Məhkəmə qərarları › İş №1(101)-213/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-213/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-213/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, ev 85-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 sentyabr 2022-ci il tarixdə saat 11:15-də Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİnin 31-ci PB- nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,291 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 noyabr 2022-ci il tarixdə saat 16:15də ünvan 1 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,223 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroini əldə edərək daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 noyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış zamanı əynində olan albalı rəngli gödəkçəsinin sol yan cibindən 3 büküm olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,058 qram və 1,104 qram ümumi təmiz çəkisi 3,246 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Suraxanı rayonu «Stansiya» adlanan ərazidə bərbər işləmişdir. Tutulmamışdan bir il əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Hazırki iş üzrə 3 dəfə polis əməkdaşları tərəfindən saxlanılmış, iki dəfə sərbəst buraxılmış, sonuncu dəfə isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yaşadığı xanımın evində olarkən polislər tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. Qarşısına bir kiçik, bir də böyük bükümdə narkotik vasitə qoyulmuş, əgər kiçik bükümün özünə məxsus olmasını etiraf etməsə, daha böyük bükümlə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilmişdir. Hər üç halda üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının psixi və fiziki təzyiqi nəticəsində şəxsi axtarış zamanı üzərinə qoyulmuş narkotik vasitə heroinin özünə məxsus olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən yüngül şəkildə fiziki təzyiqə məruz qalmış və bu səbəbdən bədəni üzərində xəsarət yaranmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nurəddin oğlu ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 sentyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Suraxanı rayonu Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində üzərində narkotik vasitə gəzdirdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin ifşa edilməsi məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, ondan və bölmənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində, saat 11 radələrində Təqsirləndirilən şəxs Suraxanı qəsəbəsi Ş.Məhərrəmov küçəsində saxlayıb, rayon Pİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə heroin olduğunu, onu Suraxanı qəsəbəsi «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqdim edilən bir bükümdə olan heroinə bənzər maddə kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək götürülmüşdür. Sonda axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təzyiq göstərilməmiş, şəxsi axtarış zamanı sonuncu üzərində olan bükümü sərbəst şəkildə çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 21 noyabr 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs rayon ərazisində üzərində narkotik vasitə göstərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmə rəisinə raportla müraciət edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bölmənin NMB-nin baş əməliyyat müvəkkili Şahid4 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17 radələrində Suraxanı qəsəbəsi Ş.Məhərrəmov küçəsinə saxlanılmış və bölməyə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması təhqiqatçıya həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bu zaman sonuncu əynindəki gödəkçənin sol yan cibindən 3 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində narkotik maddə heroin olduğunu, onları Suraxanı qəsəbəsi «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üzərində saxladığını bildirmişdir. Bükümlərə tərəflərindən baxış keçirildikdə, içərində narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Həmin 3 ədəd bükümlər kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fikizi və ya psixi təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmədə dindirilmiş və ifadəsi tədqiq edilmiş X1 ifadəsindən görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşur. Odur ki, sonuncunun ifşa olunması üçün ondan və bölmənin digər əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 16:15 radələrində Təqsirləndirilən şəxs rayonun ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və daşımasında şübhəli olduğunu bildirib bölməyə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, onu rayonun «Qaraçılar məhəlləsi» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təsirtəzyiq göstərilməmişdir. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə keçirilmiş məhkəmədə dindirilmiş və ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 və K.İ.Hünbətovun ifadələrinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 125-126-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zaman sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni Suraxanı qəsəbəsində «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 10 manta aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşin 1-ci cildinin 214-215-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Baxış zamanı sonuncu əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni Suraxanı qəsəbəsində «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşin 1-ci cildinin 31-32-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı sonuncu əynindəki albalı rəngli gödəkçəsinin sol yan cibindən üç ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni Suraxanı qəsəbəsində «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 20 manta aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşin 1-ci cildinin 79-cu vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 sentyabr 2022-ci tarixdə Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərin saxlanıldığı bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu Suraxanı qəsəbəsi «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin 2-ci cildinin 13-cü vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 noyabr 2022-ci tarixdə Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərin saxlanıldığı bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu Suraxanı qəsəbəsi «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin 1-ci cildinin 166-cı vərəqindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 21 noyabr 2022-ci tarixdə Suraxanı RPİ-nin 31-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərin saxlanıldığı bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan albalı rəngli gödəkçənin sol yan cibindən üç ədəd şəffaf selofan bükümü çıxparıb təqdim edərək, bükümlərin içərisindəki maddənin «kakos» kimi tanıdığı narkotik maddə heroin olduğunu, onları Suraxanı qəsəbəsi «Qaraçılar Məhəlləsi» adlanan yerdə tanımadığı şəxsdən 20 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin 1-ci cildinin 132-134-cü vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 6/5340 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» sözlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,291 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 1-ci cildinin 39-42-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 22 noyabr 2022-ci il tarixli 6/6690 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» sözlər olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,058 qram, 1,014 qram, ümumi təmiz çəkisi 3,246 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İşin 1-ci cildinin 221-223-cü vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6/6633 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən ...» sözlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 1-ci cildinin 177-178-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 oktyabr 2022-ci il tarixli, 6112 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 21-27-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,291 (tədqiqatdan sonra qalan 1,241) qram, 1,223 (tədqiqatdan sonra qalan 1,173) qram və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,058 qram və 1,104 qram olmaqla ümumi təmiz çəkisi 3,246 (tədqiqatdan sonra qalan 3,146) qram narkotik vasitə heroinlər və onun üzərinə Suraxanı RPİ-nin 31-ci PB-də şəxsi axtarış və götürmə aparılmasının videogörüntü fayllarını özündə saxlayan üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroinlər saxlanılması üçün Suraxanı RPİ-nə təhvil verilmiş, disklər isə cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 180-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 120-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 161-162-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 sentyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 203-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 7-9-cu vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 26-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 74-78-ci vərəqlərindəki Suraxanı rayon məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heroin istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən hər üç epizod üzrə saxlanılarkən üzərində narkotik vasitə olmadığını, sonuncuların təzyiqi ilə şəxsi axtarış istintaq hərəkətləri zamanı üzərinə qoyulan bükümlərin özünə məxsus olmasını dediyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə hər üç epizod üzrə verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 19 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək və 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək tutulduğu dörd gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,291 (tədqiqatdan sonra qalan 1,241) qram, 1,223 (tədqiqatdan sonra qalan 1,173) qram və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,058 qram və 1,104 qram olmaqla ümumi təmiz çəkisi 3,246 (tədqiqatdan sonra qalan 3,146) qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin videogörüntülərini özündə saxlayan üç ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarına sərf edilmiş 191 (yüz doxsan bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 342 (üç yüz qırx iki) manat onun işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1- 1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 19 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək və 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək tutulduğu dörd gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,291 (tədqiqatdan sonra qalan 1,241) qram, 1,223 (tədqiqatdan sonra qalan 1,173) qram və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,174 qram, 1,058 qram və 1,104 qram olmaqla ümumi təmiz çəkisi 3,246 (tədqiqatdan sonra qalan 3,146) qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin videogörüntülərini özündə saxlayan üç ədəd DVD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 191 (yüz doxsan bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 342 (üç yüz qırx iki) manat onun işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar