Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-220/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi qaydada əmlak alqısatqısında vasitəçiliklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə-CM) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs əvvəllər mənzil alınmasında rieltor (daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxs) kimi göstərdiyi köməkliyə görə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edərək sonuncuya yenidən mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq internet elan saytında 220000 manata satışa qoyulmuş ünvan 2 ünvanında yerləşən 125 kvadrat metr sahəsi olan 3 otaqdan ibarət mənzili Zərərçəkmiş şəxs göstərib bəyəndirdikdən sonra mənzil sahibi Şahid2 mənzili 217000 manatdan aşağı qiymətə satmaması səbəbindən Zərərçəkmiş şəxs guya Şahid2 200000 manat pul müqabilində mənzili satmasına razı saldığını bildirərək bu adla 14 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Saraclı» kafesində Zərərçəkmiş şəxs Şahid2 çatdıracağı adı ilə 200000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmağı Bəxtiyar Hacıyevin müdafiəsindəki fəaliyyəti ilə əlaqədardır. Hazırda ittiham olunduğu cinayət əməli ilə onun heç bir əlaqəsi yoxdur. Təxminən avqust ayının sonları və sentyabr ayının əvvəllərində əvvəllər tanımadığı Əsgər adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng vuraraq elanda olan mənzillərdən biri ilə maraqlandığını bildirmişdir. O, ev sahibi ilə əlaqə saxlayıb vaxt təyin etmiş və Əsgər adlı şəxslə danışıb sonuncu ilə görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs qardaşı oğlanlarına ev almaq istədiklərini bildirmişdir. Əsgər həmin günü görüşə bir nəfər gənc xanımla gəlmiş və həmin xanımı qardaşı oğlunun ailəsi kimi təqdim etmişdir. Onlar birlikdə bir neçə mənzilə gedib baxmışlar. Mənzillərə o, özü də birinci dəfə getdiyinə görə mənzillərin qiymətinə uyğun olmadığını görmüş və elə Zərərçəkmiş şəxs də mənzilləri bəyənməmişdir. Onlar oradan çıxmışlar və onun təklifi ilə başqa mənzilə baxmışlar, lakin həmin mənzil də xoşlarına gəlmədiyinə görə onlar sağollaşmışlar və uyğun mənzil tapıldığı tədqirdə əlaqə saxlanılması barədə sövdələşmişlər. Beləliklə də o, əmlak saytlarında axtarışlar edib bir neçə mənzil tapmış və bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Telefonda görüşmək barədə razılaşmış və görüşmüşlər. Həmin vaxtı Zərərçəkmiş şəxs yanında əvvəllər tanımadığı bir nəfər cavan oğlan da olmuşdur. Onlar görüşüb həmin ərazidə iki evə baxmışlar və həmin evlərdən biri Zərərçəkmiş şəxs xoşuna gəlmiş və onlar həmin gün sağollaşıb ayrılmışlar. Həmin ərəfədə onlar zəngləşmişlər və o, Zərərçəkmiş şəxs tapdığı yeni mənzilləri təklif edib məlumatlarını vermişdir. Təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs zəng vuraraq baxdığı mənzili almaq barədə qərarını ona bildirmişdir. Ev sahibi ilə əlaqə saxlamış və ev sahibi ilə Zərərçəkmiş şəxs həmin mənzildə görüşdürmüşdür. Sonuncular ondan təxminən yarım saat əvvəl binanın həyətində görüşmüşlər. O, gəldikdə sonuncuların söhbət etdiklərini görmüş və mənzilə keçdikdən sonra ev sahibi ilə Zərərçəkmiş şəxs öz aralarında danışıb razılaşmışlar. Əsgər ev sahibinǝ beh kimi 500 manat məbləğində pul vermişdir. Bundan sonra alqı-satqı barǝdə razılaşmışlar və Zərərçəkmiş şəxs ilə həmin günün ertəsi gün notarius kontorunun tərkibində olan bankın filialında müvafiq hesaba evin ödənişini sonuncu köçürmüşdür. Orada danışılmış məbləğə evin alqı-satqısı baş tutmuş və hər iki şəxs yəni evi satan və Zərərçəkmiş şəxs hərəsi ona 1.000 manat məbləğində pul vermişdir. Bu hadisədən 1-2 gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək başqa mənzil almaq istədiyini də bildirmişdir və büdcəsinin 200-220 min manat məbləğində olduğunu bildirmişdir. İnternetdən axtarışlar edib bir neçə mənzil tapmış və evin məlumatları barədə zəng vurub Zərərçəkmiş şəxs bildirmişdir. Axşam saat 20-21 radələrində Zərərçəkmiş şəxs ilə sözügedən binanın yanında görüşmüşlər. Ev sahibi olmadığından oğlu gəlmiş və mənzilə ev sahibinin oğlu ilə baxmışlar. Həmin mənzil 220.000 manat satılırdı. Ertəsi gün Zərərçəkmiş şəxs ona zəng vurub ev sahibi Eldar müəllimin nömrəsini istəmiş və sonuncu ilə görüşüb, ümumi yəni qiymət və əşyalar barədə danışmaq istədiyini bildirmişdir. O, ev sahibinin nömrəsini Zərərçəkmiş şəxs vermiş və həmin gün axşam saatlarında Eldar müəllim ona zəng vuraraq Zərərçəkmiş şəxslə görüşüb danışdığını və 217.000 manata razılaşdığını bildirmişdir. Ertəsi gün o, xəbər almaq məqsədi ilə Zərərçəkmiş şəxs zəng vurmuş və sonuncu telefonda hələ qərara gəlmədiyini və evə yenidən gəlib baxmağı planlaşdırdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə telefonda danışmışlar və Saraclı kafesində görüşmək üçün razılaşmışlar. O, həmin kafeyə gedəndə Zərərçəkmiş şəxs özü ilə birlikdə şahid kimi bir şəxs də gətirmişdir. Orada Zərərçəkmiş şəxs ona evin qiymətini 200.000 manata salmağını ondan istəmişdir. O, isə cavabında həmin mənzilin qeyd olunan qiymətə satılmasının mümkün olmamasını bildirmişdir. Orada təxminən 15 dəqiqə söhbətləşmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs başqa mənzillərin şəkillərini göndərmişdir. Həmin görüşdə Zərərçəkmiş şəxs ona bir sellofanda üç qutu şokolad gətirmişdir. Halbuki, sonuncu ona çaxır payı gətirəcəyini söz vermişdir. Zərərçəkmiş şəxs ona Bakı-Biləsuvar taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs zəng edib Biləsuvara tanışının getməsi üçün taksi lazım olduğunu bildirmiş və sonuncu da cavabında bu işlə məşğul olmadığını bildirmişdir. Həmin zəngdə Zərərçəkmiş şəxs sonuncu danışdıqları mənzil haqqında soruşmuş və qardaşı övladlarının qərara gəlmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində onu polis orqanına şikayət edərək qeyd olunan mənzili sonuncuya alacağı barədə vəd verdiyini və Zərərçəkmiş şəxs 200.000 manat pul aldığını bildirmişdir. Bir həftə əvvəl onun vasitəçiliyi ilə mənzil alan və həmin mənzilin ödənişin bankda ödəyərək notarial qaydada alqı-satqısını edən şəxs bir həftədə tanıdığı şəxsə, yəni, ona 200.000 manat məbləğində pulu necə verə bilər?! Onsuz da alqı-satqı olacaqsa bu pul məbləği bank vasitəsi ilə ödənilir, belə olduğu halda 200.000 manat məbləğində pulu bir həftə müddətində tanıdığı birinə verməz. Zərərçəkmiş şəxs qeyd olunan məbləği almamış və ümumiyyətlə Zərərçəkmiş şəxs də həmin pul məbləğindən xəbəri yoxdur. Bu cinayət işi ona qurulan bir plandır və Bəxtiyar Hacıyev ilə əlaqədardır. Hazırki ittihamı qəbul etmir. Ortada bir həqiqət var. Bu həqiqət Zərərçəkmiş şəxs qeyd olunan pul məbləğini almamağıdır. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxslə ilk əlaqələri 2023-cü ilin avqust ayının sonları, sentyabr ayının əvvəlləri olmuşdur. Zərərçəkmiş şəxs təsadüfi olaraq onun əmlak saytlarında olan ev elanlarından nömrəsini götürüb əlaqə saxlamışdır. Hadisə ərəfələrində ev elanları əmlak saytlarında olmuş və orada mobil nömrəsini də qeyd etmişdir. Əmlak alqı-satqısı ilə məşğuliyyəti 10 ildir. İlk ev alqı-satqısı ilə bağlı 10 gün ərzində 3-4 dəfə görüşmüşlər və hər görüşlərində 2-3 ev göstərmişdir, hər evə baxmaqları təxminən 20-30 dəqiqə ərzində olmuşdur. Bu görüşlərdən sonra hərə öz avtomobili ilə olduqları yerlərdən ayrılmışlar. İlk ev alqı-satqısı üçün vasitəçiliyinə görə Zərərçəkmiş şəxs 1000 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs ona hədiyyə gətirəcəyini bildirmiş və nələri xoşladığını soruşmuşdur. Sonuncuya cavabında çaxır xoşladığını bildirmişdir. Birinci ev alqı-satqısından sonra Zərərçəkmiş şəxs ilə ikinci ev alqı-satqısı barədə danışmağa başlamışlar. İkinci ev alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxslə bir mənzilə baxmaq üçün və birdə kafedə həmin mənzil barədə danışmaq üçün görüşmüşlər. İkinci ev alqı-satqısı üçün mənzilə baxmaq üçün görüşdükdə Zərərçəkmiş şəxs çaxırla bağlı vədini və ya başqa bu kimi hər hansı məsələ barədə sonuncu ilə danışmamışlar. İkinci ev alqısatqısı üçün Zərərçəkmiş şəxs təklif etdiyi mənzilin sahibinin adı Eldar olmuş və Eldar ilə bir-birilərini heç vaxt görməmişlər, ancaq telefonda danışmışlar. Zərərçəkmiş şəxs ondan Eldar adlı ev sahibinin mobil nömrəsini istəmiş və o da sonuncuya təqdim etmişdir. Zərərçəkmiş şəxs ilə Eldar adlı ev sahibi görüşmüşlər və ev barədə razılaşmışlar. Bu görüşdən sonra ev sahibi ilə telefonda danışmış və sonuncu ona 217.500 manat pul məbləği ilə evin alqı-satqısına razılaşdığını bildirmişdir. Zərərçəkmiş şəxs ilə zəng vasitəsi ilə danışmış və sonuncu ona 200.000 manat məbləğinə evi ala biləcəyini, bunun üçün ev sahibinin təklif etdiyi 220.000 manatı məbləği azaltmaq üçün ev sahibi ilə danışmağını istəmişdir. Ev sahibi ilə danışıb Zərərçəkmiş şəxs evi 200.000 manat məbləğinə almaq istədiyini bildirdikdə ev sahibi Zərərçəkmiş şəxslə 217.000 manata razılaşdıqlarını bildirmiş və niyə fikrindən daşındığını soruşmuşdur. O, Eldar adlı ev sahibinə Zərərçəkmiş şəxs ancaq 200.000 manat məbləğdə pulunun olduğunu bildirmişdir. Əlavə olaraq da Eldar kişiyə başqa müştəri tapacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxslə danışıb Saraclı kafesində görüşmüşlər və orada da ev sahibinin təklif etdiyi qiymətdən 20.000 manat azaltmağın mümkünsüz olduğunu bildirmişdir. Həmin kafedə görüşləri Zərərçəkmiş şəxs ona zəng edib Eldar kişinin evini almaq istədiyini və bunun üçün görüşüb danışmaqlarını istədiyinə görə olmuşdur. Həmin kafeyə o, çatanda Zərərçəkmiş şəxs və yanındakı şahid olan şəxs də gəlmişdir. Zərərçəkmiş şəxs ona gətirdiyi hədiyyə paketini yanındakı stulun üzərinə qoymuşdur. Kafedə həmin sellofanda olan hədiyyəni sellofanı açaraq ona təqdim etmiş və o da sellofanı açıq vəziyyətdə Zərərçəkmiş şəxs almışdır. Həmin hədiyyəni alarkən sellofanın içərisində gitara formasında olan qutudakı şokoladı görmüşdür. Qırmızı sellofan olmuş və içərisində 3 qutu şokolad olmuşdur. Qutuların biri gitara formasında, digəri dairəvi formada və metal qutu olmuş və digəri də sellofana bükülmüş təxminən 0.5 kq çəkisi olan şokolad olmuşdur. Kafedə olarkən yalnız gitara formasında olan şokolad qutusunu görmüşdür. Həmin hədiyyə sellofanında olan 3 qutuya evdə açıb baxmışdır. Hazırda həmin 3 qutu da onun evindədir. O, polis əməkdaşları tərəfindən saxlanılıb Nəsimi rayon prokurorunun müavininin yanına gətirilmişdir. Orada prokurora telefonunu aldıqlarını və evində olan şəxslərin onun saxlanılmağından məlumatları olmadıqlarını bildirmişdir. Belə olduqda, evinə kimisə göndərib həmin şokolad qutularını gətirməklərini istəmişdir. Lakin, polis əməkdaşları və prokuror bunda maraqlı olmadığına görə həmin qutuları gətirmək üçün hər hansı tədbir görməmişlər. Qeyd etdiyi üç qutunun üzərində olan ad və markaları bilmir. İbtidai istintaq dövründə hazırda verdiyi ifadədəki kimi həmin üç qutunun əlamətlərini bildirmişdir. Zərərçəkmiş şəxs ilkin olaraq 100 000-115 000 manat məbləğ aralığında bir mənzil, 120 000-135 000 manat məbləğ aralığında da başqa mənzil alacağını bildirmişdir. 100 000-115 000 manat məbləğ aralığında ev üçün ilkin olaraq bir mənzilə baxmışlar, daha sonra iki mənzilə də baxmışlar. Bundan sonra Zərərçəkmiş şəxs Sabirabada getmişdir. Səhərisi gün də gəlib bir neçə mənzilə baxmışlar. Zərərçəkmiş şəxs dediyinə görə 200 000-220 000 manat məbləğdə büdcəsi olmuşdur. Zərərçəkmiş şəxs ilk baxdıqları mənzil üçün iddialı olmuşdur. Hətta, həmin mənzilin sahibinin nümayəndəsi ilə özünün təyin etdiyi yerdə görüşüb təxminən bir saat söhbət eləmiş və yekunda ev sahibinin nümayəndəsinin təklif etdiyi qiymətlə razılaşmamış və beləliklə, həmin mənzilin alışı baş tutmamışdır. İfadələrində də qeyd etdiyi sellofan məhkəmə iclasında göstərilən sellofandır. O, göstərdiyi xidmətə görə Şahid3 1000 manat pul almışdır. Video görüntüdə əlində sellofan olan şəxs odur. Digər 2 nəfərdən biri zərərçəkmiş şəxs, digəri isə zərərçəkmiş şəxsin qohumu kimi təqdim etdiyi şahid Əlibaladır. Ona verilmiş sellofana sevindiyindən açıb baxmışdır. İçərisində gitaraya bənzər şirniyyat qutusu da olmuşdur. Mercedes Benz markalı avtomobil ona məxsusdur, amma Mitsubishi markalı avtomobilin nə vaxt onun adına olması yadında deyil. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Zərərçəkmiş şəxs onunla öz nömrəsi ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxslə xx.xx.2023-cü il tarixə qədər əlaqə saxlayıb danışmışlar. xx.xx.2023-cü il tarixdə isə zərərçəkmiş şəxsgil ona zəng edərək onu görüş yerinə dəvət etmişlər. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş mülki iddianı qəbul etmir. Sonda bir daha qəti şəkildə əlavə edir ki, o, bu cinayət işini törətməmişdir. Bu iş üzrə tam təqsirsizdir. Barəsində açılmış qərəzli və əsassız bu cinayət işi dostu Bəxtiyar Hacıyevin həbsi dövründə sonuncunun müdafiəsində iştirakı ilə əlaqədardır. Bu cinayət işi üzrə onun təqsirsiz bilinməsini, habelə məhkəmə zalından sərbəst buraxılma qərarının verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, qeyd etdiyi sahə ilə məşğul olmağına baxmayaraq heç yerdə ofisi yoxdur, məşğuliyyətini yalnız internet və telefon üzərindən quraraq aparır. Belə ki, əmlak satışı elanı səhifələrindən əmlak sahiblərinin telefon nömrələrini götürüb onlarla əlaqə saxlayır. Mənzilin və ya daşınmaz əmlak sahibindən şəkilləri və digər parametrləri götürüb öz adından həmin səhifələrdə paylaşır. Bunun müqabilində əmlak sahibindən heç bir tələb irəli sürmür, alqı-satqının müsbət həll olunacağı tədqirdə müəyyən bir məbləğlə yəni əmlak sahibinin verəcəyi hər hansı məbləğlə razılaşır. Təxminən avqust ayının sonları və sentyabr ayının əvvəllərində əvvəllər tanımadığı Əsgər adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Yasamal rayonu ərazisində yerləşən 2 otaqlı mənzillə maraqlandığını bildirmişdir. O, ev sahibi ilə əlaqə saxlayıb vaxt təyin etmiş və Əsgər adlı şəxslə danışıb onunla Yasamal rayonu ərazisində görüşmüşlər. Görüş zamanı Əsgər kişi qardaşı oğlanlarına ev almaq istədiklərini bildirib həmin evlərin yaxın ərazilərdə olmasını istədiklərini bildirmişdir. Əsgər həmin günü görüşə bir nəfər gənc xanımla gəlmiş və həmin xanımı qardaşı oğlunun ailəsi kimi təqdim etmişdir. Onlar birlikdə Yeni Yasamal yaşayış massivində yerləşən bir neçə mənzilə birlikdə gedib baxmışlar. Mənzillərə o, özü də birinci dəfə getdiyinə görə mənzillərin qiymətinə uyğun olmadığını görmüş və elə Əsgər kişi də həmçinin yanında olan əsas alıcı kimi təqdim olunan xanım da mənzilləri bəyənməmişdir. Onlar oradan çıxmışlar və onun təklifi ilə Yasamal rayonu ərazisində yerləşən başqa mənzilə baxmışlar, lakin həmin mənzil də xoşlarına gəlmədiyinə görə onlar sağollaşmışlar və uyğun mənzil tapıldığı tədqirdə əlaqə saxlanılması barədə sövdələşmişlər. Beləliklə də o, əmlak saytlarında axtarışlar edib bir neçə mənzil tapmış və bu barədə Əsgərə məlumat vermişdir. Telefonda görüşmək barədə razılaşmışlar. 2023-cü ilin sentyabr ayının əvvəlləri ərəfəsində o, Əsgər ilə Yasamal rayonu Yeni Yasamal massivində 77 nömrəli marşurut avtobusunun son dayanacağında görüşmüşlər. Həmin vaxtı Əsgərin yanında əvvəllər tanımadığı bir nəfər cavan oğlan da olmuşdur. Onlar görüşüb həmin ərazidə iki evə baxmışlar və həmin evlərdən birini yəni Dadaş Bünyatzadə küçəsində yerləşən 3 otaqlı mənzil Əsgərin xoşuna gəlmiş və onlar həmin gün sağollaşıb ayrılmışlar. Həmin ərəfədə onlar zəngləşmişlər və o, Əsgərə tapdığı yeni mənzilləri təklif edib məlumatlarını vermişdir. Təxminən 2-3 gün sonra Əsgər zəng vuraraq Dadaş Bünyatzadə küçəsində yerləşən 3 otaqlı mənzili almaq barədə qərarını ona bildirmişdir. Bundan sonra başqa mənzillərə baxmayaraq həmin mənzili 3 gün içərisində tələsik almışdır. O, ev sahibi ilə əlaqə saxlamış və ev sahibi ilə Əsgəri həmin mənzildə görüşdürmüşdür. Əslində onlar ondan təxminən yarım saat əvvəl binanın həyətində görüşmüşlər. O, gəldikdə onların söhbət etdiklərini görmüş və mənzilə keçdikdən sonra onlar öz aralarında danışıb razılaşmışlar. Beləliklə də həmin gün Əsgər 116.000 manata evin alqı satqısını razılaşmışlar və Əsgər ev sahibinə beh kimi 500 manat məbləğində pul vermişdir. Bundan sonra alqı-satqı barədə razılaşmışlar və həmin günün ertəsi gün Nəsimi rayonu 4-cü mikrorayon dairəsinin yaxınlığındakı 32 saylı notarius kontorunda görüşmək barədə sövdələşmişlər. Səhəri gün dəqiq xatırlamadığı lakin 2023-cü ilin sentyabr ayının ilk ongünlüyü ərəfəsində günorta saatlarında o, Əsgər, ev sahibi və yuxarıda qeyd etdiyi əvvəllər tanımadığı Əsgərin yanında olan cavan oğlan həmin notariat kontorunda görüşmüşlər. Orada danışılmış məbləğə evin alqı-satqısı baş tutmuş və hər iki şəxs yəni evi satan və Əsgər hərəsi ona 1.000 manat məbləğində pul vermişdir. Birinci evin alqı-satqısı zamanı Əsgər əslində iki ev almaq istədiyini ona bildirmişdir. Həmin ikinci ev üçün büdcəsinin təxminən 200.000- 220.000 manat məbləğində olmasını və bu məbləğə 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bundan əlavə mənzilin Memar Əcəmi metrostansiyasının yaxınlığı ərazisində olmasını xahiş etmişdir. O da bu ikinci sifarişi ilə əlaqədar internetdən axtarışlar edib bir neçə mənzil tapmış və evin məlumatları barədə zəng vurub Əsgərə bildirmişdir. Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən Evromed klinikasının arxasında yerləşən 12 mərtəbəli yeni tikilinin 8-ci mərtəbəsindəki təmirli 3 otaqlı qiyməti isə 220.000 manat məbləğində olan mənzil Əsgərin diqqətini cəlb etdiyinə görə təxminən 2023-cü ilin 10-12 sentyabr tarixləri ərəfəsində axşam saat 20-21 radələrəində Əsgər ilə EvroMed klinikasının arxasında, sözügedən binanın yanında görüşmüşlər. Həmin vaxtı Əsgər yuxarıda qeyd etdiyi, tanımadığı cavan oğlanla birlikdə olmuşdur. Onlar həyətdə bir qədər gözlədikdən sonra ev sahibi gəlmiş və birlikdə mənzilə qalxıb baxdıqdan sonra oradan çıxıb sağollaşmışlar. Həmin mənzil 220.000 manata satılmış və tam təmirli olmuşdur. Ertəsi gün Əsgər ona zəng vurub ev sahibi Eldar müəllimin nömrəsini istəmiş və onunla görüşüb ümumi yəni qiymət və əşyalar barədə danışmaq istədiyini bildirmişdir. O, ev sahibinin nömrəsini Əsgər kişiyə vermiş və həmin gün axşam saatlarında Eldar müəllim ona zəng vuraraq Əsgər kişiynən görüşüb danışdığını lakin aralarında heç bir sövdələşmə olmadığını bildirmişdir. Ertəsi gün o, xəbər almaq məqsədi ilə Əsgər kişiyə zəng vurmuş və sonuncu telefonda hələ qərara gəlmədiyini və evə yenidən gəlib baxmağı planlaşdırdığını bildirmişdir. Bundan sonra Əsgər ona yenidən zəng vurub qiymət barədə danışıq aparmış və evin qiymətini 200.000 manata salmağını ondan istəmişdir. O isə cavabında həmin mənzilin qeyd olunan qiymətə satılmasının mümkün olmamasını lakin hər ehtimala qarşı ev sahibi ilə bu barədə danışacağını bildirmişdir. Bundan 1-2 gün sonra Əsgər ilə zəngləşmişlər və Nəsimi rayonu 20 Yanvar küçəsində yerləşən Tovuz kafesi ilə üzbəüz yerləşən adını xatırlamadığı kafedə Əsgər ilə görüşmüşdür. Həmin görüş zamanı yuxarıda qeyd etdiyi adını bilmədiyi cavan oğlan da Əsgərin yanında olmuşdur. Onlar birlikdə həmin kafedə oturub çörək yemişlər və sözügedən mənzilin aşağı qiymətə yəni 200.000 manata satılması barədə danışmışlar. Orada təxminən yarım saat danışıb söhbətləşdikdən sonra birlikdə kafeni tərk etmişlər. Həmin gün Əsgər ona pay olaraq qırmızı rəngli sellofan torbanın içərisində 3 qutu şokolad gətirmişdir. O, həmin selofanı götürmüş və onlarla sağollaşıb getmişdir. Qeyd olunan şokoladları yəni biri gitara qutusuna oxşayan digəri selofan bağlamada olan və yumru qutuda olan şokolad qutularını evə aparmışdır. Onlardan gitara qutusunda olan şokolad hələ də onun evində olmalıdır. Bundan sonra ev sahibinə zəng vurmuş və alıcının fikrini Eldar müəllimə bildirmişdir. Eldar müəllim isə Əsgər ilə öz aralarında 218.000 manata razılaşmalarını bildirmiş və bununla da aralarında söhbət bağlanmışdır. O, görüşlərə o, tək getmiş, yanında heç kim olmamışdır. Həmin görüşlərə onun adına olan lakin dostuna məxsus **-KA-*** dövlət qeydiyyat nişanlı Mercedes ML markalı avtomobillə getmişdir. Əsgər kişi isə 2.2 CDİ göy rəngli Mercedes markalı avtomobillə gəlmişdir. O, elə bilmişdir ki, Əsgər Bakı-Biləsuvar taksi fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən də bir neçə gün əvvəl Əsgərin mənzil barəsində fikrini dəqiqləşdirmək üçün sonuncuya zəng vuraraq bəhanə kimi Biləsuvara qonaq yola salacağını bildirib Biləsuvara qədər taksilərin neçəyə apardıqlarını soruşmuş, Əsgər isə cavabında bu işlə məşğul olmadığını bunu yalnız 3-cü mikrorayon dairəsi ətrafında yığışan taksilərdən soruşmağını məsləhət bilmişdir. Əsgər ilə aralarında hər hansı pul problemi, narazılıq və ya mübahisə olmamış, 17 sentyabr 2023-cü il tarixədək Əsgər ilə aralarında heç bir narazılıq və ya mübahisə olmamışdır. Sonuncu dəfə Əsgəri yuxarıda qeyd etdiyi kafedə görmüş, ondan sonra telefonla danışıqları olsa da görüşməmişlər. O, indi düşünür ki, həmin gün Əsgərin onu ora çağırmaqda məqsədi onu ora dəvət edərək ona şokolad qutularını vermək və sonradan ona pul verməsini iddia etmək olmuşdur. Həmin məsələnin onun ictimai fəaliyyəti ilə və Bəxtiyar Hacıyevin müdafiəsində iştirak etməyi ilə bağlıdır. Zərərçəkmiş şəxs qeyd etdikləri tam cəfəngiyyatdır, heç bir əsası olmayan yanlış məlumatdır. Zərərçəkmiş şəxs ona həmin pul verməsi heç bir məntiqə uyğun gəlməyən yalandır. Əsgərin görüşdən 4 gün sonra gəlib ondan şikayət etməsində məqsəd onu ictimai fəaliyyətindən və Bəxtiyar Hacıyevin müdafiəsində çəkindirməkdir. Bir həftə ərzində onu tanıyan şəxsin ona 200.000 manat məbləğində pulu heç bir sənədsiz etibar etməsi ağılasığmazdır. Bundan başqa istənilən mənzilin alqı-satqısı notarial qaydada pulun alıcı tərəfindən satıcının notarial bank hesabına köçürülür. Pul köçürüldükdən sonra alqı-satqı prosesi baş tutur. Bitdikdən sonra isə satan tərəf notariusun təqdim etdiyi qəbz əsasında mənzilinə məxsus pulu bankdan çıxara bilir. Belə olan halda pulun ona verilməsi heç bir məntiqə sığmır. Əsgər bundan əvvəl bir mənzil aldığı üçün, alqı satqı prosesin notarial qaydada necə getdiyini bildiyi halda həmin pulu necə ona verə bilər. Ev sahibi Eldar müəllimlə əlaqəsinin olduğu halda pulu ona verməsini necə izah edə bilər. Çünki Əsgər ona heç vaxt pul verməmiş, əgər iddia etdiyi kimi ona pul vermişdirsə nəyə görə ondan 4 gün ərzində nə telefonda, nə də vatsappda yazışarkən həmin pulu tələb etməmişdir. Əvvəla o, yuxarıda qeyd etdiyi kimi əmlakın qiymətinin aşağı salınması məsələsinə heç vaxt qarışmır. İkincisi isə o, evin qiymətinin aşağı salınmasını vəd etsə də pul alıcı tərəfindən nağd şəklində notarial hesaba köçürülməli olan halda o, hansı əsasla həmin pulu götürə bilər. Götürsə belə həmin pulu notarial hesaba heç cür köçürdə bilməz. Bu səbəbdən də pulun ona verilməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs 14 sentyabr tarixində ona ümumiyyətlə pul verməmiş, o, ümumiyyətlə vasitəçilik işləri görəndə əvvəlcədən heç kimdən pul almır. Yalnız alqı-satqı baş tutduqdan sonra mükafat kimi verilən pulu qəbul edir. Düşünür ki, bu onun ictimai fəaliyyəti ilə və Bəxtiyar Hacıyevin müdafiəsində iştirak etməyi ilə bağlı əvvəlcədən hazırlanmış plandır. Birinci baş tutmuş alqı-satqı etibarı qazanmaqdan ötrü həyata keçirilmiş planlı alqı-satqı olmuşdur. 14 sentyabrda onu kafeyə dəvət edib sonra qeyd edilən niyyətini həyata keçirməkdən ötrü həmin addım atılmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adını soyadını, ev alqı-satqısı ilə məşğul olduğunu internetdə görmüş və zəng edib Yasamal rayonu ərazisində, 77 nömrəli marşurutun sonuncu dayanacağında görüşmüşlər. Təqsirləndirilən şəxs ev almaq istədiyini bildirmiş və sonuncu da kömək edəcəyini bildirmişdir. Həmin görüşün növbəti günü görüşüb bir neçə evə baxmışlar, amma həmin evlərin sənədləri olmadığından bəyənməmişdir. Bundan növbəti gün Kazım adlı şəxsin evinə baxmışlar və həmin evin sənədi olmuşdur. Beləliklə həmin evi bəyənmiş və razılaşmışlar. Ev sahibinə zəng edib məlumat vermişlər və gəlmişdir. Ev sahibi ilə 117 000 manat məbləğlə razılaşmışlar və o, 500 maat beh vermişdir. Növbəti gün notariat ofisinə gedib evi almağını rəsmiləşdirmişlər. Əvvəldən Təqsirləndirilən şəxs iki ev almaq istədiyini və ikinci evin Nizami rayonu, Qara Qarayev prospekti yaxınlıqlarında tapılmasını bildirmişdir. Lakin, həmin ərazidə evlər baha olduğundan 20 Yanvar metrostansiyası olan ərazilərdə evlər axtarmışlar. Təqsirləndirilən şəxs 20 Yanvar metrostansiyasına yaxın “Şamaxinka” kimi tanınan ərazidə 3 ev göstərmişdir. Onlardan birini bəyənmişdir. Təqsirləndirilən şəxs həmin evin qiymətinin 220 000 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ev sahibinin nömrəsini almışdır ki, danışıb qiyməti aşağı endirər. Ev sahibi Eldar adlı şəxslə 8-ci mikrorayon ərazisində görüşmüşlər. Eldar adlı ev sahibi evinin qiymətini 217 500 manatdan aşağı endirməyəcəyini bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs zəng etmişdir. Növbəti gün Eldar adlı ev sahibi ilə Sulutəpə ərazisində yenidən görüşmüşlər. Ora gələrkən avtomobildə 200 000 manat pulu da gətirmişdir ki, həmin məbləğlə razılaşsalar evi alardı. Lakin, Eldar adlı ev sahibi 200 000 manat məbləğlə razılaşmamışdır. O, Təqsirləndirilən şəxs zəng etmiş və sonuncu pul yanındadırsa görüşməklərini bildirmişdir. Sözü gedən mənzilin yaxınlığında olan restoranda görüşmüşlər. O, Təqsirləndirilən şəxs özü ilə gətirdiyi pulu vermiş və Təqsirləndirilən şəxs 2 gün müddətində ev məsələsini həll edəcəyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs 4 gün vaxt vermişdir. 4 gün keçməyinə baxmayaraq Təqsirləndirilən şəxs heç nə etməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. İnternetdə evlərin alqı-satqısına baxarkən daşınmaz əmlakın rəhbəri kimi görmüşdür. Təqsirləndirilən şəxsla əlaqə saxlamamışdan əvvəl bir neçə evlərə baxmışdır. Lakin, Təqsirləndirilən şəxs adı qarşısına çıxanda sonuncuya zəng etmişdir. İnternetdə “Təqsirləndirilən şəxs Daşınmaz Əmlakın rəhbəri” kimi qeyd olunmuş və aşağıda da nömrəsi olmuşdur. İlk dəfə Təqsirləndirilən şəxs zəng edib Yasamal rayonu ərazisində ev almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə cavabında ona kömək edəcəyini bildirmiş və görüşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs ilə ilk telefon danışığından bir gün sonra görüşmüşlər. Təqsirləndirilən şəxsla telefonla danışarkən sonuncu ona çox evlərin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla ilk dəfə görüşən gün 3 evə baxmışlar və həmin evlərin sənədi olmamışdır. 117 000 manata aldığı evin ödənişini ev sahibi Kazım adlı şəxsə vermişdir. Birinci aldığı evin alqı-satqısını Təqsirləndirilən şəxsla ev sahibi danışıb razılaşmışdır. Hətta, evin qiymətini 120 000 manatdan 117 000 manata endirmişdir. O, növbəti gün Kazım adlı şəxslə danışıb evin olduğu binada görüşmüşlər. Onun niyyəti Kazım adlı şəxslə danışıb qiyməti biraz da endirmək idi. Lakin, ev sahibi Kazım evin qiymətini 117 000 manatdan aşağı endirməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs da gəlmiş və sonuncunun yanında pulu Kazım adlı şəxsə ödəmişdir. Birinci evin alqısatqısından sonra xidmət haqqı olaraq Təqsirləndirilən şəxs 1000 manat ödəniş etmişdir. O, Təqsirləndirilən şəxs ikinci ev üçün 200 000 manat pulunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən iki ev almaq istədiyini bildirmişdir. Lakin, əvvəlcədən Təqsirləndirilən şəxs öz büdcəsi haqqında məlumat verməmişdir. Birinci evi aldıqdan sonra sonuncuya onda 200 000 manat pul məbləğinin olduğunu bildirmişdir. Hər iki ev üçün ayırdığı pul onun və övladlarının pulu olmuşdur. Övladları Moskva şəhərində işləyir. Alacaqları evlər üçün ayırdıqları pulları övladları və o, birlikdə yığmışlar. Birinci evin alqısatqısından təxminən 10 gün sonra Təqsirləndirilən şəxsla ikinci evin alqı-satqısı üçün danışmağa başlamışlar. O, əvvəlcədən Təqsirləndirilən şəxs ikinci evi alacağını bildirmişdir. Təqsirləndirilən şəxs ikinci ev üçün ilk o, zəng etmişdir. İkinci evin alqı-satqısı üçün görüşüb danışmaq təklifini ilk başda kimin etdiyini xatırlamır. İkinci evin alqı-satqısı üçün Təqsirləndirilən şəxsla görüşləri konkret olaraq hər hansı bir ev barəsində olmuşdur. İkinci evi Nizami rayonu, Qara Qarayev prospekti ərazisindən almaq istəmişdir. Lakin, Təqsirləndirilən şəxs orada olan bir neçə evin qiymətinin 250 000 – 260 000 manat olduğunu bildirdikdən sonra həmin ərazidə ev almaq fikrindən daşınmışdır. Təqsirləndirilən şəxs 20 Yanvar və Memar Əcəmi metrostansiyaların olduğu ərazilərdə bir neçə evlərin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq “Papanin” adlanan ərazidə 3 otaqlı ev göstərmiş, amma səliqəsiz ev olmuşdur. Həmin evin qiyməti 220 000 manat olmuşdur. Həmin evi bəyənməmiş və daha sonra “Şamaxinka” adlanan ərazidə, Lukoil petrol tərəfdə olan bir evə baxmışlar. Həmin evin təmiri yaxşı olmuşdur. Lakin, ikinci bir vasitəçi olmuşdur. Bu evin də qiyməti 220 000 manat olmuşdur. Lakin, sənədsiz ev olduğundan razılaşmamışlar. Şamaxinka adlanan ərazidə başqa bir evə baxmışlar və baxdıqları evi bəyənmişdir. Həmin evin qiyməti də 220 000 manat olmuşdur. Evə baxanda ev sahibi Eldar adlı şəxsin oğlu ilə danışmış və sonuncu evin qiymətinin 220 000 manat olduğunu bildirmişdir, lakin, hər bir ehtimalda atasının qərar verdiyini bildirmişdir. Bundan növbəti gün Təqsirləndirilən şəxs həmin ev sahibi Eldar adlı şəxsin nömrəsini alıb, sonuncu ilə danışıb görüşmüşdür. Eldar ilə görüşüb evin qiymətini 220 000 manatdan 217 500 manata endirmişdir. Lakin, o, həmin qiymətlə də razılaşmamışdır. Təqsirləndirilən şəxs evin qiymətini aşağı endirmə təklifini etmişdir və sonuncu da ona evin qiymətini aşağı endirəcəyinə söz vermişdir. Eldar ilə Sulutəpə dairəsi tərəfdə görüşmüşlər və o, sonuncuya 200 000 manatın hazır olduğunu razılaşsa həmin pulu və ya beh kimi hər hansı məbləği verəcəyini bildirmişdir. Lakin, sonuncu evini 217 500 manatdan aşağı satmayacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla danışmış və sonuncu Eldarın evinin olduğu binanın arxasında görüşməyi təklif etmişdir. 200 000 manat pul 4 bağlama olan, bağlamanın hərəsində 50 000 manat olmaqla avtomobilin sandıqçasında olmuşdur. Təqsirləndirilən şəxsla restoranda görüşdən əvvəl telefonla danışarkən avtomobildə 200 000 manat məbləğdə pul olduğunu sonuncuya demişdir və bilirdi. Təqsirləndirilən şəxs həmin gün görüşməklərini və məsələni həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla telefonda və ya whatsapp sosial şəbəkəsində danışdığını xatırlamır. Təqsirləndirilən şəxs ona məsələni həll edəcəyini və ev sahibinin evin qiymətini 217 000 manatdan aşağı məbləğə endirəcəyini bildirmişdi. Təqsirləndirilən şəxsla restoranda görüşüb pulları verəcəkdi və sonuncu da ev sahibi ilə danışıb razılaşacaqdı. Hətta, Təqsirləndirilən şəxs 5 000 manat kredit götürüb əlavə olaraq verə biləcəyini də bildirmişdir. O, əvvəlcədən Təqsirləndirilən şəxs inanmışdır. O, restoranda Təqsirləndirilən şəxsla görüşərkən Əlibala adlı oğlunun dostu ilə gəlmişdir. Təqsirləndirilən şəxs restorandakı görüşlərinə avtomobillə tək olaraq gəlmişdir. O, Təqsirləndirilən şəxs yarım saat əvvəl restorana gəlmişdir və özündə olan 200 000 manat məbləğində pulu da restorana gətirmişdir. Təqsirləndirilən şəxs restorana gəldikdən sonra pulu gətirdiyini soruşmuş və o da cavabında gətirdiyini bildirib pulları sonuncuya təqdim etmişdir. Rəngini və formasını dəqiq xatırlamır, amma pullar sellofanda olmuşdur. Pullar yüzlük və ikiyüzlük olmaqla rezinlə bağlanmış bağlamalarda və sellofanın içərisində olmuşdur. Həmin pullar başqa nəyəsə bağlanılmamışdır. O, Təqsirləndirilən şəxs heç vaxt qutuda şokolad hədiyyə edəcəyini söz verməmişdir. Təqsirləndirilən şəxs çaxır xoşladığını bildirmişdir. O da Təqsirləndirilən şəxs Moskva şəhərindən çaxır gətirəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxsla nə vaxtsa çaxır içməmişlər. Təqsirləndirilən şəxs çaxırı sevdiyini özü ona bildirmişdir. Sellofandakı pulları Təqsirləndirilən şəxs verərkən sonuncu sellofanı açıb baxmışdır. O, Təqsirləndirilən şəxs sellofanda olan pulları saymağı təklif etsə də sonuncu ehtiyac olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs restorandakı görüşdə Eldarın evinin qiymətini aşağı endirəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs verdiyi pulları götürüb harasa qaça bilməzdi. Bu səbəbdən inanaraq həmin pulları vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs 4 gün vaxt vermişdir və qeyd etdiyi məsələni həll etmədiyi təqdirdə pulunu qaytarmasını bildirmişdir. Həmin 4 gün ərzində Təqsirləndirilən şəxs bir dəfə zəng etmiş və sonuncu narahat olmamağını, işi həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla restoranda görüşüb ayrıldıqdan sonra Eldar ilə hər hansı telefon danışıqları olmamışdır. Təqsirləndirilən şəxs verdiyi 4 gün müddət bitən vaxt o, 102 polis xidmətinə zəng edib şikayət etmişdir. Həmin gün Təqsirləndirilən şəxs zəng etmiş, amma barəsində şikayət etdiyini sonuncuya bildirməmişdir. 4 gün keçdikdən sonra Təqsirləndirilən şəxs zəng edib pulunu tələb eləməmişdir. Qeyd olunan bu məsələlər bağlı whatsapda və ya sms olaraq bir-birilərinə mesaj yazmamışlar. Təqsirləndirilən şəxs pulu verdikdən sonra sonuncuya bir dəfə zəng etmiş və pulu verdiyi gündən 2 gün keçdikdən sonra bunun bir oyun olduğunu bilmişdir. Bu səbəbdən polis orqanlarına şikayət etmişdir. Onun nə vaxtsa məhkumluğu olmamışdır. Özünün və ailə üzvlərindən heç kimin hər hansı polis, prokurorluq və ya məhkəmədə işləri olmamışdır. Hazırki məsələ ilə bağlı ona kimsə təsir və ya təzyiq göstərməmişdir. Onun polis və prokurorluq orqanlarında hər hansı yaxını və ya tanışı yoxdur. İbtidai istintaq dövründəki ifadəsi doğrudur. Üç övladı var, ikisi oğlandır, biri qızdır. Hər iki oğlu Rusiya Federasiyasında yaşayırdı, amma indi artıq gəliblər. Hər iki oğlu Rusiya Federasiyasının Domodedovo bölgəsində olmuşlar. Övladları oradan pulu Zalatoy Korono ilə göndərmişlər və ya özləri gələndə də gətirmişlər. Bəzən o, gedəndə də gətirmişdir və ya övladları tanışlarla göndərmişlər. X3 ilə nə qədər pul göndərdiyini və onun həmin pulları hansı bankdan götürdüyünü xatırlamır. Övladları pulları 10 ildir göndərmişlər. Övladları pulları çox vaxt tanışları ilə ona göndərmişlər. Həmin tanış şəxslər gətirdikləri pulları manata dəyişib ona vermişlər. O, heç vaxt rublla pul götürməmişdir. Övladları pulları devalvasiyadan əvvəl də sonra da göndərmişlər. Təqsirləndirilən şəxs verdiyi 200 000 manat məbləğində pullar yüzlük və ikiyüzlük pullardan ibarət olmuşdur. Lakin, pulların neçə yüzlük, neçə ikiyüzlük olduğunu bilmir. Həmin pullar arasında əllilik olmamışdır. Həmin pulları bütövləşdirmişdir. Bunu istənilən yerdə etmişdir. O, Təqsirləndirilən şəxsla restoranda olan son görüşlərində gedərkən Mercedes E Class markalı avtomobili ilə getmişdir. 200 000 manat avtomobilin sandıqcasına tam olaraq yerləşmişdir. Həmin 200 000 manat məbləğində pullar 4 bağlamada olmaqla hər bağlamada 50 min manat olmuşdur. Təqsirləndirilən şəxs qaldığı ünvanı bilməmişdir. Atasının adını bilmişdir. Təqsirləndirilən şəxs olmuşdur. Atasının adını özü demiş və internetdə də qeyd olunmuşdur. Təqsirləndirilən şəxs 200 000 manat pulu verəndə sonuncuya işi həll etməsi üçün 4 gün vaxt vermişdir. Təqsirləndirilən şəxs 4 gün ərzində bir dəfə zəng eləmişdir. 17 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib tanışı olduğunu və sonuncunu rayona yola salmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan 200 000 manat aldıqdan bir müddət sonra ona zəng etmiş və tanışının gömrüyə yola salınmalı olduğunu bildirmişdir və o da 20 Yanvar metrostansiyası tərəfdən göndərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində polis orqanlarına günorta saatlarında şikayət etmişdir. O, əvvəlcədən Təqsirləndirilən şəxs evlərə ayırdığı məbləğlər barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxsla aralarında onda olan pulların miqdarı barədə dialoq olmamışdır. Təqsirləndirilən şəxs ona əvvəlcə 120 000 manatadək qiyməti olan evlər göstərmiş və daha sonra 200 000 manatının olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. İlk başlarda Təqsirləndirilən şəxsla görüşərkən sonuncu ona 120 000 manatlıq evlər göstərmişdir. Təqsirləndirilən şəxs ona ilk göstərdiyi ev 77 nömrəli marşurutun son dayanacağı olan ərazidə olmuşdur. Təqsirləndirilən şəxsla ilk baxdıqları mənzilin qiyməti 110 000 manat olmuşdur. Təqsirləndirilən şəxs 200 000 manat məbləğində pulu verdikdən sonra ona 4 gün ərzində bir dəfə zəng etmiş və sonuncu narahat olmamağını, işi həll edəcəyini bildirmişdir. Belə olduqda o, bunun bir oyun olduğunu başa düşmüş və polis orqanına şikayət etmişdir. Təqsirləndirilən şəxs 200 000 manat pulu verdikdən sonra sonuncuya zəng edərək 5 000 manat da artıra biləcəyini bildirmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs zəng edəndə işi həll etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs 200 000 manat pulu verdikdən sonra ona göndərdiyini iddia etdiyi başqa evlərin şəkillərinə baxmamışdır. Təqsirləndirilən şəxs ona Biləsuvar rayonuna tanışını yola salmaq üçün zəng etdikdə o, artıq barəsində polis orqanlarına şikayət vermişdir. Polis əməkdaşları narahat olmamağını və işi həll edəcəklərini bildirdiyinə görə Təqsirləndirilən şəxs ona zəng etdikdə barəsində şikayət etdiyini sonuncuya bildirməmişdir. Təqsirləndirilən şəxs ona axşam saatlarında zəng etmişdir. Təqsirləndirilən şəxs ona səhər saatlarından başlayaraq zəng edib evlər olduğunu bildirmişdir. Onun işinin həll olunması üçün can yandırdığından o da Təqsirləndirilən şəxs güvənib 200 000 manat pulu vermişdir. Həmçinin, birinci evin alqısatqısında qiymətin aşağı endirilməsinə Təqsirləndirilən şəxs kömək etdiyinə görə güvəni yaranmışdır. Təqsirləndirilən şəxs 200 000 manatı ondan aldıqdan sonra harasa qaça bilməzdi. Təqsirləndirilən şəxsə səhv etmirsə 16,17 sentyabrda zəng vurmuşdur. DİN-in 102 xidmətinə zəng edib şikayət edəndə hadisənin harda və necə baş verdiyi barədə məlumatların hamısını bildirmişdir. 16,17 sentyabrda təqsirləndirilən şəxsə zəng edəndə ayın 18-nə kimi gözləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsə 14 sentyabrda zəng vurmuş və sonuncuya verdiyi 200 000 AZN pul vəsaitinin üzərinə əlavə 5000 AZN pul artıra biləcəyini demişdir. Ona 200 000 AZN ziyan dəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır. Ona dəymiş ziyandan heç bir ödəniş olmamışdır. O, pulu Şahid1 göstərdikdən sonra avtomobilin saxlanc yerinə qoymuşdur. Sellofandakı pullar 100 və 200-lük əskinazlardan ibarət olmuşdur. Sonradan Şahid2la danışmamışdır. Şahid2 ona yığanda artıq ev almışdır sözünü elə belə demişdir. Həmin vaxt artıq Təqsirləndirilən şəxs tutulmuşdur. O, Şahid2la evi 227.000 manat pula razılaşmamışdır. Evə baxdıqdan sonra Təqsirləndirilən şəxsla məsləhətləşəcəyini demişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Səhv etmirsə təqsirəndirilən şəxslə 14 sentyabrda Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxslə ancaq öz mobil nömələri ilə əlaqə saxlamışdır. İbtidai istintaq zamanı mülki iddia ilə bağlı təqdim etdiyi ərizəni müdafiə edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona zəng edərək ev almaq istədiyini və ev almaq üçün onun sonuncu ilə getməsini istəmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə ev almağa getmişdir. Zərərçəkmiş şəxs ilə bir neçə evə baxmışlar sonra baxdığı evlərdən birini bəyənib almışdır. Zərərçəkmiş şəxs ikinci ev də almaq istəmişdir. Zərərçəkmiş şəxs bir nəfər şəxsə 200 000 manat pul vermiş, amma 2-ci evi almaq alınmamışdır. Baş verən hadisələrdən uzun müddət keçdiyindən baş verənlər tam yadında qalmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs özünü də, oğlunu da tanıyır. Zərərçəkmiş şəxs oğlu Xəqani ilə dostdur. Zərərçəkmiş şəxs oğlu ölkədə olmadığından ona zəng edərək atasının yəni Zərərçəkmiş şəxs ev almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs oğlu ev ustasıdır, artıq 2 ildir ki ölkə xaricində idi. Zərərçəkmiş şəxs oğlu Xəqani ona yaxın olduğuna görə ona zəng edərək atasının ev almaq istədiyini və sonuncunun yanında olmağını söyləmişdir. Zərərçəkmiş şəxs oğlunun ona zəng etməsindən təxminən 1 il keçmişdir. Zərərçəkmiş şəxs oğlunun ona hansı ayda zəng etməyi yadında deyil. Zərərçəkmiş şəxs oğlu Xəqani ona whatsapp proqramı vasitəsi ilə zəng etdikdən 2-3 gün sonra özü zəng edərək onu birlikdə evlərə baxmağa çağırmışdır. O da Zərərçəkmiş şəxs ilə birlikdə gedib evlərə baxmışdır. Onun evlərə gedib baxmaqda rolu baxdıqları evlərin şəkillərini çəkib dostu Xəqaniyə göndərmək olmuşdur. O, evlərə yalnız Zərərçəkmiş şəxs yanında gedib baxmışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə gedib bir neçə evə baxmışdır. Baxdıqları evlərin içərisindən birini Zərərçəkmiş şəxs bəyənmiş və həmin evi gedib notarial qaydada almışlar. Təqsirləndirilən şəxs başqa evin baxılmasında iştirakı olmamış, yalnız aldıqları evlə bağlı iştirakı olmuşdur. 2-ci evin alınması ilə bağlı məsələ 1-ci evin alınmasından təxminən bir həftə sonra ortaya çıxmışdır. Zərərçəkmiş şəxs 2 ev almaq istəmişdir. Zərərçəkmiş şəxs alacağı 2-ci evin qiyməti təxminən 200.000 manat civarında olmuşdur, amma yenə də məbləğ dəqiq yadında qalmamışdır. 2-ci evin alınmasında Təqsirləndirilən şəxsla bir dəfə görüşmüşlər və orada olan söhbətlərə o, qarışmamışdır. Söhbət ancaq ikisinin arasında getmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs ona 2-ci evi almağa görə zəng etmişdir. 2-ci ev artıq baxılıb seçilmişdir. 1-ci evin alqısatqısı notarial qaydada olmuşdur. 2-ci evin yiyəsi evin qiymətini aşağı salmamışdır. Zərərçəkmiş şəxs ilə gedib restoranların birində oturmuşlar. Daha sonra Təqsirləndirilən şəxs oturduqları yerə gəlmişdir. Təqsirləndirilən şəxsla görüşüb, söhbət etdikdən sonra Zərərçəkmiş şəxs 200 000 manat pulu sonuncuya vermiş və çıxıb getmişlər. 2-ci evi almağa gedəndə o, 200.000 manat pulu Zərərçəkmiş şəxs avtomobilinin arxa oturacağında paketdə görmüşdür. Zərərçəkmiş şəxs pulun verilməsi barədə soruşmuş, ona pulu verdiyini bildirmişdir. Avtomobildə gördüyü paketi restoranın içində də görmüşdür. Restorandan çıxandan sonra Zərərçəkmiş şəxs əlində artıq paket olmamışdır. Paket dediyi sellofan olmuşdur. Zərərçəkmiş şəxs sellofanın ağzını açıb pulu ona göstərərək burada 200.000 manat pul olduğunu və ev almağa getdiklərini bildirmişdir. Restorandan çıxandan sonra paket artıq Təqsirləndirilən şəxs olmuşdur. Sonuncu görüşümüzdən təxminən 1 gün sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ev almayacağını və sonuncudan polisə şikayət edəcəyini bildirmişdir. Xəqani ilə baş verənlərlə bağlı söhbətləri olmamış, danışmamışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Zərərçəkmiş şəxs 10 ildir tanıyır. Zərərçəkmiş şəxs 2 oğlu var, oğullarından Xəqanini yaxşı tanıyır. Xəqani ilə dostluqları olduğu üçün ona zəng edib atasının ev almaq istədiyini və atasının yanında olmağını demişdir. Zərərçəkmiş şəxs evi Biləsuvar rayonundadır. Zərərçəkmiş şəxs yaşadığı kəndin adı dəqiq yadında deyil, amma ora 2-3 il bundan qabaq bir dəfə getmişdir. Xəqani ilə aralarında olan whatsapp proqramındakı yazışmaları hal-hazırda telefonunda qalmamışdır. Onunla əlaqəni ilk öncə Zərərçəkmiş şəxs saxlamışdır. Zərərçəkmiş şəxslə birlikdə Nəsimi rayonu, Əcəmidə olan evə baxmışlar. Nəsimi rayonu, Əcəmidəki evə onun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və birdə həmin evin yiyəsinin oğlunun iştirakı ilə baxmışlar. O, həmin vaxt yalnız evin şəkillərini çəkib Zərərçəkmiş şəxs oğlu dostu Xəqaniyə göndərmişdir. Baxdıqları ev səhv etmirsə, 3 otaqlı olmuş, amma mərtəbəsi yadında qalmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pul avtomobilin arxa oturacağında olmuşdur. Zərərçəkmiş şəxs ona 200.000 manat pulu göstərib 2-ci evi almağa getdiklərini demişdir. O, avtomobildə sağda oturmuşdur. Zərərçəkmiş şəxs pulları arxa oturacaqdan götürüb ona göstərmişdir. Sellofanda olan pulların 100 və 200-lük əskinazlardan ibarət olduğunu görmüşdür. Pulların rezinlə bağlandığını görmüş, amma necə bağlandığı yadında deyil. Pulun sayılmasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs restoranda vermişdir. Sellofanın üzərindəki naxışları, görünüşü yadında deyil. Restorandan çıxandan sonra o, Zərərçəkmiş şəxslə söhbət etmiş və sellofan Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs sellofanda olan pulu harasa qoyması yadında deyil. Zərərçəkmiş şəxs pulu ona görüşdən qabaq avtomobildə göstərmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu verəndə sonuncuya nə dediyi yadında deyil. Son görüş günü ortalıqda başqa sellofan olmamış, ancaq içərisində pul olan sellofan olmuşdur. İbtidai istintaqda ifadə verdiyi vaxt ona təzyiq, təsir edən olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun hadisədən ümumiyyətlə məlumatı yoxdur. Keçən il bu zamanlar o, Yeni Yasamal ərazisində olan evini satmışdır. Bununla bağlı vasitəçiyə məlumat vermişdir. Amma alqı-satqı işinin bir qədər gecikdiyini gördüyü üçün evini ”Bina.az” saytına yerləşdirmişdir. Vasitəçi onunla əlaqə saxlayıb müştərinin olduğunu bildirmişdir. Həmin zamanlar evinə baxmaq istəyən başqa müştərilər də olmuşdur. Bir gün axşam tərəfi vasitəçi “Əsgər” deyilən şəxslə Yeni Yasamaldakı evinə yaxınlaşıb, baxmışlar. Evinə baxdıqdan sonra onunla əlaqə saxlayacaqlarını bildirmişlər. 1-2 gün sonra vasitəçi ona zəng edərək satdığı evi müştərinin bir qədər aşağı qiymətə istədiyini bildirmişdir. Bir qədər qiyməti azaltmışdır. Vasitəçi də qiyməti endirdikdən sonra müştəri ilə danışıb ona xəbər edəcəyini demişdir. 10-15 dəqiqədən sonra vasitəçi onunla əlaqə saxlayıb müştərinin razı olduğunu demişdir. Təxminən 1 saat, saat yarımdan sonra müştəri və vasitəçi gələrək satdığı evlə bağlı ona beh vermişlər. Satdığı ev anasının adına olduğu üçün, 1 gün sonra alqı-satqıya anası, atasını da çağırmışdır. Daha sonra «Əsgər» adında 1 şəxs də gəlmiş, yanında da qardaşı oğlu olmuşdur. Qeyd etdiyi şəxslər gəlib çıxdıqdan sonra notariusa yaxınlaşmışlar. Notariusda alqı-satqı baş tutmuşdur. Bir neçə vaxt sonra Nəsimi RPİ-dən ona zəng gəlmiş və daha sonra Nəsimi RPİ-də müstəntiqlə görüşmüşdür. O, Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Daha sonra isə ev alqı-satqısı ilə əlaqədar baş verənlər ilə bağlı ona ərizə yazdırmışlar. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Yeni Yasamaldakı evini 118.000 manat satışa qoymuşdur. Yeni Yasamaldakı evini ” Bina.az” saytına 118.000 manat yazmışdır. Daha sonra vasitəçi ona zəng edərək evinin 115.000 manata satılmasını təklif etsə də, o, razılaşmamışdır. Sonda vasitəçi ilə evinin son satış qiymətinin 116.000 manat olmasını təyin etmiş və razılaşmışlar. Behi evini alan şəxs ona əlbəəl vermişdir. Evə baxmağa başqa müştərilər də gəlmişdir. Ona zəng edərək 115.000 manata razılaşmağını soruşmuşlar. O, isə 116.000 manata razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə Ə.Hacıyevlə birlikdə öz evində müştəri gətirərkən görmüşdür. Evinin satış qiyməti ilə bağlı Təqsirləndirilən şəxsla razılaşması telefon vasitəsi ilə olmuşdur. Axşam tərəfi qeyd etdiyi şəxslər gəlmiş və razılaşmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ona 500 manat beh vermişdir. Zərərçəkmiş şəxs ilk dəfə satdığı evə gələndə, sonra behləşəndə, daha sonra isə notariusda görmüşdür. Bir neçə vaxt sonra Nasimi RPİ-dən ona müstəntiq zəng edərək evini satmaqda vasitəçi olan şəxsin başqa məsələlərlə bağlı işi olduğunu bildirmişdir. Müstəntiq ondan şahid kimi Nəsimi RPİ-nin İŞ-yə gəlib, həmin şəxsi nə vaxtdan hardan tanıdığı barədə ərizə yazmağını istəmişdir. O, Nəsimi RPİ-yə gedib bildiklərini yazıb imza çəkmişdir. Satdığı evlə bağlı olan pul vəsaiti ona Zərərçəkmiş şəxs ödəmişdir. Zərərçəkmiş şəxs satdığı evlə bağlı olan pul vəsaitini ona notariusun içərisindəki bankda ödəmişdir. Təqsirləndirilən şəxsla danışdığı vaxt sonuncuya görəcəyi işlə bağlı nə qədər ödəyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs da ona xidmət haqqı olaraq 1000 manat pul ödəyəcəyini bildirmişdir. ”Bina.az” saytında satdığı evi 118.000 manata özü yerləşdirmişdir, zəruriyyət olduğundan satdığı evi 116.000 manata satmağa razılaşmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs axşam gəlib onunla behləşmişlər. Behi ona Zərərçəkmiş şəxs vermişdir. Onun Təqsirləndirilən şəxs xidmət haqqı ilə bağlı 1000 manat verməyini Zərərçəkmiş şəxs bilmişdir. 1000 manat ilə bağlı Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşmışlar. Zərərçəkmiş şəxs 116.000 manat pulu almış və aldığı puldan 1000 manatını isə Təqsirləndirilən şəxs vermişdir. İlk öncə 116.000 manata razılaşması Təqsirləndirilən şəxsla olmuşdur, daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə birlikdə gəlib onunla behləşmişlər. 1000 manat pulu Təqsirləndirilən şəxs göstərdiyi xidmət haqqına görə vermişdir. Onu polisə çağırandan sonra o, məsələ ilə bağlı Zərərçəkmiş şəxs zəng etmişdir, sonuncu da ona telefonda baş verənləri danışmışdır. Onun evini aldıqdan sonra Təqsirləndirilən şəxsla yeni bir ev axtarışına çıxdığını və bu səbəbdən Təqsirləndirilən şəxs 200.000 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs aldatmasını bildirmişdir. Zərərçəkmiş şəxs oğlunun sonuncuya Rusiya Federasiyasından pul göndərməsini, Təqsirləndirilən şəxs inanıb 200.000 manat pul verdiyini, Təqsirləndirilən şəxs da Əcəmidə ev götürəcəyini dediyini, sonra da Zərərçəkmiş şəxs aldatdığını bildirmişdir və Təqsirləndirilən şəxs şikayət etdiyini, sonuncunun tutulduğunu demişdir. Bundan sonra o, müstəntiqin yanına getmişdir. 1000 manat pulu notariusda Zərərçəkmiş şəxslə alqı-satqı etdikdən sonra Təqsirləndirilən şəxs vermişdir. O, Zərərçəkmiş şəxs əlaqə nömrəsini özü almışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlunun evini satırdı. Oğlunun işi ilə əlaqədar Bina.az saytında öz nömrəsini yerləşdirmişdir. Vasitəçilər ona zəng etdikcə adlarını yazmamışdır, amma adlarını vasitəçi 1, vasitəçi 2 kimi mobil telefonuna qeyd etmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək elana yerləşdirdiyi evə baxmaq istəyən adamın olduğunu demişdir. Gedib evə baxmışlar və evi almaq istəyən şəxsin baxdıqları evi alacağını demişlər. Səhv etmirsə ev almaq istəyən adamın gəlinləri burda idi, amma oğlu Rusiya Federasiyasında işləyirdi. Ona gəlinlərinin gəlib baxıb alacaqlarını demişlər. Sonradan onu polis idarəsinə çağırmışlar. Polis idarəsində guya təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin pulunu götürüb çıxıb getdiyini demişlər. O, ev alanla razılaşmışdır. O, evi 230.000 manata satışa qoymuşdur. Evi alan şəxs isə qiyməti 2000-3000 manat aşağı salmağını istəmiş və onlar razılaşmışlar. O, müştəri əlindən çıxmasın deyə mütəmadi olaraq vasitəçiyə çatacaq 1 faiz xidmət haqqı ilə bağlı əlaqə saxlamışdır. Evi alacaq şəxs ona zəng edib harda olduğunu soruşmuşdur. O da Sulutəpə qəsəbəsində olduğunu demişdir. Evi alan şəxs Sulutəpə qəsəbəsinə gələcəyini demişdir. Ev almaq istəyən şəxslə Sulutəpə qəsəbəsində görüşmüşlər. Evi alan şəxs yanında 1 nəfər cavan oğlanla gəlmişdir. Evi almaq istəyən şəxs ona cavan oğlanın səhv etmirsə qardaşı oğlu olduğunu demişdir. Evi almaq istəyən şəxs qoşa fara “Mercedes” markalı avtomobillə gəlmişdir. Evi almaq istəyən şəxs əlini avtomobilinə uzadıb avtomobildə 200.000 manat pulun olduğunu və onunla gedib evi almağını istəmişdir. Evi almaq istəyən şəxsin bu sözü ona çox pis təsir etmişdir. Baxmayaraq həmin ərəfədə pula ehtiyacı olmuşdur, amma evi alan şəxsə lazım deyil demişdir. Bir dəfə də, o, evi almaq istəyən şəxsə zəng edib təqsirləndirilən şəxsin nömrəsini istəmiş, amma nömrəni ona verməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, 200.000 manat söhbətindən sonra təqsirləndirilən şəxslə əlaqə saxlamağı yadında deyil. Evi almaq istəyən şəxslə 1 həftə sonra əlaqə saxlamış və sonuncu ona ev aldığını demişdir. Zərərçəkən şəxslə danışıqlarında onun evinin alqı-satqısı ilə bağlı heç bir söhbətləri olmamışdır. Onu polis idarəsinə çağırmışlar və orda evini satmaq istəyən şəxsin evini almaq istəyən şəxsin pulunu götürüb getdiyini bilmişdir. Məbləği səhv etmirsə 200.000 manat olduğunu müstəntiq ona demişdir. Zərərçəkən şəxslə bu barədə danışmamış, çünki sonuncuya zəng edib təqsirləndirilən şəxsin nömrəsini istəyəndə ona verməmişdir. Zərərçəkmiş şəxsin də mobil nömrəsini qeyd etməmişdir, sadəcə mobil nömrənin son rəqəmlərinin 6 olduğu yadında qalmışdır. Evi almaq istəyən şəxs 200.000 manat pulun necə olması ilə bağlı heç nə deməmişdir. Evi almaq istəyən şəxs avtomobilində 200.000 manat pulun olduğunu demişdir, amma görməmişdir. Dediyi sözdən sonra sağ ol deyib çıxıb getmişdir. Evini almaq istəyən şəxslə qiyməti razılaşmışlar. Evini almaq istəyən şəxslə dediyi qiymətdən 2000-3000 manat aşağı qiymətə razılaşmışlar. Evini almaq istəyən şəxs yanına 2-3 dəfə gəlmişdir. 2 dəfə mağazaya gəlmiş, 1 dəfə də Sulutəpə qəsəbəsinə gəlib görüşmüşlər. O, evini almaq istəyən şəxslə evin qiymətini 227.000 manata razılaşdıqdan sonra ona Sulutəpə qəsəbəsində 200.000 manat pul təklif etmişdir. 200.000 manat pul məsələsi razılıqdan sonra olmuşdur. Ona evi almaq istəyən şəxs evi almaq üçün 200.000 manat pul təklif etmişdir. Evi almaq istəyən şəxs ona 200.000 manat pul təklif etdikdən sonra təqsirləndirilən şəxslə nə danışıb, danışmadığı yadında deyil. Ola bilər 200.000 manat pul məsələsindən sonra təqsirləndirilən şəxslə danışmışdır, amma əsəbi olduğundan deməmişdir. Evi almaq istəyən şəxsin 200.000 manat pul təklif etməsi məsələsi olmuşdur. Həmin ev sonradan satılmışdır. Həmin evi 225.000 manat pul civarında satmışlar. Evə baxdıqdan sonra zərərçəkmiş şəxslə razılaşmışlar və o, bununla bağlı Təqsirləndirilən şəxs yığıb məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə CM-in 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən “Saraclı” kafesində baş vermişdir. (İ cild, i.v. 9-12) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefona baxış zamanı həmin telefonun ekranından zənglər və telefon kitabçası faylına daxil olduqda orada Zərərçəkmiş şəxslə +**********65 saylı mobil telefon nömrəsi ilə 04 sentyabr 2023-cü il tarixdən başlayaraq 16 sentyabr 2023-cü il tarixə kimi olan müddət ərzində ayrıayrı vaxtlarda dəfələrlə telefon danışıqlarının aparılması müşahidə olunur. Bundan əlavə mobil telefonda olan “Whatssap” mobil tətbiqinə baxış keçirilən zaman tətbiqdə +**********65 saylı istifadəçi tərəfindən Zərərçəkmiş şəxs mənzillərin fotoşəkillərinin, mənzillərin parametrləri ilə bağlı məlumatların göndərilməsi, o cümlədən 050 216 26 78 mobil telefon nömrəsi ilə “Eldar müəllim” yazısının göndərilməsi müşahidə olunur. (l cild i.v. 39-72) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-da CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (l cild i.v. 84) xx.xx.2023-cü il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (l cild i.v. 95-100) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A50” və “Samsung Galaxy S23 FE” markalı mobil telefonlara baxış keçirilmiş, “Samsung” Galaxy A50 markalı telefonun ekranından zənglər və telefon kitabçası faylına daxil olduqda orada “Eldar-220 0 –Əcəmi” yazısı ilə yaddaşda saxlanılan ***-***-**-** saylı mobil nömrə müşahidə olunmuş və baxış keçirilən telefonla həmin nömrə arasında 12 sentyabr 2023cü il tarixdə 25 saniyə, 13 sentyabr 2023-cü il tarixdə 22 saniyə, 14 sentyabr 2023-cü il tarixdə saat 16:24-də 6 dəqiqə 2 saniyə və 15 sentyabr 2023-cü il tarixdə 3 dəqiqə 3 saniyə müddətində danışığın aparılması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs məxsus “Samsung” Galaxy S23 FE markalı digər mobil telefona baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən sübut növü aşkar olunmasa da həmin telefonda Təqsirləndirilən şəxs rieltor (əmlak vasitəçisi) olmasını təsdiq edən yazışmalar və mənzil şəkilləri əks olunmuşdur. (l cild i.v. 102-105) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 111-112) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-459/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)-22/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 216-219) xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk, Daxili İşlər Nazirliyinin müvafiq qurumundan əldə edilmiş içərisində telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” Galaxy A50 və “Samsung” Galaxy S23 FE markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlaması kamerasına təhvil verilmişdir. (İ cild i.v. 149, 234-247) Diskə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş diskdən və fotoşəkillərdən görünür ki, bir ədəd CD diskə baxış keçirilən zaman diskin içərisində üç ədəd video görüntü olması müəyyən edilmişdir. Birinci videogörüntü açıldığında ekranın sol üst hissəsində xx-xx-2023 və 12:17:42 yazıları, eyni zamanda avtomaşınların sürətlə hərəkət etdiyi əsas və həmin hissəsində yola birləşən bir tərəfində tikili, digər tərəfində park edilmiş avtomaşınlar olan köməkçi yol müşahidə olunur. Baxış zamanı əsas yol tərəfdən iki nəfər kişi cinsindən olan şəxslərin sağ tərəfdə olan tikilinin qarşısı ilə köməkçi yolla aşağıya doğru iti addımlarla hərəkət etdiyi müşahidə olunur. Həmin şəxslərdən biri qara rənli gödəkçədə, şalvar və köynəkdə olmaqla sağ əlində bir ədəd ağ-qara rəngli sellofan torba vardır, digəri isə qara rəngli qolsuz gödəkçədə, şalvarda və açıq rəngli köynəkdə olmaqla əlində heç bir əşya müşahidə olunmur. Baxış zamanı iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs əlində sellofan torba olan şəxsin onun özünün olduğunu, digər şəxsin isə onun övladı Fəqaninin dostu Şahid1 olduğunu bildirmişdir. Həmçinin o, ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən görüşüb satın alacağı mənzilin 200.000 manat pulunu ona verməsi üçün Şahid1la xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində ünvan 5 ünvanında yerləşən «Saraclı» kafesinə getdiklərini, əlindəki sellofan torbanın içərisində Təqsirləndirilən şəxs vermək üçün apardığı 200.000 manat pulun olduğunu bildirmişdir. İkinci videogörüntü açıldığında ekranın sol üst hissəsində xx-xx-2023 və 13:09:57 yazıları və birinci videoda görüntülənən əsas və köməkçi avtomaşın yolu, yolun sağ və sol hissələrində park edilmiş çoxlu sayda avtomaşınlar müşahidə olunur. Əsas yolun kənarında ağacın altında qara rəngli mercedes markalı avtomaşının üzü əsas yolun əks istiqamətində dayandığı, həmin avtomaşının arxasında açıq rəngli köynəkdə kişi cinsindən bir şəxsin olduğu müşahidə olur və baxışda iştirak edən Zərərçəkmiş şəxs qeyd olunan qara rəngli, mercedes markalı avtomaşının Təqsirləndirilən şəxs məxsus avtomaşın olduğunu, arxada gözləyən və əynində açıq rəngli köynək olan şəxsin isə onunla birlikdə «Saraclı» kafesinə gedən Şahid1 olduğunu bildirmişdir. Daha sonra qara kostyumda əynində açıq rəngli köynək olan, orta boylu kişi cinsindən olan şəxsin qeyd olunan qara rəngli mercedes markalı avtomaşından enərək avtomaşından arxada dayanmış şəxslə əl tutub görüşdüyü və birlikdə söhbət edə-edə aşağı doğru hərəkət etdikləri müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs avtomaşından enən qara kostyumlu, açıq rəngli köynəkdə olan şəxsin Təqsirləndirilən şəxs olduğunu və avtomaşından endikdən sonra avtomaşından arxada onu gözləyən Şahid1la görüşüb «Saraclı» kafesinə getdiklərini və özünündə həmin kafedə Təqsirləndirilən şəxs gözlədiyini bildirmişdir. Üçüncü videogörüntü açıldığında ekranın sol üst hissəsində xx-xx-2023 və 14:02:21 yazıları və birinci və ikinci videolarda görüntülənən əsas və yardımçı avtomaşın yolları müşahidə olunur. Həmçinin üç nəfər kişi cinsindən olan, biri digərlərindən qismən balaca olan şəxslərin əsas avtomaşın yoluna, yəni ağacın altında dayanmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən mercedes markalı avtomaşına doğru getdikləri, sol tərəfdən birinci gedən kişinin sol əlində ağ-qara rəngli sellofan torba olduğu müşahidə olunur. Baxışda iştirak edən Əsgər Nəziyev arxa tərəfləri kameraya olmaqla hərəkət edən həmin üç nəfərdən sağ tərəfdən birinci şəxsin, yəni əynində qara qısaqol gödəkçə və açıq rəngli köynək olan şəxsin Şahid1 olduğunu, ikinci, yəni ortada gedən şəxsin onun özü olduğunu, soldan birinci, yəni sağ tərəfdən üçüncü gedən və əlində ağ-qara rəngli sellofan torba olan şəxsin isə Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs əlində olan torbada 200.000 manat pul olduğunu, həmin sellofan torbanı içindəki 200.000 manat pulla birlikdə özünün kafeyə gətirdiyini və Təqsirləndirilən şəxs vasitəçiliyi ilə satın almaq istədiyi mənzilin pulunun ödənilməsi üçün Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Daha sonra hər üç şəxsin Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən mercedes markalı avtomaşına çatmamış sol tərəfdə dayandıqları, əlində sellofan torba olan şəxsin torbanı daşın üzərində qoyaraq digərləri ilə söhbət etdiyi, 4-5 dəqiqə söhbət etdikdən sonra həmin şəxslərdən birinin daşın üzərinə qoyulmuş sellofan torbanı götürüb digərləri ilə sağollaşaraq ağacın altında dayanmış qara rəngli mercedes markalı avtomaşına tərəf, digər iki şəxsin isə avtomaşının arxa tərəfindən sağ tərəfə doğru getdikləri müşahidə olunur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs daşın üzərindən sellofan torbanı götürüb qara rəngli mercedes markalı avtomaşına tərəf gedən şəxsin Təqsirləndirilən şəxs, avtomaşının arxası ilə sağ tərəfə doğru gedən şəxslərin isə onunla Şahid1 olduğunu bildirmişdir. (İ cild i.v. 153-159) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək Təqsirləndirilən şəxs alacağına dair söz verdiyi mənzili, cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 165-168) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Bina.az” elanlar saytına baxış zamanı müəyyən olunmuşdur ki, həmin sayt Azərbaycan Respublikası ərazisində satılan, kirayə verilən həmçinin dəyişdirilməsi mənzil, ofis və digər daşınmaz əmlakların elanı saytıdır. Həmin saytın axtarış bölməsində Bakı şəhəri Nəsimi rayonu, metronun M.Əcəmi stansiyası ərazisi üzrə qiyməti 200.000 - 230.000 manat arası olan 3 otaqlı mənzillər parametrini qeyd etdikdən sonra mülkiyyətçisi Eldar adlı şəxs olan 125 kvadratmetr sahəsi olan təmirli 3 otaqlı mənzilin elanı olması müşahidə edilmişdir. Sözügedən mənzil 13 mərtəbəli binanın 8-ci mərtəbəsində olmaqla satış qiyməti 230.000 manat olaraq qeyd edilmişdir. Mülkiyyətçinin mobil telefon nömrəsi ***-***-**-** olaraq qeyd edilmişdir. (l cild i.v. 169-171) xx.xx.2023-cü il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, şahid X2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (l cild i.v. 184-186) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 194-195) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı diskdəki məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 04 sentyabr 2023-cü il, 08 sentyabr 2023-cü il, 11 sentyabr 2023-cü il, 12 sentyabr 2023-cü il, 13 sentyabr 2023-cü il, 14 sentyabr 2023-cü il, 16 sentyabr 2023-cü il tarixlərdə ayrı-ayrı vaxtlarda müxtəlif müddətlərdə danışıqlar aparılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 13 sentyabr 2023-cü il, 14 sentyabr 2023-cü il və 15 sentyabr 2023-cü il tarixlərdə ayrı-ayrı vaxtlarda dəfələrlə müxtəlif müddətlərdə danışıqlar aparılmışdır. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə saat 13:35-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 26 saniyə müddətində danışıqlar aparılan zaman ***-***-**-** saylı mobil telefon nömrəsi “Baki sheh. Nesimi ray. 20 Yanvar kuchesi 202B. YAshiL MARKET”, ***-***-**-** saylı mobil telefon nömrəsi isə “Baki sheh. Nesimi ray. 20 Yanvar kuchesi 15. Qiziltac restorani” anten dairəsində olmuşdur. (l cild i.v. 229) xx.xx.2024-cü il tarixli ərizədən, xx.xx.2024-cü il tarixli qərardan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmaq barədə qərar qəbul edilməsini xahiş etmiş, mülki iddiaçı kimi tanınmış və 490 manat dövlət rüsumu ödəmişdir. (l cild i.v. 230) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 251-252) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.3.2ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs qeyd olunan məbləği almaması, bu cinayət işinin ona qurulan bir plan olması, Zərərçəkmiş şəxs kafedə ona gətirdiyi paketin içərisində 3 qutu şokolad olması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş disk və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-459/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)-22/2024 saylı qərarı həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk, Daxili İşlər Nazirliyinin müvafiq qurumundan əldə edilmiş içərisində telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlaması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A50” və “Samsung Galaxy S23 FE” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə (sahibinin razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Eyni zamanda məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İbtidai araşdırma dövründə Zərərçəkmiş şəxs mülki iddia ərizəsi təqdim etmədən yalnız mülki iddiaçı kimi tanınmaq barədə ərizə vermiş və müstəntiqin qərarı ilə o, mülki iddiaçı qismində tanınmışdır. Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınması barədə qərarı formal olmaqla qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərindən də göründüyü kimi şəxsin mülki iddiaçı kimi tanınması üçün onun iddia ərizəsi verməsi vacibdir. Mülki iddianın verilməsi məsələləri qüvvədə olan mülki-prosessual qanunvericiliklə nizama salınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi məhkəməyə verilən iddia ərizəsinin forma və məzmununu müəyyən edir. Həmin normaya görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Cinayət işinin materiallarında Zərərçəkmiş şəxs belə bir ərizəsi mövcud olmadığından iş üzrə mülki iddia verilməmiş sayılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Hazırkı işdə qanunvericiliyin tələblərinə uyğun olan mülki iddia ərizəsi verilmədiyindən Zərərçəkmiş şəxs cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilməlidir. Bundan başqa, cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia vermək üçün 490 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən dövlət rüsumu iddia ərizəsi verildikdə ödənilir. Dövlət rüsumu mülki iddiaya baxılması ilə bağlı məsrəflərin qarşılanmasına görə tutulan vəsaitdir. Məhkəmədə mülki iddia yoxdursa, ona baxılması üçün dövlət rüsumu tutulması da məntiqsizdir. Nə qədər ki, cinayət işi üzrə iddia ərizəsi verilməmişdir və Zərərçəkmiş şəxs mülki iddiaçı qismində iştirakına xitam verilməsi barədə qərar qəbul edilməsi zərurəti yaranmışdır, belə olan təqdirdə onun tərəfindən ödənilmiş dövlət rüsumu da şəxsin özünə qaytarılmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlaması kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A50” və “Samsung Galaxy S23 FE” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə (sahibinin razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk, Daxili İşlər Nazirliyinin müvafiq qurumundan əldə edilmiş içərisində telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiaçı qismində iştirakına xitam verilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumu özünə qaytarılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia, ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-220/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-220/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver