Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2153/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X7, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi Ağarəsul oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Astara rayonu, Xıçəso kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, 3 uşağı (1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan) olan, fərdi əməklə məşğul olan, Astara rayonu, Xıçəso kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 aprel 2024-cü il tarixdə, saat 16:08 radələrində sürücülük hüququ olmadan idarə etdiyi tanışına məxsus “Dongfeng” markalı 90-M-446 dövlət qeydiyyat nişanlı traktor ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinə və 33-cü maddəsinin 4-cü hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda yol verməmiş bu maddələrin tələblərinə riayət etməmiş, baş yolda hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi 99-B-827 dövlət qeydiyyat nişanlı “KTM” markalımotosiklə toqquşma nəticəsində ehtiyatsızlıqdan sonuncu Sağ və sol əlin əzilmiş yaraları, sağ budun geniş ölçülü qançırı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına sağ alın-təpə-gicgah nahiyyəsində geniş qansızmalar, komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, sol İV, V, Vİ qabırğaların bayır körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş beynin toxumasına və beynin yumşaq qişasına geniş qansızmaları və baş beynin ağır dərəcəli əzilməsi nəticəsində ehtiyatsızlıqdan yol hərəkəti və mexaniki nəqliyyat vasitəsinin istismarı qaydalarımpozub Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur.Bununla da, o, Azərbaycan Respublikası CM-nin 263-1.3. maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, həmin günü işdən çıxmış və Türkan qəsəbəsindən evinə doğru getmişdir. Poliklinikaya çatmamış döngədə hadisə baş vermişdir. Hadisə baş verdikdən sonra zərərçəkmiş şəxs xəstəxanaya aparılmış və daha sonra özü də, xəstəxanaya getmişdir. Traktor onun dostuna məxsusdur. Onun sürücülük vəsiqəsində traktor sürmək üçün kategoriya müəyyən edilməmişdir. Onun idarə etdiyi traktorun sürəti 25 km/saat olmuşdur. Qarşı tərəfin yoluna çıxdığı üçün günahı özündə görür. O, rəhmətə gedən şəxsi tanımamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşaır. Həyat yoldaşı və 3 uşağıda onunla bir yerdə yaşayır. Onun 1 qızı və 2 oğlu var. Onun tanışı Türkan qəsəbəsinin sakini Şahid lizinqlə Cin istehsalı olan traktoru almışdır. Həmin traktorun markasını o dəqiq bilmədiyini qeyd etmişdir. Həmin traktoru Əmrah ona işlətməyə bu şərtlə vermişdir ki, traktoru işlətməkdən o nə qazanc əldə etsə həmin qazancının yarısını ona versin. 14 aprel 2024-cü il tarixdə təxminən saat 14 radələrində o Türkan qəsəbəsində «Kanalüstü» adlanan yerdə işini qurtardıqdan sonra fikirləşmişdir ki, traktorla yaşadığı ünvanına getsin. Qeyd edir ki, onun traktoru idarə etmək üçün heç bir sənədi olmamışdır. Lakin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. O «Kanalüstü» adlanan yerdən traktorla çıxaraq Mərdəkan- Türkan istiqamətində 2 zolaqlı yolla təxminən saatda 20 km surətlə hərəkət edərkən Türkan qəsəbəsində yerlşən poliklinikaya təxminən 100-150 metr qalmış 4 zolaqlı yola keçmək üçün traktorun sola dönmə işığını yandırmış və traktoru sola istiqamətləndirmişdir. Həmin vaxt o getdiyi 2 zolaqlı yolla əks tərəfdən motosiklin gəldiyini görmüşdür. Həmin vaxt onun və motosiklin arasında 200-250 metr məsafə olmuşdur. O fikirləşmişdir ki, motosikl onun idarə etdiyi traktora çatana qədər o 4 zolaqlı yola keçər və buna görə də traktoru saxlamayaraq motosikıla yol verməmişdir. O, 2 zolaqlı yolda əks zolağa çıxan zaman görmüşdür ki, motosikl onun idarə etdiyi traktora çatır. Qeyd edir ki, həmin vaxt motosikl yüksək surətlə hərəkət edirmiş. O tez tormozu başmış, lakin həmin vaxt poliklinikanın qabağında motosikl traktorun qabaq sağ tərəfmə çırpılmış və traktor yerində fırlanaraq əks istiqamətli yolun içinə atılmışdır. Həmin vaxt motosikl traktora ilişib traktorun qabağında qalmış, motosiklin sürücüsü isə zərbədən 2 zolaqlı yolun ona əks istiqamətinin qırağına yıxılmışdır. O traktordan düşüb qaça-qaça motosikli sürən kişinin yanına getmişdir. Həmin vaxt motosiklin sürücüsü başı poliklinikanın hasarına tərəf arxası üstə uzanmış vəziyyətdə olmuşdur, ətrafa kənar şəxslər yığışmışdır. O həmin vaxt öz mobil telefonunu tapmadığından onlara müraciət edərək X19a zəng etmələrini xahiş etmişdir. Həmin vaxt motosiklin sürücüsü ölməmişdir. Bir azdan sonra X19 gəlmişdir. O motosiklin sürücüsünü tibbi yardım avtomaşınına yerləşdirilməsinə kömək etmiş və motosiklin sürücüsü ilə bir yerdə xəstəxanaya getmək istəmişdir. Lakin, həkimlər onu tibbi yardım avtomaşınına qoymamışlar və demişlər ki, icazə yoxdur. Tibbi yardım avtomaşını hadisə yerində olarkan hadisə yerinə polis əməkdaşları gəlmişdir. Sonra tibbi yardım avtomaşını çıxıb getmişdir. Polis əməkdaşları onu tibbi müayinəyə göndərmiş və sabahısı günü onu Xəzər RPİ-nə dəvət etmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin huquqi varisi X9 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman işdə olmuşdur. İşdə olan zaman yoldaşının telefonundan zəng gəlmiş və yoldaşının qəzaya uğradığını xəbər almışdır. Daha sonra o, xəstəxanaya getmiş yoldaşının reanimasiyada olduğunu və əməliyyata salacaqlarını öyrənmişdir. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs rəhmətə getmişdir. Təqsirləndirilən şəxs daha sonra üzrxahlıq etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil və aralarında barışıq olmuşdur. Gələcəkdə təqsirləndirilən şəxs maddi yardım göstərməsə belə şikayətci olmayacdır. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 14 aprel 2024-cü il tarixdə saat təxminən 17 radələrində ona Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahiyyə xəstəxanasından zəng edərək bildiriblər ki, həyat yoldaşı Zərərçəkmiş şəxs xəstəxanadadır və o, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O tez bir zamanda xəstəxanaya getmiş və həkimlər ona demişlər ki, Samir koma vəziyyətindədir. Sonra onu müayinə etmişlər və cərrahiyyə şöbəsinə keçirmişlər. Samir cərahiyyə əməliyyatı olduqdan sonra da koma vəziyyətində imiş. Sonra ona və evladlarına internetdən məlum olmuşdur ki, Samir motosikllə Turkan qəsəbəsində hərəkətdə olarkan əks istiqamətdən hərəkət edən traktor Samirin idarə etdiyi motosikllə toqquşub və nəticədə Samir xəsarət almışdır. Qeyd edir ki, Samir xəstəxanada olan zaman traktorun sürücüsünüün qohumları xəstəxanaya gəlmişlər və lazım olan dərmanların bir qisminin pulunu ödəmişlər. Samir xəstəxanada 23 aprel 2024-cü il tarixə kimi koma vəziyyətində qalmışdır. 23 aprel 2024-cü il tarixdə səhər saat 8-9 aralarında Samir rəhmətə getmişdir. Həmin gün xəstəxanaya müstəntiq gəlmiş, araşdırma aparılmağa başlanılmış və sonra Samirin cəsədini onlara vermişdirlər. Onlar onu Bibi- Heybət qəbristanlığmda torpağa tapşırmışlar. Qeyd edir ki, onlara həmiçinin məlum olmuşdur ki, Samirin motosikleti ilə toqquşan traktorun sürücüsü Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, ailəlidir 2 övladı vardır. Əvvələr məhkum edilməmişdir. Özü fərdi qaydada Türkan qəsəbəsində əkinçilik ilə məşğul olur. Məhərəm Əzizovu 1 il olar ki, tanıyır. O, onun əkin sahəsində traktor sürür və əkin işlərində ona köməklik göstərirmiş. Məhərrəm həmdə onun torpaq sahəsində olan 2 otaqlı evdə ailəsi ilə birlikdə yaşayırmış. Ona gördüyü işlərin müqabilində əmək haqqı verirmiş. Təxminən 8 ay bundan qabaq torpaq şumlamaq məqsədi ilə traktor almışdir. Məhərrəm traktor sürə bildiyi üçün həmin traktoru ona vermişdir. Təxminən ona məxsus traktoru 5-6 ay idarə etmişdir. Məhərrəm Tükan kəndində və yaxın ərazidə yerləşən kəndələrdə pul qarşılığında torpaq şumlayırmış. Əldə etdiyi pulu yarı-yarı bölürmüşlər. xx.xx.2024-cü il tarixində Məhərrəm tanımadağı şəxsə məxsus Türkan kəndidə torpaq şumlamağa getmək məqsədi ilə ondan icazə almışdır. O da ona etiraz etməmişdir. Həmin torpağı şumlamağa gedən zaman o moteskiletlə toqquşmuşdur. Hadisə olandan sonra Məhərrəm ona zəng vuraraq hadisə törətdiyini və motoskletlə toqquşduğunu demişdir. Həmin adamı xəstəxanya aparıb yerləşdirdilər. Təxminən 8-9 gündən sonra həmin şəxsin öldüyü öyrənmişdir. Qeyd etmək isdəyir ki, Məhərrəm Əzizi ona məxsus “Dongfeng” markalı 90- M-446 döclət qeydiyyat nişanlı traktoru onun icazəsi ilə idarə etmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün xüsusi lisenziyasının olmadığını o bilirmiş. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığım qeyd etmiş və ərizə isə istintaq orqanına müraciət etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Baxış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Türkan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixli “ərizədən” görünür ki, X11 baş vermiş hadisə ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşı tərəfindən tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikasının CMnin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “notariat qaydasından təsdiq olunmuş ərizədən” görünür ki, X2 Məhərrəm Hacıməmməd oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə edilmiş 03 ədəd DVD) görünür ki, təhlükəsiz şəhər kameralarından götürülmüş görüntülər 01 ədəd diskdə 02 ədəd videogörüntü mövcuddur. Birinci görüntünün üzərində TŞ-024-l-xx.xx.2024-1_ı_16h30min00s000ms yazısı qeyd edilmişdir. İçərisində 1 saat 01 dəqiqəlik hadisə müvcüddür. Görüntü Bakı Şəhəri, Xəzə rayonu, Türkan qəsəbəsi istqamətində baş vermiş hadisənin baş vermə anından sonrakı mərhələni əhatə edir. Hadisə yerində polis əməkdaşları vardır. Hadisə törətmiş traktor və onun qarşısında motosklet görsənir. Hadisədə yaralan şəxs hadisə yerində olmadığı baxış zamanı müəyyən edilir. Hadisə yerində çoxlu şəxslər vardır. Nəqliyyat vasitələri normal şəkildə yolda hərəkət edirlər heç bir sıxlıq müşahidə edilmir. Görüntünün 25:33 dəqiqəsində qəzaya uğramış traktor və motosklet evakuatora mindirilməyə başlayır. Gönütünün 39:10 dəqiqəsində qəzaya uğramış nəqliyyat vasitələri hadisə yerində aparılır. Bundan başqa istintaq üçün əhəmiyyət kəs bedən hər hansı bir görüntü qeydə alınmır. İkinci görüntünün üzərində TŞ-024-2-14.04.2O24_15h3OminOOsOOOms yazısı qeyd edilmişdir. İçərisində 1 saat 01 dəqiqəlik hadisə müvcüddür. İkinci video görüntünü Türkan qəsəbəsi istiqamətini göstərir. Görüntünün 36:46 dəqiqəsindən sonrakı görüntülərində nəqliyyat vasitələrinin sıxılıq müşahidə olunur. Daha sonra isə bu hal aradan qalxır. Bundan başqa, N 2-8313 seyrialı TŞ 7-024 nömrəli təhlükəsiz şəhər kameralarından götürülmüş görüntülər 01 ədəd diskdə 02 ədəd videogörüntü mövcuddur. Binici görünütün üzərində TŞ-024-2-xx.xx.2024_15h30min00s000ms yazısı qeyd edilmişdir. Həmin video yazının müddəti 1 saat 02 saniyədir. Görünütünün 31:00 dəqiqəsinə kimi hər şey qaydasında davam edir. 31:54-cü dəqiqəsində Türkan qəsəbəsi istiqamətində qırmızı rəngdə traktor gəlir. 32:14-cü dəqiqəsindən qarşı yolu gözləmədən bir başa qarşı yola dönür bu zaman yəni 32:16-cı dəqiqəsində baş yolda hərəkət edən moteskletlə toqquşur. Motoskletin sürücüsü qarşı idarə etdiyi motoskletin üzərindən havaya qalxaraq hərəkətdə olduğu yolun istiqamətində qalxaraq həmin istiqamətdə yolun kənarında olan daş sədd çırpılaraq uzanıqlı vəziyyətdə yerdə qalır. Həmin anda başında qoruyucu papaq olur. Daha sonra Traktoru idarə edən şəxs yerə çırpılmış sürücüyə yaxınlaşır. Ona baxaraq əli ilə başını tutaraq əks istiqamətdə hərəkət etməyə başlayır. Bu zaman ətrafdan çoxlu adamlar hadisə yerinə gəlir. Nəqliyyat vasitələrinin sıxlıqı görünür. Görüntünün 44:15 dəqiqəsində X19 əməkdaşları hadisə yerinə gəlir. Həmin görüntünün 45:57 dəqiqəsində hadisə yerinə polis əməkdaşlarının gəlməsi görsənir. Görüntünün 49:37 saniyəsində X19 yaralını götürərək hadisə yerindən uzaqlaşması müşahidə olunur. Hadisəni törətmiş şəxs X10 yanında müşahidə olunur. Görüntünün sonunda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. İkinci görüntünün üzərində TŞ-024-l-xx.xx.2024_16h30min00s000ms yazısı qeyd edilmiş qeyd edilmişdir. İçərisində 1 saat 01 dəqiqəlik hadisə mövcuddur. Görüntü Bakı Şəhəri, Xəzə rayonu, Türkan qəsəbəsi istqamətində baş vermiş hadisənin baş vermə anından sonrakı mərhələni əhatə edir. Hadisə yerində polis əməkdaşları vardır. Hadisə törətmiş traktor və onun qarşısında motesklet görsənir. Hadisədə yaralan şəxs hadisə yerində olmadığı baxış zamanı müəyyən edilir. Hadisə yerində çoxlu şəxslər vardır. Nəqliyyat vasitələri normal şəkildə holda hərəkət edirlər heç bir sıxlıq müşahidə edilmir. Görüntünün 25:33 dəqiqəsində qəzaya uğramış traktor və motosklet evakuatora mindirilməyə başlarır. Gönütünün 39:10 dəqiqəsində qəzaya uğramış nəqliyyat vasitələri hadisə yerində aparılır. Bundan başqa istintaq üçün əhəmiyyət kəs bedən hər hansı bir görüntü qeydə alınmır. Bundan başqa, N 2-8313 seyrialı TŞ 7-024 nömrəli təhlükəsiz şəhər kameralsında götürülmüş görüntülər 01 ədəd diskdə 02 ədəd videogörüntü mövcuddur. Binici görünütün üzərində TŞ-024-2-xx.xx.2024_15h30min00s000ms yazısı qeyd edilmişdir. Həmin video yazının müddəti 1 saat 02 saniyədir. Görünütünün 31:00 dəqiqəsinə kimi hər şey qaydasında davam edir. 31:54-cü dəqiqəsində Türkan qəsəbəsi istiqamətində qırmızı rəngdə traktor gəlir. 32:14-cü dəqiqəsindən qarşsı yolu gözləmədən bir başa qarşşı yola dönür bu zaman yəni 32:16-cı dəqiqəsində baş yolda hərəkət edən moteskletlə toqquşur. Mostskletin sürücüsü qarşıidarə etdiyi motoskletin üzərindən havaya qalxaraq hərəkətdə olduğu yolun istiqamətində qalxaraq həmin istiqamətdə yolun kənarında olan daş sədd çırpılaraq uzanıqlı vəziyyətdə yerdə qalır. Həmin anda başında qoruyucu papaq olur. Daha sonra Traktoru idarə edən şəxs yerə çırpılmış sürücüyə yaxınlaşır. Ona baxaraq əli bilə başını tutaraq əks istiqamətdə hərəkət etməyə başlayır. Bu zaman ətrafdan çoxlu adamlar hadisə yerinə gəlir. Nəqliyyat vasitələrinin sıxlığı görünür. Görüntünün 44:15 dəqiqəsində X19 əməkdaşları hadisə yerinə gəlir. Həmin görüntünün 45:57 dəqiqəsində hadisə yerinə polis əməkdaşlarının gəlməsi görsənir. Görüntünün 49:37 saniyəsində X19 yaralını götürərək hadisə yerindən uzaqlaşması müşahidə olunur. Hadisəni törətmiş şəxs X10 yanında müşahidə olunur. Görüntünün sonunda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. İkinci görüntünün üzərində TŞ- 024-l-xx.xx.2024_16h30min00s000ms yazısı qeyd edilmiş qeyd edilmişdir. İçərisində 1 saat 01 dəqiqəlik hadisə mövcuddur. Görüntü Bakı Şəhəri, Xəzə rayonu, Türkan qəsəbəsi istqamətində baş vermiş hadisənin baş vermə anından sonrakı mərhələni əhatə edir. Hadisə yerində polis əməkdaşları vardır. Hadisə törətmiş traktor və onun qarşısında motesklet görsənir. Hadisədə yaralan şəxs hadisə yerində olmadığı baxış zamanı müəyyən edilir. Hadisə yerində çoxlu şəxslər vardır. Nəqliyyat vasitələri normal şəkildə holda hərəkət edirlər heç bir sıxlıq müşahidə edilmir. Görüntünün 25:33 dəqiqəsində qəzaya uğramış traktor və motosklet evakuatora mindirilməyə başlarır. Gönütünün 39:10 dəqiqəsində qəzaya uğramış nəqliyyat vasitələri hadisə yerində aparılır. Bundan başqa istintaq üçün əhəmiyyət kəs bedən hər hansı bir görüntü qeydə alınmır. xx.xx.2024-cü il tarixli 651 nömrəli Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin rəyində qeyd olunmuşdur ki, Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - Sağ və sol əlin əzilmiş yaraları; sağ budun geniş ölçülü qançırı; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına sağ almtəpə-gicgah nahiyyəsində geniş qansızmalar; komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi və sıxılması; sol İV, V, Vİ qabırğaların bayır körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun Respublika Neyrocərrahiyyə Xəstəxanası Publuk Hüquqi şəxsinə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğundur, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə bilavasitə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2024-cü ildə, saat 08:25-də Respublika Neyrocərrahiyyə Xəstəxanası X15 baş vermişdir. xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1653 nömrəli rəyində qeyd olunmuşdur ki, “Dongfeng” markalı 90- M-446 dövlət qeydiyyat nişanlı troktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Dongfeng markalı traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2024cü il tarixli 3-22-1/2-966/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Hacımməd oğlunun adına traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci massəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. X21 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-8102/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ xx.xx.2024-cü il tarixli Masallı Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixədək məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “ərizədən” görünür ki, Şahid bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Dongfeng” markalı 90-M- 446 dövlət qeydiyyat nişanlı traktoru Təqsirləndirilən şəxs idarə etmişdir. Ona məxsus traktora heç bir maddi ziyan dəyməmişdir. Onun bu xüsusatla bağlı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidin ifadəsi və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarında qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökümnə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökümnə əsasən Azərbaycan Respublikasının CMnin 127.2.3 və 221.2.1-ci (CM-66.2 və 67.1) maddələri ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarisdə isə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. xx.xx.2024-cü il tarixli “notariat qaydasından təsdiq olunmuş ərizədən” görünür ki, X11 hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından və elektron məhkəmə infromasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 3 uşağı (1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan) var. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) etiraf etməsini, 3 uşağının (1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan) olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasını və barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə əsas cəza, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulan əlavə cəza da təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə isə tutulmadan azad edilərək, xx.xx.2024cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün müddətində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan (əsas) çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın (əsas və əlavə cəzasının) çəkilməsi müddətinin başlanğıcı onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan Daxili İşlər Nazirliyi X6 Xidməti tərəfindən təqdim olunmuş (hadisəyə dair görüntülərin əks olduğu) 03 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 02 (iki) gün müddət ona təyin edilmiş (əsas) cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzasının (əsas və əlavə cəza) əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Daxili İşlər Nazirliyi X6 Xidməti tərəfindən təqdim olunmuş (hadisəyə dair görüntülərin əks olduğu) 03 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi Ağarəsul oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2153/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2153/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver