydasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinə şikayət etmiş, məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işi başlanılmışdır, Ədalətdən həmin işlə bağlı köməklik göstərilməsini xahiş etmiş, Ədalət Nərimanov məhkəməsindəki problemi həll etməkdə onlara köməklik edəcəyini bildirmiş və bunun üçün 7.000 manat pul lazım olduğunu bildirmiş, o və əri Ədalətə sonsuz dərəcədə inandıqlarından Ədalətin bu dediklərinə də inanmışlar, fikirləşmişlər ki, Ədalət həqiqətən kömək etməyə can atır, 2017-ci ilin may ayının əvvəllərində Ədalət onların evinə gəlmiş, o, ərinin yanında Ədalətə 7.000 manat pulu əlbəəl vermişdir, Ədalətə inamları olduğu üçün pulu verəndə ondan heç bir yazılı sənəd istəməmişlər, 2017-ci ilin may ayının ortalarında Ədalət onun əri ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüş və bildirmişdir ki, Nərimanov rayon məhkəməsindəki məsələnin həlli üçün əlavə 8.000 manat lazımdır, Rövşən də buna görə kürəkəni Şahid3 zəng edib 8.000 manat istəmişdir, həmin ərəfədə o, Rövşən və Ədalətlə birlikdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin köhnə binasının qarşısında olmuşlar, həmin vaxt Cavad orada Rövşənlə görüşmüş və sonuncuya 8.000 manat məbləğində pul vermişdir, Rövşən də hamının yanında həmin pulu Ədalətə vermişdir, Həmin gün məhkəmə olmuş, lakin ərinin barəsində məhkəmə tərəfindən 1 il 6 ay islah işi cəzası kəsilmişdir, onlar Ədalətdən soruşmuşlar ki, bu nə məsələdir və tələb etmişlər ki, 15.000 manatı qaytarsın, Ədalət də demişdir ki, narahat olmayın, bu məsələni apellyasiya məhkəməsində həll edəcəkdir, həmin ərəfədə 20 iyun 2017-ci il tarixdə bəraət hökmündən verilmiş apellyasiya protesti ilə bağlı baxış başlanmış, Ədalət demişdir ki, bəraətlə bağlı işə hakim yalnız vəkil Ülkər Yusifova ilə iş görür, ona görə də Ədalət demişdir ki, əgər Rövşənin barəsində olan bəraət hökmünün qüvvədə qalmasını istəyirlərsə, mütləq həmin vəkillə müqavilə bağlanmalıdır, əgər işə həmin vəkil çıxsa, bəraət qüvvəsində qalacaqdır, onlar da 2 nömrəli hüquq məsləhətxanasının vəkili Ülkər Yusifova ilə müqavilə bağlamış və Ülkər bir neçə gündən sonra onunla və əri ilə öz yerində görüşüb bildirmişdir ki, bəraətin qüvvəsində saxlanılması üçün 40.000 manat pul lazımdır, onlar da Ülkərə demişlər ki, 20.000 manat düzəldə bilərlər, həmin ərəfədə, 2017-ci ilin iyun ayının əvvəllərində, yenə də Rövşən kürəkəni Cavaddan 20.000 manat pul istəmiş, Cavad da evə gəlib Rövşənə həmin məbləğdə pul vermişdir, sonra o, Rövşənlə birlikdə Ülkərin iş yerinə getmiş, Ədalət də Ülkərin yanında olmuş, Rövşən 20.000 manatı Ədalətə vermiş, Ədalət də pulu onların yanında Ülkərə vermiş, Ülkər də hüquq məsləhətxanasının içərisində arxa otağa keçib onları da həmin otağa dəvət etmiş, orada pulu Ülkər sayıb götürmüşdür, Ülkər demişdir ki, işə baxan hakimin yanına gedəcək, əgər məsələ həll olunarsa xəbər verəcək, əgər həll olunmursa pulu bizə qaytaracaqdır, lakin həmin vaxtdan 2017-ci ilin sentyabr ayının sonuna qədər Ülkər konkret bir söz deməmiş və pul da sonuncuda qalmışdır, sentyabr ayının sonunda Ülkərə zəng edib xəbərdarlıq etmiş, Ülkər də demişdir ki, məsələ alınmır, o da demişdir ki, onda gəlib pulu götürəcəkdir, Ülkər demişdir ki, həmin pul ona Ədalətin yanında verilimiş, ona görə də həmin pulu onlara yox, Ədalətə qaytaracaqdır, o da Ədalətə zəng edib məsələni danışmış və bildirmişdir ki, Ülkər pulu ona vermir və tələb etmişdir ki, pulu almağa gedəndə onunla birlikdə getsin, bu məsələdən sonra Ədalətin telefonuna zəng çatmamış və onunla əlaqə saxlaya bilməmişlər, 2017-ci ilin sentyabr ayının sonunda gecə saatlarında Ədalət ona zəng edib bildirmişdir ki, Ülkər təcili olaraq Türkiyəyə gedir və ona görə də pulu ona vermiş, pul hazırda ondadır, o da Ədalətə demişdir ki, görüşüb pulu versin, Ədalət isə demişdir ki, narahat olmasın, səhər görüşərlər, səhər Ədalətlə danışmış, Ədalət bildirmişdir ki, bu məsələ ilə bağlı İlqar Quliyev adlı şəxslə görüşmüş və pulu da ona vermişdir, Ülkərə zəng edib pulu Ədalətə verməsi ilə bağlı iradını bildirmiş, Ülkər də Ədalətin pulu təkidlə ondan istədiyini və məcbur olub pulu Ədalətə verdiyini bildirmiş, həmin ərəfədə Apellyasiya məhkəməsində hər iki iş paralel getmiş, yəni həm bəraətə, həm də Nərimanov məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılınmış, Nərimanov məhkəməsinin qərarından verdikləri şikayət təmin edilməmiş, Rövşən bu məsələ ilə əlaqədar Ədalətlə dalaşmış, Ədalət də demişdir ki, narahat olma, bu məsələ ilə bağlı pulu Sabunçu rayon məhkəməsinin sədri İlqar Abbasova vermiş, indi gedib pulu ondan alacaqdır, həmin dövrdə kürəkəni Cavad verdiyi 28.000 manatı geri istəmiş, Cavada özləri 15.000 manat qaytarmışlar, 2017-ci ilin noyabr ayında Ədalət Rövşənə demişdir ki, bəraət hökmünün qüvvədə saxlanılması üçün Konstitusiya Məhkəməsinin hakimi Mahir adlı şəxslə danışmış və ona 20.000 manat pul verməlidir, Rövşən də Cavaddan 20.000 manat pul almış və həmin pulu Ədalətə vermişdir, lakin Ədalətin sonuncu dəfə Rövşəndən 20.000 manat istəməsindən və ərinin həmin pulu Ədalətə verməsindən xəbəri olmamışdır, sonradan əri Rövşən məhkəmə proseslərində qızının və kürəkəninin əmlaklarının müsadirə olunmamasına köməklik edilməsini Ədalətdən xahiş etmiş, Ədalət də prokurorluq orqanlarına 17.000 manat pul vermək lazım olduğunu bildirmiş, Rövşən də onun xəbəri olmadan Ədalətə 17.000 manatı vermişdir, bütün bu məsələlərdən əvvəl 2017-ci ilin əvvəllərində onun əri həbsdə olan vasxtı o, Ədalətlə görüşmüş, ərinin ev dustaqlığına buraxılmasına köməklik göstərilməsini xahiş etmiş, Ədalət də bu məqsədlə ondan 10.000 manat almışdır, həmin ərəfədə Ədalət yoldaşına bütün borcları qaytarmaq lazım olduğunu bildirmiş, buna görə də Rövşən özünə məxsus «Taksi trans» şirkətinə dair Ədalətə etibarnamə vermişdir; lakin işə 2018-ci ilin fevral ayının 9-da baxılmış və bəraət hökmü ləğv edilərək yoldaşı tutulmuşdur, fevral ayının sonunda məlum olmuşdur ki, Ədalət həmin şirkəti təxminən 450.000 manata satıb pulları da ələ keçirmişdir, bundan başqa, Ədalət Rövşənə məxsus olan «BMV X5» markalı avtomaşını və Rövşənə məxsus olan ikinci şirkət olan «Comfort taksi» şirkətinə məxsus olan ** AA *** nömrəsini satıb pulları ələ keçirmişdir, Ədalət başqa şəxslərlə əlbir olub yoldaşı Şahid1 məxsus olan «Comfort taksi» şirkətinə aid olan «Audi 8» markalı avtomobili və onun üzərində olan ** AA *** dövlət qeydiyyat nişanın nömrəsini mənimsəyərək satmışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, 1995-2018-ci illər ərzində X7 xidmət etmiş, sonuncu iş yeri Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyat Polis İdarəsinin Zığ X6 Növbətçi Hissədə məsul növbətçi olmuşdur. 31 avqust 2018-ci il tarixdə təqaüdə çıxmışdır. O, Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, aralarında tanışlıq münasibəti olmuş, söhbət zamanı Təqsirləndirilən şəxs çox güclü əlaqələrinin olduğunu, müxtəlif hüquq mühafizə orqanlarında tanışlarının olduğunu, həmin əlaqələrindən istifadə etməklə istənilən şəxsin problemlərini həll edə biləcəyini demişdir. O da həqiqətən də Ədalətin güclü əlaqələrinin olduğunu, bu əlaqələrindən istifadə etməklə istənilən şəxsə kömək edə biləcəyinə inanmışdır. O, Ədalətin həll edə bilməyəcəyi problemin olmadığını düşünmüşdür. O, uzun müddətdir ki, hüquq mühafizə orqanlarında yüksək vəzifədə işləmək istəmiş, bu məsələdə Ədalətin ona köməklik edə biləcəyini düşünmüşdür. Buna görə də o, Ədalətə müraciət etmiş, Ədalətdən onun yüksək vəzifəyə təyin edilməsinə köməklik etməsini xahiş etmiş, lazım olarsa pul da verə biləcəyini demişdir. Ədalət də bu məsələdə ona kömək edəcəyini demişdir. Bundan sonra Ədalət ondan 2017-ci ilin yanvar ayında Nizami rayonu Babək prospektində yerləşən Babək mərasim evinin qarşısında yolun kənarında onun idarə etdiyi qara rəngli «BMV X-5» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə 40.000 manat pul almış, ikinci dəfə Ədalət ondan 2017-ci ilin iyun ayının 20-də metropolitenin Nərimanov stansiyasının yaxınlığında yerləşən «İstanbul» marketin qarşısında onun idarə etdiyi BMV X-5 markalı avtomobildə 85.000 manat pul almış, bundan sonra Ədalət bildirmişdir ki, guya 2017-ci ilin iyun ayının 26da o, Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxslər tərəfindən qəbul olunacaqdır, lakin sonra Ədalət ona bildirmişdir ki, guya qəbul 2017-ci ilin noyabr ayına qalmışdır. Həmin müddətədək də gözləmiş, 3-cü dəfə isə 2017-ci ilin noyabr ayında Ədalət ondan metropolitenin Nərimanov stansiyasının yaxınlığında yerləşən «İstanbul» marketin qarşısında onun idarə etdiyi BMV X-5 markalı avtomobildə əlavə olaraq 35.000 manat pul almışdır, beləliklədə o, Ədalətə ümumilikdə 160.000 manat pul vermiş, lakin hər hansı qəbulda olmamış, Təqsirləndirilən şəxs şübhələnməyə başlamış, bilmişdir ki, Təqsirləndirilən şəxs ondan başqa daha bir neçə nəfəri müxtəlif vədlərlə aldadaraq pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs pullarını tələb etməyə başlamış, Təqsirləndirilən şəxs ondan aldığı pulları qaytaracağını bildirsə də, heç bir nəticə olmamış, daha sonra zənglərinə belə cavab verməmişdir. Dəfələrlə WhatsApp vasitəsi ilə Ədalətə mesaj yazıb pulunu istəmiş, Ədalət də ona müxtəlif bəhanələr gətirmişdir. Vəziyyəti belə görüb Ədalətdən şikayət etmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 40/2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onlar Gürcüstanda qonşu olmuş, son vaxtlara qədər də Ədalətlə yaxın münasibətləri olmuşdur. Ədalətlə söhbət edərkən Ədalətə demişdir ki, qardaşı Şahid2 şəxsiyyət vəsiqəsi və hərbi bileti itmiş, ona görə də qardaşı iş tapmaqda çətinlik çəkir, hansı iş yerinə gedirsə, şəxsiyyət vəsiqəsi və hərbi bilet tələb edirlər. Ədalət demişdir ki, onun Müdafiə Nazirliyində işləyən çoxlu tanışları var və 3.500 manat müqabilində həmin tanışları vasitəsi ilə qardaşının şəxsiyyət vəsiqəsinin və hərbi biletinin yenidən alınmasına kömək edə bilər, Ədalətin təklifi ili razılaşmış və bu məqsədlə 2018-ci ilin avqust ayında saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində metropolitenin «Koroğlu» stansiyasının yanında Ədalətlə görüşmüş və Ədalətə 3.500 manat məbləğində pul vermiş, Ədalət ona narahat olmamasını deyərək, iki günə bu məsələni həll edəcəyini vəd etmişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Ədalətdən xəbər çıxmamış, hər dəfə məsələnin nə yerdə olduğunu soruşanda Ədalət müxtəlif bəhanələr gətirmiş, Ədalətin yalan danışdığını başa düşmüş, sonradan həmçinin bilmişdir ki, Ədalət dayısı oğlu Zərərçəkmiş şəxs4ı da aldadaraq diplom düzəltmək adı ilə 5.000 manat pul almışdır. Aldadıldığını başa düşüb, Ədalətdən pulunun qaytarılmasını tələb etmiş, lakin Ədalət pulu qaytarmamışdır. Qardaşı ilə birlikdə qeyd edilən sənədlərin alınması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmiş, qardaşı həm şəxsiyyət vəsiqəsini, həm də hərbi biletini rəsmi qaydada almışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. 2005-ci ildə X9 İnstitutunun hüquqşünaslıq fakültəsini bitirmiş və institutu bitirməsi ilə bağlı diplom almışdır, həmin institut Bakı şəhərində fəaliyyət göstərmiş, lakin 2007-ci ildən etibarən həmin institutun fəaliyyəti dayandırılmışdır, Ədalətlə yaxın münsibəti olduğu üçün söhbət zamanı sonuncuya həmin institutu bitirdiyini və həmin diplomun Təhsil Nazirliyində təsdiq edilməsinin lazım olduğunu bildirmiş, Ədalət də ona demişdir ki, həmin diplomun Təhsil Nazirliyində təsdiq edilməsi üçün nə lazımdırsa həll edəcəkdir, soruşmuşdur ki, bu işi necə görəcəkdir, Ədalət Fəridə adlı xalası qızı olduğunu, həmin xalası qızının Təhsil Nazirliyində işlədiyini, həmin qadın vasitəsi ilə diplomunu Təhsil Nazirliyində təsdiq edilməsinə kömək edəcəyini söyləmişdir; Ədalət diplomun təsdiq edilməsi üçün ondan 5.000 manat istəmişdir, o da Ədalətə inanmış və 11 oktyabr 2018-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində adı yadında qalmayan kafedə Ədalətlə görüşmüş və həmin kafedə Ədalət ona Təhsil Nazirliyinin adına ərizə yazdırmış, həmçinin diplomun və şəxsiyyət vəsiqənin surətlərini götürmüşdür; kafedən çıxmış və kafenin qarşısında ona məxsus “Mercedes Vito” markalı **-NA-*** dövlət nömrə nişanlı avtomobilində 5.000 manat pulu ona vermişdir, Ədalət ona demişdir ki, 2 həftədən sonra diplomu təsdiq olunacaqdır, amma aradan xeyli müddət keçsə də, Ədalət diplomunu təsdiq etdirməmiş, pulunu tələb edəndə Ədalət hər dəfə müxtəlif bəhanələr gətirmiş pulunu da qaytarmamışdır, Ədalət onun bibisi oğlu Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsi hazırlatmaq adı ilə sonuncunu aldadıb 3.500 manat pul vəsaiti almışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 kürəkəni, yəni qızının həyat yoldaşıdır. 2017-ci ilin ortalarında qayınatası Rövşən, yəni Xanımqızın əri ona zəng edib 8.000 manat pul lazım olduğunu bildirmişdir; həmin ərəfədə qayınatası Rövşənin bəzi məhkəmə problemləri olmuş və pulu da həmin məsələlərlə əlaqədar istəmişdir.O da pulu verməyə razı olmuş, anası Şahid5 Bəkir qızından 8.000 manat pul istəmiş və həmin pulu Rövşənin istədiyini bildirmiş, anası da 8.000 manat pul vermişdir. 8.000 manat pulu götürmüş və Rövşənə xəbər vermişdir. Rövşən Bakı şəhəri Nərimanov rayon məhəkəməsinin qarşısında olduğunu bildirmiş və pulu ora gətirməsini xahiş etmişdir. O da idarə etdiyi avtomaşınla həyat yoldaşı Şahid4lə birlikdə evdən çıxmış və Nərimanov rayon məhkəməsinin köhnə binasının yanına getmişdir. Həmin vaxtı Nərimanov rayon məhkəməsinin binası Montin qəsəbəsində yerləşmişdir. Həyat yoldaşı ilə birlikdə avtomaşından düşmüş və məhkəmənin qarşısında Rövşənə pulu təqdim etmiş, Rövşən də pulu Ədalətə verməsini xahiş etmişdir. O da həmin 8.000 manatı birbaşa olaraq Ədalətə vermişdir.2017-ci ilin təxminən iyun ayında Rövşən zəng edib əlavə 20.000 manat da istəmişdir. O, anası Leyladan 20.000 manatı almışdır. Rövşən Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında olduğunu bildirmiş və həmin yerə gəlməsini xahiş etmişdir. Həyat yoldaşı Gülkənlə birlikdə idarə etdiyi avtomaşınla evdən çıxmış və həmin məhkəmənin yanına getmişdir. Məhkəmənin yanında avtomaşın saxlamağa yer olmamış, 20.000 manatı Gülkənə vermiş, Gülkəndə avtomaşından düşmüş və məhkəmə ilə üzbəüz yerləşən vəkil ofisinə daxil olmuşdur. Gülkən təxminən 2-3 dəqiqətən sonra gəlib avtomaşina əyləşib pulu Ədalətə verdiyini bildirmişdir; 2017-ci ilin noyabr ayında Rövşən ona zəng edib Nərimanov rayonunda yerləşən «Karvan» kafesində olduğunu bildirib həmin yerə gəlməsini xahiş etmiş, o da həmin kafeyə getmiş, kafedə Rövşənin yanında Ədalət də olmuş, Ədalət Rövşənin məhkəmə prosesləri üçün əlavə olaraq 20.000 manat pul lazım olduğunu bildirmiş, həmin pulu verməsini xahiş etmişdir. Həmin gün o, evə getmiş və anası Leyladan 20.000 manatı almış, sonra Gülkən ilə birlikdə özünün idarə etdiyi avtomaşınla yenə də həmin restoranın yanına getmiş, avtomaşını həmin restoranın yanında saxlamışdır. Rövşən və Ədalət həmin restorandan çıxmış, o da Gülkənlə birlikdə avtomaşından düşmüş, Rövşənə pulun hazır olduğunu bildirmiş, Rövşən də ona pulu Ədalətə verməsini demiş, o da 20.000 manat pulu Rövşənin və Gülkənin yanında Ədalətə vermişdir, sonra Rövşən, Gülkən idarə etdiyi avtomaşina əyləşmiş və oradan getmişlər. Ədalət isə orada qalmışdır. Bir müddət sonra Rövşən zəng edib məhkəmə proseslərində onun evlərinə həbs qoyulması təhlükəsi yarandığını, həbs qoyulmaması üçün kimlərəsə hörmət etmək lazım olduğunu bildirmiş, Ədalətin bu məsələ üçün 10.000 manat pul istədiyini demişdir. O da anası Leyladan 10.000 manat almış və Rövşənin Bayıl qəsəbəsində yaşadığı evə getmişdir. Həmin evdə Rövşənin özü, qayınanası Xanımqız, həyat yoldaşı Gülkən və Ədalət olmuşdur. Rövşən və Ədalət ikinci mərtəbədə olduqlarına görə o, həyat yoldaşı və qaynanası Xanımqızla birlikdə onların yanına, yəni ikinci mərtəbəyə qalxmışlar. Rövşən pulu Ədalətə verməsini demiş, o da pulu sellofan bağlamada Ədalətə vermiş və Ədalət pulu cibinə qoymuşdur. Ədalətə pulu Rövşən, Xanımqız və həyat yoldaşı Gülkənin yanında vermişdir. Beləliklə də Ədalətə cəmi 58.000 manat pul vermişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 işin faktiki hallarına və Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanımış, Ədalət ona geniş əlaqələrinin olduğunu və istənilən şəxsin vəzifəyə keçməsinə kömək edə biləcəyini bildirmiş, o da öz növbəsində qohumu Zərərçəkmiş şəxs2lə söhbət edərkən sonuncuya Ədalət haqqında danışmış, Nizami ilə görüşlərinin birində Ədalət də onunla birlikdə Nizaminin yanına gəlmiş və Nizami ilə də tanış olmuşdur, söhbət zamanı Ədalət Nizaminin polis orqanlarında işlədiyini bilmiş və yüksək vəzifədə işləyən tanışlarının köməkliyindən istifadə etməklə Nizaminin polis orqanlarında yüksək vəzifəyə təyin olunmasına kömək edə biləcəyini demiş, Ədalətin sözlərini tanışları Hüseyn də eşitmişdir; bundan sonra Nizaminin Ədalətə bu məsələ ilə bağlı hissə-hissə olmaqla 160.000 manat pul verdiyini eşitmiş, lakin aradan xeyli müddət keçsə də, Ədalət heç bir iş görməmiş, Nizami dəfələrlə onun yanında Ədalətdən məsələnin nə yerdə olduğunu soruşmuş, Ədalət isə hər dəfə müxtəlif bəhanələr gətirmiş, Nizami də artıq Ədalətdən şübhələnməyə başlamış və buna görə də pullarını tələb etmiş, Ədalət isə Nizaminin pullarını bu vaxta qədər verməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 işin faktiki hallarına və Zərərçəkmiş şəxs3n verdiyi ifadəyə uyğun ifadə vermişdir. İstintaq materiallarına əlavə olunmuş X2 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş üzərində «izahat» yazılmış əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qardaşı Şahid2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almasına görə 3.500 manat almasını və Zərərçəkmiş şəxs4 «X9 İnstitutu»nu bitirməsinə dair diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsinə görə 5.000 manat pul almasını, ümumilikdə aldığı 8.500 manatı 09.092019cu il tarixdə qaytaracağına söz verməsini göstərmişdir (cild 2, iş vərəqi 71). İşdə olan diskə baxış protokolunda görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 1 ədəd diksə təhqiqat orqanı tərəfindən keçirilmiş baxış zamanı diskdə 9 ədəd səs yazısının olduğu və həmin danışıqların Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs tərəfindən aparıldığı müəyyən olunmuş, 9 ədəd səs yazılarında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qardaşı Şahid2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi alınması üçün verdiyi 3.500 manat pulun tələb etməsi, Təqsirləndirilən şəxs isə müxtəlif bahanalər gətirərək 3.500 manat pulu yaxın zamanlarda qaytaracağını bildirməsi müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 160). İşdə olan "xxxx" MMC-dən 09.12.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş (09.12.2019-cu il tarixli BKC/LGL- 26402/19 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəsindən 01ö01.2017-ci il tarixdən 10.10.2019-cu il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və SMS yazışmaları aparılması müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 186). İşdə olan "xxxx" MMC-dən 21.11.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş 29.11.2019-cu il tarixli AZF/LGL- 28818/19 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəsindən 1 yanvar 2017-ci il tarixdən 10.10.2019-cu il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılması müəyyən olunmuşdur (2-ci cild iş vərəqi 167). İşdə olan "xxxx" MMC-dən 05.11.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş 05.11.2019-cu il tarixli 30278 nömrəli məktuba əlavə edilmiş bir ədəd diskə baxış protkolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** və (051) ***-**-** saylı mobil nömrələrdən 01.01.2017-ci il tarixdən 10.10.2019-cu il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və SMS yazışmalarının aparılması, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömərə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan (050) ***-**-** mobil nömrə ilə 01.07.2018-ci il, 01.07.2018-ci il və 03.07.2018-cİ il tarixlərdə pulun qaytarılmasının tələb olunması barədə SMS yazışmaları müəyyən olunmuşdur (2-ci cild iş vərəqi 124). İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 mart 2003-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04.03.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib ona 02 il 04 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və şərti maliyyə vahidinin altı yüz misli 3.300.000 manat cərimə cəzası təyin edilmişdir (3-cü cild, iş vərəq 64-68). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər; cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər; amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Milli Məclisinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında» 8 may 2007-ci il tarixli qərarının 1.8-ci maddəsinə əsasən əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edildiyindən, Təqsirləndirilən şəxs da qeyd edilən amnistiya haqqında Qərarın təsiri altına düşmüş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 mart 2003-cü il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzasından azad edilmiş və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin « Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında» 17 mart 2009-cu il tarixli qərarının 3.2-ci maddəsinə əsasən əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edildiyindən, Təqsirləndirilən şəxs da qeyd edilən amnistiya haqqında Qərarın təsiri altına düşmüş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 mart 2003-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdıılması cəzasından azad edilmiş və məhkumluğu ödənilmişdir. İşdə olan 9 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24-27). İşdə olan 11 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 9 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 2, 8- 10). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmişə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli 816- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında “yeddi ildən on iki” (ilədək müddətə azadlıqdan məhrum etmə) sözləri “beş ildən on” (ilədək müddətə azadlıqdan məhrum etmə) sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmaqla yüngülləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CM-in 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət əməllərini 2017-ci ilin yanvar-noyabr aylarında, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində edilmiş 1 dekabr 2017-ci il tarixli dəyişikliklərə qədər törətdiyini nəzərə alaraq barəsində CM-in 178.3.2-ci maddəsinə münasibətdə hazırda qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmalıdır. İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308, 309, 310, 32.4, 312-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmişir (3-cü cild iş vərəqi 105-126) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 09 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzaçəkməsinin başlanğıcının 09 oktyabr 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ona dəymiş 3.500 manat pulun ödənilməsinə dair, Zərərçəkmiş şəxs4 5.000 manat pulun ödənilməsinə dair, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 Fərəc qızı 520.000 manat pulun ödənilməsinə dair və Zərərçəkmiş şəxs2 210.900 manat pulun ödənilməsinə dair mülki iddia vermişlər, mülki iddialar icraata qəbul edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 Fərəc qızı və Zərərçəkmiş şəxs2 iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 3.500 manat pulun ödənilməsinə dair və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 5.000 manat pulun ödənilməsinə dair mülki iddialar təmin edilməli, Zərərçəkmiş şəxs1 Fərəc qızı tərəfindən verilmiş 520.000 manat pulun ödənilməsinə dair və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 210.900 manat pulun ödənilməsinə mülki iddialar qismən təmin edilməli, 3.500 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3, 5.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4, 160.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 və 62.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 qardaşı Şahid2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almasına görə 3.500 manat almasını və Zərərçəkmiş şəxs4 «X9 İnstitutu»nu bitirməsinə dair diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsinə görə 5.000 manat pulu almasını və ümumilikdə 8.500 manatı 09.092019-cu il tarixdə qaytaracağına söz verməsini göstərməsinə dair əlyazmalı «izahat», Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında aparılmış SMS yazışmaları əks olunan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk və Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməliniü törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 9 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 3.500 manat pulun ödənilməsinə dair və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 5.000 manat pulun ödənilməsinə dair mülki iddialar təmin edilsin, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 520.000 manat pulun ödənilməsinə dair və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 210.900 manat pulun ödənilməsinə mülki iddialar qismən təmin edilsin, 3.500 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3, 5.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4, 160.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 və 62.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 qardaşı Şahid2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almasına görə 3.500 manat almasını və Zərərçəkmiş şəxs4 «X9 İnstitutu»nu bitirməsinə dair diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsinə görə 5.000 manat pulu almasını və ümumilikdə 8.500 manatı 9 sentyabr 2019-cu il tarixdə qaytaracağını söz verməsini göstərməsinə dair əlyazmalı «izahat», Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında aparılmış SMS yazışmaları əks olunan "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk və Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-213/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-213/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver