Məhkəmə qərarları › İş №1(101)-219/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-219/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-219/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi - Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 ünvanında yaşayan, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 2004-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala rayonu, Bankə qəsəbəsi, Q.Məmmədov küçəsində qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, Bakı şəhəri Xətai rayon məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 silah və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmiş və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, habelə ümumi niyyətdən kənara çıxmaqla silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan ünvan 6 ünvanda yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə Şahid1, Şahid2, Şahid5 arasında olan sözlü mübahisəyə aidiyyəti olmadan müdaxilə etməklə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan ümumi niyyətdən kənara çıxaraq üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə olunan əşya olaraq tətbiq edib həmin bıçağın arxa tərəfi ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən qəsdən vuraraq ona burun beli nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək yerə yıxmış, Zərərçəkmiş şəxs1 ayağa qalxmaq istəyərkən Təqsirləndirilən şəxs2 əli ilə sonuncunun sol göz nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq ona sol göz orbitası və gözaltı nahiyədə hematoma və bu fonda sol göz almasının ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılarkən ona məxsus bel nahiyəsindən asdığı 1 ədəd qara rəngli bel çantası yerə düşmüş, həmin vaxt o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 üzərinə gələrək o, əli ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən yumruq zərbələri vurmaqla ona başın sol alın nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib yerə yıxmış, Təqsirləndirilən şəxs2 yerə düşmüş Zərərçəkmiş şəxs1 məxsus içərisində üzərində 12 manat dəyərində «Azercell» mobil operatoruna məxsus ***-***-**-** mobil nömrə olan 1 ədəd qara rəngli «Çin» istehsallı 100 manat dəyərində «Samsung Galaxy A10S» markalı mobil telefon olan 1 ədəd 40 manat dəyərində qara rəngli bel çantasını açıq formada ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 152 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra o, ictimai təhlükəli əməlini davam etdirərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə doğru getmiş, lakin ümumi niyyətdən kənara çıxaraq əlində olan bıçağı silah qismində istifadə edilən əşya olaraq onlara nümayiş etdirməklə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərkən o Rafət Şəhverənlinin müqavimətini qırmaq və ona məxsus əmlaka əlçatanlığı təmin etmək məqsədilə sonuncunun üzərinə doğru gedib əli ilə sifət nahiyəsindən yumruq zərbələri vuraraq ona başın sol alın nahiyəsinin sıyrıgı ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib yerə yıxmış, yerdə yıxılmış vəziyyətdə olarkən də o və Təqsirləndirilən şəxs2 əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vuraraq ona sol dirsək oynağı və bel nahiyəsində sıyrıqlar ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan sonra o əlində olan bıçağı ümumi niyyətdən kənara çıxaraq silah qismində istifadə edilən əşya olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayiş etdirməklə onların həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs2 məxsus və üzərində hər biri 5 manat olmaqla «Azercell» mobil operatoruna məxsus 050-675-38- 42 və ***-***-**-** saylı mobil nömrələr olan 180 manat dəyərində 1 ədəd qara rəngli «Realme C21» markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus üzərində hər biri 5 manat olan «Azerfon» mobil operatoruna məxsus ***-***-**-** və 077-386- 71-03 saylı mobil nömrələr olan 180 manat dəyərində 1 ədəd qara rəngli «Vyetnam» istehsallı «Samsung Galaxy A 12» markalı mobil telefonu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 190 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 190 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq əməlini törətmiş və özgənin əmlakını açıq şəkildə talayaraq soyğunçuluq etmişdir. Belə ki, 23 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində o, bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ictimai yer hesab olunan ünvan 6 ünvanda yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ilə Şahid1, Şahid2, X22 arasında olan sözlü mübahisəyə aidiyyəti olmadan müdaxilə etməklə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan onun niyyəti ilə əhatə olunmadan Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə olunan əşya olaraq tətbiq edib həmin bıçağın arxa tərəfi ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən qəsdən vuraraq ona burun beli nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək yerə yıxmış, Zərərçəkmiş şəxs1 ayağa qalxmaq istəyərkən Təqsirləndirilən şəxs2 əli ilə sonuncunun sol göz nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq ona sol göz orbitası və gözaltı nahiyədə hematoma və bu fonda sol göz almasının ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmış və bel nahiyəsindən asdığı 1 ədəd qara rəngli bel çantası yerə düşmüş, Təqsirləndirilən şəxs2 yerə düşmüş Zərərçəkmiş şəxs1 məxsus içərisində 12 manat dəyərində «Azercell» mobil operatoruna məxsus ***-***-**-** mobil nömrə olan 1 ədəd qara rəngli «Çin» istehsallı 100 manat dəyərində «Samsung Galaxy A10 S» markah mobil telefon olan 40 manat dəyərində 1 ədəd qara rəngli bel çantasını açıq talayaraq Zərərçəkmiş şəxs1 152 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə uşaqlıqdan dost olmuş, onunla birlikdə gəzərkən 64 nömrəli məktəbin yanında təxminən 6 nəfər insanın yığışdığını görərək, nə baş verdiyini öyrənmək, habelə orada dostlarının da ola bilməsi ehtimalını nəzərə alıb həmin əraziyə yaxınlaşmışlar. Uşaqlardan nə üçün dalaşdıqlarını soruşduqda, Adəm adlı uşaq ona İmaməli adlı şəxsin var-yox söyüşü söydüyünü bildirmişdir. X15 uşaq olduğunu, onu nə üçün söydüyünü soruşduqda, İmaməli bu məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir. İmaməlinin bu sözünə görə ona yumruq və təpiklə zərbələr endirmişdir. Rafəti də bir dəfə yumruqla vurmuş, həmin vaxt yanında Təqsirləndirilən şəxs2 də olmuşdur. İmaməli ilə 5 dəqiqə ərzində dalaşdıqdan sonra sonuncu çıxıb getmişdir. Hər kəs dağılışdıqdan sonra yerdə telefonlar görmüşdür. Həmin telefonları sahiblərinə qaytarmaq üçün götürmüş, telefonlar onda qaldığına görə sahibləri ilə əlaqə saxlaya bilməmişdir. Telefonları özünə götürmək məqsədi olmamış və telefonlar Malikin evində saxlanılmışdır. Maliklə birlikdə məhəlləyə qayıtmış, hadisə baş verən günün səhəri polislər evinə gələrək ondan telefonların yerini soruşmuş, sonuncu yuxulu olduğuna görə telefonlar barəsində məlumat verə bilməmişdir. Polis əməkdaşları onun evinin mətbəxində bıçaq axtarmış, polislərdən nə üçün bıçaq axtardıqlarını soruşduqda onlar sonuncuya sualın cavabını bölmədə öyrənəcəyini bildirmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən görünür ki, 64 saylı orta məktəbin qarşısından keçən zaman məktəbin həyətində kənd uşaqları olan Şahid5, Əlamət Bayramlı və Şahid1 tanımadığı, sonradan adının İmaməli, Rafət və İmran olduğunu bildiyi şəxslərlə mübahisə etdiyini görmüş, buna görə də həmin şəxslərə yaxınlaşmış və adının sonradan İmaməli olduğunu öyrəndiyi şəxslə söhbət edən zaman aralarında sözlə mübahisə baş vermiş, mübahisə zamanı İmaməliyə onunla kobud formada danışdığı üçün bir dəfə yumruq zərbəsi ilə burun nayihəsindən vurmuşdur. Zərbənin təsirindən İmaməli yerə yıxılmış, özünü toplayıb yerdən qalxan zaman Malik onun üzərinə gələrək bir dəfə yumruq zərbəsi ilə İmaməlinin sol göz nayihəsindən vurmuşdur. İmaməli zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt Malik bir neçə dəfə yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nayihələrinə zərbə endirmişdir. Malik İmaməlini vurduqdan sonra onun yerə düşmüş çantasını özü ilə götürmüşdür. Bu zaman o, Rafəti vuraraq yerə yıxmış, həmin vaxt Malik onunla birlikdə Rafətə yerdə yumruq və təpiklə vurmuşdur. Rafət özündə güc taparaq ayağa qalxmış, Şahid1 Rafət və İmaməlinin yanında olan üçüncü şəxə İmrana yumruq zərbələri endirmişdir. O, bıçağı çıxarıb Rafət və İmrandan cibində olan telefonunu vermələrini istəmış, Rafət və İmran da qorxaraq ciblərində olan telefonları ona vermiş, o isə həmin telefonları Malikə ötürmüşdür. Bundan sonra İmaməli İmran və Rafət oradan uzaqlaşaraq qaçmışdırlar. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, ibtidai istintaq zamanı ifadəsini oxumadan imza etmiş, ona təqdim edilən vəkil həmin protokolu zorla imzalatdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Pərvizlə birlikdə gəzərkən 64 nömrəli məktəbin həyətində uşaqların mübahisə etdiyini görmüş, həmin uşaqların aralarında dostlarının olması ehtimalını nəzərə alıb məsələni aydınlaşdırmaq üçün Pərvizlə birlikdə məktəbin həyətinə getmişdir. Pərviz Adəm adlı şəxsdən nə baş verdiyini soruşmuş, Adəm cavab olaraq İmaməlinin ona var-yox söyüşü söydüyünü bildirmişdir. X20 nə üçün vurduğunu soruşduqda, İmaməlinin cavab olaraq bunun özlərinin məsələsi olduğunu, Pərvizə aidiyyətı olmadığını bildirmişdir. İmaməli Pərvizin üzərinə cummaq istəyərkən Pərviz onu vurmuş, o da İmaməlinin Pərvizin ayağını tutmasının qarşısını almaq üçün İmaməlini vurmuşdur. X23 üzərinə gələn zaman bir dəfə Rafəti yumruqla vurmuşdur. Hadisə zamanı həm Pərvizin, həm də özünün mobil telefonları üzərlərində olmuş, mübahisə etdiyi şəxslərə telefonlarının məktəbin həyətində qaldığını qışqıraraq bildirsələr də onların telefonları geri götürmək üçün gəlməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində tanışı Pərvizlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 64 saylı orta məktəbin qarşısından keçən zaman məktəbin həyətində kənd uşaqları olan Şahid5, Əlamət Bayramlı və Şahid1 tanımadığı üç nəfər şəxslə mübahisə etdiyini görmüş, buna görə də həmin şəxslərə yaxınlaşmış, adının sonradan İmaməli olduğunu öyrəndiyi şəxslə söhbət edən zaman aralarında sözlə mübahisə baş vermiş, mübahisə zamanı Pərviz bir dəfə yumruq zərbəsi ilə İmaməlinin burun nayihəsindən vurmuş, bu zaman aralarında olan mübahisə dava-dalaşa çevrilmiş, zərbənin təsirindən İmaməli yerə yıxılmışdır. İmaməli özünü toplayıb yerdən qalxan zaman onun üzərinə gedərək bir dəfə yumruq zərbəsi ilə onun sol göz nayihəsindən vurmuş, İmaməli zərbənin təsirindən yenidən yerə yıxılmışdır və həmin vaxt bir neçə dəfə yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nayihələrinə zərbə endirmış, onun yerə düşmüş çantasını özü ilə götürmüşdür. Həmin vaxt Pərviz orada olan Rafəti vuraraq yerə yıxmış. Bu zaman Rafətin yerdə olduğunu görüb Rafətin üzərinə gedib Pərvizlə birlikdə onu yerdə yumruq və təpiklə vurmasının şahidi olmuşdur. Rafət özündə güc taparaq ayağa qalxmış, lakin Şahid1 Rafət və İmaməlinin yanında olan üçüncü şəxsi İmranı yumruq zərbələri ilə vurmuş, bu zaman Pərviz bıçağı çıxarıb Rafət və İmrandan cibində olan telefonunu vermələrini istəmiş, Rafət və İmran da qorxaraq ciblərində olan telefonlarını Pərvizə, sonuncu isə telefonları ona vermişdir. Məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini oxumadan imzalaması, müdafiəçi ilə təmin olunmaması ilə izah etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, adını sonradan bildiyi Şahid1, Şahid2, Şahid5 ilə aralarında olan mübahisəni həll etmək üçün məktəbin həyətinə getmişlər.Qarşı tərəflə söhbət edən zaman Pərviz və Malik onlar olan yerə gəlmiş, aralarında mübahisə yarandıqdan sonra huşunu itirmişdir. Hadisə nəticəsində burnundan zərbələr almış, çantası yerə düşmüşdür.Polis əməkdaşı onu taksi ilə evinə yola salmışdır. Hadisə baş verən ərazidə onun tərəfdaşlıq edən şəxslər 3 nəfər, qarşı tərəfdə isə 3-4 nəfər olmuş , heç kimin əlində silah görməmişdir. İçərisində mobil telefonu olan çantası hadisə yerində qalmış, mobil telefonun hadisə yerində qalması ilə bağlı kimsə ona məlumat verməmişdir. Çantasını və mobil telefonu polis bölməsindən götürmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə dostu Fərid ona “İnstagram” sosial şəbəkəsində bir nəfər xanıma mesaj yazdığını, həmin xanımın ona mesaj yazdığı üçün onun səhifəsinin adını “İnstagram” sosial şəbəkəsində “İbiş” adı ilə qeydiyyatdan keçmiş səhifənin sahibinə verdiyini, sonuncunun da sosial şəbəkədə ona mesaj yazaraq görüşə çağırdığını, həmin səhifənin sahibi ilə yazışaraq məsələni sülh yolu ilə həll etməsini xahiş etmişdir. Fərid dostu olduğu üçün bu məsələni sülh yolu ilə həll edəcəyini bildirmiş və Fəridin ona vermiş olduğu “İnstagram” sosial şəbəkəsində olan “İbiş” adı ilə qeydiyyatdan keçmiş səhifəyə mesaj yazaraq görüşüb söhbət etməyi təklif etmişdir. “İbiş” adlı profilin sahibi onunla görüşməyə razılıq verdiyi üçün bu barədə tanışı İmran və Rafətə bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində İmran və Rafətlə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasımn yaxınlığında 4 nəfər şəxslə görüşmüşdür. Həmin vaxt orada sonradan adlarının Şahid1, Şahid2, Şahid5 və bir nəfər adını bilmədiyi şəxslər olmuşdur. Bundan sonra onlar söhbət etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 64 saylı orta məktəbin həyətinə gəlmişlər. Orada öz aralarında normal qaydada söhbət etmiş və bir-birini başa düşdüyü üçün ayrılıb getmək istəyən zaman admın sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxslər yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 onlara “tələsməyin, gəlin bura, hara gedirsiz” sözlərini demişdir. Buna görə də, onlar Pərviz və Maliklə bu mövzuda söhbət edən zaman aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı gözləmədəyi halda Pərviz əlini belinə ataraq çıxardığı bıçağın dəstəyi ilə onun burnumun üstündən vurmuşdur. Zərbənin təsirindən o, özünü itirib yerə yıxılmışdır. Yerə yıxılan zaman çiynindən asmış olduğu çanta yerə düşmüşdür. O, özünü toplayıb yerdən qalxan zaman Malik onun üzərinə gələrək bir dəfə yumruq zərbəsi ilə onun sol göz nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yenidən yerə yıxılmış və həmin vaxt Malik bir neçə dəfə yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbə endirmişdir. Malik onu vurduqdan sonra yerə düşmüş çantanı özü ilə götürmüşdür. Həmin vaxt çantada üzərində 12 manata aldığı 051 -435-08-87 saylı mobil nömrə olan 350 manat dəyərində “Samsung A1 OS” markalı mobil telefonu olmuşdur. O, yerdə olan zaman Pərvizin dostu Rafəti vuraraq yerə yıxdığını görmüşdür. Həmin vaxt Malik onun yanından uzaqlaşaraq Rafətin üzərinə gedib Pərvizlə birlikdə onu yerdə yumruq və təpiklə vurmasının şahidi olmuşdur. Rafət özündə güc taparaq ayağa qalxmışdır. Həmin vaxtı Şahid1 onların yanında olan dostu İmranı yumruq zərbələri ilə vurmuşdur. Bu zaman Pərviz onun sifətindən vurduğu bıçağı çıxarıb Rafət və İmrandan cibində olan telefonunu vermələrini istəmişdir. Rafət və İmran da qorxaraq ciblərində olan telefonları çıxarıb Pərvizə vermişlər. Pərviz də telefonları götürüb Malikə vermişdir. Həmin vaxtı da Şahid1 İmranın telefonunu götürərək Malikə vermişdir. Bundan sonra o, İmran və Rafət oradan uzaqlaşaraq qaçmışlar. Həmin hadisə 23 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, 64 saylı orta məktəbin həyətində baş vermişdir. Hadisə zamanı ilk öncə Pərviz belində olan bıçağı çıxararaq bıçağın dəstəyi ilə burnundan, Malik yumruq zərbəsi ilə sol gözündən yerdə uzanıqlı vəziyyətdə olan zaman isə Malik yenidən yumruq və təpik zərbələri ilə bədənindən vurmuşdur. Hadisə zamanı o, heç bir şəxsə qarşı xəsarət yetirməmişdir. Həmin hadisə ümumilikdə 15-20 dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda kiminsə olmasına fikir verməmişdir. Çantanın qiyməti 40 manat olmuşdur. Telefonun içərisində olan nömrənin balansında heç bir vəsait olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, İmran adlı yoldaşı ilə Nərimanov parkında oturarkən İmranın dostu olan İmaməli adlı şəxs yanlarına gələrək onlarla Əhmədlidə 64 nömrəli məktəbin həyətində başqa şəxslərlə aralarında olan mübahisəni həll etmək üçün onunla getməsini xahiş etmişdir. Məktəbin həyətində aralarında mübahisə olan qarşı tərəflə söhbət edərkən Pərviz və Malik hadisə yerinə gələrək onları kənara çəkmişlər. İmaməli Pərvizlə söhbət edən zaman Pərviz üzərində olan mətbəx bıçağının arxası ilə İmaməlinin üzünə vurmuş, daha sonra Pərvizgil onların üzərlərinə gəlmişdir. Pərviz bıçağı göstərib üzərində ona və İmrana əlindəki bıçağı nümayiş etdirərək üzərində olan əşyaların yerə atılmasını tələb etmişdir. Həmin bıçağın dəstəyi taxta rəngli olmuş, üzərinə skoç bağlanmış, lakin baş hissəsinə skoç vurulmamışdır. Hadisə zamanı üzərində “Realme” markalı telefon, qulaqcıq və metrokart olmuşdur. Hadisə yerində həmçinin İmaməlinin çantası da olmuşdur. Pərviz bıçaq nümayiş etdirdikdən sonra üzərlərində olan əşyaları yerə qoyduqdan sonra hadisə yerindən uzaqlaşmışlar. Telefonları yerə atdıqdan sonra kiminsə onları telefonun arxasınca çağırdıqlarını eşitməmişdir. Hadisə ilə bağlı polis bölməsinə atası ilə birlikdə getmiş, mobil telefonunu orada görmüşdür. Pərviz üzərlərinə hücum etdikdən sonra Malik də İmaməli ilə dava etmişdir. Hadisə zamanı özləri üç nəfər, qarşı tərəf isə 7 nəfər olmuşdur. Pərviz İmaməlinin üzünü bıçaqla vurduqdan sonra Malik də İmaməlinin üzərinə hücum etmiş, digər şəxslərin də onların üzərlərinə hücüm etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsini təsdiq edir. Hadisə Əhmədli ərazisində baş vermişdir. Baş verən hadisələr telefon oğurluğu ilə bağlı olmuşdur. Hadisə günü dostlarının qarşı tərəflə mövcud mübahisənin həlli üçün söhbət edib bitirdikdən sonra geri qayıtmaq istəmişdir. Lakin sonra iki nəfər üzünü xatırlamadığı şəxs qarşılarını kəsmiş, dostları ilə mübahisə etmişdir. Hadisə zamanı gözünün altına yumruq zərbəsi endirilmişdir. Üzünü xatırlmadığı iki nəfər onlara üzərlərində nə varsa vermələrini bildirmiş, sonuncular da üzərlərində olan mobil telefonları vermişlər. O, ikinci dəfə yumruqla döyülməkdən qorxduğu üçün telefonunu vermişdir. Hadisə zamanı o daxil olmaqla üç nəfər, qarşı tərəf də üç nəfərdən ibarət olmuş, lakin heç kimdə silah görməmişdir. Təqsirləndirilən şəxslərdə bıçaq olub-olmamasını xatırlamır. Mobil telefonu ona geri qaytarılmış və təqsirləndirilən şəxslərə qarşı şikayət, tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 19 noyabr 2022-ci il tarixli ifadəsini tam olaraq təsdiq edib əlavə olaraq bildirmişdir ki, 23 avqust 2022-ci il tarixdə təxminən saat 18 radələrində tanışları İmaməli və Rafətlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 64 nömrəli məktəbin həyətində əvvəllər tanımadığı və görmədiyi 4 nəfər onunla həmyaşıd olan şəxslərlə İmaməlinin tanışı olan Fərid adlı şəxsin həmin 4 nəfər şəxsdən biri ilə sosial şəbəkələrin birində aralarında olmuş mahiyyəti və səbəbləri ona məlum olmayan söhbətə görə onlarla normal qaydada söhbət edirmişlər. Söhbətin sonunda hər iki tərəf bir-birlərini başa düşdüklərinə görə normal şəkildə bir-birləri ilə sağollaşıb ayrılmaq üzrə olarkən əvvəllər tanımadığı və görmədiyi, adlarını sonradan Pərviz və Malik kimi bildiyi şəxslər onlara yaxınlaşmışlar. Pərviz və Malik adlı şəxslər onlara yaxınlaşıb hər biri ilə salamlaşmışdır. Pərviz adlı şəxs təxminən 18-20 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, qarabəniz, Malik isə təxminən 18-20 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, sarışın oğlan olmuşdur. Pərviz və Malik adlı şəxslərin digər 4 nəfərlə olan ünsiyyətindən və danışıqlarından onların biri-birləri ilə tanış olmalarını başa düşmüşdür. Daha sonra Pərviz İmaməlini tanımadığını bildirib hansı səbəbdən bura gəlməsini soruşmuş, İmaməli də Fərid adlı tanışı ilə 4 nəfərdən biri arasında sosial şəbəkələrin birində aralarında yaranmış mübahisə ilə bağlı söhbət etdiklərini və artıq məsələni aydınlaşdırıb söhbəti bağladıqlarını bildirmişdir. Bundan sonra Pərviz və Malik adlı şəxslər İmaməlini bir qədər kənara çəkib təxminən 4-5 metr məsafədə onlardan uzaqlaşmışlar. Onların arasında danışıq olarkən anidən Pərvizin heç bir əsaslı səbəb olmadan İmaməlinin sifət nahiyəsinə əli ilə yumruq zərbəsi vurmasını görmüş, daha sonra Malik də əli ilə Pərvizin sifət nahiyəsindən ardıcıl zərbələr vurmağa başlamışdır. Həmin anda Pərviz əlini belinə atıb bel nahiyəsindən bıçaq çıxarmış və həmin bıçağın arxa tərəfi ilə İmaməlinin sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. İmaməliyə qarşı Pərviz və Malik adlı şəxslər tərəfindən ardıcıl zərbələr vurulsa da o, bir təhər özünü müdafiə etmişdir. Bu anda artıq yanlarında olan digər 4 nəfər şəxs də onun və Rafətin üzərinə gəlib onlara qarşı fiziki zor tətbiq etməyə başlamışlar. Onlardan biri olan adını Adəm kimi eşitdiyi oğlan əli ilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmçinin digərləri də Rafətə qarşı fiziki zor tətbiq edib onu döymüşlər. Hətta Rafət zərbələrin təsirindən yerə yıxılsa da onlar Rafət yerdə olarkən də bədəninin müxtəlif nahiyələrindən ayaqları ilə də vurmaqda davam etmişlər. Həmin 3 nəfər şəxs isə ona qarşı hər hansı bir fiziki zor tətbiq etməmişlər. Pərviz və Malik adlı şəxslər onlara yaxınlaşarkən Malikin əlində İmaməliyə məxsus olan qara rəngli bel çantasının olmasını görmüşdür. Onlar yaxınlaşan kimi Pərviz Rafətə yaxınlaşıb üzərində mobil telefon olub-olmamasını soruşmuş və olduğu təqdirdə mobil telefonu təqdim etməsini tələb etmişdir. Rafət isə ilk əvvəl Pərvizə mobil telefonunu təqdim etməkdən imtina etmişdir. Buna görə də Pərviz Rafətin üzərinə gələrək əli ilə onun baş nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Rafət yerə yıxılmış və yerdə olan zaman Pərviz və Malik birlikdə Rafətə yerdə olarkən ardıcıl yumruq və təpik zərbələri vurmuşlar. Rafət özündə güc taparaq ayağa qalxmışdır. Bu zaman Pərviz İmaməlinin sifətindən vurduğu bıçağı çıxarıb göstərərək ondan və Rafətdən üzərində olan mobil telefonlarını vermələrini tələb etmişdir. O və Rafət də, Pərvizin bıçağı ona qarşı tətbiq edəcəyindən və onunla ona xəsarət yetirəcəyindən qorxaraq cibində olan qara rəngli “Samsung Galaxy A12” markalı mobil telefonu çıxarıb Pərvizə vermişdir. Ardınca Rafət də cibində olan mobil telefonu çıxarıb Pərvizə vermişdir. Pərviz də hər ikisinin mobil telefonlarını alıb Malikə vermişdir. Bundan sonra o, Rafət və İmaməli oradan uzaqlaşaraq qaçmışlar. Təqsirləndirilən şəxs1 əlində olan bıçağı görmüşdür. Həmin bıçaq dəstək hissəsinə qara rəngli rezin keçirilmiş halda olmaqla təxminən 15-20 sm uzunluğunda olan mətbəx bıçağı olmuşdur. Həmin bıçağı görsə tanıya bilər. Zərərçəkmiş şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, yaşının az olması səbəbilə dindirilmə protokollarına imza etmişdir. Əşyanın tanınması haqqında protokola əlavə edilmiş fotoşəkildə bıçağı göstərməsi səbəblərinə isə zərərçəkmiş şəxs aydınlıq gətirə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamış, ilk dəfə məhkəmə iclasında görmüşdür. 64 nömrəli orta məktəbin həyətində baş verən davadan xəbəri olmamış, bu hadisə ilə bağlı polisin, müstəntiqin yanına getməmiş, “İbiş” adında instagram hesabı deyil, Fərid adında instagram hesabı istifadə etmişdir. İmaməlini Cəlilabad rayonundan tanımış, hal hazırda onunla əlaqəsi yoxdur. Sonuncunu 1-2 il əvvəl görmüş, Adəm adlı şəxsi isə tanımır. Verilmiş suallara cavab verərkən müstəntiqin yanına gedən zaman Əli adlı şəxsdən İmaməlinin davası barədə eşitdiyini və davanın səbəbinin söyüş olmasından xəbərdar olmuşdur. İmaməli ilə yaxın olduğuna görə sonuncuya o, telefonunu itirdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin mübahisə zamanı hər hansı silahdan istifadə edib edilməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Adəm Bayramov onu evdən çağırdıqdan sonra X10 ilə birlikdə bilmədiyi söhbəti həll etmək üçün getmiş, söhbətə gedərkən üzərində heçnə olmamışdır. Məktəbin həyətinə gedən zaman X16 və dostları arasında mübahisə başlamışdır. Pərviz və Malik İmaməli və dostlarının Adəm Bayramovla mübahisə etdiyini görmüş, X9 məhlə uşağı olduğunu və Adəmə qarşı bu cür hərəkət etməməsini bildirmişdir. Qarşı tərəf Pərvizlə əl-qol hərəkətləri ilə danışdıqdan sonra Pərviz onu yumruqla vurmuş, İmaməlinin mobil telefonları yerə düşmüşdür. Mobil telefonların yerdə olduğunu hər kəs görmüş, lakin kim tərəfindən götürüldüyünü xatırlamır. İmaməlinin arxasından telefonlarının düşdüyü, götürmələri məzmunda kimsə tərəfindən ifadələr səslənmiş, lakin İmaməligil qorxduqlarından geri dönüb baxmamışdır. Pərviz və Malik İmaməli və dostları ilə mübahisə edərkən əllərində hər hansı alət və vasitə olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Şahid5 və Şahid2 dostlarıdır və bir məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində dostu Şahid5 onunla əlaqə saxlayaraq xx.xx.2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxslə qız üstündə aralarında mübahisə olduğunu, yazışdığı şəxsin onun ünvanına nalayiq ifadələr işlədərək dostlarının onu görüşə çağırdığını bildirib onunla birlikdə görüşə getməsini xahiş etmişdir. O da, aralarında olan yoldaşlıq münasibətinə görə Şahid5 ilə birlikdə görüşə getməyə razılıq vermişdir. Buna görə də həmin gün saat 18 radələrində Şahid5 ilə görüşərək Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 3 nəfər, adlarının sonradan İmaməli, Rafət və İmran oluğunu öyrəndiyi şəxslərlə görüşmüşlər. Onlar söhbət etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 64 saylı orta məktəbin həyətinə gəlmişlər. Yaşadığı məhəllədən keçən zaman Şahid2 onları görüb 64 saylı orta məktəbin həyətinə gəlmişdir. Orada onlar öz aralarında normal qaydada söhbət etmiş və bir-birini başa düşdüyü üçün sağollaşıb ayrılmaq istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olduğunu görüb yaxınlaşaraq nə məsələ olduğunu soruşmuşlar. Şahid5 da onlara “İnstagram” sosial şəbəkəsində yazışdığı şəxsin onun ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə də görüşüb bu mövzuda söhbət etdiklərini bildirdi. Bu zaman Pərviz İmaməlidən nə üçün Şahid5nm ünvanına nalayiq ifadələr işlətdiyini soruşan zaman onların arasında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı Pərviz bir dəfə yumruq zərbəsi ilə İmaməlinin burun nahiyəsindən vurmuş və zərbənin təsirindən İmaməli yerə yıxılmışdır. Bundan sonra sözlə mübahisə dava dalaşa çevrilmişdir. Həmin vaxt Rafət Pərvizə yaxınlaşdığı üçün Pərviz İmaməlini buraxıb Rafətin üstünə gedərək onu yumruq zərbəsi ilə sifət nahiyəsindən vurub yerə yıxmışdır. İmaməli yerdən qalxan zaman Malik onun üzərinə gedərək onu vurmağa başlamışdır. Həmin vaxt İmran ağlayaraq ona doğru gələn zaman o, ona idman fəndi işlədib yerə yıxsa da, ağladığı üçün onu vurmamışdır. Malik İmaməlini vurduqdan sonra onun yerə düşmüş çantasını özü ilə götürüb Rafətin üzərinə gedərək onu vurmuşdur. Bundan sonra Pərviz bıçaq çıxarıb Rafət və İmrandan cibində olan telefonlarını vermələrini istəmişdir. Rafət və İmran da qorxaraq ciblərində olan telefonları çıxartmışlar. Pərviz Rafətin telefonunu götürüb Malikə vermişdir. Bundan sonra İmaməli, İmran və Rafət oradan uzaqlaşaraq qaçıb getmişlər. Bundan sonra onlar oradan yaşadığı məhəlləyə qayıtmışlar Həmin hadisə 23 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, 64 saylı orta məktəbin həyətində baş vermişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Həmin hadisə ümumilikdə 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda kiminsə olmasına fikir verməmişdir. O, İmaməli, İmran və Rafəti əvvəllər tanımamış, onlarla aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, ilk olaraq bunu bilməsə də, sonradan Malik və Pərviz həmin şəxslərdən telefonları işlətmək məqsədi ilə aldıqlarını bildirmişlər. Pərviz və Maliki hadisə yerinə heç kim çağırmamışdır. Onlar hadisə yerinin yaxmlğından keçən zaman onların mübahisə etiyini görüb özləri yaxınlaşmışlar. Hadisə zamanı o, İmaməli və Rafəti vurmamışdır. İmran isə ona doğru gələn zaman ona idman fəndi işlədib yerə yıxsa da, ağladığı üçün onu vurmamışdır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyət ilə əlaqədar Şahid1 bildirmişdir ki, şahid qismində dindiirlmə protokollarını oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 İsrafil oğlu ibtidai istintaq zamanı qanuni nümayəndəsi ilə birlikdə dindirildiyini bildirərək göstərmişdir ki, təqsirləndirilən şəxslərlə yaxın münasibəti olmamış, hadisə baş verən yerdə futbol oynayarkən yaxın dostu Adəmin “sıxışdırıldığını”, Pərviz və Malikin həmin yerə gələrək Adəmlə mübahisə edən şəxsləri oradan qovduqlarını görmüşdür. Pərvizlə hadisə yerində olan şəxslərdən birinin arasında sözlə mübahisə yaranmış, daha sonra Pərviz onlardan birini vurmuşdur. Pərvizin qarşı tərəfdən kimi vurduğunu xatırlamamış, həmçinin təqsirləndirilən şəxslərin əlində bıçaq kimi hər hansı alət və vasitə görməmişdir. Kiminsə xəsarət almasını müşahidə etməmiş, hadisədən sonra mobil telefonların yerdə olduğunu görmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid4 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyət ilə əlaqədar Şahid1 bildirmişdir ki, şahid qismində dindirilmə protokollarını oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, instagram sosial şəbəkəsində Zəhra adlı qızla tanış olmuş, qızın dostluğundakı oğlan onun ünvanına təhqiramiz ifadələr səsləndirmişdir. Mübahisəni aydınlaşdırmaq üçün məktəbin həyətində görüşmüşlər. Onu söyən şəxsin dəqiq kim olduğunu bilməmişdir. İmaməli məktəbin həyətinə dostunun adından gəldiyini bildirmiş, sonuncunun yanında isə Abbas və Əlamət adlı dostları olmuşdur. İmaməli onu və dostlarını divar tərəfə “sıxışdırarkən” Pərviz və Malik bunu görüb onların yanına gəlmiş və Pərviz İmaməli və dostlarından hadisə yerini tərk etmələrini tələb etmişdir. Buna baxmayaraq İmaməli Pərvizlə aqresiv formada danışmış, Pərvizin İmaməlidən getməsini tələb etməsi barədə təkrar təkidlərinə riayət etməmiş, bu səbəbdən Pərviz İmaməlini vurmuş və mübahisə başlamışdır. Pərviz və Malikin əlində bıçaq görməmiş və İmaməli və dostları mübahisə başa çatdıqdan sonra telefonları hadisə yerində yerdə qoymuşdur. Yerdə olan mobil telefonların sayı 3 ədəd təşkil etmişdir. Onunla söhbətə gedən uşaqları ikinci dəfə polis bölməsində görmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyət ilə əlaqədar Şahid1 bildirmişdir ki, şahid qismində dindirilmə protokollarını oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 hadisə barəsində ibtidai istintaq dövründə hər hansı ifadə verməməsini qeyd etsə də cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadələr vermişlər. Şahid2 dindirilmə protokolundakı imzaların və “İfadəmi oxudum öz imzamla təsdiq edirəm” məzmunda qeydin ona məxsus olmasını bildirsə də protokolun məzmunu ilə tanış olmadığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 23 avqust 2023-cü il tarixli raportdan görünür ki, Xəzər rayonu Buzovna qəsəbəsi Şağan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 10 nəfər şəxsin onu və digər iki nəfər tanışını göstərilən ünvana aparıb döyüb 400 manat dəyərində “Redmi s 21” markalı mobil telefonunun və digər iki nəfərində telefonu əllərindən almaları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinə müraciət etmişdir (cild 1, iş vərəqi 4). 23 avqust 2023-cü il tarixli raportdan görünür ki, 23 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Nevrocərrahiyə xəstəxanasından həkim Məmmədəliyeva zəng edərək 19 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 64 saylı orta məktəbin yaxınlığından burun sümüyünün sınığı xəsarəti ilə bağlı xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqi 5). 25 avqust 2022-cü il tarixli “könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 avqust 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanda yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin həyətində baş vermiş hadisə zamanı istifadə etdiyi və üzərində olan 1 ədəd bıçağı könüllü təqdim etmişdir. Həmin bıçaq bir tərəfi kəsici-deşici xassəyə malik mətbəx bıçağıdır. Dəstək hissəsi taxta materialdan hazırlanmışdır, tiyə hissəsi gümüşü rəngli metaldan ibarətdir. Bıçağı ümumi uzunluğu 14 sm-dir. Təqsirləndirilən şəxs1 təqdi olunan bıçağın ona məxsus olduğunu, 23 avqust 2023-cü il tarixdə baş vermiş hadisə zamanı bıçağı çıxarıb İmran və Rafətin əlindən mobil telefonları aldığını bildirmişdir (cild 1, iş vərəqi 75-76). 25 avqust 2022-ci il tarixli “könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 23 avqust 2022-ci il tarixdə saat 18 radələrində ünvan 8 ünvanda yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin həyətində baş vermiş hadisə zamanı götürdüyü 03 ədəd mobil telefonu könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi telefonlar 01 ədəd “Galaxy A 12” markalı telefon, 01 ədəd “Samsung Galaxy A 10 S” markalı və 01 ədəd “Realme C21” markalı telefondur. “Galaxy A 12” markalı telefon Vyetnam istehsalı SM A125F/DSn modelli 3542xx/xx/384392/8 İE kodlu plasmas metal gövdəli sensor dizaynlıdır. Galaxy A10 S markalı telefon Çin istehsalı SM-A107F/DS modelli, plastmas metal gövdəli sensor dizaynlıdır. “Realme C21” markalı telefon, plasmas metal gövdəli sensor dizaynlıdır ( Cild 1, iş vərəqi 100-101). 25 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs1 şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə üzləşdirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs1 bıçaq dəstəyi ilə onun burnunun üstündən vurduğunu şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzünə demiş, sonuncu isə zərərçəkmiş şəxsin onun üzünə dediklərini qismən təsdiq etmişdir. Belə ki, o, bıçaq nümayiş etdirərək Rafət və İmrandan ciblərində olan telefonun verilməsini etiraf etsə də, İmaməliyə bıçaqla vurması halını təkzib etmişdir ( cild 1, iş vərəqi 102-105). 25 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs1 şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin onun üzünə dediklərini təsdiq etmiş,Təqsirləndirilən şəxs1 tərəfindən bıçaq nümayiş etdirilərək Rafət və İmrandan ciblərində olan telefonun verilməsini tələb etdiyini etiraf etmişdir (cild 1, iş vərəq 106-109). 25 avqust 2022-ci il tarixli zərərçəkmiş şəxs X5 şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin onun üzünə dediklərini qismən təsdiq etmiş, Təqsirləndirilən şəxs1 tərəfindən bıçaq nümayiş etdirilərək Rafət və İmrandan ciblərində olan telefonun verilməsini tələb etdiyini etiraf etmişdir (cild 1, iş vərəq 110-114). 25 avqust 2022-ci il tarixli zərərçəkmiş şəxs X5 şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə üzləşdirilməsi protokolundan görünür ki, X11 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsin onun üzünə dediklərini qismən təsdiq etmişdir. Belə ki, o, bıçaq nümayiş etdirərək Rafət və İmrandan ciblərində olan telefonun verilməsini etiraf etsə də, İmaməliyə bıçaqla vurması halını təkzib etmişdir( cild 1, iş vərəqi 115-119). 11 oktyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş və o, ona təqdim olunmuş 04 ədəd mobil telefon sırasından özünə məxsus “Samsung A10” markalı mobil telefonu rəngindən, markasından və işlənmə dərəcəsindən tanımışdır ( cild 2, iş vərəqi 34-36).sa 18 oktyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş və o, ona təqdim olunmuş 04 ədəd mobil telefonların sırasından özünə məxsus “Realme C21 ” markalı mobil telefonu rəngindən, markasından və işlənmə dərəcəsindən tanımışdır (cild 2 iş vərəqi 37-38). 19 noyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 stolun üzərində olan predmetləri nəzərdən keçirib ona məxsus və hadisə nəticəsində ondan hədə gəlinməklə götürülmüş “Samsung Galaxay A12” markalı mobil telefon məhz ona tanınmaya təqdim edilmiş və 1-dən 4-ə kimi nömrə altında nişanlanmış mobil telefonlardan “2” nömrəsi altında nişanlanmış mobil telefondur. Zərərçəkmiş şəxs3 əlavə olaraq eyni zamanda bildirdi ki, o həmin “Samsng Galaxy A12 “ markalı mobil telefonu rəngindən markasından, işlənmə dərəcəsindən tanımışdır. (cild 2 iş vərəqi 145) 06 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 iştirakı ilə hadisənin baş verdiyi ünvan 6 ünvanda yerləşən 64 saylı tam orta məktəbin həyətinə baxış keçirilmişdir ( cild 3, iş vərəqi 84-88). 16 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 23 avqust 2022-ci il tarixdə saat 22:58-də Azərbaycan Respublikası DİN-in X8 Xidmətinin 102 Xidməti-Zəng mərkəzi sisteminə vermiş olduğu ********* nömrəli məlumat üzrə qeydə alınmış səs yazısının olduğu 1 ədəd CD diskdə olan audioyazıya baxış keçirilmişdir. Zərərçəkmiş şəxs2 operatora “Əhmədlidə bizi apardılar 64 saylı məktəbin həyətinə, sonra dava düşdü, bıçaq zad çəkdilər üstümüzə, döyəndən sonra telefonu aldılar, bəli, bəli 64 saylı məktəb, elə bil 2 nəfər idik, uşaqla gəzirdik, bunun bunnan nəsə söhbəti düşdü, bizi çəkdilər ora, ora çəkəndən sonra döydülər, sonra bıçaq çəkdilər telefonu aldılar” ifadələrini işlətməsi eşidilir. Sonda Zərərçəkmiş şəxs2 operatora mobil telefonunun “Realmi C21” markalı olmasını, mobil telefonu 400 manata almasını, özlərinin 3 nəfər, digər şəxslərin isə 10 nəfər olduqlarını bildirir ( cild 3, iş vərəqi 91). Məhkəmə-ballistik ekspertizanın 05 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir ( cild 2, iş vərəqi 5- 7). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin avqust ayına 01 ədəd qara rəngli, Vyetnam istehsalı, “Galaxy A12” markalı, “SM- A125F/DSN” model mobil telefon olan orta bazar qiyməti təxminən 180,00 manat, 01 ədəd qara rəngli, Çin istehsalı, “X25 OS” markalı, “SM- A107F/DS” model mobil telefonun orta bazar qiyməti 100,00 manat, 01 ədəd “Realme C21” markalı mobil telefonun orta bazar qiyməti 180,00 manat təşkil edir ( cild 2, iş vərəqi 15-16). 26 sentyabr 2022-ci il tarixli ambulator-məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olumayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 2, iş vərəqi 18-19). 26 sentyabr 2022-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olumayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 2, iş vərəqi 20-21). Məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər - başın sol alın, sol dirsək oynağı və bel nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə və ayrı- ayrılıüqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir ( cild 1, iş vərəqi 244-245). 24 oktyabr 2022-ci il tarixli əlavə məhkəmə tibbi ekspertiza rəyindən görünür ki; Vət. İ. Zərərçəkmiş şəxs1 n almış olduğu xəsarətlər —sol göz orbitası və gözaltı nahiyədə hematoma və bu fonda sol göz almasının ağlı qişasında qansızma, burun beli nahiyəsində sıyrıq, sol qulaq seyvanı nahiyəsində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2022ci il tarixə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, sol göz orbitası və gözaltı nahiyədə hematoma və bu fonda sol göz almasının ağlı qişasında qansızma ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər sıyrıq və qançırlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir ( cild 2 iş vərəqi 53-56). 11 oktyabr 2022-ci il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normalara uyğundur. Az ünsiyyətçillik, sakit təbiətlilik, həssaslıq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamış,Zərərçəkmiş şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini düzgün dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur( cild 2, iş vərəqi 174-176). 11 oktyabr 2022-ci il tarixli məhkəmə- psixoloji ekspertizasının rəyindən görünür ki, X5 əqli və psixi inkişafı, intellektual normalara uyğundur. Ünsiyyətçillik, qıcığa qarşı həssaslıq, inadkarlıq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. X6 özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamış, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini düzgün dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur ( cild 2, iş vərəqi 178-179) 26 noyabr 2022-ci il tarixli məhkəmə- psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafı normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs3 özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamış, ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini qavramaq, dərk etmək və anlamaq qabiliyyətinə malik olmuşdur ( cild 2, iş vərəqi 210-211). 23 dekabr 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, cinayət hadisəsinin predmeti olan “Samsung A10S”, “Realmi C21” və “Samsung Galaxy A12” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və həmin mobil telefonların sahiblərində saxlanılması nəzsübutlarərə alınmışdır (cild 3, iş vərəqi 65-66). 16 yanvar 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət işi üzrə cinayət hadisəsinin törədilməsində istifadə olunan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici deşici xassəyə malik olan təsərrüfət – məişət təyinatlı mətbəx bıçağı iş üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut tanınmışdır (cild 3, iş vərəqi 92-93). 03 fevral 2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 23 avqust 2022-ci il tarixdə saat 22:58-də Azərbaycan Respublikası DİN-in X8 Xidmətinin 102 Xidməti-Zəng mərkəzi sisteminə vermiş olduğu ********* nömrəli məlumat üzrə qeydə alınmış səs yazısının olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır (cild 3, iş vərəqi 129-130). 10 dekabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə əşyanın maya təqdim edilməsi istintaq hərəkətləri keçirilmiş və o, təqdim edilmiş bıçaqların sırasından Təqsirləndirilən şəxs1 hadisə zamanı onlara qarşı tətbiq etdiyi bir ədəd qara rezin dəstəkli mətbəx bıçağını dəstəyinin əlamətlərinə və xarici görünüşünə görə digər bıçaqlar sırasından tanımışlar (cild 3, iş vərəqi 3-5). 26 dekabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki,aparılmış istintaq araşdırması zamanı yetkinlik yaşına çatmayan zərərəçəkmiş şəxs X5 iştirakı ilə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkətləri keçirilmiş və o təqdim edilmiş bıçaqların sırasından Təqsirləndirilən şəxs1 hadisə zamanı onlara qarşı tətbiq etdiyi bir ədəd qara rezin dəstəkli mətbəx bıçağını dəstəyinin əlamətlərinə və xarici görünüşünə görə digər bıçaqlar sırasından tanımışlar( cild 3, iş vərəqi 72-74). Cinayət işi materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbləri yoxdur ( cild 1, iş vərəqi 246-247, cild 2 iş vərəqi 51,52). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər ikisi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə eyni məzmunlu ifadə verdiyindən, onların mənafelərinin bir-birilə ziddiyyət təşkil etmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq hüququ təmin edilmiş, məhkəmə iclaslarında hər iki təqsirləndirilən şəxs özləri tərəfindən seçilmiş eyni müdafiəçi ilə təmsil olunmuşdur. Təqsirləndirilən şəxslər onların əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın əməli silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə həmin Məcəllənin 181.2.5-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə məxsus telefonların tərəflərindən talama yolu ilə yəni, nə soyğunçuluq, nə də quldurluq yolu ilə götürülməməsi, silah qismindən bıçaqdan istifadə etməmələri barədə məhkəmədə verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən çəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində, döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlər görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmaına dair” 17 fevral 2006-cı il tarixli qərarında təsbit edilmişdir ki, xuliqanlıq dedikdə- təqsirkarın nəqliyyatın,müəssisə,idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləri başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Cinayət işi materiallarından görünür ki, araşdırılan cinayət hadisəsi ictimai yer hesab olunan orta məktəbin həyətində baş vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai yer hesab olunan ünvan 9 ünvanda yerləşən Zakir Əhmədov adına 64 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3 ilə Şahid1, Şahid2, Şahid5 arasında artıq tərəflərin bir-biri ilə razılaşıb ayrılmaları üzrə olan mübahisəyə heç bir adiyyətləri olmadan müdaxilə etmələrinə görə əsaslı olmadan səbəbsiz yerə başlanmış, sonradan ictimai qaydanın pozulmasına yönəlmiş, kifayət qədər uzun müddət ərzində davam etmiş xuliqanlıq hərəkətləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kobud surətdə pozulmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmuş, kənar şəxslərin, məktəbin həyəyanı sahəsindən və kənarından keçən şəxslərin sakitliyi,dincliyi pozulmuş, hadisə yerinə çoxlu sayda insan kütləsi toplaşdığından, həmin vaxt bıçaq tətbiq edildiyindən, bu hal digər şəxslərdə həyəcan və vahimə hissinin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında təsbit edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. İstintaq olunan cinayət hadisəsində Təqsirləndirilən şəxs1 etmiş olduğu xuliqanlıq hərəkətləri zamanı üzərində olan və silah qismində istifadə etdiyi mətbəx bıçağının arxa tərəfi ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Quldurluq cinayəti tərkibinə görə formal cinayət hesab olunduğundan , əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq ictimai təhlükəli əməl- hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədildiyi andan quldurluq cinayəti bitmiş hesab olunur. Quldurluq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı ( Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi) yuxarıda qeyd olunan 1 saylı Qərarın 10cu bəndində qeyd olunmuşdur ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən,bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması,cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmin Qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini ,cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən onlardan birini həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə ( şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə,əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçılatı sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 15-ci bəndinə əsasən qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah vəya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Cinayət işi üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulan icraçının ekstsessi, yəni ümumi niyyətdən kınara çıxan cinayətin törədilməsi əməlinin tərkib əlamətləri aşkar edilir. Belə ki, iş üzrə aparılmış istintaq zamanı alınmış təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən, habelə cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinə dair protokollardan və təyin edilmiş məhkəmə ekspertizalarının rəylərindən belə qənaətə gəlinir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 23 avqust 2022-ci il tarixdə baş vermiş cinayət hadisəsi zamanı ilk öncə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə , habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlərə yol verməklə xuliqanlıq cinayətini törədərkən Təqsirləndirilən şəxs1 həmçinin həmin xuliqanlıq əməlinin davamı olaraq ümumi niyyətdən kənara çıxaraq silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətmiş, bu zaman Təqsirləndirilən şəxs2 əməlində icraçının ekstsessi yaranmış və o, razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq , yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan başqa cinayət törətmişdir. Belə ki, o, hadisələrin təsadüfi axarı nəticəsində ilkin niyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə əhatə olunan cinayət əməllərinə yol verməklə Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq əməlini törətmişdir.Bundan sonra hadisələrin təsadüfi axarı nəticəsində ilkin niyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə əhatə olunan cinayət əməllərinə yol verməklə Zərərçəkmiş şəxs1 və X7 qarşı xuliqanlıq törədən Təqsirləndirilən şəxs1 əməlində ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi niyyəti yaranmış və icraçının ekstsessi olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən hər hansı bir razılaşdırma və cinəyatkar niyyət olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan, silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib, X11 və Zərərçəkmiş şəxs3 məxsus mobil telefonları ələ keçirməklə onlara qarşı quldurluq cinayəti törətmişdir. Məhkəmə, həmçinin belə qənaətə gələrkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üstündə bıçaq olması, burnuna bıçaqla zərər vurması və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 bıçaq nümayiş etdirərək çantasını yerə atmasını bildirməsi haqqında ibtidai istintaq dövründə verdikləri ifadələrini təkzib etmələrinin səbəblərini izah edə bilməməsi, habelə onların həmin istintaq hərəkətində qanuni nümayəndə ilə birgə iştirak etməsi, müvafiq protokolların(dindirmə və üzləşdirmə) qanuni nümayəndələr tərəfindən imzalanması, onların həmçinin ibtidai istintaq dövründə təqdim olunmuş bıçağı tanımaları barədə protokolların mötəbərliliyini şübhə altına alan hər hansı dəlili məhkəməyə təqdim edə bilməmələri kimi halları nəzərə alaraq həmin ifadələri sübut kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa iş materiallarından görünür ki, müdafiə tərəfi 25 avqust 2022-ci il tarixli “Könüllü təqdim etmə , götürmə və baxış keçirilməsi haqqında ” protokolun və 05 sentyabr 2022-ci il məhkəmə ballistik ekspertiza rəylərinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfi öz dəlillərini belə əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs1 tərəfindən hadisə yerində istifadə edilən bıçağın hansı qaydada götürülməsi barədə məlumat yoxdur. Bu isə məhkəmə ballistik ekspertizasına göndərilən bıçağın təqsirləndirilən şəxsin könüllü təqdim etdiyi bıçaq olması halını şübhə altına alır. Digər tərəfdən həmin istintaq hərəkətində iştirak edən hal şahidlərinin 6 ay əvvəl də eyni müstəntiq tərəfindən hal şahidi kimi cəlb edilməsi onların müstəntiqdən təşkilati yaxud funksional asılılıqda olmasına dəlalət edir. Müdafiə tərəfinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla hal şahidi ola biləcək şəxslər üçün müəyyən edilmiş şərtlər dairəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində qeyd edilmişdir. Digər tərəfdən həmin Məcəllənin 115-ci maddəsi hal şahidə etirazın əsaslarının dəqiq siyahısını müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin həmin tələbləriniə əsas tutaraq hesab edir ki, hal şahidlərinin ayrı –ayrı vaxtlarda müxtəlif istintaq hərəkətlərində iştirak etməsi onların iştirak etdiyi istintaq hərəkətini nəticələrinin mötəbərliliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Bıçağın hansı qaydada götürülməsinin lazımı qaydada rəsmiləşdirilməməsi səbəbindən götürmə protokolunun və müvafiq ekspertiza rəyinin sübutlar siyahısından çıxarılması barədə dəlillər ilə əlaqədar məhkəmə əvvəla qeyd edir ki, sübutların təyinatı sübutetmə predmetinə daxil olan hər hansı halın olması və ya olmamasının müəyyən edilməsindən ibarətdir. Məhz bu səbəbdən şəxsin təqsirli bilinməsinə dair məsələ bir sübutla deyil, bir-birilə uyğunluq təşkil edən, bir-birini istisna etməyən sübutlar məcmusu əsasında həll edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 bıçaqdan istifadə etməsi hələ Zərərçəkmiş şəxs2 23 avqust 2022-ci il tarixdə saat 22:58-də Azərbaycan Respublikası DİN-in X8 Xidmətinin 102 Xidməti-Zəng mərkəzi sisteminə vermiş olduğu ********* nömrəli məlumat əsasında müəyyən edilmişdir. Digər tərəfdən tədqiq edilmiş bıçağın fotoşəkli məhkəmə ballistik ekspertiza rəyinə əlavə edilmiş, həmin fotoşəkildə göstərilən bıçaqla tanınma üçün təqdim etmə istintaq hərəkəti protokollarına əlavə edilmiş fotoşəkildə göstərilən bıçağın zahiri əlamətləri üst-üstə düşmüş, məhz həmin fotoşəklə əsasən də zərərçəkmiş şəxslər qeyd edilən bıçağın hadisə zamanı Təqsirləndirilən şəxs1 tərəfindən istifadə edilməsini bildirmişlər. Digər tərəfdən götürmə prokolunda bıçağın rəngi, ölçüsü, fərdi xüsusiyyətləri ətraflı təsvir edilmişdir ki, həmin xüsusiyyətlər də həm müvafiq ballistika ekspertiza rəyində göstərilən bıçağın əlamətləri ilə,həm də həmin ekspertiza rəyi və tanınma protokollarına əlavə edilmiş fotoşəkildə əksini tapan bıçağın zahiri əlamətləri üst-üstə düşür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 dindirilərkən təkrarən hadisə zamanı istifadə edilmiş bıçağın xüsusiyyətləri barədə cinayət işi materialları ilə təkzib edilməyən ifadələr vermişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hadisə zamanı zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxs3 hər birinə hadisə yerində istifadə edilmiş bıçaq tanınma üçün təqdim edilmiş, hər biri təqdim edilən bıçaqlar sırasından eyni bıçağı seçmiş, həmin zərərçəkmiş şəxslərin hər biri barəsində iş materiallarına əlavə edilmiş məhkəmə psixoloji ekspertiza rəylərinə əsasən onlarda özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmaması müəyyən edilmişdir. Məhkəmə bıçağın təqdim edilməsi barədə protokolun təqsirləndirilən şəxsə təqdim edilməyən müdafiəçinin, yəni X12 iştirakları ilə tərtib edilməsi barədə vəsatətin dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarından görünür ki, müvafiq protokol Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə qanunla müəyyən edilmiş qaydada təyin edilmiş müdafiəçisi Altay Hüseynov tərəfindən imzalanmışdır. Bu isə ona dələlət edir ki, protokolun iştirakçılar olan hissəsində X12 adının yazılması texniki səhv kimi qəbul edilməli və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş xuliqanlıq əməli ilə əlaqədar ona elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin xaric edilməsi, həmin əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. O, öz dəlilini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs tərəfindən bir qrup şəxs halında və silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşaiyət olunan xuliqanlıq əməli cinayətlərin məcmusunu deyil(ideal və ya real), ayrı-ayrı tövsif edici əlamətlərlə xarakterizə olunan vahid cinayət tərkibi ilə ehtiva olunur. Məhkəmə dövlət ittihamçısının dəlilini qanuni və əsaslı hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş xuliqanlıq əməli, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması kimi tövsif edici əlamətlərlə müşaiyət edilsə də vahid cinayət tərkibi ilə ehtiva edildiyindən, daha da ağır cəza nəzərdə tutulan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli, həmin əlamətlər hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanmalıdır. Məhkəmə belə qənaətə gələrkən həmçinin eyni mövqeni əks etdirən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında nəzərdə tutulmuş müddəaları da əsas götürür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 181.2.5-ci, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 180.1-ci maddələri ilə tövsif edilməlidir. Həmin cinayət əməlləri təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 221.2.1, 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər az ağır, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər ağır cinayətlər kateqoriyasına aiddir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 221.3 və 181.2.5-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 181.2.5-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə qanuni nümayəndəsinin razılığı ilə Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərin hər ikisi ilə barışmalarını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olan 31 avqust 2022-ci tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır ( cild 1, iş vərəqi 250 -252). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini barələrində cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hər iki təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl 2 sentyabr 2023-cü il tarixdə tərəfindən törədilmiş qabaqcadan əlbir olmuş bir qrup şəxs halında silah qismində istifadə etməklə xuliqanlıq əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sorğu əsasında əldə edilmiş 18 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, hökm 05 sentyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2(iki) il azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza ilə qismən toplanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli,seçilmiş həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.12-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 25 avqust 2022-ci tarixdə ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 62-63), Xətai rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır( Cild 1, iş vərəqə 204-208). Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti həbsdə saxlanılma müddəti ilə məhdudlaşdırılmaqla 25 avqust 2022-ci il tarixdən hesablanmışdır ( cild 2, iş vərəqi 153-159) Təqsirləndirilən şəxs2 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 87-88), Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 avqust 2022-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 209-213). Xətai rayon məhkəməsinin 1 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəli 1 dekabr 2022-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 201-209). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.3-cü və 158cü maddələrinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə, həbsdə saxlama müddəti isə həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış, saxlanmasından ötrü Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına verilmiş bıçaq məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 23 avqust 2022-ci il tarixdə saat 22:58-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X8 Xidmətinin 102 Xidməti-Zəng mərkəzi sisteminə vermiş olduğu ********* nömrəli məlumat üzrə qeydə alınmış səs yazısını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış “Samsung A10S”, “Realmi C21” və “Samsung Galaxy A12” markalı mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək Təqsirləndirilən şəxs1 57(əlli yeddi ) manat , Təqsirləndirilən şəxs2 57(əlli yeddi ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir(Cild 2, iş vərəqə 4, iş vərəqə 14 ) Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 350.1-ci və 346-347, 349, 351-353, 356, 358, 384-385ci, maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki ) il 6 (altı) ay müddətinə, 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbsdə saxlama müddəti ona təyin edilmiş cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki ) il və 180.1ci maddəsi ilə 2(iki ) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 3 (üç )azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbsdə saxlama müddəti ona təyin edilmiş cəza müddətinə daxil ediləklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin; - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 23 avqust 2022-ci il tarixdə saat 22:58-də Azərbaycan Respublikası DİN-in X8 Xidmətinin 102 Xidməti-Zəng mərkəzi sisteminə vermiş olduğu ********* nömrəli məlumat üzrə qeydə alınmış səs yazısını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; -Maddi sübut kimi tanınmış “Samsung A10S”, “Realmi C21” və “Samsung Galaxy A12” markalı mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınsın. 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci bölünməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 57(əlli yeddi ) manat manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar