Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2141/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər – Təqsirləndirilən şəxs2 müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)- 2141/2023 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 22 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)- 2141/2023 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 04 fevral 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən başlanaraq icraata qəbul olunmuş və 16 sentyabr 2023-cü il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. İş üzrə ittiham aktı 18 sentyabr 2023-cü il tarixdə təsdiq edilərək cinayət işi 18 sentyabr 2023-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı yazılı vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətlərinin uzadılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 haqqında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərarda və ittiham aktının nəticəvi hissəsində “Təqsirləndirilən şəxs1 həmin gün saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə saat 03:37-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 28,911 qram və 12,583 qram, ümumi təmiz çəkisi 41,494 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin, şalvarının sol arxa cibindən bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür” kimi qeyd edilsə də, lakin xx.xx.2023-cü il tarixli raport sənədində və “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 04:33-də Bakı şəhəri Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi 24B ünvanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə 05:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi qeyd edilmişdir. Yəni, Təqsirləndirilən şəxs1 ittihamda qeyd edildiyi kimi “Jasmin park” yaşayış sahəsinin yaxınlığında deyil, Yeni Yasamal” yaşayış sahəsi 24B ünvanın qarşısında saxlanılmış, üzərinə şəxsi axtarış saat 03:37-dən deyil, saat 05:20-dən etibarən icra edilmiş, üzərindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 28,911 qram və 12,583 qram, ümumi təmiz çəkisi 41,494 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin, şalvarının sol arxa cibindən bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana deyil, 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamda onun saxlanılma yeri, vaxtı, üzərinə baxış aparılma vaxtı, üzərindən aşkar edilmiş narkotik vasitənin növü və çəkisi düzgü müəyyən edilməmiş, iş materialları ilə uyğunluq təşkil etməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 verilmiş ittiham iş materialları ilə uyğunluq təşkil etməməklə qeyri müəyyən təsvir edilmişdir. Hazırki vəziyyətdə ittihamın müdafiə edilməsi mümkünsüz olmaqla, eyni zamanda ittihamın mahiyyətin aydın olmaması və dəqiq müəyyən edilməməsi ilə nəticələnmişdir ki, bu hallar təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. İttihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin "nədə ittiham olunduğunu", "nədən müdafiə olunmalı olduğunu" bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Yuxarıda göstərilənlər bilavasitə ittihamın mahiyyətini əks etdirdiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Lakin Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsinə dair 18 avqust 2023-cü il tarixli qərarda, eləcə də iş üzrə tərtib olunmuş ittiham aktının nəticə hissəsində cinayətin törədilmə yeri, vaxtı, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması vaxtı, axtarış zamanı aşkar edilmiş narkotik vasitənin növü və çəkisi düzgün göstərilməmişdir. Belə ki, həmin cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərə ona görə ittiham elan edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və 19 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli müqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 61,939 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2,135 qram çəkidə narkotik vasitə heroin və 4,721 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına, Təqsirləndirilən şəxs2 3 ədəd bükümdə 42,362 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə saat 03:37-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 28,911 qram və 12,583 qram, ümumi təmiz çəkisi 41,494 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin, şalvarının sol arxa cibindən bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 61,939 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2,135 qram çəkidə narkotik vasitə heroin və 4,721 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına, Təqsirləndirilən şəxs2 3 ədəd bükümdə 42,362 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2023-cü il üarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 02:50-də ki şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə saat 03:37-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 28.911 qram və 12,583 qram, ümumi təmiz çəkisi 41,494 qram narkotik vasitə qurulmuş marixuana, 1 ədəd bükümdə 0, 353 qram çəkidə narkotik vasitə heroin, şalvarının sol arxa cibindən bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 04:33-də Bakı şəhəri Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi 24B ünvanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə 05:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan sübutları mahiyyəti üzrə araşdırmadan xx.xx.2023-cü il tarixli raportdan, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün, saat 04:33-də Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi, Şahid2 küçəsi 24B ünvanın qarşısında olduğu zaman saxlanılmış, xx.xx.2023-cü il tarixdə, saat 05.10-da şübhəli şəxs qismində tutulmuşdur. 04 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu qara rəngli gödəkcənin sol yan cibindən 06 ədəd sellofan bükümü, gödəkcənin sağ yan cibindən 01 ədəd elektron tərəzini, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qolbağı, 11 manat 40 qəpik pulu, 01 ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sol arxa cibindən 01 ədəd pul qabını, şalvarının sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/168 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədiqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ...2 ədəd büküm ...marixuanaya oxşar...” yazısı və imzalar olan kağız paketdəki 01 ( bir) ədəd sellofan bükümdə təmiz çəkisi-18,964 qram və sellofan torbacığda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,613 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-19,577 qramdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/701 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs1 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,782 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 03 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,785 qram, 0,545 qram, 0,391 qram ümumi təmiz çəkisi 4,721 olan ağ rəngli, xırda kristallik formada maddə kütləsi xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd sellofan bükümdə təmiz çəkisi 15.149 qram olan ağ rəngli, iri kristalşəkilli maddə kütləsi narkotik vasitə, psixotrop maddələrə aid deyil. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 ittihamda qeyd edildiyi kimi Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin yaxınlığında deyil, Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi 24B ünvanının qarşısında saxlanılmış, üzərinə şəxsi axtarış saat 03:37-dən deyil, saat 05:20-dən etibarən icra edilmiş, üzərindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 28,911 qram və 12,583 qram, ümumi təmiz çəkisi 41,494 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin, şalvarının sol arxa cibindən bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana deyil, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər tərəfindən barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə şifahi vəsatətlə müraciət etmişlər. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək bu nəticəyə gəlir ki, mövcud vəziyyətdə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə həbs qətimkan tədbirinin ləğv edilməsi, polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə cinayət işi üzrə dövlət ittihamçısının təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etməsini, həmçinin iş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətə uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.6-cı, 303.4-cü, 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş şifahi vəsatətlər təmin edilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 2 (iki) ay uzadılsın. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim: Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2141/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2141/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver