Məhkəmə qərarları › İş №1(101)-2152/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2152/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2152/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi- Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili İsrafilov X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2024-cü il tarixdə, saat 11:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə sinif yoldaşı Şahid2 ilə “İnstagram” sosial şəbəkəsində yazışarkən, Şahid2 sevgilisi Zərərçəkmiş şəxs həmin yazışmanı görüb, onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra Zərərçəkmiş şəxs aralarında yaranan mübahisəni davam etdirmək üçün Təqsirləndirilən şəxs həmin gün saat 17:40 radələrində ünvan 3 ünvanında yerləşən “R.M.Sadıqov adına” 136 nömrəli tam orta məktəbin yaxınlığındakı ictimai yer hesab olunan parka dəvət etmiş, aralarında yaranmış mübahisəyə görə Təqsirləndirilən şəxs orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq ona kəskin qanitirmə və hemorragik şokla müşayiət olunan fəqərəarası arterialların zədələnməsi, on iki barmaq bağırsağın arxa divarının zədələnməsi ilə nəticələnmiş sağ bel nahiyəsinin qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına AĞİR zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımaqla, hazırda aralarında hər hansı ədavət və düşmənçilik yoxdur. O, 25 aprel 2024-cü il tarixdə saat 16:00 radələrində sinif yoldaşı Şahid2 ilə “İnstagram” sosial şəbəkəsində danışarkən, Zərərçəkmiş şəxs ona həmin qızın, yəni Şahid2 “İnstagram” sosial şəbəkəsində olan hesabından yazıb kim olduğunu soruşmuş, o da Şahid2 sinif yoldaşı olduğunu söyləmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs onu 136 nömrəli tam orta məktəbin qarşısındakı parka çağırmışdır. O, özünü qorumaq məqsədi ilə yaşadığı evin mətbəxindən bıçaq götürərək məktəbin parkına getmiş, Zərərçəkmiş şəxs ona tək gələcəyini söyləsə də, sonuncunun dostları ilə gəldiyini görmüş, lakin o, tək olmuşdur. O, tək qalıb döyüləcəyindən qorxduğu üçün özü ilə gətirdiyi bıçağı Zərərçəkmiş şəxs ayağına vurmaq istəmiş, ancaq bıçaq sonuncunun kürək nahiyəsinə dəymişdir. Hadisədən dərhal sonra Zərərçəkmiş şəxs evinə getmiş, dostları oradan uzaqlaşmış, o da yaşadığı evə gəlmişdir. Daha sonra o, könüllü şəkildə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gedərək təslim olmuş, polis əməkdaşları da hadisə ilə bağlı atasına məlumat vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, Zərərçəkmiş şəxs oxuduğu məktəbdə görmədiyini, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək niyyətinin olmadığını, parkda görüşərkən havanın artıq qaraldığını, Zərərçəkmiş şəxs yanında dostlarının olduğunu, əvvəllər sonuncunu görmədiyini, “İnstagram” sosial şəbəkəsindəki fotoşəklinə görə tanıyıb yaxınlaşdığını, yaxınlaşdıqdan dərhal sonra bıçaqla sonuncun beh nahiyəsinə vurduğunu, hadisədən sonra hamısının evə qaçdığını, vurduqdan sonra bıçağın əlində qaldığını, hadisə ilə bağlı heç kimə demədiyini, Zərərçəkmiş şəxs səhhətinin vəziyyəti ilə bağlı polis bölməsində polis əməkdaşlarından maraqlandığını, onu parka Zərərçəkmiş şəxs çağırdığını, ilk olaraq Zərərçəkmiş şəxs söydüyünü, yeri Zərərçəkmiş şəxs müəyyən etdiyini, hər hansı səs-küyün yaşanmadığını, mübahisəni Zərərçəkmiş şəxs başlatdığını, Zərərçəkmiş şəxs dəfələrlə Şahid2 ilə dost kimi danışdığını desə də, inanmadığını, Zərərçəkmiş şəxs yalnız bel nahiyəsinə bıçaqla vurduğunu, çənə nahiyəsinə vurmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, imzaların ona məxsus olduğunu söylədi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında hazırda ədavət və düşmənçilik yoxdur. 25 aprel 2024-cü il tarixdə saat 17 radələrində Şahid2 ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışarkən, Şahid2 “İnstagram” sosial şəbəkəsində olan hesabına Təqsirləndirilən şəxs mesaj gəldiyini görüb dərhal həmin hesabdan Təqsirləndirilən şəxs yazmış, aralarında mübahisə yarandığından bir-birlərini söymüşlər. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs 136 nömrəli tam orta məktəbin parkına çağırmış, əvvəlcədən tək gəlmələrinə dair aralarında razılaşmışlar. O, həmin yerə tək getsə də, parkda təsadüfən dostlarını görmüş, orada oturacaqda əyləşən zaman anidən Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşıb kürək nahiyəsinə bıçaqla vurmuş, daha sonra ayağa qalxıb üzünü çevirərkən çənə nahiyəsinə bıçaq dəymişdir. Hadisədən sonra oradan uzaqlaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs parkda dostları ilə birgə əyləşdiyini, aralarında hər hansı danışıq olmadan anidən bıçaqla onu vurduğunu, bıçağın ucunun çənəsinə toxunduğunu, arxadan vurduğuna görə Təqsirləndirilən şəxs onu konkret olaraq nə ilə vurduğunu görmədiyini, dostlarının Təqsirləndirilən şəxs gördüyünü, Şahid1 da orada olduğunu, Təqsirləndirilən şəxs parka özünün dəvət etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, şikayətçi olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs dindirilərkən verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çənə nahiyəsinə qəsdən bıçaqla vurmadığını, Zərərçəkmiş şəxs kürək nahiyəsinə yalnız bir dəfə bıçaqla vurduğunu, sonuncunun çənə nahiyəsində hər hansı xəsarət yaranıb-yaranmamasından məlumatının olmadığını söylədi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sinif yoldaşı kimi tanımaqla, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə onun tanışıdır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onun “İnstagram” sosial şəbəkəsində olan hesabına “dostluq istəyi” göndərdikdə, Təqsirləndirilən şəxs sinif yoldaşı olduğundan qəbul etmişdir. Zərərçəkmiş şəxs isə başqa orta məktəbdə oxumuşdur. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onun “İnstagram” sosial şəbəkəsində olan hesabına mesaj yazdıqda bunu Zərərçəkmiş şəxs görmüş və sonuncu onun hesabından Təqsirləndirilən şəxs yazaraq mübahisə etmiş, bir-birlərini söymüş, söyüş söyməyə Zərərçəkmiş şəxs başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs onun hesabından çıxıb öz şəxsi “İnstagram” sosial şəbəkəsində olan hesabından Təqsirləndirilən şəxs yazmış, daha sonra baş verənlərdən məlumatı olmamışdır. Məhkəmədə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə onun dostudur. 25 aprel 2024-cü il tarixdə 136 nömrəli tam orta məktəbin yaxınlığındakı parkda olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşmış və onlar söhbət etməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs arxadan gəlib Zərərçəkmiş şəxs kürək nahiyəsinə 1 dəfə bıçaq zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, Təqsirləndirilən şəxs isə qaçaraq oradan uzaqlamış, o isə Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Zərərçəkmiş şəxs ilə parkda görüşməyi əvvəlcədən planlaşdırmadıqlarını, parkda oturarkən sonuncunun saat 17-18 radələrində gəldiyini, hadisə vaxtı ətrafda şəxslərin olduğunu, Zərərçəkmiş şəxs ilə yanbayan söhbət edərkən Təqsirləndirilən şəxs arxadan gəlib bıçaqla sonuncunu zərbə vurduğunu, səhv etmirsə həmin vaxt Tahir Adişlinin çənə nahiyəsinə də bıçaq dəydiyini, hadisədən sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşdığını, şokda olduğunu, hadisədən dərhal sonra Zərərçəkmiş şəxs arxasınca getdiyini, onun yanında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə Şahid1 dindirilərkən verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çənə və ya üz nahiyəsinə bıçaqla vurmadığını, Zərərçəkmiş şəxs kürək nahiyəsinə yalnız bir dəfə bıçaqla vurduğunu söylədi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 1019 nömrəli Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydə alınmış raportdan görünür ki, həmin tarixdə saat 17:44 radələrində Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzindən daxil olmuş məlumata görə Şahid1 106 saylı məktəbin yanında qırmızı rəngli “Fiat” markalı marşrut avotomobilindən düşən azyaşlı uşağın parkda olan azyaşlı uşağı bıçaqlayıb getməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli, 965 nömrəli Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydə alınmış raportdan görünür ki, həmin tarixdə saat 18:00 radələrində Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzindən daxil olmuş məlumata görə X4 xx.xx.2006-cı il təvəllüdü Zərərçəkmiş şəxs kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya müraciət etməsi barədə məlumat verilmişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə qanuni nümayəndə qismində tanınma barədə” qərardan görünür ki, Qanuni nümayəndə1 oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 11) xx.xx.2024-cü il tarixli “Cinayət işinin tövsif olunması barədə” qərardan görünür ki, həmin tarixdə əməl Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 33) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 36-37) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 6480 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 71) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2024-cü il tarixli, 458 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- kəskin qanitirmə və hemorragik şokla müşayiət olunan fəqərəarası arterialların zədələnməsi, on iki barmaq bağırsağın arxa divarının zədələnməsi ilə nəticələnmiş sağ bel nahiyəsinin qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin, bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun “X8” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. (Cild 1, iş vərəqə 74-76) xx.xx.2024-cü il tarixli “Götürmə haqqında” qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları (köynək və əşya) həmin tarixdə götürülmüşdür. (Cild 1, iş vərəqə 90-91) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 93) xx.xx.2024-cü il tarixdə “İfadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədilmə yeri və şəraiti barədə məlumat verilmişdir. (Cild 1, iş vərəqə 100-101) xx.xx.2024-cü il tarixdə “İfadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədilmə yeri və şəraiti barədə məlumat verilmişdir. (Cild 1, iş vərəqə 102-103) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 108-110) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 1383 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs inadkarlıq, söz götürməmək, hirslilik, öz üstünlüyünü nümayiş etdirməyə çalışmaq və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavrama, onların mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqə 111-113) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 1383 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. (psixi fəaliyyətin xaricə yönəlməsi) Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavrama, onların mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqə 115-116) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, atası Qanuni nümayəndə1 onun bütün xəstəxana xərclərini çəkdiyini, hal-hazırda tam sağlam vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 119) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2024-cü il tarixli, 314/MTKŞ-2024 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və qısaqol koftanın hər birinin arxa səthinin sağ yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində digər xarakterli hər hansı bir zədə aşkar edilmədi. Təqdim olunmuş bıçağın tiyəsinin ucu tam köndələn sındığından, müqayisəli müayinə məqsədilə Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində eksperimental zədələrin yetirilməsi mümkün deyil. Bununla belə, təqdim edilmiş paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin konstruktiv xüsusiyyətlərini, təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətlərini və tiyəsinin ölçülərini nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, onun bədən səthində olan xəsarət yerləşməsinə, sayına və xarakterinə görə üst-üstə düşür. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. (Cild 1, iş vərəqə 121-124) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2024-cü il tarixli, 432/MTBŞ-2024 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/İV (şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Oalfa, beta/İ-dır. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilən bıçaq üzərində olan maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A, B antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB/İV qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək və mayka tədqiqata yararsız vəziyyətdədir. (Cild 1, iş vərəqə 126-129) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işinin materiallarında olan ifadələr, ekspert rəyləri, ifadələrin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxsə məxsus köynək, mayka və 1 ədəd bıçaq sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 132-136) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməli xuliqanlıq niyyəti ilə törədildikdə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə m üşayiət olunduqda cinayət məsuliyyətini özündə ehtiva edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əməlinə görə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən 30 iyul 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs cüzi səbəb kimi bəhanə edərək, qısqanclıq zəminində, qəsdən qisas almaq məqsədilə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur.” Məhkəmə yekun qərar-ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”, 30 iyun 2008-ci il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”, 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.), belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Bundan başqa, həmin Plenum qərarında qeyd edilmişdir ki, 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı mübahisənin başlanmasının səbəbinin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə nalayiq ifadələr işlətməsi və onu mübahisəni davam etdirmək üçün 136 nömrəli məktəbin yaxınlığında olan parka dəvəti olması müəyyən edilmiş, zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətlərinədək təqsirləndirilən şəxsin hər hansı hüquqazidd əməli aşkarlanmamışdır. Təqsirləndirilən və zərərçəkmiş şəxslər arasında davam edən mübahisə olmuş, zorakılığa cüzi səbəb kimi bəhanə yaradılması müəyyən edilməmişdir. Əksinə məhkəmə qeyd etməyi zəruri bilir ki, qisas və ya qısqanclıq zəminində cinayətin törədildikdə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma kimi yox, Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulmuş əmələ görə ittiham irəli sürülməlidir. Müdafiə tərəfinin təqdim etdiyi 1 ədəd yaddaş qurğusundakı səs yazısı məhkəmə iclasında tədqiq edildikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir edib mübahisəni davam etdirmək üçün 136 nömrəli məktəbin yaxınlığında olan parka dəvət etməsi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs təşəbbüsü ilə deyil, Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə nalayiq ifadələr işlətməsi, təqsirləndirilən şəxsi mübahisəni davam etdirmək üçün parka dəvət etməsi bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Silah qismində istifadə olunan əşyalar dedikdə, sağlamlığa zərər vurmaq və digər qeyri-qanuni hərəkətlər etmək üçün istifadə edilə bilən, istər xüsusi hazırlanmış və ya düzəldilmiş, istərsə də adi təsərrüfat-məişət təyinatı olan və ya heç bir təyinatı olmayan predmetlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, həmin Məcəllənin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli Qanunu (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Göstərilən Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində başlanılmış hüquqazidd hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, Təqsirləndirilən şəxs ictimai yer hesab edilən parkda, çoxlu insanların olduğu yerdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək zoraki hərəkət etmək üçün zərərçəkmiş şəxsə yaxınlaşmış, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirərək silah qismində istifadə edilən bıçaqla zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə bir halı qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs əlində olan bıçağın onun çənə nahiyəsinə də bir dəfə dəydiyini bildirsə də, Təqsirləndirilən şəxs belə bir halın baş vermədiyini, zərərçəkmiş şəxsin çənə nahiyəsinə bıçaqla qəsdən vurmadığını söyləmişdir. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2024-cü il tarixli, 458 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəninin yalnız sağ bel nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş yara aşkarlanmış, bədənində digər xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 74-76) Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan, eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” Plenum qərarının 35 və 64-cü bəndlərinə görə, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün CPM-in 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmiş, onun əməli həmin hissədə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə düzgün ittiham irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, üç ildən səkkiz ilədək, 221.3-cü maddəsinə əsasən isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəməyə təqdim edilməklə, məhkəmə iclasında elan olunmuş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət, tələb və iddiası yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12-59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə elan edilməklə tədqiq olunmuş Bakı şəhəri üzrə Təhsil İdarəsinin R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin məktəbdə oxumaqla, müsbət xarakterizə edilmişdir. Məhkəmədə elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 72) Məhkəmə Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. “Aze-MİS” Elektron Məhkəmə Sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü olmaqla, cinayət törədərkən, yəni 25 aprel 2024-cü il tarixdə on dörd yaşı tamam olmuş şəxsdir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq plenum qərarına əsasən, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtləri (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.), zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət məsuliiyətinə cəlb edilməsini, əvvəllər məhkumluğunun olmamasını nəzərə alır və bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəzasını real çəkmədən də islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq plenum qərarına görə, yetkinlik yaşına çatmayanlar barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən, məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun davranışı üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şübhəli şəxs qismində tutma haqqında” qərar və protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-175/2024 nömrəli qərarına əsasən, əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 22; 23; 49-58) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hökmün elan edildiyi vaxta, yəni 04 noyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət cəza təyin edilərkən hesablanmamalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və ekspertiza xərci yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Maddi sübutları saxlama yerində saxlanılan bir ədəd kofta və köynək zərərçəkmiş şəxs X3 qaytarılmalı, 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, xüsusi müsadiə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak, maddi sübut və digər məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin. Bir ədəd kofta və bir ədəd köynək zərərçəkmiş şəxs X3 qaytarılsın. İş üzrə məhkəmə məsrəflərinin, mülki iddianın, xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar