Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2171/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan metadon və marixuana əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə “Siyavuş” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Lənkəran rayonu ərazisində yerləşdirdiyi 01 ədəd plastik qutuda üzərində “Metadone 40” markalanma göstəricisi olan olan 30 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həblərini, 4 ədəd qara rəngli bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1040, 1125, 1050 və 1200 qram olmaqla ümumi təmiz çəkisi 4415 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində “Siyavuş” adlı şəxsin təlimatı ilə 2000 manat müqabilində ayrı-ayrı yerlərə yerləşdirmək şərti ilə götürüb özü ilə gəzdirdiyi 1 ədəd qara rəngli idman çantasının içərisində saxlamaqla Bakı şəhərinə daşımış, xx.xx.2024-cü il tarixdə saat 10:00-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 1 yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cü PŞnə gətirilmiş, üzərində şəxsi axtarış zamanı sağ əlində saxladığı 1 ədəd qara rəngli idman çantasının içərisindən 01 ədəd plastik qutuda üzərində “Metadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı təsiredici maddənin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həbləri, 4 ədəd qara rəngli bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1040, 1125, 1050 və 1200 qram olmaqla ümumi təmiz çəkisi 4415 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir ay bundan öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə özünü «Siyavuş» adlı şəxs kimi təqdim edən İran İslam Respublikasının vətandaşı zəng edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməkdaşlıq etməyi təklif etmiş, qarşılığında isə işin sonunda ona iki min manat pul verəcəyini bildirmişdir. İlk öncə o, əməkdaşlıqdan imtina etsə də sonradan həmin şəxslə razılığa gəlmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Siyavuş adlı şəxs “Whatsapp” vasitəsi ilə ona məkanın ünvanını göndərərək narkotik vasitəni Lənkaran rayon ərazisinə qoyduğunu oradan götürməsini bildirmişdir. Sonuncu həmin tarixdə taksi ilə Lənkaran rayonu ərazisindəki məkana gələrək içərsində narkotik vasitə marixuana və narkotik tərkibli “metadon həbləri” olan qara rəngli idman çantasını götürmüş və taksi ilə Bakı şəhərinə yaşadığı ünvana qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 10:00 raddələrində iki nəfər polis əməkdaşı onu Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida-1 yaşayış kompleksinin yaxınlığında yaşadığı evdən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildimiş və o, buna etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə və əşyalarına baxış keçirmişlər. Baxış zamanı ona üzərində və əşyalarında hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bundan sonra o, sağ əlində tutduğu qara rəngli idman çantasını açaraq içərsindən 4 ədəd qara rəngli sellofana bükülmüş marixuana kimi tanıdığı narkotik vasitəni və içərisində 30 list metadon kimi tanıdığı 1 ədəd şəffaf rəngli qutunu təqdim etmişdir. Ondan aşkar edilmiş 04 ədəd bükümdə narkotik vasitə marixuana və 30 list metadon narkotik vasitəsi polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra aşkar olunmuş maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq «Zərflər üçün» 194 saylı möhürü möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki təzyiq göstərilməmiş, bundan başqa ittiham aktında göstərildiyi kimi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida-1 yaşayış kompleksinin yaxınlığında deyil polis əməkdaşları onu evində gəlib tutmuşlar. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını və gənc olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələri əldə etməsi və saxlaması barədə İdarəyə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və sonuncunun cinayət başında ifşa etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə o, və şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 10:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» Yaşayş Kompleksinin yaxınlığında tərəflərindən saxlanılmış, onlar özlərini təqdim etmiş və Bakı şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olduğunu izah edərək onu Suraxanı RPİ-nin 30-cü PŞ-yə dəvət etmişlər. Şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl sonuncuya hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim edilməsi təklif edilmişdir. Sonuncu əlində olan qara rəngli idman çantasının içərsindən 4 ədəd qara rəngli sellofana bükülmüş kütləni və 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim edərək 4 ədəd kütlənin içərisində marixuana kimi tanıdığı narkotik vasitə, qutunun içərisində isə 30 list narkotik tərkibli «Metadon 40» həbləri olduğunu bildirmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 30 list narkotik tərkibli «Metadon 40» həbləri və narkotik vasitə qrudulmuş marixuananı “Whatsapp” tətbiqi vasitəsi ilə tanıdığı «Siyavuş» adlı İİR-nın vətandaşından xx.xx.2024-cü il tarixdə Lənkaran rayonu ərazisində Siyavuş adlı şəxsin onun «Whatsapp» nömrəsinə göndərdiyi məkan funksiyası vasitəsi ilə götürmüş, daha sonra həmin narkotik vasitələri taksi ilə Bakı şəhərinə yaşadığı ünvana gətirmişdir. Həmin narkotik vasitələrin bir qismini İİR-nın vətandaşının ona göndərdiyi məkanlara qoyduqdan sonra qalan hissəsini əlində olan qara rəngli idman çantasında daşımışdır. Bundan əlavə Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitələrə görə Siyavuş adlı şəxsə heç bir ödəniş etmədiyini, həmin şəxsin dediyi məkanlara narkotik vasitələr qoyub bitirdikdən sonra Siyavuş adlı şəxsin ona yüksək miqdarda pul söz verməsini bildirmişdir. Sonuncu təqdim etdiyi 04 ədəd kütlənin içərisində yaşıl rəngdə bitki mənşəli narkotik vasitə marixuanaya bənzər olan kütlə və şəffaf rəngli qutunun içərisindən 30 list hər birinin üzərində “Methadon 40” qeyd olunmuş narkotik tərkibli həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin, şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək 01 ədəd ağ rəngli “iPhone 5S” markalı, 01 ədəd ağ rəngli «iPhone 11» markalı mobil telefonlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən istər saxlanılarkən, istərsə də polis bölməsində hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı R.F.İbrahimov məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq edərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərİsindən 4 ədəd qara rəngli sellofana bükülmüş kütləni və 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim edərək 4 ədəd kütlənin içərisində marixuana kimi tanıdığı narkotik vasitənin, qutunun içrəsində isə 30 list narkotik tərkibli «Metadon 40» həblərinin olduğunu bildirmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 30 list narkotik tərkibli «Metadon 40» həbləri və narkotik vasitə qrudulmuş marixuananı “Whatsapp” tətbiqi vasitəsi ilə tanıdığı «Siyavuş» adlı İİR-nın vətandaşından xx.xx.2024-cü il tarixdə Lənkaran rayonu ərazisində Siyavuş adlı şəxsin onun «Whatsapp» nömrəsinə göndərdiyi məkan funksiyası vasitəsi ilə götürmüş, daha sonra həmin narkotik vasitələri taksi ilə Bakı şəhərinə yaşadığı ünvana gətirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitələrə görə Siyavuş adlı şəxsə heç bir ödəniş etmədiyini, həmin şəxsin dediyi məkanlara narkotik vasitələr qoyub bitirdikdən sonra Siyavuş adlı şəxsin ona yüksək miqdarda pul söz verməsini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən istər saxlanılarkən, istərsə də polis bölməsində hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 94-99-cu vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 192-196-cı vərəqələrində olan Bakı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün yəni xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2040 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)“ yazısı və imzalar olan şəffaf plastik qutudaki üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 300 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12 qramdır (konvalyutların üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Qeyd: 300 ədəd metadon tərkibli həbdən 10 həb tədqiqata sərf edildi, qalıq 290 həb. Cinayət işinin 1-ci cild 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/580 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “3. Təqsirləndirilən şəxs.....”yazılar və imzalar olan narıncı rəngli polietilen torbada 4 (dörd) ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri -1040,0 qram; 1125,0 qram; 1050,0 qram; 1200,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixanandır. Həmin marixuanaların ümumi çəkisi -4415,0 qramdır. Təqdim olunmuş 04 ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” metodik vəsaitində göstərilmiş metodlarla aparılmış. Marixuanaların ümumi çəkisi 4415,0 qram, tədqiqata sərf edildi cəmi – 0,2 qram (hər obyektdən 0,05 qram), qalıq 4414,8 qram. Cinayət işinin 1-ci cild 42-ci və 47-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) və 72 (yetmiş iki) ümumi cəmi 186 (bir yüz səksən altı) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 132-133-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3895 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı sonuncu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli 1601 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi mualicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 141-152-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar, ekspertiza tədqiqatından sonra qalıq qalmış 290 ədəd üzərlərində “F/40M” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı təsir edici maddənin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həbləri və 4414,8 qram narkotik vasitə qurudulmuş marixuana Suraxanı RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 61-ci vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı S.Y.Süleymanlı özünü təqdim etikdən sonra Bakı Şəhər BPİ-nin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarını təqdim edir. Təhqiqatçı şəxsi axtarış və götürmə aparılması zamanı mobil telefonla video çəkiliş aparıldığını, şübhəli şəxsə özünü təqdim etməsini və üzərində hər hansı bir qanunsuz əşyanın olub olmadığını və könüllü olaraq təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərsindən 4 ədəd qara rəngli sellofana bükülmüş kütləni və 1 ədəd şəffaf rəngli plastik qutunu təqdim edərək bildirdi ki, 4 ədəd kütlənin içərisində marixuana kimi tanıdığı narkotik vasitə, qutunun içrəsində isə 30 list metadon kimi tandığı narkotik vasitəni çıxarıb təqdim edir. Sorğu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və pisxatrop maddəni “Whatsapp” sosial şəbəkəsində tanıdığı Siyavuş adlı İİR-nın vətandaşından xx.xx.2024-cü il tarixdə Lənkaran rayonu ərazisində Siyavuş adlı şəxsin onun “Whatsapp” nömrəsinə göndərdiyi məkan funksiyası vasitəsi ilə götürdüyünü və daha sonra həmin narkotik vasitəni və pisxotrop maddəni taksi ilə Bakı şəhərinə yaşadığı ünvana gətirdiyini bildirmişdir. Həmin narkotik vasitələrin bir qismini İİR-nın vətandaşının ona göndərdiyi məkanlara qoyduqdan sonra qalan hissəsini əlində olan qara rəngli idman çantasında daşımışdır. Bundan əlavə Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitələrə görə Siyavuş adlı şəxsə heç bir ödəniş etmədiyini, həmin şəxsin dediyi məkanlara narkotik vasitə və maddələri qoyub bitirdikdən sonra həmin şəxsin ona yüksək miqdarda pul söz verməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd kütlənin içərisində yaşıl rəngdə bitki mənşəli narkotik vasitə marixuanaya bənzər olan kütlə və şəffaf rəngli qutunun içərsindən 30 list hər birinin üzərində “Methadon 40” qeyd olunmuş narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək 01 ədəd ağ rəngli “iPhone 5S” markalı, 01 ədəd ağ rəngli «iPhone 11» markalı mobil telefonlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx.xx.1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana və metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuanın kütləsi 5 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Həmin siyahıya əsasən metadonun kütləsi 0.02 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 1.6 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan metadonu və psixotrop maddə olan meramfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntülər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından təxminən 600 dəfə, külli miqdarından təxminən 7.5 dəfə artıq olması, narkotik vasitə olan marixuanın şəxsi istehlak miqdarından təxminən 883 dəfə, külli miqdarından təxminən 8.8 dəfə artıq olması və 4 ədəd bükümə yığılması narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb və gənc olmasını, həmçinin cəzanı ağırlaşdlrllan halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3895 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan 01 ədəd «iPhone 11» markalı və 01 ədəd «iPhone 5S» markalı mobil telefonlar sonuncuncuya və ya ailə üzvlərinə qaytarılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 290 ədəd üzərlərində “F/40M” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı təsir edici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həbləri və 4414,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 186 (bir yüz səksən altı) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd «iPhone 11» markalı və 01 ədəd «iPhone 5S» markalı mobil telefonlar sonuncuya və ya ailə üzvlərinə qaytarılsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 290 ədəd üzərlərində “F/40M” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı təsir edici maddəsinin ümumi miqdarı 12 qram olan narkotik vasitə metadon həbləri və 4414,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 26 saata görə 156 (bir yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “MBM” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2171/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2171/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver