Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-219/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X25-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X20 dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxx 1996-cı il tarixdə Zərdab rayonu, Gəlmə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Zərdab rayonu, Gəlmə kəndində qeydiyyatda olub ünvan 1 ünvanında kirayəşin yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair, Təqsirləndirilən şəxs2, xx xxxxxxxx 1979-cu il tarixdə Sabirabad rayonu, Quruzma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki direktoru vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olub, Sabirabad rayonu, Quruzma kəndində yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair, Təqsirləndirilən şəxs3, xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Ərəfsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işsiz, ünvan 4 ünvanında qeydiyyata olub, ünvan 5vanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2,1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs direktor müavini olduğu "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsindəki araşdırılmasına möhlət almaq müqabilində həmin idarənin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "xxxx" restoranında 6.000 manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs vəzifəli şəxsə rüşvət verməyə təhrik edib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra isə həmin MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli X8 Nömrəsi (VÖEN) üzrə hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 1076379,30 (bir milyon yetmiş altı min üç yüz yetmiş doqquz manat otuz qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "xxxx" restoranının qarşısında 90.000 və 50.000 manat olmaqla ümumilikdə 140.000 manat, Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən «Qızıl Gül» restoranının qarşısında 50.000 manat, Bakı şəhəri Xətai rayonu ərazisində fəaliyyət göstərən «Paulaner Pub» adlı restoranın qarşısında 4000 manat nağd şəkildə, eləcə də istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına 1000, 3000 və 2000 manat olmaqla, cəmi 6000 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı Şahid4 direktoru olduğu "xxxx" MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli VÖEN üzrə hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 1062,80 (bir min altmış iki manat səksən qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid4 Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "xxxx" restoranında 750 (yeddi yüz əlli) manat məbləğində nağd pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid4 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs Şahid5 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 6941,20 (altı min doqquz yüz qırx bir manat iyirmi qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid5 2021-ci ilin noyabr ayında Bakı şəhərində Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən “Kofemania” adlı kafedə 3000 manat məbləğində pul vəsaitini nağd şəkildə, eləcə də istifadəsində olan "xxxx" ASC- yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına 200 və 300 manat olmaqla cəmi 500 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid5 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs Şahid7 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 36218,10 (otuz altı min iki yüz on səkkiz manat on qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid7 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki avtodayanacaqda 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid7 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs Şahid8 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 4712,70 (dörd min yeddi yüz on iki manat yetmiş qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid8 17 noyabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan sui-istifadə etmə və aldatma yolu İlə ələ keçirərək Şahid8 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs X14 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 7207,50 (yeddi min iki yüz yeddi manat əlli qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Sədiyar Hacıyevin qayını Gürcüstan Respublikası vətəndaşı Şahid9 Şahid10 vasitəsilə 2021-ci ilin dekabr ayının ortalarında istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına 1000 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid9 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs X17 adma olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 2558941,90 (iki milyon beş yüz əlli səkkiz min doqquz yüz qırx bir manat doxsan qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Rəhim Zeynalovun iş ortağı Şahid11 Təqsirləndirilən şəxs3 vasitəsilə 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” adlı bazarda 25.000 (İyirmi beş min) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid11 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs Şahid12 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 2363,10 (iki min üç yüz altmış üç manat on qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid12 Təqsirləndirilən şəxs3 vasitəsilə 2022ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində 1000 (bir min) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid12 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs X29 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 1936,60 (bir min doqquz yüz otuz altı manat altmış qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Azərbaycan Respublikasının vətəndaşı Şahid13 Şahid10 vasitəsilə 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində 1000 (bir min) manat pul vəsaitini nağd şəkildə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid13 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 25184,10 (iyirmi beş min yüz səksən dörd manat on qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Azərbaycan Respublikasının vətəndaşı Şahid16 Təqsirləndirilən şəxs3 vasitəsilə 18 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Rəşid Behbudov küçəsində fəaliyyət göstərən “Köz Dönər” adlı restoranın yaxınlığında 5.000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid16 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs direktor müavini olduğu "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsindəki araşdırılmasına möhlət almaq müqabilində həmin idarənin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "xxxx" restoranında 6.000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs vəzifəli şəxsə rüşvət verməyə təhrik edib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra isə həmin MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli Vergi Odəyicİsinin Eyniləşdirmə Nömrəsi (VÖEN) üzrə hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 1076379,30 (bir milyon yetmiş altı min üç yüz yetmiş doqquz manat otuz qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "xxxx" restoranının qarşısında 90.000 və 50.000 manat olmaqla ümumilikdə 140.000 manat, Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən «Qızıl Gül» restoranının qarşısında 50.000 manat, Bakı şəhəri Xətai rayonu ərazisində fəaliyyət göstərən «Paulaner Pub» restoranının qarşısında 4000 manat nağd şəkildə, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına 1000, 3000 və 2000 manat olmaqla, cəmi 6000 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, ümumilikdə 200.000 (iki yüz altı min) manat məbləğində pul vəsaitini vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı, Şahid19 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsi üçün həmin Nazirliyin vəzifəli şəxslərinə 6000 manat məbləğində pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid19 tanışı Şahid17 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında 1000 (bir min) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid17 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı Şahid4 direktoru olduğu "xxxx" MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli VÖEN üzrə hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 1062,80 (bir min altmış iki manat səksən qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid4 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "xxxx" restoranında 750 (yeddi yüz əlli) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid4 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs X17 adına olan ********** nömrəli X8 Nömrəsi (VÖEN) üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 2558941,90 (iki milyon beş yüz əlli səkkiz min doqquz yüz qırx bir manat doxsan qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Rəhim Zeynalovun iş ortağı Şahid11 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” adlı bazarda 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid11 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs Şahid12 adına olan ********** nömrəli VÖEN üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 2363,10 (iki min üç yüz altmış üç manat on qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Şahid12 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində 1000 (bir min) manat məbləğində pul vəsaitini nağd şəkildə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid12 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hesablanmış, dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 25184,10 (iyirmi beş min yüz səksən dörd manat on qəpik) manat vergi borcunun silinməsi müqabilində Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb, rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək Azərbaycan Respublikasının vətəndaşı Şahid16 18 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri Nəsimi rayonu, Rəşid Behbudov küçəsində fəaliyyət göstərən “Köz Dönər” adlı restoranın yaxınlığında 5.000 (beş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Şahid16 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, təqsirləndirilən şəxslər qismində ona təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxından tanıyır. AralArında normal münasibətləri vardır. Şəxsi qərəzləri yoxdur. O, 2016 ildən 2017-ci ilədək "xxxx" MMC-nin filialı olan “Kassa servis”də işləmiş, orada vəzifəsi "xxxx" MMC-yə aid olan və müxtəlif obyektlərdə quraşdırılmış kassa aparatlarının aylıq abunə haqlarını yığmaq olmuşdur. 2017-ci ilin may ayında işdən çıxmışdır,lakin həmin ilin sentyabr ayında yenidən Bakı şəhərinə qayıdıb üç ay yenidən "xxxx" MMC-nin filialı olan “Kassa servis”də işləmişdir. 2018-ci ildən 2019-cu ilədək "xxxx" MMC-də kassa aparatları üzrə mütəxəssis işləmiş, orada vəzifəsi kassaların quraşdırılması və kassaların təmiri olmuşdur. 2021-ci ilin yaz aylarından müxtəlif məbləğlərdə pul müqabilində müxtəlif fiziki və hüquqi şəxslərin vergi orqanına olan vergi borclarının qanunsuz olaraq azaldılması ilə məşğul olmuşdur. Özünün mühasibatlıq sahəsində dərin biliyi olmadığından bu sahədə ona əslən Ucar rayonundan olan, istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı ünvanda kirayənişin yaşayan Şahid3 adlı tanışı kömək etmişdir. Şahid3 uzun illər Ucar rayonunda mühasib işlədiyindən vergi orqanlarına təqdim edilməli olan bəyannamələri müxtəlif vergi ödəyicilərinin adından tərtib edərək vergi orqanına təqdim etməklə həmin azalmaları həyata keçirirdi. Əslində o və Tofiq hər hansı vergi borcunu realda azaltmamışdır. Belə ki, o, müxtəlif vergi ödəyicilərinin vergi orqanına olan müxtəlif növ borclarını azaltmaq və sıfırlamaq adı ilə ona müraciət edən şəxsləri aldadaraq müxtəlif məbləğlərdə pul almışdır. Şahid3 həmin ödəyicilər barədə müvafiq bəyannamələri vergi orqanına təqdim etməsini xahiş etmişdir. Vergi orqanın bəyannamələri yoxlama müddəti olan bir ay müddətinə vergi məbləği yoxlamada olduğu üçün azaldılmış, həmin orqan tərəfindən bir ay müddətinə yoxlanılan təqdim edilmiş bəyannamənin düzgün tərtib edilmədiyi aşkar edildiyi üçün yenidən əvvəlki məbləğə çatdırılmışdır. Yəni o, özü bir ay müddətinə guya azaltdıqları məbləğin yenidən əvvəlki vəziyyətə çatdırıldığını bilə-bilə vergi ödəyicilərini aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaitləri almışdır. Aldığı pul vəsaitlərindən az bir hissəsini bəyannamə tərtib etdiyinə görə Şahid3 vermişdir. Təxminən 2021-ci ilin mart ayında məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Təxminən həmin ilin ortalarına yaxın o, Mustafa ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Araz market ilə üzbəüz yerləşən çay evində görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona Rəşad adlı tanışına məxsus "xxxx" MMC şirkətinin vergi orqanına təxminən bir milyon yetmiş altı min manat vergi borcunun olduğunu dedi. O da Mustafaya həmin vergi borcunu sildirmək məsələsini araşdırıb baxmağı, həmin işdə yaxşı qazancın olduğunu demişdir. Mustafa da onunla razılaşaraq həmin məsələ ilə məşğul olacağını bildirdi. Təxminən 2021-ci ilin avqust ayında Mustafa istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxsla görüş təşkil etdiyini, bunun üçün onun da Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində Atatürk prospektini keçdikdən sonra yolun sol hissəsində yerləşən "xxxx" restoranına gəlməsinin vacib olduğunu dedi. O da həmin vaxt həmkəndlisi Rofiq ilə birlikdə həmin restorana gedib Mustafa vasitəsi ilə Rəşadla tanış olmuşdur. O, orada Zərərçəkmiş şəxs yalandan İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarovun yeznəsi ilə yaxın dostluq münasibətlərinin olduğunu, sonuncu vasitəsilə Mikayıl Cabbarovun bağ evində həftənin şənbə günləri görüşdüyünü deyərək müəyyən pul vəsaiti müqabilində həmin MMC-nin vergi orqanına olan borcunun silinməsinin iqtidarında olduğunu demişdir. Rəşad isə buna sevinərək ona sahibi olduğu "xxxx" MMC-nin vergi orqanına olan borcu ilə əlaqədar Vergi Cinayətləri İdarəsinə aparılan araşdırılma ilə bağlı MMC-nin direktoru Rəşadın qardaşı Taleh Şirinovun bu idarəyə çağrıldığını, idarədə bir müddət möhlət lazım olduğunu bildirdikdə, o, həmin idarədə olan tanışları vasitəsilə 10000 (on min) manat pul müqabilində müddətin veriləcəyini ona bildirmişdir. Bir neçə gündən sonra əvvəlcədən razılaşdıqları kimi onlar yenə həmin restoranda görüşmüşlər Görüş zamanı Rəşad, Mustafa və Rofiqina yanında 10000 manat pulun həmin möhlət üçün çox olduğunu, bunun üçün 6000 manat pul verə biləcəyini dedi. O da bununla razılaşıb elə orada da Mustafa və Rofiqin yanında Rəşad 6000 manat pulu ona verib məsələni həll etməyi xahiş etdi. O da Rəşadla razılaşıb pulu götürüb Vergi Cinayətləri İdarəsinə olan araşdırmanın kim tərəfindən aparılmasını soruşmuşdur. Rəşad araşdırmanı Seymur adlı şəxsin apardığını bildirərək, həmin şəxsin istifadəsində olan 055-290- 11-66 saylı mobil telefon nömrəsini verib restorandan getdi. O, həmin restoranda Mustafa və Rofiqin yanında Seymur adlı şəxsin istifadəsində olan həmin nömrəyə zəng edib həmin şəxsə "xxxx" MMC-nin mühasibi olduğunu bildirərək bir neçə gün müddətində MMC-nin vergiyə olan borcunun çox hissəsinin ödəniləcəyini bildirib bir müddət möhlət verilməsini xahiş etmişdir. Seymur adlı vergi orqanı əməkdaşı isə MMC-nin vergiyə olan borcunun ödənilməsinin vacib olduğunu, bir-iki həftə ərzində ödənişin olacağı təqdirdə möhlət veriləcəyini bildirmişdir. Bununla o, Rəşadı özünə inandırmış və sonuncu onun doğurdan da İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarova çıxışının olduğuna inanmışdır. Əsl həqiqətdə isə onun belə bir çıxışı olmamış, onun niyyəti Mustafa ilə birgə Rəşadı aldadıb inandırmaq və ondan pul almaq olmuşdur. Bu görüşdən sonra o, Zərərçəkmiş şəxs aldığı puldan 1000 manatını qabaqcadan Mustafa ilə razılaşdıqları kimi, Mustafanın istifadəsində olan, nömrəsini xatırlamadığı bank kartına göndərmişdir. Bundan sonra təxminən 2021-ci ilin avqust ayında o və Təqsirləndirilən şəxs2 birlikdə, Mustafıanın təşəbbüsü ilə yenidən "xxxx" restoranında görüşmüşlər. Orada Mustafa ondan həmin vergi borcunu hansı qiymətə silə biləcəyini soruşduqda o, 120.000 manat pul müqabilində borcu silə biləcəyini demişdir. Mustafa isə ona Rəşada 120.000 manat yox, 200.000 manata həmin borcu silə biləcəyini deməsini təklif etdi. O, bunun səbəbini soruşduqda Mustafa həmin işdə qazancının olmasını, bu işi ona özünün caladığını və əlavə olunan 80000 manat pul vəsaitini yarı-yarıya bölmək istədiyini bildirdi. O da bununla razılaşmışdır. Bir neçə gündən sonra Rəşad, o və Mustafa sonuncunun təşəbbüsü ilə "xxxx" restoranında görüşmüşlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs tanışı olan İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarovun yeznəsinin vasitəsilə vergi orqanına olan bir milyon yetmiş altı min manat vergi borcunun azaldılmasını və silinməsini edə biləcəyimi demiş, Mustafanın yanında bu işə başlamağı üçün ilkin olaraq 10.000, həmin borcun tam silinməsi üçün isə ümumilikdə, yəni 10.000 manat da daxil olmaqla 200.000 manat pul verməli olduğunu demişdir. Mustafanı Rəşaddan öncə tanıdığını və həmin işi doğurdan da Mustafanın tapdığını düşünərək Rəşada həmin işi 200.000 manata görəcəyini bildirmişdir. O, həmçinin Rəşada yalandan alacağı 200.000 manat pulun çox hissəsini İqtisadiyyat naziri Mikayıl Cabbarovun yeznəsinə verəcəyini bildirmişdir. Bu vaxt Rəşad onunla razılaşmış və təxminən həmin ilin sentyabr ayında Rəşad müxtəlif vaxtlarda şəxsən özünə və istifadə etdiyi "xxxx" ASC-yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına pul qoymaqla ümumilikdə 10.000 manat pul vermişdir. Rəşad ona həmin məbləğdən 2000 ABŞ dolları və 600 manatı Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” adlanan yerdə yerləşən “Paulaner” adlı restoranda şəxsən özünə vermişdir. Qalan məbləği isə qeyd etdiyi bank kartı vasitəsi ilə vermişdir. O, isə Mustafa ilə əvvəlcədən olan razılaşma əsasında Mustafanın tələbi ilə həmin şəxsin istifadəsindəki bank kartına öz adına olan bank kartı vasitəsilə əlavə olaraq 2000 manat pul göndərmişdir. Beləlikliklə Mustafaya razılaşmaya əsasən 1000 və 2000 manat olmaqla ümumilikdə 3000 manat pulu öz bank kartından həmin şəxsin bank kartına “kart to kart” əməliyyatı ilə göndərmişdir. O, tanışı Şahid3 köməkliyi ilə 2021-ci ilin sentyabr-oktyabr aylarında "xxxx" MMC-nin vergi orqanına olan borcunu aldadıcı bəyannamə ilə bir milyon yetmiş altı min manatdan 650.000 manata endirmişdir. Həmin bəyannaməni Tofiq ona məlum olmayan qaydada tərtib etmişdir. Bundan təxminən bir ay sonra, yəni təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Tofiqin tərtib etdiyi bəyannamə vergi orqanı tərəfindən səhv olduğu təsdiq edildikdən sonra "xxxx" MMC-nin vergi borcu yenidən bir milyon yetmiş altı min manat olaraq təsdiq edilmişdir. O, həmin ərəfədə mütəmadi olaraq Zərərçəkmiş şəxsla "WhatSapp” proqramı vasitəsilə əlaqə saxlayıb ona yaxın günlərdə vergi borcunun silinəcəyini, vergi orqanından həmin MMC-nin borcunun olmaması barədə sənəd verəcəyini yalandan vəd etmişdir. Həmin ilin dekabr ayının sonlarında artıq Rəşad onun aldatdığını anlamışdır. Əslində onun İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarov və yeznəsi ilə hər hansı əlaqə və münasibəti olmamış, sadəcə pul qazanmaq üçün həmin şəxslərin adlarından istifadə etmişdir. "xxxx" MMC-nin vergi orqanına olan borcu ilə əlaqədar Vergi Cinayətləri İdarəsinə olan araşdırılması ilə bağlı möhlətin alınması üçün o, Zərərçəkmiş şəxs Mustafanın və Rofiq adlı tanışının yanında "xxxx" restoranında 6000 manat pul almışdır. Bundan əlavə həmin MMCnin vergi orqanına olan təxminən 1.076.000 (bir milyon yetmiş altı min) manat borcunun azaldılması adı ilə Rəşaddan müxtəlif vaxtlarda şəxsən özü və istifadə etdiyi "xxxx" ASC-yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartı vasitəsi ilə ümumilikdə 10.000 manat pul almışdır. Həmin 10000 manat və əvvəlki 6000 manat puldan isə 3000 manatını Mustafa ilə əvvəlcədn aralarında olan razılaşmaya əsasən sonuncunun bank kartına göndərmişdir. Vergiyə olan bütün borcunun silinməsi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 istəyi ilə ümumilikdə 200.000 manat pul vəsaiti istəsə də, həmin məbləğin 16.000 manatın almış, lakin 190.000 manatı almamışdır. Həmin vəsaiti Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs2 ona verməmişlər. Təqsirləndirilən şəxs2 həmin 190.000 manat pulu ona çatdırmaq adı ilə Zərərçəkmiş şəxs almasını bilməmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Raqif onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona “Whatsapp” proqramı vasitəsilə zəng edərək vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsində qeydiyyatda olan fiziki şəxs X17 vergi orqanına 2.071.800 manatdan artıq vergi borcunun olduğunu, həmin vergi borcunun azaldılması və ya silinməsinin mümkün olub-olmayacağını soruşdu. O, bundan əvvəl Raqif adlı şəxsə yalandan İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarovun yeznəsi ilə yaxın dostluq münasibətlərinin olduğunu, sonuncu vasitəsilə Mikayıl Cabbarovun bağ evində onun özü ilə həftənin şənbə günləri görüşlərinin olduğunu və vergi ilə bağlı ona nə sözü olsa həmin şəxslər vasitəsilə həll edə biləcəyini demişdir. Raqif ona, özü həmin şəxsi tanımadığını, Vurğun adlı tanışının həmin məlumatı ona bildirdiyini demişdir. O, Raqifə onu Vurğunla görüşdürməyi və ya telefonda danışdırmağını təklif etmişdir. Bundan bir gün sonra Raqif ona zəng edərək Vurğunun yanında olduğunu deyərək telefonu Vurğuna verdi. Həmin vaxt o, Vurğuna da Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaxın münasibətinin olduğunu, eyni zamanda İqtisadiyyat nazirinin yeznəsi ilə yaxın münasibətinin olduğunu, həmin münasibətlərdən dolayı vergi orqanında istənilən vəzifəli şəxsə müvafiq pul vəsaitləri hesabına istənilən məbləğdə vergi borclarını silə bildiyini demişdir. Vurğun isə onun bu cür münasibətinin yaxşı olduğunu, gələcəkdə də onun vergi orqanında rəhbər şəxslərlə münasibətindən istifadə edib yaxşı işlər görüb, pul qazanacaqlarını bildirib vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsində qeydiyyatda olan fiziki şəxs X18 adına olan VÖEN üzrə vergi orqanına 2.071.800 manatdan artıq vergi borcunun olduğunu, həmin vergi borcunun silinməsini təşkil etməyi xahiş edib, əgər həmin işi təşkil etsə, hər ikisi yaxşı pul qazana bildiklərini dedi. O isə Vurğundan həmin vergi ödəyicisinin elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adı və parolunu bildirməsini, maraqlanıb həmin işi həll edəcəyini bildirmişdir. Vurğun isə həmin məlumatları Raqif vasitəsilə ona göndərəcəyini dedi. Bir neçə dəqiqədən sonra Raqif ona həmin vergi ödəyicisinin elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adını və parolunu “Whatsapp” proqramı vasitəsilə göndərərək, həmin məlumatları ona göndərməyi üçün ona Vurğunun göndərdiyini bildirdi. O, həmin parol və şifrəni əvvəlki ifadələrində qeyd etdiyi tanışı Şahid3 “Whatsapp” proqramı vasitəsilə göndərərək sonuncudan həmin vergi ödəyicisinin nə qədər vergi borcu olduğunu dəqiqləşdirməsini istəmişdir. Tofiq də ona fiziki şəxs X18 adına olan VÖEN üzrə vergi orqanına təxminən 2.071.800 manat vergi borcunun olduğu barədə məlumat verdi. Bundan sonra o, Raqifə zəng edərək yenidən Vurğunla danışmaq istədiyini xahiş etmişdirp. Raqif isə eyni qaydada onu Vurğunla təkrar danışdırmış və o, Vurğuna fiziki şəxs X18 vergi orqanına olan 2.071.800 manatdan artıq vergi borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 50.000 manat müqabilində hissə-hissə siləcəyini deyərək ilkin olaraq isə işə başlamaq üçün 10.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Vurğun isə X18 şəriki olan şəxsin pul verəcəyini, həmin şəxslə danışıb nəticəsi ilə bağlı ona məlumat verəcəyini dedi və bir neçə dəqiqə sonra Raqif yenidən eyni vasitə ilə onunla telefon əlaqəsi yaradaraq Vurğunla onu danışdırmışdır. Vurğun ona həmin vergi ödəyicisinin şərikinin 50.000 manat müqabilində onun dedikləri ilə razılaşdığını və həmin vergi borcunun silinməsi üçün ilkin olaraq nə qədər desələr pul verməyə hazır olduğunu dedi. O isə Vurğuna ilkin 10.000 manat verməsini dedikdə, Vurğun həmin şəxsdən 25000 manat alacağını, 10.000 manat pulu ona, qalan 15.000 manatı isə özünə götürəcəyini, özünün həmin pula təcili və vacib ehtiyacı olduğunu dedi. O, təki pul gəlsin deyə Vurğunla razılaşmış və görüşüb pulu götürməyini, işə tez zamanda başlamalı olduqlarını Vurğuna demişdir. O, bununla yanaşı eyni zamanda Tofiqə zəng edərək X42 adlı vergi ödəyicisi ilə bağlı vergi borcunun azaldılması üçün yalandan vergi ödəyicisinin razılığının olduğunu bildirərək həmin VÖEN üzrə vergi orqanına boş bəyannamə istəyib Tofiqə bəyannamə göndərəcəy halda ona zəhməthaqqı olaraq 100 manat verəcəyini bildirmişdir. Tofiq isə müvafiq bəyannamə tərtib edərək onlayn qaydada vergi orqanına göndərdikdən sonra həmin ödəyicinin 2.071.800 manatdan artıq olan vergi borcu 1.000.000 manat civarında azaldıldı. Əslində isə həmin məbləğ realda azaldılmamışdı, sadəcə yoxlanış dövründə sistemdə az görsənmişdir. O, bundan sonra Raqiflə əvvəlki qaydada “WhatSapp" proqramı vasitəsilə əlaqə saxlamış və eyni qaydada Vurğunla danışaraq Vurğuna həmin pulu ödəyicinin adamından alaraq gətirməsi üçün onu tələsdirmişdir. Vurğun isə ona pulu aldıqdan sonra Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən "Qədim Qəbələ" adlı restoranda görüşməyi, orada pulu verəcəyini bildirmişdir. Onun Vurğunu tələsdirməkdə məqsədi vergi orqanın Tofiqin verdiyi bəyannaməni qəbul etməyəcəyini və azaltdıqları məbləğin yenidən əvvəlki vəziyyətinə qayıdacağını əvvəllcədən bildiyi olmuşdur. Ona görə həmin pulu tez bir zamanda ələ keçirmək istəmimşdir. Vurğunla əvvəlcədən olan razılıq əsasında 2022-ci ilin yanvar ayının 8-də, gündüz saat təxminən 13 radələrində o, Vurğunla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Qədim Qəbələ” adlı restoranda Raqifin iştirakı ilə görüşmüşdür. Həmin vaxtda o, məhkəmədə ona təqsirləndirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs3 ilk dəfə üzbəüz görmüşdür. Görüş zamanı Vurğun ona Raqifin yanında həmin vergi ödəyicisinin şərikindən 25.000 manat aldığını bildirərək, əvvəlcədən olan razılaşmalarına əsasən 10.000 manat pulu ona vermiş, qalan 15000 manat pulu isə ehtiyacı olduğu üçün özünə götürdüyünü bildirdi. Raqifin həmin vergi borclarının onun tərəfindən azaldılması və silinməsini hansı qaydada, yəni qanuni və ya qanunsuz etməyindən xəbəri olmamışdır. Vurğun isə bilirdi ki, vergiyə olan borcu silmək mümkün deyil. Vurğun vergi ödəyicisinin vergi borcunun ya ödənilməli olduğunu, ya da məhkəmə qaydasında həmin borcun ləğv edilməli olduğunu bilirdi. Bunu pul almamışdan qabaq da Vurğun bilirdi. O, heç vaxt vergi ödəyicisi olan X21 və onun Vurğuna pul verən şərikini görməmişdir. Onlarla hər hansı əlaqəsi olmamışdır. O, həmin şəxsdən pulu isə Vurğunun aldığını bilmişdir. Onlar restoranda olanda o, Vurğuna vergi ödəyicisinin qalan vergi borcunun tamam silinməsi üçün əvvəlcədən razılaşdıqları pulu tezliklə verilməsini təşkil etməsini demişdir. Vurğun da ona narahat olmamağı, qalan pulu özü həmin şəxslərdən alacağını dedi. O, bundan sonra Vurğuna aldığı puldan bu dəfə ona heç nə verməyəcəyini demişdir. Vurğun isə sonradan həmin vergi ödəyicisinin qalan pulu vermədiyini, əksinə verdiyi 25.000 manat pulu geri qaytarılmasını tələb etdiyini dedi. O isə həmin vergi ödəyicisindən Vurğunla birgə aldıqları pulu geri qaytarmamışlar və sonradan da həbs olunmuşdur. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid10 Təqsirləndirilən şəxs3 tanışı olan vergi ödəyicisi, fiziki şəxs Şahid12 vergi orqanına təxminən 2000 manat borcu olduğunu, həmin ödəyicinin vergi borcunu sildirmək istəyini bildirdi. Raqif ona özü həmin fiziki şəxsi tanımadığını, Vurğunun bunu ona bildirdiyini dedi. O da Raqifə Vurğunla görüşmək istədiyini demişdir. Bundan sonra Raqif ona zəng edərək Vurğunun da telefonda konfrans kimi xətdə olduğunu deyərək onu Vurğunla danışdırdı. Vurğun ona ətraflı olaraq vergi ödəyicisi kimi fiziki şəxs Şahid12 adına olan VÖEN üzrə vergi orqanına təxminən 2.000 manatdan artıq vergi borcunun olduğunu, həmin vergi borcunun silinməsini təşkil etməsini xahiş etdi. O da Vurğundan həmin vergi ödəyicisinin elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adı və parolunu bildirməsini, maraqlanıb həmin işi də həll edəcəyini bildirmişdir. Vurğun da həmin məlumatları Raqif vasitəsilə ona göndərdi. Raqif də həmin məlumatları göndərdi. O da vergi ödəyicisinin elektron vergi sistemindəki şəxsi hesab vərəqəsində borcuna nəzər yetirmək və Şahid3 vasitəsilə boş hesabat göndərmək üçün ödəyicinin giriş ad və şifrəsini Şahid3 göndərib ondAr həmin ödəyicinin borcuna baxmasını xahiş etmiş, Tofiq İsə elektron sistemdən internet vasitəsilə baxaraq ödəyicinin həqiqətən də təxminən 2000 manat civarında vergiyə borcu olduğunu dedi. Bundan sonra o, yenidən Vurğunla danışıb ona fiziki şəxs Şahid12 vergi orqanına olan təxminən 2.000 manatdan artıq vergi borcunu olduğunu və özünün vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 1000 manat müqabilində hissəhissə siləcəyini dedikdə, Vurğun həmin məbləğdə onu da nəzərə almağını xahiş etdi. O dA Vurğuna həmin şəxsin vergi borcunun az olduğunu və bu işdə qazancın az olacağını əsas gətirərək Vurğuna 150 manat götürməyi, qalan 850 manatı isə ona çatacağını bildirdikdə Vurğun da razılaşdı. O, Vurğuna pulu tezliklə ona verməyi, işə tez zamanda başlamalı olduqlarını bildirmişdir. Bundan sonra o, Tofiqə həmin ödəyicinin adından vergi orqanına boş hesabat blankı yazmağı xahiş etmişdir. Həmin hesabat blankını Tofiq tərtib edib vergi orqanına onlayn göndərdikdən sonra Şahid12 adlı vergi ödəyicisinin vergiyə olan borcu 2000 manatdan 270 manatadək azaldılmışdır, lakin o, digər ödəyicilərdə etdiyi kimi həmin borc yenidən əvvəlki vəziyyətinə qayıdacağını bilmişdir. Həmin ödəyicinin borcu azalandan sonra o, bu barədə Vurğuna məlumat vermiş və sonra Vurğun təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində ona çatdırması üçün Raqifə 850 manat pul vermiş, Raqif isə öz istifadəsində olan bank kartı vasitəsilə onun istifadə etdiyi "xxxx" bank kartına 850 manat göndərmişdir. O, həmin puldan hesabat tərtib edib vergi orqanına təqdim etdiyi üçün xidmət haqqı olaraq Şahid3 təxminən 50 manat pul vermiş, qalan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında Şahid10 vergi ödəyicisi olan fiziki şəxs X29 3000 manatdan bir qədər artıq olan məbləğdə vergi borcunun olduğunu, həmin ödəyicinin qeyd edilən borcu sildirmək istədiyini dedi. O da həmin ödəyicinin elektron vergi sistemindəki şəxsi hesab vərəqəsində borcuna nəzər yetirmək üçün ödəyicinin giriş ad və şifrəsini Raqifdən istəyərək almışdır və istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, vergi xidmətləri göstərməyi barədə “tap.az" internet səhifəsindəki elandan nömrəsini götürdüyü, adının Rövşən olduğunu bildirən, fərdi qaydada mühasibatlıq fəaliyyəti göstərən şəxsə həmin ödəyicinin borcuna baxmasını xahiş etmişdir. Sonuncu ilə danışıq zamanı o, özünü mühasib kimi təqdim edərək internet ilə bağlı problemin olduğuna görə sistemə giriş edə bilmədiyini bəhanə etmiş və 50 manat müqabilində bir vergi hesabatını yazmağı ondan xahiş etmişdir. Rövşən də razılaşdı. O da Maya Babayeva adlı ödəyicinin login və parolunu həmin şəxsə göndərmişdir. Rövşən də sistemin bir müddət sonra həmin hesabata uyğunsuzluq verəcəyini, vergi borcunun yenidən qayıdacağını bildirdikdə, o, bu məsələni yalandan vergi ödəyicisi ilə razılaşaraq etdiyini bildirib ondan sadəcə boş vergi hesabat yazmağıı xahiş etmişdir. Rövşən də onunla razılaşaraq elektron sistemdən internet vasitəsilə baxaraq ödəyicinin həqiqətən də təxminən 3000 manat civarında vergiyə borcu olduğunu dedikdən sonra o, həmin borcun silinməsi üçün Raqifə 1000 manat alacağını demişdir. Raqif isə onun tanımadığı şəxslə danışdıqdan sonra ona vergi ödəyicisinin razılığını bildirdi. O, bundan sonra o, X51 adlı ödəyicinin adından vergi orqanına boş hesabat blankı yazmağını, bunu vergi ödəyicisinin razılığı ilə etdiyini bildirmişdir. Rövşən də həmin hesabat blankını tərtib edib vergi orqanına onlayn olaraq göndərdikdən sonra Maya Babayevanın vergiyə olan borcu təxminən 3000 manatdan 20 manatadək “azaldıldıqdan" sonra o, bunu təsdiq edən məlumatların şəkilini “whatsapp” tətbiqi vasitəsilə Raqifə göndərmişdir. Həmin gündən bir və ya iki gün sonra Raqif ona Maya Babayevanın borcunun silinməsi ilə bağlı ona çatdırması üçün 1000 manat məbləğində pul verildiyini bildirərək, həmin pulu görüşüb ona verəcəyini dedi. O da Raqiflə Yasamal rayonu ərazisində görüşərək ondan 1000 manat pulu götürmüşdür. Həmin 1000 puldan boş hesabat tərtib edib vergi orqanına göndərdiyi üçün xidmət haqqı olaraq Rövşənə 2022-ci ilin yanvar ayında 50 manat pul göndərmişdir. Qalan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 2021-ci ilin dekabr ayının ortalarında tanışı Raqif vergi ödəyicisi olan fiziki şəxs X14 təxminən 8000 manat civarında vergi borcunun olduğunu, həmin ödəyicinin qeyd edilən borcu sildirmək istədiyini bildirdi. O da həmin ödəyicinin elektron vergi sistemindəki şəxsi hesab vərəqəsində borcuna nəzər yetirmək üçün ödəyicinin giriş ad və şifrəsini Raqifdən almışdır. Şahid3 həmin ödəyicinin borcuna baxmasını xahiş etmişdir. Tofiq isə elektron sistemdən internet vasitəsilə baxaraq ödəyicinin həqiqətən də təxminən 8000 manat civarında vergiyə borcu olduğunu ona demişdir. O, həmin borcun silinməsinin çətin olduğunu əsas gətirərək Raqifdən həmin borcu 4000 manat müqabilində siləcəyini, ilkin olaraq 1000 manat beh olaraq alacağını bildirmişdir. Raqif isə tanışı ilə danışıb razılaşdıqdan sonra təxminən 2021-ci ilin dekabr ayının sonlarında ona istifadəsində olan bank kartı vasitəsilə onun istifadə etdiyi "xxxx" bank kartına 500 və 500 manat olmaqla cəmi 1000 manat göndərdi. O isə həmin ödəyici ilə bağlı heç bir hərəkət etməmiş və hər dəfə Raqifə yaxın zamanlarda həmin ödəyicinin vergiyə olan borcunu siləcəyini yalandan vəd edərək onu aldatmışdır. Aldığı ümumilikdə 1000 manat pul vəsaitini isə şəxsi ehtiyacları üçün xərcləmişdir.Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid10 Təqsirləndirilən şəxs3 tanışı olan vergi ödəyicisinin "xxxx" MMC-nin vergi orqanına olan 23.862 manat vergi borcunun olduğunu, həmin MMC-nin o, tanımadığı nümayəndəsinin Təqsirləndirilən şəxs3 vasitəsilə qeyd edilən borcu sildirmək istədiyini bildirdi. O da Vurğunla danışmışdır. Vurğun ona vergi ödəyicisi kimi "xxxx" MMC-nin vergi orqanına təxminən 23.862 manat vergi borcunun olduğunu, həmin vergi borcunun silinməsini təşkil etməyi xahiş etdi. O, Vurğundan həmin vergi ödəyicisinin elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adı və parolunu ona bildirməsini, maraqlanıb bu işi də həll edəcəyini bildirmişdir. Vurğun isə həmin məlumatları ona göndərdi. O, həmin ödəyicinin elektron vergi sistemindəki şəxsi hesab vərəqəsindəki ödəyicinin giriş ad və şifrəsini həmin ödəyicinin borcuna nəzər yetirmək və adından boş hesabat göndərmək üçün yenə Rövşən göndərib ödəyicinin borcuna baxmasını xahiş etmişdir. Rövşən də sistemdən ödəyicinin həqiqətən də təxminən 23.862 manat civarında vergiyə borcu olduğunu dedi. O da Vurğunla danışıb Vurğuna həmin borcun silinməsi üçün ümumilikdə 9000, ilkin olaraq isə 1500 manat beh olaraq alacağını demihdir. Vurğun 1500 manatın az olduğunu, həmin MMC-nin sahibi ilə yaxın münasibətinin olduğunu, həmin münasibətə görə ondan artıq pul ala biləcəyini və səhhəti ilə bağlı xərcinin çox çıxdığını deyərək alacağı artıq məbləği özünə götürəcəyini, 1500 manatı isə ona verəcəyini bildirdi. O da Vurğunla razılaşmışdır. Bundan sonra o, Rövşəndən ona göndərdiyi məlumatlar əsasında "xxxx" MMC-nin adından vergi orqanına boş hesabat blankı yazmağını xahiş etmişdir. Rövşən isə boş hesabat verdikdə bir müddət sonra bu hesabata uyğunsuzluq veriləcəyini, vergi borcunun yenidən qayıdacağını bildirdikdə o, Rövşənə yalandan vergi ödəyicisi ilə razılaşaraq bunu etdiyini bildirərək sadəcə boş vergi hesabatı yazmağı ondAn xahiş etmişdir. Rövşən isə vergi ödəyicisinin hüquqi şəxs olduğunu, gələcəkdə problem olacağını əsas gətirərək razılaşmadı. Buna baxmayaraq o, Vurğunla əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan həmin MMC-nin sahibindən pul alıb ona göndərməsini, yaxın zamanlarda işi həll edəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının 18-də Vurğun Raqif vasitəsilə onunla əlaqə saxlayaraq həmin ödəyicidən 5000 manat aldığını, səhhəti ilə bağlı xərcinin çox çıxdığını əsas gətirərək 3500 manat pulu özü üçün götürdüyünü, qalan 1500 manat pulu isə ona verəcəyini dedi. O dA heç bir iş görmədən 1500 manat da olsa qazandığı üçün Vurğunla razılaşmışdır. Bundan sonra elə həmin gün Vurğun Raqifin bank kartı vasitəsi ilə onun istifadə etdiyi "xxxx" bank kartına 1500 manat göndərmişdir. O, həmin pulun hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Şahid7 ilə təxminən 2019-cu ilin mart ayında “Sədərək” ticarət mərkəzində dostu Şahid2 vasitəsilə tanış olmuşdur. Sonuncu həmin ticarət mərkəzində elektrik mallarının satışı ilə məşğul olurdu. Rofiq ondan həmin vaxt tanışı Şahid7 VÖEN açmağa köməklik etməsini xahiş etdi. O da Şahid7 adına VÖEN açmış və sonuncu bunun müqabilində ona 20 manat zəhmət haqqı vermişdir. Şahid7 onA təxminən 35000 manata yaxın vergi borcunun olduğunu deyib ondAn həmin borcun hansı qaydada həll edilməsi barədə soruşdu. O da Rafizə yalandan Dövlət Vergi Xidmətində rəhbər şəxslərdən olan bir nəfər tanışı vasitəsi ilə onun vergiyə olan borcunu silə biləcəyini, bunun üçün həmin vəzifəli şəxsə 1500 manat pul vermək lazım olduğunu bildirərək onu aldadıb 2021-ci ilin noyabr ayının ortalarında işlədiyi “Sədərək” ticarət mərkəzinin avtodayanacağında Şahid7 həmin məqsəd üçün 1500 manat pul almışdır, lakin heç bir işgörməmişdir. Bundan sonra Rafiz dəfələrlə ondan vergi borcunun aqibəti barədə soruşmuşdur. O da Rafizə hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə vergiyə borcunun silinməsini təşkil edəcəyini bildirmişdir. Bir müddət sonra Rafiz ondan verdiyi 1500 manat pulu geri istədi, o da Rafizdən aldığı pulu müxtəlif bəhanələr gətirərək, yaxın zamanlarda verəcəyini bildirsə də, ondan aldığı 1500 manat pulu ona qaytarmamışdır. Təqsirləndirilən şəxs2 ona təxminən 2021-ci ilin oktyabr ayının sonlarında tanışı Şahid4 məxsus "xxxx" MMC-nin təxminən 4000 manat vergi borcu olduğunu bildirib onun vergi borcunun silinməsini xahiş etdi. O, bu borcun silinməsi üçün Əlibəydən 1000 manat almasını Mustafaya tapşırmışdır. Mustafa həmin puldan ona da verməyi xahiş etdi. O isə 1000 manat gətirəcəyi təqdirdə ona 250 manat verəcəyini demişdir. Bir neçə gün sonra Mustafa ona zəng edərək Şahid4 sonuncunun vergiyə olan borcunun silinməsi üçün 1000 manat yox, 750 manat aldığını, həmin puldan 250 manat özünə götürdüyünü, qalan 500 manatı isə onun bank kartına göndərəcəyini bildirmişdi. O isə Mustafa ilə razılaşıb 500 manat pulu kartına göndərməsini tapşırmışdır. Bundan sonra Mustafa Şahid4 aldığı puldan 500 manatı onun istifadəsində olan bank kartına göndərmişdir. Lakin o, Şahid4 vergi hesabatlarına heç vaxt baxmamış və onun vergi borcu barədə ümumiyyətlə heç bir iş görməmişdir. Bundan sonra Mustafa hər dəfə ona zəng edərək Əlibəyin bezdirdiyini, borcunun silinməsini, yaxud da verdiyi pulu geri istədiyini dedikdə o, Mustafaya hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmasını, pulu olanda Əlibəyin pulunu qaytaracaqlarını demişdir. BundAn sonrA isə həmin pulu heç biri Əlibəyə qaytarmamışlar. Şahid5 ilə onu Şahid6 Adlı tAnışı təxminən 2021-ci ilin noyabr ayında tanış etmişdir. Həmin tanışlığın məqsədi Şahid5 adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 7000 manat borcunun silinməsi məsələsi olmuşdur. Şahid6 borcun silinməsinin mümkün olub- olmamasını soruşdu. O, isə həmin şəxsə və İlqara yalandan Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaxın münasibətlərimin olduğunu bildirərək həmin borcun silinməsi məsələsini müvafiq pul qarşılığında həll edə biləcəyini demişdir. O, həmin 7000 manat vergi borcunu Dövlət Vergi Xidmətinin rəhbərliyində olan tanışlarının vasitəsilə 3500 manat müqabilində silə biləcəyini və vergi orqanından İlqarın adına olan VÖEN üzrə hər hansı borcun olmaması barədə müvafiq arayış veriləcəyini bildirmişdir. İlqar da razılAşmışlAr. Razılığa gəldikdən sonra o, İlqardan adına olan VÖEN üzrə elektron vergi sistemində olan Asan İmza və giriş parolunu istəmişdir. İlqar da bu məlumatları ona demişdir. Həmin vaxt o, yalandan həmin şəxslərə Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu və bu borcu silə biləcəyini bildirmiş, əslində isə belə bir münasibəti, eləcə də vergi borcunu qanuni qaydada silinməsini təşkil etmək iqtidarında olmamışdır. Vergi orqanına boş bəyannamə təqdim etməklə bir neçə günlük vergi borcunun sistemdə yoxlanışa getdiyi üçün azaldılacağını bildiyi üçün həmin şəxslərdən 3500 manat pulu almaq fikri olmuşdur. Həmin razılıqdan bir neçə gün sonra, yəni 2021-ci ilin noyabr ayında o, Şahid3 Şahid5 adına olan VÖEN və Asan İmza məlumatlarını “Whatsapp” tətbiqetməsi vasitəsilə göndərərək Tofiqdən həmin VÖEN üzrə vergi orqanına boş elektron bəyannamə göndərməsini xahiş etmişdir. Tofiq isə onun xahişini yerinə yetirərək boş hesabat göndərdikdən sonra həmin VÖEN üzrə vergi orqanının elektron sistemindəki şəxsi hesab vərəqəsində həmin borcun “silinməsi” barədə məlumat vermişdir. Bundan sonra o, bu barədə İlqara bildirmişdir. İlqar isə mühasibi vasitəsilə həmin məlumatı təsdiq etdikdən sonra o, həmin şəxslə görüşməyi təklif edərək, razılaşdıqları 3500 manat pulu verməsini istəmişdir. İlqar isə görüşüb pulu verə biləcəyini bildirdikdən sonra o, tanışı Rofiqin avtomobili ilə İlqar və Hasillə qabaqcadan olan razılaşmalarına əsasən Bakı şəhərində “Dədə Qorqud" adlı parkın yaxınlığındakı “Kofemania” adlı kafedə görüşərək Şahid5 adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 7000 manat borcun silinməsi üçün 3000 manat nağd pul vəsaitini almışdır. İlqar həmin vaxt qalan 500 manatı bir neçə gündən sonra verə biləcəyini demiş və o, istifadəsində olan “Kapitalbanka” məxsus bank kartının şəklini göndərərək həmin 500 manatı karta göndərməsini istəmişdir. Bir neçə gündən sonra Şahid5 200 və 300 manat olmaqla cəmi 500 manat pulu onun bank kartına göndərmişdir. Bir neçə gündən sonra İlqar ona zəng edərək adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 7000 manat borcun təkrar olaraq şəxsi hesab vərəqəsində görsəndiyini, silinmədiyini bildmişdir. O isə borcun tezliklə silinəcəyini, həmin haldan məlumatının olduğunu, prosesin bu qaydada getdiyini yalandan demişdir. Bundan sonra İlqar aldadıldığını dərk etmiş, ondan verdiyi pul vəsaitini geri istəmişdir. O isə tezliklə 3500 manat pulu qaytaracağını bildirsə də müxtəlif bəhanələr gətirərək həmin pulu qaytarmamışdır. O, Şahid8 tanıyır, xatırlamadığı dostlarından biri ona təxminən 2021-ci ilin noyabr ayının ortalarında sonuncunun vergi borcu olması barədə ona məlumat verərək həmin şəxsin vergi borcuna köməklik etməyi xahiş etmişdir. Həmin tanışı ona Mənsurun mobil telefon nömrəsini verərək onunla danışıb ətraflı məlumat aldıqdan sonra köməklik etməyi xahiş etmişdir. Bundan sonra o, Şahid8 istifadəsində olan mobil telefona zəng edərək onunla söhbət edən zaman, Mənsur ona vergi orqanına təxminən 3500-4000 manat cuvarında borcunun olduğunu, həmin borcu ödəməkdə çətinlik çəkdiyini bildirdi. O, Şahid8 yalandan Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu bildirərək həmin borcun silinməsi məsələsini müvafiq pul qarşılığında həll edə biləcəyini demişdir. O, Mənsura vergi xidmətinə olan borcunu 1500 manat müqabilində siləcəyini, həmin 1500 manat pulun çox hissəsini vergi orqanında işləyən tanışına verəcəyini bildirmişdir. Mənsur da onunla razılaşdıqdan sonra o, Mənsurdan adına olan VÖEN məlumatlarını, eləcə də şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan məlumatları verməyini istəmişdir. Mənsur həmin məlumatları “Whatsapp” tətbiqetməsi vasitəsilə ona göndərmişdir. Bundan sonra o, Şahid3lə “Whatsapp” tətbiqetməsi vasitəsilə əlaqə saxlayaraq Şahid8 adına olan VÖEN məlumatlarını, eləcə də şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan məlumatları göndərmiş və həmin ödəyicinin razılığı ilə şəxsi hesab vərəqəsinə girib hər zaman elədiyi kimi boş hesabat verməyini xahiş etmiş, həmin hesabat verməyinə görə ona xidmət haqqı olaraq 50 manat göndərəcəyini bildirdikdə Tofiq onunla razılaşaraq Şahid8 adından vergi orqanına boş hesabat göndərmişdir. O, Şahid8 vergi məsələlərindən anlayışı olmadığı üçün həmin hesabatın cavabın gözləmədən elə həmin gün onunla təkrar əlaqə saxlayaraq ona yalandan vergi borcunun silindiyini və həmin məqsəd üçün ondan alacağı 1500 manat pul vəsaitini təcili ondan götürüb vergi orqanında olan tanışına verməli olduğunu bildirmişdir. Mənsur isə Abşeron rayonu, Masazır qəsəbəsində olduğunu dedikdə o, taksi sifariş edərək Mənsurun olduğu yerə getmiş, sonuncudan adına olan VÖEN üzrə vergi orqanına olan borcunun silinməsi üçün 1500 manat pul vəsaitini şəxsən özündən almışdır. Həmin pulu Mənsurdan alandan sonra hesabat verməyinə görə xidmət haqqı olaraq 50 manat Şahid3 bank kartına göndərmiş, qalan pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan bir müddət sonra Mənsur ona zəng edərək vergi borcunun silinmədiyini bildirib və verdiyi 1500 manat pulu geri istəmişdir. O isə müxtəlif bəhanələr gətirərək həmin pulu ona verməkdən yayınmışdır. İstintaq zamanı ona təçqdim olunmuş onun bank kartlarına 01 oktyabr 2021ci il tarixdə onun kartına köçürülən 1000 manat, 11 oktyabr 2021-ci il tarixdə kartına köçürülən 3000 manat və 13 oktyabr 2022-ci il tarixdə kartına köçürülən 2000 manat mədaxil Zərərçəkmiş şəxs "xxxx" MMC-nin vergi borcunun silinməsi ilə bağlı Zərərçəkmiş şəxsla razılaşma əsasında sonuncunun onun kartına göndərdiyi pul vəsaitləri, Təqsirləndirilən şəxs2lə əvvəlcədən olan razılaşma əsasında Zərərçəkmiş şəxs kart vasitəsi ilə və ya nağd qaydada aldığı pul vəsaitlərindən 3000 manatı Mustafaya vermiş və ona təqdim edilən çıxarışda olan 30 sentyabr 2021-ci il tarixdə kartından göndərilən 1000 manat və 11 oktyabr 2021-ci il tarixdə kartından göndərilən 1200 manat pul vəsaitlərini o, Təqsirləndirilən şəxs2 istifadə etdiyi bank kartına “Kart to Kart” əməliyyatı ilə göndərmiş, qalan 800 manatı isə Mustafaya vermişdir. , Həmin çıxarışda olan 20 oktyabr 2021-ci il tarixdə kartına köçürülən 500 manat pul vəsaiti onun istəyi ilə Təqsirləndirilən şəxs2 “Energetik Təchizat" MMC-nin vergi borcunun azaldılması məqsədi ilə Şahid4 750 manat aldığı puldan ona göndərdiyi 500 manat pul vəsaitidir. Təqsirləndirilən şəxs2lə əvvəlcədən olan razılaşmaları əsasında sonuncu Şahid4 1000 manat alacağını desə də, sonradan ondan 750 manat aldığını və 250 manatı özünə götürdükdən sonra qalan 500 manatı onun kartına göndərmişdir. Çıxarışda qeyd edilən 29 noyabr 2021-ci il tarixdə kartına köçürülən 300 manat və 30 noyabr 2021-ci il tarixdə kartına köçürülən 200 manat pul vəsaitləri ifadəsində qeyd etdiyi kimi Şahid5 sonuncunun vergi borcunu silmək adı ilə bank kartı vasitəsi ilə aldığı 500 manat pul vəsaitləridi. Həmin pulu ona Şahid5 özü göndərmiş, qalan 3000 manatı isə əvvəl onunla şəxsən görüşərək nağd olaraq almışdır. Həmin çıxarışda olan 28 dekabr 2021-ci il tarixdə kartına köçürülən 500 və 500 manat olmaqla ümumilikdə 1000 manat pul vəsaitini onun kartına Sədiyar Hacıyev adlı vergi ödəyicisinin vergi borcunun silinməsi ilə əlaqədar sonuncunun yaxın qohumundan onun tapşırığı əsasında Raqif alaraq ona göndərmişdir. Çıxarışda qeyd edilən 17 yanvar 2022-ci il tarixdə kartına köçürülən 600 və 250 manat olmaqla ümumilikdə 850 manat pul vəsaitlərini Vurğunla olan razılaşmaları əsasında Vurğunun Şahid12 vergi borcunun silinməsi ilə bağlı aldığı 1000 manat puldan ona çatan 850 manat olmuşdur ki, həmin pulu Vurğun Raqif vasitəsi ilə onun kartına göndərmişdir. Çıxarışda qeyd edilən 19 yanvar 2022-ci il tarixdə kartına köçürülən 1500 manat pul vəsaitini Vurğunla olan razılaşmaları əsasında Vurğunun "xxxx" MMC-nin vergi borcunun silinməsi ilə bağlı aldığı 5000 manat puldan ona çatan 1500 manatdır. Həmin pulu Vurğun Raqif vasitəsi ilə onun kartına göndərmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs2 hər hansı məqsəd üçün hər hansı miqdarda borc pul almamışdır. Təqsirləndirilən şəxs2 borcu olmamışdır. Həmin 3000 manat pul vəsaitini Mustafaya sonuncu ilə qabaqcadan olan razlılaşması əsasında "xxxx" MMC-nin vergi borcunun silinməsi ilə bağlı Zərərçəkmiş şəxs aldıqları pullardan Mustafaya çatan pullar olduğu üçün ona vermişdir. İstər Mustafa, istərsə də Vurqun onun vergi ödəyicəilərinin borcunu azaltmaq və ya sıfırlamaq imkanının olmadığını bilmişlər. İfadələrinə başqa əlavəsi yoxdur. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə ə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs vergi borcunun silinməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 2021-ci il sentyabr ayında Gənclik metrostansiyasının yaxınlığında "xxxx" kafesində 6000 manat, 2021-ci ilin sentyabr ayında 2000 ABŞ dolları pul vəsaitini “Paulaner” restoranında onun yanında vermişdir. Zərərçəkmiş şəxs 6600 manat pulun İntiqamın kartına hissəhissə atmağı barədə ona məlumat vermişdir. Zərərçəkmiş şəxs ona 90.000 manat pul vəsaitini 2021ci ilin oktyabr ayında "xxxx" kafesində Təqsirləndirilən şəxs1 verdiyini demişdir,lakin Zərərçəkmiş şəxs həmin miqdarda pulu onun yanında İntiqama verməmişdir. Həmin gün onlar Rəşadla birlikdə "xxxx" kafesində olan zaman İntiqam da həmin kafeyə gəlmişdi. İntiqam gedəndən sonra Rəşad ona İntiqama 90.000 manat pul verdiyini dedi. 2021-ci ilin oktyabr ayında Gənclikdə “Qızılgül” kafesində Rəşad İntiqama 50.000 manat verdiyini ona bildirmişdir. Həmin gün görüşdə ondan başqa Rəşad, Babək, Cavad və İntiqam da olmuşlar. Rəşad ona sonradan İntiqama 50.000 manat verdiyini demişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Rəşad “Paulaner” restoranında İntiqama 50.000 manat pul vəsaiti verdiyiyni demişdir. Bütün olanlar onun yanında olmamışdır. Ona bu barədə Rəşad demişdir. Həmin gün “Paulaner” restoranında o, Rəşad, Taleh, Talehin o tanımadığı dostu olmuşlar. İntiqam sonradan restorana gəlmişdi, daha sonra Rəşadla çölə çıxdılar. Rəşad sonradan ona İntiqama 50.000 manat verdiyini dedi. O, Təqsirləndirilən şəxs1 ümumilikdə verilən 206.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs "xxxx"MMC-yə görə vergi orqanlarına olan borcunun silinməsi ilə bağlı olduğunu eşitmişdir, lakin həmin puldan ona heç bir məbləğdə pul ödənilməmişdir. O, ancaq Rəşad və İntiqamın vergi borcunun silinməsi üçün sonuncunun alacağı 206.000 pul vəsaitini onun yanında razılaşdıqlarını eşitmişdir. Bundan başqa İntiqamın ondan tanışı Şahid4 məxsus, özünün texniki direktor olduğu "xxxx" MMC-nin vergi orqanına olan 4500 manat borcunun silinməsinə görə 2021-ci ilin noyabr ayının ortalarında 1500 manat pul aldığını bildirmişdir. Həmin MMC-nin 4500 manat vergi borcu olduğundan İntiqam həmin borcu silə biləcəyini demiş, bunun müqabilindi 2500 manat pul istədi. Həmin pulun 500 manatını o, Şahid4 alaraq İntiqamın kartına köçürmüş, qalan 1000 manatını isə “Gənclik” metrosu yaxınlığında İntiqama vermişdir. İntiqam isə hələ də həmin pulu qaytarmamışdır. O, Şahid17 Şahid19 FHN-ə işə düzəldilməsi məqsədi ilə aldığı 1000 manat pul vəsaitini təxminən 20 gün öncə Şahid19 xalasının kartına “MilliÖN” vasitəsi ilə köçürmüşdür. O, 2021-ci ilin avqust ayının ortalarında təşəbbüsü ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən "xxxx" restoranında Təqsirləndirilən şəxs1 ilə görüşəndə İntiqam vergi orqanına olan borcunun silinməsi üçün Zərərçəkmiş şəxs 120.000 manat pul istəyəcəyini dedikdə özü üçün 80.000 manat artıraraq ondan 200.000 manat alacağını İntiqama deməmişdir. İntiqam özü bu iş üçün qabaqcadan 300.000 manat istəmişdi. X43 özü əlaqəyə çıxaraq 200.000 manat pul vəsaitinə vergi borcunu silə biləcəyini demişdir. 2021-ci ilin avqust ayının axırlarında "xxxx" restoranında onun, Təqsirləndirilən şəxs1, Şahid2 və Zərərçəkmiş şəxs iştirak etdiyi görüşə Rəşad gəlməmişdən öncə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs vergi orqanına olan borcunu 200.000 manat müqabilində silinməsi baş tutacağı halda pulun yarısını Təqsirləndirilən şəxs1 alacağı barədə razılığa gəlmələri yalandır. Çünki onun, Rəşadın, Rofiqin, İntiqamın olduğu görüşlərdə İntiqam Rofiqlə birlikdə sonradan gəlmişdir. Həmin görüşdə Rəşad İntiqama onun yanında 6000 manat vermişdir. Rofiq də həmin vaxt orada olmuşdur. Pulun verilməsində məqsəd vergi xidmətinin istintaq idarəsindən vaxt almaq olmuşdur. İntiqam Rəşad vergi borcunu bağlasın deyə borca görə həmin idarədə olan material üzrə vaxt alacağını demişdi. İntiqam onun bank kartına təxminən 2021-ci ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində 3000 manat pul göndərmişdir. İntiqam həmin məbləği avqust ayında ondan aldığı borca görə göndərmişdir. Həmin pulun Rəşaddan alınan pula aidiyyəti yoxdur. İntiqam Pirşağı ərazisində dəniz kənarı kafe açmaq məqsədi ilə ondan borc almışdı. O, özü də həmin kafedə olmuş, lakin həmin kafenin adını xatırlamır. Həmin pulu ona qaytaran vaxtda İntiqam hələ Rəşaddan 200.000 manat pul vəsaiti istəməmişdi. Zərərçəkmiş şəxs İntiqama verdiyi pulun miqdarını ona deməsinin səbəbini bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 istintaqın sonrakı mərhələsində verdiyi ifadələrində məhkəmədə verdiyi ifadələrinə uyğun ifadələr vermişdir, lakin o, ibtidai istintaqın ilkin mərləsindəki ifadələrində göstərmişdir ki, onun barəsində 2019-cu ildə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi olmuşdur, lakin sonradan zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyi üçün barəsində cinayət təqibinə xitam verilmişdir. O , 2011-ci ildə Zərərçəkmiş şəxsla Bakı şəhərində podratçı olaraq iş görərkən, “Bakı Eletrik Şəbəkə”-də işləyəndə tanış olmuş, daha sonra 2012-ci ildən birlikdə şərik olaraq iş görməyə başlamışlar. Əsas işiləri tikinti işləri olmuşdur. 2016-cı ildə “Yapsan MMC”-ni təsis etmişlər, lakin rəsmi olaraq təsisçi və direktor Rəşadın qardaşı Taleh Şirinov olmuşdur. Onlar birlikdə tenderlərə girərək subpotradçı kimi böyük layihələrdə tikinti işləri görmüşlər. Əsas işi Rəşad gördüyü üçün gəlirin çox hissəsini Rəşad götürmüş, gəlirin təxminən 20 faizini isə ona vermişdir. “Yapsan MMC”-nin 2018-ci ildə vergi problemi yarandı və hesablarına blok qoyulmuşdur. Onların alacaqları olduğu üçün başqa şirkətlərin adı ilə işləməyə davam etmişlər. Bundan sonra “Yapsan MMC”-nİn vergi borcu düz hesablanmadığı üçün məhkəməyə müraciət etmişlər. 2019-cu ildən onların 360.00 manat vergi borcu təxminən dəbbə ilə 1.000.076 manat olmuşdur. Onlar 2019-cu ilin ortalarında “Yapsan MMC” nin hüquqi ünvanı Binəqədi rayonu olduğundan vergi xidmətini Binəqədi Rayon Məhkəməsinə vermişlər. Daha sonra 2020-ci ildə vergi borcu ilə bağlı məsələni məhkəmə vergi xidmətinin ibtidai istintaq idarəsinə göndərmiş, lakin 2020-ci ildə pandemiya olduğu üçün məsələ uzanmağa başladı və onları çox sıxışdıran olmadı. 2021-ci ilin təxminən iyul ayından vergi xidmətinin ibtidai istintaq idarəsində zənglər gəlməyə başladı. Rəşad özü və qardaşı Taleh bir neçə dəfə həmin idarəyə getdilər. İstintaq idarəsində Seymur adlı əməkdaş təxminən 1.076.000 manat vergi borcunun ödənilməsini tələb etmişdir. O, təxminən 2 il öncə Seyid adlı əslən Kürdəmirdən olan tanışı vasitəsi ilə Bakı şəhərində yaşayan İntiqam İskəndərli ilə tanış olmuşdur. İntiqam ona “Sədərək” ticarət mərkəzində sahibkarların vergi xidməti ilə bağlı mühasibathq işlərini gördüyünü, Vergi xidmətində yaxşı əlaqələrinin olduğunu, vergi borclarının azalmasında istənilən vaxt kömək edə biləcəyini bildirib həmin azalmalar üçün öncədən yox, azalma olandan sonra pulu aldığını bildirdi. "xxxx" MMC-nin vergi borcu olduğu üçün onlara yaxşı mühasib lazım olmuşdur. 2021-ci ilin təxminən avqust ayında Gənclikdə "xxxx" kafesində İntiqam, Rəşad və o, görüşmüşlər. Onlar İntiqamla görüş zamanı "Yapsan MMC”-nin borcu barədə danışmış və vergi xidməti ilə hesabatlarını düzgün apara bilən mühasib lazım olduğunu demişlər. İntiqam isə onlara mühasib tapmaqdan başqa, həmçinin vergi borcunun silinib vergi borcunun olmaması barədə arayış ala biləcəyini dedi. Həmin vaxtdan bir həftə sonra o, İntiqama zəng edərək istintaqda problemlərinin olduğunu, İntiqamdan onlara vaxt ala biləcəyi barədə soruşmuş, İntiqam isə ona görüşməyi təklif etdikdən sonra təxminən 2021-cİ ilin sentyabr ayının əvvəllərində "xxxx" kafesində İntiqamla Rəşad və o görüşmüşlər. İntiqam həmin vaxt onlara 10.000 manat müqabilində onlara üç ay vaxt alacağını, vergi cinayətlərində Seymur adlı şəxslə danışdığını dedi. O və Rəşad isə güclərinin 6000 manata çatdığını dedikdə, İntiqam onlarla razılaşıb 6000 manatı götürdü. Növbəti gün Rəşad ona Seymur adlı vergi əməkdaşının yenə ona zəng etdiyini dedi. O isə İntiqamı "xxxx" kafesinə çağırmışdır. İntiqam onun gözünün qabağında Seymurun hazırda xatırlamadığı, lakin həqiqətən də Rəşada zəng edən Seymurun nömrəsinə zəng vurub Seymura “Seymur müəllim Sizə dedim axı Rəşadla Talehə zəng vurmayın, mən özüm sabah sizin yanınıza gələcəyəm. Nömrəm də sizdə var” sözlərini dedi. Seymur adlı şəxs isə cavabında Rəşada və Talehə başqa firmaya görə zəng vurduğunu dedi. Daha sonra həqiqətən də Vergi Xidmətinin istintaq idarəsindən Rəşada və Talehə zəng gəlmədi. Görüş zamanı İntiqam X1ynı ilə dost olduğunu, bütün məsələləri onunla həll etdiyini, bağda görüşərək həftə sonları yeyib içdiyini bildirdi. Növbəti gün İntiqam zəng edərək Vergi Xidmətinin istintaq idarəsinə getməsi üçün ondan MMC-nin Asan imzasını və etibarnamə istədi. .Bundan sonra Taleh Şirinov notariatla İntiqamın adına etibarnamə verdi. O da Asan İmza ilə etibarnaməni "xxxx" kafesində İntiqama vermişdir. İntiqam həmin hərəkəti ilə onun və Rəşadın etibarını qazanmışdır. Bundan sonra 2021-ci ilin təxminən sentyabr ayının sonunda Rəşad ona zəng vuraraq İntiqamın ona zəng edərək “Yapsan MMC”-nin təxminən 1.076.000 manat vergi borcunu silə biləcəyini, borcu olmamaq barədə arayış ala biləcəyini təklif etdiyini, İntiqamın buna görə 200.000 manat pul istədiyini dedi. Bundan sonra o, Rəşad və İntiqamla "xxxx" kafesində görüşmüşlər. İntiqam orada 1.076.000 manat vergi borcunu problemsiz siləcəyini dedi. Onlar İntiqama hazırda pullarının olmadığını dedikdə İntiqam 10.000 manat vermələrini və işə başlayacağını bildirmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında təxminən üç-dörd gün ərzində 6000 manat pulu Rəşad İntiqamın "xxxx" kartına hissə-hissə göndərdi. 2000 doları və 600 manat pulu isə “Paulaner” restoranında Rəşad İntiqama verdi. Qeyd etdiyi 10.000 manat pulu İntiqam üç-dörd gün ərzində sentyabr ayının sonlarında Rəşaddan almışdır. 2021-ci ilin oktyabr ayının əvvəlində İntiqam “Whatssap”la “Yapsan MMC”-nin vergi hesabından vergi borcunun şəklini çəkərək atdı. Həmin şəkildə şirkətin təxminən 600.000 vergi borcu silindiyi görünürdü. Onlar şirkətin mühasibi Əli adlı şəxsdən bu barədə məlumat olub-olmadığını soruşmuşlar. Əli "xxxx" MMCnin şəxsi vərəqəsinə girərək azalmanın olduğunu, lakin təsdilqənmədiyini bildirdi. İntiqam isə həmin azalmanı təsdiqlədəcəyini, narahat olmamağı bildirdi. Təxminən 2021-ci ilin oktyabr ayının ortası İntiqam ona və Rəşada dayanmadan yığaraq heç olmasa 90.000 manat verməyi tələb edib həmin pulu verməsələr azalmanın təsdiqlənməyəcəyini bildirdi. Həmin vaxt nə Rəşadın, nə onun pulu olmadığından Rəşad dərhal Xaşaxuna adlanan ərazidə yaşayış evini 55.000 manat və Qala qəsəbəsində 12 sot torpağını 45.000 manata satdı. O, 2021-ci ilin oktyabr ayının ortası "Əmirli” kafesinin qabağında təxmin axşam saat 21:00 radələrində İntiqama 90.000 manat pul vermişdir. Həmin vaxt Rəşad da onun yanında olmuşdur. Onlar Rəşadla həmin yerə birlikdə getmişlər. İntiqam ora Rofiq adlı tanışı ilə gəlmişdir. Onlar Rofiqin yanında vergi məsələsini danışmış, Rofiq bütün söhbətləri eşitmiş, lakin münasibət bildirməmişdir. Rofiq bir az sonra getmişdir. Pulu alanda intiqam tək olmuş və sonra guya Mikayıl Cabbarovun qaynı gilə gedəcəyini, növbəti 100.000 manatı Altı ay ərzində yavaş-yavaş alacağını deyərək getdi. 2021-ci İlin oktyabr ayının sonlarında İntiqam yenə zəng edərək təcili 50.000 manat pul lazım olduğunu, MMC-nin işinin artıq lokal gəlirlər idarəsində olduğunu bildirmişdir. Həmin vaxt Rəşad lokal gəlirlər idarəsindən ona zəng gəldiyini demişdir. Bundan sonra Rəşad təcili Yasamalda evini 85.000 manata satmışdır və o, oktyabr ayının sonlarında Gənclikdə “Qızılgül” kafesinin qarşısında saat 22 radələrində Rəşadın gözünün qabağında İntiqama 50.000 manat vermişdir. İntiqam isə yenə də Mikayıl Cabbarovun qaynı ilə görüşməyə gedəcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Rəşad ona zəng edərək İntiqamın yenə zəng etdiyini bildirmişdir. O da İntiqamla danışmış və sonuncu ona MMC-nin işinin hazır olduğunu, imza və möhürün vurulmalı olduğunu bildirərək 50.000 manat pulun təcili çatmalı olduğunu bildirmişdir. Bundan sonra Rəşad 50.000 manat pulu tapmış və o, noyabr ayının ortalarında “Paulaner” restoranının qarşısında axşam saat 22 radələrində Rəşadın gözünün qabağında İntiqama vermişdir. İntiqam isə yenə Mikayıl müəllimin qaynının evinə gedəcəyini bildirmiş, onun gözünün qabağında Bilgəhə taksi sifariş vermişdir. O, ümumilikdə onların İntiqama Rəşada məxsus 206.000 manat pul vermiş olduqlarını bildirmişdir. Bundan sonra İntiqam hər gün bir bəhanə gətirməyə başlamış, hər gün bir yalan danışmışdır. O, İntiqamın Rofiq adlı dostuna zəng etmiş, lakin heç cür İntiqamı tapa bilməmişdir. İntiqam dekabrın sonu ona yazmış və daha sonra zəng vuraraq Rəşadın işinin hazır olduğunu, bu-gün sabah düzələcəyini bildirmişdir. Daha sonra 2022-ci ilin yanvar ayının 5-i İntiqam onun nömrəsini qara siyahıya atmışdır. 2021-ci ilin dekabr ayının ortalarında Rəşad ona zəng vuraraq vergi borcunun azalması əvəzinə hətta, 1.076.000 manatdan da artıq çoxaldığını bildirdikdə o, İntiqamın onu və Rəşadı aldatdığından tamamilə əmin olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 Ağadadaş oğlu ibtidai istsintaq zamanı şahid qismində dindirilərkən və Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı 2021-ci ilin oktyabr ayının ortalarında "xxxx" kafesinin qarşısında axşam saat 21:00 radələrində 90.000 manat, 2021-ci il oktyabr ayının sonlarında Gənclik metro stansiyası yaxınlığında “Qızılgül” kafesinin qarşısında saat 22:00 radələrində 50.000 manat, 2021-ci ilin noyabr ayının ortalarında “Paulaner” restoranının qarşısında axşam saat 22:00 radələrində 50.000 manat Zərərçəkmiş şəxs yanında şəxsən Təqsirləndirilən şəxs1 verdiyini göstərmişdir. O, X38 təxminən 3-4 ay olar tanıdığını bildirərək həmin şəxsin ünvan 9 ünvanında 300 kvadrat metr sahəsi olan torpaq sahəsinin olduğunu, həmin şəxsin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, Eldar Həsənovla təxminən 2021-ci ilin oktyabr ayında görüşərək torpaq sahəsinə baxmış və həmin torpaq sahəsinin sənədlərini nəzərdən keçirən zaman məlum olmuşdur ki, torpaq sahəsinin müvafiq sənədləri var. Həmin torpaq sahəsində kafe tikmək üçün müvafiq sərəncamın alınması üçün o, Aydın Əzizov adlı tanışına müraciət etmiş, sonuncu isə bu məqsədlə ona köməklik etməsi üçün onu Əlibəy Kərimov adlı şəxslə tanış etmişdir. Əlibəy Kərimov isə Bakı şəhəri İcra Hakimiyyətində tanışı olduğunu, həmin tanışı vasitəsilə həmin torpaq sahəsinə kafe və digər ictimai iaşə obyekti tikmək üçün sərəncamın verilməsinə köməklik edə biləcəyini demiş və həmin əlaqələri ilə danışaraq ona xəbər edəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin sonlarında Əlibəy Kərimov ona qeyd edilən torpaq sahəsində müvafiq tikintinin aparılması üçün icazə verilməsinə Bakı şəhəri İcra Hakimiyyətində olan səlahiyyətli tanışı olan şəxsin 70 min manat məbləğində pul istədiyini bildirmişdir. Onun məqsədim isə həmin torpaq sahəsinin alıb sənədli şəkildə satıb əlavə pul qazanmağı olmuşdur. Bu məqsədlə bir neçə müştəri ilə danışmış, lakin həmin müştərilər razılaşmadıqlarına görə o, Əlibəy Kərimova və eləcə də Eldar Həsənova hər hansı cavab verməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonun "Whatsapp” tətbiqetməsində X27 mobil telefon nömrəsindən “Whatsapp” tətbiqetməsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 yanvar 2022-ci il tarixdə saat 14:06 dəqiqədə “Salam Umumi 206 6 bir sentyavrın axın bir hefte hefte oktyabrın axırına kimi 10 bir, 90 bir, 50 bir, 50 de bir” məzmunlu mesajının yazılması, onun isə cavabında saat 14:10 dəqiqədə “ok” sözü yazmasının mahiyyəti barədə ibtidai istintaq zamanı həmin yazışmanı ona Zərərçəkmiş şəxs Cavadın mobil telefonundakı “Whatsapp” proqramı vasitəsi ilə yazdığını, həmin müsajı yazmaqda Rəşadın məqsədinin İntiqama verdiyi ümumi pulun məbləğini ona bildirmək olduğunu, özünün cavabında Rəşada “ok” sözü yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər kimi təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, aralarında normal münasibətləri olub, ədavətləri olmayıb, hazırda özü Ceyranbatan qəsəbəsində kirayəşin yaşayır. O, əvvəllər “Sədərək” ticarət mərkəzində xırda ticarətlə məşğul olan zaman Şahid12m həmin ticarət mərkəzində qadın geyimlərinin satışını həyata keçirən şəxs kimi tanımışdır. Onunla yaxşı münasibəti olmuşdur. Təxminən 2021-ci ilin dekabr ayında Xatirə ilə söhbət edərkən sonuncu ona vergi orqanına 2300 manatdan artıq vergi borcunun olduğunu və həmin borcu ödəyə bilmədiyindən vergi orqanı tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu dedi. O da bir yoldaş kimi maraqlanıb mümkün olacağı təqdirdə ona köməklik edəcəyini bildirmişdir. Həmin söhbətdən bir müddət sonra, yəni təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində, əvvəlcədən də “Sədərək” ticarət mərkəzində xırda ticarətlə məşğul olan adam kimi tanıdığı Raqiflə söhbət edərkən tanışının vergi ilə bağlı problemlərinin olduğunu demiş və vergi orqanında tanışının olub-olmamasını maraqlanmışdır. Raqif ona İntiqam adlı tanışının olduğunu, X47 Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə yaxşı münasibətlərinin olduğunu, nəsə lazım olsa İntiqama deyə biləcəyini dedi. O, Raqifdən onu İntiqamla tanış etməsini, sonuncunun köməkliyi ilə bir nəfər tanışının vergiyə borcunu həll etmək istədiyini bildirdikdə Raqif ona köməklik etməsi üçün İntiqamla tanış edəcəyinə razılıq verdi. Bundan sonra o, Xatirə ilə danışaraq sonuncuya yalandan vergi orqanında olan vəzifəli tanışları vasitəsilə onun vergiyə olan 2300 manatdan artıq vergi borcunu sildirə biləcəyini bildirmişdir Xatirə də buna razılıq vermişdir. Həmin vaxtdan bir neçə gün sonra o, yenidən Raqiflə danışmış və ondan Şahid12 orqanına olan borcu ilə bağlı İntiqamla danışmağını təşkil etməyi xahiş etmişdir. Raqif də onun yanında İntiqama zəng edərək onu İntiqamla danışdırmışdır. O, İntiqama Şahid12 məsələsini bildirdikdə İntiqam ona telefonda Vergi Xidmətinin rəhbərliyi ilə, İqtisadiyyat nazirinin yaxın qohumu ilə yaxşı münasibətinin olduğunu, həmin münasibətlərdən dolayı vergi orqanında istənilən vəzifəli şəxslə müvafiq pul müqabilində vergi borclarını silə bildiyini dedi. O, İntiqama bu cür əlaqələrinin olduğuna sevinərək gələcəkdə də belə münasibətlərə görə yaxşı işlər görüb pul qazana biləcəklərini demişdir. Bundan sonra İntiqama ətraflı olaraq Şahid12 vergiyə borcu barədə məlumat verərək həmin vergi borcunun silinməsini təşkil etməyi İntiqamdan xahiş etmişdir. İntiqam isə ona Şahid12 VÖEN nömrəsini, elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adı və parolunu bildirməsini tApşırıb, həmin işi həll edəcəyini bildirdi. Bundan sonra o, həmin məlumatları Xatirədən öyrənərək Raqif vasitəsilə İntiqama göndərmişdir. İntiqam Xatirənin vergi orqanına olan təxminən 2.300 manatdan artıq borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 1000 manat müqabilində siləcəyini dedi. O isə 1000 manat puldan ona qalan məbləği soruşduqda İntiqam ona həmin puldan 150 manat verə biləcəyini, qalan 850 manatı isə özü götürüb işi həll edəcəyini dedi. O dA razılaşmışlar. Bundan sonra o, Xatirə ilə “Sədərək” ticarət mərkəzində görüşərək sonuncunun vergi orqanına olan borcunun silinməsi üçün həmin orqanda olan vəzifəli tanışına çatdırmaq Adı ilə 1000 manat pul almışdır. Bundan da az sonra o, Xatirəyə vergi orqanına olan borcunun silindiyini bildirmişdir. O, bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində İntiqamın tapşırığı ilə 850 manat pulu Raqifə vermiş, Raqif isə həmin pulu olduğu kimi İntiqama çatdırmışdır. Bir müddət sonra isə Şahid12 ona onu aldatdığını, vergi borcunun silinmədiyini, olduğu kimi saxlanıldığını deyərək verdiyi 1000 manat pulu qaytarmağını tələb etdi, o isə imkanının olmadığını, pulu yaxın zamanlarda geri qaytaracağını bildirsə də, lakin qaytarmamışdır. Bundan başqa təxminən həmin vaxtlarda da, 2022-ci ilin yanvar ayının əvvəllərində o, “Meyvəli” bazarında ticarətlə məşqul olan Gündüz adlı tanışı ona əmisinin vergiyə təxminən 2.000.000 manatdan artıq vergi borcunun olduğunu bildirdi. O da Gündüzə yalandan Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu bildirərək həmin borcun silinməsini təşkil edə biləcəyimi bildirmişdir. Gündüz isə onu əmisi Niyaz adlı şəxslə tanış etdi. O da Niyaza həmin sözləri dedikdə Niyaz ondan kömək etməyi xahiş etdi. O da bunu Raqifə demişdir. X48 adlı şərikinin 2.000.000 manatdan artıq vergi borcu olduğunu, həmin borcu sildirmək üçün İntiqamdan kömək istəməyi xahiş etmişdir. Raqif də İntiqama zəng telefonu ona vermişdir. O da İntiqamla Raqifin telefonundan danışmış və ona Rəhim Zeynalovun adına olan borc barədə ətraflı məlumat vermişdir. İntiqam isə əvvəlki kimi ona Dövlət Vergi Xidmətinin rəhbərliyində olan ali vəzifəli şəxslər vasitəsilə həmin borcu silə biləcəyini, həmin ödəyicinin VÖEN və şəxsi hesab vərəqəsində giriş adı və parolunu ona bildirməyini xahiş etdikdə o, həmin məlumatları Raqifin telefonu vasitəsi ilə İntiqama bildirdikdən sonra İntiqam ona Rəhim Zeynalovun vergi orqanına olan 2.000.000 manatdan artıq vergi borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 50.000 manat müqabilində siləcəyini bildirərək işə başlamaq üçün ilk əvvəl 10.000 manat pul vermək lazım olduğunu bildirdi. O isə İntiqama səhhətindəki problemlərlə bağlı təcili pula ehtiyacı olduğunu bildirərək pulu verən şəxsin Rəhim Zeynalovun şəriki olduğunu, həmin şəxslə yaxşı münasibəti olduğundan həmin şəxsdən 25.000 manat alacağını, 10.000 manatın İntiqama, qalan 15.000 manatı isə özünə götürəcəyini bildirdikdə İntiqam da razılaşdı Bundan sonra o, Rəhim Zeynalovun şəriki Niyaz adlı şəxslə əlaqə saxlayaraq sonuncuya Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə 25.000 manat pul vermək müqabilində şəriki Rəhim Zeynalovun adına olan VÖEN üzrə vergi orqanına olan 2.000.000 manatdan artıq vergi borcunu siləcəyini bildirdikdə Niyaz onunla razılaşdı O, 08 yanvar 2022-ci il tarixdə gündüz saat təxminən 12:00 radələrində Niyazla Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” meyvə-tərəvəz bazarında görüşərək ondan Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə çatdırmaq üçün 25.000 manat pul vəsaitini almışdır. Həmin pulu alandan sonra əvvəlcədən İntiqamla olan razılaşma əsasında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən “Qədim Qəbələ” adlı restoranda görüşmüşlər. Həmin görüşdə Raqif də iştirak edirdi. Orada Raqifin yanında o, İntiqama Niyaz adlı şəxsdən 25.000 manat aldığını, 15.000 manat pulu ehtiyacı olduğu üçün özünə götürdüyünü deyib qalan 10.000 manat pulu İntiqama vermişdir. O, təxminən 2022-ci ilin yanvar ayının ortalarında bir neçə il əvvəl tanıdığı Yalçın adlı şəxslə metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşüb söhbət edən zaman söhbət əsnasında Yalçın ona sahibi olduğu "xxxx" MMC-nin vergiyə təxminən 23.800 manatdan artıq vergi borcu olduğunu və işlərinin zəif olmasından şikayət edərək həmin borcu ödəməkdə çətinliyinin olduğunu dedi. O da nəzərində İntiqamı tutaraq, Yalçına bir dostunun Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu bildirib, həmin şəxslər vasitəsi ilə bir neçə vergi ödəyicisinin vergi borcunu sildiklərini demişdir. Yalçın dA onA köməklik etməyi xAhiş etdi. O da ona razılıq verib İntiqamla danışaraq "xxxx" MMC-nin vergi borcu barədə məlumat vermişdir. İntiqam da "xxxx" MMCnin VÖEN və şəxsi hesab vərəqəsində giriş adı və parolunu bildirməyi xahiş etdi. O da həmin məlumatları Yalçından öyrəndikdən sonra Raqifin telefonu vasitəsi ilə həmin məlumatları İntiqama bildirmişdir. Həmin günün səhəri gün İntiqam Raqifin vasitəsi ilə ona "xxxx" MMC-nin vergi orqanına olan 23.800 manatdan artıq vergi borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 9.000 manat müqabilində siləcəyini bildirərək işə başlamaq üçün ilk əvvəl 1500 manat pul vermək lazım olduğunu bildirdi. O da İntiqama yenə də səhhətindəki problemlərlə bağlı təcili pula ehtiyacı olduğunu bildirərək pulu verən MMC-nin sahibi olan tanışından 5.000 manat alacağını, 1500 manatın İntiqama, qalan 3.500 manatı isə özünə götürəcəyini bildirdikdə İntiqam onunla razılaşıb pulu götürməyi tapşırdı. Bundan sonra o, Yalçınla əlaqə saxlayaraq ona Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə 5.000 manat pul vermək müqabilində sahibi olduğu MMC-nin vergi orqanına olan 23.800 manatdan artıq vergi borcunu siləcəklərini bildirmişdir. Yalçın da razılaşdı və vergi borcunu sildikdən və ya kifayət qədər azaldandan sonra pulu verəcəyini bildirdi. Bundan sonra İntiqam həmin MMC-nin vergi borcunu 23.800 manatdan 12.000 manata azaltdığı barədə ona məlumat vermişdir. O da həmin məlumatları Yalçına bildirmişdir. Bun sonra 18 yanvar 2022-ci il tarixdə təxminən axşam saatlarında o, R.Behbudov küçəsində yerləşən “Köz Dönər” adlı restoranın yaxınlığında Yalçın ilə görüşüb ondan həmin məqsəd üçün 5000 manat məbləğində pul almışdır. Bundan sonra o, İntiqama məlumat verib və İntiqamın tapşırığı ilə o, 1500 manat pulu İntiqamın istifadəsində olan bank kartına göndərməsi üçün Raqifə vermişdir. Raqif də həmin 1500 manat pulu İntiqamın istifadə etdiyi bank kartına göndərmişdir. Onu bu hərəkətələri etməyə vadar edən xəstəliyi olub. Pulu olanda həmin şəxslərdən ona çatan məbələğləri qaytaracaqdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs3 ifadələrində göstərmişdir ki , o, əvvəllər “Sədərək” ticarət mərkəzində xırda ticarətlə məşğul olan zaman Şahid12m həmin ticarət mərkəzində qadın geyimlərinin satışını həyata keçirən şəxs kimi tanımış, onunla yaxşı münasibəti olmuşdur. 2021-ci ilin təxminən dekabr ayında Xatirə ilə söhbət edərkən sonuncu ona vergi orqanına 2300 manatdan artıq vergi borcunun olduğunu və həmin borcu ödəyə bilmədiyindən ölkədən çıxışına vergi orqanı tərəfindən qadağa qoyulduğunu bildirmişdir. O isə bir yoldaş kimi maraqlanıb mümkün olacağı təqdirdə ona köməklik edəcəyini bildirmişdir. Həmin söhbətdən bir müddət sonra, yəni təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində, əvvəlcədən də “Sədərək” ticarət mərkəzində xırda ticarətlə məşğul olan adam kimi tanıdığı Raqiflə söhbət edərkən tanışının vergi ilə bağlı problemlərinin olduğunu təsadüfən Raqifə demiş və vergi orqanında tanışının olub-olmamasını maraqlandıqda, Raqif ona İntiqam adlı tanışının olduğunu, X47 Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə yaxşı münasibətlərinin olduğunu, nəsə lazım olsa İntiqama deyə biləcəyini demişdir. O Raqifdən onu İntiqamla tanış etməsini, sonuncunun köməkliyi ilə bir nəfər tanışının vergiyə borcunu həll etmək istədiyini bildirdikdə Raqif ona köməklik etməsi üçün İntiqamla tanış edəcəyinə razılıq vermişdir. Bundan sonra o, Xatirə ilə danışaraq sonuncuya yalandan vergi orqanında olan vəzifəli tanışları vasitəsilə onun vergiyə olan 2300 manatdan artıq vergi borcunu sildirə biləcəyini bildirmiş, Xatirə də buna razılıq vermişdir. Həmin vaxtdan bir neçə gün sonra o, yenidən Raqiflə danışmış və ondan Şahid12 adlı tanışının vergi orqanına olan borcu ilə bağlı İntiqamla danışmağını xahiş etmişdir. Raqif onun yanında İntiqama zəng edərək onu İntiqamla danışdırmış, o, İntiqama Şahid12 məsələsini bildirdikdə İntiqam ona telefonda Vergi Xidmətinin rəhbərliyi ilə, İqtisadiyyat nazirinin yaxın qohumu ilə yaxşı münasibətinin olduğunu, həmin münasibətlərdən dolayı vergi orqanında istənilən vəzifəli şəxslə müvafiq pul vəsaitləri müqabilində vergi borclarını silə bildiyini bildirmişdir. O, İntiqama bu cür əlaqələrinin olduğuna sevinərək gələcəkdə də belə münasibətlərə görə yaxşı işlər görüb pul qazana biləcəklərini demiş və sonra ona ətraflı olaraq Şahid12 vergiyə borcu barədə məlumat verərək həmin vergi borcunun silinməsini təşkil etməyini İntiqamdan xahiş etmişdir. İntiqam isə ona Şahid12 VÖEN nömrəsini, elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adı və parolunu bildirməsini, maraqlanıb həmin işi həll edəcəyini bildirmişdir. Bundan sonra o, həmin məlumatları Xatirədən öyrənərək Raqif vasitəsilə İntiqama göndərmiş və sonra İntiqam Xatirənin vergi orqanına olan təxminən 2.300 manatdan artıq vergi borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 1000 manat müqabilində siləcəyini demişdir. O isə 1000 manat pulda ona qalan məbləği soruşduqda İntiqam ona həmin puldan 150 manat verə biləcəyini, qalan 850 manatı isə özü götürüb işi həll edəcəyini bildirmiş və razılaşmışlar. Bundan sonra o, Xatirə ilə işlədiyi “Sədərək” ticarət mərkəzində görüşərək sonuncunun vergi orqanına olan borcunun silinməsi üçün həmin orqanda olan vəzifəli tanışına çatdırmağı üçün 1000 manat pul almışdır. Daha sonra o, Xatirəyə vergi orqanına olan borcunun silindiyini bildirmişdir. O, bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində İntiqamın tapşırığı ilə 850 manat pulu Raqifə vermiş, Raqif isə həmin pulu olduğu kimi İntiqama çatdırmışdır. Bir müddət sonra isə Şahid12 ona onu aldatdığını, vergi borcunun silinmədiyini, olduğu kimi saxlanıldığını deyərək verdiyi 1000 manat pulu qaytarmağını tələb etmiş, o isə imkanının olmadığını, pulu yaxın zamanlarda geri qaytaracağını bildirsə də, hazıradək həmin pulu Şahid12 qaytarmamışdır. Bundan başqa 2022-ci ilin yanvar ayının əvvəllərində “Meyvəli” bazarında olarkən Gündüz adlı tanışı ona əmisinin vergiyə təxminən 2.000.000 manatdan artıq vergi borcunun olduğunu bildirdikdə o, Gündüz adlı tanışına yalandan Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu bildirərək həmin borcun silinməsini təşkil edə biləcəyini bildirmişdir. Gündüz isə onu əmisi Niyaz adlı şəxslə tanış etmiş və o, Niyaz adlı şəxsə də həmin sözləri dedikdə Niyaz ondan kömək etməyini xahiş etmişdir. Bundan sonra o, Raqifə tərəvəz məhsullarının əkini və satışı ilə məşğul olan Niyaz adlı tanışının olduğunu, onun Rəhim Zeynalov adlı şərikinin adına olan VÖEN üzrə vergi orqanına 2.000.000 manatdan artıq vergi borcunun yarandığını, həmin borcu sildirmək üçün İntiqamdan xahiş etməsini bildirmişdir. Raqif isə onu bu işlərdən uzaq tutmağı xahiş edərək “WhatSapp” proqramı vasitəsilə İntiqama zəng edərək onunla danışmasını xahiş etmişdir. Bundan sonra o, İntiqamla Raqifin telefonundan danışmış və ona Rəhim Zeynalovun adına olan borc barədə ətraflı məlumat vermiş, İntiqam isə əvvəlki kimi ona Dövlət Vergi Xidmətinin rəhbərliyində olan ali vəzifəli şəxslər vasitəsilə həmin borcu silə biləcəyini, həmin ödəyicinin VÖEN və şəxsi hesab vərəqəsində giriş adı və parolunu ona bildirməyini xahiş etdikdə o, həmin məlumatları Raqifin telefonu vasitəsi ilə İntiqama bildirdikdən sonra İntiqam ona Rəhim Zeynalovun vergi orqanına olan 2.000.000 manatdan artıq vergi borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 50.000 manat müqabilində siləcəyini bildirərək işə başlamaq üçün ilk əvvəl 10.000 manat pul vermək lazım olduğunu bildirmişdir. O isə İntiqama səhhətindəki problemlərlə bağlı təcili pula ehtiyacı olduğunu bildirərək pulu verən şəxsin Rəhim Zeynalovun şəriki olduğunu, həmin şəxslə yaxşı münasibəti olduğundan həmin şəxsdən 25.000 manat alacağını, 10.000 manatın İntiqama, qalan 15.000 manatı isə özünə götürəcəyini bildirdikdə İntiqam onunla razılaşmış və həmin şəxsdən pulu götürməyini bildirmişdir. Bundan sonra o, Rəhim Zeynalovun şəriki Niyaz adlı şəxslə əlaqə saxlayaraq sonuncuya Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə 25.000 manat pul vermək müqabilində şəriki Rəhim Zeynalovun adına olan VÖEN üzrə vergi orqanına olan 2.000.000 manatdan artıq vergi borcunu siləcəyini bildirdikdə Niyaz onunla razılaşmış və o, 08 yanvar 2022-ci il tarixdə gündüz saat təxminən 12 radələrində Niyazla Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” meyvə-tərəvəz bazarında görüşərək ondan Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə çatdırmaq üçün 25.000 manat pul vəsaitini nağd şəkildə almışdır. Həmin pulu alandan sonra əvvəlcədən İntiqamla olan razılaşma əsasında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən “Qədim Qəbələ” adlı restoranda görüşmüşlər. Həmin görüşdə Raqif də iştirak etmiş, orada Raqifin yanında o, İntiqama Niyaz adlı şəxsdən 25.000 manat aldığını, 15.000 manat pulu ehtiyacı olduğu üçün özünə götürdüyünü demiş və qalan 10.000 manat pulu İntiqama vermişdir. Həmin puldan nə o, nə də İntiqam Raqifə hər hansı məbləğdə pul verməmişlər. Çünki Raqifin həmin işlərlə hər hansı əlaqəsi olmamışdır. 2022-ci ilin təxminən yanvar ayının ortalarında bir neçə il əvvəl tanıdığı Yalçın adlı şəxslə metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşüb söhbət edən zaman söhbət əsnasında Yalçın ona sahibi olduğu "xxxx" MMC-nin vergiyə təxminən 23.800 manatdan artıq vergi borcu olduğunu və işlərinin zəif olmasından şikayət edərək həmin borcu ödəməkdə çətinliyinin olduğunu bildirmişdir. O isə Yalçın adlı tanışına İntiqamı nəzərdə tutaraq bir dostunun Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu bildirmiş və həmin şəxslər vasitəsi ilə bir neçə vergi ödəyicisinin vergi borcunu sildiklərini demişdir. Yalçın isə köməklik etməyini ondan xahiş etmiş və bundan sonra o, Raqif vasitəsi ilə İntiqamla danışaraq "xxxx" MMC-nin vergi borcu barədə məlumat vermiş, İntiqam İsə ona həmin MMC-nin VÖEN və şəxsi hesab vərəqəsində giriş adı və parolunu bildirməyini xahiş etdikdə o, həmin məlumatları Yalçından öyrəndikdən sonra Raqifin telefonu vasitəsi ilə həmin məlumatları İntiqama bildirmişdir. Həmin günün səhəri gün İntiqam Raqifin vasitəsi ilə ona "xxxx" MMC-nin vergi orqanına olan 23.800 manatdan artıq vergi borcunu vergi orqanında olan vəzifəli tanışları vasitəsilə 9.000 manat müqabilində siləcəyini bildirərək işə başlamaq üçün ilk əvvəl 1500 manat pul vermək lazım olduğunu bildirmiş, o, isə İntiqama yenə də səhhətindəki problemlərlə bağlı təcili pula ehtiyacı olduğunu bildirərək pulu verən MMC-nin sahibi olan tanışından 5.000 manat alacağını, 1500 manatın İntiqama, qalan 3.500 manatı isə özünə götürəcəyini bildirdikdə İntiqam onunla razılaşmış və həmin şəxsdən pulu götürməyini bildirmişdir. Bundan sonra o, Yalçınla əlaqə saxlayaraq ona Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə 5.000 manat pul vermək müqabilində sahibi olduğu MMC-nin vergi orqanına olan 23.800 manatdan artıq vergi borcunu siləcəklərini bildirdikdə Yalçın onunla razılaşmış və həmin vergi borcunu sildikdən və ya kifayət qədər azaldandan sonra pulu verəcəyini bildirmişdir. Bundan sonra İntiqam həmin MMC-nin vergi borcunu 23.800 manatdan 12.000 manata azaltdığı barədə ona məlumat vermiş, o isə həmin məlumatları Yalçına bildirdikdən sonra 18 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən “Köz Dönər” adlı restoranın yaxınlığında Yalçın ilə görüşüb ondan həmin məqsəd üçün 5000 manat məbləğində pul vəsaitini şəxsən almışdır. Bundan sonra o, bu barədə Raqif vasitəsi ilə İntiqama məlumat verdikdən sonra sonuncunun tapşırığı ilə o, 1500 manat pul vəsaitini İntiqamın istifadəsində olan bank kartına göndərməsi üçün Raqifə vermiş, Raqif isə həmin 1500 manat pulu İntiqamın istifadə etdiyi bank kartına göndərmişdir. Həmin puldan nə o, nə də bildiyi qədəh ilə İntiqam Raqifə hər hansı məbləğdə pul verməmişlər. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, qardaşı X19 rəhbəri olduğu "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyir. Özü də qeyri rəsmi olaraq həmin MMC-nin bütün işlərinə nəzarət edir. "xxxx" MMC-də keçirilən səyyar vergi yoxlamaları zamanı müvafiq olaraq 362.000 (üç yüz altmış iki min) və 1.075.000 (bir milyon yetmiş beş min) manat məbləğlərində vergidən kənarlaşma məbləğləri aşkar edildir. Həmin vergi kənarlaşmaları ilə bağlı o və qardaşı Taleh Şirinov müxtəlif vaxtlarda vergi orqanlarında olmuş və həmin vergi kənarlaşmaları ilə bağlı danışıqlar aparsalar da, danışıqlar nəticəsiz qalmış və onlar həmin vergi məbləğinin düzgün hesablanmadığını əsas gətirərək həmin məbləğin azaldılması məqsədilə məhkəməyə müraciət etmişlər. “Yapsan MMC”-nin vergi borcu ilə bağlı məsələni məhkəmə vergi xidmətinin ibtidai istintaq idarəsinə göndərmişdir. 2020-ci ildə pandemiya olduğu üçün məsələ uzanmağa başlamışdır. Təxminən 2021-ci ilin iyul ayından hesablanmış vergi borcunun ödənilməsi üçün vergi xidmətinin ibtidai istintaq idarəsindən ona və qardaşı Taleh Şirinova zənglər gəlməyə başlamışdır. O və Taleh bir neçə dəfə həmin idarəyə getmişlər. İstintaq idarəsində Seymur adlı əməkdaş təxminən 1.076.000 manat vergi borcunun ödənilməsini tələb etmişdir. Onlar isə həmin məbləğin düzgün hesablanmadığını, eləcə də həmin vergi borcunun tez bir zamanda ödənilməsinin mümkün olmadığını bildirsələr də, orada onlara vergi borcunun düzgün hesablandığını əsas gətirərək tez bir zamanda ödənilməsini tələb etmişlər. Təxminən 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 adlı tanışı vasitəsilə əslən Zərdab rayonundan olan İntiqam adlı şəxslə tanış olmuşdur. İntiqamın ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Belə ki, 2021-ci ilin avqust ayında metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən "xxxx" kafesində İntiqam, Mustafa və o, birlikdə görüşmüşlər. İntiqamı Mustafa onunla tanış etmək üçün oraya gətirmişdir. O, İntiqamla həmin görüş zamanı “Yapsan MMC”-nin vergi orqanına keçirilən səyyar vergi yoxlamaları zamanı 362.000 və 1.075.000 manat məbləğlərində borcunun olduğunu, bununla bağlı Vergi Cinayətləri idarəsində araşdırma aparıldığını, həmin araşdırma aparan şəxsin Seymur adlı şəxs olduğunu, Seymur adlı şəxsin onu və qardaşını həmin idarəyə dəvət edərək tez bir zamanda vergi borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. İntiqam MMC-nin mühasibatlıq işlərini görən yaxşı mühasib tapa biləcəyini, həmçinin MMC-nin mövcud vergi borcunu silə biləcəyini, habelə vergi borcunun olmaması barədə arayış ala biləcəyini bildirmişdir. O isə İntiqama həmin vergi borcunu hansı qaydada silə biləcəyini soruşduqda X26 vəzifəsində işləyən Mikayıl Cabbarovun yaxın tanışı olduğunu, sonuncu ilə yeznəsi vasitəsilə mütəmadi olaraq həftənin şənbə günləri Mikayıl Cabbarova məxsus bağ evində görüşdüklərini və müxtəlif şəxslərin vergi orqanları ilə olan problemlərini həmin şəxs vasitəsilə həll etdiyini, ona da bununla bağlı, yəni vergi orqanı ilə olan problemini həll etməkdə köməklik edəcəyini bildimişdir. O, "xxxx" MMC-nin vergi orqanına olan borcu ilə əlaqədar Vergi Cinayətləri İdarəsinə olan araşdırma ilə bağlı onun və qardaşı Taleh Şirinovun həmin idarəyə çağırılaraq vergi borcunu ödəməklərini tələb etdiklərini bildirərək həmin idarədən bir müddət möhlət lazım olduğunu dedikdə İntiqam həmin idarədə olan tanışları vasitəsilə 10.000 manat pul müqabilində onlara bir neçə ay müddətinə möhlət veriləcəyini həll edəcəyini bildirmişdir. Bir neçə gündən sonra onlar, yəni o, Mustafa, İntiqam və İntiqamın adını xatırlamadığı bir dostu yenə həmin restoranda görüşmüş, həmin vaxt o, İntiqama 10.000 manat pulun həmin möhlət üçün çox olduğunu, bunun üçün ona 6000 manat pul verə biləcəyini dedikdə İntiqam onunla razılaşmışdır. Sonra o, "xxxx" MMC-nin vergi orqanına olan borcu ilə əlaqədar Vergi Cinayətləri İdarəsinə olan araşdırma ilə bağlı vergi borcunun ödənilməsinə görə bir müddət möhlət alması üçün İntiqama, dostunun və Mustafanın yanında 6000 manat pul vermişdir. Daha sonra həqiqətən də Vergi Cinayətləri İdarəsindən onlara hər hansı zəng gəlməmişdir. Beləliklə o, İntiqamı həqiqətən iş görən adam kimi tanımış və İntiqam onun inamını qazanmışdır. Bundan sonra İntiqam vergi borcu ilə əlaqədar vergi orqanında MMC-ni təmsil etmək üçün Mustafa vasitəsilə MMC-yə aid asan imza və etibarnamə istəmiş və qardaşı Taleh Şirinov notariatla İntiqama etibarnamə verdikdən sonra asan imza ilə etibarnaməni Mustafa İntiqama çatdırmışdır. Mustafa onunla danışıqlarında İntiqamın MMC-nin vergiyə olan borcunun hamısını silmək iqtidarında olduğunu bildirmiş və bunun üçün İntiqamla oturub danışmağı məsləhət görmüşdür. Təxminən 2021-ci ilin sentyabr ayında o, Mustafa və İntiqam Mustafanın təşəbbüsü ilə metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən "xxxx" kafesində yenidən görüşmüş və orada İntiqam ona 200.000 manat müqabilində MMC-nin vergiyə olan bütün borcunun silinməsini təşkil edə biləcəyini bildirmişdir. İntiqam həmçinin ondan alacağı həmin pulun əksəriyyətini Mikayıl Cabbarovun yeznəsinə verəcəyini bildirmişdir. İntiqam ilkin olaraq işə başlamaq üçün ondan 10.000 manat beh olaraq alacağını, qalan 190.000 manatı isə bir neçə dəfəyə götürəcəyini demişdir. O isə inanaraq İntiqamla razılaşmış və həmin razılaşmaya uyğun olaraq bir neçə gündən sonra, yəni 2021-ci ilin oktyabr ayının əvvəllərində hissə-hissə, yəni 1000, 3000 və 2000 manat olmaqla 6.000 manat pulu İntiqamın istifadə etdiyi "xxxx"a məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına göndərmişdir. Qalan 4000 manatı isə 2000 ABŞ dolları və 600 manat olmaqla Bakı şəhəri, Xətai rayonunda yerləşən “Paulaner" adlı restoranda şəxsən özünə vermişdir. O, İntiqama həmin pulu verdiyi vaxtlarda İntiqam hansısa qaydada “Yapsan MMC”-nin vergi orqanına olan təxminən 1.076.000 manat məbləğində borcunu azaldaraq təxminən 650.000 manata salmış və qalan borcu həmin şəxsə verəcəyi 190.000 manatı verəndən sonra siləcəyini bildirmişdir. Bununlada o, İntiqama həqiqətən inanmağa başlamışdır. Bundan sonra Mustafa ondan İntiqamın MMC-nin vergiyə olan qalan borcunun silinməsi üçün istədiyi 190.000 manatı hissə-hissə həmin şəxsə verməsini tələb etmişdir. Daha sonra İntiqam onun özü ilə olan danışıqlarında həmin pulu verdikdən sonra qalan borcun silinəcəyini bildirmişdir. Həmin vaxtlarda onda nağd pul olmadığına görə bir neçə əmlakını Mustafa vasitəsilə satışa qoyaraq satmışdır. Sonra isə 2021 -ci ilin oktyabr ayının ortalarında günün axşam saatlarında o, Mustafa, İntiqam və sonuncunun əvvəlki görüşdə də yanında olan adını xatırlamadığı bir tanışı əvvəlki görüş yeri olan "xxxx" kafesində görüşmüşlər. Orada o, İntiqama 90.000 manat pul verəcəyini demiş və Mustafaya avtomobilindən həmin pulu götürüb İntiqama verməyi xahiş etmişdir. Mustafa isə onun idarə etdiyi avtomobilin saxlanc yerində olan 90.000 manat pulu götürərək İntiqama vermişdir. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında İntiqam Mustafa vasitəsilə həmin vergi borcunun silinməsi məqsədilə 50.000 manat pul istəmişdir. İntiqam Mustafaya MMC-nin işini Vergi Cinayətləri idarəsindən götürdərək Lokal Gəlirlər Baş idarəsinə qaytardırıldığını, silinmə işi ləngiməməsi üçün həmin pulu vermək lazım olduğunu demişdir. Bir neçə gündən sonra günün axşam saatlarında o, Mustafa və İntiqam Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Qızılgül” restoranında görüşərək 50.000 manat pulu Mustafa vasitəsilə eyni qaydada İntiqama vermişdir. İntiqam orada pulu alıb, bir neçə gün ərzində qalan 50.000 manatı da aldıqdan sonra onlara MMC-nin vergi orqanına borcunun olmaması barədə arayış təhvil verəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında İntiqam yenə Mustafaya və ona zəng edərək 50.000 manat pulu istəmiş və həmin pulu verdikdən sonra borcun tamamilə silinəcəyini demişdir. Sonra isə 2021-ci İlin noyabr ayının ortalarında günün axşam saatlarında o, Mustafa və İntiqam əvvəlki görüş yeri olan "xxxx" kafesində görüşərək İntiqamla MMC-nin borcunu nə zaman tam olaraq siləcəyi barədə soruşmuş, İntiqam isə yaxın günlərdə borcun olmaması barədə ona arayış verəcəyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra oradan ayrılan zaman o, avtomobilinin saxlanc yerində olan 50.000 manat pulu götürərək İntiqama çatdırması üçün Mustafaya vermişdir. Bundan sonra o, oradan ayrılmışdır. Həmin vaxtdan İntiqam hər dəfə danışıqlarında Mustafa vasitəsilə və ya onun özünə tezliklə MMC-nin borcunu siləcəyini bildirmişdir. O, istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə İntiqamın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “WhatSapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Hazıradək olan müddətdə İntiqam vədini yerinə yetirməyərək müxtəlif bəhanələr gətirib yaxın vaxtlarda vergiyə olan borcunun silinməsinə nail olacağını bildirsə də, onları aldadaraq ümumilikdə 206.000 manat pulunu ələ keçirmişdir. Təxminən 2021-ci ilin avqust ayının sonlarından hər dəfə danışıqları olanda İntiqam və Mustafa onu vergi borcunun tamamilə silinəcəyinə arxayın olmasını demişlər. O da buna arxayın olaraq əvvəllər birlikdə müxtəlif tikinti işlərində iştirak etdiyi "xxxx" QSCnin ucbatından vergi orqanı tərəfindən "xxxx" MMC-yə hesablanmış təxminən 310.000 manat vergi borcunu "xxxx" QSC-dən tələb etməmişdir. Çünki İntiqam və Mustafa onsuz da "xxxx" MMC-yə hesablanmış vergi borcunun hamısının silinəcəyini ona vəd etmişlər. O da həmin vədə aldanmış və həm Mustafa vasitəsilə İntiqama verdiyi pul vəsaitindən, həmdə qeyd etdiyi QSC-dən alacağı pul vəsaitindən məhrum olmuşdur. Şahid15 ifadələrində göstərdi ki, 2018-ci ilin dekabr ayından 2019-cu ilin mart ayınadək “Oba” marketlər şəbəkəsində, 2019-cu ilin mart ayından həmin ilin avqust ayınadək “İkizler Klima” şirkətində mühasib vəzifəsində işləmişdir. 2019-cu ilin avqust ayından hal-hazıradək “Araz” supermarketlər şəbəkəsində aparıcı mühasib vəzifəsində işləyir. Bundan başqa, fərdi olaraq fiziki və hüquqi şəxslərin vergi hesabatlarının yazılması və digər vergi əməliyyatlarının həyata keçirilməsinə köməklik göstərir və bunun müqabilində müəyyən xidmət haqqı alır. Bu xidməti isə “tap.az” axtarış saytında elan yerləşdirməklə həyata keçirir. O, Təqsirləndirilən şəxs1 adlı şəxsi qiyabi olaraq tanıdığını, həmin şəxslə telefon vasitəsilə bir neçə dəfə danışdığını, lakin həyatda görmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ilə münasibətləri barədə bildirmişdir ki, sonuncu vergi xidmətləri göstərməyi barədə “tap.az” axtarış sisteminə yerləşdirdiyi elandan onun nömrəsini götürərək zəng etmişdir. Danışıq zamanı İntiqam ona vergi xidmətləri göstərdiyini, lakin hazırda interneti ilə bağlı problemi olduğuna görə sistemə giriş edə bilmədiyini vurğulamışdır. Bu səbəbdən də 1 nəfərin vergi hesabatını yazmağını ondan xahiş etmiş, bunun müqabilində ona 50 manat pul verəcəyini demişdir. O, İntiqamla razılaşmış və İntiqam ona həmin şəxsin login və parolunu göndərmiş, o, sistemdə həmin şəxsin 2100 manat vergi borcu olduğunu görmüş və bu barədə İntiqama bildirmişdir. İntiqam sistemə boş vergi hesabatı göndərməsini xahiş etmişdir ki, vergi borcu sıfıra düşsün. O, bunu edə biləcəyini, lakin sistemin bir müddət sonra bu hesabata uyğunsuzluq verəcəyini, vergi borcunun yenidən qayıdacağını İntiqama izah etmişdir. Təqsirləndirilən şəxs1 bu məsələni özünün həll edəcəyini bildirmiş, ondan isə sadəcə boş vergi hesabatı yazmağını xahiş etmişdir. Bundan sonra İntiqam ona Maya Babayeva adlı şəxsin adına olan asan imza rekvizitlərini göndərmiş və həmin asan imza vasitəsilə o, bu əməliyyatı həyata keçirmişdir. O, öz bank kartının fotoşəklini vatsap vasitəsilə İntiqama göndərmiş, sonuncu isə zəhmət haqqı kimi danışdıqları 50 manat pulu göndərəcəyini ona bildirmişdir. Təxminən 1-2 gün sonra İntiqam ona yazaraq başqa bir hazırda xatırlamadığı şəxsin vergi hesabatını azaltmağını xahiş etmişdir. Bu işi görməzdən əvvəl o İntiqama əvvəl gördüyü işə görə verməli olduğu 50 manat pulu göndərməsini demiş, buna görə də İntiqam 50 manat verməli olduğu pulu onun kart hesabına köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 dediyi şəxsin rekvizitlərini ona göndərmiş, o həmin şəxsin vergi sisteminə giriş edərək hesabatlar tərtib etmiş və müəyyən azaltmalar etmiş, lakin borcun nə qədər olması və hansı məbləğədək azalmağını xatırlamadığını bildirmişdir. O, bu işdə də İntiqama boş hesabat yazdıqda vergi borcunun azalacağını, lakin sonradan uyğunsuzluq olduğuna görə borcun geri qayıdacağını demiş, sonuncu isə bu məsələni vergi ilə özünün həll edəcəyini qeyd etmişdir. Bu işə görə İntiqam verməli olduğu pulu bir neçə gün sonra onun kartına köçürəcəyini bildirmiş, lakin həmin pulu köçürməmişdir. Təxminən bir neçə gün sonra İntiqam ona "xxxx" MMC adlı şirkətin rekvizitikərini göndərmiş, vergi borcunun azaldılması üçün yenə də boş hesabat göndərməyi xahiş etmişdir. O, həmin şirkətin sistemdə vergi borcuna baxmış və heç bir halda azaltmağın mümkün olmadığını İntiqama demişdir. Bu barədə İntiqamla çox müzakirələr aparmış, lakin yekunda bu borcu azaltmağın mümkün olmadığında razılaşmışlar. İntiqam bu borcu özünün azaldacağını ona bildirmişdir. Bundan sonra İntiqamdan heç bir xəbər çıxmamış və onunla heç bir əlaqəsi qalmamışdır. Bundan başqa, danışıqları əsnasında Təqsirləndirilən şəxs1 ona guya hansısa şirkətin 10 milyondan artıq vergi borcunun olduğunu, həmin borcun azaldılması müqabilində ona yüksək məbləğdə xidmət haqqı verəcəyini demiş, lakin həmin şirkətin heç bir məlumatını ona verməmiş, sonradan o, İntiqamın bu cür məlumatı ona həvəsləndirməsi üçün yalandan dediyi qənaətinə gəlmişdir. Şahid8 ifadəsində göstərdi ki, o, 2010-2014-cü illərdə Bakı şəhərində kafe işlətmiş, 2014- 2018-ci illərdə Bakı şəhərində müxtəlif şəxslərin evlərinin təmiri ilə məşğul olmuş, 2018-ci ilin sonlarından 2020-ci ilin aprel ayınadək adına olan sonu 0035 rəqəmləri ilə bitən VÖEN üzrə vergi orqanında qeydiyyatdan keçməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq mallarının satışını həyata keçirən mağazanı işlətmişdir. 2020-ci ilin əvvəllərindən isə pandemiya ilə əlaqədar işləri yaxşı getmədiyindən işlətdiyi mağazanın vergi borcunu ödəyə bilməmiş və bir müddət sonra mağazanın fəaliyyətini dayandırmış, həmin vaxtdan hazıradək vergi orqanına təxminən 4000 manat vergi borcu qalmışdır. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 isə 2021-ci ilin təxminən noyabr ayından tanıyır. Onu İntiqamla tanışı “Arif Abbasov tanış etmişdir. O, Arifə mağaza işlədən vaxtdan vergi borcunun olduğunu demişdir. 2021-ci ilin noyabr ayının ortalarında Arif ona hardansa vergi borclarını aşağı qiymətə silən İntiqam adlı şəxs haqqında eşitdiyini, İntiqam adlı şəxsin vergi orqanında olan əlaqələri vasitəsilə müxtəlif şəxslərin vergiyə olan borcu aşağı qiymətlə silə bildiyini bildirdi. O isə bir qədər tərəddüd edəndən sonra maddi vəziyyətinin pis olduğunu, başqa yolla həmin vergi borcunu ödəməyə imkanının olmadığını nəzərə alaraq, Arifdən onu İntiqam adlı şəxslə tanış etməsini xahiş etmişdir. Arif də 2021ci ilin təxminən noyabr ayının ortalarında ona İstifadəsində olan mobil telefon nömrəsini İntiqam adlı şəxsə verildiyini, İntiqamın ona zəng edəcəyini dedi. Bir neçə gündən sonra, təxminən noyabr ayının 17-də İntiqam istifadəsində olan sonu 60-68 rəqəmləri ilə bitən telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və həmin vergi borcunun silinməsi məqsədi ilə onunla Abşeron rayonu, Masazır qəsəbəsində görüşmüşdür. Həmin görüşə İntiqam tək gəlmişdi. Orada İntiqam ona Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaxın dostluq münasibətlərinin olduğunu və özü həmin əlaqələrinin vasitəsi ilə bir çox iri ticarət mərkəzlərinin və müxtəlif sahibkarların vergiyə olan borclarını müəyyən pul müqabilində silə bildiyini dedi. O isə İntiqama vergiyə təxminən 4000 manat cuvarında borcunun olduğunu dedikdə İntiqam ondan şəxsi hesab vərəqəsinə giriş üçün login və parolu istədi. O dA İntiqama həmin məlumatları vermişdir. İntiqam da telefonda kimləsə də danışıb onun təqdim etdiyi məlumatlar əsasında vergi orqanının elektron sistemində vergiyə təxminən 4000 manat borcunun olduğunu bildirdi. Danışıqdan sonra İntiqam həmin borcu silmək üçün Dövlət Vergi Xidmətinin rəhbər şəxslərindən olan bir nəfər şəxsə 1500 manat vermək lazım olduğunu, həmin 1500 manat müqabilində onun vergiyə olan bütün borcunun silinəcəyini dedi. O da məcbur olub İntiqamın təklifi ilə razılaşıb həmin vaxt 1500 manat pul vəsaitini İntiqamın şəxsən özünə vermişdir. İntiqama həmin pul vəsaitini verdikdən sonra o, İntiqamdan vergi borcunun silinməsini nə vaxta edəcəyini soruşmuş və bir neçə dəfə telefonla danışmışdır. İntiqam isə yaxın vaxtlarda vergiyə borcunun olmaması ilə bağlı ona arayış təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra yenə də İntiqamdan xəbər çıxmamış və o, Xırdalan şəhərindəki vergi idarəsinə yaxınlaşaraq orada vöen məlumatlarını verib vergiyə nə qədər borcunun olduğunu maraqlandıqda ona vergi borcunun təxminən 4000 manat olduğunu bildirmişlər. O, həmin vaxt İntiqamın onu aldatdığını anlamış və həmin vaxtdan etibarən İntiqamla tez-tez “Whatsapp” vasitəsilə zəngləşmiş və İntiqama verdiyi 1500 manat pul vəsaitini geri istəmişdi. İntiqam isə ona əvvəlcə yaxın vaxtlarda vergiyə olan borcunu siləcəyini demiş, sonra isə ümumiyyətlə onunla əlaqəsini kəsmiş və zənglərinə cavab verməmişdir. O, bundan sonra dostu Arifə İntiqama verdiyi pulu geri qaytarmaqda ona köməklik etməsini xahiş etmiş, Arif isə İntiqamı söyərək sonuncunun bir neçə adama vergi borcunu silmək adı ilə pul atdığını, dələduz olduğunu bildirmişdir. Həmin vaxtdan hazıradək İntiqam ondan aldığı 1500 manat pul vəsaitinin heç bir məbləğini qaytarmamışdır. Şahid18 ifadələrində göstərdi ki, 2021-ci ilin təxminən sentyabr ayında xalası nəvəsi olan, Tovuz rayon sakini Şahid19 ilə söhbət edən zaman sonuncu Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək fikrində olduğunu, lakin müraciət edən zaman hansı sənədlər lazım olduğunun bilmədiyini bildirmiş və ondan bunu öyrənməyi xahiş etmişdir. O, bu barədə məlumatsız olduğunu, lakin tanış yoldaşlardan maraqlanıb deyəcəyini bildirmişdir. Bundan sonra əvvəllər eyni binada yaşadığı, hazıradək normal qonşuluq münasibəti və ailəvi get-gəli olan Ruflana zəng etmiş və həmin şəxsin ətrafının geniş olduğunu, bu məsələdə ona köməklik lazım olduğunu demişdir. Ruflan da maraqlanıb ona məlumat verəcəyini demişdir. Bir qədər sonra Ruflan ona zəng edərək adını Mustafa Adlı şəxslə və digər tanışları ilə birlikdə metronun “Gənclik” stansiyasının yaxınlığındakı restoranların birində çörək yediyini, Mustafnın həmin nazirliyin rəhbər şəxsi olan Etibar müəllim dediyi şəxslə yaxın dostluq münasibətinin olduğunu, o dediyi işin həll edilməsində köməklik edəcəyini bildirmişdir. Bir neçə gündən X57nın dediyinə əsaslanaraq Etibar müəllim dediyi şəxslə onun xalası nəvəsi Kənanın işə düzəlmək məsələsini danışıb razılaşdığını, Kənanın işə düzəlməyi üçün 6000 manat pul vermək lazım olduğunu, həmin pulu Etibar müəllimin özünə verəcəyini bildirmişdir. O da Kənanın İşə düzəlməsi barədə əmr verildikdən sonra həmin pulu verəcəyini bildirdikdə Mustafa Ruflana ilkin olaraq 1000 manat pul və işə düzəlmək istəyən şəxsin müvafiq sənədlərini, yəni şəxsiyyət vəsiqəsi, yaşayış və qeydiyyat yerləri barədə arayış və digər bu kimi sənədləri hazırlayıb verməsinin vacib olduğunu bildirdikdə o razılaşmışdır. Təxminən on gün sonra, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində o, 1000 manat pul və müvafiq sənədləri Ruflana vermişdir. Daha doğrusu həmin pulu Ruflanın bank kartına göndərmişdir. Ruflan isə həmin pulu Mustafaya verəcəyini bildirmiş və ona Mustafanın istifadə etdiyi nömrənin ***-***-**-** olduğunu, bundan sonra bütün suallar barədə həmin şəxslə danışa biləcəyini bildirmişdir. X57 ilə danışıb pulu və sənədləri Mustafaya verdi. Mustafa işin tezliklə həll ediləcəyini, qalan 5000 manatı da şəxsin işə qəbul edilməsi barədə əmr imzalandıqdan sonra alıb Etibar müəllim Adlı şəxsə verəcəyini demişdi. Həmin vaxtdan hazıradək olan müddətdə Mustafa verdiyi vədi yerinə yetirməyəmişdir. Bir neçə dəfə o və Ruflan birlikdə telefonla Mustafa ilə əlaqə saxlasalar da sonuncu hər dəfə bir bəhanə gətirərək gizlənmişdi. Bundan sonra artıq onlar MustafAnın iş görən adam olmadığını, dələduz olduğunu başa düşüb ondan pullarını geri istəmişlər, Mustafa isə yaxın zamanlarda pulu qaytaracağını dedi, amma qaytarmadı. Ruflan da işi belə görüb onun verdiyi 1000 manat pulu ona qaytarmışdır. Ruflan Mustafadan pulu alacağını dedi. Ruflanla olan sonrakı söhbətlərindən onun Mustafadan hələ də pulu ala bilmədiyini bilmişdir. Təqsirləndirilən şəxs2 Ruflana müxtəlif bəhanələr edərək aldığı pulu verməkdən yayındı, sonra da tutuldu. İfadələrinə başqa əlavələri yoxdur. Şahid11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş şəxslərdən yalnız X23 tanıyır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımır. X13 ilə ədavəti yoxdur. 2011-ci ildən Bakı şəhərində «Meyvəli» ticarət yarmarkasında kartof məhsulunun topdan və pərakəndə satışı ilə məşğuldurlar. Təxminən 2013-cü ildə «Meyvəli» bazarında əslən Tovuz rayonundan olan, kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olan X31 ilə tanış olmuşdur. Sonrakı vaxtlarda onlar ortaq şəklində kartof və soğanın topdan və pərakəndə satışını həyata keçirməyə başlamışlar. Ağdam rayonunda götürdükləri torpaq sahələrində soğan əkdirmiş, Tovuz və digər rayonlarda isə kartof əkdirmiş və onların müxtəlif fiziki və hüquqi şəxslərə satışını həyata keçirmişlər. 2020-ci ilin fevral ayından başlayaraq «Meyvəli» bazarına Azərbaycanda fəaliyyət göstərən ən iri şirkətlərdən biri olan «Veysəloğlu» şirkəti daxil olmuş, o zaman alınan mallara dair həmin şirkətin nümayəndələri sənədləşməni aparmaq üçün onlardan adlarına olan şəxsiyyət vəsiqəsi istəmişlər. X31 da özünün adına verilmiş şəxsiyyət vəsiqəsini şirkətin nümayəndəsinə vermişdi ki, bundan sonra sənədləşmə Rəhim Zeynalovun adı ilə aparılsın. O qaydada da işləməyə davam etmişlər.Bir müddət sonra Rəhim Zeynalovdan ona məlum olub ki, onu 14 saylı ərazi vergi idarəsinə dəvət edib bildiriblər ki, 2019-2020-cİ il üçün fəaliyyətləri yoxlanılıb və 2 milyon 70 min manat vergi kənarlaşması aşkar ediblər. Rəhim Zeynalov özü də vergi orqanına gedib və orada məlum olub ki, onun şəxsiyyət vəsiqəsindən istifadə edilərək kartof və soğanla yanaşı digər meyvə tərəvəzlər də şirkətə satılıb. Rəhim Zeynalovun şəxsiyyət vəssiqəsini sənədləşmənin aparılması üçün əsas kimi tutaraq, onlarla yanaşı digər meyvə-tərəvəz satanlardan da mallar alınıb. Amma bildirir ki, «Veysəloğlu» şirkətinə satdıqları kartof və soğanın pulunu onlara nağd şəkildə ödəyiblər. Onlar satdıqları mallarla bağlı bank vasitəsilə heç vaxt pul almamışlar, pulu yalnız nağd şəkildə almışlar. Kartof və soğanı onunla Rəhim Zeynalovdan alan, meyvə-tərəvəzləri isə digər onlar kimi sahibkarlardan alan «Veysəloğlu» şirkətinin nümayəndələri Şahin Sofizadə, Əziz Vəliyev, soyadını hazırda xatırlamadığı Əziz adlı şəxs olmuşdur. Şahinin istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-**-dir. Şahin Sofizadə həmin şəxslərin rəhbərləri olmuşdur. Rəhim Zeynalovun vergi ilə bağlı problemi onu da bir ortaq kimi narahat edirmiş və fikirləşmişlər ki, bəli fəaliyyətlərində nöqsan ola bilər, yəni ödəməli olduqları vergi məbləği var, lakin vergi orqanının hesabladığı kimi 2 milyon 71 min manat ola bilməz. Əgər vardısa, deməli onlarla birlikdə hesablanmış vergiyə cavabdeh ola biləcək şəxslər «Veysəloğlu» şirkətinə meyvə-tərəvəz satmış digər sahibkarlardır. «Meyvəli» bazarında artıq hamının onun Rəhim Zeynalovla birlikdə vergi orqanına 2 milyon 71 min manat borcları yaranmasından və həmin borcun da əsassız hesablanmasından xəbəri olmuşdur. 2021-ci ilin dekabr ayının axırlarında «Meyvəli» bazarında onunla birlikdə işləyən qardaşı oğlu X7 adlı bir nəfər şəxsin vergi məsələləri ilə məşğul olduğunu, yaranmış vergi borclarını müəyyən pul müqabilində tamamilə silə bilmək imkanına malik olduğunu, Vurğunun vergi orqanlarının yuxarı rəhbərliyində işləyən tanışlarının olduğunu,onlArı Vurğun adlı şəxslə görüşdürə biləcəyini dedi. O, Gündüz Qənbərovun verdiyi telefona zəng edərək sonradan onun əslən naxçıvanlı olduğunu bildiyi Vurğun adlı şəxslə tanış olub vergi ilə bağlı problemlərini ona danışmışdır. Vurğun ona vergi ilə bağlı problemi həll edəcəyini deyib onunla görüşə gəlmişdir. Görüşləri «Meyvəli» bazarında olmuşdur. Görüş zamanı bir daha problemi Vurğuna danışmışdır. Vurğun özünün tanışının olduğunu, həmin tanışının Vergi Xidmətinin rəhbərliyi ilə yaxın əlaqələrə malik olduğunu deyib həmin tanışı vasitəsilə onların vergiyə olan 2 milyon 71 min manat borcu sildirə biləcəyini bildirmişdir. Vurğun dede ki, onun dostu böyük adamdır və böyük adamlarla oturub-durur. O da razılığını bildirmişdir ki, Vurğun onlara kömək etsin. Vurğun 2 milyon 71 min manat borcun silinəcəyi müqabilində ondan 300 min manat pul istəmişdir. O həmin məbləğə imkanının çatmadığını Vurğuna demişdir. Sonrakı danışıqlarda Vurğun 300 min manatdan aşağı düşüb deyib ki, 250 min manata həll edər. O həmin məbləğlə də razılaşmamışdır. Nə isə uzun danışıqlardan bazarlıqdan sonra 50 min manatda dayanmışlar. Yəni 50 min manat pulun müqabilində Vurğunun dostu vasitəsilə onların borclarını sildirəcəkdir. Vurğunla son danışıq şərtlərinə görə yaxın günlərdə o Vurğuna «Meyvəli» bazarında 25 min manat pul verir, Vurğun da həmin pulu aparıb dediyi şəxsə verir. Sonuncu da vergiyə olan borclarının silinməsi istiqamətində işlərə başlayır. Borc təmiz silinəndən sonra da qalan 25 min manatı da Vurğuna verir. O, 2022-ci ilin yanvar ayının 8-də «Meyvəli» bazarında Vurğunla görüşərək ona 25 min manat pul vermişdir. Lakin ötən müddət ərzində Vurğun nə onun borcunu sildirmiş, nədə ki, onun pulunu qaytarmışdır. O, hər dəfə də Vurğunla əlaqə saxlayıb pulunu istədikdə sonuncu müxtəlif bəhanələr gətirməklə onunla görüşdən yayınmışdır. O, vergi borcunun silinməsi ilə bağlı Vurğunla aralarında baş tutmuş sövdələşmədən X17 xəbərinin olmamışdır. Buna səbəb özünün məsələni həll edib sonradan Rəhim Zeynalova o barədə məlumat vermək olub. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid4 ifadələrində göstərdi ki, təxminən iki il əvvəl Sumqayıtda 2 saylı vergi xidmətindən çağırılaraq ona bildirilmişdir ki, "xxxx" MMC-nin 4050 manat vergi borcu mövcuddur və ödənilməlidir,lakin pulu ödəməyə onun imkanı olmamış, həmin borc ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs2 ilə təxminən üç il əvvəl Gənclik metrosuna yaxın çayxanada elektrik işləri görən tanışları ilə birlikdə olan zaman tanış olmuşdur. Hərdən bir Mustafa ilə zəngləşib görüşmüşlər. Söhbət zamanı Mustafa energetik olduğunu bildirərək əgər hansısa layihə olduğu halda birlikdə işləyə biləcəklərini dedi. 2021-ci ilin təxminən oktyabr ayının əvvəllərində Mustafa ilə çayxanada oturan zaman Mustafaya vergi borcunun olduğunu, maddi vəziyyətinin pis olduğunu, həmin pulu ödəyə bilməyəcəyini demişdir. Mustafa İntiqam adlı tanışının olduğunu, İntiqamın vergi orqanında vergi borclarına nəzarət edən vəzifəli şəxslə yaxın münasibətinin olduğunu, İntiqamın həmin şəxs vasitəsilə vergi borclarını pul müqabilində daha aşağı qiymətlə silə biləcəyini ona dedi. O isə aldanaraq Mustafanın dediklərinə inanmış və razılaşaraq sonuncunun istəyi ilə asan imzasını Mustafaya vermişdir. Daha sonra Mustafa ona zəng vuraraq guya onun vergiyə 4050 manat vergi borcunun düz hesablanmadığını və artıq ödəmələrinin olduğunu deyib, İntiqam adlı tanışının vergi orqanında olan səlahiyyətli şəxsin vasitəsilə 2500 manat müqabilində həmin borcu tam sildirəcəyini bildirdi. O da Mustafa ilə razılaşmışdır. 2021-ci ilin təxminən oktyabr ayının ortalarında “Əmidi” kafesində Mustafa ilə görüşərək sonuncuya beh kimi istədiyi 750 manat pulu vermişdir. Mustafa vergi borcu sistemdə tam silindikdən sonra qalan pulu alacağını dedi. Mustafa ondan aldığı 750 manat pulun üzərinə öz pulundan qoyaraq İntiqama ümumilikdə 1500 manat verəcəyini bildirdi. Həmin vaxt Mustafanın ondan aldığı 750 manat pulun üzərinə əlavə pul qoyaraq İntiqama ümumilikdə 1500 manat verəcəyini kimi jesti etməsinin məqsədi onun şirkəti ilə iş görmək arzusu ilə bağlı idi. Mustafa ona özünü yaxşı göstərmişdir ki, onun şirkətində yaxşı işlər olarsa Mustafaya xəbər etsin və birlikdə iş görüb pul qazansınlar, lakin Mustafanın öz pulundan əlavə edib İntiqama 1500 manat verdiyini o, özü dəqiq bilməmişdir. Sadəcə Mustafa ona belə demişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq vergi borcu azalmamış, o da hər gün Mustafaya zəng vurub pulunu geri istəmişdir. Bundan sonra Mustafa İntiqamın 070-308 rəqəmləri ilə başlayan telefon nömrəsini ona bildirmişdir ki, özü İntiqamla danışsın. İstifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə İntiqama zəng etmiş, sonuncu isə yalandan ona vergi borcunu siləcəyini bildirmişdir. Daha sonra o, yenə İntiqama zəng etmiş, lakin İntiqam cavab verməmişdir. Mustafa da hərdən bir telefona cavab verib İntiqamın guya vergi borcu siləcəyini ona demişdir. O da Mustafanın bu hərəkətindən sonra Mustafa və İntiqamın onu aldatdıqlarını başa düşmüşdür. O, İntiqamı heç vaxt görməmiş, ancaq onunla telefonla danışığı olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid5n ifadələrində Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin noyabr ayında tanıdığını bildirib ifadələrində göstərdi ki, 2019-cu ildən hazıradək qardaşı Novruz Vəliyevə məxsus "xxxx" MMC-də təchizat üzrə direktor işləyir. "xxxx" MMC dövlət və özəl sifarişlər əsasında təmir-tikinti işlərini həyata keçirir. O əvvəllər Dövlət Neft Şirkətində rəsmi olaraq sürücü işləmiş, lakin hmin dövrdə də fiziki şəxs kimi təmir-tikinti sahəsində işlər görmüşdür. Belə ki, "xxxx" MMC-nin tikdiyi binalarda suvaq, fasad və sair kimi işləri o fiziki şəxs olaraq öz adına VÖEN açdıraraq briqadası ilə icra etmişdir. Həmin işlər nəticəsində əldə etdiyi qazancdan vergi ödəyicisi kimi vergisini ödəmişdir. O, İntiqamla tanış olanda İntiqam ona Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu bildirmişdi. Onları tanış edən və əvvəlcədən Hasilin verdiyi məlumat əsasında onun adına olan VÖEN üzrə vergi orqanına olan borcu barədə İntiqam məlumatlı olduğunu bildirib həmin borcun silinməsi məsələsi barədə müzakirə etmişlər. Həmin vaxt o, öz adına olan VÖEN üzrə hər hansı iş görmədiyi halda ondan əvvəl işlədiyi müddətdə yaranan borclardan qalıq olaraq həmin dövrə maliyyə sanksiyaları ilə birlikdə təxminən 7000 manat borc yaranmışdır. İntiqam həmin borcun 50 faizini, yəni 3500 manatını sonuncuya verəcəyi təqdirdə həmin borcu silə biləcəyini və vergi orqanından onun adına olan VÖEN üzrə hər hansı borcun olmaması barədə müvafiq arayış verə biləcəyini ona bildirdi. O dA İntiqamın danışdıqlarına inanaraq razılaşmış, bir neçə gündən sonra İntiqamla Bakı şəhərində Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən “Kofemania" adlı kafedə görüşərək adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 7000 manat borcun silinməsi üçün 3000 manat nağd pul vəsaitini şəxsən İntiqamın özünə vermiş, qalan 500 manatı isə bir neçə gündən sonra İntiqamın istifadə etdiyi bank kartına 200 və 300 manat olmaqla pul göndərmişdir. Həmin görüşdə İntiqam və ondan başqa Hasil adlı şəxs və İntiqamın bir nəfər Rofiq adlı tanışı da iştirak etmişlər və onun İntiqama verdiyi pul vəsaitlərinin şahidi olmuşlar. İntiqamın bank kartına göndərdiyi pul vəsaitləri barədə məlumatlar onun istifadə etdiyi telefonda qalmışdır. İntiqamla razılaşdıqdan sonra işə başlamaq üçün İntiqam ondan Asan İmza və giriş parolunu, eləcə də qeyd edilən pul vəsaitlərini istədi. O da qeyd edilənləri verdikdən sonra İntiqam ona məlum olmayan qaydada hansısa əməliyyat edərək şəxsi hesab vərəqəsində olan vergi borcunu silib və bu barədə ona məlumat verdikdən sonra o, Səbuhi adlı mühasibdən onun şəxsi hesabat vərəqisində olan borcuna baxmasını xahiş etmişdir. Səbuhi bir neçə dəqiqədən sonra ona adına olan VÖEN üzrə vergiyə olan borcun sıfırlanması barədə məlumat verdi. Bundan bir neçə gün sonra isə Səbuhi onun adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 7000 manat borcun təkrar olaraq şəxsi hesab vərəqəsində görsəndiyini və silinmədiyini dedi. O da İntiqamın onu aldatdığını başa düşmüşdür. Həmin vaxtdan etibarən İntiqamla tez-tez əlaqə saxlayıb bunun səbəbəini soruşduqda İntiqam onun vergiyə olan borcunu siləcəyini deyirdi. O da 2022-ci ilin yanvar ayinədək İntiqamın onun borcunu silməsini gözləmiş, lakin onun iş həll edənin çıxmayacağını başa düşüb ondan aldığı 3500 manat pulu İntiqamdan geri qaytarmasını tələb etmişdir. İntiqam da tezliklə həmin pulu qaytaracağını bildirsə də, hazıradək heç bir məbləğdə pul qaytarmamışdır. Onu aldatmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Atası X2 Nazirliyinin 9 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və şöbə rəisinin müavini vəzifəsində işləmişdir. O, 2015-ci ilin avqust ayında vəfat etmişdir. Atasının peşəsinə böyük marağı olduğundan hər zaman vergi sahəsində çalışmaq istəmiş, lakin ali təhsili olmadığından həmin arzusunu yerinə yetirə bilməmiş, həmin sahəyə marağı olduğu üçün təxminən 2010-cu ilin ortalarında özü fərdi qaydada mühasibatlıq sahəsini öyrənmiş və bundan sonra vergi ödəyicilərinə mühasibatlıq xidməti göstərmək üçün fiziki şəxs kimi özünə VÖEN açdıraraq rəsmi qaydada qeydiyyatdan keçmiş, 2021-ci ilin avqust ayınadək əvvəllər yaşadığı Ucar rayonunda vergi ödəyicilərinə mühasibat xidməti göstərməklə xidmət haqqı almışdır. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş və hazıradək burada yaşayır. İntiqam adlı şəxslə təxminən 2021-ci ilin sentyabr ayında sonuncunun öz təşəbbüsü ilə tanış olmuş, həmin vaxt İntiqam istifadəsində olan 070-308-60- 68 saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onun nömrəsini Ucardan olan tanışlarından aldığını, özünün vergi ödəyicilərinə mühasibatlıq sahəsində xidmət göstərməklə məşğul olduğunu, işlərin çox olduğunu, ona mühasibatlıq sahəsində köməklik lazım olduğundan ona müraciət etdiyini bildirmişdir. O isə İntiqama hansı qaydada köməklik göstərəcəyi ilə maraqlandıqda İntiqam ona bir neçə vergi ödəyiciləri ilə razılaşdırdığı zaman həmin ödəyicilərə cari və boş hesabatlar tərtib etməklə vergi orqanına təqdim etməklə köməklik edəcəyini demişdir. O, boş hesabatların vergi orqanına təqdim etməyin məqsədini soruşduqda İntiqam həmin vergi ödəyiciləri ilə razılaşdırdığı üçün belə bir addım atılacağını bildirmiş, o isə vergi ödəyicisinin öz istəyi ilə bu hal olduğunu fikirləşdiyi üçün İntiqamla razılaşmışdır. Vergi ödəyicilərinin cari vergi hesabatları ilə bağlı İntiqamın tapşırığı əsasında hesabatla bağlı işləri yerinə yetirəndə İntiqam ona hər hesabata görə 60 - 100 manat cuvarında pul verəcəyini vəd etmiş, lakin İntiqamla işlədiyi 3 ay müddətində sonuncu ona 4 dəfə yəni, təxminən 2021-ci ilin noyabr ayında 100 manat, oktyabr ayında 100 manat, dekabr ayında 50 manat, 2022-ci ilin yanvar ayında isə 250 manat olmaqla ümumilikdə 500 manat pul vəsaitini kart vasitəsi ilə göndərmişdir. İntiqamın vergi hesabatları ilə tapşırığı o, yaşadığı ünvan 10 ünvanında özünə məxsus qara rəngdə olan “notbuk” tipli kompüterdə icra edərək, gördüyü işin nəticəsini özünə məxsus 051- ***-**-** saylı mobil nömrənin “whatsaap" tətbiqi vasitəsi ilə İntiqama məxsus 070-308-60- 68 saylı mobil nömrəsinin “whatsaap” tətbiqinə göndərmişdir. Beləliklə ümumilikdə təxminən 25-30 vergi ödəyicilərinin hesabatını İntiqamın tapşırığı ilə vergi orqanının elektron sisteminə göndərmişdir. Həmin ödəyicilərin müəyyənedici məlumatlarını xatırlamamış, müvafiq məlumatları yaşadığı ünvanda olan təxminən 100 vərəqli sarı rəngdə olan dəftərdə aparmışdır. O, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, X32, X31, Şahid12, X45, Sədi adlı şəxsləri tanımadığını bildirmiş, İntiqamın ona təqdim etdiyi vergi ödəyicilərininin yalnız VÖEN məlumatlarını və vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron sisteminə girmək üçün lazım olan şifrə və parollarını bildirdiyini, o, həmin ödəyicilərin adlarını yadında saxlamadığını, qeyd etdiyi dəftərində bəzi vergi ödəyicilərinin adlarını yazdığını bildirmişdir. İntiqamın tapşırığı əsasında o, VÖEN nömrəsi ********** olan vergi ödəyicisi "xxxx" MMC-nin adından vergi orqanına boş hesabat təqdim etmiş və həmin ödəyicinin vergi orqanına olan 1076379,31 manat pul vəsaitini şəxsi hesab vərəqəsində 650616,89 manat məbləğinə endirilmişdir. Lakin həmin azaldılan məbləğ aldadıcı məbləğ olmuşdur. Yəni əslində hər hansı vergi ödəyicisi ilə bağlı təqdim edilən bəyannamə vergi orqanında yoxlamadan keçir və yoxlama nəticəsində bəyannamə, yəni hesabatın düzgünlüyü müəyyən edildikdən sonra hesabatın düzgünlüyünə uyğun olaraq qərar qəbul edilir. O, həmin ödəyicinin adından boş hesabat göndərdiyi üçün məbləğ avtomatik olaraq aşağı endirilmiş, sonradan hesabatın düzgün tərtib olunmaması nəticəsində yenidən əvvəlki vəziyyətinə salınmışdır. Yəni İntiqamın ona təqdim etdiyi ödəyicilərlə bağlı hesabatların hər birində bu qaydada olmuşdur. O, bunu əvvəlcədən bilmiş və bu barədə İntiqama demişdir. İntiqam isə ona həmin ödəyicilərlə razılaşdırılmış qaydada belə bir addım atdığını, heç bir qanunsuz əməl törətmədiyini ona bildirdiyindən o, İntiqamla razılaşmışdır. O, İntiqamın tapşırığı əsasında VÖEN nömrəsi ********** olan vergi ödəyicisi X17 adından vergi orqanına boş hesabat təqdim etmiş və həmin ödəyicinin vergi orqanına olan təxminən 1000.000 manat pul vəsaitini şəxsi hesab vərəqəsində azaltmışdır. Həmin azalmanı "xxxx" MMC adlı ödəyicini etdiyi qaydada, yəni vergi orqanına boş hesabatlar təqdim etməklə etmiş, lakin sonradan həmin ödəyicinin də borcu şəxsi hesab vərəqəsində əvvəlki məbləğdə təsdiqlənmişdir. İntiqamın fiziki şəxslər barədə verdiyi müəyyənedici məlumatları onun yaşayış ünvanında ünvanında aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş dəftərdə qeyd etmiş, dəftərin birinci səhifəsində Şahid7 məlumatlarını ona 2021ci ilin oktyabr ayının sonlarında İntiqam vermişdir. İntiqamın tapşırığı ilə o, Rafiz adlı şəxsin adına olan hazırda xatırlamadığı VÖEN üzrə 2021-ci ilin noyabr ayının əvvəllərində vergi sistemində şəxsi hesab vərəqəsinə girərək vergi borcuna baxıb vergi orqanına boş hesabat vermiş, bunun müqabilində İntiqam ona zəhmət haqqı olaraq 50 manat verəcəyini desə də, həmin pulu verməmişdir. Rafizin vergi borcunun silinməsi barədə onun məlumatı olmamış, o, sadəcə İntiqamın xahişi əsasında istifadəsində olan “Dell” markalı kompüter vasitəsilə boş hesabat hazırlayıb göndərmişdir. İntiqam həmin vergi ödəyicisi ilə boş hesabat göndərməsi barədə razılığının olduğunu bildirəndən sonra o, həmin hesabatı göndərmişdir. İntiqamın Şahid7 adlı vergi ödəyicisi ilə bağlı hər hansı planından, Rafiz adlı şəxsdən İntiqamın hər hansı miqdarda pul alıb-almaması barədə onun heç bir məlumatı olmamışdır. O, Şahid8 adlı şəxsi şəxsən tanımamış, sonuncunun işini ona İntiqam vermişdir. İntiqamın tapşırığı və həmin şəxsin şəxsi hesab vərəqəsinə girmək üçün göndərdiyi müvafiq məlumatlar əsasında o, Mənsurun adına olan hazırda xatırlamadığı VÖEN üzrə 2021-ci ilin noyabr ayında vergi orqanına boş hesabat vermişdir. Bunun müqabilində İntiqam ona zəhmət haqqı olaraq 50 manat vermişdir. Mənsurun vergi borcunun silinməsi barədə onun məlumatım olmamış, sadəcə İntiqamın xahişi əsasında istifadəsində olan “Dell” markalı kompüter vasitəsilə boş hesabat hazırlayıb göndərmişdir. İntiqam həmin vergi ödəyicisi ilə boş hesabat göndərməsi barədə razılığının olduğunu bildirəndən sonra o, həmin hesabatı göndərmişdir. İntiqamın həmin vergi ödəyicisi ilə bağlı hər hansı planından, Şahid8 adlı şəxsdən hər hansı miqdarda pul alıb-almaması barədə onun məlumatım olmamışdır. İlqar adlı şəxsi o, şəxsən tanımamış, sonuncunun işini ona İntiqam vermişdir. O, İntiqamın tapşırığı və həmin şəxsin şəxsi hesab vərəqəsinə girmək üçün göndərdiyi müvafiq məlumatlar əsasında İlqarın adına olan hazırda xatırlamadığı VÖEN üzrə 2021-ci ilin noyabr ayında vergiyə boş hesabat vermiş, bunun müqabilində İntiqam ona zəhmət haqqı olaraq 100 manat verəcəyini söz versə də, həmin pulu ona verməmişdir. İlqarın vergi borcunun silinməsi barədə onun məlumatı olmamış, o, sadəcə İntiqamın xahişi əsasında və İntiqam həmin vergi ödəyicisi ilə boş hesabat göndərməsi barədə razılığının olduğunu bildirəndən sonra istifadəsində olan “Dell” markalı kompüter vasitəsilə boş hesabat hazırlayıb göndərmişdir. İntiqamın İlqar adlı vergi ödəyicisi ilə bağlı hər hansı planından, eləcə də İlqar adlı şəxsdən hər hansı miqdarda pul alıb-almaması barədə onun məlumatı olmamışdır. Aşkar edilən “DELL” markalı noutbuk ona məxsusdur. Qeyd etdiyi şəxslərin vergi hesabatlarını vermək üçün həmin notbuk vasitəsi ilə taxes.gov.az saytına girərək orada şəxslərin istifadəçi adı və pin kodlarını yazaraq şəxsi vərəqəyə daxil olub vergi ödəyicilərinin onlayn hesablarından hesabatlar verərək vergi əməliyyatları aparmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 2013-cü ildə Zərərçəkmiş şəxsla tanış olmuş və normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs qardaşının direktoru olduğu “Yapsan" MMC-in işlərinə nəzarət etmiş və Bakı şəhəri daxil olmaqla respublikanın bir çox yerlərində tikinti-təmir işlərini, eləcə də enerji sahəsində yarımstansiyaların tikinti-təmir işlərini həyata keçirmişdir. O, ilk öncə Rəşadın nəzarət etdiyi tikintidə fəhlə işləmiş, sonradan isə bir çox tikintiyə nəzarəti Rəşad onun vasitəsilə həyata keçirmişdir. 2019-cu ildə "Yapsan” MMC-nin vergi orqanı ilə olan problemlərindən həmin MMC adından hər hansı əməliyyat aparılması vergi orqanı tərəfindən qadağan olunmuşdur. O, həmin vaxt Rəşaddan MMC-nin bir milyondan artıq vergi orqanına borcu olduğundan həmin orqan MMC-nin əməliyyatlarına qadağa qoyduğunu və Rəşadın həmin vaxtdan vergiyə olan borcunun ödənilməsinə çalışdığını eşitmişdir. Təxminən 2021-ci ilin sentyabr və ya oktyabr aylarında o, Rəşaddan İntiqam adlı şəxsin Rəşadın vergiyə olan borc məsələsini həll edəcəyini eşitmişdir. Bu məqsədlə bir neçə dəfə Rəşad, onun dostu olan Mustafa İntiqamla görüşlər keçirmiş və həmin görüşlərin əksəriyyətində o da Rəşadın yanında olmuşdur. O, adi bir işçi olduğundan heç vaxt Rəşadın pul məsələlərinə qarışmamışdır. Təxminən 2021-ci ilin oktyabr-noyabr ayları ərzində o, Rəşadla birlikdə Bakı şəhərində metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən "xxxx" və “Qızılgül” adlı restoranlarda Mustafa və İntiqam adlı şəxslərlə birlikdə görüşdə olmuşdur. Həmin görüşlərə o, Rəşadla birlikdə getmiş və həmin şəxslə birlikdə də görüşdən ayrılmışdır. Həmin görüşlərdə oktyabrnoyabr ayları ərzində təxminən 2, ya da 3 dəfə Rəşad ona idarə etdiyi avtomobilinin saxlanc yerində sellofan paketdə pul olduğunu, bu paketi verməsini xahiş etmiş və o da həmin paketi avtomobildən götürərək Rəşada vermişdir. Rəşad ondan içərisində pul olan paketi restoranların çölündə almışdır. Həmin paketləri kimə verdiyinin isə şahidi olmamışdır. Lakin o, Rəşadın həmin görüşlərdən ayrılaraq avtomobilə əyləşərkən pul paketini özü ilə avtomobilə qaytarmadığını görmüşdür. Rəşadın həmin paketləri Mustafa və yaxud İntiqama verdiyi qənaətində olmuşdur. O, bu hadisənin tarixlərini dəqiq olaraq deməkdə çətinlik çəkmişdir. Həmin paketlərdə olan pulun məbləğini bilməmiş, bu barədə Rəşad ona bir söz deməmişdir. Lakin həmin paketlərdə olan pulların az məbləğdə olan pul vəsaitləri olmadığı qənaətinə gəlmişdir. Bir dəfə İsə, təxmini 2021-ci ilin payız aylarında Bakı şəhərində, “Ağ şəhər” deyilən yerdə yerləşən, adını xatırlamadığı pivə restoranında Rəşadın İntiqama pul sayıb verdiyini gözü ilə görmüşdür. Həmin pulu məbləğini isə bilməmişdir. O, ümumiyyətlə Rəşadın hər hansı işinə müdaxilə etmədiyi və maraq göstərmədiyi üçün bu barədə Rəşad heç vaxt ona hər hansı məlumat verməmişdir. Təxminən 2021-ci ilin noyabr- dekabr aylarında Rəşadın yanında olan zaman, sonuncunun telefonla o tanımadığı adamlarla, eləcə də Mustafa ilə danışıqlarında İntiqamın "xxxx" MMC-nin vergiyə olan borcunu həll etmək məqsədilə Rəşaddan təxminən 200.000 manat pul vəsaiti aldığı, lakin işi həll edə bilmədiyini eşitmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1989-cu ildə Zərdab rayonunda doğulmuşdur. 2010-cu ildən Sədərək bazarında tikinti-materialları sahəsində satıcı kimi işə başlamışdır. Hazırda icarəyə götürərək mağaza işlədir. O, Təqsirləndirilən şəxs1 5 ildir tanımışdır. Belə ki, İntiqam onun qardaşı Elnurun sinif yoldaşıdır. İntiqam əvvəllər vergi ödəyicilərinə kassa aparatlarını quraşdırılması ilə məşğul olmuşdur. İntiqamın həmçinin ona bildirdiyinə görə vergi ödəyicilərinin vergi borclarını azaltmaqla məşğul olurmuş. O həmçinin ətrafda olan insanlardan eşitdiyinə görə İntiqam Sədərək bazarından bir neçə şəxsdən də vergi borcunu sildirəcəyi adı ilə müxtəlif məbləğlərdə pul almışdır. Təxminən 2021-ci ilin avqust ayının sonlarında İntiqam ondan Rəşad və Mustafa adlı tanışları ilə görüşmək üçün idarə etdiyi **-OM-*** qeydiyyat nişanlı “Chevrolet kryuz” avtomobili ilə Gənclik metrosunun yaxınlığına aparmağını xahiş etmişdir. Həmçinin onlarla görüşməyinin məqsədi onların vergi borcunu azaltması ilə bağlı olduğunu bildirmişdir. O, İntiqamın xahişini nəzərə alaraq sonuncu ilə Gənclik metrosuna yaxın "xxxx" kafesinə getmişdir. Həmin kafeyə ilk öncə Mustafa adlı şəxs, daha sonra isə Rəşad adlı şəxs gəlmişdir. Rəşad gəlməmişdən öncə Mustafa İntiqamla söhbət aparmış, söhbət əsnasında əgər iş alınsa pulun tən yarısını özünə yəni Mustafaya çatacağını bildirmişdir. Rəşad gələndən sonra Şahid2 yanında İntiqam, Rəşad və Mustafa vergi borcunun azaldılması barədə söhbət aparmışdırlar. İntiqam Rəşada hissə-hissə vergini borcunu azaldacağını, bunun müqabilində 200.000 manat alacağını demişdir. İntiqam həmin pulu hissə-hissə alacağını bildirmişdir. Onun eşitdiyinə görə Rəşadın vergi borcu 1.000.000 manatdan çox olmuşdur. O, ikinci dəfə 2021-ci ilin oktyabr ayının ortası yenidən "xxxx" kafesində İtiqamla birlikdə Rəşad və Mustafa ilə görüşmüşdür. İntiqam yenə vergi borcunun azaldılmasından danışaraq, Rəşadı vergidə tapşırdığını demişdir. Söhbətin bir yerindən sonra Rəşadla İntiqam çölə çıxmış, daha sonra o İntiqamla oradan ayrılmışdır. Yolda olarkən İntiqam Rəşadın ona 3000 manat pul verdiyini demişdir. Bundan başqa yolda olarkən Mustafa İntiqama zəng vuraraq 3000 manatın yarısını təcili özünə yəni Mustafaya verməsini demişdir. Çünki bu məsələdə İntiqam və Mustafa şərik olmuşdur. Onun bildiyi qədən ilə İntiqam sonradan Mustafanın kartına 1500 manat köçürmüşdür. Həmin pulun verilməsində səbəb Rəşadın işinin istintaqdan lokal gəlirlər idarəsinə göndərilməsi olmuşdur. O, üçüncü dəfə İntiqamın xahişi ilə onunla birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Paulaner” restoranına getmişdir. Mustafa və Rəşad orada olmuşdur. Həmin vaxt 2021-ci ilin noyabr ayının ortasına təsadüf etmişdir. Onun “Covid” pasportu olmadığına görə restorana buraxmamışlar. İntiqam təxminən içəridə yarım saat oturmuş, xatırladığı qədəri ilə İntiqam Rəşadın vergiyə olan vergi borcunu 600.000 manatadək azaltmış olmuşdur. O, İntiqamla birlikdə qeyd olunan ünvana özünün idarə etdiyi **-OM-*** qeydiyyat nişanlı “Chevrolet cruze” avtomobili ilə getmişdir. İntiqam avtomobilə qayıdandan sonra 6000 manat pul aldığını demiş, pulun bir hissəsi dollarla olmuşdur. Hətta İntiqamın xahişi ilə o, Azneft dairəsinin yanına gecə işləyən bank respublikanın filialında 800 dollar pul xırdalamışdır. İntiqam həmin puldan ona dost kimi 500 manat vermişdir. Bildiyi qədəri ilə İntiqam Rəşaddan aldığı həmin puldan bir qədərini Mustafanın kartına köçürmüşdür. O, Təqsirləndirilən şəxs1 ona guya vergi orqanlarında yüksək çinli tanışlarının olmasını dediyini bildirmişdir. O, həmçinin İntiqamın vergi borcu azaldılması adı altında konkret olaraq kimlərdən pul almasından məlumatsız olduğunu demişdir. Şahid5 şəxsən tanımır. Lakin Şahid5lə bir dəfə 2021-ci ilin noyabr ayında Bakı şəhərində Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən “Kofemania” adlı kafedə İntiqam vasitəsi ilə görüşmüşdür. Onu həmin görüşə İntiqam aparmışdır. Belə ki, həmin vaxt İntiqamın maşını olmadığı üçün onu həmin kafeyə aparmağını xahiş etmiş, o isə münasibət xatirinə intiqamı həmin kafeyə aparmış, İntiqam yolda ona həmin kafedə bir nəfərlə görüşüb bir iş həll edəcəyini demiş, lakin nə iş olduğunu bildirməmişdir. Onlar onun idarə etdiyi AZ**-OM-*** qeydiyyat nişanlı “Chevrolet cruze” markalı avtomobili ilə həmin kafeyə yaxınlaşanda İntiqam çöldə hava soyuq olduğundan onu da həmin kafeyə dəvət etmişdir. Orada İntiqam onun tanımadığı iki nəfər şəxslə görüşüb oturmuş, o da onların masasında əyləşmişdir. Orada gedən söhbətlərdən məlum olmuşdur ki, həmin şəxslərdən birinin adı Şahid5, digərinin adı isə Hasildir. Hasili o ordan əvvəl bir dəfə İntiqamın yanında görüb tanımışdır. Söhbətin məzmunu isə İntiqamın Şahid5 adlı şəxsin vergi orqanına olan borcunun silinməsi ilə bağlı olmuşdur. İntiqam həmin vaxt İlqar adlı şəxsə də vergi xidmətində yüksək çinli tanışlarının olduğunu demiş və Şahid5 adlı şəxsdən 3000 manat pul vəsaitini nağd şəkildə orada almışdır. Daha sonra onlar həmin kafenin çölünə çıxıb maşına əyləşib gedərkən o, ilk öncə maşına getmiş, İntiqam isə İlqar və Hasil adlı şəxslə kafenin qarşısında bir neçə dəqiqə qalaraq söhbət etmişlər. O, onların söhbətinin məzmununu bilməmişdir. Daha sonra İntiqam maşına gəlmiş və oradan uzaqlaşmışlar. İntiqam ona həmin pul vəsaitini hansı məqsədlə aldığını bildirməmiş, lakin o, söhbətin məzmunundan İntiqamın İlqar adlı şəxsin vergi borcu ilə bağlı həmin pulu sonuncudan aldığını anlamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadədəlində göstərmişdir ki, İntiqam adlı şəxslə «Sədərək» ticarət mərkəzində təxminən 2 il əvvəl tanış olmuşdur. İntiqam ora tez-tez gəlmiş, onun yanında işləyən dost tanışlarla birgə yığışıb çay içəndə İntiqam da həmişə orada olmuş, sonuncunun ticarət mərkəzində bir çox şəxslə münasibəti olmuş, ümumiyyətlə İntiqamı ticarət mərkəzində vergi işləri ilə məşğul olan şəxs kimi tanımışlar. Təxminən 2021-ci ilin yaz aylarında işlədiyi “Sədərək” ticarət mərkəzində digər satıcılarla birgə hamısı çay içməyə yığışan zaman İntiqam da orada olmuş, orada İntiqam ona Dövlət Vergi Xidmətində rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin vəzifəli şəxslər vasitəsilə müxtəlif pul müqabilində kimin vergiyə borcu varsa həmin vergi borcunu azalda və silə biləcəyini söyləmişdir. İntiqamın istifadəsində 070-308-60- 68 saylı mobil telefon nömrə olmuşdur. Təxminən 2021-ci ilin yay aylarında “Sədərək” ticarət mərkəzində əslən Naxçıvandan olan Təqsirləndirilən şəxs3 adlı şəxslə tanış olmuşdur. Vurğunla münasibətləri hər zaman normal olmuşdur. Sonuncunun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Vurğun bazarda müxtəlif əşyalar alaraq şəhər mağazalarda satışını həyata keçirir. Cari ilin yanvar ayının əvvəllərində Vurğun adlı şəxs ondan Vergi Xidmətində tanışının olub-olmadığını soruşmuş, o isə cavab olaraq İntiqam adlı tanışının özünün dediyinə əsasən Dövlət Vergi Xidmətinin rəhbər şəxsləri ilə yaxşı münasibətlərinin olduğunu bildirmişdir. Vurğun İsə bazarda işləyən bəzi tanışlarının vergiyə borcunun olduğunu, həmin vergi borclarını hansısa qaydada həll etməkdə İntiqamın köməkliyindən istifadə etməklə pul qazanmaq fikrinin olduğunu bildirmiş və ona da həmin işlərlə məşğul olaraq pul qazanmağı təklif etmiş, bu zaman o İntiqamla yaxın münasibətinin olduğunu əsas gətirərək aralarına pul söhbəti girəndən sonra münasibətlərinin pis olacağını bilərək bu təklifinə razılıq verməmiş, lakin Vurğunun xahişi əsasında sonuncunu İntiqamla tanış edəcəyini bildirmişdir. Həmin vaxt Vurğun ona İntiqama Vurğunun tanışları içərisində vergiyə borcu olan şəxslərin çox olduğunu və razılıq olarsa müəyyən pul vəsaiti müqabilində həmin vergi borclarını azaltması və ya silməsi üçün müraciət edə biləcəyini demişdir. O da öz növbəsində Vurğunun sözlərini İntiqama olduğu kimi çatdırmış və İntiqam öz razılığını bildirərək Dövlət Vergi Xidmətinin rəhbər şəxsləri ilə, həmçinin İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarovun yaxın qohumu ilə çox yaxşı münasibətlərinin olduğunu, vergi borclarını həmin şəxslər vasitəsilə siləcəyini bildirmişdir. Həmçinin İntiqam bu cür işləri verənin kim olacağından aslı olmayaraq həmin şəxsə də hörmət edəcəyini bildirdikdə o İntiqamdan onu belə işlərə qatmamasını xahiş etmişdir. İntiqam isə Vurğunla iş görəcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində Vurğun ona kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsində qeydiyyatda olan fiziki şəxs X18 vergi orqanına 2.000.000 manatdan artıq vergi borcunun olduğunu, həmin vergi borcunun azaldılması və ya silinməsinin mümkün olub-olmayacağını öyrənmək üçün Rahimi İntiqamla danışdırmağını ondan xahiş etmişdir. O isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə İntiqamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatSapp” proqramı vasitəsilə zəng edərək Vurğunun tanışı olan fiziki şəxs X18 vergi orqanına 2.000.000 manatdan artıq vergi borcunun olduğunu, həmin vergi borcunun azaldılması və ya silinməsi ilə bağlı Vurğunun İntiqamla danışmaq istəyini bildirmişdir. İntiqam isə Vurğunla danışmağa razılıq verdikdən sonra o telefonu Vurğuna vermişdir. Bundan sonra Vurğunla İntiqam danışmışlar, lakin danışıqlarını o tam olaraq anlamamışdır. Bir neçə dəqiqədən sonra Vurğun İntiqama göndərməsi üçün həmin vergi ödəyicisinin elektron vergi sistemində şəxsi hesab vərəqəsində giriş adı və parolunu “WhatSapp” proqramı vasitəsilə ona göndərmiş və həmin məlumatları İntiqama göndərişini ondan xahiş etmişdir. İntiqam bir neçə dəqiqədən sonra zəng edərək Vurğunla danışmaq istədiyini demiş, həmin vaxt o, İntiqama Vurğunun nömrəsini götürüb özü ilə danışmağını dedikdə, İntiqam Vurğunu yaxşı tanımadığını, hardasa oturub çəkdiyi adlar barədə məlumat verə biləcəyini bildirmiş və ondan Vurğunu onun vasitəsilə danışdırmağını xahiş etmişdir. O isə İntiqamın xahişi əsasında Vurğuna zəng edərək “konferans” formasında İntiqamıda xətdə qoşmuş və onlar bir-biri ilə söhbət etmişlər. Həmin vaxt ona maraqsız olduğu üçün onların söhbətinə qulaq asmamışdır. İntiqam və Vurğunun danışıb razılaşmalarından sonra 08 yanvar 2022-ci il tarixdə İntiqamın xahişi ilə o, İntiqamla birlikdə Vurğunla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən “Qədim Qəbələ” adlı restoranda görüşmüşlər. Həmin vaxt X54 Zeynalov adlı şəxsin şəriki olan tanışından 25000 manat məbləğində pul aldığını, 15.000 manat pulu ehtiyacı olduğu üçün özü üçün götürdüyünü deyərək, qalan 10000 manat pulu isə onun yanında cibindən çıxararaq İntiqama vermişdir. O isə ilk əvvəl işi görən İntiqam, daha çox qazanan isə Vurğun olduğu üçün bir qədər təəccüblənmiş, lakin söhbətlərinin məzmunundan İntiqamla Vurğunun bu barədə razılığa gəldiklərini anlamışdır. Daha sonra onlar oradan çıxmışlar və sağollaşaraq ayrılmışlar. Onun İntiqamın gördüyü işlərin qanuni və ya qanunsuz olmasından məlumatı olmamışdır. Həmin pul məbləğlərindən də ona nə İntiqam, nə də Vurğun heç biri heç nə verməmişdir. Həmçinin Vurğun təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində hansısa qaydada tanışı olan vergi ödəyicisi, fiziki şəxs X6 vergi orqanına 2000 manat civarında borcu olduğunu, həmin ödəyicinin vergi borcunu sildirmək istəyini ona bildirmişdir. O, əvvəlki qaydada bu barədə İntiqama məlumat vermiş, Vurğunun danışmaq istəyini bildirdikdə İntiqam razılığını bildirmişdir. Bundan sonra İntiqamla Vurğunu telefonda danışdırmışdır. Vurğunla İntiqamın danışıqlarının tam məzmununu bilməmiş, lakin Vurğunun tanışı Şahid12 vergi orqanına olan borcunu silmək barədə danışıqlar apardıqlarını söhbətin məzmunundan anlamışdır. Bir qədər sonra Vurğun həmin ödəyicinin VÖEN məlumatlarını, eləcə də şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan məlumatları ona “whatsaap” tətbiqi vasitəsi ilə göndərmiş, o da Vurğunun istəyi ilə həmin məlumatları İntiqama bildirmişdir. İntiqamla Vurğunun danışıb razılaşmalarından sonra 2022-ci ilin yanvar ayının əvvəllərində İntiqam özünə Vurğunun göndərməsi üçün ona pul verəcəyini bildirmiş və həmin pulu İntiqamın bank kartına göndərməyisini ondan xahiş etmişdir. Bundan sonra Vurğun ona İntiqamın bank kartına göndərməsi üçün 850 manat vermişdir. Həmin vaxt o Vurğunun verdiyi 850 manat pulu İntiqamın istifadə etdiyi "xxxx" bank kartına göndərmişdir. İntiqam və ya Vurğun həmin puldan ona hər hansı miqdarda pul verməmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Vurğun vergi ödəyicisi “Bayıl" MMC-nin vergi orqanına 23.000 manatdan artıq borcu olduğunu, həmin MMC-nin sahibi ilə yaxşı münasibəti olduğunu və ödəyicinin vergi borcunu sildirmək istəyini İntiqama deməyisini ondan xahiş etmişdir. O, əvvəlki qaydada bu barədə İntiqama məlumat vermiş və Vurğunla İntiqamın danışıqları olandan sonra Vurğunun “whatsaap” tətbiqi vasitəsi ilə ona göndərdiyi ödəyicinin VÖEN, eləcə də şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan digər məlumatları İntiqama həmin tətbiq vasitəsilə göndərmişdir. Bir neçə gün sonra İntiqam ona Vurğunun İntiqama göndərməsi üçün pul verəcəyini bildirmiş və həmin pulu sonuncunun bank kartına göndərməsini xahiş etmişdir. Bundan sonra Vurğun ona İntiqamın bank kartına göndərməsi üçün 1500 manat pul vermişdir. Həmin vaxt o, Vurğunun verdiyi 1500 manat pulu İntiqamın istifadə etdiyi "xxxx" bank kartına göndərmişdir, intiqam və ya Vurğun həmin puldan ona hər hansı miqdarda pul verməmişdir. Daha sonra təxminən 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində, metronun “Əhmədli” stansiyasının yaxınlığında paltar mağazası işlədən Vüsal adlı tanışı söhbət əsnasında ona Nizami adlı tanışının vergi ödəyicisi olan fiziki şəxs X29 adına olan VÖEN üzrə həmin metrostansiyanın yaxınlığında telefon aksessuarları mağazası işlətdiyini və həmin VÖEN üzrə mağazanın vergiyə təxminən 3000 manatdan bir qədər artıq olan məbləğdə borcunun olduğunu, həmin borcu ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. O isə İntiqamı nəzərdə tutaraq vergi işləri ilə məşğul olan bir nəfər İntiqam adlı tanışının olduğunu bildirmiş və İntiqamla məsləhətləşib məlumat verəcəyini Vüsala bildirmişdir. Bundan sonra o İntiqamla telefonda danışaraq Vüsalın ona bildirdiklərini İntiqama demişdir. İntiqam isə həmin vergi ödəyicisinin VÖEN, eləcə də şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan digər məlumatlarını göndərdikdən sonra dəqiq deyəcəyini bildirmişdir. O isə tanışı Vüsala İntiqamın dediklərini bildirmiş, Vüsal isə ona verdiyi məlumatlar əsasında o, İntiqama həmin ödəyicinin VÖEN, eləcə də şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan məlumatları “whatsaap” tətbiqi vasitəsi ilə göndərmişdir. Bir qədər sonra İntiqam onunla əlaqə saxlayaraq həmin borcu silmək üçün 1000 manat pul alacağını bildirmişdir. O, İntiqamın dediklərini Vüsala demiş, Vüsal isə həmin Nizami adlı tanışı ilə danışandan sonra razılığını bildirmişdir. Bir neçə gündən sonra İntiqam fiziki şəxs X29 vergi orqanına olan 3000 manatdan bir qədər artıq olan borcunu 20 manata endirdiyini təsdiqləyən müvafiq şəkili ona “whatsaap” tətbiqi vasitəsi göndərmiş, o isə eyni vasitə ilə Vüsalın istifadəsində olan ***-***-**-** saylı telefona göndərmişdir. İntiqam bunun qarşılığında istədiyi 1000 manat pulu göndərmələrini ondan istəmiş və o bunu Vüsala bildirmişdir. Vüsal həmin tanışı olan Nizami adlı şəxsdən aldığı 1000 manat pulu onun istifadə etdiyi bank kartına göndərmişdir. O, həmin vaxt əlində nağd pul olduğuna görə İntiqamla Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşərək həmin 1000 manat pulu İntiqamın şəxsən özünə vermişdir. Bundan bir neçə gün sonra Vüsal ona həmin ödəyicinin borcunun geri qayıtdığını və ödəyicinin onlara verdiyi pulu geri istədiyini bildirmişdir. O isə İntiqama bu barədə məlumat vermək istədikdə artıq İntiqam saxlanılmışdır. 2021-ci ilin dekabr ayının ortalarında sürücü işləyən tanışı, əslən Gürcüstandan olan Elnur adlı şəxs onunla söhbət əsnasında bacısının həyat yoldaşı Sədi adlı şəxsin vergi orqanına 8000 manatdan bir qədər artıq məbləğdə borcunun olduğunu deyərək dərdləşən zaman o, Elnur adlı tanışına İntiqam barədə məlumat vermiş, Elnur isə bu barədə Sədi adlı qohumu ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Təxminən 1 gün sonra Elnur Sədi adlı qohumu ilə danışdıqdan sonra İntiqamın bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. O, Elnurla münasibətinin yaxşı olmasına görə xahişini İntiqama çatdırmışdır. İntiqam isə həmin vergi ödəyicisinin VÖEN, şəxsi hesab vərəqəsinə girmək üçün login, parol məlumatlarını göndərməsini demiş, bundan sonra dəqiq bir söz deyə biləcəyini bildirmişdir. O tanışı Elnura İntiqamın dediklərini bildirmiş, Elnurun ona verdiyi məlumatlar əsasında həmin ödəyicinin VÖEN, şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan digər məlumatları “whatsaap” tətbiqi vasitəsi ilə İntiqama göndərmişdir. İntiqam bir qədər sonra ona zəng edərək həmin ödəyicinin qeyd edilən məbləğdə borcu olmasını təsdiqləmiş və həmin borcun silinməsinin çətin olduğunu, bunun üçün həmin borcu 4000 manat müqabilində siləcəyini bildirmiş və ilkin olaraq 1000 manat beh istəmişdir. O, bu barədə Elnura məlumat vermiş, sonuncu isə qohumu ilə danışıb razılaşmış və Elnur 2021-ci ilin dekabr ayının sonlarında ona işlədiyi “Sədərək” ticarət mərkəzində 1000 manat məbləğində nağd pul vermişdir. O isə həmin pulu 500 və 500 manat olmaqla 2 dəfəyə İntiqamın istifadə etdiyi bank kartına göndərmişdir. İntiqam həmin vergi borcunun növbəti ilin, yəni 2022-ci ilin yanvar ayında silinəcəyini vəd vermiş, lakin hazıradək həmin borc silinməmiş və bu səbəbdən də Elnur adlı tanışı hazıradək həmin pulu ondan tələb etməkdədir. O bu barədə son günlərə qədər İntiqama bildirərək sonuncudan aldığı 1000 manatı geri qaytarmasını tələb etsə də, İntiqam hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır. İntiqam həmin puldan ona heç bir məbləğdə pul verməmişdir. Qeyd etdiklərindən başqa onun İntiqamın törətdiyi əməllər barədə məlumatı olmamışdır. Həmin əməlləri də İntiqamın qanunsuz etdiyini bilməmişdir. İntiqam ona aldığı pul vəsaitlərini Dövlət Vergi Xidmətinin rəhbər şəxslərinə çatdırması üçün aldığını bildirmişdir. Ümumiyyətlə İntiqamın etdiyi əməllərin qanunsuz olmasını, dələduz olmasını o İntiqam həbs ediləndən sonra bilmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X39 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 2001-ci ildən Bakı şəhərində müxtəlif mağazalarda satıcı işləmiş, hazırda yuyucu vasitələrin topdansatış mağazasında mal çatdırması ilə məşğul olur. O, bildirmişdir ki, təxminən 2021-ci ilin noyabr ayında bacısının həyat yoldaşı X14 ona bildirməsinə əsasən sonuncunun işlətdiyi Binəqədi rayonu, Müşfiq qəsəbəsində ərzaq malları mağazasının vergiyə təxminən 8000 manata yaxın məbləğdə borcu olmuşdur. Sədyar ona, bildirmişdir ki, maddi vəziyyəti həmin vergi borcunu ödəməyə yetmir, o isə maddi vəziyyəti Sədyara hər hansı köməklik göstərməsi üçün əlverişli olmamışdır. Sədyarla arasında olan söhbətdən təxminən 20 gün keçdikdən sonra təsadüfən əvvəlcədən tanıdığı “Sədərək” ticarət mərkəzində mağaza işlədən Raqif adlı şəxslə görüşmüşmüş, görüş zamanı söhbət əsnasında o, Raqifə yeznəsinin mağaza işlətdiyini, lakin vergi orqanına təxminən 8000 manata yaxın borcu olduğunu, həmin borcu ödəyə bilmədiyini bildirmiş, Raqif isə ona həmin borcu azaldacaq İntiqam adlı tanışının olduğunu, həmin İntiqam adlı şəxsin vergi orqanında olan rəhbər şəxslə yaxşı münasibətinin olduğunu, həmin rəhbər şəxsin vasitəsilə qanuni yolla vergi borclarını ən aşağı məbləğə endirdiyini və istəsə əgər yeznəsi ilə danışdıqdan sonra həmin tanışına köməklik etməsini xahiş edəcəyini bildirmişdir. O, bundan sonra yeznəsi Sədiyar ilə danışıb bu barədə məlumat verdiyi zaman Sədiyar biraz tərəddüd etmiş, lakin sonradan həmin tanışı ilə danışması üçün razılıq vermişdir. O, yeznəsi Sədiyarın Raqifi heç vaxt tanımadığını və görmədiyini bildirmişdir. O, yeznəsi ilə danışdıqdan sonra istifadəsində olan telefon nömrəsinin vvhatsap tətbiqi vasitəsilə Raqifin istifadəsində olan ***-***-**-** saylı telefonla əlaqə saxlamış və Raqifə həmin İntiqam adlı tanışı ilə yeznəsinin vergi borcu məsələsini danışmağını xahiş etmiş, Raqif isə ondan yeznəsi Sədyarın Vöen məlumatlarını istədikdən sonra o, vvhatsap vasitəsilə Raqifə göndərmişdir. Bundan sonra Raqif onunla təkrar əlaqə saxlamış və həmin İntiqam adlı tanışının onun yeznəsinin vergi orqanına olan təxminən 8000 manata yaxın vergi borcunu 15-20 manata yendirə biləcəyini, bunun üçün İntiqamın vergi orqanında olan rəhbər şəxsə ilkin olaraq 1000 manat verməli olduğunu, həmin borc məbləğini siləndən sonra isə 3000 manat verməklə ümumi olaraq 4000 manata həmin borcu siləcəyini bildirmişdir. O isə yeznəsilə danışmış, yeznəsi bu işin qanuni olduğunu bir daha onunla dəqiqləşdirdikdən sonra razılaşmış və 1000 manat ona pul vermişdir ki, bu məsələni həll etsin. O, isə təxminən 2021- ci ilin dekabr ayının ortalarında Raqiflə “Sədərək” ticarət mərkəzində görüşmüş və orada Raqifə İntiqam adlı tanışına çatdınması üçün şəxsən 1000 manat nağd şəkildə pul vermişdir. Həmin görüş zamanı orada Raqif tanışı İntiqamın qalan məbləği də iş həll olunandan sonra verəcəyini ona bildirmişdir. Həmin vaxtdan yeznəsinin vergi borcu heç vaxt azalmamış və bu səbəbdən yeznəsilə onun arasında bir qədər soyuqluq yaranmış, yeznəsi ondan verdiyi 1000 manatı tələb etmiş, o isə Raqifə İntiqam adlı tanışından işi görə bilmədiyi üçün pulu qaytarıb verməsini tələb etmiş, Raqif isə həmin iş görən tanışı İntiqamın dələduz olduğunu və sonuncunun müxtəlif şəxsləri vergi orqanına olan borcları silmək adı ilə aldadaraq müxtəlif məbləğlərdə pul vəsaiti aldığını ona bilmişdir. O, Raqifin pis vəziyyətdə qaldığını, sonuncunun İntiqam adlı tanışının bu əməllərindən məlumatsız olduğu üçün onun başına açdığı oyuna görə xəcalət çəkdiyini gördükdən sonra məcbur qalaraq öz cibindən yeznəsi Sədiyara 1000 manat pul vermişdir. O, Raqifə İntiqam adlı tanışından onun verdiyi 1000 manat pulu geri alması üçün köməklik etməsini xahiş etmiş, lakin pulunu geri ala bilməmişdir. O, Təqsirləndirilən şəxs2 tanımadığını, Təqsirləndirilən şəxs1 isə Raqifdən adını eşitdiyini, onlarla hər hansı münasibətinin və əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2019-cu ildən fiziki şəxs Maya Babayevanın adına olan VÖEN üzrə ünvan 11 ünvanında yerləşən mobil telefon nömrələri və aksessuarlarının satışını həyata keçirməkdədir. O, bildirmişdir ki, işlədiyi müddətdə vergi orqanına olan borcunu vaxtı-vaxtında ödəmiş, 2021-ci ildə biraz maddi sıxıntıları olduğundan vergi orqanına olan təxminən 3057 manat vergi borcunu ödəyə bilməmiş və bu barədə 2022-ci ilin yanvar ayının əvvəllərində yaxın tanışı olan, istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olan Vüsal adlı şəxsə söhbət əsnasında demişdir. Vüsal isə ona bir nəfər Raqif adlı şəxsin vergi orqanında işləyən tanışının olduğunu, müxtəlif vergi ödəyicilərinin vergi borclarını qanuni qaydada sildiyini və ya azaltdığını bildirmiş və həmin Raqif adlı şəxs vasitəsilə vergi borcunun silinmə ehtimalının olduğunu bildirmiş, o, isə Vüsala qanuni qaydada olarsa vergi borcunun silinməsi məsələsini Raqif adlı şəxslə danışmağını təklif etmişdir. Bu söhbətdən bir neçə gün sonra Vüsal ona Raqif adlı tanışı ilə danışıb vergi orqanında olan tanışı ilə danışıq əsasında 1000 manat müqabilində onun işlətdiyi Maya Babayevanın adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 3057 manat vergi borcunu silə biləcəyini bildirmiş, o isə bu işin qanuni olduğunu zənn edərək Raqif adlı şəxsin vergi borcunu sildikdən sonra 1000 manat pulu verəcəyini bildirərək razılaşmış və onların istəyi ilə VÖEN nömrəsini Vüsala demişdir. Razılaşmanın səhəri günü Vüsal ona Raqif adlı şəxsin vergi orqanına olan borcu sildiyini demişdir. Vergi borcu silindikdən sonra o, işlətdiyi mağazanın yaxınlığında 1000 manat pulu Vüsal adlı şəxsin şəxsən özünə vermiş, Vüsal isə həmin pulu “Milli Ön” ödəmə terminalı vasitəsilə Raqif adlı şəxsin bank hesabına ödəmişdir. Onun, işlətdiyi Maya Babayevanın adına olan VÖEN üzrə vergi orqanına olan təxminən 3057 manat vergi borcu silinməmiş və olduğu kimi qalmış, o zaman dərk etmişdir ki, onu aldadıblar. O, bununla əlaqədar Vüsal adlı tanışı ilə danışmış, sonuncu isə Raqif adlı tanışı ilə danışdıqda məlum olmuşdur ki, sonuncunun tanışı olan şəxs dələduz imiş və müxtəlif şəxsləri vergi orqanına olan borclan silmək adı ilə aldadaraq müxtəlif məbləğlərdə pul vəsaiti almışdır. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tanımadığını, onlarla hər hansı münasibətinin və əlaqəsinin olmadığını, Raqif adlı şəxsin adını Vüsaldan eşitdiyini, hər hansısa bir münasibəti və əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində metronun “Əhmədli” stansiyasının yaxınlığında telefon aksessuarları satan mağazanı işlədən tanışı Nizami adlı şəxslə söhbət əsnasında sonuncu ona işlətdiyi mağazanın vergi orqanına təxminən 3000 manatdan bir qədər artıq miqdarda vergi borcunun olduğunu, imkanı zəif olduğundan həmin borcu ödəyə bilmədiyini bildirmiş, o isə Nizamiyə həmin vaxt heç nə deməmişdir. Bir neçə gün sonra işlədiyi "Sədərək” ticarət mərkəzində bir neçə yoldaşla təsadüfən vergi məsələsi barədə söhbət edərkən həmin ticarət mərkəzindən satıcı kimi tanıdığı, hər zaman normal münasibəti olan Raqif adlı şəxs ona qanuni qaydada vergiyə olan istənilən borcu silə bilən bir tanışı olduğunu bildirmişdir. O, Raqifdən vergi orqanına olan borcu necə silə bilir deyə maraqlanmış, sonuncu həmin borcun silinməsinin detallarını bilmədiyini, həmin tanışının dediyinə əsaslanaraq belə bir məsələni dediyini bildirmişdir. Bir neçə gündən sonra o, işdən çıxıb yaşadığı evə getmək üçün Nizami adlı həmin şəxsin mağazasının qarşısından keçərkən sonuncu ilə görüşmüş və ona həmin Raqif adlı şəxsin dediklərindən bəhs etmişdir. Nizami isə ona həmin şəxsin köməklik etməsini deməyini xahiş etdikdən sonra o, növbəti gün Raqiflə əlaqə saxlamış və Nizaminin məsələsini ona demişdir. Raqif Nizaminin mağazasının VÖEN məlumatlarını və borcun məbləğini deməsini istəmiş, o isə Nizamidən bunları öyrənib Raqifə bildirdikdən bir neçə dəqiqədən sonra Raqif ona həmin vergi borcun silən tanışı ilə danışıq əsasında 1000 manat müqabilində 3000 manatdan bir qədər artıq miqdarda vergi borcunu silə biləcəyini demişdir. O bunu Nizamiyə bildirmiş, sonuncu isə razılıq verdikdən bir gün sonra Raqif ona vergi orqanına olan həmin borcun silindiyini, həmin 1000 manat pulu borcu silən tanışına göndərmək üçün onun bank kartına göndərməsini istəmiş, o isə Nizami İlə görüşmüş və olanlardan bəhs etmiş, Nizami isə 1000 manat pulu Raqifə göndərməsi üçün ona vermiş, o da Nizaminin yanında həmin pulu “Milli Ön” ödəmə terminalı vasitəsilə Raqif adlı şəxsin bank hesabına ödəmişdir. Bir müddət sonra Nizami ona vergi orqanına olan təxminən 3000 manatdan bir qədər artıq olan vergi borcunun silinmədiyini, olduğu kimi qaldığını bildirmişdir. O, Raqif adlı tanışı ilə danışdıqda sonuncunun tanışı olan şəxsin dələduz olması və müxtəlif şəxsləri vergi orqanına olan borcları silmək adı ilə aldadaraq müxtəlif məbləğlərdə pul vəsaiti almaları məlum olmuşdur. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımadığını, onlarla hər hansı münasibət və əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı şahid Zərərçəkmiş şəxs, direktor müavini olduğu "xxxx" MMC-də aparılmış vergi yoxlaması zamanı aşkar edilmiş vergi kənarlaşması məbləğinin hansı qaydada silinməsi halları ilə bağlı istintaqa verdiyi əvvəlki ifadəsi tam təsdiq etmişdir. Qarşısında əyləşən İntiqamın üzünə direktor müavini olduğu "Yapsan” MMC-nin vergi orqanına olan borcunun araşdırılması ilə əlaqədar Vergi Cinayətləri baş idarəsində aparılan araşdırılmaya fasilə verilməsi müqabilində 6000 manat, təxminən 1.076.000 (bir milyon yetmiş altı min) manat vergi borcunun azaldılması ilə bağlı 10.000 manat və bütün vergi borcunun silinməsi müqabilində 3 dəfəyə, birinci dəfə 90.000, ikinci dəfə 50.000 və üçüncü dəfə 50.000 manat olmaqla ümumilikdə 206.000 (iki yüz altı min) manat pul vəsaitinin tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən "xxxx" və “Qızılgül” restoranlarının qarşısında İntiqama verildiyini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı şahid Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə 2021-ci ilin təxminən avqust ayında Gənclikdə "xxxx" kafesində o, İntiqam və Rəşad görüşmüş, orada İntiqama vergi xidməti ilə hesabatları düzgün apara bilən mühasib lazım olduğunu, “Yapsan MMC”-nin borcu barədə danışmışlar. İntiqam isə mühasib tapmaqdan başqa, həmçinin vergi borcunun silinib vergi borcunun olmaması barədə arayış ala biləcəyini demişdir. Həmin vaxtdan bir həftə sonra o, İntiqama zəng edərək istintaqda problemlərinin olduğunu, onlara vaxt ala biləcəyi barədə soruşmüş, İntiqam ona görüşməyi təklif etmişdir. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində "xxxx" kafesində İntiqamla Rəşad və o görüşmüş, görüş zamanı İntiqam 10.000 manat pul müqabilində onlara 3 ay vaxt alacağını, vergi cinayətlərində Seymur adlı şəxslə danışdığını demiş, onlar isə güclərinin 6000 manata çatdığını bildirdikdə İntiqam onlarla razılaşmış və 6000 manatı götürmüşdür. Növbəti gün Rəşad ona Seymur adlı vergi əməkdaşının yenə ona zəng etdiyini demiş, o isə İntiqamı "xxxx" kafesinə çağırmışdır. İntiqam onun gözünün qabağında Seymurun hazırda xatırlamadığı, lakin həqiqətən də Rəşada zəng edən Seymurun nömrəsinə zəng vurmuş və Seymura “Seymur müəllim Sizə dedim axı Rəşadla Talehə zəng vurmayın, mən özüm sabah sizin yanına gələcəyəm. Nömrəm də sizdə var” sözlərini demişdir. Seymur adlı şəxs isə cavabında Rəşada və Talehə başqa firmaya görə zəng vurduğunu demişdir. Daha sonra həqiqətən də Vergi Xidmətinin istintaq idarəsindən Rəşada və Talehə zəng gəlməmişdir. Görüş zamanı İntiqam X1ynı ilə dost olduğunu, bütün məsələləri onunla həll etdiyini, bağda görüşərək həftə sonları yeyib içdiyini bildirmişdir. Növbəti gün İntiqam zəng edərək Vergi Xidmətinin istintaq idarəsinə getməsi üçün ondan MMC-nin Asan imzasını və etibarnamə istəmiş, bundan sonra Taleh Şirinov notariatla İntiqamın adına etibarnamə vermiş və o, Asan İmza ilə etibarnaməni "xxxx" kafesində İntiqama vermişdir. İntiqam həmin hərəkəti ilə onun və Rəşadın etibarını qazanmışdır. Bundan sonra 2021-ci ilin təxminən sentyabr ayının sonunda Rəşad ona zəng vuraraq İntiqamın zəng edərək “Yapsan MMC”-nin təxminən 1.076.000 manat vergi borcunu silə biləcəyini, borcu olmamaq barədə arayış ala biləcəyini təklif etdiyini, İntiqamın buna görə 200.000 manat pul İstədiyini demişdir. Rəşad və o, İntiqamla "xxxx" kafesində görüşmüşlər. İntiqam orada 1.076.000 manat vergi borcunu problemsiz siləcəyini demişdir. Onlar İntiqama hazırda pullarının olmadığını dedikdə İntiqam 10.000 manat vermələrini və işə başlayacağını bildirmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında təxminən 3-4 gün ərzində 6000 manat pulu Rəşad İntiqamın "xxxx" kartına hissə-hissə göndərmiş, 2000 ABŞ dolan və 600 manat pulu isə “Paulaner” restoranında Rəşad İntiqama onun gözünün qabağında vermişdir. Qeyd etdiyi 10.000 manat pulu İntiqam 3-4 gün ərzində sentyabr ayının sonlarında Rəşaddan almışdır. 2021-ci ilin oktyabr ayının əvvəli İntiqam “Whatssap’la “Yapsan MMC”-nin vergi hesabından vergi borcunun şəklini çəkərək onlara atmış, həmin şəkildə şirkətin təxminən 600.000 vergi borcu silindiyi görünmüşdür. Onlar dərhal mühasib olan Əli adlı şəxsdən bu barədə məlumat almış, Əli "xxxx" MMC-nin şəxsi vərəqəsinə girərək azalmanın olduğunu, lakin təsdilqənmədiyini bildirmişdir. İntiqam isə həmin azalmanı təsdiqlədəcəyini, narahat olmamağı bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının ortası İntiqam ona və Rəşada dayanmadan yığaraq heç olmasa 90.000 manat verməyi tələb etdiyini, həmin pulu verməsələr azalmanın təsdiqlənməyəcəyini bildirmişdir. Həmin vaxt nə Rəşadın, nə onun pulu olmadığından Rəşad dərhal “Xaşaxuna” adlanan ərazidə yaşayış evini 55.000 manat və Qala qəsəbəsində 12 sot torpağını 45.000 manata satmışdır. O, 2021-ci ilin oktyabr ayının ortası İntiqama "xxxx" kafesinin qabağında təxmin axşam saat 21 radələrində 90.000 manat pul vermişdir. Həmin vaxt Rəşad da onun yanında olmuşdur. Onlar Rəşadla həmin yerə birlikdə getmişlər. İntiqam ora Rofiq adlı tanışı ilə gəlmişdir. Onlar Rofiqin yanında vergi məsələsini danışmış, Rofiq bütün söhbətləri eşitmiş, lakin münasibət bildirməmişdir. Rofiq bir az sonra getmişdir. Pulu alanda İntiqam tək olmuş və sonra guya Mikayıl Cabbarovun qaynı gilə gedəcəyini, növbəti 100.000 manatı 6 ay ərzində yavaş-yavaş alacağını deyərək taksi ilə getmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında İntiqam yenə zəng edərək təcili 50.000 manat pul lazım olduğunu, MMC-nin işinin artıq lokal gəlirlər idarəsində olduğunu bildirmişdir. Həmin vaxt Rəşad lokal gəlirlər idarəsindən ona zəng gəldiyini demişdir. Bundan sonra Rəşad təcili Yasamalda evini 85.000 manata satmışdır və o, oktyabr ayının sonlarında Gənclikdə “Qızılgül” kafesinin qarşısında saat 22 radələrində Rəşadın gözünün qabağında İntiqama 50.000 manat vermişdir. İntiqam isə yenə də Mikayıl Cabbarovun qaynı ilə görüşməyə gedəcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Rəşad ona zəng edərək intiqamın yenə zəng etdiyini bildirmişdir. O da İntiqamla danışmış və sonuncu ona MMC-nin işinin hazır olduğunu, imza və möhürün vurulmalı olduğunu bildirərək 50.000 manat pulun təcili çatmalı olduğunu bildirmişdir. Bundan sonra Rəşad 50.000 manat pulu tapmış və o, noyabr ayının ortalarında “Paulaner” restoranının qarşısında axşam saat 22 radələrində Rəşadın gözünün qabağında İntiqama vermişdir. İntiqam isə yenə Mikayıl müəllimin qaynının evinə gedəcəyini bildirmiş, onun gözünün qabağında Bilgəhə taksi sifariş vermişdir. O, ümumilikdə onların İntiqama Rəşada məxsus 206.000 manat pul vermiş olduqlarını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 əvvəllər verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə bildirmişdir ki, təxminən 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 istifadəsində olan 055-211- 40-74 saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefonun “WhatSapp” proqramına zəng edərək Zərərçəkmiş şəxsla görüş təşkil etdiyini, bunun üçün onun da "xxxx" restoranına gəlməyinin vacib olduğunu bildirmiş, o isə həmin vaxt birlikdə olduğu həmkəndlisi Rofiq adlı tanışı ilə birlikdə həmin restorana getmişdir. Orada Mustafa onu Rəşadla tanış etmişdir. O, Zərərçəkmiş şəxs da həmçinin yalandan İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarovun yeznəsi ilə yaxın dostluq münasibətlərinin olduğunu, sonuncu vasitəsilə Mikayıl Cabbarovun bağ evində onun özü ilə həftənin şənbə günləri görüşünün olduğunu deyərək müəyyən pul vəsaiti müqabilində həmin MMC-nin vergi orqanına olan borcunun silinməsini həmin əlaqələri vasitəsilə həll etmək iqtidarında olduğunu demişdir. Rəşad "xxxx" MMCnin vergi orqanına olan borcu ilə əlaqədar Vergi Cinayətləri İdarəsinə olan araşdırılması ilə bağlı MMC-nin direktoru olan Rəşadın qardaşı Taleh Şirinovun həmin idarəyə çağrıldığını, onlara həmin idarədə bir müddət möhlət lazım olduğunu bildirdikdə o, həmin idarədə olan tanışları vasitəsilə 10000 (on min) manat pul müqabilində onlara həmin müddətin veriləcəyini bildirmişdir. Bir neçə gündən sonra əvvəlcədən razılaşdıqları formada onlar yenə həmin restoranda görüşmüş və həmin vaxt Rəşad Mustafa və Rofiq adlı tanışının yanında 10000 manat pulun həmin möhlət üçün çox olduğunu, bunun üçün ona 6000 manat pul verə biləcəyini demiş, o da Rəşadla razılaşmış və həmin şəxslərin, yəni Mustafa və Rofiqin yanında Rəşad 6000 manat pulu ona şəxsən vermiş və bu məsələni həll etməsini tapşırmışdır. O, onlardan Vergi Cinayətləri İdarəsinə olan araşdırmanın kim tərəfindən aparılmasını soruşduqda Rəşad Seymur adlı şəxsin araşdırma apardığını bildirərək sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ona demiş və həmin restoranı tərk etmişdir. O, orada Mustafa və Rofiqin yanında Seymur adlı şəxsin istifadəsində olan həmin nömrəyə zəng etmiş və "xxxx" MMC-nin mühasibi olduğumu bildirərək bir neçə gün müddətində MMC-nin vergiyə olan borcunun çox hissəsinin ödəniləcəyini bildirmiş və ondan bir müddət möhlət verilməsini xahiş etmişdir. Seymur adlı vergi orqanı əməkdaşı isə MMC-nin vergiyə olan borcunun ödənilməsinin vacib olduğunu, bir¬iki həftə ərzində ödənişin olacağı təqdirdə möhlət veriləcəyini bildirmişdir. Bununla o, Mustafa və Rəşadı özünə inandırmış və sonuncuların onun doğurdan da İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarova çıxışının olduğuna inandırmışdır. Lakin əsl həqiqətdə isə belə bir çıxışı olmamış və onun niyyəti onları aldadıb inandırmaq və onlardan pul almaq olmuşdur. Həmin görüşdən sonra Mustafa ondan əvvəlcədən olan razılaşmalarına uyğun olaraq Zərərçəkmiş şəxs aldığı pulun bir hissəsini ona verməyini tapşırmış və o, həmin vaxt Zərərçəkmiş şəxs aldığı 6000 manat puldan 1000 manatını istifadə etdiyi "xxxx" ASC- yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartından Mustafanın istifadəsində olan, nömrəsini xatırlamadığı bank kartına göndərmişdir. Bundan sonra təxminən 2021-ci ilin avqust ayında o və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun təşəbbüsü ilə yenidən "xxxx" restoranında görüşmüş, orada Mustafa özü ondan həmin vergi borcunu hansı qiymətə silə biləcəyini soruşduqda o, Mustafaya 120.000 manat pul müqabilində həmin borcu silə biləcəyimi demiş, Mustafa isə ona Rəşada 120.000 manat yox, 200.000 manata həmin borcu silə biləcəyini deməsini istəmişdir. O isə Mustafadan bu cür etməklərinin səbəbini soruşduqda Mustafa özünün də həmin işdə qazancının olmasını, bu işi ona özü caladığını və bu əlavə olunan 80000 manat pul vəsaitini yarı-yarıya bölmələrini istədikdə, o Mustafa ilə razılaşdır. Bir neçə gündən sonra Rəşad, o və Mustafa sonuncunun təşəbbüsü ilə "xxxx" restoranında görüşmüş, həmin vaxt o, Zərərçəkmiş şəxs tanışı olan İqtisadiyyat naziri vəzifəsində işləyən Mikayıl Cabbarovun yeznəsinin vasitəsilə vergi orqanına olan bir milyon yetmiş altı min manat vergi borcunun azaldılmasını və silinməsini edə biləcəyimi demiş və Rəşada Mustafanın yanında bu işə başlamağı üçün ilkin olaraq 10.000, həmin borcun tam silinməsi üçün isə ümumilikdə, yəni 10.000 manat da daxil olmaqla 200.000 manat pul verməli olduğunu demişdir. O, Mustafanı Rəşaddan öncə tanıdığı və həmin işi doğurdan da Mustafa ona tapdığını düşünərək Rəşada həmin işi 200.000 manata görəcəyimi bildirmiş, həmçinin Rəşada alacağı 200.000 manat pulun çox hissəsini İqtisadiyyat naziri Mikayıl Cabbarovun yeznəsinə verəcəyini yalandan demişdir. Həmin vaxt Rəşad onunla razılaşmış və təxminən həmin ilin sentyabr ayında Rəşad müxtəlif vaxtlarda ona şəxsən və istifadə etdiyi "xxxx" ASC-yə məxsus “4169 7385 9062 7745” nömrəli bank kartına pul qoymaqla ümumilikdə 10.000 manat pul vermişdir. Rəşad ona həmin məbləğdən 2000 ABŞ dolları və 600 manatı Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” adlanan yerdə yerləşən “Paulaner” adlı restoranda şəxsən özünə vermiş, qalan məbləği isə qeyd etdiyi bank kartı vasitəsi ilə vermişdir. O isə Mustafa ilə olan əvvəlcədən razılaşma əsasında Mustafanın tələbi ilə sonuncunun istifadəsindəki bank kartına öz adına olan bank kartı vasitəsilə əlavə olaraq 2000 manat pul göndərmişdir. O, Mustafaya ilə razılaşmasına əsasən 1000 və 2000 manat olmaqla ümumilikdə 3000 manat pulu öz bank kartından Mustafanın bank kartına “kart to kart” əməliyyatı ilə göndərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş, üzləşdirmə zamanı Şahid2 istintaqa əvvəllər verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən 2021-ci ilin avqust sonlarında İntiqam onu Rəşad və Mustafa adlı tanışları ilə görüşməyə dəvət etmiş, onlarla görüşməyinin məqsədinin onların vergi borcunu azaltması ilə bağlı olduğunu bildirmişdir. İntiqam onun həmçinin onlara tikinti materialları sata biləcəyini demişdir. Onlar Gənclik metrosuna yaxın "xxxx" kafesində görüşmüşlər. Həmin görüş yerinə ilk öncə Mustafa, daha sonra isə Rəşad gəlmişdir. Ondan nisyə mal istədiklərinə görə söhbətləri baş tutmamışdır. Həmçinin İntiqam, Rəşad və Mustafa vergi borcunun azaldılması barədə söhbət aparmış, İntiqam hissə-hissə vergini borcunu azaldacağı barədə vəd vermiş, bunun müqabilində 200.000 manat alacağını demişdir. İntiqam həmin pulu hissəhissə alacağını bildirmişdir. Rəşad gəlməmişdən öncə Mustafa İntiqamla işin alınacağı təqdirdə pulun tən yarısının özünə çatağını demişdir. O, həmin söhbəti şəxsən eşitmişdir. Onun bildiyi qədəri ilə Rəşadın vergi borcu 1.000.000 manatdan yuxarı olmuşdur. O, bildirmişdir ki, onlar ikinci dəfə 2021-ci ilin oktyabr ayının ortası yenidən "xxxx" kafesində görüşmüşlər. O, İntiqamla birlikdə həmin ünvana getmiş, İntiqam yenə vergi borcunun azaldılmasından danışmışdır. X59 orqanlarında tapşırdığını demişdir. Söhbətin bir yerindən sonra Rəşadla İntiqam çölə çıxmışdır. Daha sonra Şahid2 intiqamla birlikdə oradan ayrılmışdır. İntiqam yolda Rəşadın ona 3000 pul verdiyini bildirmişdir. Yolda olarkən Mustafa İntiqama zəng vuraraq 3000 manatın yarısını təcili ona verməsini tələb etmişdir. Bu məsələdə İntiqam və Mustafa şərik olmuşdur. İntiqam sonradan Mustafanın kartına 1500 manat atmışdır. Bu pulun verilməsində səbəb onun bildiyinə görə Rəşadın işinin istintaqdan lokal gəlirlər idarəsinə göndərilməsi olmuşdur. Guya həmin məsələni İntiqam həll etmişdir. Şahid2 bundan başqa ifadəsində göstərmişdir ki, o, İntiqamla birlikdə “Paulaner” restoranında getmiş, orada üçüncü dəfə Mustafa və Rəşadı görmüşdür. Həmin vaxt 2021-ci ilin noyabr ayının ortası olmuşdur. O, “covid” pasportu olmadığına görə restorana buraxılmamış, İntiqam təxminən içəridə yarım saat oturmuşdur. İntiqam avtomobilə qayıdandan sonra Rəşaddan 6000 manat pul aldığını ona demişdir. Pulun bir hissəsi dollarla olmuşdur. Hətta “Azneft” dairəsi adlanan ərazidə gecə işləyən “Bank Rrespublika”-nın filialında 800 ABŞ dollar pulu manata dəyişmişdirlər. İntiqam həmin puldan dost kimi 500 manat ona vermişdir. İntiqam həmin puldan bir miqdarını Mustafanın kartına yollamışdır. O, İntiqamın Mustafanın kartına göndərdiyi məbləğin nə qədər olduğunu dəqiq bilmədiyini demişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 21 aprel 2022-ci il tarixli “Diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin vergi borcunun silinməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə “Whatsapp” proqram təminatı vasitəsilə yazışmalar aparmışdır. Yazışmaların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həmin məqsədlə istifadəsində olan **********627745 nömrəli plastik bank kartının fotoşəklini göndərmiş və sonuncu ona həmin bank kartına 1000, 2000 və 3000 manat olmaqla ümumilikdə 6000 manat pul vəsaitinin göndərilməsinə dair qəbzlərin, həmçinin həmin MMC-nin şəxsi hesab vərəqəsinə girmək üçün lazım olan məlumatlar qeyd edilmiş kağız parçasının fotoşəklini göndərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs könüllü istintaqa təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin vergi borcunun silinməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə “Whatsapp” proqram təminatı vasitəsilə yazışmalarına dair məlumatları özündə əks etdirən rəqəmsal video disk « DVD» iş üzrə 26 aprel 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 03 iyun 2022-ci il tarixli “CD diskə» baxış protokolundan” görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdikləri ərəfələrdə ***-***-**-** saylı mobil telefon nömrəsi (Təqsirləndirilən şəxs1 istifadəsində olmuş) və ***-***-**-** saylı mobil telefon nömrəsi (Təqsirləndirilən şəxs2 istifadəsində olmuş) ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışlar. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 14 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi ərəfələrdə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, yəni sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 14 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi ərəfədə öz istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 01 iyul 2022ci il tarixli “diskə baxış protokolundan” görünür ki, xx.xx.2021-ci il tarixdə 1000 manat məbləğində pul vəsaiti və xx.xx.2021-ci il tarixdə 1200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 plastik bank kartının bağlı olduğu bank hesabından məxaric edilərək Təqsirləndirilən şəxs2 plastik bank kartının bağlı olduğu bank hesabına köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 01 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 mobil telefonun yaddaşında olan “Whatsapp” proqram təminatı vasitəsilə Təqsirləndirilən şəxs1 ilə 29 oktyabr 2021-ci il tarixdən 05 yanvar 2022-cİ il tarixədək mütəmadi danışıqlar aparılmış, həmin danışıqların məzmunu əsasən telefon sahibinin Təqsirləndirilən şəxs1 ilə mübahisəsindən ibarətdir. Mübahisə mövzusunu Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərdən dələduzluq yolu ilə Təqsirləndirilən şəxs2 vasitəsilə aldığı və geri qaytarmadıqları pul məbləğlərindən ibarətdir. Danışıqlar zamanı Ağabəy və Rəşad adlı şəxslərin Mustafa vasitəsilə İntiqama verdikləri pulların geri qaytarılmalı olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 bildirilir. Danışıqların məzmunundan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə Əlibəy adlı şəxsdən 750 manat, Rəşad adlı şəxsdən isə ümumilikdə müəyyən edilməyən külli miqdarda pul aldığı görünür. Bundan başqa, baxış zamanı 30 dekabr 2021-ci il tarixdə saat 16:39-16:41 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “206min pul almısam, almışam emi, 206min, duzdu” yazmış, Təqsirləndirilən şəxs2 isə cavabında “Seni basa dusmedin, almisan, mende senden sorusuram almisan” məzmunlu sözlərini yazdığı aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 09 mart 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 01 ədəd "Samsung A32” markalı mobil telefona və ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********627745 nömrəli bank kartına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməllərinin törədilməsində həmin mobil telefon və bank kartından alət və vasitə kimi istifadə etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 01 ədəd "Samsung A32” markalı mobil telefon və ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş, **********627745 nömrəli bank kartı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malik olduğundan həmin tarixdə iş üzrə maddi sübut kimi tanınmış və bank kartı cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefon isə cinayət işinin tərkib hissəsi olaraq ayrıca saxlanılmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 18 aprel 2022-ci il tarixli baxış protokolundan görünür ki, Şahid3 yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd dəftərə və 1 ədəd "Dell” markalı “notebook” tipli kompüterə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şahid3 müxtəlif vergi ödəyiciləri barədə məlumatları həmin dəftərində qeyd etmişdir. Baxış zamanı “Dell" markalı “notebook” tipli kompüterin yaddaşında isə müxtəlif vergi ödəyiciləri ilə bağlı məlumatlar qeyd edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 05 may 2022-ci il tarixli 5/391 saylı məhkəmə kompyuter-texniki ekspertizasının rəyindən və həmin rəyə əlavə edilmiş diskə keçirilmiş 20 may 2022-ci il tarixli baxış protokolundan görünür ki, tədqiq olunan kompüterin yaddaşından əldə edilmiş fayllar içərisində Vergi Xidmətinə dair “.jpg”, “.pdf”, “.html”, daxilində vergi ödəyicilərinin adları, VÖEN-ləri, mobil nömrələri olan “.xlsx” formatlı fayllar, müqavilələr, bildirişlər və kompüterin iş masasında “BTP" adı ilə qeyd olunmuş İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti “X4 Sistemi, bəyannamə tərtibat proqramı müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 20 may 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, qeyd edilən dəftər və “Dell” markalı notebook tipli kompyuter cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malik olduğundan həmin tarixdə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin tərkib hissəsi olaraq ayrıca saxlanılmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 31 may 2022-ci il tarixli Kompakt «CD» diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid3 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid3lə olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 14 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 11 iyun 2022ci il tarixli CD diskə baxış protokolundan görünür ki,Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 26 may 2022-ci il tarixli CD diskə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs X24 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid5lə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 27 may 2022-ci il tarixli CD diskə baxış protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X24 cinayət əməllərini törətdiyi ərəfələrdə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid6la mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Şahid5 06 aprel 2022-ci il tarixdə istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1 kart hesabına köçürdüyü 500 manat pul vəsaitini özündə əks etdirən kağız qəbzlərin məzmunundan görünür ki, o, 03 dekabr 2021ci il tarixdə saat 21:07 dəqiqədə X11 hesab nömrəsi ******************** nömrələri olan, sonu 7745 rəqəmləri ilə bitən bank kartına 300 manat, 04 dekabr 2021-ci il tarixdə saat 23:28 dəqiqədə isə həmin hesablı bank kartına 200 manat olmaqla ümumilikdə 500 manat pul vəsaitini köçürmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 24 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid7 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid7lə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi 17 noyabr 2022-ci il tarixdə Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamış və həmin gün saat 17:32 dəqiqədən saat 17:59 dəqiqəyədək cinayətin törədildiyi yer olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 15 aprel 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid10 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid10lə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətdiyi ərəfələrdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid10 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid10lə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 09 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Şahid10 cinayət əməllərinin törədildiyi ərəfədə istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid9 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid9lə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid11 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid11la mütəmadi olaraq telefon əlaqəsi saxlamış və 08 yanvar 2022-ci il tarixdə saat 11:09 dəqiqədə cinayətin törədildiyi yer olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarının yaxınlığında olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 07 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətdiyi ərəfələrdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid12 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 04 iyul 2022ci il tarixli “foto şəkil üzrə tanınma” protokolundan görünür ki, Şahid12 foto tanıma zamanı Təqsirləndirilən şəxs3 tanıyaraq 2 şərti nömrəli fotoşəkildəki şəxsin barəsində ifadəsində qeyd etdiyi, ondan vergi borcunun silinməsi üçün pul alan Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 09 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, iş üzrə Şahid10 istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsi Şahid14 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında aparılmış telefon danışıqlarının statistik kompüter açıqlamalarından görünür ki, Raqif Əliyev cinayət əməllərinin törədildiyi ərəfədə Şahid14la mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 31 may 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid15 Mütəllim oğlunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid15la mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 06 iyun 2022-ci il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətdiyi ərəfələrdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid16 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 30 iyun 2022-ci il tarixli “foto şəkil üzrə tanınma“ protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 foto şəkil üzrə tanınma zamanı Təqsirləndirilən şəxs1 tanıyaraq 2 şərti nömrəli fotoşəkildəki şəxsin əvvəllər ifadəsində qeyd etdiyi Şahid12, Rəhim Zeynalov və "xxxx" MMC adlı vergi ödəyicilərinin adlarına olan vergi borcunun azaldılması üçün müvafiq pul məbləğlərini verdiyi Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 30 iyun 2022-ci il tarixli “foto şəkil üzrə tanınma“ protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 də foto şəkil üzrə tanınma zamanı Təqsirləndirilən şəxs3 tanıyaraq 4 şərti nömrəli fotoşəkildəki şəxsin əvvəllər ifadəsində qeyd etdiyi Şahid12, Rəhim Zeynalov və "xxxx" MMC adlı vergi ödəyicilərinin adlarına olan vergi borcunun azaldılması adı ilə ona müvafiq pul məbləğlərini verən Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin 7-603 nömrəli 04 mart 2022ci il tarixli, 9-1039 nömrəli 22 aprel 2022- ci il tarixli, 9-1452 nömrəli 25 may 2022-ci il tarixli və 9-1918 nömrəli 07 iyul 2022-ci tarixli məktublarının məzmunlarından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) 01 oktyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borclan, MDSS, işsizlik, icbari tibbi sığorta) 1076379,30 manat, "xxxx" MMC-nin (VÖEN: **********) 15 oktyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 1062,80 manat, "xxxx" MMC-nin (VÖEN: **********) 15 yanvar 2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 25184,10 manat, Şahid5 (VÖEN: **********) 01 noyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 6941,20 manat, Şahid7 (VÖEN: **********) 01 noyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 36218,10 manat, Şahid8 (VÖEN: **********) 01 noyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 4712,70 manat, X14 (VÖEN: **********) 01 dekabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 7207,50 manat, X17 (VÖEN: **********) 01 yanvar 2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 2558941,90 manat, Şahid12 (VÖEN: **********) 01 yanvar 2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi borcları, MDSS, işsizlik, icbari tibbi sığorta) 2363,10 manat və X29 (VÖEN: **********) 01 yanvar 2022-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borcu (vergi bordan, MDSS, işsizlik, icbari tibbi sığorta) 1936,60 manat olmuşdur. Həmin vergi ödəyicilərinin şəxsi hesab vərəqələri üzrə ümumi dövlət büdcəsinə ödənilməmiş borclarla bağlı müxtəlif tarixlərdə hesabatlar vergi orqanına təqdim edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 04 iyul 2022ci il tarixli “Diskə baxış protokolundan” görünür ki, Zərərçəkmiş şəxs epizodu üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 1000 manat, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 3000 manat, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 2000 manat, "xxxx" MMC epizodu üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 1500 manat, Şahid9 epizodu üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 2 dəfə 500 manat olmaqla, ümumilikdə 1000 manat, Şahid5 epizodu üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat olmaqla, ümumilikdə 500 manat, "xxxx" MMC epizodu üzrə xx.xx.2021- ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 500 manat və X12 epizodu üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmış 416973******7745 hesab üzrə “Birkart Umico” plastik bank kartına 600 və 250 manat olmaqla, ümumilikdə 850 manat pul vəsaitləri köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 08 aprel 2022-cİ il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid17 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid17la mütəmadi olaraq telefon əlaqəsi saxlamış, 12 oktyabr 2022-ci il tarixdə saat 12:53 dəqiqədən saat 13:23 dəqiqəyədək cinayətin törədildiyi yer olan Bakı şəhəri, Nərimanov rayonu ərazisində olmuş və həmçinin Şahid17 25 dekabr 2021-ci il tarixdə saat 15:11 dəqiqədə “Qardaş zeng edecem”, 27 dekabr 2021-ci il tarixdə saat 18:41 dəqiqədə “Qardaş zeng edirem”, 30 dekabr 2021-ci il tarixdə saat 18:09 dəqiqədə “Qardaş xayis edirem sebrin olsun hel edim zeng edirem”, 06 yanvar 2022-ci il tarixdə saat 16:03 dəqiqədə “Qardaş zenh edecem narahat olma”, saat 20:30 dəqiqədə “Qardaş sebir olsun gonderecem” məzmunlu SMS-lər göndərmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 08 aprel 2022-cİ il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid18 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 08 aprel 2022-cİ il tarixli “CD diskə baxış protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi ərəfədə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə Şahid19 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid19la mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs direktor müavini olduğu "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai araşdırılması baş idarəsindəki araşdırılmasına möhlət almaq üçün həmin idarənin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsi adı altında ondan 6.000 manat, sonradan həmin MMC-nin vergi borcunun silinməsi adı ilə Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət verilməsinin zəruriliyinə inandırıraraq ondan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşdırılmış plana uyğun olaraq istədikləri 200.000 manat pul vəsaitindən 10.000 manat pul vəsaitini aldığını etiraf edib, Zərərçəkmiş şəxs 190.000 manat almadığını bildirdi. Təqsirləndirilən şəxs Əliyev X16 İsbəndiyarlının Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai araşdırılması baş idarəsindəki araşdırılmasına möhlət almaq üçün həmin idarənin vəzifəli şəxslərinə rüşvət olaraq verilməsi adı altında 6.000 manat almasını, sonradan həmin MMC-nin vergi borcunun silinməsi adı ilə Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinə rüşvət verilməsinin zəruriliyinə inandırıraraq Zərərçəkmiş şəxs şəxsən və özü vasitəsi ilə müxtəlif tarixlərdə əlavə olaraq 200.000 manat pul almasını bildirmiş, lakin sonradan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə ittiham elan edildikdən sonra ibtidai istintaqa verdiyi ifadəsində şahid qismində istintaqa verdiyi ifadəsini təkzib edərək Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmadığını, onun törətdiyi cinayət əməlinə aidiyyətinin olmadığını, sonuncunun Zərərçəkmiş şəxs şəxsən özündən ümumilikdə 16.000 manat pul almasını, qalan pul vəsaitlərini isə Zərərçəkmiş şəxs dediklərinə əsasən İntiqam İspəndiyarlı tərəfindən alındığından məlumatlı olduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 aldığı ümumilikdə 16.000 manatdan ona çatan 3000 manat pul vəsaitinin İntiqamın ondan əvvəlcədən aldığı borcun qaytarılması ilə izah etmiş, həmçinin Şahid17 Şahid19 FHN-ə işə düzəldilməsi məqsədi ilə 1000 manat pul vəsaiti aldığını etiraf etmiş, lakin həmin pulu Şahid19 xalasının kartına “MilliÖN” vasitəsi ilə köçürdüyünü bildirib ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etmədiyini göstərdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, onların ifadələri özlərinin ibtidai istintaqın ilkin mərəhəlsində şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri özünün ifadələri, iş üzrə dinirilmiş zərəçəkmiş şəxsin, şahid ifadələri, yuxarıda təsvir olunan sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbdən də məhkəmə onların bu iddiallarını özlərinin müdafiələrinə yönəlmiş, faktiki əsası olmayan güman etdikləri hüquqi nəticələr əldə etməyə yönələn cəhdləri kimi qiymələndirir və onların yuxarıda sadalanan əmlakları ələ keçirilmiş şəxsləri aldadaraq əmlaklarını ələ keçiridiklərinin sübutu yetirildiyi qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilib, ittiham olunduğu əməlləri törətməsini etiraf edib faktiki ona elan olunmuş ittihamda nəzərdə tutulan əməlləri törətməsini təsdiq etdi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli biməsini təqsirləndirilən şəxsin sərbəst ifadə vermək hüququndan istifadə etmək kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X36rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onlar tərəfəindən vəziyyətdə, qəsdən törədilməsi qənaətinə gəlir və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində, Təqsirləndirilən şəxs3 əməllərinin isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Bundan başqa istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməllərini əlavə olaraq Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə dövlət ittihamçısı çıxışınd Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinin xaric olunmasını təklif etdi. Məhkəmə dövlət ittihamçısının bu barədə təklifini nəzərə alır və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsini xaric edilməsini əsaslı sayır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlləri qəsdən törətmələri qənaətinə gəldiyindən onların təqsirli bilinib cinayət qanununda nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3un təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə 1(bir) il 09 (doqquz) ay 15 (on beş gün) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakteriza olunmalarını, onların əvvəllər məhkum olunmamalarını onların cəzalarını yüngülləşədirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi əməli səhətində yaranmış xəsətəliklərin aradan qaldırması ilə bağlı törətməsi, ifadələrində səmimi olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun cəzasını yüngülləşədirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaların onlar tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 21 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2022-ci il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri qismində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə 1(bir) il 09 (doqquz) ay 15 (on beş gün) azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Məhkəmə ona təyin olunmuş cəzanın başlanğıcının 17 mart 2023-cü ildən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edrəkən həmin halları, o, cümlədən də Təqsirləndirilən şəxs3 çəkilməmiş cəzasının olmsını, bu səbəbdən də hazırkı hökmlə təyin olunacaq cəzanın həmin hökmlə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş qaydada toplanılmsını əsaslı syır və hazırkı halda cəza təyin edərkən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi əməli hazırkı hökm çıxarılmamışdan qabaq törətməsini nəzərə alır və cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən təyin edilməsini əsaslı sayır. Məhkəmədə, cinayət qanunu ilə müsadirə olunmalı əmlak müəyyən olunmadı. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (Altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın çəkilməsinin başlanğıcı 21 yanvar 2022-ci il tarixdən hesab olunsun. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın çəkilməsinin başlanğıcı 08 fevral 2022-ci il tarixdən hesab olunsun. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2,1, 178.2.2, 178.2.4 maddələri maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 09 (doqquz) ay 15 (on beş gün) azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası C M-nin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökmlə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanın çəkilməsinin başlanğıcı 17 mart 2023-cü il tarixdən hesab olunsun. Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin vergi borcunun silinməsi ilə əlaqədar “Whatsapp” proqram təminatı vasitəsilə yazışmalarına dair məlumatları özündə əks etdirən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik “DVD” disk, cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs2 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus olan "xxxx" ASC tərəfindən verilmiş, “**********627745” nömrəli bank kart cinayət işinin materiallarında saxlanılsın, Şahid3 məxsus 01 ədəd dəftər və “Dell” markalı noutbuk Şahid3 qaytarılsın, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung A32” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Dövlət büdcəsi hesabına iş üzrə məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 80 (səksən) manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər hissələrlə tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 624 (Altı yüz yüz iyimi dörd ) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 624 (Altı yüz iyiyrmi dörd ) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 624 (Altı yüz iyirmi dörd) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin məbləğləri ödəməkdən azad olunsunlar. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-219/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-219/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver