Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-218/2020 27.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, 2-ci qrup əlil, əvvəllər məhkum olunmuş və cinayət törədərkən üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 7-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,152 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra həmin narkotik vasitənin 0,782 qramını əynindəki boz rəngli idman şalvarının sağ yan cibində saxlamaqla qanunsuz olaraq daşımış, ümumi təmiz çəkisi 4,370 qram olan hissəsini isə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 7 saylı ünvanda yerləşən fərdi yaşayış evində yataq otağındaki çarpayıda olan döşəyin altında gizlətməklə saxlamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 daxil olmuş məlumat əsasında adı çəkilən İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 16:35-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 7 saylı evin qarşısında saxlanılmışdır. Onun üstünə keçirilmiş baxış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 (bir) ədəd şüşə ampulanın içərisində ümumi təmiz çəkisi 0,782 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd içərisində narkotik vasitə olan heroinin izlərini saxlayan 2 (iki) ml şpris aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 7 saylı fərdi yaşayış evinə onun özünün dəvəti, icazəsi və iştirakı ilə baxış keçirilmiş və yataq otağındakı çarpayıda olan döşəyin altından sonuncu tərəfindən satış məqsədi ilə əldə edib qanunsuz gizlədərək saxladığı xarici əlamətlərinə və tərkib komponetlərinə görə üstündən aşkar edilmiş narkotik vasitə heroin ilə eynilik təşkil edən 1 (bir) ədəd ağ rəngli polietilen bükümdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,370 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, küçədə gedən zaman tanımadığı şəxslər onu maşına zorla otuzduraraq yaşadığı evə aparmışlar. Lakin həmin hadisədən 1 (bir) saat əvvəl onun bacısı gəlib onun yaşadığı evi yığışdırmışdır. Əgər onun yaşadığı evdə narkotik vasitə olsaydı bacısı evi təmizləyəndə həmin narkotik vasitəni görmüş olardı. Onun evinə gələn polislər evdə narkotik vasitə axtarmağa başlamışlar. Onun yaşadığı evdən 4 (dörd) qram heroin aşkar olunmuşdur. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Onda aşkarlanmış narkotik vasitəni o, öz şəxsi istifadəsi üçün almışdır. Ona görə də narkotik vasitə ilə yanaşı onda şpris də aşkarlanmışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, o, əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin məhkəmə hökmlərindən də açıq-aşkar görünür ki, o narkotik vasitələrdən asılıdır, yəni narkomaniya xəstəsidir.Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində və evində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olmamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılmışdır. O və digər polislər Təqsirləndirilən şəxs üzərində 1 (bir) ədəd bükümdə 1 (bir) ədəd şüşə qabın içərisində narkotik vasitə heroin və şpris aşkar etmişlər. Həmin narkotik vasitə götürülərək qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün aldığını və evində də istifadə üçün nəzərdə tutulmuş narkotik vasitənin olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs ərizəsi və iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş və yataq otağındaki çarpayın altından 4 (dörd) qram çəkidə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin narkotik vasitə götürülərək qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun işlədiyi İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs saxlanılan vaxt onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Əksinə o və digər polislər Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrdən istifadə etməsinin şahidi olmuşlar. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və şpris aşkar edilmişdir. O və digər polislər Təqsirləndirilən şəxs tutarkan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmişdir. O və əməliyyat tədbirində iştirak edən digər polislər Təqsirləndirilən şəxs iştirakı ilə onun evinə baxış keçirmişlər və yataq otağında döşəyin altında narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr götürülərək qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid1, oxşar məzmunlu ifadə verməklə Şahid2 və Şahid3 ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,xx xxxxxx 2019-cu il tarixdə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun işlədiyi İdarənin baş əməliyyat müvəkkiliŞahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid1, Şahid2, Şahid3 və Şahid4 daxil olmuşdur. Onlar birlikdə həmin tarixdə saat 16:35-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında özünü şübhəli aparan və xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfəri müşahidə etmişlər, sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitə saxlaması, narkotik maddələrin satışı ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumatın olduğunu deyərək üzərindəki əşyaları təqdim etməsini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu, əynində olan ağ-boz rəngli xətli köynəyin sol döş cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və cib dəsmalını, şalvarın sağ yan cibindən 1 (bir) ədəd şprisi, 1 (bir) ədəd polietilen bükümdəki 1 (bir) ədəd şüşə qabı çıxararaq təqdim etmişdir. Həmin şüşənin içərisinə baxıldıqda orada narkotik vasitə heroinə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmin şüşə qab şprislə birlikdə zərfə qoyularaq qablaşdırılıb götürülmüş və həmin zərf hər bir iştirakçı, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş cib dəsmalı və bir ədəd siqaret qutusu onun özünə geri qaytarılmış, şəxsiyyət vəsiqəsi isə iş üçün əhəmiyyət kəsb edəcəyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə bir ədəd bükümdə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bilirərək bu barədə ərizə yazaraq onları yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs yatdığı çarpayın baş hissəsindəki döşəyin altından 1 (bir) ədəd ağ rəngli polietilen bükümü təqdim edərək orada 4 (dörd) qram narkotik vasitə heroinin olduğunu bildirmişdir. Həmin büküm açılanda onun içərisində 1 (bir) ədəd ağ rəngli polietilen bükümdə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsi barədə soruşulduqda o, həmin narkotik vasitələrin qramını 50 (əlli) manatdan olmaqla ümumilikdə 200 (iki yüz) manata Bakı şəhəri, Nəsimi rayonu, “Papanın” adlanan yerdən tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə heroinin əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin vasitələri saxlaması barədə Baş X3 məlumat daxil olmuş və Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan(cild 1, iş vərəqə 9-12) görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 16:35-də Təqsirləndirilən şəxs saxlanılmış və o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd birdəfəlik şprisi, 1 (bir) ədəd ağ rəngli polietilen bükümdəki 1 (bir) ədəd şüşə qabda olan narkotik vasitə heroini, o cümlədən ünvan 3 ünvanında yaşadığı evdə yatdığı çarpayın baş hissəsindəki döşəyin altından 1 (bir) ədəd ağ rəngli polietilen bükümdə 4 (dörd) qram narkotik vasitə heroini çıxararaq polislərə təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhə yarandığına görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs izahatından (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin aşkar edilməsini və həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20312 nömrəli rəyindən (cild 1, iş vərəqə 33-35) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “MehrəliyevElşən Fikrət oğlunun yaşadığıünvandan aşkar olunmuş 01 (bir) ədəd ağ rəngli polietilen bükümdə...”yazısı olan kağızpaketdəki, 1 (bir) ədəd ağ rəngli polietilen bükümdə, təmiz çəkisi 4,370 qr olan maddə kustarüsulla hazırlanmış narkotik vasitəheroindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş01 (bir) ədəd şüşə qabda...” yazısı olan kağız paketdəki, üzərində “novokain” yazısı olan şüşəampulanın içərisində təmiz çəkisi 0,782 qr olan maddə kustar üsulla hazırlanmış narkotikvasitə-heroindir. Həmin paketdə olan 1 (bir) ədəd 2 (iki) ml şprisin içərisində narkotik vasitəolanheroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüşheroinin ümumi təmiz çəkisi 5,152 qr təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərinəgörə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 55-56) görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-728/2019 saylı qərarından (cild 1, iş vərəqə 79-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 85-87) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxx 2007-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 2009-cu il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan vaxtından əvvəl azad edilmişdir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxxxxx 2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx xxx 2016cı il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-446/2019 saylı qərarından (cild 1, iş vərəqə 88) görünür ki, xx xxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2578 saylı rəyindən (cild 1, iş vərəqə 122) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 123-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməliyyat tapşırığına dair verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5,152 qram çəkidə narkotik vasitə olan heroinin onun tərəfindən nə vaxt, harada və kimdən, hansı şəraitdə, əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, əlaqələrini, narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayət əməllərinin törədilməsində onun iştirakını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 136-141) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqindən sonra qalıq 5,002 qram narkotik vasitə heroinin, 1 (bir) ədəd şprisin və Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, narkotik vasitənin və şprisin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 64 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 080344 nömrəli arayışdan (cild 1, iş vərəqə 198) görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) qup əlildir, eləcə də o, əmək qabiliyyətsizdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2017-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-103/2017 saylı hökmündən (cild 1, iş vərəqə 92-104) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzanın əvvəli xx xxxxxx 2016-cı il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X9 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdəBaş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində 0,782 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd 2 (iki) ml şpris və onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 7 saylı fərdi yaşayış evində döşəyin altından 1 (bir) ədəd ağ rəngli polietilen bükümdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,370 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra həmin narkotik vasitənin bir hissəsini üzərində saxlaması və daşıması, narkotik vasitənin qalan hissəsinin yaşadığı evdə saxlaması və xx xxxxxx 2019-cu il tarixdə onun üzərindən və yaşadığı evdə ümumilikdə təmiz çəkisi 5,152 qram narkotik vasitə heroinin və 1 (bir) ədəd şprisin aşkar edilməsi mübahisəsizdir. Bu hal həm Təqsirləndirilən şəxs ifadəsi, həm şahid ifadələri, həm də cinayət işinin sair materialları ilə tam şəkildə təsdiq olunur. Məhkəmənin qarşısında duran başlıca vəzifələrdən biri Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə edərkən, üzərində və yaşadığı mənzildə saxlayarkan, eləcə də üzərində daşıyarkan məqsədinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halın müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,782 qram çəkidə narkotik vasitə heroinin birdəfəyə istifadəsinin mümkün olması, onun üzərindən narkotik vasitə heroinlə yanaşı 1 (bir) ədəd şprisin aşkarlanması, həmin şprisin içərisində onun üzərindən aşkar edilmiş narkotik vasitənin izlərinin olması, şprisdəki narkotik vasitə olan heroinin qalıqlarının kimyəvi tərkibinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə eynilik təşkil etməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz olaraq əldə etdikdən sonra onun bir hissəsini istifadə etmiş, bir hissəsini də təkrar istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Bundan başqa, onun evindən aşkar edilmiş narkotik vasitə heroinin kimyəvi tərkibi də onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edir. Qeyd edilən hallar ona dələlat edir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş 5,152 qram narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, qeyd edilən çəkidə narkotik vasitə uzun müddət narkomaniya xəstələyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik dozasını təşkil etmişdir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid3 və Şahid2 həm ifadə verərkən, həm də cinayət prosesinin iştirakçılarının suallarına cavab verərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını nəyinki təsdiq etmişlər, əksinə bu halı təkzib etmişlər. Belə ki, həmin şahidlər bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da, bu məlumat sonradan öz təsdiqini tapmamışdır. Bu hissədə şahidlərin bildirdikləri hallar, həmçinin cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli əməliyyat tapşırığına dair verilmiş cavab məktubundan da aydın olur. Belə ki, qeyd edilən cavab məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun digər cinayət əməllərinin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmü, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə ayrıayrılıqda 5 (beş) dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Göründüyü kimi o, hər dəfə yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 5 (beş) dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi heç də az əhəmiyyətə malik olan hal deyil. Əksinə Təqsirləndirilən şəxs dəfələrlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi onun narkomaniya xəstəliyindən əziyyət çəkməsini və müntəzəm olaraq narkotik vasitələrdən istifadə etməsini təsdiq edən mühüm haldır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi, həmçinin xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2578 saylı rəyi ilə də təsdiq olunur. Belə ki, sözü gedən rəydən də görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən və onun yaşadığı evdən narkotik vasitə heroin aşkar edilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı başqa bir əşya, yəni elektron tərəzi, bükümlərə bölünmüş narkotik vasitələr və ya digər əşyalar aşkar edilməmişdir. Əksinə onun üzərindən 1 (bir) ədəd şpris aşkar olunmuşdur. Narkotik vasitə ilə yanaşı onun üzərindən şprisin aşkarlanması belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və narkomaniya xəstəsi olduğundan narkotik vasitə heroindən istifadə edən şəxsdir. İbtidai istintaq orqanı qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitənin çəkisi, yəni külli miqdar olması təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək, o cümlədən məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, onun üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin onun həmin narkotik vasitəni satmaq kimi məqsədi olmamışdır. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün düyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmasına baxmayaraq, onun məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Qeyd edilən hal əməldə cinayətlərin residivi təşkil edir. Ona görə də məhkəmə residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hal kimi residivin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin onun İİ-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqindən sonra 5,002 qram qalığı qalan narkotik vasitə heroin, 1 (bir) ədəd şpris məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqindən sonra qalığı 5,002 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd şpris məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-218/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-218/2020
27.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver