Məhkəmə qərarları › İş №1(101)-220/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-220/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-220/2023 03.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 28 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş, cəmi 37 ədəd-külli miqdarda, narkotik təbiətli çətənə (kannabis) bitkilərini istixanada torpaqda qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daha sonra həmin narkotik təbiətli çətənə (kannabis) bitkilərindən bir neçəsini çıxarıb həmin bitkilərdən 22 ədəd narkotik təbiətli çətənə kannabis bitkilərini satış məqsədilə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədilə quruması üçün yaşadığı evin zirzəmisində saxlamış, həmçinin bir neçə ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərindən satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 1109,505 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib həmin narkotik vasitədən təmiz çəkisi 1105 qram narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,025 qram və 2,480 qram olmaqla, ümumi təmiz çəkisi 4,505 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, 28 mart 2022-ci il tarixdə, saat 16:50 radələrində Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən “Aqil market”in yaxınlığında saxlanılaraq, Suraxanı RPİ-nin 30cu PŞ-nin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,025 qram və 2,480 qram olmaqla, ümumi təmiz çəkisi 4,505 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində axtarış keçirilən zaman həyətyanı sahəsindən 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 1105 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin evin zirzəmisindən sellofan torbanın içərisində yaş vəziyyətdə, ümumi sayı 22 ədəd, ümumi çəkisi 345 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həyətyanı sahədə istixanadan torpağa əkilmiş vəziyyətdə, ümumi sayı 15 ədəd, ümumi çəkisi 245 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun bu işlə heç bir əlaqəsi yoxdur. Belə ki, o, qardaşı ilə eyni həyətdə yaşamışdır. Yaşayış evi iki mərtəbə olduğundan qardaşı 1-ci mərtəbədə öz ailəsi ilə yaşamış, o isə 2-ci mərtəbədə yaşamışdır. O, şəxsi istifadəsi üçün həyətlərində 5-6 ədəd çətənə kolları əkib yetişdirdikdən sonra onları çıxarıb ikinci mərtəbədə asaraq qurutmağa qoymuşdur. Bunun onun qardaşı ilə heç bir əlaqəsi olmamışdır. Onun davası olmuş, o, 102-yə şikayət etmiş, bundan sonra onu tutmuşlar. Çətənə kollarını isə qardaşının ayağına vurmuşlar. Ayın 28-də isə polislərin guya həyətimizin sonundan çətənə kolları tapmış və bunu da onun (t/ş Təqsirləndirilən şəxs) ayağına vurmuşdular. Polislərin sənəddə qeyd etdikləri yerdə ümumiyyətlə çətənə kolları olmamış, polislər özləri 37 ədəd kolu ora qoyub çəkiliş aparmış və götürmüşlər. 37 ədəd çətənə kolu ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 28 mart 2022-ci il tarixdə onun DİN-nin 102 xidmətinə müraciəti ilə bağlı polis ərazi rəisi Elmir onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə çağırmış, orada tanımadığı qeyriləri ondan silah tələb etmişlər. O, Elmirə silahı olmadığını bildirdikdən sonra elə həmin gün, yəni martın 28-də polislər aparıb narkotiki, çətənə kollarını onun həyətinə qoymuş və videoçəkilişlə götürmüşlər. Həmin narkotik vasitələr və çətənələr ona məxsus olmamışdır. Lakin 18 mart 2022-ci il tarixdə onun həyətindən götürülən və qardaşı Şakir Rəfiyevin adına sənədləşdirilən 480 ədəd çətənə kolları və 1 kq qurudulmuş marixuana ona aid olmuş, qardaşı Şakirin ümumiyyətlə həmin çətənə kolları ilə əlaqəsi olmamışdır. 28 mart 2022-ci il tarixdə o, polisdə olarkən polislər onun ünvanına getmiş və qayıdaraq 37 ədəd çətənənin həyətdən çıxdığını bildirmişlər. Sonra gəlib məni apardılar. Sənədləşdirilən narkotik və çətənə kolları ona aid olmasa da, polisdə bütün kolların və narkotikin ona aid olması ilə bağlı razılaşmışdır. Lakin ona qarşı polisdə heç bir zor tətbiq olunmamış, ona heç bir xəsarət yetirilməmişdir. Bununla bağlı o, təcridxanaya və ya sair yuxarı orqanlara şikayət etməmişdir. O, əsəbi adam olmuş, psixi xəstəliyinə görə hərbi xidmətdə olmamışdır. O, marixuanadan sakitləşdirici dərman kimi istifadə etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan edilməklə tədqiq olunan ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, o, uzun müddət narkotik vasitə olan və “nəşə” kimi tanıdığı qurudulmuş marixuanadan istifadə etmişdir. Tutulmazdan təxminən 4-5 ay əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində hazırda yadında qalmayan boş sahəlikdə tək gəzən zaman yabanı halda bitmiş narkotik təbiətli çətənə bitkisi görmüş, həmin bitki yabanı halda olduğu üçün özünün istifadəsi üçün onun yarpaqlarından yığmamış, yalnız üzərində olan toxumlarından götürmüş və yaşadığı evin həyətyanı sahəsində özünün istifadə etməsi məqsədilə əkib becərməsi üçün saxlamışdır. Bir neçə gün sonra dədiq yadında saxlamadığı tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 14 ünvanda yerləşən həyətyanı torpaq sahəsində olan istixanada həmin toxumları əkmiş, bundan sonra mütəmadi olaraq həmin toxumları suvarmış, əkdiyi yerlərə peyin, şirə verməklə becərməyə başlamışdır. Bir müddət sonra həmin toxumlardan narkotik təbiətli çətənə bitkiləri yetişmiş, eyni qaydada həmin bitkilərə qulluq edib becərməyi davam etdirmiş, mütəmadi olaraq su, peyin, şirə verməklə, eyni zamanda diblərini yumşaldıb alaq otlarından təmizləməklə aqro texniki qaydada qulluq etmişdir. Tutulmazdan bir neçə gün əvvəl həmin narkotik təbiətli çətənə bitkilərindən bir neçəsini çıxarıb qurutmuş və hissələrə ayırmaqla əzib qara rəngli sellofan torbanın içərisində yaşadığı evin həyətyanı sahəsində kanalizasiya borusu keçən yerdə saxlamışdır. Bundan sonra həmin narkotik vasitə olan qurudulmuş marixuandan iki ədəd kibrit qutularına yığaraq özü az-az istifadə etmiş və istəyəndə istifadə edə bilməsi üçün daimi olaraq kibrit qutularında üzərində saxlamışdır. Daha bir neçə gün keçdikdən sonra yenə də gələcəkdə özü az-az istifadə etməsi üçün əkib becərdiyi narkotik təbiətli çətənə bitkilərindən 22 ədədini çıxarıb qurutmaq üçün yaşadığı evin zirzəmisində divara söykənilmiş pəncərənin arxa hissəsində saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında daha sonra göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə unutduğu bir vaxtda sahə müvəkkili tərəfindən ailə münaqişəsi zəminində onda silah olması ilə bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edilmişdir. 30cu PŞ-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi təyin olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçinin axtarışda iştirak etməsini zəruri hesab etmədiyi üçün özü könüllü olaraq ərizə yazmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, bundan sonra artıq ifşa olunduğunu bilib özü könüllü olaraq əynindəki göy rəngli şalvarının sol yan cibindən içərisində qurudulmuş marixuana narkotik vasitə olan iki ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoymuşdur. İlkin sorğu zamanı həmin kibrit qutularında olan yaşıl rəngli kütlələrin “nəşə” kimi tanıdığı qurudulmuş marixuana narkotik vasitəsi olduğunu, özünün istifadə etməsi məqsədilə yaşadığı ünvanın həyətyanı sahəsində əkib becərdiyini demiş, həmçinin yaşadığı ünvanda narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş narkotik vasitə kibrit qutuları ilə birlikdə zərfə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, özü və iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında göstərmişdir ki, elə həmin gün onun özünün, müdafiəçinin, aqronomun və polis əməkdaşlarının iştirakları ilə yaşadığı ünvanda özünün könüllü razılığı ilə video çəkiliş aparılmaqla axtarış keçirilmiş, axtarış zamanı artıq ifşa olunduğu üçün polis əməkdaşlarına yaşadığı evin zirzəmisində divara söykənilmiş pəncərənin arxa hissəsində sellofan torbada saxladığı 22 ədəd narkotik təbiətli çətənə bitkilərini, həmçinin yaşadığı evin həyətyanı sahəsində kanalizasiya turbası keçən yerdən qara rəngli sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı, həmçinin yaşadığı evin həyətyanı sahəsində istixanada əkib becərdiyi, torpağa əkilmiş vəziyyətdə olan 15 ədəd narkotik təbiətli çətənə bitkilərini göstərib təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə və çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, yaşadığı evdən və həyətyanı sahəsindən narkotik vasitə və s. qanunsuz əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, özü və iştirakçılar tərəfindən imza edilmişdir. Yaşadığı ünvanda tək yaşadığından, həmçinin həmin çətənə bitkilərini həyətyanı sahəsində istixanada əkib becərdiyi üçün və ondan başqa həmin yerə heç kəs keçmədiyindən, bu barədə heç kəsin məlumatı olmamışdır. Ümumiyyətlə heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (iş vərəqə: səh.208-210). Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 mart 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Polis Şöbəsinin rəhbərliyi onun tərəfindən bu barədə məlumatlandırılmış, əməliyyat məlumatının yoxlanılması üçün qərar qəbul edilmiş və onun rəhbərliyi ilə 30-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, saat 16:50 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsi “Aqil market” adlanan ticarət obyektinin yaxınlığındaonlar tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış və əməliyyat-axtarış tədbirinin nəticəsi Şöbə rəhbərliyinə məruzə olunmuşdur. Araşdırma 30-cu PŞ-nin baş təhqiqatçı, polis mayoru Fərid İbrahimova həvalə olunmuş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs dövət hesabına müdafiəçi ilə təmin olunmuş, həmçinin şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdlan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən içərisində yaşıl rəngli, kəskin iyli bitki mənşəli kütlə olan iki ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoymuş, suallara cavab olaraq həmin kütlənin “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu, özü istifadə etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyini demiş, eyni zamanda yaşadığı ünvanda narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə kibrit qutuları ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı olan videogörüntülər dayandırılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Şahid - baş əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra elə həmin gün Təqsirləndirilən şəxs, müdafiəçisinin, aqronomun, onun özünün və sahə inspektoru Şahid2 iştirakları ilə baş təhqiqatçı Fərid İbrahimov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsi 14 ünvana video çəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan ünvanda fərdi yaşayış evinin zirzəmisindən divara söykənilmiş pəncərənin arxa hissəsində sellofan torbada 22 ədəd yaşıl rəngli bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri yaşadığı ünvanda həyətyanı sahədə özünün istifadə etməsi məqsədilə özünün əkib-becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində kanalizasiya turbası olan yerdən içərisində yaşıl rəngli, kəskin iyli kütlə olan qara rəngli sellofan torba, həmçinin həyətyanı sahədə istixanadan torpağa əkilmiş vəziyyətdə 15 ədəd yaşıl rəngli bitkilər aşkar olunmuşdur. Aqronom mütəxəssis tərəfindən həmin bitkilərə baxış keçirilmiş və sonuncu həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olmasını, həmin bitkilərin aqrotexniki qaydada qulluq edilib yetişdirildiyini və kultivasiya edildiyini təsdiq etmişdir. Qeyd olunan kütlə və bitkilər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkiləri özü istifadə etmək məqsədilə əkib becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə də axtarış aparılmış, lakin axtarışın davamında onun həyətyanı sahəsindən və evindən iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Qeyd olunanlar barədə protokol tərtib olunaq ucadan oxunmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi və həmçinin göstərdi ki, Mahir tutulmazdan bir neçə gün əvvəl Mahirin qardaşı narkortik vasitələrə görə tutulmuş, bunun Mahirlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Belə ki, Mahirlə qardaşı ayrı-ayrı həyətlərdə, ayrı-ayrı evlərdə yaşamışlar. Mahir tutulmazdan bir neçə gün əvvəl onun keçmiş həyat yoldaşının əri gəlib olnların həyətində səs-küy salmış, hətta onların qaz sayğacını vurub sındırmışdır. Buna görə Mahir bölməyə çağrılmış və onun ərizəsini alıb buraxmışlar. Bir neçə gün sonra isə, yəni 28 mart 2022-ci il tarixdə Mahirin barəsində daxil olmuş əməliyyat məlumatına əsasən sonuncu saxlamış, onun üzərindən, həmçinin evindən külli miqdarda marixuana və narkotik tərkibli çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Mahirin yaşadığı ünvanda baxış və götürmə videoçəkilişlə aparılmış, Mahirin özü və vəkili iştirak etmişdir. İstər onun üzərində şəxsi axtarış aparılarkən və istərsə də ünvanında baxış keçirilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, Mahirə qarşı hər hansı fiziki və ya mənəvi zor tətbiq olunmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Şahid2 və Şahid1 məhkəməyədək icraat mərhələsində ifadələrində göstərdikləri və məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs üzləşmə zamanı 28 mart 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində “Aqil Market”in yaxınlığında saxlanıldığını və Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət olunduğunu inkar etmiş, 28 mart 2022-ci il tarixdə onu sahə müvəkkilinin onda silah olması ilə bağlı 30-cu PŞ-nə dəvət etdiyini bildirmişdir (iş vərəqə: səh.160-167). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs bacısı X2 ifadəsində göstərdi ki, Onların yaşadığı həyəti ata yurdu olmuşdur. Mahirin evi ilə Şakirin evi yanyana olmuş, həmçinin ayrı olmuşdur. O, Şakirə aid hissədə yaşamışdır. Onların evləri bir həyətdə osa da, həyəti ortadan hasar ayırmışdır. Həyətləri təqribən iki il əvvəl ayrılmışdır. Hasar həyəti tam bağlamamış, yarıya qədər çəkilmişdir. Hasarın qurtardığı hissədən hər iki həyətə gediş-gəliş mümkün olmuşdur. Şakirin evi iki mərtəbəli olmuş, birinci mərtəbədə Şakir ailəsi ilə yaşamışdır. Mahir isə subay olduğu üçün həmin evin ikinci mərtəbəsində yaşamışdır. Mahir psixi xəstə olduğundan onu hərbi xidmətə aparmamış, onlarla yaşadığı müddətdə evdə bəzən problemləri olmuşdur. Şahid Məlahət Rəfiyeva ifadəsinin davamında göstərdi ki, o, Mahirin həyəində çətənə kolları və narkotika görməmiş, Mahir nə əkməmiş və nə də becərməmişdir. Polis əməkdaşları Mahirin həyətinə gələndə o, evdə deyil, işdə olmuşdur. Polislərin həyətdən neçə çətənə kolu və ya nə qədər narkotik götürmələrini o, bilməmişdir. O, işdən gəldikdən sonra qardaşım Şakirin uşaqları Mahirin polisə getdiyini bildirmişlər. 2022-ci ilin mart ayının 18-də qardaşı Şakir Rəfiyev narkotiklə tutulmuş, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs isə polisləri görüb qaçmışdır. Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı Şakir Rəfiyevin arvadı Şahid4 ifadəsində göstərdi ki, əri Şakir Rəfiyevlə qardaşı, baxılan iş üzrə Təqsirləndirilən şəxs yola getməmiş, münasibətləri yaxşı olmamışdır. Belə ki, Mahir həyətdə narkotik əkib becərmiş, Şakir isə ona icazə veriməmiş, mane olmaq istəmişdir. Mahirə eyni ata həyətlərində ayrıca ev tikilmiş və hər iki ev arasında sonradan hasarı çəkilmişdir. Hasar isə tam axıra qədər çəkilməmiş və həyəti tam bölməmişdir. Mahirin evində şərait olmadığından o, onların yaşadığı eyni tikilinin ikinci mərtəbəsində yaşamışdır. Tək onların həyəti 10-11 sot olmuşdur. Şakir əsəbi və yataq xəstəsi olduğundan və Mahir həyətdə narkotik əkib becərdiyindən Şakir onları həyətə çıxmağa qoymamışdır. Lakin o, həyətlərində narkotik kollarını heç vaxt görməmişdir. Onun əri Şakirin narkotiklə heç bir əlaqəsi olmamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, 28 mart 2022-ci il tarixdə Polislər Mahiri həyətə gətirəndə o, evdə olmuşdur. O, polislərə yaxınlaşmamış, lakin Mahirin yaşadığı ikinci mərtəbəyə qalxmalarını, heç nə tapa bilmədidiklərini aralıdan görmüşdür. Polislər hər iki həyəti, Mahirin olub, lakin yaşayış olmayan evi axtarmış, lakin yenə heç nə tapa bilməmişlər. Polislər gedəndən sonra gedib Mahirə aid həmin evə baxmış və evin dağınıq olduğunu görmüşdür. Şahid4 ifadəsinin davamında məhkəmənin suallarına cavab olaraq fərqli ifadə verib göstərdi ki, Mahirin evi ilə onların evinin arasında hasar olduğundan Mahirin həyətini tam görmək mümkün olmadığından o, polislərin Mahirin həyətinə necə girdiklərini görməmişdir. Polislər Mahirin həyətinə onların həyətindən girməmişlər. Belə ki, hadisə günü polislər gəlib onların qapısını döymüş, Mahiri gətirdiklərini, onun həyətinə baxacaqlarını bildirmişlər. O, evdə tək olduğunu bildirmiş, Mahirin həyətinə gedə bilməyəcəyini demişdir. Çünki həmin vaxt Şakir həbsdə, oğlu isə əsgəri xidmətdə olmuşlar. Bundan sonra o, özlərinin yaşadığı evin ikinci mərtəbəsindən baxarkən Mahirin həytində polisləri görsə də, Mahirin özünü, onun həyətindən və ya evindən nəsə götürüldüyünü görə bilməmişdir. Həmin gün polislər onların həyətinə girməmiş, evlərinə daxil olmamış, ikinci mərtəbəyə qalxmamışlar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə haqqında» 28 mart 2022-ci il tarixli prokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yerləşdirildiyi CD diskə baxış keçirilməsi haqqında 29 mart 2022-ci il tarixli protokolundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 30-cu PŞ-də həmin Şöbənin baş təhqiqatçısı, polis mayoru Fərid İbrahimov tərəfindən şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl sonuncunun təklifi ilə Təqsirləndirilən şəxs əynindəki göy rənli şalvarının sol yan cibindən iki ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kibrit qutuları açıldıqda hər birinin içərisindən yaşıl rəngli bitki mənşəli kütlə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə yaşadığı ünvanda əkib becərdiyini bildirmiş, eyni zamanda yaşadığı ünvanda da narkotik vasitə saxladığını və təqdim edə biləcəyini demişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs iki ədəd kibrit qutusunda çıxarıb təqdim etdiyi bitki mənşəli kütlə kibrit qutularında bir ədəd zərfə qoyulmaqla «Azərbaycan Respublikası DİN, zərflər üçün 194» saylı möhürlə möhürlənib qşablaşdırılmış, bütün iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və götürülmüş, videogörüntülərin yerləşdirildiyi bir ədəd CD formatlı disk protkola əlavə edilmişdir (iş vərəqə: səh.32-34, 71). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «mənzildə axtarış və götürmə haqqında» 28 mart 2022-ci il tarixli prokoldan və həmin protokola əlavə edilmiş, mənzildə axtarış və götürmə prosesinin videogörüntülərinin yerləşdirildiyi CD diskə baxış keçirilməsi haqqında 29 mart 2022-ci il tarixli protokolundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkiliş aparılmaqla Suraxanı RPİ-nin 30-cu PŞ-də həmin Şöbənin baş təhqiqatçısı, polis mayoru Fərid İbrahimov tərəfindən Təqsirləndirilən şəxs özünün, onun müdafiəçisinin və digər proses iştirakçılarının iştirakı ilə mənzilə baxış və götürmə aparılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr olduğu təqdirdə təqdim etməsi təklif olunduqda sonuncu yaşadığı ünvanda fərdi yaşayış evinin zirzəmisində divara söykənilmiş pəncərənin arxa hissəsindən sellofan torbada olan 22 ədəd yaşıl rəngli bitkiləri çıxarıb təqdim edərək, həmin bitkiləri yaşadığı ünvanda həyətyanı sahədə özü istifadə etmək məqsədilə əkib-becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə kanalizasiya turbası olan yerdən qara rəngli sellofan torbaya bükülmüş, spesifik iyli qurudulmuş yaşıl rəngli narkotik vasitəyə bənzər bitki mənşəli kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə istixanada əkib becərdiyi torpağa əkilmiş vəziyyətdə 15 ədəd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkiləri təqdim edərək həmin bitkilərin özü tərəfindən əkib-becərdiyini qeyd etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs 22 ədəd yaşıl rəngli bitkiləri olduğu sellofan torba, kanalizasiya turbası olan yerdən qara rəngli sellofan torbaya bükülmüş, spesifik iyli qurudulmuş yaşıl rəngli narkotik vasitəyə bənzər bitki mənşəli kütlə və istixanada əkib becərdiyi torpağa əkilmiş vəziyyətdə 15 ədəd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkilər qablaşdırılmış, «Azərbaycan Respublikası DİN, zərflər üçün 194» saylı möhürlə möhürlənmiş, bütün iştirakçılar tərəfindən imzalanmış və götürülmüş, videogörüntülərin yerləşdirildiyi bir ədəd CD formatlı disk protkola əlavə edilmişdir (iş vərəqə: səh.46-48, 72). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə prosesinin və onun yaşayış ünvanında aparılmış axtarış və götürmə prosesinin videogörüntülərinin yerləşdirildiyi iki ədəd CD formatda olan disklərdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər «şəxsi axtarış və götürmə haqqında» və «mənzildə axtarış və götürmə haqqında» 28 mart 2022-ci il tarixli prokolların məzmunu ilə üst-üstə düşür və istər şəxsi axtarış və götürmə və istərsə də mənzilə baxış keçirilməsi və götürmə proseslərində qanun pozuntularına yol verilməmişdir (iş vərəqə: səh.34, 48). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2022-ci il tarixli, 7/299 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 kibrit qutusu” yazılar və imzalar olan bir ədəd zərfdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,025 qram, 2,480 qram, ümumi çəkisi 4,505 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsidir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd ağız hissəsi skoçla bağlanmış qara rəngli polietilen torbadakı bir ədəd polietilen torbada təmiz çəkisi 1105,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsidir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş marixuananın ümumi çəkisi 1109,505 qramdır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim olunmuş, üzəri skoçla bağlanmış 1 nömrəli polietilen bağlamada yaş vəziyyətdə, ümumi sayı 22 ədəd, ümumi çəkisi 345,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim olunmuş üzəri skoçla bağlanmış 2 nömrəli polietilen bağlamada yaş vəziyyətdə, ümumi sayı 15 ədəd, ümumi çəkisi 245,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş marixuanalarla çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər (iş vərəqə: səh.56- 60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «bitkilərə baxış keçirilməsi haqqında» 28 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin rəy 28 mart 2022-ci il tarix Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının dəvəti ilə ünvan 3 ünvanda yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən mütəxəssis qismində iştirak etmiş alim-aqronom ixtisaslı, Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi X3 tərəfindən verilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, baxış keçirilən torpaq sahədən aşkar olunmuş və üzərində tədqiqat aparılan 15 (on beş) ədəd bitki xarakterik xüsusiyyətlərinə görə narkotik xassəli çətənə bitkiləridir, həmin bitkilər həyətyanı sahədə əkilib yetişdirilmişdir, həmin bitkilərin ətrafı ot örtüyündən təmizlənmiş, dibləri boşaldılmış, üzvi kübrə verilmiş, suvarılmışdır. Bitkilərin hündürlüyü 35-40 sm olmuş, gövdələrin inkişafda olması, budaq və yarpaqların inkişaf səviyyəsi, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini və kultivasiya edilməsini təsdiq edir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, təqdim edilmiş 22 (iyirmi iki) ədəd bitki xarakterik xüsusiyyətlərinə görə narkotik xassəli çətənə bitkiləridir, bitkilərin hündürlüyü 75-80 sm olmuş, gövdələrin, budaq və yarpaqların inkişaf səviyyəsi, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini və kultivasiya edilməsini təsdiq edir (iş vərəqə: səh. 51). Məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 3191 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabionoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh.137- 138). İşdə olan və məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş, müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmaqla keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 05 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs «primitiv şəxsdə xasiyyətin psixopatik cizgiləri» müəyyən edilir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarpakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (iş materialları). İbtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 23 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 02 ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,505 qram və yaşadığı ünvana baxış keçirilərkən aşkar edilib götürülən ümumi təmiz çəkisi 1105 qram – cəmi çəkisi 1109,505 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı ünvanda evin zirzəmisindən aşkar edilmiş 22 (iyirmi iki) ədəd (çəkisi 345 qram) və həyətyanı sahədə olan istixanada əkilib yetişdirilmiş, əməliyyat tədbiri nəticəsində aşkar edilib çıxarılıb götürülmüş 15 (on beş) ədəd (çəkisi 245 qram) narkotik təbiətli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1109,405 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 344,56 qram və 244,7 qram olmaqla cəmi 37 ədəd çətənə bitkiləri saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində təhvil verilmişdir (iş vərəqə: səh.185- 196). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Həmçinin İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və yaşadığı ünvana baxış keçirilərkən aşkar edilib götürülən və cəmi çəkisi 1109,505 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda evin zirzəmisindən aşkar edilmiş 22 (iyirmi iki) ədəd (çəkisi 345 qram) və həyətyanı sahədə olan istixanada əkilib yetişdirilmiş, əməliyyat tədbiri nəticəsində aşkar edilib çıxarılıb götürülmüş 15 (on beş) ədəd (çəkisi 245 qram) cəmi 37 (otuz yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məlum siyahılara əsasən külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara (İ və İİ siyahılar), həmçinin “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına (İİİ siyahı) uyğun olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində 28 mart 2022-ci il tarixdə sahə müvəkkili tərəfindən ailə münaqişəsi zəminində Suraxanı RPİnin 30-cu PŞ-nə dəvət edilməsi, polis şöbəsində ondan silah tələb olunması, onda silah olmadığını bildirdikdə ittihamda göstərilən narkotik vasitələrin və çətənə bitkilərinin onun adına sənədləşdirilməsi, onun üzərində və yaşadığı evdə qurudulmuş marixuana narkotik vasitəsi olmaması, yaşadığı ünvanda axtarış aparılarkən onun iştirakının təmin olunmaması ilə bağlı gətirdiyi dəlillər məhkəmə baxışı zamanı hərtərəfli araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dəlillərini onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə cəzası 02 ilə endirilmiş, CM-nin 237.2.3-cü maddəsinə münasibətdə isə cəzası 5 ildən 4 ilə endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq ona 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan 11 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: səh. 117-119). Məhkəmə baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsində Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 11 ay 28 gün vaxtından əvvəl şərti azad olunduğunu, Təqsirləndirilən şəxs həmin hökmə əsasən törətmiş olduğu Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun cəzadan azad olunduğu xx.xx.2018-ci il tarixdən yeni cinayət törətdiyi 28 mart 2022-ci il tarixədək altı il keçmədiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və ya xud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdənazad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi (yeddi ildən artıq) on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin məcmusuna və cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 3191 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi kütləsi 1109,445 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi və narkotik tərkibli 37 (otuz yeddi) ədəd çətənə bitkisi məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumi kütləsi 1109,445 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi və narkotik tərkibli 37 (otuz yeddi) ədəd çətənə bitkisi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar