Məhkəmə qərarları › İş №1(101)-2181/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2181/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2181/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X13 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi şəkildə fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) nəfər azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etmiş, gəzdirmiş, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, xeyli miqdarda psixotrop maddə, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,232 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, təsir maddəsinin ümumi miqdarı 0,704 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə MDMA-nı, eləcə də satış məqsədi ilə qanunsuz olaraq - təsir maddəsinin ümumi miqdarı 1,5 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən güclü təsir edən maddələr”-in siyahısına daxil olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqbalini əldə edərək üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 23:25-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında olarkən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 23 aprel 2024-cü il tarixdə saat 01:39-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,232 qram olan narkotik vasitə heroin, 04 ədəd dərman həbi halında təsir maddəsinin ümumi miqdarı 0,704 qram olan psixotrop maddə MDMA və 05 ədəd dərman həbi halında təsir maddəsinin ümumi miqdarı 1,5 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqbalin və göy rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində hər hansı dəyişiklik edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o özü turda işləyir. Xarici qonaqları istədikləri yerlərə aparır və daha sonra onları qaldıqları otellərə geri qaytarır. 2024-cü ilin aprel ayının 22-də xarici qonaqları “Extra club”a aparmış və orada qonaqların çıxmasını gözləmişdir. “Extra club”un qarşısında dayanan zaman 5 nəfər mülki geyimli polis əməkdaşı onu saxlayaraq maşına mindirmişlər. Maşına mindirən kimi onu döymüşlər və BMCMİ-yə gətirmişlər. Ondan üzərində nə olduğunu soruşmuşlar. Onun jiletinin cibindən bir ədəd dərman çıxmışdır. Daha sonra avtomobilindən bıçaq tapıb gətirmişlər, bir neçə gün əvvəl dava-dalaş olduğunu və onun da həmin davada olduğunu demişlər. O da həmin davanın digər sürücü uşaqların davası olduğunu demişdir. Daha sonra polis əməkdaşları narkotik vasitə gətirərək ya maşınından çıxaracaqlarını, ya da evindən çıxaracaqlarını ona bildirmişlər. O da 4 qram narkotik vasitənin maşınından çıxması ilə razılaşmışdır. Onu döymələri nəticəsində qabırğasının üstündə ağrı hiss edirmiş. Nəfəs ala bilmədiyi üçün onu təkrar müayinə etmişlər və yaxşı olduğunu demişlər. Onun üzərindən 05 ədəd “preqbalin” dərmanı aşkar edilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, “preqbalin” dərmanını zədələri olduğu üçün istifadə etmişdir. Həmin dərmanları o, aptekdən almışdır. O, dərmanı reseptsiz, həmişə Nəsimi bazarının yanından, “Elit” aptekdən almışdır. Bıçaq onun maşınında qalmışdır. Ola bilsin ki, maşınına minən müştərilərdən birinin olmuşdur. O, əvvəllər marixuana istifadə etmişdir. Sonuncu dəfə təxminən 01 ay əvvəl istifadə etmişdir. 10-15 gün əvvəl toyda olan zaman bir ədəd dərman atmış, amma nə olduğunu bilmir. Nərimanov rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən, polis əməkdaşları ona sakit qalmağını, danışmasa ona hörmət edəcəklərini demişlər. O da heç bir şey deməmişdir. O məhkəməyə çıxarkən müdafiəçinin olub-olmamasını xatırlamır. O istifadə etdiyi dərman və narkotik vasitədən heç kəsə verməmişdir. İstifadə etdiyi marixuananı yığıncaqlarda dosttanış verirmiş. O özü heç vaxt gedib narkotik vasitə almamış, narkotik vasitə daşınması ilə məşğul olmamışdır. Onu aprel ayının 22-si gecə saat 00 radələrində tutublar. Şəxsi axtarışla bağlı videoçəkiliş BMCMİ-də 2 saat sonra olmuşdur. Polis əməkdaşları onu yumruqla vurmuşlar. Narkotik vasitənin onun olmasını qəbul etmədiyi üçün onu döyürmüşlər. Bıçaq ona məxsus deyil və o ittiham üzrə özünü təqsirli bilmir. Narkotik vasitələrin satışı ilə bağlı ittihamda özümü təqsirli bilmir. Onun əvvəllər narkotiklə bağlı məhkumluğu olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik vasitənin ona məxsus olmadığını deməməsini ona tapşırmışlar. Belə olan halda ona yüngül cəza verəcəklərini demişlər. Onun telefonuna baxış keçirmişlər və telefonunda heç bir məlumat tapılmamışdır. Tutulmamışdan bir neçə gün əvvəl onun yanında olan digər sürücü uşaqlar dava-dalaş etmişlər. O da dava-dalaş edən şəxslərin yanında olmuşdur. Bu səbəbdən onu tutmuşlar. Bıçağın onun avtomobilində arxa oturacaqda olduğunu görmüşdür. Düşünmüşdür ki, bıçaq sərnişinlərdən birinin cibindən düşmüşdür. O, iki il yarım əvvəl avtomobil qəzası keçirmişdir. Ona görə də ağrıları olur, dərmanı da məhz buna görə istifadə edirmiş. O, dərmanı həmişə Nəsimi bazarının yanından, “Elit” aptekdən müxtəlif satıcılardan alırmış. Onu döymələri nəticəsində dodağı qanamış, lakin çox az şişmişdir. O,14 ədəd dərmanı 16 manata alırmış. İlqar İbrahimov onu saxlayan şəxslərdən biri olmuşdur. Ona maşında olan zaman bir dəfə yumruq vurmuşlar. İlqar İbrahimov və bir əməkdaş yanında oturmuş, digəri isə avtomobili idarə etmişdir. İdarədə onu nəyə görə saxladıqlarını soruşanda, polis əməkdaşları onu döymüşlər. Üzərindən çıxan narkotik vasitələr ona aid deyil, polis İdarəsində cibinə qoyulmuşdur. Həmin narkotik vasitələrdən yalnız dərman ona məxsusdur. Videoçəkiliş aparılan zaman müdafiəçi yanında olmuşdur. İlqar İbrahimov onu döyməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Evlidir və 2 azyaşlı övladı var. 22 aprel 2024-cü il tarixdə saat 23:25də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5/3 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** qeydiyyat nişanlı avtomobilinin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxsin yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşlarının onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda üzərində psixotrop dərman həbləri və narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir.Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərindən narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “Kakos” adı ilə tanıdığı narkotik vasitə heroin, eləcə də güclü təsir edən dərman həbləri və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bıçağı, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd salfet bükümü, 01 ədəd sellofan bükümü, 01 ədəd dərman həbini və 01 ədəd konvalyutun üzərində olan 04 ədəd dərman həbini, əynində olan cins şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” və 01 ədəd “İphone” markalı mobil telefonları, əynində olan cins şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, toz formalı, spesifik qoxuya malik narkotik vasitə heroin olması müşahidə edilmiş, 01 ədəd salfet bükümə baxış zamanı bükümün içərisində 04 ədəd narıncı rəngli dərman həbi, üzərində “Preqbalin” sözləri qeyd edilmiş 01 ədəd konvalyutun üzərində 04 ədəd dərman həbi və bundan əlavə 01 ədəd dərman həbi aşkar edilmişdir. Bıçağa baxış zamanı isə açılıbqatlanan və kəsici-deşici xüsusiyyətə malik olması, dəstəyinin qara rəngli olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və ümumilikdə 09 ədəd dərman həbi polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eləcə də üzərindən aşkar olunmuş 01 ədəd bıçaq polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefonların da polis əməkdaşı tərəfindən götürülmüş, eyni zamanda üzərindən aşkar edilmiş avtomobil açarı ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini yaşadığı ünvana yaxın ərazidə 22 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində yerdən tapdığını, dərman həblərini onlayn qaydada 40 manat ödəyərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üstündə gəzdirdiyini bildirdiyini, bıçağı isə ov mağazasından 3-4 ay öncə aldığını, marağı olduğu üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmçinin şifahi sorğu zamanı idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirildikdən və protokol tərtib edilib imzalandıqdan sonra avtomobilinə baxış keçirilmış, avtomobilindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş heroini xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında olarkən yerdən tapmış olmasını, preqbalin və MDMA-nı isə artıq 5-6 ay müddətdir ki, istifadə etdiyini, bu maddələri isə onlayn üsulla, xarici vətəndaş olaraq tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. Üstündən aşkar olunan bu maddələri də sonuncu dəfə ödəmə terminalı vasitəsilə 40 manat pul ödədikdən sonra əldə etmiş olmasını bildirmişdir. Belə ki, tanımadığı şəxsin həmin dərman həblərini Bakı şəhəri, Yasamal rayonu ərazisində daşın yanına yerə qoymuş olmasını, onun da buradan həmin dərman həblərini gedib götürməsini bildirmişdir. Heroini və dərman həblərini şəxsi istifadə məqsədi ilə götürüb üzərində gəzdirmiş, həmin maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyəti olmamış, narkotik vasitə və ya psixotrop maddələrin, eləcə də güclü təsir edici maddələrin satışı ilə məşğul olmamışdır. Tapdığını və 40 manat ödəyib əldə etdiyini qeyd etdiyi maddələrin üzərindən götürmədiyini, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsir edici maddə olmasından heç kimin xəbərinin olmadığını, evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də güclü təsir edici maddə saxlamadığını bildirmişdir. Hazırda üzərində hər hansı bir xəsarət olmadığını, aşkar edilmiş bıçağı məişət xarakterli işlər üçün üzərində saxlamasını, başqa hər hansı qanunazidd məqsədinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində, polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalmasını, üzərindən aşkar edilmiş MDMA həblərinin, heroinin və 01 ədəd bıçağın ona aid olmamasını, üzərindən aşkar olunmuş preqbalin adlı maddənin yalnız ona aid olmasını, bu maddələri hər hansı bir şəxsə satmaq məqsədinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində üstündən aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edici maddənin yalnız ona aid olmasını bildirmişdir. (Cild 1, iş vərəqə 94-97, 201-203, 241-244). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili X17 ifadə verərək göstərdi ki, 2024-cü ilin aprel ayının 22-də Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında qeyd olunmuş şəxsin olduğu Ə.Rəcəbli küçəsinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək şübhəli şəxs qismində idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş X17 ifadəsində əlavə olaraq göstərdi ki, əməliyyat qrupu o, Tural Yusubov və Məhəmməd Zeynalovdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs saat 23 radələrində tək saxlamışlar. Şəxs avtomobilin yanında piyada durmuşdur. Şəxsin avtomobilini də İdarəyə gətirmişlər. Təqsirləndirilən şəxs avtomobilini kimin idarə etdiyini xatırlamır. Onun üzərindən hansı narkotik vasitə çıxdığını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən telefon və bıçaq çıxdığını xatırlayır. Şəxs onlara qarşı müqavimət göstərməmiş və tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını bildirmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Şəxsi axtarışda müdafiəçi iştirak etmişdir. Narkotik vasitənin Təqsirləndirilən şəxs geyiminin hansı hissəsindən çıxdığını xatırlamır. Şahid X9 məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. İlqar İbrahimov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantıdır. 22 aprel 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1985-ci ildə Qazaxıstan Respublikası, Aktyubinsk vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də üzərində soyuq silah gəzdirməsi barədə məlumat daxil oldumuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 22 aprel 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları-əməliyyat müvəkkili X14, əməliyyat müvəkkili X2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 22 aprel 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 23:25-də qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də üzərində soyuq silah gəzdirməsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Onun da etiraz etmədən idarə etdiyi “Hyundai” markalı avtomobillə onlarla İdarəyə gəlmiş, idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “Kakos” adı ilə tanıdığı narkotik vasitə heroin, eləcə də güclü təsir edən dərman həbləri və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bıçaq tipli predmeti, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd salfet bükümü, 01 ədəd sellofan bükümü, 01 ədəd dərman həbini və 01 ədəd konvalyutun üzərində olan 04 ədəd dərman həbini, əynində olan cins şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” və 01 ədəd “İphone” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, toz formalı, spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd salfet bükümə baxış zamanı bükümün içərisində 04 ədəd narıncı rəngli dərman həbi, üzərində "Preqbalin” sözləri qeyd edilmiş 01 ədəd konvalyutun üzərində 04 ədəd dərman həbi və bundan əlavə 01 ədəd dərman həbi aşkar edilmişdir. Bıçaq tipli dəmir predmetə baxış zamanı isə açılıb-qatlanan və kəsici-deşici xüsusiyyətə malik olması, dəstəyinin qara rəngli olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və ümumilikdə 09 ədəd dərman həbi təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eləcə də, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçaq tipli dəmir predmet təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş avtomobil açarı onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini yaşadığı ünvana yaxın ərazidə həmin gün saat 19:00 radələrində yerdən tapdığını, dərman həblərini onlayn qaydada 40 manat ödəyərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üstündə gəzdirdiyini bildirmiş, bıçağı isə ov mağazasından 3-4 ay öncə aldığını, marağı olduğu üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını və həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs, idarə etdiyi “Hyundai Sonata” markalı, **- AU-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsinin təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı avtomobildən şübhəli hər hansı əşya və ya predmet aşkar edilməmiş, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, saxlanılan şəxs Təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. (cild 1, iş vərəqə 148-151) Şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs fiziki təsir olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, eləcə də satış məqsədilə qanunsuz olaraq güclü təsir edən maddə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərar və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid tərəfindən xx xxxxxx 1985-ci ildə Qazaxıstan Respublikası, Aktyubinsk vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də soyuq silah əldə edib saxlaması, eyni zamanda daşımaqla üstündə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi tərəfindən təsdiq edilərək Şahid rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkilləri, polis kapitanı X21 və polis leytenantı X2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. (cild 1, iş vərəqə 3-7). 22 aprel 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin tarixdə saat 23:25-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 5/3 ünvanının yaxınlığında idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə prosesual hərəkətlərin aparılmasından ötrü o, avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. (cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” 23 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə DİN-nin BMCMİ-nin baş təhqiqatçısı, polis kapitanı X15 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə, saat 23:25-dən, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 21-22). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 23:25-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bıçaq tipli predmeti, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd salfet bükümü, 01 ədəd sellofan bükümü, 01 ədəd dərman həbini və 01 ədəd konvalyutun üzərində olan 04 ədəd dərman həbini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, toz formalı, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmiş, 01 ədəd salfet bükümə baxış zamanı bükümün içərisində 04 ədəd narıncı rəngli dərman həbi, üzərində “Preqbalin” sözləri qeyd edilmiş 01 ədəd konvalyutun üzərində 04 ədəd dərman həbi və bundan əlavə 01 ədəd dərman həbi aşkar edilmişdir. Bıçaq tipli dəmir predmetə baxış zamanı isə açılıb-qatlanan və kəsici-deşici xüsusiyyətə malik olması, dəstəyinin qara rəngli olması müşahidə edilmişdir. (cild 1, iş vərəqə 29, 31-34). Məhkəmə fiziki-kimyəvi ekpertizasının 23 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2195 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,232 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üzərində “flperaöanwH Kpxa 300 Mr” göstəricisi olan 1 ədəd konvalyut kəsiyində ümumilikdə 4 ədəd və 1 (bir) ədəd bükümdə üzərində “P 300" yazısı olan 1 (bir) ədəd, ümumi sayı 5 ədəd olan ağ-qəhvəyi rəngli kapsulların tərkibində preqbalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,5 qram olduğu müəyyən edildi (üzərindəki göstəriciyə əsasən bir ədəd kapsulda preqbalinin təsir maddəsinin miqdarı 0,300 qramdır), 1 (bir) ədəd bükümdə hər birinin üzərində “MASERATİ / 300 mg” yazısı olan narıncı rəngli oval formalı ümumilikdə 4 (dörd) ədəd həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,704 qram olduğu müəyyən edildi (1 ədəd həbdə MDMA-nın təsir maddəsinin miqdarı 0,176 qramdır). Təqdim olunmuş ümumilikdə 5 (beş) ədəd preqbalin kapsulları xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim olunmuş ümumilikdə 5 (beş) ədəd MDMA həbləri xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Preqbalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarlarının siyahısına” (1 nömrəli əlavə) daxildir. MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 4,232 qr, tədqiqata sərf edildi: 0,050 qr, qalıq: 4,182 qr. MDMA həblərinin sayı: 4 ədəd, tədqiqata sərf edildi - 2 ədəd, qalıq - 2 ədəd. Preqbalin kapsullarının sayı: 5 ədəd, tədqiqata sərf edildi - 2 ədəd, qalıq – 3 ədəd (cild 1, iş vərəqə 48-51). Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan edilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 72-73) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-543/2024 saylı qərarından (Hakim: X.K.Əlisoy) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 108-112) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1132/2024 saylı qərarından (Hakim: V.R.Qurbanov) görünür ki, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 22 aprel 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cild 1, iş vərəqə 113) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən hörünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən edilmiş və cəza şərti hesab edilmiş, xx.xx.2016-cı il tarixdə isə sınaq müddəti başa çatmışdır. Həmçinin Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2018-ci il tarixdən 19 yanvar 2018-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi və məhkumluğunun olmaması nəzərə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X30 verdiyi 25 may 2024-cü il tarixli, 6702 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 verdiyi xx.xx.2024-cü il tarixli, 1/2381 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir. (cild 1, iş vərəqə 144) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X28 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 23 aprel 2024-cü il tarixli 2623 nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Eləcə də, həmin rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (+), THC (+), PGB (+) aşkar edildi. Cinayət işi materiallarında olan ifadələrində və öz deməsinə görə, 5-6 aydır ki, güclü təsir edici dərman preparatı olan preqbalin istifadə edir. Həmçinin, 2 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. (cild 1,iş vərəqə 160-161) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X30 verdiyi 10 may 2024-cü il tarixli 1523/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və fenilkalamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. (cild 1, iş vərəqə 162-165) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X30 verdiyi 08 may 2024-cü il tarixli 232/MEŞ nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild 1, iş vərəqə 166-167) Məhkəmə ballistik ekspertizasının 03 may 2024-cü il tarixli 3-16-16/2-3/717 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır və üzərində dəyişikliklər edilməmişdir. (cild 1, iş vərəqə 169-172) Maddi sübut hesab edilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,182 qram olan narkotik vasitə heroin, qalıq sayı 2 ədəd olan psixotrop maddə MDMA həbləri, qalıq sayı 3 ədəd olan güclü təsir edici maddə preqbalin kapsulları və 01 ədəd soyuq silah hesab edilən ov bıçağı maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 173- 175) xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ondan aşkar edilən narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddəni satış məqsədi ilə əldə edib üzərində gəzdirmişdir. (cild 1. İş vərəqə178) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrindən, həmin Məcəllənin 228.4, 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadələri, 23 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, məhkəməkimyəvi ekspertizasının 23 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2195 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 23 aprel 2024-cü il tarixli 2623 nömrəli rəyi, məhkəmətibbi ekspertizasının 10 may 2024-cü il tarixli 1523/K nömrəli rəyi, məhkəmə-kriminalistik ekspertizasının 03 may 2024-cü il tarixli 3-16-16/2-3/717 nömrəli rəyi, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,182 qram olan narkotik vasitə heroin, qalıq sayı 2 ədəd olan psixotrop maddə MDMA həbləri, qalıq sayı 3 ədəd olan güclü təsir edici maddə preqbalin kapsulları və 01 ədəd soyuq silah hesab edilən ov bıçağı maddi sübut hesab edilmiş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone ve 01 ədəd Samsung” markalı mobil telefonların yaxın qohumlarına qaytarılacağı nəzərə alınmış, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saxlanılan zaman idarə etdiyi “Hyundai” markalı, **-AU-*** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs dayısı X10 təhvil verilməsi nəzərə alınmış, iş üzrə şahidlər Şahid, X21 və X4 barələrində Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.4.1 və 240.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2 və 240.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən üzərində olan narkotik vasitəni, psixotrop maddəni, güclü təsir edici maddəni təqdim etməsi Azərbaycan Respublikası CMin 228, 234 və 240-cı maddələrinin qeydinin 1-ci və 2-ci bəndlərinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət təqibi başlanılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrindən həmin Məcəllənin 228.4, 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs ilkin ifadələrində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə, güclü təsir edici maddə və soyuq silah əldə etməsi və gəzdirməsi cinayətini törətməkdə öz təqsirini qismən etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il və 13 iyun 2024-cü tarixlərində verdiyi ifadələrində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə kimi qiymətləndirilmiş və rədd edilməsi nəzərə alınmış, 23 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2195 nömrəli ekspertiza rəyində olan “5 ədəd MDMA həbi” sözlərinin müvafiq olaraq “4 ədəd MDMA həbi” sözləri kimi oxunmuş və elan edilmiş ittihamda nəzərə alınmış, cinayət işinin materiallarından narkotik vasitə, psixotrop maddə, güclü təsir edici maddə və soyuq silah hesab edilən bıçağın əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır. (cild 1, iş vərəqə 208-223) Cinayət işi materiallarından başqa material ayrılması haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından narkotik vasitə, psixotrop maddə, güclü təsir edici maddə, soyuq silah bıçağın əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır. (cild 1, iş vərəqə 226-227) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 231-232) Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 26 iyul 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müdafiəçisinin müraciəti əsasında araşdırma aparılmış və material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. (cild 1, iş vərəqə 249-250) Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, DİN-nin BMCMİ-nin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 01 ay olmaqla 05 ayadək, yəni 23 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 254-255) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1009/2024 saylı qərarından (hakim:X.K.Əlisoy) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 22 sentyabr 2024-cü il tarixədək uzadımışdır. (cild 1, iş vərəqə 261-265) Cinayət işinin materiallarına əlavə edilmiş AA4789690 saylı və AA5965116 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən və “Elektron məhkəmə sistemindən çıxarışdan” görünür ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş Aytac adlı uşağın və xx.xx.2009-cu il tarixdə anadan olmuş Rəsul adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materialarına əlavə edilmiş 090005 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X16 ümumi xəstəlikdən birinci qrup əlildir. Cinayət işinin materialarına əlavə edilmiş 083825 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X18 uşaqlıqdan ikinci qrup əlildir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı qismən etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmiş, həmçinin “preqbalin” dərmanını zədələri olduğu üçün istifadə etdiyini, həmin dərmanları aptekdən reseptsiz aldığını, tutulmazdan 10-15 gün əvvəl toyda olan zaman bir ədəd dərman atdığını, lakin həmin dərmanın nə olduğunu bilmədiyini, istifadə etdiyi dərman və narkotik vasitədən heç kəsə vermədiyini, heç vaxt gedib narkotik vasitə almadığını, narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının onu yumruqla vurduqlarını, narkotik vasitənin onun olmasını qəbul etmədiyi üçün polislər tərəfindən döyüldüyünü, üzərindən çıxan narkotik vasitələrin və bıçağın ona aid olmadığını, Polis İdarəsində polislər tərəfindən cibinə qoyulduğunu, üzərindən aşkar olunan predmetlərdən yalnız dərmanın ona məxsus olduğunu, hesab edir ki, bıçaq sərnişinlərdən birinindir, heç vaxt avtomobilində və üzərində bıçaq gəzdirmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-7360/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərkən adına tibbi kitabça açılmışdır. Həmin tibbi kitabçadan görünür ki, ənsədə təpə nahiyəsində, sol əlin İİ, İİİ,İV və V barmaqlarının ovuc səthində köhnə çapıq toxuması aşkar edilmişdir. Daxili İşlər Nazirliyinin BMCMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-6/2-10142/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin MSY-ə gətirilən zaman bədən səthində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X30 verdiyi 08 may 2024-cü il tarixli 232/MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 26 iyul 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müdafiəçisinin müraciəti əsasında araşdırma aparılmış və material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qaldığını, polislər tərəfindən ona məxsus olmayan predmetləri boynuna götürməyəcəyi təqdirdə həmin predmetləri onun evindən çıxaracaqlarını bildirdikdən sonra məcburiyyətdən polis əməkdaşları ilə razılığa gələrək boynuna götürdüyünü söyləmiş, lakin cinayət işi üzrə şahid qismində dindirilmiş X17 ifadəsində Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə, saat 23 radələrində saxladıqlarını, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, telefon və bıçaq aşkar edildiyini, aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını bildirdiyini, sonuncunun üzərindən hansı növdə narkotik vasitə çıxdığını xatırlamadığını, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki bir zor tətbiq edilmədiyini bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, əksinə polis əməkdaşları tərəfindən saxlanılarkən şiddət və təzyiqə məruz qalmadığını, həmçinin mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 26 iyul 2024-cü il tarixli qərarda istinad edilmiş sənədlərə, həmçinin MSY-nin məhkəmənin sorğusuna əsasən verdiyi məktub və BİT-də tibbi müayinə aktında göstərilənlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəlilərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarına əsasən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetlərini qanunsuz saxlama dedikdə onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülür. CM-in 228.1-ci maddəsində qeyd olunan predmetlərin qanunsuz daşıma dedikdə onların yerinin dəyişdirilməsi məqsədilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Nəzərdən keçirilən cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etdiyini, başqasına verdiyini, satdığını, saxladığını, daşıdığını və ya gəzdirdiyini dərk edir və bunu arzu edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı ilə bağlı qeyd edir ki, tam, obyektiv və hərtərəfli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etmiş, gəzdirmiş, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, xeyli miqdarda psixotrop maddə, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının təqdim etdiyi sübutların özləri də təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin dispozitiv əlamətlərinin məhz bunlardan ibarət olmasını təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən də müəyyən olunur ki, o üzərindən aşkar olunan narkotik vasitə heroini yaşadığı ünvana yaxın ərazidə 22 aprel 2024-cü il tarixdə, saat 19:00 radələrində yerdən tapdığını, dərman həblərini onlayn qaydada 40 manat ödəyərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üstündə gəzdirdiyini, bıçağı isə ov mağazasından 3-4 ay öncə aldığını bildirmişdir.Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməsi, gəzdirməsi, həmçinin qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı ümumilikdə 4,232 qram külli miqdarda olan narkotik vasitə heroin, 04 ədəd dərman həbi halında təsir maddəsinin ümumi miqdarı 0,704 qram xeyli miqdarda olan psixotrop maddə MDMA-nın miqdarının şəxsi istehlak miqdarından artıq olması və 05 ədəd dərman həbi halında təsir maddəsinin ümumi miqdarı 1,5 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqbalinin aşkar edilməsi aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət epizodlarına münasibətdə əməllərinin obyektiv cəhətinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan külli miqdarda heroini, xeyli miqdarda psixotrop maddə olan MDMA-nı, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə edib saxlayaraq daşıması, qanunsuz olaraq soyuq silah əldə edərək üzərində saxlamaqla daşıyaraq gəzdirməkdən ibarət olması nəticəsinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ittihamı mübahisələndirdiyi hissədəki ifadələri barədə məhkəmə iclaslarında verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidin ifadəsi, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməsi, gəzdirməsi, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, xeyli miqdarda psixotrop maddə, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır, Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşağı olmasını, atası X7 ümumi xəstəlikdən birinci qrup əlil olmasını, qardaşı X11 uşaqlıqdan ikinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin, psixotrop maddənin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin növünü, çəkisini, qanunsuz olaraq soyuq silahı əldə edib saxlamasını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:25-də azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, xx.xx.2024-cü il tarixdə, saat 01:10da şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli azadlığı faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 23:25-dən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 129 (bir yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,182 qram olan narkotik vasitə heroin, 02 ədəd psixotrop maddə MDMA həbləri, 03 ədəd güclü təsir edici maddə preqbalin kapsulları məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd soyuq silah hesab edilən ov bıçağı xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,182 qram olan narkotik vasitə heroin, 02 ədəd psixotrop maddə MDMA həbləri, 03 ədəd güclü təsir edici maddə preqbalin kapsulları məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 129 (bir yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar