Məhkəmə qərarları › İş №1(101)-2165/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2165/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2165/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ilməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 56, mənzil 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində və mənzilində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilməsinə, məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 1019,649 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 103,472 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0, 083 qram qurudulmuş marixuana əldə edib üzərində və mənzilində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında saat 14:10-də şübhəli olduğu üçün saxlanılaraq 32-ci PB-nə aparılb, orada üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardığı 01 ədəd çəhrayi rəngli dəmir qutunun içərisindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,957qram, 0,442 qram, 0,365 qram, 0,477 qram, 0,123 qram, 0,073 qram, 0,012 qram, ümumi təmiz çəkisi 4,449 qram kiməyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram və 0,042 qaram, ümumi təmiz çəkisi 0,072 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyin olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,083 qram qurudulmuş marixuana, eləcə də həmin cibindən üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd şüşə qab aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin birinci mərtəbəsindəki otaqda divanın altında saxladığı 01 ədəd bağlamada təmiz çəkisi 1015,2 qram (1kq, 15,2qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 103,4 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkomandır, narkomaniyadan əziyyət çəkir və xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində səhər saatlarında evində yataqda uzanmış, yatağın yanındakı masanın üzərində az miqdarda heroin, metamfetamin və qurudulmuş marixuana olmuşdur. Həmin vaxt evinə hasardan tullanmaqla polis əməkdaşları daxil olmuşlar. Onların evinə gəlmələrinin səbəbi anasının və qonşusunun polisə etdikləri zənglər olmuşdur. Belə ki, anasıda qonşusuda polisə onun narkotik vasitə istifadə etməyindən şikayət edərək onların gəlib onu aparmalarını istəmişlər. Yəni, onun polisə aparılmasının səbəi anası və qonşusdur. Polis əməkdaşları onu evdən apardıqları zaman masanın üzərində olan heroin, metamfetamin və qurudulmuş marixuananıda götürüb aparmışlar. Həmin əşyaların onun üzərindən çıxmasını protokollaşdırdıqdan sonra evinə axtarış etmək üçün aparmışlar. Qeyd etmək istəyir ki, elektron tərəzi və şüşə qabı olmayıb. Evində isə evdə olan anasını başqa bir otağa keçirib qapını örtdükdən sonra otaqda olan divanın altına iki böyük büküm qoyduqdan sonra evə baxış keçirilən zaman onu həmin divanın atlından bu bükümləri çıxarmağı təklif etmişlər. Divanın altından çıxan bir kiloqramdan artıq heroin və 100 qramdan artıq metamfetamin ona aid deyildir. Yalnız oradan çıxan qurudulmuş marixuana ona məxsusdur.Özünü yalnız bildirdiyi vasitə və maddələrə görə təqsirli sayır. Ona qarşı fiziki zor olmamış və bununla bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona 18 may 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Şahin adlı şəxs narkotik saxlanması və istifadəsi ilə məşğul olur, məlumatda həmçinin bildirilirdi ki, həmin bu şəxs gündüz radələrində Bakı şəhəri Qaraçuxur qəsəbəsi “Əfsun” şadlıq sarayının yaxınlığında üzərində narkotik vasitə olacaqdır. Həmin tədbir haqqında rəhbərliyə məruzə etmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş, rəhbərliyin əmri ilə ondan və bölmənin digər əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 18 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:20-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində fəaliyyət göstərən “Əfsun” şadlıq sarayının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, ona birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə getməli olduğunu demişlər. Suraxanı RPİ-nin 32-ci PB-nə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçı, polis mayoru Məmməd Əliyev tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins salvarının arxa sağ yan cibindən bir ədəd içərisində maye olan şəffaf ampulanı və bir ədəd içərisində maye olan tibbi iynəni, qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli elektron tərəzini, içərisində qəhvəyi rəngli kütlə olan yeddi ədəd şəffaf sellofan bükümünü, bir ədəd içərisində bitki mənşəli kütlə olan bükümü və içərisində bir ədəd qırmızıltıl kağızı büküm olan bir ədəd çəhrayı rəngli metal qutunu, sağ yan cibindən iki ədəd mobil telefonları, içərisində limonduzuna oxşar kütlə olan plasmaq qutunu çıxarıb təqdim edərək, təqdim etdiyi bükümlərdəki kütlələrnin “kokos” və “nəşə” olduğunu, xx.xx.2023-cü il tarixdə “zakladka” yolu ilə İran İslam Respublikası vətəndaşından 300 manata aldığını bildirmişdir. Təhqiqatçının ondan başqa yerlərdə də narkotik vasitə-maddə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında da həmin narkotik vasitələrdən saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində 09 büküm olan çəhrayı rəngli metal qutu bir zərfdə, tibbi şpris və ampula bir zərfdə, elektron tərəzi bir zərfdə, içərisində limonduzuna oxşar kütlə olan plasmast qutu bir zərfdə (cəmi 04 zərfdə) qablaşdırılaraq, üzəri iştirakçıların imzaları təsdiq olunduqdan sonra möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 16 ünvanına təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə-kütlə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı iki mərtəbəli həyət evinin birinci mərtəbəsində yerləşən giriş-çıxış qapısı həyətə açılan bir otağa aparmışdır. Həmin otaqda olan divanın oturacağını qaldıraraq ordan bir ədəd kərpici ağ-qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torba təhqiqatçı tərəfindən açıldıqda içərisindən bir ədəd şəffar sellofan bağlaması və bir ədəd mavi rəngli büküm açkar edilmişdir. Açılıb baxıldıqda şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli kütlənin, mavi rəngli sellofan bükümün içərisində ağ rənkli kristal çəkilli kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələrnin “kokos” və “şüşə” olduğunu, xx.xx.2023-cü il tarixdə “zakladka” yolu ilə İran İslam Respublikası vətəndaşından 300 manata aldığını bildirmişdir. Baxış davam etdirildikdə başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli və ağ rəngli kütlə olan iki bükülü bir zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması anasının və yaxud qonşusunun müraciəti ilə bağlı olmamışdır. Onun barəsində böləməyə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 18 may 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Şahin adlı şəxs narkotik saxlanması və istifadəsi ilə məşğul olur, məlumatda həmçinin bildirilirdi ki, həmin bu şəxs gündüz radələrində Bakı şəhəri Qaraçuxur qəsəbəsi “Əfsun” şadlıq sarayının yaxınlığında üzərində narkotik vasitə olacaqdır. Həmin tədbir haqqında rəhbərliyə məruzə olunmuş əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair həmkarı Şahid1 tərəfindən qərar qəbul edilmiş, rəhbərliyin əmri ilə o əməliyyat qrupuna daxil edilmişdir. 18 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:20-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində fəaliyyət göstərən “Əfsun” şadlıq sarayının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, ona birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə getməli olduğunu demişlər. Suraxanı RPİ-nin 32-ci PB-nə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçı, polis mayoru Məmməd Əliyev tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins salvarının arxa sağ yan cibindən bir ədəd içərisində maye olan şəffaf ampulanı və bir ədəd içərisində maye olan tibbi iynəni, qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli elektron tərəzini, içərisində qəhvəyi rəngli kütlə olan yeddi ədəd şəffaf sellofan bükümünü, bir ədəd içərisində bitki mənşəli kütlə olan bükümü və içərisində bir ədəd qırmızıltıl kağızı büküm olan bir ədəd çəhrayı rəngli metal qutunu, sağ yan cibindən iki ədəd mobil telefonları, içərisində limonduzuna oxşar kütlə olan plasmaq qutunu çıxarıb təqdim edərək, təqdim etdiyi bükümlərdəki kütlələrnin “kokos” və “nəşə” olduğunu, xx.xx.2023-cü il tarixdə “zakladka” yolu ilə İran İslam Respublikası vətəndaşından 300 manata aldığını bildirmişdir. Təhqiqatçının ondan başqa yerlərdə də narkotik vasitə-maddə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında da həmin narkotik vasitələrdən saxladığını, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində 09 büküm olan çəhrayı rəngli metal qutu bir zərfdə, tibbi şpris və ampula bir zərfdə, elektron tərəzi bir zərfdə, içərisində limonduzuna oxşar kütlə olan plasmast qutu bir zərfdə (cəmi 04 zərfdə) qablaşdırılaraq, üzəri iştirakçıların imzaları təsdiq olunduqdan sonra möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 16 ünvanına təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə-kütlə varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı iki mərtəbəli həyət evinin birinci mərtəbəsində yerləşən giriş-çıxış qapısı həyətə açılan bir otağa aparmışdır. Həmin otaqda olan divanın oturacağını qaldıraraq ordan bir ədəd kərpici ağ-qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torba təhqiqatçı tərəfindən açıldıqda içərisindən bir ədəd şəffar sellofan bağlaması və bir ədəd mavi rəngli büküm açkar edilmişdir. Açılıb baxıldıqda şəffaf sellofan bükümün içərisində qəhvəyi rəngli kütlənin, mavi rəngli sellofan bükümün içərisində ağ rənkli kristal çəkilli kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələrnin “kokos” və “şüşə” olduğunu, xx.xx.2023-cü il tarixdə “zakladka” yolu ilə İran İslam Respublikası vətəndaşından 300 manata aldığını bildirmişdir. Baxış davam etdirildikdə başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli və ağ rəngli kütlə olan iki bükülü bir zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması anasının və yaxud qonşusunun müraciəti ilə bağlı olmamışdır. Onun barəsində bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-cü PBnin rəisinə həmin bölmənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, 18 may 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında “Şahin” adlı şəxsin narkotik vasitələrin saxlaması və istifadəsi ilə məşğul olması göstərilmişdir. Eyni zamanda daxil olmuş məlumatda “Şahin” adlı şəxsin gündüz radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Mədən küçəsi “Əfsun” şadlıq sarayının yaxınlığında olacağı və üzərində mütəmadi narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 3-13-54-3/226/23 saylı 18 may 2023-cü il tarixli əmrdən və eyni tarixli “Təxirəsalınmaz Əməliyyat-axtarış tədbirıərinin keçirilməsinə dair” qərardan müəyyən olunur ki, “Şahin” adlı şəxsin ətrafında təxirə salınmaz tədbirlər görülməklə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, şəxsin cinayət əməllərinin ifşa olunması, narkotik vasitələrin, cinayət izlərinin aşkar edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və bununla bağlı qərar qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il saat 14:10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi “Əfsun” şadlıq sarayının yaxınlığında narkotik vasitlərin istifadəsində və saxlanılmasında şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 32-cü PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 may 2023-cü il tarixdə saat 15.10 radələrində müdafiəçisi X1 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-cü PB-nin rəisinə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etmir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli elektron tərəzini, 01 ədəd çəhrayı rəngli içərisində 08 ədəd şəffaf sellofan bükümləri və bir ədəd dərman preparatı olan dəmir qutunu, sağ yan cibindən iki ədəd mobil telefonu, əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd şəffaf ampula və 01 ədəd içərisində maye olan tibbi iynəni çıxarıb təqdim etmiş, həmin bükümlərdə olan kütlələrin “kakos” və “nəşə” tumu olduğunu, xx.xx.2023-cü il tarixdə “zakladka” yolu ilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 300 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin predmetlər müvafiq qaydada zərflərdə qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, “DİN-nin Zərflər üçün 196“ saylı möhürü ilə möhürlənmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmış, protokola şikayət, təklif və qeydlər daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-cü PB-nin rəisinə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinə baxış və götürmə istintaq hərəkətinin həyata keçirilməsinə etiraz etmir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 16-dır. Təqsirləndirilən şəxs qeyd olunan ünvanda sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o yaşadığı iki mərtəbəli həyət evinin birinci mərtəbəsində yerləşən otaqdakı divanın oturacağının altından 01 ədəd sellofan torbanın içərisindən 01 ədəd şəffar sellofan bağlamasının və 01 ədəd mavi rəngli bükümü təqdim etmişdir. Həmin torbaların birinin içərisindən qəhvəyi rəngli tozşəkilli kütlənin, digərinin içərisindən ağ rəngli kütlənin olduğu aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən götürülərək müvafiq qaydada qablaşdırlmaqla sənədləşdirilib götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini etiraf etmiş, üzərindən və evindən aşkar edilmiş qanunsuz əşyaların ona məxsus olmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 7/733 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 1,397 qram olan toxumlar, narkotik təbiətli çətənə (kannabis) bitkisinə aiddir.Toxumların tərkibində narkotik komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,083 qram olan maddə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 6/2895 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 196” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 16 ünvanından aşkar olunmuş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, bir ədəd bağlamada təmiz çəkisi 1015,2 qram (1 kq 15,2 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsullahazırlanmış narkotik vasitə-heroindir və bir ədəd bükümdə təmiz çəkisi 103,3 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. X6 yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7 (yeddi) ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər Vət. X7 yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetaminlər kimyəvi komponent və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 6/2896 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 196” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, - çəhrayı rəngli dəmir qutuda 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,957 qram, 0,442 qram, 0,365 qram, 0,477 qram, 0,123 qram, 0,073 qram, 0,012 qram, ümumi təmiz çəkisi 4,449 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlamış narkotik vasitəheroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram və 0,042 qram, ümumi təmiz çəkisi 0,072 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlaətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir, - bir ədəd tərəzinin üzərində və şüşə qabın içərisində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bir ədəd 1 ml-lik şprisdə olan şəffaf maye narkotik vasitələr və psixotrop maddələrə aid deyildir. - Üzərində “Tik-Tac” yazısı olan plastik qabda təmiz çəkisi 10,012 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitələrə və psixotrop maddələrə adi deyildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 4648 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, müayinə zamanı X8 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 1852 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, X8 hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. X8 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X11 ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. X7 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X7 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd, 01 ədəd “İphone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonlarda hər hansı sübut əhəmiyyəti kəsb edə biləcək hal aşkar edilməmişdir. Cinayət işinin materiallarıfna əlavə edilmiş qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefon aparatları anası X2 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 5(010)-247/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş sorğuya cavab məktublarında Təqsirləndirilən şəxs adında heç bir mobil nömrənin qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «toplanmış sübutların qiymətləndirilməsi» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalan 1019,279 qram narkotik vasitə heroin, 103,232 qram psixotrop maddə metamfetamin, 0,063 qram qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının və yaşadığı ünvana baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Hal-hazırda baxılan iş üzrə cinayət əməlini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə törətmiş, belə olan halda hazırki iş üzrədə o ağır cinayətlər kateqoriyasına aid olan CM-nin 234.4.3-cü maddəsində təsbit olunmuş əmələ görə Azərbaycan Respublikası CMnin 83.3.4-cü maddəsinə əsasən altı il keçmədiyi üçün Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olan şəxs sayılmaqla əməlində Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən (qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə) cinayətlərin təhlükəli residivini vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən residivə görə cəzanın təyin edilməsi zamanı Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv olduğundan ona təyin edilmiş cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, təqsirləndirilən şəxs X7 qismən öz ifadəsi və şahid ifadələri, üzərinə və yaşadığı mənzilə baxış protokolları, üzərindən aşkar edilmiş elektron tərəzi və həmin tərəzinin üzərində məhkəmə-bioloji ekspertizası rəyinə əsasən müəyyən edilmiş heroinin izləri, digər ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə X7 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı X7 üzərində və mənzilində aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin az bir qisminin onun özünə aid olması, qalan hissəsinin isə polis əməkdaşları tərəfindən onun üzərinə və mənzilinə yerləşdirilməsinə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə və mənzilinə videoçəkilişlə keçirilmiş baxış protokolları və ona əlavə olunmuş CD disklərdəki görüntülərlə, üzərindən aşkar edilmiş elektron tərəzi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin bükümlərdə olması, çəkiləri külli təşkil edən 1019,649 qram narkotik vasitə heroinin və 103,472 qram psixotrop maddə metamfetaminin dəfələrlə şəxsi istehlak miqdarından artıq olması, onun üzərindən elektron tərəzinin aşkar edilməsi, tərəzinin üzərində heroin qalıntılarının olması, heroin və metamfetaminin şəxsi istifadə məqsədilə deyil, satış məqsədi ilə qanunsuz əldə edib saxlamasını təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən (cinayətlərin residivi) cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 18 may 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edildiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1019,279 qram narkotik vasitə heroin, 103,232 qram psixotrop maddə metamfetamin, 0,063 qram qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, üzərində şəxsi axtarış və götürmə aparılmasınının, həmçinin yaşadığı ünvana baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarının anası X2 qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 1019,279 qram narkotik vasitə heroin, 103,232 qram psixotrop maddə metamfetamin, 0,063 qram qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” və 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarının anası X2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar