Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-220/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X25 və X19, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcə hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 qızının, Zərərçəkmiş şəxs1 nümayəndələri - Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Bakı şəhəri, «Mərkəz» vəkil bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 22 sentyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 11 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilməsi barədə qərar qəbul edlmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin tarixdə barəsində axtarış elan edilmiş, 24 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami RPİ, 25-ci Polis Bölməsi tərəfindən tutularaq istintaq orqanına təhvil verilmiş, həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən 12 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış almaq və çıxarış alandan sonra həmin torpaq sahəsini ona satacağını yalandan vəd edib onu aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2008-ci ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında həmin dövrdəki məzənnə ilə 17.806,8 manat təşkil edən 22.000 ABŞ dolları, 2009-cu ilin may-iyun aylarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 10 ünvanında həmin dövrdəki məzənnə ilə 40.185 manat təşkil edən 50.000 ABŞ dolları, həmin ilin may-iyun aylarında Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında həmin dövrdəki məzənnə ilə 18.485,1 manat təşkil edən 23.000 ABŞ dolları, 2009-cu ilin iyun-iyul aylarında Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında hissəhissə olmaqla həmin dövrdəki məzənnə ilə 13.673,1 manat təşkil edən 17.000 ABŞ dolları pulunu, həmçinin Bakı şəhəri, Nizami rayonu, metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən 15 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış alıb, həmin torpaq sahəsini sataraq ona verdiyi pulunu və gəlirini götürəndən sonra Bakı şəhəri, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən torpaq sahəsində avtoservis və ya anbar tikib birgə işlədib gəlir əldə edəcəyini yalandan vəd edib onu aldadaraq, bu adla 2010-cu ilin avqust ayında ünvan 3 ünvanında həmin dövrdəki məzənnə ilə 32.156 manat təşkil edən 40.000 ABŞ dolları, 2010-cu ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, “Neapol” dairəsinin yaxınlığında həmin dövrdəki məzənnə ilə 8.038 manat təşkil edən 10.000 ABŞ dolları, cəmi 162.000 (yüz altmış iki min) ABŞ dolları pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 130.344 (yüz otuz min üç yüz qırx dörd) manat, yəni külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9, sonuncunun 12 aprel 2011-ci il tarixdə Rusiya Federasiyası, Rostov Vilayət məhkəməsinin Münsiflər məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1, 188.4, 30.1, 228.1-ci maddəsinin 3-cü hissəsinin «A», «R» bəndləri ilə təqsirli bilinərək 17 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qardaşı X15 həbsdən azad etdirəcəyini yalandan vəd edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2012-ci ilin may ayında Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərində yerləşən bank vasitəsilə onun adına göndərilən həmin dövrdəki məzənnə ilə 31.448 manat təşkil edən 40.000 ABŞ dolları, 14 oktyabr 2012-ci il tarixdə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt-Peterburq şəhərinə onun adına göndərilən həmin dövrdəki məzənnə ilə 22.705 manat təşkil edən 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu, həmin tarixdə yeznəsi X34 adından Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt-Peterburq şəhərinə onun adına göndərilən həmin dövrdəki məzənnə ilə 20.160 manat təşkil edən 800.000 (səkkiz yüz min) Rusiya rublu və dostu X20 adından Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt-Peterburq şəhərinə qardaşı X16 adına göndərilən həmin dövrdəki məzənnə ilə 22.705 manat təşkil edən 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu, 19 oktyabr 2012-ci il tarixdə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt-Peterburq şəhərinə onun adına göndərilən həmin dövrdəki məzənnə ilə 9.715 manat təşkil edən 380.990 (üç yüz səksən min doqquz yüz doxsan) Rusiya rublunu və 2013-cü ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında həmin dövrdəki məzənnə ilə 47.070 manat təşkil edən 60.000 (altmış min) ABŞ dolları, cəmi 100.000 (yüz min) ABŞ dolları və 2.982.970 (iki milyon doqquz yüz səksən iki min doqquz yüz yetmiş) rubl pulunu ələ keçirib, Zərərçəkmiş şəxs9 külli miqdarda, 153.803 (yüz əlli üç min səkkiz yüz üç) manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 “Qarabağ müharibəsi veteranı” kimi Bakı şəhər İcra hakimiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, «Qanlı Göl» ətrafında 0,045 ha torpaq sahəsi alıb verəcəyini yalandan vəd edib onu aldadaraq, bu adla 2013-cü ilin noyabr ayının ikinci yarısında Bakı şəhəri, Nəsimi rayonu, “Nəsimi bazarı” adlanan yerin yaxınlığında yerləşən «Böyük Fırat» restoranında 15.000 (on beş min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4, onu Bakı şəhəri, ünvan 16 ünvanında açaçağı özəl uşaq bağçasına müdir təyin edərək uşaq bağçasının gəlirindən aylıq faiz verəcəyəni yalandan vəd edib aldadaraq, bu adla 2014-cü ilin may ayının ikinci yarısında Bakı şəhəri, Nəsimi rayonu, «Nəsimi bazarı» adlanan yerin yaxınlığında yerləşən «Böyük Firat» restoranında 8.000 (səkkiz min) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 qızına, onu Bakı şəhəri, ünvan 16 ünvanında açaçağı özəl uşaq bağçasına müdir müavini təyin edərək uşaq bağçasının gəlirindən aylıq faiz verəcəyini yalandan vəd edib aldadaraq, bu adla 2014-cü ilin may ayının ikinci yarısında Bakı şəhəri, Nəsimi rayonu, «Nəsimi bazarı» adlanan yerin yaxınlığında yerləşən «Böyük Firat» restoranında 7000 (yeddi min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 onu Bakı şəhəri, ünvan 16 ünvanda açaçağı özəl uşaq bağçasına müdir təyin edərək aylıq 2000 manat qazanc verəcəyini yalandan vəd edib aldadaraq, bu adla 20 iyul 2014-cü ildə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən «Ağ ciyər xəstəlikləri» institutunun qarşısında ümumi tanışları Şahid7 vasitəsilə 15.000 (on beş min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 mülkiyyət hüququ olmadığı ünvan 5 ünvanda «Briliyant» şadlıq sarayının arxasında yerləşən 0,015 ha ölçüdə torpaq sahəsini satacağını yalandan vəd edib aldadaraq, bu adla 05 oktyabr 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41 saylı binanın yaxınlığında yerləşən «Vedi» kafesinin qarşısında 30000 (otuz min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 mülkiyyət hüququ olmadığı ünvan 5 ünvanda «Briliyant» şadlıq sarayının arxasında yerləşən 0,015 ha ölçüdə torpaq sahəsini satacağını yalandan vəd edib aldadaraq, bu adla 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41 saylı binanın yaxınlığında yerləşən «Vedi» kafesinin qarşısında 30000 (otuz min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7, sonuncunun Şahid16 satdığı evə görə Şahid16 borclu qaldığı pulu götürüb ona çatdıracağını vəd edərək, 2015-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu, «Xəzər Universiteti»nin qarşısındakı çayxanada Şahid16 5000 (beş min) manat pulu bu adla götürüb, Zərərçəkmiş şəxs7 çatdırmayaraq Zərərçəkmiş şəxs7 5.000 manat pulunu ələ keçirib təkrar dələzduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2, sonuncunun oğlu Araz Hüseynovu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə düzəldəcəyini yalandan vəd edib aldadaraq, bu adla 11 sentyabr 2015-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “Təbriz” kinoteatrının qarşısında 3500 (üç min beş yüz) manat pulunu ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7, gələcəkdə çoxlu gəlir gətirən gəlirli işlər görüb xeyir qazanacaqlarını, çoxlu xeyir verəcəyini, yaxın vaxtlarda qaytaracağını vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə 22 aprel 2015-ci il tarixdə ünvan 7 ünvanında 5000 (beş min) manat, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, 7 saylı evin qarşısında 5000 (beş min) manat, habelə əvvəllər götürdüyü pulların müqabilində 2017-ci ilin təxminən iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiç bağları adlanan ərazidə 0,12 ha ölçüdə torpaq sahəsi verəcəyini vəd edib, bu adla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Yaşıl Məkan» adlanan kafedə 5000 (beş min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs7 xeyli miqdarda, ümumilikdə 15000 (on beş min) manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-2009-cu illərdə tələbə yoldaşı Qafarla metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşərkən, sonuncu, yanında olan Zərərçəkmiş şəxs1 ilə onu tanış edib Nüsrətin Rusiyadan Bakı şəhərinə gəldiyini, burada tanışı olmadığını bildirib, ehtiyacı olarsa köməklik göstərməsini xahiş etmişdir. Bir müddət sonra Nüsrətin istəyi ilə “Nefçilər” stansiyasının yaxınlığında ikilikdə görüşəndə, Nüsrət metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında kiçik bir obyektinin olduğunu, həmin obyektin sənədlərinin başqa adamın adına olduğunu deyib sənədləri ona göstərmiş, həmin vaxt sənəd adına olan şəxsin vəfat etdiyi məlum olmuşdur. O da, sənədlərə baxıb Nüsrətə obyektin sahibinin dəyişməsi üçün icra hakimiyyətinə və məhkəməyə müraciət etmək lazım olduğunu məsləhət etdikdə, Nüsrət bu işləri görmək üçün adam lazım olduğunu bildirmişdir. O da, Nüsrəti həmin vaxtlar məhkəmələrdə nümayəndəliklə məşğul olan tanışı X26 ilə tanış etmişdir. Özü isə Nüsrətin dediyi obyektin sənəd üzrə sahibinin adından Nizami rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmiş, Şahid16 də Nizami rayon məhkəməsinə müraciət edib, Nüsrətin dediyi şəxsin adına qərar almışdır. Bununla Nüsrətin dediyi obyektin sənəd məsələsi öz həllini tapmışdır. Həmin ərəfədə Nüsrət sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini danışıb, bununla bağlı hər hansı bir təklif variant olarsa ona xəbər etməsini bildirmiş, o, Nüsrətə bələdiyyənin sərəncamına əsasən həyat yoldaşı Şahid15 adına Keşlə qəsəbəsində faktiki olaraq 20 sot, sənəd üzrə 12 sot torpaq sahəsi olduğunu deyib, torpaq sahəsinin sənədləşdirilməsi və şəxsi ehtiyacları üçün 30000 (otuz min) ABŞ dollar borc istəmiş, həmin pulu nə vaxt lazım olsa qaytaracağını bildirmişdir. Nüsrət də razılaşıb ona 30000 ABŞ dolları borc vermişdir. O, məhkəməyə müraciət etmiş və qərara əsasən bələdiyyənin torpaq sahəsinin 12 sotunun rəsmiləşdirilməsi Keşlə bələdiyyəsinin üzərinə qoyulmuşdur. Nəticədə Keşlə bələdiyyəsi 06 iyul 2009-cu ildə torpaq sahəsinin Şahid15 adına rəsmiləşdirilməsi barədə sərəncam vermişdir. 2012-ci ildə həmin torpaq sahəsində Əhmədova Mehin Əsgər qızı tərəfindən tikinti işləri aparıldığından aralarında mülki mübahisə yaranmış və bir neçə məhkəmə prosesindən sonra 2017-ci ilin mart ayında həmin torpaq sahəsinin 5 sotuna Aygun Budaqovanın adına çıxarış almışdır. 2010-cu ilin axırları-2011-ci ilin əvvəllərində baldızı Mehdiyeva Mahirə Hümbət qızı Sumqayıt şəhərində işlətdiyi tol istehsal edən sexi xəstəliyi ilə bağlı pul lazım olduğu üçün satdığını demiş və müştəri tapmasını xahiş etmişdir. O da, bu barədə Nüsrətə demiş, Nüsrətlə birlikdə Sumqayıt şəhərində yerləşən həmin sexə gedib tol istehsal edilmə prosesinə baxmışlar. Nüsrət tol istehsal edən avadanlığa baxıb bəyənmişdir. Mahirə tol istehsal edən avadanlığı 100.000 ABŞ dollarına, yəni 78000 manata satdığını demiş, Nüsrət də bununla razılaşaraq, borc verdiyi 30000 ABŞ dollar pulu ondan istəmişdir. O, 25000 ABŞ dolları düzəldib verəcəyini dedikdə, Nüsrət həmin pulu Mahirəyə verməsini istəmişdir. Bundan sonra o, Nüsrətə borclu olduğu 30000 ABŞ dolların 25000 dollarını Nüsrətin sözü əsasında Mahirəyə vermiş, Mahirə bu barədə ona qəbz yazmışdır. Qalan 75000 ABŞ dolları pulu Nüsrət 4-5 aya ödəyəcəyini demişdir. Həmin vaxtlar Nüsrət, Mahirənin əri, həmin ərəfədə Rusiyaya gedib-gələn X35 ilə görüşüb, sexlə bağlı özləri razılıq əldə etmişlər. Nüsrət öz adına MMC yaradıb fəaliyyətə başlamış, alqı-satqı işləri ilə məşğul olmuş və sexə rəhbərlik etmiş, onun özü isə sexə nəzarət etmişdir. Qoçəli sexdə ustalara briqadirlik etmişdir. 26 dekabr 2012-ci il tarixdə Mahirə Mehdiyevanın adından ona verilmiş etibarnamə əsasında o, dam örtüyü istehsal edən avadanlığın X1 barədə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamışlar. Şifahi razılaşmaya əsasən avadanlığın dəyəri 100.000 ABŞ dolları, yəni 78000 manata göstərilsə də, müqavilədə Nüsrətin istəyi ilə avadanlığın dəyəri 35000 manat göstərilmişdir. Bunun səbəbi Nüsrətin avadanlığın qiymətinin 35000 manat olduğunu, qalan pulun isə sexin təmirinə və sexin işlədilməsi üçün aldığı ləvazimatların dəyəri olmasını bildirməsi olmuşdur. Nüsrət həmin sexdən normal qazanc əldə etmişdir. Sonra Qoçəli ilə Nüsrət arasında pul üstündə narazılıq yaranmış, bununla bağlı aralarında məhkəmə mübahisələri olmuşdur. Sex işləyən vaxtlarda o, Nüsrətdən 30000 ABŞ dollarından əlavə şəxsi ehtiyacları üçün illər ərzində hissə-hissə 50600 ABŞ dolları borc almışdır. Sexlə bağlı Qoçəli ilə Nüsrət arasında narazılıq olduğundan, Nüsrət sexə indiyə qədər 24400 ABŞ dolları xərc çəkdiyini deyib, sexi onun vasitəsilə aldığına görə həmin pulu da onun verməli olduğunu bildirmişdir. Beləliklə də, onun Nüsrətə 100000 ABŞ dolları borcu olmuş, həmin pulun 25000 ABŞ dollarını mərhum Mahirəyə vermiş, sex işləyən vaxtı sexdən ona çatası pullardan da hissə-hissə 55600 ABŞ dolları Nüsrətə qaytarmışdır. Nüsrət indiyə qədər sexə 262000 ABŞ dolları xərc çəkdiyini, həmin pulları da ondan alacağını, sexi ona təhvil verəcəyini dedikdə, o, sexin tam gücü ilə işləyəcəyi təqdirdə, həmin pulu qazanmaq mümkün olduğunu fikirləşib razılaşmışdır. Ona görə də Nüsrət ondan 262000 ABŞ dolları alması barədə qəbz almışdır. Ancaq o, Nüsrətdən heç vaxt 262000 ABŞ dolları almamış, 2016-cı ilə qədər onun Nüsrətə heç bir borcu olmamışdır. 2016-cı ildə o, Nüsrətdən 15000 manat və 16000 ABŞ dolları almış, həmin pulun 15000 manatını 3 dəfəyə qaytarmış, 16000 ABŞ dolların 4500 ABŞ dollarını iki dəfəyə - bir dəfə 1500 ABŞ dolları, o biri dəfə 3000 ABŞ dolları qaytarmış, pul qaytarması ilə bağlı inandığı üçün Nüsrətdən qəbz almamışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, Nüsrətin Bakı şəhəri, Babək prospektində və Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında satılan iki evinin alqı-satqısında iştirak etməmiş, Nüsrətə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən torpaq sahəsinin, Keşlə qəsəbəsində yerləşən torpaq sahəsinin ona satılması ilə bağlı heç bir söz və vəd verməmiş, ondan bu məqsədlə pul almamışdır. Onun metronun “Qara Qarayev” stansiyasının yaxınlığında torpaq sahəsi olmamışdır. Qafara üç ədəd ayrı-ayrı torpaq sahələrinə aid bələdiyyə sənədlərini göstəribgöstərmədiyini, «üç dənə torpağım var, həmin torpaqları sənədləşdirməklə məşğulam» deyibdemədiyini xatırlamamış, bildiyi qədər Qafara bu barədə heç nə deməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində bildrmişdir ki, o, 09 aprel 2016-cı il tarixli 260000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahələrinin satılaraq satışdan əldə olunan pulun bərabər şəkildə bölüşdürülməsi məqsədilə alması məzmunlu iltizamı oxumadan imzalamış, Nüsrət onu aldadıb borc olaraq verdiyi 15000 manat və 16000 ABŞ dollarının qəbzi olduğunu demiş, o da, baxmadan və oxumadan ilizamı tələsik imzalamış, imzalayan zaman onun iltizam olduğunu bilməmişdir. Digər Cinayət epizodları barədə ifadəsində Təqsirləndirilən şəxs bildirdi ki, o, Atlas və Ulduzə adlı qadınları qızı Arzunun vasitəsilə tanımışdır. Belə ki, onlar Arzu ilə Montin qəsəbəsindəki 82 saylı orta məktəbdə müəllimə işləmişlər. Arzunun vasitəsilə Ulduzə və Atlas adlı qadınlarla görüşüb, xalası Fazilənin “Gənclik”dəki mülkünü bağçaya çevirib işlətmək mümkün olduğunu demiş, bu işə başlasalar hamı üçün faydalı olacağını, bağçanı açdığı halda onların qadın olaraq bağçada məsul işlərdə çalışacaqlarını və işi özlərinin aparacaqlarını bildirərək, bağça açılması üçün müəyyən pul vəsaiti lazım olacağını söyləmişdir. Ulduzə və Atlas söhbət zamanı ikisi birlikdə təxminən 50.000 manata qədər vəsait qoya biləcəklərini demiş, o isə, qalan vəsaitin özü tərəfindən qoyulacağını bildirmişdir. Təxminən 10 ay - bir il müddətində həmin qadınlarla iş görmüş, Ulduzə təxminən 11.000 manat, Atlas isə 15.000 manat pul xərcləmiş, nəticədə vəsait çatışmazlığı ucbatından iş dayanmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, 1990-cı ildən 2004-cü ilədək Azərbaycan Gənclər İttifaqının Nizami Rayon İcra Hakimiyyətində çalışdığı dövrdə Şahid7 oglu adlı şəxs də təsərrüfat şöbəsində çalışmışdır. İş yoldaşı kimi onların arasında tanışlıq münasibətləri yaranmış, işdən çıxdıqdan sonra isə hərdənbir görüşmüşlər. 2014-cü ilin əvvəllərində təsadüfən Şahid7la görüşmüş, söhbət zamanı Əli qazanc əldə etmək məqsədi ilə hər hansı iş görməyi təklif etdikdə, o, hazırda maddi durumunun çətin olduğunu, lakin gələcəkdə özünə məxsus obyekt və torpaq sahəsini satıb nəğd pul əldə etdikdən sonra iş görə biləcəklərini, hazırda özünün də borc pul axtardığını bildirmiş, Şahid7 15.000 və ya 20.000 manat borc pul istəmişdir. Şahid7 özünün də maddi durumunun çətin olduğunu, nağd pulu olmasa da, özünə məxsus "Toyota Prado" markalı avtomobili pulla qiymətləndirib borc olaraq verə biləcəyini bildirmişdir. Həmin avtomobili şifahi olaraq qiymətləndirmək üçün Babək prospektində yerləşən avtomobil salonlarını gəzərək satıcılardan maşının təxminən 22.000-25.000 ABŞ dolları arasında satıla biləcəyini öyrənmişlər. Şahid7 həmin avtomobili 24.000 manat nisbətində 30.000 ABŞ dolları qaytarmaq şərti ilə ona vermişdir. O, həmin avtomobili almaq üçün 15 saylı notariat kontoruna getmiş, Əli özünə məxsus "Toyota Prado" markalı avtomobili baş etibarnamə ilə onun adına keçirmişdir. Həmin avtomobili qəbul edib bir ilədək müddətində pulunu qaytaracağına söz vermişdir. Həmçinin, Əliyə Keşlə qəsəbəsində yoldaşı Şahid15 adına 0,12 ha torpaq sahəsi olduğunu deyib, həmin torpağı satıb borcunu verəcəyni bildirmişdir. Şahid7 aldığı «Toyota Prado» markalı avtomobili təxminən 20 günbir sonra 22.000 manata satmış, əldə etdiyi pulları öz ehtiyacına, valideynlərinin müalicəsinə xərcləmişdir. Lakin həmin pul da ehtiyacını qarşılamadığından növbəti görüşlərinin birində Əliyə yenə pula ehtiyacı olduğunu dedikdə, Əli özünə məxsus "Mersedes-Benz E 200" markalı ikinci avtomobili qiymətləşib borc verə biləcəyini demişdir. Şifahi razılığa əsasən həmin avtomobilin qiymətini 14.000 ABŞ dollarına razılaşmışlar. 02 oktyabr 2014-cü il tarixdə 15 saylı notariat kontorunda Şahid7 avtomobili baş etibarnamə ilə onun adına keçirmiş və avtomobili ona vermişdir. Təxminən 2014-cü ilin noyabr ayının sonlarında Şahid7 pulunu ondan tələb etdikdə, o, öz evini girov qoyaraq kredit yolu ilə pul götürəcəyini demiş, birlikdə Nərimanov rayon ərazisindəki «Texnikabankın» fılialına getmişlər. Bankda o, həyat yoldaşı Şahid15 adına olan ünvan 8 ünvanında yerləşən iki otaqlı evi girov qoyaraq 55.000 manat kredit götürmüşdür. Bundan sonra o, Şahid7 bu barədə məlumat verib evinə dəvət etmiş və yaşadığı evdə Aygün özü Şahid7 12.000 manat ümumi borcdan pul vermişdir. Əli Məmədov onun bankdan 55.000 manat pul götürdüyünü və ona bu qədər məbləğdən yalnız 12.000 manat verdiyinə görə ondan borcundan əlavə müəyyən hissəsini də qaytarmağı xahiş etsə də o, Nərimanov rayonu, Kral Hüseyn küçəsində yerləşən dörd mərtəbəli binada yerləşən uşaq bağçasını təmir etdiyini və orada təmir işlərinə və şəxsi ehtiyaclarına pul lazım olduğunu bildirmişdir. Ona görə də, Şahid7 12.000 manatla kifayətlənib getmişdir. Əlində qalan 38.000 manat pulun 8.000 ABŞ dollarını «Dəmir bank»dan yoldaşı Şahid15 adına götürdükləri krediti, «Uni banka», «Kapital banka» və filialına 4.000, 5.000 manat, «Acsess banka» Şahid15 iş yoldaşı Yeganə Məmmədovanın adından xatırladığına görə 4.000 manatı faizləri ilə birlikdə ödəmiş, qalan hissəsini isə ailə xərclərinə istifadə etmişdir. Onun maddi çətinliyi olduğundan və nəğd vəsaiti olmadığından evin təmiri yarımçıq qalmış və bağça işi tamamilə dayandırılmışdır. 2014-ci ilin avqust ayında görüş zaman Şahid7 bir nəfər qadından borca pul aldığını, ona olan borclarını verdiyi halda həmin qadının pulunu qaytara biləcəyini dedkdə, o, pulu olduqda verəcəyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra o, Şahid7la görüşən zaman, sonuncu onu yanında olan Zərərçəkmiş şəxs10 ilə tanış etmişdir. O, açılacaq uşaq bağçasına getməli olduğunu dedikdə, Şahid7 birlikdə getməyi təklif etmişdir. Bundan sonra onlar üçü birlikdə Nərimanov rayonunda yerləşən uşaq bağçası olmalı olan evə getmişlər. Həmin vaxt Şahid7 Gülşən adlı qadından 15.000 manat borc pul aldığını və Gülşənin öz pulunu istədiyini danışıb, ona müraciət edərək qalan pullarının verilməsini istəmişdir. O da, qadına həqiqətən Əlidən pul aldığını, bir hissəsini qaytarsa da, əksər hissəsinin durduğunu, əlinə pul düşən kimi qaytaracağanı demişdir. Bundan sonra, Gülşən razılaşmış və birlikdə həmin ünvandan çıxaraq geri qayıtmışlar. 2015-ci ilin yay aylarında Əli Zərərçəkmiş şəxs10 adlı qadına pul qaytaracağını deməklə ondan pulunu istəmişdir. O, qohum-əqrabadan 5.000 manat pul əldə edib «Xəzər» universitetinin qarşısında Əliyə qaytarmışdır. 2015-ci ilin yay aylarında Nizami rayonu «Xəzər» universitetinin qarşısındakı çayxanada olarkən əvvəllər tanıdığı Şahid16, sonuncunun tanışı Ramin Məmmədov, Camal, Musa, Vahid və onun qardaşı Rövşənin yanında Əli ona müraciət edərək pullarını qaytarmasını xahiş edib, Gülşənin ondan şikayət etdiyini, Gülşənin pulunu qaytarmalı olduğunu bildirmişdir. O isə, həmin vaxt əlində pul olmadığını dedikdə, Əli Vilayətə müraciət edərək təxminən 5.000 ABŞ dolları borc pul istəmişdir. Vilayət isə nağd pul olmadığını, lakin qızıl-zinət əşyaları verməklə girov qoyulub pul götürülməsinə köməklik edəcəyini bildirmişdir. Növbəti gün həmin şəxslərin iştirakı ilə Şahid16 300 qram çəkidə qızıl-zinət əşyalarını Əliyə vermiş və sonuncu Vilayətin özü, Vahidin iştirakı ilə Bakıxanov qəsəbəsinə gedərək oradakı «Yarmarka» ilə üzbəüz olan yerdə yerləşən lombarda girov qoyub 5.000 ABŞ dolları pul götürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Əli girov qoyduğu qızılların faizini ödəməmiş və lombarddan Vilayətə zəng edilərək qızıl əşyalarının satılacağı barədə xəbərdarlıq edilmişdir. Şahid16 isə məcbur olub kimdənsə borc götürüb, girov qoyulmuş qızılların faizini və götürülmüş pullarını ödəmiş və girov qoyulanları götürmüşdür. Gülşən Əlidən şikayət etdiyinə görə o, məcbur olub Əlinin pulunu qaytarmağa çalışmış, Əliyə məxsus «Volksvaqen Passad» markalı sedan tipli avtomobili girov qoyaraq Əlinin 1800-2000 manat pul götürməsinə köməklik etmiş, sonra həmin məbləği Əlinin borcundan çıxılmaq şərti ilə özü ödəmişdir. Əli isə həmin məbləği Gülşənə ödəmişdir. Müəyyən müddət sonra o, Əliyə olan borcundan daha 500 ABŞ dolları əldə edib Gülşənin iştirakı ilə Əliyə vermiş, Əli də həmin pulu Gülşənə vermişdir. 2016-cı il tarixdə Gülşənin Əlidən şikayət etdiyi müddətdə Əliyə daha 2.000 manat pul qaytarmışdır. Bundan başqa, istintaq müddətində o, Əliyə 2300 manat bir dəfə, 3700 manat ikinci dəfə pul qaytarmışdır. Gülşənə qaytaracağı adı ilə Əlinin borcundan ona ümumilikdə 10.000 manat milli pul, 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, Gülşən ondan da şikayət edərək, guya onu açılacaq uşaq bağçasında müdir vəzifəsinə təyin edəcəyinə söz verdiyini, bu adla ona verilməsi üçün 15.000 manat pulu Əliyə verdiyini bildirmişdir. Lakin əslində belə şey olmamış, o, qadından pul almamış, onun Əliyə borcu olduğu, sonuncunun isə Gülşənə qaytaracağı olduğuna görə Əlinin Gülşəni əmin etdirməsi üçün onun bağça adı ilə təmir etdiyi ünvana gətirmişdir. Orada Gülşənlə aralarında heç bir söhbət olmamış, Gülşənin ali təsilli və ya başqa təhsilinin olub-olmamasını bilməmiş, Gülşənlə onu məsul vəzifəyə təyini barədə heç bir söhbətləri olmamışdır. O, Zərərçəkmiş şəxs10 Əliyə nə məqsədlə pul verdiyini bilməmiş, pulun verilməsində iştirak etməmişdir. O, Əliyə olan borcuna görə 10.000 manat və 500 ABŞ dolları hissə-hissə, daha sonra 5.000 manat bir dəfə, 12.000 manat öz evində, 2.500 manat evinə görə məhkəmədə olan işi ilə bağlı, 2017-ci ilin yanvar-fevral aylarında üç dəfəyə - 1.600, 1.400 və 3.000 manat olmaqla daha 6.000 manat pul qaytarmış, ümimilikdə Əliyə maşınlarının dəyərinə görə 36.000 manat pul ödəmiş, hazırda Əliyə borcu qalmamışdır. Bundan başqa, maşınını vurduğundan təmir və digər ehtiyaclarına görə Əlidən ümumilikdə hissə-hissə 6800 manat pul almış, istintaqa qədər həmin pulların 3000 manatlıq hissəsini, 2015-ci ilin avqustsentyabr aylarında Bakıxanov qəsəbəsində, 2016-cı ilin may ayının əvvəllərində Nizami rayon məhkəməsi qarşısında 2500 manat, 1300 manatlıq hissəsini isə Nizami rayon ərazisində hissəhissə özünə qaytarmışdır. Növbəti cinayət epizodu barədə ifadəsində Təqsirləndirilən şəxs göstərdi ki, uşaq bağçasının təmiri üçün pul lazım olduğundan 2011-ci ildən tanıdığı Zərərçəkmiş şəxs6 müraciət etmiş, Azad da razılaşıb notariat kontorunda ona 30.000 manat pul vermiş, o da, həmin pulu qaytaracağına və üzərində əlavə 5.000 manat qazanc verəcəyinə söz vermişdir. Həmin məbləğdən təxminən 2018-ci ildə 18.000 manat, daha sonra 12.000 manat Azada pul qaytarmışdır. Zərərçəkmiş şəxs3 2014-cü ildə Zərərçəkmiş şəxs6 vasitəsilə tanımış, lakin Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul almamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 2015-ci ilin yay aylarında o, Məhəmməd adlı tanışı vasitəsilə həmin vaxtlarda metronun “Neftçilər” stansiyasının rəisi işləyən Zərərçəkmiş şəxs2la tanış olmuşdur. 2015-ci ilin sentyabr ayının əvvəllərində o, metronun “Neftçilər” stansiyasının yaxınlığında Şahvələdlə görüşüb söhbət edərkən, Şahvələd oğlu Arazı Azərbaycan Respubilkası Dövlət Miqrasiya Xidmətində inspektor kimi işə düzəlməsini istədiyini demişdir. O da, X56 Xidmətində inspektor kimi işə düzəltmək imkanı olduğunu deyib, bunun üçün 3.500 manat istəmişdir. Şahvələd razılaşdıqdan sonra yalandan Arazın sənədinin surətini də gətirməsini tapşırmışdır. Bir neçə gün sonra “Təbriz” kinoteatrının qarşısında Şahvələdlə görüşmüş, sonuncu, orada ona 3.500 manat pulu və Arazın sənədinin surətini vermiş, o isə, yalandan Arazın işini düzəldəcəyini vəd etmişdir. Daha sonra Şahvələd dəfələrlə ona zəng edib oğlunun işini soruşanda, o, narahat olmamasını, işin düzələcəyini demişdir. 2016-cı ilin fevral ayında Şahvələd ona zəng edərək pulu geri qaytarmasını tələb etmiş, o da, 2016-cı ılin mart ayının əvvəllərində Məhəmməd vasitəsilə 1.700 manat pulu Şahvələdə qaytarmış, qalan pulu qaytarmadığına görə Şahvələd onun barəsində polisə şikayət etmişdir. Bunu bildikdə, 2016-cı ilin avqust ayında qalan 1.800 manatı da Məhəmməd vasitəsilə Şahvələdə göndərmişdir. Digər cinayət epizodu barədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərdi ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs9 ilə 2012-ci ildə tanış olmuş, söhbət əsnasında Məhərrəm qardaşı Rövşənin və qohumlarının Rusiyada topdansatış meyvə-tərəvəz alveri ilə məşğul olduğunu bildirmişdir. Sonra o, Sankt-Peterburq şəhərinə qohumlarının yanına getmiş, bir müddət sonra Məhərrəm də oraya gəlmiş, onun qohumları ilə tanış olmuşdur. Məhərrəm Pyatiqorsk şəhərində və ətraf rayonlarda şəxsi yerləri olduğunu, həmin yerlərdə topdansatış mərkəzləri açacağını, sanatoriyalara meyvə-tərəvəzin satışını təşkil edəcəyini bildirmişdir. 2012-ci ilin oktyabr ayında Məhərrəm bank vasitəsilə Rusiyaya 3.000.000 rubl pul göndərmiş, Məhərrəm həmin pulun bir hissəsini tanışı Eminin, bir hissəsi qardaşı Rövşənin, bir hissəsini isə onun adına göndərmiş, Emin və Rövşən aldıqları bütün pulları ona vermişlər. Məhərrəm anbarlar hazır olduqdan sonra ona bu barədə məlumat verəcəyini demiş, lakin Məhərrəm topdansatiış yerlərini başa çatdıra bilməyib, rusiya rublu dəyərdən düşdüyünə görə ona verdiyi 200.000 ABŞ dolları pulu geri istəmişdir. O da, hissə-hissə Məhərrəmə 100.000 ABŞ dolları pul qaytarmış, daha sonra “Səyyar Mənzil Tikinti” Kooperativinə 4 ortaqlı evin pulunu verərək müqaviləni birbaşa Məhərrəmin qardaşı Xəzərin adına rəsmiləşdirmişdir. "xxxx" MTK ilə Şahid10 arasında məhkəmə çəkişməsi olmuş və qətnaməyə əsasən mənzil qanuni sahibi Şahid10 verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, 2015-ci ilin yay aylarında Məhəmməd adlı tanışının vasitəsilə metronun “Neftçilər” stansiyasının rəisi işləyən Şahvələd Hüseynovla tanış olmuşdur. 2015-ci ilin sentyabr ayında Şahvələd oğlu X56 xidmətinə inspektor kimi işə düzəltmək xahişini ondan etdiyinə və həmin işə köməklik edəcəyinə söz verdiyinə görə, həmin ərəfədə Məhəmməddən borc pul istəmiş, Məhəmməd də həmin pulu Şahvələddən istəmişdir. Məhəmməd onun iştirakı olmadan Şahvələddən 3.500 manat pul alıb Nizami rayonu ərazisində ona vermişdir. Məhəmməd ona verdiyi pulu istədiyindən 2016-cı ildə 2.500 manat pulu Şahvələdə verməsi üçün Məhəmmədə qaytarmışdır. Daha sonra 1.000 manat pulu özü Şahvələdə qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 2014-cü ilin sonları-2015-ci ilin əvvəllərindən Zərərçəkmiş şəxs7 tanımış, onunla münasibəti yaranmış və tez-tez görüşmüşlər. 2015-ci ilin ilk aylarında Şahid16 iştirakı ilə söhbət zamanı Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Məhəmmədi kəndində üzərində yarımçıq tikili olan 0,05 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş, Vilayət bacısının ev almaq istədiyini dediyindən, onlar birlikdə gedib evə baxmışlar. Vahid evin qiymətini 40.000 manata desə də, sonradan Vilayətlə 35.000 manata razılaşmışlar. Hətta ona da ev satılan kimi pulun 5.000 manatının ona çatacağına söz vermişdir. Bundan sonra çayxanaya qayıtmışlar və orada Vilayət evin sənədləşməsi barədə Vahidlə təkrar söhbət edib razılaşmışlar. Təxminən bir ay ərzində ilkin olaraq evin sənədləşdirilməsi üçün Vilayət çayxanada Vahidə 2.000 manat pul vermişdir. Bildiyinə görə, Vahid evin ilkin sənədlərini hazırlayıb Vilayətə vermiş və sonuncu vəkalətnamə ilə öz bacısının adına sənədləşdirmişdir. Təxminən 2015-ci ilin may ayında Vilayət onun iştirakı ilə evin pulundan Vahidə 10.000 manat vermiş, Vahid də həmin pulu maşının bardaçokuna qoymuşdur. Nahar vaxtı olduğundan Vilayət onlardan ayrılmış, o, Vahiddən onu evə düşürməyi, həm də bir tikə çörək kəsməsini xahiş etmişdir. Vahid razılaşıb birlikdə onun yaşadığı Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi, ev 7, mənzil 4 ünvana getmiş, orada onları qarşılayan yoldaşı Aygünə Vahidi yaxın tanışı və dostu kimi təqdim etmişdir. Nahar zamanı Aygün Vahiddən 5.000 manat borc pul istəmiş, Vahid razılaşıb ona həmin məbləğdə pulu vermişdir. Bundan sonra o, Vahidə Zərərçəkmiş şəxs6 adlı şəxsə 30.000 manat borcu olduğunu və həmin pulun bir hissəsini qaytarmaq lazım olduğunu deyib, hələlik pula ehtiyacı yoxdursa özündə qalan 5000 manatı ona verməsini xahiş etmişdir. Vahıd də razılaşıb qalan 5000 manatı ona vermişdir. Bundan sonra, o, Vahidin iştirakı ilə Azada zəng edib, Vahid adlı dostu vasitəsilə pul göndərdiyini demişdir. Sonra Azadın telefon nömrəsini və aralarında olan borc müqaviləsini Vahidə verib onu yola salmışdır. Az sonra Vahid ona zəng edərək pulu Azada çatdırdığını bildirmişdir. Aradan müəyyən vaxt keçmiş Vahiddən aldıqları pulu qaytarmaq məqsədilə Vahidin özünü bir mütəxəssis kimi «Nəsimi bazarı» adlanan ərazidəki Aygünün adına olan və sökülməsi nəzərdə tutulan 37 kv.metrlk qeyri-yaşayış sahəsini göstərmək üçün aparmışdır. Vahid həmin yerə baxıb satışı ilə məşqul olacağına söz vermişdir. Həmin vaxt onun narahat olduğunu görüb, Vahidə yaxın vaxtlarda qeyri-yaşayış sahəsinin satılmasından əldə ediləcək pullarla borcunu qaytaracağına dair əlyazma formasında kağız vermişdir. 19 may 2015-ci il tarixdə o, yaşadığı ərazidə yerləşən «Yaşıl Məkan» kafesində Vahidlə görüşərkən ona 2.000 manat pul verib Zərərçəkmiş şəxs6 çatdırmasını xahiş etmiş, Vahid aparıb həmin pulu Azada çatdırmışdır. 2015-ci ilin təxminən iyul ayında Vahidin borcunun qaytarılması məqsədilə Nizami rayonu ərazisindəki 150 kv.metrlik etibarnamə əsasında verilmiş torpaq sahəsinin satılmasında köməklik göstərməsini xahiş edib özündə olan sənədləri göstərmiş, Vahid də bu işdə ona köməklik edəcəyinə söz vermişdir. 2016-cı ilin sentyabr ayında o, Gülşən adlı qadının Şahid7 şikayəti əsasında Nizami RPİ-nin İŞ-də arvadı Aygünün xahişi ilə Əlinin Gülşənə olan borcunun ödənməsinə Vahid 1500 manat, Şahid7 500 manat köməklik göstərmiş və 2000 manat məbləğində pul Gülşənə verilmişdir. O, özü şəxsən bu pulun verilməsində iştirak etmişdir. Sonra Vahidə olan borcunun ödənməsi üçün onunla birlikdə Ləhic bağ massivində ona məxsus olan 0,12 ha torpaq sahəsinə baxmaq üçün getmişlər. Orada Vahid torpağı bəyəndikdən sonra mülkiyyət sahibi X12 adından Vahidə baş etibarnamə vermişdir. Müəyyən vaxt sonra isə Vahidə Gülşənə görə borc verdiyi 1500 manat pulu Aygünün iştirakı ilə qaytarmışdır. Torpağın sotu həmin vaxtlar 2.000 manat olduğuna görə, bu günkü gündə Vahidə hər hansı məbləğdə borcu qalmamışdır. Bundan başqa, o, Vahiddən ümumilikdə 16.700 manat borc pul almışdır ki, həmin pulun 1500 manat, 200 manat, iki dəfə 1000 manat olmaqla, ümumilikdə 3700 manat pulundan qaytarmış, qalan 13.000 manata görə Ləhic bağlarında ona torpaq sahəsi vermişdir. Bundan başqa, Vahidin evinin satılmasına dair qabaqcadan ona vəd etdiyi 5.000 manat pulu Vilayət Vahidə çatdırılması üçün ona vermiş, onun iştirakı ilə Vahidə zəng edərək pulu verdiyi barədə məlumat vermişdir. O isə, həmin məbləğin ona çatmalı olduğuna görə Vahidə deyib özündə saxlamışdır. Hal-hazırda onun Zərərçəkmiş şəxs7 hər hansı borcu qalmamışdır. O ki, qaldı Vahidin torpağa görə guya onu aldatmasına, torpağın Nadiya Nuriyevaya aid olmaması, sənədlərin saxta olmasını iddia etməsinə, Ədalət Məmmədov adlı şəxsə torpağa görə 7400 manat pul verməsinə, Vahid yalan deyir, torpağın sənədləri tam qaydasındadır, ona bu barədə baş etibarnamə vermiş, X44 hansısa məbləğdə pul ödəməsi özünün səhvidir. Bildiyinə görə, Zərərçəkmiş şəxs7 hazırda orada villa tikmişdir. O, Vahidi aldatmamış, hər hansı məbləğdə pulunu ələ keçirməmiş, pul lazım olduğuna görə borc pul alıb artıqlaması ilə qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir və məhkəməyə aşağıdakı xüsusatları bildirmək istəyir. Belə ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunu tanıyır və onunla əvvəllər çox yaxşı şəxsi münasibətləri olmuşdur. Hal-hazırda münasibətləri pisdir. Belə ki, 2008-ci ilin dekabr ayından başlayaraq 2016-cı ilə qədər cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Fərhad oğlu və onun həyat yoldaşı Şahid15 birlikdə onun etibarından suiistifadə edərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən 12 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış almaq, çıxarışı aldıqdan sonra həmin torpaq sahəsini özünə satmaq və tol istehsal edən avadanlıqların alınması və tol istehsal edilən sexin satılması üçün hissə-hissə ondan ümumilkdə 276.000 (iki yüz yetmiş altı min) ABŞ dolları və 15.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişlər. Daha sonra verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla tanışlığının detalları barədə ətraflı ifadə verərək, sonradan bir-biri ilə aralarında yaxın münasibətlər yarandığını, ilk görüşlərindən birində Rahibin bələdiyyədən olan 3 ayrı-ayrı torpaq sənədlərini göstərərək, həmin torpaqları rəsmiləşdirməklə məşğul olduğunu bildirmişdir. Rahib Gənclər və İdman Nazirliyinin Nizami rayon şöbəsinin rəisi olduğunu ona demişdir. Görüşlərinin birində Rahib ona aid torpaq sahələrinə gedib baxmağı və onlar haqqında fikir bilmək istədiyini demişdir. Onlar Q.Qarayev metrosunun yanındakı 0,15 ha ölçüdə torpaq sahəsinə, Rahibin həyat yoldaşı Şahid15 adına 0,12 ha ölçüdə “Şəfa stadionunun yaxınlığında, digəri isə Rahiblə onun yaşadığı yerin yaxınlığında “Xalqlar Dostluğu” metrosunun yanında, səhv eləmirsə, 0,042 ha torpaq sahələrinə baxmışlar. O, Rahibə “Şəfa” stadionunun yaxınlığında yerləşən Şahid15 adına olan 0,12 ha torpağın xoşuna gəldiyini bildirmişdir. Rahiblə Q.Qarayev metrosunun yanında kafedə çay içib söhbət edərkən torpaqları rəsmiləşdirmək üçün Rahib pulunun olmadığından gileylənmiş, torpağın birini satmaq qərarına gəldiyini bildirmiş və Şəfa stadionunun yaxınlığındakı həyat yoldaşının adına olan 0,12 ha torpaq sahəsini almağı ona təklif eləmişdir. Sonra o, birlikdə rəhmətlik dostu ilə gedib «Şəfa» stadionunun yanındakı torpağa baxmış, torpağı bəyənmişlər. Rahiblə növbəti görüşdə həmin torpağa çıxarış almaq üçün nə qədər zaman və pul lazım olacağını soruşmuş, Rahib 50-60 min dollar olsa, 2-3 ay müddətə sənədləşdirə biləcəyini bildirmişdir. O, Rahibin təklifinə razı olmuş, 2008-ci ilin dekabr ayının son günlərində Q.Qarayev metrosunun yanındakı kafedə “Şəfa” stadionunun yaxınlığında yerləşən 12 sot torpaq sahəsinə Şahid15 adına mülkiyyət hüququna dair çıxarış almaq üçün Təqsirləndirilən şəxs ilkin olaraq 22000$ pul vermişdir. 06 yanvar 2009-cu il tarixdə qardaşının Rusiya Federasiyasında vəfatından sonra o, qardaşının hüzürü ilə bağlı bir müddət Ucar rayonunda olmuş və daha sonra qardaşının qətli ilə bağlı Rusiya Federasiyasına gedib istintaq işi ilə əlaqədar bir müddət orada olmuşdur. Oradan gəldikdən qısa müddət sonra təkrar Rusiya Federasiyasına gedib təxminən 2009-cu ilin aprel ayının ikinci yarısı Bakıya qayıtmışdır. Bu müddət ərzində, səhv eləmirsə, Rahib hüzrə gəlmiş, orada görüşmüşlər, ara-sıra zəng edib əhvalını soruşmuşdur. Qardaşının vəfatı ona pis təsir etdiyindən hər şeydən əli soyumuşdur. O, Bakıya qayıtdıqdan sonra Rahibə zəng edərək yaşadıqları həyətin yanında maşında görüşmüşlər və Rahibin torpağını almaqdan, sənədləşdirməkdən imtina etmək qərarına gəldiyini bildirmişdir. Rahib ona qərar verməyə tələsməməyi məsləhət göürmüş və onlar ayrılmışlar. Təxminən 15-20 gün sonra Rahibin istəyi ilə görüşdükdə, Rahib torpağın sənədləşdirilməsi üçün pulun qalanını istədiklərini, kimlərisə gözlətdiyini söyləmişdir. Rahibə pulunun olmadığını bildirsə də, Rahib sənədləşmə işinin danışıldığını və neçə vaxt onu gözlədiklərini söyləmişdir. O, Rahibə Babək prospekti 10-da 123 kv.metrlik 3 otaqlı mənzilinin olduğunu bildirmiş, torpağın rəsmiləşdirilməsi üçün həmin evi qərarına gəlmişlər. Evin satışı ilə Rahibin məşğul olacağına razılaşmışlar. Rahib qısa müddətdə 125000$-a evi satmaq üçün müştəri tapmışdır. Mənzil müqavilə əsasında olduğuna görə Rahiblə o, Babək prospekti 10 ünvana gəlmiş, alıcıdan 125000$ alıb həmin ünvanda mənzilin müqaviləsini alıcının adına yazdırmışlar. Mənzilin pulundan torpağın sənədləşməsi üçün 50.000 $ Rahib götürmüş, qalan hissəsi onda qalmışdır. Sonra birlikdə evə gedəndə Rahib alıcıdan 135000$ alındığını və həmin puldan 10000$ vasitəçi firmanın götürdüyünü bildirmişdir. Səhəri gün Rahib zəng eləmiş, həyətdə görüşmüşlər. Rahib onu evlərinə çay içməyə çağırmışdır. Onlar Rahibgilə qalxmışlar. 10-15 dəqiqədən sonra Şahid15 evə gəlmişdir. Rahib onları tanış eləmişdir. Şahid15 onu qiyabi olaraq tanıdığını demiş və torpağı alacağı ilə bağlı xeyir dua vermişdir. Rahib söhbət zamanı torpağın sənədləşmə işinin yaxşı getdiyini, lakin əlavə pul lazım olduğunu bildirmişdir. Rahibin pul istəməyi onun üçün gözlənilməz olduğundan etirazını bildirmiş, 50000$ verməsindən bir ay keçmədiyini deyərək, həmin pulun qurtardığını soruşmuşdur. Rahib ona buranın Rusiya olmadığını demişdir. O, elə burda da Babək prospektində 3 mərtəbəli obyektin sənədlərini təsdiq elətdirib hazır elədiyini, elə böyük bir xərci çıxmadığını, həmin işin arxasınca qaçan vəkilin xərci, dövlət rüsumuna, ünvan almağa və qeyri-xırda xərclərlə birlikdə ümumilikdə 8000 manat xərci olduğunu bildirərək etiraz etmişdir. Rahib ona həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün bələdiyyəyə, Torpaq Komitəsinə, Dövlət Əmlak Komitəsinə külli miqdarda pul verdiyini bildirmiş, Rahibin həyat yoldaşı Şahid15 ona demişdir ki, Nüsrət sən narahat olma, sənədləşmənin xərci çox ola bilər, vaxtı da uzana bilər, lakin başqa şeylər düşünmə, ona görə ki, sözü gedən torpaq sahəsi mənim adımadır, heç kim səni aldada bilməz. Bundan sonra o, Rahibdən əlavə nə qədər pul lazım olduğunu soruşmuş, Rahib əlavə 30.000$ lazım olduğunu bildirmişdir. O, Rahibə 23.000$ verə biləcəyini demiş və evə getdiyini, bir iki saata evdən çıxanda zəngləşib pulu verəcəyini bildirmişdir. Bir neçə saatdan sonra Rahiblə “Xalqlar dostluğu” metrosunun yanında görüşüb torpağa görə əlavə 23000$ da pul vermişdir. Bundan bir qədər sonra görüşdükləri zaman Rahib 06 iyul 2009-cu il tarixli “Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin Şahid15 adına rəsmiləşdirilməsi haqqında” Keşlə bələdiyyəsinin sərəncamının kserosurətini ona verərək bildirmişdir ki, torpaq haqqında sənədləşmə işi torpaq komitəsində davam etdirilir, hər şey danışılıb, narahatçılığa səbəb yoxdur. Rahib növbəti bir neçə ay ərzində hissə-hissə olmaqla həmin torpağa görə ondan daha 17.000$ pul almışdır. Onlar ər-arvad görüşlərində oğlunun xəstəliyi haqda ona çox danışmışlar. Söhbətlərində dəfələrlə Rahib Babək prospektində Vahid adlı şəxsə aid olan böyük bir torpaq sahəsini göstərərək, həmin torpaq sahəsini guya onun köməkliyi ilə rəsmiləşdirildiyinə görə qarşılığında Vahidin ona 180000 manat verməli olduğunu, pulu verə bilmədiyi halda isə həmin torpaq sahəsindən 2 sot torpaq həmin pulun əvəzi, yəni zəhmət haqqı olaraq onu borclu olduğunu söyləmişdir. Təxminən 2010-cu ilin ikinci yarısında Rahiblə Q.Qarayev metrosunun yanında kafedə çay içib söhbət edərkən Rahibdən torpaqla bağlı işlərin nə yerdə olduğunu soruşmuşdur. Rahib özünü guya utanırmış kimi göstərərək, ona əlavə pul lazım olduğunu bildirmiş, torpaq komitəsində bir neçə aydır ki, ondan pul gözlədiklərini, o da, alacaqlarını vaxtında ala bilmədiyinə görə torpaq komitəsində kimlərisə gözlətdiyini və əlacsız qaldığından ona söylədiyini bildirmişdir. O, Rahibdən torpağın sənədləşdirilməsinə xərclənən məbləğin az qala torpağın bazar qiymətinə bərabər olduğunu deyərək iradını bildirmiş, Rahib ona demişdir ki, o, bir səhv eləmiş, aldığı pulları ona bildirmədən iki torpağın rəsmiləşdirilməsi üçün xərcləmişdir. Rahibdən nə qədər pul lazımdır deyə soruşmuş, Rahib əgər 40000 $ pul olarsa, hər iki torpağın çıxarışını alacağını bildirmişdir. O, Rahibə pulunun olmadığını və danışığığa əməl etmədiyini, ondan aldığı pulu ona demədən öz maraqları üçün xərclədiyini bildirmişdir. Onlar ayrıldıqdan az sonra o, Şahid15 zəng edib Rahibin bu günə qədər ona yalan danışaraq aldatdığını, torpaqlar barədə ona danışdıqlarını, onun torpağın çıxarışını gözlədiyi halda, Rahibin torpaq sənədləri ilə bağlı ondan əlavə 40000$ pul istədiyini bildirmiş və onu heç kəsin aldada bilməyəcəyi barədə verdiyi vədə əməl etmədiyinə görə narazılıq eləmişdir. Şahid15 da qarşılığında Rahib haqqında gileylənmiş, lakin imkan varsa, bu işlərin yekunlaşması üçün pul verməyi xahiş etmişdir. O, özündən asılı olmayaraq Aygünə çox inanmış, bu işin bitməsini istədiyindən, onlara inanaraq Rahiblə zəngləşib Q.Qarayev metrosunun yanında kafedə görüşmüşlər. Bu dəfə Rahibə Nərimanov rayonunda, Ə.Əliyev-26 ünvanında olan 2 otaqlı təmirsiz olan mənzilinin satılmasına və həmin evin pulundan torpaqların sənədləşməsi üçün 40000$ pul verəcəyinə razılıq vermişdir. Bu mənzilin də satışı ilə Rahibin məşğul olacağı haqda razılaşmışlar. Bu dəfə də Rahib mənzili çox qısa müddətdə dəyərindən çox aşağı qiymətə 91 kv.m sahəsi olan mənzili 66.000$ pula özünün yaxından tanıdğı şəxsə satmışdır. Rahib alıcıdan 50000$ pul aldığını, qalan 16.000$ isə 3-4 günə alıcıdan alacağını bildirmiş, 50.000$-dan 10.000$-nı ona vermiş, 40.000$ isə Rahib torpaqların sənədləşməsi üçün özünə götürmüşdür. Qalan 16.000$-ı alıcıdan Rahib çox çətinliklə almışdır. Pulu ona verdikdən bir həftə 10 gün sonra Rahib ondan torpaqların sənədləşməsi üçün daha 10.000$ pul verməyi çox israrla xahiş eləmişdir. O da, Rahibə 2-3 saatdan sonra “Neapol” dairəsinin yanında olacağını, gəlib orda ondan götürə biləcəyini demişdir. Rahib gəlib ondan 10.000$-ı da götürmüşdür. Bundan bir neçə ay sonra təxminən 2011-ci ilin əvvəlləri Rahibgildə olduqları vaxt o, Rahibə narazılığını bildirmiş və pulunu geri qaytarmalarını tələb etməyə başlamışdır. Rahib və Şahid15 Allaha, Qurana and içərək onu sadəcə zamana ehtiyacı olduğuna inandırmışlar. Bir gün Rahib tol istehsalı ilə məşğul olan yaxın qohumu ilə onu görüşdürmək istədiyini bildirmişdir. Q.Qarayev metrosunun yanındakı kafedə Rahib onu Qoçəli adlı şəxslə tanış etmiş və yaxın qohum olduqlarını söyləmişdir. Söhbət zamanı Qoçəli onun 50.000 manat pul qoymağını və onun istehsal sexini birlikdə işlədib qazanc əldə etməyi ona təklif etmişdir. O, Qoçəlini tanımadığını düşünüb onun təklifi ilə razılaşmamışdır. Qoçəli ilə görüşdükdən bir qədər sonra Rahib Qoçəlinin qızına toy edəcəyinə, cehiz alacağına və pulunun olmadığına görə tol istehsal edən sexini əlacsız olaraq təcili satmaq istədiyini bildirmişdir. O, Rahibdən sexin neçəyə satıldığını soruşmuş, Rahib əslində dəyəri baha olduğunu, lakin Qoçəli onun qohumu olduğuna və təcili satmaq istədiyinə görə 100000$-a ala biləcəyini demişdir. O, Rahibə sexi almaq və işlətmək üçün pulu olmadığını bildirsə də, Rahib ilkin olaraq Qoçəliyə övladının toy və cehiz xərci verilsə, pulun qalanını hissə-hissə verə biləcəyini bildirmişdir. Rahibin israrlı təkliflərindən sonra onlar birlikdə Sumqayıt şəhərinə sexə baxmağa getmişlər. Qoçəli də sexdə olmuşdur. O, sexə baxmış, az da olsa, tolun hazırlanması ilə tanış olmuşdur. Rahib zavodun direktorunun Qoçəlinin yaxın dostu olduğunu, o üzdən avadanlığın yerləşdiyi 800 kv.m-lik ankarın da Qoçəliyə aid olduğunu və sexi alacağı təqdirdə, istəsə sexin yanındakı hasardan qapı açaraq zavoddan ayrıla biləcəyini demişdir. Rahib sexi işlətmək üçün özünün də kömək edəcəyini deyib əl çəkməmişdir. Bütün bu danışıqlardan sonra o, sexi almağa razılıq vermişdir. Rahibdən sexi alacağı təqdirdə, onu necə alqı-satqı edəcəklərini soruşmuş, Rahib hələ ki, zavodun özəlləşməməsi səbəbindən, avadanlıq onun qohumunun həyat yoldaşı Mehdiyeva Mahirənin adına olduğu üçün qadının adından ona mülki etibarnamə verəcəyini bildirmişdir. Razılaşmaya görə 2011-ci ilin axırlarında 3 dəfəyə o, Rahibə 35.000$ pul vermişdir. Bundan sonra Rahib 16 dekabr 2011-ci il tarixli Mehdiyeva Mahirənin adından ona baş etibarnamə gətirib vermişdir. Bu razılaşmadan az müddət keçməsinə baxmayaraq Rahib Qoçəlinin pulun qalan hissəsini də istədiyini bildirmişdir. Rahib Qoçəlinin arxasınca gileylənməyə başlayaraq, qızına cehiz olaraq aldığı adi bir servisə 4-5 min dollar pul xərclədiyini, Qoçəli qalan pulunu alıb işləmək üçün Rusiyaya getmək istədiyini demişdir. Rahib Qoçəlinin belə edəcəyini gözləmədiyini deyib ondan günlərlə üzr istəmiş və Qoçəlinin qalan pulunu verməyi xahiş eləmişdir. O, 2012-ci ilin əvvəl aylarında 3 dəfə də olmaqla qalan 65.000$ pulu Rahibə vermişdir. Bundan sonra pul olmadığına görə o, bir müddət sexlə maraqlanmamış və Rahibin Q.Qarayevdəki torpağı satıb ona pul verəcəyini gözləmişdir. Rahib isə demək olar ki, hər gün yaxın vaxtlarda torpaqların çıxarışlarını alacağını demişdir. O, Rahibə demişdir ki, sex üçün o qədər pul vermiş və işlətməmişdir, elədirsə onda banka müraciət edəcəkdir, bankdan pul götürüb sexi işə salacaqdır, Rahib isə Q.Qarayevdəki torpağı satdıqdan sonra həmin pulla bankı bağlayacaqdır. Rahib onun fikrini çox bəyəndiyini bildirmiş və o, AzTürk banka müraciət edib sexi onlara göstərmiş və evini girov qoyaraq 60.000 manat kredit götürmüşdür. Qoçəlinin hələ də Rusiyaya getmədiyini bildiyindən, sexi işlətmək üçün onunla görüşüb danışmaq lazım olduğunu Rahibə demişdir. Onlar 2012-ci ilin sentyabr ayının axırlarında üçü “Əl üstü” kafesində görüşmüşlər. O, Qoçəlidən sexi işlətmək üçün kömək eləməyini xahiş eləmiş, Qoçəli isə hər ay 1500 manat məvacibə işləyəcəyini bildirmişdir. O da, başlayıb işləməyi, əgər qazancları deyilən kimi olarsa, razı olduğunu bildirmişdir. Tol istehsal etmək üçün xammallar Xols, bitum, mel və salafan lazım olmuşdurr. O, “Xols” barədə Qoçəlidən soruşduqda, sonuncu, həmin xammalın ən yaxşısının Moskva vilayətində olduğunu bildirmişdir. O da, bu halda “Xolsu” oradan gətirəcəklərini demişdir. Qoçəli əgər “Xolsu” ordan gətirirlərsə, salafanı da oradan gətirməyin daha sərfəli olacağını demiş, xammalın dalınca Moskvaya Qoçəlinin getməsinə razılaşmışlar. Qoçəli zavodla danışdıqdan sonra “Xols” üçün pulu o, zavodun hesabına köçürməyi razılaşdırmışlar. Salafanı isə Qoçəli alıb Azərbaycana gələn avtobuslar vasitəsi ilə gətirməli olduğundan o, salafanın pulunu nəğd verməyi öhdəsinə götürmüşdür. Həmin gün o, Qoçəliyə 1000$ yol xərci 9000$ isə salafan üçün pul vermiş və səhəri yola düşməyi xahiş eləmişdir. Qoçəli gedib “Xolsu” danışmış və o, “Xolsun” pulunu zavodun hesabına köçürmüşdür. Rahib isə Ukraynaya getmişdir. Bütün bu işlərdən, həmçinin onun bankdan kredit götürməyindən Şahid15 da xəbəri olmuşdur. Şahid15 ona zəng edərək onunla görüşmüşdür. Bakıxanov qəsəbəsində yerləşən orta məktəbə 15000 manat qarşılığında direktor vəzifəsinə təyin olunacağı barədə Təhsil Nazirliyində danışıb razılığa gəldiyini bildirmişdir. Təcili lazım olduğuna görə, 20 günlük ondan 15000 manat borc pul istəmiş, o da, bankdan götürdüyü puldan 15000 manatı Şahid15 vermişdir. Şahid15 direktor təyin olunmamış və onun pulunu da qaytarmamışdır. Qoçəli qayıdıb gəlmiş və xammalları göndərdiyini bildirmişdir. 2012-ci il oktyabr ayının 11-i “Xols” adlanan xammal gəlib çıxmışdır. Gömrükdə rəsmiləşdirib Qoçəli ilə birlikdə maşını aparıb Sumqayıtda zavodun həyətində saxlamışlar. Qoçəlinin dediyinə görə, salafanı guya almış, lakin avtobusa yükləməyi Moskvada bir qohumuna həvalə etmişdir. Bu ərəfədə Qoçəli də banka 6800 manat borcu olduğunu, buna görə evi girovda olduğunu, sexdə fəhlə işləyən bacısı oğlu Cavidə isə 2700 manat borcu olduğunu bildirib, bu pulları ödəmək üçün ondan borc istəmiş, o da, Qoçəliyə 9300 manat borc pul vermişdir. Səhəri gün onlar yükü boşaltmaq üçün Sumqayıt şəhərinə getmişlər. Zavodun həyətində xammalı sexə boşaltmaq istəyərkən zavodun direktoru Eldar müəllim onlara yaxınlaşmış, Eldar müəllimlə o, bir-birini Rusiya Federasiyasından tanıdıqları üçün salamlaşıb görüşmüşlər. Ona məlum olmuşdur ki, zavodun direktoru Eldar müəllimdir. Eldar müəllimlə hal-əhvallaşdıqdan sonra onun oraya nə üçün gəldiyini soruşmuş, o da, bu xammalı gətirdiyini, bu sexi özünün işlədəcəyəni demişdir. Belə olan halda Eldar müəllim malı boşaltmağa imkan vermək istəməmiş, onların arasında narazılıq yaranmışdır. O, sexə görə 100.000$ pul ödəyib buranı aldığını bildirmişdir. Eldar müəllim gülümsəyərək sexin Qoçəliyə ümumiyyətlə aidiyyatı olmadığını, avadanlığa gələndə isə Qoçəlinin ona bir neçə ilin icarə haqqını borclu olduğunu söyləmişdir. Qoçəli borcunu ödəməyincə, onu sexə yaxın buraxmayacağını bildirmişdir. O, Eldar müəllimə bir daha 100.000$ pul verdiyini və zor-xoş bu sexi işlədəcəyini demiş, çox çətinliklə razılaşıb xammalı sexə boşaltmışdır. Qoçəli isə 100.000$ barəsində sanki birinci dəfə eşitmiş kimi olmuşdur. Söhbət zamanı Rahibin ona 100.000 deyil, 25.000$ verdiyini bildirmiş və onun danışıqlarından Qoçəli ilə Rahibin bacanaq olduğunu öyrənmişdir. Bütün bu narazılıqları gördükdə, o, Qoçəliyə işi başlamamış burda dayandırmağı, sex üçün verdiyi pulu qaytarmağı təklif etmiş, sexi özlərinin işlədə biləcəyini, xammalı isə özünün satacağını söyləmişdir. Qoçəli ona demişdir ki, sənlik bir şey yoxdur, sən işini gör, mən Rahiblə məsələni həll edəcəyəm. Bütün bunlara baxmayaraq, o, sexi işlətməyə başlamışdır. Rahibin Ukraynadan qayıtdığını eşidib, zəng edib onlara gəlmək istədiyini bildirmiş, səhəri gün evlərinə gedib onu aldatdıqlarına görə onlarla mübahisə etmişdir. Rahib və Şahid15 ondan onları biyabır etməməyi yalvararaq xahiş etmişlər. Bütün zərərləri torpaqların sənədi hazır olan kimi Q.Qarayevdəki torpağı sataraq ödəyəcəklərini, işləri yoluna qoyacaqlarını bildirərək onu yenə də sakitləşdirmişlər. Günlər keçdikcə o, Qoçəlidən salafanın gəlib çıxmadığı haqda soruşmuş, o isə, yaxın vaxtlarda gələcəyini demişdir. Az müddətdən sonra Rahib Leninqrad şəhərinə getməli olmuş, səhəri günü sexdə hazır olan tolun az olduğunu görmüşdür. Saydıqda 180 ədəd tolun oğurlandığını bilmiş, soruşduqda Qoçəli Rahibin tolu satdığını söyləmişdir. Rahib bir gün Qoçəligilin ona verdikləri etibarnaməni ləğv elətdirdiklərini demişdir. Zavodun həyətində Rahiblə Qoçəlinin növbəti mübahisələri başlamış, bu mübahisə işin getməyinə mane olmuşdur. O, Qoçəlidən ona verdikləri etibarnaməni niyə ləğv elətdirdiklərini soruşmuş, Qoçəli isə bildirmişdir ki, sexi onlardan alan Rahibdir, Rahib də onlara pulu az verib, ona görə də etibarnaməni ləğv etdirmişlər. O, məcbur qalıb Qoçəli ilə bazarlıq etmiş, belə razılığa gəlmişlər ki, əlavə 10.000$ Qoçəliyə pul versə, Qoçəli ona mülki deyil, təkcə avadanlığa aid etibarnamə verəcəkdir. Bundan sonra o, Qoçəliyə 10000$ pul vermiş, Qoçəli isə ona 04 dekabr 2012-ci il tarixli 50 il müddətə etibarnamə gətirib vermişdir. Qoçəlinin Moskvadan gəldiyi 2 aya az qalmış, ondan yenə salafan haqda soruşmuşdur. Qoçəli bu günə qədər yalan danışdığını, salafan almadığını, ona salafan üçün pul verdiyi günün axşamı Rahib və Şahid15 onların evinə gəlib, Qoçəlidən həmin pulun 5000$-nı istədiklərini bildirmişdir. Qoçəli onlara pul vermədikdə, Rahib yoldaşı ilə birlikdə Nüsrət bizim tanışımızdır, ona görə o pulun 5000$-nı bizə verməlisən dediklərini ona bildirmişdir. Yoldaşı Mahirənin də məsləhətindən sonra həmin pulun 3000$-nı onlara vermişdir. Buna görə də salafan ala bilməmişdir. O, Qoçəli ilə işləyə bilməyəcəyini düşünüb onu işdən kənarlaşdırmaq istəmiş, Qoçəli işdən getməyəcəyini və ona sonradan verdikləri etibarnaməni də ləğv etdirdiklərini bildirmişdir. O, Qoçəlidən avadanlığa görə verdiyi pulu tələb etsə də, sonuncu, həmin pulu Rahibə verdiyi üçün ondan tələb etməyini bildirmişdir. Bundan sonra Rahibgilin evində Qoçəlinin 52000 manat pulu 3 ay müddətə ona qaytaracağı barədə altı nəfər 22.12.2012-ci il tarixli qəbz imzalamışlar. Rahib də sexin alınması üçün Nüsrətdən alıb Qoçəliyə verdiyi 44500$ pulu 3 ay ərzində, Qoçəlidən alıb Nüsrətə qaytaracağına təminat verir, məsuliyyət daşıyır və cavabdehdir, məzmunlu qəbz yazmış, imzalamış və ona vermişdir. Amma nədənsə tarixini 23.12.2012-ci il göstərmişdir. Bundan sonra Qoçəli sexi özü tək işlətməyə başlamışdır. Səhərisi gün Rahibgil onu evlərinə çağırmışlar. Avadanlıqla bağlı nə edəcəkləri haqda məsləhətləşmək istəmişlər. O, demişdir ki, əslində Qoçəli ilə sex məsələsində onluq bir şey yoxdur. Onlar açıq-aşkar onun inancından istifadə edərək onu aldatmışlar, həm torpaqlarda, həm də sex məsələsində. Əgər bütün ondan aldıqları pulları 15-20 gün müddətə geri qaytarmasalar, onu aldatmaqları barədə yazıb prokurorluq orqanlarına şikayət edəcəkdir. Şahid15 həmişəki kimi ağlayaraq ona qardaşımsan demiş, torpaqla bağlı söz verdiyini, özünün kişi kimi qadın olduğunu deyərək, torpağın sənədinin hazır olmasını gözləməyi xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs təklifi ilə sonuncunun tanıdığı vəkillə görüşüb məsləhətləşdiklərini, sonra Rahibin sexə görə verdiyi pulu Qoçəlidən ala bilməyəcəyini, avadanlığı da götürə bilməsələr, ikitərəfli ziyan edəcəklərini söylədiyini bildirmiş, buna görə də avadanlığı alqı-satqı yolu ilə onun adına keçirmək istədiyini təklif etmişdir. O, Qoçəlinin avadanlığa görə aldığı pulu Rahibə də geri qaytarmaq istəmədiyini bildiyinə görə Rahiblə razılaşmış, «Xalqlar Dostluğu» metrosunun yanındakı notariusa gedib Rahiblə avadanlığa dair alqısatqı müqaviləsi imzalamışlar. Müqavilədə avadanlığın qiyməti 35.000 manat göstərilmişdir. Bundan bir qədər sonra Rahibə verdiyi pullara görə əlində heç bir sübut olmadığını, Rahibin və Şahid15 dəfələrlə verdikləri vədləri yerinə yetirməyərək onu aldatdıqlarını düşünüb, Rahibdən torpaqlar adı ilə ondan aldığı 162.000$-ı təcili qaytarmalarını tələb etmiş, əks halda onlardan şikayət edəcəyini bildirmişdir. Rahib onu inandıraraq 19 yanvar 2013-cü il tarixli qəbzi yazıb imzalayaraq ona vermiş, həmin qəbzdə Rahib ondan ümumi aldığı 262000$ pulu guya borc alıbmış kimi qeyd eləmişdir. 2013-cü ilin aprel ayının axırına kimi gözləmiş, Qoçəli pulu qaytarmadığına görə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Rahibin onu aldatdığını bildiyinə görə, 2013-cü ilin iyunun 22-si günü gündəlik söhbətlərinin bir qismini telefonunda olan diktafon vasitəsi ilə qeydə almış, həmin səs yazısnın diskini və stenoqrammasını poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Həmin diskdə Rahibin illər ərzində onu aldadaraq aldığı pulların həqiqətən də torpaqların rəsmiləşdirilməsi adı ilə aldığını, həmin vaxtı da eyni niyyətlə təkrar olaraq onu aldatmaq istədiyi təsdiqini tapır. Bundan sonra o, Rahibin torpaqlar üçün çıxarış alacağını gözləmiş, Qoçəli pulu qaytarmadığndan 2014-cü ilin ortalarında Qoçəli və onun həyat yoldaşı haqqında Nizami rayon Məhkəməsinə şikayət etmişdir. Əlində olan qəbzlə və Rahibin şahidliyi ilə 30.000 manat və avadanlığın qaytarılması haqqında məhkəmə qərarı əldə etmişdir. 2015-ci ilin əvvəlində Rahib Tofiq adlı bir nəfərin Keşlədəki Şahid15 adına olan torpaq sahəsində qeyri-qanuni tikinti işləri apardığını, bununla bağlı məhkəməyə şikayət etdiklərini söyləmişdir. Q.Qarayevdəki torpağa aid sənədlərin də Rahibdən alındığını öyrənmişdir. Bundan sonra Rahibgilə narazılığı daha da artmış və Rahibgildən pulunu tələb etməyə başlamışdır. 2016-cı ilin əvvəllərində Rahib onunla görüşərək, Qoçəli ilə birlikdə guya hansısa imkanlı bir adamın pul qoyacağını və üçünün birlikdə avadanlığı şərikli işlədib qazanc əldə edəcəkləri barədə razılaşdıqlarını söyləmişdir. Avadanlıq rəsmən onun adında olduğuna görə, avadanlıq üçün ona etibarnamə verməyini istəmiş və əldə etdikləri qazancdan ona da verəcəklərini bildirmişdir. O, Rahibə avadanlığın Qoçəlidə olduğunu, onun etibarnaməsinə nə ehtiyac olduğunu soruşduqda, Rahib rəsmi işləmək istədiklərini bildirmişdir. O da, həmin gün notariusda Rahibə avadanlıqla bağlı “səlahiyyətlərin başqa şəxsə verilməsi” istisna olmaqla, qalan bütün əməliyyatları onun adından edə biləcəyi barədə etibarnamə vermişdir. 2016-cı ilin yanvar ayının axırlarında Rahibgilə gəlmiş, pulu tez bir zamanda qaytarmayacaqları təqdirdə, şikayət edəcəyini bildirmişdir. Şahid15 ondan alınan pulları şəxsən özünün qaytaracağına, Rahibin əlinə pul dəyməyəcəyinə and içmiş, israrlı təkidləri ilə ondan şəxsiyyət vəsiqəsini götürüb, 30 yanvar 2016-cı il tarixli 50 illik müddətə bütün əmlakı üzrə ona etibarnamə yazdırıb vermişlər. Ondan yenə də məhkəmə proseslərinin bitməsini gözləməyi xahiş eləmişlər, o da, əlacsız olaraq gözləmişdir. 2016-cı ilin aprel ayının əvvəllərində o, Rahiblə “fəhlə prospektində” yerləşən ASAN xidmətə getmiş, əl ilə yazdığı mətni notariusda göstərib belə bir iltizamı təsdiqlətmək istədiklərini bildirmişlər. Notariusda işləyən kişi pulun onların iştirakı ilə alınıb verilmədiyinə görə, belə bir iltizamı təsdiq edə bilməyəcəklərini demiş, Rahibin təklifi ilə “Azadlıq” metrosunun yaxınlığında yerləşən notariusa getmişlər. Rahib notariusun otağına girib çıxdıqdan sonra bu notariusun da eyni sözləri dediyini bildirmişdir. Belə olan halda Rahib ona iltizamı kompyuterdə hazırladacağını, bunu öz aralarında imzalamağı təklif etmiş, sadəcə 262000$-ı yuvarlaq olaraq 260.000$ göstərməyi xahiş eləmişdir. Bundan sonra o, 09 aprel 2016-cı il tarixdə həmin iltizamı hazırladıb Rahibə zəng etmiş və Rahibin maşınında görüşmüşlər. Şahid15 da maşında arxa oturacaqda olmuş, o, iltizamı hazırladığını deyib Rahibə vermişdir. Rahib iltizamı oxuduqdan sonra imzalayıb ona qaytarmış, hər ikisi ondan gözləməyi xahiş etmişlər Təxminən ay yarım sonra Rahib məhkəmə proseslərinə və torpağın çıxarışının alınması üçün ondan pul istəmişdir. O, Rahibə pulu olmadığını, olsa belə, ona pul verməyəcəyini bildirmişdir. Səhəri gün Şahid15 ona zəng edib görüşmək istədiyini bildirmiş və onlar “Keşlə” bazarının yanında “Kiyev” restoranında görüşmüşlər. Bu dəfə Şahid15 məhkəmə prosesləri və torpağın çıxarışının alınması üçün ondan pul istəmiş, bütün məsələlərin 15-20 günə bitəcəyini bildirmişdir. O, pulunun olmadığını demiş, Şahid15 məhkəmə prosesləri bitən kimi, istər torpağı, istərsə də Mirqasımov 13 ünvanındakı obyekti satıb pulunu ona verəcəklərini demişdir. Şahid15 ondan xahiş edərək, xərclərinin çox olduğunu bildirib, kimdənsə də olsa, pul tapıb verməyi, bu işləri yekunlaşdırmağı xahiş etmişdir. Bundan sonra o, pulunu qaytaracaqlarına daha da inanaraq, təxminən 10 gün müddətdə bir neçə dəfə olmaqla Şahid15 15000 manat və 16.000$ pul düzəldib vermişdir. (daha doğrusu 2000$ öncədən aldığı pul ilə birlikdə). Bu pulların 10000 manatını və 11000$-nı şəxsən Şahid15 özü almış, 5000 manatını oğlu Turalın vasitəsi ilə, 5000$-nı isə Rahibin vasitəsi ilə almışdır. Şahid15 bu dəfə onu çox iyrənc variantda aldadaraq pulunu almış, qaytarmamaqla onun durumunu daha da pisləşdirmişdir (bunu 00002.8-ci faylın 09:00-22:00 intervalında səs yazılarında olan danışıqlar tam təsdiq edir. Lakin bu danışıqlar tam saxtalaşdırılmışdır). Rahiblə görüşlərin birində Şahid15 ondan aldığı pul haqqında əlində heç bir sübutu olmadığını demiş, Rahib də 29.08.2016-cı il tarixli qəbzi yazıb ona vermişdir. Təxminən 2017-ci ilin may iyun aylarına qədər onlarla dava-dalaşla gününü keçirərək gözləmiş, sonra Rövşən adlı bir vəkillə müqavilə bağlamışdır. Müqaviləni Rahibə göstərib onlar barəsində prokurorluğa şikayət edəcəyini bildirdikdə, Rahib iki dəfə, hər birində 5000 manat olmaqla ona pul qaytarmış və yaxın günlərdə pulunun hamısını qaytaracaqlarını demişdir. Daha sonra Rahibgilin evində Şahid15 ona 5000 manat pul qaytarmış və yaxın günlərdə Mirqasımov 13-də yerləşən obyektin pulundan alacaqlarını və ona verəcəklərini bildirmişlər. 2017-ci ilin iyul ayının axır günləri Rahibgilin evində onlarla növbəti səsküylü narazılıq olmuş və bir neçə günə prokurorluğa ərizə verəcəyini bildirmişdir. Rahib və Şahid15 Mirqasımov 13-də yerləşən obyektin də həmin pulun əvəzi olaraq onun adına keçirilməsi ilə bağlı müqavilə bağlayacaqlarını bildirmiş və 30.07.2017-ci il tarixdə qarşılıqlı müqavilə, ərizə hazırlayıb imzalayaraq Rahibin vasitəsi ilə ona verib şikayət etməməyi xahiş etmişlər. Rahib və onun həyat yoldaşı Şahid15 uzun müddətdə onu aldatdıqlarını, vədlərini yerinə yetirmədiklərini düşünərək, onlarla ikilikdə, üçlükdə baş vermiş işlərlə bağlı olan danışıqları telefonun diktafonu vasitəsi ilə qeydə almağa başlamış və 15-16 dəfə olmaqla söhbətləri qeydə almışdır. Keşlədəki torpaqla bağlı məhkəmə Şahid15 xeyrinə qərar qəbul etmiş və 12 sot torpağın 5 sotuna Rahibgil çıxarış da almışlar. Bu çıxarışın kserosurətini Rahib ona vermiş, Rahibgil həmin torpağa qeyri-qanuni sahiblənmiş adamla 120000 manata həmin 5 sot torpağı satmaqları barədə Şahid15 adına müqavilə bağladıqlarını, yaxın günlərdə guya həmin pulu alıb ona verəcəklərini bildirmişlər. Lakin bütün danışıqlara, razılaşmalara baxmayaraq bir gün öyrənmişdir ki, Şahid15 ondan gizlədərək torpağın pulunun böyük bir hissəsini almış, amma ona hələ də pulu ala bilmədiklərini, gah 20000 manat aldıqlarını, gah 50000 manat aldıqlarını və onun da çox hissəsini borclu olduqları üçün bankın əllərindən aldığını çox çətinliklə bildirmişlər. Bundan sonra o, şikayət etməyə qəti qərar vermiş, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid15 ilə birlikdə dələduzluq yolu ilə aldadaraq ona külli miqdarda ziyan vurduqları barədə Bakı şəhəri Xətai rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsinin mətnini həm yazılı, həm də elektoron variantda məhkəməyə təqdim etmişdir. Bununla belə, Zərərçəkmiş şəxs1 məhkəmə baxışının sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı iddia tələbi və şikayəti qalmadığını bildirərək, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini, həmçinin məhkəmədə qaldırdığı mülki iddiadan imtina etməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi sərbəst ifadəsini hadisə yerlərində təsdiq edib, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən hasarlanmış və içərisində tikili olan yeri, həmçinin metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Nizami rayon Polis idarəsinin qarşısında olan Ş.Mirzəyev və T.Abbasov küçələrinin kəsişməsindəki yerləri göstərib, Təqsirləndirilən şəxs həmin yerləri ona göstərərək satmaq və sənədləşdirmək adı ilə pulunu aldığını bildirmişdir (cild 8, iş vərəqi 225-228). Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 2008-ci ildə Təqsirləndirilən şəxs ilə Qafar adlı tanışının vasitəsilə tanış olmuşdur. Nüsrət ona danışmışdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri «Şəfa» stadionunun yanında 0,12 ha ölçüdə, metronun «Qara Qarayev» stansiyasının yanında 0,15 ha ölçüdə torpaq sahəsi var. Bələdiyyə qərarlarına əsasən, Keşlə qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Rahibin arvadı Şahid15, metronun «Qara Qarayev» stansiyasının yaxınlığına yerləşən 0,15 ha torpaq sahəsi Rahibin bacanağının gəlinin adınadır. Nüsrət danışmışdır ki, Rahiblə razılaşıblar ki, Rahibin həyat yoldaşı Şahid15 adına torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra torpağı bazar qiymətindən ucuz qiymətə, yəni bir sotunu 15000 manata Nüsrətə satacaq və sənədləşdirməyə çəkəcəyi xərci də alqı-satqı zamanı əvəzləyəcəkdir. 2008-ci ildə dəqiq yadında qalmayan tarixdə Nüsrət evilərindən 22.000 (iyirmi iki min) ABŞ dolları pul götürüb Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üçün Rahibə verdiyini demişdir. Bundan sonra xatırladığına görə 2009-cu ildə Rahib Nüsrətdən torpaq sahəsi üçün pul istəyəndə Nüsrətin nağd pulu olmadığı üçün Nüsrət öz adına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən yeni tikilmiş binada olan 123 kvadrat metrlik üç otaqlı təmirli evi 125000 ABŞ dollarına satmışdır. Nüsrətin deməsinə görə, evin satışını da Rahib özü təşkil etmiş, ev üçün müştərini də Rahib tapmışdır. Ev satılandan sonra evin satışından əldə etdiyi puldan Nüsrət 50.000 ABŞ dolları Rahibə vermişdir. Həmçinin, 2009-cu ildə Nüsrət Rahibin istəyi ilə torpaq sahəsinin sənədləşdirilməsi üçün evlərindən 23000 ABŞ dollar pul götürüb Rahibə vermişdir. Eləcə də, həmin ərəfələrdə Nüsrət torpaq sahəsi üçün Rahibə 17000 ABŞ dolları pul vermişdir. Xatırladığına görə, 2010-cu ildə Rahib Nüsrətdən torpaq sahəsi üçün pul istəyəndə Nüsrət ünvan 3 ünvanında yerləşən iki otaqlı təmirsiz mənzili satıb, 40000 ABŞ dollar pul Rahibə vermişdir. Rahib Nüsrətə torpaq sahəsini satıb pulunu və qazancını götürəndən sonra istəsə Keşlə qəsəbəsində yerləşən torpaq sahəsində avtoservis və ya anbar tikib işlədərək qazanc əldə etmələrini demişdir. Bundan sonra, Nüsrət 2010-cu ildə Keşlə qəsəbəsinin yanında olan 0,12 ha torpaq sahəsinin, həm də metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün əlavə olaraq 10.000 ABŞ dolları pul vermişdir. Bununla da, Nüsrət Rahibə torpaq sahələri üçün 162.000 ABŞ dolları vermşdir. Həmçinin, tol istehsal edən avadanlıq satışı üçün Rahib Nüsrətdən 100000 ABŞ dollar pul almışdır. O, Nüsrət tərəfindən Rahibə verilən pulların birbaşa şahidi olmasa da, Nüsrət bunlar barəsində ona danışmış, pullar Rahibə veriləndə evdən aparılanda bunu bilmişdir. Rahib dəfələrlə Nüsrəti aldadaraq ya pulu qaytaracağını, ya torpaq sahələrini Nüsrətin adına keçirəcəyini bildirsə də, bunu etməmişdir. O, Nüsrətin göstərməsi ilə metronun «Qara Qarayev» stansiyasının və Keşlə qəsəbəsində yerləşən torpaq sahələrini görmüşdür. Nəhayət, 2017-ci ilin qış aylarında dəqiq xatırlamadığı tarixdə Nüsrət növbəti dəfə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı binanın həyətində Təqsirləndirilən şəxsla görüşmək üçün evdən çıxmışdır. Nüsrətin Rahiblə görüşməsinin səbəbi Rahibin Nüsrətdən həyat yoldaşı Şahid15 adına olan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış alıb həmin torpaq sahəsini Nüsrətə satmaq üçün aldığı pulun qaytarılması ilə bağlı olmuşdur. O, Nüsrətlə Rahibin danışığının uzun çəkməsini, həm də Rahibin Nüsrəti aldadıb pulunu alması nəticəsində maddi vəziyyətlərinin pis olması səbəbindən Rahibdən Nüsrətdən aldığı pulu nə vaxt qaytaracağı ilə bağlı soruşmaq üçün yaşadıqları binanın həyətinə düşəndə Rahibin Nüsrət ilə söhbət etdiklərini görmüş, Rahibə onun Nüsrətdən aldığı pulları qaytarmadığı üçün vəziyyətlərinin pis olduğunu, övladlarının təhsil xərclərini ödəyə bilmədiklərini deyib Nüsrətdən aldığı pulları qaytarmasını xahiş etmişdir. Rahib də sabaha pulları gətirib verəcəyini bildirmişdir. Lakin həmin danışıqdan iki il müddət keçməsinə baxmayaraq, Rahib Nüsrətdən aldığı ona Bakı şəhəri, metronun «Qara Qarayev» stansiyasının yaxınılığında yerləşən 15 sot, Bakı şəhəri, Keşlə qəsəbəsi, «Şəfa» stadionunun yaxınlığında yerləşən 12 sot torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq və həmin torpaq sahələrini Nüsrətə satmaq adı ilə aldığı 162000 ABŞ dollar pulunu, həmçinin tol istehsal edən avadanlıq satmaq adı ilə Nüsrətdən aldığı 100000 ABŞ dollar pulu geri qaytarmamışdır (cild 8, iş vərəqi 56-58). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 xeyli müddətdir tanıyır. Təxminən 2011-ci ilin axırları-2012-ci ilin əvvələrində Nüsrətdən nə işlə məşğul olmasını soruşanda, sonuncu, Rahib adlı şəxslə tanış olduğunu, onun torpaq sahələrinə malik olduğunu, həmin torpaq sahələrinin özəlləşdirilməsi ilə məşğul olduğunu, özəlləşdirmə üçün də Rahibə pul verdiyini danışmışdır. Bir müddət sonra yenə Nüsrətlə olarkən, Nüsrət Rahiblə birgə özəlləşdirdikləri torpaq sahələrinə baxmağa gedəcəklərini deyib, onlarla getməyi təklif etmiş, o da, razılamışdır. Nüsrətlə birlikdə Rahib 8-ci kilometr deyilən yerdən onu götürmüş, ilk dəfə orada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Maşında Rahib 8-ci kilometr bazarının arxasında doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşən obyekti, həmçinin yolun kənarında torpaq sahəsini göstərib, hər ikisinin özünə məxsus olduğunu demişdir. Metronun «Qara Qarayev» stansiyasına yanında üçü də avtomaşından düşmüş, orada Rahib boş torpaq sahəsini göstərib həmin 15 sot ərazisi olan torpaq sahəsini özəlləşdirdiklərini demişdir. Nüsrət də Rahibin iştirakı ilə ona həmin yerə pul qoyduğunu və özəlləşdirdiyini demişdir. Həmin vaxt Rahib Nüsrətə yaxın bir-iki ay ərzində həmin torpaq sahəsinin çıxarışını alacağını, artıq sənədləşmənin son mərhələdə olduğunu bildirmişdir. Bundan sonra, maşında şəhərə tərəf gələrkən «Şəfa» stadionunu keçəndən sonra Nüsrət əli ilə bir istiqaməti göstərib, yolun kənarında bir qədər içəridə Rahibin 12 sot torpağı olduğunu, yanından dəmir yolu xətti keçdiyini, həmin torpaq sahəsinin də özəlləşdirilməsi ilə məşğul olduqlarını demişdir. Rahib də Nüsrətin dediklərini təkrar edərək, bu torpaq sahəsinin də sənədləşdirilməsini qısa müddətə tamamlayıb çıxarışını alacağını bildirmişdir. O, Bakı şəhərinə gələndə Nüsrətdən torpaq sahələrinin özəlləşdirilməsi barədə soruşanda, Nüsrət torpaq sahələrinin özəlləşdirilməsi üçün külli miqdarda pul verdiyini, hər dəfə Rahibin qısa müddətə tamamlayıb çıxarış alacağına söz verdiyini danışmışdır. Rusiyadan Bakı şəhərinə növbəti gəlişində görüş zamanı Nüsrət Sumqayıt şəhərində Rahibin məsləhəti ilə yer icarəyə götürüb tol istehsal etdiklərini, Rahibin məsləhəti ilə onun bacanağına məxsus tol istehsal edən avadanlığı Rahibdən 100.000 ABŞ dollarına aldığını danışmış və həmin sexə baxmağı təklif etmişdir. Bundan sonra o, Nüsrətlə birlikdə Sumqayıt şəhərinə gəlib, orada Rahib və onun bacanağı Əli ilə görüşmüş, bu zaman Əli ilə Rahib arasında pul üstündə mübahisə yaranmışdır. Mübahisənin səbəbi Nüsrətin Rahibə verdiyi 100.000 ABŞ dollar pulun, Əlinin dediyinə görə, ona çatmaması olmuşdur. Nüsrət isə pulu Rahibə verdiyini demişdir. Həmin vaxt o, Nüsrətlə sexə baxdıqdan sonra qayıtmışlar. Bir neçə gündən sonra o, Rusiyaya getmişdir. Təxminən 2014 və ya 2015-ci illərdə o, Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı binanın həyətində olarkən həmin binada yaşayan Nüsrətin binanın həyətində Rahiblə yüksək səslə danşdığını görüb onlara yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Nüsrət neçə ildir Rahibin onun 270.000 ABŞ dollarına yaxın pulunu aldığını, nə pulu, nə də ki, torpaqları özəlləşdirib çıxarışı vermədiyini demişdir. 270.000 ABŞ dollar pulun 100.000 ABŞ dollarını Nüsrət Rahibə tol istehsal edən avdanlıq üçün vermiş, qalan pulu isə torpaq sahələrinin özəlləşdirilməsi üçün verdiyini demişdir. Nüsrətin deməsinə görə o, öz evlərini satıb pullarını Rahibə vermişdir. Rahib də Nüsrətə narahat olmamasını, onun pulunu qaytaracağını, ya da ki, torpaqlara çıxarış alıb ona verəcəyini bildirmişdir. Bundan əlavə, bir neçə dəfə də ayrı-ayrı vaxtlarda yaşadıqları binanın həyətində Nüsrətlə Rahibin pula görə mübahisə etdiklərinin şahidi olmuşdur. Nüsrətin bildirdiyinə görə Rahib ondan «Şəfa» stadionunun yaxınlığında yerləşən 12 sot, metronun «Qara Qarayev» stansiyasının yanında yerləşən 15 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün aldığı pulları qaytarmamış, nə də ki, torpaq sahələrini onun mülkiyyətinə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tələbəlik illərindən, Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid15 isə Nüsrətin vasitəsilə tanımışdır. Təxminən 8-9 il qabaq bir gün söhbət əsnasında Nüsrət Rahibin iki yerdə metronun «Qara Qarayev» stansiyasının yaxınlığında 15 sot və «Şəfa» stadionunun yaxınlığında 12 sot torpaq sahəsi olduğunu, Rahibin həmin torpaq sahələrini özəlləşdirib mülkiyyət hüququnu təsdiq edən çıxarışlar alıb torpaq sahələrini ona satacağına söz verdiyini, bunun üçün özünə məxsus iki mənzili satıb Rahibə 162.000 ABŞ dolları, həmçinin tol istehsal edən avadanlıq almaq almaq üçün Rahibə daha 100.000 ABŞ dollar pul verdiyini danışmışdır. Sonradan Nüsrət torpaq sahələrini ona da göstərmişdir. Təxminən 2016-ci ilin may ayında Nüsrət ondan Rahibə vermək üçün 5000 ABŞ dollar pul istəmiş, o da, həmin pulu 33-cü polis bölməsinin yaxınlığında Nüsrətə vermiş, həmin vaxt Nüsrət Rahiblə gəlmişidr. Nüsrət onun iştirakı ilə bir neçə dəfə Rahiblə görüşəndə, sonuncu, Nüsrətdən qeyd edilən torpaq sahələrinin sənədləşdirilməsi, çıxarışları aldıqdan sonra Nüsrətin adına keçirəcəyi ilə bağlı pul aldığını etiraf etmiş, torpaq sahələrinin çıxarışını verə bilmədikdə, Nüsrətin pulunu qaytaracağını demişdir. Nüsrət və Rahib torpaq sahələrini ya baha qiymətə satacaqlarını, ya da həmin torpaq sahələrində tikinti işləri aparacaqlarını demişlər. Lakin Nüsrətin bildirdiyinə görə, Rahib torpaq sahələrinin özəlləşdirilməsi adı ilə aldığı pulları ona qaytarmamış, nə də ki, torpaq sahələrini onun mülkiyyətinə verməmişdir. Məhkəmə iclasında şahid qsmində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin qarşısında, yəni Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 1500 kvadrat metr torpaq sahəsi onun həyat yoldaşı X11 məxsusdur. Həmin torpaq sahəsinin 752.35 kv.m. hissəsinə 17 oktyabr 2014-cü ildə X9 adına torpaq sahəsinin plan və ölçüsü verilmiş, qalan 748 kv.m. hissəsinin üzərindən isə yüksək gərginlikli elektrik xətti keçdiyi üçün kadastr planı və ölçü verilməmişdir. Həyat yoldaşı Aytən İbrahimova 05 fevral 2011-ci il tarixdə ona 30 il müddətinə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlakını idarə etməyinə dair” etibarnamə vermişdir. Şahid6 ifadəsinə görə, o, Təqsirləndirilən şəxs tanıyır, Rahib onun xalası Şahid15 həyat yoldaşıdır. Lakin nə özü, nə də ki, həyat yoldaşı Aytən İbrahimova yuxarıda göstərilən həmin torpaq sahəsini Təqsirləndirilən şəxs satmamışlar, torpaq sahəsinin satılması ilə bağlı Rahibə heç bir söz deməmişlər. Həmçinin o, Zərərçəkmiş şəxs1 tanımır. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən 2003-2005-ci illərdən tanımış, Təqsirləndirilən şəxs isə Nüsrətə görə təxminən 2011-ci ildən sonra tanımışdır. Belə ki, o, Nüsrətlə görüşəndə Təqsirləndirilən şəxs onun yanında olmuşdur. Sonrakı görüşlərdə dəqiq yadında qalmayan tarixdə təxminən 2012-ci ildə Zərərçəkmiş şəxs1 birlikdə Sumqayıt şəhərinə getməyi təklif edərək, orada tol istehsal edən həmin yeri işlətmək istədiyini dedikdə o, razılaşmışdır. Bundan sonra, Nüsrət Rahiblə birlikdə onu yaşadığı evdən maşınla götürmüş, Nüsrətin maşını ilə Sumqayıt şəhərinə gedib, tol istehsal edən sexə baxmışlar. X69 arasındakı danışıqlardan ona məlum olmuşdur ki, Nüsrət Rahibə tol istehsal edən avadanlıq üçün 100.000 ABŞ dolları pul vermişdir. O da, sexə baxıb Nüsrətə həmin avadanlığın gücündən, istehsal gücündən və qazancla bağlı öz fikirlərini demişdir. Bir müddət sonra Nüsrətin təklifi ilə Keşlə qəsəbəsində «Şəfa» stadionunun yaxınlığında yerləşən torpaq sahəsinə baxmağa getmişlər. Yolda Nüsrət həmin 12 sot torpaq sahəsini Rahibdən satın aldığını, pulunu verdiyini, Rahibin torpağı sənədləşdirib onun adına keçirəcəyini, ancaq indi həmin torpağın bir hissəsini başqa adamın zəbt edib tikinti apardığını, halhazırda da Rahibin həmin adamlarla mübahisəsi getdiyini danışmışdır. Keşlə qəsəbəsində «Şəfa» stadionunun yaxınlığında yerləşən həmin torpaq sahəsinə baxanda torpaq sahəsinin girişinə darvaza qoyulduğunu və qapının bağlı olduğunu görüb, torpaq sahəsinə daxil ola bilmədiklərindən kənardan baxmışlar. Bir müddət sonra Nüsrət Rahibdən torpağın sənədləşdirilməsi üçün verdiyi pulu geri istədiyinə görə Rahib torpaq sahəsində tikinti aparan şəxslə bir-iki günə razılaşacaqlarını və onun pulunu geri qaytaracağını deyib Nüsrəti inandırmaq üçün həmin torpaq sahəsinə aparmış, o da, Nüsrətlə birlikdə olmuşdur. Həmçinin, Nüsrət metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən torpaq sahəsini də ona göstərib həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün pul verdiyini demişdir. Rahiblə Nüsrətin danışıqlarından başa düşmüşdür ki, Nüsrət Rahibə hər iki torpaq sahəsinin sənədləşdirilib mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün Nüsrətə satması üçün 162000 ABŞ dolları vermişdir. Rahib bütün danışıqlarda hər dəfə Nüsrətə ya torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən çıxarışını verəcəyinə, ya da pulunu qaytaracağına söz vermişdir. Dəqiq yadında qalmayan tarixdə, təxminən 2014-2015-ci illərdə Rahib, Nüsrət və ona Bakı şəhəri Nəsimi rayonu Mirqasımov küçəsində «Ağçiçəyim» gül mağazasının yanında yerləşən iki mərtəbəli qeyri-yaşayış binasını, yəni «obyekti» göstərib həmin obyektin bir hissəsinin özünə məxsus olduğunu, həmin yeri də özəlləşdirməklə məşğul olduğunu, eləcə də yaxınlıqda tikilən hündür mərtəbəli binanı göstərib sənədlərin Əmlak Komitəsində olduğunu, obyekti özəlləşdirib qurtarandan sonra həmin binanın sahibinə satacağını, bu barədə danışıqlar apardığını, ya torpaq sahəsini Nüsrətin adına keçircəyini, ya da torpaq sahələrinin sənədləşdirilməsi üçün ondan aldığı 162000 ABŞ dolları qaytaracağını, əlində olan işlərin hansı birindən pul alan kimi Nüsrətin pulunu verəcəyini demişdir. X70 nə pulunu, nə də ki, ona vəd etdiyi torpaq sahələrini Nüsrətin adına keçirməmiş, bu cür yolla Nüsrəti aldatmaqda davam etmişdir (cild 3, iş vərəqi 17-18). Məhkəmə iclasında vəfat etmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, təxminən 2003-2004-cü illərdə tanışı, mərhum Nəriman Gülüşov ona zəng vurub, qardaşı Zərərçəkmiş şəxs1 Bakı şəhərinə yeni köçdüyündən şəhəri yaxış tanımadığını deyib, onunla tanış olmasını tapşırmış, bundan sonra Zərərçəkmiş şəxs1la münasibəti yaranmışdır. Təxminən 2008-ci ildə o, dişinin müalicəsi üçün Zərərçəkmiş şəxs1la Bakı şəhəri, 8-ci kilometrdə yerləşən diş klinikasına gedərkən klinikaya yaxınlaşanda təsadüfən tələbə yoldaşı, 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında X8 birlikdə təhsil adlığı Təqsirləndirilən şəxs ilə rastlaşmış, diş həkimi onu gözlədiyindən diş klinikasına getmiş, Rahiblə Nüsrət birlikdə qalmış, diş həkimindən çıxanda Nüsrətin küçədə təkcə onu gözlədiyini, Rahibin orada olmadığını görmüş, Nüsrətin maşınına minib oradan uzaqlaşmışlar. Bir müddət sonra Nüsrətlə əlaqə saxlamaq istəsə də, Nüsrət telefonuna cavab verməmişdir. Bundan başqa Şahid5 həmin ifadəsinə görə, görüş zamanı Rahibin əlində üç ayrı-ayrı torpaq sahələrinə aid bələdiyyə sənədlərini göstərib-göstərməməsini və «üç dənə torpağım var, həmin torpaqları sənədləşdirməklə məşğulam» kimi ifadə işlətməsini xatırlamamış, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində «Şəfa» stadionunun yaxınlığında yerləşən 12 sot torpaq sahəsinə, Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən 15 sot torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış almaq adı ilə Zərərçəkmiş şəxs1 162000 ABŞ dollar pulunu ələ keçirməsi barədə məlumatı olmamışdır (cild 3, iş vərəqi 8-9). İş materiallarına əlavə edilmiş könüllü təqdim edilmiş sənədlərin götürülməsi və baxış keçirilməsi barədə 13 yanvar 2020-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adından yazılmış və imzalanmış 19 yanvar 2013-cü il tarixli əlyazmanı, onunla Təqsirləndirilən şəxs arasında bağlanmış azərbaycan dilində latın qrafikası ilə çap hərfləri ilə yazılmış 30 may 2015-ci il tarixli kredit müqaviləsini, Təqsirləndirilən şəxs adından imzalanmış 09 aprel 2016-cı il tarixli kompüterdə azərbaycan dilində çap hərfləri ilə yazılmış iltizamı, Təqsirləndirilən şəxs adından yazılmış və imzalanmış 29 avqust 2016-cı il tarixli əlyazmanı, X17 nümayəndəsi olaraq Şahid15 adından yazılmış və imzalanmış 30 iyun 2017-ci il tarixli əlyazma ilə yazılmış ərizəni, Təqsirləndirilən şəxs adından yazılmış və imzalanmış 30 iyul 2017-ci il tarixli əlyazmanı, onunla X17 nümayəndəsi olaraq Şahid15 adından əlyazma şəklində yazılmış, onların adından imzalanmış 30 iyul 2017-ci il tarixli «qarşılıqlı razılaşma müqaviləsi»ni təqdim edərək onların əslləri olduğunu, Təqsirləndirilən şəxs 19 yanvar 2013-cü il tarixli əlyazmanı, 30 may 2015ci il tarixli kredit müqaviləsini, 09 aprel 2016-cı il tarixli iltizamı və 29 avqust 2016-cı il tarixli əlyazmanı onun iştirakı ilə imzaladığını, digər sənədləri isə imzalanmış vəziyyətdə ona verdiyini qeyd etmişdir (cild 9, iş vərəqi 158-159). Təqsirləndirilən şəxs adından yazılmış və imzalanmış 19 yanvar 2013-cü il tarixli əlyazmanın əslindən görünür ki, o, Zərərçəkmiş şəxs1 262.000 (iki yüz altmış iki min) ABŞ dolları məbləğində borc almış, aldığı borcu hissə-hissə 2013-cü ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür (cild 10, iş vərəqi 157). Bakı şəhəri, 16 saylı notariat kontorunda tərtib və təsdiq edilmiş 30 yanvar 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Şahid15 bütün əmlakına sərəncam vermək hüququnu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilmə hüququ ilə birlikdə 50 il müddətinə Zərərçəkmiş şəxs1 həvalə etmişdir. Bakı şəhər 16 saylı notariat kontorunda təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli ərizənin surətindən görünür ki, Şahid15 ərizə ilə notariat kontoruna müraciət edərək 30 yanvar 2016-cı il tarixdə bütün əmlakına sərəncam vermək hüququna dair Zərərçəkmiş şəxs1 verdiyi etibarnaməni ləğv etdirmişdir (cild 10, iş vərəqi 43-44). Təqsirləndirilən şəxs adından imzalanmış 09 aprel 2016-cı il tarixli iltizamın əslindən görünür ki, o, müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 gələcəkdə qazanc əldə etmək, yəni torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması (rəsmiləşdirilməsi) və daha sonra həmin torpaq sahələrinin yüksək qiymətə satılaraq, satışdan hasil edilmiş pul vəsaitlərinin bərabər şəkildə bölüşdürülməsi məqsədilə cəmi 260 000 (iki yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaitini qəbul etmiş, sonradan torpaq sahələrinə dair sənədləşdirmə yubanmış, Zərərçəkmiş şəxs1 pulu geri istədikdə qaytara bilməmiş, pul vəsaitini son tarix kimi 30 aprel 2016cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür (cild 10, iş vərəqi 156). X17 nümayəndəsi olaraq Şahid15 adından yazılmış və imzalanmış 30 iyun 2017-ci il tarixli ərizənin əslinə görə, ərizədə yazılmışdır ki, «Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.05.2015-ci il tarixli 2-1(102)-647/15 saylı qərar əsasında və 2 inz (81) 3988/2014 1 saylı İİ Məhkəməsinin icra vərəqəsi əsasında ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsinə etiraz etmir» (cild 10, iş vərəqi 159). Təqsirləndirilən şəxs adından yazılmış və imzalanmış 30 iyul 2017-ci il tarixli əlyazmanın əslinə görə, həmin ərizədə yazılmışdır ki, “ünvan 12 ünvanda yerləşən obyektin, yəni qeyri-yaşayış sahəsinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcun müqabilində həmin qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsinə etiraz etmir. Həmin qeyri-yaşayış sahəsinə dair gələcəkdə Təqsirləndirilən şəxs tərəfindən heç bir iddia qaldırıla bilməz.” (cild 10, iş vərəqi 158). Zərərçəkmiş şəxs1 və X17 nümayəndəsi olaraq Şahid15 adından əlyazma şəklində yazılmış, onların adından imzalanmış 30 iyul 2017-ci il tarixli “qarşılıqlı razılaşma müqaviləsinin” əslinə görə, həmin müqavilədə yazılmışdır: “Şahid15 ünvan 12 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsinə etiraz etmir. Həmin qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcunun təminatı kimi qəbul edir. Qeyri-yaşayış sahəsi ilə əlaqədar X36 və onun nümayəndəsi Şahid15 heç bir iddia qaldıra bilməz.” (cild 10, iş vərəqi 160). Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş 17 may 2017-ci il tarixli AN J№ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Şahid15 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Pəhlivan Fərzəliyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsini 120.000 manata X3 (cild 8, iş vərəqi 134-140). Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi onunla Təqsirləndirilən şəxs və Şahid15 arasında danışıqları əks etdirən 11 ədəd faylda olan bir ədəd yaddaş kartı 08 noyabr 2019-cu il tarixdə götürülüb, cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 7). Cinayət işində olan könüllü təqdim etmə, əşyanın götürülməsi və baxış keçirilməsi barədə 18 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 içərisində 5 (beş) ədəd danışıq səslərini özündə əks etdirən fayl təqdim etmişdir (cild 8, iş vərəqi 59-61). Azərbaycan Respublikası Məhkəmə Ekpertiza Mərkəzinin 06 aprel 2020-ci il tarixli 30145, 30146, 4\56 nömrəli fonoskopik ekspertiza rəyindən görünür ki, auditiv, linqvistik və instrumental tədqiqatların nəticələrini qiymətləndirərək aşağıdakı nəticəyə gəlmək olar:
1. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. 3.1. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs1na məxsusdur. 3.2. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. 3.3. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid2 məxsusdur. 3.4. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid15 məxsusdur. 3.5. Ekspertizaya təqdim olunmuş 2 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1 məxsusdur. (cild 10, iş vərəqi 180-210). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 2 vərəqədən ibarət Şahid15 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün surətini təqdim edərək, göstərilən sənədlərin əsllərini görməsə də, kserosurətlərini Təqsirləndirilən şəxs ona verdiyini, Təqsirləndirilən şəxs, Aygun Budaqovanın adına olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış almaq və çıxarışı aldıqdan sonra həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 satmaq adı ilə yalandan vəd verib onu aldadaraq pulunu aldığı torpaq sahəsindən biri olduğunu bildirmişdir. Təqdim edilən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün kserosurətlərindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 21 aprel 2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, Seriya RX ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 655 nömrəli reyestr kitabının 62022 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi Şahid15 mülkiyyətindədir. Həmçinin, göstərilən torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 21 aprel 2017-ci il tarixdə verilmiş A № 165040 nömrəli torpaq sahəsinin plan və ölçüsünün surətində göstərilmişdir ki, Şahid15 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yerləşən torpaq sahəsinin faktiki sahəsi 0,05 ha, sənəd üzrə sahəsi isə 0,12 ha ölçüdədir (cild 8, iş vərəqi 34-36). Bakı şəhəri, Nizami rayonu, Keşlə bələdiyyəsinin 01/01 nömrəli 06 iyul 2009-cu il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən 1200 kv.m torpaq sahəsi Şahid15 adına rəsmiləşdirilmişdir (cild 8, iş vərəqi 24-25). Bakı şəhəri, Nizami rayon məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(007)-35/2016 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə tərəfindən iddiaçı Şahid15 iddiası qismən təmin edilərək onun icarəsinə verilmiş Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi 22 avqust 2012-ci il tarixli texniki pasportda göstərilən koordinatlara uyğun ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, 28 noyabr 2012-ci il tarixli çıxarışa əsasən X21 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən 0,08 torpaq sahəsinin 0,07 hektarı ilə üst-üstə düşdüyünə görə cavabdeh Əhmədova Mehin Əsgər qızı Bakı şəhəri Nizami rayonu P.Fərzəliyev küçəsində yerləşən 1.200 kv.metr ölçüdə torpaq sahəsinin 0,05 ha sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılması qət edilmişdir (cild 8, iş vərəqi 90- 93). Bakı Apellyasiya məhkəməsin mülki kollegiyasının 20 dekabr 2017-ci il tarixli 2(103)- 12843/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Əhmədova Mehin Əsgər qızının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(007)-35/2016 saylı qətnaməsi cavabdeh Əhmədova Mehin Əsgər qızına münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır (cild 8, iş vərəqi 94-101). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli 2(102)-3801/2018 saylı qərarının surətindən görünür ki, cavabdeh Əhmədova Mehin Əsgər qızının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya məhkəməsi mülki kollegiyasının 20 dekabr 2017-ci il tarixli 2(103)-12843/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (cild 8, iş vərəqi 102-107). "xxxx" MTK-nın 28 yanvar 2020-ci il tarixli 05/20 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 13 yanvar 2006-cı il tarixdə "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu (məhəllə 1131), Babək prospekti 10-da inşa etdiyi binadan 123.26 kv.metr sahəsi olan 3 (üç) otaqlı 6-cı bina 7-ci mərtəbə 21 saylı mənzili müqavilə əsasında almış və 30 iyun 2009-cu il tarixdə isə notariat tərəfindən təsdiq olunmuş ərizəsi əsasında həmin mənzil (yeni ünvanı 10 D giriş 3 mənzil 170) X22 adına rəsmiləşdirilmiş, sonuncu hazırda həmin mənzildə yaşayır (cild 9, iş vərəqi 336). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, həyat yoldaşı Zərərçəkmiş şəxs4 ilə birgə yaşadıqları ünvan 14 ünvanında yerləşən iki mərtəbəli evin 3-cü mərtəbəsini tikmək üçün Yasamal Rayon İcra Hakimiyyətindən tikintiyə icazə almaq istəmişlər. 2013-cü ilin noyabr ayında arvadı Atlas bu barədə 82 saylı orta məktəbdə işləyən X48 ilə söhbət edərkən, Arzu atası Təqsirləndirilən şəxs əvvəllər Nizami rayon İcra Hakimiyyətində işlədiyini, hazırda Mədəniyyət və Turizm Nazirliyində müavin vəzifəsində işlədiyini və atasının tikintiyə icazə məsələsini həll edə biləcəyini demişdir. Sonra Rahib özü onun evinə zəng edərək telefon nömrəsini qızı Arzunun verdiyini deyib, Yasamal Rayon İcra Hakimiyyətindən tikintiyə icazə və sərəncam alacağını, bu iş üçün 15.000 manat pul lazım olduğunu bildirmişdir. Səhərisi gün saat 21:30 radələrində o, həyat yoldaşı Atlasla birlikdə Nəsimi bazarı yaxınlığında yerləşən «Böyük Firat» restoranına gəlib orada Rahiblə görüşmüşlər. Söhbət zamanı Rahib tikintiyə icazənin alınması məsələsini 15.000 manata düzəldə biləcəyini, lakin evin üstündə əlavə tikinti aparmağı məsləhət görmədiyini deyərək, Qarabağ müharibəsi veteranı kimi ona dövlət tərəfindən pay verilmiş torpaq sahəsini 15.000 manata almağı təklif etmişdir. Onlar Rahibin təklifi ilə razılaşmış və o, özləri ilə apardığı 15.000 manat pulu Rahibə vermişdir. Rahib pulu götürərək onlarla birlikdə restorandan bayıra çıxmış, onlara narahat olmamağı, torpaq sahəsinin alınması məsələsini ən uzağı bir aya düzəldəcəyini, bu barədə telefon vasitəsi ilə məlumat verəcəyini demişdir. Bundan sonra həmin məsələ ilə əlaqədar dəfələrlə Rahibə zəng edib işin nə yerdə olduğunu soruşduqda, Rahib bəhanələr gətirərək işin düzəlməsinin ləngidiyini, onu tələsdirməməyi, normal gedişin belə olduğunu bildirmişdir. Onlar da Rahibə inanmışlar. Rahib torpaq məsələsini həll edən zaman Atlasa musiqi müəllimi olduğundan onların işlərinə Turizm Nazirliyinin baxdığını, istəsə nazirin qəbuluna gedib Bakı şəhərində yerləşən hər hansı musiqi məktəblərindən birinə onun direktor vəzifəsinə təyin olunmağını xahiş edə biləcəyini demişdir. Arvadı Atlas da Rahibin təklifi ilə razılaşaraq, bu məsələni həll etməsini bildirmişdir. 2014-cü ilin ilk aylarında Rahib Atlasın mobil telefonuna zəng edərək Turizm Naziri ilə danışdığını, musiqi məktəbinə direktor vəzifəsinə görə 15.000 manat pul istədiyini bildirmişdir. Atlas əlində həmin məbləğdə pul olmadığını bildirib fikirləşmək üçün vaxt istəmişdir. 2-3 gün keçmiş Rahib yenə Atlasa zəng edərək musiqi məktəbinə direktor getmək fikiri olub-olmadığını soruşmuş, Atlas isə bankdan pul götürüb bu işin həlli üçün verəcəyini demişdir. Bundan sonra, Rahib musiqi məktəbinə direktor getməkdənsə Atlası həmin məbləğə uşaq bağçasına direktor vəzifəsinə düzəltməyi təklif etmişdir. O, pulu olmadığından torpaq sahəsini almaq üçün verdikləri 15.000 manat pulu bağça direktoru olmaq üçün istifadə etməsini Rahibə dedikdə, Rahib həmin 15.000 manatı artıq Bakı şəhər İcra Hakimiyyətində torpaq sahəsinə görə bir nəfərə verdiyini deyib, həmin pulu geri ala bilməyəcəyini bildirmişdir. Bundan sonra, Atlas iş yoldaşı olan Zərərçəkmiş şəxs8 Rahibin ona təklif etdiyi bağça müdiri məsələsini danışmış, Ulduzə ilə ikisinə 15.000 manat düzəldərək bağça məsələsini həll etməsi məqsədilə Rahibə vermək qərarına gəlmişlər. Öz aralarında açılacaq bağçada Atlasın müdir, Ulduzənin isə müdir müavini olacağını razılaşmışlar. Bundan sonra Atlas 8.000 manat, Ulduzə isə 7.000 manat pul toplamışdır. 2014-cü ilin may ayının ikinci yarısında Nəsimi bazarının yaxınlığında yerləşən «Böyük Firat» restoranında Rahiblə görüşdükdə, Ulduzə Rahibdən açılacaq bağça haqqında soruşmuşdur. Rahib Atlasa dediyi vədləri Ulduzəyə də deyərək, açılacaq bağça haqqında məlumat verib Ulduzəni həmin bağçaya müdir müavini təyin edəcəyinə söz vermişdir. Bundan sonra Atlas 15.000 manat pulu Rahibə vermiş, Rahib pulları sayıb götürmüşdür. 2014-cü ilin iyun ayında onların təklifi ilə Atlas, Ulduzə, obyektin sahibi Fazilə və Rahib ilə birlikdə uşaq bağçası olacaq Nərimanov rayonunda yerləşən evə getmişlər. Həmin vaxt 3 mərtəbəli evin təmirsiz və yararsız vəziyyətdə olduğunu görüb, həmçinin bağça işlətmək haqqında lisenziya olmadığını bilib oradan narazı qayıtmışlar. İki gün sonra Ulduzənin həyat yoldaşı Şahin Manafov, özü və atası Firudin Sadıqov həmin obyektə gedib baxaraq narazı şəkildə qayıtmışlar. Bundan sonra Ulduzənin həyat yoldaşı Şahin Rahibə zəng edərək bu işə görə verilmiş 15.000 manat pulun geri qaytarılmasını tələb etməyə başlamışdır. Rahib isə həmin pulu lisenziya almaq üçün verdiyini, obyekti öz puluna təmir etdirdiyini deyib, buna baxmayaraq 15.000 manat pulu qaytara biləcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq, Rahib müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. Daha sonra verilmiş pulların qaytarılmasının tələb edildiyini görən Rahib həmin obyektə usta apararaq, təmir işlərinin aparılması ilə məşqul olmağa başlamış, onu, Atlası və Ulduzəni də oraya dəvət edərək obyekti təmir etdirdiyini göstərib, məsələni tezliklə həll edəcəyini bildirmişdir. Sonradan onlar Rahibin bağça açmaq fikri olmadığını, sadəcə gözdən pərdə asmaq üçün belə etdiyini bilmiş, onları aldatdığını başa düşmüşlər. 2015-ci ilin may ayında çox saylı tələblərindən sonra torpaq sahəsi ilə bağlı Rahib onları Ləhic bağlar massivinə apararaq, orada Milli Qəhrəman Bəhruz Nuriyevin anası Nadiya Nuriyevanın adına verilmiş torpaq sahəsini göstərib, onun tərəfindən verilmiş 15.000 manat pula həmin torpaq sahəsini düzəldib verəcəyini, həmin sahəyə görə 8.500 manat əlavə verməli olduqlarını demişdir. Həmin torpaq sahəsinə baxanda Nadiya Nuriyevanın özü də getmişdir. Görüş zamanı Rahib Ləhic bağ massivində 1200 kv.metr sahədə fərdi bağ evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Maştağa Bələdiyyəsi tərəfindən Nadiya Nuriyevaya verilmiş sərəncamı, həmin sahəyə aid sxemi və digər sənədləri göstərib, həmin sənədlər əsasında torpaq sahəsinin onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmin gün torpaq sahəsinə dair onun adına etibarnamə verilməsi üçün o, Atlas, Rahib və Nadiya ilə birlikdə Azadlıq prospektində yerləşən 11 saylı notariat kontoruna getmiş, Rahib Atlasdan dövlət rüsumu ödəmək üçün 50 manat pul və sənədləri alıb notariat kontoruna daxil olmuş, bir neçə dəqiqə keçmiş Atlas və Nadiya notariat kontoruna çağırılmış, orada tərtib edilmiş mülki etibarnaməni imzalamışlar. Etibarnaməni Rahibin təklifi ilə Atlas imzalamışdır. Notariant kontorundan çıxdıqdan sonra hərə öz evinə getmişdir. Bundan sonra, o, Atlasla birlikdə həmin torpaq sahəsində ev tikdirmək qərarına gəlmişlər. Bu barədə Rahibə dedikdə, Rahib ev tikmək üçün Sabunçu rayon məhkəməsinə müraciət edib məhkəmə qərarı almaq lazım olduğunu, bu işlə özünün məşğul olacağını demişdir. Təxminən 2-3 ay sonar Təqsirləndirilən şəxs məhkəmə qərarı adı ilə onları aldadıb vaxt qazanmaq istəməsini başa düşüb, onlara verdiyi sənədlərin rəsmi dövlət sənədi olub-olmamasını yoxlamaqdan ötrü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə getmişlər. Orada həmin sənədlər yoxlanıldıqdan sonra sənədlərin rəsmi dövlət sənədi olmadığını ona bildirmişlər. Artıq Təqsirləndirilən şəxs onu aldadaraq 15.000 manat, Zərərçəkmiş şəxs4 aldadaraq 8.000 manat pulunu ələ keçirməsini başa düşmüşlər. Onun barəsində hüquq-mühafizə orqanlarına ərizə ilə Atlas müraciət etmiş, 15.000 manat pul ona, 8.000 manat pul isə Atlasa məxsus olduğuna görə onu, həmçinin həyat yoldaşı Atlası ayrı-ayrılıqda zərərçəkmiş şəxs qismində tanınmalarını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 həyat yoldaşı olduğunu bildirərək, onun məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 qızı ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbdə tarix müəllimi, Zərərçəkmiş şəxs4 musiqi müəllimi, Arzu Budaqova isə laborant vəzifəsində çalışmışlar. Təxminən 2014-cü ilin ilk aylarında Atlas Arzunun atası Təqsirləndirilən şəxs ona bağça müdiri olmağı təklif etdiyini və bunun üçün ondan 15.000 manat pul istədiyini danışmış, özünün bu qədər pulunun olmadığını bildirərək, ikisinə 15.000 manat düzəldib Rahibə verməyi, sonuncunun bu işi ikisi üçün düzəltməsini təklif etmiş, öz aralarında Atlasın bağçanın müdiri, onun isə müdir müavini olacağını razılaşmışlar. O, Atlasın təklifi ilə razılaşmış, təklifin iş yoldaşları olan Arzunun atası Rahib tərəfindən edildiyi üçün problemsiz həll olunacağına inanmışlar. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 söz verdiyi işi dəqiq danışmaq üçün o da, Təqsirləndirilən şəxsla görüşə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 yaxın günlərdə hansısa bağçalardan birinə müdir təyin olunacağına söz vermişdir. Rahib həmçinin Atlası bağça müdiri, onu isə müdir müavini düzəldəcəyini bildirmişdir. O da, Rahibin sözlərinə inanmışdır. Zərərçəkmiş şəxs4 8.000 manat, o isə, 7.000 manat pul düzəltmiş, 2014-cü ilin may ayının ikinci yarısında Nəsimi bazarının yaxınlığında yerləşən «Böyük Firat» restoranında Rahiblə görüşərək, həmin 15.000 manat pulu Rahibə vermişlər. Bağça özəl bağça olacağından Rahiblə aylıq gəlirin üç nəfərin, yəni Rahibin, onun və Atlasın arasında bölünəcəyini razılaşmışlar. 2014-cü ilin iyun ayında Atlas və onun israrlı tələblərindən sonra Rahib uşaq bağçası açmaq istədiyi obyekti onlara göstərməyə razılıq vermişdir. Sonra o, Atlas, obyektin sahibi Fazilə və Rahib birlikdə uşaq bağçası açmaq istədiyi Bakı şəhəri, Nərimanov rayonunda yerləşən obyektə baxmağa getmişlər. Ev 3 mərtəbəli, təmirsiz və yararsız vəziyyətdə olmuş, həmin vaxt Rahibin bağça üçün lisenziya almadığını da bilmişlər. Buna görə həmin obyektə baxıb evə narazı fikirlə qayıtmışlar. İki gün keçmiş o, həyat yoldaşı Şahin Manafov və onun atası Firudin Sadıqov həmin obyektə gedib baxaraq narazı şəkildə qayıtmışlar. Sonra həyat yoldaşı Şahin Rahibə zəng edərək, bu işə görə verilmiş 15.000 manat pulun geri qaytarılmasını tələb etmiş, Rahib 15.000 manatın lisenziya üçün almaq verdiyini, həmçinin obyekti öz puluna təmir etdirməsinə baxmayaraq, 15.000 manat pulu qaytara biləcəyini demişdir. Lakin Rahib pulu kimə verdiyini deməmişdir. Bundan sonra, Rahib bəhanələr gətirərək pullarını qaytarmamış, onların əl çəkmədiklərini görüb öz yanında həmin obyektə usta apararaq təmir işlərinin aparılması ilə məşğul olmağa başlamış, təmir aparılarkən onu, Atlası və Atlasın həyat yoldaşı Rövşəni ora dəvət edərək obyekti təmir etdiyini göstərib məsələni tezliklə həll edəcəyini deyərək gözləmələrini istəmişdir. Orada olan tanımadığı ustalar isə onlara Rahibin bağça açmaq fikri olmadığını, heç bir iş getmədiyini, sadəcə olaraq gözdən pərdə asdığını dedikdə Rahibin onları aldatdığını başa düşmüşlər. Rahib barəsində hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra Rahib Atlas vasitəsilə ona 1.000 manat pul göndərmiş, qalan 6.000 manatı qaytarmamışdır. Sonradan iş uzandığından, polis idarəsinə getməyə bezdiyindən, həmin vaxtlarda həyat yoldaşının səhhətində problemlər yarandığından bütün bunlardan bezmiş və 6000 manat pulu ödənilmədiyi halda 10 aprel 2019-cu ildə notarial qaydada guya Təqsirləndirilən şəxs tərəfindən ona borclu olduğu məbləğin tam ödənilməsi, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmaması, gələcəkdə də olmayacağına dair ərizə yazmışdır. Lakin əsl həqiqətdə onun 6000 manat pulu ödənilməmişdir. Belə ki, ərizəni Atlas ilə birgə notariusa gedib yazmış, artıq onun üçün fərqi olmadığına görə, Altasın ərizəsinə uyğun ərizə yazılmasını xahiş etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir, Rahibin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri, 11 saylı notariat kontorunun xüsusi notariusu X40 tərəfindən tərtib və təsdiq edilmiş 27 may 2015-ci il tarixli etibarnamənin əslindən görünür ki, X4 rayonu, Maştağa bələdiyyəsinin ərazisində ona ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair hüquqlarını başqa şəxsə səlahiyyət verilə bilməsi hüququ ilə 27 may 2095-ci il tarixədək Zərərçəkmiş şəxs4 etibar etmişdir (cild 5, iş vərəqi 95). Cinayət işində olan 13 sentyabr 2018-ci il tarixli maddi ziyanın könüllü ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3.500 (üç min beş yüz) avro və 3.000 (üç min) manat pulu iş üzrə Zərərçəkmiş şəxs4 ödəmək üçün istintaq orqanına təqdim etmişdir (cild 5, iş vərəqi 180). Cinayət işinə əlavə edilmiş 28 sentyabr 2018-ci il tarixli maddi ziyanın könüllü ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına zərərin ödənilməsi məqsədilə təqdim edilmiş 10.000 (on min) manat pul iş üzrə Zərərçəkmiş şəxs4 ödənmişdir (cild 6, iş vərəqi 7). İş materiallarına əlavə edilmiş 01 oktyabr 2018-ci il tarixli maddi ziyanın könüllü ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına zərərin ödənilməsi məqsədilə təqdim edilmiş 1.000 (bir min) manat pul iş üzrə Zərərçəkmiş şəxs4 ödənmişdir (cild 6, iş vərəqi 9). Bakı şəhəri, 9 saylı notariat kontorunda tərtib və təsdiq edilmiş 10 aprel 2019-cu il tarixli ərizədən görünür ki, həmin ərizə ilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nizami RPİ-yə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona borclu olduğu məbləğin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbinin olmadığını bildirmişdir (cild 7, iş vərəqi 124). Bakı şəhəri, 9 saylı notariat kontorunda tərtib və təsdiq edilmiş 10 aprel 2019-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Soqab oğlu səlahiyyətli orqanlara ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona borclu olduğu məbləğin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbinin olmadığını bildirmişdir (cild 7, iş vərəqi 125). Bakı şəhəri, 9 saylı notariat kontorunda tərtib və təsdiq edilmiş 10 aprel 2019-cu il tarixli ərizədən görünür ki, həmin ərizə ilə Zərərçəkmiş şəxs8 qızı Bakı şəhəri, Nizami RPİ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona borclu olduğu məbləğin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir (cild 7, iş vərəqi 126). Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs10 göstərmişdir ki, 2014-cü ilin may ayında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən ona məxsus mənzili satdıqdan sonra yeni mənzil almaq istəmiş, metronun “Neftçilər’’ stansiyasının yaxınlığında olan alqı-satqı ofisinə gedib mənzillərlə maraqlanmışdır. Ofisdə makler işləyən Saleh adlı şəxslə söhbət edərkən, sonuncunun yanında Əli adlı şəxs də olmuşdur. O, mənzillərlə maraqlanıb qiymətlərin münasib olmadığını görmüş, belə bir mənzil olsa, ona məlumat verməsi üçün telefon nömrəsini Salehə vermişdir. Təxminən iki gün sonra Əli adlı şəxs onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng vuraraq onu Salehin yanında gördüyünü, Rahib adlı tanışının metronun ‘’Gənclik’’ stansiyasının yaxınlığında bağça açdığını, özü də həmin bağçanın açılması üçün vəsait xərclədiyindən Rahiblə birlikdə şərik olacağını, hal-hazırda orada təmir işləri görüldüyünü, həmin bağçanın təmir işlərinin sentyabr ayında tamamlanacağını bildirib, istəsə həmin bağçanı görə biləcəyini, uşaq bağçasına rəsmi olaraq müdür işinə götürülə biləcəklərini, bunun müqabilində ona və Rahibə 15000 manat pul verməli olduğunu, uşaq bağçası açıldıqdan sonra hər ayın sonunda 2000 manat pul qazanacağını demişdir. O, həmin danışıqdan sonra metronun “Gənclik’’ stansiyasının yaxınlığına gedib, həmin yerdə Əli və onun yanında olan Rahib adlı şəxslə görüşmüş, oradan hər üçü birlikdə Atatürk prospektində yerləşən evlərin birinə getmişlər. Onlar həmin 3 mərtəbəli evə daxil olmuş, orada təmir işləri getmiş və Rahib otaqları gəzdirmişdir. Rahib uşaq bağçasının açılacağı barədə ona danışmış, o, həmin evi görüb inanmış və 15.000 manat pul verməyə razı olduğunu demişdir. Bir neçə gün sonra o, Nizami rayonu Şərifli küçəsində yerləşən “Vərəm’’ dispanserinin yaxınlığında Əli ilə görüşüb ona 15000 manat pul vermiş, Əli hələlik sənədləşdirmə işinin hazır olmadığını, Təqsirləndirilən şəxs özünün sənədləşdirmə işlərini həll edəcəyini demişdir. Sonra bir neçə ay keçsə də, o, Əli və Rahibdən heç bir səs cıxmadığını gördükdə, aldanıldığını başa düşüb, onlardan 15000 manat pulunu tələb etmişdir. 2014-cü ilin noyabr ayında Əli onunla görüşərək 8000 manat və 870 ABŞ dolları, bundan sonra, Rahib ona 500 ABŞ dolları pul vermişdir. Qalan 5980 manat pulunu isə onlar indiyiə qədər geri qaytarmamışlar (Cild 3, iş vərəqi 143-145). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 1991-ci ildən 1999-cu ilə qədər Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində bir yerdə işləmişlər. Təqsirləndirilən şəxs həmin vaxtlarda Gənclər və İdman İdarəsinin müdiri, o isə, həmin idarənin müfəttişi olmuşdur. Rahibin qardaşı Rövşən Budaqov ona qarşı törətdiyi dəluduzluq cinayətinə görə yeddi il müddətinə azadlıqdan məhrum edilmişdir. 2014-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ona müraciət edərək anasının ağır xəstə olduğunu, təkrar cərrahi əməliyyata ehtiyac olduğunu bildirib, ondan qısa vaxtda qaytarmaq şərti ilə borc pul istəmişdir. O, pulu olmadığını, həmin vaxt özünə məxsus “Toyota Prado” markalı avtomobili satıb pula çevirmək məqsədilə ona verə biləcəyini demiş, əvəzində girov kimi daşınmaz əmlak istəmişdir. Sonra həmin avtomobili baş etibarnamə verməklə «Xəzər» universiteninin yanında Rahibə təqdim etmişdir. Razılığa görə həmin avtomobil 35.000 dollara qiymətləndirilmişdir. Rahib bunun əvəzində təminat kimi X7 adına verilmiş 0,10 ha bağ sahəsinin çıxarış sənədini ona etibarnamə vermək yolu ilə təqdim etmişdir. Notariat kontorundan çıxdıqdan sonra Rahib bir bəhanə ilə ondan etibarnaməni və Qasım Əhmədovun adına olan çıxarış sənədini istəsə də o, verməmiş, lakin bir neçə gün sonra Rahib təkrar həmin torpaq sahəsinin çıxarış sənədini müştəriyə göstərmək adı ilə istəyib, müştəri real alıcı olarsa əldə etdiyi puldan götürdüyü avtomobilin dəyərini 35.000 ABŞ dolları pulunu geri qaytaracağını demişdir. O da, bu məqsədlə həmin çıxarış sənədini Rahibə vermişdir. Təxminən bir-iki gün sonra Rahib həmin çıxarış sənədini ona geri qaytarmış, həmin vaxt o, qaytarılmış çıxarışın sənədin əsli yox, rəngli kserosurəti olduğunu hiss etməmişdir. Həmin ərəfədə 15 saylı notariat kontorunun əməkdaşı olan Vəli adlı şəxs onu tanıdığı üçün zəng edərək Rahibin etibarnamə ilə ona verdiyi həmin bağ sahəsini satması barədə məlumat vermişdir. O, dərhal həmin notariat kontoruna gedəndə Rahiblə qarşılaşmış, bağ sahəsinin həqiqi hesab etdiyi çıxarışı da özü ilə götürmüşdür. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun adına verdiyi 13 may 2014-cü il tarixli etibarnaməni ləğv etmiş və onda olan çıxarış sənədi çıxarışın əsli yox, rəngli kserosurətidir. Bunu Rahibin özü notariat kontorunda etiraf etmiş, orada Rahiblə möhkəm mübahisə etmişdir. Rahib etibarnaməni ləğv etdirmədə məqsədinin həqiqi çıxarış sənədi ilə torpaq sahəsini tapdığı müştəriyə satmaq olduğunu, torpağın satışından əldə etdiyi puldan guya ona da verəcəyini demişdir. Onun başqa çıxış yolu olmadığı üçün Rahiblə razılaşmalı olmuş, pulunu geri almaq niyyəti ilə polisə şikayət etmək haqqında düşünməmiş və Rahibin torpağı satıb ona pul verəcəyi günü gözləmişdir. Həmin ərəfədə o, uzun illər dostluq münasibətlərində olduğu makler kimi fəaliyyət göstərən Saleh adlı şəxsin ofisində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs10 ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs10 köhnə mənzilini satmaq və yeni mənzil almaq üçün Salehə müraciət etmişdir. Söhbət əsnasında Gülşənin cüdo idman növü üzrə peşəkar idmançı olduğunu, Respublika çempionu olduğunu bilmiş və bu onda maraq doğurduğu üçün onunla tanış olmuşdur. Həmin görüşdə Zərərçəkmiş şəxs10 istəyi ilə öz mobil nömrəsini vermişdir. Gülşən onunla mütəmadi telefon əlaqəsi saxlayıb əlində pul olduğunu, müəyyən işə yatırım etmək və bu yolla pul qazanmaq niyyətində olduğunu demişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs xalası Fazilənin Nərimanov rayonu, Kral Hüseyn küçəsində yerləşən villasının təyinatını dəyişərək uşaq bağçasına çevirmək üçün müəyyən işlər görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs həmin villada bağça modeli əsasında təmir-tikinti işləri aparmış və oraya xeyli vəsait sərf etmişdir. Onun özü də həmin ünvanda dəfələrlə olmuşdur. Bu ərəfədə Rahib ondan təmir-tikintidə pula ehtiyacı yarandığı üçün hissə-hissə təxminən 10.000 ABŞ dollar pul almışdır. O, həmin pulu Təqsirləndirilən şəxs 2014-cü ildə vermişdir. Pul vəsaitini o, hər dəfə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binası ilə üzbəüz yerləşən kafedə vermişdir. O, Rahiblə birlikdə həmin ünvana gedərkən iki qadının oraya gəlib-getdiklərini görmüşdür. Sonralar qadınlardan birinin adının Atlas, digərinin adının isə Ulduzə olmasını öyrənmişdir. Rahib onun yanında dəfələrlə Atlas və Ulduzə ilə görüşlərində onlara işlər başa çatdıqdan sonra vəzifə verəcəyini bildirmişdir. Rahib həmin qadınlardan birini uşaq bağçasının müdiri, digərinə isə müdir müavini vəzifələrini verəcəyini bildirmişdir. Onların arasında olan söhbətlərdən bilmişdir ki, həmin qadınlar Rahibə külli miqdarda pul vermişlər. Zərərçəkmiş şəxs10 sərmayə xarakterli hansısa bir işə yatırım etmək istədiyini dediyi vaxtda həmin an ilk ağlına gələn Təqsirləndirilən şəxs üzərində çalışdığı uşaq bağçası işi olmuşdur. Bu məqsədlə o, Gülşənlə telefon danışıqlarının birində Rahib və onun məşğul olduğu uşaq bağçası işi haqqında danışmış, bu barədə bildiyi məlumatları Gülşənə vermişdir. O, Gülşənlə bu işi müzakirə etdikdən sonra bu barədə Rahibi də məlumatlandırmışdır. 2014-cü ilin yay aylarında metronun “Gənclik” stansiyası yaxınlığında Gülşənin istəyi ilə onu Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Sonra Rahibin idarə etdiyi “Nissan Patfainder” markalı avtomobillə həmin uşaq bağçası açılması nəzərdə tutulan evə getmişlər. Rahib orada işi haqqında Gülşənə ətraflı məlumat verib təmir-tikinti işlərinin tamamlanması üçün 30.000 manat pul lazım olduğunu başa salmış, əgər həmin vəsait ona təqdim olunmasa, işi başa çatdıra bilməyəcəyini demişdir. Rahibin Gülşənə deməsinə görə, işin qısa vaxtda başa çatması üçün lazım olan 30.000 manat pul vəsaiti verilərsə, bağçaya cəlb ediləcək uşaqların ödənişlərindən əldə edilən qazancdan aylıq 2.000-5.000 manat arası pulu Gülşənə verəcəkdir. Danışıq zamanı Gülşən hətta bağçaya müdir və ya müdir müavini vəzifəsini istəmiş, Rahib isə onun ali təhsilinin olmadığını və həmin vəzifələrin artıq tutulduğunu bəhanə gətirib ona məsul vəzifələrdən hansısa birini təklif etmişdir. Gülşən də Rahiblə razılaşmışdır. Bu görüşdən təxminən bir həftə sonra Rahib onunla teztez telefon əlaqəsi yaradaraq Gülşəndən bir xəbər çıxıb-çıxmadığını soruşmuşdur. O da, Rahibin təkidi ilə Gülşənlə əlaqə yaratmışdır. Gülşən ona başqa bir nəfərdən alacağı pul olduğunu deyib vaxtı uzatmışdır. Gülşən 10-15 gün sonra pulun bir qismini hazır etdiyini bildirib onunla görüşmək istədiyini demişdir. O, Gülşənlə ilk dəfə metronun “Qara Qarayev” stansiyası yaxınlığında görüşüb 9.000 manat pulu ondan almış, sonrakı gün Gülşənlə «Ağ ciyər» xəstəlikləri institutunun qarşısında yolun kənarında görüşüb ondan daha 6.000 manat pul almışdır. O, iki gün ərzində Gülşəndən aldığı ümumilikdə 15.000 manat pulu ertəsi gün Nizami rayon Polis İdarəsinin inzibati binası ilə qarşı-qarşıya yerləşən kafedə Rahiblə görüşüb ikilikdə ona vermişdir. Pulu Rahibə çatdırdıqdan sonra o, pulun yerdə qalan 15.000 manatını tələb etməyə başlamış və hətta Gülşənlə bu barədə telefonla danışmışdır. Gülşən bilmişdir ki, ona verilmiş 15.000 manat pul Rahibə çatmışdır. Rahib Gülşəndən qalan 15.000 manat pulu tələb etdikdə, Gülşən ona Əkbər adlı şəxsdən 50.000 manat pul alacağını bildirib, verməli olduğu qalan 15.000 manat pula görə müəyyən qədər möhlət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2014-cü ilin yay aylarında bacısı oğlu Təqsirləndirilən şəxs ona məxsus ünvan 16 ünvanda yerləşən 3 mərtəbəli evini uşaq bağçası etməyi, müvafiq sənədləri hazırladıqdan sonra hər ay 2.000 manat ödəməyi təklif etdikdə o, razılaşmış, evini uşaq bağçasına uyğun təmir etdirmək üçün 3 ay vaxt vermişdir. Lakin 3 aydan çox vaxt keçsə də Rahib təmir işlərini başa çatdıra bilməmiş, təmir işləri yarımçıq qalmışdır. Buna görə, 2014-cü ilin sonlarında evin açarlarını Rahibdən almışdır. O, Şahid7 bacısının evində Təqsirləndirilən şəxs yanında görsə də, Şahid7la aralarında açılacaq uşaq bağçasına dair hər hansı söhbət olmamış, Şahid7 Təqsirləndirilən şəxsla şərikliyi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı Şahid7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid7 istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (Cild 3, iş vərəqi 178-179). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs10 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs10 istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (Cild 3, iş vərəqi 154-156). İş materiallarında olan Zərərçəkmiş şəxs10 adından yazılıb imzalanmış 24 sentyabr 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs10 həmin qəbzdə Təqsirləndirilən şəxs Şahid7 ona olan borcundan 3700 manat aldığını, 2.300 manat qaldığını qeyd etmişdir (Cild 7, iş vərəqi 79). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs10 adından yazılıb imzalanmış 05 oktyabr 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs10 həmin qəbzdə həqiqətən Şahid7 ondan 15000 (on beş min) manat pul aldığını, həmin puldan Təqsirləndirilən şəxs 6000 (altı min) manatı ona verdiyini, onun Təqsirləndirilən şəxsla heç bir işi olmadığını, ona pul vermədiyini yazmışdır (Cild 7, iş vərəqi 78). Cinayət işində olan Təqsirləndirilən şəxs adından yazılmış və imzalanmış 23 fevral 2016-cı il tarixli iltizama əsasən, o, həmin iltizamı ondan ötrü vermişdir ki, Əlidən aldığı maşının pulundan 6000 manatını 24 fevral 2016-cı il tarixə saat 17:00-dək ödəyəcək, əgər ödəməsə, yəni Əliyə olan borcunu ödəməsə qanunauyğun CM-ə cəlb olunmasına etiraz etmir (Cild 3, iş vərəqi 152). Bakı şəhəri 11 saylı notariat kontorunda tərtib və təsdiq edilmiş 06 noyabr 2015-ci il tarixli etibarnamədən görünür ki, X29 adından X5 Əli Namaz oğluna 18 aprel 2062-ci il tarixədək torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 fevral 2006-cı il tarixli müqaviləyə və 02 fevral 2006-cı il tarixli 02 saylı qərara əsasən Bakı şəhəri, E.Süleymanov küçəsi, 160 E saylı binanın qarşısında yerləşən 150.0 kv.metr sahəni özəlləşdirməyə, DTXK-dan kadastr planı almağa, DƏDR-dən çıxarış, yüklülüyünə dair arayış almağı, bankda təmsil etməyə və lazımi sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir (Cild 6, iş vərəq 24). Torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 fevral 2006-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayon bələdiyyəsi tərəfindən 02 fevral 2006-ci il tarixli 02 saylı qərara əsasən Bakı şəhəri, E.Süleymanov küçəsi 160 e saylı binanin qarşısında yerləşən 150.0 kv.m. sahə 10 il müddətinə X38 icarəyə verilmişdir (Cild 6, iş vərəqi 43-45). Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, təxminən 2014-cü ilin sentyabr ayında dostu Zərərçəkmiş şəxs3la birlikdə torpaq sahəsi alıb ev tikməyi qərara almışlar. Oktyabr ayının əvvəllərində qardaşı Şahid9 zəng vuraraq Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının arxasında bir sotu 7500 manata torpaq satıldığını demişdir. Bundan sonra o, Fehruz və Anarla birlikdə Masazır qəsəbəsinə getmiş, orada Fehruz və Pənah onları Zərərçəkmiş şəxs7 adlı şəxslə görüşdürmüşdür. Vahid və Pənah torpaq sahəsini göstərib, 30 sot olduğunu, sahibinin xahişi ilə torpaq sahəsinə alıcı axtardıqlarını bildirmişlər. O, Anarla daş sexi fəaliyyət göstərən həmin torpaq sahəsini almaq fikrində olduqlarını demişlər. Onun Anarla fikirləri bu olmuşdur ki, həmin torpaq sahəsini alaraq hər birinə 15 sot olmaqla iki yerə bölüb, ev tikib qonşu olmaq istəmişlər. Həmin vaxtı torpaq sahəsinin kimə məxsus olduğunu bilməmişlər. Onlar Vahid və Pənaha torpaq sahəsinin sotunu 6000 manatdan almaq istədiklərini dedikdə, sonuncular torpağın sahibi ilə danışıb məlumat verəcəklərini bildirmişlər. Həmin gün axşam Vahid və Pənah Fehruza zəng edərək torpaq sahəsinin sahibinin Bakı şəhəri, Nizami rayon polis idarəsinin qarşısında yerləşən çayxanada olduğunu, orada görüşə biləcəklərini demişlər. Bundan sonra o, Fehruz, Anar, Vahid və Pənah birlikdə həmin yerə getmişlər. Çayxanada Vahid onlara Təqsirləndirilən şəxs təqdim edərək, torpaq sahəsinin Rahibə məxsus olduğunu, qiymət barədə Rahiblə razılaşa biləcəklərini demişdir. Rahiblə söhbət etdikdən sonra həmin torpaq sahəsinə dair sənədlərin olubolmadığını soruşanda, Rahib bütün sənədlərin qaydasında olduğunu, torpağın çıxarışı olduğunu, lakin çıxarışın şəriki İmran adlı şəxsdə olduğunu və İmranın isə hazırda Türkiyədə olduğunu bildirmişdir. Həmçinin, Rahib torpaq sahəsinin 30 sot olduğunu, Vahid və Pənahın sözlərindən sonra İmranla danışdığını, sonuncunun torpaq sahəsinin bir sotunu 6000 manata satmağa razılıq verdiyini demişdir. Buna görə o, Anarla hərə öz alacağı 15 sot torpağa görə Rahibə 90000 manat, ümumilikdə 180000 manat pul verməyə razılaşmışlar. Rahib oturduqları həmin çayxananın da özünə məxsus olduğunu, şəhərdə özünün uşaq bağçası olduğunu, hazırda həmin bağçanı təmir etdirmək üçün 30 min manat pul lazım olduğunu bildirib, torpaq sahəsinə görə ilkin olaraq 30 min manat pul istəmiş, şəriki İmranın Türkiyədən qayıtmasından sonra pulun qalan hissəsini ödəyib torpağın notariusda rəsmiləşdirəcəklərini bildirmişdir. Həmin gün pulları olmadığı üçün Rahiblə biriki günə 30 min manat pulu düzəldib ona verəcəklərini demişlər. Rahiblə çayxanada görüşdən sonra o, Rahib, Anar, Vahid və Pənahla birlikdə yenə də baxmaq üçün Masazır qəsəbəsindəki torpaq sahəsinə getmişlər. Rahib torpaq sahəsini onlara göstərib bir daha həmin torpaq sahəsinin onun və şəriki İmranın olduğunu, torpaq sahəsinin 30 sot olduğunu, torpaq sahəsində olan daş sexini başqa yerə köçürəcəyini bildirmişdir. Bir neçə gün sonra Anar Rahibə torpaq sahəsinin alınması üçün ilkin ödəniş kimi 30 min manat pulu düzəltmiş, 05 oktyabr 2014-cu ildə gündüz saatlarında qardaşı Fehruz və dostu Anarla birlikdə Xırdalan şəhərindəki “Vedi” kafesində Rahib, yanında olan Vahid və Pənah ilə görüşmüşlər. “Vedi” kafesinin qarşısında Anar onların yanında özü üçün 15 sot torpaq sahəsi almaqdan ötrü Rahibə 30000 manat pul vermişdir. Rahib şəriki İmranın Azərbaycana qayıtmasından sonra qalan məsələləri həll edəcəyini, notarial qaydada alqı-satqı ediləcəyini demişdir. Təxminən 10 gün sonra Rahib ona zəng edərək 30000 manat pulun bağçanın təmiri üçün kifayət etmədiyini deyib, torpaq sahəsinin beş sotunu başqa bir şəxsə satacağını bildirmiş, onunla Anar torpaq sahəsinin başqa şəxsə satılmasına etiraz edəndə, Rahib əlavə olaraq 30000 manat pul vermələrini istəmişdir. Onlar da torpaq sahəsinin bölünməsini istəmədiklərindən əlacsız razılaşmışlar. Ona görə də 2014-cü il oktyabrın ortalarında o, Rahiblə tək Xırdalan şəhəri “Vedi” kafesində görüşmüş, Rahibə pul verməzdən əvvəl bağça təmir etdiyini dediyi üçün tanışları vasitəsilə ucuz qiymətə tikinti materialları tapa biləcəyini dedikdə Rahib onun bu təklifilə razılaşmamışdır. O, Rahibə pulu verməyə ehtiyat etdiyini dedikdə, Rahib notairusda borc müqaviləsi bağlamağı təklif etmişdir. Bundan sonra o, Rahiblə Xırdalan şəhərində yerləşən 1 saylı notariusa gəlmiş, orada özünə 15 sot torpaq sahəsi almaq üçün Rahibə 30000 manat pul verməsi barədə kredit müqaviləsi bağlanmışdır. Daha sonra onlar “Vedi” kafesinin qarşısına getmiş, orada o, 15 sot torpaq sahəsi üçün 30000 manat pulu Rahibə vermişdir. Rahib yenə İmranın on günə qayıdacağını, İmran qayıdan kimi torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada alqı-satqı müqaviləsi bağlayacaqlarını demişdir. Bundan sonra, Rahibin dediyi müddət keçməsinə baxmayaraq, hər dəfə görüşüb söhbət edərkən Rahib İmranın hələ də Türkiyədən qayıtmadığını demişdir. Artıq o, Anarla Rahibin onları aldatdığını, onlara torpaq satmaq niyyəti olmadığını, bu cür yolla pullarını ələ keçirmək fikri olduğunu başa düşmüşlər. Ona görə də, Rahibdən 60000 manat pulu tələb etmişlər. Rahib həmin pulu bir-iki günə qaytaracağını desə də, pulları qaytarmamışdır. 2015-ci ilin yay aylarında o, Rahibə pullarını qaytarmasa polisə şikayət edəcəyini dedikdə, Rahib qorxaraq heç bir yerə şikayət etməməsini, onların pulunu qaytaracağını demişdir. 2015-ci ilin təxinən aprel ayında Rahib Vahid vasitəsilə ona 5000 manat, 2015-ci ilin mayında isə 2000 manat qaytarmışdır. 2015-ci ilin sentyabr ayında Rahib ona daha 2000 manat qaytarmış, qalan məbləği isə qaytarmamışdır. 2017-ci ilin iyul ayında o, Anarla Rahibin onlardan dələduzluq yolu ilə aldığı 60000 manat pulun geri qaytarlması üçün hüquq mühafizə orqanlarına şikayət etmişlər. Rahib bunu bildikdə, onunla Bakıxanov qəsəbəsində yerləşən evinə çağırıb 6000 manat pul qaytarmışdır. Bir ay sonra Rahib metronun “Nərimanov” stansiyasında onunla görüşüb ona 3000 manat qaytarmışdır. Ümumilikdə həmin vaxta qədər Rahib ona 18000 manat pul qaytarmış, qalan 12000 manatı qaytarmamışdır. Nəhayət, 2018-ci ilin sentyabr ayında Nizami rayon polis idarəsində Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı aparılan zaman Təqsirləndirilən şəxs əvəzindən 12000 manatın qarşılığında müstəntiqin iştirakı ilə Şahid16 ona 6000 avro pul ödəmişdir. Bundan sonra, o, 27 sentyabr 2018-ci il tarixli ərizə yazıb, Təqsirləndirilən şəxs ondan aldığı 30000 (otuz min) manat pulu tam ödədiyini, pul tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamana Zərərçəkmiş şəxs6 ifadəsi yerində yoxlanılarkən, o, istintaqa verdiyi sərbəst ifadəsini təsdiq edib Təqsirləndirilən şəxs 30.000 manat pulu verdiyi və Təqsirləndirilən şəxs satacağını vəd etdiyi torpaq sahəsinin yerləşdiyi yerləri əyani olaraq göstərmişdir (Cild 5, iş vərəqi 87-90). Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, təxminən 2014-cü ilin sentyabr ayında dostu Zərərçəkmiş şəxs6 ilə birlikdə torpaq sahəsi alaraq ev tikmək qərarına gəlib, bu barədə yaxınlarına demişlər. Həmin ərəfədə 2014-cü ilin oktyabr ayının əvvəllərində Azadın qardaşı Şahid9 Azada zəng vuraraq, Abşeron rayonu Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının arxasında bir sotu 7500 manata torpaq satıldığını demişdir. Bundan sonra o, Azad, Fehruz birlikdə Abşeron rayonu Masazır qəsəbəsinə getmişlər. Orada Fehruz onları tanışları Pənah və sonradan adı, soyadı ona məlum olan Zərərçəkmiş şəxs7 adlı şəxslərlə görüşdürmüşdür. Vahid və Pənah torpaq sahəsini onlara göstərib, torpağın sahəsinin 30 sot olduğunu, sahibinin onlardan torpaq sahəsinə alıcı tapmağı xahiş etdiyini bildirmişlər. O və Azad, daş sexi fəaliyyət göstərən 30 sot torpaq sahəsinə baxıb bəyənərək, torpaq sahəsini almaq fikirləri olduğunu Pənah və Vahidə demişlər. Belə ki, o və Azad torpaq sahəsini alaraq, hər birinə 15 sot olmaqla iki yerə bölüb, ev tikib qonşu olmaq istəmişlər. Həmin vaxtı torpaq sahəsinin kimə məxsus olduğunu bilməmişlər. Vahid torpaq sahəsinin içərisində fəaliyyət göstərən daş sexinin torpağın sahibi tərəfindən Bakı şəhəri, Babək prospektinə köçürüləcəyini bildirsə də, daş sexinin sahibi ilə torpağın sahibinin eyni adam olub-olmadığını, daş sexinin icarədə olub-olmamasını deməmiş, o da, bununla maraqlanmamışdır. O və Azad, Vahid və Pənaha torpaq sahəsini sotu 6000 manatdan almaq istədiklərini dedikdə, Vahid və Pənah torpaq sahəsinin sahibi ilə danışıb məlumat verəcəklərini bildirmişlər. Həmin gün axşam saatlarında Vahid və Pənah Fehruza zəng edərək torpaq sahəsinin sahibinin Bakı şəhəri Nizami rayon polis idarəsinin binasının qarşısında yerləşən çayxanada olduğunu, orada görüşə biləcəklərini demişlər. Bundan sonra o, Fehruz, Azad, Vahid və Pənah birlikdə metronun «Neftçilər» stansiyasının yaxınlığında görüşüb Nizami rayon polis idarəsinin qarşısında yerləşən çayxanaya gəlmişlər. Çayxanada Vahid, onlara sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs təqdim edərək, torpaq sahəsinin Rahibə məxsus olduğunu, torpağın qiyməti barədə torpaq sahibi olaraq Rahiblə razılaşa biləcəklərini demişdir. Azad Rahibi görən kimi tanımışdır. Belə ki, orada ona məlum olmuşdur ki, Azad Rahiblə təxminən 2005-ci ildə hansısa halla bağlı görüşüblər. Ona görə də, Azad və onda Rahibə inam yaranmışdır. Bir qədər söhbət etdikdən sonra Rahibdən həmin torpaq sahəsinə dair sənədlərin olub-olmadığını soruşanda, Rahib torpaq sahəsinə dair bütün sənədlərin qaydasında olduğunu, torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarışı olduğunu, torpağın çıxarışının şəriki İmran adlı şəxsdə olduğunu, torpaq sahəsinin İmranın adına olduğunu, İmranın hazırda Türkiyə Respublikasında olduğunu bildirmişdir. Həmçinin, Rahib torpaq sahəsinin 30 sot olduğunu, Vahid və Pənahla danışdığından əvvəlcədən şəriki İmranı telefonla məlumatlandırdığını, İmranın torpaq sahəsinin bir sotunun 6000 manata satılmasına razılıq verdiyini demişdir. Bununla da Azad və o, hərə öz alacağı 15 sot torpağa görə Rahibə 90000 (doxsan min) manat, ümumilikdə ikisinin otuz sot torpağa görə 180000 (yüz səksən min) manat pul verməyi razılaşmışlar. Rahib oturduqları həmin çayxananın da özünə məxsus olduğunu, şəhərdə özünün uşaq bağçası olduğunu, hazırda həmin bağçanı təmir etdirmək üçün 30 min manat pul lazım olduğunu bildirib, torpaq sahəsinə görə ilkin olaraq 30 min manat pul istəmiş, şəriki İmran da Türkiyə Respublikasından Bakı şəhərinə qayıdandan sonra da pulun qalan hissəsini ödəyib torpaq sahəsini notarial qaydada alqı-satqı edəcəklərini bildirmişdir. Azad Rahibi əvvəllər tanıdığı üçün inanıb razılaşmışlar. Həmin gün pulları olmadığı üçün Rahiblə bir-iki günə 30 min manat pulu düzəldib ona verəcəklərini demişlər. Rahiblə çayxanada görüşdən sonra o, Rahib, Azad, Vahid və Pənahla birlikdə yenə də baxmaq üçün həmin torpaq sahəsinə getmişlər. Rahib torpaq sahəsini onlara göstərib bir daha həmin torpaq sahəsinin onun və şəriki İmranın olduğunu bildirmişdir. Rahiblə danışıqlarına uyğun olaraq o, Rahibə torpaq sahəsinin alınması üçün ilkin olaraq verməli olduqları 30 min manat pulu düzəltmiş, 05 oktyabr 2014-cu ildə gündüz saatlarında Azad, Azadın qardaşı Fehruz ilə birlikdə Xırdalan şəhərinədki “Vedi” kafesində Rahib, yanında olan Vahid və Pənah ilə görüşmüşlər. “Vedi” kafesinin qarşısında o, Azadın və qeyd edilən şəxslərin yanında özü üçün 15 sot torpaq sahəsi almaqdan ötrü Rahibə 30000 (otuz min) manat pul vermişdir. Rahib də şəriki İmran adlı şəxsin Azərbaycan Respublikasına qayıtmasından sonra qalan məsələləri həll edəcəyini, notarial qaydada alqı-satqının ediləcəyini demişdir. Təxminən 10 gün sonra Rahib Azada zəng edərək ona verilmiş 30000 (otuz min) manat pulun bağçanın təmiri üçün kifayət etmədiyini deyib, torpaq sahəsinin beş sotunu başqa bir şəxsə satacağını demişdir. O və Azad torpaq sahəsinin başqa şəxsə satılmasına etiraz etdikdə, Rahib əlavə olaraq ona 30000 (otuz min) manat pul vermələrini istəmişdir. Onlar torpaq sahəsinin bölünməsini istəmədiklərindən əlacsız olaraq razılaşmışlar. Ona görə də Azad özü 30000 (otuz min) manat pul götürüb Rahibə verməyə qərara gəlmişdir. Bundan sonra, Abşeron rayonu 1 saylı notariusda Azad özünə 15 sot torpaq sahəsi almaq üçün Rahibə 30000 (otuz min) manat pul verməmişdən əvvəl Rahiblə aralarında kredit müqaviləsi bağlanmış, “Vedi” kafesinin qarşısında Azad 15 sot torpaq sahəsini ona satması üçün ilkin olaraq üzərində olan 30000 (otuz min) manat pulu ikilikdə Rahibə vermişdir. Rahib yenə də İmranın on günə qayıdacağını, İmran qayıdan kimi torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada alqı-satqı müqaviləsi bağlayacaqlarını demişdir. Rahibin dediyi müddət keçməsinə baxmayaraq hər dəfə görüşüb söhbət edərkən Rahib şəriki İmran adlı şəxsin hələ də Türkiyə Respublikasından qayıtmadığını demişdir. Artıq Azad və o, Rahibin onları aldatdığını, onlara torpaq satmaq niyyəti olmadığını, bu cür yolla pullarını ələ keçirmək fikrində olduğunu başa düşmüşlər. Ona görə də Azadla birlikdə Rahibdən ümumilikdə verdikləri 60000 (altmış min) manat pulu tələb etmişlər. Rahib isə həmin pulu bir-iki günə qaytaracağını desə də, pulları qaytarmamış, hər dəfə də müxtəlif bəhanələrlə onları aldatmışdır. 2015-ci ilin yay aylarında o, Rahibə pullarını qaytarmasa polisə şikayət edəcəyini dedikdə, Rahib qorxaraq heç bir yerə şikayət etməməsini, onların pulunu qaytaracağını demişdir. Azadın ona dediyinə görə, 2015-ci ildə Rahib ona Vahid vasitəsilə 5000 (beş min) manat, 2000 (iki min) manat qaytarmış, eləcə də Rahib özü Azada 2000 (iki min) manat pul qaytarmışdır. Həmin müddət ərzində Rahib Azadın qalan pulunu qaytarmamışdır. Onun isə pulunu ümumiyyətlə qaytarmamışdır. 2017-ci ilin iyul ayında Azad və o, Rahibin onlardan dələduzluq yolu ilə ələ keçiridiyi ümumilikdə verdikləri 60000 (altmış min) manat pulun geri qaytarlması üçün hüquq mühafizə orqanlarına şikayət etmişlər. Azadın deməsinə görə Rahib bunu bildikdə ona bir dəfə 6000 (altı min) manat və 3000 (üç min) manat da qaytarmışdır. Ümumilikdə həmin vaxta qədər Rahib Azada 18000 (on səkkiz min) manat pul qaytarmış, qalan 12000 (on iki min) manat qaytarmamışdır. Onun verdiyi 30000 manatdan isə Rahib heç bir məbləğ qaytarmamışdır. 2018-ci ilin sentyabr ayında Bakı şəhəri Nizami rayon polis idarəsində Rahibin barəsində cinayət işinin istintaqı aparılan zaman Rahib Azadın qalan 12000 manatını və onun 30000 manat pulunu qaytarmışdır. Onun 30000 manat pulunu Rahib Azada vermiş, Azad da həmin pulu gətirib ona vermişdir. Bundan sonra, 29 sentyabr 2018-ci il tarixdə o, Rahibdən pulunun ödənildiyi üçün şikayətinin olmamasına dair Abşeron rayonu 1 saylı notariusda təsdiq olunmuş ərizə yazmışdır. Hazırda pulu ödənildiyi üçün onun Rahibdən şikayəti yoxdur (Cild 8, iş vərəqi 230- 232). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılarkən, o, istintaqa verdiyi ifadəsini təsdiq edib, Təqsirləndirilən şəxs 30.000 manat pulu verdiyi və Təqsirləndirilən şəxs satacağını vəd etdiyi torpaq sahəsinin yerləşdiyi yerləri əyani olaraq göstərmişdir (Cild 5, iş vərəqi 50-52). Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun Zərərçəkmiş şəxs6 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (Cild 5, iş vərəqi 30-33). İş materiallarında olan 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 ay, yəni 16 yanvar 2015-ci il tarixdə qaytarmaq şərti ilə Zərərçəkmiş şəxs6 30.000 (otuz min) manat faizsiz borc olaraq kredit almışdır. Həmin kredit müqaviləsinin surətinin arxa tərəfində isə Zərərçəkmiş şəxs6 əlyazma ilə 22 aprel 2015-ci il tarixdə 5.000 manat, 19 may 2015-ci il tarixdə 2.000 manat Vahiddən alması qeyd edilmişdir (Cild 6, iş vərəqi 38). Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 tərəfindən tərtib edilib imzalanmış 22 yanvar 2018-ci il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 müqavilə əsasında aldığı 30.000 manat borcundan 18.000 manatını qaytarmış, qalan 12.000 manatını 20 fevral 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür (Cild 5, iş vərəqi 274). Bakı şəhəri, Nizami RPİ İŞ-nin müstəntiqi polis mayoru Ramil Əliyev tərəfindən tərtib edilmiş 27 sentyabr 2018-ci il tarixli maddi ziyanın könüllü ödənilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanında zərərin ödənilməsi üçün 6000 (altı min) avro pulu iş üzrə Zərərçəkmiş şəxs6 təqdim etmişdir (Cild 6, iş vərəqi 5). Zərərçəkmiş şəxs6 27 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-yə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı 18.000 manatını manatla, qalan məbləği 6.000 Avro ilə ödədiyini, ümumilikdə 30.000 manat pulu tam ödəndiyini, Təqsirləndirilən şəxs barəsində heç bir tələbi olmadığını bildirmişdir (Cild 6, iş vərəqi 6). Zərərçəkmiş şəxs3 29 sentyabr 2018-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda ərizə verərək, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi və şikayəti olmadığını bildirmişdir (Cild 6, iş vərəqi 8). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, "xxxx" QSC-in “Neftçilər” stansiyasının rəisi vəzifəsində işlədiyi dövrdə 2015-ci ilin yay aylarında qohumu X2 kimi metronun “Neftçilər” stansiyasından Təqsirləndirilən şəxs ilə birlikdə çıxan zaman təsadüfən görüşmüşlər. Həmin vaxt Məhəmməd onları tanış etmiş və Rahib özünü ona jurnalist kimi təqdim edərək istənilən işi həll edə biləcəyini demişdir. 2015-ci ilin sentyabr ayının əvvələrində Təqsirləndirilən şəxs metronun “Neftçilər” stansiyasından sərnişin kimi istifadə edən zaman yenə də təsadüfən onunla görüşmüş, söhbət zamanı həmin vaxtlarda işsiz olan oğlu Araz Hüseynovu işə düzəltmək istədiyini dedikdə, Rahib heç bir problem olmadığını, əli istənilən yerə girdiyini, yüksək vəzifədə işləyən dostları vasitəsilə Arazı istədiyi yerə işə düzəldə biləcəyini bildirmişdir. Həmçinin söhbət zamanı X46 Universitetini bitirdiyini, hərbi xidmətdə olduğunu Rahibə bildirərək, X50 Xidmətində inspektor işinə düzəltmək istədiyini dedikdə, Rahib problem olmadığını, işi həll edəcəyini bildirmişdir. Təxminən üç-dörd gün sonra o, Rahiblə görüşəndə, sonuncu, X56 Xidmətinə inspektor kimi işə düzəldə biləcəyini, bunun üçün 3.500 manat pul lazım olduğunu desə də, işi kimin vasitəsilə düzəldəcəyini, pulu kimə verəcəyini deməmişdir. O da, Rahiblə razılaşmış, bir neçə gün sonra Rahiblə “Təbriz” kinoteatrının qarşısında görüşüb 3.500 manat pulu, Arazın ali təhsilini təsdiq edən diplomunun, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin kserosurətini ona vermişdir. Rahib də 3.500 manat pulu və sənədlərin surətini götürüb narahat olmamasını, bir ay müddətində Arazın işini düzəldəcəyinə söz vermişdir. Bir ay sonra o, Rahiblə əlaqə saxlayıb, Arazın işinin nə yerdə olduğunu soruşanda Rahib tələsməməyi, qısa müddətə Arazı işə düzəldəcəyini bildirmişdir. Daha sonra o, dəfələrlə Rahiblə əlaqə saxlayaraq Arazın işi barədə maraqlananda, Rahib hər dəfə narahat olmamasını məsləhət görərək vaxtı uzatmışdır. Artıq o, Rahibin heç bir iş görmədiyini, sadəcə vaxtı uzatmaqla məşğul olduğunu başa düşüb, 2016-cı ilin fevral ayında Rahibdən ona verdiyi 3.500 manat pulu geri qaytarmasını tələb etmiş, əks halda polisə şikayət edəcəyini demişdir. Ona görə də Rahib aldığı 3500 manat puldan Məhəmmədin vasitəsilə 2016-cı ilin mart ayının əvvəllərində 1700 manatı geri qaytarmış, lakin qalan 1800 manat pulu verməkdən yayınmışdır. O da, 2016-cı ilin iyulunda Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət etmiş, bundan sonra 2016-cı ilin avqsut ayının əvvəllərində Rahib yenə də Məhəmməd vasitəsilə 1800 manatı ona geri qaytarmışdır. Rahibin həmin pulu Məhəmməd vasitəsilə ona çatdırmasının səbəbi o olmuşdur ki, artıq Rahibin hərəkətlərindən onun üzünü belə görmək istəməmişdir. X80 işə düzəltmək üçün ondan aldığı 3.500 manat pulu tam şəkildə geri qaytarmışdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı da bildirmişlər (Cild 3, iş vərəqi 70-72). Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs9 göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmaqla Stavrapol vilayəti, Pyatiqorsk şəhəri, Svobodı qəsəbəsi, 2-ci Poqraniçnaya küçəsi ev 36da qeydiyyatda olmaqla orada yaşayır. Xatırladığına görə 2000-ci ildə özünə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 37, mənzil 93-də yerləşən iki otaqlı yaşayış evini satın alıb, həmin evi anası X10 adına sənədləşdirmişdir. Təqsirləndirilən şəxs və onun arvadı Şahid15 da Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 37, mənzil 94-də kirayədə yaşayan qonşu kimi tanımışdır. Həmin ərəfədə o, Şahid15 faizlə borc pul almış, Aygünə olan borcu faizlə birgə səhv xatırladığına görə 6000 (altı min) ABŞ dollarına yaxın olmuşdur. Rahib və Aygün ona verilən pulun əvəzində girov olaraq evini Aygünün adına sənədləşdirməsini dedikdə, o, razılaşmış, xatırladığına görə 2001-ci ildə anası X10 adına olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 37, mənzil 93-də yerləşən evini borcun qarşılığında Şahid15 adına keçirmişdir. Təxminən üç ildən sonra 2004-cü ildə o, Aygün və Rahibə olan borcunu qaytardığı üçün həmin evi yenidən Şahid15 adından anası X10 adına keçirmişdir. 14 aprel 2007-ci il tarixdə o, həmin mənzili başqa bir şəxsə satmışdır. Rahib və Aygün onu, atası Möhübbəti, anası Yaqutu, qardaşı Tosifi və digər ailə üzvlərini tanımış, özlərinə qarşı etibar inam yaratmış, ona görə də bir-biri ilə mütəmadi əlaqələri olmuşdur. Rahib özünün dediyinə görə Bakı şəhəri, Nizami rayon İcra hakimiyyətində Gənclər İdarəsinin sədri olduğunu, sonradan isə özünü həmişə onlarla görüşəndə Azərbaycan Respublikasında Prezident Administarisiyasında işlədiyini bildirsə də hansı vəzifədə işləməsini deməmişdir. 11 yanvar 2008-ci il tarixdə qardaşı X6 Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 12 aprel 2011-ci il tarixli hökmlə 16 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2012-ci ildə o, qardaşı Tosiflə cəzaçəkmə müəssəsində görüşən zaman Tosif Bakı şəhərində yaşayan keçmiş qonşuları Aygünə türmədən zəng edib on altı il müddətinə azadlıqdan məhrum edildiyini deyərək, Aygündən əri Rahibdən onun həbsdən azad olunmasına köməklik edə biləcəyini soruşmasını xahiş etdiyini, Aygünün yenidən əlaqə saxlayıb əri Rahiblə danışdığını, Rahibin də problem olmadığını, onu, yəni Tosifi Rusiya Federasiyasında yüksək vəzifədə işləyən tanışları vasitəsilə həbsdən azad etdirə biləcəyini dediyini ona danışmış, Bakıda Aygün və Rahiblə görüşərək, onlardan onun həbsdən azad olunması üçün necə köməklik edə biləcəklərini maraqlanmasını tapşırmışdır. O da, 31 mart 2012-ci il tarixdə Bakı şəhərinə gəlmiş, bir neçə gündən sonra dəqiq tarixini xatırlamadığı vaxtda Bakı şəhərində Rahiblə əlaqə saxlayıb, Tosifin işi ilə bağlı görüşmək istədiyini dedikdə, Rahib məsələni bildiyini bildirib, ətraflı söhbət etmək üçün Bakıxanov qəsəbəsində yerləşən kafeyə gəlməsini istəmişdir. Bakıxanov qəsəbəsində yerləşən kafedə o, Rahib və Rahibin qardaşı Rövşənlə görüşəndə, o, Tosifin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə 16 il müddətinə azadlıqdan məhrum edildiyini, hazırda cəzaçəkmə müəssəsində cəza çəkdiyini, Aygünün Tosifə həbsdən çıxmasına Rahibin köməklik edə biləcəyini dediyini danışmış, Rahib isə Tosifin həbs olunmağını demədiyinə görə onu danlamışdır. O, Rahibə dörd il ərzində neçə dəfə məhkəmə olduğunu, vəkilin bu işlə məşğul olduğunu, lakin Tosifi həbsdən buraxdırmaq və cəzasını azaltmaq mümkün olmadığından onun bunu edəcəyi inandırıcı gəlmədiyini dedikdə, Rahib narahat olmamasını, indi Azərbaycan Respublikası Prezident Administarisiyasında işlədiyini, həm Azərbaycanda, həm də Rusiyada yüksək vəzifədə işləyən dostları vasitəsilə Tosifi həbsdən buraxdıra biləcəyini, ona inanmasını və arxayın olmasını, Tosifi öz qardaşı kimi çox istədiyini, Tosifi həbsdən buraxdıracağını, bunun üçün pul lazım olacağını, bu barədə Azərbaycanda, həm də Rusiya Federasiyasında yüksək vəzifəli şəxslərlə söhbət edib, onlarla məsləhətləşmələr aparandan sonra məbləği barədə ona deyəcəyini bildirəndə o, razılaşmışdır. Həmin vaxtı onlarla bir yerdə oturan Rövşən onların söhbətinə müdaxilə etməmiş, yalnız söhbətin axırında “Rahib, elə bil məni Tosifin yerinə qoy, kömək elə” demişdir. Bir neçə gündən sonra Rahib ona zəng edib yüksək dairələrlə danışdığını, Tosifin həbsdən buraxdırılması üçün ilkin razılıq aldığını, təxminən 200.000 ABŞ dollarına, bəlkə də bir qədər yüksək qiymətə Tosifi həbsdən buraxdıra biləcəyini demişdir. O, bu barədə Tosiflə danışıb, məsləhətləşəndən sonra ona xəbər verəcəyini bildirmişdir. Bundan sonra o, Rusiya Federasiyasına gedib orada saxlanıldığı cəzaçəkmə müəssəsində Tosiflə görüşüb Rahibin onu həbsdən azad etdirə biləcəyini və bunun üçün də 200.000 ABŞ dolları pul istədiyini danışanda, Tosif onsuz da günahsız həbs olunduğundan, əgər Təqsirləndirilən şəxs onu həbsdən azad etdirə biləcəksə, pulun verilməsinə razı olduğunu demişdir. Təxminən 2012-ci ilin aprel ayının axırlarında o, Rahiblə telefonla danışıb, Tosifin həbsdən azad etdirməsi üçün 200.000 ABŞ dollar pulu verməyə razı olduğunu bildirəndə, Rahib həmin pulun 100.000 ABŞ dollarının Bakı şəhərində ona verilməli olduğunu, qalan 100.000 ABŞ dollarının da Rusiya Federasiyasına gəlib ondan götürəcəyini, həmin pulun orada yüksək vəzifəli şəxsə çatmalı olduğunu demişdir. Xatırladığına görə, 2012-ci ilin may ayında o, özündə olan 40.000 ABŞ dolları pulu Rusiya Federasiyası, Stavrapol vilayəti, Pyatiqorsk şəhərində yerləşən adını xatırlamadığı bank vasitəsilə Azərbaycan Respublikasına Bakı şəhərinə adını xatırlamadığı banka öz adından Təqsirləndirilən şəxs adına göndərmiş, lakin bankın həmin qəbzini itirmişdir. Telefonla Rahiblə əlaqə saxladıqda Rahib 40.000 ABŞ dollar pulu götürdüyünü, bir həftə ərzində zəngləşib xəbər çatdıracağını bildirmişdir. Rahibin dediyi vaxtdan bir neçə ay keçəndən sonra 2012-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Rahib ona zəng edib Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olduğunu, Tosifin işi ilə bağlı gəldiyini deyib, Tosifin işi ilə bağlı söhbət etmək üçün onu da oraya çağırmışdır. O da, yaşadığı Rusiya Federasiyası, Stavrapol vilayəti, Pyatiqorsk şəhərindən Santk-Peterburq şəhərinə getmiş, orada Rahib və qardaşı Rövşən ilə görüşən zaman Rahib Tosifin işinin 99 faiz düzəldiyini, vəkillərin Tosifin həbsdən buraxılması üçün işlədiklərini, Tosifin həbsdən buraxılması məqsədilə aparıb çatdırması üçün Rusiyada verməli olduğu 100.000 ABŞ dollar pulu istəmişdir. Lakin Rahib həmin pulu kimə çatdırmalı olduğunu deməmişdir. O, Rahibə “bunu telefonda deyərdin, mən hazırlıqlı gələrdim” deyib, həmçinin artıq ona inanmadığını, 40.000 ABŞ dollar pul verdiyi vaxtdan bu günə qədər Tosifin işində heç bir irəliləyişin olmadığını bildirəndə, Rahib “sən mənə inan” demişdir. Həmin vaxt söhbətdə iştirak edən Rahibin qardaşı Rövşən isə “Məhərrəm indiyə kimi mən sənə heç bir söz deməmişəm, sən pulu Rahibə ver, Rahib bu işlə məşğuldur, mən indi sənə söz verirəm ki, bu iş düzələcək, yəni Tosif həbsdən buraxılacaq, gətir pulu ver” demişdir. Bundan sonra o, Rahibə bunları fikirləşmək istədiyini deyib, Sankt-Peterburq şəhərindən yaşadığı Stavrapol vilayəti, Pyatiqorsk şəhərinə qayıtmış, qardaşı Tosiflə zəngləşib artıq Rahibə inanmadığını və ona pul vermək istəmədiyini dedikdə, Tosif Aygünlə danışıb ona xəbər verəcəyini bildirmişdir. Tosif ona görə Aygünlə danışmaq istəyirdi ki, ilk əvvəl Aygün Rahibə pul veriləcəyi halda onu həbsdən azad etdirəcəyini deyib, Rahibə veriləcək pula cavabdehliyi söz vermişdir. Bir qədər sonra o, cəzaçəkmə müəsisəsində saxlanılan Tosiflə telefon vasitəsilə əlaqə saxladıqda Tosif Aygünlə danışdığını, Rahibin 40.000 ABŞ dollar pulu alsa da iş görmədiyni, əlavə 100.000 ABŞ dollar pul istədiyini Aygünə bildirdiyini, Aygünün isə hər şeyin qaydasında olduğunu, Rahibin artıq hər şeyi yoluna qoyduğunu, ancaq onun, yəni Məhərrəmin pulu vermədiyni, onun türmədən çıxmasını istəmədiyini dediyini danışmış, onun çöldə olduğuna görə özünün baxıb dəqiqləşdirməsini tapşırmışdır. Bundan sonra, Sankt-Peterburqda olan Rahib xatırlamadığı Rusiya nömrəsindən onun hazırda xatırlamadığı nömrəsinə dəfələrlə zəng vurub Tosifin işi dayanmaması üçün pulu çatdırmasını, bu işlə gərgin məşğul olduğunu demişdir. Rahiblə bərabər arvadı Aygün də özünün hazırda xatırlamadığı Azərbaycan nömrəsindən ona zəng vurub 100.000 ABŞ dollar pulu Rahibə çatdırmasını, Tosifin işini əyməməsini demişdir. O da, məcbur olub 100.000 ABŞ dollar pul düzəldib, həmin puldan 14 oktyabr 2012-ci il tarixdə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt-Peterburq şəhərinə öz adından Təqsirləndirilən şəxs adına Rusiya pulu ilə 900.990 (doqquz yüz min doqquz yüz doxsan) rus rublu göndərmişdir. “Yunistrim” bankından da ona ödənişi təsdiq edən 14 oktyabr 2012-ci il tarixli **********42 nömrəli ödəniş qəbzi verilmişdir. Bundan sonra, Rahibin Tosifi həbsdən azad etdirməsi üçün istədiyi 100.000 (yüz min) ABŞ dollar pulun davamı olaraq 19 oktyabr 2012-ci ildə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt- Peterburq şəhərinə öz adından Rahibin adına Rusiya pulu ilə 380.990 (üç yüz səksən min doqquz yüz doxsan) rus rublu göndərmiş, Yunistrim” bankından da ödənişi təsdiq edən 19 oktyabr 2012-ci il tarixli **********93 nömrəli ödəniş qəbzi verilmişdir. O, əvvəlki ifadəsində öz adından Təqsirləndirilən şəxs göndərdiyi pulu səhvən 1.200.000 (bir milyon iki yüz min) rus rublu olaraq qeyd etmişdir. Əslində o, Tosifin həbsdən azad edilməsi üçün 14 və 19 oktyabr 2012-ci il tarixlərdə iki dəfəyə cəmi 1.281.980 (bir milyon iki yüz səksən bir min doqquz səksən) Rusiya rublu göndərmişdir. Bundan əlavə, Rahibin Tosifi həbsdən azad etdirməsi üçün istədiyi 100.000 (yüz min) ABŞ dollar pulun davamı olaraq, 14 oktyabr 2012-ci ildə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə Rusiya Federsiyanının vətəndaşı olan yeznəsi X34 adından Rahibin adına 800.000 (səkkiz yüz min) Rusiya rublu, həmçinin Rusiya Federasiyasının vətəndaşı olan dostu X20 adından 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu Rahibin qardaşı X18 adına göndərmişdir. Çünki Rahib telefonda pulun 70.000 (yetmiş min) ABŞ dollar hissəsini öz adına, 30.000 (otuz min) ABŞ dollar hissəsini isə qardaşı Rövşənin adına köçürməsini tapışrmışdır. O da, Rahibin dediyi kimi yuxarıda göstərilən qaydada həmin dövrün Rusiya rublunun dollara olan məzənnəsi ilə 100.000 (yüz min) ABŞ dollar pulu Təqsirləndirilən şəxs göndərmişdir. Onda yalnız Rusiya Federasiyasının vətəndaşı olan və hazırda da Rusiyada yaşayan dostu X20 adından Rahibin qardaşı X18 adına 14 oktyabr 2012-ci ildə Rusiya Federasiyası, Stavrapol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə göndərdiyi 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu pulunun göndərilməsini təsdiq edən Yunistrim” bankından verilmiş ödənişi təsdiq edən 14 oktyabr 2012-ci il tarixli **********49 nömrəli ödəniş qəbzinin kserosurətini ərizələrinə əlavə etmişdir. Həmin ödəniş qəbzinin, yəni çekinin əsli vardır. Rusiya Federasiyasının vətəndaşı olan hazırda da Rusiyada yaşayan yeznəsi X34 adından 800.000 (səkkiz yüz min) rus rublunun çekinin əslini isə itirmiş, həmin çekin yəni ödəniş qəbzinin kserosurəti də onda yoxdur. 100.000 (yüz min) ABŞ dollar pulu Rahibə göndərəndən sonra Sankt-Peterburq şəhərində olan Rahibə onun həmin vaxtı istifadə etdiyi xatırlamadığı Rusiya nömrəsinə özünün xatırlamadığı Rusiya nömrəsi ilə zəng vurub danışanda, Rahib 100.000 dollar pulu götürdüyünü, pulun onda olduğunu, darıxmamasını, hər şeyin yaxşı olacağını, bu gün aparıb pulu işi düzəldən, yəni Tosifi həbsdən buraxdıracaq adama çatdıracağını, qısa müddətə Tosifin həbsdən buraxılacağını demişdir. Rahibin bu sözlərinin üzərindən uzun müddət keçsə də, Tosifin işində heç bir irəliləyiş olmamışdır. Rahib Azərbaycanda olanda dəfələrlə onun ***-***-**-** nömrəsinə özünün Rusiya Federasiyasında olan xatırladığına görə Rusiya nömrəsi olan +7***-***-**-** nömrəsi ilə zəng edib əlaqə saxlamış, hər dəfə də danışıqlarda Rahib onu arxayın salıb narahat olmamasını, Tofsifin işində hər şeyin qaydasında olduğunu, Tosifin qısa müddətə buraxılacağını demişdir. Nəhayət o, Rahibin yalan danışdığını, Tosifin həbsdən azad olunmadığını görüb 2013-cü ilin iyul ayının axırlarında Rusiyadan Azərbaycana Bakı şəhərinə gəlmiş, Bakı şəhərində Rahiblə metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt Rahib onu yanındakı 50-60 yaşlarında olan Camal adlı şəxslə tanış edib, Camalın əvvəllər Moskva şəhərində prokuror işlədiyini, geniş əlaqələri olduğunu, inanmırsa Camaldan soruşmasını, qalan 60.000 (altmış min) ABŞ dollar pulu vermək lazım olduğunu demişdir. Həmin vaxt o, Rahibə verdiyi Tosifin hökmünün surətini Camalın əlində görmüşdür. Camal həmin hökmü göstərib uzun illər Rusiya Federasiyasının Moskva şəhərində prokuror işlədiyini, orada hamını tanıdığını, Rahibin düz dediyini, Rusiyaya getmək lazım olduğunu bildirib, bu işin dalınca gedib, axıra çıxarmaları üçün qalıq qalan 60.000 (altmış min) dollar pulu Rahibə verməsini istəmişdir. O, onlara məsləhətləşib xəbər verəcəyini bildirmişdir. Hətta Rahib ona “görürsən mən sənə yalan danışmıram, bu adam da bu işlə məşğuldur, görürsən hər şeyi deyir, sən qalıq pulu çatdır, bu adam da yol pulu eləsin” demişdir. Bundan sonra ayrılmış, axşam həmin vaxtı Bakıda istifadə etdiyi xatırlamadığı Azərbaycan nömrəsinə xatırlamadığı nömrədən Camal zəng vurub şəhərdə görüşmələrini istəmişdir. O da, qardaşı Şahid10 ilə birlikdə Camalla Bakı şəhərində xatırladığı yerdə görüşmüşlər. Görüş zamanı Camal tez Moskvaya gedib Tosifin işinin axırına çıxması üçün 60.000 (altmış min) ABŞ dollar pulu çatdırmalarını, işi yarımçıq saxlamamalarını, onların görüşməsini Rahibin bilmədiyini deyib, bu barədə Rahibə deməmələrini tapşırmışdır. O, Camala 60.000 ABŞ dollar pulları olmadığını, Tosifin işinə görə Rahibə 140.000 ABŞ dollar pul verdiyini dedikdə, Camal onun həmin puldan xəbəri olmadığını, Rahibin onları aldatdığını, Tosifin işinə görə heç kəsə pul vermədiyini bildirmişdir. Daha sonra Camal gedib Rusiyada Tosifin işi ilə maraqlanıb onlara xəbər deməsi üçün 10.000 ABŞ dollar yol pulu istəmiş, ondan sonra istəsələr, qalan pulu da vermələrini dedikdə, o və Xəzər məsləhətləşib xəbər verəcəklərini bildirmişlər. Bir gün sonra Rahib ona zəng vurub görüşə çağırmış, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Rahib və yanında olan Camalla görüşəndə, Camal telefonla Rusiya ilə əlaqə saxladığını, Rahibin də öz adamları vasitəsilə əlaqə saxlayıb Tosfin işini maraqlandıqlarını, hər şeyin qaydasında olduğunu, gedib Rusiyaya Tosifi həbsdən buraxdırmaq üçün pulun qalıq hissəsi olan 60.000 (altmış min) ABŞ dolları verməsini istəmişdir. Rahib də vəkillə birgə Tosifin saxlanıldığı İrkutsk şəhərinə gedib Tosiflə görüşmək, Camalın da Moskvaya gedib, orada prokurorluqda lazımı adamlarla Tosifin buraxılması ilə bağlı görüşüb söhbətləşməsi üçün qalıq 60.000 (altmış min) ABŞ dolları verməsini istədikdə, o, Rahibə Tosifin həbsdən buraxılması üçün ona 140.000 ABŞ dolları pul verdiyini deyib, həmin pulu nə etdiyni soruşmuşdur. Rahib pulun yarısını Moskvada yüksək vəzifəli şəxsə, qalan yarısını Bakıda yüksək vəzifəli şəxsə verdiyini, onların Tosifi həbsdən buraxdıracaqlarını söz verdiklərini, qalıq pulun Moskvada olan yüksək vəzifəli şəxslərə çatmalı olduğunu, danışılan 200.000 ABŞ dollar pulun tam verilməli olduğunu bildirsə də, pulu verdiyini dediyi şəxslərin adını çəkməmişdir. O, Rahibə və Camala məsləhətləşib onlara deyəcəyini bildirmişdir. Bundan sonra qardaşı Xəzər, atası Möhübbətlə məsləhətləşib, onlara Rahibin və Camalın dediklərini danışmışdır. Xəzər və atası Möhübbət Rahibə qalıq qalan 60.000 ABŞ dollar pulu verməyə ilk əvvəl razı olmasalar da, sonradan razılıq vermişlər. Belə ki, Rahib ondan əl çəkməmiş, Rahibdən əlavə Camal özü də ona zəng vurur, pulu çatdırmasını, vaxt itirdiklərini, Tosfin işini yarımçıq qoymamasını demişlər. O da, Tosifin xətrinə uzun illər həbsdə qalmaması üçün özünün qardaşı Şahid10 olan pulundan 60.000 (altmış min) ABŞ dollar götürüb 2013-cü ilin avqust ayında dəqiq xatırlamadığı gündə Rahiblə metronun “Neftçilər” stansiyasının yanında ikilikdə görüşüb, orada özü ilə gətirdiyi 60.000 (altmış min) ABŞ dollar pulu Tosifin həbsdən azad olunması üçün Rahibə vermişdir. Həmin vaxtı Camal gəlməmişdir. Pulu verəndən sonra Rahibin arvadı Aygün Rahibə zəng vurmuş, Rahib də Aygünə onunla görüşdüyünü və hər şeyin qaydasında olduğunu demişdir. Telefonda o, Aygünün qışqıraraq “mən Tosifin buraxılmasına görə aldığın pullara cavabdehəm, tez Məhərrəmi götür, gəl evə” dediyini eşitmişdir. O, başa düşmüşdür ki, Aygün də bu söhbəti bilir. Bundan sonra, o, Rahiblə birlikdə Rahiblə Aygünün yaşadığı Bakıxanov qəsəbəsində yerləşən evinə getmiş, orada birlikdə çay içmiş, həmin vaxt Aygün Tosifin işinə görə Rahibə verdiyi pullara cavabdeh olduğunu, narahat olmamasını, hər şeyin yaxşı olacağını demişdir. O da, sağollaşıb getmişdir. Lakin uzun müddət gözləsələr də, Tosif həbsdən buraxılmamış, Rahibin verdiyi sözlərin artıq yalan olduğuna tam əmin olmuşdur. Dəfələrlə o, qardaşı Xəzər və yeznəsi Akif, oğlu İlkin, Rahibdən pulu qaytarmasını tələb etdikdən sonra nəhayət xatırlamadığı tarixlərdə Rahib verilən 200.000 (iki yüz min) ABŞ dollarından 100.000 (yüz min) ABŞ dollarını qaytarmışdır. Həmin 100.000 ABŞ dollar pulun 60.000 ABŞ dollarını Bakı şəhərində ona, qalanını isə Bakı şəhərində adını xatırlamadığı ailə üzvlərindən birinə vermişdir. Sonrakı illərdə o, Rahibdən qalıq 100.000 ABŞ dollar pulu ala bilməyəndə, Rahib Camal və Rahibin dostu kimi təqdim etdiyi Vilayət adlı şəxs onunla görüşüb qalıq qalan 100.000 (yüz min) ABŞ dollar pulun müqabilində ona ev təklif etdikdə, o da, razılaşmışdır. 2015-ci ilin dekabr ayında o, Azərbaycana gəlmiş, o, qardaşı Xəzər, Rahib və Vilayət birlikdə “X64” MMC-yə məxsus Bakı şəhəri Yasamal rayonu Xarici dairəli küçə 2 ünvanına getmiş, həmin ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 3-cü blok 5-ci mərtəbə sahəsi 165 kvadrat metr olan 4 otaqlı 65 saylı mənzili ona göstərmiş, o, 100.000 (yüz min) ABŞ dollar pulun əvəzində həmin evin ona verilməsinə razılıq vermişdir. Nəticədə 08 dekabr 2015-ci il tarixdə “X64” MMC-nin direktoru X39 ilə onun istəyilə qardaşı Şahid10 arasında Bakı şəhəri Yasamal rayonu Xarici dairəli küçə 2 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasının 3-cü blok 5-ci mərtəbə sahəsi 165 kvadrat metr olan 4 otaqlı 65 saylı mənzilin qardaşına məxsus olmasına dair müqavilə bağlanmışdır. “X64” MMC-nin direktoru X39 tərəfindən həmin mənzilin dəyərinin Şahid10 tərəfindən tam ödənilməsinə dair 08 dekabr 2015-ci il tarixdə maliyyə arayışı da verlimişdir. Lakin sonradan “X64” MMC-nin direktoru X39 qardaşı Şahid10 ilə arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün xatırladığına görə Yasamal rayon məhkəməsinə ərizə vermişdir. Lakin bildiyinə görə, məhkəmə Şahid10 xeyrinə qərar çıxarmışdır. Buna baxmayaraq “X64” MMC-nin direktoru X39 onları həmin evə buraxmır. Bundan başqa, Zərərçəkmiş şəxs9 ifadəsində 08 aprel 2017-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə yazdığı izahatda Təqsirləndirilən şəxs qardaşı Tosif Hacıyevi həbsdən azad etdirmək üçün ondan 400.000 ABŞ dolları pul istəməsi barədə xüsusatla ifadəsindəki arasındakı ziddyyətə aydınlıq gətirərək, izahatında səhv etdiyini, əslində Təqsirləndirilən şəxs ilk olaraq 400.000 ABŞ dolları pul istədiyini, lakin onun bu məbləğlə razı olmadığını dedikdən sonra 200.000 ABŞ dolları istədiyini, habelə izahatında 2012-ci ilin may ayında Rahibə Bakı şəhərində Bakıxanov qəsəbəsində yerləşən evində 100.000 ABŞ dolları verməsi, həmin vaxt Rahibin arvadı Aygünün də orda olması barədə göstərdiyi xüsusatları təkzib edərək, əslində 2012-ci ilin may ayında Bakıda Rahibə pul vermədiyini, əsl həqiqətin hazırki ifadəsində göstərdiyi kimi olduğunu, izahatında fikirlərini düzgün ifadə etmədiyini qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, atası Möhübbət Hacıyev təxminən 15- 18 il bundan əvvəl Rusiya Federasiyasında Mahaçqala şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunmuş, bu barədə bilən həmin dövrdə qonşuları olan Təqsirləndirilən şəxs onunla birgə Rusiya Federasiyasının Mahaçqala şəhərinə getmiş, orada atasına vəkil tutmuş, nəticədə istintaq atasının günahsız olduğu qənaətinə gəldiyinə görə atası Möhübbət həbsdən azad olunmuşdur. Həmin işdə Rahibin heç bir rolu olmamış, Rahib yalnız hüquqi cəhətdən atası Möhübbətə vəkil tapmağa və sairə köməklik etmişdir. Həmin işə görə ailə üzvləri Təqsirləndirilən şəxs heç bir pul verməmişlər. Rahib bununla da özündə onlara qarşı inam yaratmışdır. Ona görə də Rahibə, Tosifin həbsdən azad edilməsi üçün köməklik edəcəyinə inanmışlar (Cild 9, iş vərəqi 196-200). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Zərərçəkmiş şəxs9 qardaşı olduğunu bildirərək, işin halları barədə zərərçəkmiş şəxsin ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuş Şahid12 Zərərçəkmiş şəxs9 və Şahid10 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (Cild 6, iş vərəqi 265-270). İş materiallarında olan könüllü təqdim edilmiş sənədin götürülməsi və baxış keçirilməsi barədə 18 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 dostu X20 adından Rahibin qardaşı X18 adına 14 oktyabr 2012-ci ildə Rusiya Federasiyası, Stavrapol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə göndərdiyi 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu pulunun göndərilməsini təsdiq edən “Yunistrim” bankından verilmiş 14 oktyabr 2012-ci il tarixli **********49 nömrəli ödəniş qəbzini istintaq orqanına təqdim etmişdir (Cild 9, iş vərəqi 269-272). Məhkəmə iclasında Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid14 bildirmişdir ki, o, 2014-cü ilin aprel ayında özü üçün Bakı şəhərinin kənar ərazilərində torpaq sahəsi alıb ev tikdirmək məqsədilə torpaq satan olsa məlumat vermələri üçün dostlara xahiş etmişlər. Həmin ərəfədə bir nəfər adı xatirində qalmayan taksi sürücüsündən Xətai rayonu, Zığ yolu, Qum adası adlanan yerdə 0,06 ha sahəsi olan torpaq sahəsinin satıldığı məlum olmuşdur. O, qardaşı Şahmirzə ilə həmin ünvanı öyrənib 2014-cü ilin iyul ayının əvvəllərində həmin ünvana getmiş, orada qonşuluqdakı ikimərtəbəli evdə həmin vaxt müvəqqəti yaşayan, sonradan adı onlara məlum olan Şahid12, atası Şahid11 və babası kimi təqdim etdiyi Möhübbət Hacıyev adlı şəxslərlə görüşmüşdür. Torpağın sənədləri və qiyməti ilə maraqlandıqda Şahid12 ona həmin tikilinin yanındakı bitişik hasara alınmış, darvazası qoyulmuş vəziyyətdə olan torpaq sahəsini və 19 may 2014-cü il tarixdə Şahid15 adlı qadın tərəfindən 06 saylı notariat kontorunda Şahid12 adına verilmiş torpaq sahəsini göstərib, həmin torpağın dayısı Məhərrəm adlı şəxsə məxsus olduğunu, 40.000 ABŞ dolları əvəzinə onlara verildiyini və onların da həmin qiymətə satmaq niyyətində olduqlarını bildirmişdir. O, Şahmirzə ilə birlikdə torpaq sahəsinə baxıb bəyənmiş, aradan bir gün keçmiş, yəni 11 iyul 2014-cü il tarixdə Şahid12 və qeyriləri ilə birlikdə 52 saylı notariat kontoruna gedərək həmin torpaq sahəsini etibarnamə ilə almış, o, notariat kontorunda 40.000 ABŞ dollarını sayıb İlkinin atası Şahid11 vermişdir. Bundan sonra vaxtları olduqda onlar həmin torpaq sahəsinə gedərək orada təmizlik, abadlıq işləri aparmağa başlamışlar. 2014-cü ilin sentyabr ayında o, qardaşı Şahmirzə ilə aldıqları torpaq sahəsinə gedərkən orada qapının üzərində indi xatirində qalmayan mobil nömrəsinin yazıldığını görmüş, həmin mobil nömrəsinə zəng etdikdə, sonradan adının Yusif olduğunu bildikləri şəxs onlarla görüşə gəlmişdir. Görüş zamanı Yusif torpaq sahəsinin ona aid olduğunu deyərək, həmin sahəyə aid sənədləri onlara göstərmişdir. Bundan sonra, onlar İlkinlə birlikdə görüşərək bu məsələni müzakirə edərkən məlum olmuşdur ki, torpağı 40.000 ABŞ dollarına qiymətləndirib İlkinə satmış Təqsirləndirilən şəxs adlı şəxsin Şahid12 dayısına 100.000 ABŞ dolları borcu olmuşdur. Yusif Rahibin onun qohumu olsa da, dələduz olduğunu, onun başına oyun açdığını bildirmişdir. Bundan sonra, İlkin Rahibə zəng edərək onu görüşə çağırmışdır. Az sonra Rahib görüşə gəldikdə, Yusiflə görüşərkən özünü itirmiş, qızarıb bozarmış, Yusifin onun qohumu olduğunu, onun özünün xəbəri olmadan da torpağını ərk edib sata bildiyindən bunu etdiyini demiş, onların narazılığını görərək bu məsələni özünün çözəcəyini bildirmişdir. Aradan müəyyən vaxt keçsə də, pullarının qaytarılmasının gecikdiyini görüb, İlkin atası Akif və babası X51 prospektində yerləşən «Sevinc» kinoteatrının qarşısında görüşmüş, görüş zamanı onlar Rahibi gözlədiklərini və sonuncunun onları aldatdıqlarını dedikdə, o və Şahmirzə Rahibi tanımadıqlarını bildirib, pullarının qaytarılmasını tələb etmiş, həmin vaxt Şahmirzə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Az sonra Nizami RPİ-nin 24-cü Polis Bölməsinin əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar. Orada məsələni müzakirə edərkən İlkin və atası babasına onların pulunun qaytarılması təklif olunmuşdur. Bundan sonra, onlar yenidən Rahiblə zəngləşərək görüş təyin etmişlər. 2014-cü ilin sentyabr ayı ərzində İlkinin dayılarından Xəzər və ya Arazın vasitəsilə Rahibdən 25.000 ABŞ dolları pul alınaraq onların iştirakında Şahmirzəyə qaytarılmışdır. Qalan pulun qaytarılması əvəzinə isə Rahib özünün idarə etdiyi, xatırladığına görə 2005-ci il buraxılışlı, «Nissan Patfander» markalı xaki rəngli 90-205 dövlət qeydiyyat nişanlı avtomobilini 15.000 ABŞ dollarına qiymətləndirərək Şahmirzəyə vermişdir. Şahmirzə həmin avtomobili aparıb bir gün işlədiyi avtosalonda saxladıqda avtomobillə maraqlanmış və məlum olmuşdur ki, Rahib avtomobilin bankda girovda olduğunu və 18.000 ABŞ dolları banka borcunun olduğunu bildiyi halda, onları qəsdən gizlədərək avtomobili onlara vermişdir. Bunu biləndən sonra Şahmirzə Rahibi görüşə çağırıb ona iradını bildirdikdə, Rahib müxtəlif bəhanələr gətirməyə başlamışdır. Avtomobilini özünə qaytarıb tez bir zamanda onlara qalan pulun verilməsini tələb etdikdə, Rahib bu məsələni bir yolla həll edəcəyini deyərək avtomobilini sürüb getmişdir. 2014-cü ilin oktyabr ayının ilk günlərində Rahiblə, İlkinlə və atası Akiflə «8-ci km» bazarı adlanan ərazidə görüşdükdə, pullarını tələb edən zaman Rahib bu məsələni növbəti günə həll edəcəyinə and-aman etmişdir. Həmçinin söhbət zamanı Rahib bir nəfər yaxın dostunun Almaniyadan yenicə gətirdiyi 2001-ci il buraxılışlı, «Mersedes-Bens» markalı, gümüşü rəngli, dizel mühərrikli 15.000 ABŞ dolları qiymətində maşını gətirib onlara verəcəyini, dostu ilə arasında olan pul məsələsini də sonra özünün həll edəcəyini bildirmişdir. Onlar isə maşına baxdıqdan sonra qiymətini müzakirə edəcəklərini bildirmişlər. Rahib ayrılarkən sabahısı günü birbaşa 6 saylı notariat kontorunun qarşısına getməyi tapşırmışdır. 2014-cü ilin oktyabr ayının ilk günlərində onun işi olduğuna görə qardaşı Şahmirzə özü 6 saylı notariat kontoruna gedərək müəyyən vaxt sonra Mersedes Benz- E200 markalı **-HX-*** dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobillə qayıdaraq Rahiblə həmin avtomobili 12.000 ABŞ dollarına qiymətləndirdiyini və sonuncunun ona etibarnamə verdiyini bildirmişdir. Müəyyən vaxt sonra Şahmirzə qalan 3.000 ABŞ dollarını da Rahibdən almış və 2014cü ilin dekabr ayının sonlarınadək avtomobili idarə etmiş, sonradan 11.800 ABŞ dollarına satmışdır. Torpaq sahəsi onun üçün alınsa da, pulun müəyyən hissəsini Şahmirzə ona kömək etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara torpaq satan Şahid12 dayılarını aldadıb külli miqdarda pullarını almış, onların pullarının bir hissəsini qaytarmaq adı ilə onlara 0,06 ha torpaq sahəsi vermiş və onlar da torpağın problemsiz olduğunu düşünərək onlara satmışlar. Hazırda torpaqla bağlı verdiyi 40.000 ABŞ dolları məbləğində pulu nağd və avtomobillə dəyəri ödənməklə özlərinə qaytarılmış, bu barədə hər hansı şikayətləri, tələb və iddiaları yoxdur (Cild 7, iş vərəqi 29-32). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 qardaşı Şahid14 məhkəmədə tədqiq olunmuş yuxarıda qeyd olunan ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, tikinti quraşdırma, sexlərin köçürülməsi və yenidən quraşdırılması işləri ilə məşğuldur. 2014-cü ilin təxminən avqust-sentyabr aylarında Nurəddin adlı dostu ona zəng edərək, Masazır qəsəbəsində olan daş sexini Bakı şəhəri, NZS qəsəbəsinə köçürmək lazım olduğunu demiş, əlaqə saxlamaq üçün əvvəllər tanımadığı Təqsirləndirilən şəxs telefon nömrəsini ona vermişdir. O, Rahiblə əlaqə saxlamış və sonrakı gün yaşadığı Məmmədli kəndində görüşmüşlər. Görüş vaxtı Rahib Masazır qəsəbəsində olan daş sexini NZS qəsəbəsinə köçürmək lazım olduğunu demiş, o, Rahibdən sexin kimə məxsus olmasını soruşanda, Rahib “sənin nəyinə lazımdır, sən məni tanıyırsan, gedək yerə bax, köçürmənin qiymətini de, pulunu da mən verəcəyəm” deyə cavab vermişdir. O da, Rahiblə birlikdə Masazır qəsəbəsində yerləşən daş sexinə gəlmişdir. O, daş sexinin ərazisinin təxminən 230 kvadrat metr olmasını müəyyən edib, Rahibdən həmin sexin köçürülməsi üçün 4500 manat pul istəmişdir. Təxminən bir həftə sonra Rahiblə sexin köçürülməsini 2500 manata razılaşdıqdan, 10 gün ərzində həmin sexin içərisindəki avadanlıqları Babək prospekti, NZS qəsəbəsinə köçürmüşdür. Köçürmə zamanı Təqsirləndirilən şəxs, «soruşan olsa, həmin torpaq sahəsinin satılmasını» deməyi və özünün telefon nömrəsini verməyi ona tapşırmışdır. O da, Rahibin sözündən sonra bir neçə yerə, alqı-satqı ofislərinə müraciət edib Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının arxasında satışda 30 sot torpaq sahəsi olduğunu bildirib telefon nömrəsini vermişdir. Bundan sonra metronun “Qara Qarayev” və “Neftçilər” stansiyasının arasında yerləşən alqı-satqı ofisində fəaliyyət göstərən Pənah adlı makler zəng vurub həmin torpaq sahəsinə baxmaq istəyən olduğunu demiş, 2014-cü ilin oktyabr ayının əvvəllərində torpaq sahəsini almaq istəyən sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs6 və Azadın qardaşı Fehruz, eləcə də Pənahla birlikdə torpaq sahəsinə baxmışlar. Adları çəkilən şəxslər torpaq sahəsinə baxıb bəyəndikdən sonra bir sotunu 6000 manatdan almaq istədiklərini və torpağın sahibi ilə görüşmək istədiklərini bildirmişlər. Həmin gün axşam saatlarında o, Azad, Fehruz və Pənah birlikdə Rahiblə görüşmək üçün Nizami rayon polis idarəsinin yaxınlığında yerləşən çayxanaya gəlmiş, çayxanada o, Təqsirləndirilən şəxs təqdim edərək torpaq sahəsinin Rahibə məxsus olduğunu, torpağın qiyməti barədə Rahiblə razılaşa biləcəklərini demişdir. Həmin vaxt Fehruz və qardaşı Azad Rahibi görən kimi tanımışlar və ona məlum olmuşdur ki, onlar bir-birlərini əvvəldən tanıyırlar. O, Pənahla hər iki tərəfin tanış olmalarını gördüklərindən oradan getmiş, torpağın alqısatqısını hansı qiymətə razılaşmalarını bilməmişlər. Sabahısı gün Xırdalan şəhərində yerləşən “Vedi” kafesində o, Rahib, Pənah, Azad və Fehruz görüşmüşlər. Orada Rahib torpaq sahəsini satmaq üçün 30000 manat pulu almış, torpaq sahəsinin alqı-satqısını notarial qaydada qısa müddətə edəcəklərini bildirmişdir. Lakin Rahib torpağın mülkiyyət hüququnu təsdiq edən çıxarışı gətirmədiyindən Azad pulunu geri tələb etmiş, dəfələrlə aralarında mübahisə yaranmış, hər dəfə Rahib pulu qaytarmağa söz versə də, bir neçə il ərzində pulu qaytarmayıb vaxtı uzatmışdır. Bundan əlavə, daş sexinin içərisindəki avadanlıqları köçürmək üçün razılaşdıqları 2.500 manat pulu Rahib ona hissə-hissə verdiyi üçün o, pulunu almaq üçün həmişə Rahibi axtarmağa məcbur olmuş, danışıqlarda Rahib bağçasının təmiri ilə məşğul olduğuna görə başının qarışıq olduğunu demişdir. Zərərçəkmiş şəxs7 ifadəsinə görə, 2015-ci ilin aprel ayında o, Nizami rayonu “Xəzər” universitetinin qarşısındakı çayxanada Rahiblə görüşmüş, onun yanında olan əvvəllər tanımadığı, lakin adlarını sonradan bildiyi Şahid16, Qoçəli, Camal, Şahid7 adlı şəxslərlə tanış olmuşdur. Əvvəllər o, Rahibə Abşeron rayonu, Məhəmmədi kəndində 5 sot torpaq sahəsinin üzərində 70 kvadrat metrlik üç otaqlı üstü mansardlı yaşayış evini satmaq istədiyini danışdığından, Rahib Şahid16 bu barədə demişdir. Bundan sonra, o, Rahib, Vilayət, Camal və Şahid7 ilə birlikdə onun Məhəmmədi kəndidəki üç otaqlı üstü mansardlı hazır yaşayış evinə baxmışlar. Vilayət evi bəyənmiş, o, evi 45000 manata satdığını demiş, Vilayət isə 35.000 manat verə biləcəyini bildirmişdir. O, deyilən qiymətə etirazını bildirərək 40.000 manat pul istədikdə, Rahib Vilayətin təklif etdiyi 35.000 manatın qalan 5.000 manatını şəxsən özü verəcəyini, Vilayətlə yaxın dost olduğunu deyərək, onu 35.000 manatla və özünün təklif etdiyi 5.000 manatla, yəni ümumi 40.000 manatla razı olmağını təkid etmişdir. Rahibin belə təklifindən sonra o, 40.000 manata razılaşmışdır. Növbəti günlərdə Vilayət ona ev üçün beh kimi 2.000 manat pul vermiş, sonradan isə razılaşdıqları 40.000 manat pulun onun üzərinə düşən 35.000 manatlıq hissəsindən bir neçə il ərzində Vilayət ona hissəhissə cəmi 30.000 manat pul ödəmiş və 5.000 manat borclu qalmışdır. Bundan başqa, Rahib də söz verdiyi 5.000 manatı ona ödəməmişdir. Belə ki, sonrakı danışıqlarda Vilayət ona evinə görə borclu qaldığı 5.000 manat pulu ona çatdırmaq üçün Rahibə verdiyini bildirmişdir. Rahiblə söhbət zamanı, sonuncu, həmin 5.000 manat pulu Vilayətdən ona çatdırmaq üçün aldığını etiraf etmiş, həmin puldan 1.500 manatını dəqiq yadında qalmayan tarixdə ona qaytarmışdır. Təqsirləndirilən şəxs Şahid16 əvəzinə vercəyini söz verdiyi özünün borclu olduğu 5000 manat pulu və Vilayətdən ona çatdırmaq üçün aldığı 5.000 manat pulun qalıq qalan 3.500 manatını, yəni cəmi 8500 manat pulu 16 dekabr 2019-cu il tarixdə qaytarmışdır. O, Rahiblə 16 oktyabr 2019-cu ildə saat 12:30 radələrində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında görüşmüş, pulu Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyi üçün o, 16 dekabr 2019-cu il tarixli ərizə yazmış, həmin ərizə də notarius tərəfindən təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs Vahid Məmmədov ifadəsində daha sonra bildirdi ki, 2015-ci ilin aprel ayında o, Vilayət və Rahiblə birlikdə Qara Qarayev prospektində onun idarə etdiyi «CİP Pajero» markalı avtomobildə olarkən, Vilayət ona evin pulundan ilkin 10.000 manatlıq hissəsini ödəyərkən pulu alıb avtomobilin bardaçokuna qoymuşdur. Bundan sonra, Vilayəti çayxanada düşürərkən Rahib maşından düşüb kiminləsə telefonda danışmış, sonra ona yaxınlaşıb onu evinə aparmasını xahiş edərək, orada birlikdə nahar etməyi təklif etmişdir. O da, razılaşıb Rahibi Bakıxanov qəsəbəsindəki evinə aparmış, evdə onları Rahibin həyat yoldaşı Şahid15 qarşılamışdır. O, Rahiblə birlikdə oturub nahar edən zaman Şahid15 onun hansı rayondan olduğunu soruşmuş, o, Şuşalı olduğunu dedikdə, Aygün Qubadlı rayonundan olduğunu, onu özünə qardaş seçdiyini, Bakı şəhərində müəllimə işlədiyi orta məktəbdə tədbir üçün yığılan pulu xərclədiyni, yaxın günlərdə məktəbə yoxlama gələcəyini, bunun üçün təcili olaraq 5.000 manat pul lazım olduğunu demişdir. O, tərəddüd etdikdə Aygün özünü tərifləyib, yoldaşı Rahibdən fərqli olduğunu, söz verdiyi 3 gün ərzində pulu mütləq qaytaracağını bildirmişdir. Aygünün çox təkidindən sonra o, onların yaşadıqları evdə Rahibin yanında Aygünə 50 ədəd 100 manatlıq, cəmi 5000 manat məbləğində pul sayıb vermişdir. Bundan sonra, Rahib masanın bir kənarına yığdığı çoxsaylı müqavilə və sənədləri ona göstərərək əlində çox böyük lahiyyələri və müqavilələrinin olduğunu, yaxın bildiyi dost-tanışından müəyyən məbləğdə pul alıb iş gördüyünü və hazırda həmin işlərin başa çatdırılmasının vacib olduğunu demiş, çoxsaylı sənədlərin arasından sonradan məzmunu ilə tanış olduğu Zərərçəkmiş şəxs6 ilə arasında 30.000 manatın qaytarılmasına dair bağlanmış 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini ona göstərib, müqaqvilədə adı göstərilən Zərərçəkmiş şəxs6 pulunun qaytarılmamasının onu çox narahat etdiyni və Azadın pulunun bir hissəsini qaytarmaq lazım olduğunu demişdir. Həmin vaxt Rahib, onunla gələcəkdə çox gəlir gətirən gəlirli işlər görüb xeyir qazanacaqlarını, ona çoxlu xeyir verəcəyini deyib, onda qalan 5.000 manatı da ona borc verməsini xahiş etmiş, yaxın günlərdə «Nəsimi» bazarı deyilən yerdə böyük sahəli obyektini tikinti şirkətinin sökdüyünü, hər kvadrat metrinə 4.000 manat pul təklif olunduğunu, pulları götürüb onun pulunu artıqlaması ilə verəcəyini demişdir. Bundan sonra, o, Rahibin dediklərinə inanıb razılaşmış, özündə qalan 5.000 manatı evinin qarşısında Rahibə vermişdir. Rahib Azadla münasibətinin pis olduğunu, pulunu gecikdirdiyi üçün Azadla üzbəüz gəlmək istəmədiyni, Azada pulunu qaytaracağı adı ilə vədlər verib aldatdığına görə onunla görüşmək istəmədiyini deyib, Azadla aralarında bağladıqları kredit müqaviləsinin kserosurətini və ondan aldığı 5000 manat pulu verib Zərərçəkmiş şəxs6la metronun «Neftçilər» stansiyasının qarşısında görüşüb 5000 manatı Azada verməsini, kredit müqaviləsinin arxasında imza etdirməsini tapşırmışdır. Pulu alıb uzaqlaşmaq istəyəndə, Rahib bütün pullar sənədləşmə işlərinə xərcləndiyni, hazırda evdə pulları olmadığından təkidlə 200 manat çörək pulu istəmişdir. Bundan sonra, o, Vilayətin verdiyi 10.000 manatdan başqa özünə aid 200 manat pulu çıxarıb Rahibə vermişdir. Bundan sonra, metronun «Neftçilər» stansiyasının yanına gedib orada Zərərçəkmiş şəxs6la görüşərək özünə aid 5.000 manat pulun Rahib tərəfindən göndərildiyini deməklə sayıb Azada vermişdir. Azad zəng edib Rahiblə danışandan sonra pulu ondan qəbul etmiş və onda olan kredit müqaviləsinin kserosurətinin arxasında öz xətti ilə pulu 22 aprel 2015-ci il tarixdə almasını təsdiq edərək imza edib ona vermişdir. Aygünün ona verdiyi 3 gün vədi keçəndən sonra zəng edib pulunu istədikdə, Aygün yenə də yaxın vaxtda pulunu qaytaracağını demişdir. Rahibə ondan aldığı pulların məbləğini öz əlyazması ilə yazıb öhdəlik götürməsini təklif etdikdə, Rahib razılaşmış, Şahid7 iştirakı ilə Rahibdən əlyazma alıb götürmüşdür. Aradan bir neçə ay keçdikdən sonra ona məlum olmuşdur ki, Rahibin ona sənəd adı ilə verdiyi müqavilənin və eskiz lahiyyəsi kserosurətini ondan başqa şəxsə də vermişdir. Rahiblə aralarında narazılıq və mübahisə yarandıqda o, pullarını tələb etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Rahib Nizami rayon Polis idarəsinin istintaq şöbəsində Gülşən adlı qadının şikayəti əsasında həbs edilmişdir. Gülşən adlı qadınla görüşdükdə məlum olmuşdur ki, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında Gülşən adlı qadının Rahibin açacağı uşaq bağçasında işə düzəlməsi adı ilə 15.000 manat pul alınıb və pulun müəyyən hissəsi qaytarılsa da, hansısa məbləği ödənməmiş qalmışdır. Ona görə də o, Rahibin əvəzindən Gülşən adlı qadına 2.000 manat pul ödəmişdir. 2017-ci ilin təxminən iyun ayında Rahib onu Maştağa-Nardaran arasındakı Ləhic bağı adlanan ərazidə ona 0,12 ha-lıq torpaq sahəsinin olduğunu və həmin sahəni ona hədiyyə edəcəyini deyərək, onu Şahid7la birlikdə həmin ünvana aparmışdır. O, pul qazanması üçün Əliyə ilkin olaraq 5.000 manat pul verilməli olduğunu, Əliyə veriləcək 5.000 manatdan başqa ondan pul istəməyəcəyini bildirmişdir. O da, Rahibə inanıb «Yaşıl Məkan» kafesində 5.000 manat pulu Rahibə vermişdir. Rahib həmin məbləğin 3500 manatını Şahid7 vermiş, qalan 1500 manatı isə özündə saxlamışdır. Rahibin 5.000 manat pulunu aldığı torpaq sahəsinə görə verdiyi Nadiya Nuriyevanın adına olan bələdiyyə sənədini iki gün sonra Rahibin iştirakı ilə aparıb Vilayətə göstərdikdə, sonuncu sənədin saxta olduğunu bildirmiş, hətta Rahibə irad bildirib insanları aldatmasına son qoymasını demişdir. Rahib isə sənədin doğru olduğuna and-aman edib, torpaq sahəsinin özünə aid olduğunu demişdir. Rahib tərəfindən guya ona hədiyyə edilən torpaq sahəsindəki bələdiyyə sənədinin üzərində X28 və onun ünvanı yazıldığından o, həmin qadını tapıb həmin ünvana aparmış, həmin torpaq sahəsinin X13 aid olduğu məlum olmuşdur. Bu dəfə o, Ədalət adlı şəxsi tapmış və Ədalət bütün sənədlərini göstərib sahənin ona aid olduğunu isbat etdikdən sonra o, məcbur olub Ədalətlə torpaq sahəsini 8.000 manata qiymətləndirmişlər. Həmin şəxsləri tapanadək o, Rahibə inanıb artıq torpaq sahəsində hasarlama, tikinti işləri aparmağa başlamışdır. Bələdiyyə işçiləri gəlib torpağın başqasına aid olduğunu dedikdə məcbur olub torpağın əsl sahibini tapmalı və məcburiyyətdən ona pul ödəməli olmuşdur. Bu vaxta kimi Ədalət Məhərrəmovla razılaşdıqları 8.000 manat pulun 7.400 manatlıq hissəsini ödəmişdir. Rahib isə həmin ərazidə axtarıldığını biləndə qaçıb ondan gizlənməyə başlamışdır. Onun evinin satılması zamanı Vilayətin əvəzindən ödəməyi vəd etdiyi 5.000 manat və Vilayətin özünün ona çatdırılması üçün Rahibə verdiyi daha 5.000 manatla birlikdə Rahib ondan Zərərçəkmiş şəxs6 qaytarmaq üçün ondan aldığı 5000 manat və həmçinin Şahid7 olan borcunu qaytarmaq üçün ondan aldığı 5000 manatla birlikdə ona 20000 manat maddi ziyan vurmuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs6la birlikdə Rahibdən pullarını tələb edərkən Rahib 2018-ci ilin fevral ayında hər ikisinə əlyazma formasında yazıb öhdəlik götürərək, 20 gün müddətində hər ikisinin pullarını qaytaracağını vəd etmişdir. Yalnız 2019-cu il ərzində Təqsirləndirilən şəxs verməli olduğu 20.000 manatdan 11.500 manatını qaytarmış, 16 dekabr 2019cu il tarixdə qalan 8.500 manat pulunu, eləcə də həyat yoldaşı Şahid15 aldığı 5.000 manatı qaytarmışdır. O da, həm Rahibdən, həm də Şahid15 şikayətinin olmamasına dair notarial qaydadad təsdiq olunmuş ərizələr yazmışdır. Əslində isə, Təqsirləndirilən şəxs ona olan borclarını müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Ona görə də, məhkəmədə Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmışdır. Bununla belə, Zərərçəkmiş şəxs7 14 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini bildirərək, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini, həmçinin qaldırdığı mülki iddiadan imtina etməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən, Zərərçəkmiş şəxs7 istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə təsdiq etmişdir (Cild 7, iş vərəqi 186-195). Cinayət işində olan Təqsirləndirilən şəxs adından yazılmış 03 may 2015-ci il tarixli əlyazmadan görünür ki, Zərərçəkmiş şəxs7 aldığı pul borcunu ödəməyə söz vermiş, ancaq şərt olaraq satışda olan obyektlərdən hər hansı biri satılarsa, dərhal borcunu ödəyəcəyini bildirmiş, Vahiddən obyektlərin sərbəst satışında ona köməklik etməsini və tələsdirməməsini xahiş etmişdir (Cild 6, iş vərəqi 37). Bakı şəhəri, 11 saylı notariat kontorunda təsdiq edilmiş 04 iyul 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X28 Bakı şəhəri, Sabunçu rayon Maştağa bələdiyyəsinin ərazisində ona ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair hüquqlarını başqa şəxsə səlahiyyət verilə bilməsi hüququ ilə 04 iyul 2086-cı il tarixədək Zərərçəkmiş şəxs7 etibar etmişdir (Cild 7, iş vərəqi 170). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, o, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə məhkəmə qərarına əsasən boşanmışdır. Lakin buna baxmayaraq, Rahiblə övladlarının atası olaraq dostluq münasibəti qalmışdır. Zərərçəkmiş şəxs1 təxminən 2009-2010-cu illərdən Rahibin vasitəsilə tanımışdır. Bakı şəhəri, Nizami rayonu, Keşlə bələdiyyəsinin 2009-cu il tarixli sərəncamına əsasən Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən 1200 kv.m. torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. 2008-2010-cu illərdə Rahib Nüsrətdən həmin torpaq sahəsinin sənədlərinin alınması üçün ümumilikdə ya 52000, ya da 55000 pul almışdır. Rahibin Nüsrətdən həmin pulu dollar və ya manatla alması yadında deyildir. Rahib həmin pulu Nüsrətdən aldıqdan sonra torpaq sahəsini sənədləşdirmişdir. Həmin torpaq sahəsini Rahibin Nüsrətə satması ilə bağlı aralarında hər hansı bir razılığın olub-olmaması barədə onda məlumat olmamışdır. 2012-ci ildə göstərilən torpaq sahəsində Əhmədova Mehin Əsgər qızı və onun həyat yoldaşı Tofiq adlı şəxs tərəfindən tikinti işlərinin aparılmasının şahidi olub məhkəməyə müraciət etmiş, 2017-ci ilin aprel ayında həmin 12 sot torpaq sahəsinin 5 sotuna mülkiyyət hüququna dair çıxarış almışdır. Beş sot torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı aldıqdan sonra 2017-ci ildə torpaq sahəsini X58 Əsgər qızına alqı-satqı yolu ilə 120.000 manata satmış, qalan 7 sot torpaq sahəsinə çıxarış alınmamışdır. 2016-2017-ci illərdə Zərərçəkmiş şəxs1 ona zəng vurub görüşmək istədiyini bildirmiş, o, Rahib və Nüsrət birlikdə “Neapol” dairəsinin yaxınlığında yerləşən kafedə görüşüb söhbət etmişlər. Nüsrət Rahibin sözü ilə 100.000 ABŞ dollarını tol istehsal edən sexə qoyduğunu, həmçinin evini satdırıb 162.000 ABŞ dolları ondan borc aldığını demişdir. Rahib isə Nüsrətdən borc pul aldığını inkar edib, Nüsrətə heç bir borcu olmadığını, evini satdırmadığını, Nüsrətin yalan danışdığını bildirmişdir. Üç-dörd il bundan əvvəl Nüsrət ona zəng edib Rahibin ondan borc pul istədiyini demişdir. Nüsrətin Rahibə nə qədər pul verməsini xatırlamır. Ancaq eşitmişdir ki, Rahib təxminən üç-dörd il əvvəl Nüsrətdən bir dəfə 15000 manat, bir dəfə də 16000 dollar pul almış, həmin pullardan iki dəfə 5000 manat, bir dəfə isə 3000 manat olmaqla cəmi 13.000 manat qaytarılmış, həmin puldan bildiyinə görə Rahibin Nüsrətə 13000 ABŞ dollar borcu qalmışdır. Zərərçəkmiş şəxs1 evlərinin Təqsirləndirilən şəxs tərəfindən satışının həyata keçirilməsindən, satışdan əldə olunan pulun bir hissəsini Rahibə verməsindən onun heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 o, şəxsən heç vaxt borc pul almamış, nə onun, nə də ki, Rahibin metronun “Qara Qarayev” stansiyasının yaxınlığında torpaq sahələri olmamışdır. Şahid15 ifadəsinə görə, 2014-cü ildə Rahib yaşadıqları ünvana «Toyota-Prado» markalı avtomobillə gələrək həmin avtomobili tanışı, əvvəllər bir yerdə çalışdığı Şahid7 pul əvəzinə aldığını, Əlinin avtomobili 24.000 manata qiymətləndirib 10 ay müddətinə qaytarmaq şərtilə verdiyini danışmışdır. Sonradan onların pula ehtiyacı olduğundan Rahib həmin avtomobili satmış, əldə olunmuş pulun 8.000 manatını qaynanasının Mərkəzi Klinikada cərrahi əməliyyatına ödəmiş, 3.000 manatlıq hisəsini isə onun müalicəsinə xərclənmişdir. Bildiyinə görə Rahib Şahid7 götürdüyü avtomobilə görə Türkan qəsəbəsindəki torpaq sahəsini Əlinin adına etibarnamə ilə vermiş və satılaraq pulunun götürülməsini bildirmişdir. Lakin Əli torpağı sata bilmədiyindən, Rahib sənədləri alıb özü satmış, əldə etdikləri pulları bank borclarına, faizlərə, digər məsrəflərə xərcləmişlər. Onlara 2014-cü ildə başında onkoloji şiş olan oğlu Turalın müalicəsi ilə bağlı əlavə pul lazım olduğundan Rahibin dəvəti ilə yaşadıqları evə gələrkən o, Əliyə müraciət edib ondan 8.000-10.000 manat borc pul istəmişdir. Əli isə nağd pulu olmadığını deyərək özünə məxsus «Mersedes-Benz E-200» markalı avtomobili pula qiymətləndirib ona verə biləcəyini bildirmişdir. Həmin avtomobili 12.000 manata qiymətləndirərək 2014-cü ilin oktyabr ayında Rahibin adına etibarnamə verdikdən sonra Rahib həmin avtomobili satmış, pulun bir hissəsini Rahib onun adına sənədləşdirdiyi torpaq sahəsinə, müəyyən hissəsini isə Turalın müalicəsinə xərcləmişlər. Həmin ərafədə Rahib Nərimanov rayonu ərazisində xalası Fazilənin villasını uşaq bağçası kimi təmir etmək, sənədləşdirmək və bu yöndə iş qurmaq üçün də müəyyən vəsaitlər xərcləmişdir. Onun özünün bir neçə banka borcları olduğundan yaşadıqları evi Əlinin özünün köməkliyi ilə «Texnika bank»ın Yasamal filialına girov qoyaraq 55.000 manat məbləğində pul götürmüşlər. Həmin məbləğin 12.000 manatını o, şəxsən Rahibin iştirakı ilə Əliyə vermiş, Əli həmin məbləği «Texnikabanka» özünün evini girov qoyub götürdüyü öz borcuna ödəygcəyini bildirmişdir. Sonradan bank əməkdaşı Rahibə zəng vurarkən məlum olmuşdur ki, Əli onlardan aldığı pulu banka ödəməmişdir. 2016-cı ildə Əli Gülşən adlı qadınla onların evinə gələrək, Gülşənə 15.000 manat borcu olduğunu deyərək öz borcundan qaytarılmasını istədikdə, Rahib 8.000 manat və 500 ABŞ dolları Əlinin özünə və yaxud istintaq orqanına 10.000 manatdan artıq pul ödəmişdir. Hal hazırda Rahibin Şahid7 hər hansı borcu qalmamışdır. Atlas və Ulduzə adlı qadınları qızı Arzunun iş yoldaşları olduğunu bilmiş, onların Rahiblə açılacaq uşaq bağçasının təmirinə müəyyən məbləğdə vəsait xərclədiklərini eşitmişdir. Şahid15 ifadəsində həmçinin bildirdi ki, oğlunun müalicəsi ilə bağlı ona pul lazım olduğundan o, yoldaşı Rahibə dost tanışlarından ona 5.000 manat borc pul tapmasını demişdir. Təxminən 2016-cı ilin yaz aylarında Rahib Zərərçəkmiş şəxs7 ilə onların yaşadıqları mənzilə qonaq gəlmişdir. O, əvvəllər həyat yoldaşı Rahibdən Vahidlə yaxın münasibəti olduğunu eşitdiyindən, çay içərkən Vahidə müraciət edib oğlunun müalicəsi üçün 5.000 manat borc pul istəmiş və Vahid də çıxarıb həmin məbləği ona vermişdir. Pulu özü Vahiddən götürüb 10-15 gün ərzində qaytaracağına söz vermişdir. Pulu aldığı vaxtdan təxminən bir ay sonra borc aldığı pulu Vahidə qaytarması üçün Rahibə vermiş, sonra isə zəng edib Vahidə minnətdarlığını bildirmişdir. Hal-hazırda onun Vahidə borcu yoxdur, ancaq Rahibdən bildiyinə görə, ərinin Vahidə 12.000-13.000 manat borcu qalmışdır. Şahid15 ifadəsinə görə, o, Zərərçəkmiş şəxs9 və qardaşı X15 təxminən 15-20 ilə yaxındır ki, tanıyır, əvvəllər onlarla qonşu olmuşlar. Tosifin atası Möhübbət Hacıyev təxminən 15-18 il bundan əvvəl Rusiya Federasiyasında Maxaçqala şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunmuşdur. Möhübbət Hacıyevi keçmiş əri Rahibin vasitəsilə Rusiya Federasiyasında Maxaçqala şəhərində həbsdən azad etdirmiş, lakin Rahibin bunu hansı yolla və kimin vasitəsilə etməsindən məlumatsızdır. Məhərrəm ilə Rahib və Rahibin qardaşı Rövşən arasında hansı söhbətin olmasından, Rahibin Tosifi həbsdən azad etdirməsi üçün Məhərrəmdən 200.000 ABŞ dolları istəməsindən, Rahibə həmin pulun verilib-verilməməsindən məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onu Təqsirləndirilən şəxsla 2008-ci ildə Nizami Bələdiyyəsinin sədri tanış etmişdir. Sonra Rahibin vasitəsi ilə o, Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Onların ümumi söhbətindən belə başa düşmüşdür ki, Nüsrət Rahibə 100.000 manat pul vermiş, həmçinin Qoçəlinin Nüsrətə 52.000 manat borcu qalmışdır. Nüsrət Keşlədəki torpaqların özəlləşdirilməsi üçün Rahibə 30.000 manat pul vermişdir. Şahid16 ifadəsinə görə, o, uzun müddət Şirvan Avtobazasının müdiri vəzifəsində işləmiş, sonra isə hüquq təhsili alaraq nümayəndə kimi fəaliyyət göstərmişdir. Həmçinin o, Rahibgilə nümayəndə kimi xidmət göstərmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ona Rahib müraciət etmiş, həmin torpaq sahəsi Keşlə qəsəbəsində P.Fərzəliyev küçəsində yerləşmişdir. Torpaq sahəsi Rahib tərəfindən “Dəniz Mebel»in sahibinə satmışdır. Bildiyinə görə, Nüsrət tol sexinə görə 100.000 ABŞ dolları, Keşlədəki torpağa görə isə 30.000 manat pul vermişdir. Q.Qarayev metrosu yanındakı 15 sot torpaqla bağlı Nüsrət Rahibə 15-17 min manat pul verdiyini ona demişdir. Həmin hadisə 2016-2017-ci illərdə baş vermişdir. Həmçinin onun bildiyinə görə, Rahibin həyat yoldaşı Nüsrətdən 15000 manat və 10000 manat pul almışdır. 01 may 2013-cü il tarixli akt barədə onun məlumatı vardır, belə ki, həmin akt onun tərəfindən yazılmışdır. Rahib onun yanında Nüsrətdən 100.000 dollar almasını etiraf etmişdir. Bildiyinə görə, Rahib Keşlədəki torpağa görə 30.000 manat, “Qara Qarayev» metrosunun yanındakı torpaq üçün 17.000 manat almışdır. Nüsrət Keşlədəki torpağa görə pulu 2009-cu ildə , “Qara Qarayev» metrosunun yaxınlığındakı torpağa görə isə 2014-2015-ci ildə verdiyini demişdir. İş materiallarına əlavə olunmuş 21 fevral 2020-ci il tarixli 1963 saylı ekspertiza rəyindən görünür ki:
1. ekspertizaya təqdim olunmuş, 09.04.2016-cı il tarixli iltizamdakı imza; 19.01.2013-cü il tarixli borc qəbzinin əlyazma mətni və imza; 30.07.2017-ci il tarixli ərizənin əlyazma mətni və imza; 30.06.2017-ci il tarixli ərizənin əlyazma mətni; 30.07.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsinin əlyazma mətni; 29.08.2016-cı il tarixli iltizamın əlyazma mətni (29.08.2016 rəqəmlərindən başqa) və imza; 30.05.2015-ci il tarixli kredit müqaviləsindəki “Təqsirləndirilən şəxsF” yazıları və imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş, 30.07.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsində “Zərərçəkmiş şəxs1” sözlərinin aşağısındakı imza; 29.08.2016-cı il tarixli iltizamda “29.08.2016” rəqəmləri Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim olunmuş, 30.06.2017-ci il tarixli ərizədəki imza; 30.07.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsində “Şahid15” sözlərinin aşağısındakı imza – Şahid15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
4. Ekspertizaya təqdim olunmuş, 30.06.2017-ci il tarixli ərizədəki imzanın; 30.07.2017-ci il qarşılıqlı razılaşma müqaviləsində “Şahid15” sözlərinin aşağısındakı imzanın Təqsirləndirilən şəxs Ferhad oğlu tərəfindən, Zərərçəkmiş şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması müəyyən etmək mümkün olmadı (Cild 10, iş vərəqi 148-161). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli **********85 saylı məktubdan görünür ki, Xidmətin ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (Cild 8, iş vərəqi 271-272). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 21.10.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə idarədə məlumat mövcud deyildir (Cild 2, iş vərəqi 184). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 metronun “Qara Qarayev” stansiyasının yaxınlığında və Keşlə qəsəbəsində yerləşən torpaq sahələrinin ona satılması ilə bağlı heç bir söz və vəd vermədiyini, ondan bu məqsədlə pul almadığını, Zərərçəkmiş şəxs1 torpaq sahəsinin sənədləşdirilməsi və şəxsi ehtiyacları üçün illər ərzində hissə-hissə 80600 ABŞ dolları borc alması, Zərərçəkmiş şəxs1 100000 ABŞ dolları borcu olması, həmin pulun 25000 ABŞ dollarını mərhum Mahirə Mehdiyevaya verməsi, 55600 ABŞ dollarını isə Zərərçəkmiş şəxs1 qaytarması, habelə 09 aprel 2016-cı il tarixli 260000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahələrinin satılaraq satışdan əldə olunan pulun bərabər şəkildə bölüşdürülməsi məqsədilə alması məzmunlu iltizamı oxumadan imzalaması, Zərərçəkmiş şəxs1 onu aldadıb borc olaraq verdiyi pula imza etdirdiyini bildirsə də, iş üzrə məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlara əsasən onun göstərdiyi xüsusatlar özünü müdafiə taktikası kimi qiymətləndirilməlidir. Bundan başqa, toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, sonuncunun 12 aprel 2011-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayət məhkəməsinin münsiflər məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1, 188.4, 30.1, 228.1-ci maddəsinin 3-cü hissəsinin “A”, “R” bəndləri ilə təqsirli bilinərək 17 il azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş qardaşı X15 həbsdən azad etdirəcəyini vəd edib, bu adla 2012-ci ilin may ayından 2013-cü ilin avqust ayı da daxil olmaqla olan müddət ərzində cəmi 100.000 (yüz min) ABŞ dolları və 2.982.970 (iki milliyon doqquz yüz səksən iki min doqquz yüz yetmiş) rubl pulunu ələ keçirib, zərərçəkmiş şəxs Məhhərəm Hacıyevə külli miqdarda, 153.803 manat ziyan vuraraq dələduzluq etməsi tam halda sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9, şahid qismində dindirilmiş Şahid10, Şahid11, Şahid12, qismən Şahid14 və Şahid13 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9, sonuncunun azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş qardaşı X15 həbsdən azad etdirəcəyini yalandan vəd edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2012-ci ilin may ayında Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərində yerləşən bank vasitəsilə onun adına göndərilən 40.000 ABŞ dollarını, 14 oktyabr 2012-ci il tarixdə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə onun adına göndərilən 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu, həmin tarixdə Zərərçəkmiş şəxs9 yeznəsi X34 adından Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə onun adına göndərilən 800.000 (səkkiz yüz min) Rusiya rublu və dostu X20 adından Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə qardaşı X18 adına göndərilən 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu, 19 oktyabr 2012-ci il tarixdə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə onun adına göndərilən 380.990 (üç yüz səksən min doqquz yüz doxsan) Rusiya rublunu və 2013-cü ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında 60.000 (altmış min) ABŞ dolları, cəmi 100.000 (yüz min) ABŞ dolları və 2.982.970(iki milliyon doqquz yüz səksən iki min doqquz yüz yetmiş) rubl pulunu ələ keçirib, zərərçəkmiş şəxs Məhhərəm Hacıyevə külli miqdarda, 153.803 manat ziyan vuraraq dələduzluq etmişdir. Həmin xüsusatlar X20 adından Təqsirləndirilən şəxs qardaşı X18 adına 14 oktyabr 2012-ci ildə Rusiya Federasiyası, Stavropol vilayəti, Pyatiqorsk şəhərindən “Yunistrim” bankı vasitəsilə Sankt Peterburq şəhərinə göndərdiyi 900.990 (doqquz yüz min doqquz yüz doxsan) Rusiya rublu pulunun göndərilməsini təsdiq edən “Yunistrim” bankından verilmiş ödənişi təsdiq edən 14 oktyabr 2012-ci il tarixli **********49 nömrəli ödəniş qəbzi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs aldatma yolu ilə Zərərçəkmiş şəxs9 pullarını ələ keçirdikdən sonra 19 may 2014-cü il tarixdə Bakı şəhər 16 saylı notariat kontorunda Şahid15, bütün əmlakına dair sərəncam və s. hüquqlarını başqa şəxsə səlahiyyət verilə bilməsi hüququ ilə Zərərçəkmiş şəxs9 bacısı oğlu X24 adına etibarnamə verdirməsi də onun Zərərçəkmiş şəxs9 qarşı dələduzluq etdiyini təsdiq etməklə yanaşı, müxtəlif adlarla aldığı pulları qaytarmamaq üçün vaxt qazanmaq, pullarını qaytaracağına inam yaratmaq, hüquq mühafizə orqanlarına şikayət etməmələri məqsədi güddüyünü göstərir. Həmçinin Təqsirləndirilən şəxs aldatma yolu ilə Zərərçəkmiş şəxs9 pullarını ələ keçirdikdən sonra 08 dekabr 2015-ci il tarixdə qardaşı Şahid10 ilə “X64” MMC-nin direktoru X39 arasında Telman Səlimovun Bakı şəhəri, Yasamal rayonu, X76, Xarici dairəvi küçə 2 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasının 3-cü blok 5-ci mərtəbə sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 65 saylı mənzil kv.m sahə üçün 500 manat olmaqla 82500 manata Şahid10 satmasına dair 58 saylı müqavilə bağlatdırması da onun Zərərçəkmiş şəxs9 qarşı dələduzluq etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində meyvə-tərəvəz ticarəti ilə məşğul olmaq adı ilə Zərərçəkmiş şəxs9 pul alması barədə göstərdiyi xüsusatlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs4 15.000 manat, Zərərçəkmiş şəxs8 qızından təxminən 11.000 manat pul alıb, xalası Şahid8 məxsus ünvan 19 ünvanda yerləşən 3 mərtəbəli evdə uşaq bağçası kimi fəaliyyət göstərməsi üçün təmir işlərinə sərf etdiyini, vəsait çatışmazlığı ucbatından işin dayandığını bildirsə də, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən onun göstərdiyi xüsusatlar onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2016-cı il tarixdə hazırkı cinayət işinə birləşdirilmiş ********* nömrəli iş üzrə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 11 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilməsi barədə qərar qəbul edlmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin tarixdə barəsində axtarış elan edilmiş, 24 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami RPİnin 25-ci Polis bölməsi tərəfindən tutularaq istintaq orqanına təhvil verilmiş, həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 28 iyul 2020-ci il tarixli qərarına əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulub 24 sentyabr 2016-cı ilədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilərək çıxılmalı, ona qəti cəza təyin olunmalı, azadlıqdan məhrum etmə cəzasının əvvəli fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət nəzərə alınmaqla 24 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs7 ona vurulmuş 20.000 (iyirmi min) manat maddi ziyanın, Zərərçəkmiş şəxs1 isə maddi ziyana görə 466.200 (dörd yüz altmış altı min iki yüz) manat, mənəvi zərərə görə 100.000 (yüz min) manat, əldən çıxmış faydaya görə 680.000 (altı yüz səksən min) manat, ümumilikdə 1.246.200 (bir milyon iki yüz qırx altı min iki yüz) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub onlara qaytarılması barədə mülki iddialar qaldırmışlar. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Bununla belə, məhkəmə baxışının sonunda Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş 15 noyabr 2021-ci il tarixli ərizəsində, Zərərçəkmiş şəxs7 isə 14 dekabr 2021-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxsla barışdıqlarını, onlara vurulmuş ziyanın tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və iddia tələbləri olmadıqlarını, ona görə də qaldırdıqları mülki iddialardan imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdikləri ərizələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin Təqsirləndirilən şəxs qarşı mülki iddialardan imtinaları qəbul edilməli və qeyd olunan iddialar üzrə mülki mühakimə icraatına xitam verilməlidir. Eləcə də, iş üzrə mülki iddia qaldırmamış digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 812 (səkkiz yüz on iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 812 (səkkiz yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
HÖKM E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 sentyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulub 24 sentyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı mülki iddialardan imtinaları qəbul edilsin və qeyd olunan iddialar üzrə mülki mühakimə icraatına xitam verilsin. İş üzrə maddi ziyanları ödənilməmiş digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 812 (səkkiz yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutların olmaması və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov