Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2145/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Ağdam rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, subay, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 102/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərində çəkilməmiş 06 (altı) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,525 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda 6,249 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17.52-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,130 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,525 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda 6,249 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanının yaxınlığında DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb İdarəyə dəvət olunmuşdur. Polis İdarəsində video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd qara rəngli “Attenti” markalı cihazı, şalvarının sağ yan cibində olan 01 ədəd “Hoppo” markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli üstü yapışqan lentlə örtülmüş olan sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Eləcə də şəxsi axtarış davam etdirilərkən mobil telefonun arxa hissəsindən 01 ədəd “Birbank” bank kartı aşkar edilmişdir. Bundan sonra 01 ədəd qara rəngli bükümə baxış keçirilmiş və onun içərisində 02 ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, digər bükümün içərisində isə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün almasını, lakin bunun müqabilində hazırda pul verməsə də, 135 manat pul verməli olduğunu bildirmişdir. Həmçinin, sonuncu əvvəllər də həmin maddələrdən istifadə etdiyini, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddələr polislər tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Attenti” markalı cihaz özünə qaytarılmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Hoppo” markalı mobil telefon və “Birbank” bank kartı polislər tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllərdə narkotik vasitə istifadəçisi olmuş, sonra isə müalicələr almışdır. Özünü qismən təqsirli bilməsinin səbəbi isə həqiqətən də onun İİR-nın vətəndaşı ilə əlaqə saxlaması və göstərilən yerdən az çəkidə narkotik vasitənin və psixotrop maddənin gedib götürəcəyinə dair vəd verməsi olmuşdur. Daha sonra özünü qismən təqsirli bilməsini nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskində olan video görüntülər, SMS yazışmaları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş hazırda BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olmuş məlumatda xx.xx.1997-ci ildə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi polis mayoru Şahid2 həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə o, təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 17:52-də ünvan 4 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs tərəflərindən saxlanılmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxs şəxsiyyəti barədə sorğu edilmiş və o, özünü təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdir. Bundan sonra sonuncu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün BMCMİ-yə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil dəvət edilərək ona təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, ilk öncə sonuncuya qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd qara rəngli “Attenti” markalı cihazı, şalvarının sağ yan cibində olan 01 ədəd “Hoppo" markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli üstü yapışqan lentlə örtülmüş olan sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonuncu təqdim etdiyi 01 ədəd “Attenti” markalı cihazın sol ayağının bilək nahiyəsində olan azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq edilən cihaza aid olduğunu bildirmişdir. Eləcə də şəxsi axtarış davam etdirilərkən 01 ədəd “Hoppo” markalı mobil telefonun arxa hissəsindən 01 ədəd üstündə 5239 1517 9964 3880 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı aşkar edilmişdir. Bundan sonra 01 ədəd qara rəngli bükümə baxış keçirilmiş və onun içərisində 02 ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə, digər 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından şəxsi istifadə məqsədi ilə aldığını, lakin bunun müqabilində hazırda pul verməsə də, 135 manat pul verməli olduğunu, əvvəllər də həmin maddələrdən istifadə etdiyini, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Attenti” markalı cihaz iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı sonuncunun üzərindən aşkar edilmiş 01 ədəd “Hoppo” markalı mobil telefon və 01 ədəd üstündə 5239 1517 9964 3880 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən baxış zamanı hər hansı qanunsuz əşya və ya digər predmetlər aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan tərəflərindən ona qarşı hər hansı zorakı hərəkətlər, fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi faktları və halları eynilə təsdiq edərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd qara rəngli “Attenti” markalı cihazı, şalvarının sağ yan cibində olan 01 ədəd “Hoppo" markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli üstü yapışqan lentlə örtülmüş olan sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş, 01 ədəd qara rəngli bükümə baxış keçirilmiş və onun içərisində 02 ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə, digər 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmiş, şifahi sorğu sonuncu üzərindən aşkar edilmiş maddələri xx.xx.2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi İİR-nın vətəndaşından şəxsi istifadə məqsədi ilə aldığını, lakin bunun müqabilində hazırda pul verməsə də, 135 manat pul verməli olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan tərəflərindən ona qarşı hər hansı zorakı hərəkətlər, fiziki və psixi təzyiq edilməmişdir. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-868/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 29-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 82-86-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 184-188-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1088 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə”, “imza” və digər ad soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki; - 01 (bir) ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 6,249 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 01 (bir) ədəd ayrı-ayrılıqda təmiz çəkisi - 5,525 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Qeyd: Heroinin təmiz çəkisi – 6,249 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 6,199 qram, metamfetaminin təmiz çəkisi – 5,525 qram, tədqiqata sərf edildi cəmi – 0,05 qram, qalıq – 5,475 qram. Cinayət işinin 1-ci cild 44-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 141-144-cü vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli 1128 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİXƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisədən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cild 202-214-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,475 qram psixotrop maddə metamfetamin və 6,199 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə digər maddi sübutlar şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk və 01 ədəd “Oppo” markalı mobil telefon aparatı cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırma cəzasına məhkum edilmişdir Cinayət işinin 1-ci cild 127-133-cü vərəqələrində olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsi hökmünün icrası barədə göstəriş xx.xx.2022-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixə ona təyin olunmuş cəzanın 01 il 10 ay 03 gününü çəkmiş, 06 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 106-cı vərəqəsində olan şəxsi axtarış və götürməni özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin BMCMİ-nin inzibati binasında təhqiqatçı Murad Azayev xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 və İdarənin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və sonuncu özü barədə məlumat verdikdən sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur. Daha sonra üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd qara rəngli “Attenti” markalı cihazı, şalvarının sağ yan cibində olan 01 ədəd “Hoppo" markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli üstü yapışqan lentlə örtülmüş olan sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Attenti” markalı cihazın sol ayağının bilək nahiyəsində olan azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq edilən cihaza aid olduğunu bildirir. Eləcə də şəxsi axtarış davam etdirilərkən 01 ədəd “Hoppo” markalı mobil telefonun arxa hissəsindən 01 ədəd üstündə 5239 1517 9964 3880 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı aşkar edilir. Bundan sonra 01 ədəd qara rəngli bükümə baxış keçirilir və onun içərisində 02 ədəd sellofan bükümün olması, onlardan 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə, digər 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından şəxsi istifadə məqsədi ilə aldığını, lakin bunun müqabilində hazırda pul verməsə də, 135 manat pul verməli olduğunu, əvvəllər də həmin maddələrdən istifadə etdiyini, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Hoppo” markalı mobil telefon və 01 ədəd üstündə 5239 1517 9964 3880 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Sonuncunun təqdim etdiyi maddə olan bir bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb AR DİN «Zərflər üçün» 157 saylı möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 1-ci cild 159-169-cu vərəqlərində olan, xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Whatsapp” tətbiqetməsinə baxış zamanı müxtəlif nömrələr arasında müxtəlif səsli və yazılı məzmunlu ismarıclar müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs “Whatsapp” tətbiqetməsində +**********31 saylı nömrənin istifadəçisi olan İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanış olduqdan sonra xx.xx.2024-cü il tarixdə həmin nömrə ilə əlaqə saxlayıb tanımadığı şəxsin yönləndirməsinə əsasən narkotik vasitə və psixotrop maddə metamfetamin özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin “Whatsapp” tətbiqetməsində istintaqa məlum olmayan +**********31 saylı nömrədən Təqsirləndirilən şəxs “Whatsapp” tətbiqetməsində istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə narkotik vasitənin qoyulduğu yerin, yəni məkanın fotoşəkili göndərilmiş, həmçinin nakotik vasitənin və psixotrop maddənin qiymətinin 135 manat olması barədə danışıqların aparılması müəyyən edilmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilən zaman fotoşəkil bölməsində müxtəlif fotoşəkilləri müəyyən olunmuşdur. Həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən çıxan sms mətnlərində: - ***-***-**-** saylı mobil nömrədən +**********31 saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 16:35-də daxil olmuş sms mətnində “Ne geder pul vuracam, gulde qoyarsan.”, - ***-***-**-** saylı mobil nömrədən +**********31 saylı mobil nömrəyə xx.xx.2024 -cü il tarixdə saat 16:37-də daxil olmuş sms mətnində “Tamam, kartida atarsan. Mal götürülən bir sat sora karta vurulacag.”, - ***-***-**-** saylı mobil nömrədən +**********31 saylı mobil nömrəyə xx.xx.2024 -cü il tarixdə saat 16:40-da daxil olmuş sms mətnində “Yaxwı olar, inwallah. Bir iwdiyeriy. Men isdiyerem ki sende kiwi kimi iw goresen” göstərilmişdir. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan "xxxx" MMC-dən alınmış CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş sms mətnində “Əli menem Xeyrula 40 manat var nese elemey olar gelm”, +**********96 mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş sms mətnində “Qardaw mal var yaxşı. Pul gəlir tez gəl vatsapa”, ***-***-**-** saylı nömrədən ***-***-**- ** saylı mobil nömrəyə daxil olmuş sms mətnində “caq onuda duz qow eliyersəndə imkan olsa” yazılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama, satma və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülərlə, SMS yazışmalarla, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin və psixotrop maddələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində olan maddələrin miqdarının az olması, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (1-ci cild i/v 31- 33), şübhəli şəxsin izahatından (1-ci cild i/v 34-35), şübhəli şəxsi dindirmə (1-ci cild i/v 57- 60), təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 75-76) protokollarından və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından görünür ki (1-ci cild i/v 82-86) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları, eləcə də digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını, vəsatətlərinin olmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən CD diskdə olan video görüntülərdə Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd qara rəngli büküm çıxarıb təqdim edir. Həmin bükümün içərisində 02 ədəd sellofan bükümün olması, onlardan 01 ədədinin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddəyə oxşar metamfetamin, digər 01 ədəd bükümün içərisində isə qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə müəyyən edilir. Sonuncu təqdim etdiyi maddələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı İİR-nın vətəndaşı olan şəxsin onun istifadəsində olan ***-***-**- ** saylı nömrəsinə göndərdiyi konum vasitəsi ilə götürdüyünü, üzərində gəzdirərək özünün şəxsi istifadəsi məqsədi ilə saxladığını, həmin maddələrin müqabilində pul verməsə də 135 manat pul verməli olduğunu və əvvəllərdə həmin maddələrdən istifadə etdiyini bildirir (1-ci cild, i/v 106). Həmçinin, təqsirləndirilən şəxsin istifadəsində olan “Oppo” markalı mobil telefonun “Whatsapp” tətbiqetmə bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, +**********31 saylı nömrənin istifadəçisi olan İİR-nın vətəndaşı ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin və psixotrop maddənin alqı-satqısı barədə danışıqlar aparılmış, +**********31 saylı nömrədən Təqsirləndirilən şəxs “Whatsapp” tətbiqetməsində sonuncunun istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə narkotik vasitənin qoyulduğu yerin, yəni məkanın fotoşəkili göndərilmiş, həmçinin nakotik vasitənin və psixotrop maddənin qiymətinin 135 manat olması ona bildirilmişdir. Bundan sonra mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilən zaman fotoşəkil bölməsində müxtəlif fotoşəkilləri müəyyən olunmuşdur. Həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən +**********31 saylı nömrəyə xx.xx.2024-cü il tarixdə saat 16:35- “Ne geder pul vuracam, gulde qoyarsan.”,xx.xx.2024-cü il tarixdə saat 16:37-də “Tamam, kartida atarsan. Mal götürülən bir sat sora karta vurulacag.”,xx.xx.2024 -cü il tarixdə saat 16:40-da “Yaxwı olar, inwallah. Bir iwdiyeriy. Men isdiyerem ki sende kiwi kimi iw goresen” Smsləri yazmışdır. (1-ci cild, i/v 164-169). Bundan başqa "xxxx" MMC-dən alınmış CD disk məhkəmədə tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş sms mətnində “Əli menem Xeyrula, 40 manat var nese elemey olar gelim”, +**********96 mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş sms mətnində “Qardaw mal var yaxşı. Pul gəlir tez gəl vatsapa”, ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş sms mətnində “caq onuda duz qow eliyersənde imkan olsa” smslər yazılmışdır. Yuxarıdakılara əsasən həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 41.6 dəfə, külli miqdarından təxminən 3.1 dəfə, psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından təxminən 36.8 dəfə, külli miqdarından təxminən 2.7 dəfə artıq olması sonuncunun narkotik vasitələri və psixotrop maddələri məhz satışı və satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-102/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və böyük ictimai təhlükə tötrətməyən cinayətlər üzrə residiv nəzərə alınmır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-102/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq cəzasının 06 (altı) ay 01 (bir) gün müddətini çəkməmişdir (cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu). Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, aşkar edilən narkotik vasitənin və psixotrop maddənin miqdarını (heroinin təmiz çəkisi 6,249 qram, metamfetaminin təmiz çəkisi –5,525 qram), şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-102/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 06 (altı) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 03 (üç) ay müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2602 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Oppo” markalı mobil telefonun sonuncunun ailə üzvlərinə qaytarılmalı, Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 6,199 qram narkotik vasitə olan heroin, 5,475 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-102/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 06 (altı) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 03 (üç) ay müddət nəzərə alınmaqla, ona qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 6,199 qram narkotik vasitə olan heroin və 5,475 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Oppo” markalı mobil telefonun sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2145/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2145/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver