Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-213/2023 29.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı mülki iddiaçılar olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1979-cu il martın 19-da Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşaqları olan, ali təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ sahəsi, bag evi 212 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, istintaq tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakın ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır kəndi, Sahil küçəsində yerləşən 20 sot torpaq sahəsinin hər sotunu 5.000 manat müqabilində, yəni 20 sot torpaq sahəsini 100.000 manata almaqla həmin sahədə 50.000 manat müqabilində 10 ədəd fərdi yaşayış evi tikib baha qiymətə sataraq birlikdə qazanc əldə edəcəyinə dair sonuncuya yalan vəd verdikdə aldatmış, bu adla Zərərçəkmiş şəxs1 2018-ci il aprel ayının ortalarında ünvan 3 ünvanında yerləşən ofisdə 100.000 manat pul vəsaitini və 2018-ci il may ayının ortalarında 10 ədəd fərdi yaşayış evinin tikilməsi üçün ünvan 3 ünvanında yerləşən ofisdə 50.000 manat pul vəsaitini aldıqdan sonra Abşeron rayonu, Masazır kəndi, Sahil küçəsində cəmi 8 sot torpaq sahəsi alıb hər birinin qiyməti 25.000 manat olmaqla dəyərləndirilən 4 ədəd fərdi yaşayış evini tikdirərək 2 ədədini satmış, 50.000 manat pulun 25.000 manat hissəsini və satılmayan hər birinin qiyməti 25.000 manata dəyərləndirilən digər 2 ədəd fərdi yaşayış evini Zərərçəkmiş şəxs1 təhvil verib etdiyi vədi tam icra etməməklə ümumilikdə sonuncudan bu işlərin görülməsindən ötrü almış olduğu 150.000 manat nağd pulun 75.000 manat hissəsini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 75.000 manat təşkil edən külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa istintaq tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa Qurban Məmmədov kimi məlum olan şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 arvadı X4 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,107 saylı bina evin qarşısındakı 0,0162 hektar torpaq sahəsində tikinti aparılmasına görə Azərbaycan Respublikasının Dövlət Şəhər Salma və Arxitektura Komitəsindən icazə alınmasına köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verərək aldatmış, bu adla sonuncudan 2020-ci il aprelin 09-da ünvan 3 ünvanında yerləşən ofisdə 100.000 manat pul vəsaitini almaqla ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 100.000 manat təşkil edən külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə istintaq tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 arvadı X4 adına olan ünvan 4 ünvanındakı 12 sot torpaq sahəsini özəlləşdirməkdə köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verməklə aldatmış, bu adla sonuncudan 2021-ci il fevralın 01-də ünvan 3 ünvanında yerləşən ofisdə 100.000 manat pul vəsaitini və eyni adla 2021-ci il fevralın 13-də göstərilən ünvanda 80.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 180.000 manat təşkil edən külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla yanaşı istintaq tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə aid 17 sot torpaq sahəsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sonuncunun adına özəlləşdirib Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alacağına dair yalan vəd verib aldatmış, bu adla Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən göndərilən 100.000 manat pul vəsaitini 2021-ci il martın 11də ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs1 almaqla ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 100.000 manat təşkil edən külli miqdarda ziyan vurub dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə işgüzar münasibətləri olmaqla o, Bakı şəhərində ev və torpaq alqı-satqısı ilə məşğul olmuş, onun təklifi ilə Namiq bu işdə yaxşı gəlir olduğunu görüb ona evlərin alqı-satqısında maddi dəstək oluğundan o, evlərin satışından əldə etdiyi gəlirdən sonuncuya da verməyə başlamışdır. 2018-ci il ildə Namiqə Abşeron rayonunun Masazır qəsəbəsində bir sotunun qiyməti 5.000 manat olan 10 sot torpaq sahəsini alıb orada hər birinin sahəsi iki sot olan beş evi tikməklə baha qiymətə sataraq qazanc əldə etməyi, bunun üçün 110.000 manat pul lazım olduğunu deyəndə sonuncu onun təklifi ilə razılaşıb 2018-ci il aprel ayının ortalarında 110.000 manat pulun 60.000 manat hissəsini ona özünün ünvan 3 ünvanında yerləşən ofisində vermişdir. 2018ci il may ayının ortalarında həmin yerə gedərək tikinti işlərinə başlamaq üçün 50.000 manat pul vəsaitinin lazım olduğunu bildirdikdə Namiq göstərilən gün ofisində qeyd edilən məbləği ona vermişdir. Sənədləşmə işləri bitdikdən sonra o, torpaq sahəsində dörd ədəd ev tikdirmiş, həmin ərazidən kanalizasiya və su xətləri keçdiyinə görə beşinci evi tikdirə bilməmiş və Namiqə bu barədə məlumat vermişdir. Evlərdən birini 30.000 manata satıb 25.000 manatını sonuncuya vermiş, Namiqin razılığı ilə qalan 5.000 manatı özü götürmüşdür. Bundan başqa Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107 saylı evin qarşısında Namiqin istifadəsində 0,0280 hektar torpaq sahəsinin 0,0162 hektar hissəsinin mülkiyyət hüquqları olan çıxarış sənədi olsa da icazə olmadığından orada tikinti işləri apara bilməmiş, 2020-ci ilin aprel ayında o, Namiqə Azərbaycan Respublikasının Dövlət Şəhər Salma və Arxitektura Komitəsində işləyən tanışının köməyi ilə tikinti üçün icazə ala biləcəyini demiş, bir neçə gün sonra Namiq ilə görüşərək icazənin alınması məqsədi ilə 100.000 manat vəsait lazım olduğunu bildirmişdir. Sonuncu göstərilən məbləğdə pulu 2020-ci il aprelin 09-da qeyd edilən ünvanındakı ofisində ona vermiş, o da Namiqə torpaq sahəsində aparılacaq tikintinin sxemini təqdim edib tikintiyə icazənin və digər sənədlərin beş-altı ay ərzində veriləcəyini söyləmişdir. Lakin Azərbaycan Respublikasınin Dövlət Şəhər Salma və Arxitektura Komitəsində ona 0,0162 hektar az olduğundan onun istədiyi proyektin inşasına icazə verilməsinin mümkün olmadığını bildirmişlər. O, bu barədə Namiqə xəbər verməklə 0,0093 hektar əraziyə mülkiyyət çıxarışı alınmalı olduğunu və bunun üçün 100.000 manat lazım olacağını dedikdə Namiq onunla razılaşmış və tikintinin aparılmasından ötrü ona verdiyi 100.000 manat pulu 0,0093 hektar əraziyə mülkiyyət çıxarışı alınmasına xərcləməyini tapşırdığından o, 2020-ci il dekabrın 16-da 0,0093 hektar əraziyə mülkiyyət çıxarışı almış, Namiqdən aldığı pulun 10.000 manatını işi görməsi üçün beh olaraq şəxsən Şahid, pulun 80.000 manat hissəsini isə 2020-ci il aprel ayının sonlarında sonuncunun tanışı X12 Bakı Metropoliteninin «Neftçilər» stansiyasının yanında vermişdir. Qurbanın Namiqə məxsus torpaq sahəsində tikinti üçün icazə ala bilmədiyini fikirləşib Ramaldan və Qurbandan 90.000 manat pulu tələb etməyə başlasa da sonuncu pulu qaytarmadığına görə pulu Ramaldan istəmiş, sonuncu 20.000 manat qaytarmaqla həmin vəsaitin 5.000 manatını ona borc vermişdir. O, 2020-ci il dekabrın 16-da 0,0093 hektar əraziyə mülkiyyət çıxarışını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində təsadüfən tanış olduğu şəxsin köməkliyi ilə 30.000 manata almışdır. 2021-ci ilin yanvar ayında Namiq ilə görüşən zaman sonuncu ona Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən 12 sot torpaq sahəsini özəlləşdirə bilmədiyini bildirəndə o, bu işin həlli üçün 180.000 manat pul lazım olduğunu demiş və Namiq 2021-ci il fevralın 01-də 100.000 manat, 2021-ci il fevralın 13-də isə 80.000 manat pulu göstərilən ünvandakı ofisdə vermişdir. X7 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən tanışları vasitəsi ilə torpaq sənədlərinin alınmasında ona köməklik edə biləcəyini bildirdiyindən o, Namiqdən aldığı 180.000 manat pulun 100.000 manatını 2021-ci il fevralın 03-də Bakı Əyləncə Mərkəzinin yaxınlığında, 80.000 manatını isə 2021-ci il fevralın 15-də Bakı şəhəri, Nərimanov rayonu, Kral Hüseyn küçəsində Səbuhiyə vermiş, sonuncu qeyd edilən torpaq sahəsinə aid sənədləri ondan qəbul edib qısa müddət ərzində çıxarış sənədini verəcəyini bildirmişdir. Daha sonra Namiq ona dostu Zərərçəkmiş şəxs2 da Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində olan 17 sot torpaq sahəsini özəlləşdirmək istədiyini bidirdikdə o, 100.000 manat pul lazım olduğunu söyləmişdir. 2021-ci il fevralın 11-də Namiqin ofisində sonuncu Rafiqin adından ona 100.000 manat pul vermiş, o, bir-iki gün sonra həmin məbləğdə pulu Bakı şəhəri, Nərimanov rayonu, Kral Hüseyn küçəsində Səbuhinin tanışı Mübariz Mehdiyev adlı şəxsə vermiş, sonuncu qısa müddət ərzində torpağa aid çıxarış sənədini verəcəyini desə də vədinə əməl etməmişdir. O, Namiqə 56.000 manat, Rafiqə isə 30.000 manat pul qaytarmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə işgüzar münasibətləri olmuş, Bakı şəhərində ev və torpaq alqısatqısı ilə məşğul olan sonuncu bəzən ona satışdakı evlərin alışında maddi dəstək olaraq kömək etməyini xahiş etdiyinə görə bu işdə yaxşı gəlir olduğunu gördüyündən Arifin təklifi ilə razılaşmışdır. 2018-ci ildə Arif Abşeron rayonunun Masazır qəsəbəsində bir sotunun qiyməti 5.000 manat olan 20 sot torpaq sahəsini alıb orada hər birinin sahəsi iki sot olmaqla on evi tikərək baha qiymətə sataraq qazanc əldə etməyi, bunun üçün 110.000 manat pul lazım olduğunu deyəndə o, təklif ilə razılaşıb 2018-ci il aprel ayının ortalarında özünə məxsus ünvan 3 ünvanında yerləşən ofisində Arifə 100.000 manat pul vermişdir. 2018-ci il may ayının ortalarında Arif onun ofisinə gələrək Masazırda aldığı torpaq sahəsində tikinti işlərinə başlamaq üçün ona 50.000 manat pul lazım olduğunu dedikdə həmin gün ofisdə sonuncuya 50.000 manat vermişdir. 2018-ci ilin dekabr ayında Arif onun ofisinə gələrək Masazırda tikdirdiyi evlərdən birini satdığını bildirib ona 25.000 manat ona qaytarmışdır. Söhbət zamanı Arifdən nə qədər ev tikdirdiyini soruşduqda sonuncunun düz danışmadığını görüb şübhələnmiş və Arifdən onu həmin torpaq sahəsinə aparmasını tələb etmişdir. Orada dörd evin tikildiyini və evlərdən ikisində yaşayış olduğunu gördükdə Arif ona iki evi satdığını və evin birinin pulunun özündə olduğunu, qalan iki evi öz qohumunun adına sənədləşdirdiyini söyləmişdir. Arifin onu aldatdığını görüb təkidlə soruşduqda sonuncu torpaq sahəsinin sənədlərinin düz olmadığını, aldığı pulun bir hissəsini qaytaracağını desə də daha sonra müxtəlif bəhanələr gətirib pulu verməmişdir. Daha sonra Arifin 20 sot yox, səkkiz sot torpaq sahəsi alması ona məlum olmuşdur. İcazə olmadığından o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107 saylı evin qarşısında özünə məxsus 0,0093 hektar torpaq sahəsində tikinti işləri apara bilməmiş, bundan xəbəri olan Arif 2020-ci ilin aprel ayında Azərbaycan Respublikasınin Dövlət Şəhər Salma və Arxitektura Komitəsində işləyən tanışının köməyi ilə icazə ala biləcəyini demişdir. 2020-ci il aprelin 09-da ofisində həmin işi görmək üçün Arifə 100.000 manat pul vermiş, sonuncu torpaq sahəsində aparılacaq tikintinin sxemini ona göstərib tikintiyə icazənin və digər sənədlərin beş-altı ay ərzində veriləcəyini demişdir. 2021-ci ilin yanvar ayında Arif ona Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində müəyyən işlərin görülməsi üçün ona xətt ayrılmaqla komitə əməkdaşlarının özəlləşdimə işləri ilə məşğul olduqlarını bildirəndə o, özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsindəki 12 sot torpaq sahəsini özəlləşdirməklə bağlı soruşduqda Arif bunun üçün 180.000 manat pul lazım olduğunu demiş və o, 2021-ci il fevralın 01-də 100.000 manat və 2021-ci il fevralın 13-də isə 80.000 manat pulu ofisində Arifə vermişdir. Bundan başqa dostu Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində olan 17 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün sonuncunun adından 2021-ci il fevralın 11də Arifə ofisində 100.000 manat pul vermiş, lakin daha sonra onlara Arifin onları aldadıb aldığı pulların hamısını ələ keçirməsi məlum olmuşdur. Arifdən pullarını tələb etməyə başlamışlar və sonuncu ona 54,000 manat, Rafiqə isə 30.000 manat pul qaytarmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 dostu və qohumluq əlaqələri olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə oxşar ifadə verməklə yanaşı əlavə olaraq göstərdi ki, ünvan 5 ünvanında 17 sot torpaq sahəsində tikilmiş fərdi ev Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyatdan keçsə də torpaq sahəsi özəlləşdirilmədiyindən sənədi olmamışdır. Buna baxmayaraq həmin torpaq sahəsini özəlləşdirməkdə çətinlik çəkdiyi üçün bu işdə ona köməklik etməsi üçün 2021-ci ilin mart ayında dostu Zərərçəkmiş şəxs1 müraciət etmiş və sonuncu da tanışı Təqsirləndirilən şəxsla bu barədə söhbət edib ona məlumat verəcəyini demişdir. Namiq Ariflə görüşüb torpaq sahəsinin özəlləşdirilməsində ona köməklik etməsini dedikdə Arif Namiqə bu işin həllinin 100.000 manat olduğunu demişdir. Namiq Arifin bu təklifini ona danışdıqdan sonra o, Arifin təklifi ilə razılaşdığını Namiqə bildirib Ariflə onu görüşdürməsini xahiş etmişdir. 2021-ci il mart ayının ilk günlərində sonuncu ilə elə topraq sahəsinin yerləşdiyi ünvanda görüşüb söhbət etmiş və sənədləşdirmə işinin həll edildiyini görüb torpaq sahəsinin çıxarışının surətini və həmçinin onun adından müəyyən işlərin görülməsi məqsədi ilə 2021-ci il martın 04-də Bakı şəhərinin 27 saylı notariat kontorunda Arifin adına mülki etibarnamə vermişdir. Aralarında olan razılaşmaya görə torpaq sahəsinin özəlləşdirilməsi üçün 100.000 manat pulu sonuncuya Namiqin vasitəsi ilə göndərməli olduğundan belə də etmişdir. Belə ki, Arifə çatdırılması üçün 100.000 manatı o, 2021-ci il martın 11-də ünvan 3 ünvanında yerləşən Namiqin ofisində özünə vermiş və Arif də həmin günü gəlib 100.000 manat pulu orada Namiqdən götürmüşdür. Bundan bir müddət sonra özəlləşdirmənin nə yerdə olduğunu öyrənmək üçün Ariflə əlaqə saxlamış və sonuncu ona bu gün-sabah məhkəmə olacağını və işin həll ediləcəyini dediyinə görə sözlərinə inanıb gözləmişdir. Onunla Arif dəfələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qarşısında görüşmüş, sonuncu guya sənədlərdə düzəliş edilməsi məqsədi ilə məhkəmədə baxılacağını, küçədə onu gözləməyini deyib məhkəmənin binasına daxil olmuş, bir azdan binadan çıxaraq məhkəmə iclasının təxirə salındığını və başqa tarixə keçirildiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Arif onu aldadıb 100.000 manat pulunu ələ keçirmişdir. Belə ki, onun özü Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsinə gedib ona aid torpaq sahəsinin özəlləşdirilməsinə dair mülki işin olub-olmadığını soruşan zaman ona məlum olmuşdur ki, həmin məhkəmədə belə bir işə baxılmamışdır. Aldandığını öyrəndikdən sonra Arifdən pulunu tələb etməyə başlamış və bir müddət sonra sonuncu 30.000 manat pulu ödəsə də 70.000 manat pulunu qaytarmamaqla ona həmin məbləğdə maddi ziyan vurmuşdur. Arifdən pulu tələb etsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib vədlərindən yayınmışdır. Sonuncuya onun adından çıxış etmək üçün verdiyi notarial etibarnaməni ləğv etdirmişdir. O, X20 və Mübariz Mehdiyev adlı şəxsi tanımır, nəzərdə tutulan işlərin görülməsi üçün pulları onun Namiqdən Arif şəxsən özü almış və sonuncu həmin işləri görəcəyini ona vəd vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində məsləhətçi işləmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında Vüqar adlı qohumunun vasitəsi ilə tanımışdır. Arif söhbət zamanı hansısa tanışının torpağına çıxarış və torpaq sahəsində tikinti işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmasında köməklik göstərməsini ondan xahiş etdikdə o, Arifə kömək edə bilməyəcəyini, komitəyə ərizə ilə müraciət etməsini söyləmişdir. Bundan sonra o, Arifi kömək göstərməsi üçün X15 adlı şəxslə tanış etmişdir. O, Arif və Qurban ilə görüşdükdə Arif masanın üzərinə pul qoyub Qurbana 10.000 manat olduğunu demiş və sonuncu həmin pulu götürüb cibinə qoymuşdur. Arifin sonradan əlavə olaraq Qurbana 80.000 manat pul verdiyini eşitmiş, müəyyən vaxt keçdikdən sonra Qurban torpaq sahəsində tikinti aparılmasına icazə ala bilməmiş və Arifdən aldığı pulu da qaytarmamışdır. Sonuncunun pis vəziyyətdə qaldığını görüb Arifə 20.000 manat borc vermiş, lakin sonuncu Qurbandan pulu ala bilmədiyi üçün onun pulunu qaytarmamışdır. İş üzrə əlavə şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, o, Şahid ilə sonuncunun ofisində olarkən oraya Ramalın tanışı Təqsirləndirilən şəxs da gəlmiş və söhbət zamanı Ramal Arifin torpaq sahəsinə çıxarışı olduğunu, lakin çıxarışa bir neçə kvadrat metr də əlavə etmək lazım olduğunu bildirib ondan kömək edib edə bilməyəcəyini soruşanda o, makler fəaliyyəti ilə məşğul olan tanışı X21 ilə danışmışdır. Sonuncu ona məbləğin 10 faizini dedikdə o, bu sözləri Ramala eyni ilə çatdırmış, daha sonra o, Ramal və Arif ilə görüşəndə sonuncu Ramalın yanında ona 70.000 manat pul vermişdir. O, həmin pulu götürüb öz ofisinə gəldikdən sonra Aygünü çağırıb öz şirkəti ilə müqavilə bağlamış, 70.000 manat pulu sonuncuya vermiş və Aygünə əlavə 69.500 manat da veriləcəyini söyləmişdir. Sonuncu işi görəndən sonra Azərbaycan Respublikasının Dövlət Şəhər Salma və Arxitektura Komitəsindən hazır olan çıxarışın qol çəkilərək götürülməli olması barədə məlumat verilmiş, lakin o, Arifin komitəyə ödənilməli olan 30.000 manat pulu onlardan gizli gedib ödəməklə çıxarışı aldığını öyrənmişdir. O, sonuncuya dəfələrlə söz verdiyi pulu verməsini desə də Arif məhəl qoymamış və Aygünə çatası 39.500 manatı hələ də verməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X26 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanısa da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. Namiq və Rafiqə məxsus torpaq sahələrinin özəlləşdirilməsi üçün Arifdən müvafiq qaydada 180.000 manat və 100.000 manat pul almamışdır. Arif ittiham olunduğu cinayət əməlindən yayınmaq üçün ona böhtan atır. İş üzrə əlavə şahid qismində dindirilən X21 ifadəsində göstərdi ki, hazırda işsizdir. Lakin bundan əvvəl torpaqların icarəyə verilməsi sahəsində çalışmışdır. Təqsirləndirilən şəxs şəxsən tanımır, sonuncunun işini X9 vasitəsi ilə həll edəcəyəni öyrənmişdir. 2020-ci il mayın 29-da Qurban ilə bağladığı Bakı torpaq müqaviləsinə əsasən ilkin ödəniş 70.000 manat verilmişdir. Qalıq isə 69.500 təşkil etmişdir. Bu məbləğin 10 faizi ona çatmalı idi. Lakin məbləğ verilməmişdir. Eyni zamanda Qurbana da pul ödənməmişdir. Arif özü gedib 30.000 verərək çıxarışı götürmüşdür. Pulu kimə verdiyini isə bilmir. İş üzrə əlavə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, onu Təqsirləndirilən şəxs ilə X20 tanış etmişdir. Sonradan öyrənmişdir ki, Ariflə babalarının dostluğu olmuşdur. Arifin alqı-satqı ilə məşğul olduğunu bilirdi. Arifdə bəzi sənədlər oluğundan onlar birlikdə həmin sənədləri düzəldib Asan mərkəzə getmişlər. Arifə dövlət rüsumu ödəməli olduğunu demişlər, o, isə öyrənmişdir ki, heç bir rüsum ödəməməlidir. Arif yanında tanımadığı bir kişi ilə gəlmiş, rüsüm ödəməsini demişdir. O, Arifə kimdən nə götürürdüyünü bilmədiyini, bu adamları tanımadığını və götürdüyü pulları qaytarmasını bildirmişdir. Arifə bu işləri yaxşı araşdırmağı məsləhət bilməklə sonuncu sonradan gəlib ona təşəkkürünü bildirmişdir. Onun Səbuhi və Arif ilə birlikdə görüşləri olmamış, lakin telefon danışıqları olmuşdur. Əvvəl Səbuhini görüb danışmış deyə telefonda səsindən onun olduğunu bilmişdir. Onun Səbuhi ilə Arif arasında nə alınıb-verilməsi barədə məlumatı yoxdur. Səbuhi ona bu barədə hesabat verməmiş, nəsə soruşduqda isə ona öz işi ilə məşğul olmağını bildirmişdir. Məhkəmə iclasında elan olunub tədqiq olunan Təqsirləndirilən şəxs 2022-ci il 17 fevral tarixli izahatında, şahid, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməlini etiraf etməyərək iş birliyi qurmaq üçün zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitləri hissəvi qaytarmaqla sonunculara müvafiq qaydada 124.000 manat və 70.000 manat borclu qaldığını, ailəvi dostu X5 vasitəsi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 17.000 manat ödədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 1, 64-67, 88-91, 153-156, 173-178 və 212-214). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi götürmə və baxış aparılması haqqında 2022-ci il 12 yanvar tarixli protokoldan və ona əlavə edilən, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il iyulun 25-nə kimi Zərərçəkmiş şəxs1 olan 124.000 manatı borcunu ödəyəcəyini, Zərərçəkmiş şəxs2 aid olan sənədləri (100.000 manat) hazırlayacağını, bir də şəhərsalma ilə bağlı olan sənədləri (100.000 manat) hazırlayacağını, habelə Masazırda olan torpaq sahəsini 2021-ci ilin sentyabr ayında qaytaracağını, Zərərçəkmiş şəxs1 isə qəbzdəki yazıların və imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunduğunu bildirmələri müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 9-10). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci il 01 iyun tarixli RX seriyalı ******* №-li və 2020-ci il 16 dekabr tarixli çıxarışlarının, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü barədə 2017-ci il 30 may tarixli A seriyalı 166600 №-li sənədin kserosurətlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107 saylı bina evinin qarşısında yerləşən 0,0162 hektar və 0,0093 hektar torpaq sahələri X4 xeyrinə 49 il müddətinə icarə ilə yüklü edilmişdir (1-ci cild, iş vərəqi 11-13). İş materiallarındakı Bakı şəhərinin 27 saylı notariat kontoru tərəfindən təsdiq edilən 2021-ci il 04 mart tarixli AR-İİ seriyalı 262821 №-li etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin reyestrdən çıxarışını almağı, həmin ünvandakı torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində, arxivlərdə, icra hakimiyyətində, notariat ofisində onun nümayəndəsi olmağı, adından sənədləşdirmə işləri aparmağı, sənədləri verməyi, ona çatası reyestrdən çıxarışını, texniki pasportunu və digər sənədləri almağı, aldığına dair imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi üçün bütün hərəkətləri etməyi Təqsirləndirilən şəxs bir il müddətinə etibar etmişdir (1-ci cild, iş vərəqi 36). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2021-ci il 06 mart tarixli çıxarışının kserosurətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətindədir (1-ci cild, iş vərəqi 37). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 21 yanvar tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus olduğu ofisə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və dəlil götürülməmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 39- 44). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 21 yanvar tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olmaqla Bakı şəhəri Nərimanov Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107 saylı bina evinin qarşısında yerləşən, Təqsirləndirilən şəxs tikinti aparılması üçün icazə alacağına dair vəd verdiyi torpaq sahəsinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və dəlil götürülməmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 45- 48). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 24 yanvar tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşməklə qapıları bağlı olan fərdi həyət evinin tikildiyi torpaq sahəsinə baxış vaxtı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsini özəlləşdirmək üçün ondan 2021-ci il fevralın 01-də ünvan 3 ünvanında yerləşən özünə məxsus ofisdə 100.000 manat, eyni adla 2021-ci il fevralın 13-də göstərilən ünvanda 80.000 manat pul vəsaitini aldığını bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 49-52). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 24 yanvar tarixli protokoldan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Sahil küçəsinə baxış zamanı Zərərçəkmiş şəxs1 həmin yerin 20 sot torpaq sahəsində 20 ev tikib sataraq birlikdə qazanc əldə etmək adı ilə Təqsirləndirilən şəxs ondan ünvan 3 ünvanında yerləşən özünə məxsus ofisdə 2018-ci il aprel ayının ortalarında 100.000 manat, eyni adla 2018-ci ilin may ayında 50.000 manat pul vəsaitini aldığını bildirmiş, qeyd olunan ərazidə üç ədəd birmərtəbəli fərdi həyət evinin tikilməsi və evlərdə yaşayış olmaması aşkarlanmış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 53-56). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 27 yanvar tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ünvan 5 ünvanında olmaqla tikintisi olmayan boş 17 sot torpaq sahəsini özəlləşdirmək üçün ondan Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2021-ci il martın 11-də ünvan 3 ünvanındakı yerləşən sonuncuya məxsus ofisdə 100.000 manat pul vəsaitini aldığını bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 57-60). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 fevral və 2022-ci il 07 fevral tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2022-ci il fevralın 04-də 10.000 manat pul vəsaiti ödəmiş və sonuncu 2022-ci il fevralın 07-də göstərilən məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 70-71). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il fevralın 09-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 73). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 16 fevral və 2022-ci il 18 fevral tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2022-ci il fevralın 16-da 8.000 manat pul vəsaiti ödəmiş və sonuncu 2022-ci il fevralın 18-də həmin məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 75-76). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 17 fevral tarixli protokoldan görünür ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs və X26 üzləşdirilərkən birincisi ifadəsini təsdiq edərək Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsindəki 12 sot torpaq sahəsini özəlləşdirmək üçün Zərərçəkmiş şəxs1 aldığı 180.000 manat pulu X22 verdiyini bildirmiş, sonuncu onun dediklərini təkzib etmişdir (1-ci cild, iş vərəqi 95-97). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 fevral tarixli 2412-1224 №-li məktubundan görünür ki, həyata keçirilmi əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Mehdiyevi müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 109). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 aprel və 2022-ci il 12 aprel tarixli protokollardan görünür ki, X11 qohumu Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs1 2022-ci il aprelin 11-də 3.000 manat pul vəsaiti ödəmiş və sonuncu 2022-ci il aprelin 12-də qeyd olunan məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 127-128). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 14 aprel tarixli protokollardan görünür ki, X11 qohumu Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs1 2022-ci il aprelin 14-də 3.000 manat pul vəsaiti ödəmiş və sonuncu göstərilən tarixdə həmin məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 130-131). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 20 aprel tarixli protokollardan görünür ki, X11 qohumu Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs1 2022-ci il aprelin 20-də 11.000 manat pul vəsaiti ödəmiş və sonuncu qeyd olunan tarixdə göstərilən məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 132-133). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 2022-ci il 17 may tarixli 080-8537-1222 №-li məktubundan və eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, 2022-ci il aprelin 04-dən axtarışda olan Təqsirləndirilən şəxs 2022-ci il mayın 17-də saat 17:10 radələrində saxlanaraq idarənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 134-135). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 may tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 şübhəli şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu tərəfindən ona 54.000 manat, Zərərçəkmiş şəxs2 isə 30.000 manat qaytarıldığını, Təqsirləndirilən şəxs onun dediklərini qismən təsdiqləyib Zərərçəkmiş şəxs1 56.000 manat, Zərərçəkmiş şəxs2 30.000 manat qaytarmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 124.000 manat, Zərərçəkmiş şəxs2 70.000 manat pul borclu olduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 158-163). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 may tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 164-165). İş materiallarında olan 2004-cü il 05 oktyabr tarixli AZ-İ seriyalı 116089 №-li nikah haqqında, 2006-cı il 17 fevral tarixli AZ-İ seriyalı 725949 №-li, 2007-ci il 23 avqust tarixli AZ-İ seriyalı 972410 №-li, 2014-cü il 27 avqust tarixli AZ-İİİ seriyalı 367757 №-li və 2016-cı il 11 oktyabr tarixli AZ-İİİ seriyalı 848674 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Arif Əli oğlu X1 ilə nikahından 2006-cı il 26 yanvar təvəllüdlü X27, 2007-ci il 11 avqust təvəllüdlü X23, 2014-cü il 18 avqust təvəllüdlü X18 və 2016-cı il 21 sentyabr təvəllüdlü X19 adlı övladları vardır (1-ci cild, iş vərəqi 180-184). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 19 may tarixli protokollardan görünür ki, X28 qardaşı Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs1 2022-ci il mayın 19-da 15.000 manat pul vəsaiti ödəmiş və sonuncu həmin tarixdə qeyd olunan məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 190-191). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 may tarixli qərarından və eyni tarixli iltizamdan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə sonuncu göstərilən tarixdə idarənin müvəqqəti saxlama yerindən azad edilmişdir (1-ci cild, iş vərəqi 203-205). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 30 iyun tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzə baxış vaxtı Təqsirləndirilən şəxs 2021-ci il iyulun 25-nə kimi Zərərçəkmiş şəxs1 olan 124.000 manatı borcunu ödəyəcəyini, Zərərçəkmiş şəxs2 aid olan sənədləri (100.000 manat) hazırlayacağını, bir də şəhərsalma ilə bağlı olan sənədləri (100.000 manat) hazırlayacağını, habelə Masazırda olan torpaq sahəsini 2021-ci ilin sentyabr ayında qaytaracağını bildirməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs qəbzdəki yazıların və imzanın özü tərəfindən icra olunduğunu, qəbzdə yazılan ümumilikdə 324.000 manat borcdan 30.000 manat pulu Zərərçəkmiş şəxs1 arvadı X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107 saylı bina evinin qarşısında yerləşən 0,0162 hektar torpaq sahəsinə çıxarış almaq üçün sərf etdiyini, Zərərçəkmiş şəxs2 pulundan 30.000 manat pulu isə Zərərçəkmiş şəxs1 qaytardığını bildirmişdir (1-ci cild, iş vərəqi 216). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 11 iyun tarixli 5219 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 217). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 14 iyun tarixli protokollardan görünür ki, X28 qardaşı Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs1 2022-ci il iyunun 14-də 10.000 manat pul vəsaiti ödəmiş və sonuncu həmin tarixdə qeyd olunan məbləğdə pulu qəbul etmişdir (1-ci cild, iş vərəqi 218-219). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2019-cu il 02 iyul tarixli **********78-05101-093001 reyestr nömrəli və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2021-ci il 10 sentyabr tarixli **********35-10301 reyestr nömrəli texniki pasportlarının, eləcə də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2021-ci il 11 sentyabr tarixli **********35-10301 reyestr nömrəli çıxarışının kserosurətlərindən görünür ki, ünvan 8 ünvanındakı 2 saylı mənzil X4 adınadır, Abşeron rayonu, Masazır kəndi, Sahil küçəsində yerləşən 60 saylı ev X6 adına olmaqla sonuncunun xüsusi mülkiyyətindədir (1-ci cild, iş vərəqi 227-230). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 04 iyul tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Şahid üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu onun dediklərini təkzib edərək Təqsirləndirilən şəxs tikinti aparılmasına icazə alınması və ya başqa hər hansı məqsədlə 105.000 manat pul almadığını göstərmişdir (1-ci cild, iş vərəqi 239-242). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasına dair 2022-ci il 14 iyun tarixli 1545 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 5-6). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2022-ci il 07 iyul tarixli **********77 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydiyyatdan keçmir (2-ci cild, iş vərəqi 8). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 2022-ci il 14 iyul tarixli 3464-1221 №-li məktubundan görünür ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qurban Məmmədov adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (2-ci cild, iş vərəqi 9). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 14 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında, eləcə də 2022-ci il 15 iyul tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 310-cu, 311-ci və 178.2.3.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid 20.000 manat pul vəsaiti alması epizodu üzrə Təqsirləndirilən şəxs əməlində cinayəi tərkibi olmadığından Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, X26 və Mübariz Mehdiyev adlı şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi, Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və X9 əməlinin Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsini əhatə etdiyi nəzərə alınmış, bəzi iş materiallarında ünvan 10 ünvanı, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi ünvanının ünvan 12nmış, cinayət işi üzrə zərurət yaranmadığından X8 zərər çəkmiş şəxs qismində tanınmamış, maddi sübut kimi tanınmaqla 2022-ci il yanvarın 12-də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, X15 barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (2-ci cild, iş vərəqi 10-31 və 33-35). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2016-cı il 20 iyun tarixli 089566 nömrəli, İN/L-1479/2016 qeydiyyat nömrəli lisenziyasının, habelə onun əlavəsinin kserosurətlərindən görünür ki, «Bakı Torpaq» məhdud məsuliyyətli cəmiyyətinə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verilmiş; qeyd olunan fəaliyytət üzrə görülməsinə icazə verilən işlərin siyahısına bina və qurğuların memarlıq lahiyələndirilməsi, inşaat konstruksiyalarının lahiyələndirilməsi, elektrik, istilik, qaz və soyuqluq təchizatı sistemləri, su təchizatı və kanalizasiya sistemləri, rabitə, radio, televiziya şəbəkələri və sistemləri, ventilyasiya və kondisionerləşdirmə sistemləri, avtomalaşdırma və nəzarət-ölcü cihazları, yanğın-mühafizə siqnalizasiyası və avtomalaşdırılmış yanğınsöndürmə sistemləri, tikintinin təşkilinin lahiyələndirilməsi daxil olmuşdur. Məhkəməyə kserosurəti təqdim olunan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X30 Qeydiyyatı İdarəsi tərəfindən 2012ci i sentyabrın 12-də ********** № ilə dövlət qeydiyyatına alınmış və təsisçisi X15 tərəfindən təsdiq edilmiş «Bakı Torpaq» məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsinin 3.1.-ci bəndindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Məhkəməyə təqdim olunan 2020-ci il 22 aprel və 2020-ci il 29 may tarixli müqavilələrin kserosurətlərindən görünür ki, «Bakı Torpaq» məhdud məsuliyyətli cəmiyyətinin direktoru X15 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107 saylı binanın qarşısındakı 93 kv metrlik torpaq sahəsi üçün X8 adlı şəxsin adına icarə çıxarışının hazırlanmasını X2 etmiş, tərəflər sənədlərin hazırlanmasına görə tələb olunan 139.500 manatdan 70.000 manat ilkin ödəniş olunmaqla qalıq pulun 69.500 manat olması barədə razılığa gəlmişlər. Məhkəməyə təqdim olunan 2022-ci il 31 oktyabr tarixli mülki iddia ərizəsindən və ona əlavə olunmuş 2023-cü il 04 noyabr tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 541 manat məbləğində dövlət rüsumu ödəməklə ona vurulan maddi ziyana görə 231.000 manat və mənəvi ziyana görə 20.000 manat, cəmi 251.000 manat onun xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunan 2022-ci il 31 oktyabr tarixli mülki iddia ərizəsindən və ona əlavə olunmuş 2023-cü il 04 noyabr tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 330 manat məbləğində dövlət rüsumu ödəməklə ona vurulan maddi ziyana görə 70.000 manat və mənəvi ziyana görə 10.000 manat, cəmi 80.000 manat onun xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunan "xxxx" MMC qiymətləndirmə şirkətinin 2023-cü il 07 iyul tarixli MB 16/0850 №-li məktubundan görünür ki, şirkətin Təqsirləndirilən şəxs sifarişi əsasında apardığı qiymətləndirməyə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X6 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,0297 ha torpaq sahəsinin üzərində yerləşməklə ümumilikdə 131,1 kv metrlik üç fərdi yaşayış tikilidən ibarət evin bazar dəyəri 80.000 manat, torpağın – 30.000 manatdır. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 2022-ci il 18 avqust tarixli və Zərərçəkmiş şəxs2 2022-ci il 20 avqust tarixli notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, sonuncular, onlara dəymiş ziyan tam ödənildiyindən, Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri, iddiaları, tələbləri yoxdur. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs qarşı olan mülki iddialarından imtina etmişlər. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 №-li qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, «Mülki və siyasi hüquqlar haqqında» Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, eləcə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməməsinə dair dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Belə ki, iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməklə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 1997-ci il 23 aprel tarixli qərarının 50-ci bəndində göstərilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə, sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1.-ci maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2.-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 139.0.-cı, 139.0.1.-ci, 139.0.2.-ci, 139.0.3.-cü, 139.0.4.-cü maddələrinə uyğun olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1.-ci, 145.2.-ci, 145.3.-cü maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici xarakterli, zərər çəkmiş şəxslərin, şahidin, əlavə şahidlərin, habelə tanınma və tanınmaya təqdim etmə, baxış, üzləşdirmə, habelə digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1.-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2.ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslər ilə barışıq əldə edilməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla sonuncunun ilk məhkumluğunu, ailə vəziyyətini, dörd övlad atası olmaqla hazırda himayəsində iki yetkinlik yaşına çatmayan uşağının da olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin edilə biləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq onun törətdiyi əmələ görə azadlıqdan məhrumetməyə lüzum qalmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun sayır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1.-ci və 70.2.-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzan yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21.-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3.-cü maddəsinin müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, «… şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir». Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 30 aprel tarixli qərarının 2.21.-ci bəndində göstərilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 2022-ci il mayın 17-dən 2022-ci il mayın 19-dək 2 (on altı) gün həbsdə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.6.-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.-ci maddəsinə görə, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikasının CPM-nin 186-cı maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiadan imtina etmələri qəbul edilməklə mülki iddiaları üzrə icraata xitam verilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.3.-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iddia ərizələrinə görə ödədikləri müvafiq qaydada 541 manat və 330 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərcləri yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası 2012-ci il tarixli 07 mart Qanununun 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla 2022-ci il yanvarın 12də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiadan imtina etmələri qəbul edilməklə mülki iddiaları üzrə icraata xitam verilsin, iddia ərizələrinə görə ödədikləri müvafiq qaydada 541 manat və 330 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə onlara qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmaqla 2022-ci il yanvarın 12-də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 götürülmüş qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-213/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-213/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver