Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2195/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində nömrəsiz evdə yaşamış, Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olması ehtimal edilən «Seyid» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşınma və satmaq barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün şəxsiyyəti müəyyənləşdirilməmiş, İİR vətəndaşı olması ehtimal olunan «Seyid» adlı şəxsdən qeyrilərinə satmaq məqsədi ilə naməlum vaxtda və naməlum ünvandan qanunsuz olaraq təmiz çəkisi 26,427 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 106,131 qram təşkil edən külli miqdarda narkotik vasitə tiryəki, təmiz çəkisi 685,0 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 15,516 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 15 may 2024-cü il tarixdə, saat 23:10 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bağlar massivində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasına gətirilmiş, orada 16.05.24 tarixdə, saat 01:55-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd qara rəngli torbanın içərisindən bir bükümdə təmiz çəkisi 26,427 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 106,131 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir bükümdə təmiz çəkisi 15,516 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki bükümdə müvafiq olaraq çəkiləri 430,0 qram və 255,0 qram olmaqla ümumi təmiz çəkisi 685 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq irəli sürülmüş ittihamın məzmununda qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə olanadək o, fəhləlik etmiş, zavodda daş işiylə məşğul olmuşdur. O, narkotik vasitələrdən ümumiyyətlə istifadə etməmişdir. O, Seyid adlı bir iranlı sosial şəbəkədə ona dostluq atmış və o, həmin iranlı ilə tanış olmuş, Seyidlə “Tiktok” vasitəsiylə yazışmışdır. Həmin şəxs WhatsApp vasitəsi ilə “sənə 500 manat pul verəciyik, bir torba var, onu götürüb filan yerə atacaqsan” kimi bir təklif verdikdə o, birinci razılaşmasa da, sonra razılaşmışdır. Belə ki, həmin ərəfədə bir az imkansızlıq və problemlər olmuş, ödənilməmiş kreditləri olmuşdur. İranlı ona «konum» atmış və o, taksiylə yaşadığı Çiləgir qəsəbəsindən ona göndərilən yerə – Navrdarana getmişdir. O, «konum» yerinə qoyulan torbanı görmüş, lakin götürməkdən imtina edib həmin torbaya baxmadan, Nardaran postuna qayıtmışdır. Həmin vaxt onun qabağımda bir PPX maşını dayanmış, 2 nəfər polis həmin maşından düşmüş, arxadan da bir qara maşınla daha 2 nəfər əməliyyatçı gəlib onu götürərək bölməyə aparmışlar. Bölmədə olarkən onun qarşısına bir ədəd tərəzi və bir ədəd qara rəngli torba qoymuşlar. Orada həmin torbanın içindəkilər çəkilmiş, 625 qram marixuana, 5 qram «kakos» və 15 qram patı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi ifadəsinin davamında göstərdi ki, ittihamda onun narkotiklə saxlanılması, əlində olan torbadan üç adda narkotik və bir adda psixotrop maddə aşkar olunması doğru deyildir. Onun barəsində həbs seçilərkən məhkəmədə o, hazırda bu məhkəmədə dediklərini demişdir. Seyid ona avans formasında heç bir məbləğdə pul göndərməmişdir. Evdən çıxıb ora gedənə qədər də onunla Seyid arasında hər hansı yazışma olmamışdır. Saxlanılarkən və ya daha sonra ona qarşı hər hansı formada təzyiq-təsir olmamış, lakin iüstəntiqin yazdığı ifadələri oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə heç vaxt məşğul olmamışam. Saxlanılmazdan təxminən 15 gün əvvəl o, «Tik-Tok» sosial şəbəkəsində özünü ona İran vətəndaşı kimi təqdim edən «Seyid» adlı şəxslə tanış olmuş, sonuncu ona onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etmişdir. O, əvvəlcə razı olmamış, lakin Seyid ona «WhatsApp» proqramı vasitəsi ilə lokasiya (burada: müəyyən olunan yer barədə məlumat) atacağını, həmin yerlərə narkotik vasitələr qoyduracağını bildirmiş, onun gedib lokasiya yerinə qoyulan narkotik vasitəni götürüb üzərində saxlayacağını, sonra isə onun həmin narkotik vasitələri ona atdığı lokasiyalara hissə-hissə paylamasını təklif etmiş və hər çatdırmaya görə kart vasitəsi ilə ona 500 manat məbləğində pulu göndərəcəyini bildirmişdir. Özünün maddi vəziyyəti pis olduğuna görə o, Seyidlə razılaşmış və «Seyid»lə ona məxsus olan +98996 *** ** ** saylı mobil telefon nömrəsi ilə «WhatsApp» proqramı vasitəsi ilə danışmağa başlamışdır. Təqsirləndirilən şəxs Müdafiəçi tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 15 may 2024-cü il tarixdə, axşam saatlarında Seyid adlı şəxslə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayan zaman sonuncu ona lokasiya göndərəcəyini bildirmiş, ona həmin yerə gedib narkotik vasitələri küçədən götürüb özündə saxlamağı və sonra ona konkret ünvanların lokasiyalarını göndərəcəyi təqdirdə, həmin yerlərə gedib onun dediyi miqdarda narkotik vasitələri qoyub çıxıb getməyi tapşırmış və hər ünvana görə ona 500 manat pul verəcəyinə söz vermişdir. O, razılaşmış və saat 22 radələrində Seyild adlı şəxs «WhatsApp» proqramı vasitəsi ilə ona lokasiya atmış, lokasiya atılmış yer Nardaran qəsəbəsi, Bağlar massivində yerləşmişdir. O, həmin gün saat 23 radələrində taksi ilə həmin yerə gedib orada küçədə lokasiyada göstərilən daşın kənarında qara rəngli torbanı görüb götürmüşdür. Açıb baxdıqda həmin torbanın içərisində 5 büküm olduğunu, bükümlərdən ikisinin böyük ,üçünün isə xırda ölçülü olduqlarını görmüşdür. Seyidin deməsinə görə həmin torbada bir kiloqram nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana, 100 qram qara torpaq, yəni heroin və 100 qram patı, yəni psixotrop maddə metamfetamin olmalı idi. O, həmin torbanı götürüb oradan uzaqlaşmaq məqsədi ilə yolun kənarı ilə piyada gedib taksi sifariş etmək istərkən iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun adını soruşmuşlar. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar ona narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğunu bildirib onu 42-ci polis bölməsinə aparmışlar. Polis bölməsinin inzibati binasında o, şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş və ona videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, vəkilinin onun üzərində müxtəlif növlü narkotik vasitələr və psixotrop maddə metamfetamin saxlamasını bilməməsi üçün onun həmin axtarışda iştirak etməsini istəməmişdir. Odur ki, Vəkil bölmənin xidməti otağından çıxdıqdan sonra onun üzərinə videoçəkilişlə axtarış keçirilmiş və o, axtarış zamanı əlimdə saxladığı qara rəngli torbanı polis əməkdaşlarına təqdim etmişdir. Torbanın içərisindən 5 büküm aşkar olunmuş, 2 ədəd iri bükümlərin isçərisində narkotik vasitə qurudulmuş marixuana, bir bükümdə narkotik vasitə heroin, bir bükümdə narkotik vasitə tiryək və bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən özünə məxsus olan ***-***-**-** saylı sim nömrə ilə istifadə etdiyi «Huawei» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüş, zəfdə qablaşdırılmışdır. Polis əməkdaşların suallarına cavab olaraq o, üzərindən aşkar olunmuş müxtəlif növlü narkotik vasitələri və psixotrop maddə metamfetamini o satış məqsədi ilə İran vətəndaşı Seyid adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bununla əlaqədar protokol tərtib olunmuş, tərtib olunan həmin protokolu və zərfin üzərini o, imzalamışdır (iş vərəqə: səh. 75-77). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Sabunçu RPİ-nin 42-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq edib ifadəsində bir daha göstərdi ki, 15 may 2024-cü il tarixdə xidmət etdiyi Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatında Müdafiəçi adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı və daşınması ilə məşğul olması göstərildiyindən onun anket məlumatları dəqiqləşdirilmiş və onun əslən Şəmkir rayonundan olan, Bakıda Maştağa qəsəbəsi Çiləgər yaşayış massivində kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məlumat barədə raportla bölmə rəhbərliyinə məruzə olunmuş, əməliyyatın keçirilməsi üçün müvafiq qəprar qəbul edilmiş və ondan və bölmənin digər əməkdaşı cinayət axtarış üzrə kiçik inspektoru polis kiçik serjantı X5 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün, yəni 15 may 2024-cü il tarixdə qərara əsasən əməliyyat tədbiri keçirilmiş, saat 23:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində hazırda barəsində cinayət işinə baxılan Hüseynov X4 qəsəbəsində, Bağlar massivi adlanan ərazidə saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinə aparılmışdır. Müdafiəçi saxlanılan zamanı əlində qara rəngli torba olmuş, sonuncun əlindəki torbanı ata bilməməsi üçün o, ciddi nəzarətə götürülmüşdür. Belə ki, daxil olmuş əməliyyat məlumatında İbrahiminin üzərində külli miqdarda müxtəlif növlü narkotik vasitələr və psixotrop maddə saxlaması göstərilmişdir. 42-ci polis bölməsində araşdırma başlanılmış, araşdırma bölmənin təhqiqatçısı Firuz Qasımova tapşırılmışdır. Müdafiəçi şübhəli şəxs qismində tutulmuş və ona təyin olunan vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilməsi nəzərdə tutulmsuşdur. Lakin şəxsi axtarış keçirilməzdən əvvəl Müdafiəçi ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Müdafiəçi əlində saxladığı qara rəngli torbanın içərsindən 5 büküm narkotik vasitələrə və psixotrop maddəyə oxşar olan maddələr aşkar olunmuş və həmin bükümlərin içərisinə baxış keçirilən zamanı iki bükümdə narkotik vasitə qurudulmuş marixuanaya, bir bükümdə narkotik vasitə heroinə, bir bükümdə narkotik vasitə tiryəkə və bir bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddələ olması müəyyən edilmişdir. Bundan başqa Müdafiəçi üzərindən bir ədəd «Huawei» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Şahid1 ifadəsinin davamında göstərdi ki, ondan aşkar olunmuş beş bükümdəki şübhəli maddələrin qurudulmuş marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin olmasını təsdiq etmiş, həmin maddələri sosial şəbəkələr vasitəsi ilə tanış olduğu iranlı «Seyid» adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmiş, həmçinin iranlının həmin narkotik vasitələri və psixotrop maddəni ona deyilən ünvanlara qoymağı tapşırdığını və bunun müqabilində ona 500 manat məbləğində pulu verəcəyini deməsini etiraf etmişdir. Müdafiəçi aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə qablaşdırılaraq götürülmüş və bununla bağlı protokol tərtib olunmuşdur. İbrahimdən aşkar olunmuş «Huavei» markalı mobil telefon aparatı da araşdırma üçün götürülmüş, protokol, qablaşdırma aparılmış bağlamalar möhürlənib imzalanmışdır. Müdafiəçi saxlanılarkən 42-ci PB-nə aparılarkən və ya şəxsi axtarışa məruz qalarkən ona qarşı hər hansı formada təzyiq göstərilməmiş, qanun pozuntusuna yol verilməmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sabunçu RPİ-nin 42-ci PŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 məhkəmədə dindirilmiş həmkarı - Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən, «şəxsi axtarış aparılması və götürmə haqqında» 16 may 2024-cu il tarixli protokola əlavə edilmiş bir ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan «Müdafiəçi» adlı fail mövcuddur və həmin faylda 15 dəqiqə 17 saniyədən ibarət olan video görüntülər vardır. Videoyazıdan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı polis kapitanı X2 Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə Sabunçu RPİ-nin 42-ci PB-nin xidməti otağında şəxsi axtarı keçirilir və şəxsi axtarış zamanı Müdafiəçi əlində saxladığı qara rəngli torbanın içərisində ümumi olaraq 05 ədəd naməlum büküm olduğu müəyyən edilir. Tədqiq olunan protokoldan görünür ki, 05 ədəd bükümə ayrı-ayrılıqda baxış keçirilir və 2 bükümdə qurudulmuş marixuana narkotik vasitəsinə, 01 bükümdə heroin narkotik vasitəsinə, 01 bükümdə tiryək narkotik vasitəsinə və 01 bükümdə metamfetamin psixotrop maddəsinə şübhəli maddələr olduğu müəyyən edilir, qeyd olunan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddə aşkar olunaraq götürülür. Müdafiəçi üzərindən, həmçinin ona məxsus bir ədəd «Huawei» markalı mobil telefon aparatı aşkar olunub götürülür. Daha sonra tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarışa məruz qalan Müdafiəçi təhqiqatçının ona ünvanlanmış suallalrı qarşısında ondan aşkar olunaraq götürülmüş ümumi 5 ədəd bükümdə olan maddələrin qurudulmuş marixuanna, heroin, tiryək narkotik vasitələri və metamfetamin psixotrop maddələri, həmin narkotik vasitələri və psixotrop maddəni o «WhatsApp» proqramı vasitəsi ilə tanış olduğu İran vətəndaşı olan «Seyid» adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, özünün narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olmadığını etiraf etmiş, götürülmüş mobil telefonun onun özünə məxsus olub istifadə etdiyini bildirmişdir (iş vərəqə: 60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxs Müdafiəçi üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 may 2024-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolun məzmununda göstərilənlər həmin protokola əlavə edilmiş “DVD” formatlı diskə yüklənmiş videogörüntülərlə üstüstə düşür, videogörüntülərlə protokolun məzmununda qeyd olunanlar arasında ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 31-32). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixlə qərarının məzmunundan görünür ki, şəxsin barəsində qətimkan tədbirinə dair məsələyə baxılarkən təqsirləndirilən şəxs Müdafiəçi məhkəmədə verdiyi ifadəsinə uyğun izahat verib əməlini etiraf etmiş, ondan aşkar edilib götürülən narkotik vasitələri və pisxotrop maddəni sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İİR vətəndaşı «Seyid» adlı şəxsin vasitəsi ilə əldə etdiyini, iranlının həmin narkotik vasitələri və psixotrop maddəni ona deyilən ünvanlara qoymağı tapşırdığını və bunun müqabilində ona 500 manat məbləğində pulu verəcəyini bildirdiyini göstərmişdir(iş vərəqə: 84-89). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xarakterli materiallarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatları məhz onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur(iş vərəqə: 3, 4-5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 16 may 2024-cü il tarixli, 3-16-16/2-7/765 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş «Müdafiəçi...» yazılar və imzalar olan kağız paketdə 2 (iki) ədəd üzərində skotçla bağlanmış sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 430,0 qram və 255,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan, ümumi çəkisi 685,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın ümumi qalıq çəkisi 684,9 qram təşkil etmişdir(iş vərəqə: 47-51). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 16 may 2024- cü il tarixli, 3-16-16/2-6/2767 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Müdafiəçi (imza)» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 26,427 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədədə bükümdə təmiz çəkisi 106,131 qram təşkil edən tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,516 qram təşkil edən ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 26,237 qram, tiryəkin qalıq çəkisi 105,931 qram, metamfetaminin qalıq çəkisi 15,316 qram təşkil etmişdir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəmə kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli, 3-16-16/2-6/2767 saylı rəyində mexaniki səhvə yol verilməklə üzərində tədqiqat aparılmış heroin narkotik vasitəsinin miqdarı 26,427 qram kimi göstərilmişdir, lakin real olaraq həmin miqdar 26,437 qram təkkil etmişdir(iş vərəqə:41-46, 61-62). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 16 may 2024-cu il tarixli protokol əsasında götürülmüş bir ədəd «Huawei Y70» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında» 16 may 2024-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Huawei Y70» markalı mobil telefona quraşdırılmış ***-***- **-** sim nömrə ilə İİR mobil operatoruna məxsus +98 996 *** ** ** nömrə arasında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı «WhatsApp» proqramı vasitəsi ilə onun saxlanıldığı gün saat 22:53-də, 22:57-də və 23:02-də məzmunu «gutordon», «Tez gac gutordon», «Baba», «Mane cavab ver», «Da», «Hy baba», «Patini gutordin», «Baba», «Baba», «Mane nya cavab vermirsan» kimi sms-lər olması müəyyən olunmuşdur (iş vərəqə: 37). Daha sonra cinayət işinə məhkəmə baxışı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024 -cü il tarixli, 3754 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur(iş vərəqə: 104-105). Məhkəmə istintaqı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bağlamada təmiz çəkisi 430,0 qram və 255,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə təmiz çəkisi 26,437 qram olan narkotik vasitə heroin, 1 bükümdə təmiz çəkisi 106,131 qram olan narkotik vasitə tiryək və 1 bükümdə təmiz çəkisi 15,516 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 684,9 qram qurudulmuş marixuana, 26,237 qram heroin, 105,931 qram tiryək narkotik vasitələri və 15,316 qram metamfetamin psixotrop maddəsi saxlanması üçün Sabunçu RPİ-yə təhvil verilmişdir. Həmçinin ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(iş vərəqə: 33, 114-115, 136). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi ilə bağlı baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: 128-129). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən qurudulmuş marixuana narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 5 qram, külli miqdar olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 5000 qram, tiryək narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,5 qram, külli miqdar olmaqla aşağı həddi 50 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 5000 qram, heroin narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 800 qram, və metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ümumi çəkisi 685,0 qram, heroin narkotik vasitəsinin təmiz çəkisi 26,437 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisi 106,131 qram və metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 15,516 qram olmaqla külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş marixuana, heroin, tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edərək üzərində saxlaması və daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəmədə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi ilə əlaqədar etirafı, ondan müxtəlif növlərdə – 3 adda külli miqdarda narkotik vasitələr, eyni zamnda psixotrop maddə aşkar edilib götürülməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəmənarkoloji ekspertizanın rəyinə əsasən Müdafiəçi narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməməklə onda narkomaniya xəstəliyinin müəyyən olunmaması və məhkəmə-kimyəvi ekspertizaların rəyləri təqsirləndirilən şəxsin qurudulmuş marixuana, heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana, heroin və tiryək narkotik vasitələrini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İstər məhkəməyədək icraat mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 107). Məhkəmədə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən Azərbaycan Respublikası CM-nin 59-cu və cəzasını ağırlaşdıran Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024 -cü il tarixli, 3754 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin müəyyən olunmaması, onun narkomaniyadan əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarına əsasən barəsində əvvəli 15 may 2024-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş və Müdafiəçi barəsində məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq qanuni əsaslarla həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bağlamada təmiz çəkisi 430,0 qram və 255,0 qram qurudulmuş marixuana narkotik vasitəsi, 1 bükümdə təmiz çəkisi 26,437 qram heroin narkotik vasitəsi, 1 bükümdə təmiz çəkisi 106,131 qram tiryək narkotik vasitəsi və 1 bükümdə təmiz çəkisi 15,516 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissələri - 684,9 qram qurudulmuş marixuana narkotik vasitəsi, 26,237 qram heroin narkotik vasitəsi, 105,931 qram tiryək narkotik vasitəsi və 15,316 qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 186,00 (bir yüz səksən altı) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bağlamada təmiz çəkisi 430,0 qram və 255,0 qram qurudulmuş marixuana, 1 bükümdə təmiz çəkisi 26,437 qram heroin, 1 bükümdə təmiz çəkisi 106,131 qram tiryək narkotik vasitələrinin və 1 bükümdə təmiz çəkisi 15,516 qram olan metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissələri - 684,9 qram qurudulmuş marixuana, 26,237 qram heroin, 105,931 qram tiryək narkotik vasitələri və 15,316 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 186,00 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2195/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2195/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver