Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-215/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3, 228.4 və 318.1-ci maddələrində, xx.xx.2001-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3yış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində silah qismində əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə, eləcə də quldurluqla əlaqədar bıçaqdan silah qismində istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə sağlamlığa ağır zərər vurub zərəçəkmişin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək, bu zaman şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, daha sonra Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz, yəni müəyyən edilmiş nəzarət-buraxılış məntəqələrindən kənarda keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yerləşən binanın qarşısında ümumi tanışları olan X8 qarşı quya nalayiq ifadələr işlətməsini bəhanə edərək tanışı Zərərçəkmiş şəxs2 münaqişəyə cəlb edib onunla sözlü mübahisə edərək, bu zaman özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozmaqla, bu qaydalara açıqca etinasızlıq göstərərək, ətrafın sıx yaşayış sahəsi olub çoxsaylı insanların yaşamasına, hərəkətləri ilə onların rahatlığını və istirahətini pozacağını əvvəlcədən dərk edib, buna məhəl qoymadan aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 və sonuncu ilə birgə olan Zərərçəkmiş şəxs3 onu quya təhqir etmələrini bəhanə gətirib xuliqanlıq niyyətilə əlində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan əşya-beşbarmaqla hər iki şəxsin bədən nahiyələrinə bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “sol əlin İV barmağının dırnaq falanqasının əsasının yerdəyişmiş sınığı, sol qulaq seyvanının qançırı, sol əlin təpə nahiyəsinin əzilmiş-cırılmış yarası” kimi xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə onun sağlamlığına qəsdən az ağır zərər vurmuş, Zərərçəkmiş şəxs3 isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “alının sıyrığı” xəsarətini yetirməklə eyni zamanda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayət əməllərinə görə saxlanıldığı istintaq təcridxanasında tanış olduğu dostu Təqsirləndirilən şəxs2 ilə özünün tanışı Zərərçəkmiş şəxs1 tamah məqsədilə qəsdən öldürüb sonradan sonuncunun güman etdiklərinə görə evində olan 40.000 (qırx min) manat pulunu ələ keçirmək barədə birgə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah, habelə quldurluq niyyəti ilə, 09 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi babası Şahid2 məxsus “Nissan Xtrail” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 ofisiant işlədiyi “Prestije” çay evinin qarşısına getmiş, cinayətin aləti kimi istifadə etmək üçün yaşadığı evdən özü ilə gətirdiyi qanunsuz əldə edərək gəzdirdiyi üç ədəd bıçaqdan birini – dəstəyi qara rəngli metal korpusdan, tiyəsi gümüşü rəngli metaldan olmaqla ümumi uzunluğu 220 mm olan, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağını Təqsirləndirilən şəxs2 verib birgə planlaşdırdıqları cinayət əməlini əlverişli şəraitdə törətmək üçün Təqsirləndirilən şəxs2 avtomobildə əyləşdiyi yerdən, yəni qabaq oturacaqdan sağ arxa oturacağa keçməsini tapşırmış və təxminən saat 23:40 radələrində Zərərçəkmiş şəxs1 işdən çıxdıqdan sonra avtomobili kafenin qarşısına sürüb sağ ön qapını açıb evə aparmaq adı ilə avtomobilə əyləşməyə dəvət edib mindirərək oradan uzaqlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin sükanı arxasında, Təqsirləndirilən şəxs2 avtomobilin arxa, Zərərçəkmiş şəxs1 isə qabaq sərnişin oturacağında əyləşib yanvar ayının 9-dan 10-na keçən gecə saat 00:00 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci kilometr” adlanan ərazidə hərəkətdə olduqları vaxt, o, Təqsirləndirilən şəxs2la birgə planlaşdırdıqları cinayət əməlini həyata keçirmək üçün avtomobilin sürətini azaldaraq sol ön qapının saxlanc yerində əvvəlcədən gizlətdiyi istintaqla müəyyən olmayan özündəki bıçaqlardan birini götürüb əmlakını ələ keçirtmək məqsədilə həyat və sağlamlığı üçün təhlükəli olan basqın edib anidən Zərərçəkmiş şəxs1 boğaz nahiyəsindən zərbə vurduqdan sonra Təqsirləndirilən şəxs2 da onunla birgə hərəkətlərini uzlaşdıraraq cinayətin aləti kimi istifadə etmək üçün ona verilən silah kimi istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 qarşı müstəsna qəddarlıq nümayiş etdirməklə hər ikisi çoxsaylı zərbələr vuraraq, baş, sinə, kürək və ayaq nahiyələrinə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin arxa qoltuqxətti üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin ön səthinin sol yarısının məmə və bayır körpücük xətləri arasında Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının məmə xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşən bir ədəd, qarının ön səthinin sağ epiqastral nahiyədə yerləşən bir ədəd, qarın nahiyəsinin sağ yan hissəsinin bir ədəd, cəmi 6 ədəd deşilmiş-kəsilmiş yaraları, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid daxilə nüfuz etməyən bel nahiyəsinin sağ yarısının bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, sağ kürəküstü nahiyənin iki ədəd, sol kürəküstü nahiyənin bir ədəd, boyun nahiyəsinin arxa səthinin üç ədəd, sol bud nahiyəsinin orta 1/3-nin bayır səthinin iki ədəd, sol bud nahiyəsinin orta 1/3-nin ön səthinin bir ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthinin bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sol yan səthinin iki ədəd, sol süd vəzinin yuxarı-bayır kvadratının bir ədəd, boyun nahiyəsinin ön səthinin sol yarısının bir ədəd, boyun nahiyəsinin ön səthinin sol yan hissəsinin bir ədəd, sifətin sol yarısının bir ədəd, sol qulağın ön hissəsinin bir ədəd, sol qulaq seyvanının dəlibkeçən bir ədəd, cəmi 26 ədəd, deşilmiş-kəsilmiş, eləcə də sol mil-bilək nahiyəsinin bir ədəd, sağ əlin ovuc səthinin bir ədəd, cəmi 2 ədəd kəsilmiş yaraları, habelə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boyun nahiyəsinin qançırı xəsarətlərini yetirməklə ona ölümünə səbəb olan ümumilikdə 34 xəsarət yetirmiş, bu zaman sonuncunun çantasında əvvəlcədən ələ keçirmək niyyətində olduqları məbləğin olmadığını müəyyən etdikdən sonra dəyərini və markasını istintaqla müəyyən etmək mümkün olmayan bir ədəd qadın çantasını, həmin çantada olan evdə saxlanıldığını güman etdikləri məbləği ələ keçirtmək, yəni tamah məqsədilə zərərçəkmişin yaşadığı evin açarını və dəyəri 1.500 (bir min beş yüz) manat olan “İphone pro max 12” markalı mobil telefonunu götürərək Təqsirləndirilən şəxs2la birgə ələ keçirib quldurluq etmiş, daha sonra törətdikləri xüsusilə ağır cinayət əməlinin izlərini itirmək məqsədilə hər ikisi birlikdə Zərərçəkmiş şəxs1 meyitini həmin gün saat 02:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisinə gətirərək “Fermalar” adlanan yerə gedən qrunt yolun kənarında çöllük sahədə atmaqla bir qrup şəxs halında xüsusi amansızlıqla, tamah məqsədi ilə və quldurluqla əlaqədar onu qəsdən öldümüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qeyd olunan əməllərinə görə Azərbaycan Respublikasında cinayət və məhkəmə məsuliyyətindən, ədalət mühakiməsindən kənarda qalmaq üçün ölkə hüdudlarını gizli şəkildə tərk etmək qərarına gəlmiş və bu məqsədlə 11- 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini şəxsiyyətini təsdiq edən sənədlər olmadan, müəyyən edilmiş sərhəd və digər növ yoxlamalrın aparıldığı xüsusi təchiz olunmuş nəzarət buraxılış məntəqələrindən kənarda Gürcüstan Respublikasının ərazisinə keçməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə, eləcə də quldurluqla əlaqədar bıçaqdan silah qismində istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə sağlamlığa ağır zərər vurub zərəçəkmişin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək, bu zaman şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi cinayət əməllərinə görə saxlanıldığı istintaq təcridxanasında tanış olduğu dostu Təqsirləndirilən şəxs1 ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 tamah məqsədilə qəsdən öldürüb sonradan güman etdiklərinə görə evində olan 40.000 (qırx min) manat pulunu ələ keçirmək barədə birgə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah, habelə quldurluq niyyəti ilə, 09 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi babası Şahid2 məxsus “Nissan Xtrail” markalı **- GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 ofisiant işlədiyi “Prestije” çay evinin qarşısına getmiş, Təqsirləndirilən şəxs1 ona verdiyi cinayətin aləti kimi istifadə etmək üçün yaşadığı evdən özü ilə gətirib qanunsuz əldə edərək gəzdirdiyi üç ədəd bıçaqdan birini – dəstəyi qara rəngli metal korpusdan, tiyəsi gümüşü rəngli metaldan olmaqla ümumi uzunluğu 220 mm olan, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağını götürüb əldə etməklə gəzdirərək birgə planlaşdırdıqları cinayət əməlini əlverişli şəraitdə törətmək üçün sonuncunun tapşırığı ilə avtomobildə əyləşdiyi yerdən, yəni qabaq oturacaqdan sağ arxa oturacağa keçmiş və təxminən saat 23:40 radələrində Zərərçəkmiş şəxs1 işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobili kafenin qarşısına sürüb sağ ön qapını açıb evə aparmaq adı ilə avtomobilə əyləşməyə dəvət edib mindirərək oradan uzaqlaşmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin arxa, Zərərçəkmiş şəxs1 isə qabaq sərnişin oturacağında əyləşib yanvar ayının 9-dan 10-na keçən gecə saat 00:00 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci kilometr” adlanan ərazidə hərəkətdə olduqları vaxt, o, Təqsirləndirilən şəxs1la birgə planlaşdırdıqları cinayət əməlini həyata keçirmək üçün sonuncu avtomobilin sürətini azaldaraq sol ön qapının saxlanc yerində əvvəlcədən gizlətdiyi istintaqla müəyyən olmayan özündəki bıçaqlardan birini götürüb əmlakını ələ keçirtmək məqsədilə həyat və sağlamlığı üçün təhlükəli olan basqın edib anidən Zərərçəkmiş şəxs1 boğaz nahiyəsindən zərbə vurduqdan sonra o, da Təqsirləndirilən şəxs1la birgə hərəkətlərini uzlaşdıraraq cinayətin aləti kimi istifadə etmək üçün ona verilən silah kimi istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 qarşı müstəsna qəddarlıq nümayiş etdirməklə hər ikisi çoxsaylı zərbələr vuraraq, baş, sinə, kürək və ayaq nahiyələrinə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin arxa qoltuqxətti üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin ön səthinin sol yarısının məmə və bayır körpücük xətləri arasında Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının məmə xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşən bir ədəd, qarının ön səthinin sağ epiqastral nahiyədə yerləşən bir ədəd, qarın nahiyəsinin sağ yan hissəsinin bir ədəd, cəmi 6 ədəd deşilmişkəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid daxilə nüfuz etməyən bel nahiyəsinin sağ yarısının bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, sağ kürəküstü nahiyənin iki ədəd, sol kürəküstü nahiyənin bir ədəd, boyun nahiyəsinin arxa səthinin üç ədəd, sol bud nahiyəsinin orta 1/3-nin bayır səthinin iki ədəd, sol bud nahiyəsinin orta 1/3-nin ön səthinin bir ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthinin bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sol yan səthinin iki ədəd, sol süd vəzinin yuxarı-bayır kvadratının bir ədəd, boyun nahiyəsinin ön səthinin sol yarısının bir ədəd, boyun nahiyəsinin ön səthinin sol yan hissəsinin bir ədəd, sifətin sol yarısının bir ədəd, sol qulağın ön hissəsinin bir ədəd, sol qulaq seyvanının dəlib-keçən bir ədəd, cəmi 26 ədəd deşilmiş-kəsilmiş, eləcə də sol mil-bilək nahiyəsinin bir ədəd, sağ əlin ovuc səthinin bir ədəd, cəmi 2 ədəd kəsilmiş yaraları, habelə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boyun nahiyəsinin qançırı xəsarətlərini yetirməklə ona ölümünə səbəb olan ümumilikdə 34 xəsarət yetirmiş, bu zaman sonuncunun çantasında əvvəlcədən ələ keçirmək niyyətində olduqları məbləğin olmadığını müəyyən etdikdən sonra dəyərini və markasını istintaqla müəyyən etmək mümkün olmayan bir ədəd qadın çantasını, həmin çantada olan evdə saxlanıldığını güman etdikləri məbləği ələ keçirtmək, yəni tamah məqsədilə zərərçəkmişin yaşadığı evin açarını və dəyəri 1.500 (bir min beş yüz) manat olan “İphone pro max 12” markalı mobil telefonunu götürərək Təqsirləndirilən şəxs1la birgə ələ keçirib quldurluq etmiş, daha sonra törətdikləri xüsusilə ağır cinayət əməlinin izlərini itirmək məqsədilə hər ikisi birlikdə Zərərçəkmiş şəxs1 meyitini həmin gün saat 02:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisinə gətirərək “Fermalar” adlanan yerə gedən qrunt yolun kənarında çöllük sahədə atmaqla bir qrup şəxs halında xüsusi amansızlıqla, tamah məqsədi ilə və quldurluqla əlaqədar onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3, 221.3, 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 127.2.3-cü və 318.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, 2022-ci ildə bu hadisədən bir gün əvvəl Təqsirləndirilən şəxs2 ona Whatsapda yazaraq avtomobil lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 avtomobilin nə üçün lazım olduğunu soruşanda sonuncu qızla görüşəcəyini və avtomobilin buna görə lazım olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 avtomobili verə bilməyəcəyini, lakin gedəcəkləri yerə apara biləcəyini demişdir. Onlar Təqsirləndirilən şəxs2la razılaşmışlar. Hadisə günü yəni, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 onların məhəlləsinə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs2la orada biraz söhbətləşmişlər. Sonra isə Təqsirləndirilən şəxs2 restorana gedib ona çay içməyi təklif etmişdir. O, qız barədə Təqsirləndirilən şəxs2 soruşanda sonuncu ona qızı tanıdığını və adının Jasmin olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2la “Limon” adlı çay evində oturmuşlar və çay içib söhbətləşmişlər. Gecə saat 24:00 radələrində Təqsirləndirilən şəxs2 ona qızı götürməyə getməli olduqlarını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2la “Prestij” çay evi deyilən yerə getmişlər. Təqsirləndirilən şəxs2 ona avtomobildən düşüb qızı qarşılamağını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona qızı qabaqda oturtmağını bildirmişdir. O, səbəbini soruşanda ayağının zədələndiyini, həm də arxada oturub telefonla danışacağını bildirmişdir. Qız kafedən çıxmış, o, avtomobildən düşmüş və sonuncunu qarşılamışdır. Qız avtomobildə qabaqda əyləşmişdir. Təqsirləndirilən şəxs2 ona əvvəlcədən sonuncuya pul verəcək bir adamın olduğunu və biraz yolda ləngiyib həmin adamdan pulu götürməli olduqlarını bildirmişdir. Biraz onların ev tərəfdə avtomobildə oturmuşlar. Sonra Təqsirləndirilən şəxs2 kiməsə zəng vurmuş və onlara həmin adamın gəlməyəcəyini bildirmişdir. Onlar yola davam etmişlər. Yolda o, Təqsirləndirilən şəxs2 avtomobilin yanacağının az olduğunu bildirmişdir. Sonuncu da Mehdiabad yolunun girəcəyində benzin vuracaqlarını bildirmişdir. Onlar yanacaq doldurma məntəqəsinə çatmış və maşına benzin vurmuşlar. O, su almaq istəmişdir. Orada işləyən işçidən haradan su ala biləcəyini soruşmuşdur. Sonuncu ona qarşıda açıq mağaza olduğunu bildirmişdir. Sonra onlar həmin yolla gəlmişlər. Təqsirləndirilən şəxs2 yolu göstərmiş, düzənlik yol olmuşdur. Demək olar ki, həmin ərazidə heç yaşayış belə olmamışdır. Qız Təqsirləndirilən şəxs2 çoxdandır görünmədiyini bildirmişdir. O, başa düşmüşdür ki, sonuncular çoxdan ayrılmışlar. Sonra birdən qışqıraraq mübahisə etməyə başlamışlar. O, həmin an şokda olmuşdur. Təqsirləndirilən şəxs2la qız qışqıraraq mübahisə edirdilər. Təqsirləndirilən şəxs2 qızı bir neçə dəfə vurmuşdur. O, əvvəl Təqsirləndirilən şəxs2 qızı yumruqla vurduğunu zənn etmişdir. O, sağ əli ilə Təqsirləndirilən şəxs2 müdaxilə etməyə çalışmışdır. Həmin vaxt ona da zərbə dəymiş və hiss etmişdir ki, dəyən zərbə yumruq deyil. Onun qolu uyuşmağa başlamışdır. Bıçaq iki dəfə onun qoluna dəyəndən sonra yerə düşmüşdür. Təqsirləndirilən şəxs2 belindən bıçağın digərini də çıxartmışdır. O, birtəhər avtomobili saxlamağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bıçağı uzadaraq qaçsa onu yenə vuracağını bildirmişdir. O, avtomobili saxlamışdır. Həmin ərazi düzənlik və yaşayış olmayan bir ərazi olmuşdur. Onun oradan getməməyi üçün Seymur avtomobilin açarı ilə telefonunu əlindən aldı və avtomobildən düşməyini istədi. Qız ölməmişdi çətinlik çəkirdi, bükülü vəziyyətdə qalmışdı. Təqsirləndirilən şəxs2 ona avtomobildən düşüb qızın da avtomobildən düşməyinə köməklik etməyini bildirmişdir. Qız həmin vaxt xırıltılı səslə ondan çantasını istəmişdir. Təqsirləndirilən şəxs2 ondan avtomobildə oturub sonuncunu gözləməyini bildirmişdir. Həmin vaxt ətraf çox qaranlıq olmuşdur. O, avtomobildə əyləşmiş və həmin vaxt qolundan qan gəldiyini hiss etmişdir. Salfetka ilə silib köynəyinin kənarı ilə qolunu birtəhər bağlamışdır. Təqsirləndirilən şəxs2 gəlmiş və avtomobili “Vasmoy” deyilən əraziyə sürməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 qızın necə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 qızın getdiyini bildirmişdir. Onlar qeyd edilən yerə gəlmişlər. Təqsirləndirilən şəxs2 ona ünvan verərək sonuncuya taksi sifariş etməyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 verdiyi ünvana taksi sifariş etmişdir. Təqsirləndirilən şəxs2 ona baş verən hadisəni heç kimə deməməyini bildirərək taksiyə əyləşib getmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, qızı götürəndə Təqsirləndirilən şəxs2 ona sonuncunun evinə düşürəcəyini bildirmişdir. Əvvəllər də Təqsirləndirilən şəxs2 ondan avtomobil lazım olanda götürürdü. Sonra babası ona avtomobili heç kimə verməməyini tapşırmışdır. O da avtomobilini verməmiş, amma Təqsirləndirilən şəxs2la qızı apara biləcəyini bildirmişdir. Hadisədən daha əvvəl də bir dəfə Təqsirləndirilən şəxs2 harasa aparmışdır. O, sadəcə sürücü kimi gedirdi. Onların Təqsirləndirilən şəxs2la münasibətləri var idi. Təqsirləndirilən şəxs2 avtomobillə harasa aparmağının müqabilində sonuncu ona pul vermirdi. Sadəcə avtomobilinə benzin tökürdü. Qızı götürdükləri yer “Prestij” çay evi adlanırdı. Həmin çay evi Elşən Süleymanov küçəsində 251 saylı məktəbin yanında yerləşirdi. O, gedəcəkləri yolu tanımırdı. Yolu ona göstərəcəkdilər. Bildiyinə görə Seymurla qız birlikdə yaşayırdı. Hadisənin baş verdiyi yer Fatmayı ərazisi olmuşdur. Hadisənin həmin an hansı səbəbə görə baş verdiyini bilmirdi. Sonradan öyrənmişdir ki, bu qızın arxa nahiyyəsində olan “vasmi” simvoluna görə olmuşdur. Avtomobildə Təqsirləndirilən şəxs2la qızın arasında mübahisə baş vermişdir. O, həmin an mübahisənin baş vermə səbəbini tam anlaya bilməmişdir. Sonuncular öz aralarında evə gedib söhbəti davam etdirəcəklərini deyirdilər. O, söhbəti tam anlaya bilməsə də biraz başa düşmüşdür ki, qız Təqsirləndirilən şəxs2 pul qabısını götürüb. Təqsirləndirilən şəxs2 sonuncuya pul verəcək adamı gözləyərkən o, avtomobildən su almaq üçün düşmüşdür. Onların gözlədikləri adam gəlməmişdir. O, avtomobildən düşmüş, qızı düşürtməyə kömək etmişdir. Təqsirləndirilən şəxs2 qızı aparmış və o, qayıdıb avtomobilə əyləşmişdir. Xanımın əynindəki paltarları tam xatırlamır. Papağı və çantası yadındadır. “Vasmi” işarəsini o, görməmişdir. Bunu ona hadisənin səhəri gün Təqsirləndirilən şəxs2la telefonla danışdıqları zaman bilmişdir. Qızın necə olduğunu sonradan Təqsirləndirilən şəxs2 maraqlanmamışdır. Həmin vaxt o, şokda olmuşdur. Hadisədən sonra o, evlənəcəyi qıza görə Gürcüstana getmiş və orada onu saxlamışlar. O, Gürcüstana sənədsiz getmişdir. Xuliqanlıq əməlinə görə onun cinayət işi var idi, ona görə getməyinə icazə verməyəcəklərini düşünmüşdür. Gürcüstanda olduğu müddətdə Təqsirləndirilən şəxs2 bir dəfə Whatsappda yazmış və bu hadisəni niyə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 da “Vasmi” simvoluna görə baş verdiyini demişdir. O, qızın öldüyünü bilməmişdir. Özlüyündə sonuncunun xəstəxanada olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs2 ona hadisəni heç kimə deməməyini, əgər desə hadisəni onun da törətdiyini hər kəsə deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 göstərişi ilə görüşə gəlmişdir. Gürcüstana getmə planı əvvəldən də olmuşdur. Təqsirləndirilən şəxs2 ona xanımı pula görə öldürəcəyini heç vaxt deməmişdir. Təqsirləndirilən şəxs2 heç vaxt belə bir məqsədi olmamışdır. O, avtomobili idarə etdiyi üçün ancaq yola baxırdı. Zərbələri ard-arda vurduğu üçün neçə zərbə vurduğunu dəqiq bilə bilməmişdir. Təqsirləndirilən şəxs2 xəsarət yetirməyə başlayanda sağ əlini atmış elə bilmişdir ki, əli ilə vurur. Zərbə ona dəyəndən zərbələrin bıçaqla yetirildiyini bilmişdir. Təqsirləndirilən şəxs2 bıçağı ilk dəfə sol əlində tutmuşdur. Sonuncu zərbələri sol tərəfdən vururdu. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2la təcridxanada tanış olmuşlar. Zərərçəkmiş şəxs1 ilə əvvəllər tanış olmamışdır. Zərərçəkmiş şəxs1 ilk öncə Təqsirləndirilən şəxs2 tanımışdır. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 görə tanımışdır. O, zərərçəkmiş şəxsi əvvəllər tanıdığı kimi ifadələr verməmişdir. İbtidai istintaqdakı ifadələrinə imza etmiş, amma müstəntiq ona onun verdiyi kimi ifadə tərtib etdiyini demişdir. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tanışı kimi tanımışdır. O, CM-in 318.1-ci maddəsi ilə təqsirləndirildiyi hissədə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən bəraətverici əsaslar olmadan həmin hissədə cinayət təqibinə xitam verilməsini və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.5, 120.2.11 və 181.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 120.2.4-cü və 228.4-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, 9- 10 yanvar 2022-ci il tarixdə Nizami rayonu, 8-ci kilometr ərazisinə getmişdir. Orada Yenigül adlı tanışı olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobil lazım olduğunu bildirmişdir. Nurlanın avtomobili ilə Yenigülü götürüb gəzməyə gedəcəkdi. Həmin gün Yenigül içkili və narkotik maddənin təsiri altında olmuşdur. Abşeron rayon, Fatmayı kəndi ərazisində olarkən Yenigül onun pul qabını götürmüş və onu təhqir etmişdir. O da bunun qarşılığında sonuncunu vurmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadə doğru deyil. O, yalan ifadə vermişdir. Guya ki, əlbir olduğu şəxs Gürcüstandan gələcəkdi. O, Yenigülü Nizami rayonu, 8-ci kilometr ərazisində öldürməmişdir. Həmin gün Yenigül avtomobildə ola-ola Mehdiabad qəsəbəsində yanacaqdoldurma məntəqəsindən yanacaq doldurmuşlar. Əgər, Yenigülü 8-ci kilometr ərazisində öldürsəydi Mehdiabad qəsəbəsində yanacaqdoldurma məntəqəsində kameralarda görünərdi. Avtomobildə cəsəd ola-ola yanacaqdoldurma məntəqəsinə daxil olmaqları mümkün deyil. Yenigülün telefonun götürüb atmışdır. Həmin telefonu ələ keçirməkləri, özlərinə götürməkləri olmamışdır. O, quldurluq etməmiş, Yenigülün çantasını götürməmişdir. Yenigülün çantasından ip çıxarıb sonuncunun əllərini bağlamışdır. Yenigül narkotik istifadə edirdi və tanışlarını da narkotik maddəyə aludə etmişdir. Yenigülü əvvəlcə boğmuşdur. Təqsirləndirilən şəxs1 da onu orada qoyub qaçmasına görə bıçaqlamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, cinayət işini üzərindən atmaq istədiyindən yalan ifadə vermişdir. Hazırki cinayət işi ilə əlaqədar olmayan, amma əlbir olduğu şəxs Gürcüstandan gəlməli idi. Buna görə yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs1la üzləşdirmədə doğru ifadə vermişdir. İfadənin yerində yoxlanılmasında bildirdiyi ifadələr də yalandır. İbtidai istintaq zamanı bir dəfə Abşeron rayonunda dindirilmişdir. O, verdiyi yalan ifadəni bir həftə ərzində özü uydurub danışmışdır. Müstəntiq onu azadlığa buraxacağını bildirmiş və o da sonuncuya inanmışdır. Müstəntiqin onu azadlığa buraxacağı vədinə görə o da cinayət işini Təqsirləndirilən şəxs1 üzərinə atmışdır. Əvvəlki məhkumuluğuna görə cəza çəkən zaman Təqsirləndirilən şəxs1la eyni kamerada olmuşdur. Təqsirləndirilən şəxs1la hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Yenigül onun tanışı olmuşdur. Təqsirləndirilən şəxs1 Yenigülü bir neçə dəfə görmüşdür. Yenigülü çay evində tanımışdır. Çay evinə də tək gedirdi. Yenigülün onunla və ya Təqsirləndirilən şəxs1la hər hansı qohumluq əlaqəsi olmamışdır. Yenigül yüngül həyat tərzi yaşayan bir şəxs olmuşdur. Yenigül onunla yaşayırdı. Hadisə günü Təqsirləndirilən şəxs1 avtomobil lazım olduğunu bildirmiş və sonuncunun avtomobili ilə Yenigülü götürüb yaşadığı evə gedirdi. Yenigül tanışlarını narkotik maddəyə aludə etmişdir. O, Yenigülü buna görə döymüşdür. Lakin, sonuncu yenə də öz hərəkətlərinə davam edirdi. Təqsirləndirilən şəxs1 avtomobilini istəmiş amma sonuncu verməmişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs1 və Yenigül birlikdə getməli olmuşlar. Adətən Yenigül həm taksi ilə, həm də marşurutla evə gəlirdi. Bir neçə dəfə Təqsirləndirilən şəxs1 avtomobili ilə Yenigülü yaşadığı evə gətirmişdir. Özü Abşeron rayon, Fatmayı kəndində yaşayırdı. Yenigül üçün həmin kənddə kirayə ev tutmuşdur. Öz evi ilə həmin kirayə evin arasındakı məsafə çox olmuşdur. Öz evi Fatmayı kəndində olmuşdur. Lakin, kirayə ev Fatmayı bağında, Daxili İşlər Nazirliyi orqanı tərəf, dəniz sahilinə yaxın, Həyat istirahət mərkəzi tərəfdə olmuşdur. İstintaq orqanına qeyd etdiyi ərazidə kirayə evi olduğunu bildirməmiş və ilk dəfə burada bildirir. Ona həmin evi kirayə verən adamı tanıyır və adı Həmiddir. Yenigülü Prestij çay evindən götürüb bağ yolu ilə Fatmayı kəndi istiqamətinə gedirmişlər. Binəqədi rayon, Mehdiabad qəsəbəsində olan Dəniz market tərəfdə Yenigülü öldürmüşdür. Hadisə günü avtomobili Təqsirləndirilən şəxs1 idarə edirdi. Yenigül avtomobilin ön oturacağında, o, isə arxa oturacaqda oturmuşdur. Yenigüllə mübahisə etmişlər. Mübahisə həm Yenigülün tanışlarını narkotik maddəyə aludə etməsinə görə, həm də şəxsi münasibətlər zəminində olmuşdur. Mübahisə əsnasında o, Yenigülü təhqir etmişdir. Yenigül də ona qarşılıq verib onu təhqir etmişdir. Əvvəlcə Yenigülün saçından tutub qolu ilə sonuncunu boğmuşdur. Daha sonra Yenigül başını qolundan çıxaranda bıçaqla ilk zərbəni boğazından vurmuşdur. Bıçaq həmişə üzərində olur və həmin vaxt üzərində olmuşdur. Avtomobil dayanmış kimi olmuş, amma yavaş yavaş hərəkət edirdi. Təqsirləndirilən şəxs1 da kömək etmək istəyirdi. Həmin an Nurlana da bıçaqla xəsarət yetirmişdir. Yenigül avtomobildə olarkən ölməmişdir. Yenigülü Fatmayı yolu ilə gedərkən Fermalıq olan, Dəniz marketdən geri qayıdarkən boşluq olan sahəyə atmışlar. Yenigülü ora atarkən qaçmamağı üçün əlini bağlamışlar. Yenigülü atdığı yeri əvvəlcədən müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 qolundan, ya çiynindən xəsarət yetirmişdir. Yenigülü vurub aparıb qeyd etdiyi yerə qoyub Nizami rayonu, 8-ci kilometr ərazisinə qayıtmışlar. O, Nizami rayonu, 8-ci kilometr ərazisində bir nəfəri öldürmüşsə meyidlə gəlib yanacaqdoldurma məntəqəsinə daxil olmağı mümkün deyil. İbtidai istintaqdakı ifadələrində qeyd olunan Yenigülü öldürdükdən sonra meyidi harasa keçirməyi doğru deyil. Avtomobilin içərisi bütünlüklə qan olmuşdur. Videoçəkiliş vasitəsi ilə müstəntiqə ifadə vermiş və verdiyi ifadələr yalan olmuşdur. Yenigülə 34 bıçaq zərbəsi vurmağına səbəb həmin an onu təhqir etməyi, tanışlarını narkotik maddəyə aludə etməyi, sonuncuların pullarını almağı və əsas səbəb olan belinin aşağı nahiyəsinə səkkizguşəli ulduz döyməsini vurdurmağı olmuşdur. Yenigül həmin döyməni yeni vurdurmuşdur və öldürdüyü gün döyməni vurdurmağını öyrənmişdir. Yenigül ondan ayrılmış və ayrıldıqdan sonra ona şəkillərini çəkib göndərib onu təhqir etmişdir, «sənin çiynində səkkizguşəli ulduz döyməsi var, mənim də bədənimin müəyyən hissəsində» kimi ifadələr işlətmişdir. Yenigülü öldürmək planını əvvəlcədən özü planlamışdır. Həmin gün Nurlanı sadəcə avtomobil üçün çağırmışdır. Yenigülü öldürdükdən 6 gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə ibtidai istintaq zamanındakı ifadələrinin yalan olduğunu sübut edə bilər. Əvvəllər də Yenigülü tanımışdır, amma sonuncu ilə şəxsi münasibəti təxminən bir aydan biraz artıq olmuşdur. Yenigüllə Təqsirləndirilən şəxs1 tanışlıq münasibətində olmuşlar. O, Yenigülü Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. X18 adlı şəxs barəsində ona hər hansı məlumat verməmişdir. Yenigül işinə görə Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayırdı. Lakin, onun Yenigül üçün Abşeron rayonu, Fatmayı kəndində kirayə tutduğu evdə də qalırdı. Yenigülə vurduğu hər bıçaq zərbəsini sayaraq vurmuşdur. Yenigülü avtomobilin içərisində vurmuşdur. Avtomobilin içərisində olsa da asanlıqla sayaraq həmin bıçaq zərbələrini vurmuşdur. İttihamda qeyd olunan və onun törətdiyi cinayət əməllərinin hər hansı birində Təqsirləndirilən şəxs1 əlbirliyi olmamışdır. Yenigülü öldürən zaman Təqsirləndirilən şəxs1 onu tək qoyub qaçdığına görə ibtidai istintaq dövründəki ifadələrində törətdiyi cinayət əməlini Təqsirləndirilən şəxs1 üzərinə atmışdır. Təqsirləndirilən şəxs1 onu tək qoyub qaçmışdır və sonuncunun Yenigülü öldürməyi barədə kiməsə məlumat verəcəyini düşündüyündən ibtidai istintaqdakı ifadələrində cinayəti Təqsirləndirilən şəxs1 üzərinə atmışdır. Yenigülü öldürməyinin aşkara çıxarılmasını istəməmişdir. Təqsirləndirilən şəxs1 Yenigülü öldürməyi barədə kiməsə məlumat vermiş, amma həmin şəxsin adını hallandırmaq istəmir. Yenigülü öldürməyi ilə bağlı təfərrüatlı məlumatları polis orqanlarına ilk dəfə o, bildirmişdir. O, Təqsirləndirilən şəxs1 camaata Yenigülü onun öldürməyi barədə məlumat verdiyini eşitmişdir. Təqsirləndirilən şəxs1 Yenigülü öldürməyi barədə məlumatı bu səbəbdən istintaq orqanına bildirmişdir. Əvvəlcədən 34 bıçaq zərbəsi vuracağını planlamışdır. Yenigülə bıçaq zərbələrini endirərkən Təqsirləndirilən şəxs1 etiraz edirdi və mane olmağa çalışırdı. Məqsədi Yenigülü öldürmək idi. Yenigül onun yanında olarkən dostları da gəlib və dostları Yenigülün təsiri ilə narkotik maddəyə aludə olsa da, o, narkotik maddədən istifadə etməmişdir. Yenigül ona narkotik maddəni istifadə etmək təklifi etmiş, lakin, o, qəbul etməmişdir. Yenigülə vurulan bıçaq zərbələrinin hamısını o, vurmuşdur. Yenigülün yaşı qədər sonuncuya bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs1la Yenigülü öldürənə qədər yaxın dost münasibətində olmuşlar. Yenigülü öldürən zaman Təqsirləndirilən şəxs1 onu tək qoyub qaçmışdır. İbtidai istintaq dövründəki ifadələrində törətdiyi cinayət əməlini Təqsirləndirilən şəxs1 üzərinə atmağına səbəb bu idi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1la üzləşdirmə zamanı o, həqiqəti demiş və etiraz etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələr doğrudur. CM-in 120.2.1, 120.2.5, 120.2.11 və 181.3-cü maddələri ilə bəraət verilməsini, CM-in 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməsini, CM-in 120.2.4-cü maddəsi ilə cəza təyini zamanı isə CM-in 59.1.10-cu maddəsini yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə dostluq münasibətində olmuş, onunla Bakı istintaq təcridxanasında tanış olmuş, həmin vaxt onun barəsində CM-in 126.1-ci maddəsi cinayət işi istintaq edilmiş, onun barəsində hökm çıxarıldıqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilməmişdən əvvəl təxminən bir ay yarım bir yerdə istintaq təcridxanasında saxlanılmışdır. Onunla “İnstaqram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, yəni özü azad olduqdan sonra onun istifadəsində olan xatırlamadığı profilə yazmış, bir müddət sonra Təqsirləndirilən şəxs2 azadlığa çıxdıqdan sonra onunla əlaqə yaratmış, “whatsapp” tətbiqi ilə danışmış, ara-sıra Bakı şəhəri, 8-ci kilometr deyilən ərazidə görüşüb çay içib söhbətləşmiş, Seymurun istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə ancaq internet üzərində zəng etmək olmuş, çünki mobil telefonu rəsmi qeydiyyatdan keçməmişdir. Yaşadığı ərazidə yerləşən “Prestije” çay evində işləyən “Jasmin” adlı bir qadınla tanış olmuş, sonradan onun adının Zərərçəkmiş şəxs1 olduğunu xəbərlərdən öyrənmiş, o, həmin çay evində ofisiant işləmiş, bir-birlərinə telefon nömrələrini verdikdən sonra ara-sıra yazışmış, bir neçə dəfə də onu yaşadığı evə babası Şahid2 məxsus “Nissan X-Trail” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparmışdır. Seymurla görüşəndə o, hər hansı bir qızla tanış olmaq və gəzmək istədiyini ona demiş, o da çay evində “Jasmin” adlı qızın ofisiant işlədiyini və pozğun həyat sürdüyünü bildirmiş, həmçinin həmin qadının narkotik vasitələrdən istifadə etdiyini hiss etsə də, görməmişdir. Hadisənin baş verməsindən bir ay öncə təxminən 2021-ci ilin dekabr ayında Yenigülü işlədiyi çay evindən götürüb yaşadığı evə apardığı zaman etibarnamə əsasında idarə etdiyi avtomobilin arxa sərnişin oturacağında Seymur əyləşmiş, həmin vaxt da onları tanış etmiş, onlar tanış olmuş və bir-birlərinə öz nömrələrini vermiş, bu tanışlıqdan sonra Seymura bu barədə sual verməmişdir. 2022-ci ilin yanvar ayının əvvəlində Seymura yazaraq görüşməyi təklif etmiş, 09 yanvar 2022-ci il tarixdə Seymur ona internet vasitəsi ilə zəng edərək yaşadığı 8-ci kilometr tərəfə gələcəyini söyləmiş, təxminən axşam saat 19-20 radələrində onunla “Nazlı Saray” şadlıq evinin yanında görüşmüşlər. Onunla bir az söhbət etdikdən sonra adını xatırlamadığı çay evinə gedib çay içmiş, bundan sonra o ona “Jasmin olsa idi onu götürüb görüşərdik” deyəndə ona “onsuz da axşam onu işdən götürəcəyəm, götürərəm görüşərsiniz” deyə bildirmişdir. Daha sonra Seymurla birlikdə yaşadıqları evə, yəni ünvan 5 ünvanına getmiş, orada evə girib babası Şahid2 məxsus avtomobilin açarlarını götürüb həyətdə olan qarajdan avtomobili işə salıb getmiş, həmin vaxt Seymur da onunla birlikdə avtomobildə olmuşdur. Həmin gün təxminən saat 21 radələrində Seymurla görüşdükdən sonra Yenigülə dostu Seymurla görüşüb dincəlməyi, yəni cinsi əlaqədə olmağı təklif etmiş, o da onun təklifini təmənnasız qəbul etmişdir. Bir qədər 8-ci kilometr ərazisində avtomobillə gəzəndən sonra təxminən saat 23 radələrində Yenigülün işlədiyi “Prestije” çay evinə getmiş, bir müddətdən sonra Yenigül çay evindən çıxıb onun yanına gəlmiş, bundan öncə Seymur avtomobildə öz yerini dəyişərək arxa sağ oturacaqda əyləşmişdir. Bundan sonra Seymur ona Fatmayı kəndinə getməyi, orada boş evin olduğunu və dincələ biləcəklərini söyləmiş, o, sadəcə onları aparıb düşürtməli olmuşdur. Yolu yaxşı tanımadığına görə naviqasiya ilə çətinliklə Fatmayı kəndinə gəlmiş, həmin vaxt Seymur üzərində gəzdirdiyi pul qabısının olmadığını aşkar edib bunu ona demiş, o isə avtomobilə yaxşı baxmasını söyləmiş, bundan sonra o, sakit dayanaraq ona istiqamət verərək dərə-təpəli yolla getmiş, təxminən 20 dəqiqədən sonra onlar yaşayış olmayan bir yerə gəlib çatmışlar. Bundan sonra Seymur pul qabısının Yenigüldə olduğunu demiş və ayağa qalxaraq ön sağ oturacaqda əyləşmiş Yenigülə zərbələr endirməyə başlamış, zərbələr endirən zaman “mənim pul qabımı niyə götürmüsən, ...” deyə söyləmişdir. İlk öncə onu yumruqla vurduğunu zənn etsə də, sonra onun əlində qara rəngli açılıb-qatlanan bıçağın olduğunu görmüş, əlindən bıçağı almaq istədikdə bıçaq avtomobilin ayaqaltısına düşmüş, həmin vaxt Yenigül əyləşdiyi oturacaq tərəfdə olan qapıya söykənərək “eləmə, eləmə” deyə qışqırmış, daha sonra Seymurun əlində bir şəffaf rəngli bıçağın olduğunu görmüş və o, yenidən çoxlu sayda bıçaq zərbələri endirməyə başlamışdır. Seymuru sakitləşdirmək istəyən zaman sağ qolundan balaca xəsarət alıb çox əsəbiləşmiş və hər ikisini avtomobildən yerə düşürtmüş, Yenigülü avtomobildən düşürəndə o, yarı qatlanmış vəziyyətdə olmuş, ondan əl çantasının harada olduğunu soruşanda onu xəstəxanaya aparmağı təklif etsə də, Yenigül bunu rədd edərək təklifini qəbul etməmişdir. Ona “Seymuru cəhənnəm elə apar burdan” deyəndən sonra avtomobildən ona aid olan çantanı vermiş və avtomobilə əyləşib geri istiqamətə dönüş edib 10 metr məsafə irəliləyib saxlamış, qolunda olan yaranı sildiyi zaman Seymur avtomobilin pəncərəsini döymüş, ona qızın getdiyini və hara getdiyi barədə məlumatı olmadığını demişdir. Daha sonra onunla yaşadığı ünvana gəlmiş, Seymurun üzərində qan ləkələrinin olduğunu görmüş, şalvarı və ağ rəngli köynəyi qana bulaşmışdır. Öz qoluna sarğı bağlamış və səhər saatlarında Seymura taksi sifariş verərək yaşadığı Fatmayı kəndinə yola salmışdır. Əvvəlcədən Gürcüstana gedəcəyini planlaşdırıb orada gizli evlənmək istəmiş, amma ailəsinin bundan xəbəri olmamış, buna görə də yaşadığı mənzilə daxil olanda ailə üzvlərinin yatdığını görüb sakitcə paltarlarını toplamış, bu vaxt anası Şahid3 səsinə oyananda ona uşaqlarla rayona getdiyini demiş, o da ona 100 manat pul vermişdir. Bundan sonra əli balaca çanta ilə evdən çıxıb səhər saatlarında babasına məxsus avtomobili yuyucuya aparıb orada təmizlədib yenidən həyətə gətirib saxlamış, evə daxil olmadan birbaşa Bakı şəhəri, 20 yanvar metrosunun yanına gedərək yol avtomobili ilə Qazax rayonuna getmiş və orada olan çobanlarla qanunsuz yolla Gürcüstan ərazisinə keçmişdir. Psixi problemləri ilə əlaqədar həmin vaxt yadında qalmamış, bir necə gün Faiq adlı şəxsin evində kirayədə qalmış və 17 yanvar 2022-ci il tarixdə Gürcüstanın polis əməkdaşları onu tutmuş, 4 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq sonradan Azərbaycan Respublikasına etap olunmuşdur. 19 oktyabr 2021-ci il tarixdə tanışı Elmar ona zəng edərək yaşadığı evin yanında bir nəfərlə görüşməyi və özünün də ora gələcəyini söyləmiş, deyilən qaydada saat 19 radələrində E.Süleymanov küçəsi 168A ünvanının yaxınlığında həmin şəxslərlə görüşmüşdür. Əvvəllər tanıdığı Məqsəd adlı şəxs Elmarın ona pul verəcəyini söylədikdə ona Elmara zəng etməsini demiş, bundan sonra o, Elmara zəng edib danışmağa başlamış və danışıq zamanı onların arasında mübahisə yaranmışdır. Məqsəd nalayiq ifadələr işlətməyə başlamış, ona söyüş söyməsi barədə irad bildirdikdə onun yanında olan əvvəllər tanıdığı Bəhruz adlı şəxs onu söyüb müdaxilə etməməsini demiş, bundan hirslənərək yumruqla onun baş nahiyəsinə bir neçə dəfə vurmuş, Bəhruz isə başını əli ilə tutmuş, həmçinin Məqsədi onun ünvanına söyüş söyməsi pisinə gəldiyinə görə onun alın nahiyəsinə yumruqla vurmuşdur. Həmin vaxt ətrafda tanımadığı şəxslər olmuş, onlar onları aralaşdırmağa çalışmış, konkret olaraq onları tanımamış, hadisə də təxminən 2-3 dəqiqə davam etmiş, daha sonra o, hadisə yerindən uzaqlaşaraq evə getmiş, sonradan da törətdiyi əməldən peşman olduğuna görə həmin tanışlarından üzrxahlıq edib barışmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətlərində olmuş, onunla cəzaçəkmə müəssisəsinə göndərilməmişdən əvvəl istintaq təcridxanasında saxlanılarkən tanış olmuş, istintaq təcridxanasında olduğu müddətdə Nurlana qardaşı Samirin mobil nömrəsini vermiş və o, buraxılandan sonra arabir qardaşına zəng edib onunla maraqlanmışdır. 2020-ci ilin dekabr ayında şərti azadlığa buraxıldıqdan sonra səhəri gün Nurlanla 8-ci km deyilən ərazidə kafelərin birində oturub söhbət etmiş, bundan sonra ay ərzində 2-3 dəfə Nurlanla görüşmüş, mobil telefonla isə tez-tez əlaqə saxlamışlar. Azadlığa çıxdığı bir il müddətində Nurlanla qanundan kənar, kriminal hər hansı bir hərəkəti olmamış, o, ona təkbaşına və ya birlikdə hansısa bir cinayət əməli törətməyi təklif etməmişdir. Təxminən 1 ay əvvəl Nurlan “whatsapp” tətbiqində istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrəyə özünün istifadəsində olan hazırda xatırlamadığı mobil nömrədən “pul olacaq, itmə, əlaqə saxladıqda sənə zəng çatsın, mən özüm sənə xəbər edəcəm” deyə mesaj yazmış, ondan “nə məsələdir, nə edəcəyik, pul haradan olacaq, denən məsələdən xəbərim olsun” deyə soruşsa da, o, əlavə heç bir söz deməyib görüşdükləri zaman bu barədə ona ətraflı danışacağını bildirmişdir. Bir ay müddətində Nurlanla görüşməmiş və 09 yanvar 2022-ci il tarixdə yaşadığı evdə olduğu vaxt Nurlan “whatsapp” tətbiqi ilə ona “bu gün görüşək dediyim pul məsələsi ilə bağlı, 40000 puldur, burda yaza bilmirəm, görüşüb ətraflı danışaq” deyə yazmışdır. Həmin gün axşam saatlarında 8-ci km deyilən ərazidə Nurlanın yaşadığı evin yaxınlığında yerləşən “Nazlı saray” şadlıq evinin qarşısında görüşmək barədə razılaşıb təxminən saat 18 radələrində yaşadığı evdən çıxıb taksi ilə görüş yerinə gəlmiş, üzərində pul olmadığından tanıdığı Xanlar adlı sürücüyə “pulum yoxdur, apar məni qayıtsam, pulunu verəcəm, qayıtmasam sabah verəcəm” demiş, o da onunla razılaşmışdır. 055 ***-**-** saylı mobil nömrədən istifadə etsə də, telefonu rəsmi qeydiyyatdan keçirmədiyi üçün mobil nömrə aktiv olmamış, ona görə də 2-3 aydır ki, mobil nömrəsi aktiv olmamış, yəni telefon işlətsə də, nömrə işlətməmişdir. Yolda olduğu vaxt “whatsapp” tətbiqində Nurlana yolda olduğunu, təxminən 30-40 dəqiqə sonra da ona görüş yerinə çatdığını yazmış və təxminən 5 dəqiqə sonra Nurlan da ora gəlmişdir. Nurlanın təklifi ilə söhbət etmək üçün məhəlləyə getmiş, məhəllədə gəzə-gəzə söhbət edərkən Nurlan ona “mənim bir qohumum var, ..... edir, buna görə də adım pisə çıxır, istəyirəm həmin qadını aradan götürüm” demiş, ondan qohumunun kim olduğunu və “aradan götürmək” dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda o, “aradan götürüm, yəni istəyirəm ki, həmin qadını öldürüm” deyə cavab vermiş, lakin Nurlan ona öldürmək istədiyi qohumunun kimliyi barəsində heç bir söz deməmişdir. Ondan “40000 məsələsi nədir?” deyə soruşduqda ona “qadının evində 40000 pulu var, qadını öldürdükdən sonra pulu götürüb yarıbayarı böləcəyik” deyə cavab vermiş, həmçinin ona qadını bıçaqla vuracağını, həmin qadının Əhmədlidə tək yaşadığını, öldürdükdən sonra özünün evə girib pulu götürəcəyini və yarısını ona verəcəyini demişdir. Nurlan ona evdən babasının maşının açarını götürüb gələcəyini deyərək bloka girmiş və təxminən 4-5 dəqiqə sonra qayıdıb binanın qarşısındakı qarajı açaraq babasının dövlət qeydiyyat nişanını xatırlamadığı boz-metal rəngli “Nissan X-Trail” markalı avtomobilini qarajdan çıxartmış, evdən gələrkən Nurlan özü ilə çiyindən asılan qara rəngli kiçik çanta da gətirmiş və çantanı çiynindən keçirərək sinəsindən salmışdır. Bundan sonra o, da avtomobilin sağ-ön oturacağında əyləşmiş, həmin vaxt Nurlan özü ilə gətirdiyi çantanı açıb oradan üç ədəd bıçağı çıxarıb belə bıçaqlarının olduğunu demiş, həmin vaxt Nurlanın qadını ona göstərdiyi bıçaqlarla öldürmək istədiyini başa düşmüş, həmin bıçaqlardan ikisi açılıb-qatlanan, biri isə böyük mətbəx bıçağı olmuş, mətbəx bıçağının dəstəyi qara, açılıbqatlanan bıçaqların isə biri qara, biri isə qəhvəyi rəngdə olmuşdur. Daha sonra Nurlan bıçaqları çantasına qoyub qarajın avtomobildən düşüb qapısını bağlayaraq geri qayıtmış və avtomobili sürüb məhəllədən çıxartmış, həmin vaxt təxminən saat 21 radələri olmuşdur. Təxminən 2 saatdan artıq 8-ci km deyilən ərazidə avtomobillə gəzmiş, Nurlan ona onun üçün çətini bu qadını öldürməyin, adının təmizə çıxmağı, pulu götürərərək yarısını ona verəcəyini demişdir. Təxminən saat 23 radələrində Nurlan avtomobili 8-ci km deyilən ərazidə olan adını bilmədiyi kafenin arxasına sürüb iki ön oturacağın arasına qoyduğu çantasından bıçaqları çıxardıb bıçağın ikisini sürücü qapısının saxlanc yerinə qoyub qara rəngli açılıb-qatlanan bıçağı isə ona verib “qız burada işləyir, sən düş keç arxaya, mən qadını bıçaqla vuracam, müqavimət göstərsə, qaçmaq istəsə, mən deyəndə sən də bıçaqla qadını vurarsan” demiş, o da arxa oturacaqda sağ tərəfdə əyləşəndən sonra Nurlan “whatsapp” tətbiqində qadına kafenin yanında olduğunu yazmışdır. Əvvəlcə qadın mesajı oxumadığı üçün ona cavab yazmamış, həmin vaxt Nurlanın onunla görüşməzdən əvvəl qadınla da danışıb onu evə özünün aparacağını dediyini, qadının da Nurlanla razılaşdığını bilmişdir. Təxminən 5 dəqiqə sonra qadın “whatsapp” tətbiqində Nurlana saat 12-yə qalmış, 12-də işdən çıxacağını yazmış, təxminən 30 dəqiqə sonra Nurlan avtomobili kafenin qarşısına sürmüş və təxminən saat 23:40-da qadın kafedən çıxmışdır. Bu vaxt Nurlan ona qadının gəldiyini demiş, baxanda qadının sarı saç, əynində göy rəngli gödəkcə, yaşıl rəngli şalvar, qara rəngli uzunboğaz ayaqqabı və qara rəngli əl çantasının olduğunu görmüş, bu vaxt Nurlan avtomobildən düşüb sağ ön qapını açandan sonra qadın avtomobilə əyləşmiş, daha sonra Nurlan da avtomobilə minib qadının qapını aça bilməməsi üçün dərhal avtomobilin qapılarını kilidləmişdir. Qadın avtomobilə mindikdən sonra ona baxıb Nurlandan onun kimliyini soruşanda Nurlan məhəllə uşağı olduğunu, aparıb məhəllədə düşürəcəyini, sonra isə qadını aparacağını bildirmiş, həmin vaxt o qadının arxasında əyləşmişdir. Bundan sonra Nurlan avtomobili 8-ci km deyilən ərazidə olan yanğından mühafizə idarəsi istiqamətində sürməyə başlamış, yolda olduqları vaxt aralarında heç bir söhbət olmamış, qadınla Nurlan da heç nə danışmamış, yanğından mühafizə idarəsinin binasını bir qədər keçəndən sonra Nurlan anidən sürəti azaldıb sağ əli ilə sükanı tutub qapının saxlanc yerinə qoyduğu açılıb-qatlanan bıçağı sol əlinə alıb üzü qadına tərəf dönüb həmin bıçaqla qadının boğazından bir dəfə zərbə vurmuş, bu vaxt avtomobilin idarəetməsini də itirmiş və avtomobil bir qədər yoldan çıxıb yolun kənarında olan daş divara çırpılmağa az qalmış, amma Nurlan avtomobili yola qaytarıb sürəti daha da azaltmışdır. Zərbədən sonra qadının boğazından qan fışqırmış, qadın qışqıraraq Nurlanın üzərinə doğru yıxılıb bıçağı əlindən almaq istəsə də, Nurlan bıçağı bu dəfə sağ əlinə alıb qadının müxtəlif nahiyələrindən bıçaqla zərbələr vurmağa başlamış, qadın artıq Nurlanın üzərinə doğru əyilmişdır. Bu vaxt Nurlan ona vurmağı işarə etmiş və o, da əynindəki şalvarın sağ yan cibinə qoyduğu bıçağı çıxardıb tiyəsinin açılması üçün düyməsini basıb ayağa qalxaraq sağ əlində saxladığı həmin bıçaqla qadına arxadan zərbələr vurmağa başlamış, vurduğu bıçaq zərbələri qadının əsasən bel nahiyəsindən dəymiş, başqa nahiyələrdən də dəyə bilməsi mümkün olmuşdur. Həmin vaxt qadına konkret neçə zərbə vurmağını xatırlamasa da, zərbələrin sayı çox olmuş, zərbələrdən sonra qadın bir qədər xırıldayıb ölmüş, Nurlanla birlikdə həmin qadını təxminən 5 dəqiqə bıçaqlamış və ilk zərbədən təxminən 5 dəqiqə sonra qadın ölmüş, bu vaxt artıq 10 yanvar 2022-ci il tarix, saat 00 radələri olmuş, yəni gecə saat 12-ni bir qədər keçmişdir. Qadına bıçaqla zərbələr vurduğu vaxt Nurlan avtomobili saxlamamış, çox az sürətlə idarə etmiş, qadını bıçaqla vurmaqdan başqa idarəetməni itirməmək üçün yola da baxmışdır. Qadının öldüyünə əmin olduqdan sonra Nurlan qadının meyitini qarşılarına çıxacaq hər hansı bir zibil qutusuna atmağı təklif etsə də, o, Nurlana qadının meyitinin ağır olmasını, həm meyiti qaldıra, həm də qaldırsalar belə zibil qabının hündür olmasına görə içinə ata bilməyəcəklərini demiş, onlar artıq məsuliyyətdən yayınmaq, cinayətin izlərini itirmək üçün meyitdən qurtulmağa çalışıb meyiti hara atacaqlarını düşünmüşlər. Daha sonra çöldən avtomobilin qabaq oturacağında meyit olmasını heç kimin görməməsi üçün Nurlanla meyitin olduğu sağ-ön oturacağın söykənəcək hissəsini arxaya doğru əymiş, 8-ci km ərazisində maşınla gəzməyə başlamış, elə həmin vaxt qadının mobil telefonuna zəng gəlmiş və Nurlan əyilərək sağ-ön oturacağın ayaqaltısının üzərindən “iphone” markalı telefonu götürərək zəng edənin kimliyini müəyyən etmək üçün ona vermiş, telefona baxdıqda zəng edənin nömrəsini görməyib adının telefonun nömrə kitabçasında bir neçə “a” hərfi ilə qeyd olunduğunu görmüş, daha sonra telefonu Nurlana qaytarmış və o telefonu söndürüb sağ-ön oturacağın qarşısındakı saxlanc yerinə qoymuş, təxminən 30 dəqiqə sonra Nurlan avtomobili məhəllələrinə sürmüş, həmin vaxt saat gecə birə qalmışdır. Nurlan ona ip tapmasını deyəndə ondan ipi neyləməsini soruşmuş, o da qadının əllərini bağlayacağını, birdən dirilib qaçacağını demiş və qadının çantasında ip ola biləcəyini deyib çantaya baxmağını istəmiş, lakin çantaya baxsa da, ip tapa bilməmişdir. Bundan sonra Nurlan ondan qadının çantasının kəmərini çıxartmağını istəmiş, çantanın kəmərini çıxardıb ona verəndə Nurlan kəmərin daha uzun olması üçün kəsməyini demiş, çantanın kəməri ikiqat və hər iki tərəfdən bir-birinə tikili olduğundan kəmərin bir tərəfini kəsmiş, Nurlan avtomobili yaşadıqları binanın sağ tərəfinə doğru sürüb oturacaqdan qalxıb arxaya doğru dönərək qadının əllərini sinəsinin üstündə bitişdirib çantanın kəməri ilə birbirinə bağlamışdır, Daha sonra meyiti götürüb baqaja qoymaq üçün hər ikisi avtomobildən düşsələr də, ətrafdan avtomobillər keçdiyi üçün meyiti salondan çıxardıb baqaja qoya bilməmişlər. Bundan sonra avtomobillə binanın arxasına gəlib avtomobili orada olan şam ağaclarının arasına salmış, avtomobildən düşmədən meyiti baqaja qoymaq istəsələr də, qaldıra bilməyib avtomobildən çıxarmadan itələyərək meyiti arxa oturacağa yıxmışlar. Bundan sonra hər ikisi avtomobildən düşmüş, Nurlan sağ ön, yəni qadının oturduğu oturacağı qaldırıb əvvəlki vəziyyətinə gətirmiş, ətrafa baxdıqdan sonra sürücü oturacağında oturmuş, o isə onun yanında, yəni sağ ön oturacaqda əyləşmiş, sağ ön oturacaq qana çox bulaşmamışdır. Daha sonra Nurlan avtomobili sürüb məhəllədən çıxıb ona “gedək Fatmayıya, gecə telefonunu söndürmə, səhərə yaxın zəng edəcəm görüşək, görüşənədək qadının evindən pulu götürəcəm, səhərə yaxın görüşək, birlikdə Azərbaycandan çıxacağıq, mən səni də ölkədən çıxardacağam” demiş, o, da Nurlanla razılaşmışdır. Fatmayı kəndinə doğru gedərkən Nurlanın onu evə apardığını düşünmüş, yolda olduqları vaxt Nurlan ondan “bu meyiti neyləyək, hara ataq” deyə soruşub “bəlkə elə Fatmayıya ataq” deyə təklif etmiş, ondan Fatmayıda hara atacağını soruşduqda ona orada düzənlik çox olduğunu, meyiti atmağa yer tapacaqlarını bildirmiş, o da “yaxşı sür görək hara atırıq” demişdir. Nurlan əvvəllər həm ona görə, həm də başqa səbəblərdən Fatmayı kəndində olduğu üçün kəndi tanımış, bundan sonra Fatmayı bələdiyyəsinin yanına çatdıqda ondan avtomobili sola doğru döndərib düz sürməsini istəmiş, Nurlan da onun dediyini edib kəndin içi ilə “fermalar” deyilən ərazi istiqamətində sürməyə başlamış, Fatmayı kənd sakini olduğundan “fermalar” adlanan ərazini tanımış və orada meyiti ata biləcəkləri düzənlik olduğunu bilmişdir. “Fermalar” deyilən əraziyə çatmamış Nurlan avtomobili saxlayıb “qadının meyitini bura ataq” demiş, hər ikisi avtomobildən düşmüş, həmin vaxt təxminən saat 02:30 radələri olmuşdur. Ətrafda heç kimin olmadığını və düzənlik ərazi olduğunu görüb Nurlan avtomobilin arxa-sağ qapısını açıb hər iki əli ilə qadının meyitinin çiyinlərindən tutub özünə doğru çəkməyə başlamış, bu vaxt qadının ayaqları avtomobilin oturacağından yerə düşmüş, o, da yaxınlaşıb qadının ayaqlarından tutub qaldırıb meyiti qrunt yolun sağ tərəfindəki düzənlik əraziyə aparmağa başlamışlar. Təxminən 15-20 metr gedəndən sonra Nurlan səs gəldiyini, meyiti oraya atıb getməyi demiş və meyitin çiyinlərini buraxıb avtomobilə doğru qaçmağa başlamış, bu vaxt o da meyitin ayaqlarını buraxıb avtomobilə doğru qaçmış, dərhal elə olduqları yerdən avtomobillə geri dönüş edərək sürətlə oradan uzaqlaşmışlar. Nurlana “məni məhəllədə düşürdərsən, gedib üstümü təmizləyim, onsuz səhər gələcəksən” demiş, Nurlan isə cavabında “gedək əvvəlcə maşını təmizləyək, sonra gəlib səni düşürdəcəm” deyə cavab vermiş, o da onunla razılaşmışdır. Hadisədən sonra avtomobilin demək olar hər tərəfi qana bulaşmış, əynindəki paltarlar da qana batmış, Nurlan avtomobili gəldikləri yolla Fatmayıdan birbaşa yaşadığı məhəllənin yaxınlığına sürmüş və yolun kənarında avtomobili saxlayıb yaxınlıqdakı köşkdən iki kiçik paket sulu salfet almışdır. Daha sonra Nurlan əynindəki gödəkcəni qana bulaşdığı üçün çıxardıb avtomobilə qoyub yaxınlıqdakı “Araz” marketə gedib oradan iki böyük paket sulu salfet almış, bundan sonra ikisi birlikdə sulu salfetlə avtomobildəki qan izlərini, qan ləkələrini təmizləməyə başlasalar da, bunu edə bilməmiş, çünki demək olar ki, avtomobilin hər yeri qadının qanına bulaşmışdır. Avtomobilin arxa oturacağının, arxa və sağ ön oturacaqların ayaqaltılarının üzəri tamamilə qana bulaşmış, bir neçə sm qalınlığında qan gölməçələri əmələ gəlmiş, Nurlan qanı təmizləməyə çalışmış, həmin vaxt o özü avtomobildən düşməmiş, Nurlan avtomobili təmizlədikcə qana bulaşmış salfetləri yaxınlıqdakı zibil qutusuna tullayıb geri qayıtmış, qanı təmizləməyin mümkün olmadığını görüb salfetlər qutardıqdan sonra təmizləmə işlərini dayandırmışlar. Nurlan ona “səni taksi ilə yola salım, get evə üstünü təmizlə, sabah tezdən özüm gələcəm” demiş, o da onunla razılaşmışdır. Getdikdən sonra Nurlanın qadının evinə gedib 40000 manat pulu götürəcəyini və səhəri gün tezdən arxasınca gələcəyini, pulun yarısını ona verəcəyini və birlikdə ölkədən qaçacaqlarını düşünmüş, lakin Nurlan ona hansı ölkəyə qaçacaqlarını deməmişdir. Bundan sonra Nurlan “Bolt” taksi şirkətindən taksi sifariş verib taksinin gediş haqqını ona verib yola salmış, evə çatanda təxminən saat 05 radələri olmuş və bütün ailə üzvləri artıq yatmışdır. Dərhal evin həyətində hamama girib əynindəki ayaqqabılarını və şalvarını yuyub həyətdəki zivədən asmış, həmçinin bıçağı da yumuş, gödəkcənin üzərindəki qan ləkələrini isə şampunlu su ilə yuyub qanını təmizləmiş və paltaryuyan maşına atıb bir daha yumuş, əynindəki ağ rəngli köynək isə demək olar ki tamamilə qana bulaşdığı üçün onu ağ rəngli sellofan torbaya qoyub evə girib başqa paltar geyinib məhəlləyə çıxmışdır. Həmin vaxt bıçağı şalvarının cibinə qoymuş, torbaya qoyduğu köynəyini də özü ilə götürmüş, həyətə giriş darvazasından çıxıb sola dönərək yoxuşla təxminən 50-60 metr qalxmış və içərisində köynəyi olan sellofan torbanı sağ tərəfdə yerləşən yaşayış olmayan iki mərtəbəli evin daş hasarından həyətinə atmış, bundan sonra həmin iki mərtəbəli evlə üzbəüz olan kiçik hasarlı sahəyə girib orada olan yarımtikilidə torpağı bir qədər qazıb bıçağı yerdə basdırmış və sonra yaşadığı evə qayıtmışdır. Ailə üzvlərindən yatdıqları üçün heç kimin onun evə gəlməyindən, sonra getməyindən və yenidən evə qayıtmağından xəbəri olmamış, sakit hərəkət edib oyanmalarını istəməmişdir. Saat 06-07 radələrində “whatsapp” tətbiqində Nurlana yazsa da, həmin vaxt mesajı ona çatmamış, bu vaxt Nurlanın onu əngəllədiyini, yəni blok etdiyini başa düşüb istifadəsində olan “seymurmemmedov700” adlı “instagram” hesabından Nurlanın istifadəsində olan “nurlan._.085” adlı hesaba yazsa da, onu orada da əngəllədiyini görmüşdür. Bundan sonra yatıb saat 14.-15 radələrində oyanıb dayısı oğlu Rüfətgilə getmiş, valideynlərinə və hər hansı bir şəxsə hadisə barəsində heç bir söz deməmiş, Rüfətgildə olduğu müddətdə interneti olmadığı üçün Nurlanla əlaqə yarada bilməmiş, orada həmçinin “whatsapp” tətbiqini və “instagram” tətbiqini mobil telefonundan silmişdir. 17 yanvar 2022-ci il tarixdə evə qayıtdıqdan sonra intertetə girdikdə Nurlanın ona “instagram”-da, “haradasan, elə bildim tutulmusan” kimi mesajlar yazdığını görmüş, ona “tutulmamışam, hələki sakitçilikdir, amma kənddə biliblər ki qadın meyiti tapılıb” yazmış, o, isə ona “əgər sənin elədiyin bilinsəydi, gəlib aparardılar” deyə cavab vermişdir. Bundan sonra məhəlləyə çıxıb Nurlana video zəng edib danışmış, ondan harada olduğunu soruşanda o, “yerimi deyə bilmərəm, amma yaxın günlərdə Azərbaycana qayıdacam, narahat olma gəlib səninlə görüşəcəm” demiş, daha sonra “İnstagram”da əlaqə yaratmaq barədə razılaşıb sağollaşmışlar. Daha sonra bıçağı basdırdığı yerə gedib bıçağın orada olduğunu görmüş, bıçağı götürdükdən sonra öz-özümə “kim tapacaq bunu burada” deyib bıçağın yerini dəyişmək qərarına gəlib bıçağı həmin tikilinin yarımçıq olan taxta döşəməsinin altına tullayıb evə qayıtmış, bir qədər sonra polis əməkdaşları gəlib onu aparmışlar. Nurlan qadının mobil telefonunu və əl çantasını avtomobilin salolundakı saxlanc yerinə qoymuş, o, özü qadının puluna, onun hər hansı bir əşyasına əl vurmamış və götürməmiş, ümumiyyətlə qadının üzərində və ya çantasında pul, qızıl-zinyət əşyalarının olub-olmamasını görməmişdir. Zərərçəkmiş şəxs1 tanımamış, tutulduqdan sonra Nurlanla birlikdə öldürdükləri qadının Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. Nurlanın həmin qadına neçə bıçaq zərbəsi vurmasını bilməmiş, Nurlanın vurduğu zərbələr qadının əsasən boğaz, ayaq və qarın nahiyyəsindən, onun vurduğu bıçaq zərbələri isə qadının əsasən bel nahiyyəsindən dəymiş, çünki o zərbə vurarkən qadının arxasında olmuş, lakin qadına konkret neçə zərbə vurmağını xatırlamamış, amma hər ikisi qadına dayanmadan ölənədək çoxsaylı zərbələr vurmuş, məqsədləri də həmin qadını öldürüb onun pulunu aralarında bölmək olmuşdur. Qadının mobil telefonunun, əl çantasının və Nurlanda olan açılıb-qatlanan bıçağın harada olmasını bilməmiş, Nurlanın özü ilə gətirdiyi mətbəx bıçağını isə cinayəti törədərkən istifadə edilməmiş, avtomobil isə Nurlanın babasına məxsus olmuşdur. Hadisə vaxtı Nurlanın əynində kənarları zolaqlı qara rəngli idman şalvarı, qara rəngli idman ayaqqabısı, qara rəngli köynək, qırmızı rəngli idman gödəkcəsi və qara rəngli papaqlı gödəkcə olmuş, Nurlanın əynindəki şalvarın, qara rəngli papaqlı gödəkcənin və ayaqqabılarının qana bulaşdığını görmüş, onun həmin paltarları hadisədən sonra nə etməsini bilməmiş, ümumiyyətlə hadisədən sonra Nurlanı görməmiş, onunla yalnız bir dəfə 17 yanvar 2022-ci il tarixdə video zənglə görüntülü danışmışdır. Bundan başqa Nurlanın çantasında üç ədəd bıçaqdan əlavə çoxlu sayda ABŞ dolları olmuş, belə ki, Nurlan çantanı və babasının avtomobilinin açarlarını yaşadığı evdən götürüb geri qayıtdıqda blokun qarşısında çantanı açanda o, çantanın içərisində çox sayda ABŞ dolları olduğunu görüb həmin pulların nə olduğunu soruşduqda pulları çantadan götürüb baxmağı üçün ona verib saxta olduğunu demiş, daha sonra o, pulları ona qaytarmış, lakin həmin pulların həqiqətən saxta olub-olmamasını bilməmişdir. O, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi 2021-ci ilin dekabr ayında deyil, hadisə baş verən gün, yəni 10 yanvar 2022-ci il tarixdə tanış olmuş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmağı, onu Fatmayı kəndində boş evə aparmağı təklif etməmiş, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onun molbil nömrəsini bilməmiş, özünün həmin kənddə boş evi olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 avtomobildə Zərərçəkmiş şəxs1 özünün deyil, onun qara rəngli açılıb-qatlanan bıçaqla bıçaqlaması barədə dedikləri də yalan olmuş, ilk dəfə Zərərçəkmiş şəxs1 bıçaqla boğazından məhz Təqsirləndirilən şəxs1 vurmuş, daha sonra sağ əli ilə ayaq, qarın nahiyələrinə bıçaqla müxtəlif zərbələr endirməyə davam etmiş və bundan sonra ona da Yenigülü vurmağı tapşırmış, o, da Nurlanın ona verdiyi qara rəngli açılıb-qatlanan bıçaqla Yenigülün bədəninə arxa oturacaqdan bıçaqla zərbələr vurmuş, ikisi bir yerdə Yenigülü qətlə yetirmişdir. Nurlan da hadisə baş verdikdən sonra Yenigülün evindəki 40.000 manat pulu gedib götürəcəyini və aralarında bölüşərək onu da özü ilə birgə Azərbaycan Respublikasından qeyri-qanuni yolları ilə xaricə çıxardacağını desə də, onu aldadaraq özü qeyri-qanuni yollarla ölkədən qaçmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 onu Zərərçəkmiş şəxs1 bıçaqla zərbələr endirən vaxt sakitləşdirmək istəyəndə onun da qolundan xəsarət yetirdiyini bildirməsi də yalan olmuş, o, Nurlana bıçaqla hər hansı xəsarət yetirməmiş, hadisəni torətdiyi bıçaq Nurlana məxsus olmuş, onun üzərində ümumiyyətlə bıçaq olmamış, bıçağı ona Nurlan vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 bıçaqlanandan sonra Zərərçəkmiş şəxs1 və onu avtomobildən düşürməsi, bu an Zərərçəkmiş şəxs1 çantasını və ona məxsus telefonunu onun özünə verməsi barədə dedikləri də yalan olmuş, belə ki, hər ikisi Yenigülün meyitini Fatmayı kəndində “Fermalar” adlanan boş əraziyə ataraq oradan getmiş, ona aid əl çantasını və mobil telefonunu Nurlan özü götürərək avtomobilin ön hissəsindəki saxlanc yerinə qoymuşdur. Bundan başqqa qeyd etmişdir ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 çəkindiyi üçün ilkin istintaq zamanı verdiyi ifadələri üzünə qarşı deyə bilməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs1 ilk dəfə hadisə yerində görmüşdür. Bu hadisə pul söhbətindən qaynaqlanmışdır. Pulun ona heç bir aidiyyatı yox idi. Zərərçəkmiş şəxs3 onun bibisi oğludur. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qohumunun evində usta kimi işləyib və pulunu ala bilməmişdir. Zərərçəkmiş şəxs3 vaxtı olduqca gecələr onun evində də işləyirdi. Bir gün Zərərçəkmiş şəxs3 onlarda olan zaman Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs3 zəng vuraraq gedib pulu götürməyini bildirmişdir. O, atasıgilə NZS qəsəbəsinə gedəcəkdi. Zərərçəkmiş şəxs3 də həmin adamla Nizami rayonu ərazisində “Vasmoy” bazarının yanında görüşəcəkdilər. O, Zərərçəkmiş şəxs3 atasıgilə gedəndə yolüstü sonuncunu da düşürdə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3lə razılaşmışlar və onlar “Vasmoy” bazarının yaxınlığına getmişlər. Zərərçəkmiş şəxs3 həmin adama zəng vurub harada olmasını soruşmuşdur. Həmin adam görüşə qohumunu göndərdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 gəlmişdir. Onlar sonuncu ilə normal salamlaşmışlar. Təqsirləndirilən şəxs1la biraz söhbət etdikdən sonra onlar ortada pul söhbətinin olmadığını görmüşlər. Zərərçəkmiş şəxs3 həmin adama zəng vurmuş və sonuncular telefonda mübahisə etməyə başlamışlar. Təqsirləndirilən şəxs1 həmin vaxt Zərərçəkmiş şəxs3 xoşa gəlməz ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs1 etdiyi hərəkətin doğru olmadığını bildirmişdir. Sonra aralarında mübahisə yaranmış və bu uzun çəkməmişdir. O, yolun kənarında dayanmış, arxası Təqsirləndirilən şəxs1 tərəf olmuşdur. Birdən arxadan başına zərbə dəymiş və ətrafa qan sıçramış, onun başı partlamışdır. Onlar Təqsirləndirilən şəxs1la əlbəyaxa davaya başlamışlar. Həmin ərazidəki insanlar onları ayırmışlar. Bundan sonra o, polisə şikayət etmişdir. Sonra Təqsirləndirilən şəxs1la babası onlara gəlmişdir. Babası Təqsirləndirilən şəxs1 ata və anasının olmadığını, uşaq olduğunu və aralarında qohumluq əlaqəsinin ortaya çıxdığını bildirərək şikayətini geri götürməyini xahiş etmişdir. O da şikayətini geri götürmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, o, barışıq ərizəsini ibtidai istintaq zamanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs1la bağlı heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, hadisə yadında tam qalmamışdır. Təqsirləndirilən şəxs1la aralarında pula görə mübahisə olmuşdur. Elman adlı şəxs ona pul borclu olmuşdur. Təqsirləndirilən şəxs1 Elmanın yanında işləyirdi, sonuncuya kömək edirdi. Onun Elmanda az məbləğdə pulu qalmışdır və buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs1la davaları olmuş və Təqsirləndirilən şəxs1 onu və daysı oğlunu beşbarmaq adlanan soyuq silahla vurmuşdur. Sonra evə çıxıb getmişlər. Daha sonra isə polisə şikayət etmişlər və polis baş vermiş hadisəni araşdırmışdır. Təqsirləndirilən şəxs1la sonradan qohumluq əlaqələrinin olduğunu bilmişlər. Təqsirləndirilən şəxs1 babası və əmisi onlara gəlib üzrxahlıq etmişlər. Onlara dəymiş ziyanı ödəmişlər. Təqsirləndirilən şəxs1la barışmışlar. Ərizəsində də şikayətinin olmadığını qeyd etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Elmanın yanında köməkçi işlədiyi üçün Elman bütün işləri ilə bağlı məsələləri Təqsirləndirilən şəxs1 yönləndirirdi. Təqsirləndirilən şəxs1la aralarında olan dava Elmanla danışdığı vaxt ani məqamda baş vermişdir. Təqsirləndirilən şəxs1 dava zamanı ikisini də vurmuşdur. Təqsirləndirilən şəxs1 onları vurduqdan sonra çıxıb getmiş və polisə şikayət etmişlər. Hadisə zamanı ətrafda adamların olub-olmadığına fikir verməmişdir. Hadisə vaxtı yüngül xəsarət almışdır. Hadisə vaxtı Elman orada olmamışdır. Hadisə Nizami rayonu ərazisində yerləşən 8 km adlanan bazarın arxasında baş vermişdir. İbtidai istintaqda verdiyi ifadələrini təsdiq edir. Hadisə axşam 19:00-20:00 radələrində baş vermişdir. Hadisə vaxtı ətrafda adamlar olmuşdur. O, barışıq ərizəsini ibtidai istintaq zamanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs1la bağlı heç bir şikayət və tələbi yoxdur, barışmışlar, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 sürücülük məktəbini bitirdikdən sonra sürücülük vəsiqəsi almışdır. O da avtomobilini etibarnamə ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 1 ay olardı ki, taksi fəaliyyətinə başlamış və yaşadıqları evin yaxınlığındakı restoranın qarşısında durub 3-5 manat özü üçün pul qazanmışdır. Sonra bu hadisə baş vermişdir. Təqsirləndirilən şəxs1 sonradan qorxub Gürcüstan Respublikasına qaçdığını bilmişdir. Gürcüstan Respublikasından bir qadın zəng edərək Təqsirləndirilən şəxs1 tutulduğunu ona demişdir. O da bu məlumatı aldıqdan sonra Gürcüstan Respublikasına Təqsirləndirilən şəxs1 yanına getmişdir. 1 həftə Gürcüstan Respublikasında qalmış, amma Təqsirləndirilən şəxs1la görüşə bilməmiş, qayıdıb Bakı şəhərinə gəlmişdir. 10 gün sonra ona polis əməkdaşları zəng etmişlər və yaşadığı evə baxış keçirəcəklərini demişlər. 5-10 nəfər polis əməkdaşları yaşadığı evə gəlib baxış keçirtmişlər, yazı-pozu etmişlər və avtomobilini etibarnamə ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi üçün götürüb çıxıb getmişlər. Avtomobilini 2-3 ay saxlamışlar, istintaq bitdikdən sonra ona qaytarmışlar. O suallara cavab olaraq bildirmişdir ki, avtomobilini ona qaytaranda şübhə doğuran bir halla rastlaşmamış, çünki tər-təmiz gətirib təhvil vermişlər. Avtomobilini bir nəfər şəxs səhər açılanda gətirib vermişdir və Təqsirləndirilən şəxs1 göndərdiyini demişdir. Səhər yuxudan oyanandan sonra Təqsirləndirilən şəxs1 anasından Təqsirləndirilən şəxs1la bağlı soruşduqda, anası ona Təqsirləndirilən şəxs1 gecə gəldiyini, qarlı yerə gedəcəyi üçün isti paltarlarını götürdüyünü və sonuncuya 100 AZN pul verdiyini demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, müstəntiq ona zəng edib Nizami RPİ-yə dəvət etmişdir. Oğlu Təqsirləndirilən şəxs1 hadisə günü səhv etmirsə 2022-ci ilin 9-10 yanvar tarixlərində gecə evə gəlmişdir. Təqsirləndirilən şəxs1 babasının avtomobilini götürürdü, şəhəri yaxşı tanımadığı üçün yaxın ərazilərdə taksi fəaliyyəti ilə məşğul olurdu. Hadisə günü evə gəlib uşaqlarla rayona getdiyini və 1-2 gün orda qalacağını demişdir. O da Təqsirləndirilən şəxs1 artıq böyük uşaq olduğu üçün rayona getməsinə heç bir etiraz bildirməmiş və 100 AZN pul vermişdir. Təqsirləndirilən şəxs1 çıxıb getmişdir. 1-2 gün keçdikdən sonra belə bir hadisənin baş verdiyini bilmişlər. O suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 babasının avtomobilini babasının icazəsi ilə və etibarnamə ilə götürüb idarə edirdi. Təqsirləndirilən şəxs1 rayona çıxıb getdikdən sonra zəngləşib maraqlanırdı. Təqsirləndirilən şəxs1 da ona uşaqlarla rayonları gəzdiklərini demişdir. Sonradan ona zəng gəldikdən sonra Təqsirləndirilən şəxs1 Gürcüstan Respublikasında saxlandığını bilmişdir. Təqsirləndirilən şəxs1 Gürcüstan Respublikasında saxlandığını bildikdən sonra özü ilə danışmamışdır. Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımamış, sadəcə həmin şəxslə bağlı baş verənlər barəsində ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs2 adlı şəxsi şəxsən tanımamış, Təqsirləndirilən şəxs1 Seymur, Samir, Vüsal adlı dostları olduğunu eşitmiş, amma Seymuru şəxsən bu işlə bağlı tanımışdır. Gürcüstan Respublikasında Təqsirləndirilən şəxs1 saxlanıldıqda əlaqə saxlamışlar və qanunsuz sərhəd keçmə ilə əlaqədar saxlandığını demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, polis əməkdaşları yaşadığı evə gəldikdən sonra oğlu Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törətdiyini bilmişdir. Həmin vaxta qədər heç nədən xəbəri olmamışdır. Mehdiabad qəsəbəsinin polis əməkdaşları yaşadığı evə gəldikdə Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törətdiyini bilmişdir. Həmin vaxtı onda polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində oğlu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə cinayət hadisəsi törətdiklərini bilmişdir. Həmin vaxta qədər nə o, nədə ki ailə üzvləri Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törətdiyini bilməmişlər. O suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları yaşadığı evə gəldiyi gündən əvvəlki günlər Təqsirləndirilən şəxs2 o, evə gələn vaxtlarda evdə olurdu. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 adlı tanışını baş verən cinayət hadisəsi ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs2 indiki cinayət hadisəsindən əvvəl qəsəbədə yaranan mübahisə zamanı bir nəfər şəxsə bıçaqla xəsarət yetirdiyinə görə məhkum olunmuşdur. Samir adlı digər oğlu da pul haqq hesabı ilə bağlı yaranan mübahisə zamanı bir nəfər şəxsə bıçaqla xəsarət yetirdiyinə görə məhkum olunmuşdur. Hadisəni bildiyi gündən əvvəllər Təqsirləndirilən şəxs2 bir nəfər şəxsdən pul gözləməyi, pul alacağı ilə bağlı məlumatı olmamışdır. Baş verən hadisədən polis əməkdaşları yaşadıqları evə gəldikdən sonra xəbərdar olmuşdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, səhhəti ilə əlaqədar məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərlə barışmadığını, şikayətçi olduğunu, təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs1 17-18 yaşlarında qohumu Nadir Nəzərovla evlənmiş, Yenigül həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasının Çeyabinski şəhərinə köçmüş, orada 2005-ci il təvəllüdlü Gülmirə adlı qızı və 2007-ci il təvəllüdlü Əlikram adlı oğlu doğulmuşdur. Bir müddət orda yaşadıqdan sonra Nadirin borcları olduğu üçün qaçaraq başqa şəhərə köçmüş və o, da məcbur olub qızı Yenigülü uşaqları ilə birlikdə Azərbaycana göndərmiş, Yenigül Cəlilabad rayonuna gələndən sonra Nadirin ailəsi qızına və uşaqlarına baxmadığı üçün qızı uşaqlari ilə birlikdə ata evinə qayıtmış, təxminən 2014cü ildə qızı adını bilmədiyi oğlanla sevgili olaraq onunla birlikdə Bakı şəhərinə köçmüş, 7 ildir ki, uşaqları ataraq gedib ailədə heç kəslə əlaqə saxlamamışdır. Bakı şəhərinə köçdükdən sonra Yenigül istifadəsində olan mobil nömrəsini dəyişdiyi üçün onunla heç cür əlaqə saxlaya bilməmiş və qızı da heç vaxt onları axtarmamışdır. Həmçinin qızının Bakı şəhərində hansı ərazidə yaşadığı və işlədiyi barədə heç bir məlumatı olmamış, yalnız Cəlilabad RPŞ-nin Göytəpə bölməsinin əməkdaşları tərəfindən ona 10 yanvar 2022-ci il tarixdə qızı Yenigülün Bakı şəhərində öldürülməsi barədə məlumat verilmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə yuxudan oyanandan sonra həyətdə olan zivədə Seymura məxsus qara rəngli cins şalvarın yuyulduğunu görüb özlüyündə bu şalvarın niyə yuyulduğu barədə fikirləşmiş, həmin vaxt Seymur yerində yatmış, qızı Lamiyədən Seymurun evdə paltar yuyan maşın olduğu halda bu şalvarın niyə həyətdə əllə yuyulduğunu soruşanda o, fikir verməməyini söyləmiş, aralarında soyuqluq olduğundan həmin gün onu danışdırmamış, lakin həmin gün o evdə olmuş, təxminən saat 20 radələrində yatmış və səhəri gün yuxudan oyanandan sonra qızlarından Seymurun evdə olmadığını və atalarından icazə alıb rayona getdiyini söyləmişlər. Hər dəfə əri evə gələndə Seymurun harada olması barədə soruşmuş, o, isə qızları vasitəsilə onun harada olması barədə mesaj yazsalar da, mesajlar ona çatmamış, təxminən 14-15 yanvar 2022-ci il tarixdə qardaşı oğlu Rüfətgilə getmiş və Seymurun orada olmadığını öyrənmişdir. Sonuncu dəfə Seymur 17 yanvar 2022-ci il tarixdə təxminən saat 15 radələrində evə gəlib iki dəqiqədən sonra küçəyə çıxıb “burdayam uşaqlarla görüşüb gəlirəm” demiş və sonra evə gəlib yataq otağına keçib uzanmış, bir müddət sonra polis əməkdaşları evə gəlib Seymuru tutub polis bölməsinə aparmişlar. Sonradan bilmişdir ki, oğlu Seymur istintaq təcridxanasında saxlanılarkən tanış olduğu Nurlan adlı şəxslə birgə 10 yanvar 2022-ci il tarixdə bir qadını qətlə yetirib onun meyitini yaşadıqları kəndə gətirərək “Fermalar” deyilən əraziyə atmışlar. Seymur hadisədən sonra nə ona, nə də digər ailə üzvlərinə bu barədə bir söz deməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2018-ci ildən hal-hazıradək ünvan 6 ünvanında yerləşən “Prestije” çay evini icarəyə götürüb işlədir. Kafenin adı əvvəl də “Prestije” olmuş, orada ondan başqa Ramilə Məmmədova və aşpaz-xadimə Şəhla Əliyeva, habelə hadisə baş verənədək Zərərçəkmiş şəxs1 da çalışmış, kafe saat 11:00-dan 23:45-dək işləmişdir. Zərərçəkmiş şəxs1 sərt karantin rejimi yumşaldıqdan və kafelərə işləməyə icazə verildikdən sonra 2020-ci ilin fevral ayında elanlardan kafeni tapıb işləmək istədiyini bildirmiş, həmin vaxt onu işə götürəndə ondan şəxsiyyət vəsiqəsini istəsə də, o, Rusiyadan təzə gəldiyini, şəxsiyyət vəsiqəsini itirdiyini, yenisini aldıqdan sonra gətirəcəyini desə də, son günə qədər işləyənədək verməmiş, onun əsl adını hadisə baş verəndən sonra bilmiş, onu Jasmin kimi tanımışdır. Jasmini tanıyandan o tüfeyli həyat tərzi sürmüş, işdən kənar vaxtı içki içib siqaret çəkmiş, ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ətrafdakılara qarşı yaman söyüş söyüb nalayiq ifadələr işlətmiş, hamı ilə kobud rəftar etmiş, hər dəfə yol qırağında durub avtomobil tutub ödəniş etmədən gedib-gəlmiş, onlara öz nömrəsini verib bu üsulla müştəri yığmışdır. Hadisə baş verəndən sonra kameralara baxandan və işçilərlə söhbət aparandan sonra məlum olmuşdur ki, sonuncu dəfə Jasmin işə 09 yanvar 2022-ci il tarixdə həmişəki kimi saat 12 radələrində işə gəlmiş, həmin gün Jasmin işdə olub heç bir yerə getməmiş və iş günü saat 00:00-da bitəndən sonra kafedən çıxmış və avtomobilə minib getmiş, lakin kiminlə və hansı avtomobillə getdiyini bilməmişdir. 10 yanvar 2022-ci il tarixdə səhər bazarlıq edib saat 12-də işə gələndə Jasminin işdə olmadığını görüb ona zəng etsə də, telefonu bağlı olmuş, gün ərzində də işə gəlməmiş və telefonu sönülü olmuş, işə gəlmədiyi yəqin işdən çıxmaq istədiyini və başqa iş tapdığını zənn etmişdir. 11 yanvar 2022-ci il tarixdə polisə dəvət olunandan sonra Jasminin əsl adının Yenigül olduğunu və onu kiminsə qətlə yetirdiyini bilmiş, onun kimin tərəfindən öldürülməsi barədə məlumatı olmamışdır. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron, rayonu, Fatmayı kəndi yaxınlığına üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi faktı üzrə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Fatmayı kəndinin ərazisidir. Həmin ərazisində qrunt avtomobil yolunun kənarında çöllük yerdə otluq sahədə qarnı üstə uzadılmış üzərində zorakılıq əlamətləri, yəni müxtəlif nahiyələrində çoxsaylı kəsici-deşici xəsarətlər olan qadın meyiti aşkar edilmişdir. Meyitin əynində üzərində müxtəlif yerlərdə qan ləkələri olan tünd göy rəngli gödəkcə, yaşıl rəngli şalvar, qara rəngli çəkmə, qara rəngli kofta, hər iki qulağında və sağ qolun bilək hissəsində bəzək-zinət əşyaları, əllərinin yanında qara rəngli dəri kəmər vardır. Meyitin əllərinin yanında aşkar edilmiş qara rəngli kəmər qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı çəkilmiş fotoşəkillər və hadisə yerinin “Google Maps” vasitəsilə əldə edilən koordinat görüntüləri protokola əlavə olunmuşdur. (İ cild,i.v. 3-21) xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 öldürüldüyü vaxt üzərində olmuş, habelə müvəqqəti kirayədə yaşadığı evdən götürülmüş geyim və digər əşyalara baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur: Zərərçəkmiş şəxs1 yaşadığı evdən götürülmüş əşyalar: - Ağımtıl rəngli, 86x44 sm ölçülü dəsmalın üz tərəfində sol küncdə “Softtex” etiketi, sağ küncdə isə krujeva formalı asqısı vardır, ümumilikdə bir qədər çirklidir. Üz tərəfdə aşağı hissədə 32 sm içəriyə doğru 4,5 sm yuxarıda 0,2x0,8 sm ölçülü düz xətt formasında, arxada (çevirdikdə asqı hissəsi sağ, etiketi isə sol küncə düşür) etiketdən 42,5 sm içəriyə doğru düz istiqamətdə 0,6x0,2 sm ölçüdə düz xətt formasında, həmin ləkə ilə paralel yuxarı tərəfdə 5,2 sm aşağıda 0,5x0,4 sm, 0,3x0,2 sm və nöqtə formasında kiçik ölçülü qırmızımtıl ləkələr vardır. - Açıq qırmızı rəngli 79x42 sm ölçüdə, üzərində gül naxışları olan dəsmalın üzərində “Eyüpoglu Havlu” etiketi vardır, bir qədər nəmdir, rəngi qırmızı olduğu üçün üzərində qanabənzər ləkənin olub-olmaması gözlə görünmür. Zədəsi yoxdur. - Göy-ağ zolaqlı, üzərində “Eternity” etiketi olan dəsmal 67x134 sm ölçüdədir, üzəri bir qədər çirklidir, öz tərəfində etiket olan hissədən 35 sm sola içəriyə və 35 sm yuxarıya doğru olan 7x15 sm olan sahədə qeyri-müəyyən formalı qırmızımtıl rəngli avazımış ləkələr müşahidə olunur. Həmin ləkələrdən 20 sm və 35 sm sola doğru eyni formada avazımış solğun qırmızımtıl ləkələr var. Dəsmalın sol etiketi olan tərəfində 3 ədəd süzülməyə xarakterik deşik vardır. Arxada (çevriləndə etiket sağ yuxarı tərəfə düşür) etiket olan hissədən 86 sm sola içəriyə, 15 sm yuxarıdan aşağıya doğru olan hissədə düz xətt formalı 3 sm və 2 sm uzunluğunda 2 ədəd, nöqtə formalı 2 ədəd, 2 sm uzunluğunda olan ləkədən 15 sm sola doğru 0,5x0,5 sm və ondan aşağıda 0,4x0,2 sm sahədə qırmızımtıl ləkələr vardır. Bundan başqa dəsmalın müxtəlif hissələrində göy rəngli (diyircəkli qələm ləkəsinə bənzər) ləkələr müşahidə edilir. - Çəhrayı rəngli 84x144 sm ölçülü dəsmalın arxasında sağ küncdə “100% coution” yazısı olan etiketi vardır və dəsmalın kənarları şahmat şəkilli damalarla bəzədilmişdir. Etiketdən 42 sm sola doğru 3 sm uzunluğunda tünd qırmızı, dəsmalın ortasında 13x6 sm və 10x5 sm sahədə saralmış ləkələr var və bu ləkələr xırda-xırda olmaqla dəsmalın müxtəlif yerlərində də müşahidə olunur. Dəsmalın sağ küncündə 0,5x0,2 sm ölçülü qırmızımtıl, orta hissədə müxtəlif yerlərdə isə ağımtıl ləkələr görünür. Dəsmalın ön tərəfində də ortada saralmış, sağ küncdə 20x10 sm sahədə üzü aşağıya doğru paralel formada 6 ədəd 1 sm və 1,5 sm eninə qırmızımtıl ləkələr vardır. Etiketdən 74 sm sola doğru 3x4 sm sahədə narıncı, sol küncdə ortada şahmat formalı naxışın arasında 9x9 sm sahədə qaramtıl-qırmızımtıl ləkələr müşahidə edilir. Dəsmal üzərində zədə işləri görülmədi. Şort - kənarından çəhrayı olan göy rəngli şort beldən iplə sıxılıb bağlanır, 2 yan və 1 arxa sağ cibi vardır və cibləri boşdur, qabaq sağ tərəfdə içində kiçik ciblik də vardır və həmin ciblik də boşdur, içərisi isə ağ tor şəkilli parça materialdandır. Şortun üzərində zədə müşahidə edilmədi. Sağ ayaqlıqda yuxarıdan aşağıya doğru sıçrama formalı, tünd rəngli qırmızımtıl rəngə bənzər ləkələr vardır, arxa tərəfində də belə xarakterli ləkələr müşahidə edilir. Sviter - albalı rəngli, bir qədər yun parçadan uzunqol, boğazlı sviter qırışmış vəziyyətdədir, üzərində etiketi və zədəsi yoxdur. Arxada sol çiyinlikdə 7x5 sm sahədə 3 ədəd, sağ qolda arxa çiyin tikişinin yanında 4x0,5 sm uzununa, qabaq sağ çiyində 13x4 sm sahədə üzü aşağı paralel formada 3 ədəd, sağ qolda düz xətt formasında 5 ədəd, sol qolda və çiyinlikdə düz xətt formasında müxtəlif uzunluqlarda 5 ədəd ləkə vardır. Bu ləkələr parçanın yandırılmasından sonra (ütülənməsi) yaranan yanıq ləkələrinə bənzəyir. Sviter üzərində gözlə görünə biləcək qanabənzər ləkələr müşahidə edilmədi. Bıçaq – dəstəyinin uzunluğu 10 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla ümumi uzunluğu 23 sm-dir, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdandır və tiyəyə 2 ədəd dəmir düymə ilə pərçimlənmişdir. Tiyə gümüşü rəngli dəmir materialdan olmaqla 9-cu smdən sonra aşağıdan yuxarıya aypara şəklindədir, sol tərəfdə dəstəyə yaxın hissədə yuxarıda “feng & feng” embemi və dəstəkdən 6 sm tiyənin ucuna doğru olan hissədə 3x2 mm ölçülü qırmızımtıl ləkə vardır. Bıçaqda zədə izləri yoxdur, istifadədən əmələ gələ bilən cızıqlar vardır. Mobil telefon qutusu – qara rəngli, karton materialdan olan “İphone” markalı mobil telefonun qutusunun arxasında seriya və imei nömrələri həkk olunmuşdur. Qutunun içində “Bakcell” mobil GSM nömrəsinə aid kart vardır, kartın üzərində GSM nömrəsi yoxdur. (İphone-12 ProMax, seriya №-si-F2LG91TVOD43, imei/imed–**********99750, imei2- **********72565). Qadın çantası – qara rəngli dəri materialdan olan çantanın həm əldə, həm də çiyinə asmaq üçün tutacağı və asılqanı vardır. Çantanın içi qəhvəyi rəngli parçadandır, arxasında və qabağında zəncirbəndlə açılıb-bağlanan cibləri, içində də 1 cibi və həmin cibin içində də 2 kiçik cibliyi vardır, çanta içi və cibləri boşdur. Çantanın arxa zəncirbəndində “JWX” emblemi vardır. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş bəzək əşyaları: - 1 ədəd qızılı rəngli zəncir formalı boyunbağı; - 1 ədəd qızılı rəngli, yaşıl qaşlı, oval formalı üzəri qaşlarla bəzədilmiş kulon; - 1 ədəd ortasında qara daş bəzəyi olan qolbaq; - 6 ədəd gümüşü rəngli dairəvi formada sırğa (3-ü üzərində qırmızımtıl ləkələr var); Bəzək əşyalarının heç birinin üzərində qızıl olmasını bildirən hər hansı əyar müəyyən edilmədi. Mərhum Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları: Şalvar - yaşıl rəngli cins parça materialdan olan şalvarın ayaqları və beli rezinlidir, iplə bağlanır. Üzərində hər hansı etiket yoxdur, sağ və sol ayaqlığında ciblər vardır. Arxa tərəfdən sol ayağı tamamilə, sağ ayağı isə qismən böyük sahədə qanabənzər ləkələrə bulaşmış, qan hissəcikləri aydın görünür. Sağ və sol tərəflərdə, arxa sağrı nahiyədə cibləri vardır, boşdurlar. Ön tərəfdə də sol ayaqlıq baldır nahiyədə tamamilə, üst və aşağı hissələrinə qismən, sağ ayaq tərəfdə də müəyyən böyük formalarda qana bulaşmışdır. Bel hissədən 29 sm aşağıda və yan tikişdən 10,5 sm içəriyə doğru olan hissədə şaquli formada 1,5x0,3 sm ölçülü 1 ədəd kəsik; həmin zədədən 3 sm aşağıda paralel, eyni formada və ölçüdə 1 ədəd kəsik; sol yan cibin üzərində cib qapağının tikişindən 7 sm aşağıda üfüqi formada eyni ölçülü kəsik aşkar edildi. Qeyd olunan kəsiklərin ətrafı isə qana bulaşmış vəziyyətdədir. Şalvar üzərində başqa zədə müşahidə edilmədi. - Çəhrayı rəngli, üçkünc formalı olan qadın alt tumanında etiketi yoxdur, belliyinin qabağı biser tipli bəzəklərlə düz xətt formasında bəzədilmişdir. Tumanın arxası tamamilə qana batmışdır, öz tərəfində də sarımtıl-qırmızımtıl ləkələr vardır. Üzərində zədə izləri müşahidə edilmədi. - Açıq qəhvəyi rəngli alt tumanın etiketi qana bulaşdığından görmək mümkün olmadı. Tuman ön tərəfində cinsiyyət üzvü nahiyədə və sol yan tərəfində qırmızımtıl ləkələr vardır. Arxası sağrı nahiyədə dairəvi formada zavod üsulu ilə kəsilmiş formadadır, açıqdır, tamamilə qana batmışdır. Tuman üzərində zədə müşahidə edilmədi. - Büstqalter (məmədan) - parça materialdan olan qara rəngli büstqalter çiyindən keçirilməklə kürəkdən bağlanır, sinə qablarının ortasında dəmirdən gümüşü rəngli gül bəzəyi var. Sol sinə qabında ortadakı dəmir güldən 5 sm solda 2,7x0,3 sm ölçüdə qismən üfüqi formada, ətrafı qırmızımtıl rəngli qana bulaşmış 1 ədəd kəsik aşkar edildi. Sinə qabının iş tərəfində və kənarlarda da belə ləkələr vardır. - Kofta - boynunda “Suffle” etiketi olan qara rəngli koftanın ümumi uzunluğu boynundan aşağıya doğru (qarın nahiyəsinə qədər) 39 sm-dir, boynundan sinəyə doğru 15 sm sahə açıqdır, digər 17 sm olan hissədə alt və üst tərəfdən zəncirbəndlə açılıb bağlanır, aşağı hissəsi isə açıqdır. Kofta üzərində boynundan 23 sm aşağıda sağ yan tikişdən 15 sm içəriyə, yəni önə doğru 2,5x0,4 sm aşağıya tərəf 1 ədəd zədə; aşağı sağ ətəkdən 10 sm yuxarıda, 1,5 sm yan tikişdən önə doğru 1,5x0,4 sm 1 ədəd şaquli zədə; sol ətəkdən 11 sm içəriyə və 6,5 sm yuxarıya doğru 2,3x0,5 sm ölçülü 1 ədəd zədə; arxada boyun ortasından 8 sm aşağıda 1,2x0,3 sm ölçülü 1 ədəd zədə; həmin zədədən 5,5 sm sola doğru 0,8x0,2 sm ölçülü 1 ədəd zədə; həmin zədədən 9,5 sm aşağıda 2,0x0,3 sm ölçülü 1 ədəd zədə; bu zədədən 14 sm sol yan tikişə doğru tikişin yanında 1,8x0,4sm ölçülü 1 ədəd zədə; bel tərəfdə, arxa ətəyindən (ortadan) 7 sm yuxarıda 1,6x0,3 sm ölçülü 1 ədəd zədə; sağ aşağı ətəkdə 10x11 sm sahədə paralel üfüqi formada 2,0x0,5 sm ölçülü 1 ədəd, ondan 2 sm aşağıda 1,0x0,4 sm və 1,0x0,3 sm ölçülü 2 ədəd yan-yana zədələr və ondan 3 sm aşağıda 2,0x0,4 sm ölçülü 1 ədəd zədə vardır. - Gödəkçə (kopuşonlu) - qara rəngli parça-plaş tipli, kapuşonlu qısa gödəkçənin sol sinə hissəsində “Flamingo” yazısı və həmin adda heyvanın rəsmi həkk olunmuşdur. Gödəkçənin arxasında da “”be a flamingo in a block of pigons” yazısı vardır. Boyunluqdan ətəyinə kimi 36 sm-dir və zəncirbəndlə bağlanır. Ətəyinə yaxın sağ və solda cibləri vardır və boşdurlar. Sağ hissədə ətəkdən 8 sm yuxarı və 7 sm içəriyə doğru sahədə sağda formada 2,5x0,5 sm ölçülü 1 ədəd, həmin zədədən 4,5 sm sağda eyni formada 1,9x0,3 sm ölçülü 1 ədəd, bu zədədən aşağıda 0,5x0,5 sm ölçülü üçkünc formada 1 ədəd zədə vardır. Gödəkçənin sol tərəfində cibin üst hissəsində 2,5x0,5 sm ölçüdə cibin kənar hissəsinin tamlığının pozulmasına səbəb olan 1 ədəd zədə; həmin zədədən 1sm sola doğru üfüqi şəkildə eyni ölçüdə 1 ədəd zədə; ətəkdən 9,5 sm yuxarıda, yan tikişdən 1,5 sm içəriyə doğru 2,5x0,4 sm ölçülü 1 ədəd zədə, manjetində 1,8x0,3 sm ölçülü 1 ədəd və həmin zədədən 5 sm sola doğru 0,9x0,3 sm ölçülü 1 ədəd zədə vardır. Gödəkçənin arxasında boynun orta tikişindən 5,5 sm aşağıda bir-birindən 8 sm aralıda paralel üfüqi formada 1x0,3 sm ölçülü 2 ədəd, həmin zədədən 2,5 sm aşağıda eyni formalı 0,8x0,2 sm ölçülü eyni formalı 1 ədəd, həmin zədədən 10 sm aşağıda 2,0x0,5 sm ölçülü 1 ədəd, bu zədədən 14,5 sm aşağıda 2,0x0,4 sm ölçülü 1 ədəd, ondan 6 sm aşağıda gödəkçənin manjet hissəsinin üstündə 0,5x0,2 sm ölçülü 1 ədəd, yuxarı boyun tikişindən 7 sm aşağıda 1,0x0,2 sm ölçülü 1 ədəd, sağ kürək nahiyədəki yuxarı tikişdən 13 sm aşağıda üfüqi formalı 1x0,2 sm ölçülü 1 ədəd, bu zədədən 3 sm aşağıda 0,8x0,2 sm ölçülü paralel 1 ədəd, sağ yan aşağı tikişdə manjetdə 1 sm yuxarıda 2x0,5 sm ölçülü 1 ədəd, sağ qoltuqaltı tikişdən 11,5 sm sola doğru yuxarıdan aşağıya 7x2 sm sahədə, uzununa formada 0,5x0,2 sm ölçülü 6 ədəd, 0,5x0,4 sm ölçülü 1 ədəd zədələr vardır. Kapuşonun sağ, orta və sol hissələri tikişlərlə bölünmüşdür və sol hissədə yuxarı tikişdən 2,5 sm aşağıda paralel və üfüqi formada 2-si 1,0x0,2 sm, 1-i 1,5x0,5 sm ölçülü 3 ədəd, bu zədənin yanında şaquli formada paralel 0,9x0,2 sm ölçülü 2 ədəd, ortadakı hissədə ənsə nahiyəsində aşağı tikişdən 11,5 sm yuxarıda tikişə yaxın hissədə üfüqi formada 1x0,3 sm ölçülü 1 ədəd, sol tikişindən 7 sm yuxarıda üfüqi formada 1x0,3 sm ölçülü 1 ədəd, ondan 2,5 sm yuxarıda paralel formada üfüqi halda 1,0x0,3 sm və 0,9x0,2 sm ölçülü 2 ədəd, sağ tərəfdə gicgah nahiyəsində ön tikişdən 8 sm arxaya və 1 sm aşağıya doğru 1x0,2 sm ölçülü 1 ədəd, ondan 3,5 sm arxada 1x0,2 sm ölçülü üfüqi formada 1 ədəd, sol cib astarın üstündə 2x0,5 sm, aşağıda isə aypara formalı 1,5x0,4 sm və onun yanında üçkünc formalı 0,7x0,5 sm ölçülü 1 ədəd zədə vardır. - Corab - ağımtıl, üzərində göy və qara rəngli, bant formalı bir cüt corabda zədə müşahidə edilmədi. - Çəkmə - bir cüt qara rəngli, üzərində etiketi olmayan, 37 ölçülü, üstü parıltılı qadın çəkmələrinin üst sol tərəfində ciblik formalı dəri qablar vardır və sağ tərəfdən zəncirbəndlə bağlanır. Çəkmələrin üzəri parıltılı olduğu üçün üzərində qan olub-olmadığını gözlə müəyyən etmək olmadı. - Kəmər – uzunluğu 93 sm, eni 2 sm olan qara rəngli dəri kəmərin dəmir başlıqlı keçirici və dəri üzərində həmin keçirici üçün dəliyin yanından kəmərə sıxılıb asılan keçirici taxılmışdır. Kəmər üzərində hər hansı qan izini görmək mümkün olmadı. - Gödəkçə (balonka) - göy rəngli, “Shisia” etiketli, boynunda yun kürk formalı boyunluğu olan gödəkçənin arxasından boyunluqdan ətəyinə kimi 54 sm, eni isə 43 sm olmaqla sağrı nahiyəsinə qədərdir. Arxada sağ çiyin tikişindən 14 sm aşağıda 1,5x0,3 və 1x0,2 sm ölçülü 2 ədəd, sağ çiyin tikişindən 29 sm aşağıda 1,5x0,2 sm ölçülü 1 ədəd, bu zədədən 5,5 sm aşağıda paralel və üfüqi formada 2,0x0,5 sm 1 ədəd, ondan 3,5 sm aşağı sola doğru 1,9x0,4 sm və 5,5 sm aşağıya doğru 1,9x0,3 sm ölçülü 2 ədəd, sağ ətəyində 6 sm yuxarıda 2,2x0,5 sm ölçülü 1 ədəd, boyun ortasından 9 sm aşağıda 1,5x0,4 sm ölçülü 1 ədəd, bu zədədən 14 sm aşağıda üfüqi formada 1,8x0,3 sm ölçülü 1 ədəd, ondan 12 sm aşağıda 1,9x0,3 sm ölçülü 1 ədəd, sol qoltuqaltından 7 sm aşağıda üfüqi formada 2,5x0,2 sm ölçülü 1 ədəd, sol qol hissədə arxada çiyin tikişindən 26 sm aşağıda 2,6x0,5 sm ölçülü 1 ədəd zədələr vardır. Bundan başqa gödəkçənin qabağında sağ qolda qabaqda çiyində 19 sm aşağıda 2,5x0,5 sm ölçülü 1 ədəd, sağ cibin üstündən 1,5 sm sağa doğru 2,5x0,5 sm ölçülü şaquli formada 1 ədəd, bu zədədən 7 sm qoltuqaltı nahiyəyə doğru 2,5x0,5 sm ölçülü 1 ədəd, bu zədədən 19 sm aşağıda ətək hissədə 2,5x0,5 sm ölçülü 1 ədəd, zəncirbəndin aşağısında 12 sm yuxarıda 1,5x0,5 sm ölçülü 1 ədəd, bu zədədən 4 sm yuxarıda 1,5x0,4 sm ölçülü 1 ədəd və 5 sm sağa doğru 1,3x0,” sm ölçülü 1 ədəd, zəncirbəndin aşağısında 26 sm yuxarıda şaquli formada 2,7x0,6 sm ölçülü 1 ədəd, bu zədədən 2 sm sağa doğru paralel 4x1 sm ölçülü 1 ədəd, sol hissədə çiyin tikişindən 7 sm aşağıda şaquli formada 1,9x0,3 sm ölçülü 1 ədəd, sol cibin aşağısında 6 sm sağa doğru 2,5x0,6 sm şaquli formada 1 ədəd zədələr vardır. Boyunluq, astar tam şəkildə qana bulaşmışdır. Ətəkdən 9 sm yuxarı, 10 sm sol-sağ tərəflərdə 2 ədəd zəncirbəndli cibləri var, boşdurlar. Boyunluğun üstü tüklü, altı isə sintetik materialdan olduğu üçün üstə tərəfdən zədə müşahidə etmək mümkün olmadı. Üst hissədə soldan 15 sm sağa doğru şaquli formada 2x0,3 sm və həmin zədədən 2,5 sm yuxarıda üfüqi formada 1,8x0,4 sm ölçülü 1 ədəd zədə aşkar edildi. - Mobil telefon - “İphone 5” markalı ekranı qara, arxası gümüşü metal rəngli mobil telefon işlək vəziyyətdədir, ekranın alt hissəsi çatlamışdır. Telefon şifrəlidir, “687585” rəqəmlərindən istifadə edilməklə şifrə açılır. Mobil telefonun menyusu türkcədir, imei kodu **********96529-dur, “VVatshap” tətbiqi və “İnstagram” sosial şəbəkəsi yüklənilmişdir və istifadə olunur. “VVatshap” tətbiqi 099 875-00-85 saylı mobil nömrə ilə qeydə alınmışdır, lakin “X5 Sistemi” vasitəsilə imei kodu ilə qeydiyyatının olub-olmaması yoxlanılarkən telefonun qeydiyyatdan keçirilmədiyi və cihazın istifadəsinin məhdudlaşdırıldığı və həmin tətbiqə baxılarkən Zərərçəkmiş şəxs1 və ya onunla bağlı hər hansı şəxslə mesaj və səs yazısı formasına yazışmaların aparılmadığı müəyyən edildi. Mobil telefonda zəngləşmə aparılmadığı üçün danışıqların sosial şəbəkə və “VVhatshap” tətbiq vasitəsilə aparıldığını güman etmək olar. Telefonda “Fotoqraflar” bölməsində foto-videolar saxlanılır və bu bölmədə olan materialların arasında X.İmanovun mərhum Zərərçəkmiş şəxs1 ilə birlikdə bir fotosu və sonuncunun “Tik-tok” şəbəkəsində 1 videosunun, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Unibank albalı” kartının (**********989164) fotosunun olduğu müəyyən edildi. Telefonda Zərərçəkmiş şəxs1 ilə hər hansı danışıqların, yazışmaların və zənglərin aparıldığını müəyyən etmək mümkün olmadı. (İ cild,i.v. 73-120) Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 301-547-1222 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 10 yanvar 2022-ci il tarixdə saat 00:00 radələrində işlədiyi Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsində yerləşən “Prestij” kafesində sərnişin kimi minib avtonəqliyyat vasitəsilə uzaqlaşaraq qeyrimüəyyən istiqamətdə hərəkət etmiş, onun meyiti həmin gün saat 15:00 radələrində Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən “Fermalar” adlanan əraziyə gedən qrunt yolundan təxminən 30 metr kənarda aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 sonuncu dəfə iş yerindən 08 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər CM-nin 221.2.1, 126.1 və 127.1-ci maddələri ilə məhkum olunmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 etibarnamə ilə idarə etdiyi “Nissan Xtrail” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş, həmin vaxt avtomobildə dostu, xx xxxxxxxx 2001-ci il təvəllüdlü, Abşeron rayonu, Fatmayı kəndində yaşayan, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs2 da olmuşdur.Təxminən saat 23:40 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1 işlədiyi yerdən götürdükdən sonra ehtimal edilir ki, onlar Zərərçəkmiş şəxs1 həmin avtomobildə bıçaqla vuraraq xəsarət yetirmiş, sonra isə təxminən saat 00:37 radələrində həmin avtomobili Təqsirləndirilən şəxs1 yaşadığı binanın həyətinə gətirmiş, daha sonra Zərərçəkmiş şəxs1 meyitini həmin avtomobillə meyit tapılan əraziyə aparmış və 02:41 radələrində ərazidən uzaqlaşmışlar. Təqsirləndirilən şəxs1 təxminən 2 gün sonra Azərbaycan Respublikası Tovuz rayon ərazisindən qanunsuz yol ilə ölkə hüdudlarından çıxaraq Gürcüstan Respublikasına keçmişdir. (İ cild, i.v. 201-204) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.1 və 120.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 205-206) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:00-da CM-in 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 209) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 2-3) Abşeron Rayon Məhkəməsinin 4(012)-28/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay 23 gün həddində müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan hesablanmışdır. (İİ cild, i.v. 20-24) xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin 17 yanvar 2022-ci il tarixli 301-547-1222 saylı məktubu ilə daxil olmuş mərhum Zərərçəkmiş şəxs1 işlədiyi “Prestije” çay evinin, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi məhəllə 2383, 53 saylı binanın və digər iaşə obyektlərindən əldə edilmiş müşahidə kameralarının görüntüləri olan 2 ədəd diskə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur. - 1-ci diskdə “hadisə yeri” qovluğu və “kafe pritij 14 arxa” adlı qovluqlar vardır. “Hadisə yeri” qovluğunda olan “avi” formatlı “Kamera 1” və “Kamera 2” adlı fayllara baxarkən müəyyən olundu ki, görüntülər 10 yanvar 2022-ci il saat 02:28-də başlayır, saat 02:30:31-də “Nissan Xtrail” markalı avtomobil kameranın müşahidə istiqamətində hərəkət edir və saat 02:41:14-də geri qayıdır. Havanın və ərazinin qaranlıq olması səbəbindən avtomobildə əyləşmiş şəxsin (şəxslərin) aydın görünməsi mümkün olmadı. Digər qovluqda olan fayllardakı görüntülərə baxılarkən məlum oldu ki, Təqsirləndirilən şəxs1 07 yanvar 2022-ci il tarixdə axşam saat 21:40 radələrində mərhum Zərərçəkmiş şəxs1 işlədiyi “Prestije” çay evində olmuş, bundan sonra o, 09 yanvar 2022-ci il tarixdə saat 22:55 radələrində idarə etdiyi “Nissan Xtrail” markalı avtomobillə həmin çay evinin arxasına gəlib dayanmış, saat 23:15 radələrində isə oradan çay evinin ön tərəfinə keçmiş və çay evinin yanında geri dönmə edərək bir qədər kənarda parklanmışdır (görüntülərdə geri dönməsi görünsə də, parklanma yeri müşahidə kamerasının görüntü dairəsinə düşməmişdir). Saat 23:29 radələrində Zərərçəkmiş şəxs1 işini başa çatdırıb çay evindən çıxmış, çöl qapının yanında mobil telefonuna baxıb yazışma aparmış və ya ona gələn yazını oxumuş, çay evinin pilləkənləri ilə aşağı düşəndən sonra Təqsirləndirilən şəxs1 avtomobili onun yanına sürmüş və Zərərçəkmiş şəxs1 qabaq sağ oturacaqda əyləşəndən sonra avtomobil oradan uzaqlaşmışdır. 2-ci diskdə isə “şəhərdə bina qabaq” və “yeməkxana 2 qabaq” adlı qovluqlar vardır. Həmin qovluqlarda olan fayllardakı görüntülərə baxılarkən məlum oldu ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 09 yanvar 2022-ci il tarixdə saat 19:16 radələrində sonuncunun yaşadığı evin giriş blokunun qarşısında dayanıb söhbət etmiş, sonradan (saat 19:35) Təqsirləndirilən şəxs1 bloka girib az sonra (saat 19:38) çölə çıxmış, əlində pul əskinazlarını saymış və birlikdə çıxıb getmişlər. Daha sonra Təqsirləndirilən şəxs1la (əynində qırmızı rəngli geyim) Təqsirləndirilən şəxs2 (əynində qara rəngli balonka tipli gödəkcə) həmin yerə 10 yanvar 2022-ci il tarixdə saat 03:47-də qayıtmış, saat 04:06-da Təqsirləndirilən şəxs1 əlində göy rəngli idman çantası ilə blokdan çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 saat 05:50-də idarə etdiyi avtomobillə geri qayıdaraq saat 05:53-də blokdan içəri keçmiş, saat 09:20-də əynində qara rəngli gödəkcə və başında dimdikli papaqla (beysbolka) çölə çıxmışdır. Onun ardınca blokdan yaşlı bir qadın çıxıb onu çağırmış, Təqsirləndirilən şəxs1 geri qayıdıb həmin qadınla söhbət etdikdən sonra saat 09:21-də blokdan uzaqlaşmış, saat 09:27-də isə “Nissan Xtrail” markalı avtomobil blokun yanından keçib getmişdir. Binanın arxa tərəfindəki kameranın görüntüləri ilə məlum oldu ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2022-ci il tarixdə saat 00:59-da həmin avtomobillə binanın arxa tərəfinə gəlib binanın qurtaracağında saxlamış, daha sonra hər ikisi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb arxaya keçmiş, sağ arxa qapını açmış və az sonra bağlamış (qaranlıq olduğundan onların nə etdiklərini görmək mümkün olmadı), avtomobilin arxasında durub bir qədər söhbət etdikdən sonra saat 01:09-da avtomobili arxaya doğru hərəkət etdirməklə oradan uzaqlaşmışlar. Binanın ön tərəfində qarajların yanında olan müşahidə kamerasının görüntüləri ilə məlum oldu ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 10 yanvar 2022-ci il tarixdə saat 00:49-da qarajların qarşısına gəlib avtomobili orada dayanmış ağ rəngli “Ford Transit” markalı yük avtomobilinin qarşısında saxlayıb hər ikisi piyada geriyə doğru qayıtmış, saat 00:57-də isə hər ikisi həmin avtomobillə gəldikləri istiqamətdə geri qayıtmışlar. Daha sonra saat 03:46-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yenə həmin əraziyə piyada gəlmiş və saat 04:07-də geri qayıtmışlar. Digər kamera gürüntülərində də Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə 10 yanvar 2022-ci il tarixdə saat 00:48-də məhəlləyə daxil olduğu və saat 01:10-da isə avtomobillə çıxıb getdiyi əks olunmuşdur. Bundan başqa binanın qarşısında sağ tərəfdə olan müşahidə kamerasının görüntülərindən məlum oldu ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2022-ci il tarixdə saat 09:21-də avtomobilə yaxınlaşmış və elə həmin vaxt da geri qayıtmış, bir neçə saniyə sonra yenidən avtomobilə yaxınlaşıb əvvəlcə sol qabaq, yəni sürücü oturacağı tərəfdən qapını, daha sonra isə arxa yük yerini (baqajı) açmış, oradan da avtomobilin yanındakı qaraja (müşahidə kamerasının görüntü dairəsinə düşən qarajlardan düz istiqamətdə 6-cı qaraj) yaxınlaşıb onun da qapısını açmış, içəri keçib tez də çölə çıxaraq qapını bağlamış və saat 09:27-də avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Qeyd: “Nissan Xtrail” markalı avtomobilin Təqsirləndirilən şəxs1 babası Şahid2 məxsus olduğu nəzərə alınaraq protokolda avtomobilin məhz Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunduğu göstərilmişdir. (İİ cild, i.v. 28-47) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 48-49) xx.xx.2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanından onun istifadə etdiyi və iş üçün əhəmiyyət kəsb edə biləcək 3 ədəd gödəkcə, habelə Şahid2 məxsus “Nissan Xtrail” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİ cild,i.v. 91- 95) xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 Abbas oğluna məxsus “Nissan Xtrail” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının daxili tutacağında, avtomobilin əl əyləcinin üst səthində, sürətlər qutusunun üzərində, sürət panelinin üst iç səthində, sağ ön hissədə olan təhlükəsizlik kəmərinin üzərində, sağ ön oturacağın arxa yuxarı sol kənarında qanabənzər ləkələrin olduğu müəyyən edilərək xüsusi tampon vasitəsi ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa avtomobilin sağ ön, sağ arxa və arxa oturacağın orta hissəsinin qarşısında olan ayaqaltılarının üzərində də qanabənzər ləkələr aşkar olunmuş və həmin ayaqaltılar götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİ cild,i.v. 97-106) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan, ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 iş yerindən götürmələri, FHN-ə məxsus yanğınsöndürmə stansiyasının inzibati binasına çatanda Nurlanın maşını yavaşlatması, avtomobildə Təqsirləndirilən şəxs1la birlikdə necə öldürdükləri, meyiti avtomobilin ön oturacağından arxaya necə keçirdikləri, Abşeron rayonu Fatmayı qəsəbəsinə gətirib atmaları barədə bildirdiklərini mümkün qədər əyani formada göstərmiş, həmçinin cinayətin aləti kimi istifadə etdiyi bıçağı və hadisə vaxtı əynində olmuş geyim əşyalarının bir hissəsini gizlətdiyi yerdən çıxararaq təqdim etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİ cild,i.v. 107-113) Abşeron Rayon Məhkəməsinin 4(012)-36/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay 23 gün müddətinə, xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 144-148) 045457 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 babası Şahid2 müharibə veteranıdır. (İİ cild, i.v. 160) xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 “Nissan X-Trail” markalı nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. (İİ cild, i.v. 161) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2020-ci il tarixli, 170 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 126.1ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, 2 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək cəza müddətini çəkib və Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (İİ cild, i.v. 191) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİİ cild, i.v. 1-2) xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 8 ünvanın yaxınlığında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİİ cild,i.v. 25-28) Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. (İİİ cild, i.v. 36) Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. (İİİ cild, i.v. 37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 913 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 alının sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınması mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. Şəxsin adına tərtib edilmiş tibbi sənəddə göstərilmiş diaqnoz məhkəmə tibbi müayinə zamanı öz əksini tapmadığından və obyektiv əlamətlərlə əsaslandırılmadığından xəsarət kimi qiymətləndirilmir. (İİİ cild, i.v. 42- 44) xx.xx.2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 9 ünvanda quraşdırılmış TŞ-4-151 nömrəli müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntülərə baxış zamanı xx.xx.2021-ci il tarixdə saat 20:30:30 saniyədə yolun kənarında qara rəngli avtomobilin dayanması, həmin vaxt ilkin olaraq avtomaşından, avtomaşını idarə edən Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 enərək yolun kənarında söhbət etmələri, saat 20:31:06 saniyə vaxtda isə avtomaşından Zərərçəkmiş şəxs2 və Emil Rzayev enərək yolun kənarında piyadalar üçün nəzərdə tutulmuş yolda bir yerdə duraraq bir neçə dəqiqə ərzində söhbət etmələri, saat 20:39:33-də Təqsirləndirilən şəxs1 sağ əlini cibindən çıxararaq anidən Zərərçəkmiş şəxs2 başına bir neçə dəfə davamlı zərbələr vurması və ətrafda olan insanları onları ayırıb Təqsirləndirilən şəxs1 ara məhəllələrə salaraq oradan uzaqlaşmaları müəyyən olunmuşdur. (İİİ cild, i.v. 45-47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 914 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol əlin İV barmağının dırnaq falanqasının əsasının yerdəyişmiş sınığı, sol qulaq seyvanının qançırı, sol alın təpə nahiyəsinin əzilmiş cırılmış yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (İİİ cild, i.v. 48-50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 01/913 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 alının sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (ola bilsin beşbarmaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İİİ cild, i.v. 99-101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 02/914 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol əlin İV barmağının dırnaq falanqasının əsasının yerdəyişmiş sınığı, sol qulaq seyvanının qançırı, sol alın təpə nahiyəsinin əzilmiş cırılmış yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların, ola bilsin beşbarmaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür, sol əlin İV barmağının dırnaq falqasının əsasının yerdəyişmiş snığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol alın təpə nahiyəsinin əzilmiş cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol qulaq seyvanının qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İİİ cild, i.v. 102-104) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİİ cild, i.v. 107) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İİİ cild, i.v. 111) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin 021935 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 bacısı X11 İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 06 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı 32 ədəd deşilmiş-kəsilmiş yara, 2 ədəd kəsilmiş yara və 1 ədəd qançır aşkar edilmişdir. Deşilmiş-kəsilmiş yaralardan 6 ədədi daxilə nüfuz etmişdir. Həmin xəsarətlər aşağıdakılardır: Daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar:
1. Döş qəfəsinin sağ yan səthinin deşilmiş-kəsilmiş yarası (2,6x0,8 sm ölçüdə). Yara ayaqaltından 109 sm yuxarıda yerləşir, İX qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağ ciyərin aşağı payını zədələyir. Yara kanalının istiqaməti sağdan-sola, aşağıdan-yuxarıya və bir qədər öndən-arxaya doğrudur. Yara kanalının dərinliyi 7-8 sm-dir, yaranın yuxarı ucu iti, aşağı ucu kütdür, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
2. Döş qəfəsinin sağ yan səthinin arxa qoltuqxətti üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,5x0,7 sm ölçüdə). Ayaq altından 115 sm yuxarıda yerləşir, yuxarı ucu küt, aşağı ucu itidir, yara Vİ qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağ ciyəri orta payını zədələyir. Yara kanalının istiqaməti sağdansola, aşağıdan-yuxarı və bir qədər arxadan-önə doğrudur. Yara kanalının dərinliyi 6-7 smdir, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
3. Döş qəfəsinin ön səthinin sol yarısının məmə və bayır körpücük xətləri arasında Vİİ- Vİİİ qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,3x0,6 sm ölçüdə). Yara ayaqaltından 106 sm yuxarıda yerləşir, bayır ucu küt, iç ucu isə itidir. Yara Vİİ qabırğaarası sahədə sol plevra boşluğuna nüfuz edərək ağ ciyərin aşağı payını zədələyir. Yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur, yara kanalının dərinliyi 6,0x6,5 sm-dir, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
4. Qarının ön səthinin sağ epiqastral nahiyədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,2x0,5 sm) Yara ayaqaltından 101 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara periton boşluğuna nüfuz edərək qaraciyəri zədələyir, yara kanalının dərinliyi 6 sm-dir, istiqaməti öndən-arxaya, yuxarıdan-aşağı və sağdan-sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qansızmalıdır.
5. Qarın nahiyəsinin sağ yan hissəsinin deşilmiş-kəsilmiş yarası (2,0x0,8 sm ölçüdə). Yara ayaqaltından 97 sm yuxarıda yerləşir, yuxarı ucu küt, aşağı ucu itidir. Yara periton boşluğuna nüfuz edərək qaraciyəri zədələyir, yara kanalının dərinliyi 5,5-6 sm-dir, yara kanalının istiqaməti sağdan-sola, yuxarıdan-aşağı və bir qədər öndən arxaya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
6. Döş qəfəsinin ön səthinin sağ yarısının məmə xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası. Yara ayaqaltından 114 sm yuxarıda yerləşir, aşağı ucu iti, yuxarı ucu kütdür. Yara V qabırğaarası sahədən sağ plevra boşluğuna nüfuz edərək ağ ciyərin yuxarı payını zədələyir, yara kanalının istiqaməti öndən-arxaya, sağdan-sola və bir qədər aşağıdan-yuxarıya doğrudur. Yara kanalının dərinliyi 6-7 sm-dir, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar:
1. Bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası (2,3x0,5 sm ölçüdə). Yara ayaqaltından 104 sm yuxarıda yerləşir, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 5 sm-dir, istiqaməti sağdan-sola, arxadan-önə, bir qədər aşağıdan-yuxarıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
2. Döş qəfəsinin sağ yan səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,6 sm ölçüdə). Yara ayaq altından 113 sm yuxarıda yerləşir, iç ucu küt (bayır tərəfə olan), digər ucu itidir. Yara kanalının dərinliyi 3,5 sm-dir, istiqaməti sağdan-sola və aşağıdan yuxarıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
3. Döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,5 sm ölçüdə). Yara ayaq altından 113 sm yuxarıda yerləşir, aşağı ucu iti, yuxarı ucu kütdür. Yara kanalının dərinliyi 1,5 sm-dir, istiqaməti arxadan-önə, bir qədər aşağıdan-yuxarı və sağdan-sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
4. Döş qəfəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2.0x0,5 sm ölçüdə). Yara ayaqaltından 113 sm yuxarıda yerləşir, yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 3,0 sm-dir, istiqaməti arxadan-önə, bir qədər aşağıdan yuxarı və sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
5. Döş qəfəsinin arxa səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (2,4x0,5 sm ölçüdə). Yara onurğayanı xətt üzrə İİİ-İV döş fəqərələri bərabərliyində ayaq altından 123,5 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 4,5 sm-dir, istiqaməti arxadan-önə, bir qədər yuxarıdan aşağı və soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
6. Sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (0,8x0,3 sm ölçüdə). Yara ayaqaltından 127 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 0,8x1,0 sm-dir, istiqaməti arxadan önə, bir qədər yuxarıdan aşağıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
7. Sağ kürəküstü nahiyənin deşilmiş-kəsilmiş yarası (1,0x0,5 sm ölçüdə). Yara ayaq altından 132,5 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,0 sm-dir, istiqaməti arxadan-önə, bir qədər yuxarıdan aşağıya və sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
8. Sol kürəküstü nahiyənin deşilmiş-kəsilmiş yarası (0,7x0,3 sm ölçüdə). Yara ayaq altından 133,5 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 0,8 sm-dir, istiqaməti arxadan-önə, bir qədər yuxarıdan aşağıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
9. Sağ kürəküstü nahiyənin deşilmiş-kəsilmiş yarası (1,3x0,3 sm ölçüdə). Yara ayaq altından 135 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,0 sm-dir, istiqaməti arxadan-önə, bir qədər sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
10. Boyun nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,5 sm ölçüdə). Yara ayaq altından 138 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,2 sm-dir, istiqaməti arxadan-önə, bir qədər yuxarıdan aşağıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
11. Boyun nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası (1,2x0,5 sm ölçüdə). Yara ayaq altından 139,5 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,1 sm-dir, istiqaməti arxadan-önə, bir qədər yuxarıdan aşağıya və sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
12. Boyun nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,3 sm ölçüdə). Yara ayaq altından 140 sm yuxarıda yerləşir, bayır ucu küt, iç ucu itidir. Yara kanalının dərinliyi 1,3 sm-dir, istiqaməti yuxarıdan aşağıya və sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
13. Sol bud nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (2,5x0,6 sm ölçüdə). Yara ayaq altından 56 sm yuxarıda yerləşir, bayır ucu küt, iç ucu itidir. Yara kanalının istiqaməti aşağıdan yuxarıya və bir qədər soldan sağa doğrudur və dərinliyi 6 sm-dir, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
14. Sol bud nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (2,2x0,7 sm ölçüdə). Yara ayaq altından 62 sm yuxarıda yerləşir, aşağı ucu iti, yuxarı ucu kütdür. Yara kanalının dərinliyi 8 sm-dir, istiqaməti aşağıdan yuxarıya və soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
15. Sol bud nahiyəsinin orta 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (1,9x0,7 sm ölçüdə). Yara ayaq altından 60,5 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 3 sm-dir, istiqaməti öndən arxaya, bir qədər soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
16. Sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (1,8x0,7 sm ölçüdə). Yara ayaq altından 65 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 3 sm-dir, istiqaməti öndən arxaya, bir qədər aşağıdan yuxarıya və soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
17. Döş qəfəsinin ön səthinin sağ yarısının deşilmiş-kəsilmiş yarası (1,6x0,5 sm ölçüdə). Yara ayaq altından 111 sm yuxarıda yerləşir, aşağı ucu iti, yuxarı ucu kütdür. Yara kanalının dərinliyi 1,0 sm-dir, istiqaməti öndən arxaya, bir qədər yuxarıdan aşağıya və sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
18. Döş qəfəsinin sağ yan səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,5 sm ölçüdə). Yara orta qoltuq xətti üzrə İV-V qabırğaarası sahədə ayaq altından 110 sm yuxarıda yerləşir, aşağı ucu iti, yuxarı ucu kütdür. Yara kanalının dərinliyi 1,3 sm-dir, istiqaməti bir qədər aşağıdan yuxarıya, sağdan sola doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
19. Döş qəfəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yarası (1,8x0,7 sm ölçüdə). Yara ayaq altından 119 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,0 sm-dir, istiqaməti yuxarıdan aşağıya və soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
20. Döş qəfəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yarası (1,9x0,5 sm ölçüdə). Yara ön qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə ayaq altından 109 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,0 sm-dir, istiqaməti yuxarıdan aşağıya və soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
21. Sol süd vəzinin yuxarı-bayır kvadratının deşilmiş-kəsilmiş yarası (1,9x0,7 sm ölçüdə). Yara ayaq altından 120 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 2,5 sm-dir, istiqaməti aşağıdan yuxarıya, soldan sağa və öndən arxaya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
22. Boyun nahiyəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (1,5x0,7 sm ölçüdə). Yara ayaq altından 120 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,1 sm-dir, istiqaməti yuxarıdan aşağıya, soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
23. Boyun nahiyəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (1,6x0,5 sm ölçüdə). Yara ayaq altından 135 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir. Yara kanalının dərinliyi 1,5 sm-dir, istiqaməti yuxarıdan aşağıya, soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
24. Sifətin sol yarısının deşilmiş-kəsilmiş yarası (2,2x0,7 sm ölçüdə). Yara ayaq altından 142 sm yuxarıda yerləşir, bayır ucu iti, yuxarı ucu kütdür. Yara kanalının dərinliyi 4,0 sm-dir, istiqaməti yuxarıdan aşağıya, bir qədər soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
25. Sol qulağın ön hissəsinin deşilmiş-kəsilmiş yarası (2,5x1,0 sm ölçüdə). Yara ayaq altından 144,5 sm yuxarıda yerləşir, iç ucu iti, bayır ucu kütdür. Yara kanalının dərinliyi 5,0 sm-dir, istiqaməti yuxarıdan aşağıya, bir qədər soldan sağa doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.
26. Sol qulaq seyvanının dəlib keçən deşilmiş-kəsilmiş yarası (1,0x0,3 sm ölçüdə). Yara ayaq altından 145 sm yuxarıda yerləşir, yara qulaq seyvanının arxa səthinə dəlib keçir, qulaq seyvanının arxa səthində yaranın ölçüləri 0,8x0,3 sm-dir. Kəsilmiş yaralar:
1. Sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yarası (5,5x0,8-0,4 sm ölçüdə). Yaranın ucu itidir, köndələn və bir qədər çəp istiqamətdə yerləşmişdir, yaranın ən dərin yeri mərkəzi, və iç hissəsi olmaqla 0,4 sm-dir, yara boyu toxumalar qırmızı rəngli qansızmalıdır.
2. Sağ əlin ovuc səthinin kəsilmiş yarası (1,5x0,2 sm ölçüdə). Yaranın ucları itidir, köndələn və bir qədər çəp istiqamətdə yerləşmişdir, yaranın ən dərin yeri mərkəzi və iç hissəsi olmaqla 0,2 sm-dir, yara boyu yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Qançır:
1. Boyun nahiyəsinin ön səthinin sol yarısının qançırı (1,5x0,3 sm ölçüdə). Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 09 yanvar 2022-ci il tarixdə əmələ gələ bilərdilər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Qeyd edilən xəsarətlərdən daxilə nüfuz edən 6 ədəd deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, daxilə nüfuz etməyən 26 ədəd deşilmiş-kəsilmiş yara və 2 ədəd kəsilmiş yara isə hər biri ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, boyun nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar isə iti kənarlı əşyanın (alətin) təsirindən, boyun nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar isə iti kənarlı əşyanın (alətin) təsirindən, boyun nahiyəsinin qançırı küt əşyanın təsirindən əmələ gəlmişdir.
2. Zərərçəkmiş şəxs1 ölümünə səbəb – döş qəfəsinin və qarının daxilə nüfuz edərək hər iki ağciyəri və qaraciyəri zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə olmuşdur.
3. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (10 yanvar 2022-ci il, saat 18:30) 16-24 saat əvvəl baş vermişdir.
4. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər.
5. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətlərinə əsasən, meyitdə aşkar edilmiş xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş boyun nahiyəsinin qançırı xəsarəti müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissəsinin (əl, əl barmağı və.s) təsirindən əmələ gələ bilərdi.
6. Zərərçəkmiş şəxs1 xəsarət yetirilərkən o, ayaqüstü, yarımoturaq, oturaq və uzanmış vəziyyətdə ola bilərdi.
7. Zərərçəkmiş şəxs1 döş qəfəsinin və qarının daxilə nüfuz edən çoxlu qanitirməyə səbəb olan deşilmiş-kəsilmiş yaraları yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (qışqırmaq, köməyə çağırmaq, hərəkət etmək və s.) etmək iqtidarında ola bilərdi.
8. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir.
9. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı fiziki qüvvə tətbiq etməklə cinsi əlaqədə olmaya xarakterik xəsarətlər və onun meyitinin uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan iki ədəd və dörd ədəd yaxmanın məhkəmə-tibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmamışdır. (İİİ cild, i.v. 161-172) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 114 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (İİİ cild, i.v. 174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 67/2022-MTBŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1-zərərçəkmiş Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu-Balfa (H)/İİİ/. 2-Ekspertizaya təqdim olunan avtomaşından 06 ədəd tənzif tampona götürülmüş ləkələrdə, 03 ədəd rezin ayaqaltıda, Təqsirləndirilən şəxs2 məxsus sviter, idman ayaqqabısını sağ tayı, corabın bir tayı, Zərərçəkmiş şəxs1 məxsus 01 cüt qısaboğaz çəkmə, 02 ədəd trusik, jaket tipli kofta, şalvar, lifçik, yaşıl rəngli gödəkcə, qara rəngli gödəkcə, 01 cüt corab və çanta tutacağı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. 3-Təqdim olunan 02 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 evindən götürülmüş şortik, sviter, 02 ədəd əl-üz və 02 ədəd hamam dəsmalları üzərindəki ləkələrdə qan, Təqsirləndirilən şəxs2 məxsus şalvar, gödəkcə, idman ayaqqabısının sol tayı, corabın digər tayı, Təqsirləndirilən şəxs1 məxsus 03 ədəd gödəkcə və Zərərçəkmiş şəxs1 məxsus çanta üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. (İİİ cild, i.v. 179-188) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 51/2022-MTKŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qara rəngli gödəkcənin ön hissəsinin sol nahiyəsində üç ədəd, ön hissəsinin sağ nahiyəsində dörd ədəd, kapüşonunun üzərində on ədəd, arxa hissəsində iyirmi ədəd, büstqalterin sağ-yan nahiyəsində bir ədəd, şalvarın sol ayağının ön hissəsində iki ədəd, sol ayağındakı yan cibinin üzərində bir ədəd, göy rəngli gödəkcənin ön hissəsinin sağ-aşağı nahiyəsində səkkiz ədəd, ön hissəsinin sol nahiyəsində on iki ədəd, arxa hissəsində iyirmi ədəd, köynəyin ön hissəsinin sol nahiyəsində iki ədəd, ön hissəsinin sağ nahiyəsində üç ədəd, arxa hissəsində on iki ədəd dəlib-keçən; göy rəngli gödəkçənin ön hissəsinin sağ-aşağı nahiyəsində iki ədəd, sağ qolunun ön-yuxarı nahiyəsində bir ədəd və sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd gödəkçənin yalnız üst qatını zədələyən deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə yetirilməsi inkar olunmur.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus kəmər fraqmenti bir kənardan tam kəsilmişdir. Bu zədə hər hansı bir iti ülgücü olan kəsici tipli alətin təsirindən əmələ gəlmişdir.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus büstqalterin arxa-sağ nahiyəsinə tikilmiş qarmaq, göy rəngli gödəkçənin yaxalığının bağlandığı öndəki iki ilgək tam qopub ayrılmışdır. Bu zədələr küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar.
4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir cüt çəkmə, bir cüt corab, 2 ədəd tuman üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
5. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmişdir. (İİİ cild, i.v. 191-196) Abşeron Rayon Məhkəməsinin 4(012)-279/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbsdə saxlama müddəti 04 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)- 548/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri 04 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)-1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)-91/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri 03 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)-322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İV cild, i.v. 17-21, 152-154, V cild, i.v. 23-27, 67- 71, 152-154) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 71/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 126.1, 221.2.1-ci maddələri ilə təqsirli bilinib CM-in 62, 66.3-cü maddələrinə əsasən 02 il 01 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İV cild, i.v. 24-26, 165-198) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 299/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. (İV cild, i.v. 29-31, 156-163) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törədərkən psixi xəstəlikdən əziyyət çəkməmiş, hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, o, hal-hazırda da öz hərəkətlərini dərk etəmk və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 idrak prosesləri (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə) normal daxilindədir, eqosentrizm, başqalarının hiss və həyəcanlarına önəm verməmək, hövsələsizlik, öz vəziyyətini qabartmağa meyillilik, məsuliyyətsizlik kimi arakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (İV cild i.v. 45-49) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 09:56-da CM-in 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İV cild,i.v. 54) Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Məmmədov X1 məcburi köçkün kimi qeydiyyatsız yaşayır. (İV cild,i.v. 113) “Tele Line” telefon mağazasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Apple 12 pro Max markalı (İmei **********72565) smartfon tipli mobil telefonun orta bazar qiyməti 1500 manat təşkil edir. (İV cild,i.v. 200) Abşeron Rayon Məhkəməsinin 4(012)-734/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 13 gün, xx.xx.2023-cü il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)-90/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri 01 ay 27 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin 4(012)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri 04 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İV cild, i.v. 209-210, V cild, i.v. 17-22, 61-66, 81-86) Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində sərhədkeçməsi barədə məlumatlar aşkar edilməmişdir. (V cild, i.v. 7) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 1820 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (V cild, i.v. 88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İnadkarlıq, nümayişkaranəlik, eqosentrizm, emosional, qeyri-sabitlik, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində (qəflətən baş vermiş güclü ruhi həyəcan) olmamışdır. (V cild, i.v. 90-94) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 dedikləri ilə razı olmuşdur. (V cild, i.v. 210-213) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 törərtmiş olduğu cinayət əməlləri CM-in 127.2.3, 221.3, 120.2.1, 120.2.4-cü maddələrindən həmin Məcəllənin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3, 318.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 törərtmiş olduğu cinayət əməlləri isə CM-in 120.2.1, 120.2.4-cü maddələrindən həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 228.4 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. Müşahidə kameralarının görüntüləri olan 2 ədəd disk və ifadənin yerində yoxlanılması istintaq hərəkəti olan 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “İphone” markalı mobil telefonun qutusu, 01 ədəd qara rəngli kapuşonlu nazik gödəkçə, 01 cüt qara rəngli qadın çəkməsi, 01 cüt corabı, 02 ədəd alt qadın tumanı, 01 ədəd büstqalter, 01 ədəd qara rəngli qısa qadın koftası, 01 ədəd yaşıl rəngli şalvar, 01 ədəd göy rəngli tüklü boyunluğu olan qadın gödəkçəsi, hadisə yerindən götürülmüş 01 ədəd qara rəngli kəmər parçası (çanta tutacağı); Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara gödəkçə, 01 ədəd belində kəməri olan qara rəngli cins şalvar, bir cüt qara rəngli idman ayaqqabısı, cinayəti törətdiyi 01 ədəd qara rəngli açılıb-qatlanan bıçaq, hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli yun materialdan olan poliver və bir cüt qara rəngli corabı; Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd iç boyun etiketində “XQY fashion style” sözləri yazılmış tünd-yaşıl rəngli gödəkçə, 01 ədəd parça materialdan olan qara rəngli kapuşonlu gödəkçə, 01 ədəd iç boyun etiketində “AMİSU” sözləri yazılmış qara rəngli kapuşonlu gödəkçə; “Nissan Xtrail” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 03 ədəd avtomobil ayaqaltısı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (Vİ cild i.v. 1-38) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (V cild, i.v. 51-53) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (V cild, i.v. 74-77) Məhkəmənin xx.xx.2025-cü il tarixli, 1(101)-215/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 CM-in 318.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 CM-in 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barələrində olan cinayət təqibinə həmin hissələrdə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilənədək saxlanılmış, xx.xx.2022-ci il tarixdə Gürcüstanın səlahiyyətli nümayəndələrindən qəbul edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsini, zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3, 228.4, 318.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3, 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3, 228.4 318.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3, 228.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3-cü maddələri ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır, ağır və xüsusilə ağır cinayətlərdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qanunvericiliyin qeyd edilən maddəinə əsasən CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs1 isə CM-in 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyi gündən CM-in 75.1.1-ci maddəsində göstərilmiş iki il müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 bıçaq zərbələrini yalnız Təqsirləndirilən şəxs2 yetirməsi və s. ilə bağlı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü CM-in 120.2.1, 120.2.5, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 bıçaq zərbələrini endirərkən Təqsirləndirilən şəxs1 etiraz edib mane olmağa çalışması, Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə öldürməməsi, Nizami rayonu, 8-ci km adlanan ərazidə Zərərçəkmiş şəxs1 öldürməməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs2 cinayəti birgə törətdiklərini etiraf edərək Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiklərini təkzib etmiş və hadisələri xronoloji ardıcıllıqla təsvir etmişdir. Eyni zamanda, həm Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında olan, həm də Zərərçəkmiş şəxs1 iş yerinin müşahidə kameralarının görüntülərinə baxış zamanı Təqsirləndirilən şəxs2 ifadəsinin həqiqətə uyğun olduğu, olduqları məkanları və vaxtları düzgün qeyd etdiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs1 öldürdükdən sonra bir ədəd qadın çantasını, həmin çantada olan evdə saxlanıldığını güman etdikləri məbləği ələ keçirtmək, yəni tamah məqsədilə zərərçəkmişin yaşadığı evin açarını və dəyəri 1.500 (bir min beş yüz) manat olan “İphone pro max 12” markalı mobil telefonunu götürərək Təqsirləndirilən şəxs1la birgə ələ keçirmələri Təqsirləndirilən şəxs2 cinayəti tamah məqsədi ilə, quldurluqla əlaqədar törətməməsinə dair ifadələrini təkzib edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. X16 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd olunan Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. X16 15-ci bəndinə əsasən, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi –ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Həmçinin bu hal da qeyd edilməlidir ki, xuliqanlıq niyyətilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. X16 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.12, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-in 127.2.3, 221.3-cü maddələrinə münasibətdə), ona qarşı heç bir şikayət və tələbin olmamasını, babasının müharibə veteranı olmasını, bacısının İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 59.1.10, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik göstərməsi, məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli isə saxlanıldığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətlərinə daxil edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. CM-in 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 56.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş, 01 ədəd qara rəngli açılıb-qatlanan bıçaq, Zərərçəkmiş şəxs1 məxsus “İphone” markalı mobil telefonun qutusu, 01 ədəd qara rəngli kapuşonlu nazik gödəkçə, 01 cüt qara rəngli qadın çəkməsi, 01 cüt corabı, 02 ədəd alt qadın tumanı, 01 ədəd büstqalter, 01 ədəd qara rəngli qısa qadın koftası, 01 ədəd yaşıl rəngli şalvar, 01 ədəd göy rəngli tüklü boyunluğu olan qadın gödəkçəsi, hadisə yerindən götürülmüş 01 ədəd qara rəngli kəmər parçası (çanta tutacağı) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara gödəkçə, 01 ədəd belində kəməri olan qara rəngli cins şalvar, bir cüt qara rəngli idman ayaqqabısı, hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli yun materialdan olan poliver və bir cüt qara rəngli corabı hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd iç boyun etiketində “XQY fashion style” sözləri yazılmış tünd-yaşıl rəngli gödəkçə, 01 ədəd parça materialdan olan qara rəngli kapuşonlu gödəkçə, 01 ədəd iç boyun etiketində “AMİSU” sözləri yazılmış qara rəngli kapuşonlu gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, “Nissan Xtrail” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 03 ədəd avtomobil ayaqaltısı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid2 qaytarılmalı, müşahidə kameralarının görüntüləri olan 2 ədəd disk və ifadənin yerində yoxlanılması istintaq hərəkəti olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilər “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 200 saat, “Güvən” Vəkil Bürosunun vəkili X4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 28 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 200 saat, “Güvən” Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 200 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 1200 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Güvən” Vəkil Bürosunun vəkili X7 üçün 480 manat, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 168 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3, 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə, azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə Təqsirləndirilən şəxs1 cəza təyin olunmasın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 1 (bir) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 1 (bir) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış: Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş, 01 ədəd qara rəngli açılıb-qatlanan bıçaq, Zərərçəkmiş şəxs1 məxsus “İphone” markalı mobil telefonun qutusu, 01 ədəd qara rəngli kapuşonlu nazik gödəkçə, 01 cüt qara rəngli qadın çəkməsi, 01 cüt corabı, 02 ədəd alt qadın tumanı, 01 ədəd büstqalter, 01 ədəd qara rəngli qısa qadın koftası, 01 ədəd yaşıl rəngli şalvar, 01 ədəd göy rəngli tüklü boyunluğu olan qadın gödəkçəsi, hadisə yerindən götürülmüş 01 ədəd qara rəngli kəmər parçası (çanta tutacağı) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd qara gödəkçə, 01 ədəd belində kəməri olan qara rəngli cins şalvar, bir cüt qara rəngli idman ayaqqabısı, hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli yun materialdan olan poliver və bir cüt qara rəngli corabı hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd iç boyun etiketində “XQY fashion style” sözləri yazılmış tünd-yaşıl rəngli gödəkçə, 01 ədəd parça materialdan olan qara rəngli kapuşonlu gödəkçə, 01 ədəd iç boyun etiketində “AMİSU” sözləri yazılmış qara rəngli kapuşonlu gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. “Nissan Xtrail” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 03 ədəd avtomobil ayaqaltısı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid2 qaytarılsın. Müşahidə kameralarının görüntüləri olan 2 ədəd disk və ifadənin yerində yoxlanılması istintaq hərəkəti olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 200 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 1200 (min iki yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 80 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Güvən” Vəkil Bürosunun vəkili X7 üçün 480 (dörd yüz səksən) manat, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Anar Sadıqov