Məhkəmə qərarları › İş №1(101)-213/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-213/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-213/2025 14.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, həmin idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, “DE FENDO” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Şəki şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum olunmaqla 6 (altı) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə şərti məhkum olunmuş, Qax rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 318.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 82, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, 25 noyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində axtarış elan edilmiş, 21 dekabr 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə intim münasibətlərdə olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, onu Şəmkir rayonu ərazisində yol çəkilişi məqsədi ilə tender prosesi keçiriləcəyinə və tender prosesində iştirak edərək qalib olmaq üçün 30.000 (otuz min) manat məbləğində pul vəsaitinə ehtiyacı olduğuna inandırıb, tenderin qalibi olacağı təqdirdə 2.000.000 (iki milyon) manat qazanc əldə edib onunla öz aralarında böləcəyinə dair yalandan vəd verib aldadaraq, 17 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 7A, mənzil 33-də Zərərçəkmiş şəxs1 bir ədəd 11352 manat dəyərində Avropa istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 103,2 qram kütləli qadın qolbağısı, bir ədəd 5555 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 50,5 qram kütləli kişi boyunbağısı, bir ədəd 27610 manat dəyərində X2 istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 13 qram kütləli, 3/3 keyfiyyət göstəricisinə malik 2,2 karat brilyant qaşlı qadın üzüyü, bir ədəd 22045 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 16,5 qram kütləli, 3/3 keyfiyyət göstəricisinə malik 1,7 karat brilyant qaşlı kişi üzüyü, bir ədəd 8591 manat dəyərində Türkiyə istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 78,1 qram kütləli qadın boyunbağısı və bir ədəd 45753 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 37,3 qram kütləli, 3/3 keyfiyyət göstəricisinə malik 3,5 karat brilyant qaşlı sırğa cütündən ibarət, ümumilikdə 120906 (bir yüz iyirmi min doqquz yüz altı) manat dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 120906 (bir yüz iyirmi min doqquz yüz altı) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakının ələ keçirilməsinə dair hüquq-mühafizə orqanlarına şikayət etməsini əsas gətirib, Zərərçəkmiş şəxs1 qisas almaq məqsədi ilə 13 noyabr 2023- cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində qəsdən başı ilə sonuncunun sol qaş nahiyəsinə, yumruqla sol təpə nahiyəsinə, hər iki qoluna və sol əlinə zərbələr vuraraq, habelə əlləri ilə sol bazu nahiyəsindən tutub dişlədikdən sonra saçından tutub dartaraq təpiklə aşağı ətraflarına zərbələr vurub zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 alının tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət olunan hematoması, sol təpə nahiyəsinin yumşaq toxumalarına nöqtəvari qansızmalar və cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, eyni zamanda döş qəfəsinin sol yarısının, sağ saidin, sağ və sol dirsək oynaqlarının, sol bazunun qançırları (diş izlərinin yeri), sol gözün üst qapağının, sol əlin arxa səthinin, sol saidin, sağ budun, sol diz oynağının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən nazirlik əməkdaşı kimi təqdim etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında avtomobil şinlərinin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 ilə özünə məxsus 050 ***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi «WhatsApp» smartfonlar üçün ani mesajlaşma və mübadilə sistemi vasitəsilə 26 noyabr 2023-cü il tarixdə saat 11 radələrində əlaqə saxlamaqla onun etibarından suiistifadə edərək Zərərçəkmiş şəxs2 guya rəhbərliyin tapşırığına əsasən işlədiyi nazirliyə məxsus «Toyota Camry» və «Lexus» markalı xidməti avtomobillərin şinlərini dəyişdirməli olduğuna inandırıb, işi ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün sifariş verdiyi şinlərin müqabilində ona məxsus bank kartına köçürmə yolu ilə ödəniş edəcəyinə dair yalandan vəd verib aldadaraq onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün Zərərçəkmiş şəxs2 özünə məxsus bank kartının fotoşəkilini «WhatsApp» vasitəsilə ona göndərməsinə təşviq edərək ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 26 noyabr 2023-cü il tarixdə saat 11 radələrində əvvəlcə Zərərçəkmiş şəxs2 onun diqtəsi ilə taksi avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən «Keşlə bazarı»na Cənubi Koreya istehsalı olan 1300 (bir min üç yüz) manat dəyərində bir komplekt, yəni dörd ədəd təzə vəziyyətdə ***-**-** santimetr ölçülü «Zetum» markalı avtomobil şini, həmin gün saat 18 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Qızılqaya» restoranına Cənubi Koreya istehsalı olan 1400 (bir min dörd yüz) manat dəyərində bir komplekt, yəni dörd ədəd təzə vəziyyətdə 245- 40-19 santimetr ölçülü «Nexen» markalı və 2400 (iki min dörd yüz) manat dəyərində bir komlekt, yəni dörd ədəd təzə vəziyyətdə ***- **-** santimetr ölçülü «Dunlop» markalı avtomobil şini göndərməsinə nail olub cinayət əməlini davam etdirməklə 27 noyabr 2023-cü il tarixdə saat 12 radələrində növbəti dəfə «WhatsApp» vasitəsilə Zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq onu guya Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya banklarında məhdudiyyət tətbiq olunması səbəbindən şinlərin pulunu bank vasitəsilə dərhal köçürə bilmədiyinə inandırıb ona məxsus 4098 5844 7191 5205 bank kartına 160 (bir yüz altmış) manat pul köçürəcəyi təqdirdə bir-iki saat ərzində Rusiya banklarından xarici ölkələrə pul köçürmələrinə qoyulmuş məhdudiyyət aradan qaldırılan kimi şinlərin pulunu həmin məbləğlə birlikdə tam həcmdə onun kartına köçürəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 27 noyabr 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən «Gənclik Mail» ticarət mərkəzində «Milliön» ödəmə terminalı vasitəsilə ona məxsus 4098 5844 7191 5205 nömrəli bank kartına bağlı olan hesaba 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti köçürməsinə nail olub həmin vəsaiti, habelə Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 5100 (beş min bir yüz) manat təşkil edən avtomobil şinlərini ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 5260 (beş min iki yüz altmış) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Məryəmlə 2022-ci ildə tanış olmuş və münasibətləri yaranmışdır. Sonra onun ayrı-ayrı şəxslərə borcu yaranmış, həmin borcları ödəmək üçün Məryəm xanımdan borc istəmişdir. Həmin vaxt Məryəm pulunun olmadığını, lakin qızıllarının olduğunu deyərək, həmin qızılları aparıb lombarda qoyub oradan pul götürməyi təklif etmişdir. Müstəntiq ittihamda yazmışdır ki, guya tenderə pul verilməlidir və oradan 2 milyon manat pul götürəcəklər. Bu tamamilə yalan məsələlərdir. Bu cür söhbətlər və fikirlər olmamışdır. Bununla bağlı onda sübutlar, votsap yazışmaları və səs yazıları vardır. O, dəfələrlə müstəntiqə sübutlarını təqdim etmək üçün şərait yaratmağı xahiş etsə də, ona belə bir şərait yaradılmamışdır. Onun ümumiyyətlə Məryəm xanımla arasında üzləşmə olmamışdır. İttiham aktında göstərilir ki, guya onu axtarışla tutublar. Amma bu da yalandır, ona zəng edib istintaqa dəvət etmişlər, o da, çağırılan vaxt istintaqa gəlmişdir. Onun əməllərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi yoxdur, belə ki, o, borc almışdır, sonra borcunu qaytara bilməmişdir. Məryəmdən götürdüyü sepin birini qaytarmışdır. İttihamın gəldiyi nəticə ilə razı deyildir, belə ki, o, Məryəmdən ittihamda sadalanan sayda qızıllar götürməmişdir. 20.000 manat pul istəmiş, Məryəm xanım da həmin pulu ona vermişdir. Tender məsələsini qəbul etmir. Xanımın döyülməsi ilə bağlı göstərilənlər doğru deyildir, belə ki, həmin tarixə olan anten məlumatları çıxarılsa, aydın olar ki, o, qeyd olunan tarixdə həmin ünvanda olmamışdır. Məryəmlə onun arasında başqa bir məsələ ilə bağlı mübahisə olmuşdur, onun da səs yazılarını təqdim edəcəkdir. İttiham aktında göstərilir ki, guya Məryəm xanım noyabrın 11-də ondan polisə şikayət etmişdir. Bəs onda nəyə görə oktyabr ayında Məryəm 3 dəfə polisə çağırılmışdır? Ümumiyyətlə, o, Məryəmdən təxminən 35-40 min manat borc aldığını etiraf edir, həmçinin digər Zərərçəkmiş şəxs2 də epizodunu qəbul edir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs Məryəmdən aldığı kişi boyunbağısını lombarddan alıb özünə qaytardığını, Məryəmə qısqanclıq zəminində bir-iki sillə vurduğunu, Amildən təkər götürdüyünü etiraf etdiyini, Məryəmdən aldığı qızılları dükanda satışa qoysalar, onların ümumi qiymətinin 35-40 min manat edə biləcəyini, lakin həmin qızıllar lom qiymətinə satılarsa, bundan da aşağı qiymət edəcəyini, isintaq zamanı onunla Zərərçəkmiş şəxs1 arasında üzləşmə aparılmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq edildi. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli hökmü, daha sonra isə Qax rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və 2021-ci ilin oktyabr ayında Xəzər rayon Məhkəməsinin qərarına əsasən 6 (altı) ay vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra pul qazanmaq üçün Şəmkir rayonunun Keçili kəndində aylıq 200 (iki yüz) manat icarə haqqı müqabilində emalatxana icarəyə götürüb meyvə-tərəvəz tədarükü üçün taxta yeşik istehsalı ilə məşğul olmuş, bacısı uşaqları İsmayıl və Kamran da bəzən bu işdə ona köməklik etmişlər. Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin təxminən iyul ayında Şəmkir rayonunda olan zaman «WhatsApp» vasitəsilə təsadüfən tanış olmuş və münasibətləri yaranmışdır. 06 avqust 2022-ci il tarixdə Məryəmə görüşməyi və birlikdə istirahət etmək üçün Şəmkir rayonuna getməyi təklif etmişdir. Məryəm razılaşaraq Ağcabədi şəhərində olduğunu bildirib Bərdə şəhərində görüşməyi təklif etmişdir. Həmin ərəfələrdə Məryəmlə Bərdə şəhərində görüşüb birlikdə istirahət etmək üçün Şəmkir rayonuna getmişlər. İki gün Məryəmlə birikdə Şəmkir rayonunda oteldə qalmışlar. Oteldə gecələyərkən Məryəmin razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan Məryəmlə aralarında intim münasibətlər yaranmış və tanışlıqdan bir müddət sonra 2022-ci ilin avqust ayından başlayaraq Məryəm onu Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 7A, mənzil 33 ünvanında yerləşən öz mənzilinə dəvət etmişdir. Məryəmin dəvəti ilə mütəmadi olaraq onun qeyd olunan ünvanda 12-ci mərtəbədə yerləşən mənzilinə getmiş və tez-tez Məryəmlə birlikdə gecələyərək cinsi əlaqədə olmuşlar. 2022-ci ilin oktyabr ayında maddi cəhətdən sıxıntıları olduğundan Məryəmdən ona 20000 (iyirmi min) manat borc pul verməsini xahiş etmişdir. Məryəm nağd pulunun olmadığını bildirib onu sevdiyi üçün Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən yaşadığı binanın həyətində 17 oktyabr 2022-ci ildə öz qızıl-zinət əşyalarını verərək həmin zinət əşyalarını lombarda girov qoyub müqabilində borc pul götürməsini təklif etmişdir. Elə həmin gün qızılları Şahid3 məxsus lombarda girov qoyub 12000 (on iki min) manat borc pul götürmüşdür. 18 oktyabr 2022-ci ildə Məryəmə məxsus 13 qram çəkidə bir ədəd brilyant qaşlı qadın üzüyünü həmin lombarda girov qoyub müqabilində Şahid3 1300 (bir min üç yüz) manat borc pul götürmüşdür. Məryəmin ona hədiyyə verdiyi bir ədəd brilyant qaşlı kişi üzüyünü 2022-ci ilin noyabr ayında bacısı oğlu Şahid5 vasitəsilə həmin lombarda girov qoyub müqabilində Şahid3 500 (beş yüz) manat borc pul götürmüşdür. Sonuncu dəfə 2022-ci ilin dekabr ayının sonlarında isə bacısı oğlu Şahid4 vasitəsilə Məryəmin ona verdiyi digər qızıl-zinət əşyalarını da həmin lombarda girov qoyub müqabilində Şahid3 8000 (səkkiz min) manat borc pul götürmüşdür. Əldə etdiyi həmin pulları öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Bir neçə ay lombarda olan aylıq faiz borclarını ödəsə də, sonradan ödəyə bilməmişdir. 2023-cü ilin may ayında Məryəmlə birlikdə Moskva şəhərinə getmişlər və orada bir müddət Məryəmə məxsus mənzildə yaşamışlar. Həmin mənzildə Məryəmlə birlikdə yaşayan zaman Məryəmin qardaşı oğlu bir dəfə ona küt alətlə, bir dəfə isə bıçaqla üzünə vuraraq xəsarət yetirmişdir. Lakin Məryəm yalvar-yaxar etdiyi üçün o, həmin şəxsin barəsində Moskvada polisə şikayət etməmişdir. Bütün bunlara görə lombarda girov qoyduğu Məryəmə məxsus həmin qızıl-zinət əşyaları ilə maraqlana bilməmişdir. 2023-cü ilin fevral ayından may ayına kimi şəxsi istifadəsində «Mercedes ML 350» minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili 2023-cü ilin fevral ayında öz şəxsi vəsaiti hesabına 20500 (iyirmi min beş yüz) manata almış, lakin təcili pula ehtiyacı olduğundan 2023-cü ilin may ayında 20000 manata satmışdır. Məryəm tanımadığı başqa kişi ilə ona xəyanət etdiyi üçün, həmçinin səbəbsiz yerə onun barəsində polisə şikayət etdiyinə görə 12 noyabr 2023-cü il tarixdə gecə vaxtı Məryəmə bir sillə vurmuş və qollarından tutub dartaraq onu kənara itələmişdir. 13 noyabr 2023-cü il tarixdə Məryəmi döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Heç vaxt Məryəmi aldatmamışdır, Məryəm onu sevdiyi üçün özü həmin qızıl-zinət əşyalarını ona bağışlamışdır. 2023-cü ilin noyabr ayının sonlarında Mahir adlı tanışı ondan «Toyota Camry» və «Lexus» markalı avtomobillər üçün üç komplekt avtomobil təkəri xahiş etmişdir. Bu məqsədlə 2023-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 ilə «WhatsApp» vasitəsilə əlaqə saxlayaraq Mahir adlı tanışı üçün ondan 1300 (bir min üç yüz) manat dəyərində bir komplekt, yəni dörd ədəd təzə vəziyyətdə ***-**-** santimetr ölçülü «Zetum» markalı avtomobil şini, 1400 (bir min dörd yüz) manat dəyərində bir komplekt, yəni dörd ədəd təzə vəziyyətdə ***-**-** santimetr ölçülü «Nexen» markalı və 2400 (iki min dörd yüz) manat dəyərində bir komplekt, yəni dörd ədəd təzə vəziyyətdə 275- 50-21 santimetr ölçülü «Dunlop» markalı avtomobil şini almışdır. Belə ki, onun xahişi ilə Amil taksi avtomobili ilə «Zetum» markalı avtomobil şinlərini Nərimanov rayonundakı Keşlə bazarına, «Nexen» və «Dunlop» markalı avtomobil şinlərini isə Xətai rayonu, Babək prospektindəki «Qızılqaya» restoranına göndərmişdir. Taksi sürücüləri vasitəsilə həmin təkərləri təhvil almışdır. Bundan başqa, onun xahişi ilə Amil ona məxsus 4098 5844 7191 5205 bank kartına borc qismində 160 (bir yüz altmış) manat pul köçürmüşdür. Təkərlərin pulunu və Amildən aldığı 160 (bir yüz altmış) manat məbləği bir-iki gün ərzində Amilin bank kartına köçürəcəyinə söz versə də, həmin ərəfələrdə imkan tapıb Amilin pulunu köçürə bilməmişdir. Hazırda Amilə ümumilikdə 5260 (beş min iki yüz altmış) manat borcu vardır. 2023-cü ilin sentyabr ayında Məryəm onun mobil telefon nömrələrini blokladığı üçün o, bacısı oğlu Şahid4 mobil telefonu ilə Məryəmə «Alçaqsan sen. Başqa da unutma hecde rahat olmayacag» məzmununda SMS mətn göndərmişdir (cild 2, iş vərəqi 14-18, 40-44, cild 3, iş vərəqi 3-7, 61-65). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından etibarən tanıyır, onunla əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2022-ci ilin iyul ayının sonlarında Babək onun ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** və ya ***-***-**-** nömrəsi ilə tanışlıq məqsədi ilə mesaj yazdıqdan sonra təxminən bir aya yaxın mobil telefonla yazışaraq zəngləşmişlər və aralarında sevgi münasibətləri yaranmışdır. 2022-ci ilin avqust ayının sonları və ya sentyabr ayının əvvəllərində Bakı şəhərində Babəklə görüşmüşlər. Həmin vaxtdan etibarən Babəklə mütəmadi olaraq görüşməklə bəzən birlikdə istirahət üçün Şamaxı, Şabran və digər rayonlara gedib-gəlmişlər. Təxminən 2022-ci ilin oktyabr-noyabr ayından etibarən Babək onun təklifi ilə Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7A- da yerləşən ona məxsus mənzilə gəlib-getməyə başlamışdır. Birlikdə yaşadığı oğlu Murad Bakı şəhərində olmayan vaxtlarda Babək onunla birlikdə gecələmiş, Murad Bakıda olduğu müddət ərzində isə Babək səhər saatlarında onun mənzilinə gəlmiş və axşam saatlarında Murad işdən qayıtmazdan bir qədər öncə çıxıb getmişdir. Babək onun etibarını qazandığından mənzilin giriş qapısının açarının birini Babəkə vermiş, sonuncu sərbəst şəkildə mənzilə gəlib-getmişdir. Babək ona Şəmkir rayonunda pomidor istixanası və yeşiklərin istehsalı sexi olduğunu bildirmişdir. Görüşməyə başladıqları vaxt Babəkin istifadəsində «Mercedes ML» markalı minik avtomobili olmuşdur. İlk vaxtlar Babək şirin dili, eləcə də tez-tez onun üçün aldığı gül buketləri ilə onun könlünü almağı bacarmışdır. 2022ci ilin oktyabr ayının ortalarında Babək Şəmkir rayonunda yol çəkilişi ilə əlaqədar tender keçiriləcəyini və tenderi udacağı təqdirdə yaxşı qazanc əldə edəcəyini bildirib, şərikli bu işlə məşğul olmağı təklif etmişdir. Babək tenderi udan şəxsə 5 milyon manat pul ayrılacağını, faktiki olaraq yolun çəkilməsi üçün 2-3 milyon manat pul lazım olduğunu bildirib yerdə qalan 2 milyon manatı qazanc kimi onunla böləcəyini vəd etmişdir. Babək tenderə qoşulacaqları təqdirdə öz əlaqələrindən istifadə edib qalib olacağını, lakin tenderdə qalib gəlmək üçün vəzifəli şəxslərə pul verməli olduğunu bildirmişdir. Babək həmçinin maddi vəziyyətinin yaxşı olmadığını bildirib tenderi uda bilməsi üçün lazım olan məbləği ödəməsini təklif etmiş, tenderi udduqdan və tenderin icrası ilə əlaqədar onun hesabına pul köçürüldükdən sonra həmin məbləği nəzərə alacağını vəd etmişdir. Babək eyni zamanda narahatlığa əsas olmadığını, tenderdə iştirak, habelə sonrakı mərhələdə işlərin icrası ilə əlaqədar özü bütün işləri həll edəcəyini demişdir. Həmin günlərdə Babək ona bir neçə sənəd surəti göstərib Şəmkir rayonunda yeni salınacaq yolun planı və smetası olduğunu bildirmiş və onu inandırmış, bunun üçün təxminən 30.000 manat pula ehtiyacı olduğunu demişdir. Həmin vaxt nağd pulu olmadığından Babəkə öz qızıl-zinət əşyalarını banka və ya lombarda girov qoyaraq işi həll etməsini, hesabına pul köçürüldükdən sonra isə qızıl-zinət əşyalarını geri qaytarmasını söyləmişdir. Babək razılaşdığı üçün 17 oktyabr 2022-ci il tarixdə özünə məxsus bir ədəd Avropa istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 103,2 qram çəkidə, təxminən 18000 manat dəyərində qadın qolbağısı, bir ədəd İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 50,5 qram çəkidə təxminən 12000 manat dəyərində kişi boyunbağısı, bir ədəd X2 istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 13 qram kütləli, 3/3 keyfiyyət göstəricisinə malik 2,2 karat brilyant qaşlı, təxminən 4000 manat dəyərində qadın üzüyü, bir ədəd İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 16,5 qram çəkidə, 3/3 keyfiyyət göstəricisinə malik 1,7 karat brilyant qaşlı, təxminən 3000 manat dəyərində kişi üzüyü, bir ədəd Türkiyə istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 78,1 qram çəkidə, təxminən 9000 manat dəyərində qadın boyunbağısı və bir ədəd İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 37,3 qram çəkidə, 3/3 keyfiyyət göstəricisinə malik 3,5 karat brilyant qaşlı, təxminən 6500 manat dəyərində sırğa cütündən ibarət ümumilikdə 52500 manat dəyərində qızıl-zinət əşyalarını yaşadığı mənzildə Babəkə vermişdir. Babək qızıl-zinət əşyalarını götürüb mənzili tərk etmiş və həmin gün axşam saatlarında görüşərkən həmin əşyaları lombarda girov qoyub pul götürərək lazımi şəxsə çatdırdığını, 2023-cü ilin yanvar ayında tender elan ediləcəyini və mart ayında nəticələrin açıqlanacağını, ən gec aprel ayında isə pulun onun hesabına köçürüləcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayında Babəklə tender barədə danışarkən, sonuncu hələ tender barədə elanın verilmədiyini, ondan asılı olmayan səbəbdən bu işin yubandığını, bütün sənədləri öncədən tender komissiyasına təqdim etdiyini və tender elan edilən kimi ilkin olaraq onların qeydiyyata alınacağını demişdir. İlk vaxtlar Babəkin dediklərinə inansa da, 2023-cü ilin mart ayında məsələnin uzandığını görüb Babəkin onu aldatdığını hiss edərək tender komissiyasına təqdim etdiyi sənədləri göstərməsini, habelə pulu verdiyi şəxslə onu görüşdürməsini tələb etmişdir. Babək əvvəlcə müxtəlif bəhanələr gətirsə də, nəhayət onu aldatdığını etiraf etmişdir. Babəkdən girov qoyduğu ona məxsus qızıl-zinət əşyalarının aqibəti barədə soruşduqda, Babək tenderə qoşulmaq adı ilə ondan aldığı qızıl-zinət əşyalarını lombarda girov qoyaraq götürdüyü pulları şəxsi ehtiyaclarına, habelə borclarını ödəməyə sərf etdiyini demişdir. Barəsində şikayət edəcəyini bildirdikdə isə Babək ağlayaraq yalvarmış, bir az səbirli olmağı, qısa müddət ərzində qızıl-zinət əşyalarını özünə qaytaracağını demişdir. Lakin Babək hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatdığından, bir müddət sonra isə telefon zənglərinə cavab vermədiyindən onun barəsində Nərimanov RPİ-yə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, 13 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Nərimanov rayonu, Fəxrəddin Həsənov küçəsi, ev 10 ünvanında yerləşən özünə məxsus mənzildə yaşayan kirayənişindən aylıq kirayə haqqını almaq üçün həmin ünvana getmişdir. Binaya daxil olmaq istəyən zaman Təqsirləndirilən şəxs qəflətən binanın həyətində ona yaxınlaşaraq niyə onun barəsində polisə şikayət etdiyini soruşub şikayəti geri götürməsini tələb etmişdir. Babəkə etiraz edib onu aldadaraq aldığı qızıl-zinət əşyalarını qaytarmasını tələb edərək, əks təqdirdə şikayətini geri götürməyəcəyini bildirdikdə, Babək üstünə cumub əvvəlcə baş nahiyəsi ilə sol qaşının üzərinə bir zərbə vurmuşdur. Bundan sonra Babək yumruqla baş nahiyəsinə, habelə sol qoluna, sol əlinə, sağ qoluna bir neçə zərbə vuraraq sol bilək nahiyəsini əlləri ilə tutub dişləmişdir. Babək həmçinin əlləri ilə saçından tutaraq təpiklə aşağı ətraflarına bir neçə zərbə vuraraq onu döymüşdür. Bu zaman qorxub özünü itirdiyi üçün nə edəcəyini bilməyib qışqırmağa başlamış və bu an Babək əlləri ilə boğazından tutub onu boğmağa başlamışdır. Çətinliklə də olsa Babəkin əllərini boğazından çəkib yenidən qışqırmağa başlamış və bunu görən Babək barəsində olan şikayətini geri götürməyəcəyi təqdirdə onu öldürəcəyini bildirərək ərazidən qaçıb uzaqlaşmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, sonradan onun evinə gəlib-gedən Təqsirləndirilən şəxs evdə olan 170.000 pulunu onun icazəsi və xəbəri olmadan götürdüyünü, ümumilikdə isə Babəkin ona 400.000 manatdan artıq ziyan vurduğunu, istintaq zamanı da təqsirləndirilən şəxs tərəfindən ona 400.000 manat ziyan vurulduğunu dediyini, lakin həmin məbləğdə ittihamın verilməməsinin səbəbini bilmədiyini, qızılların hamısının bir dəfəyə verildiyini və onları tenderə görə verdiyini, Babəkin ona tenderin keçirilməsi barədə sənədlər göstərdiyini və tenderdə qalib olmaq üçün müəyyən şəxslərə pul verilməli olduğunu dediyini, qızılları lombarda qoyub pul götürdüyünü, ona inandığına görə bütün qızıllarını və pulunu ona verdiyini, Babəkin lombarda qoyduğu qızılların aylıq ödənişlərini də vermədiyini, özünün müxtəlif vaxtlarda Babəkin kartına pullar köçürdüyünü, Babəkə əvvəlcə 20.000 manat, daha sonra isə 8500 manat pul verdiyini, bundan sonra özünə məxsus bütün qızılları Babəkin ondan götürüb lombarda qoyaraq pul götürdüyünü, yanvar ayından başlayaraq özünün Babəkə verdiyi pulları geri tələb etdiyini, bu zaman isə Babəkin müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan yayındığını, hələ də ona ziyanın ödənilmədiyini və maddi zərərin ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Babək prospektində təkər və disk satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü ildən tanyır. Belə ki, həmin vaxt Babək ona zəng edərək özünün nazirlikdə işlədiyini və nazirliyin avtomobillərinə təkərlər lazım olduğunu bildirmişdir. O, nə qədər təkər lazım olduğunu soruşduqda, Babək ondan 12 ədəd təkər istəmişdir. O da, Babəkə inanıb onun istədiyi təkərləri taksi ilə dediyi ünvanlara göndərmişdir. Ümumilikdə o, Babəkə 3 komplekt, yəni 12 ədəd təkərlər vermiş, onlar brend təkərlər olmuşdur. Lakin sonradan Babək onun göndərdiyi təkərlərin pulunu verməmiş və hazırda ona 5260 manat borclu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nərimanov rayonu, X7 küçəsi, ev 7A, mənzil 33-də anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamış, atası Asif İsgəndərov 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Qardaşı Şahid2 öz ailəsi ilə birlikdə Ağcabədi rayonunda yaşayır. Təqsirləndirilən şəxs ilk dəfə 2022-ci ilin əvvəllərində görmüş və birlikdə yemək yemişlər. 2023-cü ilin aprel ayında yaşadığı mənzilə gələrkən Təqsirləndirilən şəxs mənzildə olduğunu görüb onunla anası arasında münasibət olduğunu başa düşmüş və Babəklə aralarında mübahisə baş vermişdir. 2023-cü ilin aprel ayında anası ilə söhbət zamanı bilmişdir ki, Babək anası Məryəmi aldadaraq onun qızıl-zinət əşyalarını alıb ələ keçirmiş və lombarda girov qoyub pul götürmüşdür. Sonradan öyrənmişdir ki, Babək anası Məryəmə məxsus qızıl-zinət əşyalarını Əkbər adlı tanışının işlətdiyi lombarda girov qoymuşdur. Əkbər isə ona Babəkin öz anasına məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyduğunu bildirmişdir. Lakin hadisədən xəbər tutduqdan sonra bilmişdir ki, Babək öz anasının yox, onun anası Məryəmin qızıl-zinət əşyalarını lombarda girov qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz qardaşı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma dayısıdır, onlarla eyni ünvanda ünvan 8a da, 2023-cü ilin sentyabr ayından başqa ünvanda yaşamışdır. Ötən müddət ərzində Babək 050 ***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi «WhatsApp» vasitəsilə bir neçə dəfə ona zəng vuraraq hal-əhval tutmuş, Babəkdən harada olduğunu soruşduqda, sonuncu, Qarabağ zonasında işlədiyini bildirmişdir. Şahid1 2000-ci illərdən tanıyır. Təxminən 2007-ci ildən 2010-cu ilədək Nərimanov rayonu, X7 küçəsində Muradgillə qonşuluqda yaşamışlar. Muradla tanışlığına görə Zərərçəkmiş şəxs1 Muradın anası olduğunu bilmişdir. Dayısı Babək təxminən 2 (iki) il əvvəl cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra bir müddət Şəmkir şəhərinə köçüb orada meyvə-tərəvəz üçün taxta yeşiklərin istehsalı ilə məşğul olmuşdur. Babəkin dəvəti ilə ona kömək məqsədi ilə bir neçə dəfə qardaşı Kamranla birlikdə Şəmkir rayonuna gedib-gəlmişdir. Həmin ərəfələrdə Babək Şəmkir rayonunda tikinti və yol çəkilişi ilə məşğul olacağını bildirmişdir. 29 dekabr 2022-ci ildə evdə olan zaman Babək ona zəng vuraraq görüşməyi təklif etmiş və onlar görüşmüşlər. Babək ona qızıldan hazırlanmış bir ədəd qadın boyunbağısı və bir cüt sırğa verərək onları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 50 ünvanında yerləşən lombardın sahibi Şahid3 təqdim edib əvəzində pul götürməsini söyləmişdir. O, razılaşmış və Babək avtomobili həmin lombarda sürmüşdür. Orada qızıl-zinət əşyalarını götürüb avtomobili tərk edərək lombarda daxil olmuş və həmin qızıl-zinət əşyalarını Əkbərə təqdim etmişdir. Əkbər qızıl-zinət əşyalarını gözdən keçirib sənədləşdirmə aparmış, həmin vaxt Əkbərə təqdim etdiyi qadın boyunbağısının çəkisi 78,1 qram, sırğa cütünün çəkisi isə 37,3 qram olmuş və o, sənədləri imzaladıqdan sonra Əkbər həmin qızıl-zinət əşyalarını girov kimi qəbul edib müqabilində ona 8000 manat pul vermişdir. O isə, avtomaşında onu gözləyən Babəkə yaxınlaşaraq 8000 manatı ona vermiş, Babək pulu götürdükdən sonra çıxıb getmişdir. Şahid4 istintaqa verdiyi ifadəsinə görə, 2022-ci ilin iyun ayında Şahid1 onunla Bakı şəhərində görüşərək Babəklə anası Məryəmin arasında intim münasibətləri olduğunu və Babəkin bundan istifadə edərək Məryəmi aldatmaqla onun qızıl-zinət əşyalarını alıb ələ keçirdiyini, habelə Nərimanov rayonu, X7 küçəsində yerləşən mənzildən Babəkin pul oğurladığını bildirmişdir. Lakin Murad həmin vaxt pulun məbləği barədə ona bir söz deməmiş, o da, bu barədə Muraddan soruşmayaraq məsələni aydınlaşdırmaq üçün Babəklə danışacağını bildirmişdir. Həmin ərəfədə Babəklə Bakı şəhərində görüşüb bu barədə ətraflı söhbət etmiş, Babək onun suallarına konkret cavab verməyərək Məryəmlə danışıb məsələni həll edəcəyini bildirmişdir. Həmin vaxt söhbət əsnasında Babəkin deməsinə görə belə başa düşmüşdür ki, 29 dekabr 2022-ci ildə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 50 ünvanında yerləşən lombarda girov qoymaq üçün Babəkin ona verdiyi qızıl-zinət əşyaları Muradın anası Məryəmə məxsus olmuşdur. Məryəmlə dayısı Babəkin nə vaxt və hansı şəraitdə tanış olduqlarını və aralarında nə kimi əlaqə və münasibət olduğunu bilmir (cild 1, iş vərəqi 198-203). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs təklifi ilə 12 noyabr 2022-ci ildə günorta saatlarında yaşadığı ünvanın qarşısında görüşmüş, bu zaman ünvan 12 ünvanında yerləşən lombarda aparıb Əkbər adlı şəxsə verməsini, daha sonra isə üzüyün müqabilində Əkbərin verəcəyi pulu ona çatdırmasım xahiş etmişdir. O da, həmin qızıl üzüyü lombarda verib Əkbərdən 500 manat pul almış, sonra isə pulu aparıb Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 13 ünvanında lombard fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə onun iş yerinə müştəri qismində gəlib özündə olan qızıl-zinət əşyalarını girov qoyub pul götürmək istədiyini bildirmiş, Babəkin verdiyi qızıl-zinət əşyalarına baxış keçirdikdə həmin əşyaların 750 əyarlı qızıldan hazırlanmış 103,2 qram çəkidə bir ədəd qadın qolbağısı və 750 əyarlı qızıldan hazırlanmış 50,5 qram çəkidə bir ədəd kişi boyunbağısı olduğunu görmüşdür. Qiymətləndirmə apardıqdan sonra girov kimi təqdim etdiyi həmin qızıl-zinət əşyalarının müqabilində Təqsirləndirilən şəxs 12000 manat ödəniş edə biləcəyini bildirmişdir. Sonuncu razılaşdıqdan sonra girov bileti yazıb ona 12000 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə təkrar onu iş yerinə gəlib 750 əyarlı qızıldan hazırlanmış 13 qram çəkidə brilyant qaşlı bir ədəd qadın üzüyünü təqdim edib həmin qızıl-zinət əşyasını da girov qoyub pul götürmək istədiyini bildirmişdir. Baxış keçirdikdən və qiymətləndirmə apardıqdan sonra girov kimi təqdim etdiyi həmin qızıl-zinət əşyasının müqabilində Babəkə 1300 manat ödəniş etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə onun mobil telefonuna zəng edib yenə də qızıl girov qoyaraq pul götürmək istədiyini və tanıdığı adamla qızılları ona göndərəcəyini bildirmişdir. Bir qədər sonra onun da tanıdığı Şahid4 iş yerinə gəlib Təqsirləndirilən şəxs göndərdiyini bildirərək 750 əyarlı qızıldan hazırlanmış 78,1 qram çəkidə bir ədəd boyunbağı və 750 əyarlı qızıldan hazırlanmış 37,3 qram çəkidə brilyant qaşlı bir cüt sırğanı girov kimi təqdim etmişdir. Təqdim edilmiş qızıllara baxış keçirib qiymətləndirmə aparmış və girov bileti tərtib edib Şahid4 8000 manat pul vermişdir. Bundan əlavə, İsmayılın qardaşı Şahid5 12 noyabr 2022-ci il tarixdə ona müraciət edərək bir ədəd brilyant qaşlı kişi üzüyünü təqdim edib girov qoymaqla pul götürmək istədiyini bildirmiş, bununla əlaqədar girov bileti əsasında ona 500 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özünə məxsus avtomobillə Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs2 təxminən 8 ay olar ki, tanıyır. 2023-cü ilin noyabr ayında Amil ona zəng vuraraq Babək adlı müştərinin sifarişi ilə «Keşlə bazarı»na dörd ədəd avtomobil şini aparmaq lazım olduğunu demiş, o da, bazara gedib orada Amillə görüşərək sonuncunun verdiyi bir komlekt təzə şinləri ondan qəbul edərək «Keşlə bazarı»na aparmış, «WhatsApp» vasitəsilə Babəkin telefonuna zəng vurub təkərləri gətirdiyini bildirmişdir. Babək təkərləri ona yaxınlaşacaq qırmızı rəngli «Toyota Prius» markalı avtomobilin sürücüsünə verməsini tapşırmışdır. Təxminən 5-10 dəqiqə sonra qırmızı rəngli «Toyota Prius» markalı minik avtomobili «Keşlə bazarı»nın qarşısında onun avtomobilinə yaxınlaşmış, onu Babəkin göndərdiyini bildirmişdir. O da, gətirdiyi 4 ədəd təkəri Babəkə çatdırması üçün həmin şəxsə vermişdir. Bir müddət sonra Amillə təsadüfən görüşərkən Amilin deməsinə görə bilmişdir ki, Babək adlı şəxs onu aldatmış və ondan aldığı ümumilikdə 5100 manat dəyərində 3 komplekt avtomobil şinlərinə görə ödəniş etməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 12 fevral 2024-cü cü il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs2 hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun şəkildə sərbəst ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmişdir (cild 2, iş vərəqi 241- 245). İş materiallarında olan 12 fevral 2024-cü cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs1 hadisə yerlərini əyani olaraq göstərməklə sərbəst ifadəsinə uyğun olaraq təsvir etmişdir (cild 2, iş vərəqi 246-249). Cinayət işinə əlavə edilmiş 15 fevral 2024-cü cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadələrində göstərdiklərini bir daha təqsirləndirilən şəxsin üzünə qarşı təsdiq etmişdir (cild 3, iş vərəqi 14-18). Cinayət işində olan 15 fevral 2024-cü cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (cild 3, iş vərəqi 8-13). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 9/8599/2023 nömrəli rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda qızıl-zinət əşyalarının 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 25498,00 manat müəyyən edilir. Digər 3 adda qızılzinət əşyalarının üzərində olan qaşların sayı barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (cild 1, iş vərəqi 238-241). Cinayət işində olan "xxxx" MMC-nin qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə 05 fevral 2024-cü il tarixli UNİ/F-05-019/24 nömrəli arayışından görünür ki, 17 oktyabr 2022-ci il tarixinə 3/3 keyfiyyət göstəricisinə malik brilyant daşın 1 karatın pərakəndə satış qiyməti 11900 (on bir min doqquz yüz) manat təşkil etmişdir (cild 2, iş vərəqi 216-225). Məhkəmə-tibbi ekspertizasının 25 noyabr 2023-cü il tarixli 1490 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alının tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət olunan hematoması, döş qəfəsinin sol yarısının, sağ saidin, sağ və sol dirsək oynaqlarının, sol bazunun qançırları (diş izlərinin yeri), sol gözün üst qapağının, sol əlin arxa səthinin, sol saidin, sağ budun, sol diz oynağının qançırları, sol təpə nahiyəsinin yumşaq toxumalarına nöqtəvari qansızmalar və cərrahi tikişə ehtiyacı olan əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən alının tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət olunan hematoması, sol təpə nahiyəsinin yumşaq toxumalarına nöqtəvari qansızmalar və cərrahi tikişə ehtiyacı olan əzilmiş yara ayrıayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının, sağ saidin, sağ və sol dirsək oynaqlarının, sol bazunun qançırları (diş izlərinin yeri), sol gözün üst qapağının, sol əlin arxa səthinin, sol saidin, sağ budun, sol diz oynağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil (cild 1, iş vərəqi 235-237). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 226-228). Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə 01 iyul 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlara dair Nərimanov rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş məlumatlara (zəng tarixçələrindən çıxarışlar, daxil olan və çıxan zənglər, SMS-lərin mətni, anten, abunəçilərin anket məlumatları və s.) baxış keçirilməsi haqqında 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs1 Səttar qızına məxsus ***-***-**-** mobil nömrəsi arasında 01 iyul 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq qarşılıqlı rabitə əlaqəsi olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 050-210-85- 54 mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə Bakı şəhəri, Nərimanov rayonu, Tərbiz, Nazim Hacıyev və Əlicabbar Orucəliyev küçələrini əhatə edən anten dairəsi üzrə 17 oktyabr 2023-cü il tarixdə saat 18:47-də zəng daxil olmaqla 63 saniyə ərzində danışıq aparılması müəyyən edilmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs1 Səttar qızına məxsus ***-***-**-** və ***-***- **-** mobil telefon nömrələri arasında qarşılıqlı olaraq müntəzəm xarakter daşıyan SMS mətnlərin ötürülməsi, o cümlədən 23 noyabr 2022-ci il tarixdə sonuncuya məxsus ***-***- **-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS mətnlərin ötürülməsi müəyyən edilmişdir: 23 noyabr 2022-ci il saat 21:50-də - 050 *** ** ** - 050 *** ** ** - “Sen meni aldatdin?”; 23 noyabr 2022-ci il saat 21:55-də - 050 *** ** ** - 050 *** ** ** - “Men bunu hak etmedim heqiqeten etmedim bele olmamaliydi”; 23 noyabr 2022-ci il saat 22:00-da - 050 *** ** ** - 050 *** ** ** - “Yalan ayaq tutar amma yerimez bilesen bir şeyi yadinda saxla birde hec keşin ureyi ile oynama heledeki menim kimi birinin onsuz men yaraliydim bu qeder yaralamana ne gerek variydi”. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 Səttar qızına məxsus ***-***-**-** mobil telefon nömrəsinə 26 iyun 2023-cü il tarixdə aşağıdakı məzmunda SMS mətnlərin ötürülməsi müəyyən edilmişdir: 26 iyun 2023-cü il il saat 01:28-də - 050 *** ** ** - 050 *** ** ** - “Bu andırı ac”; 26 iyun 2023-cü il il saat 01:28-də - 050 *** ** ** - 050 *** ** ** - “Ac”; 26 iyun 2023-cü il il saat 01:28-də - 050 *** ** ** - 050 *** ** ** - “Meni collere salma”; 26 iyun 2023-cü il il saat 01:28-də - 050 *** ** ** - 050 *** ** ** - “Allaha and olsun cooox pis hormetsizlikdir.”; 26 iyun 2023-cü il il saat 01:29-da - 050 *** ** ** - 050 *** ** ** - “Sen mene soz verdin and icdinki birde etmeyessen. Amma etdin, inan cox sef etdin.”; 26 iyun 2023-cü il il saat 01:32-də - 050 *** ** ** - 050 *** ** ** - “Qiyma bize ac bu zibili”; 26 iyun 2023-cü il il saat 01:33-də - 050 *** ** ** - 050 *** ** ** - “Sef etmisen qebul ele amma indi ele. Men ureyim dayanir inan”; 26 iyun 2023-cü il il saat 01:33-də - 050 *** ** ** - 050 *** ** ** - “Ac mene nese de”; 26 iyun 2023-cü il il saat 01:33-də - 050 *** ** ** - 050 *** ** ** - “Maryam. Sennenem”; 26 iyun 2023-cü il il saat 01:33-də - 050 *** ** ** - 050 *** ** ** - “Ac”; 26 iyun 2023-cü il il saat 01:34-də - 050 *** ** ** - 050 *** ** ** - “İreyim dayanir. Allaha and olsun ezab verirsen. Ac. Amma indi ac. Bax sene deyrem behane qebul edilmeyecek sabah, indi ac danwaq”; 26 iyun 2023-cü il il saat 01:34-də - 050 *** ** ** - 050 *** ** ** - “N91ar ac” (cild 2, iş vərəqi 100-140). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə 01 iyul 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında 25 dekabr 2023cü il tarixli protokoldan görünür ki, Şahid4 məxsus ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 Səttar qızına məxsus ***-***-**-** mobil telefon nömrəsinə 22 sentyabr 2023-cü il tarixdə saat 17:57-də aşağıdakı məzmunda SMS mətni ötürülmüşdür: «Alçaqsan sen. Başqa da unutma hecde rahat olmayacag» (cild 2, iş vərəqi 80). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli **********690500 nömrəli arayışdan görünür ki, uçot-baza məlumatlarına əsasən Təqsirləndirilən şəxs fərdi sahibkar, habelə hər hansı müəssisənin rəhbəri və təsisçisi qismində vergi orqanında qeydiyyatda deyildir (cild 2, iş vərəqi 212). Elektron Məhkəmə Portalından əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 -ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum olunmaqla 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Tələbnamədən həmçinin görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 318.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 ay 13 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 54-55). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ayrı-ayrı şəxslərə borcu yarandığına görə həmin borcları ödəmək üçün Məryəm xanımdan borc istədiyini, həmin vaxt Məryəm pulunun olmadığını, lakin qızılları olduğunu deyərək, həmin qızılları aparıb lombarda qoyub oradan pul götürməyi təklif etdiyini, guya tenderə pul veriləcəyi və oradan 2 milyon manat pul götürəcəyi ilə bağlı ittihamda yazılanların tamamilə yalan məsələ olduğunu, bu cür söhbətlər və fikirlər olmadığını, bununla bağlı onda sübutlar, votsap yazışmaları və səs yazıları olduğunu, dəfələrlə müstəntiqə sübutlarını təqdim etmək üçün şərait yaratmağı xahiş etsə də, ona belə bir şərait yaradılmadığını, onunla Məryəm xanımın arasında ümumiyyətlə üzləşmə olmadığını, ittiham aktında guya onun axtarışla tutulması barədə yazıldığını, amma bunun da yalan olduğunu, ona zəng edib istintaqa dəvət etdiklərini, onun da, çağırılan vaxt istintaqa gəldiyini, onun əməllərində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığını, belə ki, onun borc aldığını, sonra da borcunu qaytara bilmədiyini, Məryəmdən götürdüyü sepin birini qaytardığını, Məryəmdən ittihamda sadalanan sayda qızıllar götürmədiyini, buna görə ittihamın gəldiyi nəticə ilə razı olmadığını, Məryəmdən 20.000 manat pul istədiyini və sonuncunun həmin pulu ona verdiyini, xanımın döyülməsi ilə bağlı göstərilənlərin doğru olmadığını, qeyd olunan tarixdə həmin ünvanda olmadığını, Məryəmlə onun arasında başqa bir məsələ ilə bağlı mübahisə olduğunu, bunun da səs yazılarını təqdim edəcəyini, ümumiyyətlə, Məryəmdən təxminən 35-40 min manat borc aldığını etiraf etdiyini bildirib, öz müdafiəsi üçün dəlilər gətirdi. Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlillərlə yanaşı, təqsirsizliyi barədə müxtəlif vəsatətlər qaldıraraq məhkəmə iclasının sonunda səs yazıları və votsap yazışmalarının yükləndiyi diski məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Səttar qızına və Zərərçəkmiş şəxs2 Qalib oğluna qarşı külli və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi onun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, SMS yazışmaları, ekspert rəyləri və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdim etdiyi diskdəki fayllar və votsap yazışmaları tədqiq edilərkən, onların Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Səttar qızına məxsus mobil telefon nömrələri arasında ötürülmüş SMS mətnlərinin olduğu, həmin danışıqlarda Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun ələ keçirdiyi pul vəsaiti və qızıl-zinət əşyalarının qaytarılmaması ilə bağlı baş vermiş narazılıqların qeydə alındığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 pul vəsaitini və qızıl-zinət əşyalarını borc kimi alması, həmçinin adı çəkilən zərərçəkmiş şəxsə qarşı xəsarət yetirməməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi isə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum olunmaqla 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 318.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 ay 13 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində 25 noyabr 2023-cü il tarixdə axtarış elan edilmiş, 21 dekabr 2023-cü il tarixdə o, tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət təyin olunacaq cəza müddətinə daxil edilməklə cəzanın başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 9 (doqquz) ay müddətə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar