Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2157/2024 28.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X4, Müdafiəçilər – “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, “Pro Bono” Vəkil Bürosunun vəkili X11, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 2, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 120.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş və qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 28 aprel 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, ünvan 2 nömrəsiz fərdi yaşayış evində olarkən arvadı Zərərçəkmiş şəxs evin yataq otağının qarşısındakı pilləkəndə oturub istintaqa məlum olmayan şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə görüntülü danışdığını görüb, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib hiddətlənərək telefonu sonuncunun əlindən alıb başına vurmaqla sinəsindən itələyib yataq otağına daxil olduqdan sonra, otaqda olan masanın üzərindəki istintaqa məlum olmayan qara dəstəkli mətbəx bıçağını götürüb, bıçağın dəstəyi ilə təpə nahiyəsindən bir dəfə vuraraq ona alın təpə nahiyəsinin əzilmiş yarası və başın yumşaq toxumalarına yara səviyyəsində qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, 05 may 2024-cü il tarixdə, saat 13:30 radələrində yaşadığı Bakı şəhəri, ünvan 2 nömrəsiz fərdi yaşayış evinə gəlib arvadı Zərərçəkmiş şəxs evin yataq otağında “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Şahid6 adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Zərərçəkmiş şəxs ona xəyanət etməsindən əmin olaraq sonuncunun etdiyi hərəkətlərə haqq qazandırmağa çalışmasını və ümumilikdə bu kimi hərəkətləri özünə təhqir kimi qəbul edib hiddətlənərək qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirməkdən ötrü mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxaraq əvvəlcə sol əl nahiyəsinin sıyrığı kimi canlı şəxslərdə zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla ölümü ilə bilavasitə səbəbli əlaqəsi olmayan xəsarət yetirdikdən sonra müqavimətini sındırmaq üçün əlləri ilə boğaz və ağız nahiyəsinə güc tətbiq etməklə sıxaraq boyunun yumşaq toxumalarına, traxeyaya, dilin kök hissəsinə və dilaltı sümük ətrafı yumşaq toxumalara qansızma, üst dodaq və boyun nahiyəsinin qançırları kimi canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mexaniki asfiksiya ilə müşayiət olunan ölümü ilə bilavasitə səbəbli əlaqəli xəsarət yetirməklə qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.1 və 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisə günü o, evə gəldiyini arvadı Zərərçəkmiş şəxs bildirməmişdir. Hadisə günü evin əsas girişindən yox, arxa girişindən evə daxil olmuş və otağın qarşısına kimi yavaş-yavaş gələrək arvadının telefonla danışdığını görmüşdür. Arvadının telefonla danışdıqlarına bir az qulaq asmış və “uşaqlar olduğundan göstərə bilməməsini” söylədiyini eşitmişdir. Həmin anda o, içəri daxil olmuş. içəri daxil olanda arvadının əynindəki köynək sinəsinin yuxarı hissəsində olmuşdur. Zərərçəkmiş şəxs onu görən kimi köynəyi aşağı endirmişdir. Həmin vaxt qarşı tərəfdəki şəxs telefonu söndürmüşdür. O, Zərərçəkmiş şəxs həmin şəxsin kim olduğunu soruşmuş, sonuncu ona telefonda danışdığı şəxsin bacısı Aytənin tanışı olduğunu bildirmişdir. O, arvadına inanmamışdır. O, telefonu götürüb yazışmalara baxmış və bundan sonra mübahisələri başlamışdır. Uşaqları onların mübahisələrini görməsin deyə mətbəx otağına keçmişlər. Mətbəx otağına keçdikdən sonra arvadı təhqirə keçməyə başlamış, onun ünvanına “sən .....sən, dəfələrlə ..... olmusan, ailəm də, bacım da düz deyir sən .....sən” və sair sözlər demişdir. Həmin an əsəbi olduğundan arvadını yerə yıxıb boğazından sıxmışdır. Onun arvadını öldürmək kimi bir məqsədi olmamış. məqsədi telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqlarını arvadının əlindən almaq istəmişdir. O, arvadını öldürdükdən sonra qardaşına zəng edərək hadisəni sonuncuya danışmış, qardaşı onlara gəlmiş və o, DİN-in 102 qaynar xəttinə zəng edib təslim olmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, onlar arvadı Zərərçəkmiş şəxs ilə 2019-cu ilin dekabrında evlənmişlər, evli olduqları 5 il müddətində hər şey qaydasında olmuşdur. Onlar Zərərçəkmiş şəxs ilə bir-birilərini sevib evlənmişlər. Böyüklərinin dəstəyi ilə toy, nikah mərasimləri baş tutmuşdur. Onların 5 illik evli olduqları müddətdə o, arvadının onu kimləsə aldatmasına şahid olmamışdır. 2024-cü ilin yanvar ayının axırında arvadının bacısı Aytən, qardaşı Eldəniz və sonuncuların ailələri ilə birgə onların evində qonaqlıq təşkil olunmuşdur. Həmin gün o, arvadının «whatsapp» tətbiqi vasitəsilə kiminləsə yazışdığını görmüşdür. Arvadından həmin şəxsin kim olduğunu soruşmuş, arvadı cəld hərəkətlə telefonu söndürərək mətbəxə bacısı Şahid2 yanına qaçmışdır. O, arvadını çağırıb telefonu sonuncunun əlindən alanda «whatsapp» proqramının tamamilə silindiyini görmüşdür. 2024-cü ilin yanvar ayında baş verən hadisədən öncə arvadının ona xəyanət etməsindən şübhələnməmişdir. Həmin günün səhərisi arvadı Tovuz rayonuna getmişdir. O da arvadının arxasından sonuncunun hansı səbəbə Tovuz rayonuna getməsini öyrənmək üçün getmişdir. xx.xx.2024-cü il tarixdə onlar arvadı ilə barışmışlar. Arvadının telefonu olmamışdır, sonuncu gecələr onun mobil telefonu vasitəsi ilə başqa insanlarla yazışmışdır. O, bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs qardaşı Orxanla danışmışdır. Zərərçəkmiş şəxs xəyanət etməsini etiraf etmiş. hər dəfə uşaqlıq etdiyini və peşman olduğunu demişdir. O, arvadının mobil telefon nömrəsini gmail vasitəsilə öz telefonuna yönləndirmişdir. Arvadının kimlə yazışdığı onun mobil telefonunda görünmüşdür. Bir neçə dəfə arvadının fəqrli şəxslərlə bir-birilərinə nömrə verdiyi mesajların ekran görüntüsünə şahid olmuşdur. Arvadına bu barədə iradını bildirəndə hər dəfə bacısı Şahid2 günahlandırmışdır. Mərhum Zərərçəkmiş şəxs ona xəyanət etməsini sonuncunun ailə üzvlərinə dəfələrlə bildirmişdir. xx.xx.2024-cü il tarixində o, mərhumla aralarında yaşanan mübahisədən həmən sonra sonuncunun anasına zəng edib hadisə barədə məlumat vermişdir. Anası ona məsələni həll etdiyini və qızı Zərərçəkmiş şəxs peşman olduğunu bildirmişdir. Mərhumun atası ilə aralarındakı məsafəni qoruduğu üçün Zərərçəkmiş şəxs ona xəyanət etdiyini sonuncuya bildirməmişdir. Lakin mərhumun qardaşına və anasına bu barədə məlumat vermişdir. O, boşanma üçün müraciət etmiş, lakin son anda mərhumun qardaşı boşanma ərizələrinə müdaxilə edərək geri çəkməklərini təklif etmişdir. Onlar da bu fikirlə razılaşmışlar. O, boşanma ilə bağlı müraciətinin səbəbini mərhumun ona xəyanət etməsi olduğunu bildirmişdir. Mobil telefonunda mərhumun ona xəyanət etməsinə dair sübutları da boşanma üçün təqdim etmişdir. Onlar boşanma mərhələsinə çatmamış mərhumun qardaşları və atasının təkidi ilə barışmışlar. O, tutulmazdan əvvəl Kristal Abşeron şirkətində rəsmi müqavilə ilə fəhlə kimi çalışmış, qazandığı maaşı ilə ailəsinin bütün təlabatlarını ödəmişdir. Zərərçəkmiş şəxs maddi cəhətdən heç bir narazılığı olmamış, evlərində hər gün yemək-içmək olmuşdur. O, Zərərçəkmiş şəxs ilk dəfə ona niyə xəyanət etdiyini soruşanda sonuncu bunu maraqlı gəldiyi üçün etdiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs çox peşman olduğunu və ailələrini dağıtmamaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs səhhəti ilə bağlı ciddi problemi olmamış, sadəcə olaraq tibbi yoxlanış zamanı mərhumda talisimeya daşıyıcısı aşkar olunmuşdur. O, Zərərçəkmiş şəxs boğanda şok vəziyyətində olmuş, sonuncunun səsi çıxmamışdır. O, şalvarının dizində mərhumun ..... hiss etdikdə özünə gəlmişdir. Mərhumun ağzından köpük, burnundan qan gəlmişdir. O, Zərərçəkmiş şəxs etdiyi təhqirlərin qarşısını almaq üçün boğazından tutmuşdur. Daha sonra Zərərçəkmiş şəxs təhqirlərə davam edəndə o, sonuncunu yerə yıxaraq şok vəziyyətində boğmağa başlamışdır. O, DİN-in 102 qaynar xəttinə zəng edərək arvadı Zərərçəkmiş şəxs boğaraq öldürdüyünü bildirmişdir. Polis əməkdaşları 20-25 dəqiqəyə hadisəni törətdiyi ünvana çatmışlar. O, Zərərçəkmiş şəxs başqa şəxslərlə yazışdığına və ona xəyanət etdiyinə görə öldürmüşdür. Arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyini sübut edən smslər onun mobil telefonundadır. Mobil telefonu isə istintaqdadır. Arvadının ona xəyanət etdiyi fotoşəkilləri “whatsapp” tətbiqi ilə mərhumun anasına və qardaşına göndərmişdir. O, mərhum Zərərçəkmiş şəxs ona xəyanət etdiyinə dair sübutları toplamaq üçün mərhumun mobil telefonunu gmail vasitəsilə özünə yönləndirmişdir. O, xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs mobil telefonunda başqa şəxslə ona xəyanət etdiyinə dair mesajlar tutmuşdur. O, xx.xx.2024-cü il tarixində mesajlarına gec cavab verdiyi üçün mərhum Zərərçəkmiş şəxs şübhələnərək evə əsas qapıdan deyil, arxa qapıdan daxil olmuşdur. O, həmişə saat 06:40-da evdən çıxıb işə getmişdir. İşdən geri qayıtma saatı dəqiq deyil. Təxminən saat 15:00, yaxud 16:00 radələrində evdə olur. amma xx.xx.2024cü il tarixində hava küləkli olduğundan o, evə tez qayıtmışdır. O, xx.xx.2024-cü il tarixində evə tez gələcəyini Zərərçəkmiş şəxs bildirməmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs telefonuna gec cavab verdiyi üçün o, sonuncudan şübhələnərək həyətə arxa tərəfdən daxil olmuş, lakin mərhumu həyətdə görməmişdir. Zərərçəkmiş şəxs otaqda başqa şəxslə görüntülü danışırdı. O, otağa daxil olanda mərhumun başqa şəxslə pornoqrafiq danışıqlarını eşitmişdir. Zərərçəkmiş şəxs köynəyi sinəsindən yuxarıda görüntülü başqa şəxslə danışmışdır. Mərhumun ona xəyanət etdiyinə dair əlində çoxlu mesaj formasında sübutları var. xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs ona peşman olduğunu bildirsə idi, o, sonuncunu öldürməzdi, mərhumun valideynlərinə zəng edib qızlarını aparmasını xahiş edərdi. O, Zərərçəkmiş şəxs ona etdiyi təhqirlərə dözməyərək şok vəziyyətində mərhumu boğmağa başlamışdır. İlk dəfə arvadının nömrəsinin dublikatını çaxırtmışdır. Dublikatı çıxartdıqdan sonra Whatsapp proqramını bərpa etmiş və proqramda olan yazışmaları çəkib atasına göndərmişdir. Bundan başqa da, arvadını telefonla kiminləsə görüntülü danışdığını tutduqda anasına məlumat vermişdir. Anası qızı ilə biraz danışdıqdan sonra yanına kiminsə gəldiyini demiş və sonra danışacağını bildirmişdir. Uşaqları hal-hazırda Tovuz rayonunda atası və anasının yanındadırlar. Himayəsində 2 azyaşlı uşağının, 2 yaşlı xəstə, iş qabiliyyətini itirmiş valideynlərinin olmasının, cinayət hadisəsini törətdikdən sonra özü hüquq mühafizə orqanlarına təslim olmasının, cinayət hadisəsinin bilərəkdən törətməməsinin, hadisəsini qabaqcadan törətmək məqsədinin olmamasının, etdiyi əməldən peşman olmasının nəzərə alınmaqla məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə Tovuz rayonu, Qovlar şəhərində olarkən tanış olub əvvəlcə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmişdir. 2020-ci ilin əvvələrində isə rəsmi olaraq nikah şəhadətnaməsi əldə etmişdir. Həmin evlilikdən 2020-ci il tarixdə X8 və 2021-ci il tarixdə X6 doğulmuşdur. Ailə həyatı qurduqdan təxminən 2 ay müddətində Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşamışdır. 2 aydan sonra, yəni 02 fevral 2020-ci il tarixdə isə Bakı şəhərinə köçüb Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində kirayə əsaslarla yaşamağa başlamışdır. Bakı şəhərində qardaşı ilə birlikdə müxtəlif yerlərdə usta köməkçisi olaraq fəaliyyət göstərməyə başlamışdır. 2021-ci ilin yay aylarının birində ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Perm şəhərinə gedib orada fərdi olaraq ticarətlə məşğul olmuşdur. 2021-ci ilin təxminən noyabr ayından etibarən isə ailə üzvləri ilə birlikdə yenidən Bakı şəhərinə qayıdıb burada ünvan 2, nömrəsiz fərdi yaşayış evində kirayə əsaslarla yaşamağa başlamışdır. Bakı şəhərində məskunlaşdıqdan sonra isə 2022-ci ilin fevral ayının əvvəllərindən etibarən “Kristal Abşeron” tikinti sahəsində əmək müqaviləsi əsasında usta köməkçisi olaraq fəaliyyət göstərməyə başlamışdır. Ailə həyatı qurduğu gündən hazırkı vaxtadək Ayşən heç bir yerdə işləməmiş, daima yaşadığı evdə olub ev işləri ilə məşğul olmuşdur. 2024-cü ilin yanvar ayının sonlarınadək Ayşənlə münasibəti çox yaxşı olmuşdur. 2024-cü ilin yanvar ayının sonlarında, hazırda xatırlamadığı tarixdə Ayşənin bacısı Aytən və qardaşı Eldəniz Bakı şəhərində yaşadığı evə qonaq gəlmişdir. Həmin gün birlikdə oturub yemək yeyib söhbət etmişlər. Gecə saatlarına kimi birlikdə oturub vaxt keçirmişdir. Təxminən saat 01 radələrində o, yaşadığı evin arxasında olan ayaqyoluna getmək istəyən zaman Ayşənin orada kiminləsə yazışdığını görmüşdür. Həmin vaxt Ayşən onu görüb dayanmış, sonuncudan gecə vaxtı kiminlə yazışdığını soruşduqda, əvvəlcə heç kimlə, sonra isə qonşuda ev əşyaları satan Xəyalə adlı qadınla yazışdığını, sonuncudan nisyə mal götürdüyünü, Xəyalənin malın pulunu istədiyini demişdir. Ondan dəfələrlə telefonu verməsini istədikdə, verməkdən imtina edib düyməni basıb telefonu söndürmüşdür. O, telefonu götürüb evə keçmiş, Ayşən də arxası ilə gəlib telefonu əlindən almış, mətbəx otağına bacısı Aytənin yanına keçmişdir. Həmin vaxt telefonu yandırıb “Whatsapp” ani mesajlaşma tətbiqini bütünlüklə telefondan silmişdir. Bundan sonra o, telefonu Ayşənin əlindən alıb yoxlamış, həqiqətən “Whatsapp” anı mesajlaşma tətbiqini sildiyini müəyyən etmişdir. Nə üçün sildiyini soruşduqda Ayşən yanlışlıqla toxunduğunu, o səbədən silindiyini demişdir. O da telefonda olan, Ayşənin istifadə etdiyi, lakin öz adına qeydiyyatdan keçirdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini telefondan çıxardıb sındırmış, bundan sonra telefonu Ayşənin özünə qaytarmışdır. Ayşən telefonun içərisində nömrə olmadığına görə “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçə bilmədiyi üçün telefonu acıq edib özünə qaytarmışdır. O da əsəbləşdiyi üçün “Redmi 9” markalı mobil telefonu sındırıb atmışdır. Bir müddət Ayşənlə sözlü mübahisə etmiş, təxminən saat 03 radələrinə qədər oyaq qaldıqdan sonra hər biri yatmışdır. Növbəti gün saat təxminən 12 radələrində evə ərzaq məhsulları və özünə dərman almaq məqsədi ilə Sabunçu bazarı adlanan yerə getmişdir. Evə lazım olan məhsulları alıb evə qayıdan zaman, Ayşənin anası X12 istifadəsində olan mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nörməsinə zəng edərək Ayşənin və Aytənin Tovuza gəldikdlərini, nə məsələ olduğunu soruşmuşdur. O da məlumatı olmadığını, hazırda evə getdiyini evə çatdıqdan sonra maraqlanıb məlumat verəcəyini demişdir. O, evə çatanda artıq Aytən, Ayşən və övladlarının evdə olmadığını görmüşdür. Bir müddət onları axtardıqdan sonra, Aytənin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək harada olduqlarını maraqlanmış, Aytənlə danışan zaman, sonuncu heç nədən məlumatlı olmadığını, Ayşənin könüllü olaraq özü birlikdə Tovuza getmək istədiyini demişdir. Daha sonra Aytən telefonu Ayşənə vermiş, sonuncu ilə danışıb nə üçün getdiyini soruşduqda, artıq onunla yaşamaq istəmədiyini, hər şeyə qarışdığından bezdiyini, ona görə də Tovuza getmək istədiyini demişdir. Ayşənlə danışdıqdan sonra dözməyib arxaları ilə Tovuza yola düşmüşdür. Tovuzda Ayşənin ailə üzvləri ilə birlikdə danışıb Ayşənin nə üçün Tovuza qayıtmasını müzakirə etmişdir. Ayşən onun öz işlərinə qarışdığını əsas gətirib qayıtdığını demiş, o isə Ayşənin ev işləri görmədiyini, övladlarına yaxşı baxmadığını, ümumiyyətlə evdə təmizlik işləri görmədiyini, səhlənkarlıq etdiyini bildirib, ona görə Ayşənin işlərinə müdaxilə etdiyini izah etmişdir. Danışıqlar heç bir fayda vermədiyi üçün, yəni Ayşən onunla gəlmək istəmədiyi üçün növbəti gün o, Bakı şəhərinə geri qayıtmışdır. Ayşən və uşaqlar isə rayonda qalmışdır. 2024-cü ilin fevral ayının 25-nə kimi Ayşən və uşaqları Tovuzda qalmışdır. Həmin müddət ərzində Ayşənin ailə üzvləri sonuncuya iradlar bildirib, ailə arası söhbətlər edib, Ayşəni yenidən Bakı şəhərinə yaşadığı ünvana göndərmişdir ki, ailəsi dağılmasın. Ayşən gəlməmişdən əvvəl isə istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsini yenidən aktiv edib, “Whatsapp” ani mesajlaşma tətbiqini yenidən yükləmiş, həmin gün Ayşənin 8 nəfər kişi cinsli şəxslə arasında müxtəlif məzmunlu yazışmalar olduğunu aşkar etmişdir. Həmin yazışmalardan birində bir nəfər kişi cinsli şəxsin Ayşəndən müxtəlif vaxtlarda pul vəsaiti tələb etdiyini, bəzi mesajlarda isə sevgi-məhəbbət məzmunlu yazışmalar olduğunu görmüşdür. Həmin gecə Ayşənin ümumilikdə 16 nəfər kişi cinsli şəxslə danışıqlar etdiyini aşkar etmişdir. Həmçinin həmin şəxslərdən biri ilə Ayşənin adı ilə mesajlaşan zaman ona məlum olmuşdur ki, Ayşən həmin şəxslə hətta yaşadığı evdə görüşmüşdür. Ayşən rayondan qayıtdıqdan sonra sonuncudan həmin yazışmalar və danışıqlar barədə soruşmuş, Ayşən isə cavabında heç nədən xəbəri olmadığını, hər şeyi Aytənin təşkil etdiyini, Aytənin pis yola çəkdiyini, ağlını başından aldığını demişdir. O da Ayşəni yalnız Aytənlə əlaqəni kəsəcəyi və bir daha belə bir səhv təkrarlanmayacağı halda bağışlayacağını bildirmiş və razılaşmışlar. Təxminən 1 həftə sonra o, mobil telefonuna baxan zaman Ayşənin həmin telefonda olan “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə başqa bir kişi cinsli şəxslə yazışdığını aşkar etmişdir. Bu barədə soruşduqda əvvəlcə etiraf etməmiş, Ayşənə yazışmaları bərpa edəcəyini dedikdə, etiraf edərək sadəcə olaraq həmin adama özünü narahat etməməsi üçün yazdığını bildirmişdir. O, bu dəfə də Ayşəni bağışlamışdır. 27 mart 2024-cü il tarixdə Ayşən və uşaqlarla birlikdə Tovuz rayonuna gedib Ayşənin qardaşı Orxanın hərbi xidmətə getməsi üçün təşkil edilmiş tədbirdə iştirak etmişdir. Tovuzda olarkən o, Ayşənin anası ilə danışıb qızlarının başqa şəxslərlə danışdığını bildirmiş, anası isə Ayşənə öz iradlarını bildirib, bir daha belə halın yaşanmayacağını demişdir. 01 aprel 2024-cü il tarixdə o, yenidən Bakı şəhərinə yaşadığı ünvana qayıtmışdır. Təxminən 15 aprel 2024-cü il tarixdə o, Ayşənə “Redmi 13c” markalı mobil telefon alıb, həmçinin istifadəsi üçün ***-***-**-** saylı nömrə də vermişdir. Bir neçə gün sonra Ayşən hansısa oğlana yazacağı “xahiş edirəm 29 aprel tarixində rayona getmə” məzmunlu mesajı yanlışlıqla ona yazmışdır. O isə Ayşənə nə üçün bu məzmunlu mesajı ona yazdığını, onun 29 aprel yox, 2-3 may tarixində istirahət etmək üçün iş yoldaşları ilə rayona gedəcəyindən xəbərdar olduğunu bildirdikdə, əvvəlcə səhv yazdığını, guya qardaşının nişanlısına yazdığını demiş, o həmin şəxsin rayonda olduğunu dedikdə isə, bu dəfə də onu yoxladığını, yəni onun Ayşənə inanıb-inanmadığını yoxlamaq məqsədi ilə bu məzmunlu mesaj yazdığını qeyd etmişdir. Həmin vaxt telefona baxıb zəng bölməsində yad nömrə aşkar etmiş, dərhal istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib kim olduğunu maraqlanmış, telefona cavab verən şəxs əvvəlcə Kürdəmir rayonunda yaşayan Elnur adlı şəxs olduğunu və yalnışlıqla guya Ayşənə zəng etdiyini bildirsə də, o, həmin şəxsin nömrəsini “GetContact” proqramı vasitəsi ilə yoxlayıb şəxsin adının Elnur yox Samir Cəbrayılov olduğunu və İmişli rayonunda polis əməkdaşı olduğunu dedikdə, sonuncu səhv edib Ayşəni yığdığını, aralarında heç bir şey omadığını demişdir. Bundan sonra o, bu barədə Ayşəndən soruşduqda Samir adlı şəxsin özünə məxsus nömrəni “Snapçat” sosial şəbəkəsindən əldə etdiyini və bir müddət danışdıqlarını etiraf etmişdir. Bu dəfə də Ayşən ondan bağışlanmasını xahiş edib, bir daha belə bir halın təkrarlanmayacğını bildirmişdir. O isə gözünün önünə az yaşlı övladlarını gətirib onların xatirinə Ayşəni bir daha bağışlamış, lakin, bundan sonra Ayşəni daima nəzarətdə saxlayıb, kimlərlə əlaqə saxladığını yoxlamağa başlamışdır. Ona görə də, Ayşənin telefonun kontaktına qadın adı ilə qeyd etdiyi şəxsləri “GetContact” proqramı vasitəsi ilə yoxlayıb həmin şəxslərin əslində qadın yox kişi olduqlarını müəyyən etmişdir. Onlardan biri də Ayşənin kontakta “Aytac Sinif” adı ilə qeyd etdiyi şəxs olmuş, həmin şəxsi yoxlayıb əslində kişi cinsli şəxs olduğunu müəyyən etmişdir. Ayşən isə israrla həmin şəxsin həqiqətən Aytac olduğunu bildirmiş, o, çox üstünə getməyib həmin nömrəni silmişdir. 26 aprel 2024-cü il tarixdə, saat təxminən 15 radələrində işdən yaşadığı evə gəldiyi zaman yolda olarkən istifadəsində olan telefonda şəkillər bölməsinə girib baxan zaman Ayşənin əvvəllər həmin “Aytac sinif” adı ilə qeyd etdiyi şəxslə mehriban yazışmasını əks etdirən ekran şəkilinin olduğunu görmüş, evə çatıb həmin şəkili Ayşənə göstərib nə olduğunu soruşmuş, əvvəlcə həmin şəkilin daha əvvəllə məxsus olduğunu bildirib etiraf etməmiş, sonra o Ayşənə tarixlərlə izah edib, həmin şəkilin yaxın günlərdə çəkildiyini bildirmişdir. Bundan sonra Ayşən üzr istəyib bir daha belə bir halın təkrarlanmayacağını, özünü bağışlamağını istəmişdir. O da gözünün önünə bir daha az yaşlı övladlarını gətirib onların xatirinə Ayşəni yenə bağışlamışdır. 28 aprel 2024-cü il tarixdə, saat təxminən 03 radələrində yaşadığı evdə olan zaman Ayşənin əlində mobil telefon oynadığını görmüş, sonuncudan gecə vaxtı telefonla nə etdiyini soruşduqda, yuxusu gəlmədiyini, “tik-tok” sosial şəbəkəsində videolara baxdığını bildirmişdir. Həmin vaxt telefonu əlindən alıb yoxlamağa başlamış, əvəllər “Aytac sinif” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəni yadında saxladığı üçün telefonda yığan zaman bu dəfə həmin nömrənin “Fəqan menecer” adı ilə qeyd edildiyini görmüşdür. Belə ki, o, əvvəllər Fəqan Bərdəli adlı müğənnilik edən şəxsin menecerinin nömrəsini öz kontaktına yazmış, Ayşən də həmin nömrə ilə əlaqə saxlamayacağını düşündüyü üçün Fəqanın menecerinin nömrəsini silib, yerinə yazışdığı, tanımadığı şəxsin nömrəsini yazmışdır ki, o şübhələnməsin. Həmin vaxt aralarında sözlü mübahisə olmuş, Ayşən yalvar-yaxar edib bağışlanmağını, bir daha belə halın təkrarlanmayacağını qeyd etmişdir. O bu dəfə də Ayşəni bağışlamış, növbəti gün yaşadığı evdə təmir işləri apardığı üçün təxminən 12 radələrində Sabunçu bazarına tikinti ləvazımatları almağa getmiş, evdən təxminən 100 metr uzaqlaşdıqdan sonra qulaqcığı götürmək üçün yenidən evə qayıtmış, evin tinindən baxanda Ayşənin yataq otağının qabağındakı pilləkəndə oturub kiminləsə görüntülü danışdığını görmüşdür. Ayşən onu görüb dərhal danışığı dayandırmış, lakin yazışmaları və danışığı silməyə imkan vermədən telefonu əlindən almışdır. Həmin vaxt baxıb görmüşdür ki, Ayşən yenə ***-***-**-** saylı mobil nömrə ilə danışmış, dərhal sonuncunun telefonu ilə həmin nömrəyə görüntülü zəng etmiş, telefona cavab verən şəxs “haycan” deyib Ayşəndən cavab gözləmiş, sonuncu heç nə demədən onun üzünə baxmış, həmin şəxs onun Ayşənin yanında olduğunu görüb, dərhal telefonu söndürmüş və Ayşənin nömrəsini qadağan olunmuşların siyahısına əlavə etmişdir. Bundan sonra telefonu Ayşənin əlindən alıb başına vuraraq sinəsindən itələyib yataq otağına salmış, daha sonra otaqda olan stolun üstündəki mətbəx bıçağını götürüb, bıçaqla arvadını öldürəcəyini demiş, lakin öldürməyə ürəyi gəlməmiş, əsəbi olduğu üçün əlində saxladığı bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyəsindən bir dəfə vurmuş, ona görə də başında sıyrıq əmələ gəlmişdir. Bundan sonra, Ayşənlə bir müddət sözlü mübahisə etmiş, daha sonra sonuncu anasına zəng edib ***-***-**-** saylı mobil telefon nömrəsinin narahat etdiyini, ona görə həmin şəxslə danışıb narahat etməməsini bildirdiyini, bu zaman onun gəlib yalnış anladığını qeyd edib, sonra da döyərək bıçaqla vurduğunu demişdir. Təxminən 2-3 dəqiqə sonra anası Nailə ona zəng edərək nə baş verdiyini soruşduqda, o, Ayşənin artıq dəfələrlə başqa-başqa oğlanlarla danışdığını, hazırda isə yarı çılpaq vəziyyətdə başqa oğlanla danışarkən tutduğunu, ona görə də mübahisə edib dalaşdığını və vurduğunu qeyd etmişdir. Həmin axşam oturub Ayşənin anası ilə görüntülü danışıb, indiyə kimi baş verən bütün hadisələri bir-bir anasına danışmış, növbəti gün, Ayşənin anası ilə yenidən danışıb daima qızına nəzarət etməsini, “Whatsapp” ani mesajlaşma tətbiqində daima durumunu yoxlamasını, şübhəli məqam olacağı halda ona məlumat verməsini xahiş etmiş və Ayşənə ***-***-**-** saylı mobil telefon nömrəsi alıb köhnə nömrəsini isə sındırıb atmışdır. Hətta Bakıya dəvət edib qızını daima nəzarətdə saxlamasını xahiş etmiş, Nailə də qızı ilə danışdığını, bir daha belə bir halın baş verməyəcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 23 radələrində yaşadığı evə gələn zaman Ayşənin mobil telefonunu götürüb yoxlamağa başlamış, həmin vaxt sonuncunun bacısı Aytən və sevgili münasibətində olduğu Sənan adlı şəxslə görüntülü qrup danışıqları olduğunu aşkar etmişdir. Bu barədə soruşduqda Ayşən həmin danışığı Aytənin təşkil etdiyini demiş, o, Aytənin nömrəni haradan əldə etdiyini soruşduqda bir gün əvvəl guya qohumları ilə danışan zaman, oradan əldə etdiyini demişdir. Bundan sonra o, həmin nömrələri qadağan olunmuş siyahıya atmışdır. xx.xx.2024-cü il tarixdə işdə olduğu zaman dəfələrlə Ayşənə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazmış, lakin o, şəbəkədə olmasına baxmayaraq onun mesajlarına gec cavab vermişdir. Bununla bağlı evə gəlib soruşduqda telefonun uşaqların əlində olduğunu, fikir vermədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə işdə olduğu zaman yenidən Ayşənə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazmış, sonuncu şəbəkədə olduğu halda ona cavab verməmiş, bundan sonra zəng etmiş və kiminləsə danışdığını aşkar etmişdir. Bu barədə Ayşənə mesaj yazıb kiminlə danışdığını soruşduqda, dayısı qızı ilə danışdığını bildirmişdir. O Ayşənlə yazışa-yazışa saat təxminən 13 radələrində günlük tapşırığını bitirdiyi üçün işdən çıxıb evə gəlmiş, Ayşən harada olduğunu soruşduqda yoxlamaq məqsədi ilə yalandan işdə olduğunu bildirmişdir. Təxminən saat 13:30 radələrində artıq ünvan 2 ünvanında yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı nömrəsiz fərdi yaşayış evinə çatmış, əsas girişdən girmədən evin arxası ilə fırlanıb ayaqyolu tərəfdən evə doğru gələn dar cığırla həyətə daxil olmuş, qapının qarşısında sakitcə dayanıb Ayşəni müşahidə etməyə başlamış, həmin vaxt Ayşən yataq otağında telefonla tanımadığı kişi cinsli şəxslə danışmışdır. Bir müddət dayanıb onların danışığına qulaq asmış, həmin vaxt onların nə vaxtsa əvvəl görüşdüklərini, hazırda isə yenə görüşmək istədiklərini başa düşmüşdür. Həmin an otağa daxil olub dərhal telefonu əlindən almış, Ayşən yenə də nömrəsini Aytənin başqa şəxsə verdiyini, özünün heç nədən məlumatı olmadığını demişdir. O, adını “Rəşad şofer” kimi qeyd etdiyi həmin şəxslə Ayşənin mesajlarına baxdıqda nə vaxtsa görüşüb cinsi əlaqədə olduqlarını, hazırda isə növbəti görüşü təşkil etməyə çalışdıqlarını anlamışdır. O, Ayşəndən nə baş verdiyini soruşduqda sonuncu Aytən və hazırda danışdığı şəxsin birlikdə Bakı şəhərinə gəlib, onun cibinə dərman atdırıb onu tutduracaqlarını bildirmişdir. Bundan sonra onlar arasında sözlü mübahisə başlamış, uşaqlardan biri telefonla oynadığı, digəri isə televizor qarşısında əyləşdiyi üçün danışıqlarını elə də eşitməmişlər. Daha sonra Ayşəni mətbəxə dəvət edib, orada söhbəti davam etdirməyə başlamış və etdiyi hərəkətlərin düzgün olmadığını izah etməyə çalışmışdır. Ayşən isə cavabında Aytənin düz dediyini, onun dəfələrlə “..... çıxdığını” deyib etdiyi hərəkətlərə haqq qazandırmağa çalışmışdır. Həmin vaxt onlar qarşı-qarşıya dayanıb söhbət etmişdir. Ayşənin bu sözündən sonra o, hiddətlənərək artıq sonuncunu öldürmək qərarına gəlib boğaz nahiyəsindən iki əli ilə tutub arxası üstə yerə yıxmış, sinəsi üzərində oturub ayaqları ilə Ayşənin ayaqlarını saxlamış, hər iki əli ilə isə boğaz nahiyəsindən güclə sıxıb boğmağa başlamışdır. Ayşən hər iki əli ilə koftasının boğaz nahiyəsindən tutub müqavimət göstərməyə çalışmış, o, isə arvadının çırpınışlarına məhəl qoymadan hər iki əli ilə boğazından sıxaraq boğmağa çalışmışdır. Təxminən 2-3 dəqiqə müddətinə o, Ayşəni boğmağa davam etmiş, daha sonra isə ağzından köpük və burnundan qan gəldiyini görüb öldüyünü anlamış, nəbzini yoxlayıb öldüyünü qətiləşdirmiş və dərhal bu barədə qardaşı Sahəddinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib təcili olaraq yaşadığı ünvana gəlməsini tələb etmişdir. Sahəddin nə baş verdiyini soruşduqda isə heç nə demədən təcili gəlməsini istəmiş, sonuncu ailəsi ilə birlikdə onun qonşuluğunda yaşadığı üçün bir müddət sonra arvadı Aytac Alıyeva yaşadığı ünvana gələrək Sahəddinin göndərdiyini, nə baş verdiyinə baxmaq istədiyini demişdir. O isə Aytac qorxmasın deyə qapıdan içəri buraxmadan evlərinə qaytarmışdır. Bir müddət sonra isə Sahəddin özü gəlmiş, baş verənləri sonuncuya izah etmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək arvadını boğaraq öldürməyi ilə bağlı məlumat vermişdir. Bir müddət sonra isə hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları gəlmişdir. O, verilən suallara cavab olaraq göstərmişdir ki, bu cinayəti törətməyə onu kimsə təhrik etməmiş, bu cinayətin törədilməsi barədə əvvəlcədən kiməsə məlumat verməmiş, çünki belə bir niyyəti olmamışdır. Onun ümumiyyətlə heç vaxt Ayşəni öldürmək fikri olmamış, belə bir fikri olsa idi Ayşənin əvvəllər etdiyi səhvlərə görə çoxdan öldürməyə imkanı olduğunu bildirmişdir. Əksinə o, hər zaman arvadını bağışlayıb ailəsinin dağılmasının qarşısını almışdır. 05 may 2024-cü il tarixdə isə Ayşəni əvvəlcə başqa şəxslə intim söhbət edərkən tutmağı, daha sonra isə ona dəfələrlə “......” kimi ifadə işlətməsi onu hiddətləndirdiyi üçün artıq həmin anda Ayşəni öldürmək qərarına gəlmişdir. 05 may 2024-cü il tarixdə, təxminən saat 13:30 radələrində onunla Zərərçəkmiş şəxs mübahisə edən zaman ətrafda başqa heç kim olmamış, həmin mübahisəyə heç kim şahidlik etməmişdir. Uşaqlar isə yataq otağında biri telefonla oynayıb, digəri isə televizora baxdığı üçün heç nədən xəbərdar olmamışlar. Həmçinin uşaqlar aralarında olan mübahisəni eşitməsin deyə yataq otağının qapısını örtmüşdür. O, Zərərçəkmiş şəxs öldürməyi qabaqcadan planlaşdırmamış, sonuncunun başqa şəxslə intim söhbət aparması, həmin söhbət əsnasında sonuncu ilə görüşdüyünü bilməyi, daha sonra isə ona qarşı nalayiq ifadə işlətməsi artıq onu özündən çıxardığı üçün həmin an artıq Ayşəni öldürmək qərarına gəlmişdir. Ayşənin meyitinin üst dodaq nahiyəsindəki qançırın yaranma səbəbi, boğarkən həm də, əlləri ilə qışqırmasın deyə ağzını da tutub saxlamağı ilə bağlı olmuşdur. Sol əlindəki sıyrığı isə evə gəldiyi zaman əlində görmüş, bunun səbəbini soruşduqda, ağcaqanad dişlədiyini, sonradan həmin yeri qaşıyaraq o vəziyyətə gətirdiyini demişdir. Alın-təpə nahiyəsindəki xəsarət isə çox güman ki, yerə yıxıldıqdan sonra harasa dəymə nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs boğaz nahiyəsini sıxdığı üçün sadəcə olaraq əlləri ilə müqavimət göstərmiş, səsini isə çıxarda bilməmişdir. Hadisə nəticəsində xəsarət almamışdır. Hadisə zamanı üzərində göy rəngli, uzunqol kofta, göy rəngli cins şalvar olmuş, Ayşənin isə üzərində qara rəngli, kənarları ağ cızıqlı finka və qara rəngli qısa kofda olmuşdur. Əvvəllər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, bununla bağlı stasionar və ya ambulator qaydada müalicədə olmamışdır. Spirtli içki qəbul etməkdən başqa, yalnız siqaretdən istifadə etmiş, lakin narkotik maddələrdən istifadə etməmişdir. Hazırda ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmiş, Ayşən isə ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. O, həmçinin törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Bundan başqa, o, ***-***-**-** saylı mobil telefon nömrəsinin atasına məxsus olduğunu, 2024-cü ilin fevral ayından etibarən atası ilə incikli vəziyyətdə olduğunu bildirmişdir. Buna səbəb isə onun Ayşəni dəfərlə bağışlamağı olmuş, Ayşəni öldürdükdən sonra isə atasına məlumat vermək məqsədi ilə qardaşı Sahəddindən atasına onunla əlaqə saxlamasını xahiş etmişdir. O məqsədlə də atası ona zəng edib baş verənləri dəqiqləşdirmək istəmişdir. Həmin danışıq zamanı isə atası və anasına Ayşəni öldürdüyünü, övladlarına sahib çıxmalarını xahiş etmişdir. İfadəsinin yerində yoxlanılması zamanı yaşadığı evə gəldiyi üçün, həmçinin hadisənin baş verdiyi yerdə olduğundan sanki özündə olmamış, həmin hadisələr gözünün qarşısında canlanmış, ona görə də həyacanlanmış, Ayşəni yalnız boğaz nahiyəsindən tutaraq boğduğunu demişdir. Əslində isə Ayşəni boğarkən həm də ağız və burun nahiyəsini də əli sıxmışdır ki, səsi ətrafa yayılmasın. Məhkəmə-tibb ekspertizasının 99 nömrəli rəyi ilə tanış olaraq göstərmişdir ki, 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə edən zaman əsəbləşdiyi üçün zalda olan masa üzərindəki, çörək doğramaq məqsədi ilə istifadə olunan, qara dəstəkli mətbəx bıçağını əlinə alıb Ayşənin təpə nahiyəsindən bir dəfə dəstəyi ilə vurmuş, sonra isə etdiyi əməldən peşman olduğuna görə, bıçağın dəstəyini həyətdə olan hasara bir neçə dəfə çırpıb sındırmış, bıçaq artıq yararsız hala düşdüyündən zibil yeşiyinə, sonradan isə ətrafda olan və ümumi zibillərin atılması üçün nəzərdə tutulmuş sahəyə atmışdır. O, Ayşəni heç vaxt ölümlə hədələməmişdir. Şahid2 mobil telefonuna keçirilmiş baxış protokolu və fotocədvəllə tanış olaraq bildirmişdir ki, həmin fotoşəkil Ayşənin özü tərəfindən “Tik-Tok” sosial şəbəkəsində xüsusi proqram vasitəsi ilə düzəldilən şəkillərdəndir, belə ki, Ayşən əvvəllər də maraq olsun deyə bu cür fotoşəkillər düzəltmişdir. “Rəşad Şofer” adlı şəxsin Sabirabad rayonu, Nizami kənd sakini Şahid6 adlı şəxs olub-olmamasını bilməmiş, həmin şəxsi tanımamış, kim olduğunu bilməmişdir. İfadə verərkən Ayşənin ona hadisə vaxtı dediklərini bildirmiş, bəlkə də Ayşən onu qorxutmaq üçün Aytənin və hazırda danışdığı şəxsin birlikdə Bakı şəhərinə gəlib, cibinə dərman atdırıb onu tutduracağını dediyini qeyd etmişdir. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər, yəni başqa şəxslərlə ona xəyanət etməsini aşkar etdikdən əvvəl hər hansı problemi olmamış, aralarında çox yaxşı ər-arvad münasibəti olmuşdur. Son ana qədər Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, lakin hadisə vaxtı ona dəfələrlə ...... ifadəsini işlətməsi artıq onu özündən çıxarmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 göstərmişdir ki, onun qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 5 il evli olmuşdur. Sonuncuların 5 illik evli olduqları müddətdə mərhum Zərərçəkmiş şəxs ona evlilik barədə heç bir şikayət bildirməmişdir. Təqsirləndirilən şəxsla qızı Zərərçəkmiş şəxs boşanmasını sonuncunun qardaşı Sahəddin istəmişdir. Buna görə də Sahəddin təqsirləndirilən şəxsə boşanmaq üçün ərizə yazdırmışdır. Onlar isə barışmağa razı salmışlar. Təqsirləndirilən şəxs mərhumu Bakıya göndərmək üçün ona tez-tez zəng etmişdir. Təqsirləndirilən şəxs və qızı A.Məmmədov mehriban bir ailə kimi oğlu Orxanın xeyr işində yeyib-içmişlər. Sonra onlar Təqsirləndirilən şəxs və qızı A.Məmmədovu Bakıya göndərmişlər. Bu hadisədən əvvəl o, Təqsirləndirilən şəxs qızı A.Məmmədovdan şikayətini eşitməmişdir. Onun qızı Zərərçəkmiş şəxs əxlaqına kiminsə sözü ola bilməz. Sonuncu hər gün başıaşağı uşaqlarını bağçaya aparıb-gətirərdi. Təqsirləndirilən şəxs onun qızına şər atır. Təqsirləndirilən şəxsin ağlına boşanma fikrini qardaşı Sahəddin salmışdır. Təqsirləndirilən şəxs dövlət hesabından alacaqları pula görə uşaqların anasında qalmasını istəyir. Onun nəvələrindən ayrı qalmağı üçün bir səbəb yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsya xəyanət etməsinə dair məlumatı yoxdur. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs içib onu döydüyünü bildirmişdir. Ona görə də qızı Zərərçəkmiş şəxs Tovuza gəlmişdir. Arvadı ona Təqsirləndirilən şəxs zəng etdiyini mərhum A.Məmmədov öldükdən sonra bildirmişdir. Mərhumun başından aldığı bıçaq zərbəsindən onun xəbəri olmamışdır. Arvadı ona Təqsirləndirilən şəxs sonuncu ilə danışarkən mərhum qızı A.Məmmədovun yanında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mərhumdan boşanmaq istəmişdir. Təqsirləndirilən şəxs mərhumdan nə səbəbə boşanmaq istəməsi ona məlum deyil. Oğlanları Təqsirləndirilən şəxs razı salmışlar və mərhumla barışmışlar. Arvadı təqsirləndirilən şəxsin nə səbəblə boşanmaq istəməyi məsələsi ilə bağlı ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs ilə mərhumun boşanma səbəbi ona məlum deyil. Qızının Təqsirləndirilən şəxs xəyanət etməsi ona məlum olsa idi, o, mərhumu bu hərərkətləri etməkdən çəkindirərdi. Təqsirləndirilən şəxs tərəfindən qızı ilə bağlı ona zəng olunmamışdır. Təqsirləndirilən şəxsla Sahəddin içkili halda ona zəng edərək ünvanına təhdidlər yağdırmışdır. O, qızı A.Qasımovu döyüb qapısından qovmamışdır. Təqsirləndirilən şəxsla mərhum A.Məmmədovun arasında ailə münasibətləri zəminində heç bir gərginlik yaşanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən onun telefonuna mərhum qızı ilə bağlı heç bir mesaj göndərilməmişdir. O, “Whatsapp” tətbiqi istifadə edir. Təqsirləndirilən şəxsla mərhum arasında problem olması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs içkili, yaxud narkotik vasitə olan marixuananın təsiri altında A.Məmmədovu öldürmüşdür. Təqsirləndirilən şəxsla mərhumun boşanma məsələsi xx.xx.2024-cü il tarixindən 1 ay qabaq olmuşdur. Qızı ona Sahəddinin Təqsirləndirilən şəxsla aralarını vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla boşanma barədə danışmamışlar. Təqsirləndirilən şəxsla barışıqları yoxdur və sonuncudan şikayətçidir. O, məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş İbragımova Naıla (X12) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qızı Zərərçəkmiş şəxs biri-birilərini istəyib qaçmışlar. Sonradan aralarında narazılıqları olmuş amma narazılıqlarının nə üçün olduğunu bilməmişdir. Bir gün qızı öz evlərinə gəlmişdir. Sonradan Təqsirləndirilən şəxs onların evinə gəlib arvadını və uşaqlarını götürüb getmişdir. Həmin günü bahalı telefon alıb qızına vermiş, amma sonda qızını öldürmüşdür. Təqsirləndirilən şəxs cəzasının verilməsini xahiş edir. Təqsirləndirilən şəxsla arvadı arasında telefonla danışmağına görə mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs bəzi insanlarla arvadına danışmağına qadağalar qoymuşdur. O, qızından ərinin qızını incidib-incitməməsini soruşmuşdur. Qızı ərinin içkiyə qurşandığını demişdir. Axır vaxtlar Təqsirləndirilən şəxs azyaşlı uşağa belə spirtli içki içirtmişdir. Məsələ hətta o yerə çatmışdır ki, Təqsirləndirilən şəxs öz arvadını belə içkiyə qurşandırmaq istəmişdir. Təqsirləndirilən şəxsla görüntülü danışanda sonuncu “ailə mənimdir, ailəmi dağıtmıyın” kimi sözlər demişdir. Təqsirləndirilən şəxs qızını istəmirdisə boşanardı. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona arvadının kiminləsə danışmağından şübhələndiyini demişdir. Təqsirləndirilən şəxs dedikləri barədə qızından soruşduqda qızı heç kimlə danışmadığını demişdir. Baş verənlərin günahkarı Təqsirləndirilən şəxsdur, çünki qısqanırdısa arvadına yenidən telefon alıb verməzdi. Təqsirləndirilən şəxs Whatsapp proqramı vasitəsi ilə heç bir məlumat göndərməyib, amma şifahi olaraq baş verənlər barədə məlumat vermişdir. Whatsapp proqramı vasitəsi kiməsə şəkil göndərilməsi məsələsi olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxsla arvadının münasibətləri yaxşı olub, biri-birilərini istəyiblər, amma sonradan telefon işlətməməklə bağlı problemləri yaranmışdır. Təqsirləndirilən şəxsla arvadı arasında olan telefon mübahisləri ölüm hadisəsindən 2 ay qabaq başlamışdır. Qızı ər evindən ata evinə 1 dəfə gəlib qayıtmışdır. Qızı həmin vaxt ərinin içkiyə qurşadığından bezdiyini bildirmişdir. Təqsirləndirilən şəxs içki düşkünü olmasını həm qızı demiş, həm də özü nəvələrini görməyə gedəndə görmüşdür. Təqsirləndirilən şəxs ona qızının kiməsə şəkil göndərmisini deyil, sadəcə kiminləsə danışmağını demişdir. Qızı da bu barədə ona belə bir şeyin olduğunu demiş, amma birdə olmayacağını söz vermişdir. Təqsirləndirilən şəxs ona heç bir şəkil atmamışdır. Təqsirləndirilən şəxs qızının kiminləsə görüntülü danışdığını ona deməmişdir. Təqsirləndirilən şəxs ona ancaq qızının kimləsə yazışdığını aşkar etdiyini demişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu hadisədə onun adı hallanır, amma onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. O, bacısıgildə sənədləri olduğundan onlara qonaq getmişdir. Təxminən 2024-cü ilin yanvarfevral ayları olmuşdur. Bacısı ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs bacısının telefonunu qırmış və bacısını döymüşdür. O, Təqsirləndirilən şəxs niyə belə elədiyini soruşanda onluq bir şey olmadığını ailə məsələsi olduğunu bildirmişdir. O, həmin vaxt evə qayıtmaq istəmiş, amma bacısı icazə verməmişdir. Ona getməməyini, gözləməyini səhər onunla rayona gedəcəyini bildirmişdir. Səhəri gün onlar rayona çıxmışlar. Təqsirləndirilən şəxs da onların arxasınca gəlmişdir. Onlar evə sonuncu ilə eyni vaxtda çatmışlar, orada yenə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ona ailəsini dağıtdığını, Zərərçəkmiş şəxs bura gətirdiyini demiş, amma onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Telefonunu da istintaqa təhvil vermiş və səs danışıqlarının çıxarılmasını, hər şeyin araşdırılmasını, onun bu hadisədə bir günahı varsa ortalığa çıxmasını və qanunla hər şeyin öz yerini tapmasını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, bacısının kiminləsə danışdığını bilməmişdir. Tiktok sosial şəbəkəsində bacısının başqa şəxsin canlı videosuna salam yazdığını görmüşdür. Sonra bacısına niyə başqa şəxsə yazdığını və Təqsirləndirilən şəxs görsə əsəbləşəcəyini bildirmişdir. O, yoldaşının telefonu ilə tiktok sosial şəbəkəsinə girmişdir. Canlı yayımda bacısının sadəcə salam yazdığını görmüşdür. Salam yazdığı şəxs kişi olmuşdur. O, bacısının sosial şəbəkədə sadəcə yazışmasını görmüşdür. Zərərçəkmiş şəxs sosial şəbəkəyə uşaqlarının adı ilə girmişdir. O, “şofer Rəşad” adlı şəxsin və digər şəxslərin adlarını eşitməmişdir. Bacısı ona həyatında bir nəfərin olduğunu həmin şəxslə danışdığını demişdir. Zərərçəkmiş şəxs son zamanlar Təqsirləndirilən şəxs şikayətlər etmişdir. Evə gec gəldiyini, uşaqlarla və Zərərçəkmiş şəxs ilə maraqlanmadığını bildirmişdir. O, bacısının danışdığı həmin şəxsin kim olduğnu bilməmişdir. Həmin şəxsi görsə də tanımaz. Bacısından həmin şəxslə niyə danışdığını soruşanda bacısı qayğı və diqqət göstərdiyini demişdir. Bacısı həmin şəxsin Bakı şəhərindən olduğunu, sonuncunu ətraflı tanımadığını demişdir. Təqsirləndirilən şəxs ona, anasına və atasına Zərərçəkmiş şəxs başqa şəxslə danışmağı haqqında heç nə deməmişdir. Hadisə baş verən günü bacısının qətlə yetirilməsini qohumları demişdir. O, həmin vaxt öz evində olmuşdur. Sonra atasıgilə getmişdir. O, istintaqda müstəntiqə verdiyi ifadəsi ilə tanış olmuşdur. Orada yazılanları təsdiq edir. O, bacısının danışdığı şəxsin kim olduğunu bilməmişdir. Sadəcə yazışdığını bilmişdir. Bacısının kimləsə danışdığını görməmişdir. Bacısı özü ona kimləsə danışdığını demişdir. Bacısı ilə Təqsirləndirilən şəxs aralarında mübahisə yaranana kimi onların Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs whatsappda Zərərçəkmiş şəxs yazışdığından şübhələnmiş və aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs həmin vaxt whatsappı telefonundan silmişdir. Təqsirləndirilən şəxs niyə whatsappı sildiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs telefonunu qırmışdır. Təqsirləndirilən şəxs bacısına danışmamağı üçün qadağa qoyduğu insanlar olmuşdur. Bacısı ona sözü olduğunu bildirmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs evə gəldiyi üçün bacısı ona sözünü deyə bilməmişdir. Sonra o, whatsappda çox baxa bilmədiyi üçün onlar həmin mövzu haqqında danışmamışlar. Təqsirləndirilən şəxs bacısının onla danışmağına icazə verməmişdir. Təqsirləndirilən şəxs elə bilirdi ki, bacısının kimləsə danışmağını o, təşkil etmişdir. ***-**-** saylı olan mobil nömrəsi hal-hazırda işləmir. O, Şahid4 və Şahid5 adlı şəxsləri tanımır. O, 4 nəfərlik danışıq qrupunda olmamış və danışmamışdır. Sadəcə bacısının başqa şəxslə danışmasını bilmişdir. Verdiyev Elyarla onun heç bir tanışlığı yoxdur. O, heç kimlə bacısını şantaj etməmişdir. Qardaşı əsgərə sağ-salamat gedib qayıtsın deyə o, başını örtməyə (hicaba) niyyət etmişdir. Onlar oğlanlarla qrup vasitəsilə danışmamışlar. Ailə qrupunda bacısı ilə danışmışlar. Bacısının başqa şəxslə danışmağını o, valideynlərinə deməmişdir. Atası və anası bu barədə heç nə bilməmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra anasına səs atıb qızlarının səhvinə görə belə bir hərəkət etdiyini və gəlib Zərərçəkmiş şəxs aparmağı demişdir. Hadisə baş verənə kimi Təqsirləndirilən şəxs bu barədə atasına və anasına heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs sadəcə hərdən Zərərçəkmiş şəxs natəmizliyi barədə şikayətlənmişdir. Zərərçəkmiş şəxs başqa şəxslə danışdığını whatsappda görməmişdir. Onun burada sərbəst ifadə verməyinə heç kim təzyiq göstərməmişdir. Bacısının başqa şəxslə danışdığını sosial şəbəkədə bir dəfə özü görmüşdür. Bir dəfə də başqa şəxslə danışdığını Zərərçəkmiş şəxs özü demişdir. Bacısı başqa şəxslə danışmağına səbəb olaraq diqqət və sevgi görmədiyini demişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kimlə yazışdığını, whatsappı niyə sildiyini demişdir. Zərərçəkmiş şəxs son zamanlar Təqsirləndirilən şəxs haqqında sonuncunun evə baxmadığını, içki içdiyini, uşaqlarla və onunla maraqlanmadığını demişdir. Zərərçəkmiş şəxs danışdığı şəxsin adını Emin demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evə gec gəlməyini, işdən pul alıb evə baxmadığını, içki içdiyini demişdir. Sənan adlı şəxslə Zərərçəkmiş şəxs danışması üçün o, vasitəçi olmamışdır. May ayının 9-u Zərərçəkmiş şəxs onlara gəlmək istəmişdir. Həmin gün oğlunun ad günü olmuşdur. Zərərçəkmiş şəxs ona onlara gəlməyindən Təqsirləndirilən şəxs xəbəri olmasın demişdir. Evdən çıxanda telefon götürməyəcəyini Təqsirləndirilən şəxs telefonla Zərərçəkmiş şəxs izlədiyini demişdir. Zərərçəkmiş şəxs ondan yol pulunu düzəldib sonuncunu qarşılamağa çıxmağını istəmişdir. Zərərçəkmiş şəxs yaşadığı həyatdan bezdiyini Təqsirləndirilən şəxs sonuncunu döydüyünü demişdir. Zərərçəkmiş şəxs ona gözünün altı qaralmış şəklini atmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına bıçaqla vurduğunu demişdir. Axırıncı dəfə başından qan gələn vəziyyətdə ona zəng vurmuşdur. O, atasıgilin xəbəri olub-olmamasını soruşanda Zərərçəkmiş şəxs sonuncuların bilməsini istəməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs mobil telefonunda olanlar aşkar olunmuşdur. Aşkar olunanlar Zərərçəkmiş şəxs ailə üzvlərinə göndərilmişdir. Məhkəmə iclaslarında Zərərçəkmiş şəxs etdikləri ilə bağlı məlumatların göndərilməsi inkar etsələr də, bütün məlumatlar agah olmaqları üçün göndərilmişdir. O, Şahid4 zəng edərək danışmışdır. Şahid4la danışıq vaxtı danışıqlarının qeydə alındığını əvvəlcədən xəbər etmiş və gələcəkdə lazım olduğu təqdirdə bu səs yazısından istifadə edəcəklərini bildirmişdir. Şahid4la danışıq vaxtı Zərərçəkmiş şəxs ona ilk öncə subay olduğunu, sonra ailəli olub boşandığını, halhazırda qardaşının yanında yaşadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs mobil telefonunda olan məlumatları video çəkiliş şəkilində sonuncunun ailə üzvlərinə göndərmişlər. Zərərçəkmiş şəxs atası göndərdiklərinə inanmadıqdan sonra Şahid4 nömrəsini mərhumun ailəsinə vermişlər. Şahid4 sonra ona zəng edərək 1 nəfər kişinin sonuncuya zəng edərək təhqir edib zəngi sonlandırdığını və Şahid4 özü də həmin şəxsi təhqir etdiyini demişdir. Cinayət işində adı keçən bütün şəxslərlə Zərərçəkmiş şəxs danışıqları video çəkilişlə sonuncunun ailə üzvlərinə göndərilmişdir. Hadisə günü sağlamlığı ilə əlaqədar ərazi üzrə qeydiyyatda olduğu Sabunçu poliklinikasında növbə gözləmişdir. Poliklinikadan çıxdıqdan sonra işə gedəcəkdi. Poliklinikada olduğu vaxt qardaşı ona zəng edərək təcili gəlməli olduğunu bildirmişdir. Həmin ərəfələrdə baş verən hadisələrlə bağlı ailə üzvləri ilə Təqsirləndirilən şəxsla münasibətlərində soyuqluq yaranmışdır. O, qardaşına işə gedəcəyini demişdir. Qardaşı da atasına deməyini bildirmişdir. Atası baş verənlərdən sonra qardaşı ilə danışmamış, hətta mobil nömrəsini qara siyahıya atmışdır. Özü atasına zəng edib baş verənlər barədə demiş və qardaşına zəng etməyini bildirmişdir. Atası qardaşının Zərərçəkmiş şəxs yenidən götürüb evə gətirdiyi üçün qardaşına yığmayacağını bildirmişdir. Həmin təqdirdə anasına məlumat verməyini, özünündə həmin vaxta qədər qardaşıgilə gedəcəyini demişdir. Qardaşıgilə çatdığı vaxt artıq Zərərçəkmiş şəxs yerdə hərəkətsiz, ağzı bağlı şəkildə uzanmışdır. Qardaşından Zərərçəkmiş şəxs nəbzini yoxlamağını xahiş etmişdir. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəbzini yoxlamış və nəbzinin olmadığını bildirmişdir. Daha sonra polisi çağırdıqdan sonra uşaqların evə gələcək polisləri görməmələri üçün uşaqları götürüb öz evlərinə aparmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, heç kimin ailə mübahisələrinin gərginləşməsinə şərait yaratmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tik-tok sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Tik-tok sosial şəbəkəsində canlı yayın açdığı vaxt Zərərçəkmiş şəxs canlısına qoşulmuşdur. Canlı yayında biraz söhbət etdikdən sonra Zərərçəkmiş şəxs ona ediləcək söhbətlərin bura aid olmadığını bildirmiş və ona mobil nömrəsini göndərmişdir. Zərərçəkmiş şəxs ailəli olubolmadığını soruşmuş, sonuncu ailəli olub boşandığını demişdir. Həmin ərəfələrdə hərbçi olduğu üçün təlimə getmişdir. Təlimə getdiyi vaxtdan Zərərçəkmiş şəxs ilə əlaqəsi kəsilmişdir. Sonradan şahid qismində məhkəməyə dəvət edilmiş tanımadığı şəxs ona zəng edərək Zərərçəkmiş şəxs ailəli olduğunu demişdir. O da zəng edən şəxsə Zərərçəkmiş şəxs boşandığını deməsini demişdir. Ona zəng edən şəxsə birdə belə hərəkət etməyəcəyini demişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə danışmağının məqsədi dost kimi, tanış olmaq kimi olmuşdur. O, ailəli deyil, subaydır. Zərərçəkmiş şəxs ilə danışmağında məqsədi ailə qurmaq olmamış, məqsədi sadəcə danışmaq olmuşdur. Zərərçəkmiş şəxs ilə danışıb hər hansısa münasibət qurmaq kimi məqsədi olmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında görüntülü danışıqları olmuş, amma şəkil atmaq məsələsi kimi hallar olmamışdır. Zərərçəkmiş şəxs ilə hərbidə olduğu vaxt danışmış, amma təlimə getdiyi vaxt sonuncu ilə əlaqələri kəsilmişdir. Təlimdə 1 həftə olmuşdur. Təlimdən qayıtdıqdan sonra qaynı ona zəng etmişdir. Həmin zəngdən sonra Zərərçəkmiş şəxs ilə danışmamışdır. Zərərçəkmiş şəxs ailəsi tərəfindən 1 nəfər kişi zəng etmişdir. Zərərçəkmiş şəxs ailəsi tərəfindən zəng edən şəxs ona kim olduğunu deməmiş, amma onu məhkəməyə, polisə verəcəyini demişdir. Ona ümumilikdə 2 nəfər şəxs zəng etmişdir. 1 nəfər şəxs Zərərçəkmiş şəxs qaynı olduğunu demiş, digər şəxs isə kim olduğunu deməmişdir. Digər zəng edən şəxsin kim olduğunu soruşmamışdır. Zərərçəkmiş şəxs ilə 1 aya yaxın danışmışdır. Zərərçəkmiş şəxs onunla danışmaq istəmiş, amma o, Bakı şəhərində olsa da görüşməmişdir. Görüşü Zərərçəkmiş şəxs təklif etmiş, amma o, görüşməmişdir. Zərərçəkmiş şəxs bacısını tanımamış, sadəcə yaradılmış qrupda başqa bir xanım da olmuşdur. Qrupda olan digər xanım az yazmışdır. Zərərçəkmiş şəxs nə üçün qrup yaratdığını soruşmamışdır. Zərərçəkmiş şəxs 1 dəfə görüşməklərini planlaşdırmış, amma o, görüşə getməmişdir. Zərərçəkmiş şəxs ilə ilk tanışlığı Tik-tok sosial şəbəkəsindən başlamışdır. Zərərçəkmiş şəxs Tovuz rayonundan olduğunu demiş, amma Bakı şəhərində harada qaldığını deməmişdir. Zərərçəkmiş şəxs ona ailəli olduğunu, narahat etməməyini desə idi o, narahat etməzdi. Zərərçəkmiş şəxs ilə danışmaqlarına şəraiti xanımın özü yaratmışdır. Zərərçəkmiş şəxs ona sevgili kimi danışmağı təklif etmiş, amma onun sevgili kimi danışmağa vaxtı olmamışdır. Zərərçəkmiş şəxs qaynı zəng etdikdən sonra zəng edən şəxs sözünü deyib dərhal danışığı sonlandırdığı üçün kim olduğunu soruşa bilməmişdir. Həmin şəxs ona kim olduğunu deməmişdir. Zərərçəkmiş şəxs qaynı ilə danışdıqdan sonra sonuncunun qaynı zəng edən şəxsin Zərərçəkmiş şəxs atası olduğunu demişdir. Əvvəllər Təqsirləndirilən şəxs və qardaşını tanımamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ifadəsində elan olunanlar doğrudur, sadəcə məhkəmə iclasında qadınlar olduğu üçün tam dəqiq danışa bilməmişdir. Zərərçəkmiş şəxs ilə yazışma zamanı intim mövzuda söhbətləri olub, amma görüntülü danışıq vaxtı Zərərçəkmiş şəxs ilə heç bir intim mövzuda danımamışlar, sadəcə adi danışıqları olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid4 adlı qonşusu Tik-tok sosial şəbəkədə canlı yayım açmışdır. Şahid4 canlı yayımına Zərərçəkmiş şəxs adlı xanım qoşulmuşdur. Canlı yayımda biraz söhbət etdikdən sonra ediləcək söhbətlərin canlı yayıma aidiyyəti olmadığından Zərərçəkmiş şəxs mobil nömrəsini Şahid4 göndərmişdir. Canlı yayımdan sonra Whatsapp proqramında qrup açılmışdı. Whatsapp proqramında yazışmışlar. Whatsapp proqramında yazışan vaxtı Zərərçəkmiş şəxs ailəli olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs ona ərinin olduğunu bildirmiş, amma kaş olmazdı sözünü demişdir. O da bu sözdən sonra Zərərçəkmiş şəxs bloka atmışdır. Zərərçəkmiş şəxs bundan sonra narahat etməmişdir. Whatsapp proqramında danışdıqlarından 4 ay sonra cinayət hadisəsi baş vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Şahid2 Zərərçəkmiş şəxs bacısıdır. Şahid2 Zərərçəkmiş şəxs Whatsapp proqramındakı qrupa dəvət etmişdir. Whatsapp proqramındakı qrupu Zərərçəkmiş şəxs yaratmışdır. Onu Whatsapp proqramındakı qrupa isə Şahid4 dəvət etmişdir. Qrupdakı xanımlarla heç bir tanışlığı, qohumluğu, dostluğu olmamışdır. Hadisə ilk öncə Şahid4la Zərərçəkmiş şəxs Tik-tok sosial şəbəkəsində tanışlıqılarından başlamışdır. O, Whatsapp proqramındakı qrupa dost kimi yazışmaq məqsədi ilə qoşulmuşdur. Whatsapp proqramındakı qrupa qoşulmağına başqa heç bir məqsədi olmamış, sadəcə məqsədi dost kimi yazışmaq olmuşdur. Whatsapp proqramındakı qrupa qoşulan xanımları heç üzlərini belə görməmişdir. Şahid4 ona canlı yayında bir xanımla tanış olduğunu bildirmiş və onun da birlikdə Whatsapp proqramındakı qrupa qoşulmağını təklif etmişdir. Whatsapp proqramındakı qrupda 4 nəfər olmuşlar. Whatsapp proqramındakı qrupdakı xanımların heç biri ilə görüşməli deyildi. Whatsapp proqramındakı danışdığı xanımdan nə şəkil istəmiş, nə də ona şəkil atmışlar. Xanımların heç birinin üzlərini belə görməmişdir. Zərərçəkmiş şəxs ona ərinin olduğunu, amma belə ərin kaş olmadığını dedikdən sonra Zərərçəkmiş şəxs bloka atmışdır. Zərərçəkmiş şəxs ilə görüşməli deyildi. Whatsapp proqramında yaradılmış qrupda görüntülü danımamışlar. Ona görə də, xanımların heç birinin üzlərini görməmişdir. Heç kimdən şəkil belə istəməmişdir. Zərərçəkmiş şəxs ilə təkilikdə yazışmış, amma görüntülü danışmamışdır. Zərərçəkmiş şəxs ilə 3 gün yazışmış, amma 3 gündən sonra yazışmaları olmamışdır. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Nizamikənd kəndində böyüyüb boya-başa çatmışdır. Orta məktəbi də həmin kənddə bitirib 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmış, 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini başa vurub ailə üzvlərinin yanına gəlmişdir. Elə həmin tarixdən etibarən də kənddə fərdi qaydada təsərrüfatla məşğul olub ailəsinə maddi cəhətdən dəstək olmağa çalışmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra asudə vaxtlarını keçirmək üçün “Tik-Tok” sosial şəbəkəsində “döyüşçü780” adı ilə qeydiyyatdan keçmiş, təxminən 02- 03 may 2024-cü il tarixdə yenə həmin sosial şəbəkədə vaxtını keçirən zaman “sevgimallaha21” adlı hesabdan mesaj gəldiyini görmüşdür. Sonradan həmin şəxslə danışıb tanış olmuş, həmin şəxin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. İlk günlər Ayşən ona evli olması barədə məlumat verməmiş, əvvəllər evli olduğunu, əslən Tovuz rayonundan olduğunu, sonradan ərindən boşandığını bildirmiş, lakin sonradan evli olduğunu bilmişdir. Ona görə də, problem yaşamaq istəmədiyini bildirib, bu münasibətin bitməsini xahiş etmişdir. Ayşən isə heç bir problem olmayacağını bildirib onunla danışmaq istədiyini demişdir. Bundan sonra Ayşənlə daha mehriban danışmağa başlamış, hətta virtual olaraq seksual xarakterli söhbətlər edib, öz cinsi ehtiraslarını təmin etməyə çalışmışlar. Həmçinin Ayşən ona özü yazmadığı təqdirdə yazmamağını xahiş etmişdir. O da Ayşənin dediyi kimi yalnız özü məlumat verən zamanlar danışmışdır. Sonuncu dəfə isə 05 may 2024-cü il tarixdə, saat 13 radələrində aralarında “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə seksual xarakterli söhbətlər olmuşdur. Sonradan isə mesaj yaza-yaza zəng edib səsli olaraq da danışmağa başlamışdır. Təxminən 10-15 dəqiqə danışdıqdan sonra anidən Ayşənə məxsus mobil telefonun söndüyünü görmüşdür. Bir müddət gözləyib sonradan nə baş verdiyini anlamaq üçün yenidən Ayşənə zəng etmiş, həmin vaxt artıq sonuncuya zəng çatmamışdır. Sonradan sosial şəbəkələrdə olan xəbər portallarının birində Sabunçu rayonunda qətl hadisəsi baş verdiyini, ərin öz arvadını boğaraq qətlə yetirdiyini görmüşdür. O, həmçinin Zərərçəkmiş şəxs mobil telefonuna keçirilmiş baxış protokolu və ona əlavə edilmiş fotoşəkillərlə tanış olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun əvvəllər istifadə etdiyi nömrə olmuşdur. Məhz həmin nömrə ilə Zərərçəkmiş şəxs ilə danışmış, bu danışıqlardan başqa isə aralarında hər hansı görüş, cinsi münasibət olmamışdır. Sadəcə virtual olaraq danışıb öz cinsi ehtiraslarını təmin etmişlər. Həmin nömrə əvvəllər əmisi Ramil Ağayevə məxsus olmuşdur. Xatırlamadığı günlərin birində əmisi Ramil Ağayev kəndə yaşadığı ünvana qonaq gəlmişdir. Mobil telefonun enerjisi bitdiyindən nömrəsini çıxardıb evdə olan digər mobil telefona yerləşdirmişdir. Sonradan əmisi Bakıya qayıdarkən həmin mobil nömrə telefonun içərisində qalmışdır. Əmisi isə nömrənin harada olmasından xəbərsiz olmuşdur. O da həmin nömrəni götürüb, heç kimə məlumat vermədən özü istifadə etməyə başlamışdır. Bu hadisədən sonra isə həmin nömrəni qırıb atmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qəsdən öldürülməsi faktına görə CM-in 120.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, ünvan 2, nömrəsiz fərdi yaşayış evinin mətbəx otağında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 3-12) xx.xx.2024-cü il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:45 radələrində DİN-nin 102 xidmətinə zəng edərək arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvanda boğaraq öldürməsi və hazırda təqsirini boynuna almaqla təslim olmaq üçün yaşadığı ünvanda polis əməkdaşlarını gözləməsi barədə məlumat vermişdir. (İ cild,i.v. 13) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:45-də CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 31) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 49-50) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-262/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 67-72) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 15:45 radələrində DİN-in 102 xidmətinə zəng edilərək, arvadı Zərərçəkmiş şəxs boğaraq öldürməsi barədə məlumat verilmişdir. (İ cild, i.v. 109) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 110) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, X13 məxsus olan “Redmi 13 C” markalı mobil telefona baxış zamanı telefonun “Menyu” bölməsində bir sıra proqram tətbiqlərinin olduğu görünür. Həmin tətbiqlərdən “Whatsapp” ani mesajlaşma tətbiqinə daxil olduqda Zərərçəkmiş şəxs sonuncu dəfə xx.xx.2024-cü il, saat 13:03-dən saat 13:26-dək olan müddət ərzində “Rəşad Şofer” (***-***-**-**) adlı şəxslə aralarında seksual xarakterli mesajlaşmalar olduğu, bundan başqa, həmin tarixdə saat 13:11-dən 11:51 dəqiqə müddətində danışıq apardıqları məlum olur. Həmin mesajların məzmunundan görünür ki, hər iki şəxs virtual olaraq söhbətlər aparıb öz cinsi ehtiraslarını təmin etməyə çalışırlar. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi sonuncunun anası Nailə İbrahimovaya digər qızı Aytən adlı şəxs barəsində xoşagəlməz ifadələr işlədərək səs yazısı atdığı görünür. Həmin səs yazısından aydın olur ki, Aytən adlı şəxs bacısı Zərərçəkmiş şəxs məxsus mobil telefon nömrəsini kişi cinsli şəxslərə təqdim etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ilə anası Nailə İbrahimova arasında olan yazışmalardan və səs yazılarından aydın olur ki, sonuncunun digər qızı Aytən adlı şəxslə münasibətləri korlanmışdır. Belə ki, həmin səs yazılarında Aytən adlı şəxs anası Nailə İbrahimovaya nalayiq ifadələr işlətmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ilə “Tülkü” adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs arasında da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il, saat 13:20 radələrinə kimi olan müddət ərzində müxtəlif məzmunlu yazışmalar olduğu aşkar edilir. Həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun mesajlarına gec cavab verdiyi üçün iradlar bildirdiyi, kimləsə yazışması ilə əlaqədar şübhə etdiyi, daha sonra isə aralarında seksual xarakterli söhbətlər aparıldığı məlum olur. Mobil telefonun “Galereya” bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs ********** saylı mobil telefon nömrəsi ilə aralarında səmimi yazışmalar olduğu aşkar edilir. Bundan başqa, mobil telefonda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında dialoqu əks etdirən videogörüntü olduğu məlum olur. Həmin videoda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs artıq hər şeyin düzələcəyini deyib sonuncunun keçmiş nöqsanları barədə ona öz iradlarını bildirib, onun həmin nöqsanlarını bağışladığını, artıq əvvəlki kimi mehriban olmaq istədiklərini bildirmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs ********** saylı mobil telefon nömrəsi ilə 01:52 dəqiqə danışdığı məlum olur. Həmçinin baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs əlaqə saxladığı kişi cinsi şəxslərin adlarını telefonun kontaktına qadın adı ilə qeyd edərək həmin şəxslərin əsl şəxsiyyətlərinin gizli qalmasını istəmişdir. Belə ki, “Aytac sinif”, “X28”, “Aylin Lalee” və ********** saylı mobil telefon nömrəsi istifadəçiləri ilə Zərərçəkmiş şəxs arasında əvvəllər seksual xarakterli yazışmalar olduğu, həmin şəxslərin öz cinsi ehtiraslarını virtual olaraq təmin etdikləri məlum olur. (İ cild,i.v. 114- 125) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Blackview” markalı mobil telefona baxış zamanı telefonun zənglər bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 15:22-də “Qaynata” adlı şəxsə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aralarında 1 dəqiqə 37 saniyə müddətinə danışıq olduğu məlum olur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:42-də DİN-nin 102 xidmətinə zəng edərək 50 saniyə müddətində danışmışdır. Həmin telefonun “Menyu” bölməsində bir sıra proqram tətbiqlərinin olduğu görünür. Həmin tətbiqlərdən “Whatsapp” ani mesajlaşma tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:57-də, 14:58-də, 15:03-də və 15:10-da qardaşı Şahid3la aralarında danışıqlar olduğu aşkar edilir. Bundan başqa, Təqsirləndirilən şəxsla “Ömrüm” adı ilə qeyd edilmiş Zərərçəkmiş şəxs arasında da 28 aprel 2024-cü il tarixdən xx.xx.2024-cü il, saat 13:20 radələrinə kimi olan müddət ərzində müxtəlif məzmunlu yazışmalar olduğu aşkar edilir. Həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun mesajlarına gec cavab verdiyi üçün iradlar bildirdiyi, kiminləsə yazışması ilə əlaqədar şübhə etdiyi, daha sonra isə aralarında seksual xarakterli söhbətlər aparıldığı məlum olur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Naylə” (Nailə İbrahimova) adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə Zərərçəkmiş şəxs sonuncu dəfə mesajlaşdığı “Rəşad Şofer” adlı şəxsə aralarında olan sevgi mesajlarını göndərmiş və ona gəlib Ayşənin meyitini aparmalarını istəmiş, Ayşəni öldürməsi barədə polisə məlumat verdiyini bildirmişdir. Daha sonra “Lale Dayı qızı” adlı şəxsə də Ayşəni öldürməsi barədə səsli mesaj göndərmişdir. Mobil telefonun “Galereya” bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs ********** saylı mobil telefon nömrəsi ilə aralarında səmimi yazışmalar olduğu aşkar edilir. Bundan başqa, mobil telefonda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında dialoqu əks etdirən videogörüntü olduğu məlum olur. Həmin videoda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs artıq hər şeyin düzələcəyini deyib sonuncunun keçmiş nöqsanları barədə ona öz iradlarını bildirib, onun həmin nöqsanlarını bağışladığını, artıq əvvəlki kimi mehriban olmaq istədiklərini bildirmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs ********** saylı mobil telefon nömrəsi ilə 01:52 dəqiqə danışdığı məlum olur. Həmçinin baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs əlaqə saxladığı kişi cinsi şəxslərin adlarını telefonun kontaktına qadın adı ilə qeyd edərək həmin şəxslərin əsl şəxsiyyətlərinin gizli qalmasını istəmişdir. Belə ki, “Aytac sinif”, “X28”, “Aylin Lalee” və ********** saylı mobil telefon nömrəsi istifadəçiləri ilə Zərərçəkmiş şəxs arasında əvvəllər seksual xarakterli yazışmalar olduğu, həmin şəxslərin öz cinsi ehtiraslarını virtual olaraq təmin etdikləri məlum olur. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefondan “screen” etməklə qeyd etdiyi görüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxs müxtəlif şəxslərlə müxtəlif məzmunlu seksual xarakterli söhbətlər etdiyini, başqa şəxslərlə yazışmalar etdiyini təsdiq etmiş, lakin həmin şəxslərlə görüşmədiyini bildirmişdir. (İ cild,i.v. 126-132) Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X6 adlı azyaşlı uşaqları vardır. (İ cild,i.v. 150-152) xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild,i.v. 232, 236) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14 X27 Sabunçu rayon şöbəsinin 1035 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlər aşkar edilməmişdir. (İİ cild, i.v. 31-33) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14 X27 Sabunçu rayon şöbəsinin 99 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərkən boyunun yumşaq toxumalarına, traxeyaya, dilin kök hissəsinə və dilatlı sümük ətrafı yumşaq toxumalara qansızma, alıntəpə nahiyəsinin əzilmiş yarası və başın yumşaq toxumalarına yara səviyyəsində qansızma, üst dodaq və boyun nahiyəsinin qançırları, sol əl nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər həyatidir. Xəsarətlərdən boyunun yumşaq toxumalarına, traxeyaya, dilin kök hissəsinə və dilatlı sümük ətrafı yumşaq toxumalara qansızma, üst dodaq və boyun nahiyəsinin qançırları, sol əl nahiyəsinin sıyrığı mərhumun ölümündən az əvvələ; alın-təpə nahiyəsinin əzilmiş yarası və başın yumşaq toxumalarına yara səviyyəsində qansızma isə mərhumun ölümündən 3-5 gün əvvələ uyğun gəlməklə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Xəsarətlərdən boyunun yumşaq toxumalarında, traxeya, dilin kök hissəsinə və dilaltı sümük ətrafı yumşaq toxumalara qansızma, üst dodaq və boyun nahiyəsinin qançırları boyun üzvlərinin və ağızın əllə sıxılması (əllə boğma) nəticəsində törənə bilər, mexaniki asfiksiyaya səbəb olduğundan canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə bilavasitə səbəbli əlaqəlidir. Alın-təpə nahiyəsinin əzilmiş yarası və həmin proyeksiyada yumşaq toxumalara qansızma canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanının, sol əl nahiyəsinin sıyrığı isə canlı şəxslərdə zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə bilavasitə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin və ağızın əllə sıxılması (əllə boğma) nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri,alkoloidlər (həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İİ cild, i.v. 35-41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2804 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyaları üzərində kənar lif mikrohissəcikləri vardır. Geyim əşyalarının tərkib ve səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəciklərinin növü ve rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (İİ cild i.v. 43-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/865 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd qısaqol köynəyin, 01 ədəd idman şalvarının, 01 cüt corabın, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd sviterin,01 ədəd cins şalvarının səthində trasoloji zədə yoxdur. (İİ cild i.v. 49-52) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X25 Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3451 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 54-56) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 1609 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törədərkən onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonrakı dövrdə hər hansı psixi pozuntu qeyd olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs emosionallıq, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, aqressiv davranışlara meyilli olmamaq və s. kimi fərdi-psixoloji xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında situasiya (həyat yoldaşının əvvəllər də başqa şəxslərlə danışması, hadisə günü bir nəfər şəxslə telefonda intim məzmunlu söhbətlər etməsi, aralarında olan yazışmaya əsasən onların bir neçə dəfə görüşərək cinsi əlaqədə olduqlarını öyrənməsi və s.) ilə əlaqədar gərginlik, qəzəb kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (İİ cild, i.v. 58-62) xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İİ cild,i.v. 76-82) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-17-3/2- 23447/2024 nömrəli X8 və X5 ilə psixoloji görüş barədə rəyindən görünür ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğunda xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 ilə psixoloji qiymətləndirilmə aparılmışdır. Psixoloji qiymətləndirmənin əsas məqsədi ailədaxili münaqişənin uşaqlara təsirinin müəyyən edilməsidir. X9 tərəfindən aparılan psixoloji görüşdə uşaqların pedaqoji baxımsız olması, özünü ifadə etməkdə çətinlik, nitq bacarıqlarının zəifliyi müşahidə olunmuşdur. Məhz elə bu səbəbdən ilkin görüş zamanı ölüm hadisəsindən uşaqların məlumatlı olması barədə dəqiq və dolğun informasiya əldə edilmədi. Uşaqların yaş göstəricilərinin 5 yaşından kiçik olması faktı da hadisənin qavranılması və analiz edilməsini çətinləşdirdiyindən informasiyanın toplanılması prosesini ləngitmişdir. Çünki uşaqlar 5 yaşından etibarən ölümün nə olduğu başa düşməyə çalışırlar. Müşahidəyə və alınan anamnezə əsasən uşaqlarda emosional pozuntu (emosional labillik, ambivalenlik), qeyri-adekvat davranışlar aşkar edilməmişdir. Uşaqlara baxım verən şəxslərin bildirdiyinə görə enurez, yuxu və qidalanma pozuntuları görülməmişdir. Bu baxımdan ailədaxili münaqişə nəticəsində baş vermiş cinayət hadisəsinin uşaqların gözü qarşısında olması və xüsusi amansızlıqla törədilməsi faktı ilə bağlı dəqiq məlumat əldə edilmədi. (İİ cild, i.v. 134-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2057 və 2058 saylı rəylərindən görünür ki, X8 və X6 ilə ünsiyyət yaranmadığından onların psixatrik və psixoloji müayinəsinin aparılması mümkün olmamışdır. Bu səbəbdən məhkəmə-psixatrik və psixoloji ekspertizası qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyildir. (İİ cild, i.v. 141-144) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli finka, 01 ədəd qara rəngli, qısa qol kofta və 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus 01 ədəd mavi rəngli uzunqol sviter və 01 ədəd mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus olan “Blackview” markalı mobil telefon və Zərərçəkmiş şəxs məxsus olan “Redmi 13 C” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (İİ cild, i.v. 151-187) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən CM-in 120.1 və 128-ci maddələri ilə ittiham elan edilmişdir. (İİ cild, i.v. 188-190) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 120.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 120.1 və 128-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifata görə xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, onun arvadı Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, ekspert rəyləri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs öldürmək istəmədiyini, məqsədinin telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqlarını arvadının əlindən almaq istəməsini bildirsə də, yuxarıda göstərilənlər, həmçinin törədilmiş əməllə baş vermiş nəticə, yəni ölüm arasında birbaşa səbəbli əlaqənin olması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmiş, bu hərəkətləri edərkən etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu edərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.10 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki nəfər az yaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, qeydiyyatda olduğu və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.1 və 128-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən (CM-in 120.1-ci maddəsinə münasibətdə) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:45-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 azyaşlı uşaqları - 2020-ci il təvəllüdlü X8 və 2021-ci il təvəllüdlü X1 nəzarət və qulluq edilməsinin təşkil olunması barədə yaşadıqları ərazi üzrə qəyyumluq və himayəçilik orqanına (Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına) göstəriş verilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarının 55-ci bəndindən görünür ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 217 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli finka, 01 ədəd qara rəngli, qısa qol kofta və 01 cüt corab, “Redmi 13 C” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd mavi rəngli uzunqol sviter və 01 ədəd mavi rəngli cins şalvar “Blackview” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili X11 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Pro Bono” Vəkil Bürosunun vəkili X18 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə “Pro Bono” Vəkil Bürosunun vəkili X18 üçün 360 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli finka, 01 ədəd qara rəngli, qısa qol kofta və 01 cüt corab, “Redmi 13 C” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılsın, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd mavi rəngli uzunqol sviter və 01 ədəd mavi rəngli cins şalvar “Blackview” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 217 (iki yüz on yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs iki azyaşlı uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2021ci il təvəllüdlü X1 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına tapşırılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Pro Bono” Vəkil Bürosunun vəkili X18 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2157/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2157/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver