Məhkəmə qərarları › İş №1(101)-2144/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2144/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2144/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, Məmmədzadə Səbinə Adil qızı və Məcidov X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 2005-ci ildə Ağcabədi rayonu, Şərəfxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2517/2518, ev 1, mənzil 35-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan anası Şahid2 məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətindən “Dakar dairəsi” istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyini təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, piyada piyada keçidinə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vadisəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Dönərzadə" adlı restoranın yaxınlığında nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beyin toxumasının təpə və gicgah paylarına, kəllə daxili yumşaq qişalara, gicgah əzələlərinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, hər iki gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, qabırğaların çoxsaylı sınıqları, daxili orqanların (sağ ağciyər, qaraciyər, sağ böyrək və böyrəküstü vəzlər, dalaq, diafraqma) qansızması və travmatik cırılmaları, sağ saidin qapalı hər iki baldırın açıq sınıqları, bədən səthinin, başın, sifətin, hər iki yuxarı və aşağı ətrafların çoxsaylı yara, sıyrıq və qançırları ilə nəticələnən xəsarətlər yetirmiş, bu xəsarətlərdən almış olduğu müştərək travma nəticəsində həyatla bir araya sığmayan xəsarətlər Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisində yaşayır. Avtomobil qəzası baş verdiyi gün, yəni 06 iyun 2023-cü il tarixdə, saat 19:00-20:00 radələrində o, anasına məxsus avtomobil ilə yola çıxmışdır. O, avtomobildən çox istifadə etməmişdir. Yalnız vacib hallarda o, anasına məxsus olan avtomobili idarə etmişdir. Qəza baş verən gün müddətli hərbi xidmətə getməyinə az qaldığı üçün o, dostları ilə gəzmək məqsədi ilə anasından icazə alaraq sonuncuya məxsus avtomobili götürmüşdür. Daha sonra o, dostu ilə görüşmək üçün “Neftçilər” metrostansiyasına tərəf yola düşmüşdür. Sonra o, dostları ilə görüşmüş və dostları ilə bir saat yarım vaxt keçirdikdən sonra İsmayıl adlı dostu ilə birlikdə avtomobillə yaşadığı evə doğru yola düşmüşdür. İsmayıl da onun yaşadığı evə gedəcəyi üçün İsmayıl onunla birlikdə getmiş və həmin vaxt onun idarə etdiyi avtomobildə oturmuşdur. Ondan və İsmayıldan başqa avtomobildə heç kəs olmamışdır. Onlar evə qayıdarkən “Xalqlar Dostluğu” metrostansiyası tərəfdən Qara Qarayev prospektinə tərəf hərəkət etmişlər. O, yolun sol hissəsi ilə hərəkət etmişdir. Daha sonra qəflətən qəza baş vermişdir. Qəza baş verən zaman onun sürücülük vəsiqəsi olmamışdır. O, sürücülük kursunu bitirsə də, iki həftə ərzində imtahan verərək sürücülük vəsiqəsi almalı olmuşdur. Qəza baş verən günün səhəri günü çağırış gəldiyi üçün o, hərbi komissarlığa getməli olmuşdur. Qəza “Neftçilər” prospekti dairəsinə gedən yolda baş vermişdir. O, yolun sol hissəsi ilə “Qara Qarayev” prospektinə tərəf hərəkət edən zaman qəza baş vermişdir. O, avtomobili idarə edərkən fikirli olmuşdur. O, həmin vaxt mobil telefondan istifadə etməmiş, əksinə yola baxmışdır. Lakin günün qaranlıq saatları olduğu üçün o, Zərərçəkmiş şəxs görməmişdir. Qəza baş verən vaxt saat təxminən 22:30 radələri olmuşdur. Zərərçəkmiş şəxs piyada zolağından keçmək istəyərkən o, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol hissəsi ilə vurmuşdur. Qəza baş verdikdən sonra o, avtomobili dayandırmış və qəzanın təsiri altında olduğundan bir müddət yerində donub qalmışdır. Çünki o, həmin vaxt şok vəziyyətinə düşmüşdür. Daha sonra o, avtomobillə vurduğu şəxsin yanına getmişdir. Həmin şəxs yerdə uzanmışdır. Sonra o, telefonunu götürüb təcili tibbi yardımın gəlməsi üçün zəng etmək istəmişdir. Lakin orada olan şəxslərdən biri artıq 103 qaynar xəttinə zəng etdiyini və onun zəng etməsinə ehtiyyac olmadığını bildirmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və qəzanı kimin törətdiyini soruşmuşlar. O da öz növbəsində qəzanı törədən şəxs olduğunu polis əməkdaşlarına bildirmişdir. Daha sonra polis əməkdaşları onu Nizami RPİ-nə aparmışlar. O, Nizami RPİ-də olarkən onun ailə üzvləri və qəza nəticəsində ölən şəxsin qardaşı və digər yaxınları ora gəlmişlər. O, hadisə yerində olarkən Zərərçəkmiş şəxs artıq vəfat etmişdir. Ekspertlər Zərərçəkmiş şəxs meyidinin fotolarını çəkmişlər. Onun maddi imkanı olmadığına görə onun anası tərəfindən Zərərçəkmiş şəxs hüquqi varisinə 10.000 manat məbləğində pul ödənilmişdir. Onlar yas mərasiminin təşkili üçün də zərərçəkmiş şəxsin yaxın qohumlarına pul vermək istəmişlər. Lakin onun atası vəfat etdiyi üçün maddi vəziyyətləri pis olmuşdur. Zərərçəkmiş şəxs ailəsi bunu anlayışla qarşılamışdır. Ona görə zərərçəkmiş şəxsin yaxın qohumları ondan əlavə olaraq pul istəməmişlər. Onlar Zərərçəkmiş şəxs yas mərasimində iştirak etmək istəsələr də, Zərərçəkmiş şəxs ailə üzvləri onlardan bunu etməmələrini istəmişlər. Ona görə də onlar zərərçəkmiş şəxsin yas mərasimində iştirak etməmişlər. Bunun səbəbi ondan ibarət olmuşdur ki, zərərçəkmiş şəxsin ailə üzvləri yas mərasimində onların iştirak etməsinin həmin vaxt uyğun olmadığını bildirmişlər. O, törətdiyi cinayət əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrini, habelə zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələrini, elan edilmiş şahid ifadəsini, eləcə də cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, hadisə yerində olmamışdır. Hadisə baş verən zaman o, yolda olmuş və yaşadığı evə getmişdir. Bu vaxt ona evdən zəng edərək qardaşı Zərərçəkmiş şəxs maşın vurduğunu və nəticədə qardaşı Qasımın rəhmətə getdiyini bildirmişlər. O, qardaşı Qasımın maşın tərəfindən vurulduğunu görməmiş, lakin ona gələn zəngdən sonra hadisə yerinə gedərək qardaşının yerdə uzandığını görmüşdür. Hadisə “Neftçilər” metrostansiyası yaxınlığında baş vermişdir. O, hadisə yerinə çatan zaman qardaşı Qasım artıq vəfat etmişdir. Təqsirləndirilən şəxs və sonuncunun anası onların ailəsinə yaxınlaşaraq üzrxahlıq etmişlər, eləcə də hadisə nəticəsində vurulmuş zərərin aradan qaldırılması məqsədilə onlara köməklik etmişlər. Ona görə də o və onun ailəsi Təqsirləndirilən şəxs bağışlamışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş ziyan tam şəkildə ödənilmiş, ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, oğlu Təqsirləndirilən şəxs törətdiyi əməli haqlı saymır. Belə ki, oğlu Aləmin törətdiyi qəza nəticəsində bir insan həyatını itirmişdir. Bu çox pis haldır. Buna görə də o, oğlu Aləmə qarşı uzun müddət acıqlı olmuş və Aləmin barəsində həbs qətimkan tədbirinin seçilməsinin tərəfdarı olmuşdur. O, övladlarını cəmiyyət üçün yetişdirmişdir. Buna baxmayaraq belə bir hal baş vermişdir. Demək ki, bu hadisədə onun da səhfi olmuşdur. O, öz vəzifəsini tam olaraq yerinə yetirə bilməmişdir. Belə bir hadisənin baş verməsindən və oğlu Aləmə avtomobili idarə etmək üçün icazə verdiyindən çox peşmandır. O, Aləmə görə də çox peşmançılıq hissi keçirir. Onun əri vəfat etmişdir və o, ağır xəstəlikdən əziyyət çəkir. O, məhkəmədən oğlu Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətdiyi **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobil ona məxsusdur. Onun oğlu Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə 18 yaşını tamam olmuş və ona görə də sürücülük vəsiqəsi olmamışdır. Təqsirləndirilən şəxs həmin ərəfədə hərbi xidmətə gedəcəyindən ondan arabir avtomobili idarə etməsi üçün verməyini xahiş etmişdir. Lakin, o, hər dəfə ehtiyyat etdiyi üçün avtomobili oğlu Aləmə verməmişdir. Sonuncu dəfə, yəni 06 iyun 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs çoxsaylı xahişlərinə və yaxın günlərdə hərbi xidmətə gedəcəyinə görə həvəsini alması üçün avtomobili idarə etməyə Aləmə icazə vermişdir. Aləm onun icazəsi ilə avtomobili götürüb getmişdir. Həmin gün saat 23:00 radələrində ona məlum olmişdur ki, oğlu Aləm ona məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmiş və nəticədə adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs qəza nəticəsində ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dotu olmuşdur. 06 iyun 2023-cü il tarixdə, saat 22:00 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşüb orada yerləşən kafelərin birində çay içmişdir. Təqribən saat 23:00 radələrində o, dostu Zərərçəkmiş şəxsla birlikdə Q.Qarayev prospekti ilə həmin ərazidə yerləşən “Dakar dairəsi” adlı yerdən üzü “Xalqlar Dostluğu” metrostansiyası istqamətində yolun sağ tərəfindəki piyada səkisi ilə piyada hərəkət edərək yolun əks istiqamətinə keçmək üçün yerüstü piyada keçidinə yaxınlaşmışlar. Sonra o, Qasımla piyada keçidinin üzəri ilə yolun digər tərəfinə doğru hərəkət etməyə başlamışdır. Onlar yolun ortasında olan əks yolları ayıran beton səkiyə çatdıqda, piyada keçidinin üzəri ilə hərəkətlərini davam etdirmək istəmişlər. Lakin o, piyada keçidinə çatmamış gözləmiş, Qasım isə ondan qabaqda getdiyindən ayağını piyada keçidinə qoyaraq keçmək istəmişdir. Bu vaxt anidən qara rəngli “Hyundai” markalı avtomobil Qasımı vurmuşdur. O, hadisədən sonra şoka düşdüyündən nə baş verdiyini başa düşməmişdir. Bir qədər sonra o, Qasımın zərbənin təsirindən yolun əks istiqmətində asfalt örtüyün üzərinə düşdüyünü görmüşdür. Şahid1 oğunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onların arasında yaxşı münasibətlər olmuşdur. 06 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə ön sərnişin oturacağında əyləşmişdir. Bu zaman avtomobildə ondan və Aləmdən başqa heç kim olmamışdır. Aləm avtomobili “Xalqlar Dostluğu” metrostansiyası istiqamətindən “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Dakar Dairəsi” istiqamətində olan yolun soldan birinci zolağı ilə saatda təqribən 60 km sürətlə idarə etmişdir. Bu zaman onun başı telefona qarışdığından yola baxmamışdır. Birdən o, Aləmin avtomobil ilə nəyisə vurduğunu hiss etmiş və şoka düşmüşdür. Sonra Aləm avtomobili bir qədər irəlidə saxlamış və onlar avtobildən düşmüşlər. O, sağa-sola baxdıqda bir nəfər kişi cinsindən olan şəxsin asfaltın üzərində ölmüş vəziyyətdə olduğunu görmüşdür. Aləmin idarə etdiyi avtomobil isə zədə almışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəq 3) görünür ki, həmin gün saat 23:14-də Azərbaycan Respublikası DİN-in TŞX-nin operatoru Hətəmxanov 102 xidmətinə zəng edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində fəaliyyət göstərən “Piknik” restoranının qarşısında “Hyundai Sonata” markalı, 77-RV-21 dövlət qeydiyyat nişanlı avtomobilin kişi cinsindən olan piyadanı vurduğunu və sonuncunun hadisə yerində vəfat etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 4-9) görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Dönərzadə” adlı restoranın yaxınlığında, 8-ci km bazarı istiqmətindən “Dakar dairəsi” istiqamətinə doğru olan yolun soldan birinci zolağında, piyada keçidinin üzərində baş vermişdir. Yol asfaltbetondan ibarətdir, örtüyün vəziyyəti qurudur. Hadisə baş verən hərəkət hissə üç hərəkət zolağından ibarətdir. Hər bir zolağın eni 3,5 metr olmaqla, hərəkət hissənin eni 10,5 metr təşkil edir. Yolun hadisə baş verən hərəkət hissəsi soldan beton səki ilə əksistiqmətli yoldan ayrılmışdır, həmin beton səkinin eni 0,5 metrdir.“Hyunda Sonata" markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı həmin hərəkət hissənin soldan birinci hərəkət zolağında, soldan birləşdiyi beton səkidən iki metr sağa məsəfadə, piyada keçidinin üzərində vurmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yerdə asfalt örtük üzərində ağ rənglə boyanmış piyada keçdini işarə edən zolaqlar və yolun sağ tərəfində piyada keçidinin olduğunu bildirən yol nişanı vardır. Hadisə baş vermiş yoldu yuxarı sürət həddi saatda 60 km ilə məhdudlaşdırılmışdır. **-EV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtombilin ön alınlıq şüşəsinin sol hissəsi sınmışdır. Ön kapotda əzilmə izləri vardır. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinəyə dair 2/17713 saylı protokoldan (cild 1, iş vərəq 14) görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs ayıq olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/1701 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 52-53) görünür ki, “Hyundai Sonata” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkəltərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin MSY-dən azad olunması və qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-263/2023 saylı qərarından (cild 1, iş vərəqə 69-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X6” X12 544 nömrəli meyitin ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs sol saidin arxa səthinin sıyrığı və sol diz oynağının cuzi şişkinlik halında əzilməsibərk küt əşyanın təsirindən törənə bilərdilər, xx.xx.2023-cü il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 83) görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X6” X12 128 nömrəli meyitin ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 108-114) görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar olunmuş - baş beyin toxumasının təpə və gicgah paylarına, kəllə daxili yumşaq qişalara, gicgah əzələlərinə və kəllənin dərialtı yumşaq toxumasına qansızıma, hər iki gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, qabırğaların çoxsaylı sınıqları, daxili orqanların (sağ ağciyər, qaraciyər, sağ böyrək və böyrəküstü vəzlər, salaq, diafraqma) qansızması və travmatik cırılmaları, sağ saidin qapalı hər iki baldırın açıq sınıqları, bədən səthinin, başın, sifətin, hər iki yuxarı və aşağı ətrafların çıxsayiı yara, sıyrıq və qançırları-həyatdirlər, ölümündən az əvvəl bərk küt əşyanın təsirindən törənə bilərdilər, xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yaranmışdırlar dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu müştərək travma nəticəsində həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 9-12 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 93) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 106) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 118-123) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264 və 185-ci maddələri ilə cinayət təqibinin rədd eidlməsi, **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması və saxlanılması üçün Şahid2 təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 134) görünür ki, 01 ədəd diskdə 02 ədəd video fayl vardır. Birinci sırada olan “TŞ4- 0702-2023-06-06_23...” adlı fayla baxış zamanı 10 dəqiqə 01 saniyədən ibarət videogörüntü olduğu müəyyən edilmişdir. Həmin görüntülər istintaqı aparılan hadisənin baş verdiyi ünvanın yaxınlığıdır. Belə ki, həmin görüntülərin 03 dəqiqə 47-ci saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Hyundai Sonata” markalı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətindən "Dakar dairəsi” istiqamətində olan hərəkət hissənin sol zolağı ilə avtomobilin işıqlandırmasını işə salmamış halda düzünə hərəkət etdiyi müşahidə edilir. Diskdə olan digər fayla baxış zamanı fayida hadisə yerinin görüntülərinin əks olunduğu müşahidə edilir. Görüntülərdən görünür ki, hadisə yeri suni şəkildə işıqlandırılmışdır. Hadisə yerində yerüstü piyada keçidi vardır və piyada keçidinin olması xüsusi nişan və sayrışan işıqlar vasitəsi ilə göstərilmişdir. Həmin fayida olan videogörüntülər 10 dəqiqə 01 saniyədən ibarətdir. Görüntünün 03:19 saniyəsində Zərərçəkmiş şəxs “Dakar” dairəsi istiqamətindən səki ilə tanışı Şahid3 ilə birlikdə piyada keçidi istiqamətində gəlir, Zərərçəkmiş şəxs 3:40-da piyada keçidinə ayaq qoyur və asta yeriş tempi ilə piyada keçidi ilə yolun əks tərəfi istəqamətində hərəkət edir, o, 03:48-də hərəkət isqamətlərini ayran beton səkinin üzərinə çıxır, 03:49-da piyada keçidinin əks isiqmətdə, yəni “Xalqlar Dostluğu” metrostansiyası istiqmətindən “Dakar Dairəsi” istiqamətində olan hissəsinə ayaq qoyur, 03:50-də avtomobil ön hissəsi ilə piyada keçidinin üzərində Zərərçəkmiş şəxs vurur, Zərərçəkmiş şəxs zərbənin təsirindən 03:52-də yolun əks hərəkət istqəmətində avfalt örtüyün üzərinə düşür. Hadisəni törədən avtomobil bir qədər irəlidə dayanır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 135-136) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-367/2023 saylı qərarından (cild 1, iş vərəqə 151-157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə onun müdafiəçisi tərəfindən vəsatət verilmiş və məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmaqla, məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-841/2023 saylı qərarından (cild 1, iş vərəqə 161-167) görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-367/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2144/2023 saylı hazırlıq iclasının yekununa dair qəbul edilmiş qərarından (cild 1, iş vərəqə 207-208) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən (cild 1, iş vərəqə 218) görünür ki, o, məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 ********** nömrəli arayışından (cild 1, iş vərəqə 247) görünür ki, Şahid2 müddətsiz İİ qrup əlillik verilmişdir. Əsas diaqnoz: M16.4 ikitərəfli posttravmatik koksartrozlar, hər iki bud çanaq oynağının koksartrozu İİİ dərəcə. xx.xx.2016-cı il tarixli 115151 saylı əlillik vəsiqəsindən (cild 1, iş vərəqə 245) görünür ki, Təqsirləndirilən şəxs anası Şahid2 İİ qrup əlildir (əlillik ümumi xəstəliyə görə verilib). xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin (cild 1, iş vərəqə 244) görünür ki, Təqsirləndirilən şəxs atası X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışından (cild 1, iş vərəqə 246) görünür ki, Təqsirləndirilən şəxs anası Şahid2 müddətsiz İİ qrup əlillik verilmişdir. Əsas diaqnoz: M16.4 ikitərəfli posttravmatik koksartrozlar, hər iki bud çanaq oynağının koksartrozu İİİ dərəcə. Oynaqların ortopedik implantlarının olması, sol bud-çanaq oynağının total endoprotezi əməliyyatından sonrakı vəziyyət (ağır fiziki işdən kənar olmaqla, yüngül işlərdə işləyə bilər). Xasiyyətnamadən (cild 1, iş vərəqə 243) görünür ki, o, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan anası Şahid2 məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətindən “Dakar dairəsi” istiqmətində saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyini təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, piyada piyada keçidinə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vadisəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən “Dönərzadə" adlı restoranın yaxınlığında nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beyin toxumasının təpə və gicgah paylarına, kəllə daxili yumşaq qişalara, gicgah əzələlərinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, hər iki gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, qabırğaların çoxsaylı sınıqları, daxili orqanların (sağ ağciyər, qaraciyər, sağ böyrək və böyrəküstü vəzlər, salaq, diafraqma) qansızması və travmatik cırılmaları, sağ saidin qapalı hər iki baldırın açıq sınıqları, bədən səthinin, başın, sifətin, hər iki yuxarı və aşağı ətrafların çoxsaylı yara, sıyrıq və qançırları ilə nəticələnən xəsarətlər yetirmiş, bu xəsarətlərdən almış olduğu müştərək travma nəticəsində həyatla bir araya sığmayan xəsarətlər Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Göründüyü kimi cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş və həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını (cinayət əməlini törədərkən yenicə yetkinlik yaşına çatdığını), cinayəti törətdikdən sonra hadisə yerindən qaçmayaraq, əksinə hadisə yerində qalaraq orada polis əməkaşlarını gözlədiyini, törətdiyi cinayət əməlini səmimi şəkildə etiraf etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, cinayət nəticəsində vurulmuş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin dəfələrlə ibtidai istintaq orqanına və məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, bu barışığın hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zamanı əldə edildiyini, təqsirləndirilən şəxsin və onun yaxın qohumlarının zərərçəkmiş şəxsin yas mərasimində iştirak etmək istədiklərini (lakin zərərçəkmiş şəxsin yaxın qohumlarının arzusuna uyğun olaraq bu baş verməmişdir), dəfn və yas mərasiminin bütün xərclərinin təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ödənildiyini, onun atasının vəfat etdiyini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu və anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, eləcə də anasının İİ qrup əlil olduğunu Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənildikdə, əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda cəza təyini ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vurduqdan sonra özünü nümunəvi sürücü və vətəndaş kimi aparmış, yəni hadisə yerinə qayıdaraq orada polis əməkdaşlarını gözləmiş, ibtidai istintaq orqanına törətdiyi cinayət barədə səmimi şəkildə etirafedici ifadə vermiş, törətmiş olduğu cinayət əməlinin açılmasında fəal köməklik etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, cinayət nəticəsində vurulmuş ziyan ödənilmiş, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zaman barışıq əldə etmişdir. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan və ondan asılı olan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Qeyd edilən hallar hazırkı iş üzrə əhəmiyyət kəsb edən hallardır və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, ona həmin maddə üzrə əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, eləcə də 09 iyun 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 11 (on bir) gün müddət ona təyin ediləcək cəzaya daxil edilərək həmin cəzadan çıxılmalıdır və onun üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət və 09 iyun 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 11 (on bir) gün müddət ona təyin edilmiş cəzaya daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 6 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləvğ edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar