Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-214/2020 20.05.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- Həmidov Seymur Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin böyük prokuror metodisti Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 83 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2011-ci ilin ortalarında İran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, göndərmə və qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçirməklə İran İslam Respublikasından Tailand və Malayziya Krallıqlarına daşıma cinayətlərini törətmək üçün sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaratmış, cinayətlərin törədilməsini planlaşdırmış, cinayətlərin edilməsi üçün dəstəyə digər iştirakçılar, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-810/12 nömrəli, xx xxxxxxxx 2012-ci il tarixli hökmü ilə həmin əməllərinə görə məhkum olunmuş X3, X22 və Şahid4 cəlb edərək onları təlimatlandırmış, iştirakçıların fəaliyyətlərini əlaqələndirmiş, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər vermiş, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil etmiş və beləliklə planlaşdırdıqları cinayətlərin törədilməsinə rəhbərlik etmişdir. Belə ki, həmin məqsədlə cinayətlərin təşkilatçısı Təqsirləndirilən şəxs xx xxxxxxx 2011-ci ildə Tehran şəhərində külli miqdarda, 2295,7 qram metamfetamin psixotrop maddəsini əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə plastik lövhənin kanallarındakı boşluqlara doldurularaq üzərindən yapışqanlı boz izolyasiya lenti ilə sarınmaqla astarın altından yan divarlarına şuruplarla bərkidilib yerləşdirilmiş «Summit» markalı çamadanın içərisində cinayətkar fəaliyyətə cəlb etdiyi X4 vermiş, Yeganə Cabbarzadə qeyd edilən miqdarda psixotrop maddəni əldə edib həmin gün Tehran-Astara avtobusu ilə İran Astarasına daşımış və xx xxxxxxx 2011-ci il saat 10.10-da Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Astara şəhərində onu qarşılamış cinayətkar qrupun digər üzvü Şahid4 idarə etdiyi «Mercedes Benz» markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin yük yerində Bakı şəhərinə daşımış və Bakı şəhərində çamadanı Şahid4 təhvil vermiş, Şahid4 içərisində külli miqdarda psixotrop maddə gizlədilmiş həmin çamadanı xx xxxxxxx 2011-ci ilə kimi özündə saxlamış, həmin tarixdə cinayətkar qrupun başqa bir üzvü X36 ilə görüşüb Tailand Krallığına daşıması üçün çamadanı, həmçinin təyyarə biletini, pasportunu və Təqsirləndirilən şəxs göndərdiyi 500 dollar pulu ona l vermiş və Əfqan Bağırovu içərisində külli miqdarda psixotrop maddə gizlədilmiş həmin çamadanla birlikdə idarə etdiyi avtomobillə X31 Hava Limanına gətirib yola salmış, sonuncu isə külli miqdarda psixotrop maddəni TK-335 saylı Bakı-İstanbul aviareysi ilə tranzit qaydada Türkiyə Respublikasına, oradan da Tailand Krallığına daşımaq üçün həmin gün saat 18.20 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.1981-ci ildə Culfa rayonunda anadan olmuşdur, orta təhsilini Culfa şəhər orta məktəbində almış, Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə və Culfa rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 1996-cı ildə ailəsi ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüş, Bakı şəhərində müxtəlif vaxtlarda çayxana işlətmiş, mağazada və taksi sürücüsü işləmişdir. Hazırda Ukrayna vətəndaşı Nataliya Ekmekçi ilə vətəndaş nikahı ilə evlidir, 7 aylıq oğlu var. X50 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmü ilə həmyerlisi Şahid4 ilə birlikdə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 149.2.1-ci maddələri ilə məhkum edilmiş, 4 il 8 ay 17 saylı cəzaçəkmə müəssisəndə cəza çəkmiş və sonra şərti azadlığa buraxılmışdır. Şahid4lə həmyerlidirlər, birbirlərini Culfa rayonundan, uşaqlıq vaxtlarından tanıyırlar. Sonra onların ailəsi və Şahid4 ailəsi Bakı şəhərinə köçmüş və dostluqlarını davam etdirmişlər. Şahid4 harada və hansı müddətdə cəza çəkməsini bilmir. O, 17 saylı cəzaçəkmə müəssisəndə cəza çəkdiyi vaxt bir nəfər Məhəmməd Məhvi adlı İran vətəndaşı ilə tanış olmuş, həmin şəxs narkotik vasitələrin satışı əməllərini törətdiyi üçün həbs edilmiş, lakinin onun hansı orqan tərəfindən tutulması və hansı məhkəmə tərəfindən məhkum edilməsi ona məlum olmamışdır. Məhəmməd Məhvi ona İranda narkotik vasitələrin satışı ilə məşğul olduğunu, İrandan başqa ölkələrə narkotik vasitələr göndərdiyini bu işlə yaxşı pul qazandığını, həbsdən çıxdıqdan çıxdıqdan sonra yenə də bu işlə məşğul olacağını demiş və ona həbsdən çıxdıqdan sonra İranın Tehran şəhərinə yanına gedib birlikdə narkotik vasitə satışı ilə məşğul olmağı təklif etmişdir. O, Məhəmməd Məhvidən istifadə etdiyi telefon nömrəsini götürmüş, lakin hazırda həmin şəxsin istifadə etdiyi telefon nömrəsini xatırlamır, sonuncu dəfə Məhəmməd Məhvi ilə 2012-ci ildə telefon əlaqəsi saxlamış, sonra həmin şəxslə bütün əlaqələrini kəsmişdir. 2008-ci ildə azadlığa çıxmış və taksi sürücülüyü ilə məşğul olmuşdur. 2010-cu ildə tanışı X16 ilə qeyri-rəsmi nikahla evlənmiş, evlilik qısa müddət davam etmiş, problemlər olmuş və ayrılmışlar. Evdə valideynləri ilə də problemləri olmuş, 2011-ci ilin mart ayında evdə mübahisə etmiş və evi tərk etmişdir. Bir müddət Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, sonra Məhəmməd Məhvinin narkotik vasitə sataraq pul qazanmaq təklifini xatırlayaraq onun telefon nömrəsinə zəng vurub təklifini qəbul etdiyini bildirmişdir. 2011-ci ilin yaz aylarında İranın Tehran şəhərinə Məhəmməd Məhvinin yanına getmiş, 2 aya yaxın müddət ərzində onların evində qonaq qalmışdır. Həmin şəxs Kamran adlı qardaşı ilə eyni evdə yaşamış, Kamran da narkotik işinin içərisində olmuşdur. Məhəmməd Məhvi və qardaşı Kamran işin mahiyyətini ona izah etmiş, belə ki, onların deməsinə əsasən içərisində narkotik vasitə olan çamadanı Malayziyaya aparıb onların adamına təhvil verib geriyə qayıdacaq, onlar isə bunun müqabilində ona 5000 ABŞ dolları pul verməyi vəd etmişlər. Bütün yol və digər xərclər də onlar tərəfindən çəkiməli olmuşdur. O, razılaşmış və Məhəmməd Məhvinin bir nəfər hazırda adını xatırlamadığı iranlı adamı ilə birlikdə avtobusla Tehrandan İstanbula yola düşmüşlər. İçərisində narkotik vasitə olan çamadanı həmin iranlı daşımış, lakin o, çamadanda hansı növdə və hansı miqdarda narkotik vasitə olduğunu bilməmişdir. Həmin iranlı içərisində narkotik vasitə olan çamadanı İstanbula qədər daşıyıb orada ona təhvil verməli, o isə təyyarə ilə X25 şəhərinə aparıb orada Məhəmməd Məhvinin adamına təhvil verib geriyə qayıtmalı olmuşdur. 2011-ci ilin yay aylarında bu hadisə baş vermişdir, lakin dəqiq tarixi xatırlamır, İran-Türkiyə sərhədini keçərkən Türkiyənin “Gürbulaq” gömrük keçid məntəqəsində Türkiyənin gömrük əməkdaşları həmin iranlının daşıdığı çamadanda olan narkotik vasitəni aşkar etmiş və hər ikisini tutmuşlar. Lakin 3 aydan sonra onun təqsiri sübuta yetirilmədiyi üçün məhkəmə tərəfindən azad edilmişdir. Dəqiq tarixləri uzun müddət keçdiyi üçün xatırlamır, deport edilərək Sədərək gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikasına daxil olmuş, İran İslam Respublikası ərazisindən keçərək birbaşa Bakıya gəlmiş, lakin ailə üzvlərilə danışmadığı üçün evə getməmişdir. Bir neçə gün xatırlamadığı yerlərdə qalmış, sonra isə yenə Məhəmməd Məhvi ilə əlaqə saxlayaraq Tehran şəhərinə getmişdir. Ona bu işdən qorxduğunu, tutularsa ağır cəza alacağını, artıq getmək istəmədiyini bildirmiş, Məhəmməd Məhvi isə nə qədər təkid etsə də o, getmək istəmədiyini bildirmişdir. Bu işə razı olmaqda məqsədi bir qədər pul qazanmaq və bir iş qurmaq olmuşdur. Məhəmməd Məhvi ona təklif etmişdir ki, əgər özü getmək istəmirsə dosttanışlarına bu işi təklif etməyi, adam tapmağa görə ona müəyyən qədər pul verəcəyini bildirmişdir. O, təklifi qəbul etmiş, Bakı şəhərinə gələrək bir neçə dostlarına bu barədə bildirirək İranda olan dostunun İrandan Malaziyaya çamdanın içərisində gizlədilmiş narkotik maddə aparmağa görə yaxşı pul verdiyini, qorxulu bir iş olmadığını, neçə nəfərin gedib-gəldiyini, heç kəsin tutulmadığını danışmış və onlara bu işi görməyi təklif etmişdir. hazırda kimlərə bu işi görməyi təklif etdiyini dəqiq xatırlamır, lakin Şahid4, Rəşad, Əfqan Bağırov, Yeganə Cabbarzadə, Ceyhun Əsgərov və bir neçə başqa həmyerlisinə bu işi təklif etməyini xatırlayır. O, onların hər birinə iranlı Məhəmməd Məhvinin göstərişi ilə çamadanın içərisində “enerji dərmanı” olduğunu demiş, lakin həmin dərmanın qaçaqmalçılıq yolu ilə aparılacağını onlara bildirmişdir. O, həmin şəxslərə çamadanın içərisində “enerji dərmanı” olduğunu desə də, özü çamadanın içərisində narkotik olduğunu bilmişdir. 2011-ci ilin səhv etmirsə avqust ayında dostu Rəşad bir nəfər Əfqan adlı tanışının Malaziyaya dərman aparmağa razı olduğunu bildirmiş və onu həmin şəslə tanış etmişdir. O, X42 Malaziyaya çamadanın içərisində enerji dərmanı aparacağını və qarşılığında 2000 ABŞ dolları pul alacağını bildirmiş, Əfqan Bağırov da təkliflə razı olmuşdur. 2011-ci ilin sentyabr ayında Əfqanla birlikdə Bakıdan taksi ilə yola düşərək İranın Tehran şəhərinə Məhəmməd Məhvi və Kamranın evinə getmişlər. Orada bir neçə gün qalmış və Əfqana içərisinə narkotik vasitə gizlədimiş çamadan verib əşyalarını həmin çamadana yığmasını bildirmişlər. X18 Lumpur şəhərinə aparıb orada deyəcəyi vaxt deyəcəyi adamlara verməsini tapşırmış və ona bir Malayziya mobil telefon nömrəsi vermişlər. Əfqan Tehran-Məşhəd-Doha-Kuala Lumpur reysi ilə apardığı çamadanı sağsalamat şəkildə Kuala Lumpur şəhərində təhvil verib getdiyi reyslə də geriyə qayıtmışdır. Onun üçün təyyarə biletlərini və oteldə yeri əvvəlcədən Kamrangil almışlar. Əfqan Tehrana qayıtmış və onlar birlikdə avtobusla Bakı şəhərinə qayıtmışlar, məbləği dəqiq xatırlamır, Kamranın verdiyi pulu o, Əfqana vermişdir. Əfqana həmin çamadandan birini də Taylanda aparmaq lazım olduğunu bildirmiş və yaxşı pul veriləcəyini demiş, Əfqan da razılaşmışdır. O, Əfqana “Neftçilər” metrostansiyasının yaxınlığına gedərək orada “xxxxxxxxxxxx” turzim şirkətinə gedib pasportunu Viktoriya adlı qıza verməsini və Taylanda getmək istədiyini deməsini bildirmişdir. Sonra Şahid4 Əfqanla görüşüb çamadanı verəcəyini bildirmişdir. İçərisində narkotik vasitə olan həmin çamadanı sözügedən hadisədən bir neçə gün əvvəl Yeganə Cabbarzadə özü ilə Tehranda Kamrandan qəbul edərək gətirmiş, Yeganəni də o, Kamrangillə tanış etmiş, Yeganə də Malayziyaya çamadan aparmışdır. Yeganəni İrandan qayıdarkən gömrüyün qarşısında Şahid4 qarşılayaraq Bakı şəhərinə gətirmiş və Yeganənin gətirdiyi içərisində narkotik vasitə olan çamadanı təhvil alaraq Əfqana çatdırmış, hətta Əfqan X31 Aeroportunda tutularkən də onu aeroporta Əfqan idarə etdiyi “Mercedes-Benz 190” markalı avtomobillə aparmışdır. Bundan sonra 2011-ci ilin oktyabr ayının ortaları Bayram ona zəng vuraraq Əfqanın aeroportda tutulduğunu bildirmişdir. Həmin vaxt o, artıq bir həftə idi ki, İranda Kamrangilin yanında olmuşdur. Bundan sonra o, tutulacağından qorxmuş və Tehrandan birbaşa Ukraynaya getmişdir. Azərbaycanda axtarışda olduğunu bilmişdir, qardaşı ona hüquq mühafizə orqanlarının əməkdaşlarının evə gələrək onu soruşduqlarını və axtarışda olduğunu bildirmələrini demişdir. Ukraynanın Xerson şəhərində dayısı İlham Tağıyevin yanında qalmış və kafe işlətmişdir. 2013-cü ildə Türkiyənin İstanbul şəhərinə gəlmiş və ayaqqabı fabrikində və dəri mağazasında işləmişdir. Son 1 il yarımdır ki, Türkiyənin Tekirdağ şəhərində tikinti işlərində işləmişdir. xx xxx 2019-cu il tarixdə ailəsinin yanına, Ukraynaya getmək üçün X43 gəlmiş, pasport qeydiyyatından keçərkən polis əməkdaşları onu saxlayaraq əcnəbi vətəndaşların saxlanılması yerinə gətirmişlər. 3 aya yaxın orada qalmış, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına deport edilmiş və həmin gün gecə saatlarında X31 Aeroportunda saxlanılmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinə təhvil verilmişdir. Verilmiş ittihamda ona görə özünü qismən təqsirli bilir ki, o heç bir mütəşəkkil dəstə yaratmamış, özü də digər şəxslər kimi malların daşınması ilə məşğul olsa da, sonradan qorxduğundan Məhəmməd Məhvinin təklifi ilə öz tanışlarına iş təklif etmiş, sonrakı göstərişlər və bütün təşkilatçılıq işləri elə Məhəmməd Məhvi tərəfindən ona bildirilmiş və o onları icra etmiş və öz tanışlarına hərəkətlərini başa salmışdır. Belə hesab edir ki, mütəşəkkil dəstə təşkil etməklə bağlı ona verilmiş ittiham tam olaraq əsassızdır. Bildirir ki, himayəsində azyaşlı uşağı vardır, ailəsinin yeganə gəlir gətirən üzvüdür. Göstərdiklərinə əsasən əməlinin düzgün tövsif olunmaqla barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş mütəşəkkil dəstə tərkibində cinayətlərin törədilməsində iştirak etmiş və həmin əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmü ilə məhkum edilmiş X20 təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, 2011-ci ilin avqust ayında dostu Rəşadla görüşdükləri zaman Rəşad Elnur adlı bir tanışı olduğunu, Elnurun ona iş tapa biləcəyini demiş, Rəşad onu Elnurla “Bakıxanov” qəsəbəsində yerləşən «Qurdlar Vadisi» çay evində görüşdürmüş, Elnur ona 2000 ABŞ dolları pul verəcəyini, əvəzində İrandan Malayziyaya çanta aparmaq lazım olduğunu demişdir. Malayziyaya nə aparacağını soruşduqda Elnur çantada «enerji dərmanı» olacağını, qorxulu bir şey olmadığını bildirmiş, Rəşad da Elnurun dediklərini təsdiq edib həmin dərmanın cinsi əlaqə zamanı istifadə olunduğunu demişdir. Bir neçə gündən sonra Rəşad ona zəng etdikdə razılığını bildirmiş, sentyabrın 15-də Elnur ona zəng etmiş və Bakıxanov qəsəbəsində yerləşən «Heydər parkı»nda görüşmüş, Elnur ona pulu Malayziyaya gedib qayıtdıqdan sonra Bakıda verəcəyini demiş, Əfqan etiraz etməmişdir. Ertəsi gün, xx xxxxxxxx 2011-ci ildə Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının qarşısında Elnurla görüşmüş və birlikdə taksi ilə Biləsuvara getmiş, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Tehran şəhərinə bir evə gəlmiş, bir neçə gün Elnurla birlikdə həmin evdə qalmış, xx xxxxxxxx 2011-ci ildə axşam tərəfi Elnur qaldıqları evə qəhvəyi rəngli bir çemodan gətirmiş, çemodanı açdıqda içərisinin boş olduğunu görüb Malayziyaya aparacağı maddənin harada olduğunu Elnurdan soruşmuş, Elnur həmin maddənin çemodanın içərisinə yığıldığını demiş, onun işinin ancaq çemodanı Malayziyaya aparmaqdan ibarət olduğunu qeyd etmişdir. Elnurun tapşırığı ilə çemodanın içərisinə paltarlarını yerləşdirmiş, Elnur ona Malayziyaya gediş-gəliş bileti, yol haqqı kimi 600 ABŞ dolları və Malayziyaya aid nömrə kartı vermiş, X12 «Otel Federal»a gedib yerləşməyi, Malayziyaya çatdıqda verdiyi nömrə kartını telefona salmağı tapşırmış, həmçinin zəng ediləcəyini və çemodanı qaldığı otelə gələcək şəxsə təhvil verməli olduğunu demişdir. xx xxxxxxxx 2011-ci ildə Tehrandan Məşhədə, Məşhəddən Qətərə, oradan da Malayziyaya uçmuş və Kuala-Lumpur şəhərindəki «Otel Federal»a gedib üç günlük otaq götürmüş, ertəsi gün Elnurun verdiyi nömrəyə zəng edilmiş, rus dilində zəng edən şəxslərə «Otel Federal»da olduğunu bildirmiş, iki saatdan sonra biri qaradərili, digəri isə ağdərili iki nəfər otelə gəlmiş və otelin qarşısında görüşüb apardığı çemodanı həmin şəxslərə vermiş, həmin şəxslər getmişlər. İki gün Kuala-Lumpurda qalmış və xx xxxxxxxx 2011-ci ildə Kuala- Lumpur-Məşhəd-Tehran aviareysi ilə Tehrana qayıtmış, Tehran hava limanında Elnur onu qarşılamış və birlikdə qaldıqları evə gəlmişlər. Həmin gün Tehranda qalmış, ertəsi gün Tehran avtovağzalına gedərək Tehran-Astara avtobusuna bilet almış və birlikdə yola düşmüşlər. Sentyabrın 29-da Astaraya çataraq Elnurla birlikdə sərhədi keçmiş və taksi ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində Elnur ona 1500 ABŞ dolları vermiş, 500 ABŞ dolları isə borclu qaldığını bildirmişdir. Ayrılarkən Elnur yenə iş olduğunu, Tailanda da həmin çantadan aparmaq lazım olduğunu demiş, Elnurun təklifinə razılıq verərək nömrəsini əlaqə saxlaması üçün Elnura vermişdir. İrandan qayıtdıqdan sonra Elnurun tapşırığı ilə metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən «xxxxxxxxxxxx» şirkətinə getmiş, pasportunu orada işləyən Viktoriya adlı qıza verərək onu Elnurun göndərdiyini və Tailanda viza lazım olduğunu demiş, Viktoriya pasportu və lazımi sənədləri götürmüş, sonra Elnur ona zəng edib onun üçün oktyabr ayının 11-nə Tailanda bilet alacağını demiş, Bayram adlı bir nəfər zəng edərsə, görüşüb çantanı təhvil götürməyi tapşırmışdır. xx xxxxxxx 2011-ci ildə, Bayram ona zəng etmiş və “Bakıxanov” qəsəbəsində yerləşən «Qurdlar Vadisi» çay evində görüşmüşlər. Bayram çantanı ayın 11-də ona verəcəyini, çantanın içərisində əvvəlki kimi «enerji dərmanı» olacağını və əlavə olaraq yol xərci kimi 500 ABŞ dolları verəcəyini ona bildirmişdir. Bayram onu idarə etdiyi «Mercedes 190» markalı avtomobili ilə Maştağa qəsəbəsinə, yaşadığı evə gətirmiş və çıxıb getmişdir. xx xxxxxxx 2011-ci il tarixdə Bayramla görüşmüş, Bayram ona pasportunu, Bakı-İstanbul-Banqkok aviareysinə bileti, bir ədəd çemodanı və 500 ABŞ dolları vermiş, Bayramın onun pasportunu turizm şirkətindən necə götürdüyünü bilməmiş, çemodanı açıb boş olduğunu görmüş, içərisinə paltarlarını yığmış və günortadan sonra evdən çıxıb taksi ilə X31 Hava Limanına getmişdir. Çemodanı və çemodandakı psixotrop maddəni Azərbaycana kimin və nə vaxt gətirdiyini bilməmiş, Elnur İranda yaşadığı və mütəmadi oraya gedib gəldiyi üçün psixotrop maddənin Azərbaycana İrandan gətirildiyini fikirləşmiş, hava limanında TK-335 saylı Bakı-İstanbul reysinə minmək üçün gömrük nəzarətindən keçərkən gömrük əməkdaşı onu saxlamış, sorğu-sual etmiş və çemodana baxış keçiriləcəyini bildirmişlər. Baxış zamanı üzərində «Summit» yazısı olan qara rəngli həmin çemodanın astarı sökülmüş, çemodanın yan divarlarına şuruplarla bərkidilmiş lambirə oxşar plastik material açılmış və həmin materialın daxilindəki kanallarda ağ rəngli, kristal və tozşəkilli maddə yerləşdirildiyi məlum olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş mütəşəkkil dəstə tərkibində cinayətlərin törədilməsində iştirak etmiş və həmin əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmü ilə məhkum edilmiş X1 təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, 2011-ci ilin yay aylarında işlədiyi Zabrat qəsəbəsində yerləşən «Klub» kafesinin yaxınlığında taksi sürücüsü işləyən tanışı Tariyel ona ər-arvad kimi İrana getməyə adam lazım olduğunu, əgər gedərsə, İranda adına telefon və digər elektronik əşyalar vurulacağını, əvəzində 1000 ABŞ dolları veriləcəyini ona bildirmiş, nə üçün özünün getmədiyini soruşduqda Tariyel xarici pasportu olmadığını demişdir. O, razı olduğundan Tariyel onu Ceyhun adlı bir nəfərin yanına aparmış, ona səhərisi gün İrana gedən avtobusla onu yola salacağını, İranda isə qarşılanacağını demişdir. O, razı olub evə qayıtmış, anasına bu barədə dedikdə anası razı olmamış, o, da Ceyhunla əlaqə saxlayıb getmək istəmədiyini demişdir. Bir müddət sonra, 2011-ci ilin sentyabr ayının 14-də Tariyel yenə işlədiyi kafeyə gəlmiş, haqqında söhbət etdiyi şəxsin İrandan Bakıya gəldiyini demiş və onu həmin şəxslə tanış etməyi təklif etmiş, birlikdə Zabrat qəsəbəsində yerləşən bilyard salonuna getmiş, Tariyel onu xalası oğlu Elnur və Elnurun dostu Bayramla tanış etmiş, o, Elnura aparacağı malın narkotik olacağından qorxduğu üçün getmədiyini demiş, Elnur isə bu işin elə bir iş olmadığını, adına elektronik mallar vurulacağını bildirmiş, hətta Bayramın pasportunu və pasportundakı möhürləri göstərib Bayram da gedib gəldiyini, qorxulu bir şey olduğu halda heç Bayramın da gedib gələ bilməyəcəyini demiş, bu işə görə 1500 ABŞ dolları verəcəyini, pulu indi və ya İranda verə biləcəyini əlavə etmişdir. O, razı olmuş və evə gəlib pasportunu Elnura vermişdir, Elnur ona mobil telefon aparatı və nömrə kartı verib əlaqə saxlayacağını demiş, həmin nömrəni heç kimə bildirməməsini tapşırmışdır. xx xxxxxxxx 2011-ci ildə səhər vaxtı Elnur Anar adlı bir nəfərlə Anarın idarə etdiyi maşınla Zabrat qəsəbəsinə gəlib onu götürmüş, Zabrat qəsəbəsində yerləşən DYP-nin yanında Bayram da maşına əyləşmiş və birlikdə “Bakıxanov” qəsəbəsinə gəlmiş, məscidin yaxınlığında Elnurla Bayram maşından enmiş, Bayram daha sonradan adının Əfqan olduğunu öyrəndiyi şəxslə görüşmüş, telefonla danışıb qurtardıqdan sonra Elnur da onlara yaxınlaşmış və birlikdə söhbət etməyə başlamışlar. Sonra birlikdə «Xalqlar Dostluğu» ticarət mərkəzinə getmiş, Elnur ona İranda geyinməyi üçün yaylıq və uzun kofta almış, sonra «Neftçilər» metrosunun yaxınlığında yerləşən bir kafeyə gedərək orada yemək yemiş, yemək yedikdən sonra Anarla Bayram çıxıb getmiş, Elnurla o isə “Bakıxanov” qəsəbəsində yerləşən «Qurdlar Vadisi» çay evinə gəlmiş, az sonra Əfqan və Orxan da oraya gəlmişlər. Səhərisi gün Elnurla “Bakıxanov” qəsəbəsinə gəlmiş, Əfqan, Orxan və daha sonra adının Rəşad olduğunu öyrəndiyi oğlanın «Qurdlar Vadisi» çay evindən bir az aralıda onları gözlədiklərini görmüş, həmin oğlanlar da maşına əyləşdikdən sonra Biləsuvara yola düşmüş, gömrük sərhəd buraxılış məntəqəsindən sərhədi birlikdə keçib Tehrana yola düşmüş, Tehran avtovağzalında Elnurun dostu, Daniyal və ya Kamran kimi çağırdıqları iranlı onları qarşılamış və evinə aparmış, o, Əfqan, Orxan, Rəşad və Elnur birlikdə qalmış, İrana çatdıqları günün ertəsi Elnurla Daniyal viza açdırmaq üçün onu İndoneziya səfirliyinə aparmış, lakin müxtəlif sənədlər tələb edildiyi üçün viza açdıra bilməmiş, Elnur onu Malayziyaya göndərəcəyini bildirmiş, bir neçə gün Tehranda qaldıqdan sonra Elnur bir ədəd boş çemodan gətirib Əfqana vermiş, Əfqan həmin çemodana paltarlarını yığmış və Malayziyaya getmiş və bir neçə gündən sonra geri qayıtmış, lakin apardığını deyil, başqa bir çemodan gətirmişdir. Bu barədə soruşduqda Əfqan hava limanında çemodanın üzərinə siqaretin közü düşdüyü üçün yandığını və çemodanı dəyişməyə məcbur olduğunu ona demişdir. Həmin vaxt o, Orxanla Malayziyaya getməyə hazırlaşmış, Daniyal əvvəlcə onu Malayziyaya göndərmək istəməsə də, daha sonra razılıq vermiş, gözəl görünməsi məqsədilə makiyaj etdirməsi üçün Daniyalın qardaşı arvadı ilə birlikdə gözəllik salonuna getmiş, qayıtdıqda əşyalarının artıq üç çemodana yığılıb Daniyalın maşınına yerləşdirildiyini görmüşdür. Daniyal və Elnur Orxanla onu Tehran hava limanına gətirmiş və hava limanının qarşısında maşından düşürdükdən sonra çıxıb getmiş, lakin Məşhədə uça bilmədikləri üçün çemodanları hava limanının saxlama kamerasına təhvil verib taksi ilə şəhərə qayıtmış, şəhərdə Daniyal onları qarşılayıb evə gətirmiş, həmin axşam Əfqanla Elnur Azərbaycana gəlmək üçün Tehrandan yola düşmüş, ertəsi gün isə Daniyal Orxanla onu aparıb Tehran hava limanından Məşhədə yola salmış, təyyarə ilə Tehrandan Məşhədə uçmuş, vaxtları olduğu üçün ziyarətə getmiş, sonra təkrar Orxanla birlikdə hava limanına qayıtmış, təyyarəyə əyləşib Dohaya, oradan da Kuala-Lumpura uçmuş, X17 olarkən Orxan nömrə kartı almış və telefonla danışdıqda Elnurgillə «Sukasa» otelinə getmələrini tapşırmış, otelə yerləşdikdən sonra Orxanın təklifi ilə paltarlarını rəfə yerləşdirib çemodanları ona vermiş, sonra birlikdə şəhərə çıxmış və iki gün gəzmişlər. İki gün sonra Orxan İrandan apardıqları çemodanları sökmüş və astarın altında boz və ya qara rəngli, lambirəoxşar plastmas olduğunu görmüş, plastmas çemodanın yan tərəflərində yerləşdirilmiş, üzərindən şuruplarla bağlanmış vəziyyətdə olmuş, Orxan şurupları boşaltmış, o isə şurupları açmış, Orxan plastması sındırdıqda plastmasın deşiklərinə ağ rəngli, toz şəkilli, qənd tozuna oxşar maddə doldurulduğunu görmüş, həmin maddənin nə olduğunu soruşduqda Orxan «enerji dərmanı» olduğunu, həmin maddənin həzz almaq üçün istifadə edildiyini, istifadə edildikdən sonra səhərə kimi cinsi əlaqədə olunduğunu, Malayziyaya da bununla əlaqədar gəldikləri demişdir. Orxana belə iş olduğunu bilsəydi gəlməyəcəyini demiş, Orxan da məhz buna görə Elnurun bu barədə ona demədiyini bildirmiş, Orxan plastmasın deşiklərinə doldurulmuş həmin maddəni yerə sərdikləri mələfənin üzərinə boşaltmağa başlamış, o isə Orxanın hissələrə böldüyü plastması deşiklərindəki maddələr tökülməsi üçün mələfənin üzərinə silkələmişdir. Sonra Orxan çemodanlardan boşaltdıqları maddələri onun tutduğu sellofan torbaya doldurmuş, çemodanların hissələrini zibil qutusuna atmışdır. Səhərisi günü Orxan Daniyal və ya Elnurla danışmış, selofana yığdığı həmin maddəni aparıb kiməsə vermiş, həmin gün də Malayziyada qalmış, ertəsi gün isə getdikləri marşrutla Tehrana qayıtmış, Daniyal onları hava limanında qarşılayıb evinə gətirmiş, bir gün orada qalmış, ertəsi gün Elnurgil Orxanı Azərbaycana yola salmış, Orxan Azərbaycana gələrkən Malayziyadan aldığı çemodanı gətirmiş, paltarlarını çemodana yığarkən Elnur otağa bir ədəd qəhvəyi rəngli əl çantası gətirib çemodanda, Orxanın paltarlarının arasında gizlətmiş və həmin çantanı Bayrama çatdırmağı Orxana tapşırmışdır. Çemodana qoymazdan əvvəl Elnur çantanı o tərəfə-bu tərəfə çevirmiş, ağırlığını yoxlamış, Orxan çantada nə olduğunu soruşduqda Elnur narahat olmamağı tapşırıb Malayziyaya necə gedib gəlmişsə, eləcə də Bakıya gedib çatacağını demiş, bu sözdən həmin çantanın içərisində «enerji dərmanı» olduğunu başa düşmüşdür. Orxanla birlikdə Azərbaycana gəlmək istəsə də, Elnur onları birlikdə gəlməyə qoymamış, Orxanı yola salmış, o isə Tehranda qalmışdır. Tehran-Bakı aviareysi ilə Azərbaycana qayıtmaq istəsə də, Elnur icazə verməmiş, avtobusla gedəcəyini demişdir. Sonra Daniyalın qardaşı oğlu olan bir uşaq gətirib ona İran pulu vermiş, Elnur sayıb həmin pulun 1500 ABŞ dolları etdiyini bildirmiş, İran Astarasında olarkən həmin pulu manata çevirmiş, Azərbaycana gəlmək üçün hazırlaşmış, əşyalarını Malayziyadan aldığı çemodana yığmış, lakin Elnur həmin çemodanı gətirməyə ona icazə verməmiş, onda Əfqanın çemodanı olduğunu, yola düşərkən çemodanı dükandan götürəcəklərini bildirmişdir. Öz çemodanının necə olacağını soruşduqda Elnur Bakıya gələrkən onun çemodanını özünün gətirəcəyini demiş, öz çemodanını da götürməyi, Elnurun verdiyi çemodanı da aparmağı təklif etmiş, Elnur razı olmayıb sərhədi keçərkən boş çemodanı nə edəcəyini soruşacaqlarını, yoxlayacaqlarını bildirmişdir. Elnurdan verəcəyi çemodanda nə olduğunu soruşmuş, Elnur isə həmin dərmanın Azərbaycana deyil, xarici ölkələrə göndərildiyini, həmin maddə bahalı olduğu üçün Azərbaycanda heç kimin istifadə etməyə imkanı olmadığını, çemodanın tərtəmiz olduğunu, Əfqanın çemodanı olduğunu bildirmişdir. Səhərisi günü isə Elnur çemodanı Bayrama verməyi, Bayramın isə çemodanı Əfqana çatdıracağını demiş, sonra İran Astarasına gəlmiş, oradan anasına və evə bəzi əşyalar almış və gömrük nəzarətindən keçib Bayramla əlaqə saxlamış, Bayramla görüşmüş və Bayram çemodanı idarə etdiyi «Mercedes» markalı maşının yük yerinə qoymuş və yola düşmüşlər. Elnurun tapşırdığı kimi nömrə kartlarını çıxarıb Bayrama vermiş, Bakıya çatarkən Bayram Elnurun ona nəsə deyib-demədiyi ilə maraqlanmış, nə barədə olduğunu soruşduqda Bayram çemodan barəsində olduğunu, Elnurun Əfqana çemodan göndərməli olduğunu demişdir. Elnurun Əfqana göndərdiyi çemodanı özünün gətirdiyini, paltarlarını boşaltdıqdan sonra ona verəcəyini, onun da Əfqana çatdırmalı olduğunu bildirmiş, Elnurun verdiyi 500 ABŞ dolları Bayrama verib həmin pulu Elnurun Əfqana gönərdiyini demişdir. Bayram onu evinə aparmış, evdə paltarlarını çemodandan boşaldıb boş çemodanı Bayrama vermiş, Bayram çıxıb getmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş mütəşəkkil dəstə tərkibində cinayətlərin törədilməsində iştirak etmiş və həmin əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmü ilə məhkum edilmiş Şahid4 təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, onun peşəsi ustalıqdır, santexnika işləri ilə məşğul olmuş, boş vaxtlarında taksi sürücüsü işləmiş, özünə məxsus «Mercedes Benz 190» markalı, Az ** BD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərində taksi xidməti göstərmişdir. Təqsirləndirilən şəxs əvvəllər yaşadığı Culfa şəhərindən tanımış, Elnurla birlikdə məhkum olunmuş və azadlığa buraxıldıqdan sonra arasıra görüşmüşlər. 2011-ci ilin avqust ayında Məşhəd ziyarətinə getmək məqsədilə Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş, Ərdəbil şəhərində avtovağzalda olarkən təsadüfən Elnurla qarşılaşmış, Elnur Tehranda yaşadığını bildirmiş, o isə Məşhəd ziyarətinə getdiyini Elnura demişdir. Söhbət zamanı Elnura vəziyyətinin yaxşı olmadığını, dolana bilmədiyini bildirmiş, Elnur avtovağzalda onu Kamran adlı bir nəfər iranlı ilə tanış etmiş, iranlı ona Malayziyaya gedib oradan İrana mobil telefon və telefon aksessuarları gətirməyi təklif etmiş, əvəzində 1000 ABŞ dolları pul verəcəyini və bütün yol xərclərini ödəyəcəyini bildirmiş, o da razılaşmışdır. Bu məqsədlə iranlı ilə birlikdə Ərdəbildən Tehrana gəlmiş, iki gün Kamranın evində qalmış, sonra iranlı onun üçün Tehran-Məşhəd aviareysinə bilet almış və o, Məşhədə getmiş, Məşhədi ziyarət etdikdən və bir gün orada qaldıqdan sonra hava limanına getmiş, iranlının dediyi kimi pasportunu təqdim edib adına sifariş verilmiş bileti götürmüş və Məşhəd-Doha-Kuala-Lumpur aviareysi ilə Malayziyaya uçmuşdur. İranlının tapşırdığı kimi, X17 təyyarədən endikdən sonra taksi ilə «Otel Federal»a gedib üç günlük otaq götürmüş, oteldə yerləşdikdən sonra hava limanında aldığı nömrə ilə Kamrana zəng edib çatdığını bildirmiş, sonra bir nəfər ona zəng edib otelə gəlmiş və görüşüb birlikdə şəhərə çıxmışlar. Şəhərdə olarkən həmin şəxs onun adına mobil telefonlar vuracağını və ona kağız verəcəyini bildirmiş, üç gün Kuala-Lumpurda qaldıqdan sonra həmin şəxs onu oteldən götürüb hava limanına gətirmiş, hava limanında üzərində ingilis dilində yazılar olan kağız parçası verərək yola salmışdır. Kuala-Lumpur-Doha-Tehran aviareysi ilə İrana qayıtmış, Tehran şəhərində Kamranla görüşüb kağızı təhvil vermiş və 1000 ABŞ dollar pul almışdır. Sonra Azərbaycana qayıtmış, Bakıda olarkən bir neçə dəfə Elnurla telefon əlaqəsi saxlamış, 2011-ci ilin oktyabr ayının 7-də Elnur İrandan ona zəng edib ertəsi gün, yəni 08 oktyabrda İrandan Azərbaycana bir qadın qonağı gələcəyini bildirmiş və Astara gömrüyünün yaxınlığında qadını qarşılayıb Bakıya gətirməsini xahiş etmişdir. Ertəsi gün Astara gömrüyünün yaxınlığında Yeganə adlı həmin qadını qarşılayıb maşınında Bakıya gətirmiş, yolda olarkən həmin qadın Əfqan adlı bir dostu üçün hədiyyə çemodan gətirdiyini, evini köçürdüyünü deyib çemodanın onun maşınında qalmasını xahiş etmiş, ertəsi gün dostuna zəng edəcəyini, dostunun gəlib çemodanı götürəcəyini bildirmişdir. Yeganə çemodanı özü ilə sərhəddən keçirib İrandan gətirdiyi və gömrükdən keçərkən problem olmadığı üçün onda heç bir şübhə yaranmamış, qadının təklifinə etiraz etməmiş və Yeganəni Bakıya gətirib Zabrat qəsəbəsində, yaşadığı evin yanında düşürmüş, Yeganə Astaradan Bakıya gətirdiyinə görə ona 100 ABŞ dolları vermişdir. Maşından düşərkən Yeganə çemodandan paltarlarını boşaltmış və boş çemodanı ona vermişdir. Yeganə çemodandan başqa ona 500 ABŞ dolları da verib Əfqana çatdırmasını xahiş etmiş, səhərisi gün bir nəfər ona zəng edib özünü Əfqan kimi təqdim etmiş, ona çatası çemodanı istəmiş və o, Əfqanla görüşüb pulu və çemodanı ona vermişdir. Bir neçə gündən sonra Elnur zəng edərək Neftçilər metrosunun yaxınlığında yerləşən «xxxxxxxxxxxx» şirkətinə getməyi və orada işləyən Viktoriya adlı qızdan Əfqanın pasportunu və aviabileti götürməyi, həmin şəxsi isə X63 Limanına aparıb yola salmasını xahiş etmiş, o, da bir taksi sürücüsü kimi Elnurun dediklərini etmişdir. Sonra Elnurla əlaqə saxlayıb Əfqanı yola saldığını bildirmiş və çəkdiyi xərclərə görə 50 manat ödəməli olduğunu demiş, bir neçə gündən sonra Elnur ona 70 ABŞ dolları göndərmişdir. O, daha sonra göstərmişdir ki, 2011-ci ilin oktyabr ayının 23-də təmir işi ilə məşğul olmaq üçün əvvəlcə İranın Təbriz şəhərinə, iş tapa bilmədiyi üçün Urmiyadan keçərək oradan da Türkiyəyə getmiş, Van şəhərində olmuş, oradan Samsuna, sonra isə İstanbula getmişdir. İstanbuldan Kamrana zəng etmiş, İstanbulda olduğunu, iş axtardığını bildirmişdir. Kamran əvvəlki səfərdə olduğu kimi Malayziyaya gedib oradan İrana mobil telefon və telefon aksessuarları gətirməyi ona təklif etmiş, əvəzində 1000 ABŞ dolları pul verəcəyini və bütün yol xərclərini ödəyəcəyini demiş, o da razı olub İstanbulun Atatürk hava limanına gedərək adına sifariş verilmiş İstanbul-Kuala- Lumpur aviareysinə bileti götürmüş və Malayziyaya uçmuşdur. Kamran tapşırdığı kimi X17 təyyarədən endikdən sonra taksi ilə «Otel Federal»a gedib otaq götürmüş, oteldə yerləşdikdən sonra hava limanında aldığı nömrə ilə Kamrana zəng edib çatdığını demiş, Malayziyada görüşdüyü şəxs yenə qaldığı otelə gəlib pasportunu götürmüş və yükün adına vurulacağını bildirmişdir. Bir neçə gün Kuala-Lumpurda qaldıqdan sonra həmin şəxs onu oteldən götürüb hava limanına gətirmiş, hava limanında kağız parçası verərək onu yola salmışdır. Kuala-Lumpur- Tehran aviareysi ilə İrana qayıtmış, Tehran şəhərində Kamranla görüşüb kağızı təhvil vermiş, 1000 ABŞ dollar pulu almış və xx xxxxxx 2011-ci ildə Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçib Azərbaycana qayıtmışdır. Əfqanın hava limanında saxlanılması və çemodanından psixotrop maddə aşkar edilməsindən xəbəri olmamış, ümumiyyətlə onun narkotiklərlə bağlı heç bir işi olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük huquqpozmalarına qarşı mübarizə şöbəsinin intruktor- kinoloqu Şahid1 ifadəsində göstərmişdir ki, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin intruktor-kinoloqu vəzifəsində işləyir. 2011-ci ilin oktyabr ayının əvvəllərində narkotik vasitələrin, psixotrop maddələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşı X36 adlı bir şəxsin yaxın günlərdə Bakıdan İstanbula uçacağı barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, hava limanının gömrük nəzarəti zonasına daxil olduğu halda Əfqan Bağırovun nəzarətə götürülməsi barədə ona və digər əməkdaşlara tapşırıq verilmişdir. xx xxxxxxx 2011-ci ildə TK-335 saylı Bakı-İstanbul aviareysinə qeydiyyat aparılan zaman həmin reyslə uçmaq üçün X31 Hava Limanına gəlmiş və gömrük nəzarətindən keçən sərnişinlərdən birinin məhz X36 olduğu müəyyən edilmişdir. Belə ki, saat 18:20 radələrində hava limanına daxil olmuş həmin şəxs gömrük nəzarətindən keçmək üçün sorğu-sual masasına yaxınlaşarkən sənədlərinə əsasən həmin şəxsin X36 olduğunu öyrənmiş, sorğu-sual masasında olan gömrük əməkdaşı Rövşən X40 sorğu-sual edib ondan əl yükündə və üzərində gömrük nəzarətindən gizlədilmiş, gömrük nəzarətinə təqdim olunmayan, mütləq bəyan edilməli olan əşyalar, silah, narkotik vasitə və ya psixotrop maddələr, valyuta olub-olmadığını soruşmuş, Bağırov müşayiət etdiyi çemodanda və üzərində gömrük nəzarətindən gizlədilmiş, gömrük nəzarətinə təqdim olunmayan, mütləq bəyan edilməli əşya və ya valyuta olmadığını bildirmiş, üzərində 400 ABŞ dolları pul olduğunu qeyd etmişdir. Bundan sonra Əfqan Bağırov gömrük nəzarətindən keçmiş, çemodanını rentgen aparatından götürüb sorğu-sual masasından uzaqlaşmaq istəyərkən saxlanılmış, üzərində şəxsi yoxlama aparılması və əl yükünə baxış keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmişdir. Gömrük baxışı keçirilməsi və şəxsi yoxlama aparılması haqqında qərar əsasında hal şahidləri dəvət edərək Əfqan Bağırovun müşayiət etdiyi çemodana gömrük baxışı keçirmiş və üzərində şəxsi yoxlama aparmışdır. Əfqan Bağırova məxsus, üzərində «Summit» yazısı olan qara rəngli çemodana baxış keçirilmiş, çemodanın zəncirbəndi açılmış və içərisindəki şəxsi geyim əşyaları boşaldılmış, çemodanın astarı söküldükdən sonra malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə astarın altından çemodanın yan divarlarına şuruplarla bərkidilmiş və üzəri boz rəngli yapışqanlı izolyasiya lenti ilə sarınmış şəffaf plastik lövhə olduğu məlum olmuşdur. Həmin plastik lövhə vintaçanla çemodandan açıldıqda lövhənin daxilindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş ağ kristal rəngli, kəskin iyli, metamfetamin psixotrop maddəsinə oxşar maddə olduğu aşkar edilmiş, tərəzidə çəkildikdə çəkisinin 2319 qram olduğu müəyyən olunmuşdur. Şəxsi yoxlama aparıldıqda Əfqan Bağırovun üzərində gömrük nəzarətindən gizlədilmiş heç bir əşya olmadığı, üzərində 400 ABŞ dolları pul olduğu məlum olmuşdur. Baxış keçirilməsi və şəxsi yoxlama aparılması ilə əlaqədar protokol tərtib edilmiş, aşkar edilmiş maddə, üzərində «Summit» yazısı olan çemodan, Əfqan Bağırovun ümummvətəndaş pasportu və Bağırova məxsus 400 ABŞ dolları götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, «Heydər Əliyev» adına X26 yuyucu-operator vəzifəsində işləyir. xx xxxxxxx 2011-ci il tarixdə, saat 19:00 radələrində hava limanında olarkən bir nəfər ona və iş yoldaşı Əlövsət Fərzəliyevə yaxınlaşmış, özünü təqdim edərək gömrük əməkdaşı olduğunu bildirmiş, Bakı-İstanbul aviareysi ilə uçmaq üçün hava limanına gəlmiş bir nəfər sərnişinin əl yükünə gömrük baxışı keçirilməsində və üzərində şəxsi yoxlama aparılmasında hal şahidi kimi iştirak etməyi təklif etmişdir. Gömrük əməkdaşının təklifini qəbul edərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gəlmiş, orada gömrük əməkdaşları tanımadığı, əvvəllər heç vaxt görmədiyi bir nəfəri onlara təqdim etmiş, həmin şəxsin X36 olduğunu öyrənmişdir. Gömrük əməkdaşları Əfqan Bağırovun barəsində əməliyyat məlumatı daxıl olduğu üçün saxlanıldığını, əl yükünə baxış keçirilməsi və üzərində şəxsi yoxlama aparılmasının qərara alındığını bildirmişlər. Baxış keçirilməyə başlanmazdan əvvəl Əfqan Bağırova əl yükündə və ya üzərində gömrük nəzarətinə təqdim olunmamış mallar varsa, könüllü təqdim etməsi təklif edilmiş, Əfqan Bağırov əl yükündə və ya üzərində gömrük nəzarətinə təqdim olunmamış mallar olmadığını, çemodanda şəxsi əşyaları, üzərində isə 400 ABŞ dolları olduğunu bildirmişdir. Bundan sonra Əfqan Bağırova məxsus, üzərində «Summit» yazısı olan qara rəngli çemodana baxış keçirilmiş, əvvəlcə çemodanın zəncirbəndi açılmış, içərisindəki şəxsi geyim əşyaları boşaldılmış, çemodanın astarı söküldükdən sonra malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə astarın altından çemodanın yan divarlarına şuruplarla bərkidilmiş və üzəri boz rəngli yapışqanlı izolyasiya lenti ilə sarınmış şəffaf plastik lövhə olduğu məlum olmuşdur. Plastik lövhə vintaçanla çemodandan açıldqda plastik lövhənin daxilindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş ağ kristal rəngli, kəskin iyli, gömrük əməkdaşlarının deməsinə görə metamfetamin psixotrop maddəsinə oxşar maddə aşkar edilmiş, tərəzidə çəkildikdə həmin maddənin 2319 qram olduğu müəyyən olunmuşdur. Baxış keçirilməsi və şəxsi yoxlama aparılması ilə əlaqədar protokol tərtib edilmiş, o da protokolu imzalamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, O, Əfqan Bağırovla bir yerdə hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra da aradabir zəngləşmiş və görüşmüşlər. 2011-ci ilin yay aylarında Əfqanla görüşdükləri zaman Əfqan Elnur adlı bir nəfərin ona İrandan Malayziyaya “enerji dərmanı”, dopinq aparmağı təklif etdiyini, dərmanın çantanın içərisində olacağını, İranda əvvəlcə Məşhədin ziyarət ediləcəyini, oradan Dohadan keçməklə Malayziyaya gediləcəyini, Malayziyada çantanı verib geri qayıtdıqdan sonra 2000 ABŞ dolları pul veriləcəyini, bütün yol xərclərinin də ödəniləcəyini, bu işin qorxulu bir iş olmadığını, həmin maddənin adının belə bilinmədiyini və daşımağa görə məsuliyyət olmadığını, özünün bu işə cavabdeh olduğunu dediyini bildirmişdir. O, bu işlə məşğul olması üçün Əfqandan onu Elnurla tanış etməsini xahiş etmiş, Əfqan onu Elnurla görüşdürmüş, həmin vaxt Elnurun yanında Yeganə adlı qadın olmuş, Elnur Əfqanın da dediyi kimi aparılacaq maddənin dərman olduğunu, qorxulu bir şey olmadığını və tutulmadığını, həmin dərmanın heç bir “kitab”da adı olmadığını, bu maddəni daşımağa görə məsuliyyət olmadığını, özünün buna cavabdeh olduğunu bildirmişdir. Sonra evə gəlmiş, paltarlarını yığıb hazırlaşmağa başlamış, evdə işlə əlaqədar İrana gedəcəyini demiş, ertəsi gün sübh tezdən “Bakıxanov” qəsəbəsinə gəlmiş, orada Əfqanla və əvvəllər tanımadığı Rəşad adlı bir oğlanla görüşmüş, sonra Elnurla Yeganə də «Mercedes» markalı taksi ilə onların olduğu yerə gəlmiş, onlar həmin maşına əyləşib birlikdə Biləsuvara yola düşmüşlər. Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən sərhədi birlikdə keçib İrana daxil olmuş, avtobusla Tehrana yola düşmüş, Tehran avtovağzalında Elnurun dostu, Kamran və ya Daniyal kimi çağırılan iranlı onları qarşılamış, Kamranın maşınına əyləşib onun evinə getmişlər. Bir neçə gün orada qalmış, həmin müddətdə Kamranla Elnur onların sənəd işlərini həll etmiş, sonra Elnurgil ilk növbədə Əfqanı Malayziyaya göndərmiş, Əfqan yola düşməzdən əvvəl Kamran təzə vəziyyətdə olan boş bir çemodan gətirib Elnura, Elnur isə Əfqana vermiş, Əfqanın paltarları çemodana yığılmış, X52 hava limanına aparıb yola salmışlar. Əfqanın apardığı çemodan evə gətirildiyi zaman çemodanı açıb içərisinə baxmış, çemodanın boş olduğunu gördükdə Elnurdan bu barədə soruşmuş, Elnur maddənin həmin çemodanın yan tərəflərində gizlədildiyini ona bildirmişdir. Əfqan Malayziyaya çatdıqdan sonra Kamranla və Elnurla danışmış, Kamran kiməsə zəng etmiş və həmin şəxs Əfqanın qaldığı otelə gedərək çemodanı Əfqandan götürmüş, bir neçə gündən sonra Əfqan Malayziyadan qayıtmış, gələrkən özü ilə apardığını deyil, başqa bir çemodan gətirmişdir. Kamrangil İrandan yola düşərkən çemodanı təhvil verdikdən sonra paltarların yığılması üçün yeni çemodan alınması məqsədilə pul vermişlər. Əfqan bütün aparatlardan keçdiyini və saxlanılmadığını bildirmiş, sonra Kamranın təklifi ilə Yeganə ilə o, Malayziyaya getməyə hazırlaşmış, yola düşməzdən əvvəl Kamranla Elnur onlara üç çemodan vermiş, Kamranla Elnur onları Tehran hava limanına gətirmiş, hava limanında Məşhədə bilet tapılmadığı üçün çemodanları saxlama kamerasına təhvil verib şəhərə qayıtmışlar. Elə həmin axşam Əfqanla Elnur Azərbaycana gəlmək üçün yola düşmüş, ertəsi gün Kamran onunla Yeganəni hava limanına aparmış, hava limanından çemodanları götürüb Məşhədə uçmuşlar. Məşhəddə ziyarət məqsədilə hava limanından taksi ilə ziyarətə getmiş, Yeganə ziyarət etsə də, o, türbəyə girməmişdir. Ziyarətdən sonra təkrar hava limanına qayıtmış, hava limanında təyyarəyə əyləşib Dohaya, oradan da Kuala-Lumpura uçmuşlar. Təyyarədən endikdən sonra taksi ilə şəhərə getmiş, Kamranın tapşırdığı kimi “Sukasa” otelinə gedib otaq götürmüşlər. Hava limanından aldığı nömrə ilə Kamrana zəng edib çatdıqlarını bildirmiş, oteldə yerləşdikdən iki gün sonra Kamran zəng edib otelin qarşısında göy rəngli idman maşınında bir nəfərin gözlədiyini demiş, çemodanları açıb içərilərində gizlədilmiş maddələri torbaya boşaltmağı və aparıb həmin şəxsə verməyi tapşırmış, o, Kamranın tapşırdığı kimi çemodanları açıb maddələri mələfənin üzərinə boşaltmış, bu zaman Yeganə otaqda olmuş və çemodanlardakı maddələri gördükdə bunun heroin olduğunu demiş, Yeganəyə maddələrin heroin deyil, kimyəvi maddə, dopinq olduğunu bildirmiş, Yeganə bundan xəbəri olmadığını, xəbəri olmuş olsaydı, Malayziyaya gəlməyəcəyini demişdir. Elnurun onları Malayziyaya istirahətə göndərmədiyini, məhz bu iş üçün göndərdiyini Yeganəyə bildirmiş, Yeganə Elnurla telefonla danışdıqdan sonra sakitləşib çemodanlardan maddələri boşaltmaqda ona köməklik etmişdir. Çemodanlardakı maddələri boşaltdıqdan sonra Yeganə otaqda gözləmiş, o isə içərisində maddələr olan torbanı götürüb otaqdan çıxmış və otelin qarşısında Kamranın dediyi şəxslə görüşüb torbanı verdikdən sonra geri qayıtmış, sonra sındırılmış çemodanları aparıb yaxınlıqdakı zibil yeşiklərinə atmışdır. Ertəsi gün hava limanına gəlmiş və Kuala-Lumpur-Doha-Məşhəd-Tehran aviareysi ilə İrana qayıtmış, Kamran onları qarşılayıb evinə gətirmiş, Elnur da Kamranın evində olmuş, həmin gün Tehranda qalmış, ertəsi gün Elnur onu Tehran avtovağzalına gətirib Tehran-Astara avtobusu ilə Azərbaycana yola salmış, Yeganə isə Tehranda qalmışdır. Elnur Malayziyaya gedib-gəlmək üçün söz verdiyi 2000 ABŞ dollarını İranda verməmiş, Bakıda ona çatdıracağını bildirmiş və Bayram adlı bir dostunun istifadə etdiyi 051 *** ** ** nömrəsini verib pulu ona Bayramın çatdıracağını demişdir. Bakıya çatdığı günün səhərisi Bayramla danışmış və “Bakıxanov” qəsəbəsində onunla görüşüb 2000 ABŞ dolları almışdır. Sonra Əfqanla görüşmüş, Əfqan Tailanda getmək istədiyini, Elnurgilin onu bu dəfə də Tailanda göndərmək istədiklərini bildirmiş, Malayziyada olanlar barədə Əfqana məlumat verib getməsini məsləhət bilməmiş, Əfqan bu barədə fikirləşəcəyini demiş, səhərisi gün Əfqan onunla əlaqə saxlamış və Bayramın idarə etdiyi «Mercedes 190» markalı maşınla onun yanına gəlmiş, onunla sağollaşıb Tailanda getdiyini demiş, sonra o, da Bayramın maşınına əyləşmiş və birlikdə hava limanına gəlmişlər. Maşından düşüb hər üçü hava limanına daxil olmuş, Əfqan görüşüb onlardan ayırılmış və gömrük nəzarətinə yaxınlaşmış, onlar isə salonda gözləmişlər. Gömrük əməkdaşlarının Əfqanı sorğu-sual etdiklərini, Əfqanın yoxlanışının gecikdiyini görmüş, Bayram zəng gəldiyini dediyi üçün Əfqanın yoxlanışdan keçməsini gözləmədən hava limanını tərk etmiş, maşına əyləşdikdə Əfqandan şübhələnildiyini və tutulacağını Bayrama bildirmiş, Bayram Əfqanın tutulmayacağını və gedib çatacağını demiş, Bayram Suraxanıda onu maşından düşürmüş və çıxıb getmişdir. Həmin vaxtdan sonra Əfqanın başına gələnlər barədə öyrənmək üçün Bayramın telefonuna zəng etsə də, Bayramın telefonu bağlı olmuş, o da məcbur qalıb İrana, Elnura zəng etmiş, Elnur Əfqanın şübhəli şəxs kimi saxlanıldığını və tezliklə buraxılacağını demiş, bir həftə sonra Elnurla təkrar əlaqə saxlamış, Elnur Əfqanın tezliklə buraxılacağını bildirsə də, Əfqandan yenə də xəbər çıxmamışdır. Elnura zəng edib İrana gəlmək və Malayziyaya getmək istədiyini bildirmiş, Elnur razılıq vermiş, əslində isə məqsədi Malayziyaya getmək yox, Elnurla Əfqan barəsində söhbət etmək olmuş, Biləsuvardan sərhədi keçib taksi ilə Ərdəbilə, oradan da avtobusla Tehrana getmiş, Elnurla görüşmüş, Əfqan barəsində danışmış, Elnurgilə Əfqanın nə üçün tutulduğunu, sözlərinə görə tutulma olmayacağını bildirmiş, Elnur yenə də Əfqanın tezliklə buraxılacağını demiş və hətta telefonda kiminləsə bu barədə danışmış, Tehranda olduğu ərəfədə Nəbi Abdullayev və Niyaməddin Ələkbərov adlı dostları onunla əlaqə saxlamış və bu işlə bağlı Malayziyaya getmələrinə kömək etməsini ondan xahiş etmişdir. Dostlarının onun Malayziyaya gedib gəlməsi, oraya maddə aparması və 2000 ABŞ dolları alması barədə məlumatları olmuş, dostlarının getməyinə razı olmamış, məsləhət bilməmiş, lakin onların hər ikisi pul lazım olduğunu, ehtiyacları olduğunu deyib getməkdə təkid etmişlər. Kamranla danışmış, Kamran dostlarını Malayziyaya göndərə biləcəyini demiş, Niyaməddinə zəng edib gələ biləcəklərini bildirmiş, həmin şəxslər də Tehrana gəlmişlər. Tehran avtovağzalında Elnur dostlarını qarşılayıb evə gətirmiş, dörd gün sonra Elnurgil Niyaməddin və Nəbinin sənədlərini düzəldib Malayziyaya yola salmış, Malayziyada əlaqə saxlamaları üçün onlara nömrə kartı vermiş, lakin təyyarə Kuala-Lumpura çatdıqdan sonra həmin nömrəyə zəng etsələr də telefona heç kim cavab verməmiş, nigaran qaldığı üçün Elnurgildən sənədlərini hazırlamalarını, özünün də Malayziyaya getmək istədiyini bildirmiş, sənədləri hazırlandıqdan sonra Elnurgil ona əvvəlki dəfə Malayziyaya apardığına oxşar təkərli bir çemodan vermiş, maddə həmin çemodanın içərisində olmuş, sonra o, Azərbaycana gəlmiş, səhərisi isə İrandan gətirdiyi çemodanı götürüb hava limanına getmiş, hava limanından təyyyarə ilə İstanbula uçmuş, iki gün İstanbulun Aksaray bölgəsində oteldə qalmış, İstanbulda olarkən nömrə kartı almış və Elnurla əlaqə saxlamış, iki gün sonra təyyarə ilə Sinqapura, oradan da Kuala-Lumpura uçmuş, X12 taksi ilə X65 küçəsinə getmiş və Elnurgilin məsləhətinə əsasən «Otel Federal»da yerləşmiş, oteldə yerləşdikdən sonra Elnurgilə zəng edib çatdığını bildirmiş, ertəsi gün otelin yaxınlığında yerləşən McDonalds restoranının yanında apardığı çemodanı ona deyildiyi adama vermişdir. Kuala-Lumpurda qaldığı növbəti iki günü hava limanına gedərək Niyaməddingilin taleyi ilə maraqlanmış, lakin heç bir məlumat əldə edə bilməmiş, biletin vaxtı çatdıqda hava limanına getmiş, təyyarə ilə Kuala-Lumpurdan Sinqapura, oradan da İstanbula uçmuş, İstanbul-Tehran avtobusuna bilet almış və Tehrana getmiş, avtovağzalda Elnur onu qarşılamış, Elnurdan Malayziyaya gedib gəlməyə görə 1700 ABŞ dolları almış, bir gün Tehranda qaldıqdan sonra Tehran-Bakı aviareysi ilə Bakıya qayıtmış, Bakıya qayıtdıqdan bir neçə gün sonra isə Niyaməddin Ələkbərovun və X7 tutulduğunu öyrənmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2011-ci ilin yayında usta yoldaşı Səbuhi ilə birlikdə ev təmir etdikləri vaxt Səbuhinin qohumu Şahid10 işlədikləri evə gəlmiş və bir iş olduğunu, həmin işin İrandan keçməklə Malayziyaya gedib gəlmək olduğunu, adlarına Malayziyadan telefon vurulacağını, heç bir təhlükəsi, qorxusu olmayan iş olduğunu, bütün xərclərin ödəniləcəyini və 1000 ABŞ dollar da pul veriləcəyini, bu işi Elnur adlı şəxsin təşkil etdiyini bildirmişdir. Ceyhunun təkidinə baxmayaraq əlində işi olduğunu, işi yarımçıq qoyub heç hara gedə bilməyəcəyini demiş, Ceyhun isə özünün sabah yola düşəcəyini bildirmişdir. Təxminən iki gün sonra Ceyhun onun mobil nömrəsinə Tehrandan zəng etmiş və birlikdə Malayziyaya getmələri üçün İrana gəlməsini təkrar təklif etmiş, lakin o, razı olmamışdır. Üç gün sonra Ceyhun yenə zəng etmiş, Malayziyaya yola düşməkdə olduğunu bildirmiş, Elnurun Bakıya gələcəyini, onun nömrəsini əlaqə saxlaması və Malayziyaya getmək istəyən adam tapmağa kömək etməsi üçün Elnura verdiyini demişdir. Təxminən bir həftə sonra Elnur ona zəng etmiş və «Xalqlar Dostluğu» metrosunun yanına görüş təyin etmiş, az sonra Elnur Bayramın idarə etdiyi «Mercedes 190» markalı maşınla «Xalqlar Dostluğu» metrosunun yanına gəlmiş, işlədiyi yerin yaxınlığındakı çayxanada o, Səbuhi, Elnur və Bayram görüşmüş, həmin vaxta kimi o, Elnuru və Bayramı tanımamış, Səbuhi isə yerli olduqları üçün Elnuru da, Bayramı da tanımışdır. Söhbət zamanı Elnur bu işin heç bir qorxusu olmadığını, yerli olduqları üçün ona yalan deməyəcəyini, lazımdırsa pasportunun surətini çıxarıb verə biləcəyini demiş, İrandan Malayziyaya gedəcəklərini, orada veriləcək bir çemodanı İrana gətirəcəklərini, bu işin telefon işi olduğunu, narahat olmalı bir şey olmadığını bildirmişdir. Elnur birlikdə getməyi ona təklif etmiş, lakin əlində işi olduğu üçün gedə bilməmişdir. Bir neçə gün sonra öz maşını ilə Elnuru və Bayramı Biləsuvar gömrüyünə aparıb İrana yola salmışdır. Bir müddət sonra Ceyhun İrandan Bakıya qayıtmış, birlikdə çayxanada oturub söhbət etmiş, X53, oradan Malayziyaya gedib gəldiyini, adına oteldə yer ayrıldığını, bütün xərclərinin ödənildiyini, Malayziyada ona çanta verildiyini və həmin çantanı İrana gətirdiyini, bu işin telefon işi olduğunu, heç bir qorxusu olmadığını, bu işin narkotik işi olmadığını bildirmiş və pasportunu çıxarıb göstərmişdir. Bundan sonra işin təhlükəli bir iş olmadığına inanmış və getməyə razılıq vermiş, Ceyhuna birlikdə getməyi təklif etmiş, Ceyhun arvadı ilə aralarında problem olduğu üçün özünün gedə bilməyəcəyini demiş, dost-tanışdan adam tapıb birlikdə getmələrini ona təklif etmişdir. Tək getməmək üçün usta tanışı Rəşadla bu barədə danışmış, Rəşad veriləcək pulun çox olduğunu, buna görə də qorxduğunu dedikdə Ceyhun pasportunu çıxarıb göstərmiş, özünün də gedib gəldiyini demiş, Rəşad getməyə razılıq vermiş, Ceyhun vizanın Tehranda açılacağını, özünün də pasportuna vizanın bu qaydada açıldığını demişdir. Ertəsi gün Rəşadla birlikdə Biləsuvardan sərhədi keçib İrana daxil olmuş, sərhədi keçdikdən sonra Ceyhunun verdiyi iran nömrəsi ilə Elnurla əlaqə saxlamış, Elnur Tehrana gəlmələrini demiş, Tehran avtovağzalında onları Kamran və ya Daniyal kimi çağırılan Elnurun iranlı tanışı qarşılamış və beşmərtəbəli bir evə gətirmişdir. Evdə Bayramla görüşmüş, Bayram viza çıxmadığı üçün hələ də gözlədiyini demiş, ertəsi gün gəzmək üçün evdən çıxmaq istəsələr də Elnurgil buraxmamış və viza üçün verəcəklərini deyib pasportlarını onlardan almışlar. Üç gün sonra Elnur Bayramın pasportunu gətirib üstünə atmış, vizasının çıxdığını və gedəcəyini demişdir. Bir neçə gün sonra Elnur evə gəlib Rəşadın pasportuna artıq viza vurulduğunu bildirmiş, Rəşada Malayziyaya hazırlaşmağı tapşırmış, həmçinin tezliklə onu da Malayziyaya yola salacağını demişdir. Bundan sonra Elnurla Kamran evdən çıxıb harasa getmiş, bir azdan geri qayıdıb palpaltar alınması üçün Rəşadla onu şəhərə aparmış, evə qayıtdıqdan sonra Elnur Kamrana paltarlarını içərisinə yığması üçün Rəşada çanta almalı olduqlarını demiş, bir azdan Elnurgil evdən çıxıb getmiş, geri qayıtdıqda Elnur özü ilə təkərli, dəstəkli bir çamadan gətirib Rəşada vermiş və çemodanı açıb Rəşada paltarlarını həmin çemodana yığmasını tapşırmışdır. Sonra Rəşadı aparıb Tehran hava limanından yola salmış, X44, oradan da Malayziyaya uçacağını demiş, bir neçə saatdan sonra Rəşad zəng edib Dubayda olduğunu bildirmiş, Elnur Rəşada taksi ilə otelə getməli olduğunu izah etmiş, daha sonra Rəşad zəng edib oteldə yerləşdiyini, ondan daha sonra isə hava limanına gəldiyini demişdir. Təxminən bir saat sonra Elnur Rəşada zəng etsə də, Rəşad telefonu açmamış, buna Elnur əsəbləşmiş, dörd gün ərzində dəfələrlə Rəşadın telefonuna zəng etsələr də telefonu açan olmamışdır. Elnurun və Kamranın ona qarşı münasibətlərinin dəyişdiyini görüb Elnurdan bu barədə soruşmuş, Elnur Kamranın qardaşı Hacının onun Rəşadı pulu götürüb qaçması üçün öyrətdiyindən şübhələndiyini, onu tutub saxlamaq lazım olduğunu dediyini bildirmişdir. O, bundan xəbərsiz olduğunu və Bakıya qayıtmaq istədiyini bildirmiş, üç gün sonra Elnur ona heç paltarlarını da götürməyə imkan vermədən, tezliklə qayıdacaqlarını və İrana gəlməsinin on beş gününün tamam olduğunu deyib Azərbaycana gəlməyi ona təklif etmişdir. Həmin günün axşam tərəfi Kamran Elnurla onu avtovağzala gətirmiş, avtovağzalda olarkən Kamrana qardaşı Hacı zəng edib onu geri qaytarmalarını tapşırmış, onu ertəsi gün Malayziyaya göndərəcəyini demişdir. Kamran isə Hacının təklifinə razı olmamış, Azərbaycana gedib qayıtdıqdan sonra onu Məşhədə, oradan da Malayziyaya göndərəcəyini bildirmişdir. Elnurla avtobusa minib Azərbaycana yola düşmüş, Astarada Elnur pasportunu ondan götürüb hərəsinin adına yeddi ədəd İran nömrə kartı almış, bundan sonra sərhədi keçmiş və taksiyə əyləşib Bakıya gəlmişlər. Bakıda Vüqarla əlaqə saxlayıb Rəşadı soruşmuş, Vüqar Rəşadın nömrəsinə zəng çatmadığını, harada olduğunu da bilmədiyini, Rəşadın əvvəllər 93 nömrəli marşrutda işləməsi barədə məlumatı olduğunu demiş, lakin Rəşadın harada olduğunu öyrənə bilməmişdirlər. Daha sonra Elnurla görüşmüş, Elnurla birlikdə Zabrat qəsəbəsinə gəlib kafedə oturmuş, bir azdan Yeganə adlı bir qadın və adını xatırlamadığı bir nəfər də oraya gəlmiş, Elnur gələn şəxslərlə söhbət etmiş, and içib, söyüş söyüb qorxulu bir şey olmadığını bildirmiş, qız da bundan sonra getməyə razılıq vermişdir. Birlikdə qızın evinə getmiş, Elnur viza açdırmaq üçün lazım olduğunu bildirib qızın pasportunu götürmüş, sonra birlikdə “Bakıxanov” qəsəbəsinə gəlmiş, Elnur orada çay evində iki nəfər tanımadığı oğlanla görüşüb Malayziyaya getmək barədə danışmış, oğlanlar da getməyə razılıq vermişlər. Bu işlərdə Rəşaddan xəbər çıxmamasından narahat olub Elnurgillə getməmək qərarına gəlmiş, Elnura zəng edib atasının xəstə olduğunu, Naxçıvana yola düşməli olduğunu, bu səbəbdən də gedə bilməyəcəyini demiş, Elnur isə narazılıq edərək onun İranda qalmasına görə xərc çəkildiyini bildirmişdir. Gecəni Elnur, Yeganə və o, Fatmayı qəsəbəsində, görüşdüyü qızın atasıgildə qalmış, ertəsi gün yuxudan qalxdıqdan sonra “Bakıxanov” qəsəbəsinə gəlmiş, oradan üç nəfər oğlan da götürüb yola düşmüşlər. Elnurgili Biləsuvara aparmış və orada düşürüb Bakıya qayıtmış, Elnurgil isə sərhədi keçib İrana getmişlər. Bir müddət sonra evdən arvadı zəng vuraraq Rəşadın anasının onun atasına zəng edib Rəşadın tutulduğunu dediyini bildirmiş, Rəşadın anasının nömrəsini öyrənib Zeynəb adlı həmin qadına zəng etmiş, Rəşadın anası Rəşadın üç kiloqram narkotiklə Dubayda tutulduğunu demişdir. Elnura zəng edib bu barədə bildirdikdə Elnur məlumatı olmadığını demiş, Hacı ilə danışıb ona xəbər edəcəyini bildirmiş, Rəşadın anası ilə danışdıqda Rəşada onunla əlaqə saxlamasını deməsini anasından xahiş etmiş, elə həmin gün axşam Rəşad zəng edib Dubay aeroportunda narkotiklə tutulduğunu, hazırda həbsdə olduğunu, həbsdən çıxdıqdan sonra Elnurla və Ceyhunla haqqhesab çəkəcəyini, onu həmin şəxslərin tutdurduğunu, çemodanda narkotik olduğunu ona deyilmədiyini bildirmiş, o, da Rəşada özünün bu barədə məlumatı olmadığını demişdir. Elnura zəng edib danışmış, Elnur isə bu işin onunla əlaqəsi olmadığını, ona görə da Rəşada pul göndərməyəcəyini bildirmişdir. Şahid4 Elnurun dostu kimi tanımış, Bayramla çay evində görüşmüş, sonra Bayramla Elnuru aparıb İrana yola salmış, üçü onunla İranda bir evdə qalmış, Bayramın iki dəfə Malayziyaya gedib gəldiyindən məlumatı olmuş, Bayram Malayziyada pasportunu verdiyini və adına telefon vurulduğunu demiş, Malayziyadan qayıdarkən Bakıda Bayramı Elnurla özü qarşılamış, Bayramın Elnurun xahişi ilə Malayziya nömrəsi almış və həmin nömrəni Elnura vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən üç il əvvəl Bakıda olarkən Təqsirləndirilən şəxsla tanış olmuş, həmin vaxt Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Lukoyl» yanacaqdoldurma məntəqəsində yerləşən avtoyuyucuda işləmiş, Elnur isə tez-tez öz avtomobilini yuyucuya gətirmişdir. 2011-ci ilin yayında, Bakı şəhərində «Start» idman-əyləncə kompleksinin yaxınlığındakı avtoyuyucuda işləməyə başlamış, Elnur hərdən gəlib həmin yuyucuda maşınını təmizlətmişdir. 2011-ci ilin yayında Elnur gəlib işlədiyi yerdə onunla görüşmüş və bildirmişdir ki, tezliklə İrana qayıdacaq, İranda dostu var, dostunun mağazaları var, iran vətəndaşlarının elektron mallar vurula bilmədiyi üçün başqa ölkə vətəndaşlarının adına xarici ölkələrdən telefon vurulur və İrana göndərilir. Elnur ona bu işlə məşğul olmağı təklif etmiş və bildirmişdir ki, bu işin qarşılığında 2000 ABŞ dolları alacaq. O, razı olmuş, xarici pasportu olmadığından Elnur ona pasort almış, Elnur ona bu işin telefon işi olmadığını, «enerji dərmanı» işi olduğunu, İrandan Malayziyaya həmin dərmandan aparacağını, dərmanın barlarda oynamaq üçün istifadə edildiyini, tutulmaq qorxusu olmadığını, dərmanın narkotik maddə olmadığını bildirmişdir. xx xxxxxxxx 2011-ci il tarixdə Bakı şəhərində Elnurla zəngləşib görüşmüş, Elnur görüşə Şahid4 də gətirmiş, Elnur sabah yola çıxacağını bildirmiş, səhər görüşüb sonradan tanıdığı Mürsəl və Rafiqlə birlikdə, Bayramın maşını ilə Biləsuvar rayonuna gəlmiş və sərhəd buraxılış məntəqəsində sərhədi keçib İrana daxil olmuşlar. Tehran avtovağzalından Elnurun dostu, Kamran, Daniyal, Dadaş kimi çağırdıqları iranlının evinə getmiş, bir neçə gün orada qalmış, həmin ərəfədə Elnur onların sənədləşmə işlərini həll etmiş, onlara paltar almış, Malaziyaya yola düşməzdən təxminən bir saat əvvəl Elnur təzə vəziyyətdə olan, təkərli boş bir çemodan gətirib ona vermiş və demişdir ki, paltarlarını içərisinə yığsın. O, çemodanın içərisində «enerji dərmanı» olduğunu bilmiş, paltarlarını Elnurun verdiyi çemodana yığmış, sonra Elnurla Kamran onu Tehran hava limanına gətirib yola salmışlar. O, Məşhədə uçmuş, Məşhəddə düşüb bir az şəhəri gəzmiş, sonra hava limanına gəlmiş və təyyarəyə əyləşib Dohaya, oradan da Kuala-Lumpura uçmuşdur. Hava limanında təyyarədən düşdükdən sonra Elnurun verdiyi, Malayziyaya aid nömrə kartını telefona salıb Elnura zəng etmiş və çatdığını bildirmiş, Elnurun tapşırdığı kimi taksiyə əyləşib X65 prospektinə getmiş və adını xatırlamadığı bir oteldə otaq götürmuş, bu vaxt Mürsəlgil ona zəng edib Malayziyada olduqlarını bildirmiş, onlarla görüşüb, onları «X64» otelində qalmalarına köməklik etmiş, sonra Mürsəl Elnura zəng etmiş və oteldə yerləşdiklərini bildirmişdir. Daha sonra bir nəfər Mürsəlin telefonuna zəng etmiş və otelin qarşısında o, Rafiq və Mürsəl həmin şəxslə görüşmüş, çemodanları götürüb həmin şəxslə birlikdə aşağı düşmüş, həmin adam taksi çağırmış və çemodanları da götürüb çıxıb getmişdir. Həmin vaxt pulları qurtardığı üçün Mürsəl Elnura zəng etmiş və hərəsinə 1000 ABŞ dolları lazım olduğunu bildirmiş, ertəsi gün bir nəfər Mürsələ zəng etmiş və gətirib otelin qarşısında Mürsələ Malayziya pulu ilə 3000 dollar vermişdir. Biletinin vaxtı tamam olduqda getdiyi marşrutla, Kuala-Lumpur-Doha-Məşhəd-Tehran aviareysi ilə Tehrana qayıtmış, Tehran hava limanında Elnur onları qarşılamış və taksi ilə Kamranın evinə getmiş, evdə olarkən Mürsəlgil Elnurla çemodan barəsində, Malayziyada olanlar barəsində soruşub mübahisə etmiş, onlara telefon işi olduğunun deyildiyini bildirmişlər. Elnur isə qorxmamaları üçün bu barədə onlara bir şey demədiyini bildirmiş və üçün də Tehran avtovağzalına gətirib Tehran-Astara avtobusu ilə Azərbaycana yola salmışdır. Bir müddət sonra Elnur onun ev nömrəsinə zəng edib onu İrana dəvət etmiş, Malayziyaya getməyi təklif etmiş, o, isə getmək istəmədiyi üçün işləri olduğunu bəhanə etmiş, lakin evdə vəziyyət yaxşı olmadığı üçün 2012-ci ilin yanvarında işləmək üçün Bakı şəhərinə gəlmiş, həmin ərəfədə Elnur yenə onun telefonuna zəng etmiş, Malayziyaya getməyi, ya da adam varsa, göndərməyi təklif etmiş, o, adam olmadığını deyib özünün gələcəyini bildirmişdir. Bir neçə gündən sonra taksi ilə Biləsuvara getmiş, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsində sərhədi keçib İrana daxil olmuş, Tehran avtovağzalında Kamran onu qarşılayıb evinə aparmış, Elnur da evdə olmuş, sonra Kamran onun pasportunu götürüb çıxıb getmiş və ikiüç gün Tehranda qaldıqdan sonra ona gedəcəyini bildirmişlər. Yola düşməzdən təxminən yarım saat əvvəl Elnurgil təzə vəziyyətdə olan, təkərli boş bir çemodan gətirib ona vermiş və paltarlarını içərisinə yığmağı tapşırmışdır. O, paltarlarını çemodana yığmış, Elnurgil çemodanda ekstazi tipli bir dərman gizlədildiyini bildirmiş, sonra Kamran onu avtovağzala gətirmiş, Tehran-İstanbul avtobusu ilə Türkiyəyə yola düşmüş, İstanbul Atatürk hava limanına getmiş və qeydiyyatdan keçib təyyarəyə əyləşib Sinqapura, oradan da Kuala-Lumpura uçmuşdur. Hava limanında təyyarədən düşdükdən sonra Elnurun verdiyi, Malayziyaya aid nömrə kartını telefona salıb Kamrana zəng etmiş və çatdığını bildirmiş, Kamran tapşırdığı kimi taksiyə əyləşib X65 prospektinə getmiş və «X64» otelində otaq götürmüş, Kamranla telefon əlaqəsi yaratmış və o, ona bir nəfərin zəng edəcəyini demiş və ikinci gün o, bir nəfərlə görüşüb, İrandan apardığı çemodanı həmin şəxsə vermiş və oteldən düşürüb yola salmış, zəng edib Kamrana bu barədə məlumat vermiş və Kuala- Lumpur-Sinqapur-İstanbul aviareysi ilə Türkiyəyə qayıtmış, oradan da avtobusla Tehrana gəlmiş, avtovağzalda Kamran onu qarşılayıb Kamranın evinə aparmışdır. Evdə iki saat dincəldikdən sonra Kamran onu Tehran avtovağzalına gətirmiş və Tehran-Astara avtobusu ilə Azərbaycana yola salmışdır. Söz verdikləri pulun 1000 ABŞ dollarını Malayziyada almış, 1000 ABŞ dollarını isə Kamran Tehranda ona vermişdir. Rayona qayıtdıqdan bir neçə gün sonra Elnur ona zəng etmiş və İrana dəvət etmiş, bildirmişdir ki, bir nəfər qadın var, istəsən gəl onu apar Malayziyaya. O, razı olub, fevral ayında İrana getmiş, Kamranın telefonla dediyi ünvana getmiş və Kamran Türkiyədən bir qız gəlməli olduğunu, onun əliboş gedəcəyini, içərisində şişə olan çemodanı isə həmin qızın Malayziyaya aparacağını bildirmişdir. Elə həmin gecə Kamran bir türk qız gətirmiş, qızın adı Yeliz olmuş, təxminən on günə yaxın birlikdə həmin evdə qalmış, Yelizə bu işin Malayziyada fahişəliklə məşğul olan türk qızlarına menecerlik işi olduğu deyilmiş, lakin orada olduğu müddətdə Yeliz özü də bu işin menecerlik işi deyil, narkotik işi olduğunu anladığını demişdir. Fevral ayının 14-ə kimi həmin evdə qalmış, ayının 18-də gecə Kamrana zəng gəlmiş, o, fars dilində danışmış, qız qapıya yaxınlaşıb Kamranın danışığına qulaq asmış, ona Kamranın nəsə problem olduğunu, kimlərinsə tutulduğunu dediyini bildirmişdir. Elə bu vaxt Kamran hövnlak otağa girib hazırlaşmağı tapşırmış və onları avtovağzala gətirib pasportlarını özlərinə qaytarmış və avtovağzalda onu Tehran-Astara avtobusu ilə Azərbaycana, qızı isə Türkiyəyə yola salmış və hərəsinə təxminən 75 manat pul vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmündən göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid5 2003-cü ildən tanıyır, Yeganə Zabrat qəsəbəsində yerləşən «Texas» kafesində ofisiant işləyərkən o, həmin ərazidə taksi işləmiş, Yeganə işə gələndə, evə qayıdanda taksi kimi onun maşınından istifadə etmişdir. 2011-ci ilin yayında, tanışı Şahid10 ona, onun Elnur adlı tanışı olduğunu, Elnurun İranda yaşamasını və Malayziyadan telefon gətirir, Azərbaycandan İrana, İrandan da Malayziyaya gedib oradan İrana elektron əşyalar gətirməyi təklif edir və bunun üçün 1000 ABŞ dolları verdiyini bildirmişdir. Ceyhun ona həmçinin bildirmişdir ki, Malayziyaya getmək üçün qızla oğlan lazımdır, turist kimi diqqəti cəlb etməsin, belə ki, Malayziyadan bir nəfər özü ilə ancaq iki üç telefon gətirə bilər, ancaq qızla oğlan olanda diqqəti çox cəlb etmir, onların yüklərində çoxlu telefon olmasına heç kim fikir vermir. Ceyhun ona bunun üçün qız və oğlan tapmağı təklif etmiş, o, da razı olmuş və yaşadığı ərazidə tanışı olan bir neçə oğlana Malayziyaya getmək barədə təklif etmiş, lakin onların heç biri getmək istəməmiş, sonra Yeganəyə bu barədə bildirmiş, pasportu olmadığı üçün özünün gedə bilməyəcəyini demiş, Yeganə isə fikirləşib cavab verəcəyini bildirmişdir. Bir gün sonra o, Yeganəni götürüb Bakıxanov qəsəbəsinə, Ceyhunun yanına gəlmiş, Ceyhunla Yeganə söhbət etdikdən sonra o, Yeganəni götürüb yenidən Zabrata qayıtmış, Ceyhunun yanından qayıtdıqdan sonra Yeganə anasının bu işə icazə vermədiyini, odur ki, getməyəcəyini bildirmişdir. Ertəsi gün işdə olarkən Ceyhun Elnura zəng etmiş və Elnur onunla telefonda danışmış, Elnur ona narahat olmamağı, hər şeyin onluq olduğunu, qorxulu heç nə olmadığını, Yeganəni onunla görüşdürməyini, işin alınacağı təqdirdə ona 500 ABŞ dolları verəcəyini bildirmişdir. Bir neçə gün sonra Elnur tanımadığı bir nəfər oğlanla, «Mercedes» markalı maşınla Zabrata gəlmiş, o, Yeganəni çayxanaya aparmış və orada Elnurla Yeganə söhbət etmişlər. Söhbət zamanı Elnur Yeganəyə 1500 ABŞ dolları verəcəyini, telefon və paltar alacağını, bu işdə qorxulu heç nə olmadığını bildirmiş, lazım olarsa, şəxsiyyət vəsiqəsinin surətini də çıxarıb ona təqdim edə biləcəyini əlavə etmişdir. Yeganə razılaşmış və Elnurun təklifi ilə viza və bilet alınması üçün papsortunu götürməsi üçün birlikdə Yeganənin Zabrat qəsəbəsində yerləşən evinə getmişlər. Yeganə evdən pasportunu götürüb Elnura vermiş, Elnur isə istifadə etməsi üçün Yeganəyə mobil telefon vermiş, nömrəsini isə götürüb əlaqə saxlayacağını demişdir. Bir müddət sonra o, Ceyhuna zəng edib Yeganənin gedib-getmədiyini soruşmuş və Elnurun ona söz verdiyi pulu istəmişdir. Sonra Elnur onunla əlaqə saxlamış, Yeganənin Malayziyaya getdiyini və onun pulunu verəcəyini bildirmiş və bir neçə gündən sonra Bayram vasitəsilə həmin pulu ona göndərmişdir. 2011-ci ilin dekabr ayında Elnur ona sms göndərmiş, sonra isə zəng edib Malayziyaya getmək üçün oğlan və ya qız tapmağı xahiş etmiş, əvvəlki kimi 500 ABŞ dollar verəcəyini bildirmişdir. O, Elçin adlı bir oğlan tapmış, Elçin ilk olaraq razı olsa da sonradan bu işin Malayziyadan telefon gətirmək işi deyil, pis iş olduğunu, Yeganənin də bununla bağlı problemi yarandığını bildirib razı olmamışdır. O, Elnura zəng etmiş, Elçindən eşitdiklərini ona çatdırmış, sonra Elçinin nömrəsini Elnura vermişdir. Elnur yalnız bundan sonra bildirmişdir ki, orada qorxulu bir şey yoxdur, tutulmaq, aşkar olunmaq təhlükəsi yoxdur, Malayziyaya gedənlərin apardığı adı bəlli olmayan dərmandır. O, sonra eşitmişdir ki, Elnur Elçinə zəng edib onu söymüş və bu haqda heç kimə bildirməməsini tapşırmışdır. O, daha sonra göstərmişdir ki, Elnur ondan adam göndərməyi tələb etmiş, yerinə yetirməyəndə isə hədə-qorxu gəlib onu öldürməsi üçün adam tutacağını demişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 2010-cu ildən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 15 ünvanında yerləşən «xxxxxxxxxxxx» MMC-də turizm agenti işləyir. «xxxxxxxxxxxx» MMC turizm şirkəti kimi fəaliyyət göstərir, müxtəlif ölkələrə viza açılması, aviabiletlərin satışı, müştərilər üçün otellərin tapılması və otel ayrılması ilə məşğul olur. Turizm agenti kimi işi müxtəlif ölkələrə getmək üçün müraciət etmiş vətəndaşlara xarici ölkələrə viza, gediş-gəliş bileti, qalmaq üçün otellərin təşkil edilməsindən ibarət olur. 3-4 ay əvvəl bir nəfər şirkətə zəng edib onunla danışmış, Dubaya viza açdırılması ilə maraqlanmış və ertəsi gün bununla əlaqədar şirkətə gəlmişdir. Həmin şəxs üçün Dubaya viza açdırmış və «Rami İnternational» otelində bir gecəlik otaq sifariş vermişdir. 30-35 yaşlarında, hündürboylu, dolu bədənli, qarabəniz olan həmin şəxsin adı Elnur, soyadı Hüseynov olmuşdur. Söhbət zamanı Elnur İranda yaşadığını, Dubaya İrandan Azərbaycan Respublikası vətəndaşının viza açdıra bilmədiyini, bu səbəbdən də viza açdırmaq üçün Bakıya gəldiyini demiş, Dubaya getmək üçün bileti isə İrandan alacağını əlavə etmişdir. Bir neçə gün ərzində Elnur üçün viza açdırmış və Elnur çıxıb getmişdir. Viza açdırarkən Elnurun əlaqə nömrələrini götürüb şirkətin elektron bazasına əlavə etmiş, həmin nömrələr *** *** ** **, 00 98 937 *** ** ** , 00 98 936 *** ** ** və 00 98 936 *** ** ** nömrələri olmuşdur. Dubaya viza açdırdıqdan sonra Elnur bir neçə dəfə şirkətə bağlı nömrə ilə zəng edib onunla danışmış və müxtəlif ölkələrə, o cümlədən Malayziya, Tailand, İndoneziya, Yaponiya, Avstraliya kimi ölkələrə viza açdırmaq, həmçinin təyyarə biletlərinin qiymətləri ilə maraqlanmışdır. Daha sonra Elnurun bir neçə tanışına da viza açdırmaqda köməklik gəstərmişdir. Belə ki, 2011-ci ilin sentyabr ayında Elnur şirkətə zəng edib Dubaya getmək istəyən bir nəfər tanışına viza açdırmağa və otel tapmağa kömək etməsini xahiş etmiş, bununla əlaqədar Elnurun adından Rəşad Məmmədov adlı bir nəfər ona yaxınlaşmışdır. Rəşad üçün Dubaya viza açdırmış və «Rami İnternational» otelinə bir gecəlik yer götürmüşdür. Eyni zamanda Rəşadla birlikdə Şahid12 adlı bir nəfərə də Dubay vizası açdırmışdır. Bir müddətdən sonra Dubaydakı partnyorları olan «Sapsan Turizm» şirkətindən onunla əlaqə saxlayıb Rəşadın otelə getmədiyi, ümumiyyətlə Dubaya uçmadığı bildirilmiş, Rəşadın əlaqə telefonları olmadığı üçün məcbur olub Elnurun verdiyi nömrələrə zəng etmiş, nömrələri bağlı olduğu üçün Elnurla danışa bilməmişdir. Növbəti dəfə Elnur özü zəng etdikdə bu barədə Elnura bildirmiş, Elnur işi alınmadığı üçün Rəşadın Dubaya gedə bilmədiyini demişdir. Bir müddət sonra «Sapsan Turizm» şirkətindən təkrar zəng edilib X5 və vizasının müddətinin başa çatmasına baxmayaraq Dubayı tərk etmədiyi bildirilmiş, Elnur zəng etdikdə bu barədə Elnura demişdir. Elnur Rəşadın harada olduğundan məlumatı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Dubaydakı Konsulluğuna məxsus 00 9 714 *** ** ** və 00 9 715 *** ** ** nömrələrini «Sapsan Turizm» şirkətinin nümayəndələrinə verib konsulluqla əlaqə saxlamalarını xahiş etmiş, şirkətin nümayəndələri konsulluqla danışdıqdan sonra X32 nə iləsə əlaqədar tutulduğu barədə ona məlumat vermişlər. X54 nə ilə əlaqədar tutulduğunu dəqiq bilməmişdir. 2011-ci ilin sentyabr ayında Elnur şirkətə zəng edib onunla danışmış və Əfqan adlı bir nəfərə Tailanda getmək üçün viza açdırmaq, həmçinin təyyarə bileti tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Daha sonra Əfqan adlı bir şəxs ona yaxınlaşmış, o da 2011-ci ilin oktyabr ayının əvvəllərində Əfqan üçün Tailand Krallığına viza, həmçinin təyyarə bileti təşkil etmişdir. Əfqanın Tailanda nə məqsədlə getməsi və Elnurla Əfqanın münasibətləri nədən ibarət olduğunu bilməmiş, bu barədə maraqlanmamışdır. xx xxxxxx 2011-ci ildə ofisə Elnurun tanışı kimi tanıdığı Şahid4 adlı bir şəxs gəlib təyyarə biletlərinin qiymətləri ilə maraqlanmış, Bayramdan Elnurun onun zənglərinə nə üçün cavab vermədiyini soruşmuş və Rəşada görə Dubaydaki partnyor şirkətlə aralarında problem yarana biləcəyini demişdir. X55 axtarmaq üçün Dubaya getməli olduğunu bildirmiş, əldə etdiyi məlumatlara görə Rəşadın həbsdə olduğunu Bayrama dedikdə Bayram ofisdən çıxıb getmişdir. Şahid3 daha sonra Elnurun ünvanını bilmədiyini, özünün deməsinə görə əsasən İranda yaşadığını, Elnurun əlaqə nömrələrinin *** *** ** **, 00 98 937 *** ** ** , 00 98 936 *** ** ** və 00 98 *** *** ** **, Bayramın nömrəsinin *** *** ** **, Əfqanın nömrəsinin isə 055 *** ** ** olduğunu qeyd etmiş və ifadəsində göstərdiyi şəxslərlə bağlı şirkətin bazasında olan məlumatları, yəni həmin şəxslərin pasportlarının surətini işə əlavə olunması üçün təqdim etmişdir. (Cild 01, iş vər. 143-146) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, 2011-ci ilin yay aylarında Elnur adlı tanışı ona İrandan Malayziyaya içərisində “enerji dərmanı”, vitamin olan çamadan aparmağı təklif etmiş, əvəzində 2500 ABŞ dolları verəcəyini bildirmişdir. Elnur həmin çamadanla tutulacağı halda qaçaqmalçılığa görə ona yalnız 1-2 il iş düşəcəyini, bu zaman istəsə, onu qurtaracaqlarını və ya ailəsinə 20 min dollar pul verəcəklərini demişdir. İmkanı yaxşı olmadığı üçün, ehtiyacı olduğu üçün Elnurun təklifi ilə razılaşmışdır. Elnur həmçinin bu işi görmək istəyən başqa bir adam da tapmasını və oradan özünə də “xeyir”, yəni pul götürməsini təklif etmiş, Elnurun bu təklifini qəbul etməyərək belə məsələdə ona başqa adamın pulunun lazım olmadığını bildirmişdir. Həmin ərəfədə tanışı Əfqanla məhəllədə təsadüfən görüşmüş və söhbət zamanı Elnurun ona Malayziyaya getmək təklif etdiyini bildirib bu barədə Əfqana məlumat vermişdir. Əfqan əvvəlcə sözlərinə inanmamış, ehtiyatlı olmasını, çamadanda narkotik maddə ola biləcəyini demişdir. Əfqana Elnurun qardaşının dostu olduğunu, Elnurun onu aldatmayacağını demiş, Elnurun çamadanda vitamin olacağını dediyini bildirmişdir. Əfqan onu Elnurla tanış etməsini xahiş etmiş, özünün də Elnurla bu barədə söhbət etmək istədiyini demişdir. Elnur həmin vaxt İranda olmuş, bir müddət sonra Elnur İrandan istifadə etdiyi 055 *** ** ** nömrəli mobil telefona zəng edərkən Əfqan barəsində məlumat vermiş, Elnur da tanış olmaq istədiyini bildirib Əfqanı görmək istədiyini demiş və bu işdə olan adamın boylu-buxunlu, yaraşıqlı, turistə oxşar adam olmalı olduğunu əlavə etmişdir. Belə ki, ona Malayziyaya getməyi təklif edəndə də Elnur cüssəli olduğunu, turistə oxşadığını, cılız adamın oraya buraxılmadığını, problem olduğunu demişdir. Bir müddət sonra Elnur İrandan qayıtmış və zəngləşdikdən sonra «Qurdlar vadisi» çay evində Elnur, o və Əfqan görüşmüşlər. Həmin vaxt Elnur Əfqanın nömrəsini götürmüş, əlaqə saxlayacağını və hazırda tələsdiyini deyərək çıxıb getmişdir. Daha sonra Elnur zəng edib İrana getmək üçün hazırlaşmasını, ertəsi gün səhər vaxtı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının qarşısına gəlməsini tapşırmışdır. Ertəsi gün deyilən yerə gəlmiş, evdən çıxanda ailə üzvlərinə iş üçün Qusara gedəcəyini demiş, İrana, oradan da Malayziyaya gedəcəyini bildirməmişdir. Elnurun dediyi yerdə gözləyərkən Əfqan və daha sonra adının Orxan olduğunu öyrəndiyi 20-22 yaşlarında, dolu bədən quruluşlu, hündürboylu bir oğlan oraya gəlmiş, yalnız o zaman Əfqanla Orxanın da onlarla birlikdə İrana gedəcəyini öyrənmişdir. Bir azdan Elnur və daha sonra adının Yeganə olduğunu öyrəndiyi qız da «Mercedes» markalı taksi ilə oraya gəlmiş, onlar da maşına əyləşdikdən sonra Biləsuvara yola düşmüşlər. Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən sərhədi birlikdə keçib İrana daxıl olmuş, əvvəlcə Ərdəbilə, oradan da Tehrana yola düşmüş, yol xərclərini Elnur ödəmişdir. Tehrana çatdıqları zaman Elnur bir nəfərlə telefonla danışmış və Tehran avtovağzalında bir nəfər qarşılarına çıxıb ağ rəngli, markasına və nömrəsinə fikir vermədiyi maşınla onları bir evə aparmışdır. İranda olduqları müddətdə həmin bir otaqlı evdə qalmış, Elnur onlara eşiyə çıxmağa, hətta pəncərədən baxmağa icazə verməmiş, yeməklərini isə balaca bir uşaq gətirib vermişdir. Tehrana çatdıqdan bir neçə gün sonra Elnur gəlib ertəsi gün onun Malayziyaya gedəcəyini, biletinin də hazır olduğunu demiş, hazırlaşmasıını tapşırmışdır. Elnur əvvəlcə Məşhədə, oradan Qətərə, Qətərdən isə Malayziyaya uçacağını ona demiş, lakin Elnurgil həyəcanlandığını, qorxduğunu gördükdə onu Malayziyaya göndərməmişlər. Daha sonra Əfqan Malayziyaya getmiş və bir neçə gündən sonra geri qayıtmışdır. Əfqan Malayziyaya gedərkən rəngini xatırlamadığı, təkərli bir çamadana paltarlarını doldurmuş, evdə olan köhnə palpaltarları da çamadana yığmış və çıxıb getmişdir. Geri qayıtdıqdan sonra Əfqan çamadanda Elnurgilin dediyi kimi yalnız “enerji dərmanı” olduğunu və həqiqətən tutulmadığını demiş, Malayziyaya apardığı çamadanı geri qaytarmayıb əvəzində idman çantası gətirmişdir. Malayziyadan gətirdiyi çantanı Əfqan daha sonra özü ilə Azərbaycana gətirmişdir. Əfqandan sonra Yeganə ilə Orxan da eyni yolla Malayziyaya uçmuş, lakin Orxangilin apardıqları çamadanları o görməmişdir. Elə həmin günün axşamı taksi ilə Tehran avtovağzalına getmiş, avtobusa bilet alıb Astaradan keçməklə Azərbaycana qayıtmışdır. İrandan qayıtdıqdan bir müddət sonra Elnur ona zəng etmiş və «Arzu» şadlıq sarayının yaxınlığında görüşmüşlər. Görüşdükləri zaman Elnurdan nə üçün onu Malayziyaya göndərmədiklərini soruşmuş, pula ehtiyacı olduğu üçün bu işi tutduğunu demiş və narazılığını bildirmişdir. Elnur onluq bir iş olmadığını, dostunun onun getməsinin istəmədiyini və onun getməsinə dostunun icazə vermədiyini demişdir. Bundan sonra Elnurdan ayrılmış, 10-15 gün sonra Elnur zəng edib Malayziyaya getməyi ona təklif etmiş, adam olmadığını, ehtiyacları olduğunu demişdir. O isə incidiyi və qorxduğu üçün Elnurun təklifi ilə razılaşmamış və bir daha Elnurla əlaqə saxlamamışdır. Şahid8 daha sonra X33 psixotrop maddə apararkən Bakı X26 saxlanılması barədə heç bir məlumatı olmadığını, Əfqanın tutulması barədə Elnurun ona heç nə demədiyini ifadəsinə əlavə etmişdir. (cild 01, iş vər. 262-263) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsindən görünür ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayır. Yeganə Cabbarzadəni 2003-cü ildən Zabrat qəsəbəsində yerləşən «Texas» kafesində xörəkpaylayan işlədiyi vaxtdan tanımış, Yeganə işə gələndə, işdən evə qayıdanda taksi kimi onun maşınından istifadə etmişdir. 2011-ci ilin yayında Şahid4 vasitəsilə tanış olduğu Şahid10 ona Elnur adlı tanışı olduğunu, Elnurun İranda yaşadığını, Malayziyadan telefon gətirdiyini demiş, Elnurun Azərbaycandan İrana, İrandan da Malayziyaya gedib oradan İrana elektronik əşyalar gətirməyi təklif etdiyini, bunun üçün 1000 dollar pul verdiyini, yol ilə əlaqədar çəkilən bütün xərcləri də ödədiyini bildirmişdir. Ceyhun Malayziyadan bir nəfərin özü ilə ancaq 2-3 telefon gətirə biləcəyini, qızla oğlan olduqda isə diqqəti çox cəlb etmədiyi və yüklərində çoxlu telefon olmasına heç kim fikir vermədiyi üçün guya turist kimi Malayziyaya getmək üçün qızla oğlan lazım olduğunu deyərək qız və oğlan tapmasını xahiş etmiş, o da razılıq vermişdir. Əvvəlcə yaşadığı ərazidə tanışı olan bir neçə oğlana Malayziyaya getməyi təklif etmiş, heç kim getmək istəməmişdir. Bundan sonra Yeganəyə bu barədə bildirmiş, pasportu olmadığı üçün özünün gedə bilməyəcəyini demiş, Yeganə fikirləşib cavab verəcəyini bildirmişdir. Ertəsi gün Yeganəni də götürüb Bakıxanov qəsəbəsinə, Ceyhunun yanına gəlmiş, Ceyhunla Yeganə söhbət etmiş, o isə söhbətə qarışmamışdır. Yeganə Ceyhunla söhbəti bitirdikdən sonra Yeganəni götürüb Zabrata qayıtmış, Ceyhun isə çıxıb getmişdir. Ceyhunun yanından qayıtdıqdan sonra Yeganə anasının bu işə icazə vermədiyini, odur ki, getməyəcəyini ona demişdir. Ertəsi gün işdə olarkən Ceyhun onun yanında Elnura zəng etmiş və o özü Elnurla danışmışdır. Telefonda danışarkən Elnur hər şeyin onluq olduğunu, qorxulu heç nə olmadığını, bir çamadan telefonu heç kimin aşkar edə bilməyəcəyini demiş, Yeganəni onunla görüşdürməsini xahiş etmiş, iş alındığı halda ona da 500 dollar pul verəcəyini bildirmişdir. Əvvəlcə telefonların yükə vurulduğunu fikirləşsə də, Elnurla söhbət zamanı çamadanların əldə gətirildiyini öyrənmişdir. Bu söhbətdən bir neçə gün sonra Elnur tanımadığı bir nəfər oğlanla, oğlanın idarə etdiyi «Mercedes» markalı maşınla Zabrata gəlmiş, o da Yeganəni Elnurgilin olduğu çayxanaya aparmışdır. X34 söhbət etmiş, söhbətə qarışmasa da, Elnurun Yeganəyə 1500 dollar pul verəcəyini, telefon və paltar alacağını, bu işdə qorxulu heç nə olmadığını, lazım olarsa, şəxsiyyət vəsiqəsinin surətini də çıxarıb təqdim edə biləcəyini dediyini eşitmiş, Yeganə də bundan sonra Elnurun təklifi ilə razılaşmışdır. Elnurun təklifi ilə pasportunu götürməsi üçün birlikdə Yeganənin Zabrat qəsəbəsində yerləşən evinə getmiş, Yeganə pasportunu evdən götürüb viza açılması və bilet alınması üçün Elnura vermişdir. Elnur istifadə etməsi üçün Yeganəyə mobil telefon vermiş və nömrəsini götürüb əlaqə saxlayacağını demişdir. Daha sonra Elnurgil onları Yeganənin işlədiyi «Panaroma» kafenin qarşısında düşürüb getmiş, o da Yeganədən ayrıldıqdan sonra evə getmişdir. Yeganənin daha sonra Malayziyaya gedib-getməməsindən xəbəri olmamışdır. Bir müddət sonra Ceyhuna zəng edib Yeganənin gedibgetmədiyini soruşmuş və Elnurun söz verdiyi pulu istəmişdir. X13 getdiyini demiş və Elnura onunla əlaqə saxlamasını deyəcəyini bildirmişdir. Daha sonra Elnur ona zəng etmiş, Yeganənin Malayziyaya getdiyini, lakin hələ qayıtmadığını, ona vəd etdiyi pulu isə göndərəcəyini demişdir. Bir neçə dəfə Elnurun İran nömrəsinə zəng edib 500 dollarını istəmiş, Elnur da bir müddət sonra Bayram vasitəsilə həmin pulu ona göndərmişdir. 2011-ci ilin dekabr ayında Elnur ona əvvəlcə SMS göndərmiş, daha sonra isə zəng edib Malayziyaya getmək üçün oğlan və ya qız tapmasını xahiş etmiş, əvvəlki kimi 500 dollar verəcəyini bildirmişdir. O da Elçin adlı bir oğlan tapmış, bu barədə Elçinə təklif etmiş, Elçin əvvəl razılıq versə də, daha sonra gəlib bu işin Malayziyadan telefon gətirmək işi olmadığını öyrəndiyini, Yeganənin də bununla bağlı problemi yarandığını deyərək getməkdən imtina etmişdir. Elnura zəng edib eşitdiklərini çatdırmış, Elnur yalnız o zaman etiraf edərək qorxulu bir şey olmadığını, bunun adı bəlli olmayan dərman olduğunu, dərmanın tutula, aşkar oluna bilməyəcəyini demişdir. Elnur ondan bu məqsədlə adam göndərməsini tələb etmiş, yerinə yetirmədikdə isə hədə-qorxu gəlib adam tutacağını və onu öldürtdürəcəyini demişdir. Bu söhbətdən bir müddət sonra Yeganə ona zəng etmiş və görüşdükləri zaman başına gələnlər barəsində bildirmiş, o da Yeganəyə bu barədə yenicə öyrəndiyini, əvvəlcədən isə xəbəri olmadığını demişdir. (Cild 01, iş vər. 274-275) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsindən görünür ki, alçıpan ustası işləyir, 2011-ci ilin sentyabr ayında Buzovna qəsəbəsində ev təmiri ilə məşğul olduğu zaman Mikayıl adlı bir usta ilə tanış olmuşdur. Bir gün Mikayıl gəlib ona Malayziyaya gedib oradan İrana «İphone» telefonları gətirməyi təklif etmiş, yol xərclərinin ödəniləcəyini, 1000 dollar da pul veriləcəyini bildirmiş, bu işi Elnur adlı dostunun təşkil etdiyini demişdir. Razılıq vermiş, ertəsi gün metronun Qara Qarayev stansiyasının yaxınlığındakı poçtun qarşısında o, Mikayıl və Rafiq Elnurla görüşmüş, Elnur növbəti gün İrana yola düşmələrini təklif etmişdir. 2011-ci ilin oktyabr ayının əvvəllərində səhər vaxtı Elnur idarə etdiyi «VAZ 2107» markalı maşınla gəlib qaldığı evin yaxınlığındakı parkdan onu götürmüş, maşına əyləşdikdə Rafiqin də maşında olduğunu görmüşdür. Evdən çıxarkən anasıgilə Məşhədə ziyarətə gedəcəyini demiş, atasına isə İrana gedib oradan Azərbaycana mobil telefon gətirəcəyini bildirmişdir. Elnur onları tanımadığı bir yerə gətirmiş və maşını orada qoyduqda sonra onun tanımadığı bir nəfərin idarə etdiyi «Mercedes» markalı maşınla Biləsuvara getmişlər. Həmin vaxt ondan və Elnurdan başqa Rafiq və Mübariz də İrana getmişdir. Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsində sərhədi keçib İrana daxil olmuş, taksi ilə Ərdəbilə, oradan da avtobusla Tehran şəhərinə getmişlər. Tehran avtovağzalından taksi ilə Elnur dostu, Dadaş kimi çağırdıqları iranlının evinə getmiş, onlar evin ən üst mərtəbəsindəki otağa qaldırılmış, İranda olduqları müddətdə həmin otaqda qalmışlar. Səhər yuxudan qalxdıqdan sonra Elnur pasportlarını götürüb çıxıb getmişdir. Tehranda olduqları bir gün Elnur onları bazara aparıb pal-paltar almış, pulunu da özü ödəmişdir. Bir neçə gün sonra Elnurgil əvvəlcə Mübarizi Malayziyaya yola salmış, yola düşməzdən əvvəl Elnur təzə vəziyyətdə olan, təkərli boş bir çamadan gətirib Mübarizə vermiş, paltarlarını çamadanın içərisinə yığmasını tapşırmışdır. Mübariz paltarlarını çamadana yığmış, daha sonra Elnurgil Mübarizi aparıb yola salmışlar. Ertəsi gün Elnur iki ədəd, təkərli çamadan gətirmiş və paltarlarını çamadanlara yığmalarını tapşırmışdır. Çamadanı götürmək istəməmiş, paltarlarının az olduğunu bildirmiş, Elnur isə Məşhəddən evə hədiyyələr alacağını, şəkil çəkdirəcəyini, buna görə də çamadanın lazım olacağını demişdir. Razılaşıb çamadanı götürmüş, Rafiq də, o da paltarlarını çamadana yığıb hazırlaşmışlar. Axşam tərəfi Elnur biletlərini və hərəsinə İran pulu ilə 550-600 dollar pul vermiş, ertəsi gün isə onları taksi ilə Tehran hava limanına aparmışdır. Elnur marşrutu onlara izah etmiş, Tehrandan Məşhədə gedəcəklərini, orada 7-8 saat vaxtları olacağını, ziyarətə gedə biləcəklərini, ziyarətdən sonra Məşhədin xarici aeroportuna gedib Dohaya, 2-3 saatdan sonra isə Kuala-Lumpura uçacaqlarını demiş, Məşhəddə əlaqə saxlamaları üçün İran nömrə kartı vermiş, Malayziyada təyyarədən endikdən sonra hava limanında Malayziya nömrəsi alıb əlaqə saxlamalarını onlara tapşırmışdır. Hava limanında yoxlamadan keçib təyyarəyə əyləşmiş və Məşhədə uçmuşlar. Məşhəddə təyyarədən enmiş, çamadanlarını götürüb şəhərə getmiş, çamadanlar türbəyə buraxılmadığı üçün türbənin yaxınlığındakı saxlama kamerasına təhvil vermiş, İmam Rzanın türbəsini ziyarət etdikdən sonra Elnurun tapşırdığı kimi dincəlmək üçün otaq kirayə götürmüşlər. Bir neçə saat dincəldikdən sonra çamadanları da götürüb taksi ilə Məşhədin xarici hava limanına getmiş, hava limanında özləri və çamadanları yoxlandıqda hər hansı problem olmamışdır. Yoxlanışdan sonra növbəyə dayanmış, pasportlarını və biletlərini təqdim edib qeydiyyatdan keçmiş və təyyarəyə əyləşib Dohaya, oradan da Kuala-Lumpura uçmuşlar. Təyyarədən endikdən sonra hava limanında Malayziyaya nömrəsı alıb telefona salmış və Elnura zəng edib çatdıqlarını bildirmişdir. Elnurun tapşırdığı kimi taksiyə əyləşib X65 prospektinə getmiş və Mübarizin köməyi ilə «X64» otelində hərəsinə bir otaq götürmüş, ertəsi gün Mübariz də onların qaldığı otelə köçmüşdür. Otelə yerləşdikdən sonra Elnura zəng etmiş, Elnur bir nəfərin zəng edəcəyini demiş, hansı oteldə qaldıqlarını zəng edən şəxsə bildirib həmin adamla görüşmələrini, paltarlarını boşaldıb İrandan apardıqları çamadanları həmin şəxsə vermələrini tapşırmışdır. Bir neçə saatdan sonra bir nəfər ona zəng etmiş, otelin qarşısında həmin şəxslə görüşmüş və çamadanları həmin şəxsə vermişlər. Pulları qurtardığı üçün Elnura zəng edib hərəsinə 1000 dollar pul lazım olduğunu bildirmiş, ertəsi gün bir nəfər gətirib otelin qarşısında ona Malayziya pulu ilə 3000 dollar vermiş, o isə həmin pulu Rafiqin, özünün və Mübarizin arasında bölmüşdür. Biletlərinin vaxtı tamam olduqda getdikləri marşrutla, Kuala- Lumpur-Doha-Məşhəd-Tehran aviareysi ilə Tehrana qayıtmış, Tehran hava limanında Elnur onları qarşılamış və taksi ilə Dadaşın evinə getmişlər. Evdə olarkən Elnurla çamadan barəsində, Malayziyada olanlar barəsində mübahisə etmiş, bu işin nə iş olduğunu soruşmuş, telefon işi olmadığını demişlər. Elnur isə çamadanda başqa şey olduğunu desə də, konkret nə olduğunu bildirməmişdir. Elnurdan niyə bu barədə demədiklərini soruşmuş, Elnur boş telefona bu qədər pul verilə bilməyəcəyini, gec olduğunu, artıq gedib gəldiklərini demişdir. Telefonla danışdıqda Mikayıl özünün bu işdən xəbəri olmadığını bildirmiş, Elnur isə Mikayılın bu barədə əvvəlcədən bildiyini demişdir. Evdə olarkən Elnur Malayziyaya gedib gəlməyə görə söz verdiyi pulu əsas hissəsini ödəmiş, daha sonra isə onları Tehran avtovağzalına gətirib Tehran-Astara avtobusu ilə Azərbaycana yola salmışdır. Ertəsi gün səhər vaxtı Astaradan sərhədi keçib taksi ilə Bakıya gəlmişdir. Bakıya qayıtdan bir müddət sonra Elnur zəng edib bir telefon nömrəsi vermiş, həmin nömrəyə zəng edib Razin qəsəbəsindəki 13-cü polis bölməsinin qarşısında tanımadığı bir qızdan 200 və ya 300 dollar pul götürmüş və Rafiqlə aralarında bölmüşdür. İrandan qayıtdıqdan sonra Nemət adlı bir tanışı ondan Malayziyaya getmək barəsində soruşmuş, özünün də getmək istədiyini bildirmişdir. Nemətə getməyi məsləhət görməmiş, nə iş olduğunu bilməsə də «pox» iş olduğunu demiş, Nemət isə Elnurun nömrəsini verməsini xahiş edib Elnurla danışacağını bildirmişdir. Nemət Elnurla telefonla danışmış və 2-3 gün sonra onu Biləsuvardan yola salmasını xahiş etmişdir. Nemət və başqa iki nəfərlə birlikdə Biləsuvara getmiş, sərhədi birlikdə keçdikdən sonra Nemətgili taksi ilə yola salıb özü geri qayıtmışdır. Bir neçə gündən sonra Nemət zəng edib bu işin dopinq, «enerji dərmanı» işi olduğunu bildirmiş, Nemətə geri qayıtmağı təklif etsə də, Nemət bu işin onluq olduğunu, nə edəcəyini bildiyini demişdir. Bir müddət sonra Nemətlə görüşmüş, Nemət özünün Türkiyədən Malayziyaya getdiyini, pasportunda problem olduğu üçün bir gün hava limanında saxlanıldığını və geri qaytarıldığını bildirmişdir. M.Vəliyev daha sonra İrandan qayıtdıqdan bir müddət sonra Elnurun ona zəng edib Yeganəni Biləsuvara gətirib İrana yola salmasını xahiş etdiyini, hələ İranda olarkən Dadaşın evində Yeganəni gördüyü üçün tanıdığını, Əfqanın tutulmağında Elnurgil Yeganədən şübhələndiklərinin və İrana başına oyun açmaq üçün aparmaq istədiklərini eşitdiyi üçün bu xahişi yerinə yetirmədiyini ifadəsinə əlavə etmişdir. (Cild 02, iş vər. 199-201) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, rəsmi olaraq bir yerdə işləmir, ailəsini dolandırmaq üçün alçipan ustası işləyir. Təqsirləndirilən şəxs 20 il olar ki, tanıyır. Elnur aradabir nənəsinin yaşadığı Culfanın Yaycı kəndinə gəlib getmiş, buna görə də uşaqlıqdan Elnurla münasibətləri yaranmış, lakin son 10 ildə Elnurla heç bir əlaqəsi olmamış, harada olduğunu, nə işlə məşğul olduğunu bilməmişdir. 2011-ci ilin sentyabrında istifadə etdiyi 055 *** ** ** nömrəli telefona gizli nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü təqdim edərək Elnur olduğunu, İranda olduğunu bildirmiş və telefonuna zəng çatmadığını deyib Şahid10 onun yanında olubolmadığını soruşmuşdur. Ceyhunun onun yanında olmadığını Elnura demiş, Elnur sağollaşıb telefonu söndürmüşdür. Daha sonra Bakıda olarkən Elnurdan onun nömrəsini necə əldə etdiyini soruşmuş, Elnur da Ceyhunun ona həmin nömrə ilə zəng etdiyini demişdir. 5-6 gün sonra Elnur yenə zəng edərək Bakıda olduğunu bildirmiş və görüşməyi təklif etmişdir. Metronun «Qara Qarayev» stansiyasının yaxınlığındakı çayxanada Elnurla görüşmüş, görüşdükləri zaman Elnur İranda yaşadığını, telefon alveri ilə məşğul olduğunu, İrana Malayziyadan telefon aksessuarları gətirdiklərini, bir çamadan telefona görə 1500-2000 dollar pul verildiyini, bütün xərclərin də ödənildiyini demişdir. Elnur özünün də, hətta Ceyhunun da bu işlə əlaqədar Malayziyaya gedib gəldiyini bildirmiş, birlikdə getməyi təklif etmiş, o da razılıq vermişdir. Bununla bağlı Ceyhuna zəng etmiş, Ceyhun həqiqətən Malayziyaya gedib gəldiyini, telefon apardığını və ya gətirdiyini, heç bir problem olmadığını bildirmişdir. Həmin ərəfədə birlikdə evi təmiri ilə məşğul olduğu Mürsəl və Rafiq adlı ustalara da Elnurun təklifi barədə məlumat vermiş, həmin şəxslər də getmək istədiklərini demişlər. İşlərinin çox olması ilə əlaqədar onun Malayziyaya getməsi alınmamış, Mürsəllə Rafiq isə 2 gün sonra Elnurla çıxıb getmişlər. Bir neçə gün sonra, İranda olan Rafiq ona zəng edib Malayziyaya aparmaları üçün Elnurun onlara çamadan verdiyini, bu işin çamadan işi yox, başqa iş, “diyod işi” olduğunu demiş, o da Rafiqgilə geri qayıtmalarını məsləhət bilmişdir. 9- 10 gün sonra Mürsəllə Rafiq Azərbaycana qayıtmış, həmin vaxtdan sonra onlarla heç bir əlaqəsi olmamışdır. M.Zülfüqarov ifadəsinə onu da əlavə etmişdir ki, 2011-ci ilin oktyabrında Elnurun İrandan ona zəng edib Özbəkistandan gələn bir qadını qarşılamasını, 2-3 günlük qalması üçün yer tapmasını və qadına 1500 dollar pul verməsini xahiş etmiş, tezliklə həmin pulu ona qaytaracağını demişdir. Hava limanına gedib Gülnarə adlı həmin qadını qarşılamış və metronun «Qara Qarayev» stansiyasının yaxınlığında kirayə qalan Babış adlı tanışının evində yerləşdirmişdir. Gülnarəyə 1380 dollar pul vermiş, lakin Elnur pulu qaytarmadığı üçün Gülnarəyə viza açdırmamışdır. Həmin vaxtdan sonra Gülnarəni görməmiş, dəfələrlə istəsə də Elnur pulunu göndərməmişdir. Buna görə də Elnurla arasında narazılıq yaranmış və hazırda da Elnurla heç bir əlaqəsi yoxdur. (Cild 03, iş vər. 71-72) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Gömrük baxışı və şəxsi yoxlama aparılması haqqında” xx xxxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Əfqan Bağırova məxsus, üzərində «Summit» yazılmış qara rəngli çamadanın zəncirbəndi açılıb içərisindəki şəxsi geyim əşyaları boşaldılmış, boş çamadanın astarı sökülmüş və çamadanın yan divarlarına şuruplarla bərkidilmiş, boz polietilenlə üzlənmiş ağ rəngli plastikdən hazırlanmış lambirəoxşar material vintaçanla çamadandan açıldıqda materialın daxilindəki kanallara doldurularaq gömrük nəzarətindən gizlədilmiş ağ rəngli kristal və tozşəkilli, kəskin iyə malik, metamfetamin psixotrop maddəsinə oxşar maddə olduğu aşkar edilmiş, tərəzidə çəkildikdə həmin maddənin qablaşdırma ilə birlikdə çəkisinin 2319 qram olduğu müəyyən olunmuşdur. (cild 01, iş vər. 69) “Şeylərin və sənədlərin götürülməsi haqqında” xx xxxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük X27 məxsus, üzərində «Summit» yazılmış qara rəngli çamadanın zəncirbəndi açılıb içərisindəki şəxsi geyim əşyaları boşaldılmış, boş çamadanın astarı sökülmüş və çamadanın yan divarlarına şürüplarla bərkidilmiş, boz polietilenlə üzlənmiş ağ rəngli plastikdən hazırlanmış lambirəoxşar material vintaçanla çamadandan açıldıqda materialın daxilindəki kanallara doldurularaq gömrük nəzarətindən gizlədilmiş ağ rəngli kristal və tozşəkilli, kəskin iyə malik, metamfetamin psixotrop maddəsinə oxşar maddə olduğu aşkar edilmiş, tərəzidə çəkildikdə həmin maddənin qablaşdırma ilə birlikdə çəkisinin 2319 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş metamfetamin psixotrop maddəsinə oxşar maddə, üzərində «Summit» yazısı olan çamadan, Əfqan Bağırovun pasportu və Əfqan Bağırova məxsus 400 dollar pul götürülmüşdür. (Cild 01, iş vər. 70) İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-1121/11 saylı, xx.xx.2011-ci il tarixli “Telefon məlumatlarının götürülməsi haqqında” qərarından görünür ki, vəsatət təmin edilməklə xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxxx 2011-ci il tarixədək ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefondan ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısı, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnləri, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatların “xxxxxxxxxxxxxxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 107-108) İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-1179/11 saylı, xx.xx.2011-ci il tarixli “Telefon danışıqlarına dair məlumatların götürülməsi haqqında” qərarından görünür ki, vəsatət təmin edilməklə 2011-ci ilin avqust-oktyabr ayları ərzində İran İslam Respublikasına məxsus +98 935 *** ** ** nömrəli və Tailand Krallığına məxsus 00 668 4 *** ** ** nömrəli telefonlardan mobil və şəhər telefon nömrələrinə daxil və xaric olan zənglərin siyahısı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texbologiyaları Nazirliyinin X8 götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 109-110) 112970161 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2011-ci il tarixli, 17697 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sarı rəngli bir ədəd polietilen torbada xalis çəkisi 2295,0 qram olan ağ rəngli, krsital və tozşəkilli qarışıq maddə kütləsinin kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi olduğu, ilkin tədqiqat zamanı metamfetamin psixotrop maddəsinin xalis çəkisinin 2295,7 qram təşkil etdiyi, metamfetamin adlı preparatın «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil olduğu göstərilmişdir. (Cild 01, iş vər. 91, 113-114) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2011-ci il tarixli, xx/xx-7040 №-li məktuba əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, X36 xx xxxxxxxx 2011-ci il saat 11.14-də Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş və xx xxxxxxxx 2011-ci il saat 12.21-də Astara Gömrük İdarəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. (Cild 01, iş vər. 103-104) İşdə olan “Şəxsin tanınması haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Əfqan Bağırov tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs fotoşəkildən tanımış və 2011-ci ilin sentyabr ayında tanış olduğu, onu Tailand Krallığına göndərən, barəsində ifadə verdiyi “Elnur” adlı şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. (Cild 01, iş vər. 126-130) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2011-ci il tarixli, xx/xx-8204 №-li məktuba əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, Şahid4 xx xxxxxx 2011-ci il saat 13.07-də Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş, xx xxxxxxxx 2011-ci il saat 10.31-də Astara Gömrük İdarəsindən keçərək Azərbaycan Respublikasına qayıtmış və xx xxxxxxx 2011-ci il saat 12.26-da Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş, xx xxxxxx 2011-ci il saat 13.59-da Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. (Cild 01, iş vər. 148-183) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən götürülmüş sərhədkeçmə hesabatından müəyyən olunur ki, X9 xx xxxxxxxx 2011-ci il saat 11.14-də Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş və xx xxxxxxx 2011-ci il saat 10.10-da Astara Gömrük İdarəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. (Cild 01 iş vər. 199- 210) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, X4 məxsus P4569564 №-li pasporta keçirilmiş baxış zamanı onun xx xxxxxxxx 2011-ci ildə Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və xx xxxxxxx 2011-ci ildə Astara sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxxxx 2011-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, İran təqvimi ilə xx.xx.1390-cı il tarixdə Məşhəd hava limanından İran İslam Respublikasını tərk etdiyi və İran təqvimi ilə xx.xx.1390-cı ildə Məşhəd hava limanından İran İslam Respublikasına daxil olduğu müəyyən edilmişdir. (Cild 01, iş vər. 216-221) İşdə olan “Şəxsin tanınması haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Yeganə Cabbarzadə tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs fotoşəkildən tanımış və 2011-ci ilin sentyabr ayında tanış olduğu, birlikdə İran İslam Respublikasına gedib bir müddət Tehran şəhərində qaldığı, daha sonra onu X19 göndərmiş, geri qayıtdıqdan sonra isə Əfqan Bağırova çatdırması üçün çamadan verib İrandan Azərbaycana yola salmış «Elnur» adlı şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. (Cild 01, iş vər. 222-226) İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Yeganə Cabbarzadə tanınmaya təqdim etmə zamanı xx xxxxxxx 2011-ci ildə Heydər Əliyev X26 gömrük əməkdaşları tərəfindən içərisində külli miqdarda metafetamin psixotrop maddəsi aşkar edilərək götürülmüş çamadanı tanımış və Təqsirləndirilən şəxs Bakıya gətirməsi üçün Tehranda ona verdiyi, özünün isə Bakıya gətirib Şahid4 çatdırdığı çamadanın qara rəngli, təkərli və dəstəkli çamadan olduğunu, astarının isə qızılı rəngli olduğunu deyərək İrandan Azərbaycana gətirdiyi çamadanın məhz həmin çamadan olduğunu qeyd etmişdir. (Cild 01, iş vər. 227-230) İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Şahid4 tanınmaya təqdim etmə zamanı xx xxxxxxx 2011-ci ildə Heydər Əliyev X26 gömrük əməkdaşları tərəfindən içərisində külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüş çamadanı tanımış və Təqsirləndirilən şəxs İrandan göndərdiyi, X14 Azərbaycana gətirib Əfqan Bağırova çatdırması üçün ona verdiyi, özünün isə Əfqan Bağırova çatdırdığı çamadanın məhz həmin çamadan olduğunu qeyd etmişdir. (Cild 01, iş vər. 231-234) İşdə olan X23 məxsus P4470123 №-li pasporta keçirilmiş baxış zamanı onun xx xxxxxxxx 2011-ci ildə Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və xx xxxxxxxx 2011-ci ildə Astara sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxxxx 2011-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, İran təqvimi ilə xx.xx.1390-cı il tarixdə Məşhəd hava limanından İran İslam Respublikasını tərk etdiyi və İran təqvimi ilə xx.xx.1390-cı ildə Məşhəd hava limanından İran İslam Respublikasına daxil olduğu, həmçinin X15 Kosulluğundan 11-4142 №-li turist vizası aldığı müəyyən edilmişdir. (cild 01, iş vər. 251-257) İşdə olan “Şəxsin tanınması haqqında” xx xxxxxx 2011-ci il tarixli protokoldan görünür ki, Şahid8 tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs fotoşəkildən tanımış və İrandan Malayziyaya içərisində enerji dərmanı olan çamadan aparmağı ona təklif etmiş, 2011-ci ilin sentyabr ayında İran İslam Respublikasına gedib bir müddət Tehran şəhərində birlikdə qaldığı “Elnur” adlı şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. (Cild 01, iş vər. 264-268) Telefonla aparılan danışıqlara dair «xxxxxxxxxxxxxxxx» MMC-dən məhkəmə qərarı əsasında götürülmüş məlumatlardan görünür ki, X20 istifadəsində olmuş 051 *** ** ** nömrəsinin Təqsirləndirilən şəxs adına olduğu, 2011-ci ilin oktyabr ayının 1-dən 6-dək olan müddət ərzində 051 *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan digər 051 *** ** ** nömrəsi arasında, oktyabr ayının 6-dan 12-dək olan müddət ərzində isə 051 *** ** ** nömrəsi ilə Şahid4 adına olan 051 *** ** ** nömrəsi arasında sutkanın müxtəlif vaxtlarında və müxtəlif yerlərdə mütəmadi olaraq qarşılıqlı əlaqə saxlanıldığı, X1 istifadəsində olmuş 051 *** ** ** nömrəsinin Təqsirləndirilən şəxs adına olduğu, həmin nömrənin xx xxxxxxx 2011-ci il saat 08.52-dən 10.01-dək Astara rayonu ərazisində aktiv olduğu, həmin müddət ərzində Lənkəran və Astara rayonları ərazisində olmuş Şahid4 istifadə etdiyi 051 *** ** ** nömrəsindən 4 dəfə - saat 08.52-də 102 saniyə, saat 09.33-də 18 saniyə, saat 09.54-də 17 saniyə və saat 10.01-də 19 saniyə zəng edilib danışıq aparıldığı, Şahid4 istifadəsində olmuş 051 *** ** ** nömrəsinin Şahid4 adına olduğu, 051 *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan və Əfqan Bağırovun istifadə etdiyi 051 *** ** ** nömrəsi arasında 2011-ci ilin oktyabr ayının 4-dən oktyabr ayının 11-dək olan bir həftə ərzində ümumilikdə 35 dəfə, o cümlədən 07-xx xxxxxxx 2011-ci il tarixlərində 16 dəfə qarşılıqlı əlaqə saxlanıldığı, Təqsirləndirilən şəxs adına olan və xx xxxxxxx 2011-ci il saat 08.52-dən 10.01-dək Astara rayonu ərazisində İran İslam Respublikasından gələn X1 istifadə etdiyi 051 *** ** ** nömrəsinə həmin müddət ərzində 4 dəfə - saat 08.52-də 102 saniyə, saat 09.33-də 18 saniyə, saat 09.54-də 17 saniyə və saat 10.01-də 19 saniyə zəng edilib danışıqlar aparıldığı, Təqsirləndirilən şəxs adına olan və istifadə etdiyi 051 *** ** ** nömrəsi ilə 2011-ci ilin sentyabr ayının 30-dan oktyabr ayının 5dək olan müddət ərzində sutkanın müxtəlif vaxtlarında və müxtəlif yerlərdə dəfələrlə qarşılıqlı əlaqə saxlanıldığı müəyyən edilmişdir. (cild 02, iş vər. 01-04) “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx xxxxxx 2012-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsidə axtarış elan olunmuşdur. (cild 02, iş vər. 78-79) Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarından görünür ki, vəsatət qismən təmin edilməklə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu andan hesablanması qərara alınmışdır. (cild 02, iş vər. 94-95) xx xxxxx 2012-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, X28 Orxan Oqtay oğlu ilə üzləşdirilərkən ifadələrini təsdiq etməklə yanaşı göstərmişdir ki, 2011-ci ilin oktyabrında Malayziyadan qayıtdıqdan sonra Elnur Bayrama çatdırması üçün içərisində «enerji dərmanı» olduğunu dediyi qəhvəyi rəngli bir çantanı Orxana verib Azərbaycana yola salmış, Orxanı yola saldıqdan sonra Elnur Bayramla telefonla danışmış və Orxanla qəhvəyi rəngli çanta göndərdiyini deyərək həmin çantanı götürüb özündə saxlamasını, zəng etdiyi zaman çantanı deyəcəyi adama verməsini Bayrama tapşırmış, Bayram həmin çantanın Əfqana çatası çanta olduğunu soruşduqda isə Elnur o çantanın başqa çanta olduğunu demişdir. Orxan Musayev isə Yeganə Cabbarzadənin göstərdiklərini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, həqiqətən Malayziyadan İrana qayıtdıqdan sonra Azərbaycana gəlməyə hazırlaşdığı vaxt Elnur bir ədəd qəhvəyi rəngli əl çantası gətirib onun paltarlarının arasında yerləşdirmiş və həmin çantanı Bayrama çatdırmağı tapşırmışdır. Çantada nə olduğunu soruşduqda Elnur Malayziyaya apardıqları “enerji dərmanı”ndan olduğunu bildirmiş, Malayziyaya necə gedib gəlmişlərsə, eləcə də Bakıya gedib çatacağımı, həmin dərmanı aparatın müəyyən edə bilmədiyini demişdir. Daha sonra Elnur onu Tehran avtovağzalına gətirib Tehran-Astara avtobusu ilə Azərbaycana yola salmış, Malayziyaya gedib-gəlmək üçün söz verdiyi 2000 dolları isə verməmiş, Bakıda ona çatdıracağını bildirmişdir. Bakıya yola salarkən Elnur Bayramın istifadə etdiyi 051 *** ** ** nömrəsini ona vermiş və pulu Bayramın ona çatdıracağını demişdir. Bakıya çatdığı günün ertəsi Elnurun verdiyi nömrəyə zəng edib Bayramla danışmış və Razin qəsəbəsində Bayramla görüşüb Elnurun verdiyi çantanı Bayrama vermiş, Bayram isə Elnurun söz verdiyi 2000 dollar pulu ona vermişdir. (Cild 02, iş vər. 177-181) İşdə olan “Şəxsin tanınması haqqında” xx xxxxx 2012-ci il tarixli protokoldan görünür ki, Şahid13 tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs fotoşəkildən tanımış və 2011-ci ilin oktyabr ayında birlikdə İran İslam Respublikasına gedib bir müddət Tehran şəhərində qaldığı, daha sonra onu iki dəfə İrandan Malayziyaya göndərmiş, barəsində ifadə verdiyi “Elnur” adlı şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. (Cild 02, iş vər. 194-198) “Şəxsin tanınması haqqında” xx xxxxx 2012-ci ilin tarixli protokoldan görünür ki, X21 tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs fotoşəkildən tanımış və 2011-ci ilin oktyabr ayında birlikdə İran İslam Respublikasına gedib bir müddət Tehran şəhərində qaldığı, daha sonra onu Malayziyaya göndərmiş, barəsində ifadə verdiyi «Elnur» adlı şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. (Cild 02, iş vər. 202-206) xx xxxxx 2012-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Yeganə Cabbarzadə təqsirləndirilən şəxs Şahid4 ilə üzləşdirilərkən əvvəlki ifadələrini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, 2011-ci ilin oktyabrında İrandan gəldiyi zaman Şahid4 onu Astarada qarşılayıb maşınında Bakı şəhərinə gətirmiş, Bakıya çatarkən əvvəlcə maşını «Keşlə» bazarının yanına sürmüş, maşından düşüb bazara tərəf getmiş, 15-20 dəqiqə sonra geri qayıdıb əlində gətirdiyi pulu saymış və maşının bardaçokuna atmışdır. Bayramın gətirdiyi pul 4500 və ya 4600 dollar məbləğində olmuş, pulun 2000 və ya 2500 dolları Malayziyaya gedib gəldiyinə görə Orxana çatası olmuş, yerdə qalanı isə Əfqan Bağırovun yol xərci və bilet pulu olmuşdur. Bundan sonra Bayram onu «Neftçilər» metrosu tərəfə gətirmiş və orada bilet satılan bir yerə girib Əfqanın pasportunu və biletini götürmüşdür. Şahid4 isə Yeganə Cabbarzadənin göstərdiklərini təkzib edib 2011-ci ilin sentyabrında Cabbarzadə ilə Zabrat qəsəbəsindəki bilyard salonunda görüşmədiyini, 2011-ci ilin oktyabrında Elnurun İrandan ona Orxan və ya başqa bir nəfər vasitəsilə heç nə, o cümlədən çanta göndərmədiyini, X29 gətirdiyi çanta barəsində telefonla danışması barədə göstərdiklərinin yalan olduğunu, Yeganə Cabbarzadə ilə “Keşlə bazarı” tərəfə gedib oradan pul götürmədiyini, Elnurun Orxana çatdırması üçün ona pul vermədiyini, özünün Əfqana verdiyi 500 dolları məhz Yeganənin ona verdiyini, Əfqanın biletinə verdiyi pulu isə Elnurun ona göndərdiyini qeyd etmiş, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri bir daha təsdiq etmişdir. (Cild 02, iş vər. 223-229) 112970161 nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş X38 2011-ci ilin sentyabr ayında Mikayıl adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxsla tanış olduğunu və daha sonra Mürsəl Vəliyevlə birlikdə Malayziyaya gedib gəldiyini göstərərək Mürsəl Vəliyevin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 02, iş vər. 235-237) “Şəxsin tanınması haqqında” xx xxxxx 2012-ci ilin tarixli protokoldan görünür ki, Rafiq Quliyev tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs fotoşəkildən tanımış və 2011-ci ilin oktyabr ayında birlikdə İran İslam Respublikasına gedib bir müddət Tehran şəhərində qaldığı, daha sonra onu Malayziyaya göndərmiş, barəsində ifadə verdiyi «Elnur» adlı şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. (Cild 02, iş vər. 238-242) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxx 2012-ci il tarixli protokoldan görünür ki, X24 məxsus P4385771 №-li pasporta keçirilmiş baxış zamanı onun xx xxxxxxx 2011-ci ildə Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və xx xxxxxxx 2011-ci ildə Astara sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxxx 2011-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, İran təqvimi ilə xx.xx.1390-cı il tarixdə Məşhəd hava limanından İran İslam Respublikasını tərk etdiyi və İran təqvimi ilə xx.xx.1390-cı ildə Məşhəd hava limanından İran İslam Respublikasına daxil olduğu müəyyən edilmişdir. (Cild 03, iş vər. 01-06) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxx 2012-ci il tarixli protokoldan görünür ki, Şahid4 məxsus P4439928 №-li pasporta keçirilmiş baxış zamanı onun xx xxxxxx 2011-ci ildə Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və xx xxxxxxxx 2011-ci ildə Astara sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxxxx 2011-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, İran təqvimi ilə xx.xx.1390-cı il tarixdə Məşhəd hava limanından İran İslam Respublikasını tərk etdiyi və İran təqvimi ilə xx.xx.1390-cı ildə X61 hava limanından İran İslam Respublikasına daxil olduğu, xx xxxxxxx 2011-ci ildə Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və xx xxxxxx 2011-ci ildə Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, İran təqvimi ilə xx.xx.1390-cı il tarixdə Serro sərhəd məntəqəsindən İran İslam Respublikasını tərk etdiyi, xx xxxxxx 2011-ci ildə Hakkari Esendere sərhəd məntəqəsindən Türkiyə Respublikasına daxil olduğu və ** noyabr 2011-ci ildə İstanbuldan Türkiyəni tərk etdiyi, xx xxxxxx 2011-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, İran təqvimi ilə xx.xx.1390-cı ildə X61 hava limanından İran İslam Respublikasına daxil olduğu müəyyən edilmişdir. (Cild 03, iş vər. 13-21) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2011-ci il tarixli, xx/xx-2593 №-li məktuba əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, Şahid13 xx xxxxxxx 2011-ci il saat 10.58-də, xx xxxxxx 2012-ci il saat 11.35-də və xx xxxxxx 2012-ci il saat 11.35-də Biləsuvar sərhəd məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş və müvafiq olaraq xx xxxxxxx 2011-ci il saat 12.43-də, xx xxxxxx 2012-ci il saat 10.12-də və xx xxxxxx 2012-ci il saat 11.03-də Astara Gömrük İdarəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. (Cild 03, iş vər. 43- 44) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2012-ci il tarixli, xx/xx-2729 №-li məktuba əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, X21 xx xxxxxxx 2011-ci il saat 10.57-də Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş və xx xxxxxxx 2011-ci il saat 12.43-də Astara Gömrük İdarəsindən keçərək Azərbaycan Respublikasına qayıtmış, xx xxxxxxx 2011-ci il saat 12.03-də Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş və xx xxxxxxx 2011-ci il saat 13.30-da Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. (Cild 03, iş vər. 65-66) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxx 2012-ci il tarixli protokoldan görünür ki, Şahid13 məxsus P4672598 №-li pasporta keçirilmiş baxış zamanı onun xx xxxxxxx 2011, xx xxxxxx 2012 və xx xxxxxx 2012-ci il tarixlərində Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və müvafiq olaraq xx xxxxxxx 2011, xx xxxxxx 2012 və xx xxxxxx 2012ci il tarixlərində Astara sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxxx 2011-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, xx xxxxxx 2012-ci ildə Hakkari Esendere sərhəd məntəqəsindən Türkiyəyə daxil olduğu və xx xxxxxx 2012-ci ildə İstanbul Atatürk hava limanından Türkiyəni tərk etdiyi, xx xxxxxx 2012-ci ildə X11 Limanından Malayziyaya daxil olduğu və xx xxxxxx 2012-ci ildə Malayziyanı tərk etdiyi, xx xxxxxx 2012-ci ildə Sinqapura daxil olduğu, həmin gün Sinqapuru tərk edib xx xxxxxx 2012-ci ildə yenidən geri qayıtdığı və həmin gün Sinqapuru tərk etdiyi, xx xxxxxx 2012-ci ildə İstanbul Atatürk hava limanından Türkiyəyə daxil olduğu və xx xxxxxx 2012-ci ildə Ağrı Gürbulak sərhəd məntəqəsindən Türkiyəni tərk etdiyi müəyyən edilmişdir. (Cild 03, iş vər. 97- 106) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxx 2012-ci il tarixli protokoldan görünür ki, Şahid10 məxsus P4005639 №-li pasporta keçirilmiş baxış zamanı onun xx xxxxxx 2011-ci ildə Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və həmin gün Culfa sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxx 2011-ci ildə Culfa sərhəd məntəqəsindən Azərbaycan Respublikasını tərk etdiyi və xx xxxxxx 2011-ci ildə Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikasına daxil olduğu, xx xxxxxx 2011-ci ildə X12 Malayziyaya daxil olduğu və xx xxxxxx 2011-ci ildə Malayziyanı tərk etdiyi, İran təqvimi ilə xx.xx.1390-cı il tarixdə Kiş hava limanından İran İslam Respublikasını tərk etdiyi və İran təqvimi ilə xx.xx.1390-cı ildə Kiş hava limanından İran İslam Respublikasına daxil olduğu müəyyən edilmişdir. (Cild 03, iş vər. 115-119) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxx 2012-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Şahid10 məxsus 050 *** ** ** nömrəli telefonla aparılan danışıqlara dair məlumatlar «xxxxxxxxxxxxxxxx» MMC-dən məhkəmə qərarı əsasında götürülmüş, 2011-ci ilin avqust ayından etibarən 050 *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxsn Azərbaycanda və İran İslam Respublikasında istifadə etdiyi telefon nömrələri ilə mütəmadi qarşılıqlı əlaqə saxlanıldığı və «sən nə vaxt pul göndərəssən?», «Elnur allaha and olsun pulum yoxdu. Başa düş. Sən heç olmuya bir az pul göndər da. Olsa adın çəhmərəm 2 balamın canı», «Allaha and olsun gəlirdi. Birdən qəhbə fikrin dəyişdi. Da mən yoxam bu işdə. Alınmır məndə. Qız tapa bilmirəm», «mən sabah gələcəm İrana orda olassan», «Mən sabah gedirəm Culfaya mənim hag hesabımı göndər İranda banga mən İran Culfasından götürüm», «Gızlara 1000 dollar, gızların hərəsində 500 dollar müküyə çatacaq. 1500 də müküyə», «onu bilirəm. nə aparacaxlarını bilirlər?», «hə. Bilir. Demişəm. Açıq bilir», «yaxşı s*kə dola. Nolar mən dolasam pis olacaq da çörəyə zada baxmıyacam. Qəhbəliy də olsa elicəyəcəm. Sonra gec olmasın. Çörəyiynən oynama», «adam istəmisiz. 2 oğlan, 3 qız var», «Başqa 2 oğlan, 3 qız var. Hamısı bir yerdə gəlmək istəyirlər. Adam lazımdı. Bunlara nə deyim?» məzmunlu, Şahid9 istifadə etdiyi 055 *** ** ** nömrəsinə «gaga mənim vaxtım daralır, noldu», «yekə kişisən tel aç da məni niyə pis vəziyyətdə qoyursan» məzmunlu SMS-lər olduğu müəyyən edilmiş, bununla əlaqədar cinayət işi üzrə şahid qismində əlavə dindirilmiş Şahid10 istifadəsində olan telefon vasitəsilə Təqsirləndirilən şəxs və digər şəxslərlə göndərib qəbul etdiyi SMS-lərin əksər hissəsinin nə ilə əlaqədar olduğunu xatırlamadığını göstərmişdir. (Cild 03, iş vər. 122) 112970161 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Daxili İşlər Nazirliyinə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar aparılmış əməliyyat tədbirlərinin nəticəsi barədə xx xxx 2012-cu ildə Dövlət Gömrük Komitəsinə daxil olmuş məktuba dair arayışdan görünür ki, məktubda Şahid4 Ceyhun, Əfqan, Qabil, Orxan, Orxan, Kəmalə, Yeganə, Rəşad və başqa şəxslərlə birlikdə dövlətlərarası şəbəkə yaradaraq psixotrop maddə olan «metamfetamin» alveri ilə məşğul olduqlarının, narkotik tərkibli maddənin İran İslam Respublikasından Bakı-İstanbul-Tailand, İİR-Malayziya və s. marşrutlarla daşıdıqlarının, şəbəkəyə Təqsirləndirilən şəxs və 17 saylı CÇM-də həbsdə olmuş İİR vətəndaşı Hacı adlı şəxsin qardaşı Kamranın rəhbərlik etdiyinin müəyyən edildiyi, göstərilmişdir. (Cild 03, iş vər. 153-154) İşdə olan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DGK-nın əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində səlahiyyətli dövlət orqanının əməkdaşlarından təhvil alınaraq həmin tarixdə Azərbaycan Respublikasına gətirilmişdir. (cild 04, iş vər. 01) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. (cild 04, iş vər. 02- 04) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2012-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb eidlmiş və ona həmin maddələrlə ittiham elan olunması qərara alınmışdır. (cild 04, iş vər. 06-07) İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-810/12 nömrəli, xx xxxxxxxx 2012-ci il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirli bilinərək 10 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şahid4 və X36 Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. (cild 04, iş vərəqə 68-116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 2383 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olunmayır, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 04, iş vər. 153-155) İşdə olan “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının” xx xxxx 2013-cü il tarixli, 04 №-li aktından görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 2294,3 (iki min iki yüz doxsan dörd tam onda üç) qram metafetamin psixotrop maddəsi məhv edilmişdir. (cild 04, iş vər. 156-158) İşdə olan Bakı şəhəri Sabun rayon MKTB-nin 86 saylı MKİS tərəfidən verilmiş 50 nömrəli, xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 4 saylı ein 83 saylı mənzilində qeydiyyatda olmuş, qeydiyyatda olduğu müddət ərzində onun barəsində 86 saylı MKİS-nə heç bir irad şikayət daxil olmamışdır. Qonşularla münasibəti yaxşı olmuş, yaşlılara və uşaqlara qayğı ilə yanaşmışdır. (cild 04, iş vər. 175) İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 05-xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.3 və 234.4.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əməlində Azərbacyan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivinin olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılmas məqsədə müvafiq hesab edilsin. Bakı şəhəri, X31 Aeroportunda tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli gömrük baxışı və şəxsi yoxlama aparılması haqqında protokolun surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2011-ci il tarixli, 17697 saylı ekspert rəyinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 2383 №-li ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 810/12 saylı, xx xxxxxxxx 2012-ci il tarixli hökmü, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrinin surəti, baxış protokolları və iş üzrə toplanmış digər sənədlər sübut kimi qiymətləndirilsin və cinayət işinə əlavə edilsin. “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının” xx xxxx 2013-cü il tarixli, 04 №-li aktı ilə ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 2294,3 qram metamfetamin psixotrop maddəsinin məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Apple” markalı, “İphone 7” markalı mobil telefonun Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılması nəzərə alınmışdır. (cild 04, iş vər. 178-206) “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikası gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərinin törədilməsində iştirka etmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 04, iş vər. 207-233) İş materiallarına əlavə edilmiş Ukrayna Respublikasının FX339341 nömrəli Pasportunun surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Elkhan-İllia Yekmekchy ad soyadlı azyaşlı övladı vardır. Məhkəmə həmin iş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, mütəşəkkil dəstə yaratmadığı, özünün dəstə tərkibində üzv kimi iştirak etdiyi və digər üzvlərə heç bir göstərişlər vermədiyinə dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. Belə ki, Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0.06.2016-cı il tarixli qərarına əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyriqanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, təsvir olunan cinayət əməllərinin mütəşəkkil dəstə tərəfindən törədilməsi bu dəstənin bütün iştirakçılarının, onların hər birinin narkotik vasitələrin və ya prixotrop maddələrin, habelə prekursorların qanunsuz dövriyyəsində yerinə yetirdiyi roldan asılı olmayaraq, birgə icraçılar tərəfindən törədilməsini ehtiva edir. Dəstənin mütəşəkkil olması bir qrup şəxsin ediləcək cinayəti əvvəlcədən planlaşdırması, cinayətkar qəsdin həyata keçirilməsi üçün vasitələrin hazırlanması, cinayətin iştirakçılarının seçilməsi və dəstəyə cəlb edilməsi, dəstəyə cəlb olunanların arasında rolların bölünməsi, cinayətin gizlədilməsini təmin edən tədbirlərin görülməsi və sair əlamətlərlə xarakterizə oluna bilər. Cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi məsələsi həll olunarkən CM-in 34.3-cü maddəsində nəzərdə tutulan əlamətlərin mövcudluğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı, cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Qanunun verdiyi anlayışdan göründüyü kimi mütəşəkkil dəstə qabaqcadan yaranan əlbirlik, törədilməsi qət edilən cinayətin planlaşdırılması, iştirakçılar arasında vəzifə bölgüsünün aparılması, cinayətin törədilməsi üçün zəruri hərəkətlərin dairəsinin müəyyən edilməsi, dəstənin sabitliyi, müntəzəm və uzun hərəkətlərin dairəsinin müəyyən edilməsi, dəstənin sabitliyi, müntəzəm və uzun müddətli fəaliyyət göstərməsi, cinayətlərin uğurla törədilməsinin etibarlı təminatı kimi kriminal fəaliyyətin forma və metodlarının daimiliyi ilə xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hələ həbsdə olarkən birlikdə cəza çəkdiyi İran İslam Respublikası vətəndaşları ilə əlaqə yaratması və 2010-cu ilin dekabrında həbsdən çıxdıqdan qısa müddət sonra İrana köçüb birlikdə cəza çəkdiyi Hacı və onun qardaşı Kamranla cinayətkar fəaliyyətə başlaması, 2011-ci ilin aprelində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Türkiyə Respublikasında saxlanılması və 2011-ci ilin iyulunda həbsdən azad edildikdən dərhal sonra Azərbaycana gəlib cinayətlərin törədilməsində iştirak etməsi üçün şəxslər axtarmağa başlaması, ilk dəfə Şahid10 2011-ci ilin avqustunda Malayziyaya göndərməsi, 2012-ci ilin yanvarında Səbuhi Fərzəliyevə zəng edib Malayziyaya gedəcək şəxs tapmasını xahiş etməsi, 2012-ci ilin yanvarında Səbuhi Fərzəliyevəzəng edib Malayziyaya gedəcək şəxs tapmasını xahiş etməsi, 2012-ci ilin fevralında Şahid13 bu məqsədlə İrana getməsi dəstənin cinayətar fəaliyyətini 6 aydan daha uzun müddətə davam etdiyinə, dəstənin sabitliyinə və uzun müddətli fəaliyyətinin, cinayətkar qrupun fəaliyyəti ilə birbaşa bağlı olaraq 3 nəfər Azərbaycan Respublikası vətəndaşının Malayziyada, 1 nəfərin isə Dubayda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılması, həmçinin Azərbaycan Respublikasında araşdırılan fakt üzrə istintaq orqanı tərəfindən 4 nəfərin təqsirləndirilən şəxs qismində cəlb edilməsi azı 5 cinayət faktına hüquqi qiymət verildiyini göstərir ki, dəstənin bu sayda cinayətlər törətməsi müntəzəmliyin, sabitliyi mühüm əlamətləri kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayətlərin icraçılarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması, o cümlədən təşkilatçılar tərəfindən pasportların alınmasına köməklik göstərilməsi, xarici ölkələrə vizaların açılması, təyyarə biletlərinin alınması, xarici ölkələrdə otellərin seçilməsi, şəxslərin şirnikləndirici təkliflərlə ələ alınması, dəstəyə adam cəlb edən şəxslərə pul mükafatlarının verilməsi, dəstəyə cəlb edilən şəxslərin zəruri hallarda telefon aparatları və nömrələrlə təmin olunmaları, məlumat mübadiləsi üçün cinayətlərin icraçılarının müxtəlif ölkələrə aid telefon nömrə kartları ilə təmin edilməsi, cinayətlərin icraçılarına haqların ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsi, cinayətkar dəstənin təşkilatçıları olan Təqsirləndirilən şəxs və Kamran adlı iranlının dəyişməz, sabit olması, dəstəyə cəlb edilmiş şəxslərin cinayətkar fəaliyyətdə bir yox, bir neçə dəfə iştirak etməsi və iştirakçıların fəaliyyətinin ardıcıl, müntəzəm xarakter almağa meylliliyi, o cümlədən Y.Cabbarzədənin 2 dəfə, Ə.Bağırovun 2 dəfə, Şahid4 3 dəfə, O.Musayevin 3 dəfə, Şahid13 2 dəfə bu cür fəaliyyətdə iştiraklarını özlərinin belə təsdiq etmələri faktı da qrupu mütəşəkkil dəstə kimi xarakterizə edir. Məhkəmə həmçinin qeyd edir ki, cinayətlərin təşkilatçısı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni «Summit» markalı çamadanın içərisində X4 verməsi, Y.Cabbarzadənin həmin psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib Şahid4 çatdırması, Şahid4 öz növbəsində psixotrop maddəni idarə etdiyi «Mercedes Benz» markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin yük yerində yerləşdirib saxlaması, daşıması, daha sonra psixotrop maddəni, həmçinin Təqsirləndirilən şəxs tapşırığı ilə təyyarə bileti və yol pulunu X23 çatdırması və onu hava limanina gətirib yola salması, sonuncunun isə Tailand Krallığına daşıyıb cinayətkar qrupun digər üzvlərinə çatdırmaq məqsədilə külli miqdarda psixotrop maddəni Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində qaçaqmalçılıq yolu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi faktı, həmçinin narkotikləri hazırlayan, daşıyan, qəbul edən şəxslərin, bu şəxsləri təyyarə bileti və yol pulu ilə təmin edən, ölkələr, vizaların açılması, təyyarə reysləri ilə bağlı məlumat toplayan şəxlərin olması faktı cinayətlərin törədilməsinin əvvəlcədən planlaşdırıldığını, dəstə üzvləri arasında vəzifə bölgüsünün aparıldığını, hər bir cinayət iştirakçısının digərinin hərəkətini tamamladığını, iştirakçıların səyinin birləşdiyini, hər bir iştirakçının ona həvalə edilmiş konkret vəzifəni yerinə yetirdiyini və bununla da ümumi kriminal niyyətin həyata keçirilməsinə köməklik göstərdiyini təsdiq edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi dinləyərək, iş üzrə digər təqsirləndirilən şəxslərin ifadələrini və şahid ifadələrini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadəsi, mütəşəkkil dəstə tərkibində cinayətlərin törədilməsində iştirak etmiş və həmin əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(101)-810/2012 nömrəli hökmü ilə məhkum edilmiş şəxslərin ifadələri və şahid ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. X56 görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməllərini qismən səmimi etiraf edib peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx xxxxxx 2012-ci il tarixli, 11/7-2511 №-li məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X50 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 149.2.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin tələbnamədə Təqsirləndirilən şəxs xx xxxxx 2011-ci il tarixdə Türkiyə Respublikasında Doğubayazit Sülh Cəza Məhkəməsi tərəfindən narkotik maddələri əldə etmə və satma cinayət əməlləri törətməsi səbəbindən həbs edildiyi və xx xxxx 2011-ci il tarixdə həmin məhkəmə tərəfindən azad edildiyi qeyd edilmişdir.(cild 02, iş vər. 98) Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş xx/xx-1242 saylı, xx.xx.2012-ci il tarixli məktuba əlavə edilmiş Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş Təqsirləndirilən şəxs dair sənədlərin surəti və tərcüməsindən görünür ki, Türkiyə Respublikası Doğubayazıt Ağır Cəza Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında xx.xx.2011-ci ildə keçirilmiş məhkəmə iclasında azadlığa buraxılması haqqında qərar qəbul edilmişdir. (cild 02, iş vər. 124-131) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş 17/6-16099 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2003-cü il tarixdən hesablanmaqla 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən həmin məcəllənin 180.2.1, 180.2.2, 149.2.1-ci maddələrində nəzərdə tutulan cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə, yəni xx.xx.2011-ci il tarixdə məhkumluğunun ödənilmədiyini müəyyən edərək, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli qəbzdən və əlavə olunmuş 19/UH 252870 saylı Baqaj birkasının surətindən görünür ki, Təqsirləndirilən şəxs “Atlasglobal Airlines” şirkətinin adına 30 may tarixə baqaj birkası olmuş və həmin birka müstəntiq tərəfindən Təqsirləndirilən şəxs qardaşı X10 təqdim olunmuşdur. (cild 04, iş vər. 117) Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus P ******* seriya və nömrəli pasportun Vizalar Bölməsinin 11-ci səhifəsindən görünür ki, Təqsirləndirilən şəxs pasportunda xx xxx 2019-cu il tarixə 22 nömrə qeyd ilə X62 Kapısından çıxış qeydli ştamp vurulmuş, sonrasında isə həmin ştampın üzərindən “İPTAL Cancelled” qeydi ilə çıxışın ləğv edilməsini bildirən məzmunda ştamp vurulmuş, həmin tarixdən sonra Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixə 153 nömrə qeyd ilə X62 Kapısından çıxış qeydli ştamp vurulmuşdur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DGK-nın əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində səlahiyyətli dövlət orqanının əməkdaşlarından təhvil alınaraq həmin tarixdə Azərbaycan Respublikasına gətirilmişdir. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə Türkiyə Respublikasından ailəsinin yanına getmək üçün Ukrayna Respublikasına gedərkən X41 saxlanaraq, axtarışda olduğu bildirilməklə Türkiyə Respublikasının Hüquq Mühafizə orqanları tərəfindən əcnəbi vətəndaşların saxlanılması yerinə gətirildiyini, Azərbaycan Respublikası DGKnın əməkdaşlarına xx xxxxxx 2019-cu il tarixdə təhvil verilənədək faktiki olaraq həbsdə saxlandığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə göstərilən halları nəzərə alaraq belə hesab edir ki, hazırki cinayət işi üzrə beynəlxalq axtarışa verilmiş Təqsirləndirilən şəxs Türkiyə Respublikasının səlahiyyətli əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə saxlandığından və onun azadlığı faktiki olaraq həmin tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut:- ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 2294,3 (iki min iki yüz doxsan dörd tam onda üç) qram metafetamin psixotrop maddəsinin “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının” xx xxxx 2013-cü il tarixli, 04 №-li aktı ilə məhv edilmiş olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri, mülki iddianın olmadığı alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut:- ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 2294,3 (iki min iki yüz doxsan dörd tam onda üç) qram metamfetamin psixotrop maddəsinin “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının” xx xxxx 2013-cü il tarixli, 04 №-li aktı ilə məhv edilmiş olması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri, mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-214/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-214/2020
20.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver