Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-219/2025 04.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçilər - X1 və X3 iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayanı küçəsi, ev 20, mənzil 4-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 və 228.1-ci maddələri ilə, xx xxxx 1978-ci İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonunda qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, bundan başqa qanunsuz olaraq döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu məqsədlə 2021-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs1 sahibi olduğu, ünvan 2 ünvanında yerləşən “Play” və “Santa Barbara”, ünvan 3 ünvanında yerləşən “Korner” və ünvan 4ləşən “Memi” adlı sağlamlıq mərkəzlərinin guya fahişəxana olaraq fəaliyyət göstərməsi və Zərərçəkmiş şəxs1 guya həmin mərkəzləri fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs1 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Zərərçəkmiş şəxs1 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 16.500 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2021-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək ötən 24 ay ərzində hər ay üzrə 500 manat məbləğində pul olmaqla ünvan 2 ünvanında yerləşən “Play” sağlamlıq mərkəzində Zərərçəkmiş şəxs1 ona məxsus ümumilikdə 12.000 manat məbləğində, eləcə də Aslan Bayramovun adına olan "xxxx" plastik bank kartına 30 oktyabr 2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə 1.000 manat məbləğində pulu köçürülməklə ümumilikdə 4.000 manat və Təqsirləndirilən şəxs2 adına olan "xxxx" plastik bank kartına 4 dekabr 2023-cü il tarixdə 500 manat məbləğində pulu köçürülməklə ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 16.500 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bunan başqa Təqsirləndirilən şəxs1 təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu məqsədlə 2022-ci ilin dekabr ayından etibarən Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 5 ünvanında yerləşən «Santa Barbara» adlı sağlamlıq mərkəzinin guya fahişəxana olaraq fəaliyyət göstərməsi və Zərərçəkmiş şəxs2 guya həmin mərkəzləri fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs2 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Zərərçəkmiş şəxs2 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 6.000 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2022-ci ilin dekabr ayından 2023cü ilin sentyabr ayınadək ötən 10 ay ərzində hər ay üzrə 600 manat məbləğində pul olmaqla ünvan 5 ünvanında yerləşən «Santa Barbara» sağlamlıq mərkəzində Zərərçəkmiş şəxs2 ona məxsus ümumilikdə 6.000 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu məqsədlə 2023-cü ilin mart ayından etibarən Zərərçəkmiş şəxs3 işlədiyi ünvan 6 ünvanında yerləşən «Korner» adlı sağlamlıq mərkəzinin guya fahişəxana olaraq fəaliyyət göstərməsi və Zərərçəkmiş şəxs3 guya həmin mərkəzləri fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs3 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Zərərçəkmiş şəxs3 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 5.600 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2023-cü ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək ötən 7 ay ərzində hər ay üzrə 800 manat məbləğində pul olmaqla ünvan 3 ünvanında yerləşən «Korner» sağlamlıq mərkəzində Zərərçəkmiş şəxs3 ona məxsus ümumilikdə 5.600 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal olunmuş, RQD-5 tipli hücum təyinatlı əl qumbarasının əl qumbarasının gövdəsi ilə birlikdə təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısını əldə edib üzərində saxlayıb gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 4 dekabr 2023-cü il tarixdə saat 00.20-də ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 02:47- də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd zavod üsulu ilə istehsal olunmuş, RQD-5 tipli hücum təyinatlı əl qumbarasının gövdəsi ilə birlikdə təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli F-1, RQD-5, RQ- 42 əl qumbaralarının partlayıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu məqsədlə 2021-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs1 sahibi olduğu, ünvan 8 ünvanında yerləşən «Play» və «Santa Barbara», ünvan 6 ünvanında yerləşən «Korner» və ünvan 9şən «Memi» adlı sağlamlıq mərkəzlərinin guya fahişəxana olaraq fəaliyyət göstərməsi və Zərərçəkmiş şəxs1 guya həmin mərkəzləri fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs1 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Zərərçəkmiş şəxs1 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 16.500 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2021-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək ötən 24 ay ərzində hər ay üzrə 500 manat məbləğində pul olmaqla ünvan 10 ünvanında yerləşən «Play» sağlamlıq mərkəzində Zərərçəkmiş şəxs1 ona məxsus ümumilikdə 12.000 manat məbləğində, eləcə də Aslan Bayramovun adına olan "xxxx" plastik bank kartına 30 oktyabr 2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə 1.000 manat məbləğində pulu köçürülməklə ümumilikdə 4.000 manat və Təqsirləndirilən şəxs2 adına olan "xxxx" plastik bank kartına 4 dekabr 2023-cü il tarixdə 500 manat məbləğində pulu köçürülməklə ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 16.500 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu məqsədlə 2022-ci ilin dekabr ayından etibarən Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 7 ünvanında yerləşən «Santa Barbara» adlı sağlamlıq mərkəzinin guya fahişəxana olaraq fəaliyyət göstərməsi və Zərərçəkmiş şəxs2 guya həmin mərkəzləri fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs2 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Zərərçəkmiş şəxs2 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 6.000 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2022-ci ilin dekabr ayından 2023cü ilin sentyabr aymadək ötən 10 ay ərzində hər ay üzrə 600 manat məbləğində pul olmaqla ünvan 5 ünvanında yerləşən «Santa Barbara» sağlamlıq mərkəzində Zərərçəkmiş şəxs2 ona məxsus ümumilikdə 6.000 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu məqsədlə 2023-cü ilin mart ayından etibarən Zərərçəkmiş şəxs3 işlədiyi ünvan 6 ünvanında yerləşən «Korner» adlı sağlamlıq mərkəzinin guya fahişəxana olaraq fəaliyyət göstərməsi və Zərərçəkmiş şəxs3 guya həmin mərkəzləri fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar qismində təşkil etməsi barədə həqiqətə uyğun olmayan və məzmunu Zərərçəkmiş şəxs3 üçün rüsvayedici xarakter daşıyan məlumatları internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəklərinə, Zərərçəkmiş şəxs3 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 5.600 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində 2023-cü ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək ötən 7 ay ərzində hər ay üzrə 800 manat məbləğində pul olmaqla ünvan 6 ünvanında yerləşən «Korner» sağlamlıq mərkəzində Zərərçəkmiş şəxs3 ona məxsus ümumilikdə 5.600 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 və 228.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə həbs olunduğu zaman Bakı İstintaq Təcridxanasında olarkən Şahid3 və Baxşəli Qəhrəmanov ilə tanış olmuşdur. Həmin vaxt o, bəraət alaraq azadlığa çıxmışdır, Mehman və Baxşəli isə bir müddət sonra azadlığa buraxılmışdılar. Həmin dövrdə Mehman və Baxşəli Bakı şəhərində əxlaqsızlıq yuvaları işlətməkdə ittiham olunaraq tutulmuşdular. Onlar azadlığa çıxdıqdan sonra o, Baxşəli ilə birlikdə Bakı şəhəri, Babək prospektində yerləşən “Dalğa” adlı obyektin fəaliyyətini həyata keçirməyə başlamışdır. Mehman və Baxşəli tutulduqları zaman onlarla birlikdə işləyən Şirin adlı başqa bir şəxs olmuşdur ki, həmin vaxt o, tutulmamışdır. Pandemiya dövrü başladığı üçün o və Baxşəli işlədikləri obyektin fəaliyyətini dayandırmalı olmuşdular, lakin Şirinin işlədiyi obyekt bağlanmamışdır. Bu vaxt Şirin ondan həmin obyektdə işləməsini istəmişdir və o da razılıq vermişdir. Bir müddət sonra o, həmin obyektdə günü 50 manat qarşılığında təkbaşına işləməyə başlamışdır. Üç ay orada işlədikdən sonra işdən çıxmış və “Dalğa” obyektinin sahibinə məxsus Ceyranbatandakı “Praqa” adlı məkanda işləməyə başlamışdır. “Praqa” bağlandıqdan sonra isə o, X11 açdığı yeni oteldə fəaliyyətini davam etdirmişdir. İki ay yarım həmin yerdə işlədikdən sonra Şirin ona demişdir ki, “sən buranı tanıyırsan, gəl, sənə günü 300 manatdan bu oteli icarəyə verim.” Həmin vaxt Şirinin obyektlərində işlədiyi dövr ərzində onun 8.250 manat məbləğində ödənilməmiş əməkhaqqı borcu yaranmışdır. O, bir ay həmin oteldə işlədikdən sonra icarə haqqını ödəyə bilmədiyinə görə oradan da çıxmış, lakin Şirinlə əlaqəsini tam kəsməmişdir. Sonradan Şirinə məxsus Səməd Vurğun küçəsində yerləşən “Santa Barbara” adlı obyekt açılmışdır. Həmin obyekt əvvəlcə Baxşəliyə işlətməsi üçün verilmiş, lakin Baxşəli idarə edə bilmədiyi üçün obyektin idarəsi ona tapşırılmışdır. O, bu obyektdə günü 30 manat maaşla işləməyə başlamış və əməkhaqqını gündəlik olaraq almışdır. Lakin həmin obyektdə də uzun müddət işləməyərək işdən ayrılmışdır. Bu zaman Şirinə məxsus Həzi Aslanovdakı obyekti Leyla adlı qadın işlədirdi. Şirin isə Leylanın həmin obyekti yaxşı idarə edə bilmədiyini bildirib, onun tanışı olan Şəfiqə adlı qadını depozit ödəməsi şərti ilə oraya şərik kimi gətirməsini təklif etmişdir. Şəfiqə Şirinə 3.000 manat depozit ödəyərək Leyla ilə birlikdə obyektin idarəsini həyata keçirməyə başlamışdır. Bir müddət sonra Şəfiqə ilə Leyla arasında münaqişə yaranmış və nəticədə Şəfiqə həmin obyektdən uzaqlaşdırılmışdır. Bundan sonra Şəfiqə verdiyi 3.000 manat depozitin qaytarılmasını tələb etmişdir. O isə cavabında bildirmişdir ki, onların ona 8.250 manat borcu var və hələ o məbləği ödəməyiblər. Bundan sonra o, Şirinin və digərlərinin hərəkətləri ilə bağlı yaşadığı ərazi üzrə sahə müvəkkili Səməndərə müraciət etmişdir. Səməndər isə cavabında bildirmişdir ki, polis bu məsələyə qarışa bilməz və onun məhkəməyə müraciət etməsi daha məqsədəuyğundur. O, bu məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etməyə getmiş, lakin orada dəftərxana əməkdaşları həmin obyektlərin qeyri-qanuni fəaliyyət göstərdiyini bildirərək şikayətinin qəbul edilə bilməyəcəyini demişdilər. Bundan sonra Abşeron RPİ-nin müstəntiqi Xəyyam adlı şəxs ona “bu məsələni yalnız qlobal məsələ kimi yaymaqla həll edə bilərsən” demişdir. Evdə olduğu bir vaxtda televiziyada əxlaqsızlıq yuvaları ilə bağlı veriliş yayımlanırdı. Həmin verilişi aparan Rövşən adlı jurnalist 2019-cu ildə Mehman və Baxşəlinin tutulmasına səbəb olmuşdu. O, Şirin və digərlərinin fəaliyyəti, eləcə də ona olan borcun ödənilməməsi ilə bağlı sübutları həmin jurnalistə göndərmişdir. Jurnalist bu məlumatları yayımladıqdan sonra DİN-in Nurlan adlı əməkdaşı onunla əlaqə saxlamış və o, baş verənləri ona izah etmişdir. Daha sonra Sabunçu RPİ-nin rəis müavini ona zəng edərək “Bayram, onları çağırmışam, ikisinin də ağzını cırmışam, pulunu verəcəklər, sən bir daha heç yerə şikayət etmə” demişdir. Ardınca sahə müvəkkili Səməndər də ona zəng edib yaxın günlərdə pulunun veriləcəyini bildirmişdir. Sonradan Şirin ona zəng edərək görüşmək istəmiş, lakin o, görüşmək istəmədiyini və yalnız pulunu tələb etdiyini bildirmişdir. Bundan sonra onlar 8.250 manat borcu 3900 manata endirmiş və 3.000 manatını onun kartına köçürmüşdülər. Daha sonra onu notariusa apararaq “şikayət və tələbim yoxdur” məzmunlu ərizə yazdırmış, qalan 900 manatı da həmin yerdəcə vermişdilər. Bundan sonra onlar obyektləri yenidən açmaq istədiklərini bildirərək, onun Daxili İşlər Nazirliyinə artıq şikayət etmədiyi barədə məlumat verməsini və jurnalistə də eyni şəkildə yazmasını tələb etmişdilər. O da jurnalistə həmin şəxslərin borcu ödədiklərini və artıq onlardan şikayət və tələbinin olmadığını yazmışdır. Bir müddət sonra Şirin ona tez-tez zəng edərək görüşmək və birlikdə şəkil çəkdirmək istəmiş, guya həmin şəkli Nazirlikdəki “ağsaqqal”a göndərərək obyektləri işlətməyə icazə alacağını bildirmişdir. O, bununla razılaşmış və Səməd Vurğun küçəsindəki obyektə gəlmişdir. Orada Şirin ilə şəkil çəkdirib çıxmaq istədiyi vaxt qapıdan çölə çıxarkən onu tutmuşdular. O, kim olduqlarını soruşduqda həmin şəxslər polis olduqlarını bildirmişdilər. Onu Malakan bağına aparmış və Şirinə zəng edərək “onu tutduq, əmanəti göndər” demişdilər. Təxminən 20 dəqiqə sonra Şirinin obyektində barmen işləyən Cavid adlı şəxs 5.000 manat pulu gətirərək onlara vermişdir. Maşını idarə edən Orxan adlı polis sabah ad günü olduğunu deyərək 15 günlük inzibati həbs cəzası ilə məsələni “yola qoymağı” təklif etmiş, lakin o, bu təklifi rədd etmişdir. Bundan sonra onu BMCMİ-yə gətirmişdilər. Orada ona İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi (xırda xuliqanlıq) üzrə protokol tərtib ediləcəyini bildirmişdilər. Həmin gün onu məhkəməyə aparmalı idilər, lakin aparmamış və gecəni idarədə keçirmişdir. Ertəsi gün onu yenidən yuxarı mərtəbəyə aparmış, protokol yazılacağı təqdirdə yenidən şikayət edəcəyini dediyi üçün onu silahla “yükləyəcəklərini” bildirmişdilər. Orada olanlardan biri Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi İftixara zəng edərək “silahın varmı?” deyə soruşmuş, İftixar isə “yoxdur” cavabını vermişdir. Daha sonra haradansa bir ədəd qumbara tapmışdılar. O, həmin qumbaranı öz üzərinə götürməyəcəyini bildirmişdir. Bundan sonra onu döymüş və zorla əllərindən tutaraq sənədlərə imza atdırmışdılar. Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, Şirini Baxşəli və Mehman vasitəsilə tanımışdır. Onu Şirin ilə Baxşəli tanış etmişdir. “Memi”, “Santa Barbara” və “Play” kimi obyektlər qeyri-rəsmi fəaliyyət göstərdikləri üçün onun orada işləməsi ilə bağlı hər hansı bir rəsmi sənəd olmamışdır. Həmin obyektlər 24 saat fəaliyyət göstərmişdir. O, həmin obyektlərdə işçi kimi 5 ay yarım çalışmışdır. Bütün bu obyektləri Mehman və Şirin idarə etmişdilər. Həmin obyektlərin əxlaqsızlıq yuvası olduğu ilə bağlı məlumatı mətbuata verəcəyini bildirərək Şirindən heç vaxt pul tələb etməmişdir. Şirin onun əməkhaqqısı olan 3.000 manat məbləği onun kartına köçürmüşdür. O, əməkhaqqısının verilməməsi ilə bağlı jurnalistə müraciət etmişdir. Rəşadı müştəri kimi tanımışdır. X13 əvvəl masaj salonu işlətmiş, sonradan isə onun əxlaqsızlıq yuvası fəaliyyətinə qadağa qoyulmuşdur. O, X7 heç vaxt pul almamışdır. Zərərçəkmiş şəxs3 həmin obyektlərdə usta kimi çalışmışdır. O, Zərərçəkmiş şəxs3 də heç vaxt pul almamışdır. Şirinin obyektində həm işçi kimi çalışmış, həm də həmin obyekti icarəyə götürərək işlətmişdir. Emil və Rasim adlı şəxslərin bu işə heç bir aidiyyətləri olmamışdır. Ona polis əməkdaşları tərəfindən həm fiziki, həm də psixoloji təsir göstərilmişdir. O, Təqsirləndirilən şəxs2 kartına göndərilmiş 500 manat məbləğində pul ilə bağlı heç nə bilməmişdir. Onu gecə saat 12 radələrində “Play” sağlamlıq mərkəzindən çıxarkən tutmuş və Malakan bağına aparmışdılar. Malakan bağında təxminən bir saat saxlanılmış, daha sonra idarəyə aparılmışdır. Onun üzərində şəxsi axtarış tutulduğu gündən sonrakı gün həyata keçirilmişdir. İşlədiyi yerlərin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyindən xəbərdar olmuşdur. İbtidai istintaq zamanı tərtib olunmuş ifadəyə o, müstəntiq tərəfindən aldadılaraq imza atmışdır. Tapılan qumbara ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə dedikləri ilə razıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ildə şəxsi işləri ilə bağlı işğaqldan azad edilmiş ərazilərdə Qubadlı rayonu ərazisində olan zaman yerdən bir ədəd əl qumbarası tapıb marağı olduğu üçün üzərində saxlamışdır. Bundan başqa həmin qumbaranı hərdən evin yaxınlığında müxtəlif yerlərdə saxlamışdır. Son vaxtlar həmin qumbaranı üzərində gəzdirmiş, lakin heç kimə göstərməmiş, heç yerdə istifadə etməmiş və üzərində olmasından heç kimin xəbəri və məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixə keçən gecə saat 00:20-də ünvan 7 ünvanının yaxınlığında olduğu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğundan Baş İdarəyə dəvət edilmişdir. Baş İdarədə tərçüməçi və müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, üzərində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində yəni, əynindəki gödəkçəsinin sağ yan cibində bir ədəd qumbara olduğunu bildirmiş, təhlükəsizlik tədbiri kimi polis əməkdaşı sağ yan cibindən bir ədəd bükülmüş halda sellofan torbanı çıxarmışdır. O, sellofan torbanın içərisində qumbara olduğunu bildirmiş, həmin sellofan torbaya baxış zamanı torbanın içərisindən bir ədəd alışdırıcı və bir ədəd qumbara aşkar edilmişdir. Daha sonra əynindəki qırmızı rəngli gödəkçəsinin sol yan cibindən “Samsung” markalı mobil telefonu üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd qumbara və bir ədəd alışdırıcı polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş qumbara və alışdırıcını 2020-ci ildə Qubadlı rayonu ərazisində tapdığını bildirmişdir (cild 1, iş vərəqi 91-93). Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında Naxçıvandan olan qazi Orxan adlı dostu ilə birlikdə Həzi Aslanov qəsəbəsində yerləşən “Memi” adlı masaj salonunda pivə içərək keçmiş döyüş videolarına baxmışdır. Həmin vaxt sonradan adının Bayram olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs1 onlara yaxınlaşaraq baxdıqları videolara nəzər salmış və “siz qazisiniz?” - deyə soruşmuşdur. Onlar “bəli” cavabını verdikdə, Bayram özünün də hərbiçi olduğunu və həmin masaj salonunun administratoru olduğunu bildirmişdir. Bayram onlara pivənin 2 manat olduğunu, lakin qazilər olduqları üçün 1 manata verəcəyini demişdir. Həmin masaj salonunda hər yaşda qadınlar olmuşdur. Bayram onlara öz nömrəsini vermiş və qazilər olduqları üçün istədikləri vaxt zəng edib salona gələrək rahat dincələ biləcəklərini söyləmişdir. O, ikinci dəfə ora gedənədək Bayrama zəng etməmişdir. 2023-cü ilin sentyabr ayında yenidən həmin masaj salonuna getmiş, içəri daxil olan zaman orada olan qadınlar onu təhqir etmişdilər. O, heç bir cavab vermədən çölə çıxmış, masaj salonunun videosunu çəkərək həmin videonu ərazinin sahə müvəkkilinə göndərmiş və obyektlə bağlı tədbir görülməsini xahiş etmişdir. Həmçinin həmin videonu Bayrama göndərərək iradını bildirmişdir. Bir neçə gün sonra o, həmin videonun sosial şəbəkələrdən birində yayımlandığını görmüş və Bayrama zəng edərək nəyə görə videonu yaydığını soruşmuşdur. Bayram isə cavabında təxminən 3-4 ay müddətində günü 50 manat məbləğində işlədiyini, lakin əməkhaqqısının ödənilmədiyini, buna görə də videonu yayımladığını demişdir. Bundan sonra Şirin adlı bir şəxs ona zəng edərək həmin videonu onun yayıb-yaymadığını soruşmuşdur. O isə videonu yaymadığını bildirmiş və Şirin ondan videonu silməsini xahiş etmişdir. Təxminən 20 gün sonra onun anası vəfat etmişdir. O, rayona - İmişliyə gedərək dəfn mərasimində iştirak etmişdir. Anasının 40 mərasimi ərəfəsində, dekabr ayının 3-dən 4-nə keçən gecə Şirin yenidən ona zəng edərək ağlaya-ağlaya “Rəşad, mamanızın 40-ı nə vaxtdır, mən də gəlmək istəyirəm” - demişdir. O isə bunun lazım olmadığını bildirdikdə, Şirin yas mərasiminin yerini soruşaraq gələcəyini demişdir. O da yas mərasiminin yerini ona bildirmişdir. Ertəsi gün Şirin yenidən zəng edərək yas mərasiminə gələ bilməyəcəyini, lakin maddi yardım etmək istədiyini demiş və ondan kart nömrəsini istəmişdir. O, kart nömrəsini göndərmiş, Şirin isə 500 manat məbləğində pulu onun kartına köçürmüşdür. Bundan sonra o, BMCMİ-yə çağırılmış və könüllü şəkildə idarəyə getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şirin və digər şəxslərlə arasında hər hansı bir düşmənçilik münasibəti olmamışdır. O, yalnız “Memi” adlı masaj salonunu tanımış, həmin salonda da sadəcə olaraq pivə içmişdir. Şirin və digər şəxslərə hədə-qorxu gələrək onlardan pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 heç vaxt görməmişdir. Şirin ona göndərdiyi pulu anasının yas mərasiminə görə maddi yardım məqsədilə göndərmişdir. Bundan əlavə, Bayram Şirinin adından onun hesabına 100 manat məbləğində pul köçürmüşdür. O, Bayramı yalnız bir dəfə “Memi” masaj salonunda görmüş, Bayram da həmin pulu Şirinin adından yas mərasiminə görə göndərdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun daimi iş yeri olmamışdır. O, ünvan 11 ünvanında yerləşən “Santa Barbara” masaj salonunda inzibatçı işləyirdi. Həmin obyektin sahibi Zərərçəkmiş şəxs1dir. 2022-ci ilin dekabr ayında o, işlədiyi masaj salonunda olduğu zaman içəri əvvəlcədən tanımadığı iki nəfər daxil olmuşdur. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. İlkin olaraq həmin şəxslər ona işlədiyi salonda əxlaqsız hərəkətlərə yol verildiyini demişlər. O isə həmin masaj salonunda heç bir əxlaqsız hərəkətə yol verilmədiyini bildirmişdir. Lakin həmin şəxslər çox asanlıqla salonda əxlaqsız hərəkətlərə yol verilməsi ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yaymaqla onu şərləyə biləcəklərini və həmin məlumatların yayılmaması üçün onlara aylıq 600 manat pul verməli olduğunu demişlər. O, həmin şəxslərin onun barəsində rüsvayedici məlumatlar yaymaması və işgüzar nüfuzuna xələl gəlməməsi üçün həmin şəxslərlə razılaşmışdır və 2022-ci ilin dekabr ayından 2023cü ilin sentyabr ayınadək 10 ay müddətində Bayram və Rəşada aylıq 600 manat pul vermişdir. O, həmin pulları ümumilikdə 6.000 manat məbləğində Bayramgilə vermişdir, bu barədə salonun sahibi Zərərçəkmiş şəxs1 heç bir söz deməmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonunda və ya oktyabr ayının əvvəlində o, həmin şəxslərin eyni hədəqorxu ilə Şirindən də aylıq 500 manat aldıqlarını öyrənmişdir. O, Şirinə həmin şəxslər tərəfindən hədələndiyini və hər ay 600 manat pul verdiyini demişdir. Bundan sonra o, həmin şəxsləri bir daha görməmişdir. Bayram adlı şəxs Şirinə hədə-qorxu gələrək əlavə olaraq 50.000 manat bir dəfəlik pul istəmiş və Şirin həmin puldan Bayramın kartına göndərməklə 4.000 manat vermişdir. Hətta Şirin əvvəlcə Bayrama 50.000 manat verməyəcəyini bildirdikdə, Şirinin sahib olduğu masaj salonları barədə kütləvi informasiya vasitələrinin xəbər portallarında rüsvayedici məlumatlar yayılmışdır. O, Rəşad və Bayramda heç vaxt silah-sursat görməmiş, Bayramgilin evində belə əşyaların olmasından xəbərdar olmamışdır və bu barədə onlardan heç bir söz eşitməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər “Santa Barbara” adlı yerdə inzibatçı kimi işləmişdir. Həmin yer sağlamlıq mərkəzi kimi fəaliyyət göstərmişdir. Bayram və onunla birlikdə olan şəxslər həmin sağlamlıq mərkəzinə gələrək orada əxlaqsız hərəkətlərə yol verildiyini və bununla bağlı videolarının olduğunu bildirərək onu təhdid etmişlər. Həmin yer əslində Zərərçəkmiş şəxs1 məxsusdur. Həmin sağlamlıq mərkəzində heç bir qanunsuz işlə məşğul olunmur, lakin Aslan ilə Rəşad tez-tez ora gələrək səs-küy yaradır, orada olan əşyalara zərər verirmişlər. Buna görə də orada sakitlik olması üçün o, Bayramgilin bildirdikləri pulu onlara vermişdir. O, 10 ay müddətində Bayramın özünə əlbəəl olmaqla 600 manat pul vermişdir. Hazırda o, bu fəaliyyət sahəsində işləmir. Bayram və digər şəxslər hədə-qorxu gəldikləri vaxt onlara qarşı heç bir silah qismində istifadə ediləcək əşya göstərməmişlər. O, Rəşada pul verməmiş, pulların hamısını Bayrama vermişdir. Həmin sağlamlıq mərkəzində heç bir qanunsuz iş görülməmişdir. O, sadəcə olaraq Bayram və Rəşadın orada səs-küy salmamaları və obyektə ziyan vurmamaları üçün pul vermişdir. “Santa Barbara” adlı sağlamlıq mərkəzini o, özü işlətmişdir. O, Həzi Aslanovda yerləşən “Memi” adlı masaj salonunda işləməmişdir. Həmin pulları o, Bayramgil tərəfindən təhdid olunduğu üçün vermişdir. “Santa Barbara”da işləməyində Bayramın heç bir köməkliyi olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun daimi iş yeri olmamışdır. O, Bakı şəhəri, Bülbül prospekti 52 ünvanında yerləşən “Korner” massaj salonunda inzibatçı kimi işləyirmişdir. Həmin obyektin sahibi Zərərçəkmiş şəxs1 olmuşdur. 2023-cü ilin mart ayında işlədiyi massaj salonunda olan zaman içəri əvvəllər tanımadığı iki nəfər daxil olmuş, həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. İlkin olaraq həmin şəxslər ona işlədiyi salonda əxlaqsız hərəkətlərə yol verildiyini demişlər. O isə həmin şəxslərə masaj salonunda heç bir əxlaqsız hərəkətlərə yol verilmədiyini bildirmişdir. Lakin həmin şəxslər çox asanlıqla salonda əxlaqsız hərəkətlərə yol verilməsi ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yaya biləcəklərini, onu şərləməyin çox asan olduğunu və həmin məlumatların yayılmaması üçün onlara aylıq 800 manat pul verməli olduğunu demişlər. Həmin şəxslərin onun barəsində rüsvayedici məlumatları yaymaması və işgüzar nüfuzuna xələl gəlməməsi üçün o, razılaşmış və 2023-cü ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək olan 7 ay müddət ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aylıq 800 manat pul vermişdir. Beləliklə, 7 ay ərzində Bayramgilə ümumilikdə 5.600 manat pul vermişdir. O, bu barədə salonun sahibkarı Zərərçəkmiş şəxs1 heç bir söz deməmiş, pulları öz şəxsi hesabından vermişdir. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəlində təsadüfən həmin şəxslərin eyni hədə-qorxu ilə Şirindən də aylıq 500 manat aldıqlarını öyrənmişdir. O, Şirinə həmin şəxslər tərəfindən hədələndiyini və aylıq 800 manat verdiyini demişdir. Bundan sonra həmin şəxsləri bir daha görməmişdir. Bayram Şirinə hədə-qorxu gələrək əlavə 50.000 manat birdəfəlik pul istəmiş və Şirin həmin puldan Bayrama 4.000 manat vermişdir. Şirin əvvəlcə Bayrama 50.000 manat pul verməyəcəyini dedikdə, Şirinin sahib olduğu massaj salonları barədə kütləvi informasiya vasitələrinin xəbər portallarında rüsvayedici məlumatlar yayılmışdır. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, “Korner” adlı massaj salonunda inzibatçı kimi işləmişdir. Bayram və onunla birlikdə olan şəxslər həmin sağlamlıq mərkəzinə gələrək orada əxlaqsız hərəkətlərə yol verildiyini və bununla bağlı videolarının olduğunu bildirərək onu təhdid etmişlər. Həmin yer əslində Zərərçəkmiş şəxs1 məxsus imiş. Həmin sağlamlıq mərkəzində heç bir qanunsuz işlə məşğul olunmasa da, Aslan və Rəşad tez-tez ora gələrək səs-küy yaradır, orada olan əşyalara zərər verirdilər. Buna görə də orada sakitliyin təmin olunması üçün o, Bayramgilin bildirdikləri məbləği onlara vermişdir. O, 7 ay müddətində Bayramın özünə əlbəəl olmaqla 800 manat pul vermişdir. Bayramgil hədə-qorxu gəldikləri vaxt onlara qarşı heç bir silah qismində istifadə ediləcək əşya göstərməmişlər. Bayram ilə Rəşad birlikdə massaj salonuna gəlmiş və onlardan hər hansı biri onunla danışan zaman hər iki şəxs adından danışmışdır. O, Rəşada pul verməmiş, bütün pulları Bayrama vermişdir. Həmin sağlamlıq mərkəzində heç bir qanunsuz iş görülmürdü. O, sadəcə olaraq Bayram və Rəşadın orada səs-küy salmamaları və obyektə ziyan vurmamaları üçün pul vermişdir. Həmin pulları Bayramgil onu təhdid etdikləri üçün vermişdir. O, Bayramgilə ümumilikdə 5600 manat pul vermişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, şəhərin müxtəlif yerlərində yerləşən massaj salonları- sağlamlıq mərkəzləri işlədir. Həmin obyektlərin sahibi olsa da, rəsmiyyətdə başqa-başqa şəxslərin adınadır. Misal üçün “Play” massaj salonunda o, həm rəhbər həm də inzibatçıdır, “Santa Barbara’' massaj salonunda Zərərçəkmiş şəxs2 inzibatçıdır, “Korner” massaj salonunda Zərərçəkmiş şəxs3 inzibatçı işləməklə həmin salonlara nəzarət edir. Təxminən 3 aya yaxındır ki, Xətai rayonu ərazisində yerləşən sahibi olduğu “Memi” massaj salonu bağlanıb, hazırda fəaliyyət göstərmir. Şəriki yoxdur, tək işlədir. Təxminən iki il bundan əvvəl 2021-ci ilin sentyabr ayında o, ünvan 7 ünvanda yerləşən "Play” massaj salonunda olan zaman içəri əvvəl tanımadığı iki nəfər daxil olmuş, həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, qeyrisi isə özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. İlkin olaraq həmin şəxslər ona sahibi olduğu salonlarda əxlaqsız hərəkətlərə yol verildiyini demişlər. O, həmin şəxslərə onun massaj salonlarında heç bir əxlaqsız hərəkətlərə yol verilmədiyini bildirmiş, lakin həmin şəxslər çox asanlıqla işlətdiyi salonda əxlaqsız hərəkətlərə yol verilməsi ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yaymaqla onu şərləyə bilərcəklərini demişlər və həmin məlumatların yayılmaması üçün ondan aylıq 500 manat pul tələb etmişlər. Həmin şəxslər barəsində rüsvayedici məlumatların yayılmaması və onun işgüzar nüfuzuna xələl gətirilməməsi üçün o, həmin şəxslərlə razılaşmış və 2021-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə 24 ay ərzində Bayram və Rəşada aylıq 500 manat pul verməyə başlamışdır. Həmin pulları aylıq ikisi birlikdə və ya ayrı-ayrılıqda gəlib “Play” massaj salonunda ondan götürmüşlər. Beləliklə 24 ay ərzində o, Bayram və Rəşada cəmi 12.000 manat pul vermişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Bayram onun yanına gəlib daha aylıq pul almaq istəmədiyini, onun birdəfəlik 50.000 manat verməli olduğunu demişdir. O, Bayrama o qədər pulunun olmadığını, olsa da belə həmin məbləğdə pul verə bilməyəcəyini bildirmişdir. Bayram tələb etdiyi pulun verilməyəcəyi halda onun barəsində rüsvayedici məlumatları kütləvi informasiya vasitələrində yayacağını bildirməklə onu hədələməyə başlamış, lakin o, Bayrama inanmamasını və qəti olaraq pul verməyəcəyini demişdir. Bayram onu yenə də hədələyib salondan çıxmışdır. Bir neçə gün sonra təxminən 10-15 informasiya xəbər portallarında sahibi olduğu “Play”, “Memi”, “Korner” və “Santa Barbara massaj salonları barədə həqiqəti əks etdirməyən rüsvayedici məlumatlar yayımlanmışdır. O, həmin xəbərləri Bayramın yaymasını anlamışdır. xx.xx.2023-cü il tarixdə Bayram ona zəng edib yenidən onu hədələyərək 50.000 manat pul tələb etməyə başlamış, 4.000 manat pulun karta köçürülməsini, qalan 46.000 manat pulu isə ayda 10.000 manat olmaqla 5 ay ərzində ödəməsini tələb etmişdir. O, Bayramın hədələrindən qorxub, barəsində rüsvayedici məlumatların yayılmaması üçün xx.xx.2023-cü il tarixdə 3.000 manat və xx.xx.2023-cü il tarixdə 1.000 manat olmaqla 4.000 manat pulu Bayramın şəkilini ona göndərdiyi **********554611 nömrəli "xxxx" plastik bank kartına köçürmüşdür. Bayram ondan qalan 46.000 manat pulu ayda 10.000 manat, sonuncu ay 6.000 manat olmaqla 5 ay ərzində ödəməsini tələb etmişdir. Barəsində əvvəllər sosial şəbəkələrdə yayımlanan videogörüntüləri yaddaş kartında ifadəsinə əlavə etmişdir. Hazırda həmin videogörüntülər və məlumatlar artıq sosial şəbəkələrdə yoxdur. Həmin videogörüntülərdə onun hansısa “Antaliya” ləqəbli Mehman adlı şəxslə şərikliyinin olması, eləcə də massaj salonlarında əxlaqsız hərəkətlərə yol verildiyi göstərilir. Həmin məlumatlar həqiqəti əks etdirmir. Onun Mehman adlı tanışı olsa da, heç bir iş birliyi yoxdur. Bundan başqa işlətdiyi massaj salonlarında ancaq massaj xidməti göstərilmişdir. Son vaxtlar ona məlum olmuşdur ki, Bayram və Rəşad ondan pul almalarından kifayətlənməyib sahibi olduğu massaj salonlarının inzibatçıları olan Rasim və Emindən də hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul vəsaitləri almışlar. Söhbət zamanı Bayram həmişə döyüş sursatlarının olmasını, lazım olsa istifadə edə biləcəyini demişdir. Hətda o, bir dəfə bayramın əlində qumbara da görmüş, lakin Bayramdan qorxduğu üçün barəsində şikayət edə bilməmişdir. İlkin ifadəsində o, həmçinin masaj salonunda işləyən inzibatçılar həmin obyektlərin ünvanlarını səhv demişlər. Belə ki, “Play” və “Santa Barbara” masaj salonları ünvan 13 ünvanında, “Korner” masaj salonu ünvan 14Memi” masaj salonu ünvan 15 Həmin obyektlərin yerləşdiyi dəqiq ünvanlarını təsdiq edən müvafiq çıxarışları ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs1 həbs olunmasından və onun Bayram və Rəşaddan şikayət etməsindən məlumatı olmayan Təqsirləndirilən şəxs2 4 dekabr 2023-cü il tarixdə ona zəng edərək yenidən hədə-qorxu gələrək pul vəsaitlərinin bank kartına göndərilməsini tələb etmiş, o, Rəşadın onun barəsində rüsvayedici məlumatları yaymaması üçün Rəşadın ona şəkilini göndərdiyi bank kartına 500 manat pul vəsaiti göndərmişdir. Bank kartının nömrəsi 4169 7388 7692 3545-dir. Həmin bank kartının fotoşəkilini ifadəsinə əlavə etmişdir (cild 1, iş vərəqi 128-132, cild 2, iş vərəqi 1-3). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmyerlisi olmuş, o, Şirini uzun müddətdir tanımış və aralarında yaxın dostluq münasibətləri mövcud olmuşdur. Lakin onlar arasında heç bir iş birliyi olmamışdır. Şirin şəhərin müxtəlif yerlərində massaj salonları işlədirmiş. Təxminən hadisə baş verməzdən bir-iki ay əvvəl tanımadığı Bayram adlı şəxs ona zəng edərək, Şirinin tapşırığı ilə əlaqə saxladığını bildirmiş və əlavə etmişdir ki, Şirinin obyektlərinə jurnalistlər gəlib, onları yola salmaq, yəni pul vermək lazımdır. O, Bayramdan nə səbəbdən ona zəng etdiyini soruşmuş və demişdir ki, əgər kimisə yola salmaq lazımdırsa, bunu özləri etsinlər, çünki Şirinin obyektlərinin ona heç bir aidiyyəti yoxdur. Bayramla sağollaşdıqdan sonra o, məsələyə aydınlıq gətirmək məqsədilə Şirinə zəng etmiş, lakin sonuncu telefona cavab verməmişdir. Sonradan məlum olmuşdur ki, Şirin xəstəxanada əməliyyatda olduğu üçün telefona cavab verə bilməmişdir. Bir neçə gün sonra Şirin ona zəng edərək xəstəxanada olduğunu və əməliyyat keçirdiyini bildirmişdir. O, Şirinə baş verənləri danışdıqda, Şirin cavabında bildirmişdir ki, Bayram və onun tanışı Rəşad son iki ilə yaxındır ki, ondan hədəqorxu yolu ilə aylıq 500 manat pul almışlar. Şirin demişdir ki, əgər o, Rəşad və Bayrama pul verməsə, həmin şəxslər onun massaj salonları barədə rüsvayedici məlumatlar yaymaqla onu hədələyirmişlər. Bundan başqa, Şirin sosial şəbəkələrdə və xəbər portallarında onun massaj salonlarında əxlaqsız yuva təşkil etməsi və həmin işdə onunla (yəni mətn müəllifi ilə) birlikdə çalışması barədə məlumatların yayıldığını bildirmişdir. O, məlumatı yoxlamaq məqsədilə həmin xəbər portallarında yayılan videoları internetdə taparaq ikisini qeydə almış və Şirinə göndərmişdir. Belə ki, onların birində “youtube.com” saytında yerləşən “İntiqam Valehoğlu” adlı xəbər kanalında “Təcili: Əhaliyə zəlzələ ilə bağlı müraciət edildi” adlı video görüntü olmuşdur. Həmin videoda adı çəkilməyən bir vətəndaş redaksiyaya müraciət edərək “Santa Barbara”, “Play”, “Memi” və “Korner” adlı massaj salonlarında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsi barədə məlumat vermişdir. Digər bir video “kanal24online” xəbər portalında yerləşdirilmiş və “Massaj salonu, yoxsa əxlaqsız yuvası? Xətaidə əməlli-başlı iş gedir” adlı video görüntü şəklində təqdim edilmişdir. Həmin videoda da vətəndaş redaksiyaya müraciət edərək “Santa Barbara”, “Play”, “Memi” və “Korner” adlı massaj salonlarında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsi barədə məlumat vermişdir. O, baş verənlərlə bağlı polisə müraciət etməyi Şirinə tövsiyə etmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şirinin pulları birbaşa kimə verdiyindən onun xəbəri olmamışdır. O, Həzi Aslanovda yerləşən “Memi” adlı massaj salonunu təmir etdirməmişdir. Əvvəllər məhkum olunmuşdur. Zərərçəkmiş şəxs1 Bayram və onun tanışlarının hədə-qorxularına görə dəfələrlə əməliyyat olunmuşdur. O, heç bir əxlaqsızlıq yuvası işlətməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs1 döyüş sursatı, partlayıcı maddələri üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar rəhbərliyə məruzə olunmuşdur. Məlumat onlara 3 dekabr 2023-cü il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 4 dekabr 2023-cü il tarixində təxminən saat 00:15 radələrində Nəsimi rayonu, Səməd Vurğun küçəsində saxlanılmışdır. Daha sonra o, BMCMİ-nə gətirilmişdir. Baş idarədə videoçəkiliş vasitəsilə, vəkilin və təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə axtarış həyata keçirilmişdir. İlkin olaraq təhqiqatçı demişdir ki, “Üzərinizdə hər hansı qeyri-qanuni əşya varsa təqdim edin.” Təqsirləndirilən şəxs1 isə üzərində olan gödəkçənin cibindən 1 ədəd sellofan torbada partlayıcı maddəni, yəni qumbaranı alışqanı ilə birlikdə - yəni ayrı-ayrı formada - təqdim etmişdir. Partlayıcı maddə zərflə qablaşdırılmışdır. İlkin sorğu zamanı şəxsdən partlayıcı maddəni haradan əldə etdiyi soruşulduqda isə o, işğaldan azad olunmuş ərazilərdən əldə etdiyini bildirmişdir. Bu barədə müstəntiqə ifadə vermişdir və ifadəsini təsdiq etmişdir. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlar Bayramın saxlanılmasında iştirak etmişdilər. Təqsirləndirilən şəxs1 predmetləri deyəsən sağ cibində gizlətmişdir. Sonuncu dekabr ayında saxlanılmışdır. Onlar 3 nəfərdən ibarət olmuşdular. Qumbara alışqanından ayrı vəziyyətdə olmuşdur. X16 Vurğun küçəsində saxlamışdılar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Azərbaycanreallığı.com” informasiya agentliyinin redaktoru kimi fəaliyyət göstərmişdir. Hal-hazırda agentliyin fəaliyyəti məhkəmə qərarı ilə dayandırılmışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən şahid qismində bu işlə bağlı çağırılmış və dindirilmişdir. Müstəntiq massaj salonları ilə əlaqədar ona material daxil olduğunu bildirmiş və bu barədə məlumat verməsini demişdir. O, həmin materialın ona Raul adlı şəxs tərəfindən daxil olduğunu və nəticədə onun tərəfindən həmin materialın dərc edildiyini bildirmişdir. Raul adlı şəxsin hansı nömrə ilə ona müraciət etdiyini telefonunu yenilədiyinə görə xatırlamamışdır. Lakin ibtidai istintaq zamanı həmin nömrəni müstəntiqə təqdim etmişdir. Raul adlı şəxs tərəfindən ona daxil olan məlumatda Həzi Aslanov ərazisində yerləşən massaj salonunun işçilərinin ərazidə yaşayan vətəndaşları narahat etdikləri və salonda əxlaqsızlıq yuvası yaradıldığı bildirilmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, “Memmi” massaj salonu ilə bağlı paylaşımlar etmişdir. X12 Nazirliyindən paylaşılan məlumatın təsdiqini tələb etmişlər. Bununla bağlı Raul adlı şəxs ilə danışmış və o, ona təsdiq üçün videogörüntü göndərəcəyini bildirmişdir. Lakin sözügedən videogörüntü göndərilməmişdir. O, “Azərbaycanreallığı.com” informasiya agentliyinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. Ona müraciət edən şəxsin zahiri görünüşü barədə məlumatı olmamışdır. Sözügedən videogörüntünü çəkən şəxsin nömrəsini ona Raul adlı şəxs vermiş və o, həmin nömrəni Nurlan Əliyevə göndərmişdir. O, infarkt keçirdiyinə görə bir qədər həyəcanlı olmuşdur. Bayram adlı şəxsin massaj salonları ilə nə cür problemlərinin olduğu barədə onun məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sosial media üzərindən müstəqil jurnalist və bloger kimi çalışır. Azərbaycanda və dünyada baş verən hadisələri, həmçinin dövlət qurumlarının rəsmi məlumatlarını “Tiktok” və “Youtube” saytlarında yerləşən özünə məxsus “İntiqam Valehoglu” kanalında yayımlayır. 2023-cü ilin oktyabr ayının əvvəlində özünü Bakı şəhəri, Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığında yerləşən yaşayış binanın adının çəkməyən sakini kimi təqdim edən şəxs ***-***-**-** saylı telefon nömrəsindən zəng edərək yaşadığı evin zirzəmisindəki “Memi” adlı masaj salonunda əxlaqsız hərəkətlərə yol verildiyini, həmin salon Şirin və Mehman adlı şəxslərə məxsus olduğunu, “Memi” masaj salonundan başqa şəhərin müxtəlif yerlərində əxlaqsızlıqda məşğul olan “Santa Barbara” və “Korner” adlı masaj salonlarının fəaliyyət göstərdiyini bildirmişdir. Adının çəkilməsini istəməyən həmin məlumatı verən şəxs telefonla şifahi verdiyi məlumatdan başqa deməsinə görə özü qeydə alan videoçarxı da göndərmişdir. Həmin videoçarxda “Memi” adlı masaj salonunda əxlaqsız hərəkətləri ilə məşğul olma barədə guya sakin adından videomüraciət olmuşdur. O, həmin müraciəti əldə etdikdən sonra özünə məxsus “Youtube.com” və “Tiktok.com” saytlarında olan kanallarında yayımlamışdır. Ola bilsin ki, onun yayımladığı xəbərlərə istinad verərək digər xəbər portalları da həmin xəbəri öz saytlarında yayımlamışlar. Qeyd etmək lazımdır ki, həmin məlumatı verən şəxs özünü həmin binan sakini kimi təqdim etmiş, həmin obyektin işçisi olması barədə, eləcə də əmək haqqının verilməməsi barədə heç bir şikayət etməmişdir (cild 2, iş vərəqi 77-81). Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə 4 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 4 dekabr 2023-cü il tarixdə saat 00.20-də ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 02:47-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd zavod üsulu ilə istehsal olunmuş, RQD-5 tipli hücum təyinatlı əl qumbarasının əl qumbarasının gövdəsi ilə birlikdə təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 43-44). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə etməklə istintaqa təqdim etdiyi bir ədəd “USB” yaddaş kartına baxış zamanı kartın yaddaşında “foto”, “video” və “ses” adlı 3 ədəd qovluğun olması müəyyən edilmişdir. “Foto” qovluğunda “WhatsApp İmage 2023-11-14 at 14.17.44” adı altında 6 ədəd ekran görüntüsünün fotoşəkilləri olmuşdur. Həmin ekran görüntülərində “menbe.az”, “ilk.tv”, “Azərbaycanreallığı.com”, “lxeber” və “youtube.com” kanallarında “Bakıda yaşayış binasının zirzəmisində yerləşən əxlaqsız yuvası” adlı məqalələrin dərc olunduğu əks olunur. “Video” qovluğunda “WhatsApp Video 2023-11-14 at 14.21.10” və “WhatsApp Video 2023-11-14 at 14.22.53” adı altında 2 ədəd video görüntüsü olmuşdur. Birinci videogörüntüdə “youtube.com” kanalın “İntiqam Valehoğlu” xəbər portalında “Təcili: Əhaliyə zərzələ ilə bağlı müraciət edildi” adlı video görüntü olmuşdur. Həmin video görüntüdə “adı çəkilməyən vətəndaşın redaksiyaya müraciət edərək “Santa Barbara”, “Play”, “Memi” və “Korner” adlı massaj salonlarında əxlaqsızlıq yuvaların fəaliyyət göstərilməsi barədə məlumat verməsinə dair məlumatlar əks edilir”. İkinci videogörüntüdə “tiktok” kanalın “kanal24online” xəbər portalında “massaj salonu yoxsa əxlaqsız yuvası? Xətaidə əməlli-başlı “iş gedir” adlı videogörüntü olmuşdur. Həmin video görüntüdə “adı çəkilməyən vətəndaşın redaksiyaya müraciət edərək “Santa Barbara”, “Play”, “Memi” və “Korner” adlı massaj salonlarında əxlaqsızlıq yuvaların fəaliyyət göstərilməsi barədə məlumat verməsinə dair məlumatlar əks edilir.” “Ses” qovluğunda “1” adlı səs yazısı faylları olmuşdur. Həmin səs yazıda Mehman adlı şəxslə Bayram adlı şəxs söhbət edir. Bayram adlı şəxs sosial şəbəkələrdə olan məlumatların pozdurduğunu bildirir. Mehman adlı şəxs bunun kifayət etmədiyini bildirərək, məlumat yavan şəxslərin DİN-nə yazılı təkzib müracitələrin göndərilməsini xahiş edir (cild 1, iş vərəqi 133-143). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, eləcə də digər müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur (cild 2, iş vərəqi 92-94). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, eləcə də digər müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur (cild 2, iş vərəqi 97-99). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar “X4” sisteminin “Əmək və məşğulluq” alt sistemindən əldə edilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə sürücü və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Azercap” Məhdud Məsuliyyət Cəmiyyətində orderteyker vəzifəsində işləmişdir. “X4” sisteminin “Əmək və məşğulluq” alt sistemində Aslan Bayramovun digər əmək müqaviləsi bildirişlərin olması aşkar edilməmişdir (cild 2, iş vərəqi 105). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 5 fevral 2024-cü il tarixli 2024/111/3129 saylı məktublarla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, 416973******4611 nömrəli plastik bank kartı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 adına açılmışdır. Həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göstərilən bank kartına müxtəlif məbləğdə pul vəsaitinin mədaxil və məxaric edildiyi, eləcə də qeyd olunan bank kartına xx.xx.2023cü il tarixdə saat 17:38-də 3.000 manat və xx.xx.2023-cü il tarixdə saat 15:05-də 1.000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs1 adına olan 416975******8671 nömrəli plastik bank kartından mədaxil edildiyi müəyyən edilmişdir (cild 2, iş vərəqi 137-198). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 19 yanvar 2024-cü il tarixli 2024/111/1451 və 5 fevral 2024-cü il tarixli 2024/111/3128 saylı məktublarla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, 416973******3545 nömrəli plastik bank kartı xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına açılmışdır. Həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göstərilən bank kartına müxtəlif məbləğdə pul vəsaitinin mədaxil və məxaric edildiyi, eləcə də xx.xx.2023-cü il tarixdə saat 13:19-da qeyd olunan bank kartına Zərərçəkmiş şəxs1 adına olan 416975******8671 nömrəli plastik bank kartından 500 manat pul vəsaitinin mədaxil edildiyi müəyyən edilmişdir (cild 2, iş vərəqi 137-198). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 məhkəmə psixiatrik ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzvi şəxsiyyət pozuntusu müəyyən edilsə də o dərəcədə ifadə olunmamışdır ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasi CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 222-225). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 4 dekabr 2023-cü il tarixli 23/955 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, RQD- 5 tipli hücum təyinatlı əl qumbarasının əl qumbarasının gövdəsi ilə birlikdə təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab edilən bir ədəd “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır (cild 1, iş vərəqi 55-59). Cinayət işinin materiallarında olan 9 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından döyüş sursatın mənbə xüsusatına görə material ayrılmışdır (cild 1, iş vərəqi 241-243). Cinayət işinin materiallarında olan 5 dekabr 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd əl qumbarasının gövdəsinin və bir ədəd alışdırıcı-partladıcının iş üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqi 112-113). Cinayət işinin materiallarında olan 9 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk, eləcə də Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd yaddaş kartı maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 226-239). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 9 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzası 2 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdə cəzadan vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2017-ci il tarixdə şərti sınaq müddəti başa çatmışdır. Bundan başqa Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə bəraət verilmiş, CM-in 178.2.4-cü maddəsi üzrə təqsirli bilinərək barəsində cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir (cild 2, iş vərəqi 29-75). Təqsirləndirilən şəxs1 törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli 816- VQD nömrəli qanunu nəzərə alınmaqla Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən hazırda “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirli bilinib ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 166 saylı Əfv Fərmanına əsasən azad olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmədə verdiyi, Zərərçəkmiş şəxs1 isə məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncudan hədə-qorxu ilə birdəfəlik 50.000 manat tələb etmişdir. Məhkəmə istintaqı zamanı qeyd edilən xüsusat - Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə birdəfəlik 50.000 manat tələb etməsi öz təsdiqini tapmamışdır. Belə ki, həmin xüsusat nə şahid ifadəsi, nə də digər sübutlarla təsdiq olunmur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə birdəfəlik 50.000 manat tələb etməsi barədə ifadə verən Şahid3 məhkəmədə dindirilərkən həmin xüsusat barədə heç nə bildirməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 62.000 manat məbləğində pul tələb etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqlarına dair sonuncuya hədə-qorxu gələrək xeyli miqdarda 16.500 manat məbləğində pul tələb etməklə bu kimi rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində sonuncunun həmin məbləğdə pulunu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişlər. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməlləri Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsindən həmin Məcəllənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinə tövsif edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edilməli, onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 4 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 37). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 4 dekabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-103). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 5 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 170). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 dekabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 251-256). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd əl qumbarasının gövdəsi və 1 ədəd alışdırıcı-partladıcı nazirliyin Maddi-Texniki Təminat idarəsinə təhvil verilməli, -Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd yaddaş kartı cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 4 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 5 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd əl qumbarasının gövdəsi və bir ədəd alışdırıcı-partladıcı nazirliyin Maddi-Texniki Təminat idarəsinə təhvil verilsin, -Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd yaddaş kartı cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Səbuhi Hüseynov
Hakimlər: Cavid Hüseynov
Eldar İsmayılov