Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-216/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X15, X2, X9, X1 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşavirləri X6, Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,Bakı Ağır Cinayətlər Məhkəməsinin14 mart 2023-cü il tarixli qərarına əsasən qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş, həmin polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi - 2,263 qram olmaqla kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Məlhəddin Abıyevin satış məqsədi olmadan qanunsuz olaraq 2,263 qram külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında tikinti şirkətlərindən biri tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində ona məxsus olub, ailəsi ilə yaşadığı evin sökülməsi planlaşdırılmışdır. Buna görə tikinti şirkəti tərəfindən ona pul təklif olunmuş, lakin o, pulla razılaşmamışdır. Polislərin ona qarşı qərəzliliyi də məhz evinin plana düşməsi məsələsi qalxdıqdan sonra başlamışdır. Belə ki, polis tikinti şirkəti sahiblərinin sifarişi əsasında onu incitməyə başlamışdır. Bu onun şəxsi fikri və düşüncəsi olmuşdur. Bir müddət sonra isə onunla tikinti şirkəti arasında evinin yerində tikiləcək binadan onun ailəsinə ev verilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, evinin sökülməsi ilə əlaqədar 2022-ci ilin may ayına qədər polislər onu axtarmışlar. Bunu ona qonşuları bildirmişlər. Lakin 2022-ci ilin may ayının sonlarında və ya iyun ayının əvvəllərində o, Nərimanov polis tərəfindən saxlanılmış və inzibati qaydada sənədləşdirilmişdir. Onu ilk dəfə sənədləşdirənlər 18-ci PŞ-nin Babək və yadında qaldığı qədər İsmayıl adlı əməliyyatçılar olmuşdur. Belə ki, o, evinin qapısından çıxarkən saxlanılmış, oradan birbaşa narkoloji mərkəzə aparılmış, sonra isə Nərimanov RPİ-yə gətirmiş, üzərində axtarış aparılmış və üzərindən heç nə aşkar olunmamışdır. Lakin polisə müqavimətdə onu şərləyib İXM-nin 535-ci maddəsi ilə qeydiyyata salmış, protokol tərtib etmiş və sonra onu Nərimanov Rayon Məhkəməsinə aparmışlar. Nərimanov Rayon Məhkəməsində isə ona 10 gün həbs verilmişdir. 10 gündən sonra çıxmış, amma həbsdən çıxandan təxminən 15-20 gün sonra onu yenə də saxlamışlar. Onu bu dəfə də saxlayanlar, o, elə birinci dəfə inzibati qaydada saxlanılarkən müqavimət göstərdiyi polislər tərəfindən tutulmuşdur. Onu aparıb təzyiq göstərmiş, təpiklə vurub xəsarətlər yetirmiş, qabırğaları sınmışdır. Onu Bəbək, Ruslan və adı yadında qalmayan başqa bir əməliyyatçı döymüşdür. Qabırğaları təpiklə vurlma nəticəsində sınmışdır. O, tutularkən heç bir xəsarəti olmamışdır. Sahə rəisi Babək dizi ilə vurub onun qaşını partlatmış, bütün sifəti qan içində olmuşdur. Üzərində hər hansı bir narkotik vasitə olmaya-olmaya ittihamda göstərilən narkotik vasitəni bir bükümdə boynuna götürməyə məcbur edilmişdir. Döyülməsi, iki gündən bir tutulması artıq onu bezdirmiş, ona görə də o, narkotikin onun özünə məxsus olmasını etiraf etmiş, polisin oətdiyi kimi, Sovetskidə tanımadığı şəxsdən aldığını demişdir. Videoçəkiliş aparılmaqla üzərindən narkotik çıxması, guya narkotiki onun özünün çıxarıb təqdim etməsi videoya çəkilmişdir. Amma videoçəkilişdən əvvəl siftinin qanı yuyulub təmizlənmişdir. Buna baxmayaraq, onun sifətindəki xəsarətlər videogörüntülərdə açıq-aşkar görünməkdədir. Narkotik onun yanımda açılmış, lakin çəkilməmişdir. Həmin narkotik ona məxsus olmamış, polislər özləri onun cibinə qoymuşdular. Üzərinə şəxsi axtarış aparılarkən ona vəkil təqdim olunmuş, o, narkotiki üzərindən çıxarıb təqdim edərkən vəkili yanında olmuşdur. Amma onu döyüb narkotiki boynuna qoyduqlarını vəkilə deməmişdir. Narkotik onun yanımda konvertə qoyulmuş, sonra ona protokol təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Narkotik belə də onun adına rəsmləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, adına narkotik rəsmləşdirildikdən sonra 18-ci PŞ-dən Nərimanov RPİ-yə gətirilmiş, yadında qaldığı qədər 10 sentyabr 2022-ci li tarixdən 11 sentyabr tarixə keçən gecə RPİ-nin X13 (bundan sonra: MSY) verilmiş və 12 sentyabr tarixədək MSY-də saxlanmışdır. RPİ-nin Növbətçi hissəsində də, MSY-də də onun xəsarətləri adi gözlə görünmüş, qeydə alınmışdır. O, orada polislər tərəfindən döyüldüyünü demişdir. Hətta xəsarətlərlə bağlı MSY-yə həkim gəlib onu müayinə etmişdir. Tibbi personalın MSY-yə gəlməsi barədə qeyd aparılmışdır. Ağrıdan az qala nəfəsi kəsilmişdir. Həkim də xəsarətlərini görüb qeyd etmişdir. Həftənin birinci günü, sentyabr ayının 12-də həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılarkən ilk olaraq Nərimanov rayon prokurorunun yanına aparmışlar. Prokuror onun döyüldüyünü və üz gözümdə xəsarətlər olduğunu görüb “sənə təzyiq göstəriblər?” deyə soruşduqda, o da təsdiq etmişdir. Həmin vaxt dövlət tərəfindən təyin olunmuş müdafiəçisi də orada iştirak etmişdir. Müstəntiqi çağırıb ona “bunun sirsifəti niyə belədir?” sualını verdikdə, müstəntiq prokurora “belə gətiriblər” cavabını vermişdir. Ondan sonra prokuror onu buraxmaq barədə müstəntiqə göstəriş vermiş, daha sonra o, buraxılmış və o, çıxıb evinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, prokurorun göstərişinə əsasən həbsdən çıxdıqdan iki gün sonra ağrılarına görə həkimə getmək üçün evdən çıxıb taksi sifariş verərkən Ruslangil - Nərimanov RPİ-nin 18-ci PŞ-nin ərazi inspektorpu ilə birgə polis əməkdaşları gəlib yenidən onu saxlamış, PŞ-nə gedəcəklərini demişlər. O, etirz edib ondan nə istədiklərini soruşmuş, yeni buraxıldığını demişdir. Onlar ona “çox danışma, otur maşına” deyib onu yenə Maştağa qəsəbəsinə narkoloji xəstəxanaya aparmış və yenidən onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə aparmışlar. Bu dəfə də onun barəsində törətmədiyi hansısa inzibati xətaya görə protokol tərtib edilmiş və yenə də məhkəməyə vermişlər. Lakin İXM-nin hansı maddəsi ilə məhkəməyə verildiyi yadında qalmamışdır. Nərimanov rayon Məhkəməsi bu dəfə ona 15 günlük inzibati həbs cəzası təyin etmişdir. Binəqədidə yerləşən 15 sutkalıq saxlama yerində də onun xəsarətlərini yazıb qeyd etmişlər. Sentyabr ayında o, üç dəfə narkolojiyə aparılmış, lakin konkret tarixlər onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, hətta bir neçə gün əvvəl də polis əməkdaşı Ruslan adlı şəxs ona yaxınlaşıb, onu polis idarəsinə aparacağı ilə hədələmişdir. Lakin o, getməyəcəyini bildirmiş və getməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərdi ki, o, döyülməyi ilə bağlı prokurora, məhkəməyə və başqa orqana şikayət ərizəsi verməmişdir. Eyni zamanda inzibati qaydada həbs olunması ilə bağlı məhkəmə qərarından yuxarı instansiya məhkəmələrinə şikayət verməmişdir. Çünki prokuror onu buraxdıqdan o, dərhal da tutulmuş və ona görə də şikayət verə bilməmişdir. Lakin 15 sutkalıq cəzanı çəkib qurtardıqdan sonra okyabr və ya noyabr aylarından birində döyülməsi ilə bağlı 5 nömrəli xəstəxanaya getmiş, orada rentgen müayəinəsindən keçmişdir. Orada ona 9-10-cu qabırğalarının sındığı deyilmişdir. Ona rentgenin nəticəsi olan kağız da verilmişdir. Xəstəxanada polis çağrıdıb-çağrılmaması ilə bağı soruşulduqda o, lazım olmadığını demişdir. Ona görə onun anket məlumatlarının qeydiyyata düşmədiyini bildirmişlər. Rentgen kağızını isə ibtidai istintaqdakı vəkili Aydın müəllimə vermiş, kağız onda qalmışdır. Lakin rentgendən keçərkən döyüldüyünü deməmişdir. Sonradan məhkəməyə təqdim edə bilməsi üçün o, Aydın müəllimlə əlaqə saxlayıb rentgen kağızını istəmiş, lakin sonuncu tulladığını demişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, adı ittiham aktında şahid olaraq göstərilən Şahid1 onun inzibati həbsə alınmağında və narkotiklə bağlı saxlanılıb döyülməsində iştirak etməmişdir. Onu guya narkotikə görə saxlayan zaman Ruslan və tanımadığı başqa bir əməliyyatçı iştirak etmişdir, Şahid1 orada olmamışdır. O, əvvəllər narkotik vasitə olan marixuana istifadə etsə də, tutulmazdan təxminən iki il əvvəl narkotiki tərgitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 11 və 12 sentyabr 2022-ci il tarixli, eyni məzmunlu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Məlhəddin Abıyev ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, bir müddət əvvəl «kakos» kimi tanıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamış, həmin növ narkotik vasitəni yaxşı tanımışdır. Özü mütəmadi olaraq narkotik vasitə heroindən istifadə etdiyindən şəxsi istifadəsi üçün heroini Bakı şəhərinin müxtəlif ərazilərindən, üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxslərdən alıb əldə etmişdir. 09 sentyabr 2022-ci il tarixdə, dəqiq vaxtı yadında qalmayan günorta saatlarında, Bakı şəhəri “Sovetski” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, digər anket məlumatlarını, eləcə də əlaqə nömrələrini bilmədiyi orta yaşlı şəxsin orada olduğunu görüb, bədənində ağrıları olduğu üçün ona yaxınlaşıb 10 manat ödəməklə 01 (bir) ədəd gümüşü rəngli kağız bükümə bükülmüş halda olan narkotik vasitə heroini əldə edib, ona uyğun vaxtda istifadə etməsi üçün əynində olan göy rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. 10 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 5 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etməklə ona Nərimanov RPİnin 18-ci PŞ-nin polis əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər və o, onlara etiraz etməyib özünü təqdim edərək xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları ona hərəkətlərindən və danışıq tərzindən narkotik vasitə təsiri altında olduğundan şübhələndiklərini bildirmiş və onlarla birlikdə 18-ci PŞ-nin inzibati binasına getməsini xahiş etmişlər. İlk öncə o, polis əməkdaşları ilə şöbəyə getmək istəmədiyindən etiraz etmək istəsə də, sonradan onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş, eləcə də, hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə polis əməkdaşları müdafiəçi dəvət edərək ona təqdim etmişlər. O, müdafiəçi ilə tanış olaraq onun hüquq və vəzifələrini müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə aparacaqlarını bildirmişlər, həmin vaxt videoçəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarışa başlamazdan öncə polis əməkdaşları ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş və olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O da polis əməkdaşlarının bu təklifi ilə razılaşıb, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda saxladığı narkotik vasitə olan heroini masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Eləcə də, o, əynində olan şalvarının sağ yan cibində özünə məxsus 01 ədəd “Techno” markalı mobil telefonu, 01 ədəd mənzil açarını, əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən “Pall Mall” markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik kütlə aşkar olunmuşdur. Polis əməkdaşları ondan həmin kütləni nə vaxt, kimdən və haradan əldə etdiyini soruşduqda o, onlara bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, heroini şəxsi istifadəsi üçün 09 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri “Sovetski” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, digər anket məlumatlarını, eləcə də əlaqə nömrələrini bilmədiyi orta yaşlı şəxsdən ona 10 (on) manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin, o, polis əməkdaşlarına, narkotik vasitə heroini kiməsə satmaq, hədiyyə etmək və ya pay vermək məqsədi olmadığını, yalnız öz bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin 01 ədəd bükümdə olan narkotik vasitəni zərfə qoyaraq möhürləyib qablaşdırmışlar. İfadəsində qeyd etdikləri barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ona ucadan oxunmuş, protokolun doğruluğunu o, müdafiəçisi və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, o, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərinə şəxsi axtarış videoçəkilişlə təhqiqatçı tərəfindən aparılmış, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsinin inzibati binasında saxlanılarkən ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir (iş vərəqə: 58-60). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işinin ibtidai istintaqı mərhələsində müqavilə üzrə vəkili Aydın Abbasəliyevin iştirakı ilə vermiş olduğu xx.xx.2023-cü il tarixli əlavə ifadəsində şübhəli və təqsirləndirilən qismində verdiyi müvafiq olaraq 11 və 12 sentyabr 2022-ci il tarixli ifadələrində göstərdiyi xysüsatları bir daha təsdiq etmiş, həmçinin müstəntiqin “ambulator məhkəmə-psixiatrik ekpertizasının xx.xx.2022-ci il tarixli, 3426 saylı rəyindən görünür ki, ekspert - həkim-psixiatr tərəfindən aparılan sorğusual zamanı siz Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünüzü təqsirli bilməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və şəxsi axtarış aparılarkən üzərinizdə narkotik vasitə olmadığını bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində həqiqətən narkotik vasitə heroin olmuş, həmin vaxt o, polis əməkdaşlarından sənədləşdirməmələrini xahiş etmişdir. Lakin polislər onun xahişini nəzərə almadıqları üçün onlara qarşı qəzəbi yaranmış və buna görə də ekspert həkimpsixiatrm müayinəsində olarkən polis əməkdaşlarına olan qəzəbimə görə üzərində narkotik vasitə olmadığını və bu səbəbdən də ona elan edilmiş ittihamla razı olmadığını bildirmişdir. Tədqiq olunan xx.xx.2023-cü il tarixli əlavə ifadəsində müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, o, elan olunan həmin ifadəsini oxumamış və nə yazılmasını bilməmişdir. Müqaviləli vəkili ifadəni oxumuş və «qorxma, imza et» demiş, o da imza etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi vəzifəsində xidmət edən polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 10 sentyabr 2022-ci il tarixdə, yadında saxlamadığı vaxtda 18-ci PŞ-nin digər sahə rəisi, polis kapitanı Şahid1lə birlikdə Nərimanov rayonu, Qarabağ küçəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs onlar tərəfindən xidmət apardıqları ərazidə saxlanılmış və 18-ci Polis Şöbəsinə gətirilmişdir. Məlhəddinə günün hansı saatında, hansı formada yaxınlaşdıqları və polis şöbəsinə necə gətirmələri onun yadında qalmamışdır. Onlar Məlhəddinə yaxınlaşan zaman o, sərxoş vəziyyətdə olmamışdır. Məlhəddinin əvvəllər narkotik vasitənin istifadəçisi olması ilə bağlı onlarda şifahi məlumat olsa da, onda rəsmi məlumat olmamışdır. Belə ki, 31 avqust tarixdə, yəni Məlhəddin tutulmazdan əvvəl onların xidmət apardıqları ərazidə Vüsal adlı şəxs narkotik vasitəyə görə rəhmətə getdiyindən, qeyd olunan hadisə ilə bağlı həmin ərazidə bir neçə əməliyyat tədbir keçirilmiş, Məlhəddindən başqa həmin ərazidə başqa şəxslər də tutulmuşdur. Polis şöbəsində təhqiqatçının iştirakı ilə Məlhəddinin üzərinə baxış keçirilmiş, onun üzərindən bir bükümdə spesfik qoxusu olan narkotik vasitə aşkar olunmuş, aşkar olunan narkotik çəkilməmiş, çəkisi müəyyənləşdirilməmiş və həmin narkotik vasitə zərfə qoyulub möhürlənmiş, qablaşdırılıb götürülmüşdür. Lakin həmin ərəfədə çox tədbir olduğundan aşkar olunan narkotik vasitənin növünü yadında saxlaya bilməmişdir. Yadında qaldığı qədər, Məlhəddinə məxsus, markasını yadında saxlamadığı telefon da götürülmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Məlhəddin üzərindən aşkar olunan narkotiki «Sovetski» və yaxud «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Şahid2 ifadəsində, həmçinin göstərdi ki, o, Təqsirləndirilən şəxs ərazidə yaşayan bir sakin kimi tanımışdır. Belə ki, Məlhəddinin özünün evi Qarabağ küçəsi 39 ya 41 ünvanda yerləşmiş, həmin ev plana düşdüyündən o, onun xidmət apardığı ərazidə kirayədə qalmışdır. Məlhəddin saxlanılan zaman artıq onun plana düşdüyü evinin yerində yeni tikilən binanın təxminən 5 və ya 6-cı mərtəbəsi tikilməkdə olmuşdur. Təqsirləndirilən şəxs hətta 1 dəfə Qarabağ küçəsində yerləşən «Araz» marketin qarşısında polis əməkdaşı Babək Abbasova qarşı müqavimət göstərdiyindən inzibati qaydada həbs olunmuşdur. Həmin inzibati həbsin onun sonuncu dəfə saxlanılmasından nə qədər əvvəl baş verdiyini yadında saxlaya bilməmişdir. Məlhəddinin 2-ci dəfə inzibati həbs olunmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs inzibati həbsi ilə bağlı onun heç bir rolu olmamışdır. Saxlanılarkən onlar tərəfdən Məlhəddinə qarşı hər hansı təyziq, işgəncə və ya fiziki zorakılıq olmamış, onun xəsarət almasından, o cümlədən qabırğasının sınmasından onun xəbəri olmamışdır. Məhkəmə baxışında şahid - Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ibtidai araşdırma mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində 18-ci PŞ-nin digər sahə rəisi, polis kapitanı Şahid1lə birlikdə Nərimanov rayonu, Qarabağ küçəsi 41 saylı ünvanın qarşısında xidmətdə olarkən bir nəfər əvvəllər tanımadıqları şəxsin hərəkətlərindən narkotik vasitə təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmiş və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun narkotik vasitə təsiri altında olmasından şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin inzibati binasına getməsini xahiş etmişlər. Bundan sonra, həmin şəxs onlara etiraz etməyib birlikdə 18-ci Polis şöbəsinin inzibati binasına gəlməyə razılaşmışdır. Birlikdə polis şöbəsinə gəldikdə həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra, polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığını, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd “Techno” markalı mobil telefon, 01 ədəd açar, həmçinin əynində olan qırmızı rəngli idman gödəkçəsinin cibindən “Pall Mall” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş büküm açıldıqda içərisində spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni nə vaxt, kimdən və haradan əldə etdiyi soruşulduqda, o, həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, heroini şəxsi istifadəsi üçün 09 sentyabr 2022ci il tarixdə günorta saatlarında Bakı şəhəri “Sovetski” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, digər anket məlumatlarını, eləcə də əlaqə nömrələrini bilmədiyi ortayaşlı şəxsdən ona 10 (on) manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə heroini kiməsə satmaq, hədiyə etmək və ya pay vermək məqsədinin olmadığını, yalnız öz bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt bu barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra düzgün yazıldığı iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroini satmaq niyyətində olub-olmaması barədə onlara məlumat daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 134-136). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi vəzifəsində xidmət edən polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 01 aprel 2020-ci il tarixindən başlayaraq xidmət apardıqları ərazilər yaxın olduğundan həmişə həmkarı, ərazi rəisi Şahid2la birlikdə xidmət aparmışlar. 2022-ci ilin sentyabr ayının əvvəlləri həmkarı Şahid2la birlikdə xidmət apardıqları ərazidə olan zaman Məlhəddində narahatçılıq olduğundan yaxınlaşıb özümüzü təqdim etmişlər. Həmin vaxt Məlhəddin narkotik vasitənin təsiri altında olmuşdur. Məlhəddinin şəxsiyyətini müəyyən etmək üçün onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Məlhəddin Abıyev onlara müqavimət göstərmədən razılaşıb, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təhqiqatçının otağında təhqiqatçı müdafiəçinin və onların iştirakı ilə Məlhəddinin üzərinə baxış keçirmişdir. Xatırladığı qədər təhqiqatçı Emil Quliyev olmuşdur. Baxışdan əvvə Məlhəddinə ilk öncə üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Həmin an Məlhəddinin əyində qırmızı rəngdə köynək və sport (burada: idman) şalvarı olmuşdur. Məlhəddin özü üzərində heroin narkotik vasitəsi olduğunu, həmin narkotiki “Sovetski”dən əldə etdiyini, istifadəçisi olduğu üçün üzərində gəzdirdiyini bildirmiş, ağrıları olduğu üçün istifadə etdiyini demişdir. Şəxsi axtarış videoçəkilişlə aparılmış, lakin aşkar olunan narkotikin çəkisi orada çəkilməmişdir. Daha sonra həmin narkotik zərfə qoyulub ekspertizaya göndərilmişdir. Şahid1 göstərdi ki, Məlhəddinin üzərinə baxış keçirilən zaman o özü şəxsən iştirak etmişdir. Məlhəddin Abıyevə qarşı təyziq olmamış, sonuncunun onlar barəsində dedikləri şər və böhtandan ibarət olmuşdur. Məlhəddinin üzərinə baxış videoçəkilişlə keçirilmiş, onun üzərində heç bir xəsarət olmamışdır. Məlhəddinin xəstə olması ilə bağlı məlumatı olmamış, onlar onu tutan zaman ona xəsarət yetirməmişlər. Məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadəsi ilə bağlı Şahid1 da cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, sonuncu həmkarı Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələrə analoji ifadə vermişdir (iş vərəqə: cild İ, səh. 140-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 sentyabr 2022-ci il tarixli prokoldan görünür ki, protokol tərtib olunan gün Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otağında Nərimanov RPİnin 18-ci PŞ-nin əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış və şübhəli şəxs qismində polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X5 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz olmadıqda ona üzərində qeyri-qanuni əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxararaq könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd “Techno” markalı mobil telefonu, 01 ədəd açarı, həmçinin əynində olan qırmızı rəngli idman gödəkçəsinin cibindən “Pall Mall” markalı bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində spesifik iyə malik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, heroini şəxsi istifadəsi üçün 09 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri “Sovetski” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, digər anket məlumatlarını, eləcə də əlaqə nömrələrini bilmədiyi orta yaşlı şəxsdən ona 10 (on) manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə heroini kiməsə satmaq, hədiyə etmək və ya pay vermək məqsədinin olmadığını, yalnız öz bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, təqsirləndirilən şəxs Məlhəddin üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri «zərflər üçün №224» möhürlə möhürlənmiş və zərfin üzəri Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Yekunda tədqiq olunan həmin protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir (iş vərəqə: 23-24). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış keçirilmiş DVD diskə yüklənmiş şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri şəxsi axtarış və götürmə prosesinin məzmununu özündə ehtiva edir, videogörüntülərlə protokolun məzmunu arasında ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 87). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesinin yükləndiyi bir ədəd DVD formatlı diskdəki videogörüntülərlə müəyyən olunur ki, həmin videogörüntülər təqsirləndirilən şəxs Məlhəddin Abıyevin üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 10 sentyabr 2022-ci il tarixli və DVD formatlı diskə baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Nümayiş edilməklə tədqiq olunan DVD formatlı diskdəki videogörüntülərdən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs bədən səthində onun sağ qaşına paralel, cağ gicgahı istiqamətində yeni əmələ gəlməyə xarakterik kəsilmiş yara aşkar olunur (iş materialları). Bundan başqa, tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2022ci il tarixli, 6/5089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN, Zərflər üçün №224» dairəvi möhür əksi və “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə ... şübhəli şəxs–imza, - iki imza. Tərtib etdi: V.Ələkbərli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd büküm olduğu müəyyən edilmişdir. Müəyyən olunan bükümdəki maddə qəhvəyi rəngli, tozşəkilli olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisinin 2,263 qram olduğu təsdiq olunmuşdur. Tədqiq olunan rəydə, həmçinin qeyd edilmişdir ki, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 31-35). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-məcburinarkoloji ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 7779 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 137-138). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 3426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövrundə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin bövrdə o, öz hərəkətlətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan Təqsirləndirilən şəxshal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındarır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqatın gedişatında ekspert - həkimpsixiatr tərəfindən aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə olmadığını bildirmisdir (iş vərəqə: 148-150). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,263 qram təşkil edən narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübüt kimi tanınmış, narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,213 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılır (iş vərəqə: 162-164). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,263 qram təşkil edən heroin narkotik vasitəsinin mənbəyini müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 09 fevral 2023-cü il tarixli qərarına əsasən baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 166-167). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən edilməsi məqsədi ilə istintaq orqanı tərəfindən əməliyyat orqanına verilmiş əməliyyat tapşırığının 23 yanvar 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən edilməsi və sonuncunun narkotik vasitələrin satışı ilə məşbul olub-olmaması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqə: 88-89, 143). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 2,263 qram heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə ilkin, bünövrə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun hüquqları kobud surətdə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin sübutlar toplanılarkən qanun pozuntusu ilə müşaiyət olunan, qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qoyulmaqla ona dərəcələri müəyyən edilməmiş xəsarətlər yetirilmiş, törətmədiyi cinayt əməlini boynuna götürməyə, etirafedici izahat və ifadələr verməyə məcbur edilmiş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan ifadələr verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİnin 18-ci PŞ-nə gətirilmiş, həmin polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi - 2,263 qram olmaqla kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektorları, polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid1 tərəfindən birgə tərtib olunmaqla Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə ünvanlanmış 10 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, raport müəllifləri həmin raportlarında qeyd etmişlər ki, onlar xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Nərimanov rayonu, Qarabağ küçəsi 41 ünvanında xidmətdə olduqları vaxt bir nəfər şəxsin hərəkətləri, onun gözlərinin forması, bədən quruluşu və davranışları ilə narkotik vasitə aludəçisinə bənzəməsi onların diqqətini çəkmiş, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onun rabitəsiz şəkildə danışdığı və hadisə yerindən yayınmaq istədiyi üçün onu Nərimanov RPİnin 18-ci PŞ-nə gətirmiş, Polis Şöbəsində həmin şəxsin 1976-cı il təvəllüdlü X8 olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, X8 18-ci PŞ-nə gətirildiyi gün, yəni 10 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və şəxsi axtarış nəticəsində ondan təmiz çəkisi 2,263 qram olmaqla kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktına görə 11 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X8 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamı qəbul etməmiş, özünü təqsirli bilməyərək polis tərəfindən saxlanıldığı ərəfədə narkotik vasitələrdən istifadə etmədiyini, saxlanılmazdan təxminən iki il əvvəl marixuanadan istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bildirmiş, həmçinin göstərmişdir ki, o saxlanılarkən, polisə gətirilərkən üzərində heç bir növdən olan narkotik vasitə olmamış, aşkar olunan narkotik vasitəni polis əməkdəşları tərəfindən ona qarşı edilmiş fiziki təzyiqlər və işgəncə nəticəsində boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Məlhəddin Abıyev təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri belə əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayında tikinti şirkətlərindən biri tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində ona məxsus olub, ailəsi ilə yaşadığı evin sökülməsi planlaşdırılmış, buna görə tikinti şirkəti tərəfindən ona pul təklif olunmuş, lakin o, pulla razılaşmamışdır. Bundan sonra polis tikinti şirkəti sahiblərinin sifarişi əsasında onu incitməyə başlamış, qısa müddət ərzində onu iki dəfə tutub məhkəmə vasitəsi ilə 10 və 15 sutkalıq həbsə məruz qoymuş, həmçinin ona qarşı irəli sürülən ittihamda qeyd olunan 2,263 qram heroin narkotik vasitəsi ilə qərəzli olaraq tutulmuş və barəsində cinayət işi başlanmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət işinə məhkəmə baxışı zamanı 06 iyun 2023-cü il tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikası DİN-nin X11 Saxlanılma Mərkəzindən verilən 06 iyun 2023-cü il tarixli, 3-13-36/2-7143/2023 saylı arayışın məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 3(005)-1726/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1ci maddələri ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək Mərkəzə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Mərkəzdən azad edilmişdir. 06 iyun 2023-cü il tarixli, 3-13-36/2-7143/2023 saylı həmin arayışda, həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)- 1726/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək Mərkəzə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Mərkəzdən azad edilmişdir. Məhkəmə sorğusuna əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmasından sonra yerləşdirildiyi Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən alınmış «Şəxsin barəsində tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı» kitabı üzrə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə, saat 23:15-də Nərimanov RPİ-nin MSY-ə gətirilmiş, o, «280» sıra sayı ilə qeydə alınmış və ilkin tibbi müayinə zamanı onun bədən səthi üzərində sağ gözün qızartısı, sağ qaşın yanında cızıq kimi xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarətin olması, onun üzərində «şəxsi axtarış aparılması və götürmə», həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokollarda öz əksini tapmasa da, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan DVD formatlı diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində onun sağ qaşına paralel, cağ gicgahı istiqamətində yeni əmələ gəlməyə xarakterik kəsilmiş yara aşkar olunmuşdur. DVD formatlı diskdəki videogörüntülərin nümayişi zamanı müəyyən olunan bədən xəsarətinə münasibət bildirən Təqsirləndirilən şəxs tutularkən bədəni üzərində heç bir xəsarət olmadığını, videogörüntülərin nümayişi zamanı müəyyən olunan xəsarəti sahə rəisi Babək adlı şəxsin dizi ilə vurub yetirdiyini, onun qaşını partlatdığını, bütün sifətinin qan içində olduğunu, videoçəkilişdən əvvəl sifətinin qanının təmizləndiyini göstərmiş, üzərində hər hansı bir narkotik vasitə olmaya-olmaya ittihamda göstərilən narkotik vasitəni bir bükümdə boynuna götürməyə məcbur edildiyini bildirmişdir. Lakin istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının 12 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Vəsatətə baxan Bakı şəhəri Nərimanov rayon prokuroru tərəfindən 12 sentyabr 2022-ci il tarixli qərarla vəsatətin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları Şahid2 və Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrlə onların məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri arasında işin obyektiv hallarına təsir edə biləcək ziddiyyətlər mövcuddur. Belə ki, şahidlər Şahid2 və Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrində 10 sentyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 7 ünvanda birlikdə xidmət apararkən bir nəfər əvvəllər tanımadıqları şəxsin hərəkətlərindən onun narkotik vasitələrin təsiri altında olmasından şübhələnib ona yaxınlaşdıqlarını, ondan özünü təqdim etməsini xahiş etmələrini və həmin şəxsin özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyini göstərmiş, polis şöbəsinə gəldikdə isə həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs omasını müəyyən etmələrini bildirmişlər. Lakin Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə müəyyən edildi ki, Şahid2 Təqsirləndirilən şəxs nəinki əvvəllər görməmiş və tanımamış, hətta məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, o, Təqsirləndirilən şəxs ərazidə yaşayan bir sakin kimi tanımış, Məlhəddin Abıyevin evinin Qarabağ küçəsi 39 vəç ya 41 ünvanda yerləşdiyini, həmin evin plana düşdüyünü və buna görə Məlhəddinin ailəsi ilə birlikdə onun xidmət apardığı ərazidə kirayədə qaldığını, Məlhəddin saxlanılan zaman onun plana düşən evinin yerində yeni tikilən binanın təxminən 5 və ya 6-cı mərtəbəsinin tikilməkdə olduğunu, hətta Təqsirləndirilən şəxs 1 dəfə Qarabağ küçəsində yerləşən «Araz» marketin qarşısında polis əməkdaşı Babək Abbasova qarşı müqavimət göstərməsi səbəbindən inzibati qaydada həbs olunmasını belə, bilmişdir. Məhkəmə baxışı zamanı, qeyd olunanlardan başqa, həm də müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyənləşdirilməsi, sonuncunun narkotik vasitələrin satışı ilə məşbul olub-olmaması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Təqsirləndirilən şəxs müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin edilməməsinə, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutların həm də onun müdafiə hüququnun pozulmaqla əldə olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə istintaq hərəkəti aparılarkən qeydə alınmış videogörüntülərin məhkəmədə nümayişi zamanı müəyyən edildi ki, şəxsi axtarış aparılması və götürmə prosesində sonuncunun təyinat əsaslı müdafiəçisi X10 da həmin prosesdə iştirak etmiş, Məlhəddin Abıyevin bədən səthində xəsarətlərin, o cümlədən onun sağ qaşına paralel, cağ gicgahı istiqamətində yeni əmələ gəlməyə xarakterik kəsilmiş yara olduğunu görmüş, lakin həmin xəsarətin və ehtimal olunan digər xəsarətlərin yetirilmə vaxtı, şəraiti və ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işinin ibtidai istintaqı mərhələsində müqavilə üzrə vəkili Aydın Abbasəliyevin iştirakı ilə vermiş olduğu xx.xx.2023-cü il tarixli əlavə ifadəsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 11 və 12 sentyabr 2022-ci il tarixli ifadələrində göstərdiyi xysüsatları bir daha təsdiq etməsi ilə bağlı Təqsirləndirilən şəxs göstərdi ki, o, elan olunan həmin ifadəsini oxumamış və ifadəsində nə yazılmasını bilməmişdir. Müqaviləli vəkili ifadəni oxumuş və «qorxma, imza et» dediyi üçün o da ifadəsinə imza etmişdir. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsinə əsasən tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, 90.7.5-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, 90.7.7-ci maddəsinə əsasən müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, 90.7.8-ci maddəsinə əsasən söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, 90.7.9-ci maddəsinə əsasən müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək şübhəli şəxsin həyata keçirdiyi hüquqlardandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə irəli sürülən sübutlar ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2022-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Nərimanov rayon prokurorluğunda vəsatətə baxılarkən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədə müvafiq hesab edilməmiş və Nərimanov rayon prokurorunun 12 sentyabr 2022-ci il tarixli qərarına əsasən vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə hazırlıq iclasının 14 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (iş vərəqə: cild İ, səh. 15-16, 50-51, 65-68, 72-74, 75-77). Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib, onun haqqında bəraət hökmünün çıxarılacağını nəzərə alıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məlhəddin Abıyevin haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin Saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,213 qram çəkidə olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 2,213 qram çəkidə heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən iş üzrə 11 sentyabr 2022-ci il tarixli, 6/5089 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə ümumilikdə sərf olunan 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin Saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,213 qram çəkidə olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 2,213 qram çəkidə heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən 11 sentyabr 2022-ci il tarixli, 6/5089 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-216/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-216/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver