Məhkəmə qərarları › İş №1(101)-218/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-218/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-218/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X16, Azərbaycan-rus dillərinin tərcüməçiləri X15 və X7, müdafiəçilər, Abşeron rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 23 iyun 1971-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Tbilisi şəhəri, Lamiskana küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal), onun tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və o, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) 20 may 2021-ci il tarixdə saat 20:30 radələrində “X25” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə aldıqdan sonra 1 aydan artıq olmayan müddətdə sürücülük vəsiqəsini dəyişdirməməklə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilni Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirərkən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən “Kürdəxanı” marketin qarşısında “X25” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkəti üçün təhlükənin yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməmiş, yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada X8 nəqliyyat vasitəsinin ön hissəsi ilə vurmaqla sonuncuya alın sümüyünün və boyunun İ, İİ fəqərələrinin qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin və onurğa beyinin boyun şöbəsinin əzilməsi kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuş, həmçinin "X25" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardm” maşını çağırmalı, zərərçəkənlərə həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən, yəni CM-in 264-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır, həyat yoldaşı da Gürcüstan Respublikasının vətəndaşıdır. Yetkinlik yaşına çatmış üç övladı var. Hər üç övladı Azərbaycan Respublikasının vətəndaşlarıdır. Övladları və həyat yoldaşı Bakı şəhərində yaşayırlar. Özü hazırda ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, orta təhsilini Gürcüstan Respublikasının Tbilisi şəhərində rus bölməsində almışdır. 2012-ci ildən etibarən müvəqqəti icazə əsasında Azərbaycan Respublikasında yaşayır. Gürcüstan Respublikasında uzun müddətdir ki, “B” kateqoriyalı sürücülük vəsiqəsi almış və avtomobil idarə edir. “X28” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakıda yaşayan övladı Rafael Məmmədovun adına rəsmiləşsə də faktiki olaraq ona məxsusdur və həmin avtomobili Rəfaelin onun adına verdiyi etibarnamə əsasında idarə edir. Hadisə vaxtı onunla birlikdə olmuş Namiqi təxminən 6 aydır ki, tanıyır. Namiq onun yaşadığı evin yaxınlığında dərzi işləyir. O da Namiqin müştərisidir, aralarında dostluq münasibətləri yaranmışdır. 20 may 2021-ci il tarixdə saat təxminən 17-18 radələrində Namiqlə birlikdə şam yemək üçün ona məxsus olan “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı qəsəbəsində yerləşən “Həyat” restoranına getmişlər. Orada Namiqlə birlikdə yemək yemişlər, lakin spirtli içki qəbul etməmişlər. Yeməyi saat təxminən 20 radələrində bitirdikdən sonra evə qayıtmaq üçün yuxarıda qeyd etdiyi avtomobilə əyləşmişlər. O, rulun arxasına əyləşərək avtomobili idarə etməyə başlamışdır. Namiq isə ön sağ sərnişin oturacağında əyləşmişdir. Saat təxminən 20:30 radələrində avtomobili Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində saatda 50-60 km/saat sürətlə yolun hərəkət hissəsinin orta hərəkət zolağı ilə hərəkət etdirmişdir. Hava qaranlıq olsa da yolun hərəkət hissəsi süni işıqlanma ilə işıqlanmış və yolda görmə məhdudiyyəti olmamışdır. Həmçinin yolun hərəkət hissəsi düz, üfüqi, quru və asfalt örtüklü olmuşdur. Avtomobilində yük olmamışdır. Həmin vaxt Kürdəxanı qəsəbəsində yerləşən “Kürdəxanı” marketin qarşısında işıqforun yanında yolun hərəkət hissəsinin sağ tərəfindən yolun hərəkət hissəsinin kənarındakı ehtiyat hissədə bir nəfər şəxsin dayandığını görmüşdür. O, avtomobilin hərəkətini saatda 50-60 km sürətlə davam etdirərkən piyadaya az qalmış həmin piyada yeriyərək yolun hərəkət hissəsini əks istiqamətə keçməyə başlamışdır. O, həmin piyadanı vurmamaq üçün ayağını əyləcə bassa da avtomobili saxlaya bilməmişdir. Nəticədə avtomobilin ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Zərbədən həmin kişi yolun əks istiqamətli hərəkət hissəsinə doğru yumalanmışdır. O, dərhal avtomobili saxlamış, Namiqlə avtomobildən enərək avtomobillə vurduğu piyadaya yaxınlaşmışlar və piyadanın ağzından qan gəldiyini görmüşdür. Dərhal sonra ətrafa adamlar yığışmışlar. O, Namiqə təcili yardıma zəng vurmasını demiş, bu zaman ətrafdakı adamlar onlara qışqırıb söyməyə başlamışlar. O, baş vermiş hadisəyə görə qorxmuş, bu səbəbdən yenidən avtomobilə əyləşmiş və hadisə yerindən aralanmışdır. Namiq isə hadisə yerində qalmışdır. Avtomobili bir-iki tin hərəkət etdirərək irəlidə saxlamış, orada bir taksi avtomobilinə əyləşib yaşadığı ünvana getmişdir. Evdə olarkən avtomobilin açarını oğlu Rafaelə vermiş və ona polis bölməsinə gedib vəziyyəti bildirməyi tapşırmışdır. O isə hadisənin təəssüratından pis olduğuna görə evdə gecələmişdir. Səhərisi gün, yəni 21 may 2021-ci il tarixdə saat təxminən 21 radələrində özünü toplayıb Sabunçu rayon Polis İdarəsinə gəlmiş və polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) bildirdi ki, o, sürücülük hüququnu 1988-ci ildə vətəndaşı olduğu Gürcüstanda əldə etmişdir. Sonuncu dəfə özünün sürücülük vəsiqəsini 5 mart 2020-ci ildə Gürcüstanda dəyişdirmiş, vəsiqənin etibarlılıq müddəti 2035-ci il martın 5-nə qədərdir. O, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün hər dəfə Dövlət Miqrasiya Xidmətindən 1 (bir) illik icazə almışdır. Sonuncu dəfə müvəqqəti yaşamaq üçün bir illik icazəni hadisə baş verməmişdən 4 (dörd) gün əvvəl, yəni 16 may 2021-ci il tarixdə almışdır. O, hadisədən bilavasitə qabaq piyadanı ilk dəfə görəndə aralarında 150-200 metr məsafə olmuş, piyada asfalta yaxın, ehtiyat hissədə durmuş, piyadaya yaxınlaşarkən sonuncu birdən sürətli şəkildə yolu keçməyə çalışmış, piyadanın çox sürətli hərəkət edərək yolu keçməyə çalışması səbəbindən baş vermiş hadisənin qarşısını almaq mümkün olmamışdır. O, hadisə baş verəndən sonra hadisə yerində kiməsə özü barədə məlumat verməmiş, hadisə yerinə təcili tibbi yardımı Namiq hadisə yerində olan şəxslərdən birinin telefonu ilə zəng edərək çağırmışdır. O, həyəcanlı və şəkər xəstəsi olduğuna görə həmin gün polisə getməmiş, növbət gün polisə gedərək təslim olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X20 məhkəmədə ifadəsində göstərdi ki o, ünvan 3 ünvanında yaşayır. X11 onun həyat yoldaşıdır. Əri İntiqam xx xxxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, qeyd etdiyi ünvanda onlarla birlikdə yaşamışdır. 20 may 2021-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) X27 markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sabunçu rayonu Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirərkən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən “Kürdəxanı” marketin qarşısında onun həyat yoldaşı X8 vurmuş, nəticədə həyat yoldaşı almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) hadisə yerindən qaçmışdır. 21 may 2021-ci il tarixdə saat təxminən 01 radələrində o, yaşadığı ünvanda olarkən tanımadığı polis əməkdaşı onun ev nömrəsinə zəng edərək həyat yoldaşı İntiqam Rəsulovun avtomobillə vurulduğunu və Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsində olmasını bildirmişdir. O da bundan sonra dərhal Birliyin Sabunçu Rayon şöbəsinə getmiş, oradan həyat yoldaşının nəşini götürüb dəfn etmişlər. O, həyat yoldaşı İntiqam Rəsulovun avtomobillə vurulmasının şahidi olmamış, həmçinin qeyd olunan hadisənin şahidlərinin kimlər olmasını bilmir. Onun və ya ailə üzvlərinin Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvləri ilə heç bir ədavət və ya düşmənçilikləri olmamış, Təqsirləndirilən şəxsı əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X20 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Hüseynbala oğlu ifadəsində göstərdi ki, o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fərdi olaraq dərzi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, tanıyır. Belə ki, Qurbanal onun müştərisidir. Aralarında yaxşı münasibətlər yaranmışdır. 20 may 2021-ci il tarixdə saat təxminən 17-18 radələrində Qurbanal ilə birlikdə sonuncuya məxsus olan “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı qəsəbəsində yerləşən “Həyat” restoranına gedərək orada yemək yemişlər. Yeməyi saat təxminən 20 radələrində bitirərək Qurbanala məxsus olan avtomobilə əyləşmişlər. Həmin vaxt Qurbanal avtomobilini idarə etmiş, o isə ön sağ sərnişin oturacağında əyləşmişdir. Saat təxminən 20:30 radələrində Qurbanal avtomobili Kürdəxanı qəsəbəsi ilə Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqaməti ilə onun diqqət yertirmədiyi sürətlə yolun hərəkət hissəsinin orta hərəkət zolağı ilə hərəkət etdirmişdir. Hava qaranlıq olsa da yolun hərəkət hissəsi süni işıqlanma ilə işıqlanmış və yolda görmə məhdudiyyəti olmamışdır. Həmçinin yolun hərəkət hissəsi düz, üfüqi, quru və asfalt örtüklü olmuş, avtomobildə yük olmamışdır. Həmin vaxt Pirşağı qəsəbəsindən Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Kürdəxanı qəsəbəsində yerləşən “Kürdəxanı” marketin qarşıdında Qurbanal idarə etdiyi avtomobillə piyada bir nəfər kişini vurmuşdur. Qurbanal dərhal avtomobilini saxlamış və onlar avtomobildən enmiş və piyadaya yaxınlaşmışlar. Həmin vaxt piyadanın artıq öldüyünü görmüşlər. Qurbanal hadisənin baş verməsi nəticəsində qorxduğundan yenidən avtomobilinə əyləşmiş, o da Qurbanalı tək qoymamaq üçün avtomobilə əyləşmişdir. Qurbanal avtomobili irəlidə saxlamış və taksi avtomobili ilə harasa getmişdir. O isə hadisə yerində qalıb ora gələn polislərlə birlikdə Sabunçu rayon Polis İdarəsinə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Hüseynbala oğlu bildirdi ki, o, hadisə baş verən anda əlimdəki telefonla məşğul olduğuna görə piyadanın vurulma anını görməmiş, təcili yardıma zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. “X28” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşsə də faktiki olaraq atasına məxsusdur və həmin avtomobili atası Qurbanal etibarnamə əsasında idarə edir. Namiqi təxminən 6 aydır ki, tanıyır. Belə ki, Namiq onun yaşadığı evin yaxınlığında dərzi işləyir. 20 may 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində o, evdə olarkən atası Təqsirləndirilən şəxs evə gəlmiş və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində avtomobili idarə edərkən bir nəfər piyadanı vurduğunu və piyadanın hadisə yerində öldüyünü demişdir. Atası isə hadisənin təəssüratından pis olması səbəbindən evə gəlmişdir. Atası ona avtomobilin açarlarını verərək avtomobili Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi törətdiyi yerin yaxınlığında saxladığını bildirmişdir. O da bundan sonra hadisənin baş verdiyi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Kürdəxanı” marketin yanına getmişdir. Orada hadisəni atası Qurbanalın törətməsini polis əməkdaşlarına demiş və hadisənin törədildiyi avtomobilin açarlarını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təxminən 2005-ci ildən 14 saylı Təcili tibbi yardım şöbəsində sürücü işləyir. X8 uzun müddətdir ki, tanıyır, sonuncu ilə qohumluq əlaqələri vardır. O, 20 may 2021-ci il tarixdə saat 20:30 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Kürdəxanı” marketin yanında olarkən səs eşitmişdir. Arxaya dönərkən görmüşdür ki, qara rəngli “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı yolun hərəkət hissəsində vurmuşdur. O, avtomobilin vurduğu piyadaya yaxınlaşmış və həmin piyadanın qohumu X11 olduğunu görmüşdür. Avtomobilin sürücüsü də həmin vaxt avtomobilindən enib İntiqamın olduğu yerə yaxınlaşmışdır. Həmin vaxt İntiqam Rəsulovun elə hadisə yerində öldüyünü görmüşdür. Həmin vaxt hadisəni törətmiş “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilinə əyləşib şəhər mərkəzi istiqamətində avtomobilini idarə etməyə başlamış, bundan sonra o, DİN 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, hadisənin necə baş verməsini görmədiyindən bununla bağlı dəqiq məlumatı yoxdur. O, hadisəni törətmiş sürücünü tanımır, həmin şəxsi ilk dəfə hadisə günü görmüşdür. İntiqamla qohumluq əlaqələri olduğundan sonradan hadisəni törətmiş sürücünün adının Qurbanal olduğunu bilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində məhkəmə yol-nəqliyyat hadisələri eksperti vəzifəsində çalışan Şahid4 göstərdi ki, o, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsinə dair tədqiqatı istintaq tərəfindən təqdim olunmuş məlumatlar əsasında aparmışdır. Yəni, avtomobilin sürəti, piyadanın hərəkət etdiyi məsafə, yol və hava şəraiti haqqında ona verilən məlumatlara əsasən bu qərara gəlmişdir ki, sürücünün piyadanı vuranadək avtomobili saxlamaq imkanı olmuşdur. Müstəntiq tərəfindən ona təqdim edilən parametrlər onun bu nəticəyə gəlməyi üçün yetərli olmuşdur. “Piyadaların hərəkət sürətləri” cədvəlində piyadaların hərəkətlərinin yeriş və qaçış növləri vardır. Yerişin isə asta, adi və iti növləri vardır. Tədqiqatın aparılması üçün ekspertlər həmin metodikadan istifadə edir. Zərərçəkmiş şəxsin 53 yaşı olmuş və buna əsasən də sonuncunun yeriş sürətini 4,2-5,3 km/saat olaraq götürmüşdür. Hərəkət tempi ilə təhlükə yarandığı andan piyadanın vurulduğu ana qədər sərf olunan vaxtı tapıb avtomobilin sürəti ilə piyadanın hansı nöqtədə olduğunu müəyyən etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq ekspert Şahid4 bildirdi ki, piyadanın yeriş sürətinin adi olması parametri onun həmin nəticəyə gəlməyinə səbəb olmuşdur, piyadanın yeriş sürəti iti olarsa nəticənin nə olacağını hal-hazırda deyə bilmir, çünki bunun üçün o, tədqiqat aparmalıdır. Belə ki, hərəkət tempi sürücünün texniki imkanına təsir göstərən amildir, lakin bunu ancaq tədqiqatla müəyyən etmək mümkündür. Tədqiqatı yalnız müstəntiqin qərarı ilə deyil, bütün cinayət işinin materiallarını əsasında aparmışdır. Piyada yolun hərəkət hissəsindən kənarda ehtiyat hissədə, lakin yola yaxın hissədən qəflətən iti hərəkətlə yolu sağdan sola keçməyə başlasa bu zaman sürücünün reaksiya vaxtını müəyyən etmək üçün tədqiqat aparılmalıdır, buna şifahi cavab vermək mümkün deyildir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 20.05.2021-ci il tarixli, 306 saylı raportdan görünür ki, 20.05.2021ci il tarixdə saat 20:49 radələrində vətəndaş Şahid2 (***-***-**-**) məlumat verərək bildirmişdir ki, Kürdəxanı qəsəbəsi “Kürdəxanı” marketin qarşısında baş vermiş hadisə zamanı “Land Cruser” markalı **-LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın qeyd olunan ünvanda bir nəfər piyadanı vurub hadisə yerini tərk etmiş, piyada hadisə nəticəsində ölmüşdür (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 20.05.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən, “Kürdəxanı” marketin yaxınlığıdır. Yolun hərəkət hissəsinin ümumi eni 12 metr olmaqla birtərəfli hərəkət hissəsinin eni 6 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi hərəkət hissəsində avtomobillərin hərəkəti Sabunçu rayonu Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətindədir. Hadisə yerində H.Hacıyev küçəsində avtomobillərin hərəkətinin Zabrat qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində olan hərəkət hissəsində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaqlıq hissəsdən 1 metr məsafədə yolun hərəkət hissəsinin mərkəzinə doğru şəxsiyyəti sonradan X4 müəyyən olunmuş şəxsin meyiti aşkar edilmiş və hadisə yerindən götürülmüşdür. Hadisə yerində hadisənin törədildiyi “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin düşmüş sınmış hissələri, sürücü hadisə yerində müəyyən edilməmişdir (cild 1, iş vərəqi 4-8). İşdə olan 21.05.2021-ci il tarixli protokoldan görünür ki, 20 may 2021-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs ona məxsus “X27” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sabunçu rayonu Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etdirərkən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən "Kürdəxanı” marketin qarşısında piyada X8 vurması ilə bağlı ətrafda hadisənin qeydiyyata ala bilən müşhaidə kameraları müəyyən edilməmişdir (cild 1, iş vərəqi 9). İşdə olan 21.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il saat 21:00 radalərində Sabunçu RPİ-də yerləşən müstəntiqin xidməti xidməti otağına gəlmiş və piyada X5 avtomobillə vurulması ilə bağlı yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini etiraf etmişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 21.05.2021-ci il tarixli, 1/1462 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs Zahid oğlu həmin gün saat 23:30-da müayinəyə cəlb edilmiş, müayinə zamanı nəfəslə verilən havada və orqanizmin bioloji mühitində alkoqolun havanı müayinə edən cihaz vasitəsi ilə ölçülməsi zamanı miqdarı 0.00 faiz olmuş, onun sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 24.05.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və fotocədvəldən görünür ki, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil universal tiplidir, 2011-ci il buraxılışlıdır, qara rənglidir, mühərrik nömrəsi 1GRA292015, ban nömrəsi JTMDU09J1B4040052-dir. Avtomobilin ön sol işıq qurğusu sınmışdır, ön bamperi sol hissədən əzilmişdir. Avtomobilin xarici səthində başqa zədə aşkar edilməmişdir. Avtomobil Şahid3 məxsusdur (cild 1, iş vərəqi 72-74). İşdə olan 18.08.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X9 (Mamedov Kurbanala) 1GRA292015 mühərrikli, JTMDU09J1B4040052 banlı, 2011-ci il buraxılışlı **- LU-*** dövlət qeydiyyat nişanlı X27 markalı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək də daxil olmaqla etibarnnamə üzrə səlahiyyətlər vermişdir (cild 1, iş vərəqi 74). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 24.05.2021ci il tarixli qərardan görünür ki, X20 həmin iş üzrə ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 20.05.2021-ci il tarixli, 86 nömrəli rəyindən görünür ki:

1. X1 aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, onurğa beyinin boyun şöbəsinin əzilməsi, alın sümüyünün yerini dəyişməyən açıq, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası və ətrafların qançır və sıyrıqları. - Xəsarətlər həyati olub bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 20.05.2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, yəni avtomaşının qabarıq hissələrinin təsirindən əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. X2 ölümünə səbəb alın sümüyünün açıq sınığı və l-ll boyun fəqərələrinin qapalı sınqları ilə əlaqədar baş beyinin və onurğa beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitn meyitxanada müayinəsindən 2-4 əvvələ uyğun gəlir.

3. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon 1,4benzadiazenin törəmələri və salisitatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 102-106).

İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında 10.07.2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, Pirşağı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Kürdəxanı qəsəbəsində yerləşən “Kürdəxanı” marketin qarşısında H.Hacıyev küçəsində işıqforun yanında yolun hərəkət hissəsinin sağ tərəfində əvvəllər tanımadığı, şəxsiyyətinin sonradan ona X4 bəlli olan şəxsin dayandığını görmüş, o, avtomobilinin hərəkətini saatda 50-60 km sürətlə davam etdirərkən piyada İntiqam Rəsulov yeriyərək yolun hərəkət hissəsini əks istiqamətə keçməyə başlamışdır. Sonuncunu vurmamaq üçün tormoz etsə də avtomobilini saxlaya bilməmiş, nəticədə avtomobilinin ön hissəsi ilə piyada İntiqam Rəsulovu vurmuşdur. O, "Kürdəxanı" marketin qaşısında yolun hərəkət hissəsini əks istiqamətə keçərək bildirdi ki, avtomobili ilə sonuncunu vurduqdan sonra piyada İntiqam Rəsulovun meyiti yolun əks istiqamətli hərəkət hissəsinə doğru yumalanmışdır. O, hadisə yerində ifadəsinə davam edərək qeyd etmişdir ki, piyada İntiqam Rəsulovu vurduqdan sonra sonuncunun meyitinə yaxınlaşmış, həmin vaxt görmüşdür ki, piyada artıq ölmüşdür. Hadisənin baş verməsi nəticəsində qorxduğundan avtomobilini H.Hacıyev küçəsi ilə Zabrat qəsəbəsi istiqamətində hərakət etdirərək Kürdəxanı qəsəbəsində nömrəsiz evlərin arasında saxlamış, özü dövlət qeydiyyat nişanı və markasını xatırlamadığı taksi avtomobilinə əyləşərək yaşadığı ünvana getmişdir (cild 1, iş vərəqi 110-114). İşdə olan Sabunçu RPİ-nin 15-ci PB-nin 06.08.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs avtomobili Sabunçu rayonu Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkət edərkən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən "Kürdəxanı” marketin qarşısında piyada X8 vurmasi fakının şahidlərini, həmin hadisə ilə bağlı hadisə barədə məlumatı olan şəxslərin dairəsini, həmçinin ətrafda hadisənin qeydiyyata alındığı müşhaidə kameralarının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 119). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş 11.08.2021-ci il tarixli, 010-2635-1221 saylı məktubdan və onun əlavəsindən görünür ki, 23.06.1971-ci il təvəllüdlü Mamedov Kurbanal 30.03.2021-ci il tarixdə saat 11:13-də Bakı hava limanı vasitəsilə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmişdir (cild 1, iş vərəqi 121-122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 23.06.1971-ci il təvəllüdlü X13 Gürcüstan Respublikasında verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikasında milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirməsi barədə məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqi 126). İşdə olan Təqsirləndirilən şəxs məxsus pasportun surətindən görünür ki, **********7 nömrəli, P tipli, GEO ölkə koduna malik, 18AF63986 nömrəli pasport 06 mart 2020-ci il tarixdə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmişdir. 06 mart 2030cu ilədək etibarlıdır (cild 1, iş vərəqi 165). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X24 12.09.2021-ci il tarixli, 7927 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) arxiv məlumata əsasən adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 166). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15.09.2021-ci il tarixli, 8/2121 nömrəli rəyindən görünür ki: 1.2. “X27” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqdan 1 aydan artıq müddətdə sürücülük vəsiqəsini dəyişdirmədən avtomobil idarə etdiyindən onun hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 1, iş vərəqi 167-170). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 123). Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə onun əməlinin Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşır və hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) əməllərinin tövsifində səhvə yol vermişdir. Belə ki, “X25 Qanun”un 35-1-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ № ******* saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) Gürcüstan vətəndaşı olmaqla ona 16 may 2021-ci il tarixdə Azərbaycan Respublikasında bir il müddətinə müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən 05 mart 2020-ci il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin vəsiqə 05 mart 2035-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmədə tamamilə sübuta yetirildi ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) Gürcüstan vətəndaşı olmaqla 16 may 2021-ci il tarixdə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış, Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən ona verilmiş və etibarlılıq müddəti 05 mart 2035-ci ilə qədər olan sürücülük vəsiqəsi əsasında istifadəsində olan avtomobili ilə hərəkətdə olan zaman 20 may 2021-ci il tarixdə yol nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs məlum hadisəni Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aldığı müddətdən 4 gün sonra, 20 may 2021-ci il tarixdə, yəni Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən ona verilmiş sürücülük vəsiqəsini Azərbaycan Respublikasında dəyişdirmək üçün qanunla verilmiş 1 ay müddətin bitməsinə 26 gün qalmış törətmişdir. Bu da onu deməyə əsas verir ki, hadisə baş verən anda Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Bununla yanaşı müəyyən olundu ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməmişdir, onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmamışdır, hadisə törədilmiş növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmuşdur, sərxoş olmamışdır. Bütün qeyd edilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Bununla belə, “X25” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 37-ci maddəsinin İV hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; - zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; - hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbay- can Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) əməllərində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) əməlləri Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrindən həmin Məcəllənin 263.2-ci və 264-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) hadisə vaxtı avtomobillə piyadanın dayandığı yerə yaxınlaşarkən sonuncunun birdən sürətli şəkildə yolu keçməyə çalışması, piyadanın çox sürətli hərəkət edərək yolu keçməyə çalışması səbəbindən baş vermiş hadisənin qarşısını almaq mümkün olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və onun yol nəqliyyat hadisəsi yerindən qaçması, yəni Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 264-cü maddəsinin sanksiyasında 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 (iki) ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, 264-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəza təyin edilməsi məsələsinə gəldikdə məhkəmə hesab edir ki, həmin maddəyə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan uzun müddətə məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, himayəsində olan ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 264-cü maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni cərimə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, o, müstəqil icra olunur. Təqsirləndirilən şəxs (Mamedov KurbanalA) təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İşdə olan protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) 21 may 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 23 may 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanmış, həmin məhkəmənin qərarı ilə 25 may 2021-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 38, 69-71, 89-92,157-160, 227-230). Məhkəmə Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə qanunun həmin müddəalarını, habelə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına mane ola biləcək halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməyol-nəqliyyat hadisələri ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs (Mamedov Kurbanaldan) tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3000 (üç) min manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (Mamedov Kurbanalın) tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin olunmuş əlavə cəzaları qismən toplamaq və toplanmış əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç) min manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs (Mamedov Kurbanala) əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) təyin olunmuş əsas cəzaları çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs (Mamedov Kurbanal) tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar