Məhkəmə qərarları › İş №1(101)-220/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-220/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-220/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3, X1, X10 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 etibarnaməli nümayəndəsi Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi4, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, 21 noyabr 2022-ci il tarixdə tutulmuş, 23 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi, 16 avqust 1987-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində üç nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olan, 21 noyabr 2022-ci il tarixdə tutulmuş, 23 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mahmudlu kəndində qeydiyyatda olan, 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayının əvvəlində ünvan 3 ünvanda yaşayan dayısı Zərərçəkmiş şəxs1 fərdi yaşayış evi almaq üçün yaşadığı ünvanda külli miqdarda pul vəsaitini saxladığını bibisi oğlu Təqsirləndirilən şəxs2 bildirərək həmin pul vəsaitini ələ keçirməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 bu işi tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 görə biləcəklərini bildirdikdən sonra həmin şəxslərlə birlikdə görüşüb onlara Zərərçəkmiş şəxs1 yaşadığı ünvanı göstərmiş və Zərərçəkmiş şəxs1 və sonuncunun arvadının səhər saatlarında işə getməsi, kiçik dayısı oğlunun dərsə getməsi, böyük dayısı oğlunun isə mənzildə tək qalması barədə məlumat vermiş, 21 noyabr 2022-ci il tarixdə səhər saatlarında qrupun üzvü Təqsirləndirilən şəxs4 cinayətdə istifadə etmək üçün üzərində «Zərərçəkmiş şəxs1» sözləri yazılmış bir ədəd zərf vermiş və həmin gün saat 07 radələrində Təqsirləndirilən şəxs1 özünün bibisi oğlu Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 9 ünvanın yaxınlığına gəlmiş, orada Təqsirləndirilən şəxs1 müşahidə apararaq dayısı Zərərçəkmiş şəxs1, sonuncunun arvadı və kiçik oğlunun yaşadıqları mənzili tərk edib getmələrini görüb, bu barədə əlbir olduqları qrup üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məlumat verdikdən sonra, sonuncular Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə getmiş, qrup üzvlərindən Təqsirləndirilən şəxs4 mənzilin qapısını döyüb özünü mənzildə yaşayan Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 poçt əməkdaşı kimi təqdim etmiş, Zərərçəkmiş şəxs2 mənzilin giriş qapısını açdıqdan sonra ona atası Zərərçəkmiş şəxs1 adına bir ədəd zərf göndərildiyini yalandan deyib, üzərində «Zərərçəkmiş şəxs1» sözləri yazılmış bir ədəd zərfi ona təqdim etdikdən sonra yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə vurub onun müqavimətini qıraraq qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə mənzilə qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub ona ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ maksillar (üst çənə) sümüyün zyqomatic arch.da (almacıqda) yerdəyişən qapalı sınığı, sol periorbital (göz ətrafı) nahiyədə dərialtı hematoma, sol göz orbitası nahiyəsində qançır və üzərində sıyrıq, sol qaşüstü nahiyədə əzilmiş yara, sol göz orbitası və gözaltı nahiyədə şişkinli qançır və üzərində sol qaşaltı nahiyədə əzilmiş səthi dəri yarası və bu fonda sol göz almasının ağlı qişasında qansızma, üst dodaq, sağ dirsək oynağı, sağ said, sağ ayaq pəncəsi nahiyələrində sıyrıqlar, üst və alt dodaq nahiyələrinin selikli qişalarında qansızmalar, sağ almacıq – yanaq, hər iki bazu və sağ said nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirib sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə və iki ədəd bıçaqdan silah qismində istifadə etməklə onun həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib, mənzilin yataq otağında saxlanc yeri olan paltar dolabından Zərərçəkmiş şəxs1 məxsus külli miqdar hesab edilən 85.000 AZN ekvivalentində olan 50.000 ABŞ dolları, 1.900 AZN pul vəsaitini, qiyməti 5.000 AZN, italyan qızılından olan bir cüt sırğa üzük dəstini, qiyməti 3601,0 AZN, ümumi çəkisi 32,74 qram, 750 əyarlı qızıldan olan bir ədəd boyunbağı qolbaq dəstini, qiyməti 402,0 AZN, çəkisi 4,73 qram, 583 əyarlı qızıldan olan bir ədəd kulonlu boyunbağını, qiyməti 431,0 AZN, çəkisi 5,07 qram, 583 əyarlı qızıldan olan, üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, yataq otağında olan tumbadan 340 AZN ekvivalentində olan 200 ABŞ dolları, qiyməti 150 AZN olan bir ədəd mirvari boyunbağını, qiyməti 30 AZN olan, «Tissot» markalı kişi qol saatını, Zərərçəkmiş şəxs2 məxsus qiyməti 15 AZN olan bir ədəd “kəpənək” tipli bıçağı və mənzilin dəhlizində asılqandan asılmış şalvarın cibindən Zərərçəkmiş şəxs2 məxsus qiyməti 20 AZN və içərisində Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsi, qiyməti 10 AZN olan bir ədəd “birbank” kartı, 3 AZN və 11,9 AZN ekvivalentində olan 7 ABŞ dolları pul vəsaiti olan pul kisəsini ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşıb ələ keçirdikləri əmlakı aralarında bölərək quldurluq etmişlər. Bundan başqa, təqsirnləndiridlən şəxs Təqsirləndirilən şəxs4 quldurluq nəticəsində ələ keçirdiyi Zərərçəkmiş şəxs2 məxsus pul kisəsində olan Zərərçəkmiş şəxs2 rəsmi sənəd hesab edilən şəxsiyyət vəsiqəsini 21 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 4 ünvanın yaxınlığında sair niyyətlə cırmaqla məhv etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə istintaqı yolu ilə hərtərəfli, tam və obyektiv araşdırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmələri, həmçinin, Təqsirləndirilən şəxs4 özgənin rəsmi sənədi hesab olunan şəxsiyyət vəsiqəsini cırmaqla məhv etməsi, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsi dörd nəfərdən, özü, arvadı, böyük oğlu Tural və kiçik ğlu Cavidandan ibarət olmuş, oğlu Tural 2017-2019-cu illərdə «Port Baku» idman və sağlamlıq mərkəzində təlimatçı, özü isə həmin mərkəzdə texniki bölmənin rəisi vəzifəsində işləmişdir. Hazırda o, əmək fəalipyyətini davam etdirsə də, Tural heç bir yerdə işləmir. O, hər gün səhər saat 7-də, 8-ə 5 dəqiqə işləmiş evi tərk edib işə getmişdir. Arvadı Şahid1 "xxxx" QSC-də əməliyyatçı vəzifəsində işləməkdədir, kiçik oğlu Cavidan Səlimov isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir. X21 adına ali məktəblə üzbəüz ictimai binada yaşamışlar. Artıq iki ildir ki, onlar tezdən evdən çıxıb işə getmiş, Tural isə işləmədiyindən evdə qalmış, bütün günü evdə olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 baş vermiş hadisənin mahiyyəti üzrə ifadəsində göstərdi ki, 21 noyabr 2022-ci il tarixdə işdə olmuş, oğlu Tural zəng edərək təcili evə gəlməsini demişdir. Oğlundan nə baş verdiyini soruşduqda, Tural evə iki nəfər şəxsin girdiyini, ona xəsarət yetirdiklərini və evi dağıdıb apardıqlarını bildirmişdir. O, taksiyə minib evə getmişdir. Taksidə olarkən Turala zəng edib ümumi vəziyyətlə maraqlandıqda Tural yaralandığını, lakin çox pis vəziyyətdə olmadığını demiş, narahat olmamağı bildirmişdir. O, taksini sürücünün köməyi ilə Xətai Rayon Polis İdarəsinə sürdürmüş, tez düşüb yaşadığı evinə - Polad Həşimov 9, mənzil 222-evə girmələri və oğlunu yaralamaları barədə məlumat vermişdir. O, taksi ilə, əməliyyat qrupu da onların ardınca onların binasının qabağına getmiş, o, maşından düşən kimi evə qaçmışdır. Onadək artıq bir neçə nəfər polis əməkdaşı onların pilləkənlərində olmuş, içəri daxil olmamışlar. Mənzil sahibi kimi ondan qapını açmağı istəmiş, lakin açar onda deyil, oğlu Turalda olmuşdur. O, Turala səslənib qapını açmasını istəmiş, lakin Tural evə girənlərin evin açarını da apardıqlarını demişdir. Evə daxil olanların uşağın əlini-ayağını bağladıqlarını, qapını da açarla bağlayıb açarı da özləri ilə götürüb getdirklərini sonra öyrənmişdir. 20 dəqiqə, yarım saat qapını aça bilməmiş, Tural qan itirdiyini bildirdikdə onun təklifi ilə gənc polislər balkondan mənzilə düşmüş, balkondan içəri girmiş və onun özünün razılığı ilə qapını sındırıb açmışlar. O, evə girib Turalın başdan ayağa qan içində olduğunu görmüşdür. Həmin vaxtadək artıq kimsə 102-yə, təcili yardıma məlumat vermiş, tibbi briqada artıq gəlib həyətdə durmuşdur. Lakin qapını aça bilmədiklərindən yardım edə bilməmişlər. Qapı açıldıqdan dərhal sonrna təcilli tibbi yardım maşını Turalı xəstəxanaya aparmışdır. Özü evdə qalmış, kiçik oğluna zəng edib anasını da işdən götürüb evə gəlmələrini tapşırmışdır. Bundan sonra mənzil polis tərəfindən mühafizə olunmuş, əməliyyat-istintaq qrupu gəlib müayinə aparmış, baxış keçirmişlər. Evin altı-üstünə çevrilmiş, başdan-ayağa dağıdılmış, əllərinə keçəni aparmışlar. Baxış keçirilərkən o, evə buraxılmamışdır. O, yalnız koridorda yerdəki qanı silmiş, dəhlizdə bıçaq görməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, o, böyük oğluna ev alması üçün uzun müddət pul yığmış, pulları yataq otağında olan paltar dolabında qara rəngli sellofan torbanın içərisində saxlamışdır. Həmin dolabda, həmçinin arvadına aid qızıl-zinət əşyaları saxlanılmışdır. Həmin dolaba baxdıqda orada pulların və qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmişdir. O, mənzil almaq üçün bir neçə dəfə gedib müxtəlif evlərə baxmış, lakin ala bilməmişdir. Onun maənzil almaq istədiyini doğma bacısı da bilmiş, hətta onunla birlikdə bir dəfə ev almaq üçün getmişdir. Müstəntiq, əməliyyatçılar hadisənin törədilməsində kimlərdənsə şübhələndiyi soruşulduqda, o, belə bir adam olmadığını demişdir. Həmin gün axşam müstəntiq onları Xətai RPİ-yə çağırmış, hadisə barədə ətraflı soruşmuş, yazı yazarkən Turala və ona bir şəkil göstərmişdir. O, şəkli görüb tanımış, şəkil bacısı olu Ramazanın şəkli olmuş və bun6u müstəntiqə demişdir. Müstəntiq hələlik açıb-ağartmamağı tapşırmış, sonra Turalın ifadəsini alıb onları evə buraxmışdır. Evə gəldikdə bün bacıları, onların uşaqlarının hamısı onlarda olmuşdur. O, evə qayıdandan sonra müstəntiqin ona belə bir şəkil göstərməsi barədə heç kimə heç nə deməmişdir. Sonra onlar evə olarkən artıq iki nəfərin tutulması xəbəri gəlmişdir. Tutulan şəxslər hazırda barələrində cinayət işinə baxılan şəxslərdən ikisi olmuşdur. Bundan sonra elə bil evə bomba düşmüş, bacısıgil hamısı durub dağılışmışlar. O, Təqsirləndirilən şəxs2 qiyabi tanımış, Ramazanın bibisi oğlu olduğunu bilmiş, lakin Əlinin nə işlə məşğul olduğunu bilməmiişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi iki, lkin baxışda mənzilindən təxminən 50000 ABŞ dolları və 5000 manat pul götürüldüyünü müəyyən etmişdir. Lakin sonradan dəqiqləşmə aparılmış və vurulmuş bütün zərər ittihamda göstərilmişdir. Onlara dəymiş zərər qızıl və pul vəsaiti olmuşdur. Hadisədən sonrna qızıllar qaytarılsa da, bir ədəd mirvari boyunbağı və bir ədəd brilliyant dəst qaytarılmamışdır. O, mülkü iddia qaldırmış, ərizəsində ona dəymiş zərəri ümumi məbləğdə yazmışdır. Mülki iddia ərizəsində kimin nə qədər qaytardığını da qeyd etmişdir. İstintaq vaxtı müstəntiq pulları sayıb stolun üstünə qoymuş, o da qəbul etmiş, nə qədər pul qəbul etdiyini imzasıyla təstiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 21 noyabr 2022-ci il tarixdə, səhər saatlarında evdə tək olmuş, yatmışdır. Valideynləri işdə, qardaşı isə dərsdə olmuşdur. Saat 09:45 dəqiqədə mənzilin qapısı döyülmüş, səsə oyanıb paltarını geyinmiş, qapıya tərəf getmiş və qapının gözlüyündən baxıb çöldə bir nəfər şəxsin dayandığını görüb qapını açmışdır. Qarşısında boyu təxminən 170 sm, orta bədən quruluşlu, təxminən 23-25 yaşlarında olan, əynində göy rəngli gödəkçə, başına gödəkçənin papağını keçirmiş, sifətində isə qara rəgli tibbi maska olan şəxsin, yəni təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 dayandığını görmüşdür. İlqar ona atası Zərərçəkmiş şəxs1 adına poçtdan zərf gəldiyini bildirərək bir ədəd ağ rəngli zərf göstərmişdir. Zərfin üzərində atasının adı və soyadı qeyd edilmişdir. Həmin şəxs zərfi ona uzatmış, o, zərfi götürmək istəyəndə Təqsirləndirilən şəxs4 bir dəfə yumruqla onun sol qaş nahiyəsinin üst hissəsindən vurmuş və o, zərbədən yerə, mənzilşin dəhlizinə yıxılmış və sifəti qan içində olmuşdur. Onu vuran şəxs mənzilə daxil olmuş və yumruqla bir neçə dəfə sifətindən təkrar vurmuşdur. Onun arxasınca isə ucaboy, arıq bədən quruluşlu, yaşı təxminən 25-28 olan, başında «kepka» modelində qara rəngi papaq olan, sifətində maska olmayan bir şəxs, yəni təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 mənzilə daxil olmuş və ardınca qapını bağlamışdır. İlqar adlı şəxsin əlində bıçaq olmuş, o, bıçağı ona dayayıb sakit dayanmağı, səsini çıxarmamağı tələb etmiş, hər ikisi onun başının üstündə dayanıb ondan pulların və qızılların yerlərini deməyi tələb etmiş, əks təqdirdə onu öldürəcəklərini demişlər. O, həmin şəxslərə pulların və qızılların yerini bilmədiyini bildirmişdir. İlqar şəxs sakitləşməyərək yumruqla onun sifətindən vurmağa davam etmişdir. Həmçinin, həmin şəxslər bıçağı boğazına dayayıb ona qışqıracağı halda bıçaqla xəsarət yetirəcəklərini, onun qulağını kəsəcəklərini, bıçaq zərbələri vurub çıxıb gedəcxəklərini demişlər. İlqar əvvəldən sona kimi başının üstündə dayanmış, Orxan isə evin otaqlarını axtarmağa başlamışdır. O, öncə girişlə üzbəüz olan yataq otağını axtarmağa başlamış, lakin yataq otağında heç nə tapa bilməmişdir. Yataq otağında kiçik bir mebel olmuş, Orxan mebelin siyirməsindən 2 dollar pul tapmış, söyüşlər söymüşdür. Kiçik mebelin skafında kəpənək formasında bir ədəd bıçaq olmuşdur ki, o bıçaq nə vaxtsa qardaşına hədiyyə edilmişdir. Həmin bıçağı Orxan tapıb götürmüşdür. Orxan kəpənək bıçağı tapdıqdan sonra ona otağı axtaracağını, orada pul tapa bilməyəcəyi halda onu bıçaqla vuracağını demişdir. Sonra Orxan olrada bir şey tapa bilməyib qonaq otağına keçmişdir. Yaşadıqları mənzil iki otaqlı olmuş, yataq otağında valideynləri, qonaq otağında isə qardaşı ilə o, özü yatmışdır. Orxan qonaq otağını axtarmağa başlayanda, İlqar ona qonaq otağına keçməyi demişdir. O, ayağa qalxıb qonaq otağına keçmiş və pəncərənin önündə döşəmənin üzərində oturmuşdur. Orxan qonaq otağında dolabı, televizoraltını yoxlamış, divanın üzərində olan yorğan-döşəyi də qaldırıb baxmış, lakin pul və ya qiymətli bir əşya tapa bilməmişdir. Bundan sonra Orxan onun başının üstündə İlqarı dəyişərək başının üstündə dayanmışdır. İlqar isə yataq otağına keçib oranı axtarmağa davam etmişdir. O, arada həmin şəxslərlə danışmış, Orxan 4600 manat pula ehtiyacının olduğunu, İlqar isə anasının xərcəng xəstəsi olduğunu və anasının müalicəsinə pul lazım olduğunu demişdir. Təxminən 5 dəqiqədən sonra İlqar əlində bir ədəd qara rəngli sellofan torbanı tutaraq qonaq otağına qayıtmış və Orxana «tapdım» demişdir. Həmin sellofan torbada atası pul yığıb saxlamışdır. Torbanın içində nələrin olduğunu o, görməmişdir. O, yalvarıb and-aman etmiş, “kasıb adamıq, olanımız budur, hamısını aparma, nəsə saxla” demiş, lakin bir faydası olmamışdır. Orxan evdə skoç olub-olmadığını soruşmuş, həmin şəxsə televizoraltının siyirtməsində skoç ola biləcəyini demişdir. Lakin Orxan siyirtməni açıb baxmış, orada skoç olmamışdır. Onun sol qaş nahiyəsinin üst hissəsi cırılıb qanadığından Orxan siyirtmədən pambığı görüb qanaxmanı dayandırması üçün ona vermişdir. Orxan siyirmənin içində olan qara rəngli tuman rezinini görüb onunla onun ön tərəfdən qollarını bağlamış, sonra isə qollarını ayaqlarına bağlamışdır. Sonra Orxan əynində olan gödəkçəsinin içərisində çiyininə keçirtdiyi çantanı axtarıb təəccüblənmiş, şəkildə digər şəxsə skoçun çantanın içərisində olduğunu bildirmiş və skoçun kəsiyini ağzına yapışdırmışdır ki, qışqıra bilməsin. O, onlarna “əlimi qoulumu bağlayıb, məni bu vəziyyətdə qoyub hara gedirsiz? Məni qan aparır” demiş, lakin onlar əllərini zəif bağladıqlarını, özünün aça biləcəyini deyib, bir az dəhlizdə dayanmış və mənzili tərk etmişlər. Həmin şəxslər gedəndən sonra o, ağzına yapışdırılmış skoçu qopartmış, əllərini açmış, ayaqları rezinlə düyünlənmiş vəziyyətdə olduğu üçün əlləri ilə ayaqlarını aça bilməmiş və ayaqları bağlı vəziyyətdə tullana-tullana mətbəxə keçmişdir. Orada bıçaq götürüb ayaqlarının üzərində olan rezini kəsmişdir. Sonra mobil telefonunu götürüb atasına zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra isə 102 zəng mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və mənzildən təxminən 80000 manat pulun oğurlandığını bildirmişdir. Belə ki, o, mənzillərində təxminən həmin məbləğdə pul olmpasını bilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, polislər gələndə o, mənzilin qapısını açmaq istəmiş, lakin qapının açarla çöldən bağlı olduğunu görmüşdür. Başa düşmüşdür ki, həmin iki şəxs mənzili tərk edəndə qıfılın içində olan açarı götürüb qapını çöldən bağlayaraq getmişlər. Polis əməkdaşları məcbur olub mənzilin giriş qapısını sındırmışlar. Hadisənin necə baş verdiyini polis əməkdaşlarına danışmışdır. Sonra isə təcili tibbi-yardım maşını ilə 3 saylı Sabunçu xəstəxanasına aparılmışdır. Xəstəxanadan evə qayıdandan sonra məlum olmuşdur ki, həmin şəxslər evdən puldan başqa qızıl-zinət əşyalarını da götürüb aparmışlar. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında, həmçinin göstərdi ki, o, xəstəxanadan qayıdanda dəhlizdən asılmış cins şalvarının cibində içərisində şəxsiyyət vəsiqəsi, balansında pul olmayan "xxxx" ASC-yə aid olan «bir bank» bank kartı, 3 AZN, 5 və 2 ABŞ dolları əskinaslarla olan 7 ABŞ dolları pul olan cüzdanının olmadığını da aşkar etmişdir. Cüzdanın öz qiyməti isə 70 manat olmuşdur. Həmin şəxslər mənzili tərk edəndə cüzdanını da şalvarının cibindən götürmüşlər. Zərərçəkmiş şəxs2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğlu olsa da, yaxın münasibətləri olmamış, ancaq müxtəlif yığıncaqlarda, ad günülərdə görüşmüşlər. O, sonuncu dəfə Ramazanla hadisədən 4-5 ay əvvəl görmüşdür. Uzun müddət işsiz olduğu üçün Ramazan onun işləmədiyini, evdə olduğunu bilmişdir. Bütün qohum-əqraba onun işsiz olduğunu bilmişdir. O, Əlini ümumiyyətlə tanımamışdır. Baş vermiş hadisə ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlarda o, Əlinin şəklini görmüşdür. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi ziddiyyətli hissədə elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində 21 noyabr 2022-ci il tarixdə səhər saat 09:45 dəqiqədə mənzillərinə daxil olan hər iki şəxsin hər birinin əlində mətbəx bıçağı olduğunu, həmin şəxslər onun başının üstündə dayanıb «pulların və qızılların yerlərini denən, yoxsa səni öldürəcəyik» dediklərini bildirmişdir. İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərdi ki, o, ibtidai istintaq zamanı yalnız 1 dəfə və hadisə günü vermişdir. Müəyyən zaman keçdikdən sonra isə hadisə ilə bağlı bəzi halları xatırlamağa başlamışdır. Hadisə vaxtı təqsirləndirildən şəxslərdən birinin əlində mətbəx bıçağı ğolduğ unu dəqiq xatırlamış və həmin bıçaqla bağlı ibtidai istintaq zamanıda ifadəsində bildirmişdir. Həmin bıçaq ona təqdim olunmuşdur. Lakin onlar içəri girəndə hər ikisinin əlində bıçaq olmasını görməmişdir. Prosesin gedişatında hər ikisinin əlində bıçaq görmüşdür. Belə ki, digərinin əlində evdən götürdüyü “kəpənək” bıçaq olmuşdur. Kəpənək bıçaq ibtidai istintaq zamanıda təsdiqlənib, onların üzərindən aşkar olunub. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, dayısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la münasibəti yaxşı olmuş, hadisədən təxminən 1 ay əvvəl dayısıgil onlara qonaq gəlmişlər. Lakin onun mobil nömrəsini bilməmişdir. Dayısı ipoteka ilə ev almaq istəmiş, dayısının ev almaq istəyini nənəsigildə qohumlardan eşitmiş, lakuin kimdən eşitdiyini xatırlaya bilməmişdir. təxminən ən azından 5-7 min manat pulu ola biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, hadisə olan günün axşamı bibisi oğlu Təqsirləndirilən şəxs2 avtomobili onda olduğundan o, etibarnaməsiz gecə saatlarında taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. Həmişə avtomobili təhvil verən zaman avtomobili “50 qəpik” deyilən yerdə avtomoykada yuduzdurub bir-birinə təhvil verdiklərindən, o, bu dəfə də maşını yudurtmağa aparmış və moykada olan zaman təqsirləndirilən şəxslər Orxanla İlqarı görmüşdür. Moykada olan zaman Orxan və İlqar yaxınlaşıb siqaret istəmiş, o da onlara siqaret vermişdir. Söhbət əsnasında o, gileylənmiş, axşam işləmədiyini, qanı qara olduğunu demişdir. Həmin vaxt onlar da pula ehtiyaclarının olduğunu bildirmiş, “olsaydı, götürərdik” demişlər. Həmin vaxt o, İlqarla Orxana bildiyinə görə dayısıgildə 5-6 min manat pul olmalı olduğunu, həftənin 1-ci günü olduğuna görə, yəqin ki, dayısıgilin işdə olacaqlarını demişdir. Razılaşılmış və Orxangil maşınla getməyi təklif etmişlər. Lakin o, maşının ona məxsus olmadığını, həmin maşını etibarnaməsiz yalnız gecələr idarə etdiyini bildirmiş, maşını aparıb Əlinin özünə verməyi təklif etmiş, sonuncunun maşını verəcəyi təqdirdə maşınla, verməyəcəyi halda isə taksi ilə gedəcəklərini demişdir. Orxanla İlqar dəfələrlə gedəcəkləri evdə adam olmadığını bildirmiş, evdə adam olmadığını, həftənin 1-ci günü olduğunu, hamısının işdə olduğunu demişdir. Səhərə yaxın Orxan Əliyə zəng edib, taksi lazım olduğunu demiş, maşının Ramazanda olduğunu bildirmiş, onunla bir yerə getmək üçün icazə istəmişdir. Əli axşam alkoqollu içki içki içdiyini, avtomobil idarə edə bilməyəcəyini demiş, maşını idarə etməyi ona həvalə etmiş, özü də gəlib maşına oturmuşdur. Ünvana gedən zaman o, avtomobili “Bravo” marketin həyətində saxlamış, Əli su almaq üçün mağazaya gedəcəyini deyib getmişdir. Əli onların ora nə üçün getdiklərini bilməmişdir. O, bir az gözləmiş, dayısının və onun ailəsinin evdən çıxdıqlarını görmüşdür. Təxminən saat 09:30-da evdə heç kim qalmadığından o, Orxanla İlqara artıq evdə heç kimin olmadığını bildirmiş, onlara “qapını aça bilirsinizsə açın, 5-6 min manat pul var götürün, çıxın” demişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, İlqarla Orxan getdikdən təqribən 20 dəqiqə sonra hər ikisi əlində sumka ilə qayıdıb gəlmiş və pulun çox olduğunu bildirmişlər. O, onlara 5-6 min lazım olduğunu demiş və qalanını qaytarıb evə qoymağı məsləhət görmüşdür. Lakin qaytara bilməmişlər. Bundan sonra onlar moyka tərəfə gedən zaman o, sağ tərəfdə bağlı bir yerə girib öz telefonu ilə “Bravo”nun yanına taksi sifariş etmiş və Ramanaya getmişlər. Onlar Ramanada olan zaman İlqarla Orxanın onun dayısıgildən əldə etdikləri pulu bölmüş, lakin axşam tərəfi tutulmuşlar. O, tutulan zaman üzərində bir paçka dollar olmuşdur. Tutularkən 8-9 nəfər polis əməkdaşı orada onu döymüş, saxlanılarkən üzərində 7900 dollar pul olmasını deməyi ondan tələb etmişlər. Pulu 6-7 nəfər saymış, 10.000 dollar pul olmuş, lakin sənədləşmə aparılarkən 7900 dollar pul aşkar olunmuşdur. Həmin pulu o, xərcləməmişdir. Axşam saat 8-dən gecə 3-ə kimi onları döymüş, ünvanlarına nalayiq sözlər demişlər. Müstəntiqə də ifadə verərkən yuxulu vəziyyətdə olmuşlar. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, əmlak ələ keçirmək barədə razılıq əldə olunduqdan sonra dayısıgil onu tanıdıqlarından, o, Orxanla İlqara dayısıgilə getməyi məsləhət bilmiş, özü getməmişdir. Lakin mənzilə hansı qaydada daxil olmağın planını o özü qurmuşdur. Hər gün səhər saat 8 və ya 9-da dayısıgil evdə olmamış, işə getmişlər. Lakin dayısı oğlunun evdə olmasından xəbəri olmamışdır. Turalın hadisədən əvvəl evdən çıxdığını o, öz gözləri ilə görmüşdür. Orxan və İlqara dayısıgil haqqında məumatları o özü vermişdim. Orxan və İlqara məlumatları hadisə günü, səhər saat 5-6 radələrində demiş, lakin nə dayısının, nə də onun oğlunun adını deməmişdir. Qapını açıb, pulu götürüb gələ biləcəyini Orxan boynuna götürmüşdür. Plan qurarkən evdə kiminsə olması halında hansı hərəkəti etmək barədə müzakirə aparmamışlar. Belə ki, o, evdə heç kimin olmadığını bilmişdir. Əli hadisənin törədilməsində iştirak etməmiş, ona gözləməyi tapşırmış, burda gözləməsi üçün qayıdacaqlarını ona demişlər. Əliyə pulnan bağlı restoranda xəbər vermişlər. Qabaqcadan razılaşmaya əsasən evdə olan 7 min manatın 2 min manatını olaraq hər biri arasında bölməli, Əliyə yalnız taksi pulun verməli imişlər. Ramanıda pulları sayan zaman Əli onların oğurluğa getmələrini bilmişdir. Qalan pulları qaytarmağı dedikdə Orxanla İlqar dayısı oğlunun evdə olduğunu bildirmişlər. İlqarın deməsinə görə Orxan qapını açan zaman hər ikisi qapını möhkəm itələmiş, dayısı oğlu qapının arxasında olduğundan həmin adamın başı çərçivəyə dəymiş, başında çapıq əmələ gəlmiş, başı qandığından onun başına pambıq qoyub su vermişlər. Bundan sonra onlar qorxudan çıxıb getmiş, Əliyə isə 200 dollar taksi pulu vermişdir. O, dayısının evindən qızıl oğurlanmasından məlumatsız olmuşdur. Lakin guya qızıl Əlinin maşında qalıb və sonradan qızıl istintaqa təhvil verilib. Onlar restoranda olan vaxt Orxan Əlinin maşınını götürüb X17 gedib-gələcəyini demişdir. Əli axşam ona zəng eləmiş, əl yerində pul və qızıl olduğunu demiş, o isə Əliyə onun deyil, yəqin Orxanındır demişdir. X18 rəsmi sənəd oğurlamalarından məlumatsız olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Orxanla İlqar dayısının mənzilinə gedərkən onlarda kəsici-deşici alət olduğunu o, görməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs1 tədqiq olunan 23 noyabr 2022-ci il tarixli ifadəsində Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dayısıdır. Əvvəllər münasibətləri yaxşı olsa da, son iki ildir ki, dayısı və onun ailə üzvləri ilə heç bir ünsiyyət saxlamamış, ailədaxili söhbətlərə görə münasibətləri pozulmuşdur. Təxminən 4-5 ay bundan əvvəl evdə olan zaman anası nənəsi ilə telefonla danışaraq Şahinin özünə ev almaq istədiyini demişdir. O, təsadüfən onların söhbətini eşitmişdir. Hətta bir dəfə də Şahin yaşadıqları əraziyə gələrək bir evə də baxmış, lakin həmin evi bəyənməmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, təxminən bir ay əvvəl atası əlindən idarə etdiyi avtomobili alandan sonra maddi imkanı zəifləmiş, hətta özünə siqaret almağa belə, imkanı olmamışdır. Həmin vaxt beynində dayısı Şahinin evində olan pulu aparmaq fikri yaranmışdır. Belə ki, dayısı almağa ev axtardığı üçün onun evində nağd pul saxlamasına əmin olmuşdur. Həmin pulları ələ keçirmək yollarını axtarmışdır. Hadisədən təxminən iki həftə əvvəl bu haqda bibisi oğlu Təqsirləndirilən şəxs2 demiş, Əli isə bu işi dostları olan Orxan və İlqarın görə biləcəklərini bildirmişdir. O, həmin uşaqları tanısa da, onlarla yaxın münasibətləri olmamış, onalar əvvəllər Qaraçuxur qəsəbəsində yaşamışlar. Əli ilə danışandan təxminən üç-dörd gün sonra o özü, Əli, Orxan və İlqar Qaraçuxur qəsəbəsində görüşmüş, o, Orxan və İlqara dayısı Şahinin ev almaq istədiyini, evində təxminən 60.000-70.000 AZN manat pul olduğunu, dayısının və arvadının səhərlər işə getdiklərini, dayısı oğlu Cavidanın dərsə getdiyini, dayısı oğlu Turalın isə evdə tək olduğunu bildirmişdir. Bundan sonra onlar oradan Əlinin idarə etdiyi «Xəzər» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayısıgilin yaşadığı məhəlləyə getmiş, lakin avtomobildən düşməmişlər. Orxan və İlqara dayısıgilin yaşadığı binanı göstərərək onların ikinci blok, ikinci mərtəbə, 222-ci mənzildə yaşadıqlarını bildirmiş, sonra isə oradan uzaqlaşıb getmişlər. Təxminən xx.xx.2022-ci il tarixdə özü, Əli, Orxan və İlqar Qaraçuxur qəbiristanlığında görüşüb söhbət etmişlər. Belə ki, Əli qəbiristanlığın yaxınlığında olan məhəllədə yaşamışdır. Orxan və İlqardan dayısıgilin yaşadığı mənzilə necə girəcəklərini soruşmuş, onlar isə dayısının adını, soyadını və ata adını soruşmuş, digər işlərin isə onlarlıq olacağını, özlərini poçt əməkdaşı kimi təqdim edib evə girəcəklərini bildirmişlər. 16 noyabr 2022-ci il tarixdə məktəblərdə tətil başladığı üçün Orxangil gözləməyi və tətildən sonra, yəni 21 noyabr 2021-ci il tarixdə mənzilə girəcəklərini bildirmişlər. Aralarında olan danışığa əsasən əldə olunmuş pulun yarısı Əli ilə ona çatmalı, qalan hissəsi isə Orxanla İlqara qalmalıymış. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə əvvəlcədən danışdıqları kimi özü, Əli, Orxan və İlqar Qaraçuxur qəsəbəsində görüşüb oradan idarə etdiyi «Xəzər» markalı avtomobillə Gəncə prospektində fəaliyyət göstərən «Bravo» supermarketinin həyətinə gəlmiş, avtomobili orada saxlayıb yoldan keçən taksiyə minmişlər. Taksi ilə dayısıgilin yaşadığı binadan təxminən 700-800 metr aralıda olan bir yerə gəlib orada düşmüşlər. Səhər saat 07 radələri olmuşdur. Dördü də sifətlərinin görsənməməsi üçün tibbi maska taxmışlar. Lakin təxminən 10 dəqiqə sonra o özü və Əli maskaları çıxartmış, Orxan və İlqar isə maskaları çıxartmamışlar. Orxan və İlqarla birlikdə dayısıgilin məhəlləsinə tərəf getmiş, sonra İlqar köşkdən su alıb geri qayıtmış, Orxanla o özü dayısıgilin binasının yanında qalmışdır. Belə ki, dayısı Şahin, dayısı arvadı və dayısı oğlu evdən çıxandan sonra o, bu haqda Orxangilə deməliymiş. Dayısı, sonuncunun arvadı və oğlu evdən çıxıb gedəndən sonra Orxan və İlqarın yanına gəlib bu haqda onlara məlumat vermiş, sonra isə Əlinin yanına gəlmişdir. Saat 10 radələrində Orxan və İlqar dayısının yaşadığı bloka daxil olmuşlar. Təxminən 30- 40 dəqiqədən sonra uşaqlar blokdan çıxıb qaçaraq gəlmiş, Orxanın əlində idman çantası olmuş, İlqarın əlləri qan içində olmuş, gödəkçəsinin altında nə isə olmuşdur. Orxan əlində tutduğu çantanı yaxınlıqda olan söhbətgahda qoymuş, İlqar isə pulları götürdüyünü və pulların əynində olan gödəkçənin altında olduğunu bildirmiş, qızıl-zinyət əşyaları da İlqarda olmuşdur. İlqar, həmçinin mənzildən dayısı oğlu Turala məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd bank kartını götürmüşdür. İlqar həmin sənədləri qırıb yerə tullamışdır. Sonra o özü taksi tutmuş, onlar taksiyə minib Ramana qəsəbəsində yerləşən «Yaşıl bağ» restoranına gəlmişlər. Restoranda kabinetdə Orxandan və İlqardan mənzilə necə girdiklərini soruşmuşdur. İlqar isə özlərini poçt əməkdaşı kimi təqdim etdikdən sonra dayısı oğlunun onlara qapını açdığını, həmin vaxt yumruqla dayısı oğlunu vurub yerə uzatdığını bildirmişdir. Bundan sonra onlar çay sifariş etmişlər. O, İlqarın qoluna bir ədəd saat görmüşdür. İlqar pulları əlinə götürəndə ona «3 paçka mənimdir deyib» ondan 3 bağlama 100-lük ABŞ dolları əskinaslarını götürmüşdür. İlqar özünün və Orxanın risk etdiklərini və nə üçün ona çox pul qaldığını deyib mübahisə etməyə başlamışdır. Sonda həmin üç bağlamanı masanın üzərinə qoyub İlqara vermişdir. İlqar həmin puldan ona 100 ABŞ dolları əskinaslarla olan bir bağlama və 13 ədəd 100-lük AZN əskinaslarını vermişdir. 100-lük ABŞ dollarından ibarət olan bağlama nisbətən boş olmuş, yəni orada 10.000 ABŞ dolları olmamışdır. İlqargil Əliyə də 100 ABŞ dolları əskinaslarla olan bir bağlama vermişlər. İlqar və Orxan çox risk etdiklərini və paylarına bu qədər pul düşdüyünü bildirmişlər. Qalan pullar və qızıl-zinət əşyaları İlqarda qalmışdır. Çay içəndən sonra Əli ilə birlikdə oradan aralanıb getmiş, Orxan və İlqar isə Ağdama gedəcəklərini bildirmişlər. Sonra o, evə getmiş, evdə bir stəkan su içib Əligilə getmiş, orada Əli ilə görüşüb taksiyə minmiş və Əlinin avtomobilini götürmək üçün Gəncə prospektində fəaliyyət göstərən «Bravo» marketinin həyətinə gəlmişlər. Orada Əli avtomobilini götürmüş, avtomobildə payına düşən puldan 2000 ABŞ dolları pulu Əliyə vermişdir. Belə ki, Əlinin idarə etdiyi avtomobilə görə borcu olmuşdur. Oradan Nərimanova getmişlər. Nərimanovda Əli bir nəfər şəxslə görüşəndən sonra evinə getmişdir. Özü isə Buzovnaya getmiş, Buzovnada çay içəndən sonra isə gecə saatlarında yaşadığı evə gəlmişdir. Yaşadığı evin yaxınlığında onu polis əməkdaşları saxlamışlar (iş vərəqə: cild İ, səh. 128-130). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sərbəst ifadəsində göstərdiyi etiraf edici xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha əyani olaraq təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 162-166). İbtidai araşdırmanın sonrakı mərhələlərində təqsriləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs1 tədqiq olunan 06 dekabr 2022-ci il tarixli həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 atası Şahid5 istintaqa təqdim etdiyi bir ədəd üzük, bir ədəd qolbağ və iki ədəd boyunbağı haqda onun heç bir məlumatı olmamış, həmin əşyaların Əliyə kim tərəfindən verildiyini bilməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs3 yaxınlıqda yerləşən söhbətgaha qoyduğu bir ədəd çantanın içərisində hansı əşyaların olması haqda heç bir məlumatı olmamışdır. Həmin çantanı Orxan və İlqar mənzildən çıxıb gəldikdən sonra o, Orxanın əlində görmüşdür. Həmin şəxslər mənzilə gedərkən o, onların əlində çanta görməmişdir. Qeyd olunan ifadəsində Təqsirləndirilən şəxs1, həmçinin göstərmişdir ki, dayısının mənzilində olan pulun oğurluq yolu ilə ələ keçirilməsi məqsədi olduğu üçün, İlqar və Orxan mənzilə girəndə orada heç kim olmasın deyə, iş gününü seçmişlər. Belə ki, dayısı və onun ailə üzvləri işdə və dərsdə olurlar. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 tədqiq olunan 23 noyabr 2022-ci il və 06 dekabr 2022-ci il tarixli ifadələri arasında yaranmış ziddiyyəti onunla əsaslandırmışdır ki, istintaqa əvvəlki ifadələrini verərkən həyacanlı olmuş, eyni zamanda psixi xəstəliyi ilə əlaqədar olaraq özündə olmamış və bu səbəbə görə reallıqdan uzaq olan ifadə vermişdir. Eyni zamanda 35-ci PB-nin əməkdaşları polis bölməsində onu döymüşlər. Təqsirləndirilən şəxs1 tədqiq olunan bu ifadəsində daha sonragöstərmişdir ki, İlqar və Orxan dayısına məxsus mənzilə gedərkən əgər qonşulardan kimsə onları görərsə, onlar özlərini poçt əməkdaşı kimi təqdim edəcəklərini bildirmişlər. Əli İlqardan 100-lük əskinaslarla olan 3 bağlamanı götürüb restoranda masanın üzərinə qoymuş və həmin pulları cibinə qoymağı demişdir. Sonra Əli həmin puldan iki bağlamanı götürüb üç nəfərin arasında bölmüşdür. O, Əliyə qısa müddətdə geri qaytarmaq şərti ilə 100-lük ABŞ dolları əskinaslarla olan bir bağlama vermişdir. Bu işdə maddi marağı olmamış, eyni zamanda, İlqar və Orxan hadisədən sonra söhbət əsnasında dayısı oğlunun evdə olması və onların dayısı oğluna xəsarətlər yetirməsi haqda ona məlumat verməmişlər (iş vərəqə: cild İİ, səh. 1-3). Ən nəhayət, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 daha bir – 14 fevral 2023-cü il tarixli ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində bu dəfə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə elan edilmiş yeni ittiham üzrə özünü təqsirli bilməyərək 06 dekabr 2022-ci il tarixli ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: cild İİİ, səh. 200-201). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayının 20-də, yəni hadisə olan gün səhərə yaxın ona məxsus “Xəzər” markalı maşını etibarnamə ilə dayısı oğlu Ramazanda olmuş, o, axşamlar taksiçilik, gündüz isə bərbərlik fəaliyyəti ilə məşğul olmuşdur. Həmin gün səhərə yaxın, saat təxminən 7-8 radələrində Orxan İlqarın telefonundan mənə zəng edib harda olduğunu soruşmuş, o, evdə olduğunu bildirmişdir. Mən daha əvvəldən Orxanı və İlqarı tanımış, İlqar restoranda fotoqraf işləmişdir. Orxan ona taksi lazım olduğunu, bir yerə getmək istədiyini bildirmişdir. Ona gecə məclisdə alkoqollu içi qəbul etdiyini, buna görə maşını sürə bilməyəcəyini demiş, həmçinin maşının Ramazanda olduğunu, səhər gətirib təhvil verəcəyini bildirmişdir. O, Ramazana zəng edib, Orxanı istədiyi yerə aparmasını xahiş etdikdə, Ramazan onun maşını gündüz sürməyə etibarnaməsi olmadığını, həm də gündüzlər bərbər salonunda işləyə bilmədiyini demişdir. Odur ki, səhər tezdən Ramazan, Orxan və İlqar maşınla onlara gəlmiş, o, ev geyimində evdən çıxaraq maşina oturmuş və birlikdə deyilən ünvana getmişlər. Həmin vaxt maşını Ramazan idarə etmişdir. Hadisə yerinə xeyli qalmış orada olan “Bravo” marketin həyətinə çatanda Ramazan maşını saxlamışdır. Orxan onlara gözləməyi tapşırmış, mağazadan alacağını alıb, qayıdacağını bildirmişdir. Onlar getmiş, o da onlara qoşulub getmişdir. Ramazan su almaq üçün getmiş və 10-15 dəqiqə sonra su alıb onun yanına gəlmişdir. Ramazan onun yanına gələndən 25-30 dəqiqə sonra digər şəxslər gəlmişlər. Ramazan maşından düşən zaman o, nə Ramazanın əlində, nə də digər şəxlərin əlində heç nə görməmişdir. Ramazanın qanı qara olduğunu görüb, nə baş verdiyini soruşmuş, Ramazan heç nə olmadığını demiş, sonra deyəcəyini bildirmişdir. Onun hələ də hara və nə niyyətlə getdikləri barədə məlumatı olmamışdır. Bunlar qaçaqaça gəlib, ona da qaçmağı demişlər. Şəxslər qaça-qaça gələn zaman o, onların əlində hər-hansı bıçaq və ya başqa bir soyuq silah görməmişdir. Nə baş verdiyini soruşduqda, onlar «pulumuzu aldıq, ancaq dava düşdü» cavabını vermişlər. O, Ramazangilə bilərəkdən maşınının işləmədiyini dedikdə, həmin vaxtı hansısa taksi çağırmış, o da onlarla bərabər taksiyə minmiş, gəlib Günəşlidə düşmüşlər. Oradan da əlavə bir maşına minib, kafeyə getmişlər. Orada 5-10 dəqiqə oturduq, o, gedib maşınını götürmüş və təzədən onların yanına gəlmişdir. Orda kim nə edibsə, artıq o, onları bilməmişdir. Hadisədən sonra o, Ramazanın nəsə demək istədiyini hiss etmiş, lakin qorxaraq deyə bilmədiyini görmüşdür. X6 dayısıgilin evinə girdiklərini demiş, evdə bildiyi qədər adam olmadığını bildirmişdir. X16 evdə adam olmadığını güman edərək dayısıgilin evinə girmələrini danışmışdır. Hadisə barədə kafedə danışılarkən bilmişdir. Həmin vaxt pullar Ramazanda yox, İlqarda olmuş, bölgü edən zaman o, payına düşəni götürüb 10 dəqiqəlik oradan uzaqlaşmış, yəqin ki, o, müşahidə kamerasına da düşmüşdür. Orxangil ona pay verərkən «həm maşını düzəldərəsən, həm də neçə günlük pulunu ödəyərsən» demişlər. O, hardasa 5-10 dəqiqəlik kafedən çıxarkən, öz dayısına zəng etmək və ondan baş vermiş hadisə ilə bağlı məsləhət almaq istəmişdir. Lakin onun telefonu maşında qaldığından və maşın isə onlardan xeyli aralıda “Bravo” marketin həyətində olduğundan o, zəng edə bilməmişdir. Daha sonra onun maşınını Orxan 5 dəqiqəlik sürüb harasa gedib qayıtmışdır. Orxan ona maşında əmanət olduğunu demiş, gəlib ondan götürəcəyini bildirmişdir. Həmin vaxt o, maşında pul olduğunu başa düşmüşdür. Bundan sonra o, evlərinə getmiş, 2-3 saat evdə olmuş, daha sonra polislər gəlib onu evdə tutmuşlar. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, Ramazanın dayısının evinə girməklə bağlı onlar əvvəlcədən hər hansı plan qurmamışlar. Yol gedən zaman maşını bir dəfə aptekdə saxlamış, həmin vaxt dodağının partlaması səbəbindən bir ədəd tibbi masqa almışdır. Heç bir halda onlar dördü oturub plan qurmamışlar. Təqsirləndirilən şəxs1 ona hər hansı konvert və ya sumka təqdim etməmiş, hətta bu barədə söhbət də olmamışdır. O, bu proseslərin heç birinə şahid olmamışdır. Ramazan tərəfindən dayısının evinə girmək və evdən pul götürmək barədə təklifinin də olunmasını o, eşitməmişdir. Maşında tibbi masqa olmamış, həmçinin digər şəxslərdə də tibbi masqa olmamışdır. Bundan başqa onlar yol gednən zaman aralarında ev söhbəti olmamışdır. Kafedə oturan aparılan söhbətlərdən Ramazanın nə vaxtsa dayısının evində adam və yaxud pul olması, evə girib həmin pulu götürmək barədə danışıqlar aparması məlum olmuşdur. Lakin o, daha əvvəl həmin söhbətlərdə iştirak etməmişdir. Onlar evə girmək istəyən zaman ev sahibinin evdə olması barədə söhbət də kafedə aparılmışdır. O, ölüm hadisəsi olub-olmadığını soruşduqda, onlar sadəcə itələdiklərini və başının güzgüyə dəyib qanadığını demiş, yaralıya pambıq və su verdiklərini bildirmişlər. O, şəxslərin əlində hər hansı bağlama və ya zərf görməmişdir. Onlarda ümumiyyətlə bıçaq olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, polislər onları saxladıqdan sonra o, Ramazanı görən zaman sonuncu döyülməkdən yeriyə bilməmişdir. Onları polisə gətirəndən sonra axşam saat 5-6-ya qədər onları döymüşlər. Hadisədən sonra ona cəmi 200 ABŞ dolları pul verilmiş, o, həmin puldan xərcləməmiş, Onda olan bütün pullar istintaqa qaytarılmışdır. Bundan başqa Orxan onun maşınına pul qoymuş, daha sonra gəlib ondan götürəcəyini demişdir. Daha sonra onun maşınında balaca bağlamada qızıl olmuş, həmin bağlamada olan qızıllar sep, üzük olmuşlar. O, müvəqqəti saxlama məntəqəsinə qaldırıldıqdan sonra polis tərəfindən ona «sənin maşınına qızıl olan bağlama qoyulub, kim gətirə bilər?» dedikdə atasının gətirə biləcəyini demişdir. Sonra o, atasına zəng etmiş, atası isə qızıllar olan həmin bağlamanı gətirib təqdim etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dayısı oğlu, Zərərçəkmiş şəxs1 isə Ramazanın dayısı olmuşdur. Təxminən 15 gün bundan əvvəl Ramazan dayısı Şahinin oğluna ev almaq istədiyini, dayısının evində babat pul olduğunu bildirmiş və həmin pulu aparmağı təklif etmişdir. Lakin o, Ramazanın bu təklifindən imtina etmiş və bu işi tanıdıqları Orxan və İlqara təklif etməyi məsləhət görmüşdür. Növbəti gün özü, Ramazan, Orxan və İlqar Qaraçuxur qəsəbəsində görüşüb söhbət etmiş, Ramazan həmin uşaqlara da dayısının ev almaq istədiyini, dayısının evində babat pul olduğunu, dayısının və arvadının səhərlər işə getdiklərini, dayısı oğlu Cavidanın dərsə getdiyini, dayısı oğlu Turalın isə evdə tək olduğunu bildirmişdir. İlqar və Orxan Ramazandan evdə pulun dəqiq olub-olmadığını soruşduqda, Ramazan onlara «başımla cavabdehəm» demişdir. Hətta Ramazan pulun evdə seyfdə və ya paltar dolabında saxlanıla biləcəyini də demişdir. Sonra dördü də idarə etdiyi «Xəzər» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahingilin yaşadığı məhəlləyə getmişlər. Onlar avtomobildən düşməmiş, Ramazan Orxan və İlqara dayısıgilin yaşadığı binanı göstərərək onların ikinci blok, ikinci mərtəbə, 222-ci mənzildə yaşadıqlarını demiş və sonra oradan uzaqlaşıb getmişlər. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə özü, Ramazan, Orxan və İlqar Qaraçuxur qəbiristanlığında görüşüb söhbət etmiş, Ramazan Orxan və İlqardan dayısıgilin yaşadığı mənzilə necə girəcəklərini soruşmuş, onlar isə Ramazandan dayısının adını, soyadını və ata adını soruşub, digər işlərin onlarlıq olacağını, özlərini poçt əməkdaşı kimi təqdim edib evə girəcəklərini bildirmişlər. Orxangil bu dəfə də Ramazandan pulun hansı otaqda ola biləcəyini dəqiqləşdirmişlər. 16 noyabr 2022-ci il tarixdə məktəblərdə tətil başladığı üçün Orxangil gözləməyi və tətildən sonra, yəni 21 noyabr 2021-ci il tarixdə evə girəcəklərini bildirmişlər. Aralarında olan danışığa əsasən əldə olunmuş pulun yarısı Ramazanla ona çatmalı, qalan hissəsi isə Orxanla İlqara qalmalı imiş. 20 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Ramazan yaşadığı evə gəlib idarə etdiyi avtomobili götürmüş, artıq 21 noyabr 2022-ci il tarixdə, səhər 06 radələrində Ramazan Orxan və İlqarl onun yaşadığı həyətə gəlmişlər. Ramazan avtomobili idarə etmişdir. Oradan Ramazanın idarə etdiyi «Xəzər» markalı avtomobillə Gəncə prospektində fəaliyyət göstərən «Bravo» supermarketinin həyətinə gəlmişlər. Avtomobili orada saxlayıb yoldan keçən taksiyə minmiş, taksi ilə Şahingilin yaşadığı binadan təxminən 700-800 metr aralıda olan bir yerə gəlib saat 07 radələrində orada düşmüşlər. Dördü də sifətləri görsənməsin deyə tibbi maska taxmış, lakin təxminən 10 dəqiqə sonra özü və Ramazan maskaları çıxartmışlar. Orxan və İlqar maskaları çıxartmamışlar. Ramazan, Orxan və İlqar Şahingilin məhəlləsinə tərəf getmiş, sonra İlqar köşkdən su alıb geri qayıtmışdır. Ramazan və Orxan Şahingilin binasının yanında qalmışlar. Ramazan binanın yanında dayanmış, dayısı Şahin, dayısı arvadı və dayısı oğlu evdən çıxandan sonra bu haqda Orxangilə desin. Şahin, sonuncunun arvadı və oğlu evdən çıxıb gedəndən sonra Ramazan Orxan və İlqarın yanına gəlib bu haqda onlara məlumat vermiş, sonra isə onun yanına gəlmişdir. Saat 10 radələrində Orxan və İlqar Şahinin yaşadığı bloka daxil olmuşlar. Təxminən 30-40 dəqiqədən sonra uşaqlar blokdan çıxıb qaçaraq gəlmişlər, Orxanın əlində idman çantası olmuş, İlqarın əlləri qan içində olmuş, gödəkçəsinin altında nə isə olmuşdur. Orxan əlində tutduğu çantanı yaxınlıqda olan söhbətgahda qoymuşdur. İlqar isə pulları götürdüyünü və pulun əynində olan gödəkçəsinin altında olduğunu bildirmiş, qızıl-zinət əşyaları İlqarda olmuş, həmçinin qolunda qızıl qol saatı da olmuşdur. İlqar həmçinin məzildən Ramazanın dayısı oğluna məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd bank kartını götürmüşdür. İlqar həmin sənədləri qırıb yerə tullamışdır. Sonra Ramazan taksi tutmuş, onlar taksiyə minib Ramana qəsəbəsində yerləşən «Yaşıl bağ» restoranına getmişlər. Restoranda kabinetdə oturmuş, çay gələndən sonra İlqar gödəkçəsinin içərisində 100-lük ABŞ dolları əskinaslarla olan üç ədəd bağlamanı çıxardıb Ramazana vermiş, Ramazan da həmin pulları götürüb əynində olan gödəkçənin iç cibinə qoymuşdur. İlqar pulu versə də, narazılıq etməyə başlamış və Ramazandan pulun bir hissəsini geri tələb etmişdir. Lakin Ramazan evə «navodka» verdiyinə görə çox pul götürməli olduğunu demişdir. İlqar Ramazandan əl çəkməmiş və ondan 5000 ABŞ dolları pul istəmiş, Ramazan da həmin puldan 5000 ABŞ dolları pulu götürüb İlqara vermişdir. İlqar həmin pulu Orxanla arasında bölmüş, 100 ABŞ dolları pul vermişdir. Ondan öncə isə İlqar 100 ABŞ dolları əskinaslarla olan bir bağlama vermişdir. Sonra ayaq yoluna getmişdir. Qayıdandan sonra İlqarın Ramazanla pul üstündə hələ də mübahisə etdiklərini görmüşdür. Söhbətdən başa düşmüşdür ki, Ramazan sonra da İlqara əlavə pul vermişdir. Orxanla İlqara təxminən 50.000 manat pul qalmışdır (ABŞ dolları və AZN olmaqla). Mənzildən götürdükləri qızıl-zinət əşyaları da İlqargildə qalmışdır. İlqar və Orxan Ağdama yola düşəcəklərini deyib çıxıb getmişlər. Ramazanla çay içəndən sonra restoranı tərk etmişlər. Oradan Ramazanla birlikdə taksi ilə «Bravo» marketin həyətinə gəlmişlər. Ramazan idarə etdiyi avtomobilin sükanı arxasında əyləşmiş və oradan Nərimanova gəlmişlər. Belə ki, orada fəaliyyət göstərən lombardların birinə «İphone» makalı mobil telefonunu girov qoyub 150 manat pul götürmüşdür. Həmin lombarda 170 AZN ödəyib mobil telefonunu geri götürmüşdür. Nərimanovdan Buzovna qəsəbəsinə gəlmişlər. Orada Ramazan kafelərin birində piti yemişdir. Orada olan zaman Ramazan «İnstagram» sosial şəbəkəsi vasitəsilə özünə bir ədəd gödəkçə sifariş etmişdir. Gödəkçəni restorana gətirmişlər. Ramazan da həmin gödəkçəyə görə təxminən 135 AZN pul ödəmişdir. Sonra Ramanıya gəlmişlər. Belə ki, ailəsi qayınıgildə olmuşdur. Günorta saatlarında tanışı İkrama zəng edib yalandan qaynının 4000 ABŞ dolları pul dəyişmək istədiyini demiş, İkrama ABŞ dolları lazım olduğundan İkram 1 ABŞ dollarını 1,69 AZN məzənnəsi ilə dəyişə biləcəyini demişdir. Pulu qaynı oğlunun vasitəsi ilə göndərəcəyini demişdir. Həmin gün qaynı oğlu Asif İkramla görüşərək ona 4000 ABŞ dolları verib əvəzində 6760 manat pulu götürüb vermişdir. Asif 4000 ABŞ dolları pulu haradan əldə etdiyini soruşmamışdır. Belə ki, o, onun avtomobil alveri ilə məşğul olduğunu və iri məbləğdə pulların olduğunu bilmişdir. Sonra ailəsini götürüb Qaraçuxur qəsəbəsinə – yaşadığı evə getmişdir. Ramazan da evə getmişdir. Lakin sonradan Ramazan xəbərsiz harasa getmişdir. Gecə saatlarında evdə olan zaman polis əməkdaşları evə gəlib onu saxlamışlar (iş vərəqə: cild İ, səh. 65-69, 137-139, cild İİ, səh. 6-8). Tədqiq olunan ifadələri ətrafında dindirilən Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, hadisənin planlaşdırılmasından onun məlumatı olmamışdır. Onda tibbi maska olmuş, amma o, maskanı üzünü gizlətmək məqsədilə taxmamış, həmin vaxt onun ağzında yara olmuş və o, maskanı həmin yara ilə əlaqədar gəzdirmişdir. Həmin yara bu hadisədən bir neçə gün əvvəl yaranmış, lakin bu barədə məhkəməyə izah verməkdən imtina edir. İfadələrində yazılanların yarısından çoxu ilə bağlı onun məlumatı olmamışdır. İfadənin doğru olan hissəsi odur ki, o, hadisə barədə hadisədən sonra bilmiş, və gərək polisə məlumat verəydi, amma verməmişdir. Hadisə barədə o, onlar kafedə oturandan sonra xəbərim olmuşdur. Ramazanın ona pul götürmək təklifindən imtina edib bu işi Orxan və İlqara təklif etməyi məsləhət görməsi ilə bağlı ifadəsində olan hissəni təsdiq etmir. Çünki biz 35-ci bölmədən idarəyə gələndə Ramazanla məni polislər gətirib müstəntiqin yanına qoymuşlar. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sərbəst ifadəsində göstərdiyi etiraf edici xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha əyani olaraq təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 167-170). İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 21 noyabr tarixdə Orxanla o, ad günündən gələrkən Qaraçuxur qəsəbəsindən keçən zaman onlar Ramazanın maşın yuduğunu görmüşlər. Onlar maşını saxlamış, 5-10 dəqiqə söhbət etmiş, Ramazan maşının Əlinin maşını olduğunu demiş, onun taksi işlətdiyini bildirmişdir. Ramazan özünün gecə taksi işlətdiyini, gündüz isə bərbər işlədiyini bildirmişdir. Həmin vaxt onlar üçün də iş-güc olub-olmadığını soruşmuş, iş olduğu təqdirdə onlara da deməyi bildirmiş, kasıbçılıq olduğunu demişdir. Ramazan iş olduğunu, lakin etməyə qorxduğunu demişdir. O, necə bir yer olduğunu soruşduqda, Ramazan dayısıgilin evi olduğunu bildirmişdir. O, (Təqsirləndirilən şəxs4) «evdə heç kim yoxdursa, gəl girək evə, pulu götürək, çıxaq» kimi bir təklif vermiş, Ramazana qıraqda durmağı, sadəcə evi göstərməyi demişdir. Onda Ramazan etibarnaməsi olmadığından maşını yalnız gecələr sürürdüyünü, gündüzlər sürə bilmədiyini bildirmiş, Əlinin özünün gəlib maşını götürməsini və belə getmələrini təklif etmişdir. O, (Təqsirləndirilən şəxs4) Əliyə zəng etmiş, Əli dedi uşaqları məktəbə aparacağını dedikdə, ona “alacağımız var” demişdir. Həmin vaxt Əli gecə məclisdə olduğunu, içkili olduğunu, maşını sürə bilməyəcəyini demiş, «gəlin məni götürün, oturum Ramazanın yanında, o sürsün, hara desəniz gedək” cavabını vermişdir. Onlar gedib Əlini götürmüş, Ramazan maşını “Bravo” marketin qabağına sürüb maşını saxlamışdır. Əli mağazanın bağlı olduğunu demiş, su ala bilməsi üçün onlarla getmək istəmişdir. Onlar taksiyə minib getmiş, Əli evdən bir az aralıda düşmüşdür. Onlar Əliyə “zəngləşərik, gələrsən” demişlər. Əlinin heç nədən xəbəri olmamışdır. Onlar Ramazanla onun dayısıgilin evinin yaxınlığına getmiş, Orxan bir az aralıda qalmışdır. Hamının evdən çıxmasını gözləmiş, Ramzan baxıb hamının evdən çıxdığını ona demişdir. O, Orxanın yanına getmiş, ona artıq evdə heç kimin olmadığını demiş, mənzilə getməyi demişdir. O, Orxanla birlikdə blokun qabağına getmiş, həmin vaxt blokun qapısı bağlı olmuşdur. O, əli ilə kodları yoxlamış, tam təsadüfən qapı açılmışdır. Orxan əlində olan saç şipilkası ilə isə mənzilin qapısını qurdalamış, qapı onların üzünə açılmış, onlar qapını itələyib evə girmiş və o, zərər çəkmiş oğlanla üzbəüz gəlmişdir. O, oğlanı itələmiş, oğlan yıxılmış, qapının tili onun başına dəymiş və başı qanamış və onlar evə girmişlər. Qapı açılan zaman oğlanı görərkən o, bir anlıq şok olmuş, özümü itirmişdir. Adının Tura olmasını sonradan öyrənib bildikləri oğlana pambıq, su vermiş, ona “səninlə işimiz yoxdur, sənin evdə olmağından xəbərsiz idik, sadəcə pulun yerini de, biz pulu götürüb gedək” demişlər. O da pulun otaqda olduğunu demişdir. Tural pulun yerini demiş, onlar pulu götürüb mənzildən çıxmışlar. Evdən çıxarkən Turalın vəziyyəti ilə maraqlanmış və evin qapısını bağlayıb çıxmışlar. O, Orxanla birlikdə, təlaşlı vəziyyətdə Ramazanla Əlinin yanına gəlmiş, Əli nə məsələ olduğunu soruşmuş, o, pulu aldıqlarını, ancaq aralarında söz-söhbət olduğunu, sonra polis çağrıldığını demiş, tez getməyi məsləhət bilmişdir. Əli maşınının xarab olduğunu dediyindən onlar taksiyə minmiş və gəlib kafedə düşmüşlər. Orada o, Ramazana dayısı oğlunun evdə olduğunu bildirmişdir. Əli təkrarən nə məsə olması ilə maraqlandıqda o, Ramazanın dayısı evinə oğurluğa getdiklərini ona bildirmiş və hadisəni danışmışdır. Əli əsəbiləşib çölə çıxmışdır. O, pulu çıxarmış və aralarında bölmüşlər. Kulokda bir paçka pulu və qızılı Orxan saxlamışdır. 20-25 dəqiqə sonra Əli gəlmiş, maşının işlədiyini onlara demişdir. Orxan siqaret almağa maşınla getmək istəmiş və buna görə maşını Əlidən istəmişdir. Əli də etiraz etməmiş, həmin vaxt Orxan pulu Əlinin maşınına qoymuşdur. Lakin onlar bunu görməmiş, Əlinin bunda xəbəri olmamışdır. 3-5 dəqiqə sonra Oxran gəlib getmək istədiyini dediyindən o da Orxanla taksiyə minib rayona getmişdir. 16 gün sonra isə polislər Kürdəmirdə postda onları tutmuş, onu Orxanla birlikdə aparmışdır. Üzərinə axtarış keçirilmiş, onun üzərində 6000 və 7 ABŞ dolları, 996 AZN pul olmuş, Orxanın üzərində isə 6200 ABŞ dolları pul olmuşdur. Polis əməkdaşları həmin pulları götürüb sənədləşdirmişlər. Sonra həmsin pulların taleyindən xəbəri olmamışdır. Pulun aqibətini bilməmişdir. Kürdəmirdən Bakıya qədər onu döymüşlər. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında göstərdi ki, o, hadisə törətdikləri evi əvvəllər görməmiş, evin harada olduğunu Ramazan ona göstərmişdir. Onlar gedən zaman əllərində zərf olmamışdır. Mənim barmağı daha əvvəl qırıq olmuş, hadisə yerinə gedərkən əlini yolda açmış, barmağında gips olmuşdur. Ona görə onun Turala yumruq vurması mümkünsüz olmuş, Tural da onlara qarşı hər hansı bir təsir göstərməmişdir. Onun əlində soyuq silah olmamış, o, sadəcə pulun yerini soruşmuşdur. Ramazan ona bıçaq və ya başqa silah kimi bir şey verməmişdir. Onlar mənzildən çıxan zaman bıçaq görüb götürmüş, lakin rayona gedən zaman əl izləri qaldığı üçün bıçağı atmışdır. Onlar Əliyə hara getdiklərini deməmiş, ona işlədikləri yerdə alacaqları olduğunu, almağa getdiklərini demiş, ona taksi kimi hörmət edəcəklərini bildirmişlər. Daha sonra onlar götürdükləri məbləğdən taksi pulu olaraq Əliyə 200 ABŞ dolları pul vermişlər. Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs4 tədqiq olunan ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən iki-üç ildir ki, tanıyır, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 da tanıyır, onunla da heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ramazan Əlinin dayısı oğludur. Təqsirləndirilən şəxs3 Niazmi oğlu isə dostudur, Orxanı təxminən 13 ildir ki, tanıyır. Orxanla mütəmadi olaraq bir yerdə olurlar. Əlini uzun müddətdir ki, görməmişlər. Məlum hadisədən təxminən 15-20 gün öncə Qaraçuxur qəsəbəsində Əli ilə rastlaşmışlar. Görüşüb hal-əhval tutmuşlar. Əli nə işlə məşğul olduqlarını soruşmuş, Əliyə işsiz olduqlarını və iş axtardıqlarını bildirmişlər. Əli bir evdə 50000-70000 manat arasında pul olduğunu və həmin pulu evdən aparmaq lazım olduğunu bildirmişdir. Əliyə bu işi görə biləcəklərini demişlər. Bundan bir neçə gün sonra Əli zəng edərək yaşadığı məhəlləyə çağırmışdır. Əlinin məhəlləsinə gələndə orada Ramazanı da görmüşlər. Ramazan dayısının evində təxminən 50000-70000 manat arasında pul olduğunu, pulların mənzilin yataq otağında ola biləcəyini, səhərlər dayısının və onun ailə üzvlərinin işə getdiklərini, mənzildə yalnız dayısı oğlunun tək qaldığını bildirmişdir. Ramazan dayısının Xətai rayonu ərazisində, Polad Həşimov küçəsində beş mərtəbəli binada yaşadığını bildirmişdir. Həmin vaxt danışmışlar ki, dördü də növbəti gün səhər Əlinin avtomobili ilə həmin ünvana gedəcək və Ramazan mənzilin dəqiq yerini göstərəcək. Növbəti gün, təxminən xx.xx.2022-ci il tarixdə, X14 qəsəbəsində yaşadığı məhəlləyə gəlmişlər. Ramazan da orada olmuşdur. Oradan Əlinin idarə etdiyi «Xəzər Lada» markalı avtomobillə Ramazanın dayısının yaşadığı məhəlləyə gəlmişlər. Orada Ramazan dayısının yaşadığı binanı göstərərək dayısının yaşadığı mənzilin binanın ikinci blokunda, ikinci mərtəbədə ortada yerləşdiyini bildirmişdir. Həmçinin, Ramazan səhərlər dayısının, dayısı arvadının işə gedəcəklərini, kiçik dayısı oğlunun dərsə gedəcəyini, böyük dayısı oğlunun mənzildə tək qalacağını və həmin şəxsi yumruqla vurub mənzilə girməyi demiş, həmçinin Ramazan dayısı oğlunun qorxaq olduğunu və müqavimət göstərməyəcəyini bildirmişdir. Əli isə Ramazanın dayısı oğlunun əl qolunu bağlamağı demişdir. Ramazandan mənzilə necə girəcəklərini soruşmuş, Ramazan isə poçt əməkdaşı kimi təqdim etməyi və bu məqsədlə üzərində dayısının adı, soyadı və atasının adı qeyd edilmiş zərf verəcəyini, həmin zərfi mənzildə olan dayısı oğluna təqdim edib, guya həmin zərfin onun atasının adına gəldiyini deməyi, dayısı oğlu qapını açandan sonra isə onu vurub zərərsizləşdirərək mənzilə girə biləcəklərini demişdir. Həmçinin, Ramazan xx.xx.2022-ci il tarixdən 4-5 gün müddətinə məktəblərdə tətil başladığı üçün dayısı arvadının və dayısı oğlunun mənzildə olacaqlarını, bu səbəbdən mənzilə məktəb tətilləri qurtarandan sonra, yəni xx.xx.2022-ci il tarixdə getməyi demişdir. xx.xx.2022-ci il tarixə qədər Əli və Ramazanla görüşməmişlər. Bu müddət ərzində Orxan Qurban adlı dostunun evində qalmışdır. Təqsirləndirilən şəxs4 tədqiq olunan ifadəsinin davamında göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Əli istifadə etdiyi 070 *** ** ** mobil nömrəsinə zəng edib növbəti gün Ramazanın dayısının mənzilinə gedib-getməyəcəklərini soruşmuş, Əliyə danışıqlarının qüvvədə olduğunu bildirmişdir. Danışmışlar ki, saat 06:00-da Əligilin məhəlləsində görüşsünlər. Özü isə Orxanla saat 05:30-da Əmircan qəsəbəsində «Kraska zavod» adlanan ərazidə görüşüb oradan piyada Əlinin yaşadığı məhəlləyə getmişlər. Ramazan da orada olmuşdur. Əlinin «Xəzər Lada» markalı avtomobilinə əyləşmiş, Ramazan sükan arxasına keçmiş, Əli isə Ramazanın yanında ön sərnişin oturacağında əyləşmişdir. Avtomobilə əyləşməmişdən öncə isə Orxan Ramazanın yanında Əlidən bıçaq istəmişdir ki, mənzilə girəndə Ramazanın dayısı oğlunu qorxuda bilsin. Əli isə Orxana avtomobilin yük yerində bıçağın olduğunu və həmin bıçağı götürə biləcəyini demişdir. Orxan da avtomobilin yük yerindən bir ədəd mətbəx bıçağını və bir ədəd çantanı götürüb həmin bıçağı çantanın içərisinə qoymuşdur. Çantanı isə Orxan ona görə götürmüşdür ki, Ramazan pulların mənzildə seyfdə də saxlanıla biləcəyini demişdir. Fikirləşmişlər ki, pullar seyfdə olsa, seyfi çantaya qoyub apararlar. Yolda olan zaman Ramazan avtomobildə üzərində «Zərərçəkmiş şəxs1» sözləri yazılmış bir ədəd zərf vermişdir ki, özlərini dayısı oğluna poçt əməkdaşı kimi təqdim edib atasının adına zərf gəldiyini bildirsinlər, dayısı oğlu qapını açanda mənzilə girə bilsinlər. Yolda Əli avtomobilin hadisə yerinin yaxınlığında videomüşahidə kameralarına düşməməsi üçün avtomobili Gəncə prospektində fəaliyyət göstərən «Bravo» marketin həyətində saxlamağı, oradan isə taksiyə minib Polad Həşimov küçəsinə getməyi demişdir. Ramazan avtomobili «Bravo» marketin həyətində saxlayandan sonra dördü də avtomobildən düşüb yola tərəf getmişlər. Əli yol kənarında dayanmış taksiyə yaxınlaşıb danışandan sonra dördü də taksiyə minib saat 07 radələrində Polad Həşimov küçəsinə, Ali Hərbi Məktəbin yaxınlığına getmişlər. Ramazan dayısıgilin məhəlləsinə tərəf getmiş, özü, Orxan və Əli iki tin aralıda dayanıb Ramazanı gözləmişlər. Ramazan təxminən iki saat dayısıgilin məhəlləsinin yaxınlığında dayanıb müşahidə aparmışdır. Həmin müddət ərzində Orxan bir dəfə Ramazanın dayısının yaşadığı binanın yaxınlığında olan köşkə gedib oradan siqaret almışdır. Saat təxminən 09:30-da Ramazan gəlib dayısının, dayısı arvadının və kiçik dayısı oğlunun mənzili tərk etdiklərini, mənzildə yalnız böyük dayısı oğlunun qaldığını bildirmişdir. Bundan sonra özü və Orxan Ramazanın dayısı Şahinin yaşadığı məhəlləyə gəlmişlər. Şahingilin yaşadığı blokun giriş qapısı bağlı olmuş və qapının üzərində şifrəli kilid olmuşdur. Blokun qapısını aça bilmədikləri üçün binanın kənarında dayanıb gözləmişlər ki, kimsə blokdan çıxar və bundan istifadə edib bloka daxil olarlar. Lakin heç kim blokdan çıxmamışdır. Təxminən 5 dəqiqədən sonra Orxanla blokun giriş qapısının önünə gəlib şifrəli kilidin üzərində olan düymələri basmağa başlamışlar. Həmin vaxt qapı açılmış və içəri daxil olmuşlar. Sonra ikinci mərtəbəyə qalxmışlar. Ramazanın dediyi orta qapıya yaxınlaşmışlar. Həmin vaxt əynində qara rəngli cins şalvar və kapyüşonlu tünd göy rəngli gödəkçə olmuş, sifətində isə qara rəngli tibbi maska olmuşdur. İki-üç dəfə qapını döymüşdür. Bir qədər sonra qapını bir cavan oğlan açmışdır. Orxan kənarda dayandığı üçün həmin cavan oğlan Orxanı görmürdü. Cavan oğlana özünü poçt əməkdaşı kimi təqdim edib atası Zərərçəkmiş şəxs1 adına zərf gəldiyini bildirmiş və zərfi həmin oğlana uzatmışdır. Ramazanın dayısı oğlu zərfi götürəndə yumruqla bir dəfə onun sol qaş nahiyəsindən vurmuşdur. Oğlan zərbədən dəhlizdə yerə yıxılmışdır. Həmin vaxt Orxanla birlikdə mənzilə daxil olub mənzilin giriş qapısını bağlamışlar. Orxanla həmin oğlandan pulların yerini soruşmuş, lakin həmin şəxs evdə pulun olmadığını bildirmişdir. Bir-iki dəfə yumruqla həmin oğlanın sifətindən vurmuş və təkrar ondan pulların yerini soruşmuş, lakin həmin şəxs evdə pulun olmadığını demişdir. Sonra Orxanla birlikdə həmin oğlanı mənzilin qonaq otağına aparmışlar. Orada oğlanın yanında qalmış, Orxan isə mənzili axtarmağa başlamışdır, lakin Orxan əsas pulu tapa bilməmiş, Orxan yataq otağından yalnız 200 ABŞ dolları pul, bir ədəd qol saatı, bir ədəd mirvaridən olan boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və iki ədəd qızıl boyunbağı tapmışdır. Həmçinin, Orxan mənzilin yataq otağında «kəpənək» adlanan bıçaq da tapmışdır. Həmin bıçağı Orxandan götürüb Ramazanın dayısı oğlunu bıçaqla hədələyərək pulun yerini deməyəcəyi təqdirdə onu vuracağını demişdir. Orxan da Əlidən götürdüyü bıçaqla Ramazanın dayısı oğlunu hədələmiş və pulların yerini deməyi tələb etmişdir. X19 dayısı oğlunun yanında qalmış, özü isə mənzili axtarmağa başlamışdır. Yataq otağında olan dolabı axtaranda oradan qara rəngli sellofan torbanın içərisində olan 100-lük ABŞ dolları əskinaslardan ibarət 5 bağlama tapmışdır. Həmçinin, evi axtaran zaman dəhlizdə dolabda asılmış şalvarın cibində cüzdanı görüb onu da götürmüşdür. Cüzdanı açmadan cibinə qoymuşdur. Pulları tapdığını Orxana deyəndən X19 dayısı oğlunun əllərini və ayaqlarını mənzildə tapdığı rezin iplə bağlamış və qonaq otağından tapdığı skoçla həmin oğlanın ağzını skoçlamışdır. Bundan sonra mənzili tərk edib getmişlər. Mənzildən çıxanda Orxan mənzilin giriş qapısının kilidində olan açarı götürmüş və mənzildən çıxandan sonra Orxan çöldən mənzilin giriş qapısını bağlamışdır. Məhəllədən çıxıb Ramazanla Əlinin yanına gəlmişlər. Həmin vaxt Ramazan əynində olan gödəkçəni çıxardıb Orxana vermişdir. Ramazan iz buraxmamaq üçün həmin gödəkçəni ikinci gödəkçə kimi geyinmişdir. Ramazan qorxurdu ki, dayısıgil onu görüb tanıya bilərdi. Ona görə də kök görsənmək istəyirdi. Oradan yaxınlıqda olan məhəllə daxilinə keçib yola davam etmişlər. Orada Orxan bir söhbətgah görüb Ramazanın gödəkçəsini və içərisində Əlinin bıçağı olan çantanı həmin söhbətgaha qoymuşdur. Sonra əsas yola çıxmışlar. Orada Ramazan telefonla taksi sifariş etmşdir. Taksi gələnə kimi dayanıb söhbət etmişlər. Ramazan dayısı oğlu ilə nə etdiklərini soruşmuş, ona dayısı oğlunu yumruqla vurduğunu, Orxanın isə dayısı oğlunun əl-qolunu bağlayıb skoçla ağzını yapışdırdığını bildirmişdir. Həmçinin, mənzildən götürdüyü cüzdanın içərisində olan Ramazanın dayısı oğluna məxsus şəxsiyyət vəsiqəsini və bank kartını cırıb yaxınlıqda olan zibil qutusuna tullamış, Orxan isə mənzilin açarını zibil qutusuna tullamışdır. Taksi gələndən sonra taksi ilə oradan Yeni Günəşli qəsəbəsinə gəlmişlər. Belə ki, Əli iz itirmək üçün taksini dəyişməyi demişdir. Yeni Günəşli qəsəbəsində Ramazan bir taksi ilə danışandan sonra taksiyə minib oradan Ramana qəsəbəsində yerləşən bir restorana gəlmişdir. Mənzildən götürdüyü 50000 ABŞ dolları pulu əynində olan gödəkçənin iç döş cibinə qoymuşdur. Restoranda bir kabinetdə əyləşib mənzildən götürdüyü 50000 ABŞ dolları pulu masanın üzərinə qoymuş, Orxan isə mənzildən götürdüyü qızıl-zinət əşyalarını, 200 ABŞ dolları pulu və bir ədəd qol saatını masanın üzərinə qoymuşdur. Pulu masanın üzərinə qoyandan sonra, Ramazan həmin puldan 3 bağlamanı (paçkanı) götürüb cibinə qoymuş və yerdə qalan iki bağlamanı üç nəfərin arasında – özünün, Orxanın və Əlinin arasında bölməyi demişdir. Buna narazılıq edərək əsas işi Orxanla gördüklərini və pulu ədalətli şəkildə bölmək lazım olduğunu bildirmişdir. Bundan sonra Ramazan götürdüyü 3 bağlamadan birini masanın üzərinə qoymuşdur. Əli həmin bağlamanı götürüb Orxanla ikisinə - hər birinə 2000 ABŞ dolları pul vermiş, 1000 ABŞ dolları özünə götürmüş, qalan 5000 ABŞ dolları pulu Ramazana vermişdir. Beləliklə, Oxanda və özündə 24000 ABŞ dolları pul qalmış, Əlidə 1000 ABŞ dolları pul qalmış, Ramazanda isə 25000 ABŞ dolları pul qalmışdır. Ramazanın sonradan Əliyə nə qədər pul verdiyini bilməmişlər. 24000 ABŞ dolları pulu isə bərabər şəkildə Orxanla orada aralarında bölmüşlər. Orxanın mənzildən götürdüyü kişi qol saatını özünə götürüb qoluna taxmış, həmin vaxt Əli qızıl-zinət əşyalarının onda qalmasını, onları satıb əldə olunmuş pulu aralarında böləcəyini demişdir. Orxan qızıl-zinət əşyalarını Əliyə vermişdir. Mirvaridən olan boyunbağı isə restoranda masanın üzərində qalmışdır. Pulu böləndən sonra Orxanla birlikdə restoranı tərk etmişlər. Ramazan və Əli restoranda qalmışlar. Mənzildən götürdüyü cüzdanın içərisində bir ədəd 5 ABŞ dolları və iki ədəd 1 ABŞ dolları əskinasları olmuşdur. Həmin pulları da özünə götürmüşdür. Orxanın mənzildən götürdüyü 200 ABŞ dolları masanın üzərində qalmış, belə ki, Əli həmin pulla sifariş etdiyi yeməyin hesabını verəcəyini demişdir. Restorandan çıxandan sonra yaşadığı evə gəlib paltarını dəyişmiş və Orxanla yola çıxıb bir taksi tutmuşlar. Taksi sürücüsü 130 manata Ağdam rayonu, Quzanlı qəsəbəsinə aparmağa razılıq verəndən sonra Quzanlıya – Orxangilə yola düşmüşlər. Həmin gün Orxanın bacısı uşağının ad günü olmuşdur. Həmin gecə Quzanlıda Orxanın yeznəsinin mənzilində qalmışlar. Belə ki, mənzil boş olmuşdur. Növbəti gün isə taksi ilə Yevlax şəhərinə yola düşmüşlər. Belə ki, Orxan həmin şəhərdə «Şirvangöl» istirahət mərkəzinin olduğunu bildirmiş və vaxtlarını orada keçirməyi təklif etmişdir. Yolüstü Bərdə rayonunda Orxan tanımadıqları bir şəxsdə 200 ABŞ dolları pul xırdalamışdır. Belə ki, üzərlərində Azərbaycan manatı olmamışdır. «Şirvangöl» istirahət mərkəzinə çatandan sonra orada şəxsiyyət vəsiqəsi təqdim etmədən gündəlik icarə haqqı 350 manat olan böyük bir otaq sifariş etmişlər. Otaqda sauna, bilyard və üç yataq otağı var idi. Şübhə yaratmamaq üçün həmin istirahət mərkəzində bir gündən bir qalmışlar. İstirahət mərkəzində işləyən ofisiantlara firmada işlədiklərini, Bakıdan gəlib Yevlaxda mal payladıqlarını yalandan bildirmişlər ki, ofisiantlar şübhələnməsinlər. İstirahət mərkəzində qalmadıqları günləri Yevlax şəhərində küçələrdə keçirmişlər, taksi ilə şəhəri gəzmişlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Yevlaxda olmuşlar. Bu müddət ərzində istirahət mərkəzində qalmağa, taksilərə, yeyib-içməyə və qızlara təxminən 20000 manat pul xərcləmişlər. xx.xx.2022-ci il tarixdə Orxanla Ağdama gəlmişlər ki, orada Orxan qonşuluqda yaşayan Həsən adlı şəxsin köməkliyi ilə Bərdə şəhərində «rent a car» şirkətindən icarəyə avtomobil götürə bilsin. Quzanlıda olan zaman Orxana bir tanışı polis əməkdaşlarının onun evinə gəlib onu axtardıqldarını bildirmişdir. Həmin vaxt mobil telefon işlətmədikləri üçün Orxan bir nəfər şəxsdən xahiş edərək onun mobil telefonu ilə Həsənə zəng edib onu görüşə çağırmışdır. Həsən polis əməkdaşlarının onları axtardıqlarını bilmirdi. Həsən gələndən sonra Orxan ona 150 manat müqabilində Bərdə şəhərində «rent a car» şirkətindən icarəyə avtomobil götürüb Bakıya aparıb-gətirməyi təklif etmişdir. Həsən etiraz etməmişdir. Ağdamdan Bərdə şəhərinə gəlmişlər. Orada Həsən «rent a car»dan Folksvagen markalı Passat modelində olan avtomobili icarəyə götürmüşdür. Avtomobilin üç günlük icarə haqqı olan 240 manat pulu Orxan ödəmişdir. 07 dekabr 2022-ci il tarixə keçən gecə üçü Bakıya yola düşmüşlər. Avtomobili Orxan idarə etmişdir. Saat 05 radələrində Kürdəmir postuna çatmamış Orxan sürət həddini aşdığı üçün avtomobili DYP əməkdaşları postda saxlamışlar. Polis əməkdaşları sorğu-sual etmişlər, anket məlumatlarını yoxlayan zaman Orxanla axtarışda olduqlarını müəyyən edib Kürdəmir RPŞ-ə gətirib təhvil vermişlər. Həmin vaxt üzərində 6000 və 7 ABŞ dolları, 996 AZN pul olmuş, Orxanın üzərində isə 6200 ABŞ dolları pul olmuşdur. Polis əməkdaşları həmin pulları götürüb sənədləşdirmişlər (iş vərəqə: cild İİİ, səh. 161-165). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən xəbəri olmadığını, yalnız imzaların ona məxsus olduğunu qeyd etdi, həmçinin Ramazanın dayısıgilin evinə gedərkən əllərində poçt zərfinin olmadığını bildirdi. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs4 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sərbəst ifadəsində göstərdiyi etiraf edici xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha əyani olaraq təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 142-149). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə elan edilmiş yeni ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Müdafiəçi O, əvvəl Ramazanı tanımamış, Əlini tanımış, lakin Ramazanın Əlinin qohumu olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 moykada görmüş, sonuncu ona maşının xarab olduğunu, pul lazım olduğunu demişdir. Ramazanın deməsinə görə o, dayısından pul istəmiş, lakin o, verməyib, ev alacağını demişdir. Ramazanın deməsinə görə dayısının 5-10 min manat pulu olmuş, sonuncu ev almaq istəmişdir. O, Ramazana “sən dayının evini göstər, qalanı bizlikdir» demişdir. Ramazan dayısının evinə oğurluğa getmək istəməmiş, onlar Ramazanı məcbur eləmişlər. Onlar hadisə yerinə çatdıqda, Ramazan evdəkilərin evdən çıxmasını yoxlamaq üçün getmiş, sonra gəlib evdə heç kəsin olmadığını xəbər vermişdir. Onlar keçib evin arxasından baxmış, qapı kodlu olmuşdur. 10-15 dəq gözləmiş, qapının üstündəki kodları bir-bir yoxlayaraq açmışlar. Əllərində saç şipilkası olmuş, həmin şpilka ilə qurdalayıb qapını açmışlar. Evə daxil olanda evdə olan Ramazanın dayısı oğlu qışqırmışdır. Onlar evdə olmasını bilməmişlər. Onlar Ramazanın dayısı oğluna heç bir zərbə vurmamışlar. Amma qapını açanda qapı oğlanın alınına dəymiş və alnı partlamışdır. Yaradan qan axdığından onun yarasını bağlamış, ona “pulu götürüb çıxırıq, səninlə işimiz yoxdu” demişlər. Ona “bilirəm pul var, pulun yerini göstər” demişdir. O, pulun yerini göstərmiş, onlar da pulu götürüb çıxıb getmişlər. Yolda taksi saxladıb Ramanıya getmişlər. Əli çölə çıxmış, onlar 12 min dolları aralarında bölmüşlər. Cəmi 51 min dollar pul və başqa qızıl əşyalar da olmuşdur. Sonra o, fikirini dəyişmiş, Ramazan Əlinin yanında qalmış, onlar isə çıxıb Ağdama getmişlər. Sonra İlqarla tutularkən 12 min dolları polisə təqdim etmiş, pulu kameranın altında sayıb, qol çəkib QAİ əməkdaşlarına təhvil vermişlər. Onlarda olan qızılların da hamısı təhvil verilmişdir. Sonradan müstəntiq həmin pulu zərərçəkənə təhvil verdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında göstərdi ki, onlar evə oğurluğa getdikləri vaxt iş günü olmuşdur. Hadisə vaxtı onun əlində bıçaq olmamıhara gedəcəkləri barədə deməmiş, ona 200 manat pulu xidmət haqqı kimi vermişlər. Müdafiəçi1 s.c.- Hadisədən əvvəl Əlinin dodağı partladığından Əli tibbi maska taxmışdır. Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs3 tədqiq olunan ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 181.3.2-ci madəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən iki-üç ildir ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 da tanımış, onunla da heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ramazanı Əlinin dayısı oğlu kimi tanımışdır. Təqsirləndirilən şəxs4 isə özünün dostudur, İlqarı həadisədən təxminən 13 il əvvəl tanımışdır. İlqarla mütəmadi olaraq bir yerdə olmuşlar. Əlini uzun müddət görməmişdir. Məlum hadisədən təxminən 15-20 gün öncə Qaraçuxur qəsəbəsində Əli ilə rastlaşmışlar. Görüşüb hal-əhval tutmuşlar. Əli nə işlə məşğul olduqlarını soruşmuş, Əliyə işsiz olduqlarını və iş axtardıqlarını bildirmişlər. Əli bir evdə 50000-70000 manat arasında pul olduğunu və həmin pulu evdən aparmaq lazım olduğunu bildirmişdir. Əliyə bu işi görə biləcəklərini demişlər. Bundan bir neçə gün sonra Əli İlqara zəng edərək yaşadığı məhəlləyə çağırmışdır. Əlinin məhəlləsinə gələndə orada Ramazanı da görmüşlər. Ramazan dayısının evində təxminən 50000-70000 manat arasında pul olduğunu, pulların mənzilin yataq otağında ola biləcəyini, səhərlər dayısının və onun ailə üzvlərinin işə getdiklərini, mənzildə yalnız dayısı oğlunun tək qaldığını bildirmişdir. Ramazan dayısının Xətai rayonu ərazisində, Polad Həşimov küçəsində beş mərtəbəli binada yaşadığını bildirmişdir. Həmin vaxt danışmışlar ki, dördü də növbəti gün səhər Əlinin avtomobili ilə həmin ünvana gedəcək və Ramazan mənzilin dəqiq yerini göstərəcək. Növbəti gün, təxminən 15 noyabr 2022-ci il tarixdə Əlinin Qaraçuxur qəsəbəsində yaşadığı məhəlləyə gəlmişlər. Ramazan da orada olmuşdur. Oradan Əlinin idarə etdiyi «Xəzər Lada» markalı avtomobillə Ramazanın dayısının yaşadığı məhəlləyə gəlmişlər. Orada Ramazan dayısının yaşadığı binanı göstərərək dayısının yaşadığı mənzilin binanın ikinci blokunda, ikinci mərtəbədə ortada yerləşdiyini bildirmişdir. Həmçinin, Ramazan səhərlər dayısının, dayısı arvadının işə getdiklərini, kiçik dayısı oğlunun dərsə gedəcəyini, böyük dayısı oğlunun mənzildə tək qalacağını və həmin şəxsi yumruqla vurub mənzilə girməyi demiş, həmçinin Ramazan dayısı oğlunun qorxaq olduğunu və müqavimət göstərməyəcəyini bildirmişdir. Əli isə Ramazanın dayısı oğlunun əl qolunu bağlamağı demişdir. Ramazandan mənzilə necə girəcəklərini soruşmuşlar, Ramazan isə poçt əməkdaşı kimi təqdim etməyi və bu məqsədlə üzərində dayısının adı, soyadı və atasının adı qeyd edilmiş zərf verəcəyini, həmin zərfi mənzildə olan dayısı oğluna təqdim edib guya həmin zərfin onun atasının adına gəldiyini deməyi, dayısı oğlu qapını açandan sonra isə onu vurub zərərsizləşdirərək mənzilə girə biləcəklərini demişdir. Həmçinin, Ramazan 16 noyabr 2022-ci il tarixdən 4-5 gün müddətinə məktəblərdə tətil başladığı üçün dayısı arvadının və dayısı oğlunun mənzildə qalacaqlarını, bu səbəbdən mənzilə məktəb tətilləri qurtarandan sonra, yəni 21 noyabr 2022-ci il tarixdə getməyi demişdir. 21 noyabr 2022-ci il tarixə qədər Əli və Ramazanla görüşməmişlər. Bu müddət ərzində Qurban adlı dostunun evində qalmış və İlqarla arabir görüşmüşdür. 20 noyabr 2022-ci il tarixdə axşam saatlarında Əli İlqarın istifadə etdiyi 070 *** ** ** mobil nömrəsinə zəng edib növbəti gün Ramazanın dayısının mənzilinə gedib-getməyəcəyi soruşmuş, İlqar isə Əliyə danışıqlarının qüvvədə olduğunu bildirmişdir. Danışmışlar ki, saat 06:00-da Əligilin məhəlləsində görüşsünlər. İlqarla saat 05:30-da Əmircan qəsəbəsində «Kraska zavod» adlanan ərazidə görüşüb oradan piyada Əlinin yaşadığı məhəlləyə gəlmişlər. Ramazan da orada olmuşdur. Əlinin «Xəzər Lada» markalı avtomobilinə əyləşmişlər, Ramazan sükan arxasına keçmiş, Əli isə Ramazanın yanında ön sərnişin oturacağında əyləşmişdir. Avtomobilə əyləşməmişdən öncə Ramazanın yanında Əlidən bıçaq istəmişdir ki, mənzilə girəndə Ramazanın dayısı oğlunu qorxuda bilsin. Əli isə avtomobilin yük yerində bıçağın olduğunu və həmin bıçağı götürə biləcəyini demişdir. Avtomobilin yük yerindən bir ədəd mətbəx bıçağını və bir ədəd çantanı götürüb həmin bıçağı çantanın içərisinə qoymuşdur. Çantanı isə ona görə götürmüşdür ki, Ramazan pulların mənzildə seyfdə də saxlanıla biləcəyini demişdir. Fikirləşmişlər ki, pullar seyfdə olsa, seyfi çantaya qoyub apararlar. Yolda olan zaman Ramazan avtomobildə İlqara üzərində «Zərərçəkmiş şəxs1» sözləri yazılmış bir ədəd zərf vermişdir ki, özlərini dayısı oğluna poçt əməkdaşı kimi təqdim edib atasının adına zərf gəldiyini bildirsinlər, dayısı oğlu qapını açanda mənzilə girə bilsinlər. Yolda Əli avtomobilin hadisə yerinin yaxınlığında videomüşahidə kameralarına düşməməsi üçün avtomobili Gəncə prospektində fəaliyyət göstərən «Bravo» marketin həyətində saxlamağı, oradan isə taksiyə minib Polad Həşimov küçəsinə getməyi demişdir. Ramazan avtomobili «Bravo» marketin həyətində saxlayandan sonra dördü də avtomobildən düşüb yola tərəf getmişdir. Əli yol kənarında dayanmış taksiyə yaxınlaşıb danışandan sonra dördü də taksiyə minib Polad Həşimov küçəsinə, Ali Hərbi Məktəbin yaxınlığına gəlmişlər. Orada taksidən düşmüşlər. Saat 07 radələri olmuşdur. Ramazan dayısıgilin məhəlləsinə tərəf getmiş, özü, İlqar və Əli iki tin aralıda dayanıb Ramazanı gözləmişlər. Belə ki, Ramazan dayısının, dayısı arvadının və kiçik dayısı oğlunun mənzildən çıxıb getməsi barədə məlumat verməliydi. Ramazan təxminən iki saat dayısıgilin məhəlləsinin yaxınlığında dayanıb müşahidə aparmışdır. Həmin müddət ərzində bir dəfə Ramazanın dayısının yaşadığı binanın yaxınlığında olan köşkə gedib oradan siqaret almışdır. Saat təxminən 09:30-da Ramazan gəlib dayısının, dayısı arvadının və kiçik dayısı oğlunun mənzili tərk etdiklərini, mənzildə yalnız böyük dayısı oğlunun qaldığını bildirmişdir. Bundan sonra özü və İlqar Ramazanın dayısı Şahinin yaşadığı məhəlləyə gəlmişlər. Şahingilin yaşadığı blokun giriş qapısı bağlı olmuş və qapının üzərində şifrəli kilid olmuşdur. Blokun qapısını aça bilmədikləri üçün binanın kənarında dayanıb gözləmişlər ki, kimsə blokdan çıxar və bundan istifadə edib bloka daxil olarlar. Lakin heç kim blokdan çıxmamışdır. Təxminən 5 dəqiqədən sonra İlqarla blokun giriş qapısının önünə gəlib şifrəli kilidin üzərində olan düymələri basmağa başlamışlar. Həmin vaxt qapı açılmış və içəri daxil olmuşlar. Sonra ikinci mərtəbəyə qalxıb Ramazanın dediyi orta qapıya yaxınlaşmışlar. Həmin vaxt əynində qara rəngli cins şalvar, açıq göy rəngli gödəkçə, başında «kepka» tipli papaq olmuş, sifətində maska olmamışdır. Nə özündə, nə də ki, İlqarda əlcək olmamışdır. İlqar iki-üç dəfə qapını döymüş, bir qədər sonra qapını bir cavan oğlan açmışdır. Kənarda dayandığı üçün həmin cavan oğlan onu görmürdü. İlqar cavan oğlana özünü poçt əməkdaşı kimi təqdim edib atası Zərərçəkmiş şəxs1 adına zərf gəldiyini bildirmiş və zərfi həmin oğlana uzatmışdır. Ramazanın dayısı oğlu zərfi götürəndə İlqar yumruqla bir dəfə onun sol qaş nahiyəsindən vurmuşdur. Oğlan zərbədən dəhlizdə yerə yıxılmışdır. Həmin vaxt İlqarla mənzilə daxil olub mənzilin giriş qapısını bağlamışlar. İlqarla həmin oğlandan pulların yerini soruşmuş, lakin həmin şəxs evdə pulun olmadığını bildirmişdir. İlqar bir-iki dəfə yumruqla həmin oğlanın sifətindən vurmuş və təkrar ondan pulların yerini soruşmuş, lakin həmin şəxs evdə pulun olmadığını bildirmişdir. Sonra həmin oğlanı mənzilin qonaq otağına aparmışlar. Orada İlqar oğlanın yanında qalmış, özü isə mənzili axtarmağa başlamış, lakin əsas pulu tapa bilməmiş, yataq otağından yalnız 200 ABŞ dolları pul, bir ədəd qol saatı, bir ədəd mirvaridən olan boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl üzük və iki ədəd qızıl boyunbağı tapmışdır. Həmçinin, mənzilin yataq otağında «kəpənək» adlanan bıçaq da tapmışdır. Həmin bıçağı İlqar götürüb Ramazanın dayısı oğlunu bıçaqla hədələyərək pulun yerini deməyəcəyi təqdirdə onu vuracağını demişdir. Özü də Əlidən götürdüyü bıçaqla Ramazanın dayısı oğlunu hədələmiş və pulların yerini deməyi tələb etmişdir. Sonra Ramazanın dayısı oğlunun yanında qalmış, İlqar isə mənzili axtarmağa başlamışdır. İlqar yataq otağında olan dolabı axtaranda oradan qara rəngli sellofan torbanın içərisində olan 100-lük ABŞ dolları əskinaslardan ibarət 5 bağlama tapmışdır. Həmçinin, evi axtaran zaman dəhlizdə dolabda asılmış şalvarın cibində cüzdanı görüb onu da götürmüşdür. İlqar pulları tapdığını deyəndən sonra Ramazanın dayısı oğlunun əllərini və ayaqlarını mənzildə tapdığı rezin iplə bağlamış və qonaq otağında tapdığı skoçla həmin oğlanın ağzını skoçlamışdır. Bundan sonra mənzili tərk edib getmişlər. Mənzildən çıxanda isə mənzilin giriş qapısının kilidində olan açarı götürmüş və mənzildən çıxandan sonra çöldən mənzilin giriş qapısını bağlamışdır. Məhəllədən çıxıb Ramazanla Əlinin yanına gəlmişlər. Həmin vaxt Ramazan əynində olan gödəkçəni çıxardıb vermişdir. Ramazan iz buraxmamaq üçün həmin gödəkçəni ikinci gödəkçə kimi geyinmişdir. Ramazan qorxurdu ki, dayısıgil onu görüb tanıya bilərdi, ona görə də kök görsənmək istəmişdir. Oradan isə yaxınlıqda olan məhəllə daxilinə keçib yola davam etmişlər. Orada bir söhbətgah görüb Ramazanın gödəkçəsini və içərisində Əlinin bıçağı olan çantanı həmin söhbətgaha qoymuşdur. Sonra əsas yola çıxmışlar. Orada Ramazan telefonla taksi sifariş etmişdir. Taksi gələnə kimi dayanıb söhbət etmişlər. Ramazan dayısı oğlu ilə nə etdiklərini soruşmuş, İlqar onun dayısı oğlunu yumruqla vurduğunu, özü isə onun əl-qolunu bağlayıb skoçla ağzını yapışdırdığını demişdir. Həmçinin, İlqar mənzildən götürdüyü cüzdanın içərisində olan Ramazanın dayısı oğluna məxsus şəxsiyyət vəsiqəsini və bank kartını cırıb yaxınlıqda olan zibil qutusuna tullamış, özü isə mənzilin açarını zibil qutusuna tullamışdır. Taksi gələndən sonra taksi ilə oradan Yeni Günəşli qəsəbəsinə gəlmişlər. Belə ki, Əli iz itirmək üçün taksini dəyişməyi demişdir. Yeni Günəşli qəsəbəsində Ramazan bir taksi ilə danışandan sonra taksiyə minib orada Ramana qəsəbəsində yerləşən bir restorana gəlmişlər. İlqar mənzildən götürdüyü 50000 ABŞ dolları pulu əynində olan gödəkçənin iç döş cibinə qoymuşdur. 200 ABŞ dolları, qol saatı və qızıl-zinət əşyaları isə özündə olmuşdur. Restoranda bir kabinetdə əyləşəndən sonra İlqar mənzildən götürdüyü 50000 ABŞ dolları pulu masanın üzərinə qoymuş, özü isə mənzildən götürdüyü qızıl-zinət əşyalarını, 200 ABŞ dolları pulu və bir ədəd qol saatını masanın üzərinə qoymuşdur. İlqar pulu masanın üzərinə qoyandan sonra, Ramazan həmin puldan 3 bağlamanı (paçkanı) götürüb cibinə qoymuş və yerdə qalan iki bağlamanı üç nəfərin arasında – özünün, İlqarın və Əlinin arasında bölməyi demişdir. İlqar buna narazılıq edərək əsas işi ikisinin gördüyünü və pulu ədalətli şəkildə bölmək lazım olduğunu bildirmişdir. Bundan sonra Ramazan götürdüyü 3 bağlamadan birini masanın üzərinə qoymuş, Əli həmin bağlamanı götürüb İlqarla ikisinə - hər birinə 2000 ABŞ dolları pul vermiş, 1000 ABŞ dollarını özünə götürmüş, qalan 5000 ABŞ dolları pulu Ramazana vermişdir. Beləliklə, İlqarda və özündə 24000 ABŞ dolları pul qalmış, Əlidə 1000 ABŞ dolları pul qalmış, Ramazanda isə 25000 ABŞ dolları pul qalmışdır. Ramazanın sonradan Əliyə nə qədər pul verdiyini bilməmişlər. 24000 ABŞ dolları pulu isə bərabər şəkildə İlqarla orada aralarında bölmüşlər. Mənzildən götürdüyü kişi qol saatını İlqar özünə götürüb qoluna taxmış, həmin vaxt Əli qızıl-zinət əşyalarının onda qalmasını, onları satıb əldə olunmuş pulu aralarında böləcəyini demişdir. Qızıl-zinət əşyalarını Əliyə vermişdir. Mirvaridən olan boyunbağı isə restoranda masanın üzərində qalmışdır. Pulu böləndən sonra İlqarla restoranı tərk etmişlər. Ramazan və Əli restoranda qalmışlar. İlqarın mənzildən götürdüyü cüzdanın içərisində bir ədəd 5 ABŞ dolları və iki ədəd 1 ABŞ dolları əskinasları olmuşdur. Həmin pulları da İlqar özünə götürmüşdür. Mənzildən götürdüyü 200 ABŞ dolları masanın üzərində qalmış, belə ki, Əli həmin pulla sifariş etdiyi yeməyin hesabını verəcəyini demişdir. Restorandan çıxandan sonra İlqarla sonuncunun yaşadığı evə getmişlər. Orada İlqar paltarını dəyişəndən sonra yola çıxıb bir taksi tutmuşlar. Taksi sürücüsü 130 manata Ağdam rayonu, Quzanlı qəsəbəsinə aparmağa razılıq verəndən sonra Quzanlıya – valideynlərinin yaşadığı evə yollanmışlar. Həmin gün bacısı uşağının ad günü olmuşdur. Həmin gecə Quzanlıda yeznəsinin mənzilində qalmışlar. Belə ki, mənzil boş olmuşdur. Növbəti gün isə taksi ilə Yevlax şəhərinə «Şirvangöl» istirahət mərkəzinə yola düşmüşlər. Yolüstü Bərdə rayonunda tanımadığı bir şəxsdə 200 ABŞ dolları pul xırdalamışdır. Belə ki, üzərlərində Azərbaycan manatı olmamışdır. «Şirvangöl» istirahət mərkəzinə çatandan sonra orada şəxsiyyət vəsiqəsi təqdim etmədən gündəlik icarə haqqı 350 manat olan böyük bir otaq sifariş etmişlər. Otaqda sauna, bilyard və üç yataq otağı olmuşdur. Şübhə yaratmamaq üçün həmin istirahət mərkəzində bir gündən bir qalmışlar. İstirahət mərkəzində işləyən ofisiantlara firmada işlədiklərini, Bakıdan gəlib Yevlaxda mal payladıqlarını yalandan demişlər ki, onlardan şübhələnməsinlər. İstirahət mərkəzində qalmadıqları günləri Yevlax şəhərində küçələrdə keçirmişlər, taksi ilə şəhəri gəzmişlər. 22 noyabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixdək Yevlaxda olmuşlar. Bu müddət ərzində istirahət mərkəzində qalmaqlarına, taksilərə, yeyib-içməyə və qızlara təxminən 20000 manat pul xərcləmişlər. 06 dekabr 2022-ci il tarixdə İlqarla Ağdama gəlmişlər ki, orada qonşusu olan Həsən adlı şəxsin köməkliyi ilə Bərdə şəhərində «rent a car»dan icarəyə avtomobil götürə bilsin. Belə ki, Bakıya gedib törətdikləri əməl, Ramazan və Əli haqda maraqlanmaq istəmişlər. Quzanlıda olan zaman bir tanışı polis əməkdaşlarının evinə gəlib axtardıqlarını demişdir. Həmin vaxt mobil telefon işlətmədikləri üçün bir nəfər şəxsdən xahiş edərək onun mobil telefonu ilə Həsənə zəng edib onu görüşə çağırmışdır. Həsən polis əməkdaşlarının onları axtardıqlarını bilmirdi. Həsən gələndən sonra ona 150 manat müqabilində Bərdə şəhərində «rent a car»-dan icarəyə avtomobil götürüb Bakıya aparıb-gətirməyi təklif etmiş, Həsən etiraz etməmişdir. Ağdamdan Bərdə şəhərinə gəlmişlər. Orada Həsən «rent a car»dan Folksvagen markalı Passat modelində olan avtomobili icarəyə götürmüşdür. Avtomobilin üç günlük icarə haqqı olan 240 manat pulu özü ödəmişdir. 07 dekabr 2022-ci il tarixə keçən gecə üçü Bakıya yola düşmüşlər. Avtomobili özü idarə etmişdir. Saat 05 radələrində Kürdəmir postuna çatmamış sürət həddini aşdığı üçün avtomobili DYP əməkdaşları postda saxlamışlar. Polis əməkdaşları sorğu-sual etmiş, sonra isə anket məlumatlarını yoxlayan zaman axtarışda olduqlarını müəyyən edib Kürdəmir RPŞ-ə gətirib təhvil vermişlər. Həmin vaxt İlqarın üzərində 6000 və 7 ABŞ dolları, 996 AZN pul olmuş, özünün üzərində isə 6200 ABŞ dolları pul olmuşdur. Polis əməkdaşları həmin pulları götürüb sənədləşdirmişlər (iş vərəqə: cild İİİ, səh. 175- 179). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs3 göstərdi ki, o, 9-cu sinifdən çıxmış, oxuyub-yaza bilməmiş, ibtidai istintaqda nə yazılıbsa, ifadəni oxumadan ona qol çəkmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 sərbəst ifadəsində göstərdiyi etiraf edici xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha əyani olaraq təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 150-157). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı biri-biri ilə, həmçinin ayrı ayrılıqda üzləşmələrinə dair istintaq hərəkəti protokollarından görünür ki, hər bir təqsirləndirilən şəxs sərbəst ifadələrində işin halları ilə bağlı göstərdikləri xüsusatları həm də üzləşmə zamanı bir-birinin üzünə qarşı təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 104-107, cild İİ, səh. 126-130, 164-168, 134-138, 158-162). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə işə getmişlər. Həmin gün həyat yoldaşı səhər saat 7-də, o czü isə təxminiən saat 8-də evdən çıxmışlar. O, işdə olarkən oğlu Cavidan zəng edərək mənzillərinə basqın olduğunu və mənzildən pul aparıldığını bildirmişdir. ez işdən çıxıb Cavidanla görüşmüş və birlikdə taksi ilə evə gəlmiş, yalnız polis əməkdaşları işlərini qurtarandan sonra evə keçmişdir. O, evə gəçləndə artıq oğlu Tural evdə olmamış, onu tikiş qoymaq üçün xəsatəxanaya aparmışlar. Pulları və qızıl-zinət əşyalarını saxladığı paltar dolabına nəzər salmışdır. Evdə kənar əşya olaraq içərisində bir ədəd şəxsiyyət vəsiqəsi olan kaşelok olmuşdur. Pulları qara rəngli sellofan torbanın içərisində saxlamış, qızıl-zinət əşyalarını qırmızı rəngli ürək formasında olan qabda saxlamış, qabı isə özünə məxsus olan çantanın içərisində saxlamışdır. Pullar və qızıl-zinət əşyaları yerində olmamışdır. Eyni zamanda, yataq otağında olan tumbanın içərisində qırmızı rəngli cüzdanda saxladığı 200 ABŞ dolları pul, ayrıca qabda saxladığı mirvari boyunbağı və bir ədəd kişi qol saatı yerində olmamışdır. Beləliklə, mənzildən paltar dodabında saxladığı 50000 ABŞ dolları və 1900 AZN pul vəsaiti, qiyməti 5000 AZN, italian qızılından olan dəst (üzük, bir cüt sırğa), qiyməti 7000 AZN, italian qızılından olan dəst (qolbağı və boyunbağı), qiyməti 1000 AZN, rus qızılından olan boyunbağı və kulon, qiyməti 600 AZN, rus qızılından olan bir ədəd nişan üzüyü götürülmüşdür, yataq otağında olan tumbadan isə 200 ABŞ dolları, qiyməti 150 AZN olan mirvari boyunbağı və qiyməti 100 AZN olan, original olmayan «Tissot» markalı kişi qol saatı götürülmüşdür. Mənzildən götürülmüş pulları uzun müddətdir ki, yığmışlar ki, böyük oğlu Turala ev alsınlar. Eyni zamanda, mənzilə basqın edən şəxslər evi tərk edəndə Turalın cins şalvarından içərisində şəxsiyyət vəsiqəsi, «bir bank» kartı və xırda pullar olan cüzdanı da götürüb getmişlər. Mənzildən başqa heç nə götürülməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, baldızı oğlu Ramazanla hadisəyə qədər münasibət yaxşı olmuş, ad gunu şənliklərində, bayramlarda bir-birininn evinə gedibgəlmişlər. Ramazan oğlu Turalla sıx görüşməmişlər. Hadisə günü Ramazanın Turalın evdə olub-olmamasını bilməsini o, bilməmişdir. Tural həmin ərəfədə işləməmiş, evdə olmuşdur. Turalın sonradan deməsinə görə o, evdə yatarkən qapı çox döyülmüş, lakin oyanmaq istəməmişdir. Sonra durub qapını açarkən qapı döyənlər poçtdan olduqlarını demiş, qapını açıb qol çəkmək istəyəndə onu vurmuşlar. Onlara vurulmuş zərər qaytarılsa da, bir ədəd 5000 manata yaxın qiyməti olan brilliant komplekti qaytarılmamışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 həmin ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid2 tədqiq olunan ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, arabir xırda ticarətlə məşğul olur. Təqsirləndirilən şəxs2 təxminən 2014-cü ildən tanıyır. Əli ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Əli yaşadığı evdən təxminən 4 km aralıda yaşayır. 21 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Əli «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə 055 *** ** ** mobil nömrəsindən zəng edərək qaynının 4000 ABŞ dolları pulu olduğunu və həmin pulu Azərbaycan manatına dəyişmək istədiyini bildirmişdir. ABŞ dollarına ehtiyacı olduğundan Əliyə 1 ABŞ dollarını 1,69 AZN-ə dəyişməyi təklif etmiş, Əli etiraz etməmişdir. Əli qaynı ilə birlikdə olduğunu, 4000 ABŞ dolları pulu isə qaynının oğlunun Bakıxanov qəsəbəsinə gətirəcəyini demişdir. Təxminən yarım saat sonra Bakıxanov qəsəbəsində Əlinin dediyi oğlanla görüşmüşdür. Həmin şəxsin təxminən 27-30 yaşı olardı. Həmin şəxsdən 4000 ABŞ dolları pulu götürüb danışdıqları məzənnəyə uyğun olaraq həmin oğlana 6760 AZN pul vermişdir. Oradan aralanıb yaşadığı evə gəlmişdir. Şahid2 tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, həmin gün saat 16 radələrində Əli «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə zəng edərək dostunun avtomobil almaq istədiyini, avtomobilin qiymətinin 10000 AZN olduğunu bildirmiş və avtomobil sahibinə 10000 AZN əvəzində məzənnəyə uyğun olaraq nə qədər ABŞ dolları pul vermək lazım olduğunu soruşmuşdur. Məzənnəyə uyğun olaraq ona 10000 AZN müqabilində təxminən 5900 ABŞ dolları pul ödəmək lazım olduğunu bildirmişdir. Əlinin bir cavan oğlan vasitəsilə göndərdiyi 4000 ABŞ dolları necə və harada əldə etdiyini bilməmişdir (iş vərəqə: cild İ, səh. 96-98). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, ibtidai istintaqda könüllü gedib ifadə verməmişdir. Həmin gün işdən gəlib yatmışdır. Polis Əlini gəlib evdən aparmış, lakin niyə aparıldığını bilməmişdir. Oğlu tutulanda o da bölməyə getmişdir. Ondan hansısa pulların yeri soruşulmuş, ona oğlunun qoca arvadın başın kəsib meşokla pul apardıqlarını demişlər. İstintaq rəisi zəng edib ona Əlinin maşınının qabaq oturacağının altında qızıl olduğunu bildirmiş, götürüb itarəyə gətirməyi ona tapşırmışdır. O da onun dediyi yerdən, yəni maşından bağlamanı götürüb aparıb istintaqa təhvil vermişdir. Ondan Ramazan barədə heç nə soruşulmamışdır. Əlinin, evə girib qızıl oğurladığını sonradan öyrənib bilmişdir. Əli ona hadisə barədə heç nə deməmiş, kimi hara aparması barədə də heç nə deməmişdir. Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə onun ibtidai istintaqda verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid5 tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 oğludur, Təqsirləndirilən şəxs1 isə Əlinin dayısı oğludur. Ramazanla Əlinin münasibətləri həmişə yaxşı olmuşdur. 21 noyabr 2022-ci il tarixdə gecə saatlarında ailəsi ilə birlikdə yaşadığı evdə olan zaman polis əməkdaşları evə gəlib oğlu Əlini saxlamış və onun quldurluq cinayətinin törədilməsində şübhəli olduğunu bildirib 35-ci PB-ə aparmışlar. Sonra özü də 35-ci PB-ə getmişdir. Orada öyrənmişdir ki, Əli, dayısı oğlu Ramazan və tanımadığı iki nəfər şəxs 21 noyabr 2022-ci il tarixdə səhər saatlarında Ramazanın dayısı Zərərçəkmiş şəxs1 evinə basqın etməkdə şübhəli bilinirlər. Həmçinin məlum olmuşdur ki, Ramazanın dayısı Şahinin evinə basqın edənlər evdən külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyaları aparmışlar. O, Zərərçəkmiş şəxs1 şəxsən tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 21 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Ramazan evə Əlinin yanına gəlmiş və təxminən 10 dəqiqədən sonra çıxıb getmişdir. Sonra yaşadığı evə qayıtmış və evi axtarmağa başlamışdır. Belə ki, fikirləşmişdir ki, əgər oğlu Əli bu hadisədə hər hansı bir şəkildə iştirak edibsə, Zərərçəkmiş şəxs1 məxsus pul vəsaiti və ya qızıl-zinət əşylarının bir hissəsi də evdə ola bilər. Evi axtaran zaman qonaq otağında olan dolabın yuxarı hissəsində sellofana bükülmüş qızıl-zinət əyşalarını aşkar etmişdir. Həmin əşyalar bir ədəd qadın üzüyü, bir ədəd qolbağı, bir ədəd boyunbağı və bir ədəd kulonla olan boyunbağıdan ibarət olmuşdur. Həmin əşyaları istintaqa təqdim etmək özü ilə götürmüş və təhvil vermişdir (iş vərəqə: cild İ, səh. 171-173). Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 orta məktəb vaxtından tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin sentyabr ayında Əli müraciət edərək ona məxsus «Hyundai» markalı, İ30 modelində olan **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili sonda ona qalmaq şərti ilə gündəlik 27 manat olmaqla 3 illik icarəyə götürmək istədiyini bildirmişdir. Etiraz etməmiş və həmin avtomobili idarə etmək üçün Əlinin adına notariat qaydasında etibarnamə vermişdir. Əli icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. 21 noyabr 2022-ci il tarixdə günorta saatlarında Əli zəng edərək «Hyundai» markalı, İ30 modelində olan **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 8500 manat verməyi və avtomobilə dair adına baş etibarnamə yazdırmağı ondan xahiş etmişdir. Əliyə avtomobilə görə 10000 manat verəcəyi halda avtomobilə dair baş etibarnamə verəcəyini demişdir. Əli razılaşmışdır. Əli həmin pulu atasından götürdüyünü demişdir. Həmin gün axşam saatlarında Əlinin ikinci sinifdə oxuyan oğlu ilə Asif adlı qohumu gəlmiş və Asif ona avtomobilə görə 5900 ABŞ dolları pul vermişdir. Bundan sonra o, özündə olan ikinci açarı və avtomobilin qeydiyyat şəhadətnaməsini Asifə vermişdir. Axşam olduğundan Əli ilə danışmışdır ki, növbəti gün notariat ofisinə gedib avtomobilə dair adına baş etibarnamə verəcək. 22 noyabr 2022-ci il tarixə keçən gecə Əlinin atası Mərdan ona zəng edərək Əlinin 5900 ABŞ dolları pulu verib-vermədiyini soruşmuş, müsbət cavab verdikdən sonra Əlinin atası pulu geri istəmiş, o da ondan avtomobilini geri istəmişdir. Mərdan kişi Əlinin polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Əlinin həmin pulu haradan və necə əldə etdiyini o, bilməmişdir. O, həmin 5900 ABŞ dolları pul vəsaitini təhvil vermişdir. Şahid4 ibtidai istintaqda vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq olundu. Şahid4 tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bibisi Ləman Vəliyevanın əridir. Əli ilə münasibətləri həmişə yaxşı olmuşdur. 21 noyabr 2022-ci ildə günorta saatlarında yaşadığı evdə olarkən Əli ona zəng edərək özünün Ramanıda olduğunu bildirmiş və onu ora çayxanaya dəvət etmişdir. Bir qədər sonra Əli ilə Ramana qəsəbəsində yerləşən «cərimə meydançası»nın yaxınlığında olan çayxanada görüşmüşdür. Orada təxminən 10-15 dəqiqə oturub çay içmişlər, sonra restoranı tərk etmişlər. Belə ki, Əli evə getmək istədiyini demişdir. Çayxanadan çıxıb Əlinin idarə etdiyi avtomobilə minmişlər və Bakıxanov qəsəbəsinə gəlmişlər. Yolda Əli ABŞ dollarının olduğunu və onları harada xırdalaya biləcəyini soruşmuş, Əliyə ABŞ dollarını bankların birində xırdalaya biləcəyini demişdir. Əli isə İkram adlı tanışının olduğunu və həmin şəxsin ABŞ dolları xırdalaya biləcəyini demiş və yolda həmin şəxsə zəng edib danışmışdır. İkram ABŞ dollarına ehtiyacının olduğunu bildirmişdir. Əli pulu İkrama göndərcəyini demişdir. Bakıxanov qəsəbəsində Əli idarə etdiyi avtomobili «tolkuçka» adlanan yerin yaxınlığında saxlayıb İkramın işlədiyi mağazanı göstərmiş və 4000 ABŞ dolları pul vermişdir ki, həmin pulu İkrama çatdırsın. Əlidən pulu götürüb İkramın işlədiyi mağazaya gəlmiş və Əlinin göndərdiyini bildirib ona 4000 ABŞ dolları pul vermişdir. İkram 6760 AZN pulu sayıb vermişdir. Həmin pulu yaxınlıqda avtomobildə gözləyən Əliyə vermişdir. Əli 4000 ABŞ dolları pulu haradan əldə etdiyini deməmişdir. Özü də bu haqda ondan heç nə soruşmamışdır. Bakıxanovdan Əligilə getmişlər. Orada bibisigilnən görüşmüşdür. Bir qədər sonra isə taksi sifariş edib yaşadığı evə getmişdir. Əliyə verdiyi puldan Əli heç nə verməmişdir (iş vərəqə: cild İİ, səh. 249-251). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, bina 9, 222 nömrəli mənzilə, yəni hadisə yerinə və ətrafına baxış keçirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı yataq otağından götürülmüş pul vəsaitlərinin bir hissəsinin saxlanıldığı və üzərində qanabənzər ləkələr olan bir ədəd zərf, mənzilin dəhlizində istifadə edilən üzərində qanabənzər ləkələr olan bir ədəd polietilen ayaqaltı, mənzilin mətbəxindən, qonaq otağından və dəhlizindən 6 ədəd tampon vasitəsilə qanabənzər nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, həmçinin mənzildən əl-barmaq izləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinin ətrafına baxış keçirilən zaman Polad Həşimov küçəsi, 3/24 ünvanın qarşısında olan söhbətgahın içərisindən bir ədəd tünd göy rəngli kişi gödəkçəsi və içərisində bir ədəd bıçaq olan açıq göy rəngli idman çantası aşkar edilərək götürülmüşdür. Hadisə yerinə və hadisə yerinin ətrafına baxış keçirilməsi ilə bağlı tərəfimdən müvafiq protokol tərtib edilmişdir (iş vərəqə: cild İ, səh. 4- 13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Götürmə barədə” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hələ ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 istintaq orqanına 7900 ABŞ dolları və 300 AZN pul vəsaiti təqdim etmiş və təqdim olunan pul vəsaiti götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, təqdim edilmiş pul vəsaitinin fotoşəkilləri çəkilib iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 47-49). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Götürmə barədə” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 istintaq orqanına 4600 ABŞ dolları və 3300 AZN pul vəsaiti təqdim etmiş və təqdim olunan pul vəsaiti götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, təqdim edilmiş pul vəsaitinin fotoşəkilləri çəkilib iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 70-72). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “fotoşəkil üzrə tanınmaya təqdim etmə haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs3 fotoşəkili cinayət hadisəsi ilə əlaqəsi olmayan daha üç nəfərin fotoşəkilləri arasında tanınması üçün Zərərçəkmiş şəxs2 təqdim edilmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 tanıyaraq həmin şəxsin yaşadığı mənzilə basqın etmiş şəxslərdən birinin olduğunu bildirmişdir. Tanınmaya təqdim etmə üçün hazırlanmış fotocədvəl tərtib edilmiş protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 92-94). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Götürmə barədə” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Şahid3 istintaq orqanına 5900 ABŞ dolları pul vəsaiti təqdim etmiş və təqdim olunan pul vəsaiti götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, təqdim edilmiş pul vəsaitinin fotoşəkilləri çəkilib iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 116-117). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Baxış keçirilməsi və götürmə barədə” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Şahid5 istintaqa bir ədəd boyunbağı-qolbaq dəstini, bir ədəd kulonlu boyunbağını və bir ədəd üzüyü istintaq orqanına təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, təqdim edilmiş qızıl-zinət əşyalarının fotoşəkilləri çəkilib iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 174-178). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid5 istintaqa təqdim etdiyi bir ədəd boyunbağı qolbaq dəsti, bir ədəd kulonlu boyunbağı və bir ədəd üzük Şahid1 tanınma üçün təqdim edilmiş, sonuncu həmin qızılzinət əşyalarını tanıyaraq həmin əşyaların yaşadığı mənzildən götürüldüyünü bildirmişdir(iş vərəqə: cild İ, səh. 179-181). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Kürdəmir RPŞ-nin 07 dekabr 2022-ci il tarixli, 171-25980-1222 nömrəli məktubundan görünür ki, həmin məktubla Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 üzərindən və həmçinin onların idarə etdiyi “Vlksfaqen-Passad” markalı, ** SM *** dövlət qeydiyyat nişanldı avtomaşından aşkar edilib götürülən 12207 ABŞ dolları və 996 AZN pul vəsaiti istintaq orqanına təqdim olunmuş və təqdim olunan pul vəsaiti götürülmüşdür (iş vərəqə: cild İİ, səh. 11). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Baxış keçirilməsi və götürmə barədə” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs4 bir ədəd pul kisəsi və bir ədəd «Tissot» markalı kişi qol saatını istintaq orqanına təqdim etmiş və təqdim edilmiş əşyalara müvafiq qaydada qablaşdırılaraq götürülmüş, həmçinin müvafiq fotoşəkilləri çəkilib iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 30-32). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 istintaqa təqdim etdiyi bir ədəd pul kisəsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınma üçün təqdim edilmiş, sonuncu həmin pul kisəsini tanıyaraq həmin pul kisəsinin özünə məxsus olduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 113-115). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 istintaqa təqdim etdiyi bir ədəd «Tissot» markalı kişi qol saatı Şahid1 tanınma üçün təqdim edilmiş, sonuncu həmin «Tissot» markalı kişi qol saatını tanıyaraq həmin əşyaların yaşadığı mənzildən götürüldüyünü təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh. 119-121). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq orqanına təqdim olunmuş bir ədəd bıçaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınma üçün təqdim edilmiş, sonuncu həmin bıçağı tanıyaraq həmin bıçağın yaşadığı mənzilə basqın etmiş şəxslərdən birində – ucaboy şəxsin əlindən olmuş bıçaq olduğunu təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 209-211). Cinayət işinə məhkəmə baxışı zamanı Xətai RPİ-nin 35-ci PB-nin xx.xx.2022-ci il tarixli 103-13520 nömrəli məktubu ilə istintaq orqanına daxil olmuş bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki: - Təqsirləndirilən şəxs4 şərti olaraq «1» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdəki başında «çeçenka» tipli papaq olan və əllərini ciblərinə salıb gəzən şəxs Təqsirləndirilən şəxs1dur, Ramazan həmin vaxt Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərinin yaşadıqları mənzildən çıxmasını gözləyir ki, sonra bu haqda özünə və Təqsirləndirilən şəxs3 məlumat versin. Təqsirləndirilən şəxs4 «2» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 1-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «3» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə əynində kapyüşonlu gödəkçə olan şəxs özüdür, yanında olan digər şəxs isə Təqsirləndirilən şəxs1dur, həmin vaxt Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin yaşadıqları mənzildən çıxmasını gözləyirlər. Təqsirləndirilən şəxs4 «4» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «5» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «6» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərdən əynində göy rəngli gödəkçə olan şəxsin Təqsirləndirilən şəxs3, onun yanında olan şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu və onların siqaret almaq üçün yaxınlıqda olan marketə getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 «7» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdəki iki nəfər şəxsin özünün və Təqsirləndirilən şəxs3 olduğunu və həmin vaxt Zərərçəkmiş şəxs1 yaşadığı binaya tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 «8» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə əks olunmuş əlində çanta olan şəxs Təqsirləndirilən şəxs3, onun arxasınca gələn şəxs isə özüdür, həmin vaxt Zərərçəkmiş şəxs1 mənzilindən çıxıb Əli və Ramazanın yanına gedirlər. Təqsirləndirilən şəxs4 «9» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 8-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «10» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 8-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «11» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə olan şəxslərdən – əynində qara rəngli gödəkçə, başında isə «çeçenka» tipli paqaq olan şəxs Təqsirləndirilən şəxs1dur, sifətində yaşıl rəngdə tibbi maska olan şəxs Təqsirləndirilən şəxs2dir, əynində göy rəngli gödəkçə, başında «kepka» tipli papaq olan və əlində gödəkçə və çanta olan şəxs Təqsirləndirilən şəxs3dir, əynində tünd göy rəngli kapyüşonlu gödəkçə, sifətində qara rəngli maska olan şəxs isə özüdür. Həmin vaxt onlar taksi tutmaq üçün yol axtarırlar, sonra isə söhbətgaha tərəf gedirlər. Təqsirləndirilən şəxs4 «12» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu, Təqsirləndirilən şəxs3 əlindəki gödəkçəni və çantanı artıq söhbətgaha qoyduğunu, bu səbəbə görə gödəkçənin və çantanın kadra düşmədiyini, Təqsirləndirilən şəxs3 söhbətgahda əynindəki gödəkçəni qarar rəngli üzə çevirib geyindiyini və həmin vaxt Təqsirləndirilən şəxs1 mobil telefonla taksi sifariş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 «13» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «14» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 «15» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduğunu, həmin vaxt hadisədən sonra dördünün də əsas yolda görsənməmək üçün fərdi yaşayış evlərinin yerləşdiyi məhəlləyə keçdiklərini, sonra söhbətgaha tərəf getdiklərini, orada Təqsirləndirilən şəxs3 gödəkçəni və çantanı söhbətgaha qoyduğunu, Təqsirləndirilən şəxs1 taksi sifariş etdikdən sonra orada taksiyə minib Yeni Günəşli qəsəbəsinə getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 «16» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduğunu, videogörüntüdə olan ərazinin Yeni Günəşli qəsəbəsi olduğunu, həmin vaxt taksi ilə Polad Həşimov küçəsindən ora gəldiklərini və Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə taksini dəyişmək üçün məhz orada birinci taksidən düşdüklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 «17» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs4 «18» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini bildirmişdir. İlqar Xəlliov «19» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini, bir qədər sonra taksiyə minib Ramana qəsəbəsinə getdiklərini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs4 diskə köçürülmüş fotoşəkilə baxıb həmin fotoşəkildə əlində gödəkçə, gödəkçənin altında isə çanta olan şəxsin Təqsirləndirilən şəxs3, sifətində tibbi maska olan şəxsin Təqsirləndirilən şəxs2, tam aydın görsənməyən üçüncü şəxsin isə özünün olduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 171-172). Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs3 şərti olaraq «1» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdəki başında «çeçenka» tipli papaq olan və əllərini ciblərinə salıb gəzən şəxs Təqsirləndirilən şəxs1dur, Ramazan həmin vaxt Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərinin yaşadıqları mənzildən çıxmasını gözləyir ki, sonra bu haqda özünə və Təqsirləndirilən şəxs4 məlumat versin. Təqsirləndirilən şəxs3 «2» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 1-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «3» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə əynində kapyüşonlu gödəkçə olan şəxs Təqsirləndirilən şəxs4dur, onun yanında olan şəxs isə Təqsirləndirilən şəxs1dur, həmin vaxt onlar Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin yaşadıqları mənzildən çıxmasını gözləyirlər. Təqsirləndirilən şəxs3 «4» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «5» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «6» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərdən əynində göy rəngli gödəkçə olan şəxsin özünün, yanında olan şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu və həmin vaxt yaxınlıqda olan marketdən siqaret almağa getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «7» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdəki iki nəfər şəxsin özünün və Təqsirləndirilən şəxs4 olduğunu və həmin vaxt Zərərçəkmiş şəxs1 yaşadığı binaya tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «8» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə əks olunmuş əlində çanta olan şəxs özüdür, arxasınca gələn şəxs isə Təqsirləndirilən şəxs4dur, həmin vaxt Zərərçəkmiş şəxs1 mənzilindən çıxıb Əli və Ramazanın yanına gedirlər. Təqsirləndirilən şəxs3 «9» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 8-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «10» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 8-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «11» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə olan şəxslərdən – əynində qara rəngli gödəkçə, başında isə «çeçenka» tipli paqaq olan şəxs Təqsirləndirilən şəxs1dur, sifətində yaşıl rəngdə tibbi maska olan şəxs Təqsirləndirilən şəxs2dir, əynində göy rəngli gödəkçə, başında «kepka» tipli papaq olan və əlində gödəkçə və çanta olan şəxs özüdür, əynində tünd göy rəngli kapyuşonlu gödəkçə, sifətində qara rəngli tibbi maska olan şəxs isə Təqsirləndirilən şəxs4dur. Həmin vaxt onlar taksi tutmaq üçün yol axtarırlar, sonra isə söhbətgaha tərəf gedirlər. Təqsirləndirilən şəxs3 «12» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu, əlindəki gödəkçəni və çantanı artıq söhbətgaha qoyduğunu, bu səbəbə görə gödəkçənin və çantanın kadra düşmədiyini, söhbətgahda əynindəki gödəkçəni çevirib digər qara rəngli tərəfini geyindiyini, Təqsirləndirilən şəxs1 isə həmin vaxt mobil telefonla taksi sifariş etdiyini, sonra isə taksini gözləmək üçün yola tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «13» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «14» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 «15» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olduğunu, həmin vaxt hadisədən sonra dördünün də əsas yolda görsənməmək üçün fərdi yaşayış evlərinin yerləşdiyi məhəlləyə keçdiklərini, sonra söhbətgaha tərəf getdiklərini, orada gödəkçəni və çantanı söhbətgaha qoyduğunu, Təqsirləndirilən şəxs1 taksi sifariş etdikdən sonra orada taksiyə minib Yeni Günəşli qəsəbəsinə getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «16» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olduğunu, videogörüntüdə olan ərazinin Yeni Günəşli qəsəbəsi olduğunu, həmin vaxt taksi ilə Polad Həşimov küçəsindən ora gəldiklərini və Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə taksini dəyişmək üçün məhz orada birinci taksidən düşdüklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «17» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «18» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3 «19» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini, bir qədər sonra taksiyə minib Ramana qəsəbəsinə getdiklərini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 diskə köçürülmüş fotoşəkilə baxıb həmin fotoşəkildə əlində gödəkçə, gödəkçənin altında isə çanta olan şəxsin özünün, sifətində tibbi maska olan şəxsin Təqsirləndirilən şəxs2, tam aydın görsənməyən üçüncü şəxsin isə Təqsirləndirilən şəxs4 olduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 173-174). Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 şərti olaraq «1» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin görüntüdəki şəxs Təqsirləndirilən şəxs1dur, Ramazan həmin vaxt Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin yaşadıqları mənzildən çıxmasını gözləyir ki, sonra bu haqda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məlumat versin. Təqsirləndirilən şəxs2 «2» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 1-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «3» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə olan şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1dur, həmin şəxslər Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin yaşadıqları mənzildən çıxmasını gözləyirlər. Təqsirləndirilən şəxs2 «4» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «5» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «6» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «7» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdəki iki nəfər şəxsin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduğunu və həmin şəxslərin Zərərçəkmiş şəxs1 yaşadığı binaya tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 «8» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, həmin videogörüntüdə əks olunmuş əlində çanta olan şəxs Təqsirləndirilən şəxs3, onun arxasınca gələn şəxs isə Təqsirləndirilən şəxs4dur, həmin şəxslər mənzildən çıxıb onların yanına gəlirlər. Təqsirləndirilən şəxs2 «9» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 8-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «10» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 8-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «11» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin – əynində qara rəngli gödəkçə, başında isə «çeçenka» tipli paqaq olan şəxs Təqsirləndirilən şəxs1dur, sifətində tibbi maska olan şəxs özüdür, əynində göy rəngli gödəkçə və başında «kepka» tipli papaq olan şəxs Təqsirləndirilən şəxs3dir, əynində tünd göy rəngli kapyuşonlu gödəkçə olan şəxs isə Təqsirləndirilən şəxs4dur. Həmin vaxt onlar taksi tutmaq üçün yol axtarırlar, sonra isə söhbətgaha tərəf gedirlər. Təqsirləndirilən şəxs2 «12» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu, Təqsirləndirilən şəxs3 əlindəki gödəkçəni və çantanı artıq söhbətgaha qoyduğunu, bu səbəbə görə gödəkçənin və çantanın kadra düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 «13» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «14» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 11-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 «15» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə sifariş etdiyi taksini gözlədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 «16» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan şəxslərin özünün, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduğunu, videogörüntüdə olan ərazinin Yeni Günəşli qəsəbəsi olduğunu, həmin vaxt taksi ilə Polad Həşimov küçəsindən ora gəldiklərini və Təqsirləndirilən şəxs4 təşəbbüsü ilə taksini dəyişmək üçün məhz orada birinci taksidən düşdüklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 «17» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 «18» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 «19» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 16-cı videogörüntünün davamı olduğunu, həmin vaxt başqa taksiyə minmək üçün əsas yola tərəf getdiklərini, bir qədər sonra taksiyə minib Ramana qəsəbəsinə getdiklərini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 diskə köçürülmüş fotoşəkilə baxıb həmin fotoşəkildə əlində gödəkçə olan şəxsin Təqsirləndirilən şəxs3, sifətində tibbi maska olan şəxsin isə özünün olduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 09-10). Daha sonra tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 şərti olaraq «1» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb bildirmişdir ki, o, həmin videogörüntüdə olan şəxsi tanımır. Təqsirləndirilən şəxs1 «2» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntünün 1-ci videogörüntünün davamı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 «3» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb həmin videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «4» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu və videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «5» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntünün 3-cü videogörüntünün davamı olduğunu və videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «6» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «7» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan şəxsləri tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «8» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «9» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «10» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan iki şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «11» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd nəfər şəxslərdən yalnız bibisi oğlu Təqsirləndirilən şəxs2 tanıdığını, həmin şəxsin sifətində açıq yaşıl rəngdə tibbi maskanın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 «12» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «13» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «14» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «15» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «16» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «17» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «18» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 «19» rəqəmi ilə qeyd edilmiş videogörüntüyə baxıb videogörüntüdə olan dörd şəxsi tanımadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 diskə köçürülmüş fotoşəkilə baxıb həmin fotoşəkildə olan şəxsləri tanımadığını bildirmişdir (iş vərəqə: cild İİ, səh. 163). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin KTİ-nin xx.xx.2022-ci il tarixli, 011-14793-1222 nömrəli məktubunda qeyd olunduğu kimi, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş 06 ədəd tampon, 01 ədəd kağız zərf və 01 ədəd polietilen üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. 01 ədəd idman çantası və 01 ədəd gödəkçə üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli tədqiqatın keçirilməsi üçün yararsızdır. 01 ədəd bıçaq üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyildir (iş vərəqə: cild İİ, səh. 208). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 1329 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər - sağ maksillar (üst çənə) sümüyün zyqomatic arch.da (almacıqda) yerdəyişən qapalı sınığı, sol periorbital (göz ətrafı) nahiyədə dərialtı hematoma, sol göz orbitası nahiyəsində qançır və üzərində sıyrıq, sol qaşüstü nahiyədə əzilmiş yara, sol göz orbitası və gözaltı nahiyədə şişkinli qançır və üzərində sol qaşaltı nahiyədə əzilmiş səthi dəri yarası və bu fonda sol göz almasının ağlı qişasında qansızma, üst dodaq, sağ dirsək oynağı, sağ said, sağ ayaq pəncəsi nahiyələrində sıyrıqlar, üst və alt dodaq nahiyələrinin selikli qişalarında qansızmalar, sağ almacıq – yanaq, hər iki bazu və sağ said nahiyələrində qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 244-247). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə əmtəəşünaslıq-kimyəvi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 6/6836-9/8677-3/1690 nömrəli rəyindən görünür ki, ümumi çəkisi 32,74 qram, 750 əyarlı qızıldan olan bir ədəd boyunbağı qolbaq dəstinin, çəkisi 4,73 qram, 583 əyarlı qızıldan olan bir ədəd kulonlu boyunbağının və çəkisi 5,07 qram, 583 əyarlı qızıldan olan, üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyün 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə dəyəri 4434,0 manat müəyyən edilir (iş vərəqə: cild İ, səh. 228-231). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/774R nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında vət. Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 08 ədəd kağız parçanın üzərinə yapışdırılmış 42 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri və 03 ədəd daktiloskopik plyonka üzərlərində olan 19 əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Tədqiq olunan rəydən daha sonra görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiq olunan rəydən daha sonra görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 06 ədədi xx.xx.1996-cı ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin ovuc əksi, böyük, orta, adsız barmaqlarının və sol əlinin adsız və çeçələ barmaqlarının 01 ədədi xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş X2 əlinin orta barmağının 02 ədədi xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş X5 əlinin böyük və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Ən nəhayət, tədqiq olunan rəydən daha sonra görünür ki, Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 11 ədəd əl-barmaq və 02 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir (iş vərəqə: cild İİİ, səh. 10-26). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 9/9191 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ayrıayrılıqda təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd istifadədə olmuş, qara rəngli, üzərində “BAYDERİ” yazısı olan, 8,5 smx11 sm ölçüdə olan pul kisəsi – 20,0 manat; 01 ədəd istifadədə olmuş, qara rəngli kəmərli, sferblatı qızılı rəngli, üzərində “TİSSOT” 1853 SJ874 yazıları olan qol saatı – 30,manat (iş vərəqə: cild İİİ, səh. 27-29). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-soyuq silah ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 3/1 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (iş vərəqə: cild İİİ, səh. 27-29). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs1 əvvəllər «Dissosiativ-konversion pozuntu» diaqnozu ilə müalicədə olsa da, hal-hazırda onda həmin xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİİ, səh. 33-35). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmələri, həmçinin, Təqsirləndirilən şəxs4 özgənin rəsmi sənədi hesab olunan şəxsiyyət vəsiqəsini cırmaqla məhv etməsi, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə cinayət əməlləri məhkəmə tərəfindən, onlara istinad olunan həmin maddələrlə tövsif edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmələri, işgəncələrə məruz qalmaları barədə göstərdikləri, həmçinin işin halları ilə əlaqədar təqsirsizlikləri ilə bağlı gətirdikləri dəlilləri və qeyri-etirafedici ifadələri onların cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi ilə seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onların təqsirliliyini təsdiq edir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 7ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 15-ci bəndində qeyd olunur ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Ali Məhkəmə Plenumunun həmin Qərarının yuxarıda qeyd olunan bəndinin mənasına görə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş bir qrup şəxsin, həmin əməli külli miqdarda əmlak əldə etmək məqsədilə törətmələri Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməlidir. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Ən nəhayət, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu arayışından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar (iş vərəqə: cild İİ, səh. 190,191). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində işdə olan demoqrafik məlumatlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 əvvəllər Tərtər Hərbi Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib dörd ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Rəsmi sənədlərdən görünür ki, hər iki təqsirləndirilən şəxs onlara təyin olunan cinayət cəzalarını çəkmiş və qeyd olunan hökmlər üzrə məhkumluqları ödənilmişdir (iş vərəqə: cild İİ, səh. 192,193). Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdıqlarını, onlara vurulan maddi və mənəvi zərərin tamamilə ödənildiyini və onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını və gələcəkdə də olmayacağını bildirmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2022-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdıqlarını, onlara vurulan maddi və mənəvi zərərin tamamilə ödənildiyini və onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; - 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; - 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən xüsusilə ağır cinayət törətmələri nəzərə alınmalı, sosial ədalətin bərpası, onların islah olunması, həm təqsirləndirilən şəxslərin özləri və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsinin sanksiyası daxilində, Təqsirləndirilən şəxs4 isə cinayətlərin məcmusu qaydasında cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.3.2 və 326.1-ci maddələrinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin olunarkən cinayət nəticəsində vurulan maddi zərərin ödənilməsi, zərər çəkmiş şəxslərlə barışıq əldə olunması kimi cəzanı yüngülləşdirən halların olması nəzərə alınmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən baxılan cinayət işi üzrə vurulan maddi zərərəin ödənilməsi və zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsinə və Təqsirləndirilən şəxs4 isə CM-nin 181.3.2 və 326.1-ci maddələrinə münasibətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onların törətmiş olduqları cinayət əməlinin təsnifatəna görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını və bu cinayəti ilk dəfə törətmələrini nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli onların baş vermiş cinayət hadisəsi ilə bağlı faktiki saxlanıldıqları 21 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 noyabr 2022-ci il tarixdə saxlanılaraq istintaqa təqdim edilmiş və hər iki təqsirləndirilən şəxs istintaq orqanının 22 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. İşdə olan sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Lakin işdə olan və tədqiq olunan sənədlərlə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 noyabr 2022-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş və həmin tarixdə bu barədə Polis Bölməsinin müvafiq kitablarında 103-12389 və 103-12390 nömrə ilə qeydlər aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 noyabr 2022-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmələrini və həmin tarixdən sonra fasiləsiz olaraq məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılmalarını nəzərə alır və hər iki təqsirləndirilən şəxsin cəza çəkmələrinin əvvəlinin onların baş vermiş cinayət hadisəsi ilə bağlı faktiki saxlanıldıqları 21 noyabr 2022-ci il tarixdən hesablanmalı olmasını qanuna uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkmələrinin əvvəli ilə əlaqədar məsələni məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkmələrinin əvvəli onların şübhəli şəxs qismində qismində tutulduqları 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 07 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində qismində tutulmuş, hər ikisinin barəsində Xətai Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarına əsasən həbs etmənin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 fasiləsiz olaraq məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılmışlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkmələrinin əvvəlinin 07 dekabr 2022-ci il tarixdən də hesablanması qanunidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxslərin hər birinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərin hamısına qarşı 35.775 manat məbləğində maddi, 5.000 manat məbləğində mənəvi zərərə görə pul tələbinə dair mülki iddia qaldırmışdır. İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarına əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin məhkəmə baxışı mərhələsində təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxslərə vurulan zərər tam ödənilmiş və buna görə, yuxarıda göstərildiyi kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə vurulmuş maddi zərərin tam ödənilməsi, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı mülki iddiasının qalmaması nəzərə alınmalı və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı 35775 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası üzrə icraata xitam verilməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: Bakı şəhəri Xətai rayon X12 Hissəsində saxlanılan 1 ədəd kağız zərf, 1 ədəd polietilen, 1 ədəd idman çantası, 1 ədəd bıçaq və 1 ədəd gödəkçə məhv edilməli; Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 7.900 ABŞ dolları və 300 AZN, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 4.600 ABŞ dolları və 3.300 AZN, Şahid3 istintaqa təqdim etdiyi 5.900 ABŞ dolları, Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 171-25980-1222 nömrəli məktubu ilə istintaqa təqdim edilmiş 12.207 ABŞ dolları və 996 AZN pul vəsaitinin, bir ədəd boyunbağı-qolbaq dəstinin, bir ədəd kulonlu boyunbağıın, üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyün, bir ədəd pul kisəsinin və bir ədəd “Tissot” markalı kişi qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və onun sərəncamına verilsin. İş üzrə məhkəmə məsrəfləri - 264,00 (iki yüz altmış dörd) manat ekspertiza xərci təqsirnləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 66,00 (altmış altı) manat olmaqla müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X15 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X15 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə, Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 03 (üç) ay müddətinə azadıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə vurulmuş maddi zərərin tam ödənilməsi, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı mülki iddiasının qalmaması nəzərə alınsın və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı 35775 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərərə görə pul tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: Bakı şəhəri Xətai rayon X12 Hissəsində saxlanılan 1 ədəd kağız zərf, 1 ədəd polietilen, 1 ədəd idman çantası, 1 ədəd bıçaq və 1 ədəd gödəkçə məhv edilsin; Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 7.900 ABŞ dolları və 300 AZN, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 4.600 ABŞ dolları və 3.300 AZN, Şahid3 istintaqa təqdim etdiyi 5.900 ABŞ dolları, Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 171-25980-1222 nömrəli məktubu ilə istintaqa təqdim edilmiş 12.207 ABŞ dolları və 996 AZN pul vəsaitinin, bir ədəd boyunbağı-qolbaq dəstinin, bir ədəd kulonlu boyunbağıın, üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyün, bir ədəd pul kisəsinin və bir ədəd “Tissot” markalı kişi qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın və onun sərəncamına verilsin. İş üzrə məhkəmə məsrəfləri - 264,00 (iki yüz altmış dörd) manat ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 66,00 (altmış altı) manat olmaqla müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar