Məhkəmə qərarları › İş №1(101)-217/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-217/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-217/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2, X7, X4 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2mış, 07 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 iyun 2022-ci il il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Seccad» adlı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu inzibati ərazisində yerləşən metronun 20 yanvar stansiyasının yaxınlığındakı körpünün altında yerləşdirdiyi külli miqdarda təmiz çəkisi 1510 qram (1kq 510 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kutsar üsulla hazırlanmış narkotik vaistə heroini və təmiz çəkisi 1,939 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus mobil telefon aparatına yüklənmiş “Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seccad” adlı İİR vətəndaşının istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 07 iyun 2022-ci il tarixdə saat 03 radələrində həmin yerdən götürüb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 03:45 radələrində 60 manat pul müqabilində təmiz çəkisi 1,939 qram olan narkotik vasitə qurudulmuş marixuananı Şahid4 satmış, 07 iyun 2021-ci il tarixdə, saat 04:15-də Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra: RPİ, NMB) və Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 43 ünvanın qarşısında Şahid4 ilə birlikdə saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əlində saxladığı üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1510 qram (1kq 510 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kutsar üsulla hazırlanmış narkotik vaistə hesab olunan heroin aşkar edilərək götürülmüş, onun Şahid4 satdığı bir ədəd təmiz çəkisi 1,939 qram olan narkotik vasitə qurudulmuş marixuana sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, saxlaması və daşıması, həmçinin cinayət məsuliyyətinə cəlb edilməyə əsasə verən miqdar təşkil etməyən qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, saxlaması, daşıması və satması, yəni Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunsa da, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması və satması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, saxlanılan gün kirayə yaşadığı evdə olarkən Hətəm yanında olan bir nəfər qızla qapını döymüş, qapını açdıqda onun yanında polis əməkdaşları olduğunu görmüşdür. Polislər onun evində axtarış aparmış və evdən 37 qram narkotik vasitə marixuana aşkar etmiş və onları Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar. Polislər məni çöldə tutmamış, gəlib onu evdən aparmışlar. Hətəmin yanında olan qız polis bölməsində buraxılmışdır. Bölmədə onun telefonundakı yazışmalara baxılmış və qızla yazışdığı müəyyən edilmişdir. Bundan sonra ona külli miqdarda heroini boynuna götərməyi ona təklif etmişlər. Təklifi rədd etdikdə “elə etmə ki, tanış olduğun qızı da sənin yanına qoşaq» deməklə ona hədə-qorxu gəlmişlər. Ona görə də məcbur olub yalandan 1,5 kq heroin narkotik vasitəsini boynuna götürmüş, şəxsi axtarışa dair videogörüntüdə 1,5 kq heroini guya iranlıdan nisyə aldığını demişdir. Video çəkilişdən əvvəl polis tərəfindən ona nə deyilmişsə, o da onu demiş, sonra isə tərtib olunan protokolu imzalamışdım. O, müstəntiqə ifadə verərkən hazırda məhkəmədə dediklərini demiş, olduğu kimi hadisəni müstəntiqə deməsinə mane olacaq kimsə orada olmamışdır. Lakin mütəntiq onun dediklərini deyil, başqa şeylər yazmışdır. İfadələrimdə elə cümlələr yazılıb ki, həmin ifadələri o, verməmiş, nə də elə hallar baş verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o özü hərdən-bir marixuanadan istifadə etmiş, lakin tanışım qız narkotik vasitələrdən istifadə etməmişdir. O, Hatəmi tanışının vasitəsi ilə tanımış, lakin Hatəmə narkotik verməmşdir. Hatəm ona zəng edib onunla vacib işi olduğunu demiş, onunla təcili görüşmək istədiyini bildirmişdir. Ona görə də ona gecə vaxtı konum atmış, Hatəm də gecə saat 12-02 arası onlara gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, məhkəmədə Hatəmin onunla nə işi olduğunu demək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona qarşı polislər tərəfindən fiziki və psixoloji təsirlər yalnız 27-ci Polis Bölməsində olmuş, ona fiziki və psixi təsirləri onu tutan narkotiklə mübarizə bölməsinin rəisi Fəxrəddin adlı şəxs etmişdir. Mənə qarşı Polis Bölməsində fiziki zorakılıq olmamış, lakin Fəxrəddin adlı şəxs onu tanışı qızla şantaj etmişdir. Fəxrəddin həm də onun evinə daxil olub pulunu, saatını, yanındakı Rüfət adlı şəxs isə mənə məxsus “Armanı” saatını götürmüşlər. Təhqiqatçı və ya müstəntiq ona təzyiq etməmişlər. O, bu barədə prokurora danışmış, lakin sanksiyaya çıxarılarkən məhkəmədə bu barədə bir söz deməmişdir. Evdə aparılan axtarış zamanı nə vəkili olmuş, nə video çəkiliş aparılmış və nə də protokol tərtib olunmuşdur. Onun Səccad adlı şəxslə və yaxud hər hansı qeyri iranlı ilə giriş və çıxış zəngləri olmamışdır. O, evdən çıxrılıb aparılarkən adam çox olmuş, lakin həmin adamlardan tanıdığı olmamışdır. Hatəm özü bu haldisənin tam şahidi olmuşdur. Adı şahidlər siyahısında keçən şəxslər onu tutmamış, onu Fəxrəddin adlı şəxs tutmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə vediyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən, onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməmiş, lakin ilkin vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitələr qəbul edir. Belə ki, 07 iyun 2022-ci il tarixdə, saat 04:15-də ünvan 4 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, narkotik maddələrdən istifadə edir və hazırda da əlində narkotik maddə vardır. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual verilmişdir. O, əlində saxladığı içərisində narkotik maddə olan bir ədəd bağlamanı təqdim etmişdir. Təqdim etdiyi bağlamada narkotik maddə kokos olmuş, narkotik maddəni 07 iyun 2022-ci il tarixdə gecə saat 03 radələrində üzdən tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu İİR-nın vətəndaşı olan Seccad adlı şəxsdən 10.000 manat ödəmək şərti ilə nisyə olaraq almışdır. Belə ki, həmin şəxs ona içərisində narkotik maddə olan bağlamanı «20 Yanvar» metrostansiyasının yaxınlığında olan körpünün altına qoyduğunu bildirmiş və o da həmin ünvana gedərək oradan qoyulan bağlamanı götürmüşdür. O, narkotik vasitə aldığı həmin şəxsi ətraflı tanımamış, əvvəllər də ondan bir neçə dəfə narkotik maddə almış, lakin adının Seccad olduğunu bilmişdir. O, həmin narkotik maddəni satmaq niyyəti ilə Seccad adlı şəxsdən əldə etmişdir. Belə ki, həmin narkotik maddəni satdıqdan sonra Səccadın ona göndərəcəyi kart hesabına pulu göndərəcəkmiş. Narkotik vasitə hesab olunan heroini 07 iyun 2022-ci il tarixdə əldə edərkən onun yanında heç kim olmamışdır. Saxlanılmazdan əvvəl tanıdığı Şahid4 60 manat pul müqabilində siqaret qutusunun içərisində marixuana narkotik vasitəsi satmıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələlərində özünü ona qarşı elan edilmiş ittihamlarla təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir (iş vərəqə: cild.1, səh.125-127, 260-261, cild.2, səh.104-105). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs yekunda göstərdi ki, elan edilmiş ifadəsini o yazmamış, müstəntiq özü yazmış, o, imzalamaq istəmədikdə müstəntiq ona, ifadəsini imzalamayacağı təqdirdə, Fəxrəddini çağıracağı, sonuncunun onu cəzalandıracağı ilə onu hədələmişdir. O da ona görə ifadələrini oxumadan imzalamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o özü marixuana istifadəçisi olduğundan gecə saatlarında Elçinə zəng etmiş, Elçin isə ona “gələ bilərsən” cavabını vermişdir. Elçin yaşadığı ünvanın “konumun” (sputnik vasitəsi ilə müəyyən olunan ünvan) atdıqdan sonra o, həmin yerə getmişdir. Elçinin yaşadığı mənzil 2 mərtəbəli köhnə binada yerləşmiş, pilləkanlar isə binanın çöl tərəfindən olmuşdur. Təxminən gecə saat 12-dən sonra pilləkanla Elçin yaşadığı evə qalxmış, ondan lazım olanı götürüb aşağı düşən zamanı Rüfət adlı polis əməkdaşı ona yaxınlaşaraq adını soruşmuş, o, adını dedikdən sonra onu avtomobilə əyləşdirmişdir. Avtomobilə əyləşdikdən sonra Rüfət onun qoluna qandal vuraraq onu döyməyə başlamışdır. Bundan sonra “Elmlər” deyilən əraziyə getmiş, orada tanımadığı daha bir polis işçisini götürdükdən sonra ona “biz həmin yerə qayıtmalıyıq, sən qapını döyməlisən və Elçin qapını açmalıdır” kimi bir tapşırıq vermişdir. Bildiyi qədər digər polis əməkdaşının adı Anar və ya Fəxrəddin olmuşdur. Onların dediklərinə etiraz etmiş, lakin ona təyziq olduqdan sonra həmin yerə qayıtmışlar. Onda olan narkotiki avtomobilə əyləşən zaman Rüfət adlı polis əməkdaşı ondan götürmüşdür. Qapını döydükdən sonra Elçin qapını açmış və polis əməkdaşları evə daxil olmuşlar. Evdə olarkən Elçinlə onun qolunu qandalla bağlayıb, evi axtarmağa başlamışlar. Həmin an stolun üsündə balaca bükümlərdə heroin və marixuana var idi. Həmin bükümlərdən başqa evdən heç nə aşkar olunmadı. Evdən 1 büküm narkotik və 1 bükümdə marixuana götürüldüyünü görmüşdür. Evdə onlara qarşı təyziq olmuş, evin hər yerinə baxmışlar. Daha sonra bizi 27-ci PB-nə apardılar. Orada olan zaman bizi eyni otağa dəvət etdilər. Lakin 5-10 dəqiqədən sonra Elçini başqa otağa apardıqdan sonra Rüfət adlı polis əməkdaşı da harasa getmiş, daha sonra əlində qara paketlə geri qayıtmışdır. Rüfət bildirdi ki, bu paketi Elçinin evindən tapmışam, lakin mən həmin paketin tapılmasının şahidi olmamışam. Yenidən Elçini mən olduğum otağa gətirdilər. Evdən aşkar olunan narkotiklər orada yox idi. Videoçəkiliş və qeydiyyat Rüfətin gətirdiyi paket ilə rəsmiləşdirilmişdir. Daha sonra onları növbəti gün günortaya qədər orada saxlamış və sonra Yasamal rayon Prokurorluğuna aparmışlar. 2 gün saxlandıqdan sonra onu buraxmışlar. Elçinin yaşadığı evdən narkotiklərdən başqa nəsə götürülməsinin şahidi olmamışdır. 27-ci PB-də olan zaman Elçin kaşelokundan 500 manata yaxın pul götürüldüyünü bildirmişdir. Polis bölməsində ondan hadisə ilə bağlı ətraflı soruşulmamış, ifadəsi yazılıb ona təqdim edilmiş, o da oxumadan imzalamışdır. Lakin Prokurorluqda olan zaman məhkəmədə verdiyi ifadə kimi ətraflı ifadə vermişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, Təqsirləndirilən şəxslə klubda tanış olmuş, şəxsi tanışlıqları olmamışdır. O, özü kafedə kofe işi ilə məşğul olmuşdur. Elçin klubda onu narkotik istifadəsinə qonaq edib, lakin həmin vaxt orada ondan narkotik vasitə almamışdır. Hadisə günü o, Elçindən 1 qramdan bir az çox miqdarda marixuana narkotik vasitəsini təxminən 50 manat pul müqabilində almışdır. Elçin narkotik vasitə istifadəçisi olduğundan həmin gün o, Elçinə zəng edib narkotik istəmiş, sonuncu ona «gəlib götürə bilərsən» cavabını vermişdir. O, Elçindən yalnız 1 dəfə narkotik almışdır. Ondan aşkar olunan az miqdarda marixuana sənədləşdirilmiş və bu əmələ görə Yasamal RPİ-də cərimə olunmuşdur. Elçinin evindən götürülən narkotiklər nə evdə və nə də bölmədə sənədləşdirilməmişdir. Heç vidoeçəkiliş də aparılmamışdır. Sənədləşdirilən yalnız Rüfətin sonradan əlində gətirdiyi qara paket olmuşdur. Lakin o, Elçinin videoçəkilişində, yəni onun üzərinə baxış keçirilməsi prosesində iştirak etməmiş, narkotik vasitələrin miqdarının nə qədər olduğunu görməmişdir. Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ifadəsi elan olundu. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, təxminən 6-7 il ərzində narkotik vasitələrdən istifadə etmiş, Coffee All shopda barista yəni kofe bişirən kimi fəaliyyət göstərmişdir. 07 iyun 2022-ci il tarixdə saat 04:15-də ünvan 5 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən bildirmişdir ki, 6-7 ildir ki, narkotik maddələrdən istifadə edər və hazırda əynində olan boz rəngli idman şalvarımın sol yan cibində narkotik maddə olan marixuana vardır. PB-nə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual verilmişdir. O, əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı içərisində marixuana olan bir ədəd «Winston» markalı siqaret qutusunu təqdim etmişdir. Təqdim etdiyi narkotik maddə marixuana olmuş, həmin narkotik maddəni 07 iyun 2022-ci il tarixdə gecə saat 03:45 radələrində üzdən tanıdığı lakin ciddi bir münasibəti olmayan Təqsirləndirilən şəxs 60 manat ödəməklə şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. O, narkotik vasitə aldığı şəxsi ətraflı tanımasa da adının Təqsirləndirilən şəxs olduğunu və ünvan 6 ünvanında yaşadığını bilmişdir. O, ilk dəfə idi ki, Təqsirləndirilən şəxs marixuana almışdır. Təqsirləndirilən şəxslə bir ay öncə Tarqovu deyilən ərazidə klubda təsadüf nəticəsində tanış olmuş, tanış olduğu müddətdə onun narkotik maddə satdığını bilib ondan 07 iyun 2022-ci il tarixdə marixuanna almışdır. Saxlanılarkən və PB-nə gətirilərkən, eyni zamanda PB-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır (iş vərəqə: cild.1, səh. 105-106, cild.2, səh. 70-71). İfadələri arasında müəyyn olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid4 göstərdi ki, o, Elçinin narkotik istifadəçisi olduğunu bilmiş, həmçinin bir yerdə də istifadə etmişlər. Hadisə günü narkotik lazım olduğundan Elçin ağlına gəlmiş və ona zəng etmiş və gedib almışdır. İfadəsində qeyd olunanlar doğru yazılmamış, polislər onunla birlikdə Elçinin yaşadığı evə getmiş, orada qapını döydükdən sonra Elçin qapını açmışdır. O, saxlanılarkən yanında qız olmuş, lakin o, evə daxil olmamışdır. Qız ora onunla birlikdə getmişdir. Polislər onu vurmuş, vurmamaqları üçün ifadəni oxumadan imzalamışdır. İfadəni müstəntiq özü də ona oxumamış, yalnız sonundakı qeydi oxumuşdur. Müstəntiq onunla tam ətraflı sorğu-sual etməmiş, lakin prokurorluqda ətraflı şifahi ifadə vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər, Yasamal RPİ-nin NMB-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 07 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq üçün Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Xatırladığı qədər əməliyyat məlumatı idarəyə daxil olmuş, lakin sənədləşmə ona həvalə olunduğunudan əməliyyat məlumatının daxil olması, əməliyyat tədbirinin keçirilməsi və s. onun tərəfindən aparılmış, həmçinin tədbirin keçirilməsində o, və Şahid1 iştirak etmişlər. 07 iyun 2022-ci il tarixdə, saat 04:05 radələrində də Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində Təqsirləndirilən şəxs və onun yanında olan daha bir nəfər, anket məlumatları sonradan müəyyənləşdirilən Şahid4 onlar tərəfindən saxlanılmış və Yasamal RPİ 27-ci PB-yə dəvət olunmuşlar. Bildiyi qədər Təqsirləndirilən şəxs özü Şamil Əzizbəyov küçəsində kirayə yaşamışdır. Gecə saat Təxminən 5 radələrində təhqiqatçı, vəkil və bizim iştirakımızla şəxsin Elçinin üzərinə videoçəkilişlə baxış keçirildi. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində və ya əşyalarında qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladıbı qara rəngli polietilen bağlamanı təqdim etmiş, həmin bükülünün içərisində kakos adlandırdığı heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə, gecə saatlarında şəbəkə vasitəsi ilə tanış olduğu «Seccad» adlı İİR-nın vətəndaşından 10.000 manat müqabilində, lakin nisyə olaraq «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən körpünün altından götürdüyünü bildirmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsində daha sonra göstərdi ki, Hatəmin də üzərində şəxsi axtarış aparılmış, onun üzərindən çəkisin xatırlamadığı, lakin az miqdarda marixuana aşkar olunmuşdur. Hatəm narkotiki Təqsirləndirilən şəxs 60 manat pul müqabilində aldığını bildirmişdir. Hatəmin barəsində əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özü və Şahid4 saxlanılarkən 27-ci PB-nin əməliyyat müvəkkili Şəhriyar və o özü olmuş, əməliyyat tədbirinin gedişatında Fəxrəddin müəllim iştirak etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Bakı şəhər, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşı Şahid1 məhkəmədə şahid qismində dindirilən həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunun, şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı hər iki şahid sərbəst ifadələrində işin halları ilə bağlı göstərdikləri xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild 1, səh 214-219). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Yasamal rayonu, «Caspian Plaza» binasının yaxınlığında bərbərxanada bərbər işləmiş, baxılan iş üzrə Təqsirləndirilən şəxs bir necə dəfə onun işlədiyi bərbərxanaya gələrək saç kəsimi etdirmişdir. Təqsirləndirilən şəxs onun daimi müştərisi olmamışdır. Belə ki, o, salonda olan zaman hansı bərbərin boş vaxtı oldusa, Elçin ona müraciət etmişdir. Elçin hər dəfə gələndə saç kəsimi etdirilməsi üçün 10 manat vermişdir. Elçin mütamadi gəlməmiş, gələndə isə öz istifadəsində olan 055 486 17 01 nömrəsindən onun istifadəsində olan 055 *** ** ** və ya 055 *** ** ** nömrələrinə zəng edərək vaxtı dəqiqləşdirmişdir. Elçinin nə işlə məşğul olması barədə məlumatı olmamış, lakin deməsinə görə bərbərxanın yaxınlığında yaşamışdır. Şahid3, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edibetməməsi barədə onun məlumatı olmamış, o, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. İstintaqdakı ifadəsini bir daha təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilən faktiki Bakı şəhəri Qaradağ RPİ-də əməliyyat müvəkkili kimi xidmət edən, Yasamal RPİ-nin NMB-nin sabiq rəisi Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərəfədə Yasamal rayonu ərazisində “tarama” (burada: təmizlənmə) tədbirləri keçirilmiş, gecələr ərazi bölmələri xidmət aparmışlar. Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları iki nəfər şəxsin saxlanılması barədə ona məlumat vermiş, o da öz növbəsində onlara saxlanılan şəxslərin 27-ci PB-nə aparılmalarını tapşırmışdır. Həmin iş üzrə Təqsirləndirilən şəxsyevin barəsində əməliyyat məlumatı daxil olmuş və əməliyyat tədbiri keçirilmişdir. 27-ci PB-də təhqiqatçının, vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Saxlanılanlardan Elçin adlı üstündə olan “kakos”u təqdim edib, “20 yanvar” ərazisindən əldə etdiyini bildirmişdi. Saxlanılan digər şəxs də üstündən narkotik vasitə marixuana çıxarıb təqdim edərək onu Elçindən aldığını demişdi. Şahid5 ifadəsinin davamında göstərdi ki, həmin iş üzrə əməliyyat məlumatının daxil olmasındın, əməliyyat tədbiri keçirilməsindən məlumatlı olsa da, əməliyyat qrupunun kimi tərəfindən yaradılması onun yadında qalmamışdır. Adətən bu səlahiyyət İdarə rəisinə aiddir. “Tarama” tədbirləri çərçivəsində tək Elçin deyil, bir çox adamlar narkotiklərin dövriyyəsi ilə əlaqədar tutulmuşdur. Ona görə hər bir əməliyyat detalları ilə onun yadında qalmamışdır. Aşkarlanan narkotik maddənin ekspertizaya kim tərəfindən aparıldığı onun yadında qalmamışdır. Bunu onun özünün də aparması mümkündür. Maddi sübutun kim tərəfindən aparılıb ekspertizaya təqdim etməsinin mşmn mahiyyətinə heç bir təsiri yoxdur. O, Təqsirləndirilən şəxs evində olmamış, Elçini döyməmiş, onun pulunu, saatını götürməmişdir. Təqsirləndirilən şəxs bu barədə yalan və qərəzli ifadə vermişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sol yan cibindən «Winston» markalı siqaret qutusununun içərisindən narkotik vasitə qrudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, şübhəli şəxs qismində tutulmuş və şəxsi axtarışa məruz qalan Şahid4 onda aşkar olunaraq götürülən qrudulmuş “marixuana” narkotik vasitəsini 07 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs 60 manat pul müqabilində alıb əldə etmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Şahid4 aşkar olunaraq götürülmüş qrudulmuş marixuanaya bənzər kütlə DİN-nin 168 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərfin üzəri bütün proses iştirakçıları tərəyindən möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması prosesi “Samsung” markalı mobil telefondan istifadə edilməklə videolentə alınmış və bir ədəd “CD” formatlı diskə yüklənməklə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh.77-78). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyun 2022-ci il tarixli tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: cild, səh.145). Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd qara rəngli selofanda üzəri skoçla bağlanmış bağlamada narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, şübhəli şəxs qismində tutulmuş və şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisində olan maddənin “kokos” deyilən narkotik vasitə olduğunu, həmin narkotik maddəni 07 iyun 2022-ci il tarixdə, gecə saat təxminən 03:00 radələrində sosial şəbəkə vasitəsilə tanış olduğu, üzdən tanımadığı “Seccad” adlı İİR-nın vətəndaşından 10.000 manat pul müqabilində nisyə olaraq «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən körpünün altından götürdüyünü bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş heroin narkotik vasitəsinə bənzər kütlə bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış, DİN-nin 168 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərfin üzəri bütün proses iştirakçıları tərəyindən möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması prosesi “İphone” markalı mobil telefondan istifadə edilməklə videolentə alınmış və bir ədəd “DVD” formatlı diskə yüklənməklə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh.72-73). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyun 2022-ci il tarixli tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: cild, səh.143). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2022-ci il tarixli, 6/3187 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada qəhvəyi rəngli, toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 1510 qram (1 kq 510 qr) təşkil edir. Ekspertiza tədqiqatına 0,2 qram sərf edilmiş, 1509,8 qram heroin narkotik vasitəsi qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild 1, səh.92-96). Məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 7390 №-li rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 1, səh.237-238). Lakin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmünün məzmununjan görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı müəyyən edilmiş və hökmlə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir (iş vərəqə: cild 1, səh.237-238). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizanın 07 iyun 2022-ci il tarixli, 7/584 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şahid4 təqdim etdiyi maddə “ yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd üzərində “Winston” yazısı olan ağ rəngli siqaret qutusunda olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qrudulmuş marixuana narkrtik vasitəsidır, təmiz çəkisi -1,939 qram təşkil edir (iş vərəqə: cild 1, səh.97-100). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2243 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur və ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: cild 1, səh.179-181). Məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilməsi məqsədilə Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında araşdırılmış və qanuni hesab edilmişdir (iş vərəqə: cild 1, səh.101). Sübutların qiymətləndirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid4 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi nəzərdə tutulmuşdur (iş vərəqə: cild 1, səh.239-249). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1510 qram təşkil edən narkotik vasitə heroin və Şahid4 üzərindən götürülmüş təmiz çəkisi 1,939 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkrtik vasitə qrudulmuş marixuana maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1509,8 qram narkotik vasitə heroin və 1,919 qram narkotik vasitə qrudulmuş marixuana saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh.12). İş üzrə Təqsirləndirilən şəxs, həmçinin Şahid4 üzərində şəxsi axtarış və götürmə aparılmasına dair prosessual hərəkətin videogörüntülərinin yükləndiyi 2 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.239-250). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda heroin narkotik vasitəsinin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin çəkisi 1510 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulan eyni maddənin külli miqdar həddindən müvafiq olaraq 755 dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdar təşkil etməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları, narkotik vasitələrin satışını realizə etmək məqsədilə qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməsi, şahid ifadələri və əməliyyat xarakterli məlumatlar, özünün narkomaniya xəstəliyinin daşıyıcısı olmaması, tamamilə başqa növdən olan (marixuana) narkotik vasitəni pul qarşılığında satması, işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda – 1510 qram çəkidə heroin narkotik vasitəsini və 1,939 qram çəkidə qurudulmuş marixuananı narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, həmçinin təmiz çəkisi 1,939 qram olan narkotik vasitə qurudulmuş marixuananı 60 manat pul müqabilində Şahid4 satması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq edilmədiyindən məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı1 Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina etmiş və Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihaçısı Təqsirləndirilən şəxs qarişı Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə irəli sürülən ittihamdan imtinasını belə əsasəlandırdı ki, cinayət işində Təqsirləndirilən şəxs satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitənin külli miqdarda əldə etməsi, saxlaması, daşıması niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs yaratması cinayətin obyektiv cəhətinə aid olan, yəni törədilməsi kütləvilik əlamətini ehtiva edən hər hansı bir hərəkəti etməsi müəyyən olunmamışdır. Eyni mövqe ilə bağlı Konstitusiya Məhkəməsi Plenumumun 14 iyul 2023-cü il tarixli qərarında əks olunmuş mövqeyini nəzərə alaraq, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan Azərbaycan Respublikası CM-nin 234.4.4 maddəsi ilə olan ittiham xaric edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edib, belə qərara gəlir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ona qarşı irəli sürülən ittihamda qeyd olunan 1510 qram çəkidə heroin narkotik vasitəsinin ona heç bir aidiyyatının olmaması, onun ittihamda göstərilən ünvanda deyil, kirayə yaşadığı mənzildə saxlanılması, mənzilində az miqdarda marixuanadan başqa heç bir növdə narkotik vasitə və ya qanunla qadağan olunan əşya aşkar olunmaması, yaşadığı mənzildə adları edilməsi şahidlərin siyahısında göstərilmiş polis əməkdaşları tərəfindən deyil, Yasamal RPİ-nin Fəxrəddin və Rüfət adlı şəxslər tərəfindən saxlanılıb bölməyə aparılması, Fəxrəddinin yaşadığı mənzildən ona məxsus pulların, saatının, yanındakı Rüfət adlı şəxsin isə ona məxsus “Armanı” markalı saatını götürmələrini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və eyni məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxslə əlaqəyə girmədiyini, ondan aşkar edilib götürülməsi göstərilən heroin narkotik vasitəsini təzyiqlər və hədələr altında boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilməsi barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 15 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.153-154, 155-163). Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri və təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan hər iki əməl həmin Məcəllənin 15.4-cü maddəsinin tələblərinə görə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmü üzrə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını 15 dekabr 2020-ci il tarixdə çəkib qurtarmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yeni cinayət törətməyə münasibətdə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1509,8 qram çəkidə heroin narkotik vasitəsi məhv edilməli; - vət. Şahid4 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,919 qram narkotik vasitə qrudulmuş marixuana narkotik vasitəsi məhv edilməli; - şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı1 Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1509,8 qram çəkidə heroin narkotik vasitəsi məhv edilsin; - vət. Şahid4 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,919 qram narkotik vasitə qrudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar