Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-215/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkilləri Müdafiəçi8, Müdafiəçi2 və Müdafiəçi11, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi7, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi12, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri «Hümbətov və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi9 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi10 iştirakı ilə 1970-ci il avqustun 18-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, ev 21, mənzil 22 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 1982-ci il oktyabrın 01-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, «Paşa Holding» məhdud məsuliyyətli cəmiyyətində mühafizəçi işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanan Təqsirləndirilən şəxs2 1986-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, narkoloji dispanserdə mühafizəçi işləmiş, Füzuli rayonunun Musabəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, «Yaşıl Dərə» yeni yaşayış massivi, məhəllə 2 «a» ünvanındakı fərdi yaşayış evində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3 1992-ci il martın 03-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, cüdo müəllimi işləmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6də həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs5 1988-ci il aprelin 21-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs4 1993-cü il oktyabrın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fitnes müəllimi işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X38 küçəsi, ev 9, mənzil 15 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrində; 1983-cü il sentyabrın 06-da Naxçıvan MSSR-in İliç rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, rəngsaz işləmiş, Naxçıvan MR, ünvan 9 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanan Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6.-cı, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq qəsdən törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə silah qismində istifadə edilən əşyadan istifadə edib zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmişlər, Təqsirləndirilən şəxs7 bu cinayətləri törətməyə təhrik etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi 25.000 manat borcunu ala bilmədiyi Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 30.000 manat məbləğində xeyli miqdarda pulun hədə-qorxu ilə tələb edilməsi, pul ödənilmədiyi təqdirdə isə sonuncunun tamah məqsədi ilə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanması və əldə olunan pul vəsaitdən pul mükafatı verəcəyi barədə törətdiyi qəsdən adam öldürmə və xuliqanlıq cinayətinə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 2005-ci il 01 mart tarixli Azərbaycan Respublikası CM-in 120.2.3.-cü və 221.2.1.-ci maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli qərarı əsasında vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilməyən və ya götürülməyən Təqsirləndirilən şəxs2, sonuncunu ələ alaraq həmin cinayət əməlini törətməyə təhrik edən Təqsirləndirilən şəxs7, habelə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 göstərişi əsasında Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb özünü Kəmalə kimi ilə təqdim etməklə guya sonuncunun satdığı torpaq sahələri ilə alıcı qismində maraqlanmaq adı ilə aldadıb 2019cu iİ sentyabrın 08-də saat 17 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 istifadəsindəki qara rəngli «LADA Priora» markalı **-TF-*** qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının yaxınlığında iradəsindən kənar əyləşdirərək ünvan 11 ünvanında yerləşən «Krivetka» çay evinin ikinci mərtəbəsində olan kabinetə gətirərək oğurladıqdan sonra əvvəlcədən razılaşdıqları kimi digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 həmin kabinetə daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 tərəfindən Zərərçəkmiş şəxs mobil telefonları məcburi formada alınıb içərisində olan məlumatlar silinərək telefonlarından istifadə etməsinin qarşısı alınmış və 2019-cu il sentyabrın 09-da saat 02 radələrinə kimi müddətdə otağın qapısı içəri tərəfdən kilid vasitəsilə bağlanılmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs əvvəlcə şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə hədələməklə, sonra isə sillə və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib zor tətbiq edilməklə 30.000 manat pul verməsi qanunsuz olaraq hədə-qorxu ilə tələb edilmiş, sonuncu hədə-qorxu ilə tələb edilən pul məbləğini ödəyə bilmədikdən sonra X2 və göstərişi ilə razılaşdırılmış cinayətkar niyyətləri davam etdirilərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən 2019-cu il sentyabrın 09-da saat 02 radələrində Zərərçəkmiş şəxs həmin kabinetdən iradəsinə zidd olaraq əynindəki gödəkcəsi görməsini məhdudlaşdırmaq üçün başına keçirilib Təqsirləndirilən şəxs3 idarə etdiyi qara rəngli «LADA Priora» markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında Təqsirləndirilən şəxs5 nəzarəti altında iradəsinə zidd olaraq məcburi otuzdurulmuş və Təqsirləndirilən şəxs1 idarə etdiyi «X46» markalı **-KP-*** qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkət edilməklə sonuncunun göstərdiyi və açarlarını Təqsirləndirilən şəxs2 təqdim etdiyi anası X10 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 185A ünvanında yerləşən, pəncərələri dəmir barmaqlıqlarla təchiz edilmiş, arxa və ön qapısının kilidi bağlı vəziyyətdəki fərdi yaşayış evinə aparılıb orada saxlanılmaqla oğurlanmış, 2019-cu il sentyabrın 09-da günorta saatlarında Təqsirləndirilən şəxs3 çağırışı ilə həmin evə gəlmiş qrup üzvü Təqsirləndirilən şəxs4 tərəfindən Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 yataraq istirahət etdikləri vaxt Zərərçəkmiş şəxs hər hansı bir formada kömək çağırmamasına və saxlanıldığı evdən qaçmamasına nəzarət edilmiş, həmin evdə saxlanılan müddətdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən mütəmadi olaraq əlləri və ayaqları, həmçinin sonuncu tərəfindən silah qismində istifadə olunan dəmir əsa ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib sonuncuya sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməklə, eləcə də Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs döydükləri zaman istifadələrində olan mobil telefonlarla sonuncunun çəkdikləri şəkillərini internet sosial şəbəkələrinə yükləməklə haqqında rüsvayedici məlumatları yayacaqları barədə hədə-qorxu gəlinmiş, həmçinin 2019-cu il sentyabrın 09-da saat 23 radələrində Təqsirləndirilən şəxs3 çağırışı ilə oraya çağırılmış və polis əməkdaşları kimi təqdim edilmiş şəxsiyyətləri istintaqla araşdırılan mülki geyimli iki nəfər şəxs vasitəsilə psixoloji təsir göstərməklə Zərərçəkmiş şəxs 30.000 manat pul qanunsuz olaraq tələb edilməyə davam etdirilmiş, qeyd edilən cinayət əməlinin baş verməsi barədə daxil olmuş məlumat əsasında 2019-cu il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq oğurlanıb saxlanıldığı həmin fərdi yaşayış evindən azad edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir cinayət törətməməklə Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkət etməmiş, sonuncuya hədə-qorxu gəlməmişdir. Onun Hüseynə verdiyi borcu qaytarmaqdan ötrü sonuncunun razılığı ilə görüşmüş, lakin Hüseyni zorla saxlamamışlar, sonuncunun çıxıb getməsi üçün imkanı olmuşdur. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs7 tərəfindən cinayət törətməyə təhrik olunmamış, Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkət etməmiş, habelə sonuncudan hədə-qorxu ilə pul tələb etməməklə başqaları ilə əlbir olmamış, Təqsirləndirilən şəxs1 Hüseynə verdiyi borcu qaytarmaqdan ötrü sonuncu ilə görüşüb Hüseyni zorla saxlamamışlar, sonuncunun çıxıb getməsi üçün şərait olmuşdur. O, Hüseyni döyməmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 onlara Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməməklə Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadələr verib hazırda zərər çəkmiş şəxslə barışıq əldə etdiklərini bildirdilər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək hadisə tarixlərində tanışı Təqsirləndirilən şəxs5 tapşırığı ilə Təqsirləndirilən şəxs1 bağına iki dəfə yemək gətirmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, zəng edib Kamalə adı ilə Zərərçəkmiş şəxs özünü təqdim etməmiş, sadəcə olaraq onunla bir idman zalında məşq edən Təqsirləndirilən şəxs2 danışıq konturu olmadığından sonuncu onun icazəsi ilə mobil telefonundan istifadə etməklə Hüseynə görüş yeri təyin etdiyi kafeyə sonuncunu Vasifin xahişi ilə Təqsirləndirilən şəxs3 məxsus, özünün idarə etdiyi «Priora» avtomobili ilə aparmışdır. O, heç bir cinayət törətməyib özünü başqa adla təqdim etməmiş, istintaqın sonunadək işə şahid qismində cəlb edilmiş, hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs7 ona Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6.-cı, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun hadisə ilə heç bir əlaqəsi olmamaqla o, heç bir cinayət törətməyib təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qiyabi, yaxından yalnız Təqsirləndirilən şəxs2 tanıyır, sonuncunu və digərləri cinayət törətməyə təhrik etməmiş, hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı həyəcanlı olduğundan verdiyi ifadəni hazırda təsdiq etmir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ondan Təqsirləndirilən şəxs1 borclu olduğu 25.000 manatı qaytarmasını tələb etdiklərindən buna görə Vasif, Təqsirləndirilən şəxs5 və Elçinlə oturaraq söhbətləşmişlər. Həmin vaxt telefon əlaqəsi saxladığı övladı Şahid3 onu səhv başa düşüb 102 xidmətinə zəng vurmaqla yanlış məlumat vermiş, bir saat içərisində yenidən zəng edərək anlaşılmazlıq baş verdiyini, şikayətlərinin və tələblərinin olmadığını bildirmiş, ona sonuncular tərəfindən heç bir zor və ya təzyiq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs7 görməmişdir. Təqsirləndirilən şəxslərin hamısı ilə barışmışdır. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində baş əməliyyat müvəkkili işləmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu il sentyabrın 09-da idarəyə Şahid3 tərəfindən daxil olan atası Zərərçəkmiş şəxs Aygün adlı şəxsə 25.000 manat borclu olduğu üçün sonuncunun sifarişi əsasında qaçırılması, atasının istifadəsindəki nömrədən ona zəng edilərək ümumilikdə 30.000 manat pulun qaytarılmayacağı təqdirdə Zərərçəkmiş şəxs girov saxlanılacağı barədə məlumatın yoxlanılması məqsədi ilə polis idarəsinin cinayət-axtarış idarəsinin rəisi Zəka Səfərov, əməliyyat müvəkkili Qafar Şirinov, narkotiklərlə mübarizə idarəsinin əməliyyat müvəkkilləri Əli Süleymanzadə, Şahid5 və ondan ibarət əməliyyat qrupu təşkil edilmiş, 2019-cu il sentyabrın 10-da Zərərçəkmiş şəxs həyat və sağlamlığına yarana biləcək təhlükənin qarşısının alınması, gizlədildiyi yerin müəyyən olunaraq azad edilməsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu fiziki zor tətbiq edilməklə oğurlanaraq məcburi saxlanıldığı, həmin cinayət əməlinin törədilməsini sifariş verib cinayətkar qrupa rəhbərlik edən Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki pəncərələri dəmir barmaqlıqlarla təchiz edilmiş, həyətə giriş, önündə və arxasında yerləşən dəmir qapıları açarla bağlı vəziyyətdə olan fərdi yaşayış evindən azad edilmiş, cinayət hadisəsini törətməkdə şübhələnilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Şahid6 saxlanaraq istintaqa təqdim edilmişlər. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid5 Şahid4 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadəsi tədqiq olunaraq elan edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 ibtidai araşdırmanın ilkin mərhələlərində şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham olunduqları əməlləri etiraf edib təfsilatı ilə izah etsələr də 2020-ci il iyunun 25-də və 2020-ci il iyunun 26-da, habelə Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 2020-ci il iyunun 24-də təqsirləndirilən şəxs qismindəki ifadələrində özlərini təqsirli bilmədiklərini göstərməklə yanaşı, Təqsirləndirilən şəxs1 sifarişi və Təqsirləndirilən şəxs7 təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə silah qismində istifadə edilən əşyadan istifadə edib zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etdiklərini təsdiq etmişlər (1-ci cild, iş vərəqi 44-46, 61-62, 76-77, 94-95, 123-125, 162-164, 172-173 və 191-193; 2-ci cild, iş vərəqi 64-66; 3-cü cild, iş vərəqi 163-168, 215-218 və 257-261; 4-cü cild, iş vərəqi 4-7, 11-15, 19-23, 176-177 və 259-262; 5-ci cild, iş vərəqi 11-13, 25-28, 41-43, 58-59, 73-74 və 90-94). Məhkəmə iclasında ifadəsi tədqiq olunaraq elan edilmiş ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs onun «Qurtuluş 93» və «Hasil» məhdud məsuliyyətli cəmiyyətlərinin sahibi olmaqla 2018-ci ildə tikinti işlərini görmək üçün Təqsirləndirilən şəxs1 2019-cu ilin iyun ayında 30.000 manat pul istədikdə sonuncunun ona hər ay 1.000 manat ödəmək şərti ilə 25.000 manat girovsuz verdiyini, bir müddət sonra o, pulu ödəyə bilmədiyindən sonuncu dəfələrlə onu vəsaiti qaytarmayacağı təqdirdə müxtəlif orqanlar ilə hədələdiyi üçün mülkiyyətindəki torpaqları satıb borcunu qaytarmağa söz verdiyini, 2019-cu il sentyabrın 07-də Aygün zəng vuraraq tanışı Kəmalə adlı xanımın onun torpaq sahəsini almaq istədiyini söyləyəndə adını sonradan bildiyi Təqsirləndirilən şəxs6 ilə səhərisi gün görüşmək barədə razılaşdıqlarını, 2019-cu il sentyabrın 08-də saat 17 radələrində Fərəh ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki «Heydər Əliyev» parkında görüşərək sonuncunun idarə etdiyi qara rəngli «Priora» markalı avtomobilə əyləşdikdən sonra «Arzu» şadlıq sarayının qarşısına gəldiklərini, Fərəhin maşın yuyulana kimi çay içmək üçün oradakı çay evinin ikinci mərtəbəsinə qalxmaqla otaqların birinə daxil olub ona gözləməsini dediyini, bir qədər keçmiş sonuncunun yanında üç nəfər şəxslə içəri daxil olaraq adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 ondan telefonlarını çıxarmaqla stolun üstünə qoymasını tələb edib Aygünün qohumu olduğunu, digərlərinin isə, yəni adlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən göndərildiklərini bildirdiyini, sonuncuların həmin gün Aygünə 30.000 manat pul çatdırmasa, başına oyun açacaqlarını söylədiklərini, Vasifin, Elçinin və Təqsirləndirilən şəxs5 onu əl-ayaqla döyərək üstünə isti çay tökməklə təyziq etdiklərini, Fərəhin tez-tez otağa girib çıxaraq vəziyyəti yoxladığını, Vasifin əlaqə saxladığı Aygünün pulu qaytarana qədər onu döyməklə işgəncə vermələrini tapşırdığını, göstərilən tarixdə saat 23 radələrində Fərəhin çıxıb getdiyini, o, öz telefonu ilə övladı Şahid3 yığaraq polisdə işləyən kürəkəni Aqillə danışmaqla məlumat verməsini işarə etdiyini, 2020-ci il sentyabrın 09-da saat 02 radələrinədək onu çay evinin kabinetində vaxtaşırı döyüb Aygünün göstərişi ilə sonuncuya məxsus bağ evinə yönəldərək orada saxlamaq üçün əynindəki gödəkcəsini başına keçirməklə Elçinin idarə etdiyi qara rəngli «Priora» markalı avtomobillə apararkən Təqsirləndirilən şəxs5 telefonunda ona vəhşi bir video göstərib pulu verməsə, onu da belə hala salacaqlarını dediyini, yolda Vasifin Aygündən bağ evinin açarını aldığını, sonuncunun öz avtomaşını ilə onların arxasınca gələrək 15-20 dəqiqə ötmüş Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki aynaları və qapıları dəmirlə təchiz olunan bir həyət evinin qarşısına çatdıqlarını, Aygünün 10 dəqiqə dayanmaqla sürüb uzaqlaşdığını, Vasifin, Elçinin və Təqsirləndirilən şəxs5 onu aşağı düşürərək içəri salmaqla başındakı gödəkcəni açıb yenidən eyni qaydada döydüklərini, saat 04-dən sonra otaqdakı divanda otuzduraraq növbə ilə nəzarət etdiklərini, 2019-cu il sentyabrın 09-da səhər saatlarında Elçinlə Təqsirləndirilən şəxs5 evdən tapdıqları dəmir əsa ilə onu bel və ayaq nahiyələrindən vurmaqla evdəki qadın xalatını geyinməsini tələb edib bu zaman çəkdikləri fotoşəkilləri internetdə yayaraq biyabır edəcəklərini söylədiklərini, bir müddət keçmiş Təqsirləndirilən şəxs4 adlı şəxsin bağ evinə əliboş şəkildə gəldiyini və ona nəzarət etdiyini, harasa gedən Vasifin zəngi ilə saat 23 radələrində iki nəfər şəxsin də evə girərək onu təhqir etməklə pulu verməyini tələb etdiklərini, 2019-cu il sentyabrın 10-da səhər saatlarında Elçin işə getməli olduğunu bildirib evdən çıxdıqda Təqsirləndirilən şəxs5 onu döyməyə davam etdiyini, saat 18 radələrində polis işçilərinin bağa daxil olaraq Şaiqlə Təqsirləndirilən şəxs5ı tutmaqla onu azad etdiklərini göstərmişdir (3-cü cild, iş vərəqi 203-210). Məhkəmə iclasında ifadəsi tədqiq olunub elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən Şahid6 Təqsirləndirilən şəxs1 xidmətindən istifadə etdiyi gözəllik salonundan, Təqsirləndirilən şəxs2 isə əri Təqsirləndirilən şəxs7 dostu kimi tanıdığını, 2019-cu ilin avqust ayında X30 Əsgərov adlı şəxsin borclu olduğu 30.000 manatı qaytarmadığını bildirərək Niyaməddinin bu məsələni həll etmək üçün kömək etməsini istəməklə pulu geri alsa, sonuncuya müəyyən məbləğ pul verəcəyinə söz verdiyini, ərinin Aygünü Vasiflə tanış etməsindən sonra baş verənlərdən xəbərsiz olduğunu, 2019-cu il sentyabrın 10-da onu və Niyaməddini polisə gətirəndə Aygünün tapşırığı ilə Vasifin başqa şəxslərlə birlikdə Hüseyni oğurlayıb saxlayaraq sonuncudan pul tələb etmələrinin ona məlum olduğunu göstərmişdir (3-cü cild, iş vərəqi 184-187). Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən Şahid1 Təqsirləndirilən şəxs1 6-7 il əvvəl dostu Zərərçəkmiş şəxs vasitəsi ilə tanıdığını, 2019-cu il sentyabrın 07-də saat 23 radələrində sonuncunun nömrəsindən ona zəng edən tanımadığı şəxsin Hüseynin azad olunmasına görə 30.000 manat pul istədiyini, söhbət əsnasında sonuncunun həyəcanlı şəkildə naməlum şəxslər tərəfindən oğurlandığını, pul çatmadığı təqdirdə başına oyun açılacağını deyib pul tapmasını xahiş etdiyini, Aygünlə danışaraq Hüseynin buraxılması üçün ev, mərmər və digər tikinti materialları verməyi təklif etsə də sonuncunun ona pulun bu gün çatmaması halında Hüseynin saxlandığı yerdən meyitinin çıxacağını bildirdiyini, heç bir nəticə əldə olunmadığını görməklə Hüseynin övladı Şahid3la əlaqə saxlayıb DİN-in 102 xidmətinə məlumat verməsini məsləhət gördüyünü, 2019-cu il sentyabrın 10-da polis əməkdaşlarının Hüseyni Aygünün bağ evindən azad etdiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 88-90). Məhkəmə iclasında ifadəsi tədqiq olunaraq elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən X37 Şahid1 ilə oxşar ifadə verməklə yanaşı Zərərçəkmiş şəxs buraxılması müqabilində 2019-cu il sentyabrın 07-də saat 23 radələrində sonuncunun istifadəsindəki nömrədən ona zəng edən şəxsə 60.000 manat dəyərindəki evini təklif etsə də həmin şəxsin razılaşmadığını göstərmişdir (2-ci cild, iş vərəqi 92-94). Məhkəmə iclasında ifadəsi tədqiq olunub elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilən Şahid3 2019-cu il sentyabrın 08-də gecə saatlarında atası Zərərçəkmiş şəxs nömrəsindən ona zəng vurularaq tanımadığı şəxsin atasının onun xalasına 30.000 manat pul borclu olduğunu, pulu gətirəcəyi və yaxud həmin şəxsin adına hər hansı bir əmlak keçirəcəyi halda atasının azad ediləcəyini bildirdiyini, sonuncunun dostu Şahid1 baş verənləri danışandan 20-30 dəqiqədən sonra sonuncunun ona zəng çalmaqla atasını girov saxlayanlarla razılıq əldə edə bilmədiyini dediyini, onun da dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat verdiyini, polis əməkdaşlarının əməliyyat tədbiri hazırlayıb saxlanıldığı bağdan atasını azad etdiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 171-172). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 2019-cu il sentyabrın 08-də, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 2019-cu il sentyabrın 10-da tərtib etdiyi raportlardan, eyni tarixli protokoldan və qərardan görünür ki, Şahid3 atası Zərərçəkmiş şəxs məxsus nömrədən zəng edən şəxsin Aygün adlı şəxsə olan 20.000-25.000 manat pul borcuna görə sonuncunu tutub saxladıqlarını, pulun verilmədiyi halda atasını girov saxlayacaqlarını dediyini bildirmiş, məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır (1-ci cild, iş vərəqi 3 və 5-7). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 2019-cu il 10 sentyabr tarixli 101-38177-1220 №-li, eyni tarixli 101-23618-1220 və 101-23619-1220 №-li məktublarından görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evində aşkar edilərək azad olunmuşdur (1-ci cild, iş vərəqi 8-10). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 10 sentyabr tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 144.1.-ci maddəsindən həmin Məcəllənin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələrinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 26-27). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 10 sentyabr və 2019-cu il 11 sentyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs1 2019-cu il sentyabrın 10-da müvafiq qaydada saat 19:35də, 20:50-də, 22:05-də, 23:05-də və 23:45-də, Şahid6 2019-cu il sentyabrın 11-də saat 00:45-də Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 39-40, 56-57, 73-74, 89-90, 105-106 və 116-117). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 sentyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Şahid6 arasında üzləşdirmə aparılarkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi isə onun dedikləri ilə qismən razılaşaraq Aygünə əri Təqsirləndirilən şəxs7 köməyini təklif etmədiyini, Zərərçəkmiş şəxs bağ evinə aparılması ilə bağlı Aygünlə danışmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 126-127). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 sentyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs7 ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu isə onların dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 128-131). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 11 sentyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu isə onun dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 132-133). İş materiallarında olan Bakı şəhəri 2019-cu il 12 sentyabr tarixli iltizamdan görünür ki, Şahid6 barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 143). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 12 sentyabr tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs1 həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 145- 146, 155-156, 165-166, 174-175 və 184-185). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 12 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə sonuncu idarənin müvəqqəti saxlama yerindən azad edilmişdir (1-ci cild, iş vərəqi 226-228). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 12 sentyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 144.2.3.cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 barəsində əvvəli 2019-cu il sentyabrın 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 230-243). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il sentyabrın 17-də, 2019-cu il sentyabrın 18-də, 2020-ci il aprelin 07-də və 2020-ci il iyunun 26-da tərtib etdiyi tələbnamələrdən, habelə məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər; Təqsirləndirilən şəxs4 Abşeron Rayon Məhkəməsinin 2016-cı il 01 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, 2016-cı il iyunun 21-də Azərbaycan Respublikasının Milli Məclisinin 2016-cı il 20 may tarixli «28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuş; Təqsirləndirilən şəxs7 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2005-ci il 01 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci və 221.2.2.-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 2005-ci il sentyabrın 27-də cəzasının sonu ilə azad olunmuş; Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2005-ci il 12 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 2017-ci il yanvarın 12-də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur (2-ci cild, iş vərəqi 1-8, 54-58, 105-106; 3-cü cild, iş vərəqi 41 və 5-ci cild, iş vərəqi 1-2). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 16 sentyabr tarixli qərarından görünür ki, Şahid6 iş üzrə şübhəli şəxs qismində iştirakına xitam verilməklə sonuncu barəsində seçilən polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri ləğv edilmişdir (2-ci cild, iş vərəqi 10). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 2019-cu il 23 sentyabr tarixli 6665 №-li, 6666 №-li, 6668 №-li, 6669 №-li və 6670 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs7 qeyd olunan xəstəxanada müalicədə olmamışlar (2-ci cild, iş vərəqi 20-24). İş materiallarında olan AZ-İİ seriyalı 240676 №-li və AZ-İ seriyalı 832674 №-li doğum haqqında şəhadətnamələrin, habelə AZE seriyalı 10647222 №-li və AZE seriyalı 10544215 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs7 və Şahid6 2006-cı il təvəllüdlü Ümüd və 2009-cu il təvəllüdlü Aysun adlı övladları vardır (2-ci cild, iş vərəqi 25-26 və 5-ci cild, iş vərəqi 29). İş materiallarında olan tarixsiz qəbzin kserosurətindən görünür ki, X21 Təqsirləndirilən şəxs1 2019-cu il mayın 08-də 27.000 manat borc aldığını və iyunun 25dən ödəyəcəyini bildirmişdir (2-ci cild, iş vərəqi 46). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 21 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs baş verənləri təfərrüatı ilə izah etmiş, fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 71-79). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2020-ci il 16 aprel tarixli ***-*******0 №-li məktubunun kserosurətindən görünür ki, arxivlərin saxlama müddəti 06 ay keçdiyindən səs yazısının təqdim edilməsi mümkün olmamışdır (3-cü cild, iş vərəqi 155). İş materiallarında olan Azərbaycan Respublikası Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 19 №li orderinin kserosurətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 218 nömrəli kooperativin nəzdindəki 0,12 torpaq sahəsi 185 «a» nömrəli bağ evi X12 məxsusdur (3-cü cild, iş vərəqi 169). İş materiallarında olan AZ-İ seriyalı 126541 №-li 2009-cu il 25 aprel tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 2009-cu il martın 29-da X3 atası hesab edilmişdir (3-cü cild, iş vərəqi 170). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 28 aprel tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən fotoşəkillərdən Təqsirləndirilən şəxs3 tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 211-213). İş materiallarındakı 2020-ci il 02 may tarixli ərizədən və Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun anası X12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 185 «a» nömrəli bağ evinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamışdır (3-cü cild, iş vərəqi 240-243). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 aprel tarixli BKC/LGL-6174/20 nömrəli, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin eyni tarixli AZF/LGL-4666/20 nömrəli və «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 01 may tarixli 7050 nömrəli məktublarından, habelə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 25 may tarixli protokoldan görünür ki, qeyd olunan məhdud məsuliyyətli cəmiyyətlərdən daxil olan üç ədəd CD diskinə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsindəki ***-***-**-**, ***-***-**-** və ***-***- **-** saylı nömrələr ilə Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs5 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs4 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-**, Şahid6 istifadəsindəki ***-***-**-**, Təqsirləndirilən şəxs7 istifadəsindəki ***-***-**-** və Təqsirləndirilən şəxs6 istifadəsindəki ***-***-**-** saylı nömrələr arasında çoxsaylı zənglər olması, eləcə də 2019-cu il avqustun 29-da saat 16:43:57-də Təqsirləndirilən şəxs7 istifadəsindəki nömrədən Təqsirləndirilən şəxs1 istifadəsindəki nömrəyə sonuncunun istəyi ilə «055 363 65 55 vasif» məzmunlu sms göndərilməsi müəyyən edilmişdir (3-cü cild, iş vərəqi 262-268). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 25 may tarixli protokoldan görünür ki, «Youtube» internet portalında «Bakıda adam oğurluğu ilə məşğul olan dəstə ələ keçdi-XÜSUSİ ƏMƏLİYYAT» adı altında «Apa TV» tərəfindən sentyabrın 11-də 2019-cu il yerləşdirilmiş 03 dəqiqə 53 saniyəlik videogörüntüyə baxış zamanı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 adam oğurluğu cinayətini törətdikləri üçün saxlanılmaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 cinayət hadisəsi haqqında danışmaları, Təqsirləndirilən şəxs5 çıxışı zamanı verilmiş fotoşəkil kimi cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar olması, Zərərçəkmiş şəxs «gecə saat 01 radələri olardı, məni oturtdular qara, plyonkalı bir maşına, başıma da kurtkamı keçirtdilər ki, mən heç bir yolu görməyim, bir dənə onu hiss elədim ki, uzun yolda gedirik, getdilər apardılar, girdik evə, evə girən kimi başladılar məni döyməyə, telefona çəkirdilər, mənə hədə-qorxu gəlirdilər ki, səni verəcəyik youtube-a, orda baxacaqlar. Elə bir də gördüm ki, sağ olsunlar polislər girdilər içəri, onların əl-qollarını bağladılar, burdan çıxartdılar bizi», Təqsirləndirilən şəxs2 «zəng elədik ona, adamı çağırdıq gəldi, dedi ki, mən borcu verə bilmərəm, mən də zəng elədim dedim ki, Niyaməddin gəl, vermir də bu, Aygün dedi ki, apar mənim bağıma, qalın orda, getdik açarı verdi bizə», Təqsirləndirilən şəxs5 «uşaqlar dedi ki, bunu aparaq bağa, biz dalqabaq maşınla getdik, açarla açdı bağı, girdik bağa, qaldı orda, hərə ona bir dənə sillə vurur, video çəkib şantaj edirdilər ki, pulu gətir, gətirməsən səni çəkəcəyik, çəkdiyimizi atacağıq internetdə sosial şəbəkələrə», Təqsirləndirilən şəxs7 «evə zəng vurub bizə deyib ki, mən bir nəfərə 25.000 manat pul vermişəm 3 aydır, mənə kömək edə bilərsiniz, bu adamdan pulu alaq? Sonra Vasifə zəng vurdum, Vasiflə danışdım, Vasif dedi nömrəsini ver, onun nömrəsini verdim Vasifə, zəngləşdilər, danışdılar» demələri, videogörüntünün 02 dəqiqə 51-ci saniyəsində nümayiş etdirilən fotoşəkildə xarici görkəmi Təqsirləndirilən şəxs5 və Zərərçəkmiş şəxs bənzəyən şəxslərin olması, sonuncunun əllərinin ön tərəfdə yerə dayadılmış formada üzüüstə yerə uzadılması, Təqsirləndirilən şəxs5 isə Zərərçəkmiş şəxs sol ayağı tərəfdə oturub sağ əli ilə sonuncunun sağ ayağından tutması, hər iki ayağını isə Zərərçəkmiş şəxs sol ayağının üst tərəfinə keçirməsi müəyyən edilmişdir (3-cü cild, iş vərəqi 269-271). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 03 iyun tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu isə onların dediklərini təkzib etmişdir (4-cü cild, iş vərəqi 28-49). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 04 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa «Deleduz Huseyn pulu qaytarmaqdan yayinir.mp4» adlı 114.105 kb həcmli 02 dəqiqə 48 saniyəlik videogörüntünün əks olunduğu bir ədəd USB yaddaş kartı təqdim etmişdir (4-cü cild, iş vərəqi 50). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 09 iyun, 2020-ci il 14 iyun tarixli və 2020-ci il 18 iyun protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, digərləri isə onun dediklərini təkzib etmişlər (4-cü cild, iş vərəqi 65-91, 128-137 və 150-157). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 17 iyun tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü və 144.2.6.-cı maddələrindən həmin Məcəllənin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrinə tövsif edilmişdir (4-cü cild, iş vərəqi 98-99). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 17 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2019-cu il 09 oktyabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.-ci maddələri ilə təqsirləndirilən sonuncu barəsində əvvəli 2019-cu il oktyabrın 08-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 108-110 və 119-120). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 20 iyun tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının yaxınlığında ifadəsini təsdiq etmiş, fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 181-183). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X35-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 22 iyun tarixli 22/900 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilən sağ bazunun aşağı 1/3 ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə 2019-cu il sentyabrın 08-dən 2019-cu il sentyabrın 10-dək müddətdə və şəraitdə kənar şəxslər tərəfindən yetirilə bilərdi, sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olub sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir, lokalizasiyasına görə xəsarətlərin şəxsin özü özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar edilir (4-cü cild, iş vərəqi 189-193). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 23 iyun tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli, 2020-ci il 24 iyun və 2020-ci il 25 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 əməlləri Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri, Təqsirləndirilən şəxs7 əməli CM-in 32.4.,144.2.3.-cü; 32.4.,144.2.4.-cü; 32.4.,144.2.5.-ci; 32.4.,144.2.6.-cı; 32.4.,182.2.1.-ci; 32.4.,182.2.3.-cü və 32.4.,182.2.4.-cü maddələri ilə tövsif edilməklə onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 133-cü maddəsi ilə, Şahid6 barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 aprel tarixli BKC/LGL-6174/20 saylı, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 27 aprel tarixli AZF/LGL-4666/20 saylı, «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 01 may tarixli 7050 saylı məktublarına əlavə edilmiş üç ədəd CD diskinin və «Youtube» internet portalında «Bakıda adam oğurluğu ilə məşğul olan dəstə ələ keçdi-XÜSUSİ ƏMƏLİYYAT» adı altında «Apa TV» tərəfindən 2019-cu il sentyabrın 11-də yerləşdirilmiş videogörüntünün köçürüldüyü bir ədəd diskin maddi sübut hesab edilməklə iş materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət əməlində iştirak etmiş şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs1 əmlakının ələ keçirilməsi faktına, X14 və X26 əməllərinə hüquqi qiymət verilməsi qərara alınmışdır (4-cü cild, iş vərəqi 194-238, 240-242, 248-250; 5-ci cild, iş vərəqi 4-6, 18-20, 34-36, 51-53, 66-68 və 83-85). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 24 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs6 barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (4-cü cild, iş vərəqi 263- 264). İş materiallarında olan Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 2020-ci il 11 mart tarixli 1/68 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında ailəsi ilə birlikdə qeydiyyatdadır, sonuncu barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (5-ci cild, iş vərəqi 75). İş materiallarında olan AZE seriyalı 18662457 №-li və AZE seriyalı 10811853 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 2010-cu il 19 aprel təvəllüdlü Fatimə və 2017-ci il təvəllüdlü Asya adlı övladları vardır (5-ci cild, iş vərəqi 75 «a»-75 «b»). İş materiallarındakı notariat qaydasında təsdiq olunan 2020-ci il 26 iyun tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (5-ci cild, iş vərəqi 98). Məhkəməyə təqdim olunan 2020-ci il 30 iyun tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs6 ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X22 tərəfindən 40 iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2021-ci il 06 iyul tarixli ***-*******1 №-li məktubundan görünür ki, Şahid3 2019-cu il sentyabrın 08-də saat 23:17-də 102 Xidmətinə zəng edərək atası Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən zəng vuran şəxsin atasını pul borcuna görə tutub saxladıqlarını və zamin duracağı halda buraxacaqlarını bildirməsi barədə məlumat vermiş, Şahid3 2019-cu il sentyabrın 09-da saat 00:08-də zəng edib şikayətinin olmamasını və anlaşmazlıq olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunan 2009-cu il 25 aprel tarixli AZ-İ seriyalı 126541 №-li atalığın müəyyən edilməsi haqqında və 2009-cu il 25 aprel tarixli AZ-İİ seriyalı 258073 №li doğum haqqında şəhadətnamələrin, habelə AZE seriyalı 10759741 №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, X13 Təqsirləndirilən şəxs1 2009-cu il 29 mart təvəllüdlü Bəxtiyar adlı övladının atası hesab edilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının tərtib etdiyi 2020-ci il 18 sentyabr tarixli ultrasəs müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 «fibrozkistoz mastopatiya fonunda hər iki süd vəzidə duktalektaziya. Diffuz UR» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkoloji X1 tərtib etdiyi 2014-cü il 13 yanvar tarixli sitoloji müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 «Malignite neqativ, sağ, sol s/v-2 ədəd yaxma» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 24 yanvar tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışından görünür ki, X15 «Koksartroz (bud-çanaq oynağının artrozu), sağ bud çanaq oynağında total endoprotezləşdirmədən sonrakı vəziyyət sol bud çanaq oynağında artroz. Aşağı ətrafı qısaldan digər defektlər, sağ aşağı ətraf 3 sm qısalığı. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Digər daimi ağrı, Serebral ateroskleroz. Ürəyin aterosklerotik xəstəliyi. Ürəyin xroniki işemik xəstəliyi» diaqnozu qoyulmaqla sonuncu müddətsiz İİİ qrup əlildir. Məhkəməyə təqdim olunan «Şərq Memarlığı 2010» məhdud məsuliyyətli cəmiyyətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsindəki 2009-cu il 29 mart təvəllüdlü Bəxtiyar adlı övladı ilə tənha yaşayır. Məhkəməyə təqdim olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 09 aprel tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci maddəsi ilə təsirli bilinib 08 (səkkiz) il, Azərbaycan Respublikasının CM-nin 12.1., 279.1.-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CMnin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəəsəsində çəkməklə və cəzasının başlanğıcı 2019-cu il oktyabrın 08-dən hesablanmaqla qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəməyə təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 26 iyul tarixli qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 09 aprel tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Güləş Federasiyasının Hakimlər Şöbəsinin 2021-ci il 24 noyabr tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs6 2010-cu ildə Bosniya və Hersoqovinada keçirilən yeniyetmə qızlar arasında sərbəst güləş üzrə Avropa çempionatında İİİ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan X28 Tərbiyəsi və İdman Komitəsinin 2008-ci il 13 aprel tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 X24 48 kiloqram çəki dərəcəsində İ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan Çexiya ölkəsinin 2008-ci il tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 EJU yeniyetmələr arasında yüksək turnirində 60 kiloqram çəki dərəcəsində İİİ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan Sankt-Peterburq şəhəri Bədən Tərbiyəsi və İdman Komitəsinin 2009-cu il 25 aprel tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 EJU yeniyetmələr arasında yüksək turnirində 66 kiloqram çəki dərəcəsində İİİ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan X20 2009-cu il 26 iyul tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 EJU yeniyetmələr arasında ən yaxşı kontinental kubok turnirində 66 kiloqram çəki dərəcəsində İİ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan Ukrayna Cüdo Federasiyasının 2010-cu il tarixli diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 Gənclər arasında Avropa Kuboku turnirində 66 kiloqram çəki dərəcəsində İ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan Türkiyə Cüdo Federasiyasının diplomunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 23-cü X36 Turnirində 66 kiloqram çəki dərəcəsində İ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan 2009-cu il 13 sentyabr tarixli diplomun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 yeniyetmələr arasında Yerevan şəhərindəki Avropa Çempionatında 66 kiloqram çəki dərəcəsində İİİ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan diplomun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs5 X44 Turnirində kişilər və qadınlar arasında İİ yer əldə etmişdir. Məhkəməyə təqdim olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 03 sentyabr tarixli hökmünün surətindən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-nin 29, 178.3.2.-ci, 178.3.2.-ci, 308.2.-ci, 32.5., 308.2.-ci, 32.4., 312.1.-ci, 313-cü və 35.4., 313-cü maddələri ilə təqsirli bilinib ona qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il 05 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrində, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6.-cı, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onların təqsirlilikləri tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 əməllərini Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri, Təqsirləndirilən şəxs7 əməllərini Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci, 32.4., 144.2.6.-cı, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxslərin ibtidai araşdırmadakı tam və qismən etirafedici, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində bir, Təqsirləndirilən şəxs2 himayəsində iki, Təqsirləndirilən şəxs7 himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ilə barışmasını işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilk məhkumluğunu, sonuncunun cavanlığını, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 keçmiş idman nailiyyətlərini, Təqsirləndirilən şəxs1 xəstəliyini və ailə vəziyyətini, Təqsirləndirilən şəxs2 barəsində qeydiyyatda olduğu yer üzrə şikayət daxil olmamasını, Təqsirləndirilən şəxs3 məcburi köçkünlüyünü işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq ağırlaşdırıcı haldır. Belə ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2005-ci il 12 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2017-ci il yanvarın 12-də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.3.2.-ci maddəsinə uyğun olaraq, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsinə müvafiq olaraq, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 09 aprel tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.ci və 12.1., 279.1.-ci maddələri ilə təyin edilən 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplaqmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 2019-cu il sentyabrın 10dan 2019-cu il sentyabrın 12-dək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CPMnin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci, 144.2.6.-cı, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun 2009-cu il 29 mart təvəllüdlü övladı X16 14 yaşına çatanadək təxirə salınmalıdır. Azərbaycan Respublikasının CM-nin 79-cu maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 üzərində nəzarət müvafiq dövlət orqanı tərəfindən həyata keçirməlidir. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alıb Təqsirləndirilən şəxs6 ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək hər biri barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan üç ədəd diskin və hadisə yerinə baxışın videogörüntülərini əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 ibtidai istintaqda hüquqlarının müdafiəsi müvafiq qaydada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X27 və X22 tərəfindən 25 iş saatı və 40 iş saatı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 məhkəmədə hüquqlarının müdafiəsi müvafiq qaydada Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkilləri X18 tərəfindən 08 iş saatı, Müdafiəçi11, Müdafiəçi8 və Müdafiəçi2 hər biri tərəfindən 120 iş saatı, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən 30 iş saatı, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi7 hər biri tərəfindən 120 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X19 və X11 vəkil işlədikləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: 2********) müvafiq qaydada 150 manat və 240 manat, X6, Müdafiəçi11, Müdafiəçi8 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 48 manat, 720 manat, 720 manat və 720 manat, X5 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat, Müdafiəçi4 və Müdafiəçi7 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 720 manat və 720 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2009-cu il 29 mart təvəllüdlü övladı X7 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs6 tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 hər biri barəsində 2019-cu il sentyabrın 10-dan, Təqsirləndirilən şəxs3 barəsində 2019-cu il oktyabrın 08-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 (dörd) il 10 (on) ay müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2019-cu il sentyabrın 10-dan 2019-cu il sentyabrın 12-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2009-cu il 29 mart təvəllüdlü övladı X16 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs1 övladı X16 14 yaşına çatanadək davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında X8 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il sentyabrın 10-dan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 09 aprel tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 12.1., 218.2.-ci və 12.1., 279.1.ci maddələri ilə təyin edilən 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il oktyabrın 08-dən hesablansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs5 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il sentyabrın 10-dan hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il sentyabrın 10-dan hesablansın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-nin 144.2.3.-cü, 144.2.4.-cü, 144.2.5.-ci və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs6 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs6 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs6 davranışı üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikasının CM-nin 32.4., 144.2.3.-cü, 32.4., 144.2.4.-cü, 32.4., 144.2.5.-ci və 32.4., 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, 32.4., 182.2.1.-ci, 32.4., 182.2.3.-cü və 32.4., 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs7 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il sentyabrın 10-dan hesablansın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan üç ədəd diskin və hadisə yerinə baxışın videogörüntülərini əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X19 və X11 vəkil işlədikləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: 2********) müvafiq qaydada 150 manat və 240 manat, X6, Müdafiəçi11, Müdafiəçi8 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 48 manat, 720 manat, 720 manat və 720 manat, X5 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat, Müdafiəçi4 və Müdafiəçi7 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 720 manat və 720 köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-215/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-215/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver