Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2151/2024 20.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X12 (sədrlik edən), X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-583/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışları Şahid3, Şahid4 və Şahid6 ilə bir qrup şəxs halında birləşib, ictimai yer hesab olunan Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyasının dəmir yolunun 5-ci km piket 9 mənzilinə gələrək bir neçə gün əvvəl Zərərçəkmiş şəxs2 ona ad gününü təbrik etməməsinə görə irad bildirməsini bəhanə edib sonuncu ilə birlikdə gələn şəxslərlə aralarında yaranmış qarşılıqlı dalaşma zamanı zərərçəkmiş şəxslərin və ətrafda olan digər şəxslərin timsalında özünü qeyri-müəyyən şəxslərin şüurunda müstəsna şəxsiyyət olduğunu göstərmək üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib ətrafdakı şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs5 zor tətbiq edərək, onun qəsdən sifət nahiyəsindən kəllə ilə bir dəfə vurmuş, bundan sonra üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı turist bıçağından silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs2 qəsdən bel nahiyəsindən iki dəfə vuraraq, ona bel nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran və döş qəfəsinin arxa səthinin sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri, bundan sonra xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs3 qəsdən döş qəfəsindən bir dəfə vuraraq, ona döş qəfəsin sağ-yan səthinin plevra boşluğuna nüfuz edən, hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi və sağdan V qabırğanın sınığı ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri, bundan sonra xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs4 qəsdən qarın nahiyəsindən bir dəfə vuraraq, ona qarm nahiyəsinin sol-yan səthinin periton boşluğuna nüfuz edən, mədəaltı vəzin və köndələn çənbər bağırsağın yaralanması ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri, bundan sonra Zərərçəkmiş şəxs1 sol qoltuq nahiyəsindən qəsdən iki dəfə vurmaqla, ona sol bazunun iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, bundan sonra Zərərçəkmiş şəxs6 sol diz nahiyəsindən qəsdən bir dəfə vurmaqla, ona sol diz oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yaranın izi olan çapığı ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə iki şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, dava-dalaş etdiyi şəxslərdən Zərərçəkmiş şəxs2 uzun müddətdir tanımış və onunla aralarında münasibətlər normal olmuşdur. Hadisə baş verməmişdən 5-10 gün əvvəl Zərərçəkmiş şəxs2 doğum günü olmuşdur. “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs2 ona mesaj yazaraq niyə təbrik etmədiyini soruşmuşdur. O isə cavabında başının dərslərə qarışıq olduğundan onu təbrik edə bilmədiyini bildirmişdir. Daha sonra Əli onun “İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabına mesajla yazaraq onun sonuncuya “yuxarıdan aşağı baxdığını” demiş və onun sözünə bütöv adam olmadığını bildirmişdir. O isə cavabında Zərərçəkmiş şəxs2 həmin sözləri üzünə deyə biləciyini soruşduqda Zərərçəkmiş şəxs2 lazım gələrsə üzünə deyə biləcəyini demişdir. Bundan sonra 27 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 hazırlıqdan çıxdıqdan sonra ona mobil telefonla zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Montin ərazisində “Mürəbbə” kafesinə dəvət etmiş və aralarında olan məsələni aydınlaşdırmaq istəmişdir. Həmin hadisədən 1 gün əvvəl xx.xx.2023-cü il tarixdə yaxın dostu olan Şahid4 evinə getmişlər. Şahid4 evində olan zaman dəstəyi qəhvəyi rəngli bir bıçaq diqqətini cəlb etmiş, Əlidən bıçağı bir günlüyə istəmiş və sonuncu həmin bıçağı ona vermiş, bıçağı götürməkdə məqsədi ona baxıb qaytarmaq olmuşdur. Şahid4 həmin bıçağın evin ümumi istifadəsində olan bıçaq olduğunu demişdir. 27 noyabr 2023-cü il tarixində hazırlıqdan çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş və onu yenidən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Mürəbbə” kafesinə dəvət etmiş, o, sonuncuya axşam vaxtı həmin yerə gələ biləcəyini demişdir. Həmin gün Zərərçəkmiş şəxs2 sonra onun dostu Şahid2 ona zəng edərək axşam tərəfi Zərərçəkmiş şəxs2la aralarında söz-söhbətin sakitləşdirilməsi üçün onu Bakı şəhəri, Nərimanov rayonu, “Mürəbbə” çay evinə dəvət etmiş, həmçinin onların bir neçə nəfər olacaqlarını, onun da özü ilə bir-iki nəfər adam gətirməsini demişdir. Yaxın dostu və sinif yoldaşı olan Şahid4 evinə gedərək bu barədə ona danışmış, Əli onunla getməyə razılaşmışdır. Onlar sonra Şahid3 axtarmağa başlamış və yaxın ərazidə playstation oyun aparatında oyun oynayan Fuada bu barədə deyəndə, sonuncu onlarla getməyə razı olmuş, lakin o, hər iki dostuna dava-dalaşın olacağı barədə heç nə deməmişdir. Hər ehtimala qarşı Şahid4 götürdüyü bıçaq üzərində olmuş, amma onu dava-dalaş zamanı hər-hansı istifadə üçün üzərində götürməmişdir. Hər üçü həmin çay evinə gedərkən təsadüfən Şahid3 tanışı Şahid6 görmüş və söhbət əsnasında Abdulla da onlarla “Mürəbbə” kafesinə çay içməyə getməyə razılaşmışdır. Abdulla taksi sifariş etdikdən sonra dördü birlikdə Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət mərkəzinə gəlmiş və orada olan zaman Şahid2 zəng edərək, harada olmağı barədə soruşmuş, o isə Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət mərkəzinin yaxınlığında olduqlarını demişdir. Raul onlara yolu dedikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmiryolu stansiyasına tərəf getmişlər. Orada bir yerdə Zərərçəkmiş şəxs2, Şahid2 və onun dostlarını gözləmişlər. Bu barədə zəng edərək Raula bildirmişdir. Təxmini saat 22 radələrində, gözlədikləri yerdə olan zaman Zərərçəkmiş şəxs2, Şahid5, Şahid2 və sonradan adlarım Elton, Nihat, Tamerlan və qara çolkalı ortaboy olan sonradan adını “Qara” ləqəbi ilə tanınan Zərərçəkmiş şəxs5 adlı kimi bildiyi şəxs hadisə yerinə gəlmişlər. Həmin şəxslərin yanlarında çoxlu adamlar olmuşdur. Onları tanımamışdır. Təxmini 15-20 nəfər olmuşlar. Həmin şəxslər onları dəmiryol xəttinin üzərində əhatəyə alaraq söhbətə başlamışlar. Qabaqda özü dayanmışdır. Ondan arxada isə dostları olmuşdur. Şahid6 qarşı tərəfdən olan şəxslər gələnə kimi artıq hadisə yerini qaçaraq tərk etmişdir. Qarşı tərəfdən isə onunla üzbəüz dayanan Zərərçəkmiş şəxs2, Şahid5, Raul və Zərərçəkmiş şəxs5 dayanmışdır. Arxadan isə Tamerlan və Elton adlı şəxs dayanmışdır. Zərərçəkmiş şəxs2la söhbətə başlamış, Əli yenə də söhbətə başlayan zaman onu nəyə görə ad gününü təbrik etmədiyini soruşmuşdur. O isə cavabında yenidən Əliyə demişdir ki, hazırlıqlar və məktəb dərsləri başını qatdığından ad günü yadından çıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs5 kimi bildiyi “Qara” deyilən şəxs kütlənin içərisindən qəflətən çıxaraq “məni vura bilərsən deyə” ona müraciət etmiş və onun sinə nahiyəsindən yumruqla itələmişdir. O, başı ilə sonuncunun sifətinə zərbə endirmiş və qarışıqlıq düşmüş, dava başlamışdır. O, Şahid5 cibindən bıçaq çıxardığını görüb qorxmuş və özü də Şahid4 götürdüyü bıçağı çıxartmışdır. Zərərçəkmiş şəxs2 həmin vaxt qarşısında yerdə yıxılı vəziyyətdə olduğundan, onun bel nahiyəsindən bıçaqla iki dəfə zərbə endirmiş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt kimsə arxadan kürək nahiyəsindən təpiklə ona zərbə endirmiş və arxaya dönən zaman Elton adlı şəxsin onun üzərinə gəldiyini görmüşdür. Eltonla tutaşan zaman sonuncu ona fənd işlədərək yerə yıxılaraq Eltonun altına düşmüş və həmin vaxt açıq vəziyyətdə olan bıçaqla sonuncunun bədəninə bir dəfə zərbə endirmişdir. Tamerlan ona yaxınlaşaraq bıçağı onun əlindən almaq istəyən zaman ayağı durub qaçmağa başlamış və ayağa duran zaman dostu Şahid4 ayağından bıçaq xəsarəti aldığını görmüş, amma onu kimin vurduğunu bilməmişdir. Daha sonra hadisə yerindən qaçmaq istədiyi zaman görmüşdür ki, Zərərçəkmiş şəxs1 əlində daş arxasınca gəlir. Həmin vaxt bıçaqla onun qoltuq nahiyəsindən 2 dəfə bıçaqla zərbə endirmişdir. Tamerlan onu vurduqdan sonra geri qaçmışdır. Həmin vaxt Şahid4 da götürüb oradan uzaqlaşmaq istəmişdir. Lakin küçədə olan zaman görmüşdür ki, Şahid5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və digərləri arxalarmca gəlirlər. Həmin vaxt arxadan kimsə onun sifət nahiyəsindən kimsə təpiklə zərbə endirmişdir. Amma kimin vurduğunu görməmişdir. Oradan birtəhər uzaqlaşaraq taksiyə minib Yasamal rayonunda yerləşən “Xarı Bülbül” çay evinə gəlmişlər. Yolda olan zaman Şahid4 ayağında bıçaq xəsarəti olduğunu görmüşdür. Bu barədə ondan soruşan zaman demişdir ki, qara çolkalı adını Zərərçəkmiş şəxs5 kimi bildiyi şəxs ayağından bıçaqla vurmuşdur. Çay evinə çatdıqları zaman Şahid3 qardaşı Emil və onun dostu Bəhrəm adlı şəxs onları qarşılamışlar. Çay evindən aptekdən bint və yod alaraq Şahid4 ayağına sarğı qoymuşlar. Orada olan zaman Şahid3 demişdir ki, onu yerə yıxaraq 5-6 nəfər yerdə təpik və yumruqla zərbə endirmişlər. Çayxanda olan zaman Bəhrəm adlı şəxs üzərində olan açılıb-qatlanan bıçağı gizlətmək üçün almışdır. Sonradan onu nə etdiyi barədə məlumatları olmamışdır. Daha sonrakı hadisələr barəsində valideynləri polisə məlumat vermişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əlini və Nihadı o vurmamış və kimin vurduğundan da xəbərsiz olmuşdur. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə saat 20 radələrində valideynindən icazə alaraq yaxınlıqda yerləşən “Mürəbbə” çay evinə getmişdir. Həmin vaxt ora getməyində məqsəd oturub çay içmək olmuşdur. Ora getdikləri zaman eyni məktəbdə oxduqları Elton, İbrahim, Raul və Nihat çayxanada olmuşlar. Nihat və Şahid5 eyni masada, Zərərçəkmiş şəxs2, Raul, İbrahim, Elton və o isə digər masada əyləşmişlər. Çayxanada olan şəxslərin hamısını şəxsən tanımış və onlarlıa eyni məktəbdə oxumuşdur. Çay içdikləri zaman Raulun mobil telefonuna zəng gəlmiş, lakin zəngi kimin etdiyini bilməmişdir. Raulla danışan şəxs ona nəsə dedikdən sonra hamısı çayxananı tərk etmiş, əvvəlcə Zərərçəkmiş şəxs2 və Raul, sonra isə onlar çay evindən çıxıb Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmiryolu stansiyasının ərazisinə getmişlər. Həmin yerə çatdıqları zaman dəmiryol xəttinin yanında təxminən 10 nəfərə yaxın şəxs olmuş, o, Eltonla dəmiryol xəttindən sol tərəfdə arxada dayanmışlar. Raula zəng edən sonradan adının “Mirfuad” olduğunu bildiyi şəxs Zərərçəkmiş şəxs2la üzbəüz dayanmış və qəfildən onların arasında dava-dalaş başlamış və Mirfuad onlar tərəfdən mübahisəyə gələn “qara” ləqəbli Zərərçəkmiş şəxs5 sifət nahiyəsindən zərbə endirmişdir. Dava zamanı Mirfuad əlində olan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs2 bel nahiyəsindən xəsarət yetirmiş, daha sonra onun yanında olan Eltonun üzərinə gəlmişdir. Elton onu fənd ilə yerə yıxmış və həmin vaxt altda olan Mirfuad əlindəki bıçaq ilə Eltonu bıçaqla vurmuşdur. O, Mirfuadın əlindəki bıçağı almaq istəyən zaman ovuc nahiyəsindən xəsarət almışdır. Mirfuad isə yerdən qalxıb, qaçmağa başlamış, o da Mirfuadın dalınca qaçmışdır. Mirfuad geri qayıdaraq əlində tutduğu bıçaqla onun qoltuq nahiyəsindən 2 dəfə zərbə endirmişdir. O, ancaq Eltona köməkliyi düşünmüş və onu birtəhər ayağa qaldıraraq yaxınlıqdakı Nərimanov rayonu X18 Stansiyası Şöbəsinə aparmışdır. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Sonda təqsirləndirilən şəxs aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə hadisə baş verməmişdən təxminən bir ay əvvəl Mirfuad ona bazar günlərinin birində qonaqlıq verəcəyinə söz vermişdir. Hadisədən təxminən 3-4 gün əvvəl Mirfuada zəng edib ona qonaqlıq söz verdiyini demiş və buna əməl etməməsinin səbəbini soruşmuşdur. Mirfuad onun bu sözünə əsəbləşərək, ona “sən kimsən ki məndən səhv tutursan, səninlə görüşəcəm” deyərək danışığı bitirmişdir. 26 noyabr 2023-cü il tarixdə Mirfuad ona “instagram” sosial şəbəkəsindən səsli mesaj göndərərək “səninlə yaxınlarda görüşəcəyik” demişdir. 27 noyabr 2023-cü il tarixdə tanışı Raul ilə Nərimanov rayonunda yerləşən “Metropark”da görüşüb, “Mürəbbə” çay evinə getmiş və çay evində Raulun dostları Eltonu, Nihatı, Tamerlanı, sonuncuların digər adını bilmədiyi dostları olmuşdur. Həmin ərəfədə Mirfuad ona zəng edərək harada olduğunu soruşduqda, sonuncuya Nərimanov rayonunda yerləşən “Mürəbbə” çay evində çay içdiklərini bildirmiş və Mirfuada oraya gəlməsini təklif etmiş, Raul isə telefonundan Mirfuada olduqları yerin məkanını göndərmişdir. Bir qədər sonra Raul ona Mirfuadın zəng edib, onları çayxananın yaxınlığında yerləşən X19 üzərinə çağırdığını demişdir. O, Raul ilə çay evindən çıxıb Mirfuadın dediyi yerə gedən vaxt çayxanada digər masada əyələşən Elton, Nihat, Tamerlan və “Qara” ləqəbi ilə tanınan Zərərçəkmiş şəxs5, onların yanında olan adını bilmədiyi dostları da onların “söhbətə” getdiklərini başa düşüb arxalarnca gəlmişlər. Dəmir yolunun üzərində olan vaxt Mirfuadın və onun yanında olan adını bilmədiyi, dəqiq xatırlamadığı 2 və ya 3 nəfər şəxsin orada olduğunu görmüşdür. Həmin şəxsləri tanımamış və üzlərini ilk dəfə görmüşdür. Mirfuad ona yaxınlaşmış və aralarında söz mübahisəsi başlamışdır. Mübahisə zamanı Dəniz Təqsirləndirilən şəxs sinəsindən yumruqla itələmiş, Mirfuad isə kəllə ilə onun sifət nahiyəsinə zərbə endirmiş, onların arxasından köməyə gələn uşaqlarla Mirfuad və onun yanında olan şəxslər arasında dava başlamışdır. Dava zamanı Mirfuad əlində tutduğu bıçaqla onun bel nahiyəsindən 2 dəfə zərbə endirmiş və o, zərbədən sonra yerə yıxılmışdır. Həmin vaxt görmüşdür ki, uşaqlar dağılışaraq hərəsi bir tərəfə getmişlər. O, özü də birtəhər ayağa qalxıb yola çıxaraq tanımadığı taksiyə əyləşib yaşadığı evə getmişdir. 28 noyabr 2023-cü il tarixdə səhər saatlarında aldığı xəsarətə görə qanın dayanınadığını görüb 1 saylı Klinik tibb mərkəzinə müraciət etmişdir. Həmin hadisədə Elton, Nihat və Tamerlan da bıçaq xəsarətləri almış və hadisə təxminən 5-6 dəqiqə davam etmiş, orada Mirfuad və onun adını bilmədiyi və xatırlamadığı 2 və 3 dostu, Elton, Nihat, Tamerlan, Dəniz və onların yanında olan adını bilmədiyi tanışları olmuşdur. Ona xəsarət yetirən şəxsin Mirfuad olduğunu dəqiq görmüş və keçirilən tanınma istintaq hərəkəti zamanı Mirfuadı tam dəqiqliklə göstərərək tanımışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Tamerlan və Nihadı kimi vurduğunu gösməmişdir. Sonda təqsirləndirilən şəxs aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə evdə olarkən dostu Şahid5 ona zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Kosmosun binası deyilən yerdə “Mürəbbə” çay evində çay içməyi təklif etmişdir. O, Əlinin təklifi ilə razılaşmış, saat təxmini 20 radələrində Əli ilə çay evində çay içməyə başlamışdır. Çay evində olan zaman digər stolda əvvələr tanıdığı Elton, Zərərçəkmiş şəxs2 və Raul da oturub çay içmiş, sonradan həmin stola Tamerlan da çay evinə daxil olaraq Zərərçəkmiş şəxs2la birlikdə əyləşmiş, digər stolda oturan uşaqları çoxdan tanımış və onlarla birlikdə orta məktəbdə oxumuşdur. Şahid5lə birlikdə oturub çay içiərkən, qəfildən Zərərçəkmiş şəxs2 və Şahid2 stoldan ayağa qalxmış və sonuncu “İnstagram” sosial şəbəkəsində “Yasamal” uşaqları ilə aralarında sözsöhbət yarandığını, məsələni həll etməkdən ötrü yaxınlıqdakı Keşlə dəmiryol stansiyası tərəfə gedəcəklərini demişdir. O və Şahid5 Zərərçəkmiş şəxs2 təklifini gözləmədən onlarla birlikdə hadisə yerinə getmiş, qabaqda Şahid5, o və Zərərçəkmiş şəxs2, arxada isə Elton, Raul, Tamerlan, onların arxasınca isə İbrahim, Mehdi, Məhəmməd, Məzahir, “Qara” ləqəbli Zərərçəkmiş şəxs5, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan digər şəxslər gəlmişlər. Hadisə yerinə çatan zaman qarşı tərəfdən 4 nəfər şəxs artıq hadisə yerində olmuş və sonradan həmin şəxslərdən biri hadisə yerini tərk etmişdir. Hadisə yerində onlar özlərini təqdim etmiş və adları Mirfuad, Fuad, Əli olmuş, dördüncü şəxsin isə adı tam yadında qalmamışdır. Mirfuad və Şahid4 ilə onlar tərəfdən hadisə yerinə gələn Zərərçəkmiş şəxs2la mübahisə etməyə başlamış və mübahisənin səbəbi sosial şəbəkədə hər iki şəxsin aralarında söz-söhbətin yaranması olmuşdur. Mübahisə gedən zaman Mirfuad üzərində bıçaq olmağını xatırlatmış və qəfildən dava- dalaş başlamış, kimsə onun boynunun arxasından yumruq zərbəsi endirmiş və qaranlıq olduğundan həmin şəxsi görməmişdir. Daha sonra qarşı tərəfdən Şahid3 yerə yıxılmış vəziyyətdə olduğunu görmüş və o, Zərərçəkmiş şəxs5 onlar tərəfdən olan digər şəxslərlə birlikdə Fuadı təpik və yumruqla belindən vurmuşdur. Əlbəyaxa olan zaman Şahid5 qışqıraraq qarşı tərəfdən kimdəsə bıçaq olduğunu demiş və həmin vaxt bədənində arxa bel sağ nahiyəsindən istilik olduğunu hiss etmişdir. Birinci kiminsə onu yumruqla vurduğunu zənn etmiş, arxaya dönən zaman isə ona çox yaxın məsafədə Mirfuadın əlində qəhvəyi rəngli açılıb-qatlanan bıçaq tutduğunu görmüşdür. Daha sonra kimsə Eltonun bıçaqla vurulduğunu demişdir. O sinəsində göynəmə hiss etmiş və magistral yola tərəf addımlamağa başlamışdır. Yolda olan zaman əlini sinəsinə atan zaman qan gəldiyini görmüşdürr. Yoldan keçən zaman şəxslər ona köməklik edərək Nərimanov rayonu, TTY şöbəsinə aparmışlar. Dava-dalaş 6- 7 dəqiqə ərzində başa çatmışdır. Mirfuadın onu bıçaq vurduğunu görməsə də, onun arxasında əlində bıçaq Mirfuad olmuş və Mirfuaddan başqa, Yasamal rayonundan gələn şəxslərdə bıçaq görməmişdir. Sonda təqsirləndirilən şəxs aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə evdə olarkən dostu İbrahim ona zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Kosmosun binası deyilən yerdə “Mürəbbə” çay evində oturub çay içməyi təklif etmiş və onlar birlikdə saat 20 radələrində çay evinə getmişlər. Həmin vaxt çay evində dostları Zərərçəkmiş şəxs3, Şahid5 və digər şəxslər olmuş, az sonra oraya Zərərçəkmiş şəxs2 və Şahid2 də gəlmişdir. O, İbrahim, Məhəmməd Əlixanlı, Zərərçəkmiş şəxs1lə eyni stolda oturmuş, digər stolda isə “Qara” ləqəbli Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Şahid2, Zərərçəkmiş şəxs3, Mehdi Tağıyev və Şahid5 olmuşdur. Çay içib söhbət edərkən qəfildən Şahid2 onlara “Yasamal uşaqları ilə söhbətimiz düşüb, gedək məsələni aydınlaşdıraq” demişdir. Adı çəkilən şəxslərin hamısı stoldan ayağa qalxaraq Nərimanov rayonu, Keşlə dəmiryolu stansiyasına getmiş və oraya çatanda Raul və Zərərçəkmiş şəxs2 söhbətə çağıran adları ona məlum olmayan şəxslər dəmiryol xəttinin üzərində dayandıqlarını görmüşdür. Zərərçəkmiş şəxs2 digər tərəfdən gələn şəxslə söhbət etməyə başlamış və söhbət aparan şəxs iri cüssəli şəxs olmuş, amma onun adını bilməmişdir. O, Tamerlanla gülə-gülə qıraqda söhbət etmiş və həmin şəxslərlə onlar arasında məsafə təxminən 15-20 metr olmuşdur. Hündür boylu, iri cüssəli şəxs onlar tərəfdən söhbətə gələn Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə kəllə ilə zərbə endirmiş və onlar arasında dava başlamışlar. Həmin vaxt sonradan adının “Mirfuad” olduğunu bildiyi şəxs onun və Tamerlanın üzərinə hücum etmiş və ona yaxınlaşana 3-4 metr qalmış cibindən bıçaq çıxarmışdır. O, özünü müdafiə etmək məqsədi ilə Mirfuadı fənd işlədərək yerə yıxmış və yerdə olan zaman Mirfuad əlində tutduğu bıçaqla ona zərbə endirmişdir. Tamerlan isə Mirfuadın əlindən bıçağı almaq istəyərkən, ovuc nahiyəsindən xəsarət almışdır. Bundan sonra Mirfuad onun üzərindən duraraq qaçmağa başlamış, Tamerlan isə onun dalınca getmişdir. Hadisə yerində olan Məhəmməd ona köməklik edərək X18 stansiyasına aparmış, yolun yarısında olarkən İbrahim ona köməklik etmişdir. Onlar tərəfdən yalnız Zərərçəkmiş şəxs5 bıçaq olduğunu görmüş və çay evində olarkən Dəniz onlara bıçağı göstərmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət almasını dəqiqliklə görməmişdir. Baş vermiş dava-dalaş zamanı ona və Tamerlana xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Sonda təqsirləndirilən şəxs aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2023cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nərimanov rayonu “Mürəbbə” çay evinə getmək istəmiş, bu zaman dostu Məzahiri yığaraq ora gəlməyini xahiş etmiş, Məzahirlə mobil telefonda danışan zaman Bakı şəhəri, Nərimanov rayonu, Mürəbbə çay evində gəlmişlər. Məzahirlə “Mürəbbə” çay evində olan zaman orada hələ heç kim olmamışdır. Sonradan Arif, Şahid5, Nicat da ora gəlmişlər. Birlikdə oturub çay, domino oynamışlar. Az sonra Elton və onun yanında Məhəmməd digər dostları ilə çayxanaya daxil olmuş, Elton və onun yanında olan dostları ilə birlikdə oturaraq söhbət etmişlər. Həmin vaxt onlarla birlikdə onun digər dostları Zərərçəkmiş şəxs2, Raul və Tamerlan da ora gəlmişlər. Çayxanada olan zaman onlarla görüşərək oturub çay içməyə başlamışlar. Daha sonra Raul adında olan oğlan stoldakı oturan adamlara yaxınlaşaraq yaxmıqlıqda yerləşən “Keşlə” dəmiryolu xəttinin üzərində mübahisə olacağını bildirmiş və hamını oraya dəvət etmişdir. Stolda olan adamlar bir-bir stolu tərk etməyə başlamışlar. O, Nicat, Arif və Fərid, Məzahir stolda qalmışlar. Qalan şəxslər Keşlə dəmir yolu stansiyasına getdiklərini bildirmişlər. Amma hansı səbəbdən getdiklərini bildirməmişlər. Sonradan stoldan duraraq dəmiryolu stansiyasına tərəf getmişlər. Həmin vaxt sonradan adını bildiyi Yasamal rayonundan gələn Mirfuad adlı şəxs Şahid2 ilə üzbəüz dayanaraq söhbət etmişlər. Daha sonra söhbət zamanı Raul ona demişdir ki, Mirfuad ona ’’Montin qəsəbəsində onun qabağına heç kim çıxa bilməz” deyə bildirmişdir. Onunla Mirfuad arasında mübahisə qızışmağa başlamış, Mirfuada demişdir ki, “belə bir ifadə demisən”, Mirfuad isə cavabında təsdiq edərək belə ifadə deməsini təsdiqləmişdir. Mirfuadın qabağına keçərək onu vura biləcəyini deyən zaman, Mirfuad qəflətən kəllə ilə onun sifət nahiyəsindən zərbə endirmişdir. Həmin vaxt kütlələr arasında dava-dalaş başlamışdır. Mirfuadgil 3 nəfər olmuşlar. Davanın qızışan vaxtı Mirfuad cibindən bıçaq çıxardaraq onların üstünə gəlməyə başlamışdır. Elton həmin vaxt Mirfuada fənd işlədərək onu yerə yıxmışdır. Mirfuad isə əlindəki bıçaqla yerdə olan zaman ona zərbə endirmişdir. Daha sonra Tamerlan Eltona kömək istəyən zaman onun qolundan zərbə endirmişdir. O isə əvvəlcədən kirayədə yaşadığı evdə özü ilə birlikdə götürdüyü dəstəyi qara rəngli, mətbəx bıçağı ilə sonradan adını Şahid4 kimi bildiyi şəxsə sol bud nahiyəsindən bıçaqla bir dəfə zərbə endirmişdir. Zərbə endirdikdən sonra Mirfuad və Şahid4, həmçinin sonradan adını bildiyi Şahid3 qaçmağa başlamışlar. Onlar da sonuncuların dalınca qaçmışlar. Daha sonra həmin şəxslər gözdən itmişlər. Küçədə olan zaman aralarında yüngül dava-dalaş davam etmişdir. Eltonun yaralandığını görüb onu X18 stansiyasına aparmışlar. Daha sonra Nihadın yaralandığını görüb onu xəstəxanaya aparmışlar. Hadisə zamanı özü dodaq nahiyəsindən xəsarət almışdır. Stolda onlarla oturan şəxslərdən kimdəsə bıçaq olduğunu görməmişdir. Həmçinin qarşı tərəfdə də Mirfuad və Şahid4 bıçaq olduğunu görmüşdür. Qarşıda olan şəxsləri tanımır. Onların üzünü birinci dəfədir ki, görmüşdür. Sonradan tanınma istintaq hərəkəti zamanı Mirfuadı tanıyaraq göstərmişdir. Baş vermiş hadisə təxminən 5,6 dəqiqə davam etmiş, orada Elton, Nihat, Tamerlan və yuxarıda adlarını çəkdiyi tanışları olmuşdur. Qarşı tərəfdə olan şəxsləri tanımır. Sonradan adını Mirfuad kimi bilmişdir. Hadisə zamanı dodaq nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı sonradan Elton, Nihat, Tamerlan bıçaq xəsarətləri almışdır. Zərərçəkmiş şəxs2 bıçaqla vurulduğunu görməmişdir. Hadisə zamanı Elton və Tamerlana bıçaq xəsarətini Mirfuad yetirmişdir. Nihad və Zərərçəkmiş şəxs2 kimin bıçaq xəsarət yetirdiyini görməmişdir. Hadisə zamanı o, Şahid4 bıçaqla xəsarət yetirmişdir. Həmin bıçağı kirayədə qaldığı evdən götürmüş, hadisədən sonra dəmir yolu relsinin qırağına atmışdır. Onlar tərəfində bıçaq başqa heç kimdə olmamışdır. Sonda təqsirləndirilən şəxs aralarında barışıq əldə etdiklərini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi Qanuni nümayəndə7 məhkəməyə ünvanladığı 12 oktyabr 2024-cü il tarixli teleqramında təqsirləndirilən şəxs qarşı şikayətçi olmadıqlarını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 cinayət işinin materiallarında olan izahatını təsdiq etdiklərini bildirmişlər. Cinayət işinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2023cü il tarixdə saat 20 radələrində evdə olan zaman Nicat Kərimov ona zəng edərək Bakı şəhəri Nərimanov rayonu Mürəbbə çay evinə getmək istədiyi demiş və onun da ora gəlməyini xahiş etmişdir. O isə Nicata xəstə olduğunu deyərək gedə bilməyəcəyini demişdir. Nicatın təkidlərindən sonra çay evinə getməyi qərara almışdır. Nicatla “Mürəbbə” çay evinə getmişlər. Çay evinə girən zaman görmüşlər ki, Şahid5, Dəniz, Arif, Məzahir, Məhəmməd, Elton və Zərərçəkmiş şəxs3 da orada olmuşlar. Həmin vaxt onlarla birlikdə onun digər dostları Zərərçəkmiş şəxs2, Raul və Tamerlan da ora gəlmişlər. Çayxanaya olan zaman onlarla görüşmüşlər. Oturub çay içməyə başlamışlar. Daha sonra Raul adında olan oğlan stoldakı oturan adamlara yaxınlaşaraq yaxınlıqda yerləşən “Keşlə” dəmiryolu xəttinin üzərində mübahisə olacağını bildirmiş və hamını oraya dəvət etmişdir. Raulu tanımamış, birinci dəfədir ki, görmüşdür. Stolda olan adamlar bir-bir stolu tərk etməyə başlamışlar. Zərərçəkmiş şəxs5, Arif və Fərid stolda qalmışlar. Qalan şəxslər Keşlə dəmir yolu stansiyasına getdiklərini bildirmişlər. Amma hansı səbəbdən getdiklərini bildirməmişlər. Amma nəsə hiss olunmuşdur ki, problemli məsələ var. Zərərçəkmiş şəxs4 onların oturduqları stola yaxınlaşaraq onlara “Keşlə” dərmiyolu stansiyasına tərəf getməyi və orada dava-dalaş olacağını demişdir. Stoldan duraraq ora getmişlər. Hadisə yerinə çatdıqları zaman həmin vaxt sonradan adını bildiyi Yasamal rayonundan gələn Mirfuad adlı şəxslə Şahid2 üzbəüz dayanaraq söhbət etmişlər. Daha sonra söhbət zamanı Zərərçəkmiş şəxs5 qəflətən danışıqlara müdaxilə etmişdir. Dənizlə Mirfuad arasında mübahisə qızışmağa başlamışdır. Qıraqdan baxdığından mübahisənin nəyin üstündə baş verdiyini bilməmişdir. X11 kəllə ilə zərbə endirmişdir. Bu zaman tərəflər bir-birilərinə girməyə başlamışlar. O da dava-dalaşa qoşularaq üzərinə iri cüssəli şəxsin gəldiyini görüb özünü qorumaq məqsədi ilə yumruqla həmin şəxsə üz nahiyəsindən zərbə endirmişdir. Daha sonra onu yerə yıxmış, yerə yıxandan sonra yerdə olan zaman təpiklə onun sifətindən zərbə endirmişdir. Qəflətən görmüşdür ki, əlində bıçaq olan sonradan Mirfuad kimi bildiyi şəxs onun üzərinə gələrək sol ayağına zərbə endirmək istəmişdir. Lakin tez geri çəkildiyindən bıçaq sol ayağını yüngül sürtmüş, lakin qan gəlməmişdir. Onu vurandan sonra Mirfuad qaçaraq kütlənin arasına girmiş və gözdən itmişdir. Hadisə zamanı ona Mirfuaddan başqa heç kəs xəsarət yetirməmiş və dava vaxtı yalnız Mirfuadda bıçaq görmüşdür. Sonradan ayağının xəsarət alan hissəsini atasının mobil telefonu vasitəsi ilə çəkib Arifə atmış, amma öz mobil telefonu olmadığından həmin fotoşəklin silinibsilinmədiyini bilməmişdir. Tanınmaya təqdim edilən zaman onu vuran şəxsin Mirfuad olduğunu dəqiqliklə göstərmiş və qaranlıq olduğundan Mirfuadın əlindəki bıçağın rəngini görməmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 ildir ki, tanıyır. Onunla Bakı şəhəri, Yasamal rayonu ərazisində parkda gəzərkən təsadüfən tanış olmuşdur. Mirfuadla aralarında münasibətlər həmişə normal olmuşdur. Aralarında heç bir dava-dalaş problem olmamışdır. Məlum hadisə baş verməzdən təxmini olaraq 2-3 gün əvvəl Mirfuadın doğum günü olmuşdur. Mirfuadla doğum gününü qeyd etmişlər. Mirfuadın doğum günündə Şahid4, o və Mirfuadın tanımadığı digər dostları iştirak etmişlər. xx.xx.2023-cü il tarixində hazırlıqdan çıxıb Playstation oyun aparatında oyun oynayarkən Mirfuad Şahid4 ilə birlikdə onun yanına gəlmişdir. Mirfuad ona demişdir ki, dostu Zərərçəkmiş şəxs2la mobil telefonunda aralarında yaranan yüngül söz-söhbət olmuşdur. Çay süfrəsi arxasında bu məsələni sakitliklə yoluna qoymaq istəyirlər. Buna görə də onu Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Mürəbbə” çay evinə dəvət etmişdir. O, Şahid4, Təqsirləndirilən şəxs həmin yerə getmişlər. Həmin yerə gedərkən Şahid6 təsadüfən görmüşlər. Abdulla öz mobil telefonu ilə taksi sifariş etmişdir. Elə bir vəziyyət yaranmışdır ki, Abdulla da onlarla çay evinə getməli olmuşdur. Dördü Bakı şəhəri, Nərimanov rayonu, “Mürəbbə” çay evinə yaxınlaşan zaman Zərərçəkmiş şəxs2la Mirfuad mobil telefonda əlaqə saxlamışdır. Ona çay evinə yaxınlaşdıqlarını bildirmişdir. Lakin, çay evinə getməmişlər. Zərərçəkmiş şəxs2 Mirfuada mobil telefonda bildirmişdir ki, yaxın ərazidə onları gözləsinlər. Zərərçəkmiş şəxs2 və dostlarını Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Dəmiryolu stansiyası yanında dəmiryolu xəttinin üzərində gözləmişlər. Həmin vaxt Mirfuadın üzərində bıçaq olduğunu görmüşdür. Lakin bıçağı kimdən əldə etdiyini görməmişdir. Mirfuad bıçağı şalvarın üzərinə salmışdır. Onun üzərində heçnə olmamışdır. Həmçinin, Şahid4 üzərində heçnə görməmişdir. Az müddət sonra Zərərçəkmiş şəxs2 və onun dostları gəlmişlər. Onlar təxmini 15-20 nəfər olardılar. Onlardan heç kəsi tanımamışdır. Həmin vaxt 3 nəfər olmuşlar. Şahid6 Zərərçəkmiş şəxs2 və onun dostları gələnə kimi artıq hadisə yerindən qaçıb çıxıb getmişdir. X19 üzərində aralarında söhbət başlamışdır. Zərərçəkmiş şəxs2 Mirfuada demişdir ki, “sən mənim ad günümü niyə təbrik etməmisən”. Mirfuad isə ona cavabında demişdir ki, bu barədə yadından çıxmışdır. Daha sonra onların aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman adını sonradan Zərərçəkmiş şəxs5 kimi bildiyi “qara” ləqəbli şəxs Mirfuada qəflətən “məni vura bilərsən” deyə sual ünvanlamışdır. Mirfuad isə buna lüzum olmadığını demiş və gülərək cavab vermişdir. Zərərçəkmiş şəxs5 isə “məni vurmaymm” deyərək söyüşlə ona cavab vermişdir. Bu zaman Mirfuad Zərərçəkmiş şəxs5 kəllə ilə zərbə endirmiş və kütlə bir-birinə girmişdir. Sonradan Şahid5lə tutaşmağa başlamışlar. Həmin vaxt Şahid5 ona yumruqla zərbə endirmişdir. O da cavab zərbəsi olaraq ona təpik vurmuşdur. İlkin istintaqda verdiyi kimi sarı kurtkalı, uzunboy olan, iri cüssəli şəxs onu arxadan tutaraq yerə yıxmaq istəmiş, lakin ona imkan verməmişdir. Lakin arxadan 2-3 nəfər köməkliyi ilə onu yerə yıxmışlar və yerdə təpik, yumruq zərbələri endirməyə başlamışlar. Həmin şəxslərin kim olduğunu görməmişdir. Çünki əlini üzünə tutaraq müdafiə olunmuşdur. Daha sonra yerdə olan zaman hiss etmişdir ki, kütlə artıq dağılmağa başlayır. Ayağa duran zaman Şahid4 və Təqsirləndirilən şəxs ətrafda yoxdur. Onların dalınca qaçan zaman görmüşdür ki, yolun qırağı ilə gedirlər. Onlara çatanda görmüşdür ki, arxalarınca bir qrup həmin şəxslər gəlirlər. Birtəhər oradan çıxıb uzaqlaşmışlar. Yolda gedən zaman görmüşdür ki, Şahid4 ayağından qan gəlir. O demişdir ki, dava-dalaşda iştirak edən şəxslərdən “qara” ləqəbli Zərərçəkmiş şəxs5 ona bıçaqla ayağından zərbə endirmişdir. Daha sonra Təqsirləndirilən şəxs demişdir ki, 3 nəfərə bıçaqla xəsarət yetirmiş, həmin şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olmuş, lakin Mirfuad həmin bıçağı harda əldə etdiyi barədə bildirməmişdir. Davadan sonra Bakı şəhəri, Yasamal rayonu, Xarı Bülbül çay evinə getmişlər. Həmin vaxt qardaşı Emil və onun dostu Bəhram orada olmuşdur. Hadisəni ətraflı şəkildə onlara danışmışlar. Mirfuadın üzərində olan açılıb-qatlanan dəstəyi qəhvəyi rəngli bıçağı Bəhram götürmüşdür. O isə aptekdən bint, yod, spirt alaraq Şahid4 ayağına çay evinin içərisində ilkin tibbi yardım göstərmişlər və daha sonra evə getmişlər. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu və sinif yoldaşı Mirfuadın ad günü olmuş, sonuncu onlara gələndə evdə evin istifadəsində olan qəhvəyi rəngli açılıb-qatlanan bıçağı görüb həmin bıçağı ondan bir günlüyə istəyərək götürmüşdür. Sabahısı günü, yəni xx.xx.2023-cü il tarixdə evdə olmuş, Mirfuad onun yaşadığı evə gələrək bayıra çağırmış, ona tanışı və keçmiş sinif yoldaşı Zərərçəkmiş şəxs2 onu Bakı şəhəri, Nərimanov rayonuna çay içməyə dəvət etdiyini demişdir. Aralarında mübahisə yaranması barədə ona heç nə deməmişdir. Tanışları olan Şahid3 yanına getmiş və Fuad həmin vaxt oyun aparatında oyun oynamışdır. Bu barədə ona danışmışlar və belə qərara gəlmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Mürəbbə çay evinə getsinlər. Yolda gedərkən təsadüfən tanışları olan Şahid6lə rastlaşmışlar. Vəziyyət elə yaranmışdır ki, Abdulla da onlarla çay evinə gedəsi olmuşdur. Aradan təxminən 5-7 dəqiqə keçmiş taksi gəlmiş, o, Mirfuad, Fuad və Abdulla taksiyə minərək Zərərçəkmiş şəxs2 dəvəti ilə söhbət etmək üçün çay evinə getmişlər. Mirfuad Zərərçəkmiş şəxs2 zəng etmiş, Əli ona Keşlə dəmiryolu stansiyasının qatar yolunun yanındakı çayxanaya çay içmək üçün dəvət etmişdi. Piyada Əlinin dediyi yerə getmişlər, dəmir yolunun yanında Əlini gözləməyə başlamışlar. Həmin vaxta kimi söhbətdən nə baş verdiyini tam olaraq bilməmişdir. Lakin Mirfuad bu barədə onlara heçnə deməmişdir. Həmin vaxt Mirfuadın üzərində bıçaq olduğundan xəbəri olmamışdır. Təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs2 yanında təxminən 10-15 nəfər adamla ora gəlmişlər. Həmin şəxslərdən heç kimi tanımamışdır. Həmin şəxslər onları X19 üzərində əhatəyə alaraq söhbətə başlamışlar. Həmin vaxt artıq Abdulla aradan qaçıb çıxıb getmişdir. Artıq anlamışdır ki, nəsə dava-dalaş baş verəcəkdir. Mirfuad Zərərçəkmiş şəxs2la üzbəüz gələrək söhbətə başlamışlar. Zərərçəkmiş şəxs2 Mirfuada demişdir ki,”sən mənim ad günümü niyə təbrik etməmisən”. Mirfuad isə ona cavabında demişdir ki, onun ad gününü yaddan çıxarmışdır. Daha sonra onların aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman adını sonradan Zərərçəkmiş şəxs5 kimi bildiyi “qara” ləqəbli şəxs Mirfuada qəflətən “məni vura bilərsən” deyə sual ünvanlamışdır. Mirfuad isə buna lüzum olmadığını demiş və gülərək cavab vermişdir. Zərərçəkmiş şəxs5 isə “məni vurmaymm” deyərək söyüşlə ona cavab vermişdir. Bu zaman Mirfuad Zərərçəkmiş şəxs5 kəllə ilə zərbə endirmiş və kütlə bir-birinə girmişdir. Ağ papaqlı uzunqol kofta geyinən sonradan ona videogörüntüdə təqdim edilmiş həmin şəxsi tanımışdır. Onu arxadan yerə yıxan sonradan adını Zərərçəkmiş şəxs1 kimi bildiyi şəxs olmuşdur. Həmin şəxs onu arxadan tutaraq yerə yıxmış, digərləri isə onu yerdə təpikləmişlər. Əlləri ilə sifət nahiyəsini tutduğundan orda kimlərin necə vurduğunu görə bilməmişdir. Bıçaqlacanağmdan ehtiyat edərək onu yerə yıxan oğlanın paltarından yapışıb ayağa qalmış və oradan qaçmaq üçün onu kənara itələmişdir. Bu vaxt sonradan adını Zərərçəkmiş şəxs5 bıçaqla onun sol bud nahiyəsindən bir dəfə zərbə endirmişdir. Daha sonra Mirfuadla geri çəkilməyə başlamış, digər dostu Fuad isə həmin şəxsləri qorxuzmaqdan ötrü yerdən daş götürmüş, amma onlara tərəf atmamışdır. Daha sonra oradan birtəhər aralaşıb taksiyə minib Bakı şəhəri, Yasamal rayonu, Xarı Bülbül çay evinə getmişlər. Onun ayağındakı yaraya çay evində bintlə sarğı qoymuşlar. Həmin vaxt çay evində Şahid3 qardaşı Emil və onun dostu Bəhram olmuş, onlara hadisə barəsində demişlər. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı evdən bir qədər aralıda yerləşən «Mürəbbə» kafesinə dostları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Elton Məsimov bir stolda əyləşmişlər, tanıdığı uşaqlardan «Qara» ləqəbi ilə tanıdığı Zərərçəkmiş şəxs5, Əli və Raul isə yan masada əyləşmişlər. Onlar Tamerlanla söhbət etməyə başlamışlar, həmin vaxt Zərərçəkmiş şəxs5lə domino oynamışdır. Tamerlan, Raul, Əli, Elton, Dəniz və Nihadm birlikdə çölə çıxdıqlarını görüb o da sonuncuların araxasmca çıxmış, onlara yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Raul ona demişdir ki, «Gəliblər söhbət var ora gedirik», o da sonuncularla birlikdə getmişdir. Təxminən 200- 300 metr gedərək Bağırov körpüsünün üstü ilə gedən dəmir yoluna gəlmişlər. Təxminən 10 nəfərə yaxın oğlan olmuşlar. Görmüşdür ki, onları dəmir yolunda 4 nəfər oğlan gözləyir. Həmin şəxslərlə görüşmüşlər, onlarla gedən Əli adlı şəxs sonradan adını bildiyi Mirfuad ilə söhbət etməyə başlamışdır. Mirfuad uca səslə «Mən bıçaqla istədiyim yerə girib istədiyim hərəkəti edə bilərəm» dediyini eşitmişdir. Bundan sonra «Qara» ləqəbi ilə çağırdıqları Zərərçəkmiş şəxs5, onun yanına gəlib uca səslə «Məni vura bilərsən?» demişdir. Həmin vaxt qarşı tərəfdən gələn Fuad adlı şəxslə sülh istiqamətində söhbət etmişlər. Mirfuadın kəllə ilə Dənizi vurduğunu görmüşdür. Bundan dərhal sonra onunla söhbət edən Fuad ona hücum edərək ona yumruq təpik zərbələri endirməyə başlamışdır. O da öz növbəsində onu yumruq və təpiklə vuraraq dalaşmağa başlamışdır. Kənardan kimsə yumruqla Fuadı vurub yerə yıxmış, onu yerdə təpikləməyə başlamışlar. Fuad yerdən duraraq onunla gəlmiş uşaqların biri ilə qaçmağa başlamışdır. Qarşı tərəfdən gələn uşaqların hansmdansa yerə düşmüş bıçağı götürüb onların arxaları ilə getmişdir. Təxminən 20-30 metr onların arxasınca getmişdir ki, arxadan onların uşaqlardan hansısa qışqıraraq Eltonun bıçaqlandığını bildirdiyinə görə yoldan geri qayıtmışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə dostu Hüseynlə “PlayStation”a getmişlər. Həmin vaxt orada sıxlıq olmuşdur. Həm də Şahid3 orada olduğundan oranı tərk etmişdir. Az müddət sonra yenidən Hüseynlə ora getmişlər. Həmin vaxt Şahid3 öz dostları ilə oranı tərk etmişdir. Fuad və dostları onlarla görüşüb çıxıb getmişlər. Playstationa oyun yerinə girmək istəyən zaman Fuad, Mirfuad və Şahid4 geri qayıtmışlar. Mirfuadı tanısa da, yaxın münasibəti olmamışdır. Şahid3 ona yaxınlaşaraq “üzərində əgər pul varsa Nərimanov rayonuna getməliyik” deyə bildirmişdir. O isə sonunuya cavabında demişdir ki, üzərində pul yoxdur, amma ki, “Bolt” taksi xidmətindən kart hesabında pul olmadığı zaman birinci dəfə istifadə etdikdə, borc kimi yazılır. Onun təklifi ilə razılaşmışlar. Amma getdiyi yer barədə və nə üçün getdiyini bilməmişdir. Taksini çağırdıqdan sonra Yeni Yasamal tərəfdən “Günəş” Petroldan aşağıda dayanmışlar. Taksi həmin ünvandan götürmüş, arxada oturmaq istəyən zaman Fuad ona demişdir ki, “Abdulla sən keç qabaqda əyləş”. Avtomobilin qabaq salonunda oturmuş, arxa tərəfdə isə Şahid4, Mirfuad və Fuad əyləşmişdir. Taksi onları Bakı şəhəri, Nərimanov rayonu, metronun çıxış hissəsində saxlamışdır. Oradan düşdükdən sonra Mirfuada zəng gəlmişdir. Mirfuada zəng edən şəxsin kim olduğunu bilməmişdir. Amma həmin şəxs mobil telefonda onları Bakı şəhəri, Nərimanov rayonu, Mürəbbə çay evinə dəvət etmişdir. Lakin çay evinə getməmiş, istiqaməti Bakı şəhəri Nərimanov rayonu, Keşlə stansiyasına tərəf dəmir yol xəttinin üzərinə götürmüşlər. X19 üzərində dayanan zaman Mirfuad mobil telefonda olan şəxslərə yığaraq onları dəmir yol xəttinin üzərinə gözlədiklərini bildirmişdir. Mirfuad, Fuad və Şahid4 qarşı tərəfi gözlədikləri zaman Mirfuad cibindən bıçaq çıxararaq onlara göstərmiş və Fuadgilin üzərinə qışqıraraq “hazırlıq olun” deyə bildirmişdir. Mirfuadın gözlədikləri adamlar ora gələrkən onların say üstünlüyünü görüb qorxmuş və hadisə yerini tərk edərək, taksi sifariş edib evə gəlmişdir. Həmin vaxt orada baş verən dava-dalaşdan xəbəri olmamış, həmçinin bıçaqlanan və xəsarət alan şəxsləri görməmişdir. Evə gələn zaman taksidə olan zaman Mirfuad onu mobil telefonda yığaraq nəyə görə qaçdığını soruşmuş, o isə qorxduğu üçün hadisə yerini tərk etdiyini demiş, sonuncu isə cavabında ona əcəb etdiyini demişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 26 noyabr 2023-cü il tarixdə Əli ona zəng edib Mirfuad ilə mübahisəsinin olduğunu, Mirfuadın onu söhbətə çağırdığını bildirmiş, o isə Əliyə Mirfuadla danışacağını demişdir. 27 noyabr 2023-cü il tarixdə Mirfuad ilə əlaqə saxlayıb ona demişdir ki, “biz hamımız dostuq, Əli ilə mübahisə etməyin ayıbdır”. Mirfuad isə bildirmişdir ki, “Əli ilə görüşəsi olsam sənə xəbər edəcəm”. 27 noyabr 2023-cü il tarixdə saat 20 radələrində hazırlıqdan çıxıb Nərimanov rayonunda yaşayan dayısıgilə gedən vaxt tanışı Əli ona zəng etmiş və görüşmələrini bildirmişdir. O, Əli ilə Nərimanov rayonunda yerləşən “Metropark”da görüşmüş və birlikdə Nərimanov rayonunda yerləşən “Mürəbbə” çay evinə getmişlər. Çay evinə daxil olan zaman orada digər dostları Elton, Nihat, Tamerlan və onların yanında olan adını bilmədiyi 3,4 nəfər şəxslər də olmuşdur. O və Əli digər dostlarının masasının yaxınlığında əyləşmişlər. Həmin vaxt Mirfuad ona zəng edərək harada olduğunu soruşmuş, ona “Mürəbbə” çay evində olduğunu bildirmişdir. Bundan sonra Mirfuad ondan olduğu yerin məkanını göndərməsini istəmişdir. O da Mirfuada olduğu yerin məkanını göndərmişdir. Bundan təxminən 30 dəqiqə sonra Mirfuad ona zəng edib, yüksək tonla əsəbi şəkildə həmin çay evinin yaxınlığında yerləşən X19 üzərində olduğunu, onu və Əlini həmin yerə gözlədiyini bildirmişdir. O və Əli Mirfuadın qeyd etdiyi yerə gedən zaman digər dostları Elton, Nihat Tamerlan və onların yanında olan adını bilmədiyi şəxslər də məsələni başa düşüb arxalarınca gəlmişlər. Hadisə baş verən yerə çatan zaman Mirfuad və iki nəfər adını bilmədiyi digər dostlarını orada görmüşlər. Bu zaman Əli ilə Mirfuad mübahisə etməyə başlamış, mübahisə zamanı Mirfuad anidən onların onlardan adını bilmədiyi şəxslərdən birini kəllə ilə vurmuşdur. Bundan sonra dava düşmüş və onu qarşı tərəfdə olan tanımadığı şəxslərdən biri yumruqla qarın nahiyəsindən vurmuşdur. O isə cavab zərbəsi olaraq təpiklə həmin şəxsi vurmuşdur. Bu zaman kimsə yüksək tonla qışqıraraq qarşı tərəfin əlində bıçaq olduğunu demiş və o, oradan qaçaraq uzaqlaşmışdır. Bundan təxminən 5 dəqiqə sonra Nihat ona zəng edərək bıçaqlandığmı bildirmiş və onu xəstəxanaya çatdırmağını istəmişdir. O da hadisə yerinin yaxınlığına gələrək Nihatm yerdə qanlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o və adını bilmədiyi tanışları ilə birlikdə Nihatı yaxınlıqda yerləşən X18 stasiyasına çatdırmışlar. Bundan sonra oradan uzaqlaşıb dayısının yaşadığı evə getmişdir. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmiş, orada Mirfuad və onun adını bilmədiyi 2 nəfər dostu, Elton, Nihat, Tamerlan və onların adını bilmədiyi tanışları olmuşdur. Hadisədə Elton, Nihat və Tamerlan bıçaq xəsarətləri almış, lakin onlara bıçaq xəsarətini kimin yetirdiyini görməmiş, çünki kimsə qışqıraraq bıçaq olduğunu deyən zaman oradan qaçıb getmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid3 tanımış və sonuncunun qardaşı Emil onun yaxın dostudur. 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən Xarı Bülbül çay evində oturub çay içərkən Şahid4 Fuadın qardaşı Emili yığaraq Nərimanov rayonunda qrup halında dava-dalaşda iştirak etdiklərini bildirmişdir. Emil taksi ilə onların oturduqları məkana gəlməyini demiş və təxmini 30 dəqiqə sonra Mirfuad, Fuad və Şahid4 çay evinə gəlmiş, Əli həmin vaxt axsamışdır. Ondan bu barədə soruşan zaman Şahid4 Bakı şəhəri, Nərimanov rayonunda qrup halında dava-dalaş etdiklərini və ayağından bıçaq xəsarəti aldığını demiş, lakin xəsarəti ona kimin yetirməsi barədə məlumat verməmişdir. Mirfuad onun özünün də 3-4 nəfərə şəxsən xəsarət yetirdiyini bildirmişdir. Daha sonra Mirfuad üzərindən bıçaq çıxardaraq stolun üzərinə qoymuşdur. Bu barədə dərhal ona demişlər ki, ailə üzvlərinə və polisə məlumat versin, amma Mirfuad onların dediklərinə heç bir əhəmiyyət verməmişdir. Şahid3 aptekə gedərək oradan bint, perekis və yara bantı almış və Əlinin sol budundakı bıçaq yarasını sarımışlar. O, stolun üzərindəki bıçağı götürərək zibil yeşiklərinin yanına atmaq istəmiş, lakin sonradan fikrindən daşınaraq bıçağı polisə təhvil vermək qərarına gəlmişdir. Sabahısı gün bu barədə Şahid3 atası Dayandura zəng edərək məlumat vermişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs ilə aralarında videoçəkilişlə keçirilən üzləşdirmə zamanı istintaqa verdiyi ifadəsində göstərdiyi halları sonuncunun üzünə qarşı deyərək, ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, 27 noyabr 2023-cü il tarixdə üzərində gəzdirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq, onlara xəsarət yetirməsi ilə bağlı ifadəsində qeyd etdiyi halları hadisə yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi, Keşlə dəmir yolu stansiyasının ərazisində əyani göstərərək, ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməsini əks etdirən videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilərkən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə4, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi X3 iştirak edirlər. Üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyir, sonuncu isə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 bıçaq xəsarəti yetirsə də, Zərərçəkmiş şəxs3 həmin bıçaqla xəsarət yetirmədiyini göstərir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Nəsimi rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 1692 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər bel nahiyəsinin 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin), döş qəfəsinin arxa səthinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; döş qəfəsinin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Nəsimi rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 1691 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazunun 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər: dərəcəsinə görə ümumilikdə və ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Nəsimi rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 1787 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət döş qəfəsinin sağ-yan səthinin plevra boşluğuna nüfuz edən, hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi və sağdan V qabırğanın sınığı ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Nəsimi rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 1786 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarət - qarm nahiyəsinin sol-yan səthinin periton boşluğuna nüfuz edən, mədəaltı vəzin və köndələn çənbər bağırsağın yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Nəsimi rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 1779 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədən səthində aşkar olunmuş xəsarət - sol diz oynağı nahiyəsinin deşilmişkəsilmiş yaranın izi olan çapığı deşici-kəsici əşyanm(alətin) təsirindən müayinədən 1 aya qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs6 bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Binəqədi rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 294 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 15 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/111 ;3/122 nömrəli məhkəmə-ballistik və trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişən hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs3” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, sviterin, köynəyin, maykanın, üzərində “Zərərçəkmiş şəxs2” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin və üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Üzərində “Zərərçəkmiş şəxs3” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, sviterin, köynəyin, maykanın, üzərində “Zərərçəkmiş şəxs2” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin və üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthindəki “a” zədəsi və köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs3” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, sviterin, köynəyin, maykanın, üzərində “Zərərçəkmiş şəxs2” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin və üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthindəki “b” və “c” zədələri isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs3” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, sviterin, köynəyin, maykanın, üzərində “Zərərçəkmiş şəxs2” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin və üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin səthində olan zədələrin müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 Binəqədi rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 08 nömrəli əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət - döş qəfəsinin sağ-yan səthinin plevra boşluğuna nüfuz edən, hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi və sağdan V qabırğanın sınığı ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yara deşici-kəsici alət ilə yetirilmiş zərbə nəticəsində əmələ gəlmişdir; maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 682 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və onun hazırkı psixi vəziyyətinə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. X6 27 noyabr 2023-cü il tarixdə cinayət əməlini törədən zaman öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hazırda da hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillərin içərisindən hadisə zamanı ona xəsarət yetirən Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillərin içərisindən hadisə zamanı ona xəsarət yetirən Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillərin içərisindən hadisə zamanı ona xəsarət yetirən Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Zərərçəkmiş şəxs3 Anar oğluna tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillərin içərisindən hadisə zamanı ona xəsarət yetirən Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadə etdiyi bıçaq Zərərçəkmiş şəxs3 Anar oğluna tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs əlində olan bıçağı tanımışdır. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Zərərçəkmiş şəxs5 tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillərin içərisindən hadisə zamanı ona zor tətbiq edən Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Zərərçəkmiş şəxs6 tanınmaya təqdim edilmiş və sonuncu ona təqdim edilmiş fotoşəkillərin içərisindən hadisə zamanı ona bıçaqla xəsarət yetirən Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefonuna keçirilmiş baxışla bağlı tərtib olunmuş protokoldan görünür ki, telefonun Whatsapp mesajlaşma proqramında Şahid2 adı ilə qeydə alınmış +994 55 *** ** ** saylı mobil nömrə ilə aparılmış yazışmalarda Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə Şahid2 “Mən onsuz Əliynən görüşəcəm”, “tembole ravnı olmamaq temasm aydınlığın verər”, “Yasamalda gəlirik”, “saat yox gəlin baku elektronik tərəfə”, “hardasız qaqa metropoldayıq biz” məzmunlu mətnlər göndərməsi, həmçinin Şahid2 Təqsirləndirilən şəxs isə məkanı göstərən mesaj göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq tərəfimdən götürülməklə baxış keçirilmiş və bununla bağlı tərtib olunmuş protokoldan görünür ki, bıçaq açılıb-qatlanan konstruksiyalı olmaqla, tiyə və dəstək hissədən ibarətdir, bıçağın tiyəsi qəhvəyi rəngli, metal tərkiblidir, tiyənin bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri təsnifata görə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç bir xəsarət yetirməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin, zərər çəkmiş şəxslərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin məhkəmə xuliqanlıq cinayətinin obyektiv cəhətdən ifadə olunduğu xuliqanlıq əməlləri ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1ci, 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərər çəkmiş şəxslər və onların qanuni nümayəndələri ilə aralarında barışıq əldə etməsini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs X4 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 İsrafil qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi Qanuni nümayəndə7 məhkəmə ünvanladığı 12 oktyabr 2024-cü il tarixli teleqramın məzmununda görünür ki, təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi Qanuni nümayəndə6 məhkəmə ünvanladığı 24 oktyabr 2024-cü il tarixli teleqramın məzmununda görünür ki, təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi 336 nömrəli tam orta məktəbdən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə təhsilə başladığı ilk vaxtlarda sinif yoldaşları ilə münasibətlərində müəyyən problemlər yaransa da, sonradan bu hallar məktəb rəhbərliyinin, psixoloqun köməkliyi ilə aradan qaldırılmışdır. Cinayət işinin materiallarında olan Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi ünvan 4 ünvanında məskunlaşmışdı, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını və zərər çəkmiş şəxslər, onların qanuni nümayəndələri ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə nəzər alır ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hökmün çıxarıldığı tarixə yetkinlik yaşına çatsa da, hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlini törədərkən 18 yaşına çatmamışdı. Qüvvədə olan Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən, uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 42-ci maddəsinə əsasən, uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 11-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 126.2.1-ci və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi cəzanın məqsədinə xidmət etməklə sonuncunun islah və yenidən tərbiyə olunmasını təmin edəcək. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, törətdiyi cinayət əməllərindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslər, onların qanuni nümayəndələri ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 126.2.1-ci və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 12-ci bəndinə əsasən ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin barəsindən azadlıqdan məhrum etmə cəzası təyin olunduğundan barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-583/2023 saylı, 01 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikasİ Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikasİ Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan “Zərərçəkmiş şəxs3” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçə, sviter, köynək, mayka, Zərərçəkmiş şəxs3, üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçə, köynək Zərərçəkmiş şəxs4 və üzərində “Zərərçəkmiş şəxs2” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçə, köynək Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikasİ Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs 01 ədəd “Redmi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 27 (iyirmi yeddi) iş saatı üçün 162 (yüz altmış iki) manat məbləğində vəsait «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «MBM» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 126.2.1-ci, 126.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan “Zərərçəkmiş şəxs3” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçə, sviter, köynək və mayka Zərərçəkmiş şəxs3, üzərində “Zərərçəkmiş şəxs4” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçə və köynək Zərərçəkmiş şəxs4 və üzərində “Zərərçəkmiş şəxs2” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçə və köynək Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 27 (iyirmi yeddi) iş saatı üçün 162 (yüz altmış iki) manat məbləğində vəsait «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «MBM» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2151/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2151/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver