Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-219/2022 14.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı4 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə 2 (iki) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxil olan külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 5,758 qram və 7,148 qram ümumi təmiz çəkisi 12,906 qram narkotik vasitə olan heroini və 1 (bir) ədəd ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış 1,062 qram psixotrop maddəmetamfetamini 100 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, 27 mart 2021-ci il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq ünvan 2 saylı evin qarşısına gətirmiş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 13:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X1 və həmin İdarənin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: DİN, RPİ, NMB, CAŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 32 saylı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən 2 (iki) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 5,758 qram və 7,148 qram olmaqla ümumi təmiz çəkisi 12,906 qram təşkil edən narkotik vasitə - heroin və 1 (bir) ədəd ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış 1,062 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra, elə həmin gün - 27 mart 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 14:45-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 32 saylı evin yataq otağında taxta masanın üzərindən xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən 4 (dörd) ədəd ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış, ayrı-ayrılıqda çəkiləri 0,156 qram, 0,157 qram, 0,09 qram və 0,105 qram olan metamfetamin psixotrop maddəsi və 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış təmiz çəkisi 0,125 qram olan heroin narkotik vasitəsi, eləcə də, ümumi miqdarı 4,95 qram olan 22 (iyirmi iki) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən, üzərində “Röyal 225” olan konvalyutlarda tramadol hidroxlorid həbləri və həmin otaqda olan divanın arxa hissəsindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, təmiz çəkisi 1005 qram təşkil edən heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş və nəticədə Təqsirləndirilən şəxs üzərindən və evindən ümumilikdə ümumi təmiz çəkisi 1018,031 (1kq 18,031 qr) qram təşkil edən heroin narkotik vasitəsi və ümumi təmiz çəkisi 1,570 qram təşkil edən metamfetamin psixotrop maddəsi, 22 (iyirmi iki) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən, üzərində “Röyal 225” olan konvalyutlarda tramadol hidroxlorid həbləri, həmçinin üzərində heroin narkotik vasitəsinin izləri olan 1 (bir) ədəd “500g /0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlayaraq daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, əvvəllər narkotikdən istifadə etməyə görə 5 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin son zamanlarda narkotiki tərgitmişdir. Yalnız güclü baş ağrıları olduğu zaman narkotikdən istifadə etmişdir. Mart ayının 27-də, səhər evdə yatdığı yerdə yumruqla qapının şüşəsini sındırıb, 10 nəfər mülki geyimli şəxslər, 3-4-ünün əllərində beysbol taxtası ilə içəri daxil olmuşlar. Həmin vaxt əynində mayka və tuman olmuşdur. O, səsdən ayılıb onları içəridə gördükdə kim olduqlarını soruşmuşdur. Onlardan bir nəfər NMB-nin əməkdaşı Anar olduğunu demiş və onun dostunun onların əməkdaşlarını vurduğunu əlavə etmişdir. Həqiqətən də bundan bir gün öncə dostu NMB-nin əməkdaşını vurmuşdur. Həmin şəxslər evi axtarmış və axtarış zamanı heç nə aşkar etməmişlər. O, onlara narkotik istifadəçisi olduğunu demiş, düzgünlük olsun deyə pencəyinin cibində olan kibrit qutusunun içərisində olan 0,5 qram narkotiki onlara təqdim etmişdir. Bundan sonra onlar onu RPİ-yə aparmışlar. Orada ondan narkotiki dostu Yusifdən aldığını deməsini istəmişlər. Lakin o, razılaşmamışdır. Sonra Anar kibrit qutusunu ona verib həmin qutuda 1,5 qram narkotik vasitə olduğunu demiş, həmin narkotiki bir nəfər İranlı şəxsdən 100 manata aldığını deməsini istəmişdir. O isə 1,5 qam narkotikin 100 manat etmədiyini, ucuz olduğunu bildirmiş, hətta işləmədiyini, anasının pensiyası ilə siqaret alan adam olduğunu, sabun almağa, çörək almağa özünün pulunun olmadığını demişdir. Lakin Anar ona narkotikin üstündən istifadə etdiyini deməsini istəmişdir. Sonra isə kibrit qutusunun ağır olduğunu hiss etmiş, açdıqda isə içərisində 3 ədəd büküm olduğunu görmüşdür. Hətta çəkilmiş, çəkisinin 12 qram olduğu müəyyən edilmişdir. O isə onlara 100 manata 12 qram narkotik vasitəni almaq mümkün olmadığını bildirmişdir. Onun üzərinə axtarış videoçəkilişlə aparılmış, həmin vaxt da ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmadığını demişdir. Sadəcə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyi deyilmiş, o da bu səbəbdən sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bundan sonra evinə baxış keçirmək üçün aparılmış, Anar, Roman, müstəntiq Yusif və vəkili Azər evə daxil olmuşlar. Anası aşağı mərtəbədə qalmışdır. Anası evdən həyətə çıxıb nə məsələ olduğunu soruşmuş, o, çəkilişə gəldiklərini demişdir. Həmin vaxt qeyd etdiyi şəxslər ondan əvvəl evinə daxil olmuş, 3 dəqiqə sonra çıxmış və narkotik aşkar etdiklərini bildirmişlər. Halbuki onu ilk tutan zaman onun evində 1 saat axtarış aparılmış, lakin narkotik tapa bilməmişlər. Amma bu dəfə isə 3 dəqiqə ərzində 1 kiloqram narkotik tapdıqlarını bildirmişlər. Həmin bir kiloqram narkotikin qutuda, yaxud sellofan paketdə olmasını görməmişdir. O, narkotik satmamış, yalnız istifadəçi olmuşdur. Ondan istintaq Təcridxanasında sidik analizi götürülmədiyi halda guya sidiyində 55% narkotik olmasına dair ona sənəd təqdim etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, münasibətdə olduğu Ləman adlı xanım NMB-nin Rövşən adlı əməkdaşının qeyri-rəsmi arvadı olmuş, hətta Ləmanın deməsinə görə Rövşənin rəsmi arvadı ilə bir neçə dəfə telefonda mübahisələri də olmuşdur. Mart ayının 26-sı günü Ləman ayın 27-sində doğum günü olmasını bildirmək üçün onlara gəlmişdir. Hadisə günü gecə bibisigildən evə qayıtdıqdan sonra Ləman onlara gəlmiş, NMB-nin rəisinin müavini ilə tanış olduğunu, onun dostunun həmin rəis müavinini vurduğunu bildirmişdir. Ləman ona narkotik verə biləcəyini əlavə etmiş, o isə lazım olmadığını demişdir. Həmin vaxt anası qızın onunla söhbət etdiyini görüb onun yaşadığı evə gəlmiş və qızı qovmuşdur. Yusif NMB-nin əməkdaşını vurandan sonra dostları olaraq onu, Tofiqi, Əlini və Qəhrəmanı tutmuşlar. Hazırda Tofiq də, Əli də, Qəhrəman da həbsdədir. O, Yusifgilin narkotik satıb satmamasını bilməmişdir. O, üstündən aşkar olunan narkotiki də Romanın satdırdığı şəxsdən almış, lakin heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində əvvəllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirli bilinib məhkum olunduğunu, sonuncu dəfə 20.05.2016-cı il tarixdə azadlığa çıxdığını bildirmiş və ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bədənində olan ağrılara görə narkotik maddə heroin və adını şüşə kimi bildiyi metamfetamini ineksiya, habelə çəkmək yolu ilə uzun müddətdir ki, istifadə etmişdir. Odur ki, Narkotik maddə heroin və adını şüşə kimi bildiyi metamfetamini almaq üçün 26 mart 2021-ci il tarixdə kart vasitəsi ilə onlayn şəkildə 3 ədəd bükümü İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşından 100 manat müqabilində almışdır. 27 mart 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinin yaxınlığında piyada hərəkət edərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsi, Balandin 42 ünvanında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkili Azər Bunyatovun iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməyi təklif olunmuşdur. Bundan sonra etiraz etməmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində olan 3 ədəd bükümü təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt kimdən əldə etməsi barədə sorğu sual edilmişdir. O, həmin bükümlərin içərisində narkotik maddə heroin və adını şüşə kimi bildiyi metamfetaminin olduğunu, onları onlayn kart vasitəsi ilə İran vətəndaşından öz istifadəsi üçün alaraq əldə etdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi narkotik maddə heroin və adını şüşə kimi bildiyi metamfetamin götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra, ondan yaşadığı ünvan 5 ünvanda yerləşən evinə baxış keçirilməsi üçün icazə alınmış və o etiraz etməmişdir. Evinə baxış keçirilməsi üçün razılıq vermişdir. Yaşadığı ünvan 6 ünvanda yerləşən evinə polis əməkdaşları və vəkili Azər Bunyatovun iştirakı ilə baxış keçirilmişdir. Yaşadığı evin otağında taxta masanın üzərindən beş ədəd siqaret kağızına bükülmüş bükümlər, 22 ədəd “Tramadol” yazılı həblər, divanın arxasından isə 1 ədəd şəffaf sellofana bükülmüş büküm və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür və həmin zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrdən ağrıları olduğundan istifadə etdiyini bildirmişdir. Üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddəni İran vətəndaşından əldə etmişdir. Bədənində olan ağrılardan xilas olmaq üçün narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri əldə etmişdir. Həmçinin narkotik maddələri ölçərək çəkisini müəyyən üçün elektron tərəzidən istifadə etmişdir. Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman heç bir fiziki və psixi təsir olmamışdır (iş vərəqə: cild İ, 65-67; 82-84). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Suraxanı RPİ-nin X1 rəisi Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 32 saylı evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, metamfetamin və təsir edici tramadol əldə etməsi, saxlaması, daşıması, satması və narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi barədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nə və CAŞ-nə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, CAŞ-nin Axtarış Üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3, kiçik inspektoru polis serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətovun adna 27 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən raport yazılmışdır. Bundan sonra “əməliyyat qrupunun yaradılması barədə” və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Beləliklə də 27 mart 2021-ci il tarixdə, saat 13.00-də Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin Axtarış Üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3, Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid4 və o birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 32 saylı evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, şəxsiyyəti barədə məlumat verməyini xahiş etmişdir. Həmin şəxs özünü - xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 32 saylı evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparması ilə bağlı onlar ilə bərəbar ünvan 7 ünvanında olan Suraxanı RPİ-nə getməsini xahiş etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər ünvan 7 ünvanında olan Suraxanı RPİ-nə getməyə razı olmuşdur. Bundan sonra, o, Təqsirləndirilən şəxs ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma Suraxanı RPİ-nin təhqiqatçısı, polis kapitanı X4 RPİ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasında 9 saylı vəkil bürosunun vəkili Azər Bunyatov iştirak etmişdir. Bundan sonra, şəxsi axtarış və götürülmə aparılması barədə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya predmet varsa könüllü olaraq masanın üzərinə qoymaqla təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 3 (üç) ədəd büküm narkotik vasitəyə bənzər maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Sorğu-Sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində 2 (iki) ədəd bükümdə heroin narkotik vasitə, 1 (bir) ədəd bükümdə isə metamfetamin narkotik vasitə olduğunu bildirmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroin olduğunu, həmçinin 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli, şəffaf rəngli psixotrop maddə sayılan metamfetamin olduğu bir daha özü tərəfindən bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən ümumilikdə 03 (üç) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual ediləndə tərəfindən təqdim etdiyi narkotik vasitələri üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən onlayn vasitəsi ilə 100 manat pula alaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdirdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddəni və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli, şəffaf rəngli psixotrop maddə sayılan metamfetaminin ekspertiza tədqiqatına göndərilməsi üçün 45 saylı zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Möhürlü zərfin üzəri hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin gün, yəni 27 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ərizəsi və icazəsi ilə təhqiqatçının, RPİ-nin əməliyyat müvəkkillərinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 32 saylı evə axtarış və götürmə aparmışdır. Axtarış nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evinin fərdi otağında taxta masanın üzərindən 05 (beş) ədəd siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə, 22 (iyirmi iki) ədəd üzərində “tramadol” yazılmış dərman həbləri, 1 (bir) ədəd tərəzi və həmin otağın sol küncündə yerləşən divanın arxasından 1 (bir) ədəd şəffaf sellofan bükülüdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş şübhəli maddələr ayrı-ayrılıqda 2 (iki) ədəd kağız zərfə qablaşdırılmış, zərflər DİN-in zərflər üçün 45 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Protokol tərtib edildikdən sonra həmin protokol da hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək ümumilikdə narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlərinin davam etdirilməkdədir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 5,758 qram və 7,148 qram ümumi təmiz çəkisi 12,906 qram narkotik vasitə olan heroini və 1 (bir) ədəd ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış 1,062 qram psixotrop maddə-metamfetamin götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesi videolentə alınmaqla bir ədəd CD formatlı diskə yüklənmişdir (iş vərəqə: cild İ, səh. 29-31). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “evə axtarış və götürmə aparılması haqqında” 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 evdən 4 (dörd) ədəd ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqda 0,156 qram, 0,157 qram, 0,09 qram və 0,105 qram psixotrop maddə-metamfetamin və 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış təmiz çəkisi 0,125 qram narkotik vasitə olan heroin, eləcə də, ümumi miqdarı 4,95 qram olan 22 (iyirmi iki) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən üzərində “Röyal 225” olan konvalyutlarda tramadol hidroxlorid həbləri və həmin otağda olan divanın arxa hissəsindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış təmiz çəkisi 1005 qram narkotik vasitə olan heroin götürülmüşdür. Evdə axtarış aparılması və götürmə prosesi videolentə alınmaqla bir ədəd CD formatlı diskə yüklənmişdir ( (iş vərəqə: cild İ, səh. 37-41). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan axtarış prosesini özündə əks etdirən iki ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan 3 ədəd büküm narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyü, yaşadığı ünvan 10 ünvanda baxış aparılarkən həmin evin fərdi otağında taxta masanın üzərindən 05 ədəd siqaret kağızına bükülmüş narkotik maddəyə bənzər maddə, 22 ədəd üzərində “tramadol” yazılı həb, 1 ədəd elektron tərəzi və həmin otağın sol küncündə yerləşən divanın arxasından 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan CD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış və baxış aparılması barədə 27 mart 2021ci il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 28.03.2021-ci il tarixli 6/1204 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ”Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki, bir ədəd kibrit qutuda 3 ədəd şəffaf polietilen bükümdə, onlardan 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 5,758 qr, və 7,148 qr, ümumi təmiz çəkisi 12,906 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,062 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş”...yazısı olan 3 (üç) ədəd zərfdəki, - 5 (beş) ədəd bükümdə, onlardan 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156 qr, 0,157 qr, 0,09 qr, 0,105 qr, ümumi təmiz çəkisi 0,508 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,125 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -Üzərində “Royal 225 (tramadol hydrochloride)” yazısı olan konvalyutlarda ümumi 22 ədəd qırmızı rəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 22 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 4,95 qramdır (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla); -1 (bir) ədəd bükümdə təmiz çəkisi 1005 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -bir ədəd “500g /0,01g” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır.İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Vət.Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1018,031 qramdır (1kq 18,031 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1,570 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”,-in metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildirlər. Tramadol hidroxlorid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir. Qeyd - heroinin təmiz çəkiləri: 1005 qr və ümumi 13,031qr, tədqiqata sərf edildi: 0,2 qr və ümumi 0,15 qr, qalıq: 1004,8 qr və ümumi 12,881 qr.; - metamfetaminin ümumi təmiz çəkisi: 1,570 qr, tədqiqata sərf edildi: ümumi 0,15 qr, qalıq: 1,420 qr.; - 22 ədəd həbdən 2 həb tədqiqata sərf edildi, qalıq 2 həb (iş vərəqə: cild İ, səh. 48- 55). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2021-ci il tarixli 2195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində asıllıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 11-12). Məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 iyul 2021-ci il tarixli 1478 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Lakin müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, qərarda qeyd edilən hadisəni törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri qeyd edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Tədqiq olunan rəydən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman güclü ruhi həyəcan vəziyyətində olmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (iş vərəqə: cild İİ, səh. 13-16). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1017,681 qram narkotik vasitə heroin, 1,420 qram psixotrop maddə metamfetamin, 20 həb “Royal 225 (tramadol hydrochloride)” dərman preparatı və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd “500g /0,01g” markalı elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 85-106; 132). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd, yaşadığı mənzildə axtarış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd - cəmi 02 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 85- 106). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 22 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 4,95 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən Tramadol hidroxlorid maddəsi 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir. Qeyd olunan siyahıdan görünür ki, tramadol hidroxlorid maddəsinin külli miqdar daxil olmaqlaaşağı həddi 6 (altı) qramdan başlayır. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi «metamfetamin» psixotrop maddəsinin çəkisi külli miqdar təşkil etməsə də, əldə olunan heroin narkotik vasitəsinin təmiz çəkisi 1017,681 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddini dəfələrlə aşmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 1017,681 qram olmaqla külli miqdar təşkil etməsi, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 1,420 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməsi, aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin növ müxtəlifliyi, təqsirləndirilən şəxsdən eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin aşkar olunması, ondan bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, həmin elektron tərəzinin üzərində narkotik vasitələrin izlərinin müəyyən olunması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlayaraq daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlləri ilə bağlı aşkar olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, təqsirləndirilən şəxs Dadaşov X3 rayon Məhkəməsinin 24.04.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin 18.06.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1ci maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.04.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Suraxanı rayon Məhkəməsinin 21.05.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.08.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Suraxanı rayon Məhkəməsinin 14.08.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.07.2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 12.12.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, nəhayət Suraxanı rayon Məhkəməsinin 29.10.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (iş vərəqə: cild İ, səh 159-162). Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 29.10.2014-cü il tarixli hökmünə əsasən yaranan məhkumluğu ödənilmiş və onun bu məhkumluğunun ödənilməsi Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2021-ci il tarixli 2195 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, məhkəmənin 29 mart 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 mart 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1017,681 qram narkotik vasitə heroin, 1,420 qram psixotrop maddə metamfetamin, 20 həb “Royal 225 (tramadol hydrochloride)” dərman preparatı və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd “500g /0,01g” markalı elektron tərəzi məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzildə axtarış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 27 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1017,681 qram narkotik vasitə heroin, 1,420 qram psixotrop maddə metamfetamin, 20 həb “Royal 225 (tramadol hydrochloride)” dərman preparatı və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd “500g /0,01g” markalı elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzildə axtarış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-219/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-219/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver