Məhkəmə qərarları › İş №1(101)-220/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-220/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-220/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x7 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: x5, zərərçəkmiş şəxsin hüquqi varisi: x3 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 31, mənzil 54-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 08 oktyabr 2019-cu ildə tarixdə saat 02:40-da Azərbaycan Respublikası “x12 Qanunun” 37-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi “BMW-535” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə 20 Yanvar metro stansiyası istiqamətində hərəkətdə olarkən “x12 Qanunun” 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq avtomobili yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməməli olduğu halda 70 km/saat sürətlə idarə edib, “Neptun” supermarketinin qarşısında “x12 Qanunun” 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olsa da ehtiyatsızlıqdan yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs1 avtomobilin ön sağ hissəsi ilə vuraraq sonuncunun hadisə yerində ölümünə səbəb olmuş qapalı kəllə-beyin travması, baş-beyinin və beyinciyin yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızma, sağ ağciyərin kökünün cırılması, sol bud və sağ baldır sümüklərinin qapalı sınığı, təpə nahiyəsində əzilmiş yaralar, alın-təpə, burun, sağ kürək, döş qəfəsi, sol diz oynağı və sağ bayır topuq nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs2 məxsus “BMW-535” markalı, **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (min) manat miqdarda ziyan vurub yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu Zərərçəkmiş şəxs2 BMW-535 markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. İsraıl 06 oktyabr 2019-cu il tarixdə günorta saatlarında onun yaşadığı evin həyətinə avtomobili gətirərək avtomobilin sürət ötürücü qutusunun yağını dəyişdirmək lazım olduğunu, onun vaxtı olmadığından avtomobilin usta yanına aparıb, yağını dəyişdirməyi ondan xahiş etmişdir. Avtomobil ustasının təmir sexi də onun yaşadığı evin yaxınlığında olduğundan İsraıl ilə razılaşmış və sonuncu avtomobilin açarlarını ona vermişdir. O da avtomobili ustaya apararaq sürət ötürücü qutusunun yağını dəyişdirmişdir. Həmin gün və səhərisi gün avtomobil onda olduğu üçün 07 oktyabr 2019-cu ildən 08 oktyabr 2019-cu il tarixə keçən gecə həmin avtomobillə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələrkən yolda dostu Qasım ilə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq harada olduğunu sorşmuş, sonuncu da digər dostu İbrahim ilə birlikdə Bakı şəhəri 28 May metrostansiyasının yaxınlığında yerləşən “Borş” kafesində çay içdiklərini demişdir. O, “Borş” kafesinə getmiş və birlikdə çay içmişlər. Çay içdikdən sonra dostları Qasım və İbrahim ilə birlikdə evə getmək üçün kafedən çıxıb yola düşmüşlər. Avtomobilin qabaq oturacağında İbrahim, arxa sağ oturcaqda isə Qasım oturmuşdur. Gecə saat 02:40 radələrində Yasamal rayonu, Tibilisi prospekti ilə üzü 20 Yanvar istiqamətində 60-70 km/saat sürətlə Nəqliyyat Nazirliyinin və “Neptun” super marketinin qarşısında hərəkətdə olarkən 50-55 yaşlarında bir kişi qarşıda sağda gedən bir avtomobilin arxa hissəsindən qəfildən yolun kənarından yola daxil olmuşdur. Həmin şəxs yolu sağdan sola düzünə iti addımlarla keçmək istəmiş, həmin vaxt onların arasında 10-15 metr məsafə olmuşdur. O, təhlükə hiss etsə də həmin şəxsin yanından keçib gedəcəyini güman edib həmin sürətlə avtomobili idarə etmişdir. Lakin həmin şəxsin yanından keçə bilməyib piyadanı yolun orta hissəsində avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Həmin şəxs əvvəl avtomobilin buferinin sağ küncünə daha sonra ön şüşəyə dəyərək avtomobilin damının arxa hissəsindən yerə düşmüşdür. O tez avtomobili sağa çəkib saxlamış, avtomobildən enmiş, avtomobili ilə vurduğu şəxsin başından qan gəldiyini görmüşdür. Həmin şəxsin nəbzini yoxlamış və sonra TTYS-na 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra TTYX-nın həkim briqadası hadisə yerinə gəlmişlər və avtomaşınla vurduğu kişinin öldüyünü demişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yeri müstəntiq tərəfindən müayinə edilmiş, protokol, sxem, tərtib edilməklə, foto şəkillər səkilmişdir. Tərtib edilmiş protokola o, iştirakçılar və hal şahidləri imza etmişlər. Sonra o, İsrayıla da zəng edib hadisə barədə məlumat vermişdir. O, törətdiyi əməldən peşman olduğunu bildirmiş və zərərçəkmiş şəxsin hüququ varisi və zərərçəkmişlə barışıq əldə etdiyini qeyd etmişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2019cu il tarixdə tanışı x4 baş etibarnamə əsasında aldığı texiki şəhadətnaməsində x1 adına olan BMW-535 markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili 7500 manata pulunu verib almışdır. Arif Əbilov ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Onlar aralarında razılaşmışlar ki, avtomobili onun adına keçirən vaxtı sənədləşmə işləri gedər və avtomobil onun adıma rəsmiləşər. Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıyır. Xəqani ilə həm qonşu, həm də dost olmuşdur. BMW-535 markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət ötürücüsünün yağını dəyişmək lazım olduğundan 06 oktyabr 2019-cu il tarixdə həmin avtomobili və açarlarını Xəqaniyə vermişdir ki, avtomobili ustanın yanına aparıb sürət ötürücüsünün yağını dəyişdirsin. Həmin gündən isə avtomobil Xəqanidə qalmışdır. 08 oktyabr 2019-cu il tarixdə gecə saat 03 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, həmin BMW-535 markalı avtomobil ilə işi oluğu üçün Bakı şəhərinə getmiş və həmin günü Bakı şəhərindən evinə qayıtdığı zaman Yasamal rayonu Tbilisi prospektində 20 Yanvar metro stansiyası istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən piyada bir kişini vurmuşdur. Xəqani demişdir ki, həmin şəxs hadisə yerində ölmüşdur. Hadisə nəticəsində onun avtomobilinin qabaq buferi, qabaq kapotu və ön şüşəsi zədələndiyindən ona ***-**** manata yaxın maddi ziyan dəymişdir, lakin həmin ziyan Xəqani tərəfindən qarşılanmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi x6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma atasıdır. 08 oktyabr 2019-cu il tarixdə səhər saatlarında ona məlumat vermişlər ki, atası Zərərçəkmiş şəxs1 həmin tarixdə gecə saat 02:50 radələrində Bakı şəhəri, Tbilisi prospektində yolu keçən zaman BMW markalı avtomobil tərəfindən vurulmuş və nəticədə atası aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmin günü atasının haradan gəlməsi barədə heç bir məlumatı olmamışdır. Hadisədən sonra atasının meyidi həkimlər tərəfindən müayinə olunduqdan sonra onları təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi x6 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 08 oktyabr 2019-cu il tarixdə dostu Şahid1lə birlikdə Bakı şəhərində 28 mayda yerləşən “Borş” kafesində çay içdiyi zaman digər dostu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Qasımın istifadəsində olan telefonla əlaqə yaradıb harda olduğunu sorşmuşdur. Qasım da Bakı şəhəri, 28 mayda yerləşən “Borş” kafesində oldurduqlarını bildirmişdir. Saat 01 radələrində Xəqani həmin kafeyə BMW-535 markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Həmin vaxtı ondan həmin avtomobilin kimə məxsus olmasını soruşmuş, Xəqani də həmin avtomobilin dostu İsrayıla məxsus olmasını demişdir. Onlar çay içdikdən sonra evə Xırdalan şəhərinə getmək üçün yola düşmüşlər. Avtomobildə qabaq oturacaqda Qasım, arxa sağ oturacaqda isə o, oturmuş, Xəqani də avtomobili idarə etmişdir. Gecə saat 02.40 radələrində Bakı şəhəri, Tbilisi prospekti ilə üzü 20 Yanvar metrostansiyası istiqamətində hərəkətdə olarkən Xəqani avromobili təxminən 60-70 km\saat sürətlə idarə etmişdir. O, arxa oturacaqda oturub telefonda oyun oynamış, fikiri həmin oyuna qarşımışdır. Birdən qəflətən avtomobilin qabaq hissəsinə ilə nəyinsə zərbə ilə dəyməsini eşitmişdir. Xəqani dərhal avtomobili saxlamış və avtomobildən yerə düşmüşlər. Yerə düşəndən sonra avtomobilin arxa hissəsinə bir piyada kişinin düşüb qalmasını görmüşlər. Həmin vaxt başa düşmüşlər ki, Xəqani idarə etdiyi avtomobil ilə yolu keçən piyadanı vurmuşdur. Xəqani TTYS-na zəng edilb hadisə barədə məlumat vermiş, hadisə yerinə gələn həkim briqadası piyadanı müəyinə edib öldüyünü demişlər. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmədə ifadə vermiş Şahid1 Şahid2 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 08.10.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW-535” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə 20 Yanvar metro stansiyası istiqamətində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs1 avtomobilin ön sağ hissəsi ilə vurmuş və həmin piyada hadisə yerində ölmüşdür. Cinayət işinin materiallarında olan 08 oktyabr 2016-cı il tarxli 142 nömrəli 2\8438 nömrəli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini müəyyən edən sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs heç bir spirtli içki qəbul etməmiş və ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və x10-Təcrübi və Tədris birliyinin Yasamal rayon məhkəmə tibbi ekspertizasının 26 oktyabr 2019-cu il tarixli 128 nömrəli rəyində qeyd olunmuşdur ki:

1. Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı-qapalı kəllə-beyin travması, baş-beyinin və beyinciyin yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızma, sağ ağciyərin kökünün cırılması, sol bud və sağ baldır sümüklərinin qapalı sınığı, təpə nahiyəsində əzilmiş yaralar, alın-təpə, burun, sağ kürək, döş qəfəsi, sol diz oynağı və sağ bayır topuq nahiyəsinin sıyrıqları kimi bədən xəsarətləri aşkar edilmişdir.

2. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində törənə bilərdi, törənmə müddəti ölümün baş verdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 08.10.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə, sanlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır, ölümünün baş vermə səbəbi birbaşa əlaqəlidir.

3. Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır dərəcəli sərxoşluq fonunda almış olduğu qapalı kəllə-beyin travması nəticəsində baş beyinin yumuşaq beyin qişası altına və yan mədəciklərə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 8-12 saat əvvələ uyğun gəlir.

4. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 3,8% qatılığında etil spirti aşkar edilmişdir, bu qatılıq, sanlı şəxslərdə ağır dərəcəli sərxoşluğun əlamətlərini daşıyır, narkotik və psixiotrop maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 22 oktyabr 2019cu il tarixli 25961 nömrəli rəyindən görünür ki, BMW-535 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “x12” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “x12” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürüətlə idarə etməsi şəraitində onun hərəkətlərində “x12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 oktyabr 2019-cu il tarixli 26017 nömrəli rəyindən görünür ki, aparılmış ekspert təhqiqatı nəticəsində 1997ci il buraxılışlı, həmin BMW-535 markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin 08 oktyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği, təqdim edilmiş “Avtoservis” təmir emalatxanası tərəfindən 14 oktyabr 2019-cu il tarixdə verilmiş ziyan aktında olan dəyişməli ehtiyyat hissələri və təmir bərpa işləri barədə məlumatlarına əsasən nəzəri hesablama yolu ilə təxminən 1.000 (min) manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət x15 Qeydiyyat-İmtahan İdarəsinin 19 oktyabr 2019-cu il tarixli 016-97705-1219 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarında olan 08 oktyabr 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında 10 oktyabr 2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və nigah haqqında şəhadətnamənin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi x3 ərizələrindən məlum olur ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarından məlum olur ki, iş üzrə BMW-535 markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və müvafiq olaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən «ağır» cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 08 oktyabr 2019-cu il tarixdən 10 oktyabr 2019-cu il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən "nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər". Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Ona təyin olunmuş həmin əlavə cəzanın icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və müvafiq olaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış BMW-535 markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil vürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 08 oktyabr 2019-cu il tarixdən 10 oktyabr 2019-cu il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil vürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış BMW-535 markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Sədrlik edən Zeynal Ağayev

Hakimlər Azad Məcidov

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar