Məhkəmə qərarları › İş №1(101)-22/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-22/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-22/2023 16.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin hüquqi varisi X6, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam-orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsə CM) 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin icraatına 10 dekabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4-cü maddələri ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağını əldə edib gəzdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 28 avqust 2008-ci il tarixdə, saat 21:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 90 saylı binanın yaxınlığında əlində olan soyuq silah hesab edilən bıçaqdan istifadə etməklə X3 hücum edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib ona sol dirsək, sağ bazu, sol cöl topuq nahiyyələrinin sıyrıqları, sol canaq sağ diz sol baldır nahiyyələrinin qançırları sağ budun səthi kəsilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, boynunda olan 700 manat dəyərində olan boyunbağını dartıb qopararaq ələ keçirib quldurluq etmişdir. Həmin cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan onun haqqında tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə edilməsi qərara alınmış və iş üzrə icraat o, sağalanadək dayandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cü il tarixli, 7(008)194/10 saylı qərarı ilə Təqsirləndirilən şəxs psixi vəziyyətində yaxşılaşma hiss olunduğundan məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə məcburi müalicəyə keçirilmiş, şəxsin səhhətindəki vəziyyətlə bağlı mütəmadi olaraq müvafiq səhiyyə qurumundan məlumatlar əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 16 saylı Şəhər Poliklinikasının xx.xx.2016-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı X1 Həkim Psixiatr Komissiyasının xx.xx.2012-ci il tarixli 19 saylı rəyinə əsasən məcburi ambulator müşahidəsi ləğv edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 7(004)-86/2012 saylı qərarına əsasən Məhkəmə-Psixiatrik Ekspertizası təyin edilmişdir. Təqsirləndirilən şəxsin yerinin müəyyən edilib məhkəməyə təqdim edilməsi məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsinə mütəmadi olaraq hakim Mirzə Xankişiyev tərəfindən sorğular verilmiş və müvafiq cavablar əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. 05 sentyabr 2023-cü il tarixdə Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 Xidməti tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq, Təqsirləndirilən şəxs ölümünün xx.xx.2020-ci ildə 3 saylı Bakı “Asan xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınması barədə məlumat verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmiş, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin arvadı X6 yazılı ərizəsinə əsasən ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində cinayət prosesinə buraxılması qərara alınmış, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış arvadı X7 və Müdafiəçi məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ölüm haqqında şəhadətnamənin verildiyini nəzərə alaraq, müdafiə tərəfin ərizəsinin əsaslı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə tərkibi iş üzrə proses iştirakçılarının ayrı-ayrılıqda fikirlərini dinləyib, habelə cinayət işində olan sənədləri araşdırıb belə qənaətə gəlir ki, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X7 və Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunan ərizə təmin edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsasar olmadan təqsirləndirilən şəxsin ölməsi səbəbi ilə xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 Xidmətindən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ölümü xx.xx.2020-ci il ildə 3 saylı Bakı “Asan xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 yanvar 2020-ci il tarixli, AZ-İİ 069752 seriyalı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2020-ci il tarixdə, dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.5-ci maddəsində göstərilmişdir ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmçinin həmin Məcəllənin 43.1 və 43.3-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd edilən Məcəllənin 106-1.4-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ölmüş və bu barədə müvafiq olaraq dövlət qurumundan ölüm haqqında şəhadətnamə verilmişdir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi isə müdafiəçi ilə birlikdə yazılı ərizə təqdim edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ölmüş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal RPİ-də saxlanılan 01 ədəd ov bıçağın məhv edilməsi, 01 ədəd qızıl boyunbağının zərər çəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 manat məbləğində pul köçürülməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 106-1.3 və 384-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi ilə xitam verilsin. İş üzrə maddi sübut olan və Yasamal RPİ-də saxlanılan 01 ədəd ov bıçağın məhv edilməsi, 01 ədəd qızıl boyunbağının zərər çəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar