Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-216/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1iştirakları ilə, xx xxxxx 1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, Ağdaş şəhəri,H.Əliyev prospekti, ev 127-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış massivində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi,ev 1-də qeydiyyatda olmaqla yaşamış, ƏN-nin Penitensiar Xidmətinin 12 saylı X14 cəzasını çəkən və hazırda Azərbaycan Respublikası ƏN-nin Penİtensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 52-də qediyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Maqa” adlandırılan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 oktyabr 2017-ci il tarixdə saat 20 radələrində, ünvan 1 ünvanına gəlmiş, o, tanışı Təqsirləndirilən şəxs2lə binanın ətrafında dayanaraq müşahidələr aparmış, Təqsirləndirilən şəxs3 və Maqa adlı şəxs həmin ünvanın 8-ci mərtəbəsində yerləşən 33 saylı mənzilin giriş qapısının kilidini açarla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən şkafın orta hissəsində qoyulmuş mənzil sahibi Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərindəki bir ədəd dəmir seyfini, həmin seyfin içərisində saxlanılan 15.000 manat nağd pulunu, həmin günə məzənnəsi 25.501 manat 50 qepik olan 15.000 ABŞ dollarını, həmçinin 3.000 manat dəyərindəki bir ədəd şəbəkə formasında qızıl qadın üzüyünü, 7.500 manat dəyərindəki İtaliya istehsalı, “Longiness” markalı, qızıl gövdə və qolbağıdan ibarət bir ədəd qadın saatını, 1.500 manat dəyərindəki İtaliya istehsalı, “Tifani” markalı qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 20.000 manat dəyərindəki yarpaq formasında, qızıl üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət bir ədəd gəlinlik dəstini, 2.000 manat dəyərindəki pələng formasında qızıl üzük və boyunbağıdan ibarət bir ədəd dəstini, 1.500 manat dəyərindəki bir ədəd qızıl qolbağını, 2.000 manat dəyərindəki İtaliya istehsalı,"Vanklif" markalı, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 3.000manat dəyərindəki damla formasında, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 2.000 manat dəyərindəki sümbül formasında, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 2.000 manat dəyərindəki İsveçrə istehsalı,“Chopard” markalı bir ədəd qızıl qadın üzüyünü, 1,000 manat dəyərindəki ürək formasında,bir ədəd qızıl qadın boyunbağını,ümumilikdə cəmi 45.500 manat dəyərində qızıl-ziynət əşyalarını,həmçinin mənzildə olan 500 manat dəyərindəki işlənmiş içərisində danışıq kartı olmayan bir ədəd 'İphone 6” markalı mobil telefonunu və mənzilin dəhlizində olan 100 manat dəyərindəki az geyinilmiş İtaliya istehsalı qara rəngli kişi ayaqqabısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 87.101 (səksən yeddi min yüz bir) manat 50 (əlli) qəpik küili miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Maqa” adlandırılan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 oktyabr 2017-ci il tarixdə saat 20 radələrində, ünvan 1 ünvanına gəlmiş, o, tanışı Təqsirləndirilən şəxs1lə binanın ətrafında dayanaraq müşahidələr aparmış, Təqsirləndirilən şəxs3 və Maqa adlı şəxs həmin ünvanın 8-ci mərtəbəsində yerləşən 33 saylı mənzilin giriş qapısının kilidini açarla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında yerləşən şkafın orta hissəsində qoyulmuş mənzil sahibi Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərindəki bir ədəd dəmir seyfini, həmin seyfin içərisində saxlanılan 15.000 manat nağd pulunu, həmin günə məzənnəsi 25.501 manat 50 qəpik olan 15.000 ABŞ dollarını, həmçinin 3.000 manat dəyərindəki bir ədəd şəbəkə formasında qızıl qadın üzüyünü, 7.500 manat dəyərindəki İtaliya istehsalı, “Longiness” markalı, qızıl gövdə və qolbağıdan ibarət bir ədəd qadın saatını, 1,500 manat dəyərindəki İtaliya istehsalı, “Tifani" markalı qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 20.000 manat dəyərindəki yarpaq formasında, qızıl üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət bir ədəd gəlinlik dəstini, 2.000 manat dəyərindəki pələng formasında qızıl üzük və boyunbağıdan ibarət bir ədəd dəstini, 1.500 manat dəyərindəki bir ədəd qızıl qolbağını, 2.000 manat dəyərindəki İtaliya İstehsalı,“Vanklİf” markalı, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 3.000 manat dəyərindəki damla formasında, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 2.000 manat dəyərindəki sümbül formasında, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 2.000 manat dəyərindəki İsveçrə istehsalı,“Chopard” markalı bir ədəd qızıl qadın üzüyünü, 1.000 manat dəyərindəki ürək formasında,bir ədəd qızıl qadın boyunbağını, ümumilikdə cəmi 45.500 manat dəyərində qızıl-ziynət əşyalarını, həmçinin mənzildə olan 500 manat dəyərindəki işlənmiş içərisində danışıq kartı olmayan bir ədəd “İphone 6" markalı mobil telefonunu və mənzilin dəhlizində olan 100 manat dəyərindəki az geyinilmiş İtaliya istehsalı qara rəngli kişi ayaqqabısını-gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 87.101 (səksən yeddi min yüz bir) manat 50 (əlli) qəpik külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Maqa" adlandırılan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 oktyabr 2017-ci il tarixdə saat 20 radələrində, ünvan 1 ünvanına gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 binanın ətrafında dayanaraq müşahidələr aparmış, özü isə Maqa adlı şəxslə həmin binanın 8-ci mərtəbəsində yerləşən 33 saylı mənzilin giriş qapısının kilidini açarla açıb yaşayış sahəsinə qanunsuz daxil olub mənzilin yataq otağında yerləşən şkafın orta hissəsində qoyulmuş mənzil sahibi Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərindəki bir ədəd dəmir seyfini, həmin seyfin içərisində saxlanılan 15.000 manat nağd pulunu, həmin günə məzənnəsi 25.501 manat 50 qəpik olan 15.000 ABŞ dollarını, həmçinin 3.000 manat dəyərindəki bir ədəd şəbəkə formasında qızıl qadın üzüyünü, 7.500 manat dəyərindəki İtaliya istehsalı, "Longiness” markalı, qızıl gövdə və qolbağıdan ibarət bir ədəd qadın saatını, 1.500 manat dəyərindəki İtaliya istehsalı, “Tifani” markalı qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 20.000 manat dəyərindəki yarpaq formasında, qızıl üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət bir ədəd gəlinlik dəstini, 2.000 manat dəyərindəki pələng formasında qızıl üzük və boyunbağıdan ibarət bir ədəd dəstini, 1.500 manat dəyərindəki bir ədəd qızıl qolbağını, 2.000 manat dəyərindəki İtaliya istehsalı, “Vanklif” markalı, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 3.000 manat dəyərindəki damla formasında, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 2.000 manat dəyərindəki sümbül formasında, qızıl üzük və sırğadan ibarət bir ədəd dəstini, 2.000 manat dəyərindəki İsveçrə istehsalı, "Chopard” markalı bir ədəd qızıl qadın üzüyünü, 1.000 manat dəyərindəki ürək formasında bir ədəd qızıl qadın boyunbağını, ümumilikdə cəmi 45.500 manat dəyərində qızıl-ziynət əşyalarını, həmçinin mənzildə olan 500 manat dəyərindəki işlənmiş içərisində danışıq kartı olmayan bir ədəd "İphone 6” markalı mobil telefonunu və mənzilin dəhlizində olan 100 manat dəyərindəki az geyinilmiş İtaliya istehsalı qara rəngli kişi ayaqqabısını- gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 87,101 (səksən yeddi min yüz bir) manat 50 (əlli) qəpik külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi kı, o, əvvəllər yəni 2015-ci ildə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cərimə cəzasına, 2016-cı ilin aprel ayında, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, elə həmin ilin may ayında amnistiya qərarına əsasən həbsdən azad olunmuşdur. 2016-cı ildə CÇM-də cəzasını çəkərkən Təqsirləndirilən şəxs2lə tanış olmuş, aralarında normal münasibət yaranmış, həbsdən azad olunduqdan sonra o, Amidlə bir neçə dəfə telefonla əlaqə saxlayıb görüşmüş, Amidin Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşamasını bilmişdir. 2017-ci ilin təxminən sentyabr-oktyabr aylarında o, imkansızlıqdan Bakı şəhərinin küçələri, binaların bloklarını gəzib oğurluq etmək üçün münasib əmlak axtararkən, günün təxminən günorta saatlarında təsadüfən Bakı şəhəri, Səbail rayonu ərazisində Funikulyorun qarşısında yerləşən binanın blokuna girmiş, binanın mərtəbələrini gəzib mənzil qapılarını yoxlayarkən, təsadüfən binanın sonuncu 8-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısının kənarındakı şkafın siyirtməsində bir ədəd kilid açarı tapmış, həmin açarı götürüb yaxınlıqdakı mənzilin qapısında yoxladıqda qapı kilidi açılmış, o, mənzilə daxil olub otaqları gəzərkən, mənzilin yataq otağında şkafda bir ədəd kiçik təxminən 30x40sm ölçüdə qapısı bağlı seyf aşkar etmiş, həmin binanın ətrafı həm müşahidə kameraları, həm də hava işıqlı olmasından seyfi götürməmişdir. Sonralar havanın qaranlıq vaxtı gəlib aparmasını fikirləşib, mənzildən heç bir əmlak götürmədən çıxmış, qapını bağlayıb açarı götürdüyü yerə qoyub getmişdir. Müəyyən vaxtdan yenidən həmin ünvana gəlmiş, mənzilin giriş qapısının açarını əvvəl qoyduğu şkafın siyirtməsindən götürüb açmış, mənzilə daxil olmaq istəyərkən içəridən kişi səsi gəldiyindən açarı siyirtməyə qoyub qaçıb getmişdir. Sonra həmin mənzilə başqa şəxsi oğurluğa göndərməsini fikirləşmiş, həmin dövrdə yaşadığı Yasamal rayonun "Sovetski” adlanan məhəlləsində küçədə tanış olduğu, özünü “Maqa” kimi təqdim etdiyi, dəqiq yaşayış ünvanını və anket məlumatlarını bilmədiyi, tüfeyli həyat tərzi keçirən və bir neçə dəfə ondan siqaret almaq üçün xırda pul istəmiş, oğurluq etməyə meyilli olan şəxsə və tanışı Amidə həmin mənzilə oğurluğa getməyi təklif etmiş, Amid də bu oğurluğa öz qonşuluğunda yaşayan, oğurluğa meyilli və fərasətli bir nəfər Dəyanət adlı şəxsi də cəlb etməyi təklif edərək onunla tanış etmişdir. Sonra o, Amid və Maqa ilə telefonla əlaqə saxlayıb görüşməyi razılaşaraq, 21 oktyabr 2017-ci il tarixdə, axşam saat 19 radələrində, Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında o, Maqa ilə Amid isə Dəyanətlə gəlib görüşmüşdür. Bu zaman o, həmin şəxslərə mənzilin yerini, vəziyyətini, seyfin olduğu şkafı izah etmiş, birlikdə Səbail rayonu “Dağüstü park”-ın 40 pilləkən adlanan əraziyə gəlmiş, əvvəlcə oradan, sonra isə ’’Yaşıl teatr”-ın yüksəkliyindən Funikulyorun yaxınlığındakı binaya baxıb müşahidə edib, həmin binada 8-ci mərtəbədə yerləşən mənzilin işıqları yanmamasını görmüş, həmin binada imkanlı şəxslər yaşadığından, həmin gün də həftənin şənbə günü olduğundan, istirahət günləri binanın sakinləri bağ evlərinə və ya hər hansı bir rayona gəzməyə getmələrini fikirləşmişlər. Sonra Dəyanət və Maqa birlikdə Prezident Aparatı binası tərəfindən "Azneft meydanına düşüb, oradan mənzilin yerləşdiyi binaya getmiş, o, və Amid isə Funikulyorun yanındakı pilləkənlərlə “Əjdaha’’ heykəli olan parka düşmüş, oradan yolu keçib dəniz kənarı bulvar tərəfdən mənzilin pəncərələrini müşahidə edib İşıqları yanmadığını görmüşlər. Təxminən bir saat keçdikdən sonra o, Amidə yaşadığı “Sovetski’’ adlanan məhləyə getməyini demiş, çünki razılığa əsasən Maqa və Dəyanət mənzildən seyfi götürdükdən sonra oraya gəlməli idilər. Amid isə orada gözləmiş, o, tanımadığı taksiyə minib Yasamal rayonu, Nərimanov prospektinə, “Flind" klinikası yerləşdiyi binanın yaxınlığına gəlmiş, taksidən düşüb “Sovetski” adlanan ərazidəki məhəlləsinə tərəf piyada gedərkən yanında markasını və nömrəsini xatırlamadığı taksi avtomobili dayanmış, avtomobildə qabaqda Maqa, arxada Dəyanət oturmuş, o, da həmin avtomobilə əyləşib sürücüyə yol göstərərək, taksi avtomobilini məhəllələrinin yaxınlığına ara küçələrinin birinə, tanımadığı evin qarşısına sürdürüb saxlatmış, həmin taksi avtomobilin bağaj hissəsində ədyala bükülmüş seyfi yol kənarına düşürdükdə taksi çıxıb getmişdir. Sonra Dəyanət seyf olan bağlamanın yanında qalıb gözləmiş, o, isə Maqa ilə yaxınlığa yol kənarına gedib tanımadığı, markasını və nömrəsini xatırlamadığı taksi avtomobili saxlayıb, 20 manat ödəniş müqabilində Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən daş karxanasına aparmasını razılaşmış, taksini Dəyanətin dayandığı yerə sürdürüb, seyf olan bağlamanı avtomobilin baqajına qoyub yola düşmüşlər.Taksi ilə yolda olarkən o, Amidə zəng etmiş, sonuncu piyada Dəniz kənarı bulvarın ərazisi ilə Bayıl istiqamətdə getməsim demiş, taksi ilə Amidi “İnturist” mehmanxanası yaxınlığında yol kənarından götürüb Qızıldaş qəsəbəsinə yola düşmüşlər. O, Qızıldaş qəsəbəsinin daş karxanası ərazisini tanımadığı üçün yolu Dəyanət göstərmiş, təxminən yarım saatdan sonra qaranlıq karyerin təpəcikləri olan bir əraziyə çatmışlar,taksi avtomobildən düşüb yola saldıqdan sonra, seyf olan bağlamanı heç kəsin olmadığı bir çöllüyə gətirib, orada dəmir və daş parçaları ilə seyfin qapısını açmış, içərisində külli miqdarda dollar və manat pul əskinazları, müxtəlif qızıl-zinət əşyaları aşkar edilmiş, orada seyfdən çıxan pulları bərabər şəkildə o, üç yerə yəni, özünə, Amidə və Maqaya bölmüş, Maqada seyfdən götürdüyü qızıl-zinət əşyalarını gözəyarı üç yerə bölmüşdür. Amid Dəyanəti gətirdiyi üçün sonuncunun pulunu özü verəcəyini demiş, Amid Dəyanətə sonra nə qədər nağd pul və qızıl-zinət əşyaları verməsini o, bilməmiş, bölgüdən sonra onun payına ümumilikdə təxminən 8.000 manat məbləğində dollar və manat, təxminən bir ovuc müxtəlif qızıl-zinət əşyaları düşmüş, həmin qızıl-zinət əşyaların əlamətlərini xatırlamır, həmin qızıl-zinət əşyalarını o, cəm şəkildə təxminən İOOO manata tanışı Maqaya satmışdır.Maqa özü hadisədən sonra Rusiyaya çıxıb gedəcəyini və qızıl-zinət əşyalarını orada satacağını demişdir. Seyfi açıb pulu böldükdən sonra, seyfi çöllüyə atmışlar, sonra birlikdə piyada yol kənarına çıxaraq yol keçən avtomobillə Qızıldaş qəsəbəsinə gəldikdə, Amidlə Dəyanət həmin qəsəbədə düşüb evlərinə getmiş,o, isə Maqa ilə Bakı şəhəri istiqamətində yol avtomaşını ilə gəlib Bayıl qəsəbəsi ərazisində düşmüş, orada o, qızılları Maqaya satdıqdan sonra ayrılıb taksi ilə evinə getmişdir. Maqanın hara getməsini bilməmiş, həmin vaxtdan sonra o, Maqa, Amid və Dəyanəti görməmiş, həmin şəxslərin və özünün həmin dövrdə hansı mobil nömrə istifadə etdiyini xatırlamır, oğurluq zamanı əldə etdikləri pul və qızıl-zinət əşyalarını nə etmələrini bilməmişdir. O, əldə etdiyi pulları özü üçün pal-paltar almış, həmçinin yeyib içməsinə xərcləyərək qurtarmışdır. Həmin oğurluq hadisəsi barədə onun ailə üzvləri bilməmiş, əldə etdiyi puldan ailə üzvlərinə verməmiş, bu oğurluq haqda başqa heç bir kəsə danışmamışdır. İstintaq zamanı ona təqdim edilmiş portal sənədində əks olunmuş Şahid7 tanımadığını, ifadəsində qeyd etdiyi oğurluğa sonuncunun heç bir əlaqəsi olmadığını bildirmiş, etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14.04.2016-cı il tarixdə, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.02.2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə Quba rayonunda yerləşən 9 saylı Məntəqə Tipli CÇM-nə köçürülmüş, 15.07.2017-ci il tarixdə cəza müddəti bitmiş, 25.04.2019-cu il tarixdə, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177,2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 12 saylı CÇM-də cəza çəkir. Təqsirləndirilən şəxs3 o, uşaqlıqdan tanıyır və yaxın münasibəti var. 21 oktyabr 2017-ci il tarixdə, axşam saatlarında o, tanışı Dəyanətlə birlikdə Qızıldaş qəsəbəsində olarkən 2016-cı il tarixdə 16 saylı CÇM-də birlikdə cəza çəkdiyi İlham onun mobil telefonuna zəng edib Bakı şəhərinə gəzmək üçün çağırmış, o, razılaşaraq bu barədə Dəyanətə də təklif etmiş, birlikdə yaşadıqları Qızıldaş qəsəbəsindən Bakı şəhəri “20 Yanvar” metrosunun yanına gəlib orada İlhamla yanında sonradan adı Maqa olduğunu bildiyi şəxslə görüşdmüşdür. Birlikdə bir qədər danışdıqdan X29 rayonu dəniz kənarı bulvarla üzbəüz yerləşən binadakı mənzildə seyf olmasını, həmin seyfi oğurlamaqla qazanc əldə edə biləcəklərini demişdir.Əvvəlcə o, və İlham mənzilə oğurluğa girmək istəməmiş, Dəyanət və Maqa isə pula ehtiyacları olduğundan oğurluğa razılaşmış, sonra birlikdə razılığa gəlinmiş ki, mənzildən seyfi oğurladıqdan sonra taksi iiə Qızıldaş qəsəbəsinə karyer ərazisinə aparıb orada seyfi açıb içərisində olan pul və ya qızıl-zinət əşyaları bölsünlər. Birlikdə mənzilin yerləşdiyi binaya baxmaq üçün “Dağüstü park”-ın 40 pilləkən adlanan əraziyə gəlib, əvvəlcə həmin yüksəklikdən, sonra isə Funikulyorun qarşısında yerləşən “Əjdaha” heykəlinin əks tərəfindən, dəniz kənarı bulvarın ərazisindən mənzilin yerləşdiyi binanın sonuncu mərtəbəsinə baxıb, mənzilin işıqları yanmamasını, evdə heç kəsin olmamasını əmin olduqdan sonra Dəyanət və Maqa mənzilə oğurluğa getmişlər. Razılığa əsasən Dəyanət və Maqa mənzildən seyfi oğurladıqdan sonra taksi ilə əvvəlcə Bakı şəhəri, “Sovetski” adlanan məhəlləyə aparıb orada taksini dəyişib onunla və İlhamla əlaqə saxlayıb birlikdə seyfi sökmək üçün Qızıldaş qəsəbəsinə karyerə aparılmalı idilər. Dəyanət Maqa ilə ondan və İlhamdan ayrıldıqdan təxminən bir saat sonra, İlham da ondan ayrılıb Dəyanətgilin gedəcəkləri “Sovetski”-yə getmiş, o, piyada dəniz kənarı parkın kənarı ilə Bayıl istiqamətində gedərkən təxminən yarım saatdan sonra İlham ona zəng edərək tanımadığı və markasını xatırlamadığı taksi avtomobili ilə gəlib “İnturist” mehmanxanası yaxınlığında onu götürmüş, həmin taksi ilə birlikdə Qızıldaş qəsəbəsinin Atvallıq adlanan ərazidə yerləşən daş karxanasına, axşam saat 22 radələrində gəlmişlər. Taksidə olarkən o, artıq Dəyanət ilə Maqanın mənzildən seyfi oğurlamalarını bilmişdir, həmin ərazidə taksi avtomobilinin baqaj hissəsində ədyal bağlamada olan seyfi düşürdükdən sonra taksi çıxıb getmiş, o, tanışları ilə birlikdə bağlamanı yoldan kənara aparmış, orada dəmir və daş parçaları ilə seyfin qapısındakı kilidi sındıraraq sökmüş, seyf açıldıqda içərisində müxtəlif qızıl-zinət əşayaları, milli manat və dollar pul əskinasları aşkar edilmiş, o, İlham, Dəyanət və Maqa qızıl-ziynət əşyalarını və pulları götürüb bölərkən, hər kəsə təxminən 2900 manat, 1300 ABŞ dolları pul və gözəyarı bölünmüş təxminən bir ovuc əlamətlərini xatırlamadığı qızıl-zinət əşyaları düşmüşdür. Sonra hər kəs payına düşən pul və qızıl-zinət əşyalarını götürüb piyada yol kənarına çıxmış, yol keçən tanımadığı taksi avtomobilinə minib o, Dəyanətlə Qızıildaş qəsəbəsinə evlərinə, İlham və Maqa isə Bakı şəhərinə getmişlər. Sonra o, payına düşən qızıl-ziynət əşyalarını Qaradağ rayonu ərazisində yerləşən “Binə" və “Sədərək” ticarət mərkəzi ərazisində tanımadığı şəxslərə müxtəlif qiymətlərə satıb pul əldə etmiş, həmin pulu və bölgü zamanı payına düşən nağd pulu özü üçün yeyib-içməyə, siqaretə və müxtəlif əyləncələrə xərcləyib qurtarmışdır. İçərisindən pul və qızıl-zinət əşyaları çıxmış seyf elə sökdüyü çöllükdə qalmış, eyni zamanda həmin yerdə Maqa mənzildən götürdüyü bir ədəd “İphone” markalı mobil telefonun işləmədiyini bildirərək naməlum istiqamətdə çöllüyə atmış, həmin çöllüyü Dəyanət tanımış, o, tanımamışdır, oğurluq edilən gündən müddət çox keçdiyindən oğurluq ediləsi mənzil haqda məlumatı Maqa və ya İlham tərəfindən verilməsini dəqiq xatırlamamış, həmin mənzilin yerini nə o, nə də Dəyanət bilməmiş, mənzildən bir cüt kişi ayaqqabısının oğurlanmasından məlumatı olmamış, Maqa adlı şəxsi o, tanımamış, anket məlumatlarını və harada yaşamasını bilməmiş, sonuncunu oğurluq günü birinci dəfə görmüş, Maqanı İlham tanımışdır. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, oğurluq cinayəti törətdiyinə görə həbsdə olan Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. 21 oktyabr 2017-ci il tarixdə, axşam saatlarında o, Təqsirləndirilən şəxs2lə birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində olarkən, Amidlə birlikdə 2016-cı ildə 16 saylı CÇM-də cəza çəkmiş İlham adlı tanışı zəng edib birlikdə gəzib əylənmək üçün Bakı şəhərə çağırmış, Amid razılaşaraq bu barədə ona təklif etmiş, o, da razılaşıb birlikdə yaşadıqları Qızıidaş qəsəbəsindən avtobusla Bakı şəhəri, “20 yanvar" metrosu yaxınlığına gəlmiş, orada İlhamla və yanında olan sonradan adı Maqa olmasını bildiy şəxslə görüşmüşdür. X29 rayonu dəniz kənarı bulvarla üzbəüz yerləşən binadakı mənzildə seyf olmasını, həmin seyfi oğurlamaqla qazanc əldə edə biləcəklərini demişdir. X24 mənzildən oğurluq etməkdən çəkinsələr də, sonra razılaşıb birlikdə avtobusla əvvəlcə "Sovettski" adlanan məhəlləyə sonra isə piyada gəzərək “Dağüstü park"-ın 40 pilləkən adlanan yerə gəlmiş, oradan birlikdə oğurluq etməli olduqları mənzilin yerləşdiyi 8 mərtəbəli binaya baxdıqda, oğurluğa girəcəkləri mənzilin işıqları yanmadığını gördükdə, mənzilin sahibləri evdə olmamasını fikirləşib, o, Maqa ilə prezident aparatı binası tərəfdən “Azneft" meydanına və oradan mənzilin yerləşdiyi binanın yanına getmiş,Amidlə İlham isə Tunikulyor’’-un dəmir yolu xəttinə paralel olan pilləkənlə "Əjdaha" heykəli olan parka düşmüş, təxminən 15 dəqiqədən o, Maqa ilə "Əjdaha” heykəli olan fantanın yanında Amid və İlhamla görüşmüş, oradan yenə qarşı tərəfdən 8-ci mərtəbədə yerləşən mənzilin pəncərələrinə baxıb işıqları yanmamasını görüb, o, Maqa ilə mənzilə qalxmaq üçün binanın həyətinə geçmişlər. Amidlə İlham isə dəniz kənarı bulvar tərəfə keçib oradan mənzili müşahidə etməli, oğurluq edildikdən sonra o, Maqa ilə Amid və İlhamla əlaqə saxlayıb görüşməli idi. O, Maqa ilə mənzilə qalxdıqda saat 20 radələri olmuş, hava artıq qaralmış, binanın həyətində və blokda heç kəs olmamış, bloka daxil olub liftlə 8-ci mərtəbəyə qalxmış, liftdən çıxdıqdan sonra Maqa öndə gedib sol tərəfdə yerləşən mənzilin qapısına yaxınlaşmış və qarşısında yerdə olan xalçanın altından bir ədəd açarı götürüb mənzilin qapı kilidini açaraq mənzilə daxil olmuşlar. Mənzilə Maqa ona ayaqqabını çıxartmasını demiş, hər ikisi ayaqqabılarını çıxarıb mənzilə daxil olduqda, Maqa onu bir başa yataq otağına aparmış, orada olan şkafı açıb içərisindəki seyfi göstərmiş, sonra birlikdə seyfi çıxarıb yerə qoyaraq çarpayının üzərində olan ədyala bükmüşdür. Sonra Maqa ona gözləməsini deyib qonşu otağa keçmiş, təxminən 5 dəqiqədən sonra Maqa əlində açıq şəkildə olan işlənmiş “İphone” markalı mobil telefonla gəlmiş, birlikdə seyf olan bağlamanı götürüb mənzilin girişində olan çıxardıqları ayaqqabılarını geyinib mənzili tərk etmişlər. Maqa mənzilin qapısını açarla bağlayıb açarı özü ilə götürmüş, birlikdə seyf lift ilə aşağı, blokun girişinə düşürüb o, orada gözləmiş, Maqa isə taksi arxasınca getmiş, təxminən 10 dəqiqədən sonra Maqa markası və nömrəsini xatırlamadığı taksi ilə gəlmiş, birlikdə seyf olan bağlamanı taksinin yük yerinə qoyub “Sovetski” adlanan məhəlləyə yolla düşmüş, həmin məhəlləyə çatdıqda yol kənarında İlhamı görüb taksiyə götürmüş, İlham taksini “Sovetski”-nin xatırlamadığı küçələrinin birinə gətirib saxlatmış, baqajda olan bağlamanı düşürdükdə taksi çıxıb getmiş, o, bağlamanın yanında qalmış İlham və Maqa başqa bir taksi avtomobili gətirməyə getmişlər. Təxminən 10-15 dəqiqədən sonra İlham və Maqa markasını və nömrəsini xatırlamadığı taksi ilə gəlmiş, seyf olan bağlamanı avtomobilin baqaj hissəsinə qoyub yola düşmüşlər. Yolda İlham telefonla Amid ilə əlaqə saxlamış, sonuncunu taksi ilə Bayılda "İnturist” mehmanxanası yaxınlığında götürüb, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə yola düşmüş, həmin qəsəbəyə çatdıqda, o, taksi sürücüsünə yol göstərib Atvallıq adlanan ərazidə heç kəsin olmadığı daş karxanasına gətirmiş, həmin əraziyə saat 22 radələrində çatmışlar, orada avtomobildən seyf bağlamanı düşürüb taksi yola salınmış, seyfi yoldan kənara aparıb yerdən tapdıqları dəmir və daş parçaları ilə kilidi sökülüb açılmış, içərisindən çıxmış qızıl-ziynət əşayaları və pullar aralarında bölünmüşdür. Bölgü zamanı onun payına təxminən 2900 manat, 1300 ABŞ dolları pul və gözə yarı bölünmüş bir ovuc müxtəlif qızıl-ziynət əşyaları düşmüş, payına düşmüş qızl-ziynət əşayaları tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları xərcləmişdir. İçərisindən pul və qızıl-zinət əşyaları çıxmış seyf elə sökdüyü çöllükdə qalmış, o, polis əməkdaşları ilə gedib həmin ərazini göstərmiş, əraziyə karyer daşı töküldüyündən seyf tapılmamış, eyni zamanda həmin yerdə Maqa mənzildən götürdüyü bir ədəd "İphone” markalı mobil telefon işləmədiyini bildirərək naməlum istiqamətdə çöllüyə atmış, oğurluq edilən gündən müddət çox keçdiyindən oğurluq ediləsi mənzil haqda məlumatı Maqa və ya İlham tərəfındən verilməsini dəqiq xatırlamaış, həmin mənzilin yerini nə o, nə də Amid bilməmiş, mənzildən bir cüt kişi ayaqqabının oğurlanmasından məlumatı olmamışdır, Maqa adlı şəxsi o, tanımamış, anket məlumatlarını və harada yaşamasını bilməmiş, onu oğurluq günü birinci dəfə görmüş, Maqanı İlham tanımışdır. Etmiş olduğm cinayət əməlindən səmimi peşmandır. Cinayət işinin 3-cü cildinin 134-135-ci vərəqlərində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirmədə dindirərkən,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir-birilərinin üzlərinə qarşı tanışları Təqsirləndirilən şəxs2 və Maqa adlı şəxslə qabaqcadan əlbir olub bir qrup halında, 21 oktyabr 2017-cı il tarixdə, saat 20 radələrində, ünvan 2 ünvanda yerləşən 33 saylı mənzildən içərisində nağd pul və müxtəlif qızıl-zinət əşyaları olan bir ədəd seyf oğurlamalarını, sonrada aralarında bölmələrini demişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, arvadı Şahid1 və 2011-ci il təvəllüdlü azyaşlı qızı Ayanla birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 67, 33 saylı mənzildə yaşayır. Həmin mənzil üç otaqdan və iki eyvandan ibarətdir. Eyni zamanda gün ərzində mənzildə 16.10.2017-,o, qızı Ayanı götürüb evdən getmiş, evdə Ramilə qalsa da,sonuncu həmin günü saat təxminən ci il tarixdən işə başlamış, azyaşlı qızının dayəsi Ramilə olur. 21 oktyabr 2017-ci il tarixdə saat 14 radələrində 18 radələrində ev işlərini bitirib istifadə etdiyi mənzilin açarı ilə qapını bağlayıb getmişdir. Həmin günü saat 22:30 radələrində, arvadı Afət ona zəng edib mənzilin açarları evdə qaldığından, azyaşlı qızı ilə mənzilə daxil ola bılmədiyini demiş və onun istirahət etdiyi Azadlıq prospektində yerləşən "Yaban” restoranın qarşısına gələrək, ona aid açarları alıb evə dönmüş, təxminən 15-20 dəqiqədən sonar Afət yenidən ona zəng edərək, təciİi evə gəlməsini, mənzillərinə oğru girməsini bildirmişdir. O,da evinə dönərkən, DİN "102'’ xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. O,mənzilinə gəldikdə mənzilin giriş qapısının kilidi salamat olmuş, lakin mənzilin iki ədəd yataq otağındakı əşyaların tam, qonaq otağındakı əşyalar isə qismən dağınıq olmasını, yataq otağındakı şifonerin içərisində qoyulmuş 65x45sm. ölçüdə olan dəmir seyfin yoxa çıxmasını, yəni oğurlandığını aşkar etmiş, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Mənzildən oğurlanmış 01 ədəd dəmir seyfin dəyəri 500 manat olmuş, seyfin içərisində isə 15.000 manat və 15.000 ABŞ dollar nağd pul, ailəsinə məxsus 3.000 manat dəyərindəki bır ədəd şəbəkə formasında qızıl qadın üzük, 7.500 manat dəyərindəki İtaliya istehsalı, gövdə və qolbağısı tam qızıldan olan "Longiness” markalı qadın saat, 1.500 manat dəyərindəki İtaliya istehsalı, “Tifanny” markalı qızıl üzük və sırğadan ibarət bir ədəd dəst, 20.000 manat dəyərindəkı yarpaq formasında, qızıl üzük, sırğa, boyun bağı və qolbağıdan ibarət bir ədəd gəlinlik dəst, 2.000 manat dəyərində pələng formasında qızıl uzuk və boyun bağıdan ibarət bir ədəd dəst, 1,500 manat dəyərində bir ədəd qızıl qolbağı, 2.000 manat dəyərində İtaliya istehsalı,“Vanklif’ markalı, qızıl üzük və sırğadan ibarət bir ədəd dəst, 3.000 manat dəyərində damla formasında, qızıl uzuk və sırğadan ibarət bir ədəd dəst, 2.000 manat dəyərində sümbül formasında, qızıl uzuk və sırğadan ibarət bir ədəd dəst, 2.000 manat dəyərində İsveçrə istehsalı, "Chopard” markalı bir ədəd qızıl üzük, 1.000 manat dəyərində ürək formasında, bir ədəd qızıl boyun bağı ümumilikdə cəmi 45.500 manat dəyərində qızıl-ziynət əşyalarının, həmçinin mənzildə olan bir ədəd 500 manat dəyərindəki işlənmiş içərisində mobil nömrə olmayan "İphone 6” markalı mobil telefon, mənzilin girişdə qoyulmuş ona məxsus az geyilmiş 100 manat dəyərində İtaliya istehsalı qara rəngli kişi ayaqqabı oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə cəmi 87.100 manat məbləğində maddi ziyan dəymişdir. istintaq prosesində ona təqdim edilmiş mənzilindən oğurluq edilməsində təqsirli bilinən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanı- mamış, heç bir zaman əvvəllər görməmiş, yalnız oğurluq hadisəsindən təxminən 5-6 ay əvvəl, o, evdə tək olarkən, mənzilinin giriş qapısının kilidi naməlum şəxs tərəfindən açmasına cəhd edərkən onun evdə olmasını hiss edib həmin şəxsin qaçıb getmiş, lakin bu zaman mənzilin giriş qapısında quraşdırılmış domofon aparatının kamerası həmin şəxsin fotoşəklini çəkmiş, həmin şəkili 21.10.2017-ci ildə mənzilindən oğurluq olduqdan sonra o, polis əməkdaşlarına təqdim etmiş, həmin şəkildə əks olunan şəxs Təqsirləndirilən şəxs1 oxşamış, eyni zamanda ona şəkili sənədi təqdim edilmiş Şahid7 tanımamış, həmin şəxs onun yaşadığı mənzildə olmamış, 2016-cı ildə o, mənzilində təmir işləri aparsa da,həmin təmir işlərini Şahid7 etməmiş, sonuncunun əlbarmaq izləri onun mənzilinə necə düşməsini bilməmişdir. Oğurluq baş verən günü mənzilinin giriş qapısı Türkiyə istehsalı olan bir ədəd kilidin açarı ilə bağlanmış, mənzilin giriş qapısının açarları əvvəllər dəfələrlə naməlum şəraitdə itdiyinədən yeni dublikatları çıxarılmış, həmin açarların nüsxələri onda, arvadında və evdə işləyən bir nəfər xadimədə olmuş, sonuncu xadimədən əvvəl mənzilində Məlahət, daha əvvəl isə Məhəbbət adlı qadınlar işləmiş və mənzilin açarları həmin şəxslərdə də olmuş, mənzilində Məhəbbət Mendiyeva qulluqçu və daya kimi işlədiyi dövrdə heç kimə demədən icazəsiz götürdüyü bir ədəd qara rəngli, içi boş, dəmiri qırılmış köhnə qadın pul kisəsinin dəyəri olmamış, bununla bağlı şikayət verməmiş və şikayəti olmamışdır. O, təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, əri Zərərçəkmiş şəxs və 2011-ci il təvəllüdlü azyaşlı qızı Ayanla birlikdə Bakı şəhəri,Səbaıl rayonu, Neftçilər prospekti, ev 67, 33 saylı mənzildə yaşayır, həmin mənzil üç otaqdan və iki eyvandan ibarət olmaqla,8 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 21 oktyabr 2017-ci il tarixdə həftənin şənbə günü, o, yaşadığı mənzildən saat 11 radələrində çıxıb getmiş, bu zaman mənzildə əri Cahid və azyaşlı qızı Ayan qalmış, mənzildə xadiməlik edən Ramilə isə saat 13 radələrində gəlmişdir. O, işlətdiyi Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən gözəllik salonunda olarkən saat 16:30 radələrində əri Cahid qızı Ayanı iş yerinə gətirib qoyub çıxıb getmişdir.O, işdən saat 20 radəsində qızı Ayanla birlikdə çıxaraq "Park Bulvar” ticarət mərkəzinə getmiş və oradan saat 22 radələrində çıxıb evinə dönmək istəyərkən, evdə heç kimin olmamasından və mənzilin açarı da onda olmadığından əri Cahidə əlaqə saxlamış, ərinin yanına gedib mənzilin açarını götürərək 21.10.2017-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvana gəlmiş, mənzilin qapısını açıb içəriyə daxil olduqda, yataq otaqlarının dağınıq olmasını görüb mənzildə oğurluq baş verməsini başa düşmüş, dərhal əri Cahidə zəng edib bu barədə məlumat vermiş, təxminən 15-20 dəqiqədən sonra, yəni saat 23:30 radələrində əri evə gəlmişdir. Sonra mənzilə baxdıqda yataq otaqında içərisində nağd pul və qızıl- zinət əşyaları olan əri Cahidə məxsus bır ədəd dəmir seyfin və qonaq otağında olan nömrəsız bir ədəd işlənmiş "İphone 6” markalı mobil telefonun yoxa çıxmasını görmüş, maddi ziyan əri Zərərçəkmiş şəxs dəydiyindən, o zərəçəkmiş kimi tanınmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, fərdi əməklə, yəni şəxsi evlərdə qulluqçuluq etməklə ailəsini dolandırır. Cahid və Şahid1 ailəsininaşadıqları Bakı şəhəri, Neftçilər prospekti, ev 67, mənzil 33-də 16 oktyabr 2017-ci il tarixdən işləyir, yəni mənzildə həm təmizlik işləri görür, həm də ailənin azyaşlı qızları Ayanı məktəbdən gətirir. Həmin mənzilə saat 12 radələrində gəlib saat 19 radələrində gedir, mənzilin giriş qapısının bir nüsxə açarı onda olur, 21 oktyabr 2017-ci il tarixdə, o, həmin mənzilə saat 13 radəsində gəlmiş, saat 14 radələrində, ev sahibi Cahid qızı Ayanı götürüb evdən gedərkən, ondan nə vaxt gedəcəyini soruş-muş, o, da mənzildə təmizlik işlərini bitirdikdən sonra gedəcəyini demiş, həmin günü saat 18 radələrində işini bitirib gedərkən ev sahibəsi Afətə zəng edib mənzilin açarlarını hara qoymasını soruşmuş, sonuncu isə özü ilə aparmasını demişdir. 22 oktyabr 2017-ci il tarixdə isə o, Beyləqan rayonunda hərbi xidmətində olan oğlu Xəyal Yusifova baş çəkməyə getmiş, rayonda olarkən saat 17 radələrində, Afət ona zəng edərək harada olmasını soruşduqda, o, rayona oğluna baş çəkməyə gəlməsini demış, Afət ondan əvvəlki günü mənzilindən saat neçədə çıxmasını soruşduqda o, Afətə saat 18:04 dəqiqədə çıxmasını evdən çıxarkən özünə zəng etməsim demişdir. Afət həmin vaxt ona mənzildən oğurluq baş verməsi barədə məlumat verməsə də, növbəti gün yəni 23 oktyabr 2017-ci il tarixdə o, Afətin mənzilinə gəldikdə,sonuncu mənzildə oğurluq baş verməsini, yataq otağındakı paltar şkafından seyf oğurlanmasını demişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərdi ki, o, 13 noyabr 2017-ci il tarixdən 15 oktyabr 2017-ci il tarixə qədər Cahid və Şahid1 ailəsinin yaşadıqları Bakı şəhəri, Neftçilər prospekti, ev 67, mənzil 33-də həm təmizlik işləri ilə məşğul olmuş, həm də ailənin az yaşlı qızı Ayam məktəbə aparıb-gətirmişdir.15.10.2017-ci il tarixdə Afət ona evinə müvəqqəti gəlməməsini demiş, o, mənzilin açarlarını Afətə 7-8 oktyabr 2017-ci il tarixdə sonuncu Türkiyə Respublikasına gedərkən qaytarmışdır. 24 oktyabr 2017-ci il tarixdə o, Afətin özündən 21.10.2017-ci il tarixdə mənzilindən oğurluq baş verməsini eşitmiş, həmin oğurluğu törətməkdə şübhə etdiyi hər hansı bir şəxs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Nikel” banka məxsus lizinglə icarəyə götürdüyü və etibarnamə ilə idarə etdiyi "Daewoo Sentra" markalı 90PC342 dövlət qeydiyyat nişanlı avtomobillə "99-33” taksi xidmətində fəaliyyət göstərmişdir. 21 oktyabr 2017-ci ıl tarixdə saat 21 radələrində,o,idarə etdiyi taksi avtomobili ilə bir nəfər müştərini Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospektində, Funikulyorun yanında yerləşən “Çinar” restoranın qarşısına gətirib düşürmüşdür. Sonra o, idarə etdiyi avtomobililə həmin küçədən sağa dönüb yolunu davam etdirərkən, təxminən 30-40 metr irəlidə bir nəfər təxminən 170 sm hündürlüyündə, dolu bədənli, 25-30 yaşlarında, ağbəniz, bığsız, sifəti azacıq tüklü kişi əl edib ona avtomobili saxlatmış və “Sovetski”-yə neçəyə aparmasını soruşmuş, 4 manata razılaşdıqdan sonra, müştəri ona avtomobilini həmin küçədə yerləşən 8 mərtəbəli binanın blokuna sürdürərək, həmin binadan köçdüyünü yalnız bir ədəd “tumbuçka” qalmasını və götürməsini bildirmiş, o, avtomobilin baqajını açaraq “tumbuçka” üçün yer hazırlamış, müştəri isə bloka gedib bir neçə dəqiqədən sonar bir nəfər tanımadığı arıq bədənli, orta boylu, qarayanız, 25-30 yaşında kişi ilə gəlmiş, əllərində sarı güllü ədyala bükülmüş bir ədəd “tumbuçka" gətirib avtomobilin baqajına qoyaraq, avtomobili saxladan müştəri qabağa, ikinci şəxs isə arxaya əyləşmişdir. Sonra o, avtomobilini sifariş edilən ünvana sürmüş, “Sovetski” adlanan məhəlləyə çatdıqda və həmin məhəlləyə dönmək üçün o, yol axtararkən, qabaqda oturan şəxs avtomobili qarşısında səki ilə piyada gedən arıq bədənli, təxminən 170 sm hündürlüyündə, 25-30 yaşlarında, qarayanız, bığsız bir kişinin yanında saxlamasını demiş, həmin şəxsdə avtomobilə əyləşib ona yol göstərmiş və həmin məhəllədə tanımadığı açıq göy rəngli taxta qapının qarşısında avtomobilini saxlatmış, qabaqda əyləşən şəxs ona 5 manat taksi pulu verib, avtomobilin baqajında olan ədyala bükülmüş “tumbuçkanı” yerə düşürərək onu yola salmışlar. 22 oktyabr 2017-ci il tarixdə,o, Səbail RPİ-nin 9-cu PB-nə çağrıldıqda, avtomobilində aparılmış ədyala bükülmüş “tumbuçka” kimı ona təqım edilmiş əşyanın oğurluq seyf olmasını bilmiş, həmin şəxsləri yükləri ilə birlikdə götürdüyü və aparıb düşürdüyü ünvanları əyani olaraq göstərmişdir. Həmin şəxslərin adlarını bilməsə də sifətdən tanıya biləcəyini, həmin gündən sonra o, şəxsləri bir daha görmədiyini, həmin dövrdə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etməsini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2012-2013cü ildən Bakı şəhəri, Səbaii rayonu, Neftçiilər prospekti 67 ünvana gəlmiş, həmin binanın blokunda olan mühafizə otağında yaşayaraq gecələr gözətçilik etmiş. gündüzlər isə həmin və ətraf bina sakinlərinin avtomobillərini yumaqla, həmçinin müəyyən ödəniş muqabilində sakinlərin mənzillərdə məişət işləri görməklə.ərzaq və digər əşyaları daşımaqla dolanmışdır. Həmin binanın 8-ci mərtəbəsində yaşayan Cahid və Şahid1 ailəsini tanıyır və normal münasibəti olmuş, Afət xanımın idarə etdiyi avtomobilləri dəfələrlə yumuş, həmçinin məişət işlərində köməklik etmiş, sonuncu da əvəzində müəyyən ödənişlər etmiş, sonuncu dəfə o, Afət xanımgilin mənzilində 2016-cı ilin təxminən iyul-avqust aylarında olmuşdur. Bundan başqa Neftçilər prospekti 67 ünvanında yaşayan sakinlər, həftənin şənbə və bazar günləri bir çox hallarda evlərində olmadığından, bağlarında və ya digər rayonlara istirahətə gediklərindən, həmin günləri onun üçün iş olmadığından şəhərə gəzməyə getdiyindən, 21 oktyabr 2017-ci il tarixidə həftənin şənbə günü olduğundan o, şəxs işləri ilə bağlı saat 12 radələrində həmin ünvandan getmiş və 22 oktyabr 2017-ci ıl tarixdə gecə saat 00:30 radələrində geri dönmüşdür. Həmin müddət ərzində o Sahil metrosunun yaxınlığındakı çayxanada olmuş və şəhərdə gəzmişdir. Belə ki, o, gecə saat 00:50 radələrində yaşadığı ünvana çatdıqda binanın qarşısında Afət xanımı və polis əməkdaşlarını görmüş, həmin vaxt Afət xanımın mənzilindən seyf oğurlanmasını eşitmiş, həmin oğurluğu törətməkdə şübhə etdiyi hər hansı bir şəxs olmamış, həmçinin Afət xanımgilin mənzilinin açarları heç bir zaman onda olmamış, mənzilin açarlarını hansısa gizli bir yerə qoyulmasını o,bilməmişdir. İstintaq zamanı ona şəkilli sənədləri təqdim edilmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamış, həmin şəxsləri o, heç bir zaman nə Neftçilər prospekti 67 ünvanda və ya başqa yerdə görməmiş, hadisədən qabaq Cahid müəllimgilin blokunda heç bir müşahidə kamerası olmamışdır. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ıfadəsində göstərmişdir ki, o, 2012-ci ildən 2016-cı ilin təxminən avqust-sentyabr aylarına kimi, Cahid və Şahid1 ailəsinin yaşadıqları Bakı şəhəri, Neftçilər prospekti, ev 67, mənzıl 33-də xitmətçi və dayə kimi işləmiş, mənzilin bir nüsxə açarı onda olmuş, o, işlədiyi dövrdə mənzildən heç bır oğurluq baş verməmiş, 2016-cı ilin avqust-sentyabr aylarında mənzildə təmir işləri aparılmış, təmirdən sonra mənzili o, yığışdırmış və bu zaman mənzildə qara rəngli, içərisi boş, dəmiri qırılmış qaum pul kisəsi görüb mənzil sahibinə demədən, azımsız olmasını fikirləşib götürmüşdür. Afət xanım bunu biləndən sonra onu işdən çıxarmış və o, bir daha həmin mənzildə olmamışdır. Şahid1 mənzilində işlədiyi vaxt təmizlik işləri apararkən yataq otağında qoyulmuş, 50 sm. hündürlüyündə dəmir seyfi görmüş və tozunu almış, lakin seyfin içərisində nə olmasını bilməmişdir və maraqlanmamış, mənzildən gedərkən açarını Afətə qaytarmışdır. 27 oktyabr 2017-ci il tarixdə o, Səbaii RPİ-nin 9-cu PB-nə çağırılarkə orada Afət xanımın mənzilinin dəmir seyf oğurlanmasını bilməsini, həmin oğurluğu da kim tərəfindən törədilməsini bilməməsini, heç kimdən şübhələnməməsini, ondan sonra Afətin evində qulluqçu olaraq kimin işləməsini bilməməsini, istintaq zamanı ona şəkilli sənədləri təqdim edilmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamasını, həmin şəxsləri heç bir zaman nə Neftçilər prospekti 67 ünvanda və ya başqa yerdə görməməsinı, tanımamasını, Afət xanımın mənzilində işləyərkən və sonralar ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşamış, 2004-cü ilin yay ayarından 2005-ci ilin yay aylarına kimi Qaradağ rayonu, Qobustan qəsəbəsində olan Geofızika Neft mədənlərində geoloq, 2005-cı ildən 2006-cı ilin oktyabr aylarına qədər Qobustan qəsəbəsində Sement zavodunda fəhlə, 2006cı ildən isə Xırdalan şəhərinə köçdüyündən, Abşeron rayonu kəndlərində evlərdə inşaat işləri görmüş, lakin heç bir zaman Bakı şəhəri, Səbail rayonu ərazisində evlərdə təmir işləri görməmişdir. 30.10.2017-ci il tarixdə o, Səbail RPİ-nin 9-cu PB-nə dəvət olunarkən orada əl-barmaq izinin Zərərçəkmiş şəxs yaşadığı Səbail rayonu, Neftçilər prospekti ev 67, 33 saylı mənzildən çıxmasını, həmin mənzilin 8 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşməsini, mənzildən seyf oğurlanmasını bilmiş, lakin o,, həmin ünvanda yerləşən mənzildə olmamasın, heç bir təmir işləri aparmamasın, mənzil sahiblərini də tanımamasını, mənzildən kimin oğurluq etməsini və hansı şəraitdə onun əl-barmaq izinin mənzilə düşməsini bilməməsini göstərmişdir. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Günay-93" müəssisəsinin daş karxanasında usta işləyir. O, hər ayın 15 günü evdə Cəlilabad rayonunda, digər 15 gün isə iş yerində daş karxanasında qalıb işləyir.İşlədiyi “Günay-93” müəssisəsi həmin ərazidə 2018-ci ilin may ayında fəaliyyətə başlamış, əvvəllər həmin ərazi boş sahibsiz ərazi olmuş, 2018-ci ilin may ayının əvvəllərində, gündüz saat 15 radələrində daş karxanasının işə başlaması üçün ərazidə təmizlik işləri apararkən, daş karxanasının ön hissəsinin sağ tərəfində yolun kənarındakı təpənin alt hissəsində dərənin dibində təxminən 0.4x0.6 metr ölçüdə kvadrat şəklində,tünd albalı rəngində metal qutu görmüş, həmin qutunun nə olmasına baxmaq üçün o, yaxınlaşdıqda, dəmir seyf olmasını, qapısı sındırılaraq açıldığından amonnasiyaya uğramış olmasını, seyfin qapısı tam əzildiyindən açılıb bağlanmamış, seyf yağış altında çoxdan qaldığından bəzi yerləri paslanmış vəziyyətdə olmuş, o, əvvəlcə həmin dəmir qutunu ış yerinə aparıb, içərisinə açar yığmaq üçün istifadə etmək istəmiş, lakin qutunun qapısı tam deformasiyaya uğradığından, açar yeri sındırıldığından örtülməyib yarı açıq qaldığından o, götürməmiş elə dərənin dibində qalmış, bir neçə gündən sonar seyf olan dərəyə daş karxanası ərazisindən çıxarılmış təxminən 50-60 ədəd yük avtomobili lazımsız otval-torpaq tökülmüşdür. 2019-cu ilin təxminən iyun ayında, günün günorta saatlarında o, işdə olarkən, işlədiyi daş karxanasının yanına otval-torpaq tökülmüş əraziyə Səbail rayon polis əməkdaşları bir nəfər şəxslə gəlmiş, həmin şəxs otval-torpaq tökülən ərazini göstərib oraya seyf atmasını bildirdikdə, polis əməkdaşları traktor vasitəsi ilə dərəni qazmış lakin onun gördüyü seyfi tapa bilməmişdirlər. Sonra o, polis əməkdaşlarına həmin əraziyə otvaltorpaq tökülməmişdən öncə bir ədəd dəmir seyf görməsini təsdiq etmişdir. O, otval-torpaq tökülən dərəyə dəmir seyfi kimlərin nə vaxt atmasını bilməmiş və ya görməmiş, eyni zamanda həmin seyf olan yerin ətrafında hər hansı bir maraq kəsb edən əşyalar görməmiş, həmçinin polis əməkdaşlarına seyf atıldığı ərazini göstərən şəxsi də o, əvvəllər tanımamışdır. Cinayət işinin 1-ci cildinin 179-188-ci vərəqlərində olan 19 iyun 2019-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, şahid Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Maqa adlı şəxslə birlikdə qabaqcadan oğurluq etməyə razılaşmış, o, Maqa adlı şəxslə birlikdə 27 oktyabr 2017-ci il tarixdə, saat 20 radə!ərində, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvana gəlib bloka daxil olduğu, binanın 8-ci mərtəbəsinə liftlə qalxdığı, 33 saylı mənzilin qarşısındakı xalçanın altında olan açarı götürüb giriş qapısının kilidini açmasını və mənzilin yataq otağında olan seyfi ədyala büküb bloka düşürdüyünü, Maqanı gətirdiyi taksi ilə bağlamanı "Sovetski” adlanan əraziyə aparmasını, yolda Təqsirləndirilən şəxs1 götürüb həmin məhəllədə taksi avtomobilini dəyişib Qaradağ rayonu, Qızıldaş qəsəbəsınə gedərkən, yolda Təqsirləndirilən şəxs2 götürməsi və Qızıldaş qəsəbəsində seyfin kilidini sındıraraq içərisindən çıxmış nağd pul və qızıl-zinət əşyalarını böldükləri yeri əyani göstərmişdir. Cinayət işinin 2-ci cildinin 09-12-ci vərəqlərində olan 13 iyul 2019-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Şahid4 taksi kimi idarə etdiyi avtomobilə 21 oktyabr 2017-ci il tarixdə, saat 21 radələrində, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanın qarşısında iki nəfər tanımadığı şəxsi müştəri kimi götürüb özləri ilə apardıqları bır ədəd bağlamanı Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan məhəllənin gedərkən, həmin məhəllənin yaxınlığında yol kənarı ilə gedən avtomobilində olan müştəri tərəfindən tanıdığı və sonuncunun deməsi ilə bir nəfər şəxsi Abdulla Şaiq küçəsi 184 saylı ünvarın qarşısında avtomobilə götürməsini. sonuncu minən müştərınin göstərməsinə əsasən o, avtomobilini idarə edib Nabat Aşürbəyova küçəsi 135 saylı ünvanın qarşısında gətirib saxladığı və həmin üç nəfər müştərini bir ədəd bağlama ilə birlikdə avtomobildən düşürüb onun yol pulunu ödəyərək çıxıb getdiyi yeri əyanı göstərmişdir. Cinayət işinin 2-ci cildinin 20-23-cü vərəqlərində olan 17 iyul 2019-ci il tarixdə tərtib edilmiş şəxsin tanınması protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs3 göstərməklə tanıyaraq, 21 oktyabr 2017-ci il tarixdə, saat 21 radələrində Baki şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanın qarşısında D.Şirəiiyevin tanımadığı bir nəfər şəxsin apardıqları bir ədəd bağlamanı, onun taksi kimi idarə etdiyi avtomobilə qoyub Bakı şəhəri "Sovetski" adlanan məhəlləyə tanımadığı ünvanda müştəri kimi aparıb düşürməsini bildirmişdir. Cinayət işinin 3-cü cildinin 104-105-ci vərəqlərində olan iş üzrə 28 aprel 2020-ci il tarixdə tərtib edilmiş şəxsin tanınması protokolundan görünür ki, Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs1 göstərməklə tanıyaraq 21 oktyabr 2017-cı il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Səbaıl rayonu,Nettçılər prospekti 37 ünvanın qarşısında Təqsirləndirilən şəxs3 və başqa bır tanışı ilə birlikdə apardıqları bir ədəd bağlamanı taksi kimi idarə etdiyi avtomobilə müştəri olaraq Bakı şəhəri, "Sovetski” adlanan məhəlləsinə apararkən, yolda avtomobildə olan müştəri həmin şəxsi görüb tanıyaraq avtomobilə götürməsini, sonuncu ona yol göstərərək tanımadığı ünvana gətirməsini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 101-107-ci vərəqlərində olan iş üzrə keçirilmiş məhkəmətrasolojl ekspertizasının 07 noyabr 2017-ci il tarixlı 28CCS nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1.2 saylı daktilolentin səthindəki əl-barmaq izləri və 3 saylı daktllolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Təqdim edilmiş 1,2,4.5,6 saylı daktilolentilərin səthindəki əl-barmaq və papilyar naxış izi izləri yayıldığındantam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Şahid7 sağ əlinin adsız barmağından qalmışdır.Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əi-barmaq izi və 3 saylı daktilolentin səthindəki ovuc izi X11, X18, Şahid4, X6, X5, Şahid5, X1, X2, Zərərçəkmiş şəxs, Şahid1, X3 daktilo xəritələrə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. Cinayət işinin 1-ci cildinin 119-122-ci vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 20 noyabr 2017-ci ıl tarixli 27622 №-li rəyindən görünür ki, təqdim edilən silindrik mexanızmlər uyğun konstruksiyalar taxma qıfılın hissəsidir, ekspertizaya təqdim edilmiş vəziyyətində sazdır və təyinatı üzrə ıstıfadəyə yararlıdır.Təqdim edilən silindrik mexanizmlərın açar yuvasının giriş səthində, daxili mexanizminin detallarının üzərində fiziki qüvvənin təsiri nəticəsində yaranan, o cümlədən kənar bərk predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər aşkar edilmədi. Həmin silindrik mexanızmlər ştat açarı və ya ona dəqiq uyğunlaşdırılmış açarla açılıb-bağlanmışdır. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi uçun sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 67-70-ci vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 01 avqust 2019-cu il tarixli 19524 №-li rəyindən görünür ki, təqdim edilmiş 2 saylı daklilolentin səthindəki əl barmaq izi və 3 saylı daktilolentin səthindəki ovuc izi X4 və X13 daktiloxəritələrə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. Cinayət işinin 3-cü cildinin 69-173-cü vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 21 may 2020-ci il tarixli 3/40S Nömrəli rəyindən görünür ki, təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq izi və 3 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş ekspermental əl-barmaq və ovuclarından qalmamışdır. Cinayət işinin 1-ci cildinin 08-21, 89-90, 3-cü cildinin 16-17-ci vərəqlərində olan protocol və qərarlardan görünür ki, iş üzrə hadisə yerinə baxış zamanı protokolla götürülmüş və istintaq prosesində baxış keçirilmiş, bir cüt yəni iki ədəd qara rəngli, dəri materialdan olan, istifadə edilmiş kişi ayaqqabısı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri,Səbail RPİ-yə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 08-21, 124-cü vərəqlərində olan hadisə yerinə baxış zamanı protokolla götürülmüş iki ədəd qıfıl və yeddi ədəd açar iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Səbail RPİ-yə təhvil verilmişdir. Cinayət işinin 3-cü cildinin 46-49, 53-54, 174-189-cu vərəqlərində olan protokol və qərardan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilərək istintaqa təqdim edilmiş və 29 iyul 2019-cu il tarixli protokolla baxış keçirilmiş, oğurluq cinayəti baş verdiyi ünvan 6 ünvana gedən küçələrdə və həmin küçələrdə yerləşən müxtəlif obyektlərin qarşısında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə çəkilmiş video görüntülər və fotoşəkillər köçürülmüş bir ədəd “DVD” formatlı “CD” diski iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 3-cü cildinin 210-212-ci vərəqlərində olan qərardan görünür ki, 24 iyun 2020-ci il tarixdə ********* №-li cinayət işinin materiallarından “Maqa” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 164-169,189-190 və 204-211-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs3 18 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularaq 20 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 60-62-ci vərəqlərində olan qərardan görünür ki, 15 aprel 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 1(002)-303/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edildiyindən hazırki iş üzrə barəsində əvvəllər seçilmiş “həbs" qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 08.10.2020-ci il tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 245-246 və 255-ci vərəqlərində olan qərarlardan görünür ki, 10 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndırilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 177.3.2 maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, əvvəllər onun Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin 12 saylı X14 cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 3-cü cildinin 78-83, 120-130-cu vərəqlərində olan protokol və qərardan görünür ki, 26 aprel 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir, Cinayət işinin materiallarında olan tələbnamədən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayon məhkəməsinin 23.06.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarı ilə cərimə cəzasından azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 15.04.2016-cı il tarixli Bakı şəhər Nərimanov rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarı ilə cəzası 06 ay azaldılaraq 01 il 3 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 01.02.2017-ci ildə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. AR CM-nin 83.3.3cü maddəsinin tələbinə görə məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Səbail rayon məhkəməsinin 27.07.2007-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs2 bu hökm üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı hüquqi nəticə yaratmır. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhər Yasamal rayon məhkəməsinin 14.04.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 10 fevral 2017-ci il tarixli Suraxanı rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 01 il 05 ay 05 gün azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. 15.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa 25.04.2019-cu il tarixli Bakı şəhər Qaradağ rayon məhkəməsinin hökmünə əsasən CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddəsi ilə 02 il 05 ay 28 gün azadlqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 76.6-cı maddəsində deyilir ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini 14.04.2017-ci il tarixli hökm üzrə olan cəzanın çəkilməmiş hissəsi ərzində törətsədə hazırda cəzasını çəkib qurtardığından ona cəza təyin edilərkən CM-nin 67-ci maddəsinin tələbi nəzərə alınmır. Qaradağ Rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Həmçinin 14.04.2017-ci il və 25.04.2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Qaradağ rayon məhkəməsinin 19.11.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilindiyindən 01 il 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 üzərində saxlanılmış 1 il 1 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 ay 22 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 4 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması cinayətlərin residivi olmaqla cəzanı ağırlaşdıncı hal kimi müəyyən edilir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması cinayətlərin residivi olmaqla cəzanı ağırlaşdırıcı hal kimi müəyyən edilir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Əməlindən səmimi peşman olması və himayəsində iki nəfər azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 26 aprel 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 25.04.2019-cu il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.3-ci maddəsinə müvafiq olaraq cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı 08.10.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olaraq ekspertiza xərci Təqsirləndirilən şəxs1 118 AZN (bir yüz on səkkiz manat), Təqsirləndirilən şəxs3 118 AZN (bir yüz on səkkiz manat), Təqsirləndirilən şəxs2 119,01 AZN (bir yüz on doqquz manat bir qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut- Bakı şəhəri, Səbail RPİ-də saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir cüt yəni iki ədəd qara rəngli, dəri materialdan olan, istifadə edilmiş kişi ayaqqabısı, iki ədəd qıfıl və yeddi ədəd açar məhv edilməli, hadisə günü təqsirləndirilən şəxslərin görüntüləri əks olunmuş bir ədəd "DVD" formatlı "CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə ibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X7 540 manat, X8 504 manat və X12 420 manat olmaqla ümumilikdə 1464 AZN (min dörd yüz altmış dörd manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 600 manat, Müdafiəçi3 600 manat və Müdafiəçi1 600 manat olmaqla ümumilikdə 1800 AZN (min səkkiz yüz manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 26 aprel 2020-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Qaradağ Rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə üzərində saxlanılmış 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 25.04.2019-cu il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Qaradağ Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli hökmü ilə üzərində saxlanılmış 1 il 1 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 ay 22 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 4 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəza çəkmə müddətinin başlanğıcı 08.10.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 118 AZN (bir yüz on səkkiz manat), Təqsirləndirilən şəxs3 118 AZN (bir yüz on səkkiz manat), Təqsirləndirilən şəxs2 119,01 AZN (bir yüz on doqquz manat bir qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut - Bakı şəhəri, Səbail RPİ-də saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir cüt yəni iki ədəd qara rəngli, dəri materialdan olan, istifadə edilmiş kişi ayaqqabısı, iki ədəd qıfıl və yeddi ədəd açar məhv edilsin, hadisə günü təqsirləndirilən şəxslərin görüntüləri əks olunmuş bir ədəd "DVD" formatlı "CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslərə ibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X7 540 manat, X8 504 manat və X12 420 manat olmaqla ümumilikdə 1464 AZN (min dörd yüz altmış dörd manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 600 manat, oğlu, Müdafiəçi3 600 manat və Müdafiəçi1 600 manat olmaqla ümumilikdə 1800 AZN (min səkkiz yüz manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov