Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2174/2024 31.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Ağdam rayonu, Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağdam rayonu, Seyidli Ərazi Dairəsi, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan asetilə edilən tiryəki əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əhməd” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Əhməd” adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3085 qram çəkidə narkotik vasitə asetilə edilən tiryəki əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024-cü il tarixdə, saat 02:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindəki 01 ədəd qara rəngli polietilen bağlamada 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1105 qram və 980 qram olmaqla ümumi təmiz çəkisi 3085 qram təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, tutulmamışdan əvvəl ona tanımadığı nömrədən zəng gəlmiş, telefonu açmamışdır. Telefonu açmadıqdan sonra whatsapp proqramına daxil olmuş və orada ona çəkisi çox olan narkotik vasitə heroin təklif edilmiş, amma o, razılaşmamışdır. Bundan 3 saat sonra həmin şəxs ona yazaraq 1 nəfər şəxs üçün 30 qram narkotik vasitə marixuana atdığını, amma həmin şəxsin qeyd olunan narkotik vasitənin götürmədiyini bildirərək həmin narkotik vasitənin onun həmin şəxsin dediyi yerdən gedib götürməyini xahiş etmişdir. Ona yazan şəxsin dediyi yerə getmiş və orada qara bağlamanın olduğunu görmüşdür. Lakin həmin bağlamanın böyük olduğu üçün ilk öncə fikri qara bağlamanı öz sellofanına qoymaq daha sonra isə həmin şəxsə zəng edərək qara bağlamanın böyük olduğunu söyləmək olmuşdur. Amma həmin şəxsə zəng etməyib sellofanı yerə atıb çıxıb getmişdir. Həmin yerdən 100 metr aralıda taksi sifariş edib çıxıb getmək istəyərkən polis əməkdaşları onu saxlamışlar, yerə atdığı sellofanı götürüb onu polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərini yoxlamamışlar və video çəkiliş zamanı qara sellefonaın içərisində olanları açıb onun olduğunu yazmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuşdur. Hadisə günü o, 30 qram narkotik vasitə marixuananı götürməyə getmişdir. Narkotik vasitə ilə bağlı ona zəng vuran şəxsi tanımamışdır. Hadisə günü zəng edən şəxs onun narkotik istifadəçisi olduğunu bilmiş və başqasına aid olan bağlamanı onun götürməyini xahiş etmişdir. Hadisə günü ona zəng edən şəxsin nömrəsini hardan əldə etdiyini bilmir. Hadisə günü ona zəng edən şəxs başqasına 30 qram narkotik vasitə marixuana göndərdiyini, göndərdiyi adamın gəlib narkotik vasitəni götürmədiyini, həmin 30 qram marixuananı götürüb istifadə etməyini xahiş etmişdir. Hadisə günü ona zəng edən şəxs göndərəcəyi karta 240 manat pulu atmağını bildirmişdir. Hadisə günü tanımadığı şəxsin dediyi yerə gedib bağlamanın böyük olduğunu görüb bağlamanı atıb oradan uzaqlaşmışdır. Həmin yerdən 100 metr uzaqlaşandan sonra onu polis əməkdaşları saxlamışlar. Polis bölməsində qara bağlamanı ona göstərmişlər, amma həmin qara bağlamanın olduğunu bilmir. Video çəkiliş zamanı sadəcə bağlamanı göstərmişlər, amma içərisində olanları göstərməmişlər. Video çəkilişdə göstərdikləri bağlama böyük olmuş, neçə kq olduğunu bilməmiş, amma sonradan 3 kq olduğunu demişlər. Sənədləri fiziki, psixoloji təzyiqlərə görə imzalamışdır. Fiziki təzyiqlər olsa da, bədənində heç bir xəsarət izi yoxdur. Ona qarşı olunan qanunsuz təzyiqlərə görə heç bir yerə müraciət etməmişdir. O, yalnız narkotik vasitə marixuanadan istifadə etmişdir. Artıq 5-6 ildir ki narkotik vasitədən istifadə edir. Saxlanıldığı vaxt üzərində külli miqdarda narkotik vasitə olmamışdır. Üzərində ancaq çəkdiyi qədər narkotik vasitə olmuş və onu da çəkib qurtarmışdır. Narkotik vasitə ilə bağlı ona yazan şəxs ona götürəcəyi narkotik vasitənin çəkisinin 30 qram, çeşidinin isə marixuana olduğunu demişdir. O da həmin narkotik vasitəni gedib götürəndə qara bağlama olduğunu, çəkisinin ağır olduğunu və qara bağlamanın içərisindəkinin marixuana olmadığını bilərək həmin yerdən uzaqlaşmışdır. Qara bağlamanı gördükdən sonra əlinə götürdükdə çəkisinin ağır olduğunu hiss edib həmin bağlamanı yerə atıb oradan uzaqlaşmışdır. Polis əməkdaşları ilk öncə onu saxlamışlar, daha sonra isə qara bağlamanı axtarmağa getmişlər. Polis əməkdaşları onu saxladıqları vaxt ondan heç nə soruşmadan qara bağlamanı gedib götürmüş, çünki bağlamanın yerini dəqiq bilmişlər. Polis əməkdaşları onu saxlayanda üzərində bağlama olmalı olduğunu bildirmişlər və onu saxladıqdan sonra bağlama olan tərəfə getmişlər. Şahid onun saxlanılmağında iştirak etmişdir. Şahid ona qarşı heç bir zor tətbiq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədələri polis əməkdaşları tərəfindən ona göstərilən təzyiqlərə görə vermişdir. İran İslam Respublikasının vətəndaşı ona 10 dəfə yazıb-yığandan sonra sonuncu ilə razılaşmışdır. Əhməd adlı şəxs ona 30 qram narkotik vasitə olduğunu demişdir. İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitə ilə bağlı yazışması olmuşdur. 3 kiloqram narkotik vasitənin ona aidiyyatı yoxdur. Bükümün bağlandığı sellofan qara və içərisindəki narkotik vasitənin rəngi tünd olduğundan qara sellofana bağlanmış bükümün içərisindəki şəffaf sellofanı görmək mümkün deyil. Polis əməkdaşları onu saxlayan zaman üzərinə baxış keçirtmədən birbaşa polis şöbəsinə onu aparmışlar. Narkotik vasitə istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitə götürülən yerə çağırılmağı onun saxlanılmağına heç bir əsas vermir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 1-2 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxslərdən alıb, falqada yandırmaqla tüstüsünü qəbul etmişdir. Narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərindən, çox vaxt isə Lökbatan qəsəbəsindən almışdır. Təxminən xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman tanımadığı nömrədən ona “WhatssApp messenger” vasitəsi ilə zəng gəlmişdir. Zəng edən şəxs telefon danışığı zamanı adının Əhməd olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Əhməd, Bakı şəhəri ilə işlər gördüyünü, narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinə göndərdiyini və satdığını bildirmişdir. Bir qədər də söhbət etdikdən sonra Əhməd bu işdə çox pul olduğunu, onun həm narkotik ehtiyacını ödəyə biləcəyini, narkotik cəhətdən korluq çəkməyəcəyini, həm də pul qazanacağını bildirmişdir. Əhməd ona ilkin olaraq “WhatssApp messenger” vasitəsi ilə narkotik vasitənin məkanını atacağını, həmin narkotik vasitəni onun götürəcəyini və atdığı məkana yenidən həmin narkotik vasitəni qoyacağını, bunun qarşılığında narkotik vasitə alacağını bildirmişdir. Əhmədin bu təklifi ilə razılaşmağa qərar vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Əhməd yenidən “WhatssApp messenger” vasitəsi ilə ismarıc yazmış və narkotik vasitəni atdığı məkanı göndərmişdir. Əhməd, bağlamada 3 kiloqram narkotik vasitə olduğunu, həmin narkotik vasitənin 3 ayrı bükümdə olduğunu və göndərdiyi məkana narkotik vasitələri qoyacağı qarşılığında həmin narkotik vasitənin 1 kiloqramını 5000 manata ona sata biləcəyini bildirmişdir. Əhmədə pulunun olmadığını bildirdikdə isə Əhməd hissə-hissə pulu verə biləcəyini demişdir. Əhməd ilə razılaşmış və göndərdiyi məkana yola düşmüşdür. Təxminən saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsindən qara rəngli sellofanda olan narkotik vasitəni özü ilə götürdüyü çəhrayı rəngli sellofan torbaya qoymuşdur. Əhməd ilə arasında olan bütün yazışmanı silmişdir. Oradan müəyyən qədər uzaqlaşaraq, ünvan 5 ünvanın qarşısından keçən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-yə dəvət etmişdirlər. Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birində ona dövlət hesabına vəkil təyin edilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. İlk öncə əlindəki üzərində «Gratis» yazılmış çəhrayı rəngli sellofan torbada olan, içərisində tünd qəhvəyi rəngli, spesfik iyə malik, tozşəkilli maddə olan bir ədəd qara sellofan bükümü, 2 cüt ayaqqabını, üzərində «One» yazılmış içərisində “Geli” markalı kağız yapışdırıcı, 17 ədəd vint, bir ədəd qara rəngli telefon adapteri, bir ədəd ağ rəngli telefon enerji doldurma naqili, bir ədəd dırnaq kəsən, iki ədəd qələm olan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Sonra əynindəki göy rəngli cins şalvarın ciblərindən bir ədəd üzərinə «LD» yazılmış bir qutu siqareti, bir ədəd üzərində “Star” yazılmış alışqanı, iki ədəd “Bakı” kartını, bir ədəd **********833119 nömrəli “Leobanka” aid plastik bankomat kartını, bir ədəd “Samsung J5” markalı mobil telefonu, bir ədəd qara rəngli telefon üçün enerji doldurma naqilini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin plastik bankomat kartı ona məxsusdur və plastik bankomat kartı vasitəsi ilə narkotik vasitə üçün ödəniş etməmişdir. Həmin narkotik vasitəni necə əldə etdiyi barədə məlumat vermişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir. Üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanmış, göy rəngli cins şalvarın sağ və sol yan ciblərinə baxılmış, heç nə aşkar olunmamış, sonra əynində olan ağ rəngli qara-qırmızı zolaqlı köynəyə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ayaqqabılarını çıxarmağı tələb olunmuş, ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmişdir. «Gratis» yazılmış, çəhrayı rəngli sellofan torba, 2 cüt ayaqqabı və corab, bir ədəd ağ rəngli telefon enerji doldurma naqili, bir ədəd qara rəngli telefon üçün enerji doldurma kabeli, iki ədəd qələm, bir ədəd üzərində «LD» yazılmış bir qutu siqaret, bir ədəd üzərində «Star» yazılımş alışqan, iki ədəd “Bakı” kartı özünə qaytarılmışdır. Sonra isə üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuşdur. Bir ədəd qara sellofana bükülmüş, içərisində olan tünd qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə «Heroin» olduğunu bildirmişdir, həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən zaman, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni üç gün əvvəl “WhatssApp messenger” vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əhməd adlı şəxdən aldığını bildirmişdir. Aşkar edilmiş üzərində «Gratis» yazılmış çəhrayı rəngli sellofan torba, 2 cüt ayaqqabı və corab, bir ədəd ağ rəngli telefon enerji doldurma naqili, bir ədəd qara rəngli telefon üçün enerji doldurma kabeli, iki ədəd qələm, bir ədəd üzərinə «Ld» yazılmış bir qutu siqaret, bir ədəd üzərində “Star” yazılmış alışqan, iki ədəd “Bakı” kartı özünə qaytarılmışdır. «One» yazılımış paket, bir ədəd qara rəngli telefon adapteri, “Geli” markalı kağız yapışdırıcı, 17 ədəd vint, bir ədəd dırnaq kəsən, bir ədəd **********833119 nömrəli “Leobanka” aid plastik bankomat kartı və «Samsung J5» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra iştirakçılara və ona aşkar olunmuş bir ədəd qara rəngli sellofana bükülmüş, içərisində olan tünd qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və ona göstərilmişdir. Həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ondan aşkar olunmuş bir ədəd qara sellofana bükülmüş, içərisində olan, tünd qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Protokol tərtib olunması üçün video çəkiliş müvəqqəti olaraq dayandırılmışdır. Tərtib olunmuş protokol iştirakçılara və ona ucadan oxunmuş, heç bir şikayət və vəsatəti olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Namiq adlı şəxsin narkotik maddənin əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə tərəflərindən əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə axşam radələrində onlara Namiq adlı şəxsin hansı ünvanda göründüyü barədə məlumat daxil olmuş və onlar həmin ünvana yaxınlaşanda əlamətləri əvvəlcədən məlum olan şəxs binadan çıxmış, geri qayıdanda onlar sonuncunun arxasınca getmişlər. Həmin şəxsin bloka söykənmiş və əlində qəhvəyi rəngli sellofan olmuşdur. Onlar sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Namiq adlı şəxs olduğundan əmin olanda sonuncunu Nəsimi RPİ-yə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən kriminal ekspert və dövlət hesabına vəkil təyin edilmişdir. Sonuncuların iştirakı ilə üzərinə baxış keçirilərkən sellofandan qara bağlamaya bükülmüş maddə aşkar olunmuşdur. Daha sonra həmin maddənin nə olduğunu və hardan əldə edildiyini sualına cavab olaraq bildirmişdir ki, bir neçə gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran Respublikasının vətəndaşı olan “Əhməd” kimi tanıdığı şəxsdən aldığını, bir kilosunu öz istifadəsi üçün götürdüyünü, qalanını harasa qoymalı olduğunu bildirmişdir. Öz istifadəsi üçün götürdüyünün pulunu isə az-az ödəyəcəyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayıb sonra bağlama arxasınca getməklərinə dair sonuncunun dedikləri yalandır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında dindirilmiş Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinn təhqiqatçısı X6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan şəxsin üzərindən kütləvi şəkildə büküm aşkar olunanda həmin bükümün tamlığını pozmamaq üçün bir hissəsini açırlar. Saxlanılan şəxs kütləvi bükümün içərisində bükümlər olduğunu dedikdə isə həmin bükümü açırlar. Saxlanılan şəxsin üzərindən aşkar olunan bükümün içərisində 3 bükümün olmasından əvvəlcədən məlumatlı olmamışdır. Saxlanılan şəxsin aşkar olunan bükümün çəkisinin 3 kiloqram olmasını deməsi yadındadır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütləvi bükümün içərisində 3 büküm olduğunu bildirsəydi, onda həmin bükümü açıb baxacaqdı. Kütləvi bükümü açıb baxmamışdırsa deməli saxlanılan şəxs ona elə bir fikir bildirməmişdir. O, aşkar olunan bükümün içərisində hansı növ narkotik vasitə olduğunu deməmiş, sadəcə şəxsi axtarış zamanı narkotik vasitəyə bənzər maddə olduğunu demiş və tərkibinin nə olduğunun müəyyən edilməsi üçün ekspertizaya göndərmişdir. Sonradan isə ekspert tədqiqat apardıqdan sonra bükümün içərisindən narkotik vasitə tiryək olduğunu bilmişdir. Məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında dindirilmiş ekspert X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirildiyi video görüntü zamanı aşkar olunan 1 ədəd iri büküm görsənir, amma tədqiqat vaxtı içərisindən 3 ədəd büküm çıxır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirildiyi video görüntüdə aşkar olunan 1 ədəd iri büküm içərisində 3 büküm olan bağlamaya oxşayır. Tərəfimdən verilmiş rəydə qeyd olunanlar video görüntüdə aşkar olunan bağlamadır. Qara sellofanla qəhvəyi rəngli narkotik vasitənin arasındakı görünən sellofan rəydə qeyd etdiyin həmin 3 ədəd şəffaf sellofandır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Namiq” adlı şəxsin ünvan 5 ünvanında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının əldə etməsi, özündə və yaşadığı ünvanda saxlayaraq daşıması, istifadəsi və satması barədə Nəsimi RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 4-5) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 02:20-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 24) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ilk öncə əlindəki üzərinə “Gratis” yazılmış çəhrayı rəngli sellofan torbada olan içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik toz şəkilli maddə olan bir ədəd qara sellofan bükümü, 2 cüt ayaqqabını, üzərinə “One” yazılımış içərisində Geli adlı kağız yapışdırıcı, 17 ədəd vint, bir ədəd qara rəngli telefon adapteri, bir ədəd ağ rəngli telefon enerji doldurma naqili, bir ədəd dırnaq ləvəzimatı və dırnaq kəsən, iki ədəd qələm olan paketi çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sonra əynindəki göy rəngli cins şalvarının ciblərindən bir ədəd üzərinə “Ld” yazılımış bir qutu siqareti, bir ədəd üzərinə “Star” yazılımş alışqanı, iki ədəd Bakı kartını, bir ədəd **********833119 nömrəli bir ədəd Leobanka aid bank kartını, bir ədəd Samsung J5 markalı mobil telefonu, bir ədəd qara rəngli telefon üçün enerji doldurma kabelini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanı adını deməklə təqdim etməsi təklif olunmuş, o, bir ədəd qara sellofana bükülmüş içərisində olan tünd qəhvəyi rəngli spesifik iyə malik toz şəkilli maddənin el içində “Kakos” deyilən narkotik vasitə “Heroin” olduğunu, bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir narkotik vasitləri istifadə etdiyini, həmin narkotik vasitəni üç gün əvvəl “Whatsap” vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin ona 3 kiloqram heroin göndərəcəyini, həmin heroinin 2 kiloqramını Əhmədin göstərişi onun qoyduğu ünvandan başqa şəxsin götürücəyini, qalan 1 kiloqram isə ona 5000 manata hissə-hissə verəcəyi ilə razılışaraq, bu gün Əhmədin vastap vasitəsi ilə göndərdiyi ünvandan yəni Nəsimi rayonu, Mərdanov Qardaşları 41 ünvanın yaxınlığından piləkələrin altından götürdüyünü, ona qalan 1 kiloqram özünün istifadə edəcəyini bildirmişdir. (l cild i.v 47-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2429 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N186” dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs aşkar edilən bir ədəd qara rəngli sellofana bükülmüş......Təqsirləndirilən şəxs (imza)” yazısı va imzalar olan paketdəki, bir ədəd qara rəngli polietilen bağlamada olan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1105 qram, 980 qram, ümumi təmiz çəkisi 3085 qram (3kq 85qr) qəhvəyi rəngli maddələr kütlələri xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. (İ cild i.v. 63-67) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2910A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 69-70) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 84-85) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-222/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 02:20-dən hesablanmışdır. (İ cild i.v. 115-116) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 130-131) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1105 qram, 980 qram, ümumi təmiz çəkisi 3085 qram təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək maddi sübut kimi tanınmış və qalıq qalmış 3084,4 qram çəkidə hissəsi saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (İ cild i.v. 147-148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 xx.xx.2024-cü il tarixli, 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (İ cild i.v. 159-161) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi mualicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmek ve onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə halhazırda hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (İ cild i.v. 168-170) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 147-148) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (İ cild i.v. 180-181) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 3817/2024 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı xəsarət aşkarlanmamış, sağ saidin ön səthində, sağ bud və baldırın arxa səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Nərimanov rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı vaxt Nəsimi rayon polis idarəsinin müvəqqəti saxlama yerində təmir işləri aparıldığına görə saxlanılması üçün Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs MSY-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, hadisə günü tanımadığı şəxsin dediyi yerə gedib bağlamanın böyük olduğunu görüb bağlamanı atıb oradan uzaqlaşması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokol, şahidin ifadəsi, məhkəmə sorğusu əsasında Nərimanov rayon Polis İdarəsindən, Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar olunmuş maddənin el içində “Kakos” deyilən narkotik vasitə “Heroin” olduğunu, uzun müddətdir narkotik vasitləri istifadə etdiyini, həmin narkotik vasitəni üç gün əvvəl “Whatsapp” vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin ona 3 kiloqram heroin göndərəcəyini, həmin heroinin 2 kiloqramını Əhmədin göstərişi onun qoyduğu ünvandan başqa şəxsin götürücəyini, qalan 1 kiloqram isə ona 5000 manata hissə-hissə verəcəyi ilə razılışaraq, bu gün Əhmədin “Whatsapp” vasitəsi ilə göndərdiyi ünvandan yəni Nəsimi rayonu, Mərdanov Qardaşları 41 ünvanın yaxınlığından pilləkələrin altından götürdüyünü, ona qalan 1 kiloqram özünün istifadə edəcəyini səmimi etiraf edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində dəfələrlə bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Əhməd ona ilkin olaraq “WhatssApp messenger” vasitəsi ilə narkotik vasitənin məkanını atacağını, həmin narkotik vasitəni onun götürəcəyini və atdığı məkana yenidən həmin narkotik vasitəni qoyacağını, bunun qarşılığında narkotik vasitə alacağını bildirmişdir. Əhmədin bu təklifi ilə razılaşmağa qərar vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Əhməd yenidən “WhatssApp messenger” vasitəsi ilə ismarıc yazmış və narkotik vasitəni atdığı məkanı göndərmişdir. Əhməd, bağlamada 3 kiloqram narkotik vasitə olduğunu, həmin narkotik vasitənin 3 ayrı bükümdə olduğunu və göndərdiyi məkana narkotik vasitələri qoyacağı qarşılığında həmin narkotik vasitənin 1 kiloqramını 5000 manata ona sata biləcəyini bildirmişdir. Digər tərəfdən, aşkar edilmiş narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması, narkotik vasitələrin miqdarının külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması və digər təkzibedilməz sübutlar onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 02:20-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-222/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 02:20-dən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş qalıq qalmış 3084,4 qram çəkidə narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş qalıq çəkisi 3084,4 qram olan narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2174/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2174/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver