Məhkəmə qərarları › İş №1(101)-217/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-217/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-217/2023 23.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 küçəsi, ev 52-də qeydiyyatda olan, həbs olunanadək ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi i!ə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Hüseyn” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2779,991 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 561,906 qram çəkidə psixotrop maddə metamfetamini və 298 ədəd həb formasında olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 11,92 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində fəaliyyət göstərən “Asiman” şadlıq sarayının yaxınlığında istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxsa məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, həmin narkotik vasitə heroinin 14,991 qramını 1 (bir) ədəd sellofan bükümə və psixotrop maddə metamfetaminin isə 11,906 qramını 1 (bir) ədəd sellofan bükümə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 200 B ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:20-də Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 200 B ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və adı çəkilən idarədə 15 aprel 2022-ci il tarixdə, saat 23:35-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki gödəkçənin sol iç cibində saxlamaqla daşıdığı 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda, yəni 14,991 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda, yəni 11,906 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra 16 aprel 2022-ci il tarixdə, saat 00:55-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin mənzilin qonaq otağında yerləşən dolabdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib 1 (bir) ədəd göy rəngli sellofan torbada saxladığı 3 (üç) ədəd bükümdə, ayrılıqda çəkiləri 775 qram, 1005 qram və 985 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 2765 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni 550 qram çəkidə psixotrop maddə metamfetamin, 298 ədəd həb formasında olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 11,92 qram olan narkotik vasitə metadon dərman preparatı və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama və daşımada (kuryer qismində iştirak etmədə) təqsirli bilərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Onun gündəlik narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə dozası təxminən yarım qram olmuşdur. O, Masallı rayonunda olduğu vaxt “Hüseyn” adlı İran islam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Əslində o, Hüseynlə şəxsən tanış olmamışdır. Tanışlarından biri ona Hüseynin nömrəsini verərək Hüseynin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. O da Hüseyndən narkotik vasitə almaq üçün bir neçə dəfə telefon vasitəsilə danışmışdır. Hüseyn ona İranda yaşadığını demişdir. Lakin o, Hüseynin həqiqətən də İranda yaşayıb-yaşamamasını bilməmişdir. Belə ki, o, Masallı rayonuna qonaq getmiş və orada metamfetamindən istifadə etmək istəmiş, daha doğrusu onun metamfetaminə ehtiyacı yaranmışdır. Oradakı şəxslər ona Hüseynin telefon nömrəsini vermişlər. O da Hüseynə zəng etmiş və sonuncudan metamfetamin istəmişdir. Hüseyn də ona demişdir ki, “problem deyil”. Bundan sonra o, 200 manat pulu Hüseynin bank kartına göndərmişdir. Sonra Hüseyn ona “Votsap” vasitəsi ilə 10 qram narkotik vasitəni yerləşdirdiyi yerin şəklini və həmin yerin “konumunu” (lokasiyasını) atmışdır. O da gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Ümumilikdə Hüseyn ona 4-5 dəfə belə formada narkotik vasitələrin şəklini və yerləşdirdiyi yerləri çəkib atmışdır. Onun evindən 561 qram çəkidə psixotrop maddə metamfetamin və 298 ədəd “M-40” metadon tərkibli narkotik vasitə olan həblər aşkar edilmişdir. İttiham aktında qeyd edilmiş qalan 2 kiloqram narkotik vasitə heroin onun üzərində olmamışdır. Polis şöbəsində 2 kiloqram narkotik vasitə heroin onun “boynuna qoyulmuşdur”. Videoçəkilişdə ona torbanı vermişlər və çəkiliş zamanı həmin torbada olan narkotik vasitənin özünə məxsus olduğunu bildirməsini ona demişlər. O da polislərin dediyi kimi etmişdir. O, Hüseyn adlı şəxsin sifarişi əsasında “kuryer” kimi işləmişdir. Bir neçə dəfə Hüseyn ona böyük çəkidə narkotik vasitənin yerini bildirmiş, o da həmin narkotik vasitələri Hüseynin dediyi yerlərdən gedib götürmüş və Hüseynin dediyi başqa yerlərə qoymuşdur. Bunun müqabilində Hüseyn ona pul vermişdir. Sonuncu dəfə Hüseyn ona “Asiman” şadlıq sarayının yanına 10 kiloqram narkotik vasitə atmışdır. O da gedib həmin yerdən narkotik vasitəni götürmüş, sonra da Hüseynin dediyi yerlərə qoymuşdur. Hüseyn bunun əvəzində onun kartına 3.000 manat pul göndərmişdir. Çox təəssüf ki, o, Hüseynin kuryeri kimi işləmişdir. O, törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və qeyd edilən maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə məhkəmə qeyd edir ki, qeyd edilən hissədə dövlət ittihamçısı bəraətverici əsasla ittihamdan imtina etdiyindən və bu imtina qanuni olduğundan təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ayrıca aktla (qərarla) bəraətverici əsasla cinayət işinə xitam verilməlidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı polis əməkdaşı Şahid1 tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və qərar əsasında əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun üzvü olmuşdur. 15 aprel 2022-ci il tarixdə o, digər polis əməkdaşı Şahid1la birlikdə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən 208 saylı binanın yaxınlığında təqsirləndirilən şəxsi saxlamışlar. Bundan sonra onlar saxladıqları şəxsi Baş İdarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin var. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı ünvana getmişlər və evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman televizorun altından sellofan torba aşkar edilmişdir. Torbaya təhqiqatçı tərəfindən baxış keçirildikdə, həmin torbanın içərisindən 3 (üç) ədəd bükümdə heroin, 1 (bir) ədəd bükümdə metamfetamin, eləcə də 300-ə yaxın metadon həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onlara bildirmişdir ki, iranlı şəxslə razılaşaraq dediyi yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb yenidən həmin iranlı şəxsin dediyi yerlərə götürdüyü vasitə və maddələri yerləşdirir, bunun da müqabilində iranlı şəxs ona pul verir. Sonra aşkar edilmiş predmetlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfiindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ona daxil olduqdan sonra onun tərəfindən rəhbərliyə məruzə edilmiş və qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində saxlamış və sonra Bəybalanı BNMİ-ə aparmışlar. Orada Bəybalanın üzərinə baxış keçirilmişdir. Bundan sonra Bəybalanın yaşadığı evə baxış keçirilmişdir. Evdə televizorun altında sellofan torba aşkar edilmişdir. Torbada heroin, metamfetamin və metadon aşkar olunmuşdur. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri iranlı Hüseyn adlı şəxsdən almışdır. Həmçinin Bəybala həmin günə kimi Hüseyn adlı şəxsin dediyi yerlərdən 20 kiloqrama yaxın narkotik vasitə götürdüyünü və bunun müqabilində həmin şəxs tərəfindən onun kartına 3.000 manat pulun göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu ərazisində Fəhlə prospekti, “Asiman” şadlıq sarayı yaxınlığından götürdüyünü bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs artıq 1 ilə yaxındır ki, bu işlə məşğul olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 30-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynindəki gödəkçənin sol iç cibindən 2 (iki) ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 36-38) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mənzilin qonaq otağında yerləşən televizorun alt hissəsindəki dolabın alt siyirməsindən 1 (bir) ədəd göy rəngli sellofan torbanı təqdim edərək, həmin torbanın içərəsində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Baxış zamanı həmin sellofan torbanın içərisində 3 (üç) bağlamada narkotik vasitə heroinə oxşar kütlə, 1 (bir) ədəd bağlamada psixotrop maddə metamfemtainə oxşar kütlə, 3 (üç) ədəd konvalyutda, ümumilikdə 298 (iki yüz doxsan səkkiz) ədəd “Metadon M-40” həbləri və 2 (iki) ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vastə heroinə oxşar kütlə olan birinci sellofan bağlamanın qablaşdırılma ilə birlikdə çəkisinin 798 (yeddi yüz doxsan səkkiz) qram, ikinci sellofan bağlamanın qablaşdırılma ilə birlikdə çəkisinin 1 kiloqram 5 qram, üçüncü sellofan bağlamanın qablaşdırılma ilə birlikdə çəkisinin 1 kiloqram 29 qram, digər bükümdəki psixotrop maddə metamfetaminə oxşar kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 571 (beş yüz yetmiş bir) qram olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2167 nömrəli rəyindən (cild 1, iş vərəqə 47-51) görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan..” yazısı və imzalar olan paketdəki 1 (bir) bükümdə təmiz çəkisi 14,991 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) bükümdə təmiz çəkisi 11,906 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan...” yazısı və imzalar olan bağlamadakı, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 775 qram, 1005 qram, 985 qram, ümumi təmiz çəkisi 2765 qram (2 kiloqram 765 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 550 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 298 üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 298 həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 11,92 qram təşkli edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər, 2 (iki) ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkündeyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 2779,991 qram (2 kiloqram 779,991 qram) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 561,906 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-435/2022 saylı qərarından (cild 1, iş vərəqə 91-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 15 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmiş, lakin cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-222/2022 saylı qərarından (cild 1, iş vərəqə 131) görünür ki, 15 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vasitəsilə aparılan telefon danışıqlarına və SMS yazışmalarına baxış keçirilmiş, lakin cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2022-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X1 və bacısı X3 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş təlabnamədən (cild 1, iş vərəqə 125-126) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli bank əməliyyatlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 168) görünür ki, Təqsirləndirilən şəxs məxsus bank hesabına müxtəlif bank hesablarından pulların köçürülməsi eləcə də Təqsirləndirilən şəxs tərəfindən müxtəlif bank hesablarına pulların köçürülməsi aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3629 saylı rəyindən (cild 1, iş vərəqə 169-170) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 171-190) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, ona həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2779,711 qram təşkil edən narkotik vasitə heroin, qalıq sayı 288 ədəd təşkil edən metadon dərman həbləri, qalıq çəkisi 561,606 qram təşkil edən psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması məqsədi ilə Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs götürülmüş **********471612 nömrəli "xxxx" ASC-yə məxsus bank kartının, şəxsi axtarış, mənzilə baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd diskin, "xxxx" ASC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefonun onun müdafiəçisi vasitəsilə ailə üzvlərinə qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 193-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət əcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 209) görünür ki, müdafiəçi Ramiz Mirzəyev Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefonu onun ailə üzvlərinə qaytarmaq üçün müstəntiq Zabil Qurbanovdan təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2022-ci il tarixli Bakı şəhəri Probasiya İdarəsinin məktubundan (cild 2, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 12 (on iki) gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məktubundan (cild 2, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təhsil müəssisəsində təhsil alması ilə bağlı məlumat mövcud deyil. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-169/2021 saylı hökmündən (cild 1, iş vərəqə 150-156) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-968/2021 saylı qərarından (cild 2, iş vərəqə 70-71) görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il azaldılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədinin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni qanunsuz olaraq həmin vasitə və maddələri əldə etməsi, üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bunun əsasında Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbiri keçirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:20-də Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 200 B ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki gödəkçənin sol iç cibindən 2 (iki) ədəd büküm aşkar edilərək götürülmüş, həmin bükümlərin birində külli miqdarda, yəni 14,991 qram çəkidə narkotik vasitə heroin, digərində isə külli miqdarda, yəni 11,906 qram çəkidə psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini “Hüseyn” adlı şəxsin ona göndərdiyini, habelə yaşadığı evdə də külli miqdarda digər narkotik vasitə və psixotrop maddələr saxladığını bildirərək həmin vasitə və maddələri polis əməkdaşlarına təqdim etmək istədiyini ifadə etmişdir. Bundan sonra, yəni 16 aprel 2022-ci il tarixdə, saat 00:55-də Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zamanı həmin mənzilin qonaq otağında yerləşən dolabdan 1 (bir) ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Qeyd edilən torbanın içərisində isə 3 (üç) ədəd bağlamada, ayrı-ayrılıqda çəkiləri 775 qram, 1005 qram və 985 qram olan, ümumilikdə isə külli miqdarda, yəni 2765 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd bağlamada külli miqdarda, yəni 550 qram çəkidə psixotrop maddə metamfetamin, 298 ədəd həb formasında olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 11,92 qram olan narkotik vasitə metadon dərman preparatı və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qismən etirafedici ifadə verərək bildirmişdir ki, o, tanışları vasitəsi ilə Hüseyn adlı şəxslə telefonla danışaraq sonuncudan narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş, daha sonra isə onunla Hüseynin arasında etibarlı münasibətlər yaranmışdır. Belə ki, Hüseyn adlı şəxs ona bir neçə dəfə dövriyyəsi ölkəmizdə qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində yerləşdirilməsini təmin etdiyi yerlərin şəkillərini çəkib göndərməklə həmin vasitə və maddələrin olduğu yerlərin dəqiq ünvanını bildirmiş, o da Hüseyn adlı şəxsin dediyi yerlərə gedərək əvvəlcədən yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri oradan götürməklə üzərində saxlamış, sonradan Hüseyn adlı şəxsin dediyi başqa yerlərə qoymaq məqsədi ilə üzərində daşımışdır. Onun bu göstərilən hərəkətlərinin müqabilində isə Hüseyn adlı şəxs onun bank hesabı kartına əvvəlcədən aralarında razılaşdırılmış məbləğlərdə pul göndərmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən halları məhkəməyə bildirərək heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əksinə faktiki olaraq Hüseyn adlı şəxsin kuryeri qismində çıxış edərək sonuncunun tapşırığı və sifarişi əsasında, ən əsası isə muzd müqabilində şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər tərəfindən Bakı şəhərinə naməlum şəraitdə və tarixdə gətirilməklə yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin digər yerlərinə (ərazilərə) daşıyaraq yerləşdirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsində törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini izah edərək Bakı şəhəri ərazisində yerləşdirilmiş külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri muzd (pul) müqabilində qanunsuz olaraq bir ərazidən (yerdən) götürüb (əldə edib) üzərində saxlamaqla daşıyaraq başqa əraziyə (yerə) yerləşdirdiyini, eləcə də qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin qalan hissəsini yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Bundan başqa, onun digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, belə bir razılığın onların arasında aparılmış “Votsap” yazışması və telefon danışıqları əsasında əldə edilməsi də məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansısa şəxsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair hərəkətləri etməsi, “müştəri bazasına” malik olması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət etməsi halları öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisinə başqa şəxs və ya şəxslər tərəfindən yerləşdirilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən faktiki olaraq həmin vasitə və maddələrin bir ərazidən başqa əraziyə daşınmasında kuryer funksiyasını icra etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəz halıdır. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq bir ərazidən götürüb (əldə edib) başqa əraziyə yerləşdirərkən onun məqsədi əldə edib yerləşdirdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinə uyğun şəkildə qazanc əldə etmək olmamışdır. Əksinə Təqsirləndirilən şəxs qeyd edilən bu əməlləri icra edərkən onun məqsədi kuryer qismində funksiyasını icra etdiyi hərəkətlərin müqabilində pul qazanmaq olmuşdur. Belə ki, kuryer qismində Təqsirləndirilən şəxs muzd kimi verilmiş pul vəsaitinin məbləği realizə edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin real dəyərindən dəfələrlə və qat-qat aşağı məbləğdə ifadə olunmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə (Hüseyn adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Hüseyn adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Votsap” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Bakı şəhərində müxtəlif yerlərdə narkotik vasitə və psixotrop maddələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə irəli sürülmüş itithamdan birinin Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla (cinayət hadisəsi olmaması əsası ilə) ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmə istintaqı zamanı qismən etirafedici ifadə verməsini, törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə üzrə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, ona həmin əməl üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən bu hal Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi müddət ərzində yenidən qəsdən cinayət törətsə də, o, əvvəlki cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırıldığından, başqa sözlə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıra biləcək hal, yəni cinayətlərin residivi mövcud deyil. Ona görə də Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona bu cəza həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Məhz bu qaydada təyin edilmiş cəza vasitəsilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə cəzası 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına azaldılmış və hazırda çəkilməmiş 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə hesablamaq yolu ilə 1 (bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 04 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3629 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2779,711 qram təşkil edən narkotik vasitə heroin, qalıq sayı 288 tablet təşkil edən narkotik vasitə metadon dərman preparatları, qalıq çəkisi 561,606 qram təşkil edən psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş "xxxx" plastik bank kartı, şəxsi axtarış, mənzilə baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 10 (on) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(008)-169/2021 saylı hökmü ilə təyin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 7(008)-968/2021 saylı qərarı ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına endirilmiş cəzanın hazırda çəkilməmiş 2 (iki) ay 12 (on iki) gün müddətə olan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə hesablamaq yolu ilə 1 (bir) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2779,711 qram təşkil edən narkotik vasitə heroin, qalıq sayı 288 tablet təşkil edən narkotik vasitə metadon dərman preparatları, qalıq çəkisi 561,606 qram təşkil edən psixotrop maddə metamfetamin və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş "xxxx" plastik bank kartı, şəxsi axtarış, mənzilə baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar