Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-214/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X13 (sədrlik edən), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində ikisi azyaşlı olmaqla üç nəfər yetkinlik yaşına çatmamış uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyat olmaqla həmin ünvanda yaşamış, 27 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-630/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satış məqsədi ilə qanusuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 15,940 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və ümumi çəkisi külli miqdarda 103,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirlmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 16 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nİn inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd çəhrayı rəngli üzərində “Mpact” yazısı olan dəmir qabın içərisindən 4 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,02 qram, 0,870 qram, 0,868 qram və 0,410 qram olmaqla, ümumi çəkisi 2,168 qram, boynundan asılmış qara rəngli üzərində “CAT” yazısı olan çantanın içərisindəki 1 (bir) ədəd üzərində yazısı olmayan plastmas qabda təmiz çəkisi külü miqdarda 63,257 qram, 1 (bir) ədəd üzərində «RAİNBOW» yazılan qabda 4 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi külli miqdarda 36,340 qram, 0, 901 qram, 0,380 qram, və 0,420 qram olmaqla, ümumi çəkisi külli miqdarda 38, 041 qram olan öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd ağ rəngli üzərində “NİVEA” yazılan plastmas qabda 4 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi külli miqdarda 6,026 qr, 9,728 qr, 0,07 qr və 0,116 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 15,940 qram öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan qara rəngli elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə, səhər saat 10:00 radələrində iki nəfər polis əməkdaşı yaşadığı ünvan 1 ünvanına gələrək ona çəkdiyi azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı polis bölməsinə gəlib müvafiq sənədi imzalamalı olduğunu bildirmişlər. Bu zaman evdə o, anası və həyat yoldaşı olmuşdur. O, polis əməkdaşlarına heç bir etiraz etmədən sonuncularla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə getmiş, burada dərhal qolları qandallanmış və döyülmüşdür. Polis əməkdaşları tərəfindən məruz qaldığı fiziki təsir və psixoloji təzyiqlərin nəticəsində sonuncular tərəfindən ona əvvəlcədən təqdim olunmuş narkotik vasitəni, psixotrop maddəni və bir ədəd elektron tərəzini keçirilmiş videoçəkiliş zamanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı mənzilə baxış keçirilmiş, burada qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Halbuki narkotik vasitə və psixotrop maddələr istifadə etsə də, onların satışı ilə məşğul olmamışdır. Polis idarəsinə gedərkən üzərində sadəcə bir büküm narkotik vasitə olmuşdur, hansı ki onu öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə «Elşən» adlı şəxsin Suraxanı rayonu, Yeni Günəşli qəsəbsi ərazisində qansuz olaraq narkotik vasitə və psixotrop maddənin əldə etməsi, saxlayıb daşıması, istifadə edilməsi və satışı ilə məşğul olması barədə 33-cü PB-nə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə Bakı şəhəri Suraxanı RPİnin 33-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Polis bölməsinin rəisinin əmri ilə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 rəhbərliyi ilə onun da iştirak etdiyi qrupu yaradılmış, «Elşən» adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlayaraq xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində məlumatda göstərilən «Elşən» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «AB» yaşayış sahəsi, 16 nömrəli evin yaxınlığında olduğunu müəyyən edərək ona yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun Təqsirləndirilən şəxs olduğunu müəyyən edərək narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün döviət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd çəhrayı rəngli üzərində «MPACT» yazısı olan dəmir qabın içərisindən 4 (dörd) ədəd bükümdə toz şəkilli, qəhvəyi rəngli maddəni, 1 (bir) ədəd üzərində «NİCE» yazısı olan dəmir qutunun içərisində 4 (dörd) ədəd plastik kartı, boynundan asılmış qara rəngli üzərində «ÇAT» yazısı olan çantadan içərisindən 1 (bir) ədəd ağ rəngli üzərində «NİVEA» yazısı olan plastik qabın içərisində olan 4 (dörd) ədəd bükümdə kristall şəkilli, şəffaf maddəni, 1 (bir) ədəd şəffaf, üzrində yazısı olmayan plastiq qabın içərisində 1 (bir) ədəd bükümdə toz şəkilli, qəhvəyi rəngli maddəni, 1 (bir) ədəd göy rəngli üzərində «RAİN BOW» yazısı olan plastik qabın içərsində 4 (dörd) ədəd bükümdə içərisində toz şəkilli qəhvəyi rəngli maddəni, 1 (bir) ədəd elektron tərəzini 1 (bir) ədəd «NOKİA» markalı 1 (bir) ədəd «SAMSUNG» markalı mobil telefonu təqdim emiş, təqdim etdiyi bükümlərin arasında olan kütlərər narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, heroini və metamfetamini tanımadığı İran vətəndaşından onlayn qaydada qramını 24 manata alaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və bir ədəd elektron tərəzi götürülmüş zərfə qoyularaq zərf mözürlənmişdir. Bu barədə tərtib olunan protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə, özünün və müdaftəçsinin iştirakları ilə onun yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, amma həmin ünvandan heç bir narkotik vasitə, psixotrop maddə, eləcə də iş üçün əhəmiyyətli ola biləcək heç bir alət, əşya və vasitə aşkar olunmamışdır. Bu barədə də müvafiq protokol tərib olunmuş, protokolun məzmunu ilə tanış oldub protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. 27 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları onların yaşadıqları evə qanunsuz şəkildə daxil olaraq oğlunu polis bölməsinə aparmışlar. Bundan sonra isə yenidən saat 12 radələrində yaşadıqları evdə gəlmişlər, evdə heç bir narkotik vasitə olmayıb. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskə keçirilmiş baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd çəhrayı rəngli üzərində «MPACT» yazısı olan dəmir qabın içərisindən 4 (dörd) ədəd bükümdə toz şəkilli, qəhvəyi rəngli maddəni, 1 (bir) ədəd üzərində «NİCE» yazısı olan dəmir qutunun içərisində 4 (dörd) ədəd plastik kartı, boynundan asılmış qara rəngli üzərində «ÇAT» yazısı olan çantadan içərisindən 1 (bir) ədəd ağ rəngli üzərində «NİVEA» yazısı olan plastik qabın içərisində olan 4 (dörd) ədəd bükümdə kristall şəkilli, şəffaf maddəni, 1 (bir) ədəd şəffaf, üzrində yazısı olmayan plastiq qabın içərisində 1 (bir) ədəd bükümdə toz şəkilli, qəhvəyi rəngli maddəni, 1 (bir) ədəd göy rəngli üzərində «RAİN BOW» yazısı olan plastik qabın içərsində 4 (dörd) ədəd bükümdə içərisində toz şəkilli qəhvəyi rəngli maddəni, 1 (bir) ədəd elektron tərəzini 1 (bir) ədəd «NOKİA» markalı 1 (bir) ədəd «SAMSUNG» markalı mobil telefonu təqdim emiş, təqdim etdiyi bükümlərin arasında olan kütlərər narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, heroini və metamfetamini tanımadığı İran vətəndaşından onlayn qaydada qramını 24 manata alaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/6243 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut...» yazı və imizalar olan zərfdə 1 ədəd üzərində «Nivea» yazılan plastmast qabda 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 6,026 qram, 9,728 qram, 0,07 qram və 0,116 qram olmaqla, ümumi təmiz çəkisi 15,940 qram ağ rəngli kristall şəkilli maddələr öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut...» yazı və imizalar olan zərfdə 1 ədəd plastmast qabda təmiz çəkisi 63,257 qram qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd üzərində «Rainbow» yazılan qabda 4 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 36,340 qram, 0,901 qram 0,380 qram və 0,420 qram olmaqla ümumi çəkisi 38,041 qram qəhvəyi rəngli toz şəkilli maddə və üzərində «Mpact» yazılan qabda 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,02 qram, 0,870 qram, 0,868 qram və 0,410 qram olmaqla, ümumi çəkisi 2,168 qram qəhvəyi rəngli, toz şəkilli maddələr öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd qara rəngli elektron tərzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X11-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-ci il tarixli 694 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Nokia» və «Samsung» markalı mobil telefonlara tərəfimdən baxış keçirilmişdir. «Nokia» markalı mobil telefonun mesjlar olan faylına baxış keçirilərkən müəyyən etdim ki, +994-70- ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs mobil telefonuna «1 yar dene daş yarı da k emele gələrmi emi? Hə yox de» məzmununda SMS göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Quliyev tərəfindən ünvanlanmış 16 fevral 2023-cü il tarixli əməliyyat sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna 70-806- 01-00 mobil nömrəsindən daxil olmuş SMS-in mənası ondan ibarətdir ki, həmin SMS yazan şəxs «daş» dedikdə psixotrop maddə metamfetamin, «K», yəni «Kola» isə narkotik vasitə heroin mənasını ifadə etməklə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istəyir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Məhkəmə hesab edir ki, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən döyülməsi, psixoloji təzyiqlərə məruz qalması, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə və şahid X4 ifadəsi də təqsirləndirilən şəxsi müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Suraxanı rayon prokurorluğunun müstəntiqi X5 14 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi barədə Suraxanı rayon prokurorluğundan aparılmış araşdırmanın nəticəsi olaraq 477-C-22 saylı material üzrə cinayət işinin başlaması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6(010)-19/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 477-C-22 saylı material üzrə Suraxanı rayon prokurorluğunun müstəntiqi X5 14 yanvar 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6(010)-19/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarının surəti araşdırmanın davam etdirilməsi üçün Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Suraxanı rayon prokurorluğunun böyük müstəntiqi X3 12 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərarından görünür ki, 477-C-22 saylı material üzrə Təqsirləndirilən şəxs Suraxanı RPİnin 33-cü PB-nin əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanlarının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən yaxud onun təhriki və ya razılığı ilə yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-insani, yaxud layaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma cinayətinin tərkibi kifayət qədər toplanmış sübutlarla öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlaması rədd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətlə çıxış edərək, təqsirləndirilən şəxsin ifadəsində dediyinə görə cinayət işi üzrə şahid qismində tanınmış Suraxanı Rayon 33-cü polis bölməsinin sahə inspektoru Şahid2 o, tutulduğu zaman orada olmadığını, şahidi ilk dəfə polis bölməsinə gəldikdən sonra gördüyünü bildirməsi, bu əsasla Şahid2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2022-cü il tarixdə anten əhatə dairəsi barədə məlumatların götürülməsi barədə vermiş olduğu vəsatət üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-214/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2022-cü il tarixdə Şahid2 mobil telefon nömrəsinin anten əhatə dairəsi ən birincisi saat 10:26, sonuncusu saat 11:28, həmin saatlar aralığında olan müxtəlif vaxtlarda, o cümlədən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ətrafında olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, təxminən 3 ay əvvəl təsadüfən «İnstaqram» sosial saytda tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim şəxsin narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını bilmiş, bundan sonra istifadəsində olan ***-***-**-** nömrəsinin vatsapı vasitəsi ilə İran vətəndaşının göndərdiyi hesaba pul köçürdərərək İran vətəndaşının adətən ona Binəqədi və Masazır ərazilərində narkotik vasitə və psixotrop maddəni atdığı yerin şəklini amış və həmin yerə gedib narkotik vasitə və psixotirop maddələri oradan götürmüşdür. İran vətəndaşından qramı 24 manata olmaqda hər dəfə 30-50 qram heroin və metamfetam əvvəcə nağd, etibar qazanandan sonra isə heroin və metamfetamini qramı yenə 24 manatdan olmaqla nisiyə alıb “Razim” və “Nəsir” adlı şəxslərə qramı 30 manatdan sataraq bu yolla narkotikə verdiyi pulu çıxarmış, hələ qazanc da qalmışdır. Nəsir və Razim və yəqin ki, aldıqları narkotik vasitə və psixotrop maddələri satmışlar. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında yenə də həmin İran vətəndaşı ilə vatsapda danışmış, İran vətəndaşı ona «Neftçilər» metrostansiyanın yaxınlığında bir yerin şəklini ataraq narkotik vasitə və psixotrop maddələri oraya atacağını yazmışdır. Həmin yerə gedərək bütöv halda olan külli miqdarda heroin və metamfetamin maddələrini götürmüş, heroin və metamfetamini qramı 24 manat olmaqla nisyə almışdır. Sonra isə heroin və metamfetamin maddələrini Razim və Nəsirə qramını 30 manata satmaq üçün xırda çetlərə bölüb özündə olan elektron tərəzi ilə çəkib saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 16 nömrəli evin yaxınlığında dayanmış, İran vətəndaşından aldığı narkotik vasitə heroin və metamfetamin də üstündə olmuşdur. Həmin vaxtı iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdə üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğuna görə özünü itirmişdir. Polis məkdaşları kim olduğunu soruşduqda özünü olara təqdim etmiş, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğumu deyib onu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarımın müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Üzərində şəxsi axtarış aparılacağı barədə qərar ona elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, əldə olunub saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə, əşya və ya predmet varsa təqdim eməsi təklif olunmuşdur. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, narkotik vasiə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn vasitəsi ilə aldığını bildirmiş, üzərində saxlayıb gəzdirdiyim ayrı-ayrı bükümlərdə olan heroini, metamfetamini və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə, psixotrop maddə və tərəzi polis əməkdaşları tərəfindən nəzərdən keçirilib götürülmüş, zərfə qoyularaq zərfin üzəri möhürlənərək bu barədə protokol tərtib olunmuşdur. Saxlanılarkən, polis bölməsinə gətirilərkən və polis bölməsində olduğu zaman ona qarşı heç bir zor, psixi və ya fiziki təziq göstərilməmişdir. Narkotik vasitə və psixotrop maddəni aldığı İran vətəndaşının, eləcə də narkotik vasitə və psixotrop maddəni satdığı Razim və Nəsir adlı şəxslərin ünvanlarını və telefon nömrələrini bilmir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefona baxış keçirilərkən tərtib olunmuş 29 oktyabr 2022-ci il tarixli protokoldan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat sorğusuna cavab məktubundan da göründüyü kimi təqsirləndirilən şəxsin mobil telefonuna «1 yar dene daş yarı da k emele gələrmi emi? Hə yox de» məzmununda SMS mesajı göndərilmişdir, bu mesajın məzmunundan sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması bir daha təsdiq olunur. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetamini əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Ssitemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs uşaqları – X7 26 noyabr 2009-cu ildə, X9 20 aprel 2012-cü ildə, X10 28 dekabr 2013-cü ildə anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 08 fevral 2024 il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 19 gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 19 (on doqquz) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 630/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-84/2023, 22 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 18 mart 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1001/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(101)-1001/2023 saylı, 11 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 15,740 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 103,376 qram təşkil edən narkotik vasitə - heroin məhv edilməli və 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon isə sonuncu cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılmalı, cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-131/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 19 (on doqquz) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 15,740 qram təşkil edən psixotrop maddə - metamfetamin, qalıq çəkisi 103,376 qram təşkil edən narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılsın. Cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-214/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-214/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver