Məhkəmə qərarları › İş №1(101)-216/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-216/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-216/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Füzuli rayonu, Qərvənd kəndində doğulmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Füzuli rayonu, Dövlətyarlı ərazi dairəsi, Qərvənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 yanvar 2025-ci il tarixdə, saat 11:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Əsgər” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Əsgər” adlı şəxsin sifarişi və 6000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması, eləcə də satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsindən hava limanı istiqamətində hərəkət edən zaman yolun sağında olan zibil qablarının yanında gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 4663 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 5637,7 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin bir hissəsini yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin mənzildə saxlamış, psixotrop maddə metamfetaminin qalan hissəsini isə üzərində saxlamaqla ünvan 3 ünvanında yerləşən “Kristal” şadlıq sarayının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 03:40-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 05:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 25,7 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 04 oktyabr 2023-cü il tarixdə saat 08:00-dan Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 882,6 qram, 961,2 qram, 966,9 qram, 1878,2 qram və 923,1 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 5612 qram olan psixotrop maddə metamfetamin, 12 ədəd tünd yaşıl rəngli üzərində “Sunich” əmtəə göstəriciləri olan plastik butulkanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 387,2 qram, 405,4 qram, 394,5 qram, 391,6 qram, 425,2 qram, 345,2 qram, 423,4 qram, 373,1 qram, 406,5 qram, 378,7 qram, 399,1 qram və 333,1 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 4663 qram olan narkotik vasitə heroin və üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 04 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında tanışı Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanının yaxınlığında avtomobilini “Bakı kart” plastik kartına ödəniş etmək məqsədilə avtomobildən düşdükdən sonra 3 nəfər şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demiş, həmin şəxslərdən biri yanındakı Şahid2 aparmış, digər 2 nəfər isə onu yerə yıxmışlar. Həmin şəxslərdən birinin adı Səttar, digərinin isə ləqəbi “Mişa” olmuşdur. Polis əməkdaşları onun qolunu bağlayıb avtomobilə əyləşdirdikdən sonra “Səttar” adlı polis əməkdaşı gəlib əlindəki sellofan paketi ona göstərərək həmin sellofanın içərisindəkilərin ona məxsus olduğunu söyləmiş, o isə həmin polis əməkdaşına təqdim edilən sellofan paketin içərisindəkinin özünə məxsus olmadığını bildirmişdir. Həmin vaxt Səttar adlı polis əməkdaşı ona razılaşmadığı təqdirdə Şahid2 təqsirli bilib tutacaqlarını söyləmiş, bundan sonra polis əməkdaşları onu döyərək tutmaları üçün adamın lazım olduğunu, kimin tutulmasının fərq etmədiyini demişlər. Polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqdan sonra orada Nizam, Aynurə və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış keçirilmiş, həmin vaxt o, polis əməkdaşlarının dediyi formada narkotik tərkibli maddəni təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları evində də baxış keçirməli olduqlarını deyib evdə kimin olduğunu soruşmuş, o da heç kimin olmadığını söyləmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirməzdən əvvəl üzərində olan əşyaları götürmüş, 2 ədəd mobil telefonu olmasına baxmayaraq videoçəkilişə yalnız 1 ədəd mobil telefonu qoyulmuş və ona bir ədəd açar verib, guya yaşadığı evin açarı olduğunu söyləməsini ondan istəmişlər. Polis əməkdaşları Şahid2 və Şahid3 Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlayıb onu yaşadığı evə baxış keçirmək üçün ünvan 1 ünvanında yerləşən evinə aparmış, evdə heç kimin olmadığını dediyindən polis əməkdaşları qapını açıb içəri girmişlər. Həmin vaxt xalası oğlu Elmir də evdə olmuş, sonuncu polis əməkdaşlarından nə baş verdiyini soruşduqda polis əməkdaşları Elmiri itələyib özləri ilə gətirdikləri narkotik tərkibli maddələri evə qoyduqdan sonra videoçəkilişdə həmin polis əməkdaşlarının dediyi kimi narkotik tərkibli maddəni təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Əsgər adlı şəxsi tanımadığını, polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq etməklə ifadə verdiyindən ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiqləmədiyini, evində narkotik tərkibli maddələrin olmadığını, polis əməkdaşlarının həmin narkotik tərkibli maddəni özləri ilə gətirdiklərini, dövlət büdcəsinin vəsaiti hesabına təyin olunmuş hüquqlarını müdafiə edən müdafiəçi ilə heç bir konfidensial görüşünün olmadığını, müdafiəçisinin yanında polis əməkdaşlarının narkotik tərkibli maddəni onun cibinə qoyduqlarını, istintaq dövründə iki dəfə ifadə versə də, apellyasiya məhkəməsində olarkən ikinci ifadəni vermədiyini, arada bir narkotik vasitə olan marixuanadan istifadə etdiyini, polis əməkdaşlarının onunla qərəzlərinin olmadığını, ona “sən narkotik maddə istifadəçisisən, ona görə səni istənilən maddə ilə məsuliyyətə cəlb etmək olar” dediklərini, avtomobillərin alğı-satqısı ilə məşğul olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, onun heç bir xəstəliyi yoxdur. O, 2019-2020-ci illərdə Rusiya Federasiyasında fəhlə işləyərkən həmin ölkənin Moskva şəhərində yerləşən “Food City” bazarında işləyən tanışları ilə görüşən zaman həmin şəxslər tez-tez İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə tez-tez mobil telefonla danışmışlar. Əsgər adlı şəxs İran İslam Respublikasından Rusiya Federasiyasına meyvə göndərmiş, həmin dövrdə Əsgər adlı şəxslə münasibəti yarandığından, orada, habelə Azərbaycan Respublikasına qayıtdıqdan sonra da aradabir mobil telefonla əlaqə saxlamışdır. Maddi cəhətdən sıxıntıları olduğuna, habelə Polşa Respublikasına getmək üçün 5000 manat məbləğində pula ehtiyacı olduğuna görə, tutulduqdan təxminən 20 gün əvvəl, yəni 2023cü ilin sentyabr ayının ortalarında Əsgər adlı şəxs onunla əlaqə saxlayarkən sonuncu ona inandığını, etibarının olduğunu demiş, o, Əsgər adlı şəxsdən nə istədiyini soruşduqda, sonuncu ona Azərbaycan Respublikasına narkotik vasitə göndərdiyini, həmin maddələri götürüb yerbəyer etmək lazım olduğunu, köməklik edəcəyi təqdirdə ona 6000 manat məbləğində pul verəcəklərini söyləmişdir. O, Əsgər adlı şəxsin göndərdiyi malları bir dəfə əldə edib yerbəyer edərək 6000 manat pulu almasını və həmin pulla Polşa Respublikasına getməsini düşünüb razılaşmışdır. Dəqiq xatırlamadığı tarixdə Əsgər adlı şəxs onunla əlaqə saxlayaraq mal artıq Bakıda olduğundan, götürmək lazım olduğu söyləyib malın olduğu yerin fotoşəkli və yerini, yəni konumunu göndərmiş, o, “Rent-a-car” xidmətindən götürdüyü “Hyundai Elantra” markalı avtomobillə həmin ünvana getmiş, həmin mal Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsindən hava limanı istiqamətində hərəkət edərkən yolun sağında zibil qabının yanında olmuşdur. O, həmin malı əldə etdikdən sonra yaşadığı xalasıgilin evinə gətirib orada yatdığı otaqda gizlətmiş və bundan heç kimin xəbəri olmamışdır. Əsgər adlı şəxs malın yanına tərəzi də qoymuşdur ki, malları yerləşdirəndə həmin tərəzidə çəksin. O, malları götürdükdən bir neçə gün sonra Əsgər adlı şəxsin sifarişi ilə 200 qram heroin və 100 qram metamfetamin götürüb Hövsan qəsəbəsi ərazisində yerləşdirmiş, qalan mallar isə evdə qalmış və o, Əsgər adlı şəxsdən xəbər gözləmişdir. O, malı götürdükdən sonra Əsgər adlı şəxs onun kartına 2 dəfə 800 manat və 1800 manat olmaqla, ümumilikdə 2600 manat pul göndərmiş, qalan pulu isə hissə-hissə göndərəcəyini ona demişdir. 03 oktyabr 2023-cü il tarixdə Əsgər adlı şəxs əlaqə saxlayaraq ona təxminən 25 qram metamfetamin düzəldib üzərində götürməsini və dediyi yerə atmasını söylədiyindən, o da həmin çəkidə metamfetamin düzəldib şalvarının sağ cibinə qoymuşdur. Gün ərzində Əsgər adlı şəxs onunla əlaqə saxlamadığından həmin maddə cibində qalmış, axşam vaxtı o, qeyri-rəsmi münasibətdə olduğu Aynurə ilə görüşüb sonuncu ilə Binəqədi rayonu ərazisində yerləşən “Beerlab” restoranına getmişlər. Orada onunla yemək yeyib spirtli içki içmiş, həmin restorana Aynurənin istifadəsində olan “Toyota Prius” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, restorandan çıxanda hər ikisi alkoqollu içkinin təsirində olduğundan dostu Nizamı ayıq sürücü kimi oraya çağırdıqlarına görə sonuncu da gəlmişdir. Bundan sonra hər üçü Aynurənin avtomobili ilə yaşadığı Bakıxanov qəsəbəsi istiqamətində hərəkətə başlamış, saat təxminən 03:40 radələrində Bakıxanov qəsəbəsində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra o və yanında olan Aynurə və Nizamı Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Həmin yerdə hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət olunmuş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyduqdan sonra şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində sim kart nömrəsi olmayan “Redmi” markalı mobil telefon, 01 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd avtomobil açarı və 01 ədəd yaşadığı evin açarı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 27 qram olmuş, aşkarlanmış həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Mobil telefonlar və bank kartı götürülmüş, açarlar isə ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 6000 manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa yaşadığı evdə narkotik vasitələr olduğunu, həmin yaşadığı evə və sərnişini olduğu avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, yanında olan şəxslərin onun üzərində narkotik vasitə olmasından xəbərsiz olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq onunla qeyri-rəsmi münasibətdə olduğunu, onun narkotik vasitə saxlamağından xəbərsiz olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid3 verilən suallara cavab olaraq onunla tanış olduğunu, onun narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokolu imzalamışlar. Daha sonra o, tanışları, müdafiəçi və polis əməkdaşları ilə avtomobilinin saxlandığı yerə getmişlər. Orada avtomobilə baxış keçirilməyə başlanılmışdır. Avtomobildən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmiş, bundan sonra keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və həmin protokolu imzalamışlar. Bundan sonra yaşadığı evə getmişlər və oraya baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı o, mənzilin yataq otağında olan taxta dolabın yanındakı bənövşəyi rəngli çantanın içərisindən 05 sellofanda psixotrop maddə olan memtamfetamini, 12 ədəd tünd yaşıl rəngli plastmas qabda narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini təqdim etdikdən sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Yaşadığı mənzilin digər hissələrində baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər aşkar edilməmiş, bundan sonra yenidən Baş İdarəyə qayıtmış və orada keçirilmiş baxışla bağlı protokol tərtib edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və evdən aşkar edilmiş maddələri iranlı Əsgər adlı şəxsin deyəcəyi yerlərə çatdırmaq məqsədi ilə əldə edib saxlamış, həmin Əsgər adlı şəxslə görüşməmiş, sonuncunun anket məlumatlarını, mobil nömrəsini əzbər bilmir. Əsgər adlı şəxslə mobil telefonda görüntü ilə danışmış, sonuncu kök bədən quruluşlu olmuşdur. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzəri və evində narkotik vasitə olmasından heç kimin, o cümlədən ailə üzvlərinin, eləcə də Aynurə və Nizamın xəbəri olmamış, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Əsgər adlı şəxsin 1600 manat pulu göndərdiyi kartın nömrəsini bilmir. Onun üzərinə axtarış və evinə baxışın videoçəkilişlə təhqiqatçı tərəfindən aparıldığını, sonuncudan başqa heç kimin onun evinə baxış və üzərinə şəxsi axtarışın keçirilmədiyini bildirmiş, o, saxlanılan, üzərinə şəxsi axtarış, eləcə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. O, saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs sonradan məhkəməyədək icraat zamanı verdiyi ifadəsini dəyişmişdir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi ünvanında “Prius” markalı avtomobilin yanında saxlanılmış, həmin vaxt sonuncunun yanında Şahid2 və Şahid3 adlı şəxslər də olmuşdur. Polis əməkdaşları həmin şəxslərə özlərini təqdim edib Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bildirmiş, digər 2 şəxs Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddənin olmasından, sonuncunun İran İslam Respublikasının vətəndaşı ilə olan əlaqəsindən xəbərlərinin olmadığını söyləmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, digər 2 şəxs isə həmin Baş İdarəyə dəvət edilmişdir. Orada təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkarlanmış, Təqsirləndirilən şəxs evində də narkotik tərkibli maddə saxladığını bildirdiyindən, sonuncunun evinə də videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman 05 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 12 ədəd plastmas qabda narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkarlanıb qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs “Prius” markalı avtomobilin yanında saxladıqlarını, həmin avtomobilə də baxış keçirdiklərini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində və evində olan narkotik tərkibli maddələri təqdim etdiyini, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsilə 15 gün əvvəl Bakı şəhəri ərazisindən əldə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərinə həm şəxsi axtarış və baxış, həm də evinə baxış keçirilməsində ondan əlavə polis əməkdaşları Natiq İsbatov, İbrahim Məmmədov və Asim Rəsulovun iştirak etdiklərini, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə, saat 03:00-04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Kristal” şadlıq sarayının yaxınlığında saxladıqlarını, əvvəlcə hansı polis əməkdaşının özünü Təqsirləndirilən şəxs təqdim etdiyini, sonuncunu barəsində olan qərarla kimin tanış etdiyini, Təqsirləndirilən şəxs evinə baxışın saat neçədə keçirildiyini xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirildiyi günlə tarixin eyni olduğunu, Təqsirləndirilən şəxs saxlanılan vaxt yanında Şahid2 və Şahid3 olduğunu, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən neçə nəfər şəxsin daxil olması, evin neçə otaqlı olmasını xatırlamadığını, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı otağa baxışın keçirildiyini, Təqsirləndirilən şəxs avtomobilində də baxışın aparıldığını, Təqsirləndirilən şəxs öz avtomobilləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarını, digər şəxslərin hansı avtomobillə getməsini xatırlamadığını, Təqsirləndirilən şəxs 4 nəfər polis əməkdaşının saxladığını, Təqsirləndirilən şəxs Baş İdarəyə aparılmasında neçə avtomobilin olduğu və neçə nəfərin iştirak etdiyini xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdə təqdim etməsi üçün heç bir kütlənin verilmədiyini, Səttar müəllimin rəis olduğunu, sonuncunun və “Mişa” ləqəbli şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə baxış keçirilməsində iştirak etmədiklərini, onun rəhbəri olduğu əməliyyat qrupunda Natiq İsbatov, İbrahim Məmmədov və Asim Rəsulovun üzv kimi iştirak etdiyini bildirdi. Məhkəmə şahid qismində dindirilmiş şahid X10 və X4 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən və evindən ittihamda qeyd edilən sayda və növdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzinin aşkarlandığını bildirdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs ilə birgə alkoqollu içki qəbul etdiklərindən restoranda yemək yeyib evə doğru gedərkən avtomobili “ayıq sürücü” idarə etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında anasının “Bakı kartı”-na pul köçürmək məqsədilə avtomobildən düşüb oradakı “Milli ön” aparatına yaxınlaşdıqda 5-6 nəfər şəxs yaxınlaşıb özlərini təqdim etmədən Təqsirləndirilən şəxs ilə onu ayrı-ayrı avtomobillərə əyləşdirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Yol boyu həmin şəxslərdən nəyə görə saxlanıldıqlarını soruşsa da, ona cavab verən olmamış, həmin Baş İdarədə Təqsirləndirilən şəxs ilə onu ayrı-ayrı yerlərdə saxlamış və təxminən 2 saat sonra hamısını bir otağa yığaraq video çəkilişin başlayacağını söyləmişlər. Çəkilişdən əvvəl oradakı stolun üzərində tərəzi və narkotik tərkibli maddəyə bənzər kütlələr olmuş, daha sonra videoçəkilişlə birgə Təqsirləndirilən şəxs danışmağa başlamış, o, çox həyəcanlı olduğundan həmin vaxt danışılanlar yadında olmamışdır. Bundan sonra o, 2 nəfər polis əməkdaşı ilə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 ibtidai istintaqda ifadə verdiyini, lakin həmin ifadənin məzmununu xatırlamadığını, restoranda alkoqollu içki qəbul etdiklərinə görə Təqsirləndirilən şəxs Nizam adlı şəxsi avtomobili idarə etmək üçün çağırdığını, həmin şəxsin o və Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzilə aparması üçün avtomobili idarə etdiyini, “Milli ön” aparatına ödəniş edərkən Təqsirləndirilən şəxs onun yanında olduğunu, Baş Narkotiklərlə Mübarizə İdarəsində ondan icazə alınaraq avtomobilinə baxış keçirildiyini, avtomobildə qeyri-qanuni heç nə aşkarlanmadığını, Təqsirləndirilən şəxs narkotik tərkibli maddədən istifadə etməsi barədə məlumatının olmadığını, özünün də heç vaxt narkotik tərkibli maddə istifadə etmədiyini, polis əməkdaşlarının onları saat neçədə saxladıqlarını xatırlamadığını, yaxınlaşan polis əməkdaşlarının mülki geyimdə olduqlarını, özlərini təqdim etmədiklərini, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilənə qədər sonuncunu görmək imkanının olmadığını, saxlanılan anda 3 avtomobilin olduğunu, həmin avtomobillərin yolun kənarında ard-arda formasında düzüldüklərini, həmin avtomobillərin “BMW”, “Chevrolet” və “Toyota Prius” markalı avtomobillər olduğunu, əlləri qandallı şəkildə avtomobilə əyləşdirildikdən sonra onun avtomobilinin arxasını açanda “Səttar” adlı polis əməkdaşının ona adı ilə səsləndiyini, aralarında başqa dialoqun olmadığını, təqdim edilmiş ifadədə olan imzaların ona məxsus olduğunu, Təqsirləndirilən şəxs narkotik tərkibli maddəni cibindən çıxarıb təqdim etməsini görmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur, aralarında ədavət və düşmənçilik olmamışdır. 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edib alkoqollu içki içdiyinə görə avtomobilini idarə etmək üçün onu köməyə çağırdığından, o getmiş, həmin avtomobillə Aynurə və Təqsirləndirilən şəxs aparıb düşürmək istəyəndə polis əməkdaşları onları saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs narkokuryer olduğunu söyləmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, o və Aynurə isə həmin gün axşam saatlarında buraxılmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin dövriyyəsi ilə məşğul olmasından şübhələnmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsində iştirak etdiyini, həmin istintaq hərəkətinin videoçəkilişlə aparıldığını, polis əməkdaşlarının stolun üstünə narkotik maddəyə bənzər kütlə qoyub həmin kütlənin Elmirin üzərindən çıxdığını dediklərini, axşam vaxtı saxlanıldığını, polis əməkdaşlarının özlərini təqdim etmədən zor tətbiq edib onu da avtomobildən düşürdüklərini, onun qollarına qandal vurulanda Təqsirləndirilən şəxs narkokuryer olmasının söylənildiyini, hadisədən uzun müddət keçdiyindən polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilib-keçirilməməsini xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilərkən səhər vaxtının olduğunu, ibtidai istintaqda verdiyi ifadəni təsdiqlədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur, aralarında ədavət və düşmənçilik olmamışdır. O, gecələri ayıq yatan biridir. Dəqiq xatırlamadığı tarixdə gecə vaxtı kiminsə evin qapısını açmaq istədiyini hiss etmiş, qapıya yaxınlaşarkən anidən Təqsirləndirilən şəxs ilə birgə içəri 15-20 nəfər daxil olmuş, həmin şəxslərdən 4 nəfər polis əməkdaşı onu divara sıxaraq, yüksək tonla “deməli siz evdə narkotik saxlayırsız” demiş, polis əməkdaşları ondan Təqsirləndirilən şəxs yataq otağının yerini soruşmuşlar. Təqsirləndirilən şəxs konkret otağı olmamış, polis əməkdaşları onun anasıgilin yataq otağına daxil olmuş, bir müddət sonra onu həmin otağa çağırıb sellofan torbanın içərisində narkotik tərkibli maddələr göstərərək, həmin maddələrin otaqdan çıxdığını söyləmişlər. Həmin vaxt o, şokda olmuş, çünki belə bir sellofanın evdən tapılmasını mümkünsüz hesab etmiş, hadisədən bir müddət sonra evdə 1 nəfər polis əməkdaşı qalmış, digərləri isə evi tərk etmişlər. Saat 09 radələrində Təqsirləndirilən şəxs ilə birgə başqa polis əməkdaşları evə gəlmiş, həmin evdə videoçəkiliş aparılmış, o da ev sahibi kimi müvafiq sənədləri imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 məhkəməyədək icraat zamanı ifadə vermədiyini, şantaj olunduğunu, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə evinə qanunsuz daxil olma ilə bağlı zəng etmək istəsə də, mobil telefonları yığıldığına görə bunu edə bilmədiyini, səhərə kimi evdə olan polis əməkdaşından mobil telefonunu istəsə belə, ona mobil telefonunun verilmədiyini, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olmadığını, polis əməkdaşları gələrkən evdə ana və atasının da olduğunu, əksər vaxtlarda işi ilə əlaqədar ölkə xaricində olduğundan, Təqsirləndirilən şəxs onun evində daimi yaşadığını, polis əməkdaşlarının evə 2 dəfə gəldiklərini, birinci dəfə gecə saatlarında, ikinci dəfə isə saat 09 radələrində gəldiklərini, polis əməkdaşlarının evə daxil olarkən özlərini təqdim etmədiklərini, həm gecə, həm də səhər vaxtı videoçəkilişin aparıldığını, məcburi qaydada bütün sənədləri imzalatdıqlarını, ibtidai istintaq zamanı verilmiş ifadədəki imzalar ona məxsus olsa da, yazılanları təsdiqləmədiyini, Təqsirləndirilən şəxs heç vaxt narkotik tərkibli maddə almadığını, polis əməkdaşları tərəfindən döyülməklə hədələndiyini, hadisələrin üzərindən 1 ilə yaxın müddətin keçdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və 3-13-7/Ə350/2023 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, X10, X4 və X6 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:40 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “Kristal” şadlıq sarayının yaxınlığında “Toyota Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Şahid2 və Şahid3 ilə birlikdə olan zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, avtomobil isə həmin idarənin həyətinə yerləşdirilmişdir. Şahid2 və Şahid3 isə həmin Baş İdarəyə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 21-22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni masanın üzərinə qoyduqdan sonra şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd üzərində sim kart nömrəsi olmayan “Redmi” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 ədəd “4098 5844 9422 4775” nömrəli plastik bank kartı, 1 ədəd avtomobil açarı və 1 ədəd yaşadığı evin açarı aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkarlanmamış, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra aşkarlanmış həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, 2 ədəd mobil telefon və 1 ədəd plastik bank kartı götürülmüş, 2 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 6000 manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və atmadığını, üzərindən başqa yaşadığı evdə narkotik vasitələr olduğunu, həmin yaşadığı evə və sərnişini olduğu avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, aşkarlanmış narkotik vasitələrin özünə məxsus olduğunu, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, yanında olan şəxslərin onun üzərində narkotik tərkibli maddə olmasından xəbərsiz olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid2 verilən suallara cavab olaraq qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini söyləmişdir. Şahid3 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs tanıdığını, sonuncunun narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 30-34) xx.xx.2023-cü il tarixli “Mənzilə baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə baxış zamanı Təqsirləndirilən şəxs mənzilin yataq otağında olan taxta dolabın yanında olan bənövşəyi rəngli çantanın içərisindən 05 sellofanda ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, 12 ədəd tünd yaşıl rəngli plastmas qabda açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələri və 01 ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, kütlələr və elektron tərəzi qablaşdırılıb DİN-in 7 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkarlanmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri və tərəzini İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsilə 15 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində 6000 manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, həmin kütlələri evdə saxladığından heç kimin xəbərinin olmadığını, aşkarlanmış 1 ədəd elektron tərəzi ilə narkotik maddələri ölçdüyünü, verilən sualları tam başa düşdüyünü, başqa yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid4 isə ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs onun qohumu olduğunu və evdə aşkarlanan kütlələrdən xəbərsiz olmasını söyləmişdir. (Cild 1, vərəqə 43; 45-48) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5182 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, müdafiəçi-imza, iştirakçılar: iki imza, qablaşdırıldı: A.Aslanovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 25,7 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələr və elektron tərəzi; Şübhəli şəxs: Təqsirləndirilən şəxsimza, müdafiəçi-imza, iştirakçılar: iki imza, Qablaşdırıldı: A.Aslanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 12 (on iki) ədəd tünd yaşıl rəngli üzərində “Sunich” əmtəə göstəriciləri olan plastik butulkanın içərisində təmiz çəkiləri 387,2 qram, 405,4 qram, 394,5 qram, 391,6 qram, 425,2 qram, 345,2 qram, 423,4 qram, 373,1 qram, 406,5 qram, 378,7 qram, 399,1 qram və 333,1 qram, ümumi təmiz çəkisi 4663 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 05 (beş) ədəd bağlamalarda təmiz çəkiləri 882,6 qram, 961,2 qram, 966,9 qram, 1878,2 qram, 923,1 qram, ümumi təmiz çəkisi 5612 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 5637 qram olan metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 62-66) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 87) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 87) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 95-96) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1443/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-129/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 133-138) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4662,4 qram narkotik vasitə heroin, qalıq çəkisi 5637,1 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilməklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll olunanadək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 146-147) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 161) xx.xx.2023-cü il tarixli “Mobil telefonlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Whatsapp” tətbiqinin “Söhbətlər” bölməsində adı “t” kimi qeyd edilmiş ***-***- **-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 12 aprel 2023-cü il tarixdə saat 19:57-də Təqsirləndirilən şəxs “divij var brat.” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “ot he” cavabını vermiş, həmin nömrənin istifadəçisi cavabında “fanta yox” məzmunlu mesajını göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “yox” cavabını vermiş, həmin nömrənin istifadəçisi “bugune hec cur alindirmaq olmaz abi” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Olar 90 m” məzmununda cavab vermişdir. Həmin nömrənin istifadəçisinin “0,5”, “qaqa” məzmunlu mesajlarına Təqsirləndirilən şəxs “50” məzmununda cavab vermiş, adı “t” kimi qeyd olunan şəxs cavabında “abi birinci 90 dedin sora 50 basa dusemdim”, “ee bray”, “abi” məzmunlu mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs cavab olaraq “abi 0.5, 0.5 əllidir, qram doxsandır” səsli mesaj göndərmiş, əlavə olaraq, adı “t” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair bir sıra yazışmalar müəyyən edilmişdir. Bundan başqa, “Whatsapp” tətbiqinin “Söhbətlər” bölməsində ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 11 mart 2023-cü il tarixdə saat 16:53-də “Sağlığın, salamtçılıqdır. Yaxşı olasan. Həci, neynirsən? Mətanətin yanındakına dəymək olur, “brat?”, “ot” səsli və yazılı məzmununda mesajlar, Təqsirləndirilən şəxs isə “Ne qeder” məzmununda cavab vermiş, həmin mobil nömrənin istifadəçisi “ 2 dene 15 verib goturmek olar” məzmununda cavab ünvanlamışdır. Təqsirləndirilən şəxs “Qaqa, onu ancaq mən gəlib, elə bil ki, çox götürüb, onu elə edə bilmərəm” səsli mesaj göndərmişdir. Bundan başqa, “Whatsapp” tətbiqinin “Söhbətlər” bölməsində ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 20 may 2023-cü il tarixdə saat 01:53-də “3 dene emele geler qardaşım 20 ye”, “Yol pulu zad tapm”, “Gelim” məzmununda yazılı mesajlar göndərmiş, Təqsirləndirilən şəxs isə “He olar” məzmununda cavab vermiş, həmin nömrənin istifadəçisi “Yaxsi konum”, “At qardaşım” məzmununda mesaj yazmış, Təqsirləndirilən şəxs “Gozde atıram” məzmununda yazılı cavab vermiş, həmin nömrənin istifadəçisi “Aristokrat”, “Brat”, “Vurum aristokrata”, “Abi araz çıxmır aristokrat vururam”, “Deyərəm kecər arxasına”, “Taksi” məzmununda yazılı mesajlar göndərmiş, Təqsirləndirilən şəxs isə “Hwsne qaqa 15 20 dq ordayam” məzmununda cavab vermişdir. Həmin tarixdə saat 02:19-da sözügedən mobil nömrənin istifadəçisi “Qardasim onların boyun buxun narmalni qoysurarsan”, “Canivi yeyerem” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs ona konum atmış, həmin şəxs “Sekilde”, “At bra5”, “T”, “neyin icinde neyin yaninda seklin tam at qardaşım” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncuya şəkil və səsli mesaj göndərərək “Qaqa, ağ “sobranie” qutusunun içərisindədir, Bax birinci tin yox, ikinci tin var da. Düz tində görəcəksən, o qaranlıq küçə var, ora girən kimi sol tərəfdə yerdə görəcəksən” cavabını vermişdir. Bundan başqa, “Whatsapp” tətbiqinin “Söhbətlər” bölməsində adı “Murad Yeraz” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə saat 00:45-də “Gedirem gul daliyca isdemesen” məzmununda yazılı mesaj göndərmiş, həmin nömrənin istifadəçisi “qardaşım uzağdayam e men” cavabını vermiş, Təqsirləndirilən şəxs “Maci onda qadan alaram” məzmununda mesaj göndərmiş, həmin şəxs “goture vilirsen gotur qardaşın seher pulun versin götürsün senen” məzmununda cavab vermişdir. Bundan başqa, “Whatsapp” tətbiqinin “Söhbətlər” bölməsində ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 30 aprel 2023-cü il tarixdə saat 19:05-də “bunun hamisindən 9 birazda yarı”yazılı mesaj göndərmiş, Təqsirləndirilən şəxs “Fərid, hoqqa vermə də, qardaşımsan. 4 qram tema idi orda. Bilmirəm, istəyirəm üçünü çıxarım” səsli mesajla cavab vermiş, həmin nömrənin istifadəçisi “ne qeder dene çıxdı” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs “Fərid, bir qramdan 3 dənə tema çıxır. İndi onlardan azalt on iki dənə, on bir dənə elə” səsli cavab vermişdir. Bundan sonra həmin şəxs səsli mesajla göndərərək aldığı maddələri hissələrə bölə bilmədiyini, onların içərisində çubuqlar olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq həmin maddələri toxum və çubuqları ilə birlikdə aldığını, həmin çubuqları təmizləyə bilmədiyini qeyd etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs “Qardaşım səndən doxsan beş manat pul alacağam. İyirmi beşim sabah günorta, yetmişini də beşinci gün axşam. Fərid, mən bilmirəm, necə edirsən et. Qardaşımsan, məni çıxartma özümdən” məzmununda səsli mesaj göndərmişdir. Bundan başqa, “Whatsapp” tətbiqinin “Söhbətlər” bölməsində ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saat 18:01-də “Salam, “qədeş”, “Nətərsən? Neynirsən? Vəziyyət? Gəldim, yatmışdın. Mən də evdən Çıxırdım. “Brat, evdən çıxmamış mənə xəbər elə, dediyin haqq-hesabı qoymuşam sənin otağında. Zəng vur da, sənin otağından çıxan kimi deyəcəm haradadır”, “Ağ sobrani”, “paçka”sındadır. Yadımdan çıxdı, yerin şəklini çəkib konum şəkli eləmək” məzmununda mesaj göndərmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** saylı mobil nömrələrin istifadəçiləri arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar müəyyən edilmişdir. “Xiaomi Redmi A1” markalı mobil telefon qara rəngli olmaqla işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antennalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin, eləcə də ekranda çoxsaylı çatların olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, telefonun“Qalareya” bölməsinin “X8” bölməsində elektron tərəzi üzərində narkotik vasitəyə bənzər maddələrin çəkilməsini əks etdirən 05 ədəd şəkil var. Belə ki, həmin şəkillərin ikisində elektron tərəzi üzərində qara sellofan bağlama, digər 3 şəkildə isə elektron tərəzi üzərində tünd yaşıl rəngli kiçik plastik butulkalar əks olunmuşdur. Hansı ki, həmin butulkalar Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman aşkar edilmiş içərisində narkotik vasitə heroin olan 12 ədəd tünd yaşıl rəngli üzərində “Sunich” əmtəə göstəriciləri olan plastik butulkalarla oxşarlıq təşkil edir. Bundan başqa baxış zamanı “Whatsapp Business” tətbiqinin “Söhbətlər” bölməsində adı qeyd edilməmiş xarici operatora məxsus “+66 62 891 4815” saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, ilkin danışıqlar zamanı iran ləhcəli şəxs narkotik vasitənin göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs səsli mesajlar göndərmiş və o da həmin maddəni özü gedib götürəcəyi ilə bağlı cavab vermişdir. Sonradan Təqsirləndirilən şəxs konum və şəkil, eləcə də “ağ lülənin dalında tablo var kvadrat yazılı o yazının arasındadır dəmirin” məzmununda səsli mesaj göndərilmişdir. Sonrakı danışıqlarda həmin şəxs Təqsirləndirilən şəxs pulların vurulmasını və çeklərin ona göndərilməsini tələb etmiş, Təqsirləndirilən şəxs isə evə çatıb həll edəcəyini bildirmiş və bir neçə dəqiqədən sonra 300 manat pulun göndərilməsi ilə bağlı həmin şəxsə qəbz şəkli atmışdır. Növbəti günlərdəki danışıqlarda Təqsirləndirilən şəxs həmin şəxsə qaranlıq bir yerin əks edildiyi və ox işarəsi ilə işarələnmiş yerin şəkilini göndərərək “işarə qoyulan yerin tinində ağ sabranya” məzmununda mesaj yazmış, sonrakı danışıqlarda həmin şəxs Təqsirləndirilən şəxs başqa bir nəfər şəxsin səsini yönləndirmiş, həmin şəxs iran ləhcəsi ilə “baba bu nə yaman çaş yerdədir, görünmür kı. hayandadır, özdə camaatın evinin qabağındadır, bunu deyərdin normal bır qoyardıda” məzmununda mesaj göndərmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq “məhlədi, heç kim yaşamır, arxa tərəfdir, blok tərəf deyil, arxa məhlədir” məzmununda səsli mesajla cavab vermişdir. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs 05 ədəd qəbz şəkli göndərmiş, həmin qəbzlərdə ümumilikdə 450 manat pulun göndərilməsi öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 162-173) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 13989 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 192) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(008)-871/2023 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədibirinin aparılması barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar mənzilə baxış keçirilmə hissəsində qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 198- 200) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-7/2-8536/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni onun “Əsgər” adlı şəxsin sifarişi və 6000 manat pul təklifi ilə əldə edib onun deyəcəyi yerə qoymaq və ya deyəcəyi şəxslərə vermək, eləcə də həmin maddələrin satışı ilə məşğul olmaq məqsədi ilə saxladığı müəyyən olunmuş, bundan əlavə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə məlumatlar əldə edilmişdir. Bundan başqa, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində “Əsgər” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onu istintaqa təqdim etmək, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisində keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 202) xx.xx.2023-cü il tarixli Füzuli rayon İcra Hakimiyyəti Başçısının Dövlətyarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 2, iş vərəqə 14) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizə üzrə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqə 32-34) xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A01” markalı və 01 ədəd “Xiaomi Redmi A1” markalı mobil telefonlar maddi sübut hesab edilməklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll olunanadək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqə 38-39) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator X2 üzrə xx.xx.2023-cü il tarixli, 6563 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 42-44) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmış, şəxsi axtarış və götürmə, mənzilə baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin ilkin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 46-66) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 69-71) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə, “Əsgər” adlı şəxsin, habelə digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqə 115-116) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17-40/2-4037/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə təcridxanaya gətirilən zaman tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “Həbs olunan zaman əxsarət aldığını bildirir” qeydinin, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında isə “Yeni xəsarət izi aşkar edilmədi. Sol saidin ön səthində köhnə çapıq toxuması” qeydinin yazılması müəyyən edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid1, X10 və X4 Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17-40/2-4037/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilərkən keçirilmiş müayinə zamanı həbs olunarkən zədə aldığını bildirsə də, onun bədəni üzərində yeni xəsarət izi aşkarlanmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. 11 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkarlanmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən həmçinin bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspert rəyi ilə müəyyən olunur. Göründüyü kimi, tibb sahəsində olan ekspertin rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bədən xəsarəti aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat aparılarkən polis əməkdaşları tərəfindən ona edilmiş hər hansı zorakılıqla bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə, habelə mənzilə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmadığını, Səttar adlı və “Mişa” ləqəbli polis əməkdaşlarının onun saxlanılmasında iştirak etdiyini, həmin polis əməkdaşlarının fiziki və psixi zorakılıqları nəticəsində müvafiq istintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən narkotik tərkibli maddələrin ona məxsus olduğunu nümayiş etdirdiyini, polis əməkdaşlarının ona tutmaq üçün adamın lazım olduğunu, kimisə tutmalarının fərq etmədiyini, üzərində 2 ədəd mobil telefon olmasına baxmayaraq videoçəkilişdə yalnız 1 ədəd mobil telefonun qoyulduğunu, ona bir ədəd açar verib, guya yaşadığı evin açarı olduğunu söyləməsinin tələb edildiyini, yaşadığı evə polis əməkdaşlarının müvafiq narkotik tərkibli maddələri qoyduqdan sonra istintaq hərəkətinin aparıldığını, polis əməkdaşlarının həmin narkotik tərkibli maddəni özləri ilə gətirdiklərini, müdafiəçisinin yanında polis əməkdaşlarının narkotik tərkibli maddəni onun cibinə qoyduqlarını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olubolmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə şahidlər Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında), X10 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və X4 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun saxlanıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiqin olmadığını, müvafiq istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkarlanmış psixotrop maddə metamfetamini, habelə evində aşkarlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etdiyini, əməliyyat qrupunda iştirak etmiş şəxslərdən başqa şəxslərin, yəni “Səttar” adlı və “Mişa” ləqəbli şəxslərin Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiklərini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin əməliyyat qrupunun tərkibində Şahid1, X10, X4 və X13 iştirak etmişdir. “Səttar” adlı və “Mişa” ləqəbli şəxslərin, eləcə də digər şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı cinayət işinin materiallarına əsasən, habelə məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin əksinə həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd üzərində sim kart nömrəsi olmayan “Redmi” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, yəni 2 ədəd mobil telefon aşkarlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı 1 ədəd avtomobil açarı və 1 ədəd yaşadığı evin açarını təqdim etmiş, həmin açarlardan hər hansı birinin özünə məxsus olmamasını bildirməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs dediyi digər xüsusat, yəni polis əməkdaşları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş müdafiəçisinin yanında cibində psixotrop maddə metamfetaminin, evinə isə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qoyulması cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışa əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, aşkarlanan büküm ağ rəngli kağız zərfdə qablaşdırılıb 7 nömrəli möhürlə möhürlənmişdir. Mənzilə baxış və götürmə istintaq hərəkəti zamanı isə Təqsirləndirilən şəxs mənzilin yataq otağında olan taxta dolabın yanında olan bənövşəyi rəngli çantanın içərisindən 05 ədəd sellofanda ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, 12 ədəd tünd yaşıl rəngli plastmas qabda açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələri və 01 ədəd elektron tərəzini təqdim etmiş, müvafiq kütlələr qablaşdırılıb “7” nömrəli möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeydlər də əlavə olunmuşdur. Həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs sərbəst şəkildə müvafiq narkotik tərkibli maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermişdir. Həmin kütlələr ekspertizaya göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5182 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik tərkibli maddələrin, yəni psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisinin 5637,7 qram, narkotik vasitə heroinin ümumi təmiz çəkisinin isə 5612 qram olması müəyyən edilmişdir. Habelə 1 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri aşkarlanmışdır. Məhkəmə bir halı da qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq maddi sıxıntıları olduğundan əməli törədiyini, özünün narkotik vasitə olan marixuanadan istifadə etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Bundan başqa, qeyd etməyi zəruri bilir ki, Şahid4 məhkəməyədək icraat zamanı ittihamda göstərilənlərə uyğun məzmunda ifadə versə də, məhkəmə iclasında ifadəsini dəyişib ibtidai istintaq vaxtı şantaj edildiyindən təqdim edilmiş sənədləri imzaladığını, polis əməkdaşlarının onun yaşadığı evə 2 dəfə gəldiyini, özlərini təqdim etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-cü bəndinə əsasən, qohumlar- babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır. Məhkəmə Şahid4 Təqsirləndirilən şəxs qohumu olduğundan, məhkəməyədək icraat zamanı məhkəmə iclasında dedikləri barədə hər hansı orqana müraciət etmədiyindən, məhkəmə iclasında verdiyi ifadəsini təqsirləndirilən şəxs Elmir Təqsirləndirilən şəxs xeyrinə verilmiş, işin hallarına uyğun olmayan ifadə kimi qəbul edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Mobil telefonlara baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi Redmi A1” markalı mobil telefonu ilə xarici mobil operatora məxsus “+**********5” saylı mobil nömrə ilə səs yazısı və yazı şəklində danışıqların olması müəyyən edilmişdir. Belə ki, iran ləhcəli şəxs narkotik vasitənin göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs səsli mesajlarda konum və şəkil göndərmiş, pulun göndərilməsinə dair qəbzlər mövcud olmuş, habelə Elmir Alıının həmin şəxsə qaranlıq bir yerin əks edildiyi və ox işarəsi ilə işarələnmiş yerin şəkilini göndərərək “işarə qoyulan yerin tinində ağ sabranya” məzmununda mesaj yazmış, həmin şəxs iran ləhcəsi ilə “baba bu nə yaman çaş yerdədir, görünmür kı. hayandadır, özdə camaatın evinin qabağındadır, bunu deyərdin normal bır qoyardıda” məzmununda, Təqsirləndirilən şəxs isə cavab olaraq “məhlədi, heç kim yaşamır, arxa tərəfdir, blok tərəf deyil, arxa məhlədir” məzmununda səsli mesaj göndərmişdir. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs 05 ədəd qəbz şəkli göndərmiş, həmin qəbzlərdə ümumilikdə 450 manat pulun göndərilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə, “Əsgər” adlı şəxsin, habelə digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, cinayət işinin materiallarının 1-ci cildinin 162-173-cü vərəqlərində olan “Mobil telefonlara baxış keçirilməsi” protokolu elan olunub tədqiq edilmiş və həmin protokola əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus mobil telefonlardakı “Whatsapp” tətbiqində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmin narkotik tərkibli maddələrin qiymətləri ilə bağlı çoxsaylı yazışmalar mövcuddur. Göründüyü kimi, Təqsirləndirilən şəxs digər şəxslərlə fərqli vaxtlarda “gül”, “tema”, adı altında (eyni vaxtda müxtəlif növ) narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə elan olunmaqla, tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 6563 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılığı olsa da, Təqsirləndirilən şəxs opiodlərə aid olan heroin və psixostimulyatorlara aid olan metamfetamin aşkarlanmışdır. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etsə də, artıq təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin isə xüsusilə külli miqdar təşkil etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxta münasibətdə hazırda onun əməli ağırlaşmışdır. Belə ki, CM-in 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırdığından, habelə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən yuxarıda adı çəkilən Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroin 4663 qram, yəni şəxsi istehlak miqdarından təxminən 31086,66 dəfədən, külli miqdarından isə təxminən 2331,5 dəfədən artıq olması, psixotrop madə metamfetamin 5637,7 qram yəni şəxsi istehlak miqdarından təxminən 37584,66 dəfədən, külli miqdarından isə təxminən 2818,85 dəfədən artıq olması, narkotik vasitə və psixotrop maddənin növ müxtəlifliyi, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu, istifadə etmədiyi halda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etməsi, bükümlərin hazırlanması üçün elektron tərəzinin mövcudluğu və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, mübət xarakterizə olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1443/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-129/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator X2 üzrə xx.xx.2023-cü il tarixli, 6563 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 4662,4 qram narkotik vasitə heroin, 5637,1 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk və “Mənzilə baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Samsung Galaxy A01” markalı və 01 (bir) ədəd “Xiaomi Redmi A1” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 4662,4 qram qram narkotik vasitə heroin, 5637,1 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk və “Mənzilə baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “Samsung Galaxy A01” markalı və 01 (bir) ədəd “Xiaomi Redmi A1” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar