Məhkəmə qərarları › İş №1(101)-215/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-215/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-215/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2, Dövlət ittihamçısı, müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslərin hüquqi varisləri X16, X6, X19 və X10 iştirakları ilə 01 yanvar 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MTK-nın təsisçisi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Novxanı Bağlar massivi, A.Cəlilov küçəsində yeləşən fərdi yaşayış evində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin, 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə pozaraq, yəni alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə 90/km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bundan başqa 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuş, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Təqsirləndirilən şəxs «Land Rover» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır kimi mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tətbir görməyərək göstərilən ünvanda qarşıdan öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan «Daewoo Damas» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasma keçən xətti sınığı; hər iki ağciyərə qansızma ilə müşaiyət olunan sağ tərəfdən 1-11-111-1 V.sol tərəfdən V-qabırğalarm sınıqları; sağ bazu, sağ said, sol bud və burun sümüklərinin qapalı, hər iki aşıq- baldır oynaqlarının açıq sınıqları; sol ayaq pəncəsinin əzilib-dağılması (deformasiyası); sağ bud nahiyəsinin və sağ aşıq-baldır oynağı nahiyəsinin əzilimişcırılmış yaralan; sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, qarın nahiyəsinin, sağ bazu nahiyəsinin, hər iki bud və baldır nahiyələrinin sıyrıqları ilə nəticələn sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin avtomobildə sərnişinlər Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan kəllə əsasının xətti sınığı; sağ və sol baldır sümüklərinin, sol diz oynağının qapalı sınıqları və sol said sümüklərinin açıq qəlpəli sınıqları; alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapağının, döş qəfəsinin sol yarısının ön səthinin, sol said nahiyəsinin və sol aşıq-baldır oynağı nahiyəsinin qançırları; aim nahiyəsinin səthi kəsilmiş yaraları; sağ və sol ayağın daban nahiyəsinin, sağ və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları; sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİİ,İV,V qabırğaların sınıqları; döş qəfəsinin sağ yarısının ön səthinin, sağ bazu nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağının sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X3 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan sağ təpəgicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları; sol bud nahiyəsinin və sol diz oynağı nahiyəsinin qapalı sınıqları; alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapaqları və gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin, burun belinin, sol bud nahiyəsinin və sağ ayaq pəncəsinin qançırları; üst və alt dodağın selikli qişasına qansızmalar; sol gicgah nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol ayağın bayır topuğunun, sol ayağın daban nahiyəsinin əzilmiş, cırılmış yaraları; sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sağ ağciyərin yuxarı payına qansızmalar ilə müşayiət olunan sağ tərəfdən 1,11 qabırğaların sınıqları; alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodağın dərisinin, burun əsasının, sol gözaltı nahiyənin, sol almacıq və sol yanaq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin ön və arxa səthlərinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsininin sol-yan səthinin, qarın nahiyəsinin, sağ və sol said nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X7 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsində sağda başın yumşaq örtüyü altına qansızma, alın sümüyünün kəllə əsasma keçən xətti sınığı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin əzilmiş yarası, sağ qaşüstü nahiyənin, üzün sağ gözaltı və yanaq nahiyələrinin və sol bel nahiyəsinin sıyrıqları, döş qəfəsinin ön səthinin solda yumşaq toxumalarının əziyi, sol 11-İV qabırğala/ın qapalı sınıqları, sol mil sümüyünün oynaq başının sınığı ilə müşayiət olunan mil- bilək oynağının ön səthinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan bud nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs5 məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobili yarasız vəziyyətə salaraq 7.000 manat məbləğində maddi ziyan vurmaqla iki nəfərdən daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə dostları ilə Sumqayıt şəhərində oturub yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu Amin ona zəng edərək hərarətinin qalxdığını demişdir. O, oğluna evə gəldiyini bildirmişdir. Sonra o, maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlu yenidən zəng edib, özünü pis hiss etdiyini bildirmişdir. O, həmin vaxt avtomaşınla 70-80 km/saat sürətlə hərəkət etmişdir. Novxanı istiqamətində hərəkətdə olarkən, yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanların çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını görmüşdür. Onların hərəkətsiz dayandıqları üçün onun təhlükə yaratmayacaqlarına əmin olduğundan, sürəti azaltmadan yoluna davam etmiş və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başlamışlar. O, piyadaları vuracağını görüb, dərhal iti sürətlə sükanı sola buraraq, avtomaşını əks hərəkət yoluna çıxarmaqla piyadaları vurmaqdan yayınmış, lakin bu zaman onun idarə etdiyi avtomaşın qarşıdan gələn «Deawo Damas» markalı avtomobili ilə toqquşmuş və nəticədə ölüm hadisəsi baş vermişdir. O, özü də toqquşma nəticəsində ciddi xəsarətlər almışdır. O, hadisədən sonra huşsuz vəziyyətdə olmuş, bir müddət özündə olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, o, ümumiyyətlə içki içən deyil, həmin günü də orada içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına olsa da həmin avtomobili ondan 6.500 manata alıb və üzərinə 1000 manat pul qoyaraq yaxşı vəziyyətə gətirmişdir. Həmin avtomobili baş etibarnamə ilə idarə etmiş, maşını sürmək üçün Zərərçəkmiş şəxs3 etibarnamə verilmiş, fiziki şəxs kimi içməli suların satışı ilə məşğul olmuş, bunun üçün də həmin suları ünvanlara çatdırmaq lazım olduğundan işçi kimi Zərərçəkmiş şəxs3 müqavilə ilə işə götürüb həmin suların satışı ilə məşğul olmuşdur. 14 iyun 2021 -ci il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-CO- *** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə Novxanı yolunda hərəkətdə olarkən qarşıdan gələn Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı yük avtomobili ilə toqquşmuş və nəticədə «Daewoo Damas» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, həmin avtomobildə sərnişinlər Zərərçəkmiş şəxs1, X9, X13 ölmüşdür. Zərərçəkmiş şəxs həmçinin ifadəsinin sonunda bildirmişdir ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qardaşı Fayazın oğludur, lakin övladı olmadığı üçün Muradı uşaqlıqdan himayəsinə götürmüş, onu arvadı X4 ilə birlikdə böyütmüşdür. Belə ki, Murad su daşıma şirkətində işləmiş və həmin şirkətin ona verdiyi **- ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobillə su daşıyıb satmışdır. Məlum hadisə baş verən gün, yəni, 14 iyun 2021-ci il tarixə keçən gecə Murad avtoqəza zamanı maşında olan yanındakı şəxslərlə birgə dünyasını dəyişmişdir. Belə ki, 14 iyun 2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobillə Binəqədi-Novxanı yolunda hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs3, həmin avtomobildə onunla birlikdə sərnişin olmuş Zərərçəkmiş şəxs1. X13 və X9 ömüşlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsinin sonunda bildirmişdir ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur, Kamranla birikdə yaşamışlar. Kamran müharibə vaxtı könüllü gedərək döyüşlərdə fəal iştirak etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra polis sıralarına qəbul olunmasından ötrü sənədlərini vermiş, idmançı olmuş, hər bir işdə ona köməklik göstərmişdir. Sonuncu dəfə oğlunu 12 iyun 2021-ci il tarixdə evdə görmüşdür. 14 iyun 2021-ci il tarixdə Kamran dostu Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobillə Binəqədi Novxanı yolunda hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə toqquşmuş və hadisə nəticəsində oğlu da daxil olmaqla avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və sərnişinlər X9 və X13 ölmüşlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsinin sonunda bildirmişdir ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X9 oğludur. Elman zərgər kimi çalışmış, subay olmuş, sonuncu dəfə Elmanı 13 iyun 2021-ci il tarixdə evdə görmüşdür. 14 iyun 2021-ci il tarixə keçən gecə Elman avtomobil qəzası zamanı yanındakı şəslərlə birlikdə ölmülər. 14 iyun 2021-ci il tarixə keçən gecə Elman dostu Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobillə Binəqədi-Novxanı yolunda hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə toqquşmuş və nəticədə Elman və dostu sürücü Zərərçəkmiş şəxs3, həmin avtomobildə onunla birlikdə sərnişin olmuş Zərərçəkmiş şəxs1, X13 ölmüşlər. Zərərçəkmiş şəxs həmçinin ifadəsinin sonunda bildirmişdir ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmədə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, X13 oğludur. Yunis ünvan 3 ünvanda fərdi yaşayış evində kirayədə yaşamışdır. Baki şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən «Oyal» kitab evində işləmişdir. Həmin işlədiyi yerdən aylıq maaş alaraq ailəni dolandırmış, 14 iyun 2021-ci il tarixdə Yunis dostu Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobili ilə Binəqədi Novxanı yolunda hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə toqquşmuş və hadisə nəticəsində oğlu da daxil olmaqla avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və sərnişinlər X9, Zərərçəkmiş şəxs1 ölmüşlər. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin ifadəsinin sonunda bildirmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 14.06.2021-ci il tarixli 2/7854 saylı tibbi müayinə protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Məhhərəm oğlu 14.06.2021-ci il tarixdə saat 07:15 də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0, 517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 14.07.2021-ci il tarixli 1392 sayh rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə müayinələrin cavablarına əsasən, hadisə haqqında qərarda yazılan ilk məlumatı nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlir: Vət. Zərərçəkmiş şəxs3 meyitində aşağdaki xəsarətlər aşkar olunmuşdur: Baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızına ilə müşaiyət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı; Hər iki ağciyərə qansızına ilə müşaiyət olunan sağ tərəfdən 1- 11-111-1 V,sol tərəfdən V-qabırğaların sınıqları; Sağ bazu, sağ said, sol bud və burun sümüklərinin qapalı, hər iki aşıq- baldır oynaqlarının açıq sınıqları; Sol ayaq pəncəsinin əzilib-dağılması (deformasiyası); Sağ bud nahiyəsinin və sağ aşıq-baldır oynağı nahiyəsinin əz.ilimiş- cırılmış yaralan; Sol bazu oynağı nahiyəsinin.döş qəfəsinin ön və arxa səthlərinin,qarın nahiyəsinin,sağ bazu nahiyəsinin,hər iki bud və baldır nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızına olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 14.06.2021 -ci il tarixdə saat 08.00-da başlanmışdır) 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs3 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demek olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni sürücüsü olduğu yük avtomaşının minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 14.07.2021-ci il tarixli 1393 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsinə və laborator müayinənin cavabına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlir: baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları; sol bud nahiyəsinin və sol diz oynağı nahiyəsinin qapalı sınıqları; alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapaqları və gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin, burun belinin, sol bud nahiyəsinin və sağ ayaq pəncəsinin qançırları; üst və alt dodağın selikli qişasına qansızmalar; sol gicgah nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol ayağın bayır topuğunun, sol ayağın daban nahiyəsinin əzilmiş- cırılmış yaraları; sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən 11,111,1 V,V,Vİ,Vİİ qabırğaların və sağ ağciyərin yuxarı payına qansızmalar ilə müşayiət olunan sağ tərəfdən 1,11 qabırğaların sınıqları; alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodağın dərisinin, burun əsasının, sol gözaltı nahiyənin, sol almacıq və sol yanaq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin ön və arxa səthlərinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsininin sol-yan səthinin, qarın nahiyəsinin, sağ və sol said nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, sol gicgah nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol ayağın bayır topuğunun, sol ayağın daban nahiyəsinin əzilmiş-cırılmış yaraları tinli küt əşyanın (alətin) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 14.06.2021-ci il tarixdə sərnişini olduğu yük avtomaşınının minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, onun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (14.06.2021-ci il tarixdə, saat 08:30-da meyitin müayinəsi başlanmışdır) 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 14.07.2021-ci il tarixli 1394 saylı rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə- tibbi müayinəsinə və laborator müayinənin cavabına əsasən, hadisə haqqında qərarda, göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş syallara uyğun olaraq aşağtıdakı nəticəyə gəlir: Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşaiyət olunan kəllə əsasının xətti sınığı; sağ və sol baldır sümüklərinin, sol diz oynağının qapalı sınıqları və sol said sümüklərinin açıq qəlpəli sınıqları; alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapağının, döş qəfəsinin sol yarısının ön səthinin, sol said nahiyəsinin və sol aşıq-baldır oynağı nahiyəsinin qançırları; aim nahiyəsinin səthi kəsilmiş yaraları; sağ və sol ayağın daban nahiyəsinin, sağ və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları; sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİİ,İV,V qabırğaların sınıqları; döş qəfəsinin sağ yarısının ön səthinin, sağ bazu nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağının sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, sağ və sol ayağın daban nahiyəsinin, sağ və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları tinli küt əşyanın (alətin) təsirindən, aim nahiyəsinin səthi kəsilmiş yaraları iti kənarlı əşyanm(alətin) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 14.06.2021-ci il tarixdə sərnişini olduğu yük avtomaşınının minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə əsasının xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, onun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (14.06.2021 -ci il tarixdə, saat 12:00-da meyitin müayinəsi başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 13,08.2021-ci il tarixli 1644 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə qeyd olunanlara və laborator müayinənin cavabına əsasən, qərarda ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlir: Mərhum Ş.Y.Mürsəlovun meyitində aşağıdakı xəsarətlər başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsində sağda başın yumşaq örtüyü altına qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin əzilmiş yarası, sağ qaşüstü nahiyənin, üzün sağ gözaltı və yanaq nahiyələrinin və sol bel nahiyəsinin sıyrıqları, döş qəfəsinin ön səthinin solda yumşaq toxumalarının əziyi, sol 11-İV qabırğala/ın qapalı sınıqları, sol mil sümüyünün oynaq başının sınığı ilə müşayiət olunan mil- bilək oynağının ön səthinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1 /3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan bud nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları aşkar edildi. Qeyd edilən xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdirlər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Ş.Y.Mürsəlovun ölümünə səbəb nəqliyyat travması nəticə-sində alın sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində yaranmış baş beyinin sərt və yumşaq qişaları altına və toxumasına qansızmalar olmuşdur. Ölüm Sumqayıt Şəhər TTY xəstəxanasında 14.06.2021-ci il tarixdə saat 1:15-də baş vermişdir ki, bu vaxt ilkin meyit əlamətlərinə ilə də təsdiq olunur. Mərhum Ş.Y.Mürsəlovun bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, yəni onun sərnişin olduğu minik avtomobil ilə hərəkətdə olan digər minik avtomobilin toqquşması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə-kimya tədqiqatı nəticəsində X7 meyitindən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli, 8/1604 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Land Rover» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Land Rover» markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Land Rover» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim oluna məlumatlara əsasən «Daewoo Damas» markalı 99ZL837 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İbtidai istintaq zamanı cinayət işi üzrə STŞ 080 saylı nəzarət kamerasından əldə olunmuş vidogörüntüdəki 01 ədəd diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, 14.06.2021-ci il tarixə keçən gecə saat 00:20 radələrində **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə Binəqədi-Novxanı yolu ilə Novxanı istiqamətində hərəkətdə olarkən **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı yük avtomobilin hərəkətdə olduğu yola çıxaraq onunla toqquşmuşdur. İş üzrə əldə edilmiş ünvan 5 ünvanda fəaliyyət göstərən müstəqil ekspert Ə.Əhmədovun verdiyi Avtomobillərin Təmirə Qeyri- Yararlı olmasına və qalıqlarının qiymətləndirilməsinə dair 28.07.2021-ci il tarixli 259 nömrəli rəyindən görünür ki, ban nömrəsi XWBZT12ZB9A054033, ağ rəng, 2009-cu il buraxılış ili olan «Daewoo Damas» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin işlək vəziyyətdə bu günə olan bazar qiyməti 7.000 (yeddi min) manatdır, nəqliyyat vasitəsinin təmir olunması üçün 6510 (altı min beş yüz on) manat vəsait tələb olunur. Bu nəqliyyat vasitəsinin bazar qiymətinin 93%dən çox olduğunu və avtomobilin üzərində olan bəzi hissələrin yararlı olmasını nəzərə alaraq qalıq dəyəri 490 (dörd yüz doğsan) manat məbləğində olduğu müəyyən edildi. Təmir işlərindən sonra həmin avtomobilin texniki göstəricilərinin aşağı düşməsi səbəbindən avtomobil üzərində təmir-bərpa işləri aparılması həm maddi, həm də təhlükəsizlik baxımından məqsədə uyğun deyil və avtomobilin yalnız müəyyən hissələrinin təkrar istifadəsi mümkündür. Qeyd edilənləri nəzər alaraq nəqliyyat vasitəsinin bazar dəyərindən qabıq dəyəri çıxılaraq (7.000-490=6510) 6.510 (altı min beş yez on) manat məbləğində zərər hesablandı. İş materiallarına əlavə edilmiş STŞ 080 saylı nəzarət kamerasından əldə olunmuş 01 ədəd diskdə hadisənin görüntüləri əks olunduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. İş üzrə Azərbaycan Respublikası Dxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Binəqədi Rayon Polis İdarəsinin Dövlət X21 dayanacağında saxlanılan «Land Rover» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı və “Daewoo Damas” markalı AZ-**-ZL- *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, ifadə verərkən içkili olmadığını, onun içkili olması barədə verilmiş aktın yalan olduğunu bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərəçəkmiş şəxslərin yaxın qohumları ilə barışması, zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri X16, X6, X19 və X17 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayətlər təsnifatına aiddir. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş üzrə maddi sübutlar: - yol nəqliyyat hadisəsi zamanı Binəqədi rayon Polis İdarəsinin Dövlət X21 dayanacağında saxlanılan “Land Rover” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı və “Daewoo Damas” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalı, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar: - “Land Rover” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı və “Daewoo Damas” markalı 99ZL837 dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın; - 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar