Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-218/2023 31.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 43də yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Rafael oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs1 və onun şəriki Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən «SUBERSPACE», hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rafael oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2011ci ildən dəmir materiallarının alqı-satqısı ilə məşğul olmuşdur. 2012-2013-cü illərdən Zərərçəkmiş şəxs1, Seyidəmir Seyidovu tanımışdır. 2014-cü ildən Seyidov Seyidəmir material lazım olduğunu demiş və materilları tanış adam olduğuna görə rahatlıqla vermişdir. Sonra öyrənmişdir ki, X8 Mansurovdan da material almaq istəmişdir. Zərərçəkmiş şəxs1 ondan Seyidəmiri soruşmuş və o da Seyidəmirin ona borcu olduğunu demişdir. Bir müddət keçdikdən sonra görmüşdür ki, Seyidəmir ona olan borcunu ödəmək istəmir. Seyidəmir Seyidovun hazırki Qobustan, keçmiş Mərəzə qəsəbəsində yerləşən evinə getmiş, həyat yoldaşı Sevda ilə söhbət edərək, Seyidəmirin ona olan borcları barədə demişdir. Seyidəmirin yoldaşı Sevda ona Seyidəmirin pulları notarius müdiri işləyən qardaşı Şahid2 dələduzluq əməli ilə bağlı cinayət işinə xərclədiyini demişdir. 2014-cü ildə Zərərçəkmiş şəxs1 və o, Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Cabir Bağırova borcun ödənilməməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişlər. Həmin şikayət ərizəsi üzrə başlanılmış cinayət işi bir qədər sonra Bakı şəhər Baş Polis İdarəsində X9un icraatına verilmişdir. O, Seyidəmirdən borcunu ala bilmədiyini görüb, Seyidəmir İlə 350.000 manat dəyərində borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsi cinayət işi materiallarına əlavə edilmişdir. Həmin borcun 182.835 manatı Ramizgilə, qalan hissəsi isə ona aiddir. X9 şikayətin sadəcə onun adından olmasını qeyd edərək, borcu ödətdirəcəklərini və əldə ediləcək pulun 35 %-ni özlərinin götürəcəyini bildirmiş və o, razılaşmışdır. Seyidəmir axtarışa verilmiş və bir müddət tapılmamışdır. 17-ci polis bölməsinin və Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçıları tərəfindən Seyidəmir öz anasının yas mərasimində onun məlumatı nəticəsində saxlanılmış, polis idarəsinə təhvil verilmişdir. 2021-ci ildə cinayət işi AR Daxili İşlər Nazirliyinin istintaq idarəsinə göndərilmiş və Elmar Quliyevin iştirakı ilə iş davam etdirilmişdir. Bir müddət davam edən istintaq hərəkətlərindən sonra cinayət işi Nərimanov rayon polis idarəsinə göndərilmişdir. Sentyabr ayının 23-də müstəntiq Mehman Ələsgərov onu idarəyə çağırmış, söhbət etdikdən sonra o, 48 saat müddətində şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra Nərimanov rayon Məhkəməsi onu azadlığa buraxmışdır. Qarşı tərəf Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya qaydasında şikayət versə də, həmin qərar qüvvədə saxlanılmışdır. Təxminən bir ildən sonra Mehman Ələsgərov ona zəng edərək, Nərimanov rayon prokurorluğuna getməyini bildirərək, prokurorun köməkçisi Elgiz Qənizadənin onu görmək istədiyini bildirmişdir. O, Nərimanov rayon prokurorluğuna getmiş, lakin onu içəri buraxılmamış, sonra Mehman Ələsgərova zəng etmiş və onu gözləmişdir. Mehman Ələsgərovu gözləyən zaman içəriyə iki nəfər şəxs daxil olaraq, ona prokurorun göstərişi ilə məhkəməyə getməli olduğunu bildirmiş, vəkili Müdafiəçi ilə birlikdə öz maşını ilə məhkəməyə getmişdir. Məhkəmə prokurorun qətimkan tədbirinə dair təqdimatını təmin etməmiş, onlara sonradan məlum olmuşdur ki, müstəntiq Mehman Ələsgərov guya onun ağır xəstə olmağı ilə bağlı işin istintaqını 2 dəfə dayandırmışdır. Halbuki, o, heç bir xəstəlik keçirməmiş və bu haqda ona məlumat verilməmişdir. Onun həm həbs edilməsi üçün təqdimat məhkəməyə göndərilən zaman, həm də cinayət işi Ağır cinayətlər məhkəməsinə göndərildikdə Nərimanov rayon prokuroru məzuniyyətdə olmuş və Elgiz Qənizadə prokuroru əvəz etmişdir. İttihamda göstərilən məbləğdə dəmir materialı almamış, zərərçəkmiş şəxslərə heç bir borcu yoxdur. Aldığı bütün materialların pulunu ödəmiş, zərərçəkmiş şəxslərlə heç bir ədavəti, mübahisəsi olmamışdır. O, düşünür ki, Seyidəmirdən borclarını ala bilməyəcəklərinə görə zərərçəkmiş şəxslər ondan şikayət etmişlər. Seyidəmir Seyidovla heç bir işgüzar münasibəti olmamış, Zərərçəkmiş şəxs1 özünün də ona borcu yarandığı hallar olmuşdur. Ona ifadəsində yazdırmışlar ki, Ramiz Mənsurovdan malı o götürmüş, Seyidəmirə vermiş, Seyidəmirlə arasında borc müqaviləsi vardır. Borc müqaviləsinin məbləği 350000 manat olaraq qeyd edilmiş, 2014 - cü ilin təxmini avqust, sentyabr aylarında Seyidəmirə materiallar vermiş, 2015-ci ilin əvvəllərinə qədər bu proses davam etmişdir. Seyidəmirin ona olan 167.000 borcunun dəqiq olaraq nə zaman yaranmasını xatırlamır. X12 barəsində şikayət ərizəsi yalnız 167 min manatla əlaqədar olmuş, 182.836 manat dəyərində dəmir materialları ilə bağlı onun heç bir iştirakı olmamışdır. O, Zərərçəkmiş şəxs1 Seyidəmir Seyidova 182.836 manat dəyərində mal verməsini xahiş etməmiş, çünki, Seyidəmirin onun özünə 167.000 manat borcu olmuşdur. Zərərçəkmiş şəxs1 özü gələ bilmədiyi üçün 182.836 manat dəyərində məbləğlə bağlı borc müqaviləsini də yazdırmağını xahiş etdiyi üçün borc müqaviləsini öz adına olmaqla 350.000 manat dəyərində bağlamışdır. Şahid5la heç bir əlaqəsi, iş birliyi olmamış, Şahid5 torpaq sənədini götürmək üçün 10000 manat pul vermişdir. Çünki, Şahid5 ona borcu olmuş və Ramin torpağını satıb onun pulunu qaytarmağı vəd etmiş, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu ifadəsində göstərdi ki, 2016-cı ildə təsis olunmuş “SAR 2016» MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs satdığı 182.836 manat dəyərində müxtəlif növlü armatur müəssisənin mülkiyyətində olmamaqla, fiziki şəxs kimi onun və şəriki Zərərçəkmiş şəxs2 mülkiyyətində olmuşdur. O, dəmir məmulatlarını Təqsirləndirilən şəxs 2014-2015-ci illərdə satarkən fiziki şəxs kimi satmışdır. Həmin ərəfədə heç bir müəssisəsi olmamış, 182.836 manat dəyərində armatur Təqsirləndirilən şəxs bir razılaşma əsasında nisyə vermişdir. Tərəfindən tərtib edilmiş qeydlərdə Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda nisyə aldığı armaturların miqdarı və qiyməti ödənilmiş məbləğ və qalıq borc göstərilmiş, o və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış hesabat-arayışda hər şey tam dəqiqliyi ilə göstərilmişdir. Təqsirləndirilən şəxs Seyidəmir Seyidovun nisyə götürdüyü armaturlara görə cavabdehlikdən boyun qaçırdığı üçün Şahid6 verilmiş armaturların məbləği həmin borcdan çıxılmış və Təqsirləndirilən şəxs borcu 182.836 manat təşkil etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs2 ona olan etibarından ustalıqla sui-istifadə etmiş, nəticədə ona və Sədrəddinə qarşı dələduzluq edərək, onlara külli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs bəzi hallarda malı aparmağa özü gəlmiş, bəzi hallarda telefonla almaq istədiyi məmulatın adını və miqdarını bildirmiş, yük maşınlarını anbara göndərdiyini demişdir. Həmin ərəfədə bütün metal alqı-satqısı ilə məşğul olanlar etibar etdikləri şəxslərə nisyə olaraq mal verirmişlər. Təqsirləndirilən şəxs metal məmulatlarını alması və pulunu ödəməsini təsdiq edən özü tərəfindən imzalanmış hər hansı rəsmi və qeyri-rəsmi sənəd olmamış, Təqsirləndirilən şəxslə aralarında etibar olmuşdur. Bu səbəbdən o, satdığı malları özündə, Sərxan da özündə qeyd etmiş, bəzi hallarda üzləşdirmə keçirilmiş və razılaşmışlar. Heç vaxt buraxılan mallarda hansısa ziddiyyət və narazılıq olmamış, Sərxan armaturun satışından əldə olunan pula qardaşı ilə torpaq sahələrinin alışı və satışı biznesi ilə məşğul olmaq qərarına gəldiyini, torpaq sahələri aldığını və bu səbəbdən pulu ödəyə bilmədiyini bildirmişdir. Sonradan Sərxanın ondan götürdüyü armaturu metal bazarında Teymur, Eyvaz və Əlövsət adlı şəxslərə ucuz qiymətə satdığını, satışda Seyidəmir və Şahid5 da iştirak etdiklərini müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Baş Polis İdarəsində onunla üzləşərkən 182.835 manat məbləğində armaturu ondan aldığını və 3 ay müddətinə ödəyəcəyini etiraf etsə də, sonradan anlamadığı səbəbdən fikrini dəyişərək, ödəniş etməkdən imtina etmişdir. 07 fevral 2015-ci ildə anbardan AF-28 markalı (28mm diametrli) 4104 ton və 4252 ton olmaqla hər tonunun qiyməti 720 manat olan cəmi 6016 manat dəyərində 8,356 ton armatur buraxıldıqdan sonra borc 198178 manat təşkil etmiş, xx.xx.2015-ci ildə anbardan Təqsirləndirilən şəxs AF-20 markalı (20mm diametrli) 4520 ton, 4520 ton, 4550 ton, AF-22 markalı (22mm diametrli) 4420 ton, 4460 ton, 4510 ton armatur olmaqla cəmi 19476 manat dəyərində 27.050 ton armatur buraxılmış və borc 217654 manat təşkil etmişdir. 10 fevral 2015-ci ildə 11000 manat, xx.xx.2105-ci İldə 15000 manat, xx.xx.2015-ci ildə 19000 manat ödənildikdən sonra borc 172654 manat təşkil etmişdir. 13 yanvar 2015-ci ildə Təqsirləndirilən şəxs zaminliyi ilə Seyidəmir Seyidova 24077 manat və 5272 manat dəyərində armatur nisyə veriləndən sonra həmin borc Təqsirləndirilən şəxs borcuna əlavə olunmaqla xx.xx.2015-ci il tarixə cəmi borc 202.003 manat təşkil etmişdir. 21 mart 2015-ci ildə həmin borcdan 14800 manat ödəniş etdikdən sonra qalıq borc 187.203 manat təşkil etmişdir. 12 mart 2015-ci ildə X15 prospektində aparılan tikintiyə nisyə olaraq AF 25 markalı (25 mm diametrli) 4548 ton, 4492 ton, 3468 ton, AF 28 markalı (28mm diametrli) 4210 ton, 4156 ton və AF-32 markalı (32 mm. diametrli) hər tonunun qiyməti 920 manat olan cəmi 23342 manat dəyərində 25,372 ton armatur və K8 diametrli 2 qutu hər tonunun qiyməti 820 manat olmaqla cəmi 1640 manat dəyərində 2 ton katinka verildikdən sonra əvvəlki borcun 187.203 manat olması nəzərə alınmaqla, cəmi borc 212.185 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Seyidəmir Seyidovun nisyə götürdüyü armaturlara görə cavabdehlikdən boyun qaçırdığı üçün Şahid6 verilmiş armaturların məbləği həmin borcdan çıxılmış və Təqsirləndirilən şəxs borcu 182.836 manat olaraq qalmışdır. Ümumiyyətlə, armatur və digər dəmir məmulatlarının alqı-satqısına 2011-ci ildən başlamış, o zamanlar inhisar dövrü olduğu üçün vergi ödəyicisi kimi qeydiyyata alınmamış, İnhisarın kimin əlində olması isə ona məlum olmamışdır. Mallar gömrükdən onun adına rəsmiləşdirilməmiş, ümumilikdə gömrükdən keçirilmiş mallara görə pul ödəyərək həmin malları götürürmüşlər. "xxxx" MMC-ni 2016-cı ildə təsis edilmiş, hal-hazırda təsisçi direktor o olsa da, ilk olaraq təsis ediləndə o, təsisçi olmamışdır. "xxxx" MMC-ni kimin təsis etdiyini bilməmiş, hazırda "xxxx" MMC mövcud deyildir. Onun "xxxx" MMC-də hər hansı payı və ya aralarında müqavilə olmamışdır. 182.835 manat məbləğində pulu "xxxx" MMC-ə ödəniş etməyimizə dair hər hansı sənədləşmə olmamış, həmin pul köçürülmə yolu ilə göndərilmişdir. Həmin məbləğdən başqa da pul köçürmələri olmuş, o, ümumilikdə bir neçə iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Digər cinayət işləri üzrə təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmamış, Seyidəmir Seyidov tərəfindən ona vurulmuş 29.000 manat maddi ziyanla bağlı Mərəzə adlanan yerdə yerləşən evə dair ona etibarnamə verilmişdir. Hazırda həmin ziyandan da ödənilməmiş məbləğ qalmış və evin sənədi də ondadır. Onlar təhvil verdikləri mallarla bağlı qaimə-faktura təqdim etməmiş, mallarla bağlı qeyd dəftəri olmuş, lakin, həmin dəftərdə Təqsirləndirilən şəxs məxsus hər hansı yazı və ya imza olmamışdır. Qeyd dəftəri onun özünə məxsus olmuş, həmin qeyd dəftərlərinin tərtib edilməsində Təqsirləndirilən şəxs iştirak etməmişdir. Sərxan X1 olan hər hansı borcunu da nəzərə almaqla notarial qaydada ərizə bağlamağı xahiş etməmişdir. Təqsirləndirilən şəxs 350.000 manatlıq notarial müqaviləni onun xahişi ilə bağlaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2014-2016-ci illərdə o, Zərərçəkmiş şəxs1la şərikli olaraq metal məmulatlarının satışı ilə məşğul olmağa başlamışdır. Bunun üçün Dərnəgül metal bazarında icarəyə sahə götürmüşlər. Metal məmulatlarını ya yerli şirkətlərdə bir qədər ucuz qiymətə alırmışlar və ya Rusiya, Ukrayna Respublikalarından gətirdərək qiymətin üzərinə əlavələr etməklə satışını həyata keçirmişlər. Satılan mallardan əldə olan qazanc onların arasında yarıbayarı bölünmüş, aldıqları məmulatlar müxtəlif diametrli armaturlar, katinka, mismar, yanmış məftil digər avadanlıqlardan ibarət olmuşdur. Metal bazarında öz müştəri əhatəsi yaranmış, Təqsirləndirilən şəxs də həmin müştərilərdən biri olmuşdur. Digərləri kimi o da armatur və başqa məmulatlar alıb üzərinə öz əlavəsini etmiş və satdıqdan sonra pulunu ödəmişdir. Təqsirləndirilən şəxs nisyə aldığı malın dəyərini hissə-hissə ödəsə də ona etibarları yaranmış, lakin, son vaxtlar o, nisyə aldığı mallara görə ödəniş etməsini dayandırmışdır. Metal məmulatları adətən müştəriyə icarəyə götürülmüş sahədən anbardar vəzifəsini icra edən Etibar tərəfindən verilmiş, daha doğrusu qaldırıcı kran vasitəsi ilə müştərinin götürdüyü yük avtomobillərinə yüklənmiş, Etibar malı ya onun, ya da Zərərçəkmiş şəxs1 göstərişi ilə nisyə vermişdir. Etibar müştəriyə nisyə verilmiş məmulatın adını, çəkisini və qiymətini özündə qeyd etmiş və iş gününün sonunda ona və ya Ramizə hesabat vermişdir. Ramiz də ondan əlavə özündə qeydiyyatlar aparmış, Təqsirləndirilən şəxs də həmin üsulla müxtəlif ölçülü armaturlar aparmışdır. Təqsirləndirilən şəxs nə vaxt, hansı çəkidə, hansı adda, hansı məbləğdə armatur nisyə verildiyini və onun tərəfindən nə qədər ödəniş edildiyi barədə qeydiyyat aparmışlar. Həmin qeydlər istintaqa təqdim edilmiş və onları təsdiq edir. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 ikisinə birlikdə 182.836 manat dəyərində maddi ziyan vurmuş, əsasən haqq-hesab işlərini Zərərçəkmiş şəxs1 həyata keçirmiş, lakin, hər axşam aralarında hesabları müzakirə etmişlər. 182.836 manat dəyərində pulun yarısı ona, yarısı isə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Təqsirləndirilən şəxslə əvvəllər də nisyə alış-verişləri olmuş, Sərxanın ödəniş etdiyi hallar da olmuş, Təqsirləndirilən şəxs onlardan nisyə apardığı malları müəyyən şəxslərə satmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs nisyə aldığı malları satdığı şəxslərlə arasında olan haqq-hesabın hər hansı qeydiyyatını görməmişdir. O, özü şəxsən öz adından bu işlə bağlı Daxili İşlər Nazirliyinin BŞBPİ-nə nə zaman müraciət etdiyini hazırda xatırlamır. Zərərçəkmiş şəxs1la onun şərikliyini təsdiqləyən hər hansı rəsmi sənəd yoxdur. Onlara ümumilikdə 6-7 nəfər 2 milyon manata yaxın maddi ziyan vurmuş, həmin şəxslərlə bağlı cinayət işlərinə məhkəmələrdə baxılmış, həmin şəxslərdən azadlıqdan məhrum edilən şəxslərlə yanaşı, onların bağışladığı üçün həbs edilməyən şəxslər də olmuşdur. Lakin, barəsində bəraət hökmü çıxarılan şəxslər olmamış, Təqsirləndirilən şəxs 2014-cü ildən tanımışdır. Təqsirləndirilən şəxslə, Zərərçəkmiş şəxs1la birlikdə mal alış verişi ilə bağlı danışıqları olmuş, Seyidəmir Seyidovun 30 min manat borcu olduğu üçün ona mal verməmişlər. Təqsirləndirilən şəxs malları nisyə götürən zaman borcu olsa da, Sərxanı yaxşı insan kimi tanıdıqları üçün ona inanmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən anbarında anbardar işləmiş, Zərərçəkmiş şəxs1 onun əmisi oğludur. O, Rusiya Federasiyasında qeydiyyatda olsa da 2005-ci ildən Azərbaycanda yaşamış, Zərərçəkmiş şəxs1la münasibətləri yaxşıdır. 2011-ci ildən başlayaraq Ramiz dostu Sədrəddinlə şərikli metal məmulatlarının satışı ilə məşğul olmuş, 2014-cü ildə Ramiz ona yanında anbardar kimi işləməyi təklif etmişdir. O, razılaşmış, Ramiz və Sədrəddin metal məmulatlarının satışı ilə məşğul olmaq üçün Dərnəgüldə metal bazarında sahə götürmüşlər. Onların satış üçün aldıqları müxtəlif metal məmulatları həmin sahədə saxlanılmış, o, razılaşandan sonra Ramiz və Sədrəddin daxil olan və satılan metal məmulatlarının qeydiyyatını aparacağını və işin sonunda hesabat verəcəyini bildirmişlər. Metal məmulatları anbardan əsasən nisyə satılmış, metal məmulatları müxtəlif diametrli armaturlardan, katinkalardan, mismardan, yanmış məftildən və sairədən ibarət olmuşdur. Müştəriyə malı nisyə o, Ramizin və ya Sədrəddinin göstərişi əsasında vermişdir. Nisyə mal ancaq tanıdıqları və etibar etdikləri müştərilərə verilmiş, müştəri metal məmulatlarını götürəndə o, tərtib etdiyi anbar kitabında buraxılan malın adını, kodunu, çəkisini, 1 tonunun qiymətini və cəmi dəyərini qeyd etmişdir. Müştəri nisyə aldığı malı satıb pulunu ödəyəndə dəftərdə üzərindən xətt çəkməklə borcunun qalmamasını qeyd etmiş, müştəri pulu hissə-hissə ödədikdə dəftərdə ödədiyi pulun miqdarı göstərilmiş və ümumi borcdan silinmişdir. Təqsirləndirilən şəxs o, qonşu kənd sakini kimi tanımış, Təqsirləndirilən şəxs də müştəri olmuş və etibar qazandığından ona Ramiz və Sədrəddin nisyə mal vermişlər. O, həmişə olduğu kimi Sərxanın da götürdüyü metal məmulatlarını dəftərdə qeyd etmiş, onun ödədiyi pulun miqdarını da yazmışdır. Son vaxtlar Sərxan pulu ödəməmiş, borcu artmış, o, bu barədə Ramizə və Sədrəddinə bildirmişdir. Ramiz Təqsirləndirilən şəxslə əlaqə saxlayıb pulu ödəməsini bildirmiş, Sərxan hər dəfə pulu ödəyəcəyinə vəd etmişdir. Ona möhlət verilsə də o, pulu ödəməmiş və 182.836 manat borcu yaranmış, Seyidəmir Seyidov bir dəfə Sərxanın zaminliyi ilə 30.000 manat dəyərində armatur götürmüş və pulunu ödəməmişdir. Həmin armaturun Təqsirləndirilən şəxs nisyə aldığı 182.836 manat dəyərində armatura heç bir aidiyyəti olmamışdır. Sərxan bəzən özü obyektə gəlmiş, bəzən isə zəng etmiş və nisyə almaq istədiyi metal məmulatları onun göndərdiyi avtomobillərə yüklənmişdir. 182.836 manat dəyərində armaturun borcu 2014-2015-cü illər ərzində yaranmış, həmin ərəfədə onlar fiziki şəxs kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərmişlər. Bu səbəbdən qaimə verilməmiş, buraxılan məmulatları və ödənilən pulu kitabda qeyd etmişlər. Müştəriyə, o cümlədən Təqsirləndirilən şəxs etibar etdikləri üçün imza etdirməmişlər. Bir dəfə X7 məxsus metalları aparmağa gəlmiş, Ramiz onu görmüş və Sərxanın malı ona verməsindən ehtiyat edib, ona malı Seyidəmirə verməməyini bildirmişdir. Özü isə Sərxanla əlaqə yaratmış, Sərxan Seyidəmirin sürücü kimi gəlməsini bildirəndən sonra onun avtomobilinə metal məmulatı yüklənmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış arayış-hesabat hər şey tam dəqiqliyi ilə göstərilmiş, Təqsirləndirilən şəxs ümumilikdə 182.836 manat məbləğində əmlakı ələ keçirməsi müəyyən edilmişdir. Qeydiyyatı Zərərçəkmiş şəxs1 həyata keçirdiyi üçün nə qədər borc məbləğinin qalmasını o, dəqiq bilməmiş, ona 182.836 manat dəyərində borc məbləği barədə məlumatı Zərərçəkmiş şəxs1 demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1993-cü ildən 2013-cü il tarixədək Qobustan rayon Notariat Kontorunda notarius işləmiş və 1993-cü ildə isə könüllü olaraq öz ərizəsi əsasında işdən çıxmış, sonradan isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlamış, hazırda Vəkillər Kollegiyasının üzvüdür. O, notarius işlədiyi vaxt və sonralar da onun hüquq mühafizə orqanlarında və digər hər hansı bir orqanda heç bir işi olmamışdır. O, sonradan Zərərçəkmiş şəxs1 Seyidəmirin Sərxanla birlikdə onların işlədiyi şirkətdən külli miqdarda armatur götürdüyünü, satıb pulunu mənimsəyərək qaytarmadıqlarını eşitmişdir. Seyidəmirin həmin armaturları satıb əldə etdiyi pulları haraya xərcləməsini bilməmiş, bunu biləndən sonra Seyidəmirdən həmin pulları haraya xərclədiyini soruşsa da Seyidəmir ona heç nə deməmişdir. Ancaq Sərxan ona bu barədə bildirəndə Seyidəmirin qardaşı olaraq o da bacardığı qədər şirkətə pulların qaytarılmasına kömək edəcəyini bildirmişdir. Seyidəmirin armatur götürüb satıb pulunu mənimsəməsində onun heç bir iştirakı olmamış və o, bunu sonradan eşitmişdir. Notarisu kimi işlədiyi dövrdə barəsində hər hansı şikayət olması və ya hüquq mühafizə orqanlarında hər hansı araşdırma aparılması mümkündür. Lakin, barəsində hər hansı cinayət işi üzrə araşdırılma aparılmamışdır. Qardaşı sürücü işləyən adam olmuş, qardaşının ona hər hansı maddi dəstəyi olmamış, əksinə o özü qardaşına köməklik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş və məhkəmə tərkibində dəyişiklik edilməsi səbəbindən məhkəmə istintaqı təzələndikdən sonra məhkəmə iclasında verdiyi ifadəsi elan olunan Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu və Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs1 təxminən 2015-2016-cı illərdən tanıyır. Əsasən vergi işlərini mübahisələndirmiş, həmin vaxt tanış olduqdan sonra Zərərçəkmiş şəxs1 sənədləri ona təqdim etmiş, o, görüşəndə artıq borc yaranmış, sonuncu partiya mal verilmişdir, malların təqdim edilməsində, hansı şərtlərlə verilməsini şəxsən görməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi Zərərçəkmiş şəxs2, direktoru isə Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu olmuş, o isə həmin Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi olmadan, etibarnamə əsasında işləmişdir. "xxxx" MMC-nin təsis olunmasında iştirak etməmiş, "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında yaradılmışdır. Həmin Cəmiyyət yaranmamışdan əvvəl armatur və digər avadanlıqlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən topdansatış qiymətinə alınıb vətəndaşlara satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti armatur, katinka, mismar, yanmış məftil və digər avadanlıqları əsasən Ukrayna Respublikasından və Rusiya Federasiyasından ABŞ dolları müqabilində alıb satmışdır. Armatur və digər avadanlıqlar ünvan 2 ünvanında anbara yığılıb oradan satılmışdır. Təqsirləndirilən şəxs anbardan armatur götürmüş, pulun bir qismini versə də pulun qalan hissəsini verməmişdir. O, Təqsirləndirilən şəxs nisyə götürdüyü armaturları kimlərə verməsini bilməmiş, lakin, o, özü həmin dəmir məmulatlarını verərək, qazanc əldə etməsini, eləcə də, zərərçəkmiş şəxslərə olan borcunu etiraf etmişdir. Təqsirləndirilən şəxs satışı ölkə daxilində keçirmiş, digər borclulardan əlavə Təqsirləndirilən şəxs də borcun istənilməsi prosesində iştirak etmiş, həm onun özü, həm də qardaşları ilə görüşləri olmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs həmin malların satışından əldə etdiyi pullarla torpaq sahəsi almışdır. Təqsirləndirilən şəxs qardaşları onlara Novxanı yolunda sahəsi təxminən 2 hektara yaxın olan torpaq sahəsini göstərərək, borcun əvəzində təklif etmiş, o, həmin təklifin qəbul edilməsini məsləhət görsə də zərərçəkmiş şəxslər həmin ərazidə torpaq sahəsinin qiymətinin ucuz olması səbəbindən təklifi qəbul etməmişlər. Torpaq sahəsinin alınma vaxtı borcun yaranması zamanına uyğun gəlmişdir. Seyidov Seyidəmirin də zərərçəkmiş şəxslərə borcu olmuş, Seyidəmirlə Sərxanın əlaqələrindən məlumatı olmamışdır. Torpaq sahəsindən əlavə Sərxanın qardaşları Abşeron rayonu ərazisində mənzil də təklif etmişlər. Lakin, həmin evdə ailə yaşadığı üçün Zərərçəkmiş şəxs1 ailənin evdən çıxarılmasına razı olmayaraq, humanistlik göstərmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2015-2016-cı illərdən tanımış, onun Zərərçəkmiş şəxs1la tanışlığı yarananda artıq Təqsirləndirilən şəxs borcu yaranmışdır. "xxxx" MMC-nin təsis olunmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs verilmiş armaturlar "xxxx" MMC-yə məxsus olmamış, şəxsi anbardan verilmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 400-500 min manatlıq mal götürərək, hər dəfə mal götürdüyü zaman təxminən bir ay müddətində gətirib pulu vermişdir. Lakin, 182.836 manat dəyərində armatura dair hissədə Təqsirləndirilən şəxs dələduzluq əməli törətmişdir. Təqsirləndirilən şəxs əgər əvvəlki malların pulunu verməyəcəyi halda, ona növbəti dəfə satış üçün mal verilməzdi. Lakin, Sərxan sonuncu dəfə zərərçəkmiş şəxsləri tələsdirərək, bir neçə hissə malın pulunu birlikdə qaytaracağını vəd verdiyi üçün armaturlar ona verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X6 oğlu onun atasıdır. Onun atası özünün «Kamaz» markalı avtomaşını ilə daşınma ilə məşğul olmuşdur. 2017-ci ilin mart ayında atası Bakı şəhər Baş Polis İdarəsində həbs edilərkən onlara məlum olmuşdur ki, atası armatur götürüb satıb pulunu verməmişdir. O, Sərxanı 2017-ci ilin fevral ayında nənəsi Sona xanım rəhmətə getdiyindən Qobustan şəhərində yaşadığı evdə yas məclisində Sərxan da gəlib həmin hüzur məclisində iştirak edərkən tanımışdır. Təqsirləndirilən şəxslə atasının ona olan borcu barədə hər hansı söhbəti olmamışdır. O, X10un pulları əmisi Şahid2 problemlərinə xərcləməsini deməmişdir. X10 sürücü kimi fəaliyyət göstərmiş, o, özü müstəqil şəkildə alqı-satqı etməmişdir. Onun əmisi Şahid2 hazırda vəkil kimi fəaliyyət göstərir. Əmisi Tofiq əvvəllər Qobustan şəhərində notarius kimi işləmişdir. O, əmisinin yaşını dəqiq bilməsə də, onda olan məlumata görə əmisi Şahid2 pensiya yaşına çatdığı üçün notarius fəaliyyətini dayandırmışdır. Əmisi Şahid2 işində hər hansı problem olması ilə bağlı onda məlumat olmamışdır. Onun X10 nənəsinin yas məclisində saxlanılmış, o, Bakıda yaşadığı üçün Qobustan şəhərində yerləşən evin atası tərəfindən kiməsə etibarnamə əsasında verilməsindən məlumatı olmamışdır. İstintaq zamanı düzgün ifadə vermişdir, həmin ifadəsini təsdiq edir, ola bilsin ki, hazırda müəyyən detalları unutmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2008-ci ildən Seyidəmir Seyidovu tanımış, onun həmin vaxtı yük maşını olmuş və yükdaşıma ilə məşğul olmuşdur. Seyidəmir də həmin vaxtı yük maşını idarə etmiş və onunla ümumi iş prosesində tanışlığı yaranmış, tanışlıqları dostluğa çevrilmişdir. 2010-cu ilə qədər o, X18 ilə müqavilə bağlayıb köçürmə ilə onlardan armatur alıb satışı ilə məşğul olmuşdur. Bundan sonra o, sifariş əsasında armaturun daşınması ilə məşğul olmuş, 2014-cü ilin yay aylarından isə o, Təqsirləndirilən şəxs tanımışdır. Onunla tanışlığı Seyidəmirin vasitəsi ilə olmuş, Sərxan, o və Seyidəmir bir neçə dəfə oturub çay içmiş, Sərxanla onun heç bir alveri olmamışdır. Lakin, Seyidəmirlə dost olduğu üçün ona nisyə formada mal tapıb verirmiş, o da əvvəl götürdüyü malların pulunu vermişdir. 2014-cü ilin may ayında o, Naxçıvanda nənəsinin yas mərasimində olanda Seyidəmir ona zəng vurmuş, 2 maşın armatur lazım olduğunu, 5-10 günə pulunu bağlayacağını bildirmişdir. O, dostu Kənandan Seyidəmirə 2 maşın armatur verməsini xahiş etmiş və armatur ona verilmiş, armaturun dəyəri 56.000 dollar etmişdir. Deyilən vaxtdan 10 gün keçəndən sonra ondan pulu istədikdə, Seyidəmir yayınmağa başlamış, Seyidəmirlə söhbət zamanı pulun əvəzində Atyalı deyilən ərazidə qardaşı Tofiqin 35 sot və 50 sot torpağını verəcəyini bildirmişdir. O da Rəşadgilə Seyidəmirin dediyi kimi demiş, o isə Seyidəmiri tanımadığını bildirmişdir. Rəşada onun özünün də 54.000 dollar borcu olduğundan, Rəşad həmin məbləğləri birləşdirərək, ona 100.000 dollar borcu yarandığını demişdir. Həmin borcun əvəzinə o, X17 MTK-da borc əvəzi yeni tikilinin birinci mərtəbəsində 300 kvadrat metrlik obyekt vermişdir. O, Seyidəmirdən onun idarə etdiyi bankda olan Meredes S-Clas markalı maşınını borc əvəzi götürmüşdür. Seyidəmir ona banka 5000 manat borcu olduğunu bildirsə də, yoxladanda həmin məbləğin 17100 dollar olduğu müəyyən edilmişdir. Həmin vaxtdan onun Seyidəmirlə münasibətləri korlanmışdır. Armatur satışı ilə eyni vaxtda torpaq alqı-satqısı ilə də məşğul olmuşdur. Onun əvvəlcədən aldığı Novxanı qəsəbəsində 6 ədəd 12 sotluq torpağı olmuşdur. Sərxanın qardaşı Elbariz ev alqı-satqısı işi ilə məşğul olduğu üçün Sərxana həmin torpaqların satılmasında ona köməklik göstərməsini demişdir. O da qardaşı Elbarizə bu barədə demiş, Elbarizin vasitəsi ilə həmin yerlərdən ikisini 38.000 manata satmışdır. 2014-cü ilin may ayında o, Abşeron rayon icra hakimiyyətindən Runo MMC-yə məxsus olan torpaqdan 5 hektar torpaq almaq üçün çalışırmış, həmin yerin sotunu ona 350 manatdan demişlər. Bunun müqabilində o, 175.000 manat pul verməli olmuş, ona görə o, dostu Elvin ilə razılaşmış, ona məxsus 4 evi banka girov qoyub 200.000 manat pul götürəcəyini bildirmiş, həmin pulla da o, deyilən torpağı almalı idi. Həmin torpağın alınmasında nə Seyidəmir nədə ki, Sərxan iştirak etməmiş, sonradan o, Sərxanla Seyidəmirin bazarda armatur satışı ilə məşğul olan Ramiz adlı şəxsdən müəyyən dövr ərzində armatur götürdüklərini, Ramizə müəyyən miqdarda borclu qaldıqlarını bilmişdir. Sərxan və Seyidəmir ondan 3 hektar torpağı neçəyə satmağı ilə maraqlanmış, o da onlara 300.000 manata satmaq istədiyini bildirmişdir. Onda onların hər ikisi ona Ramizlə danışdıqlarını, həmin torpağı Ramizin adına sənədləşdirməyini, Ramizin isə ona 300.000 manat dəyərində, yarısını nağd pul, yarısını isə armatur verəcəyini bildirmişlər. O, Sərxana yerin sənədinin Mehmanda olduğunu, 10.000 manat pul müqabilində yerin girov qoyulduğunu və pul götürdüyünü demiş, Sərxan isə ona pulu verə biləcəyini bildirmişdir. Sərxan 10.000 manat pulu Mehmana vermiş, yerin sənədini götürmüş, sənəd Sərxanda qalmış, o, bundan sonra Zərərçəkmiş şəxs1 yanına getmişdir. Ramiz isə Sərxanla Seyidəmirin borcunu çıxandan sonra ona 80000-100000 manat arası hissə-hissə pul verə biləcəyini demişdir. Ramiz ona Sərxan və Seyidəmirin ona götürdükləri malın pulunu guya onunla birlikdə torpaq aldıqlarını, armaturların pulunu guya torpağa verdiklərini demələrini bildirmiş, o da bunun yalan olduğunu söyləmişdir. O, həmin torpaqları bankdan götürdüyü pulla aldığını bildirmiş, Elbariz və onun tanışları torpağın birinə 13000 manata müştəri tapmış, o da razılaşaraq torpağın birini həmin qiymətə satmış, Sərxandan sənədini götürmüş, sonradan o, həbs olunduğundan bütün işləri yarımçıq qalmışdır. Onun bildiyimə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 götürdüyü armaturların pulunu mənimsəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 30.000 manat dəyərində götürüb satdığı dəmir armaturların pulunun üstünə qoyub Sərxanın razılığı ilə torpaq alınması üçün göstərdiyi Şahid5 vermişdir. Torpaq alıb-satmaq üçün təxminən 200 min manata yaxın pul lazım olmuş, danışıqlarına əsasən təxminən 10 hektar torpaq sahəsi alınmalı olmuşdur. O, torpaq alqı-satqısına qarışmamış, o, yalnız daşınma işini həyata keçirmişdir. Bu biznes danışığı Şahid5, Təqsirləndirilən şəxs və Sərxanın qardaşı Elbariz Tağıyev arasında olmuşdur. Şahid5 özünün pulu olmamış, Təqsirləndirilən şəxs 200 min manata yaxın pul yatırım etməyi öhdəsinə götürmüşdür. O, Zərərçəkmiş şəxs1 anbarında olan armaturları götürüb daşımış, Təqsirləndirilən şəxs demişdir ki, Zərərçəkmiş şəxs1 armatur götürəcək və həmin armaturların satışından əldə edilən pulun təkcə qazanc hissəsini deyil, hamısını torpaq alqı-satqısına yönəldəcəkdir. Torpaqlar satıldıqdan sonra Zərərçəkmiş şəxs1 armaturlarının pulu veriləcək, armatur sahiblərinə, yəni Zərərçəkmiş şəxs1 pulun torpaq alqı-satqısına yönəldilməsi barədə məlumat verilməsə də, armaturların pulunun 2-3 ay ərzində ödəniləcəyini bildirilmişdir. O, armaturları daşımaq üçün gedərkən həmin armaturların pulu ilə torpaq alınacağını bilmişdir. Torpaqların alınması-satılması ilə bağlı problem olacağı təqdirdə, pulun batacağı təqdirdə nəticənin necə olacağını bilməmişdir. O, özü şəxsən Zərərçəkmiş şəxs1 30 min manat dəyərində armatur alaraq satmış və Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün həmin pulu Təqsirləndirilən şəxs vermiş, daha doğrusu Sərxanın sözü ilə onun göndərdiyi dostu Vüqara vermişdir. O, İlkin ifadələrində də Təqsirləndirilən şəxs armaturların pulunu torpaq alqı-satqısına yönəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə olan söhbət zamanı armaturların pulunu torpaq alınmasına xərclədiyini etiraf etmişdir. Armaturları Zərərçəkmiş şəxs1 anbarından götürərək, Bakıxanov qəsəbəsində Təqsirləndirilən şəxs bildirdiyi ünvana, Məscidin yaxınlığında yerləşən yeni tikiliyə aparmışdır. Həmin armaturları iki-üç dəfəyə götürmüş, təxminən 10 maşın armatur olmuş, həmin daşınmanın birini özü həyata keçirmiş, digər daşınmaları sürücüləri həyata keçirmiş, həmin armaturlar təxminən bir ay müddətində daşınmışdır. Həmin sürücülərdən biri Ələsgər adlı şəxs olmuş, hazırda rəhmətə getmişdir. Rafiq adlı sürücü də digərlərini daşımışdır, o da hazırda rəhmətə getmişdir. Armaturlar 3 dəfəyə daşınmışdır. Onun Şahid2 adında qardaşı vardır, o, hazırda vəkil kimi fəaliyyət göstərir. Həmin tarixlərdə Şahid2 notarius vəzifəsində çalışmış, onun işləri qaydasında olmuş, qardaşı Şahid2 barəsində hüquq mühafizə orqanlarında hər hansı araşdırmanın gedib-getməməsini bilməmişdir. 14 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs 14 fevral 2015-ci il tarixdən 31 mart 2015-ci il tarixədək tam qaytarmaq şərti ilə 350.000 manat pulu nağd kredit verməsi barədə Bakı şəhəri 37 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Belə ki, Sərxan ona "gəl səninlə gedək notariat kontoruna müqavilə bağlayaq” təklifini vermiş, guya ona 350.000 manat kredit verməsini, həmin armaturların pulunu Ramiz istəyəndə həmin müqaviləni Ramizə göstərəcəyini, guya ondan aldığı armaturların hamısını ona verdiyini bildirmişdir. O da Sərxana inanmış və Xırdalan şəhərində səyyar avtobusda vətəndaşlara xidmət göstərən asan xidmətinin notariat kontorunda gedib həmin kredit müqaviləsinə imza etmişlər. Əslində isə Sərxan ona 350.000 manat kredit verməmiş, sonradan kriminal aləmdə tanınan şəxs “Basqallı Zaur” adlı şəxsi çağırmışlar. Həmin şəxs 350 min manat pulu ödəməyi ondan tələb etmişdir. Həmin şəxslər ona Xırdalanda hədə-qorxu gəlmişlər, ancaq dəqiq vaxtı dəqiq bilmir, həmin kriminal şəxslər gələndə borc müqaviləsinin mövcud olub-olmamasını xatırlamır. 350 min manatlıq müqaviləni mübahisələndirmək üçün hər hansı hüquq mühafizə orqanına müraciət etməmişdir. Həmin müqavilə onda olmamış, qeyd edilən müqavilənin qüvvədə olub-olmamasını isə bilmir. Ümumiyyətlə, o, əvvəllər torpaq alqı-satqısı ilə məşğul olmamış, torpaq alqı-satqısında yaxşı gəlir olmasını Şahid5 ona demişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu ilə Təqsirləndirilən şəxs Rafael oğlu arasında olan xx.xx.2017-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu 182.185 manat dəyərində armaturu özünə götürdüyünü etiraf edərək, həmin məbləği Zərərçəkmiş şəxs1 ödəyəcəyinə söz vermişdir. (cild 01, iş vərəqə 155-158) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 Seyfulla oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 Zərərçəkmiş şəxs1 əvvəldən tanıdığını, əvvəllər ondan armatur götürüb satdığını, 182.000 manatlıq armatur və katinkanı Təqsirləndirilən şəxs və Ramin ilə aralarında olan razılaşmadan sonra Zərərçəkmiş şəxs1 hissə-hissə mal götürüldüyünü, Sərxanın Ramizə telefon vasitəsi ilə zəng vuraraq həmin armatur və katinkanı özü üçün götürdüyünü və onu yük maşınının sürücüsü kimi ora göndərdiyini, o, Sərxanın zəngindən sonra xatırlamadığı tarixdə təxminən 2 ay müddətində Ramizin iş yerindən armatur və katinka götürərək tanışı Ramin vasitəsi ilə satıldığını və həmin malların dəqiq hara satılmasını xatırlamadığını, həmin manatlıq tikinti materiallarını Ramin satdıqdan sonra həmin gün üçün Sərxana çatası 30.000 manat pulu ona verildiyini, o, da Xırdalanda Sərxanın işlədiyi anbarda həmin pulu ona verdiyini, yerdə qalan məbləği isə Ramin Mehdiabad qəsəbəsində olan 3 hektar torpaq sahəsinin sənədləşdirilməsi üçün özünə götürdüyünü, sonradan həmin torpaq sahəsinin götürülmüş pulun qarşılığında 1 hektarının Ramin tərəfindən Zərərçəkmiş şəxs1 verilməsi təklif olunduğunu, həmin torpağın sənədləşdirilməsi üçün 30000 manat pul istənildiyini, pulu heç kimin düzəldə bilmədiyni, ona görə Ramizin pulunun qaytarılması məsələsi öz həllini tapmadığını, Sərxanın Şahid5 verilməli olduğu malın pulunun onun tərəfindən ödənilməli olduğunu bildirməsini, Sərxanın onunla borc müqaviləsi bağlamağı təklif etdiyini, onların hədə-qorxusundan sonra onlarla müqavilə bağlamağa razlışdıqdan sonra 350.000 manatlıq borc müqaviləsi bağlandığını, lakin onun pulu olmadığına və həmin pulun ona heç bir aidiyyəti olmadığına görə həmin məbləği ödəmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. (cild 03, iş vərəqə 35- 39) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid6 Seyfulla oğlu ilə Şahid5 arasında aparılmış üzləşdirmə zamanı Şahid5 nə Sərxanla nə də Seyidəmirlə oturub torpaq almaq üçün pul lazım olması və Ramizdən mal alıb onun pulu ilə torpaq almaq barədə heç bir söhbəti olmadığını, Seyidəmirin ona bu məqsədlə heç bir material gətirib vermədiyini, bunların hamısının yalan olduğunu, o, həmin torpaq sahəsini 4 ədəd evi banka girov qoyub aldığını, torpaq sahəsini o, 2014-cü ilin aprel-may aylarında alıb pulunu verdiyini, bildirməklə yanaşı, 2014-cü ilin yay aylarında ona torpağa görə pul lazım olduğu, onun guya Seyidəmir və Sərxanla etdiyi söhbətlər hamısının uydurma olduğunu Şahid6 üzünə qarşı söyləmişdir. (cild 03, iş vərəqə 126-128) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında aparılmış üzləşdirmə zamanı Şahid5, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la münasibəti olduğuna görə onun Ramizdən armatur və digər məhsullar götürərək Seyidəmir Seyidov vasitəsilə satdığını və işlədiyi yerin müdiri Elçin adlı şəxsə olan kəsrlərini bağladığını Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. (cild 3, iş vərəqə 129-132) İş materiallarında olan 06 may 2021-ci il tarixli Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan və fotoşəkillərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanda yerləşən “Superspace” hazırda “SAR-2016 adlanan MMC-yə məxsus anbarın ərazisini göstərərək, 2014-2015-ci illərdə Təqsirləndirilən şəxs və Şahid6 Seyfulla oğluna 182.836 manat dəyərində müxtəlif ölçüdə armaturları verdiyini bildirmişdir. (cild 3, iş vərəqə 198-202) İş materiallarında olan Təqsirləndirilən şəxs verilmiş dəmir məmulatları və ödənilmiş pullar barədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən tərtib edilmiş hesabatarayışdan və 7 vərəqədən ibarət metal məmulatlarının qeydlərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs anbardan 16mm diametrli Ukrayna istehsalı olan hər tonunun qiyməti 775 manat olan cəmi 32,800 ton, 25420 manat dəyərində armatur verilmişdir. xx.xx.2014-cü ildə həmin armaturun dəyərindən 20.000 manat ödənilmiş və 5420 manat borcu qalmışdır. xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs anbardan 16mm diametrli (AF-16 markalı) hər tonunun qiyməti 765 manat olan 21343 manat dəyərində 27,900 ton armatur nisyə verilmişdir. Əvvəl qalan borcla Təqsirləndirilən şəxs ümumi borcu 26763 manat təşkil etmişdir. xx.xx.2014-cü ildə onun tərəfindən 5400 manat ödənilmiş və borcu 21363 manat qalmışdır. 22. 11. 2014-cü ildə 3 yük avtomobilində hər birində ayrı-ayrılıqda 31,010 ton, 31.060 ton, 30,080 ton olmaqla hər tonunun qiyməti 765 manat olan cəmi 70,495 manat dəyərində 92,150 ton Ukrayna istehsalı olan armatur buraxılmış, ümumi borc 91858 manat təşkil etmiş və Təqsirləndirilən şəxs xx.xx.2014-cü ilə 19000 manat ödədikdən sonra borc 72858 manat qalmışdır. Həmin borcdan xx.xx.2014-cü ildə 10.000 manat, xx.xx.2014-cü ildə 5508 manat və xx.xx.2014-cü ildə 20.000 manat ödənildikdən sonra qalıq borc 37350 manat təşkil etmişdir. xx.xx.2014-cü ildə Təqsirləndirilən şəxs anbardan 5 avtomobildə hər birində ayrı- ayrılıqda 31,110 ton, 31,290 ton, 31,350 ton, 30,950 ton, 32,650 ton olmaqla hər tonunun qiyməti 760 manat olan 119586 manat dəyərində 157, 350 ton Ukrayna istehsalı olan (armaturun ölçüsü qeyd olunmamışdır) armatur buraxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs borcu əvvəlki borc nəzərə alınmaqla 156936 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixdə anbardan Təqsirləndirilən şəxs Af-20 markalı (20mm diametrli) 18,060 ton; AF-12 markalı (12mm diametrli) 4520 ton; AF-22 markalı (22mm diametrli) 13,190 ton, AF-12 markalı (12mm diametrli) 13,570 ton; AF-20 markalı (20mm diametrli) 4,510 ton; AF-18 markalı (18mm diametrli) 4,540 ton, AF-22 markalı (22mm diametrli) 9,120 ton; Af-12 markalı, (12mm diametrli) 27,320 ton hər tonunun qiyməti 730 manat olmaqla cəmi 69228 manat dəyərində 94,830 ton armatur buraxılmışdır. Təqsirləndirilən şəxs borcu əvvəlki nəzərə alınmaqla 226,162 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə 10.000 manat ödənildikdən sonra borc 216162 manat, xx.xx.2015-ci ildə 24000 manat ödənildikdən sonra borc 192162 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə anbardan AF-28 markalı (29mm diametrli) 4104 ton və 4252 ton olmaqla hər tonunun qiyməti 720 manat olan cəmi 6016 manat dəyərində 8,356 ton armatur buraxıldıqdan sonra borc 198178 manat təşkil etmişdir. 10.02.2-15-ci ildə anbardan Təqsirləndirilən şəxs AF-20 markalı (20mm diametrli) 4520 ton, 4520 ton, 4550 ton, AF-22 markalı (22mm diametrli) 4420 ton, 4460 ton, 4510 ton armatur olmaqla cəmi 19476 manat dəyərində 27,050 ton armatur buraxılmış və borc 217654 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə 11000 manat, xx.xx.2105-ci ildə 15000 manat, xx.xx.2015-ci ildə 19000 manat ödənildikdən sonra borc 172654 manat təşkil etmişdir. 13.01. 2015-ci ildə Təqsirləndirilən şəxs zaminliyi ilə Seyidəmir Seyidova 24077 manat və 5272 manat dəyərində armatur nisyə veriləndən sonra həmin borc Təqsirləndirilən şəxs borcuna əlavə olunmaqla xx.xx.2015-ci il tarixə cəmi borc 202003 manat təşkil etmiş, xx.xx.2015-ci ildə həmin borcdan 14800 manat ödəniş etdikdən sonra qalıq borc 187203 manat təşkil etmişdir. xx.xx.2015-ci ildə Təqsirləndirilən şəxs Babək prospektində aparılan tikintiyə nisyə olaraq AF 25 markalı (25mm diametrli) 4548 ton, 4492 ton, 3468 ton, AF 28 markalı (28mm diametrli) 4210 ton, 4156 ton və AF-32 markalı (32 mm. diametrli) hər tonunun qiyməti 920 manat olan cəmi 23342 manat dəyərində 25,372 ton armatur və K8 diametrli 2 qutu hər tonunun qiyməti 820 manat olmaqla cəmi 1640 manat dəyərində 2 ton katinka verildikdən sonra əvvəlki borc 187203 manat nəzərə alınmaqla cəmi borc 212.185 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Seyidəmir Seyidovun nisyə götürdüyü armaturlara görə cavabdehlikdən boyun qaçırdığı üçün Şahid6 verilmiş armaturların məbləği həmin borcdan çıxılmış və Təqsirləndirilən şəxs borcu 182836 manat təşkil etmişdir. (cild 1 iş vərəqə 174- 175; cild 3, iş vərəqə 203-212) "xxxx" MMC daxil olmuş və bir ədəd video diskə köçürülmüş məlumatlara baxış keçirilməsinə dair 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1la, Şahid6 və Təqsirləndirilən şəxs arasında mobil telefon vasitəsi ilə SMS yazışmaları olmuşdur. Həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “darıma, bu gün pul verəcəm, məni aldatdılar...”, “”Ramiz sənə nə qədər pul versəm qalığı ayın axırına gözləyərsən” və s. məzmunlu mesajlar yazmışdır. (cild 3, iş vərəqə 169-171) İş materiallarında olan 20 sentyabr 2017-ci il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu ifadəsində 2017-ci ilin sentyabr ayının 30-dək Zərərçəkmiş şəxs1 götürdüyü 182.835 manat dəyərində armaturların pulunu qaytarmasına dair söz vermişdir. (cild 01, iş vərəqə 167-168) İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli izahatından görünür ki, o, Zərərçəkmiş şəxs1 dəmir məmulatlarının müqabilində 183 min manat borcunun olmasını bildirmişdir. (cild 01, iş vərəqə 13) İş materiallarında olan Şahid6 Seyfulla oğlunun təqsirləndirilən şəxs qismində əlavə dindirilməsinə dair xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, Şahid6 Seyfulla oğlu ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 186.000 manat dəyərində armatur götürərək ona verdiyini, həmin armaturları satdığını, Təqsirləndirilən şəxs həmin puldan 21.000 manat götürərək, qalan pulu torpaq alınması üçün saxlamasını ona bildirdiyini, Təqsirləndirilən şəxslə əvvəlcədən Zərərçəkmiş şəxs1 armaturları götürüb sataraq əldə edilən pula torpaq sahəsi alıb sonra baha qiymətə satıb aralarında bölmək üçün razılaşdıqlarını, o, həbs edilməmişdən əvvəl Təqsirləndirilən şəxs ona adını hallandırmamasını, Zərərçəkmiş şəxs1 şirkətinə pulu qaytarmağa köməklik edəcəyini bildirdiyini və bu səbəbdən əvvəlki ifadələrində bütün günahları öz üzərinə götürdüyünü qeyd etmişdir. (cild 01, iş vərəqə 171-173) İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Şahid5 və X6 oğlunun adlarına torpaq sahəsi qeydiyyata alınmamışdır. (cild 01, iş vərəqə 221) İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlunun adına ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çənlibel kəndində 0,19 ha. həyətyanı torpaq sahəsi və Şəmkir rayonu, Çənlibel kəndində 4.77 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. (cild 01, iş vərəqə 241) İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu 350.000 manat pulu nağd qaydada X6 oğluna kreditə vermişdir. (cild 02, iş vərəqə 24) İş materiallarında olan AR Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi rəsmiləşdirilərkən qanun pozuntusuna yol verilməmişdir. (cild 02, iş vərəqə 31) İş materiallarında olan 15 iyun 2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi diskdə Təqsirləndirilən şəxs ilə Seyidəmir Seyidov arasında aşağıdakı danışıq qeydə alınmışdır: - İndi yekun qərar nağayraq nə təhər edək. - Heç nə nağayracaqsan, ödəyəcəm vəssalam, - 350 mini neylədin, Seydəmir, özümü atım öldürüm, axı ödənməlidir o, pul, öldürməklə iş düzəlir. Belə oturmaqla da düzəlmir. İndi oğlan var ona demişəm, maşın var, 20.000 manat oradan götürəcəm yenə ziyandı cəhənnəm, neyləyim, sonra axşam oturum qardaşımla söhbət edim, də görək qardaş bunu neyləyək, qardaşımın işi tərsinə düşəndə mənə deyir, mən də ona. Elə deyil, mən sənə deyirəm allah haqqı, bunu gizlədə- gizlədə hara aparırsan. Heç hara. 205 mini gizlətdin gətirdin 300 min etdin. Nə qədər ziyan elədin sən.... (cild 04, iş vərəqə 135) Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,06 ha torpaq sahəsi Abşeron rayon 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə/4-735 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti başçısının 1590 nömrəli xx.xx.2010-cu il tarixli sərəncama, razılaşdırılmış eskiz lahiyəyə xx.xx.2014-cü il tarixdə X2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Abşeron rayonu, xırdalan şəhəri 28-ci məhəllə ev 21, 43 saylı mənzil Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 4Ə/679reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-137 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmişdir. X4 və X3 adlarına son 15 ildə Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Rafael oğlunun adına son 15 ildə Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 24 sentyabr 2018-ci il tarixli hökmləri, AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli qərarları, ********* nömrəli cinayət işi üzrə ittiham aktı cinayət işinin materiallarına əlavə olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafael oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə tərkibi, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafael oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Rafael oğlunun özünü məhkəmə baxışı zamanı təqsirli bilməyərək, 182.836 manat dəyərində dəmir materialları ilə bağlı ittihamda onun heç bir iştirakının olmaması, Zərərçəkmiş şəxs1 Seyidəmir Seyidova 182.836 manat dəyərində mal verməsini xahiş etməməsi, çünki, Seyidəmirin onun özünə 167.000 manat borcu olması, Zərərçəkmiş şəxs1 özü gələ bilmədiyi üçün 182.836 manat dəyərində məbləğlə bağlı borc müqaviləsini də yazdırmasını xahiş etdiyi üçün Seyidəmir Seyidov ilə arasında olan borc müqaviləsini öz adına olmaqla 350.000 manat dəyərində bağlaması, Seyidəmirin pulları notarius müdiri işləyən qardaşı Şahid2 dələduzluq əməli ilə bağlı cinayət işinə xərcləməsi, zərərçəkmiş şəxslərə hər hansı maddi ziyan vurmaması, dələduzluq cinayətini törətməməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyaraq, həqiqəti əks etdirməməklə, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu ilə Təqsirləndirilən şəxs Rafael oğlu arasında olan xx.xx.2017-ci il tarixli üzləşdirmədə dindirmə protokol, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolları, 06 may 2021-ci il tarixli Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılmasına dair tərtib edilmiş protokol, Təqsirləndirilən şəxs verilmiş dəmir məmulatlarının və ödənilmiş pul barədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən tərtib edilmiş hesabat-arayışdan və 7 vərəqədən ibarət metal məmulatlarının qeydlərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol, "xxxx" MMC-dən daxil olmuş və bir ədəd video diskə köçürülmüş məlumatlara baxış keçirilməsinə dair 26 aprel 2021-ci il tarixli protokol, 20 sentyabr 2017ci il tarixdə şahid qismində dindirilən Təqsirləndirilən şəxs Rafael oğlunun 2017-ci ilin sentyabr ayının 30-dək Zərərçəkmiş şəxs1 götürdüyü 182.835 manat dəyərində armaturların pulunu qaytarmasına dair söz verməsinə dair ifadəsi, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli izahatı və digər mötəbər sübutlarla tam təkzib edilir. Həmçinin, məhkəmə tərkibi 15 iyun 2022-ci il tarixdə ibtidai istintaq orqanına Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş diskdəki səs yazılarına, eləcə də, xx.xx.2015-ci il tarixli 350.000 manat dəyərində kredit müqaviləsinə hüquqi qiymət verərək, belə hesab edir ki, həmin materialların mötəbərliyi Təqsirləndirilən şəxs ilə Şahid6 Seyfulla oğlu arasında keçirilmiş üzləşdirmə protokolu, Təqsirləndirilən şəxs verilmiş dəmir məmulatlarına ödənilmiş pul barədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən tərtib edilmiş hesabat-arayış, şahid Seyidəmir Seyidovun ifadəsi, eləcə də, digər sübutlarla inkar olunur. Belə ki, Şahid6 Seyfulla oğlu məhkəmədə ifadəsində 14 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 fevral 2015-ci il tarixdən 31 mart 2015-ci il tarixədək tam qaytarmaq şərti ilə 350.000 manat pulu nağd kredit verməsi barədə Bakı şəhəri 37 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Belə ki, Sərxan ona "gəl səninlə gedək notariat kontoruna müqavilə bağlayaq” təklifini vermiş, guya ona 350.000 manat kredit verməsini, armaturların pulunu Ramiz istəyəndə həmin müqaviləni Ramizə göstərəcəyini, guya Ramizdən aldığı armaturların hamısını ona verdiyini bildirmişdir. O, Sərxana inanmış və Xırdalan şəhərində səyyar avtobusda vətəndaşlara xidmət göstərən asan xidmətinin notariat kontorunda gedib həmin kredit müqaviləsinə imza etmişlər. Əslində isə Sərxan ona 350.000 manat kredit verməmişdir. Sonradan kriminal aləmdə tanınan şəxs “Basqallı Zaur” adlı şəxsi çağırmışlar. Həmin şəxs 350 min manat pulu ödəməyi ondan tələb etmişdir. Cinayət işinin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs öncədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamış və nəticədə zərər çəkmiş şəxslərə maddi zərər vurmuş, onun dələduzluq niyyəti məhz əmlakı əldə edənədək yaranmışdır. Odur ki, Təqsirləndirilən şəxs Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 230) Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlunun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə tərkibi AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Rafael oğlunun himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafael oğlunun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 03, iş vərəqə 226) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs Rafael oğlu həbsdən azad edilmişdir. (cild 04, iş vərəqə 10-14) İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 04, iş vərəqə 15-16) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rafael oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Rafael oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs Rafael oğlunun cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Rafael oğlunun cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə mülki iddia ərizəsi məhkəmə çıxışları başlandıqdan sonra verildiyindən, yəni vaxtında təqdim olunmadığından mülki iddia məhkəmənin icraatına qəbul edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğlu və Zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda 91.418 manat pulun təqsirləndirilən şəxsdən tutularaq onlara verilməsini xahiş etmişlər və ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmışlar. (cild 04, iş vərəqə 83-84; 88-89) Lakin, ibtidai istintaq zamanı mülki iddianın prosessual formasına riayət edilməmiş, eləcə də, mülki iddia üçün nəzərdə tutulmuş dövlət rüsumu ödənilməmiş və ibtidai istintaq orqanının zərərçəkmiş şəxslərin mülki iddaçı qismində tanınmalarına dair qərarı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğluna və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hesabat-arayış və 7 vərəqədən ibarət metal məmulatlarının qeydləri, mobil telefon vasitəsi ilə aparılmış yazışmalara dair bir ədəd CD disk, "xxxx" və Bakcell” MMC-lərdən daxil olmuş 02 ədəd disk, ümumilikdə 03 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Rafael oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Rafael oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Rafael oğlunun cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Rafael oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tanrıverdi oğluna və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə maddi sübutlar - hesabat-arayış, 7 vərəqədən ibarət metal məmulatlarının qeydləri, ümumilikdə 03 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı prosessual pozuntulara yol vermiş müstəntiq Mehman Ələsgərovun barəsində xüsusi qərar qəbul edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs Rafael oğluna isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Fərid Namazov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-218/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-218/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver