Məhkəmə qərarları › İş №1(101)-2153/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2153/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2153/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X5 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 avqust 1978-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,491 qram çəkidə narkotik vasitə olan heroini 25 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 22 may 2023-cü il tarixdə saat 11:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilib üzərinə həmin gün saat 12:20-də şəxsi axtarış və götürmə keçirilən zaman çiynindən asılmış vəziyyətdə olan qırmızı rəngli, üzərində qız şəkilləri olan, kənar hissələri gümüşü rəngli qadın çantasının içindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 2,491 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs A z ə r b a y c a n R e s p u b l i k a s ı C M - n i n 2 3 4 . 1 - 1 - c i m a d d ə s i i l ə e l a n o l u n m u ş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun mərhum həyat yoldaşı n a r k o t i k v a s i t ə l ə r i n a l u d ə ç i s i o l m u ş , e l ə n a r k o t i k v a s i t ə l ə r i n t ə s i r i n ə t i c ə s i n d ə d ə ö l m ü ş d ü r. O d a n a r k o t i k v a s i t ə l ə r i n q ə b u l u n a m ə r h u m h ə y a t y o l d a ş ı n ı n v a s i t ə s i i l ə b a ş l a m ı ş d ı r. H ə y a t yoldaşı vəfat etdikdən sonra o, narkotik vasitələrdən uzaq durmağa çalışsa da, bədənində a ğ r ı l a r o l d u ğ u n d a n m ə c b u r o l u b n a r k o t i k v a s i t ə o l a n h e r o i n d ə n i s t i f a d ə e t m i ş d i r. N a r k o t i k v a s i t ə d ə n i s t i f a d ə e t d i k d ə o n u n a ğ r ı l a r ı s a k i t l ə ş d i y i ü ç ü n i s t i f a d ə e t m ə y ə d a v a m e t m i ş d i r. Ç ü n k i o , ö v l a d l a r ı n a t ə k b a x m ı ş , o n l a r a b a x m a q ü ç ü n i s ə i ş l ə m ə k m ə c b u r i y y ə t i n d ə n d i r. B ə d ə n i n d ə a ğ r ı l a r o l d u ğ u h a l d a i s ə h ə r h a n s ı b i r i ş l ə m ə ş ğ u l o l a b i l m ə m i ş d i r. B u s ə b ə b d ə n d ə n a r k o t i k v a s i t ə l ə r d ə n i s t i f a d ə e t m ə k m ə c b u r i y y ə t i n d ə q a l m ı ş d ı r. Ö v l a d l a r ı n d a n ə l a v ə , x ə s t ə v ə q o c a a n a s ı n a d a o b a x ı r. O , n a r k o m a n x ə s t ə o l m a q d a n b a ş q a , h e ç b i r q a n u n s u z əməllə məşğul olmamış, əgər elə biri olsaydı on ildir bir yerdə i ş l ə y i r, onu işdə s a x l a m a z d ı r l a r. P o l i s ə m ə k d a ş l a r ı o n u n n a r k o m a n x ə s t ə o l d u ğ u n u b i l m i ş , o n u s a x l a y a r a q p o l i s b ö l m ə s i n ə a p a r m ı ş v ə ü z ə r i n d ə n n a r k o t i k v a s i t ə a ş k a r o l u n m u ş d u r. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 4 ildir ki, narkotik vasitədən istifadə etməyə başlamışdır, gün ərzində bir dəfə qəbul etmiş, müvəqqəti saxlama yerində olduğu müddətdə ağrılar çəkmiş, lakin narkotik vasitədən istifadə etmədiyi üçün artıq narkotik vasitələrdən asılılığı bitmiş, tutulduğu gündən sonra narkotik vasitədən istifadə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir, törətdiyi əməldən çox peşmandır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PBnin sahə müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında, 22 may 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs zahiri əlamətlərindən məlumatda göstərilmiş görünüşə uyğun gəldiyi üçün tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə qadın əməkdaş tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan çantanı təqdim etmiş, çantanın içərisindən 01 ədəd alışqan, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Rothmans” markalı tütün məmulatı paketi və 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilii maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilən heroinə bənzər maddə boş zərfə qoyularaq möhürlənərək qablaşdırılmış və götürülmüşdür. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlamışlar, saxlanılan zaman ona qarşı hər hası bir təzyiq göstərilməmiş, dəvət edildikdə onlarla birlikdə polis bölməsinə gəlmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Binəqədi şosesində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, həmin ərazidə sahə inspektorudur. Təqsirləndirilən şəxs 3 ildir ki, həmin ərazidə kirayədə yaşayır, onun özünü yaxşı tanımır, yalnız anasını görüb tanımışdır, bildiyi qədər bir yetkinlik yaşına çatmayan qızı var. Hazırda Təqsirləndirilən şəxs barəsində hər hansı bir məlumat ona daxil olmamışdır. Pərvanənin bacısının övladları da onun himayəsindədir, onun özünün əlavə azyaşlı bir övladı da vardır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə saat 12 radələrində PB-nin əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, onun üzərinə şəxsi axtarış keçirilməsində eyni cinsdən olan şəxs kimi iştirak etməyini bildirmişlər. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə onun iştirakı ilə polis əməkdaşları tərəfindən saat 12:20-də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs çiynindən asdığı qırmızı rəngli, üzərində qız şəkilləri olan, kənarları gümüşü rəngli, üstündə birtərəfli açılan sepi olan çantasını masanın üzərinə qoyaraq açmışdır. Çantanın içindən 01 ədəd tütün məmulatı paketini, 01 ədəd alışqanı, 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra o, Pərvanənin üzərini axtarmışdır, lakin heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Sorğu zamanı aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz formasında olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 21 may 2023-cü il tarixdə axşam saatlarında Binəqədi şosesində tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilən heroinə bənzər maddə boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O da öz növbəsində protokola imza etmişdir. (i/v:117-119) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş DVD diskə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə eyni cinsdən olan şəxsin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çiynindən asılmış vəziyyətdə olan qırmızı rəngli, üzərində qız şəkilləri olan, kənar hissələri gümüşü rəngli qadın çantasının içindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 21 may 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmiş, aşkar edilmiş maddə boş zərfə qoyularaq möhürlənmiş, keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. (i/v: 30-32,104) Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdəki videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülər “şəxsi axtarış və götürmə haqqında” protokol və “DVD diskə baxış keçirilməsi haqqında” protokolla eynilik təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2950 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, “...İştirak etdilər (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,491 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri”-in siyasına (siyahı İ) daxildir. (i/v 42-46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 21 iyun 2023-cü il tarixli 3937 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v: 110-111) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 02 avqust 2023cü il tarixli 2141 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan RespublİKası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: 121-123) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,491 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 2,441 qram olan narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. (i/v 108-109, 154) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i/v: 103) Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilmişdir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin çəkisi 2,491 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə, habelə şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, övladlarını təkbaşına böyütməsini, ailənin yeganə qazanc gətirəni olmasını, əməlindən peşman olub səmimi etirafedici ifadə verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şahadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 adında azyaşlı övladı vardır. (i/v: 135-136) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır cinayət olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağın olmasını, onun həmin uşaqların tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, bu səbəbdən də uşaqlara təkbaşına baxdığını, uşaqların yaşı nəzərə alınmaqla xüsusi qayğıya ehtiyaclarının olmasını, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda uşaqların ana qayğısından və ana himayəsindən məhrum olacaqlarını, bunun uşaqların tərbiyəsinə və psixoloji vəziyyətlərinə, o cümlədən maddi və sosial təminatına ciddi şəkildə təsir edəcəyini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli və məhkəmə tərəfindən ona təyin ediləcək cəza qanunla müəyyən edilən müddətədək təxirə salınmalıdır. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində 14 (on dörd) yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Cinayət hüququnda humanizm prinsipi ən fundamental prinsiplərdən birini təşkil edir. Belə ki, humanizm prinsipi - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya 14 (on dörd) yaşına qədər uşağı olan qadınların, habelə 14 (on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Məhkəmə göstərilən hüquqi məsələləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması ilə bağlı qanunvericiliyin bütün tələblərinə cavab verir və ona görə də cəzanın çəkilməsinin təxirə salınması məqsədəmüvafiq hesab olunmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan 10 oktyabr 2014-cü il təvəllüdlü qızı X2 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməli və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş (i/v: 21), Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 may 2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (i/v 91-97) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən 22 may 2022-ci il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə və 24 may 2023-cü il tarixdən hökm çıxarılanadək ev dustaqlığında olduğu 5 (beş) ay 16 (on altı) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın çəkilməsi təxirə salınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimiyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 2,441 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs oğluna göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 6 (altı) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə onun üzərində saxlanılmış 2 (iki) il 6 (altı) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan azyaşlı uşağı: 10 oktyabr 2014-cü il təvəllüdlü X2 on dörd yaşına çatanadək təxirə salınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindiyi gündən narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 2,441 qram olan narkotik vasitə heroin məhv edilsin, -01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri- 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar