Məhkəmə qərarları › İş №1(101)-2146/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2146/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2146/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, tərcüməçi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin qəsəbədə 2-ci massiv, ev 9A ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2024-cü il tarixdə, saat 12:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən təmiz çəkisi 5,370 qram külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi 0,180 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamaqla üzərində daşımış, 19 fevral 2024-cü il tarixdə, saat 22:15-də ünvan 2 ünvanında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 23:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 5,370 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kağız bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,180 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik tərkibli maddələrin istifadəçisi olmuş, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan şəxs ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazaraq əlində narkotik tərkibli maddə olduğunu demiş, o, həmin şəxsi tanımadığından, onun nömrəsini haradan və necə tapdığı barədə məlumatı olmamışdır. İran İslam Respublikasının vətəndaşı olan həmin şəxslə xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-nin “Ulduz” metrostansiyasının yaxınlığında görüşərək şəxsi istifadəsi üçün narkotik vasitə heroin əldə etmək barədə razılaşıb həmin tarixdə müvafiq metrostansiyanın yaxınlığına getmiş, oradakı vəziyyət ona şübhəli gəldiyindən, geri qayıtmaq istədikdə 5-6 nəfər polis əməkdaşı onu saxlayıb Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində hər hansı narkotik tərkibli maddə olmamışdır. Həmin polis şöbəsində ona polis əməkdaşları tərəfindən fiziki və psixi təsir göstərilərək üzərindən narkotik tərkibli maddənin çıxdığını söyləməyə və müvafiq istintaq hərəkətində nümayiş etdirməyə məcbur edilmişdir. O, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində “Ulduz” metrostansiyasının yaxınlığında saxlanıldığını, həmin ünvana könüllü şəkildə getdiyini, həmin ünvanın konumunu, yəni geolokasiyasını ona İran İslam Respublikasının vətəndaşı olan şəxsin yolladığını, üzərində ilk baxışın polis şöbəsində aparıldığını, ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə bağlı prokurorluq orqanına məlumat verdiyini, içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini, “Whatsapp” tətbiqinin həmin mobil telefon və nömrədə olduğunu, İran İslam Respublikasının vətəndaşı olan şəxslə hansı mobil nömrə vasitəsilə əlaqə saxladığını xatırlamadığını, cinayət işinin materiallarında olan imzaların ona məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət- Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, təxminən 6-7 aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 5-6 ay əvvəl “Whatsapp” tətbiqi vasitəsilə xarici nömrədən bir şəxs ona mesaj yazaraq əslən iranlı olduğunu deyib psixotrop maddələr almağını təklif etdikdə razılaşdıqdan sonra müxtəlif vaxtlarda həmin şəxsdən psixotrop maddələr almışdır. 19 fevral 2024-cü il tarixdə, axşam saatlarında həmin iranlı şəxs ona psixotrop maddə və narkotik vasitələr əldə etməyi təklif etmiş və pulu sonra ödəyə biləcəyini ona söyləmişdir. O, razılaşdıqdan sonra İran İslam Respublikasının vətəndaşı olan həmin şəxs “Whatsapp” tətbiqi vasitəsilə məkan göndərərək narkotik vasitələrin harada olduğunu işarələmiş, həmin ünvan Bakı şəhəri, Nərimanov rayonu, R.Əliyev küçəsində, yəni “Ulduz” metrostansiyasının yaxınlığında yerləşmişdir. O, həmin tarixdə saat 22 radələrində qeyd olunan ünvana getmiş, orada yolun kənarında həmin iranlı şəxsin işarələdiyi yerdən 2 ədəd bükümü götürüb əynində olan gödəkcənin sol iç cibinə qoymuşdur. Bir qədər uzaqlaşdıqdan sonra ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim edib onun narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu söyləmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin şəxslərlə birlikdə 17-ci Polis Şöbəsinə getmiş, orada üzərində şəxsi axtarış və baxış keçirilən zaman o, əynində olan boz rəngli gödəkcənin sol iç cibindən içərisində metamfetamin və “kakos” (yəni heroin) olan 2 ədəd bükümü çıxarıb təqdim etdikdən sonra şəxsi axtarış aparılaraq əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli üzük, bir ədəd açar, bir ədəd gümüşü rəngli bilərzik və bir ədəd 4098-5844-6463-5554 nömrəli “Leobank” kartı, əynindəki boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd bənövşəyi rəngli alışqan, iki ədəd 5 manatlıq və beş ədəd 1 manatlıq pul əskinasları, eləcə də bir ədəd 20 manatlıq pul əskinası, əynində olan boz rəngli gödəkcənin altından geyindiyi qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd və sol yan cibindən bir ədəd “Keno” markalı siqaret qutuları, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı, həmin şalvarın sol yan cibindən isə bir ədəd “Nokia E71” markalı mobil telefonlar, əynində olan boz rəngli gödəkcənin altından geyindiyi qara rəngli gödəkcənin sol iç cibindən isə bir ədəd çəhrayı rəngli plastik boru aşkar edilmişdir. Həmin vaxt üzərindən aşkar edilmiş bir ədəd 4098-5844-6463-5554 nömrəli “Leobank” kartı, bir ədəd “Redmi” markalı və bir ədəd “Nokia Е71” markalı mobil telefonlar, eləcə də aşkar edilmiş bir ədəd 20 manatlıq pul əskinası xarici əlamətlərindən saxtalığına dair şübhə doğurduğuna və iş üzrə əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 19 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “Ulduz” metrostansiyası yaxınlığında yerləşən Rövşən Əliyev 9 ünvanında saxlayıb Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparmışlar. Həmin polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metafetamin aşkar edilib götürülərək qablaşdırılmaqla ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, Təqsirləndirilən şəxs ona və digər polis əməkdaşına qarşı hər hansı müqavimət göstərmədiyini, onun rəhbərliyi altında o və həmin polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun yaradıldığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxışın polis şöbəsində aparıldığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq edilmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlə təqdim edilmədiyini, Təqsirləndirilən şəxs üzərində olan narkotik tərkibli maddələri könüllü şəkildə təqdim etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metafetamin aşkarlandığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən “Ravil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması, həmçinin üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə “Ravil” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5; 8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və bir ədəd qızılı rəngli kağızdan olan bükümü təqdim etdikdən sonra həmin bükümlərin içərisində “kakos” (narkotik vasitə heroin) və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik tərkibli maddələri eyni tarixdə saat 22:00 radələrində “Ulduz” metrostansiyasının yaxınlığından şəxsi istifadəsi üçün borc şəklində əldə etdiyini bildirmiş, prosessual hərəkətlər edildikdən sonra müvafiq bükümlər zərfə qoyularaq qablaşdırılıb “219” nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, vərəqə 27-29; 87-88) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1005 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər...” yazı və imzalar olan zərfdə bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 5,370 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 0,180 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 5,370 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 5,320 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 0,180 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,130 qram qalıq qalmışdır). (Cild 1, iş vərəqə 39-40) xx.xx.2024-cü il tarixli “Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsif olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 67-68) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 71-72) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 517/2024 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədibirinin aparılması barədə” Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi Azər Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 124) Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2/2-7775 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticələnməmişdir. (Cild 1, iş vərəqə 144) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “2 Nömrəli Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 1/1107 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 150) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Bakı şəhər Narkoloji Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 1323 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində qeydiyyatda deyil. (Cild 1, iş vərəqə 151) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, xx/xx-3402 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin tibb müəssisəsində narkoloji qeydiyyatda deyil. (Cild 1, iş vərəqə 155) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Mərkəzi” X6 Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 156) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsinə qərar verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,320 qram narkotik vasitə heroin və 0,130 qram psixotrop maddə metamfetamin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 244-255) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 12-13) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı məhkəməyədək icraat zamanı fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-20-10/2-155 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilərkən həkim baxışından keçirilmiş, sorğu zamanı zədə almadığını bildirmiş, bədənində yeni xəsarət izləri aşkar edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. 06 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs 5-6 nəfər polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmadığını, zorakılıq nəticəsində müvafiq istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən narkotik tərkibli maddələrin ona məxsus olduğunu nümayiş etdirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olubolmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə şahidlər Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid2 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun saxlanıldıqdan dərhal sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparıldığını, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkarlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olan sənədlərdən, şahid ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində saxlanılmasında 2 şəxs, yəni Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişlər. Başqa şəxs və ya şəxslərin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı cinayət işinin materialları ilə, habelə məhkəmə baxışı zamanı müəyyən edilmir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və bir ədəd kağız bükümü təqdim etmiş, aşkarlanan bükümlər kağız zərfdə qablaşdırılıb 219 nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1005 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 5,370 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,180 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini ittihama uyğun hissədə əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ittihama uyğun hissədə ifadələrini, şahidlərin həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə təmiz çəkisi 5,370 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,180 qram təşkil edən xeyli miqdarda psixotrop maddə hesab eidilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 19 fevral 2024-cü il tarixdə saat 22:15 dəqiqədə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkcənin sol iç cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 5,370 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,180 qram təşkil edən psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs dindirilən zaman cinayət işinin materiallarının 1-ci cildinin 185-218-ci vərəqlərində olan, “Mobil telefona baxış keçirilməsi” protokolu elan olunub tədqiq edilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” mobil tətbiqi vəsitəsilə +98-***-***-**-** saylı nömrə istifadə edən şəxslə aşağıdakı məzmunda yazışmalar aparmışdır: - Digər şəxs: Salam; - Təqsirləndirilən şəxs: Hə qaqa, eşidirəm. Nətərsən? Yığmışdın məni; - Digər şəxs: Qaqa teymalardan götürürsən desəm 5 daş 5 torpaq; - Təqsirləndirilən şəxs: Qaqa başa düşmədime nə deyirsən. Düzəmməlli səs at görüm nə deyirsən?; - Digər şəxs: sənə teyman atacam 5 daş 5 torpaq çıxıb götürərsən iş görək işləyək; - Digər şəxs: səs qoy; - Təqsirləndirilən şəxs: Problem yoxdu qaqa. Eləyə bilirsənsə elə. Pulundan arxayın ol. Çalış Lökbatan tərəfə atdır. Pulundan da arxayın ol; - Digər şəxs: Sabah saat 7-8 arası deyəcəm çıxıb götürərsən. Adamım; - Digər şəxs: Ot da al, ot da al, daşdır, bir də torpaqdır. 5 daş 5 torpaqdır, 10 qram da ot, onları götürüb mənim pulumu vurassan işləyəcəyik də kişi kimi; - Təqsirləndirilən şəxs: Narahat olma, o nə deməkdir, sənlə söhbət eləmişik də qardaş; Pulundan narahat olma qaqa. Ama bax dəqiq yəni indi özün deyirsən ki kişi kimi, qaqa, məni də bax aldatma, qaqa, yəni səhər 7-də düzələcəksə, qaqa, mən bilim işimi, yəni indidən işimi düzgün qurum, bir də çalış Lökbatan tərəf olsun da qaqa; - Digər şəxs: sözüm üstə eşq müşkülü yoxdur, öz temamdır, başqa adamdan tema götürmürəm, mən bildin ki eşq qorxusu yoxdu hara olsa öz temamdır, day səninki 1dən 20 nəfər sıxılıb neçə dənə ünvan hərəsinə 5 dənə 10 dənə 20 dənə tək səninki deyil hərənin ünvanı bir yerdədir. Eşq müşkülü yoxdur. Sən hazır ol sabah saat 7-ə sənə hara-hara yaxındır?; - Digər şəxs: Sabunçu var Xırdalan Əhmədli kəndi var Ərmənoğlu var ondan sonra haralara desən çıxarda bilirəm Saray yolu var Əhmədli kəndi var haralara desən çıxarda bilirəm. Vare teymanıya söz yoxdu götürüb deyəssən bundan bir də at mənə teymalarıma müşkül yoxdur öz teymanımdı səni yollayıram başqa adamdan teyman götürsəm səni mən yollamaram; - Digər şəxs: Temalarım ordadı, hansından götürə bilirsən atdırım ora öz temamdı eşq müşkülü yoxdur; - Digər şəxs: Kasları indi bağladıram kimə tema lazımdır sabah o dediyim vaxt atır qutardı çıxır gedir bildin ki da day elsevən bağlama zad yox indidə hazırlanır sabah hərəninkini atır öz yerinə; - Təqsirləndirilən şəxs: Mənə qaqa Lökbatan tərəf, Lökbatan ərazisi yaxındı da, yəni o sən dediyin Əhmədlidi, nəm Saray, oralar məndən çox uzaqdı, oralara gedib çıxa bilməyəcəm qaqa; - Digər şəxs: Metro nərimanoğlunda ən çox teman oralara olur, başqa yerlərə olmur, Saray yoludu oradı ondan sonra bu cür; - Təqsirləndirilən şəxs: Uzaqdıda brat, ora uzaqdıye qardaşım, gör yenə də nəbilim e cəhənnəm heç olmazsa, Xırdalan zad olsa, ora gedib çıxaram bir təhər səhər mənə yenə də xəbər eləyərsən də; - Digər şəxs: Başqa adamdan özüm götürmürəm yaxınlarda ama öz temanımdı ona səni yollayıram güclü tema özüm bilirəm səni yollayıram başqa adamla yollamaram heç yana pulsuz sən ki hələ pulu görsədirsən ona görə səni yollayıram nərimanoğlu rahatdı öz temanımdı götürüb gedib qayıdassan; - Digər şəxs: Sən səhər saat 7-də, 8-də setdə ol, konum səkli atım, get götür; - Digər şəxs: Zabrata da yaxınsan ay qaqa Zabrat ora gedə bilərsən?; - Təqsirləndirilən şəxs: Zabrat yoxe qardaşım, Zabrat bilirsən hardadır dünyanın o başındadı e, mənə elə ən yaxın yer Xırdalandı. Xırdalan, Lökbatan oralara gedə bilirəm; - Digər şəxs: 5 daş, 5 torpaq, 10 qram da ki otdur, bölər 20 qram onu balacam canı sənə atıram get nərimanoğlundan sabahları 7-8 arası konum şəkil atacam sənə get götür yarım saat, bir saat bir günə mənim pulumu vur içinə belə də iş qoşaq işləyək öz temamdı səni başqa yerə yollayıb başqa adamın temasına poçta uzağa yollamıram ki mən səni güclü temadı öz temamdır səni mən yollayıram. Sabah şəkil atacam taksi ilə gedirsən nə ilə gedirsən nərmənoğlundan get götür; - Digər şəxs: Özün başqa tema götürüb səni yollamırdım deyirdim ki ataş kaldır bir şeydir ya gedib zibilə ilişərsən odur ki yollamırdım indi öz temanımdır səni mən yollayıram başqa adama yollamaram sən sabah 7-8 arası get götür konum şəkil atacam get götür; - Digər şəxs: Salam; - Digər şəxs: Sabah gedirsən ora deyim tema bağlasın sənə alacam da sənə öz temanımdı səni yollayıram başqa adama mən teyma yollamıram ha day gedər ilişər zibili çıxar öz temanımdı səni yollayıram getsən mənə de bağladım getməsən yox mən istəyirəm atam işdiyir öz temanımdır; - Təqsirləndirilən şəxs: Qaqa, o sən dediyin yerlər mən qaldığım yerdən uzaqdıye başına dönərəm oralar mən gedib çıxa bilmirəm də nətər sənə deyime gedib atdırarsan qalacaq orda sonra deyəssən ki mən sənin üçün elədim sən yalançı çıxdın mən istəmirəm də elə olsun bu yaxşılığı eliyirsənsə qaqa gör bu Lökbatan ərazisinə bu nəm heç olmasa Xırdalan tərəfə zada atdıra bilsən gedib götürərəm belənçin o sən dediyin yerlər məndən qaldığım yerdən çox uzaqdıye ora gedib çıxmaq var; - Digər şəxs: Ay qa hara sənə yaxındı bax mənə de; - Digər şəxs: Harda olursan ba olduğun yeri de; - Digər şəxs: Qa harda yaşayırsan sənə hara yaxındı; - Təqsirləndirilən şəxs: Mənə Lökbatan yaxındı Lökbatan; - Digər şəxs: Bayaq dediyim yerlərə getsən bağladım gündüz götür saat 6-7-də belədə get; - Təqsirləndirilən şəxs: Sən səbrli ol qaqa mən səhər-səhər sənlə əlaqə saxlayacam inşallah dəqiq sənə deyəcəm nə var nə yox yəni vəziyyəti sənə dəqiq deyəcəm gedə bilirəm bilmirəm; - Təqsirləndirilən şəxs: Belə yəni mənə nəzərində saxlada indi səhər mən sənlə əlaqə saxlayacam indi əlimdə iş görrəm qaqa danışa bilmirəm sənlə rahat səhər hardasa 7 üçün sənlə əlaqə saxlayacam mən; - Digər şəxs: Oldu, oldu 7-də danışaq çıx get götür öz teymamdı heç bir başqa müşkülü yoxdur; - Digər şəxs: Qardaşım, hazırsan saat 7-yə 8-ə gedib ordan teymanı götürürsən bağladım indi bağlama bağladıram; - Digər şəxs: çıxassan ya yox temaya saat 6-da, 7-də; - Təqsirləndirilən şəxs: hə qaqa eşidirəm gör nə deyirəm hara olacaq inşallah hara gedəsi olacam mən; - Digər şəxs: Dediyim yerə hazırlaş dediyim yerə hazırlaş saat 7-yə konum, şəkil atacam get götür allah xeyrin versin; - Digər şəxs: Salam; - Təqsirləndirilən şəxs: Dediyin yer hara olacaq qaqa hara gedəcəm inşallah hara atılacaq; - Digər şəxs: Nərimanoğluna hazırdı saat 7-yə; - Təqsirləndirilən şəxs: Saat 7-di də uje; - Digər şəxs: Yarım saata atıram yarım saata atıram get götür; - Digər şəxs: Qaqa hazır ol ünvanı atıram konum şəkil atıram hazır ol çıxginən; - Digər şəxs: Salam; - Digər şəxs: Salam; - Digər şəxs: Salam; - Digər şəxs: Nərimanoğluna allah xeyrini versin get götür; - Təqsirləndirilən şəxs: Konumu atda konum at ba dəqiqdidə qaqa hə gedib orda başım xarab olmayacaqki; - Digər şəxs: heçnə yoxdur heçnə yoxdur dəqiqdir get götür qayıt; - Təqsirləndirilən şəxs: atırsan ünvanı atırsan; - Digər şəxs: hə atıram atıram; - Təqsirləndirilən şəxs: qaqa noldu nə xəbər var orda; - Digər şəxs: Heç nə ünvanı atıram elə ünvan çoxdu bilmirlər atırlar ona görə səninkin atır səs qoymuşam; - Təqsirləndirilən şəxs: Yaxşı, yaxşı; - Təqsirləndirilən şəxs: Qaqa, bir xəbər yoxdu maşın çağırtdırmışam ona görə səni dəyqə başı narahat eləyirəm; - Digər şəxs: Bildim, bildim ürəyim sənə qurban ürəyim sənə qurban 2 dəqiqəyə indi atıram çıxginən nə qədər yolundu ora; - Təqsirləndirilən şəxs: nə bilim sən bir ünvanı at mən baxımda bir nə qədər gedib çıxa gedə bilirəm mən ora; - Digər şəxs: hə indi atıram, indi atıram; - Digər şəxs: Şəkil atılıb; - Digər şəxs: Konum atılıb; - Digər şəxs: Şəkil atılıb; - Digər şəxs: Atdım da çıx can allah xeyrin versin get götür; - Təqsirləndirilən şəxs: Heç nə qaqa allah köməyin olsun gedim götürüm çatım ora inşallah sənə xəbər eləyəcəmdə yəni setdə ol da səndə mən setdən çıxıram gedirəm orada qaqa götürüm narahat olma sənə xəbər eləyəcəm ki yəni götürmüşəm; - Təqsirləndirilən şəxs: qaqa gör nə deyirəm e indi orda nə atmısan nə var orda nədi vəziyyət orda bir dənə onu mənə denən; - Digər şəxs: 5 daşdı 5 torpaq 10 dənə də otdur; - Digər şəxs: bir dənə bunları yoxlamaq üçün atdım ki, biləsən kimlə iş qoşub işləyirsən düzdüyümü başqa bir şeyləri götür gör nə mənədi iş qoşubsan prosta iş teman götürməyibsən; - Təqsirləndirilən şəxs: hə heçnə brat yaxşı gedirəm də; - Digər şəxs: Çıx da çıx bu vaxta qalma çıx get götür; - Təqsirləndirilən şəxs: Gedirəm qaqa gedirəm mən setdən çıxıram nədi onun adı gedim çatım sənlə əlaqə saxlayacam; - Digər şəxs: Yenə də tapa bilməsən mənə de köməklik alım adamımdan köməklik alım sənə ordan mənə səs qoy şəkil sal lap köməklik alım sənə; - Digər şəxs: Heç müşkülü yoxdur getginən allah xeyrin vesin genə tapıb eləyə bilməsən mənə səs qoy ordan şəkil sal at sənə köməklik alım tez götür; - Digər şəxs: Bu vaxta qalma get götür ginən bu vaxta qalma; - Digər şəxs: Salam; - Digər şəxs: Sən arxayn ol çıx get götür ginən mindinki taksiyə mənə şəkil at bilimki getdin də; - Təqsirləndirilən şəxs: yaxşı qaqa yaxşı diyan taksi çağırmışam minim sənə xəbər eləyirəm; - Digər şəxs: çıx da çıx tələsginən çıx; - Digər şəxs: oldu oldu min taksiyə mənə xəbər elə ki çıxdım şəkil at get ünvana götür mənə səs qoy; - Təqsirləndirilən şəxs: bildim e qaqa indi sən mənə de görüm mənim sənə nə qədər borcum olacaq ümumiyyətcə nə qədər mənim sənə borcum olacaq; - Digər şəxs: 300 manat daşla torpaq eləyir hərəsində beş beş bir dəki 10 qram otduda 10 manatdan hesabla; - Təqsirləndirilən şəxs: heç nə yaxşı qaqa gedirəm gedim çıxım ora xəbər eləyirəm sənə mən sənə inanıb gedirəm də qaqa inşallah sağlıq salamatçılıq olar da bir problem zad olmaz; - Digər şəxs: Yox yox heç nə yoxdu getginən; - Təqsirləndirilən şəxs: ok; - Təqsirləndirilən şəxs: şəkil atılıb; - Digər şəxs: gördüm gördüm çıx qadanalım çıx bu vaxta qalma; - Digər şəxs: nə qədər yolun qaldı onu mənə de; - Təqsirləndirilən şəxs: çıxmışamda çıxmışam yoldayam gedirəm; - Təqsirləndirilən şəxs: şəkil atılıb; - Digər şəxs: nə qədər yolun var ora nə qədər yolun var; - Təqsirləndirilən şəxs: 1 saat hardasa 1 saat; - Digər şəxs: get orda tapa bilmədin sənə köməklik alım götür qayıt - Digər şəxs: get ora tapa bilməsən köməklik alım atım sənə tez tap götür kömək alım; - Təqsirləndirilən şəxs: yaxşı qaqa yaxşı; - Digər şəxs: getdin çatdın nə qədər yolun qaldı; - Digər şəxs: salam; - Digər şəxs: deyirəmki ora çatıbsan temanı götürməyə; - Digər şəxs: salam; - Digər şəxs: ordan mənə şəkil at görüm götürübsən ya yox; - Təqsirləndirilən şəxs: götürmüşəm hə; - Digər şəxs: şəklin çək at mənə çək at mənə; - Digər şəxs: şəklin at mənə görüm; - Digər şəxs: götürdünsə şəklin çək at mənə; - Digər şəxs: şəklin at mənə götürdüyün şəklin at mənə görüm o oğlandı; - Digər şəxs: qaqa orda otunda var ha otunda var onuda götür özünündü onu paylaşdırarsan; - Digər şəxs: orda otunda var otuda götürginən onları götürginən paylaşdır götür özünündü müşkülü yoxdur; - Digər şəxs: qaqa 3 kilo otdu 2 daş 2 də 2 dənədə torpaqdır götür onu paylaşdır; - Şəxsiyyəti məlum olmayan şəxs: cavab verdə cavab ver. Göründüyü kimi, digər şəxs fərqli vaxtlarda “ot”, “daş”, “torpaq” adı altında (eyni vaxtda müxtəlif növ) narkotik vasitə və ya psixotrop maddə göndərmək üçün Təqsirləndirilən şəxslə razılığa gəlmiş, Təqsirləndirilən şəxs həmin şəxsin dediyi yerə gedib müvafiq narkotik vasitə və psixotrop maddəni götürmüş, bununla bağlı xx.xx.2024-cü il tarixdə, saat 22:04-də həmin şəxsə “götürmüşəm hə” məzmununda cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır. Məhkəmədə elan olunmaqla, tədqiq edilmiş elektron məhkəmə informasiya sisteminin məlumatından görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Məhkəmə bir halı qeyd edir ki, məhkəmədə elan olunmaqla, tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 4314 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlər və psixostimulyatorların birgə qəbulu nəticəsində asılığı olsa da, Təqsirləndirilən şəxs opiodlərə aid olan heroin aşkarlanmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Həmin Qanunun İİ siyahısının 118-ci bəndində psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroin 5,370 qram, yəni şəxsi istehlak miqdarından təxminən 35,8 dəfədən, külli miqdarından isə təxminən 2,68 dəfədən artıq olması narkotik vasitə və psixotrop maddənin xırda bükümdə olması, narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyi, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu, istifadə etmədiyi halda narkotik vasitə heroini əldə etməsi və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin hiamyəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 18; 19), xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərarla müvafiq vəsatətdən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. (Cild 1, iş vərəqə 119-121) xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 122) xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 181) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-835/2024 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay 04 (dörd) gün müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 227-229) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 4314 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 111-112) Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,320 qram narkotik vasitə heroin və 0,130 qram psixotrop maddə metamfetamin məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu, yəni 19 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,320 qram narkotik vasitə heroin və 0,130 qram psixotrop maddə metamfetamin məhv edilsin, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar