Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-216/2022 18.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X23 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1989-cu il tarixində Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sabunçu Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ 236 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçildiyi üçün Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxsiyyəti məlum olmayan Əli adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə küllü miqdarda ümumi təmiz çəkisi 1010, 394 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, həmin heroinin 1010 qramını Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın altındakı daşın altına gizlətməklə saxlamış, 0,394 qramını isə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına daşımış, 22 mart 2021-ci il tarixdə saat 12:10 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparılmış, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,394 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirəri davam etdirilərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığına keçirilmiş axtarış zamanı oradakı göy rəngli qarajın alt hissəsində daşın altına gizlədilmiş bir ədəd paketdə təmiz çəkisi 1010 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə saat 11-12 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində «Kontakt Home» mağazasının qarşısında olduğu zaman 2 nəfər şəxs ona yaxınlaşıb, özlərini polis işçisi kimi təqdim edərək, onu Sabunçu RPİ –nin 13-cü Pölis Bölməsinə aparmışlar. Bölmədə onu 10 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək 12 gün müddətində qanunsuz olaraq müvəqqəti saxlama yerində saxlamışlar. Həmin 12 gün müddətində onu məcbur etmişlər ki, narkotik vasitələrin satışı, dövriyyəsi ilə məşğul olması barədə ifadələr versin. O da polislərin təzyiqlərinə dözə bilməyəib məcbur olub onların dedikləri ilə razılaşmış və onun olmayan narkotik vasitələrin onun olması barədə ifadələr vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Onu 12 gün müddətində Sabunçu RPİ –nin 13-cü Pölis Bölməsində saxlayıb məcbur etmişlər ki, narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadələr versin. Sabunçu RPİ–nin 13cü X10 Saxlama yerində olduğu zaman anası Gülyaz Fərəcova həmin bölməyə gələrək, polislərdən onun orada olub-olmamasını soruşmuş, polislər də onun orada saxlandığını bildirmişlər. 12 gün ərzində anası X14 RPİ –nin 13-cü Pölis Bölməsinə onun üçün 4 dəfə yemək də gətirmişdir. Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünü tanımamış, həmin yerə polislər onu aparmışlar və ona orada olan göy rəngli qarajın altındakı daşı göstərib demişlər ki, orada bir ədəd qara sellofan bağlama var, onu çıxardıb təqdim etsin, onlar da bunu videoya çəkəcəklər. O da məcburən polislərin dediyi kimi etmiş, qarajın altında olan daşın altındakı bağlamanı götürüb polislərə təqdim etmişdir. Heç vaxt İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə əlbir olmamış, sosial şəbəkələr olan «İnstaqram» və «Facebook» işlətməmişdir. Təqsirləndirilən şəxs oğlunun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik vasitələrin heroin növündən inyeksiya yolu qəbul edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə 13.11.2020-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid İsayev tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi 23 dekabr 2020ci il tarixdə tamamlanaraq ittiham aktı ilə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinə çağırılsa da məhkəməyə getməkdən yayınmışdır. 22.03.2021-ci il tarixdə saat təxminən 12:10 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına gəlmişdir. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir bükümdə narkotik vasitə heroin olmuşdur. Sabunçu rayonu İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında gəzərkən iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər. Sonra onu 13-cü Polis bölməsinə aparmışlar. 13-cü PB-in inzibati binasında xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetlərin olduğu təqdirdə təqdim etməsini bildirmişlər. O da heç bir etiraz bildirmədən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim edərək bildirmişdir ki, təqdim etdiyi maddə “kakos”dur. O, heroini kakos olaraq tanımış və heroini adətən kakos olaraq adlandırmışdır. Polis əməkdaşları zamanı sorğu edildikdə bildirmişdir ki, həmin “kakosu”, yəni heroini 2020-ci ilin oktyabr ayında əvvəlcə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, sonra isə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığı İran İslan Respublikasınının vətəndaşı Əli adlı şəxsdən almışdır. Əvvəllər bir neçə dəfə İran İslan Respublikasında yaşayan Əli adlı şəxsdən narkotik vasitə olan heroin almışdır. Əvvəlcə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Əli adlı şəxslə tanış olmuşdur. Əli ondan “WhatsApp” sosial şəbəkəsində istifadə etdiyi nömrəni istəmişdir. “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayarkən də Əli adlı şəxs ona hesab nömrəsi olan kartı göndərmişdir. O da həmin karta müəyyən məbləğdə pulları yüklədikdən sonra Əli adlı şəxs ona narkotik vasitə olan heroini qoyduğu yeri demişdir. O da bundan sonra həmin yerə gedərək narkotik vasitə olan heroini götürüb istifadə etmişdir. Bu zəmində də Əli adlı şəxslə aralarında etibarları yaranmışdır. Sonuncu dəfə də 2021-ci ilin fevral-mart aylarında “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yenidən Əli adlı şəxslə əlaqə saxlamışdır. Əli ona bildirmişdir ki, Bakı şəhərində ona məxsus heroin vardır. Karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmir və ondan xahiş etmişdir ki, həmin heroini özündə saxlasın və Əli Bakı şəhərinə gəldikdə heroini sonuncuya versin. Bundan sonra o, Əli adlı şəxs ona demişdir ki, o, qeyd etdiyi heroini ona adətən heroin satarkən qoyduğu Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altına qoyacaqdır. Bundan sonra o, Əli adlı şəxsin ona dedeyi yerə getmişdir. Həmin yerdə həqiqətən də çox miqdarda heroin olduğunu aşkar etmişdir. Bundan sonra həmin heroini olduğu yerdə də saxlamışdır. Özü istifadə etməyi üçün isə az-az götürüb bükümləmiş və həmin bükümləri üzərində saxlamışdır. Həmçinin şəxsi axtarış zamanı polis əməkdaşlarına bildirmişdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altında Əli adlı şəxsin ona saxlamaq üçün verdiyi narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları tərəfindən ondan aşkar edilmiş bir bükümdə narkotik vasitə olan heroin götürülmüş, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlənmişdir. Möhürlənmiş zərfə iştirakçılar və o, imza etmişlər. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və o, imza etmişdir. Bundan sonra polis əməkdaşları təklif etmişlər ki, bildirdiyi Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altında olan heroinin yerini göstərmişdir. Həmin vaxt heç bir etiraz bildirmədən polis əməkdaşları ilə birlikdə özünün verdiyi istiqamətlər əsasında Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında getmişdir. Orada polis əməkdaşlarına göy rəngli qaraj, həmin qarajın altında olan daşın altındakı heroinin olduğu yeri göstərmişdir. Polis əməkdaşları həmin yerdə video çəkiliş əsasında axtarış aparılmasını təklif etmişlər. O da etiraz etməmiş və həmin vaxt onun iştirakı ilə video çəkilişlə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları onlara göstərdiyi Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altından qara rəngli sellofan torbada heroini aşkar etmişlər. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin qablaşdırılaraq götürülmüşdür. Qablaşdırılmış zərf möhürlənmişdir. Möhürlənmiş zərf onun tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu iştirakçılar və o, imzalamışdır. O, təxminən 2-3 il müddətində istifadə etdiyi narkotik vasitə olan heroini Sabunçu rayonu Sabunçu qəsəbəsində tanımadığı müxtəlif şəxslərdən almışdır. Həmin şəxslərin də əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı olmamışdır. 2021-ci ilin fevral ayından isə narkotik vasitə olan heroini İran İslam Respublikasında yaşayan Əli adlı şəxsdən almışdır. Əli də ifadəsində qeyd etdiyi kimi əvvəlcə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, sonra isə Əli ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmışdır. Əli adlı şəxsin “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi profil, “whatsapp” sosial şəbəkəsində istifadə etdiyi telefon nömrəsi onun telefonunda olmuşdur. Həmin mobil telefonu 2020-ci ilin noyabr ayının əvvəllərində itirmişdir. Bu səbəbdən də Əli adlı şəxsin “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi profil, “whatsapp” sosial şəbəkəsində istifadə etdiyi telefon nömrəsi barədə heç bir məlumatı olmamışdır. 2020-ci ilin noyabr ayından telefonunu itirdiyindən istifadə etdiyi nömrəni və telefonunun markasını, imei kodunu xatırlamamışdır. Həmin vaxtdan da mobil telefondan istifadə etməmişdir. Başqa da əlaqə nömrəsi olmamışdır. İstifadə etdiyi nömrənin də kimin adına rəsmiləşməsini hazırda xatırlamamışdır. Üzərindən və Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bülbülə gölünün yanından aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Başqa heç bir cinayət hadisəsi etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Onun bədənində ağrılar olduğu üçün iki gündən bir narkotik vasitə olan heroindən istifadə etmişdir. O, həmin narkotik vasitəni Əli adlı şəxsdən narkotik vasitə olan heroin almamışdır. Əli ona demişdir ki, karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilməmiş və bu səbəbdən də xahiş etmişdir ki, sonuncuya məxsus heroini özündə saxlasın, Bakı şəhərinə gəldikdə ona çatdırsın. O da Əlinin dediyi yerdə heroini aşkar etmişdir. Lakin özü ilə götürməyib elə orada da saxlamışdır. Özü istifadə etməyi üçün isə həmin heroinin üzərindən götürüb üzərində saxlayaraq istifadə etmişdir. Həmin yerdə təxminən 1 kq heroin olarmış. Əli adlı şəxs də ona heroinin miqdarını 1 kq demişdir. Adətən Əli adlı şəxs ona satdığı narkotik vasitələri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bülbülə gölünün yanından göy rəngli qarajın altında olan daşın altına qoyurmuş. O, pulu karta köçürmüşdür. Adətən “Milli ön” aparatından köçürmüşdür. Lakin konkret olaraq hansı ünvanlarda yerləşən “Milli ön” aparatından köçürməsini xatırlamamışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 13.11.2021-ci il tarixdə üzərindən aşkar olunmuş 1,076 qram narkotik vasitə heroini tanımadığı şəxsdən Sabunçu rayonu Sabunçu qəsəbəsində almışdır. 2020-ci ilin noyabr ayında o, Sabunçu rayonu Sabunçu qəsəbəsində olmuş, həmin vaxt üzəridə pul olduğundan Sabunçu rayou Sabunçu qəsəbəsində xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsdən pulunu verərək narkotik vasitə heroin almışdır. 22.03.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən aşkar edilmiş narkotik vasitə olan heroini ona Əli adlı İran İslam Respublikasının vətəndaşı 2020-ci ilin oktyabr ayında verməmişdir. 2021ci ilin fevral ayının sonları mart ayının əvvəlləri olardı ki, “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Əli adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayarkən sonuncu ona bildirmişdir ki, Bakı şəhərində heroini vardır, karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmir və ondan xahiş etmişdir ki, həmin heroini Bakı şəhərinə gəldiyi zaman qaytarması üçün özündə saxlasın. Bundan sonra Əli adlı şəxs demişdir ki, sözü gedən heroini adətən qoyduğu Sabunçu rayonu Bülbülə gölünün yaxınlığında göy rəngli qarajın altında olan daşın altına qoyacaqdır. Bundan sonra o, Əli adlı şəxsin dediyi yerə getmiş, həmin yerdə həqiqətən də heroin olduğunu aşkar etmişdir. Həmin heroini olduğu yerdə də saxlamaqla özü istifadə etməsi üçün az-az götürüb bükümləyirmiş və həmin bükümləri də üzərində saxlayırmış. Məhz həmin heroin bükümü də 22.03.2021-ci il tarixdə ondan aşkar edilmişdir. O, əhəmiyyətli hesab etmədiyindən ilkin ifadələrində, üzərinə videoçəklişlə şəxsi axtarış, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında videoçəkişlə axtarış-baxış keçirilərkən bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxslə telefonla əlaqə saxlayarkən sonuncu ona narkotik vasitə olan heroini qoyduğu yeri demiş və həmin yerə baxdıqda ondan aşkar edilmiş narkotik vasitə olan heroini tapmışdır. O, gündəlik narkotik vasitə heroin istifadə edir, həmin vaxtdan da yəni 2020-ci ilin oktyabr ayından narkotik vasitə olan heroin onda olsaydı həmin heroini ya istifadə edərmiş, ya da kiməsə verərmiş. O, mobil telefonunu 2020-ci ilin noyabr ayında itirmişdir, İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin whatsapp sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsi vərəqədə yazılmış halda onda olmuşdur. Həmin ərəfədə mobil telefonu olmadığından tanımadığı bir nəfər şəxsin mobil telefonu vasitəsi ilə İran İslam Respublikasının Əli adlı şəxsin whatsapp sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmiş, Tanımadığı şəxs də ona heç bir etiraz bildirməmişdir. O da tanımadığı şəxsin telefonundan narkotik vasitə heroin almaq üçün İran İslam Respublikasının Əli adlı şəxsin whatsapp sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsinə zəng etmiş, həmin vaxt da sonuncu ona Bakı şəhərində heroin olmasını, karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyini, həmin heroini saxladığı yeri deyərək Bakı şəhərinə gəldiyi zaman ona qaytarması məqsədilə saxlaması üçün xahiş etmişdir. Hazırda onda İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsin telefonu yoxdur. Belə ki, Əli adlı şəxsin nömrəsini yazdığı kağızı tullamışdır, lakin hara tulladığını hazırda xatırlamır. Həmçinin telefonundan zəng etdiyi tanımadığı şəxs də bilməmişdir ki, o, Əli adlı şəxslə narkotik vasitə barədə danışır. Belə ki, Əli adlı şəxslə şifrəli danışırmış. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirmiş, həmin ifadəni təyziq altında olduğu üçün verdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Sonra o və Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2lə birlikdə məlumat əsasında 22.03.2021-ci il tarixdə saat 12:10 radələrində ünvan 3 ünvanının qarşısına getmişlər. Həmin vaxt xarici görkəmi əlamətlərinə görə X3 əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim etmişdir Onlar Rüstəmə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparmışlar. Bölmədə X5 Rüstəmi şübhəli şəxs qidmində tutmaqla hüquq və vəzifələrini izah ettmişdir. Sonra rüstəmin üzərində qeyri qanunsuz maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Onların iştirakı ilə videoçəkilişlə Rüstəmin üzərində şəxsi axtarış keçirilmiş, Rüstəm əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 2020ci ilin oktyabr ayında “WhatsApp” proqrammı ilə danışaraq tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsin ona bildirdiyi Bakıxanov qəsəbəsi L.Məmmədbəyli küçəsi Bülbülə gölünün kənarında olan göy qarajın altında olan bir ədəd qara bağlamanın içərisindən hər gün öz istifadəsi üçün götürüb üzərində gəzdirdiyini və həmin yeri də göstərə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış və möhürlənənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra onlar birlikdə Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında olan göy qarajın yanına getmişlər. X1rajın altında gizlətdiyi narkotik vasitəni təqdim etməsini təklif etmiş, Rüstəm də göy rəngli qarajın alt hissəsində olan mişar daşının arxasından bir ədəd qara sellofan bağlamanı çıxarıb təqdim ettmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağlamanın içərisində olan narkotik vasitə heroindir, onu 2020-ci ilin oktyabr ayında “WhatsApp” proqrammı ilə yazışaraq tanıdığı İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin vasitəsilə əldə etmişdir. Narkotik vasitə lazım olduqca gəlib həmin yerdən götürüb üzərində saxlamışdır. Sonra götürülmüş həmin kütlə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, onlarda əvvəlcədən məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsinə gələcək, ona görə də o və digər əməliyyat müvəkkili Şahid2 də həmin yerə Rüstəmi saxlamağa getmişlər. Rüstəmi bölməyə gətirəndən sonra onun axtarışda olan şəxs olduğunu bilmişlər. Onlarda əvvəlcədən məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və üzərində narkotik vasitələr saxlayır. Rütəm saxlanılandan sonra bölmədə özü etiraf etmişdir ki, Sabunçu qəsəbəsində olan Bülbülə gölünün yanında göy rəngli qaraj var, orada da narkotik vasitə gizlətmişdir. Rüstəmin üzərinə baxış keçrilən və Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında olan göy qarajın altından narkotik vasitə aşkar olunanda müdafiəçi iştirak etməyib, Rüstəm özü bildirmişdir ki, müdafiəçiyə ehtiyacı yoxdur. Məhkəmədə ibtidai istintaq zamanı verdi ifadəsi elan olunmuş X13 ifadəsindən Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X15 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Rüstəm 10 mart 2021-ci il tarixdən 2 gün evə gəlməmiş, o da Sabunçu rayonu ərazisindəki bütün polis bölmələrində Rüstəmi axtarmağa başlamışdır. 2021-ci il mart ayının 14-də Rüstəm hazırda xatırlamadığı nömrədən ona zəng edib, DİN Bakı şəhər Sabunçu rayon RPİ-nin 13-cü Polis Bölməsində olduğunu bildirmişdir. O, həmin bolməyə getmiş, bölmədə polis əməkdaşlarından oğlu Rüstəmin orada olub-olmamasını soruşmuşdur. Əvvəlcə oğlunun orada olmasını deməmişlər, lakin sonradan onun yalvarışlarına görə oğlu Rüstəmin 13cü bölmədə olduğunu demişlər və uzaqdan oğlunu ona göstərmişlər. Oğlu Rüstəm 2021-ci ilin mart ayının 20-ə kimi 13-cü bölmədə qanunsuz olaraq saxlamışlar, o da bir neçə gün ərzində həmin bölməyə oğlu üçün yemək aparmışdır. Rüstəmə apardığı yeməyi polis əməkdaşlarına vermişdir ki, Rüstəmə çatdırsınlar. Həmin vaxtı polislərin adını soruşmuş, onlardan biri adının Quliyev Ümid Qulu oğlu olduğunu və həmyerli olduqlarını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, DİN Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində məsul növbətçi vəzifəsində işləyir. Hər bir polis bölməsində şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı olur ki, gətirilən şəxslər həmin qeydiyyat kitabına qeyd edilir. Növbədə 3 nəfər polis əməkdaşı ilə olurlar, onlar 24 saat işdə olmaqla qalan iki gün istirahət edirlər. Təqsirləndirilən şəxs taniyir, belə ki, 12 mart 2021-ci il tarixdə növbədə olduğu zaman hazırda xatrlamadığı polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirmişdilər və 13 mart 2021-ci il tarixə kecən gecə onu buraxmışlar. Bununla bağlı da qeydiyat kitabına qeyd yazılmışdır. Sonra 22 mart 2021-ci il tarixdə yenidən növbədə olan zaman Təqsirləndirilən şəxs yenidən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirmişlər. 22 mart 2021-ci il tarixdə Rüstəmi bolməyə Ariz və Rafo adlı polis əməkdaşları gətirmişlər. Yenə də bununla bağlı qeydiyyat kibabında qeydiyyat aparılmışdır. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 22 mart 2021ci il tarixlər ərzində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində müvəqqəti saxlama yerində saxlanılmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X16 ifadəsində göstərmişdir ki, DİN Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində məsul növbətçi vəzifəsində işləyir. Növbədə 3 nəfər olurlar bir gün işdə, iki gün isə istirahətdə olurlar. Təqsirləndirilən şəxs tanimir, 2021-ci ilin mart ayının 12-dən 22-nə dək Rüstəmin bölmədə müvəqqəti saxlama yerində saxlanılmasını görməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 22 mart 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 24 mart 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 22.03.2021-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 22.03.2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 22.03.2021-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini saxladığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxındakı göy rəngli qarajın alt hissəsinə axtarış keçirilən zaman oradan 01 ədəd paketdə təmiz çəkisi 1010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın alt hissəsinə axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığındakı göy rəngli qarajın alt hissəsindən 01 ədəd paketdə təmiz çəkisi 1010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizanın 22.03.2021-ci il tarixli, 6/1156 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “vət.Təqsirləndirilən şəxs aşkar olunmuş bir büküm...’1 yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,394 qram açıq qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət.X8 təqdim etdiyi 1 ədəd bağlamada maddə “ yazısı olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1010qram açıq qəhvəyi rəngli tozşəkili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir. Tədqiqata təqdim edilmiş, vət.Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1010,394 qramdır(1kq 10,394qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahisına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 05.07.2021-ci il tarixli, 2170 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bülbülə” gölünün yaxınlığında göy rəngli qarajın alt hissəsinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin çəkisi 1010,394 qram olmuş narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və qalıq qalmış 1010,144 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Fərəcov X11 Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunacaq cəzayla qismən toplanmalıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki övladının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan qalıq qalmış 1010,144 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, narkotik vasitələrin aşkar olunaraq götürülməsini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, 1 ədəd telefon məlumatları olan CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 02 ay 29 gün azadlıqdan məhrum cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən taplanaraq qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan qalıq qalmış 1010,144 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, narkotik vasitələrin aşkar olunaraq götürülməsini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk, 1 ədəd telefon məlumatları olan CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-216/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-216/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver