Məhkəmə qərarları › İş №1(101)-2168/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2168/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2168/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kəngərli və Partnyorları Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmədə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1980-cı ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məlum olmayan tanışı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs naməlum tarixdə, vaxtda və şəraitdə digər şəxsdən satış məqsədi qanunsuz olaraq 1,921 qram çəkidə narkotik vasitə tiryəki, həmçinin, 5000 manat gəlir əldə etməsi müqabilində içərisində narkotik vasitə qurudulmuş marixuana olan çantanı başqa ünvana qoyması və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə naməlum tarixdə, vaxtda və şəraitdə başqa şəxslər vasitəsi ilə ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən külli miqdarda,yəni 10 020 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, əldə etdiyi narkotik vasitə tiryəki üzərində, narkotik vasitə qurudulmuş marixuananı əlində tutduğu qara rəngli çantada saxlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 51A ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə saat 00:10-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 5Mİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 02:19-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçənin yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,488 qram və 0,433 qram olmaqla, ümumilikdə 1,921 qram çəkidə eyni tərkibli xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, əlində saxladığı 01 ədəd qara rəngli çantanın içərisində olan 03 ədəd sellefon bağlamada ayrıayrılıqda çəkiləri 4500 qram, 3100 qram, 2420 qram olmaqla ümumilikdə külli miqdarda 10020 qram çəkidə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 10 iyun 2023-cü il tarixdə Qaradağ rayonu ərazisində polislər tərəfindən saxlanılmışdır. Hadisə təxminən saat 20:00-da baş vermişdir. Qaradağ rayonu ərazisində dərənin içərisində adamların gəzişdiyini görmüş, avto qəza hadisəsi baş verdiyini düşünmüşdür. Ora yaxınlaşanda 15-20 nəfər adam qəflətən üstünə gəlmişdir. Ona zənbil verərək, içərisində nə varsa ona məxsus olmasını deməyi söylədilər. Mobil telefonunda narkotik vasitənin satışı ilə bağlı nə mesaj, nə də danışıq vardır. Onu saxlayan polis əməkdaşlarını tanımır. Bütün polislər mülki geyimdə dərənin içərisində gizlənmiş vəziyyətdə olmuşlar. Polislər onu yerə yıxaraq verdikləri zənbilin içərisindəkiləri boynuna götürməsini məcbur etmişlər. Üzərinə şəxsi axtarış zamanı aparılan videoçəkiliş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında həyata keçirilmişdir. Polislər tərəfindən tutulanda döyülmüş, fiziki təzyiqlərə məruz qalmış, bu səbəbdən ibtidai istintaq zamanı etirafedici sənədlərə qol çəkmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir ki narkotik vasitə qurudulmuş marixuanadan, narkotik vasitə tiryəkdən istifadə edir. 12 iyun 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerləşən “Premium” adlı klinikanın yaxınlığında olarkən bir nəfər tanımadığı şəxs gəlib onunla təxminən 3-5 dəqiqə söhbət etmişdir. Həmin şəxs onun zahiri əlamətlərindən narkotik vasitə istifadəçisi olduğunu anladığını demiş və adını ondan soruşmuşdur. O adının Elmir olduğunu bildirib və narkotik vasitə istifadəçisi olduğunu, lakin maddi durumunun yaxşı olmadığı üçün narkotik ala bilmədiyini demişdi. Bu zaman o, onun dediklərini edəcəyi təqdirdə yaxşı pul qazana biləcəyini demişdir. Ondan bu barədə maraqlandıqda həmin şəxs ona bildirmişdir ki, Lökbatan qəsəbəsi tərəfdə bir çanta var və həmin çantanı gedib götürüb, Nərimanov rayonu ərazisinə gətirə biləcəyi təqdirdə ona 5000 manat verəcəkdir. O həmin şəxsdən çantanın içərisində nə olduğunu soruşduqda həmin şəxs ona çantanın içərisində nəşə olduğunu bildirmişdir. O həmin şəxs ilə razılaşıb və ona hazırda özünü yaxşı hiss etmədiyini, hələlik istifadə etmək məqsədi ilə ona narkotik vasitə verməsini xahiş etmişdir. Həmin şəxs ona 2 büküm tiryək verib və bunun üçün ondan pul almayacağını demişdir. Həmin şəxs onun istifadəsində olan mobil nömrəni götürmüş və ona çantanın olduğu yeri dəqiqliyinə kimi bildirmişdir. Həmin şəxsdən əlaqə nömrəsini istədikdə həmin şəxs təxminən 1 saat sonra zəng edəcəyini, onun həmin çantanı konkret hara qoymalı olduğunu deyəcəyini, bundan sonra görüşüb ona 5000 manat pul verəcəyini demişdir. Onunla razılaşmış və dərhal çantanı götürməyə getmişdir. Həmin ünvana o, taksi ilə getmiş və ünvanın yaxınlığında taksidən düşərək təxminən 200-300 metr piyada çantanın olduğu yerə addımlamışdır. Bu zaman həqiqətən də yol kənarından bir qədər aralıda qara rəngli çanta olduğunu görmüş və onu götürüb, yol kənarından taksi taparaq Nərimanova getmək istəmişdir. Saat təxminən 00 radələri olardı və o bir qədər addımladıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, əlində saxladığı 01 ədəd çantada “nəşə" olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Daha sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üstündə və əlində saxladığı 01 ədəd çantada narkotik maddələr olduğunu bildirmişdir. Daha sonra əlində saxladığı 01 ədəd qara rəngli çantanı masanın üzərinə qoymaq həmin çantanın içərisində “narkotik maddə-nəşə" olaraq tanıdığı maddələrin olmasını bildirmişdir. Daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol üst cibindən 01 ədəd kağız bükülünü, həmin gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükülüləri çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdi etdiyi əşya və predmetlərə polis tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim olunan 01 ədəd qara rəngli çantaya baxış keçirilmişdir. Çantanın içərisində 03 ədəd sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlamalar qara rəngdə idi. Həmin qara rəngli sellofan bağlamaların içərisinə polis tərəfindən ayrı-ayrılıqda baxış keçirilərkən onların içərisində “nəşə” adı ilə tanıdığı narkotik maddələr olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükülülərə baxış keçirilmişdir. Həmin bükümlərdə də “tiryək” adlı narkotik maddələr olması müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kağız bükülüyə polis tərəfindən baxış keçirilmişdir. Həmin bükülüdə də ağ rəngli, duz formalı naməlum maddələrin olması müəyyən edilmişdir. Daha sonra təqdi etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Samsung” markalı idi. Mobil telefonun ona məxsus olmasını, bu mobil telefonda ***-***-**- ** saylı mobil nömrənin olmasını bildirmişdir. Şifahi sorğu zamanı özümün təxminən 10 il müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan 02 ədəd sellofan bükülüdə olan maddələrin də narkotik maddə “tiryək” olmasını, həmin maddələri 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerləşən “Premium” adlı klinikada olarkən tanımadığı şəxsdən pulsuz olaraq əldə etdiyini, həmin şəxsin ona bu maddələrin qarşılığında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında olan körpünün yanında “nəşə” olaraq tanıdığı narkotik maddəni 01 ədəd çantanın içərisində yerə qoyduğunu, bu çantanı qeyd etdiyi ünvandan götürüb onun istədiyi ünvana, yəni “Nərimanov” metrostansiyası yaxınlığına aparmağını istədiyini, bunun qarşılığında həmin şəxsin 5.000 manat pul verəcəyini vəd etdiyini, daha sonra həmin şəxsin təklifi ilə razılaşdığını və bu təklifdən sonra gecə saatlarında həmin tanımadığı şəxsin dediyi yerə getdiyini və burada, yəni Bakı şəhəri, Salyan şosesində yerləşən obyektlərin birinin yaxınlığından həmin şəxsin bildirdiyi əlamətlərə uyğun olan çantanı yerdən tapdığını, daha sonra bu çantanı götürüb həmin yerdən uzaqlaşmaq istədiyini, buradan qısa müddət uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik maddələr, 01 ədəd kağız bükümdəki maddələr polis tərəfindən 01 ədəd kağız zərfdə, əlində saxladığı 03 ədəd sellofan bağlama isə həmin çanta ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis tərəfindən götürülmüşdür. Şahid1 ifadələrində göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 51A ünvanının yaxınlığında saxlayaraq DİN-İn BMCMİ-nin inzibati binasına dəvət etmişlər. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən narkotik vasitə dolu çanta aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin maddələri “Premium” adlı klinikadan əldə etdiyini dedi. Təqsiləndirilən şəxsə heç bir fiizki və mənəvi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni “Nərimanov” metrostansiyası yaxınlığına aparmalı olduğunu, bunun qarşılığında həmin şəxsin ona 5.000 manat pul verəcəyini vəd etdiyini söylədi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 12 iyun 2023-cü İl tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın İcrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonuna getmişlər. 13 iyun 2023-cü il tarixdə saat 00:10-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 51A ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu yaxınlıqda yerləşən DİN-İn BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMİnin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin baş təhqiqatçısı Kənan Kərimli tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 13 iyun 2023-cü il tarixdə gecə saatlarında Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qara rəngli çantanı masanın üzərinə qoymaqla həmin çantanın içərisində “narkotik maddə-nəşə” olaraq tanıdığı maddələrin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sol üst cibindən bir ədəd kağız bükülünü, həmin gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükülüləri çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim olunan bir ədəd qara rəngli çantaya baxış keçirilmişdir. Çantanın içərisində 03 ədəd sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlamalar qara rəngdə olmuşdur. Həmin qara rəngli sellofan bağlamaların içərisinə ayrı-aynlıqda baxış keçirilərkən onların içərisində yaşıl rəngli ot formalı xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükülülərə baxış keçirilmişdir. Həmin bükümlərdə də qara rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə tiryəkə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükülüyə baxış keçirilmişdir. Həmin bükülüdə də ağ rəngli, duz formalı naməlum maddələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Samsung” markalı olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olmasını, bu mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün təxminən 10 il müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan 02 ədəd sellofan bükülüdə olan maddələrin də narkotik maddə “tiryək" olmasını, həmin maddələri 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerləşən “Premium” adlı klinikada olarkən tanımadığı şəxsdən pulsuz olaraq əldə etdiyini, həmin şəxsin ona bu maddələrin qarşılığında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında olan körpünün yanında “nəşə” olaraq tanıdığı narkotik maddəni bir ədəd çantanın içərisində yerə qoyduğunu, bu çantanı qeyd etdiyi ünvandan götürüb onun istədiyi ünvana, yəni “Nərimanov” metrostansiyası yaxınlığına aparmasını istədiyini, bunun qarşılığında həmin şəxsin ona 5.000 manat pul verəcəyini vəd etdiyini, daha sonra həmin şəxsin təklifi ilə razılaşmasını və bu təklifdən sonra gecə saatlarında həmin tanımadığı şəxsin dediyi yerə getdiyini və burada, yəni Bakı şəhəri, Salyan şosesində yerləşən obyektlərin birinin yaxınlığından həmin şəxsin bildirdiyi əlamətlərə uyğun olan çantanı yerdən tapmasını, daha sonra bu çantanı götürüb həmin yerdən uzaqlaşmaq istədiyini, buradan qısa müddət uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik vasitə tiryəkə oxşar maddələr, bir ədəd kağız bükümdəki narkotik maddəyə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə, Təqsirləndirilən şəxs əlində saxladığı 03 ədəd sellofan bağlama isə həmin çanta ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şahid2 ifadələrində göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs barəsində rəhbərliyə məlumat verildikdən sonra 13 iyun 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs saxlayaraq DİN-İn BMCMİ-nin inzibati binasına dəvət etmişlər. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən narkotik vasitə dolu idman çantası aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin maddələri “Premium” adlı klinikadan əldə etdiyini dedi. Hər hansı polis əməkdaşı tərəfindən təqsiləndirilən şəxsə heç bir fiizki və mənəvi təzyiq göstərilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. 12 iyun 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonuna getmişlər. 13 iyun 2023-cü il tarixdə, saat 00:10-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 51A ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMİnin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin baş təhqiqatçısı Kənan Kərimli tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edildi. Bundan sonra 13 iyun 2023-cü il tarixdə gecə saatlarında Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qara rəngli çantanı masanın üzərinə qoymaq həmin çantanın içərisində “narkotik maddə-nəşə” olaraq tanıdığı maddələrin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sol üst cibindən bir ədəd kağız bükülünü, həmin gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükülüləri çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim olunan bir ədəd qara rəngli çantaya baxış keçirilmişdir. Çantanın içərisində 03 ədəd sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlamalar qara rəngdə idi. Həmin qara rəngli sellofan bağlamaların içərisinə ayrıayrılıqda baxış keçirilərkən onların içərisində yaşıl rəngli ot formalı xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükülülərə baxış keçirilmişdir. Həmin bükümlərdə də qara rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə tiryəkə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükülüyə baxış keçirilmişdir. Həmin bükülüdə də ağ rəngli, duz formalı naməlum maddələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Samsung" markalı idi. Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olmasını, bu mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün təxminən 10 il müddətdir ki. narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan 02 ədəd sellofan bükülüdə olan maddələrin də narkotik maddə "tiryək" olmasını, həmin maddələri 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri. Nəsimi rayonu. 1-ci mikrorayon ərazisində yerləşən “Premium” adlı klinikada olarkən tanımadığı şəxsdən pulsuz olaraq əldə etdiyini, həmin şəxsin ona bu maddələrin qarşılığında Bakı şəhəri. Qaradağ rayonu. Lökbatan qəsəbəsi yaxınlığında olan körpünün yanında “nəşə" olaraq tanıdığı narkotik maddəni bir ədəd çantanın içərisində yerə qoyduğunu, bu çantanı qeyd etdiyi ünvandan götürüb onun istədiyi ünvana, yəni “Nərimanov” metrostansiyası yaxınlığına aparmasını istədiyini, bunun qarşılığında həmin şəxsin ona 5.000 manat pul verəcəyini vəd etdiyini, daha sonra həmin şəxsin təklifi ilə razılaşmasını və bu təklifdən sonra gecə saatlarında həmin tanımadığı şəxsin dediyi yerə getdiyini və burada, yəni Bakı şəhəri, Salyan şosesində yerləşən onyektlətin birinin yaxınlığından həmin şəxsin bildirdiyi əlamətlərə uyğun olan çantanı yerdən tapmasını, daha sonra bu çantanı götürüb həmin yerdən uzaqlaşmaq istədiyini, buradan qısa müddət uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik vasitə tiryəkə oxşar maddələr, bir ədəd kağız bükümdəki narkotik maddəyə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə, Təqsirləndirilən şəxs əlində saxladığı 03 ədəd sellofan bağlama isə həmin çanta ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb eldiyindən götürülmüşdür. Şahid3 məhkəmədə elan olunub araşdırılmış ifadələrində iş üzrə digər şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onların ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik Şahid1a həvalə edilmişdir. 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonuna getdik. 13 iyun 2023-cü il tarixdə saat 00:10-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi 51A ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz elmədən onlarla DİN-in BMCMİnin inzibati binasına gəldi. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin baş təhqiqatçısı Kənan Kərimli tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edildi. Bundan sonra 13 iyun 2023-cü il tarixdə gecə saatlarında Baş İdarənin inzibati binasmda vıdeo-çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmər - aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qara rəngli çantanı masanın üzərinə qoymaq həmin çantanın içərisində "narkotik maddə-nəşə” olaraq tanıdığı maddələrin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sol üst cibindən bir ədəd kağız bükülünü, həmin gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükülüləri çıxarıb təqdim elməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim olunan bir ədəd qara rəngli çantaya baxış keçirilmişdir. Çantanın içərisində 03 ədəd sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlamalar qara rəngdə idi. Həmin qara rəngli sellofan bağlamaların içərisinə ayrıayrılıqda baxış keçirilərkən onların içərisində yaşıl rəngli ot fonnalı xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükülülərə baxış keçirilmişdir. Həmin bükümlərdə də qara rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə tiryəkə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükülüyə baxış keçirilmişdir. Həmin bükülüdə də ağ rəngli, duz formalı naməlum maddələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefon "Samsung" markalı idi. Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olmasını, bu mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün təxminən 10 il müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan 02 ədəd sellofan bükülüdə olan maddələrin də narkotik maddə "tiryək" olmasını, həmin maddələri 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerləşən “Premium” adlı klinikada olarkən tanımadığı şəxsdən pulsuz olaraq əldə eldiyini, həmin şəxsin ona bu maddələrin qarşılığında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında olan körpünün yanında "nəşə" olaraq tanıdığı narkotik maddəni bir ədəd çantanın içərisində yerə qoyduğunu, bu çantanı qeyd etdiyi ünvandan götürüb onun istədiyi ünvana, yəni "Nərimanov” melrostansiyası yaxınlığına aparmasını istədiyini, bunun qarşılığında həmin şəxsin ona 5.000 manat pul verəcəyini vəd eldiyini, daha sonra həmin şəxsin təklifi ilə razılaşmasını və bu təklifdən sonra gecə saatlarında həmin tanımadığı şəxsin dediyi yerə getdiyini və burada, yəni Bakı şəhəri, Salyan şosesində yerləşən onyeklləlin birinin yaxınlığından həmin şəxsin bildirdiyi əlamətlərə uyğun olan çantanı yerdən tapmasını, daha sonra bu çantanı götürüb həmin yerdən uzaqlaşmaq istədiyini, buradan qısa müddət uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik vasitə tiryəkə oxşar maddələr, bir ədəd kağız bükümdəki narkotik maddəyə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bır ədəd kağız zərfdə Təqsirləndirilən şəxs əlində saxladığı 03 ədəd sellofan bağlama isə həmin çanta ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 13 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli çantanı masanın üzərinə qoymaq həmin çantanın içərisində “narkotik maddə-nəşə” olaraq tanıdığı maddələrin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkçəsinin sol üst cibindən 01 ədəd kağız bükülünü, həmin gödəkçəsinin sağ yan cibindən 02 ədəd sellofan bükülüləri çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. Əvvəlcə təqdim olunan 01 ədəd qara rəngli çantaya baxış keçirildi. Çantanın içərisində 03 ədəd sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlamalar qara rəngdə idi. Həmin qara rəngli sellofan bağlamaların içərisinə ayrı-ayrılıqda baxış keçirilərkən onların içərisində yaşıl rəngli ot formalı xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükülülərə baxış keçirilmişdir. Həmin bükümlərdə də qara rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə tiryəkə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız bükülüyə baxış keçirilmişdir. Həmin bükülüdə də ağ rəngli, duz formalı naməlum maddələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Samsung” markalı idi. Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olmasını, bu mobil telefonda ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün təxminən 10 il müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, üstündən aşkar olunan 02 ədəd sellofan bükülüdə olan maddələrin də narkotik maddə “tiryək” olmasını, həmin maddələri 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerləşən “Premium” adlı klinikada olarkən tanımadığı şəxsdən pulsuz olaraq əldə etdiyini, həmin şəxsin ona bu maddələrin qarşılığında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında olan körpünün yanında “nəşə” olaraq tanıdığı narkotik maddəni 01 ədəd çantanın içərisində yerə qoyduğunu, bu çantanı qeyd etdiyi ünvandan götürüb onun istədiyi ünvana, yəni “Nərimanov” metrostansiyası yaxınlığına aparmasını istədiyini, bunun qarşılığında həmin şəxsin ona 5.000 manat pul verəcəyini vəd etdiyini, daha sonra həmin şəxsin təklifi ilə razılaşmasını və bu təklifdən sonra gecə saatlarında həmin tanımadığı şəxsin dediyi yerə getdiyini və burada, yəni Bakı şəhəri, Salyan şosesində yerləşən obyektlərin birinin yaxınlığından həmin şəxsin bildirdiyi əlamətlərə uyğun olan çantanı yerdən tapmasını, daha sonra bu çantanı götürüb həmin yerdən uzaqlaşmaq istədiyini, buradan qısa müddət uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki narkotik vasitə tiryəkə oxşar maddələr, 01 ədəd kağız bükümdəki narkotik maddəyə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə, Təqsirləndirilən şəxs əlində saxladığı 03 ədəd sellofan bağlama isə həmin çanta ilə birlikdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə 13 iyun 2023-cü il tarixdə saat 02:52-də başa çatmışdır.Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün NG54” dairəvi möhür əksi olan, “Abbasov Anar”sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,286 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli 6/3323 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan maddələr Elnur Cəfərov (imza) “ yazısı və imzalar olan paketdəki, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,488qram və 0,433qram, ümumi təmiz çəkisi 1,921 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, bir ədəd kağız bükümdə üzərində “Sanitta” yazısı olan sellofan paketdəki təmiz çəkisi 14,095qram ağ rəngli iri kristalardan ibarət maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Məhkəmədə elan olunub araşdırılmış 13 iyun 2023-cü il tarixli 6/125 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs əl çantasından ...’yazısı və imzalar olan qara rəngli sintetik çantadakı 03(üç) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 4500qram; 3100qram; 2420qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-10020 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş- ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10019,4 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1,721 qram olan narkotik vasitə tiryək və şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10019,4 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,721 qram olan narkotik vasitə tiryək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşlarının onu döyərək narkotik vasitəni öz üzərinə götürməsini tələb etdiklərini, istintaq təcridxnasına daxil olan zaman üzərində xəsarətlər olduğunu, döyülməyilə bağlı heç kimə müraciət etmədiyni göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən vidioçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə müdafiəçisinin iştirakı ilə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələri təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitələrin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitələrin qurudulmuş marixuana və tiryək olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyləri, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 192 (yüz doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 192 (yüz doxsan iki) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10019,4 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1,721 qram narkotik vasitə tiryəkin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Anar Abbasov əvvəllər məhkum olunmamışır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olması, ibtidai istsintaq zamanı etirafedici ifadələr verməsi, məcburi köçkün olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək davamlı olaraq həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 13 iyun 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyun 2023-cü il tarixli, 4505 nömrəli rəyindən aydın olur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 192 (yüz doxsan iki) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10019,4 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1,721 qram narkotik vasitə tiryək məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar